Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1016/2025 07.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X19 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Leqal Servis Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi fərdi fəaliyyət göstərən vəkil Nümayəndə və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Zəngilan rayonu, Məmmədbəyli kəndində anadan olmuş, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləyən, Zəngilan rayonu, Məmmədbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 7 ünvanında fərdi tikilmiş evdə yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
1. Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, sonuncuya ucuz qiymətə şəkər tozu təşkil edəcəyi adı ilə yalan vəd verib aldadaraq, ünvan 2 ünvanının qarşısında xx.xx.2024-cü il tarixdə 80.000 manat və xx.xx.2024-cü il tarixdə 35.000 nağd pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb vermiş olduğu vədə əməl etməyib şəxsi ehtiyaclarına sərf etməklə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 115.000 (bir yüz on beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncuya ünvan 3 ünvanında yerləşən “Elipsa” klubun anbarında olan 600 kaset “Red Bull” enerji içkisini Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Seflanc” restoranının anbarına aparıb təhvil verəcəyi barədə yalan vəd verib aldadaraq, 08 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən “Elipsa” klubun anbarından hər birində 24 ədəd olmaqla 600 kaset ümumi dəyəri 41328 manat təşkil edən “Red Bull” enerji içkisini ünvan 3 ünvanında yerləşən “Elipsa” klubun anbarında idarə etdiyi “Ford Transit” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləsə də, vermiş olduğu vədə əməl edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Sheflaunc” restoranının anbarına təhvil verməyib ələ keçirərək 1 ədəd 2,87 manat olmaqla 41.328 manat dəyərində 14.400 ədəd “Red Bull” enerji içkisini 1 ədədini 2,75 manata olmaqla ümumilikdə 39600 manata dəyərindən ucuz qiymətə Hökməli topdan satış məntəqəsinə sataraq Zərərçəkmiş şəxs2 ümumilikdə 41328 (qırx bir min üç yüz iyirmi səkkiz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
2. 05.08.2024-cü il tarixli ərizədən (cild 01, iş vərəqə 6) görünür ki, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Zərərçəkmiş şəxs1 X25un tanışı Təqsirləndirilən şəxs şəkər tozu gətirərək mənə əlavə qazanc verməsi üçün ünvan 2 ünvanın qarşısında 115000 manat pul vermişdir, lakin həmin şəxs vədinə əməl etməyərək onun pulunu qaytarmamışdır.
3. 14.10.2024-cü il tarixli ərizədən (cild 01, iş vərəqə 19) görünür ki, X5 ona 115.000 manat maddi ziyan vurulduğu üçün iş üzrə ona zərər çəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir.
4. 14.10.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 01, iş vərəqə 20) görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən (cild 01, iş vərəqə 40) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.
6. Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Respublika Psixiatriya Xsətəxanası” X21 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan (cild 01, iş vərəqə 41) görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2023-xx.xx.2023-cü il tarixdə həmin xəstəxanada gündüz stasionar şöbəsində yarımstasionar rejimli müayinədə olmuşdur.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan (cild 01, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməmişdir.
8. 12.11.2024-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 43-44) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə ərizə ilə Xətai RPİ-nin 17-ci PŞ-nə müraciət edərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinə keçən gecə hər birinin içərisində 24 ədəd hər birinin dəyəri 2,90 qəpik olan 600 kaset, ümumi dəyəri 41760 manat dəyərində Redbull enerji içkisinin tanışı Məhəbbət adlı şəxs özünə məxsus yük avtomobilinə qoyaraq onun tapşırığı ilə Mehdiabad qəsəbəsində yerləşən mağazaya aparması adı ilə ondan almasına baxmayaraq qeyd edilən malları aidiyyatı üzrə aparmayaraq satması barədə məlumat vermiş, həmin ərizə əsasında toplanmış materialın araşdırılması nəticəsində cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış materialın ********* saylı cinayət işinə birləşdirilməsi və araşdırılmasının davam etdirilməsi qərara alınmışdır.
9. xx.xx.2024-cü il tarixli ərizədən (cild 01, iş vərəqə 50) görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə Xətai RPİ-nə müraciət edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə keçən gecə hər birinin içərisində 24 ədəd hər birinin dəyəri 2,90 qəpik olan 600 kaset, ümumi dəyəri 41760 manat dəyərində Redbull enerji içkisinin tanışı Məhəbbət adlı şəxs özünə məxsus yük avtomobilinə qoyaraq onun tapşırığı ilə Mehdiabad qəsəbəsində yerləşən mağazaya aparması adı ilə ondan almasına baxmayaraq qeyd edilən malları aidiyyatı üzrə aparmayaraq satması barədə məlumat vermiş və qanunauyğun tədbir görülməsini xahiş etmişdir.
10. 10.10.2024-cü il tarixli malların təhvil-qəbul aktından (cild 01, iş vərəqə 54) görünür ki, 300 ədəd “Redd bull energy drink” 24*250 ml 21.960,04 manat məbləğində məhsul X11 tərəfindən təhvil verilmiş, təhvil alan tərəfindən imzalanaraq qəbul edilmişdir.
11. 12.11.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 01, iş vərəqə 75) görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.
12. 21.11.2024-cü il tarixli ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan (cild 01, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutularaq Nərimanov RPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır.
13. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan (cild 01, iş vərəqə 93) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində Binəqədi rayon ərazisində saxlanılaraq Nərimnaov RPİ-nə gətirilmiş və MSYnə təhvil verilmişdir.
14. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından (cild 01, iş vərəqə 114-119) görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs2 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Məhəmməd Muradlı da Zərərçəkmiş şəxs2 dediklərini qismən təsdiqləyərək, sonuncudan 600 kaset “Redbul” enerji içkisini pulunu iki həftəyə ödəmək şərti ilə nisyə olaraq aldığını, heç vaxt Vurğunun istəyi üzrə anbardan mal götürüb dediyi ünvana aparmadığını, Vurğundan “Redbul” enerji içkisini nisyə alaraq götürüb sataraq pulunu verdiyini bildirmişdir.
15. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan (cild 01, iş vərəqə 120-125) görünür ki, İş üzrə Zərərçəkmiş şəxs1 İlə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs1 bir daha istintaqa verdiyi Muradlı da Zərərçəkmiş şəxs1 dediklərini qismən təsdiqləyərək, sonuncudan heç bir məbləğdə pul almadığım, heç bir alış verişi olmadığını, danışıqları Yaqubla apardığını bildirmişdir.
16. 28.11.2024-cü il tarixli üzləşdirmə protokolundan (cild 01, iş vərəqə 126-132) görünür ki, Zərərçəkmiş şəxs1 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs1 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Məhəmməd Muradlı da Zərərçəkmiş şəxs1 dediklərini qismən təsdiqləyərək, Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul almadığını, Şahid1 ilə birlikdə iş görüb qazanc əldə edərək aralarında böldüyünü, almış olduğu 80.000 manat puldan 40.000 manat pulu Yaqubun göstərişi ilə Sahib adlı şəxsə verdiyini, 115.000 manat puldan 35.000 manat pul verəcəyinin qaldığını, topdan satışa isə hazırda 36.000 manat pul verəcəyi olduğunu bildirmişdir.
17. 28.11.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 134-135) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.
18. 28.11.2024-cü il tarixli 4(005)-1410/2024 saylı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından (cild 01, iş vərəqə 163-170) görünür ki, Təqsirləndirilən şəxs barəsində həsb qətimkan tədbiri seçilməsindən imtina edilmiş və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.
19. xx.xx.2025-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan (cil d01, iş vərəqə 195) görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, o, istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmiş və ifadənin yerində yoxlanması zamanı hadisənin ünvan 2 və ünvan 3 ünvanında baş verməsi müəyyən edilmişdir.
20. 142193 saylı və 421770 saylı doğum haqqında şəhadətnamələrin surətindən (cild 01, iş vərəqə 201-202) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı vardır.
21. Fərdi sahibkar X12 tərəfindən verilmiş məktubdan (cild 01, iş vərəqə 227) görünür ki, onlara məxsus topdansatış obyektlərindən malların topdan satışı həyata keçirilərkən alıcının fərdi sahibkar və ya hüquqi şəxs olmasından asılı olmayaraq onunla aralarında müqavilə bağlanmaqla malların satışı alıcının VÖEN-i istifadə edilməklə elektron sistem üzərindən elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Onlara məxsus pərakəndə satış obyektlərindən (marketlərdən) isə yalnız əhaliyə malların satışı həyata keçirilir ki, bu halda alıcının kimliyi haqqında məlumat əldə edilmir. Araşdırmaları nəticəsində Təqsirləndirilən şəxs adında vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin məlumat bazasında mövcud olmadığı və bu səbəbdən onların Murad ilə topdansatış əməliyyatı aparmalarının mümkünsüzlüyü müəyyən edilmişdir. Pərakəndə satış obyektləri də daxil olmaqla heç bir digər obyektlərinin tabeliyində olan işçilərdən heç birinin "Mosu" adı ilə tanınan və ya Təqsirləndirilən şəxs adında heç bir şəxsi tanımadığı da eyni zamanda müəyyən edilmişdir.
22. 22.01.2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 228-249) görünür ki, cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177-ci, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Nərimanov rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 115.000 manat hesab olunması, iş üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 41328 manat hesab olunması, X8 məhkum olunmamış şəxs hesab edilməsi qərara alınmışdır.
23. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə baş verən tarixləri hazırda dəqiq xatırlamır. Bu məsələlər yaranan zaman o covid virusuna yoluxmuşdur. O, xəstə olsa da, Təqsirləndirilən şəxs gəlib pul götürəndə, evin pəncərəsindən baxıb sonuncunu görmüşdür. Məhəbbət onlardan 2 dəfə gəlib pul almışdır. Onlar binanın 1-ci mərtəbəsində yaşamışlar. X25 həmin zaman Türkiyədə olmuşdur. Sonuncu ona zəng edib demişdir ki, “Məhəbbət gələcək, sonuncuya 80000,00 Azərbaycan manatı pul vermək lazımdır”. O, oğlu Yaqubdan səbəbini soruşduqda, Məhəbbətin mağazaya şəkər tozu verəcəyini, pulu tam vermək lazım olduğunu, yük avtomobilində olan şəkər tozunun yarısını verə bilmədiklərini demişdir. O da Yaquba demişdir ki, “pulu verməkdə problem yoxdur. Amma sən 2-3 günə Azərbaycana gələcəksən, olmaz ki, pulu özün verəsən?”. Sonuncu da ona narahat olmamasını bildirmişdir. Məhəbbət gələndə pulu oğlu Şahid5 vermiş, sonuncu da öz növbəsində aparıb həyətdə Məhəbbətə vermişdir. Həmin vaxt o da pəncərədən baxıb, Səbuhinin pulu Məhəbbətə verdiyini görmüşdür. Bundan sonra təxminən 2 gün keçmişdir ki, Yaqub yenidən zəng edib “Məhəbbət gələcək, ona 35000,00 Azərbaycan manatı pul vermək lazımdır”demişdir. Yaqubdan nə baş verdiyini soruşmuş, sonuncu da ona şəkər tozunu aldığı adamın şəkər tozunun pulu tam verilməsə, başqa adama satılacağını dediyini bildirmişdir. Buna görə Yaqub xahiş etmişdir ki, pulu Məhəbbətə versin. Şəkər tozunu satan kimi onun pulunu verəcək. Bu barədə o Səbuhiyə demiş, sonuncu da Məhəbbətlə danışanda Səbuhiyə şəkər tozunu birinci gün yox, bazar günü çatdıracağını demişdir. O da könülsüz şəkildə 35000,00 Azərbaycan manatını eyni qaydada oğlu Səbuhiyə vermiş, sonuncu da öz növbəsində Məhəbbətə vermişdir. Həmin gün gecə Yaqub Azərbaycana gəlmiş, birinci gün olmuşdur ki, hələ də Yaqubdan xəbər olmamış, hansı ki, hər dəfə gələndə əvvəlcə onlara gəlmişdir. İkinci gün Yaquba zəng edərək onlara gəlməməsinin səbəbini soruşduqda Yaqub bildirmişdir ki, “Məhəbbət mənim evimi yıxıb”. Yaqub məsələni bazar ertəsi günü öyrənmiş, lakin onlar bunu çərşənbə axşamı günü öyrənmişlər. Yaqub demişdir ki, məsələni sülh yolu ilə həll etmək istədiyi üçün atasına bu barədə deməmişdir. O, məsələni ətraflı danışmasını bildirmiş, Yaqub da ona Məhəbbətin ümumiyyətlə ortalıqda olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, Yaqub, Elmir və Məhəbbət eyni sinifdə oxumuşlar. Onlar Elmirə zəng edib sonuncudan Məhəbbəti tapmaq üçün kömək etməsini xahiş etmişlər. Onlar Məhəbbəti çox vasitələrlə axtarmışlar. Sonra məlum olmuşdur ki, sonuncu oteldədir və içkili vəziyyətdədir. Məhəbbət zənglərə cavab verməmiş, lakin səs yazısı göndərərək sms mesajlar yazmışdır. Həmin səs yazısında demişdir ki, “Yaqub, məni sənin yanında bu vəziyyətə salan Nurlan oldu.” Nurlanın kim olduğunu onlara deməmişdir. Telefonla danışan zaman ağlayaraq “Mənim başımı kəsirdilər, mən qaçıb gizlənmişəm, sənin pulunu aparıb həmin şəxslərə vermişəm”. Onlar Məhəbbəti yola gətirmişlər ki, görsünlər məsələni necə yoluna qoya bilərlər. Onlar 1 gün sonra Məhəbbətin yaxınları ilə görüşüb söhbət etməli olmuşlar ki, məsələ həll edilsin. Həmin vaxt öyrənmişlər ki, Məhəbbət Qusarda yerləşən istirahət mərkəzinə qaçmışdır. Həmin gün sonuncunu istirahət mərkəzindən içkili vəziyyətində gətirmişlər. İçkili olduğu üçün danışıqları bir gün sonra alınmışdır. O, Məhəbbətə qətiyyən narahat olmamasını, artıq hadisənin baş verdiyini bildirmişdir. Məhəbbətin içkili olduğu gün sonuncunun iştirakı olmadan atası, 2 dayısı, nənəsi və dayısı oğlu ilə görüşüb danışmışlar. Həmin vaxt dayısı oğlu Nurlan demişdir ki, Məhəbbət Nurlandan dəfələrlə pul istəmiş, sonuncuda pul olmadığı üçün gedib 10000,00 Azərbaycan manatı borc almış, bir həftə sonra Məhəbbət 15000,00 Azərbaycan manatı qaytarmışdır. Bir gün sonra onlar Məhəbbətlə oturub danışanda isə Nurlan gəlməmişdir. Həmin vaxt Məhəbbət məsələni bütün təfərrüatları ilə açıqlamışdır. O, Məhəbbətdən soruşmuşdur ki, ondan 2 gün ərzində aldığı 115000,00 Azərbaycan manatını nə etmişdir? Məhəbbət iki nəfər şəxs barədə danışmış, həmin şəxsləri o da tanımışdır. Həmin şəxslər Azərbaycana “kran” gətirib satmaqla məşğul olmuşlar. Lakin adlarını hal-hazırda xatırlamamışdır. Məhəbbət bildirmişdir ki, Nurlan həmin adamlardan borc pul alıb Məhəbbətə vermiş, sonuncu da həmin pul ilə enerji içkisi olan “Redbull” almış, həmin “Redbull”-u aldığı qiymətdən ucuz qiymətə başqa şəxsə satmışdır. O, belə başa düşmüşür ki, Məhəbbət “Redbul”-u 10000,00 Azərbaycan manatına almış, 9 000,00 Azərbaycan manatına satmışdır. O, Məhəbbətdən niyə ucuz satdığını soruşduqda ona bildirmişdir ki, alış zamanı borc şəkildə alıb nağd ödənişlə satmış, həmin nağd pulu da Məhəbbətə yaxşı xeyir verəcək başqa biznesə yatırmışdır. O da soruşmuşdur ki, “bəs məndən aldığın 115000,00 Azərbaycan manatından nə qazanmısan? Gətir mənim 115000,00 Azərbaycan manatı pulumu qaytar”. Məhəbbət demişdir ki, həftənin cümə axşamı günü Nurlan, Məhəbbət və həmin 2 nəfər şəxs görüşmüşlər. Həmin şəxslər Məhəbbətdən pullarını geri istəmişlər. Bundan sonra Nurlan Məhəbbətə demişdir ki “həmin şəxslər zəngilanlıdırlar, sənin başını kəsib Qarabağda basdırarlar. Onların pulunu qaytarmaq lazımdır.”. Həmin vaxt Məhəbbətlə Nurlan plan qurmuşlar. Nurlan Məhəbbətə demişdir ki, “Yaqub burda yoxdur, onun pulundan götür, apar həmin adamlara ver”. Məhəbbət də Yaqubdan pulu alan kimi xərcləmədən həmin 2 nəfər şəxsə vermişdir. O, Məhəbbətə və sonuncunun yaxınlarına təklif etmişdir ki, həmin şəxslərlə görüşüb razılaşsınlar ki, dəymiş ziyanı bölüşdürsünlər. Çünki həmin şəxslər Məhəbbəti sıxışdırdıqları üçün sonuncu da onun pulunu aparıb həmin şəxslərə vermişdir. Məhəbbətin prokurorluqda işləyən dayısı bildirmişdir ki, həmin şəxslər razılaşmayacaqlar. Məhəbbətin dayısı özü həmin şəxslərlə görüşüb aydınlaşdırmalı olmuşdur ki, həqiqətən də Məhəbbət pulu həmin şəxslərə vermişdir ya yox. Aradan bir müddət keçmişdir. Məhəbbətin prokuror işləmiş dayısı Məhəbbətin pul verdiyi şəxslər ilə görüşə bilmədiyini, uyğun zaman yaranmadığını bildirmişdir. Bir müddət sonra Məhəbbətin dayısı həmin şəxslər ilə görüşməyəcəyini, məsələni Məhəbbətin nənəsinin həll edəcəyini bildirmişdir. Yenə bir müddət keçmiş, lakin Məhəbbətin nənəsi də fayda olmamışdır. Daha sonra Məhəbbətin ailəsi ona evlərini satacaqlarını və əldə olunan pul ilə onun borcunu ödəyəcəklərini bildirmişdir. O, Məhəbbətin ailəsinə evi ucuz qiymətə satmamaqlarını məsləhət görərək, evi borc qarşılığında ona vermələrini, əgər evin qiyməti borcdan çox olarsa, artıq qalan pulu Məhəbbətin ailəsinə verəcəyini bildirmişdir. Lakin Məhəbbətin ailəsi ondan gizlin evi satmışlar. Əldə olunan pul ilə Məhəbbətin mağazaya olan borcunu bağlamışlar, ona da 16000,00 Azərbaycan manatı pul vermişlər. O, bu ərəfələrdə Məhəbbətin dayısı ilə görüşmüş, Məhəbbətin dayısı digər borcluların da onun kimi borclarını tələb etdiklərini, həmin borcları da ödəməli olduqlarını bildirərək, yaxın 2-3 ay ərzində bütün borcu ödəyəcəklərini bildirmişdir. Həmin ərəfələrdə Məhəbbət özünə gizlincə yeni bir ev almış, evin bazar dəyəri təqribən 60000,00 Azərbaycan manatı ilə qiymətləndirilmişdir. Məhəbbətgil həmin evi ona 100000,00 Azərbaycan manatı qarşılığında vermək istəmişlər. Onun isə hər şeydən xəbəri olmuşdur. O, hətta Məhəbbətə ona olan borcundan 40000,00 Azərbaycan manatı hissəsini bağışladığını da bildirmişdir. Onlar yenidən razılığa gəlmişlər. 3-4 gün ərzində Məhəbbətə məxsus olan evin ona satılması üçün proses getmiş, bələdiyyə və “Asan Xidmət” mərkəzindən lazımi sənədləri toplamışlar. Lakin artıq bütün texniki məsələləri həll etdikdən sonra, Məhəbbətin dayısı ona zəng edərək satışın baş tutmayacağını bildirişdir. Məhəbbətin dayısı özündən əmin formada bu işi təkbaşına həll edəcəyini, vəkil ilə müqavilə bağladığını, cinayət işinin açılmasına maneə olacağını, işin mülki qaydada həll olunacağını və borcu qaytarmaq niyyətində olmadığını bildirmişdir. O da məyus halda evə qayıtmış və oğluna zəng etmişdir. O, oğluna bu məsələnin çox vaxt həll olunmayacağını, Məhəbbətgilin onları 08 aydır ki, yubatdığını bildirmişdir. Oğlu ona artıq digər vasitələrin tükəndiyini və yalnız məhkəmənin onlara kömək edə biləcəyini bildirmişdir. Ona verilən suallatra cavab olaraq bildirmişdir ki, ona dəyən ziyanın miqdarı 96000,00 Azərbaycan manatıdır. Mağaza başqa bir şəxsə məxsus olmuş, oğlu Yaqub isə orada işləmişdir. Mağazaya olan borclarını ödədikdən sonra oğlu oradakı işindən ayrılmışdır. Oğlu Şahid1 həm ondan pul alaraq, həm də mağazanın kassasından pul götürərək Məhəbbətə vermişdir. O, daha sonra Məhəbbətin evi 140000,00 Azərbaycan manatı qarşılığında satdığını öyrənmişdir. Bu məlumatı ona Məhəbbətin dayısı bildirmişdir. Satış Rəsulzadə qəsəbəsində yerləşən notariat ofisində baş tutmuşdur. Məhəbbət mağazada olan pulları oğlu vasitəsilə ələ keçirməmişdir. Onlar Məhəbbətə çox yük düşməsin deyə, onlardan əvvəl mağazaya olan borcunu ödəməsi barədə razılaşmışlar. Lakin Məhəbbət 6 ay ərzində onlara cəmi 3000,00 Azərbaycan manatı ödəniş etmişdir. Məhəbbət mağazadan yenə borca mal götürə bilsin deyə, onlardan əvvəl mağazaya olan borcunu ödəmişdir.
24. Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, o, ünvan 4 ünvanda qeydiyyatda olmaqla ünvan 5nında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Şahid1 onun doğma oğludur. Şahid1 hal-hazırda ərzaq mallarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Məhəbbətlə tanışlığı Yaqubun vasitəsi ilə olmuşdur. Aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2024-cü ilin may ayının əvvəllərində oğlu Yaqub Azərbaycan Respublikası hüdudlarından kənarda olarkən onunla əlaqə saxlayaraq bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ucuz qiymətə şəkər tozu olduğunu, həmin şəkər tozunu alaraq onlara sata biləcəyini bildirmişdir. Bu barədə oğlu Yaqubdan soruşduqda bildirmişdir ki, Təqsirləndirilən şəxs başqa bir zavoddan onların aldığı qiymətdən 1 manat aşağı qiymətə şəkər tozunu təmin edə bilər. Bunun üçün külli miqdarda şəkər tozu sifariş etmək lazımdır ki, ucuz qiymətə başa gəlsin. O da həmin ərəfədə mənzilini satdığı üçün evində pulu olmuşdur. Yaqub ondan xahiş etmişdir ki, Məhəbbətə şəkər tozu təşkil etməsi üçün pul versin və həmin şəkər tozunu ucuz qiymətə alacaqları üçün yaxşı gəlir əldə edəcəklər. O da etiraz etməmiş və 06 may 2024-cü il tarixdə saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına gələrək onunla görüşmüşdür. Həmin görüş zamanı Məhəbbətdən şəkər tozu barədə maraqlanan zaman sonuncu tanışlarının ona pul qazanmaq üçün zavoddan ucuz qiymətə şəkər tozu alması üçün şərait yaratdığını, verəcəyi pulun qarşılığında onlar üçün zavoddan ucuz qiymətə şəkər tozu alıb vermək lazım olduğunu, bunun üçün ilkin olaraq 80.000 manat pul vermək lazım olduğunu bildirmişdir. Məhəbbətin onunla bu sahədə əminliklə danışması sonuncuya qarşı inam yaratmışdır. Buna görə də, Məhəbbətin onlar üçün şəkər tozu təşkil etməsi üçün ilkin olaraq yaşadığı ünvan 6 ünvanında 80.000 manat pulu sayaraq Məhəbbət vermişdir. Məhəbbət pulu qəbul edərək narahat olmamağı, həmin pulun qarşılığında zavoddan ucuz qiymətə şəkər tozu alaraq onlara verəcəyini bir daha bildirmişdir. Bundan sonra Yaqub xaricdə olduğu üçün onunla yenidən əlaqə saxlayaraq Məhəbbətin onunla əlaqə saxladığını, zavoddan malları çıxarmaq üçün ödənişi tam şəkildə etmək lazım olduğunu, Məhəbbətin zavoddan şəkər tozunu çıxara bilməsi üçün əlavə olaraq 35.000 manat pul verməyini istəmişdir. O, etiraz etməmiş və 11 may 2024-cü il tarixdə saat təxminən 20 radələrində Məhəbbət yenidən yaşadığı ünvan 6 ünvan gələrək onunla görüşmüşdür. Həmin görüş zamanı Məhəbbət bir daha zavoddan onlar üçün şəkər tozunu ucuz qiymətə alaraq verəcəyini, mah zavoddan çıxarmaq üçün ödənişi tam şəkildə etmək lazım olduğunu, malın çıxarılması üçün qalan 35.000 manat pulun da ödənilməli olduğunu bildirmişdir. O, Məhəbbətə inandığı üçün etiraz etməmiş və yaşadığı ünvanda istəmiş olduğu 35.000 manat pulu da Məhəbbətə vermişdir. Həmin gün 6-cı gün olduğu üçün Məhəbbət bildirmişdir ki, pulu bu gün ödəyərək gecə malları gətirəcəkdir. O, inandığı üçün etiraz etməmiş və Məhəbbət çıxıb getmişdir. Beləcə o. Məhəbbətin ucuz qiymətə şəkər tozu təşkil etməsi üçün istəmiş olduğu 115.000 manat pulu sonuncuya vermiş olmuşdur. Yaqubla əlaqə saxlayaraq Məhəbbətin şəkər tozunu gətirib-gətirməsi barədə maraqlanmışdır. Yaqub da ona Məhəbbətlə danışdığını, Məhəbbətinin malı çıxara bilmədiyini, yalnız 1 -ci gün malı gətirib təhvil verəcəyini bildirdiyini demişdir. Bundan bir neçə gün sonra Yaqubdan Təqsirləndirilən şəxs artıq onları aldatmasını, Məhəbbətin heç bir zavodla əlaqəsi olmadığını, 10 ton şəkər tozunu “Tayqa” topdan satışdan 15.500 manata alaraq 15.000 manata onlara satmasını, Məhəbbətin niyyətinin əvvəldən onların etibarını qazanıb pullarını ələ keçirmək olduğunu, müxtəlif şəxslərə borcu olduğu üçün onlardan almış olduğu pulu həmin borclarına verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu aldatmasını başa düşüb pulunu tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs ondan ucuz qiymətə şəkər tozu təşkil edəcəyi adı ilə almış olduğu 115.000 manat puldan 16.000 manatını və 3 dəfəyə 1.000 manat olmaqla ümumilikdə 3.000 manatı oğlu Yaqubun vasitəsi ilə ona geri qaytarsa da, qalan 96.000 manat pulunu bu günə kimi geri qaytarmamışdır. Təqsirləndirilən şəxs 115.000 manat pulu ondan ucuz qiymətə şəkər tozu təşkil edərək Yaquba verəcəyi adı ilə almışdır. Lakin Murad onlara vermiş olduğu vədə əməl etməyərək pulunu ələ keçirmişdir.
25. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, işlə bağlı ibtidai istintaq dövründə ifadə vermiş və həmin ifadəni də təsdiq edir. Ona dəyən ziyanın miqdarı 41000,00 Azərbaycan manatının üzərində olmuşdur. Təqsirləndirilən şəxs Qubada yerləşən istirahət mərkəzindən tapıb gətirdikdən sonra ziyanın bir hissəsini ödəmişlər. Halhazırda ona ödənilməli olan pulun məbləği 24000,00 Azərbaycan manatının üzərində olmuşdur. O, restoran işlədir və işlətdiyi restoranlara “Veysəloğlu” və “Avrora Qrup” şirkətlərindən müqavilə bağlayaraq qida vasitələri alır və həmin qida vasitələri ona öz dəyərindən endirimli qiymətə satılır. Həmin məhsulları mümkün qədər özü satır, yerdə qalanları isə topdan satışla məşğul olan şəbəkələrə paylayır. O, Təqsirləndirilən şəxs Binəqədi ərazisində yerləşən “Yaqubun topdan satış mərkəzi” deyilən yerdə məhsulları verən zaman görmüşdür. Bir gün həmin yerdə Qədir adlı şəxs ona zəng edərək enerji içkisi olan “Redbul” almaq istədiyini və onun mobil nömrəsini verib-verməməsini soruşmuşdur. O, razılaşdıqdan sonra Məhəbbət ona zəng etmiş, bundan sonra o Məhəbbətə 3-4 dəfə məhsul vermişdir. Sonuncu dəfə Mehdiabad ərazisində yerləşən anbara aparması üçün 600 paket məhsul vermişdir. Məhəbbət getdikdən sonra yolda olarkən zəng edərək əlaqə də saxlamışdır ki, vəziyyəti öyrənsin və lazım olduqda onunla əlaqə saxlamasını desin. Həmin günün sabahı “Veysəloğlu” şirkəti Məhəbbətə dediyi adresə məhsul apararaq yük avtomobilindən boşaltmışdır. O, məhsulun avtomobildən boşaldılıb-boşalmadığını öyrənmək üçün zəng etmiş və ona boşaldıldığını bildirmişlər. Sən demə ona Məhəbbətə verdiyi məhsulları yox, “Veysəloğlu”-dan göndərilən məhsulun boşaldıldığını demişlər. O, Məhəbbətə zəng edib məhsulu soruşduqda sonuncu, bildirmişdir ki, məhsulu daha sərfəli qiymətə satacaq və Məhəbbətə xeyir qalacaq. Məhəbbətin danışıq qabiliyyəti yaxşı olduğu üçün insanı yola gətirməyi yaxşı bacamışdır. Buna görə də o razılaşmışdır. O, Məhəbbətdən məhsulun pulunu soruşduqda 02 günə ödəyəcəyini bildirmişdir. Lakin 02 gün sonra Məhəbbətin harada olduğu bilinməmiş, mobil telefonuna da zəng çatmamışdır. Həmin gün ona Şahid2 zəng edərək Məhəbbətin evə ismarıcla “Vurğunun pulunu xərcləmişəm, Vurğun adam öldürəndir, Vurğun baş kəsəndir, mən Vurğunun əlindən özümü öldürməyə gedirəm” dediyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, bunu demiş və Qubada istirahət mərkəzinə getmişdir. Elmir çox mədəni insan olmuşdur. Bu məsələdə sonuncu çox əziyyət çəkmişdir. Elmir demişdir ki, bir dəfə də Məhəbbət belə hərəkət etmiş, harada olduğunu təxmin etmiş və sonuncunu tapacaqmış. Sonradan Məhəbbətin yeri məlum olmuş və sonuncunu gətirməyə gedəndə görünmüşdür ki, içkili vəziyyətdə olmuş və ayaqda qala bilməyəcək həddə sərxoş olmuşdur. Məhəbbətlə danışıb pulun harada olduğunu soruşduqda sonuncu bildirmişdir ki, pul yoxdur. O, Məhəbbətə həmin məbləğin az pul olmadığını, kimə verdiyini deməsini və gedib özünün danışacağını, narahat olmamasını bildirmişdir. Sonradan məlum olmuşdur ki, Məhəbbətin bu cür əməlləri çox olmuşdur. Bir müddət sonra sonuncunun yaxınları gəlib demişlər ki, “polisə şikayət etmə, şikayət etsən iş veriləcək məhkəməyə və mülki məsələ olacaq. Biz hər ay sənə 1000,00 azərbaycan manatı ödəyək, iş məhkəməyə getsə pul ödənilməyəcək”. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona ödənilməli olan məbləğ 24328,00 Azərbaycan manatıdır. Təqsirləndirilən şəxs şikayətçidir. O, 600 paket “Redbull” içkisi vermişdir. Hər paketdə 24 ədəd “Redbul” olmaqla, bir ədəd “Redbull”un qiyməti 2,87 Azərbaycan manatı olmuşdur. Məhəbbətin ona vurduğu ziyan 41328,00 Azərbaycan manatı olmuşdur. Həmin ziyandan 17000,00 Azərbaycan manatı ödənilmişdir. Hazırda ödənilməli olan məbləğ 24328,00 Azərbaycan manatı olmuşdur. Ona ödənilməli pul vəsaiti, onun razılı ilə sonuncunun borclu olduğu yeni ailə həyatı qurmuş şirkət işçisinə ödənilmişdir. Çünki həmin işçi həmin borca görə işdən çıxarıla bilərdi. Ona ödənilməli olan pul vəsaiti onun razılığı ilə 2 və ya 3 dəfəyə həmin şirkət işçisinə ödənilmişdir.
26. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 xx.xx.2025-c il tarixli ifadəsindən görünür ki, Məhəbbət ilə orta məktəbdə, eyni sinifdə təhsil almışdır. Təxminən 3-4 il bundan əvvəl topdan-satış mərkəzlərindən birində işə başlamışdır. Orada yenidən Məhəbbət ilə qarşılaşmışlar və bu zaman sonuncunun da topdan-satış mərkəzində işlədiyini öyrənmişdir. Bir müddət Məhəbbət ilə birlikdə işləmişlər. Ötən il Məhəbbət ona zəng edərək bazarda ucuz qiymətə şəkər tozu satıldığını və həmin məhsulu alsalar, fayda əldə edəcəklərini bildirmişdir. O, həmin zaman xarici ölkədə olmuş və Məhəbbətin də həmin vaxtlarda topdan-satış mərkəzinə borcu olmuşdur. O, Məhəbbətə borcunun əvəzində obyektə şəkər tozu gətirməsini təklif etmişdir. Sonuncu da bu təklif ilə razılaşmışdır. Lakin bir neçə gün sonra Məhəbbət ona vəd etdiyi şəkər tozunun 04 yaxud 06 ədəd avtomobil dolusu olduğunu və sahibkarın həmin məhsulun hamısını topdan satdığını bildirmişdir. Bu vəd ilə də ona dəfələrlə zəng etmişdir. O, həmin vaxt xarici dövlətdə istirahətdə olmuş və Məhəbbətə bu işlərlə məşğul olmağa vaxtının olmadığını bildirmişdir. O, sonda çarəsiz qalıb Məhəbbətə məsələni atası ilə həll etməyi və lazım olan pulu da atasından götürməyi bildirmişdir. Daha sonra bu barədə atasına da məlumat vermişdir. Məhəbbət 2 dəfə olmaqla, ümumilikdə atasından 115000,00 Azərbaycan manatı pul götürmüşdür. O, daha sonra Azərbaycana qayıtmışdır. “Mal” şənbə və bazar günləri obyektə gəlməli olmuş, lakin gəlməmişdir. O, bazar günü Məhəbbətə zəng etmiş, lakin sonncu telefona cavab verməmişdir. Növbəti gün obyektə vəd olunan 5-6 avtomobil şəkər tozundan cəmi yarım avtomobil dolusu, 15 ton məhsul gəlmişdir. Onlar həmin gün Məhəbbətə zəng etmişlər, lakin sonuncu zənglərinə cavab verməmişdir. Bu zaman o Məhəbbətin ailə üzvləri ilə əlaqə yaratmışdır. Məhəbbətin ailə üzvləri məsələdən xəbərdar olduqlarını bildirərək, ertəsi gün pulu verəcəklərini bildirmişlər. Lakin ertəsi gün yenidən zəngləri cavabsız qalmışdır. O, bir neçə gündən sonra Məhəbbəti axtarıb, sonuncunu bir hoteldə, sərxoş vəziyyətdə tapmışdır. O, Məhəbbətdən pulları geri istəmiş, lakin Məhəbbət pul olmadığını bildirmişdir. O, Məhəbbətdən pulları nəyə xərclədiyini soruşan zaman, sonuncu Nurlan adlı qohumuna borcu olduğunu, ondan əldə etdiyi pullar ilə də Nurlana olan borcunu ödədiyini bildirmişdir. O, baş verənlər barədə atasına və Məhəbbətin ailə üzvlərinə məlumat vermişdir. Məhəbbətin ailə üzvləri sonuncunun borclarını ödəyəcəklərinə dair söz vermişlər. Məhəbbətin ailə üzvləri evlərini 175000,00 Azərbaycan manatı qarşılığında satmışlar. Daha sonra da topdan-satış mərkəzinə dəymiş zərərdən 80000,00 Azərbaycan manatı ödəmişlər. Həmin zaman Məhəbbətin ailəsi, Məhəbbət və daha bir neçə nəfər qohumlarının topdan-satış mərkəzində işə düzəlməyində vasitəçi olmaqlarını istəmişlər. Məhəbbətin ailəsi, Məhəbbətin və Elmirin topdan-satış mərkəzində işləyə-işləyə borclarını hissə-hissə geri ödəyəcəyini bildirmişdir. Bu danışıqlarda Məhəbbət, dayısı Eldəniz və Elmir də iştirak etmişdir. Məhəbbətin ailə üzvləri oktyabr ayında kredit borcları bitdikdən sonra, yeni kredit götürərək, onlara olan borcu tam həcmdə ödəyəcəklərini bildirmişlər. O da razılaşmışdırdır. Məhəbbət və Elmir müəssisədə işləməyə başlamışlar. Lakin Məhəbbət və Elmir bir neçə aydan sonra yenidən onu aldatmağa və etibarından sui-istifadə etməyə başlamışlar. Məhəbbət və Elmir topdan-satış mərkəzindən 24000,00 Azərbaycan manatı dəyərində malı gizlincə mənimsəmişlər. O, bundan xəbər tutduqdan sonra, Məhəbbət və Elmir 24000,00 Azərbaycan manatı müəssisəyə geri ödəniş etmişlər. Lakin Məhəbbət və Elmir vədlərinə əməl etməyərək, ödənişləri ödəməməyə başlamışlar. Onlar də sonda çarəsiz qalıb hüquq-mühafizə orqanlarına müraciət etmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən obyekt topdan satış yeri olmuş və satıcılar vasitəsilə Məhəbbət oradan mal təhvil almışdır. O, Məhəbbəti ora tanışı kimi gətirmişdir. Məqsədi sonuncunun orada işləməsi olmuşdur. Məhz o həmin obyektdə işlədiyi üçün, Məhəbbətə nisyə mal verilmişdir. Əks halda o olmasaydı, Məhəbbətə 05 manat belə verilməzdi. O, həmin müəssisənin inzibatçısı olduğu üçün, həmin malların pulunu rəhbərlik ondan tələb etmişdir. O da Məhəbbətdən tələb etmişdir. 80000,00 Azərbaycan manatı hər hansı şərtlə geri alınmamışdır. Məhəbbətin ailəs evlərini 175000,00 Azərbaycan manatı qarşılığında satdıqlarını və həmin puldan ona da 80000,00 Azərbaycan manatı verəcəklərini vəd etmişlər. Daha sonra da ona dəymiş zərərdən 80000,00 Azərbaycan manatı ödəmişlər. Həmin zaman Məhəbbətin ailəsi, Məhəbbət və daha bir neçə nəfər qohumlarının topdansatış mərkəzində işə düzəlməyində vasitəçi olmaqlarını istəmişlər. Məhəbbətin ailəsi, onun topdan-satış mərkəzində işləyə-işləyə borcunu hissə-hissə geri ödəyəcəyini bildirmişdir. Məhəbbətin topdan-satış mərkəzinə 86000,00 Azərbaycan manatı borcu olmuşdur. O, Məhəbbətin qaytardığı 80000,00 Azərbaycan manatı ilə müəssisənin borcunu tam ödəmişdir. Yerdə qalan 15000,00 Azərbaycan manatını isə atasına vermişdir. Borcu Məhəbbətə müəssisənin rəhbərliyi yox, o vermişdir.
27. Məhkəmə istintaqında şahid qismində tanınan Şahid5 xx.xx.2025-ci il tarixli ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə eyni məktəbdə orta təhsil almış və sonuncunu uzun müddət tanımışdır. Atası Zərərçəkmiş şəxs1 ona zəng edərək təcili evə çağırmışdır. O, evə getdikdən sonra atası Məhəbbətə pul verəcəyini bildirmiş və ona evin pəncərəsindən 80000,00 Azərbaycan manatı məbləğində pul uzatmıdır. O, özü də pulları yenidən sayaraq Məhəbbətə vermişdir. O, Məhəbbətə pulları yaşadıqları binanın həyətində vermişdir. Bu zamanın pəncərədən atası da bu prosesə şahidlik etmişdir. O, yalnız pulların əlbəəl verilməsində vasitəçilik etmiş, pulların nə səbəbə və hansı məqsədlə Məhəbbətə verildiyini isə atası Zərərçəkmiş şəxs1 bilmişdir. Bir müddət sonra o özü də bu sualı atasına vermişdir. Atası Məhəbbət və qardaşı Yaqubun birlikdə ticarət fəaliyyəti məqsədilə şəriklik etdiklərini, müəyyən miqdarda şəkər tozu alınmalı olduğunu və bu məqsədlə Təqsirləndirilən şəxs 80000,00 Azərbaycan manatı verdiklərini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs yenidən atasına müraciət edərək şəkər tozu alverinin uğursuz olduğunu, bunun səbəbinin şəkər tozu ilə birlikdə daha bir neçə oxşar malın alınmalı olduğunu bildirmiş və atasından daha 35000,00 Azərbaycan manatı pul almışdır. Həmin pullar da ilk epizodda olduğu qaydada, binanın həyətində sayılıb Məhəbbətə təhvil vermişdir.
28. Məhkəmə istintaqında şahid qismində tanınan Şahid3 xx.xx.2025-ci il tarixli ifadəsindən görünür ki, Məhəbbət onun bacısı oğludur. Məhəbbətin Yaquba borcu olmuş və bu səbəbdən sonuncunun atası Məhəmməd, Məhəbbətgilin evinə gəlmişdir. Həmin zaman o da orada olmuşdur. Onlar Məhəbbətin borclarını ödəmək üçün evi satıb, əldə olunan puldan 80000,00 Azərbaycan manatı ilə borcun bir hissəsini ödəmək istəmişlər. Ümumilikdə Məhəbbətin 115000,00 Azərbaycan manatı borcu olmuşdur. Bunun üçün Elmirlə birlikdə Yaqubun ofisinə getmişlər və sonuncu ilə danışmışlar. Sonda Yaqub ilə razılığa gəlmişlər. Onlar evi satıb, Məhəbbətin borcundan 80000,00 Azərbaycan manatı hissəni ödəmişlər. Yerdə qalan 35000,00 Azərbaycan manatını isə oktyabr ayından bankdan kredit götürərək verməyi planlaşdırmışlar. Bundan əlavə, Məhəbbət ilə Yaqubun arasında daha 40000,00 Azərbaycan manatı məbləğində borc məsələsi olmuşdur. Məhəbbət həmin borcu da aylıq 1000,00 Azərbaycan manatı ödəmək şərti ilə bağlamağı öhdəlik götürmüşdür. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Məhəbbətin Yaquba iş ilə əlaqədar 40000,00 Azərbaycan manatı, şəxsi olaraq isə 115000,00 Azərbaycan manatı borcu olmuşdur. Yaqub 35000,00 Azərbaycan manatı borcu isə Məhəbbətə bağışladığını bildirmişdir. Zərərçəkmiş şəxslə aralarında qeyd edilən söhbət olmamışdır. Onlar evi satıb, Məhəbbətin borcundan 80000,00 Azərbaycan manatı hissəni ödəmişlər. Yerdə qalan 35000,00 Azərbaycan manatını isə oktyabr ayından bankdan kredit götürərək verməyi planlaşdırmışlar. Bu prosesdə Elmir, Məhəbbətin atası, o və Yaqub iştirak etmişlər. Onlar 80000,00 Azərbaycan manatını ödəyərkən bununla əlaqədar hər hansı qəbz almamışlar. Məhəbbətin Yaquba iş ilə əlaqədar 40000,00 Azərbaycan manatı borcu olmuşdur. Şirkət tərəfindən Məhəbbətə qarşı hər hansı iddia qaldırılmamışdır. Məhəbbətin hazırda Zərərçəkmiş şəxs1 35000,00 Azərbaycan manatı borcu qalmışdır. Məhəbbətin hazırda Zərərçəkmiş şəxs2 24000,00 Azərbaycan manatı borcu qalmışdır. Onun yeznəsi iyun ayının 15-i tarixinədək sonuncuya məxsus evi sataraq, əldə edilən pul vəsaitini oan verəcəkdir və o həmin pul vəsiait ilə Məhəbbətin qalan borclarını ödəmək niyyətindədir.
29. Məhkəmə istintaqında şahid qismində tanınan Şahid2 xx.xx.2025-ci il tarixli ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 borcu olmuşdur. Bu borc ilkin mərhələdə 196000,00 Azərbaycan manatı olmuşdur. Daha sonra o və Eldəniz X2 həmin borcdan 80000,00 Azərbaycan manatı məbləğində hissəni geri qaytarmışlar. Məhəbbətin Məhəmmədə 116000,00 Azərbaycan manatı borcu qalmışdır. Daha sonra Məhəbbət, Məhəmmədin topdan-satış mərkəzinə olan 35000,00 Azərbaycan manatı borcunu hər ay 1000,00 Azərbaycan manatı olmaqla ödəməyə razılıq vermişdir. Məhəbbət oktyabr ayında bankdan daha 35000,00 Azərbaycan manatı kredit götürərək Yaquba verməli olmuşdur. Yaqub yerdə qalan 45000,00 Azərbaycan manatı borcu isə digər borclar ödəniləcəyi təqdirdə bağışlayacağını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Məhəmmədgilə borcu olmuşdur. Bu borc ilkin mərhələdə 196000,00 Azərbaycan manatı olmuş, sonra Yaquba həmin borcdan 80000,00 Azərbaycan manatı məbləğində hissəni geri qaytarmışlar. Daha sonra Məhəbbət Məhəmmədin topdan-satış mərkəzinə olan 35000,00 Azərbaycan manatı borcunu hər ay 1000,00 Azərbaycan manatı olmaqla ödəməyə razılıq vermişdir. Məhəbbət oktyabr ayında bankdan daha 35000,00 Azərbaycan manatı kredit götürərək Yaquba verməli olmuşdur. Yaqub yerdə qalan 45000,00 Azərbaycan manatı borcu isə digər borclar ödəniləcəyi təqdirdə bağışlayacağını bildirmişdir. Məhəbbətin bu pulları necə və kimdən almasının şahidi olmamış və həmin proseslərdə iştirak etməmişdir. O, Məhəbbətin borcları olduğunu sonradan öyrənmişdir. O, Zərərçəkmiş şəxs1 nə eşitmək istədiyini bilməmiş, sonuncunun polisə şikayət etməsinin səbəbi də ona məlum olmamışdər. O, Yaquba 80000,00 Azərbaycan manatı pul verilməsi prosesində iştirak etmişdi. O, Eldənizlə birlikdə Yaqubun Binəqədidəki ofisinə getmiş və həmin pulu vermişlər. Həmin 80000,00 Azərbaycan manatı pul Yaquba verilmişdir. Həmin 80000,00 Azərbaycan manatı pulu Eldəniz Yaquba vermişdir. Həmin 80000,00 Azərbaycan manatı puldan 64000,00 Azərbaycan manatının şirkətə verilməsi kimi bir söhbət olmamışdır. Atası başqa işlərlə məşğul olduğu üçün onlar bu məsələləri Yaqubla danışmışlar. Bu borcun Yaqubun atasının olduğunu bilməmişdir. Onlar həmin 80000,00 Azərbaycan manatını Məhəmmədə çatdırması niyyəti ilə Yaquba vermişlər. Yaqub özü də bildirmişdir ki, birinci növbədə atasının borcu ödənilməlidir.
30. Məhkəmə istintaqında şahid qismində tanınan Şahid4 xx.xx.2025-ci il tarixli ifadəsindən görünür ki, topdan-satış işi ilə məşğul olur. Təqsirləndirilən şəxs ona zəng edərək, hazırda əlində 600 kaset “red bull” energetik içkisinin olduğunu və həmin içkiləri münasib qiymətə satmaq istədiyini bildirmişdir. O, Məhəbbətlə razılaşmış və energetik içkiləri Bakı şəhəri ərazisində yerləşən “Extra Club” gecə klubunun anbarından avtomobilə yükləyərək aparmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, içkiləri 39600,00 Azərbaycan manatı qarşılığında satın almışdır. Məhəbbətin borcları barədə məlumatı olmamışdır.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
31. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrində dedikləri bəzi xüsusatlar ilə razı olmuş, bəzi xüsusatlar ilə isə razı olmamışdır. Şahid1 atası ona ümumiyyətlə pul verməmişdir. Yaqub özü ona zəng edərək, hal-əhval tutmuş, işlərin necə getdiyini soruşmuşdur. O da cavabında hər şeyin qaydasında olduğunu demişdir. Yaqub ona Sahib adlı şəxsə pul verilməli olduğunu və qardaşında pul olduğunu bildirərək, həmin pulu qardaşından götürməsini, özü ilə Sahib arasında bölüşdürməsini təklif etmişdir. O da Yaqubun göstərişi ilə Binəqədidə, Hökməlidə, Bakıxanov qəsəbəsində və digər yerlərdə yerləşən topdan-satış mərkəzlərinə 20 avtomobildən çox mal vermişdir. Həmin zaman onun topdan-satış mərkəzinə 41300,00 Azərbaycan manatı məbləğində borcu olmuşdur. Həmin borcu da son qəpiyinə qədər ödəyəcəkdir. O, 86000,00 Azərbaycan manatından çox borcundan ödəniş etmişdir. Həmin 41300,00 Azərbaycan manatı borcdan da 3000,00 Azərbaycan manatı hissəsini geri ödəmişdir. Onun bu gün tək məqsədi bütün borclarını geri ödəmək olmuşdur. Bu gün də qaçıb gizlənməmiş, məhkəmənin qarşısındadır. Vurğuna dəymiş zərəri ödəmək üçün avtomobillərini satıb, 20000,00 Azərbaycan manatı ödəmişlər. Digər zərərçəkmişə dəymiş zərəri ödəmək üçün də evlərini satıb, borcdan 86000,00 Azərbaycan manatı ödəmişlər. Zərərçəkmişlərin onun evini 175000,00 Azərbaycan manatına satması barədə iddiası isə, həqiqəti əks etdirməmişdir. Onlar Yaqub ilə söhbət edərək, evi satdıqlarını, 115000,00 Azərbaycan manatı borcun 80000,00 Azərbaycan manatını indi ödəyəcəklərini, yerdə qalan 35000,00 Azərbaycan manatını isə oktyabr ayından sonra ödəyəcəklərini bildirmişlər. Bütün borclarının fakturaları onda qalmaqdadır, lazım gələrsə, məhkəməyə təqdim edə bilər. Onların məqsədi iyunun 15-nə qədər ona möhlət verilməsi olmuşdur. İyunun 15-30-u aralığında evlərini sataraq, yerdə qalan bütün borclarını da ödəyəcəkdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Məhəmməddən pul almamışdır. 115000,00 Azərbaycan manatı pul onun əlin hissə-hissə gəlmişdir. Birinci epizodda 50000,00 Azərbaycan manatı pul, ikinci epizodda isə 35000,00 Azərbaycan manatı pul almışdır. O, həmin pulları 7-10 gün aralıqlar ilə əldə etmişdir. O, həmin pulların müəyyən hissəsinə şəkər tozu almışdır. Sonuncu dəfə anbara 15000,00 Azərbaycan manatı dəyərində şəkər tozu gətirmişdir. Bundan əvvəl təhvil verdiyi malların çəkisi və dəyərini xatırlamamışdır. Lakin fakturalar mövcuddur. Pulun qalan hissəsinə digər mallar almışdır. Həmçinin başqa topdan-satış mərkəzlərinə borcları olmuşdur. O da məcbur qalıb bu yola əl atmışdır. Aldığı pullar ilə borclarını ödəmişdir. Çünki çıxılmaz vəziyyətdə olmuşdur. Həmin zaman hər kəsə borcu olmuşdur. Həmin pullar ilə borclarını ödədiyini sübuta yetirəcək hər hansı dəlili olmamışdır. Borclarını hissə-hissə ödəmişdir. O, ticarət edərək, daim əlində olan pulu dövr etdirmişdir. Hadisədən əvvəl topdan-satış mərkəzinə 41328,00 Azərbaycan manatı borcu olmuşdur. Yaqub və atası 115000,00 Azərbaycan manatını ona ucuz qiymətə şəkər tozu almaq məqsədilə vermişlər. O, aldığı şəkər tozunu topdan-satış mərkəzinə hissə-hissə göndərməli olmuşdur. Şəkər tozunun dəyəri 115000,00 Azərbaycan manatı olmuşdur. 05 avtomobil dolusu şəkər tozu alınmalı olmuşdur. Borcu çoxaldığı üçün, əlində olan malları dəyər-dəyməzinə satmışdır. Ümumi borc 196000,00 Azərbaycan manatı olmuşdur. Yaqub ona borcdan 40000,00 Azərbaycan manatı bağışladığını bildirmişdir. Hazırki dövrdə Yaqubun ondan tələbi 60000,00 Azərbaycan manatı olmuşdur. Yaqubun onun Yaquba verdiyi puldan 41000,00 Azərbaycan manatını topdan-satış mərkəzinə verməsi barədə məlumatı olmamışdır. O, həmin dövrdə şəkər tozu gətirmişdir.
32. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək o, Zəngilan rayonu, Məmmədbəyli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 7 ünvanında fərdi tikilmiş evdə ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi olaraq idarə etdiyi “Ford Transit” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək müxtəlif qida məhsulları alaraq market və topdan satış məntəqələrinə paylayaraq gəlir əldə edir. Onun adı Məhəbbət olsa da, hamı onu “Mosu” adı ilə tanıyır. Buna görə də, onu tanıyanlar Mosu adı ilə çağırmış, qaimə və fakturalarda da adı Mosu kimi qeyd edilmişdir. Şahid1 təxminən 20 ildən çoxdur ki tanıyır. Yaqubla eyni məktəbdə təhsil almış, aralarındaı heç bir ədavət və düşmənçiliyi olmamışdır. Yaqub ünvan 7 ünvanında yerləşən “Topdan satış” müəssisəsinə işləyərək rəhbərlik etmişdir. O, Yaqubla aralarında dostluq münasibəti olduğu üçün sonucudan ona nisyə olaraq ərzaq məhsullarını verməsini və həmin məhsulları sataraq pul qazanmaqda köməklik etməsini xahiş etmişdir. Yaqub da onu uşaqlıqdan tanıdığı üçün razılıq vermişdir. Ay ərzində müvafiq ərzaq mallarını ona təhvil vermiş, o da həmin ərzaq məhsullarım aparıb müxtəlif topdan satış məntəqələrinə satmağa başlamışlar. Həmçinin Yaqubdan nisyə olaraq aldığı ərzaq məhsullarının pulunu ödəmişdir. Bu minvalla Yaqubla aralarında olan əməkdaşlıq davam etmişdir. Bundan əlavə o, başqa topdan satış məntəqələrindən ərzaq məhsulları alaraq Yaqubun işlədiyi topdan satış məntəqəsinə satmışdır. 2024-cü ilin may aymadək onun Yaqubun işlədiyi topdan satışa məntəqəsinə hesabat apardıqdan sonra 41.000 manat borcu olmuşdur. Aralarında olan razılaşmaya görə həmin 41.000 manat pulu aylıq 1000 ödəmək şərti ilə bağlamağa razılaşmışlar. Hazırda həmin puldan 5000 manat ödəmiş və topdan satış məntəqəsinə 36.000 manat borcu olmuşdur. O, müxtəlif topdan satış məntəqəsindən ucuz qiymətə şəkər tozu olduğu üçün alaraq Yaqubun İşlədiyi məntəqəyə satmışdır. 2024-cü ilin may ayının əvvəllərində Razin qəsəbəsində yerləşən “Tayqa” topdan satış məntəqəsindən ucuz qiymətə şəkər tozu olduğu üçün Yaqubla əlaqə saxlayaraq sonuncuya ucuz qiyməyə şəkər tozu olduğunu, əldən çıxmamış almaq lazım olduğunu bildirmişdir. Yaqubla aralarında belə razılığa gəlmişlər ki, Yaqub ona şəkər tozu almaq üçün pul verəcək, həmin pula şəkər tozu alaraq Yaqubun işlədiyi topdan satış məntəqəsindən əlavə digər topdan satış məntəqələrinə də şəkər tozu sataraq əldə edilmiş gəliri aralarında böləcəklər. veriləcək şəkər tozunun pulunu nağd formada götürməyini bildirmişdir. Yaqub birlikdə iş görmək üçün Türkiyə Respublikasına gedən zaman ona 40.000 manat pul vermişdir. O da həmin pulun qarşılığında şəkər tozu alaraq Yaqubun işlədiyi topdan satış məntəqəsinə verərək nağd şəkildə pulunu götürmüşdür. Yaqub Türkiyədə olan zaman o, Yaqubla əlaqə saxlayaraq sonuncudan əlavə şəkər tozu olduğunu və əlavə pul lazım olduğunu bildirmişdir. Bundan sonra Yaqub onunla əlaqə saxlayaraq atasının yaşadığı ünvana gedib qardaşından 80.000 manat pul götürməyini bildirmişdir. Buna görə də, 2024-cü ilin may ayının əvvəllərində Yaqubun atasının yaşadığı ünvan 5nına gedərək qardaşı Səbuhi ilə görüşüb sonuncudan 80.000 manat pulu təhvil almışdır. Bundan sonra Yaqub onunla əlaqə saxlayaraq həmin 80.000 manat puldan 40.000 manatını Sahib adlı şəxsə verməyini istəmişdir. O da 40.000 manat pulu Yaqubun sözü əsasında Sahibə vermişdir. Qalan 40.000 manat puldan bir hissəsinə şəkər tozu almış, qalan hissəsini isə öz borclarına vermişdir. Bundan bir neçə gün sonra 2 yük avtomobili şəkər tozu olduğu üçün Yaqubla əlaqə saxlayaraq həmin şəkər tozunu da almaq üçün pul lazım olduğunu bildirmişdir. Yaqub qardaşı ilə danışdıqdan sonra 2024-cü ilin təxminən may ayının ortalarında ünvan 5nına gedərək Səbuhi ilə görüşüb 35.000 manat pulu götürmüşdür. Həmin 35.000 manat puldan da bir hissəsinə şəkər tozu almış və bir hissəsini borclarına vermişdir. Sonradan isə şəkər tozunun qiyməti qalxdığı üçün baha qiymətə alaraq ucuz qiymətə satdığı üçün ziyan etməyə başlamışdır. Yaqubdan almış olduğu 115.000 manat pulu qaytarmağa imkanı olmadığına görə vaxt qazanmaq məqsədi ilə əlində olan pul ilə baha qiymətə şəkər tozu alaraq 15.000 manat dəyərində 10 ton şəkər tozunu alaraq Yaqubun işlədiyi topdan satış məntəqəsinə təhvil vermişdir. Razılaşmaya əsasən həmin şəkər tozunun pulu olan 15.000 manat pul onun topdan satışa olan 41.000 manat borcumdan çıxılmalı olsa da, çıxmamışlar. O, Yaqubdan almış olduğu 115.000 manat pulu qaytara bilmədiyi üçün bu barədə ailə üzvlərinə məlumat vermişdir. Yaqub atası Məhəmməd ilə yaşadığı ünvana gəlmiş və həmin vaxt razılaşmışlar ki, onlara vaxt versinlər ki, pulu qaytara bilsinlər. Bundan sonra yaşadıqları evi sataraq Yaqubun işlədiyi ofisdə dayısı 80.000 manat pulu Yaquba vermiş, qalan 35.000 manat pulu da banka olan krediti qurtardıqdan sonra yenidən kredit götürüb verəcəyini bildirmişdir. Hazırda Yaquba 35.000 manat pul verəcəyi qalmışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 Qüdrət oğlunu bir İl olar ki, tanımışdır. Vurğunla tanışlığı Yaqubun işlədiyi topdan satış məntəqəsinə mal verən zaman təsadüf nəticəsində yaranmışdır. Vurğun onun topdan satış məntəqələrində qida məhsulları verərək satışım həyata keçirdiyini bildiyi üçün onunla əlaqə saxlayaraq təklif etmişdir ki, “Redbul” enerji içkiləri var və həmin malların satışında ona köməklik etsin. O da Vurğunun təklifini qəbul edərək görüşüb söhbət etmişdir. Aralarında olan razılaşmaya görə Vurğun ona “Redbul” enerji içkisini 2,87 qəpiyə verməli olmuş və o da həmin 3-5 qəpik baha qiymətə sataraq malların pulunu Vurğuna qaytarmaqla özünə qazanc əldə etmişdir. Onların bu kimi razılaşmalarından sonra Vurğunun tapşırığı ilə Mehdiabad qəsəbəsindən və Nərimanov rayonu ərazisində yerləşən “Elipsa klub”un anbarından “Redbul” enerji içkisini götürüb satışını həyata keçirmişdir. Bir neçə dəfə bu qayda ilə Vurğunun tapşırığı ilə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Elipsa klub” un anbarından “Redbull” enerji içkisini götürüb sataraq pulunu ödəmişdir. Onun əvvəlki mallara görə Vurğuna 25700 manat borcu olduğu üçün o, həmin borcu bağlayaraq yeni mal götürməli olmuşdur. O, həmin “Redbul” enerji içkisini Vurğundan 2,87 manata alsa da, Vurğundan ilkin aldığı pulunu ödəyə bilmədiyi üçün həmin “Redbul” enerji içkisini ucuz qiymətə satmağa məcbur olmuşdur. Buna görə də, Hökməli topdan satışda işləyən Araz adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək bildirmişdir ki, 2,75 manata “Redbull” enerji içkisi satır. O, bu təklifi Araza etdikdən sora ona bildirmişdir ki, danışıb xəbər edəcək. Bir neçə dəqiqədən sonra Araz ona telefon zəngi edərək demişdir ki, heç bir problem yoxdur. O da Araza demişdir ki, həmin malları nisyə verə bilməyəcək, ona görə ki, Vurğundan ilkin aldığı pulunu ödəyə bilməmiş və Vurğun da ona təzyiqlər göstərirdi ki, malın pulunu versin. Ona görə də məcbur qalaraq aşağı qiymətə satıb Vurğuna olan ilkin götürdüyü malın pulunu verməli olmuşdur. Bundan sonra Araz Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Elipsa” klubun qarşısına gələrək 30.000 manat pulu sayaraq ona vermiş və bildirmişdir ki, qalan 9600 manat pulu sabah ödəyəcək. O da Arazdan aldığı puldan sayaraq Vurğuna 26.000 manat ilkin götürdüyü malın pulunu ödəmişdir. Bundan sonra təxminən 2024-cü ilin oktyabr ayının əvvəllərində gecə saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Elipsa” klubunun anbarından 41328 manat dəyərində 600 kaset “Redbul” enerji içkisini nisyə olaraq Vurğundan götürmüşdür. Vurğun ona bildirmişdir ki, həmin malların da pulunu iki həftəyə ödəyər. Bundan sonra o, həmin malları dostu Elmirin yük maşınına yüklədərək Arazın dediyi topdan satış mərkəzinə, yəni Hökməli topdan satış məntəqəsinə aparıb Arazın tapşırığı ilə təhvil vermişdir. Səhəri gün Araz ona 1060 manat pulu “M 10” vasitəsi ilə kart hesabına göndərmiş, qalan 8540 manat pulu isə Arazla Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşərək almışdır. Bundan sonra Vurğuna verməli olduğu 41.328 manat puldan 5000 manat pulu səhəri gün Vurğunun ona bildirdiyi kart hesabına göndərmiş və sonuncuya 36.328 manat borcu qalmışdır. Bundan sonra o, Vurğuna zəng edərək 36.328 manat pulun vasitəsi ilə iş görüb qazanc əldə edə biləcəyini demişim və həmin 36.328 manat pulu geri qaytarmağı üçün vaxt verməsini, buna görə də həmin 36.328 manat puldan əldə etdiyi qazancdan Vurğuna da verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Vurğunun öz pulundan hissə-hissə olmaqla 4.000 manat pulu qazanc adı ilə Vurğuna vermişdir. Əslində isə o, heç bir iş görməmiş, iş görmək adı ilə Vurğunu aldatmışdır. Daha sonra isə o, pul olmadığı üçün Vurğunun 36.328 manat pulunu verə bilmədiyin görə üçün mobil telefonunu söndürmüşdür. Bu barədə ailə üzvlərinə bildirmiş və Vurğunla görüşüb bu barədə söhbət etmişlər. Bundan sonra Vurğunun göndərdiyi kart hesabına 2000 manat pul göndərmişdir. Daha sonra atasına məxsus avtomobili sataraq Vurğunun bildirdiyi kart hesabına 6000 manat pul göndərmiş və Vurğuna 28328 manat pul verəcəyi qalmışdır. Daha sonra onu Xətai RPİ-nə dəvət etmişlər. Orada da o, 4000 manat pulu Vurğuna vermiş və razılaşmışlar ki, qalan 24328 manat pulu da hər ay 1000 manat ödəmək şərti ilə ödəsin. O, Məhəmmədi Yaqubun atası kimi tanımış, aralarında heç bir ədavət və düşməçiliyi olmamışdır. Onun Zərərçəkmiş şəxs1 ilə heç bir alış verişim olmamışdır. O, uzun müddətdir ki, Məhəmmədin oğlu Yaqubla birlikdə iş görüb qazanc əldə edərək aralarında bölmüşlər. O, Məhəmməddən heç bir məbləğdə pul almamışdır. Yaquba ucuz qiymətə şəkər tozu olduğunu bildirmiş, danışıqları Yaaubla anarm isdir Y«nuh HQ vermişdir. Daha sonra isə Yaqubunun qardaşı Səbuhidən 80.000 manat və 35.000 manat olmaqla pul götürmüşdür. Həmin pulun qarşılığında şəkər tozu alaraq satışını həyata keçirmiş və əldə edilmiş gəliri Yaqubla aralarında bölmüşlər. Həmin 80.000 manat puldan da 40.000 manatım Yaqubun göstərişi ilə Sahibə vermişdir. Onun müxtəlif şəxslərə borcu olduğu üçün baha qiymətə aldığı malı ucuz qiymətə ziyanına satmışdır ki, həmin şəxslərin pulunu versin. Eyni zamanda Yaqub pulunu tələb etdiyi üçün məcbur olaraq şəkər tozunu sonradan baha alaraq ucuz qiymətə Yaquba satmışdır ki, vaxt qazansın. Həmin puldan xeyir kimi Yaquba da vermişdir ki, guya pulla ərzaq məhsulları alıb sataraq gəlir əldə etmişlər. Zərərçəkmiş şəxs2 yalan demişdir. O, 600 kaset “Redbul” enerji içkisini Vurğundan pulunu iki həftəyə ödəmək şərti ilə nisyə olaraq almışdır. O, heç vaxt Vurğunun malını daşımamışdır. Bunlar hamısı Vurğunun uydurmasıdır. O, əvvəllər olduğu kimi Vurğundan “Redbul” enerji içkisini almışdır. Onun Vurğuna əvvəl almış olduğu “Redbul” enerji içkisinə görə 25700 manat pul verəcəyi olmuşdur. Vurğun ondan pulunu tələb etdiyi üçün məcbur olaraq “Redbul” enerji içkisi almış olduğu qiymətdən aşağı qiymətə satmışdır ki, malı təhvil vermədən pulu ala bilsin ki, Vurğunun pulunu versin, əvəzinə yeni mal götürüb aparıb pulu aldığı şəxsə versin. Buna görə də, bu yola əl ataraq “Redbul” enerji içkisinin qiymətini aşağı deyib pulunu əvvəlcədən alaraq Vurğuna olan əvvəlki borcunu bağlayıb yeni partiya mal götürüb topdan satışa təhvil vermişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
33. Maddə 178.3.2. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
34. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
35. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
36. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
37. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
38. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
39. Maddə 59.1.4. Cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır.
40. Maddə 59.1.14. Cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
41. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
42. Maddə 44.1.2 Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.
43. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
44. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
45. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
46. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
47. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
48. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
49. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərar
50. Bənd 1. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
51. Bənd 2. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür.
52. Bənd 3. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
53. Bənd 8. Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir.
Avropa Məhkəməsinin presedent hüququ:
54. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Məhkəmənin hüquqi dəyərləndirməsi
55. Məhkəmənin qarşısında duran başlıca vəzifə X3 göstərilən məbləğlərdə pul vəsaitini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X4 alarkən məqsədi və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların aydınlaşdırılması və qiymətləndirilməsi onun əməllərinin tövsifində mühüm rol oynayır.
56. Məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, sonuncuya ucuz qiymətə şəkər tozu təşkil edəcəyi adı ilə yalan vəd verib aldadaraq, ünvan 2 ünvanının qarşısında xx.xx.2024-cü il tarixdə 80.000 manat və xx.xx.2024-cü il tarixdə 35.000 nağd pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb vermiş olduğu vədə əməl etməyib şəxsi ehtiyaclarına sərf etməklə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 115.000 (bir yüz on beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncuya ünvan 3 ünvanında yerləşən “Elipsa” klubun anbarında olan 600 kaset “Red Bull” enerji içkisini Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Seflanc” restoranının anbarına aparıb təhvil verəcəyi barədə yalan vəd verib aldadaraq, 08 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən “Elipsa” klubun anbarından hər birində 24 ədəd olmaqla 600 kaset ümumi dəyəri 41328 manat təşkil edən “Red Bull” enerji içkisini ünvan 3 ünvanında yerləşən “Elipsa” klubun anbarında idarə etdiyi “Ford Transit” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləsə də, vermiş olduğu vədə əməl edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Sheflaunc” restoranının anbarına təhvil verməyib ələ keçirərək 1 ədəd 2,87 manat olmaqla 41.328 manat dəyərində 14.400 ədəd “Red Bull” enerji içkisini 1 ədədini 2,75 manata olmaqla ümumilikdə 39600 manata dəyərindən ucuz qiymətə Hökməli topdan satış məntəqəsinə sataraq Zərərçəkmiş şəxs2 ümumilikdə 41328 (qırx bir min üç yüz iyirmi səkkiz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu həm Təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ilə tam şəkildə təsdiq olunur.
57. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs 1 ədəd 2,87 manat olmaqla 41.328 manat dəyərində 14.400 ədəd “Red Bull” enerji içkisini təhvil verilməsi təsdiq olunmuş və müəyyən edilmişdir ki, həqiqətən də göstərilən 1 ədəd 2,87 manat olmaqla 41.328 manat dəyərində 14.400 ədəd “Red Bull” enerji içkisini Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Seflanc” restoranının anbarına təhvil vermək üçün almış, lakin Zərərçəkmiş şəxs2 tərəfindən tapşırılan ünvana həmin məhsulları çatdırmamışdır. Eyni zamanda məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs 80.000 manat və 35.000 manat olmaqla iki dəfə cəmi 115.000 manat verilməsi təsdiq olunmuş və müəyyən edilmişdir ki, sonuncuya ucuz qiymətə şəkər tozu təşkil edəcəyi adı ilə yalan vəd verib aldatmış, vermiş olduğu vədə əməl etməmiş və şəxsi ehtiyaclarına sərf etməklə ələ keçirmişdir.
58. Yəni Təqsirləndirilən şəxs faktiki olaraq ucuz qiymətə şəkər tozu təşkil edəcəyi adı ilə Zərərçəkmiş şəxs1 yalan vəd vermiş və sonuncudan xx.xx.2024-cü il tarixdə 80.000 manat, xx.xx.2024-cü il tarixdə 35.000 nağd pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilkin mərhələdə bir qisim şəkər tozu təmin edib təhvil verməklə özünə inam və etibar qazanmış, külli miqdarda pul vəsaitini mənimsəməyə yönələn niyyətini reallaşdırmağa zəmin hazırlamışdır. Daha sonra Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etmişdir.
59. Bundan başqa o, “Elipsa” klubun anbarında olan 600 kaset “Red Bull” enerji içkisini Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Seflanc” restoranının anbarına aparıb təhvil verəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vəd vermiş, “Elipsa” klubun anbarında olan 600 kaset “Red Bull” enerji içkisini təhvil almış, lakin çatdırılma ünvanı olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Seflanc” restoranının anbarına təhvil verməmiş və 1 ədədini 2,75 manata olmaqla ümumilikdə 39600 manata dəyərindən ucuz qiymətə Hökməli topdan satış məntəqəsinə sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxsin enerji içkilərini dəyərindən ucuz qiymətə satması onun niyyətinin Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək olduğunu və bu yolla maddi ehtiyaclarını ödəməyə yönəlmişdir.
60. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ayrı-ayrılıqda pul vəsaitini aldıqdan sonra qısa müddət ərzində vəd etdiyi işləri görməyə başlaması, (şəkər tozu alıb təhvil verməsi, “redbull” enerji içkisini satması) sonradan isə işləri yarımçıq saxlaması, işlərin yarımçıq saxlamasının zərərçəkmiş şəxslərin təqsiri ucbatından olmaması, işləri yarımçıq saxladığı halda bununla bağlı ağlabatan və inandırıcı hesabat verməməsi ona dəlalət edir ki, vəd etdiyi işlərin görülməsi əslində zərərçəkmiş şəxslərin qazanc əldə edəcəyi görünüşünü yaratmaq və gələcəkdə yarana biləcək mübahisəni mülki hüquq mübahisəsi kimi qələmə verməklə məsuliyyətdən yayınmaq məqsədi ilə həyata keçirilmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmədə başqa hallar müəyyən edilməmişdir.
61. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətlərini törətməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir.
62. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X9 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadələr verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür.
63. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2–ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməllərinə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir.
64. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir.
65. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
66. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir.
67. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.
68. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, o cümlədən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır.(qərarın 39-cu bəndi)
69. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
70. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
71. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır.
72. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 41 və 42-ci bəndi).
73. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 33,34,35,36,38-ci bəndləri).
74. Məhkəmə yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
75. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 37-ci bəndi).
76. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, dərhal məhkəmə zalından həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
77. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (qərarın 47 və 48-ci bəndləri)
78. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci olmaması və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyi nəzərə alınmalıdır.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova
Hakimlər Telman Hüseynov
Fərid Namazov