Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1018/2022 11.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçi - “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü, 228.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi, döyüş sursatını əldə etmə, saxlama, daşıma, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən 01 ədəd odlu silah olan PH-4229M nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanı, həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 01 ədəd darağı və 02 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda istifadə edilən patronu qanunsuz olaraq əldə etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 4,474 qram çəkidə psixatrop maddə metamfetamin əldə etmiş, bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,474 qram çəkidə psixotrop maddə metamfetamini və 01 ədəd odlu silah olan PH-4229M nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanı, həmin tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş 01 ədəd darağı və 02 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda istifadə edilən patronu idarə etdiyi “Chevrolet Aveo” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayıb daşımış, 10 noyabr 2021-ci il tarixdə saat 19:45 radələrində, ictimai yer hesab edilən Sumqayıt-Bakı avtomobil yolunun şəhərə girəcəkdə yerləşən tuneldən keçən hissəsində, yəni Bakı şəhərinin Yasamal rayonu ərazisindəki “20 Yanvar” dairəsi adlanan yerin yaxınlığında idarə etdiyi “Chevrolet Aveo” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin yolda onunla eyni istiqamətdə sağ hərəkət zolağında hərəkət edən, tanımadığı Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Rio” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərabərinə yaxınlaşdırıb, həmin vaxt yolda hərəkətdə olan çoxsaylı avtomobillərdəki şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, insanlar arasında bərqərar olmuş davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək idarə etdiyi avtomobilin şüşəsini aşağı endirib silah qismində istifadə etdiyi Makarov konstruksiyalı PM modelli həmin tapançanı Zərərçəkmiş şəxs tərəf tuşlayıb nümayiş etdirmiş, daha sonra isə həmin tapançadan bir dəfə havaya atəş açmaqla qərəzli hərəkət etmiş, bu barədə Zərərçəkmiş şəxs müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 70 ünvanında saxlanılaraq ünvan 4əhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib orada idarə etdiyi “Chevrolet Aveo” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundan 01 ədəd odlu silah olan PH-4229M nömrəli, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və 01 ədəd döyüş sursatı hesab edilən patron, bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,474 qram çəkidə psixotrop maddə metamfetamin və hadisə yerindən 01 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli PA63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan 9 mm kalibrli PH-4229M nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan atılmış giliz aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, idarə etdiyi avtomobildən aşkar olunmuş 1 ədəd “Makarov” tipli tapançanın, onun darağının, patronun və psixotrop maddənin ona heç bir aidiyyəti yoxdur. Belə ki, 10 noyabr 2021-ci il tarixdə onun ad günü olmuş və o, həmin gün qeyrirəsmi ər-arvad kimi yaşadığı Almaz Nağıyevaya məxsus “Chevralet Aveo” markalı **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobili şəhərdə idarə edərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobilin arxa buferi sınıq olduğundan arxa dövlət qeydiyyat nişanını açıb maşına qoymuş, qabaq dövlət qeydiyyat nişanını isə avtomobilin qabaq şüşəsinin altına qoymuşdur. Həmin tarixdə axşamtərəfi Xırdalan şəhərindən metronun “20 Yanvar” stansiyası istiqamətində Bakı şəhərinə qayıdarkən şəhərin girəcəyindəki tuneli keçəndən sonra əlində olan telefonla Almaz Nağıyeva ilə görüntülü danışmış, həmçinin digər əlində siqaret olmuşdur. O, həmin vaxt avtomobildə olan alışqan tapançanı götürüb siqareti yandırmışdır. Bu alışqan tapançanı ona Coşqun adlı dostu bir-iki gün əvvəl vermişdir. O, siqareti yandırandan sonra alışqan tapançanı maşının saxlanc yerinə qoymuşdur. Həmin vaxt hava yağışlı, yol isə tıxac olmuşdur. Bundan sonra, o, avtomobili həmin yoldan sağa doğru, yəni metronun “20 Yanvar” stansiyasının yanındakı dairəyə tərəf idarə etmiş, oradan isə metronun “Memar Əcəmi” stansiyasına doğru gedərək həmin ərazidə yaşayan, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Almazı da götürmüş və Dərnəgül şossesində yerləşən adını xatırlamadığı otelə gedərək gecəni Almazla birlikdə həmin oteldə qalmışdır. Səhəri gün, yəni 11 noyabr 2021-ci il tarixdə saat 14 radələrində oteldən çıxıb Almazı aparıb yaşadığı mənzildə düşürmüş və yenə metronun “20 Yanvar” stansiyasına doğru gedərək avtomobili orada saxlamışdır. O, avtomobildən düşəndə bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmədən onu idarə etdiyi Almaza məxsus avtomobilə əyləşdirmiş və qoluna qandal vuraraq Bakı şəhər Baş Polis İdarəsinə aparmışlar. Maşını həmin şəxslərdən biri idarə etmişdir. Onun avtomobilini Polis İdarəsinin həyətində saxlamış, özünü isə idarəyə qaldıraraq cinayət-axtarış idarəsinin rəisinin yanına aparmışlar. Orada rəis ondan “nə üçün camaata silah çıxarmısan?” deyə soruşmuş, o isə özündə tapança olmadığını, yalnız alışqan tapança olduğunu bildirmişdir. Sonra elə həmin otaqda adını bilmədiyi yaşlı bir əməkdaş onun cibinə “Makarov” tapançası qoyaraq “get bununla şellən, srokda desinlər ki, kişi silahla oturur” deyə bildirmişdir. O isə razılaşmayaraq bu silahın ona məxsus olmadığını demişdir. Orada iki nəfər yaşlı əməkdaş və rəis özü ona təzyiqlər göstərməyə başlamışlar. Sonra əməkdaşlardan kimsə “nə olub, bir silaha görə artistlik edirsən”, başqa bir əməkdaş isə “bunun avtomobilində yəqin ki, narkotik maddə də var” deyə bildirmişlər. O, isə ümumiyyətlə narkotik maddə istifadəçisi olmadığını söyləmişdir. Bundan sonra onu otaqlardan birinə aparıb bir qədər saxlayandan sonra Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparmışlar və bölmənin içərisində “KPZ” adlanan yerdə saxlamışlar. Orada ona ailəsi ilə əlaqə saxlamaq üçün telefon da verməmişlər. Səhəri gün saat 10 radələrinədək orada qalmış, sonra isə bir neçə əməliyyatçı gələrək onu ağ rəngli “Prado” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşdirib Bakı şəhər Baş Polis İdarəsinə aparmışdır. İdarənin həyətinə girəndə onun idarə etdiyi avtomobilin dünən saxlanıldığı yerdə olmadığını görmüşdür. O, avtomobilinin harada olduğunu soruşsa da ona cavab verilməmişdir. Sonra onu yenə yuxarı mərtəbələrdəki otaqlardan birinə, daha bir neçə dəqiqə sonra onu Qalib adlı əməkdaşın otağına aparmışlar. Həmin əməkdaş ondan niyə silahla xuliqanlıq etdiyini soruşmuş, o da “Qalib müəllim, birincisi həmin tapança oyuncaq, yəni alışqandır, ikincisi mən xuliqanlıq etməmişəm” deyə cavab vermişdir. Qalib ona narkotiklə silaha imza etməsini demiş, o isə özünün olmayan narkotik vasitəyə və silaha imza etməyəcəyini, Allah qorxusunun olmasını demişdir. Həmin vaxt Qalib adlı əməkdaş ona təsir etmək istəsə də yenə onun dediyi sənədlərə imza etməmişdir. Qalib bir daha “narkotiklə silaha imza et, qalxıb rəisdən xahiş edərəm, bəlkə işini yüngülləşdirərlər”demiş, o isə qəti şəkildə onun təklifi ilə razılaşmadığından sonuncu onun ünvanına ağır söyüşlər söyərək onsuz da həmin sənədləri imzalayacağını bildirmişdir. O isə bir daha ona aid olmayan narkotikə və silaha heç vaxt imza etməyəcəyini bildirmişdir. Qalib onun imza etməməkdə israrlı olduğunu görərək daha təkid etməmişdir. Bundan sonra onu başqa otağa keçirmişlər və bir qədər sonra iki nəfər əməkdaş onu idarənin həyətinə düşürmüşdür. O, bir neçə əməliyyatçının idarənin zirzəmisinin qarşısına yığışdığını görmüşdür. Sonra zirzəminin jalüzü bağlanmış, o iki nəfər əməliyyatçı ilə birlikdə çöldə qalmış, digər əməkdaşlar isə zirzəmiyə düşmüşlər. Təxminən 10-15 dəqiqədən sonra jalüz açılmış və onu zirzəmiyə düşürmüşlər. Ora daxil olanda idarə etdiyi avtomobilinin orada dayandığını və avtomobilin ətrafında bir neçə nəfərin olduğunu görmüşdür. Əməkdaşlardan biri, yəni onun avtomobilini idarə edib Baş Polis İdarəyə gətirən əməkdaş avtomobilin açarını ona uzatsa da, o, “maşını kim idarə edib o da açsın” deyərək açarı götürməmişdir. Ona maşının qarşısında durması təklif olunmuş, o isə bildirmişdir ki, bir şərtlə durur ki, onun maşınını kameranın altından gətirib zirzəmiyə saldıqlarını deyəcək. Lakin onlar razılaşmamışlar. Bir qədər gözlədikdən sonra adlarını bilmədiyi iki nəfər mülki geyimli şəxs gəlmiş və bundan sonra açarı ona təqdim edən əməliyyat müvəkkili avtomobilin qapısını açmışdır. Lakin avtomobili bir qədər dolu bədənli əməkdaş yoxlamışdır. Baxış zamanı avtomobilin qapısının içəri tərəfindən onun özünün oyuncaq, yəni alışqan tapançanı qoyduğu yerdən başqa bir “Makarov” tipli tapança, onun darağı və güllə, özünün oturduğu sükanın qarşısındakı oturacağın altından isə ağ rəngli, duza bənzər maddə və avtomobilin şitinin üstünə qoyduğu, meyvə doğramaq üçün istifadə etdiyi bir ədəd bıçaq aşkar etmişlər. O, həmin tapançanın və duza oxşar maddənin ona məxsus olmadığını, aşkar olunanlardan yalnız bıçağın ona məxsus olduğunu bildirmişdir. Orada bununla bağlı fotoşəkillər çəkilmiş, sonra isə yuxarı otaqlardan birinə qalxmışlar. Həmin otaqda protokol tərtib olunmuş və avtomobildən aşkar olunanlar sadalanaraq qablaşdırılmışdır. Ancaq o, protokolu və digər sənədləri imzalamayaraq bir daha qeyd etmişdir ki, aşkar olunan tapançanın və digər əşyaların ona aidiyyəti yoxdur. Bir müddət sonra vəkil dəvət olunaraq onun üstünə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra onu Xətai rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə aparmışlar və barəsində cinayət işi başlayaraq həbs etmişlər. Barəsində şikayət edən Leyla adlı xanımın dedikləri yalandır. Çünki, onun əlində olan tapança alışqan tapança olmuş və o, həmin alışqan tapançanı heç kimə tuşlamamışdır. Həmin alışqan tapança ona məxsus olduğundan öz avtomobilində onunla istədiyi kimi hərəkət edə bilər, buna görə ona heç kim heç bir qadağa qoya bilməz. Həmin vaxt da avtomobillə gedərkən tapançanı əlində qaldırıb oynatdığından ola bilsin ki, Leyla xanım elə bilmişdir ki, tapançanı ona tuşlayır. Avtomobilindən aşkar olunmuş tapança, patron və psixotrop madənin ona aidiyyəti yoxdur, onları onun avtomobilinə kimin qoyduğunu bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 01 noyabr 2020ci il tarixdən "xxxx" MMC Media qrupuna daxil olan “ARB” eeleviziya kanalında Xəbərlər Departamentinin müxbiri vəzifəsində çalışır. Artıq bir neçə ildir ki, atasına məxsus “Kia Rio” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 10 noyabr 2021-ci il tarixdə həmin avtomobillə Müşfiqabad qəsəbəsindən şəhərə qayıdarkən, təxminən saat 19:45 radələrində Sumqayıt-Bakı avtomobil yolu ilə hərəkət edib Bakı Beynəlxalq Avtovağzalının yanından keçib şəhər istiqamətində getmək üçün “Şamaxinka” deyilən ərazidəki tunelin içindən keçərək tunelin sonuna yaxınlaşanda ag rəngli, “Chevrolet” markalı avtomobili idarə edən təxminən 24-25 yaşlarında, üzü saqqalı və başında idman “kepka”sı olan şəxs həmin avtomobili əvvəlcə onun avtomobilinin sağ tərəfi ilə hərəkət etdirərək qara rəngli tapança çıxarıb əlində ona tərəf nümayiş etdirərək nə isə deməyə başlamışdır. Ancaq onun öz avtomobilinin şüşəsi bağlı olduğundan həmin şəxsin, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs nə dediyini eşitməmiş və başa düşməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz avtomobilinin şüşəsini aşağı salıb əlindəki silahı ona doğru tuşlayaraq əlini aşağı-yuxarı hərəkət etdirərək yenə nəsə deməyə başlamış, lakin o, Samirin dediklərini eşitmədiyindən nə dediyini başa düşə bilməmişdir. Bununla belə Samirin bu hərəkətlərindən çox qorxduğundan həddən artıq güclü həyacan keçirməyə başlamış və avtomobilin sürətini bir qədər azaltmışdır ki, həmin şəxs ondan uzaqlaşıb getsin. Yolda avtomobillərin hərəkəti intensiv olduğundan Təqsirləndirilən şəxs arxadan sürətlə hərəkət edən avtomobillərin ona mane olduğunu görüb bir qədər qarşıya keçməli olmuşdur. Həmin vaxt onun avtomobilin arxa hissəsində dövlət qeydiyyat nişanının olmadığını görmüşdür. Daha sonra həmin şəxs tunelin çıxacağından sağa dönərək Yasamal istiqamətində, o isə körpünün üstü ilə hərəkət etməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs getdiyi tərəfdən gurultu səsi, yəni silah atəşinə oxşar səs eşitdiyindən və bu, onda həddən artıq böyük həyəcan və qorxu yaratdığından çox çətinliklə avtomobili idarə edib metronun “Neftçilər” stansiyası yaxınlığında yaşayan qardaşıgilə getmişdir. O, hadisə barədə qardaşına məlumat verib baş verənləri ona danışmışdır. Bu hadisədən çox böyük qorxu, həyəcan və sarsıntı keçirdiyindən bir müddət özünə gələ bilməmiş, bir qədər sakitləşib özünü ələ alandan sonra bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmiş və “Facebook” sosial şəbəkəsi vasitəsilə Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazova hadisə ilə bağlı müraciət ünvanlamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs bağışlamır və barışmır. Ona qarşı etdiyi hərəkətə görə Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 11 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək 10 noyabr 2021-ci il tarixdə Yasamal rayonu, Moskva prospektində idarə etdiyi “Kia Rio” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “20 Yanvar” dairəsinə çatmamış bir nəfər naməlum şəxsin dövlət qeydiyyat nişanı olmayan ağ rəngli avtomobildən əlində olan silahla onu hədələdiyini və bir qədər sonra gurultu səsi eşitdiyini bildirmişdir. Həmin məlumatın yoxlanılması ona həvalə edilmişdir. Müraciətdə göstərilən xüsusatların əməliyyat yolu ilə yoxlanılması və həmin şəxsin müəyyən edilməsi üçün əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə rəhbərlik tərəfindən icazə verildikdən sonra Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əmri ilə cinayət-axtarışı idarəsinin baş əməliyyat müvəkkili Şahid2, həmin idarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4, habelə İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Aftandil Bayramovdan və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs silah göstərən şəxsin xx xxxxxx 1997-ci ildə Yardımlı rayonu, Yardımlı qəsəbəsində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və sonuncu 11 noyabr 2021-ci il tarixdə saat 16:30 radələrində idarə etdiyi “Chevrolet” markalı, üzərində dövlət qeydiyyat nişanı olmayan ağ rəngli avtomobillə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 70 ünvanında yolun kənarında saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmişdir. İdarədə təhqiqatçı X3 Əmirlidən avtomobilinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşduqda sonuncu etirazının olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsində iştirak etmək üçün iki nəfər hal şahidi dəvət edilmiş və Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının avtomobillərin dayanması üçün nəzərdə tutulmuş qarajında süni işıqlandırma şəraitində 11 noyabr 2021-ci il saat 17:50-dən başlayaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs avtomobilində dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü təqdim etməsi təklif olunmuş, lakin sonuncu avtomobilində heç bir qanunsuz əşya və ya narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onların və hal şahidlərinin iştirakı ilə avtomobilə baxış keçirməyə başlanılmışdır. Avtomobilin sağ qabaq qapısı açılıb salona baxış keçirilərkən sürətlər qutusunun yanında bir ədəd “İphone 11” markalı və bir ədəd markasını xatırlamadığı, qara rəngli, kiçik ölçülü mobil telefon, oturacaqların arasından isə avtomobilin üzərindən çıxarılmış iki ədəd **-EM-*** dövlət qeydiyyat nişanı, avtomobilin arxa yük yerinə baxış keçirilərkən iki ədəd qara rəngli gödəkcə, bir ədəd ağ rəngli kişi şalvarı, alışqan, müxtəlif dərmanlar, təsbeh, ətir, dəmir zəncir, habelə vintaçan, avtomobilin arxa yük yerindən iki ədəd qara rəngli gödəkcə, bir ədəd ağ rəngli kişi şalvarı, avtomobilin sol qabaq qapısının üzərində sandıqçasında bir ədəd patron olan “PH 4229” nömrəli “Makarov” markalı tapanca, bir ədəd qatlanan bıçaq və sol qabaq tərəfdə ayaqaltının altından bir ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə aşkar edilmişdir. Həmin əşyalarla bağlı şifahi sorğu zamanı Təqsirləndirilən şəxs özünü anormal şəkildə aparmağa, qeyri-adekvat hərəkətlər etməyə başlayaraq sualları cavablandırmaqdan imtina etmiş, heç bir sənədi imzalamayacağını bildirmişdir. Bundan sonra avtomobildən aşkar edilərək götürülmüş sandıqçası ilə birlikdə “PH 4229” nömrəli tapança, bir ədəd patron, bir ədəd bıçaq və bir ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə ayrı-ayrılıqda zərflərə qoyularaq yapışqan lentlə bağlanıb qablaşdırılmış, həmin qablaşdırmanın üzərinə yapışqan lent vasitəsilə yapışdırılmış vərəqin üzəri hal şahidləri və onların tərəfindən imzalanmışdır. Lakin Təqsirləndirilən şəxs aşkar olunmuş əşyalar və maddənin qablaşdırıldığı zərfləri imzalamaqdan imtina etmişdir. Baxış zamanı əməkdaşlar tərəfindən mobil telefonla fotoşəkillər də çəkilmişmişdir. Təhqiqatçı tərəfindən baxış barədə protokol tərtib edilərək ucadan oxunmuş və düz tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Lakin Təqsirləndirilən şəxs protokolu da imzalamaqdan imtina etmişdir. Daha sonra təhqiqatçının xidməti otağında hal şahidlərinin və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, lakin Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş heç bir əşya olmadığını demiş və əynindəki qara rəngli şalvarının cibindən bir ədəd 100, bir ədəd 50, bir ədəd 20, iki ədəd 5 və üç ədəd 1 manatlıq əskinaslar olmaqla cəmi 183 manat pul çıxarıb masanın üstünə qoyaraq üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra onların iştirakları ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilsə də onun üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə bağlı fotoşəkillər çəkilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalamışlar. Lakin Təqsirləndirilən şəxs şəxsi axtarış protokolunu da imzalamaqdan imtina etmişdir. Bundan sonra, təhqiqatçı Aftandil Bayramov, baş əməliyyat müvəkkili Şahid2 və şikayətçi Zərərçəkmiş şəxs ilə birlikdə sonuncunun silahla hədələnməsi və bir qədər sonra gurultu səsi eşitməsi ilə bağlı göstərdiyi hadisə yerinə gəlmişlər. Hadisə yerinə baxış keçirilməsinə başlamazdan əvvəl təhqiqatçı Aftandil Bayramov baxış zamanı videoçəkilişdən istifadə ediləcəyi barədə məlumat vermiş, bununla bağlı heç bir etiraz daxil olmamışdır. Baxış zamanı Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal rayonu Moskva prospekti üzərində yerləşən körpüyə paralel köməkçi yolun sol tərəfindəki piyadaların “20 Yanvar” dairəsinə tərəf hərəkət etdikləri hissəni göstərərək bildirmişdir ki, 10 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospektində idarə etdiyi “Kİa Rio” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “20 Yanvar” dairəsinə çatmamış bir nəfər naməlum şəxs dövlət qeydiyyat nişanı olmayan ağ rəngli avtomobildən əlindəki qara rəngli silahı ona tərəf bir neçə dəfə tutaraq silahla onu hədələmişdir. O, körpünün üstü ilə hərəkətini davam etdirmiş, tanımadığı sürücü isə köməkçi yolla “20 Yanvar” dairəsi istiqamətində hərəkətini davam etdirmiş, bir qədər sonra həmin şəxsin hərəkət etdiyi istiqamətdən gurultu səsi eşitmişdir. Orada təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs təklif olunmuşdur ki, gurultu səsini eşitdiyi təxmini yeri göstərsin. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin vaxt avtomobillərin hərəkəti həm körpünün üzərində, həm də köməkçi yolda çox sıx olduğundan körpünün üzərinə çıxanda təxminən 30-40 metr məsafə qət etmiş, onu silahla hədələyən sürücü isə köməkçi yolda təxminən ondan bir qədər çox, yəni 50-60 metr məsafə qət etmişdir. hadisənin baş verdiyi yeri göstərərək ətraflı ifadə vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs gurultu səsi eşitdiyi təxmini yer kimi göstərdiyi köməkçi yolun sol tərəfində yerləşən və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerdən - səkidən bir ədəd patron gilizi aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra idarəyə qayıtmışlar, idarədə bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs müəyyən edilib Bakı şəhər Baş Polis İdarəsinə gətirilərkən, habelə həmin idarədə onun idarə etdiyi avtomobilə baxış keçirilərkən və üstünə şəxsi axtarış aparılarkən ona qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmiş, onunla qanun çərçivəsində davranılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 11 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində polis əməkdaşları ona yaxınlaşıb özlərini Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları təqdim etmişlər və bir avtomobilə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini təklif etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları ondan başqa bir nəfəri də hal şahidi qismində dəvət etmişlər və onlara hüquq və vəzifələrini izah etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə etirazının olubolmadığını soruşmuşlar, sonuncu da etirazının olmadığını bildirmişdir. Bundan sonra, onlar Bakı Şəhər Baş Polis İdarəsinin binasının altında yerləşən, avtomobillərin dayanması üçün nəzərdə tutulan qaraja enmişlər. Orada ağ rəngli “Chevrolet" markalı avtomobilə baxış keçirilməzdən əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs avtomobilində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər, lakin sonuncu avtomobilində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanılmış və baxış zamanı avtomobilin sürətlər qutusunun yanında bir ədəd “İphone” markalı və bir ədəd “Samsung” markalı mobil telefon, qabaq oturacaqların arasından iki ədəd **-EM-*** dövlət qeydiyyat nişanı, baqaj yerindən iki ədəd qara rəngli gödəkçə, bir ədəd ağ rəngli kişi şalvarı, dərmanlar, alışqan, təsbeh, ətir, dəmir zəncir, sol qabaq qapının üzərindən içində maqazini olan bir ədəd tapança, bir ədəd patron, bir ədəd bıçaq və qabaq sol tərəfdəki sürücü oturacağının altındakı ayaq altının altından bir ədəd sellofan bükümdə kristalşəkilli ağ rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan tapançanın, patronun, bıçağın və sellofan bükümdəki maddənin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra aşkar edilmiş tapança, patron, bıçaq və sellofan bükümdəki maddə hər biri ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı polis əməkdaşlarından biri tərəfindən mobil telefon vasitəsilə fotoşəkillər çəkilmişdir. Daha sonra baxış barədə protokol tərtib edilərək ucadan oxunmuş, düz yazıldığı üçün iştirakçılar tərəfindən imzalamışdır. Lakin Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmişdir. Bundan sonra xidməti otaqlardan birində onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, sonuncu da şalvarının cibindən bir ədəd 100, bir ədəd 50, bir ədəd 20, iki ədəd 5 və üç ədəd 1 manatlıq əskinasları çıxarıb masanın üstünə qoyaraq üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də qanunsuz saxlanılan heç bir əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. 10 noyabr 2021-ci il tarixdə axşam saatlarında bacısı Leyla çox kəskin qorxu və stress keçirmiş şəkildə onun yaşadığı mənzilə gəlmişdir. Leyla həddən artıq qorxu və həyacan keçirdiyindən rəngi ağappaq olmuşdur. O, Leylaya su verib bir qədər sakitləşdirərək bunun səbəbini, yəni nə baş verdiyini soruşduqda Leyla bildirmişdir ki, Sumqayıt-Bakı avtomobil yolu ilə hərəkət edib şəhər istiqamətində getmək üçün “Şamaxinka” deyilən ərazidəki tuneldən keçəndən sonra ag rəngli “Chevrolet” markalı avtomobili idarə edən cavan bir oğlan avtomobilini onun sağ tərəfi ilə hərəkət etdirərək tapança çıxarıb ona tərəf tutub onu qorxutmuş, bir qədər sonra isə həmin şəxsin avtomobili hərəkət edən tərəfdən atəş səsinə oxşar gurultu səsi gəlmişdir. Odur ki, bu hadisədən həddən artıq qorxu və stress keçirmiş, həyəcandan çox çətinliklə avtomobili idarə edib özünü onlara çatdıra bilmişdir. O, Leylanı birtəhər sakitləşdirməyə çalışmışdır. Həmin gün ata-anası evdə olmadıqlarından, yəni rayonda olduqlarından və Leyla da hadisənin təsirindən çox böyük həyacan keçirdiyindən gecəni onlarda qalmışdır. Leyla bir qədər özünə gələndən sonra sosial şəbəkə vasitəsilə hadisə barədə Daxili işlər nazirinin birbaşa özünə müracət etmiş, səhəri gün də səhv etmirsə Bakı Şəhər Baş Polis İdarəsinə də müraciət etmişdir. Leylanın müraciəti əsasında hadisəni törədən şəxsi müəyyən etmişlər. Sonradan Leyladan eşitmişdir ki, polis əməkdaşları ilə birlikdə gedib hadisə yerinə baxış keçirəndə həmin şəxs tərəfindən tapançadan atılan atəş zamanı orada qalmış giliz aşkar edilərək götürmüşlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs, həmçinin şahidlər Şahid1, Şahid2 və Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxs və şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 136-139, cild 2, iş vərəqə 201-217). Şəxsin tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq məhz həmin şəxsin idarə etdiyi avtomobili onun avtomobilinin sağ tərəfi ilə hərəkət etdirərək qara rəngli tapança çıxarıb ona nümayiş etdirdiyini bildirmişdir (cild 1, iş vərəqə 133-135). Avtomobilə baxış keçirilməsi haqqında 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı avtomobilə yaxınlaşılaraq sağ qabaq qapını açıb salona vizual baxış zamanı sürətlər qutusunun yanından bir ədəd “İphone” markalı və bir ədəd “ark” yazısı olan mobil telefonlar, oturacaqların arasından Təqsirləndirilən şəxs deməsinə əsasən avtomobilin üzərindən çıxarılmış iki ədəd **-EM-*** dövlət qeydiyyat nişanı, avtomobilin arxa yük yerindən iki ədəd qara rəngli gödəkcə, bir ədəd ağ rəngli kişi şalvarı, şəxsi istifadəsində olan dərmanlar, vintaçan, alışqan, təsbeh, ətir, dəmir sep, sol qabaq qapının aşağı cib hissəsində “PH 4229” nömrəli silah darağı ilə birlikdə, daraqda 01 ədəd patron, 01 ədəd qatlanan bıçaq və qabaq sol tərəfdə ayaq altının altından 01 ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə aşkar edilərək avtomobilin mühərrik örtüyünün üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş “PH 4229” nömrəli silah, 01 ədəd patron, 01 ədəd bıçaq və 01 ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddəyə oxşar kütlə ilə bağlı suallar verilən zaman sonuncu qeyri-adekvat hərəkətlər nümayiş etdirərək sualları cavablandırmaqdan imtina etməklə heç bir sənədi imza etməyəcəyini bildirmişdir. Avtomobildən aşkar olunmuş “PH 4229” nömrəli silah sandıqca ilə birlikdə, 01 ədəd patron, 01 ədəd bıçaq və 01 ədəd şəffaf sellofan bükümdə kristalşəkilli ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə ayrılıqda paketə qoyulmaqla qablaşdırılaraq möhürlənmiş, həmin qablaşdırmanın üzəri hal şahidləri və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin hər iki mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 30-37). Hadisə yerinə baxış keçirilməsi haqqında 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində orta əsas yoldan sağ tərəfdə yerləşən köməkçi yolun sol tərəfində olan piyadaların hərəkəti üçün nəzərdə tutulmuş ensiz yola videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti üzərində yerləşən körpüyə paralel köməkçi yolun sol tərəfindəki piyadaların “20 Yanvar” dairəsinə tərəf hərəkət etdikləri yoldur. Köməkçi yolun sağ tərəfində "xxxx" ASC-nin inzibati binası yerləşir. Həm körpünün üzərində, həm də köməkçi yolda avtomobillərin hərəkəti sıxlıq təşkil etmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs 10 noyabr 2021-ci saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospektində idarə etdiyi “Kia Rio” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “20 Yanvar” dairəsinə çatmamış bir nəfər naməlum şəxsin dövlət qeydiyyat nişanı olmayan ağ rəngli avtomobildən əlində olan silahla onu hədələdiyini, həmin şəxsin əlindəki qara rəngli silahı bir neçə dəfə ona tərəf tutduğunu, həmin sürücünün köməkçi yolla 20 Yanvar dairəsi istiqamətində, onun özünün isə körpünün üstü ilə hərəkətini davam etdirdiyini, bir qədər sonra gurultu səsi eşitdiyini bildirmişdir. Hadisə yerinə baxışı davam etdirilərkən Zərərçəkmiş şəxs avtomobili ilə körpünün üzərində hərəkət edərkən təxminən gurultu səsini eşitdiyi yeri göstərməsi təklif edildikdə sonuncu həmin vaxt avtomobillərin hərəkətinin həm körpünün üzərində, həm də köməkçi yolda çox sıx olduğunu, bu səbəbdən körpünün üzərinə çıxanda təxminən 30-40 metr məsafə qət etdiyini, ona silah tuşlayan sürücünün isə köməkçi yolda təxminən ondan bir qədər çox, yəni 50-60 metr məsafə qət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs gurultu səsi eşitdiyi köməkçi yolun sol tərəfində yerləşən və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yola diqqətlə baxış keçirilərkən üzəri bir qədər palçıq olan yerdən bir ədəd 9x18 kalibrli giliz aşkar edilərək götürülmüş və qablaşdırılaraq üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Hərəkətin intensivliyi və adamların çoxluğu nəzərə alınaraq hadisə yerinə baxış haqqında protokol Bakı Şəhər Baş Polis İdarəsində tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 66-67). Təqsirləndirilən şəxs qanunazidd hərəkətlərə məruz qalmasına dair verdiyi 25 dekabr 2021-ci il tarixli ifadəsi göstərilən xüsusatların araşdırılaraq hüquqi qiymət verilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilmiş, oradan isə araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilmişdir. Xətai rayon prokurorluğunda aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs 25 dekabr 2021ci il tarixli ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından 02 mart 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 2, iş vərəqə 257-261). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətinin xx.xx.2022-ci il tarixli 003-826-1222 saylı müşayiət məktubu ilə göndərilmiş 1 ədəd fleşkarta keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, feşkartda Təhlükəsiz Şəhər Xidmətinin “TŞ 2- 064, TŞ 2-131 və TŞ 2-134” nömrəli kameralarının xx.xx.2021-ci İl tarixli saat 19:00-dan 20:30-dək olan müddətdəki videogörüntülərini özündə əks etdirən, hər birindəki görüntülər təxminən 90 dəqiqə davam edən (“TŞ2-064 3-2021-11- 10_19h00min00s000ms” faylı istisna olmaqla) və üzərində “TŞ2-064 1-2021-11- 10j9h00min00s000ms”, “TŞ2-064 2-2021-11- 10_19h00min00s000ms”, “TŞ2-064 3-2021- 11-10JƏhOOminOOsOOOms”, “TŞ2-064 4-2021- 11-10_19h00min00s000ms”, “TŞ2-131 1-2021-11-10_19h00min00s000ms”, “TŞ2-131 2- 2021-11-10_19h00min00s000ms”, “TŞ2- 131 3-2021-11-10_19h00min00s000ms”, “TŞ2-134 1-2021-11-10_19h00min00s000ms”, “TŞ2-131 2-2021-11-10_19h00min00s000ms”, “TŞ2-131 3-2021-11- 10_19h00min00s000ms” yazıları olan 10 ədəd video fayl vardır. Həmin fayllardakı videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntülərdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, habelə “20 Yanvar” dairəsi ətrafında və həmin dairə üzərindəki körpüdə xx.xx.2021-ci il tarixdə saat 19:00-dan 20:30-dək avtomobillərin hərəkəti qeydə alınmışdır. Lakin hava qaranlıq olduğundan, habelə bəzi videofayllardakı görüntülər keyfiyyətsiz olduğundan görüntülər aydın deyil. Baxış zamanı “TŞ2-131 3-2021- 11-10_19h00min00s000ms” faylındakı videogörüntülərdən başqa iş üçün əhəmiyyət kəsb edən görüntülər aşkar edilməmişdir. “TŞ2-131 3-2021-11-10_19h00min00s000ms” faylındakı videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, həmin gün saat 19:48-də iş üzrə Zərərçəkmiş şəxs idarə etdiyi "KİA Rİo” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə “20 Yanvar” dairəsi üzərindəki körpüyə tərəf şəhər istiqamətində hərəkət edir. Onun arxasınca isə bir yük avtomobili hərəkət edir. Qarşıda avtomobillərin sıxlığı yarandığından Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil qısa müddət hərəkətini dayandırır, bu vaxt yük avtomobilinin arxa hissəsində sağ tərəfindən arxa dövlət qeydiyyat nişanı üzrərində olmayan “Chevrolet” markalı, ağ rəngli avtomobil keçərək yük avtomobilindən qarşıda dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin bərabərinə yaxınlaşır. Lakin bundan sonra yük avtomobili görüntünün qarşısını kəsdiyindən “Chevrolet” markalı həmin avtomobil görünmür. Bir qədər sonra isə yolda avtomobillərin hərəkət sıxlığı olduğundan avtomobillərin həddən artıq aşağı sürətlə hərəkəti davam edir. Hərəkət bir qədər davam etdikdən sonra arxa dövlət qeydiyyat nişanı olmayan “Chevrolet” markalı, ağ rəngli avtomobil körpünün sağ tərəfi ilə “20 Yanvar” dairəsi istiqamətində, Zərərçəkmiş şəxs idarə etdiyi “KİA RİO” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə körpünün üstü istiqamətində aşağı sürətlə hərəkətini davam etdirir (cild 2, iş vərəqə 118-119). Məhkəmə-ballistik eksperizasının 12 noyabr 2021-ci il tarixli 21/643R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd PH-4229M Nə-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında 2008-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronudur və döyüş sursatıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə Rusiya dövlətində 1997ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli PA 63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış - gilizidir. Həmin giliz tədqiqata təqdim edilmiş 9 mm kalibrli PH-4229M Ne-li Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır (cild 1, iş vərəqə 84-93). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Təqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 011-10825-1221 saylı məktubdan görünür ki, 01 ədəd 9 mm kalibrli, PH-4229M NQ-İİ Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (cild 1, iş vərəqə 244). Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş PH-4229M nömrəli “Makarov” konstruksiyalı tapançanın, habelə arxa hissəsində 050/08 rəqəmləri həkk olunmuş 1 ədəd patronun və 77/97 rəqəmləri həkk olunmuş 1 ədəd gilizin Daxili İşlər Nazirliyində qeydiyyatda olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli, 0xx-xx-1222 saylı cavabdan görünür ki, “Makarov” markalı PH-4229M №li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur. Daxili İşlər Nazirliyinin 08.01,2019-cu il tarixli Q5-001-19 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş, kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”ın tələbinə əsasən yalnız istehsalçı müəssisə tərəfindən və ya icazə sistemində qeydiyyata alınarkən verilmiş fərdi nömrəsi olan talanmış, itirilmiş və ya aşkar edilmiş (müsadirə edilmiş, tapılmış və könüllü təhvil verilmiş) silah və sursatın Baş Əməliyyat və Statistik İnformasiya idarəsində mərkəzləşdirilmiş axtarış uçotları aparılır. Odur ki, arxa hissəsində 050/08 rəqəmləri həkk olunmuş 1 ədəd patron və 77/97 rəqəmləri həkk olunmuş 1 ədəd gilizin fərdi seriya və nömrəsi olmadığı üçün uçotu aparılmır və həmin sursatların aşkar olunması, təhvil verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat yoxdur (cild 2, iş vərəqə 75). Azərbaycan Respublikası Müdafiə Nazirliyinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli 2/536 saylı cavab məktubundan görünür ki, PH-4229M zavod nömrəli 9 mm-lik “Makarov” markalı tapança 03 fevral 2022-ci il tarixinə olan məlumata əsasən silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. Arxa hissəsində “050-08” rəqəmləri həkk olunan 9 mm-lik tapança patronu Azərbaycan istehsallı döyüş sursatı hesab edilir və Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və texnika İdarəsinin Raket-Artileriya Silahları xidmətində qeydiyyatdadır. Arxa hissəsində “77-97" rəqəmləri həkk olunan 9 m-lik tapança patronu və onun gilizi Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və texnika İdarəsinin Raket-Artileriya Silahları xidmətində qeydiyyatdan keçmir (cild 2, iş vərəqə 183). Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli 15/349 saylı cavab məktubundan görünür ki, PH-4229M “Makarov” konstruksiyalı tapançanın, arxa hissəsində 050/08 rəqəmləri həkk olunmuş 1 ədəd patronun və arxa hissəsində 77/97 rəqəmləri həkk olunmuş 1 ədəd gilizin oğurlanmasına və itirilməsinə dair məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmamışdır (cild 2, iş vərəqə 221). Məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 6/5022 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,474 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixiotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 4,424 qram təşkil etmişdir (cild 1, iş vərəqə 100-104). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 149 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 191-192). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 171 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəiiliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci və ya 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 195-197). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 270-271). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 234.4.3-cü maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyini bildirmiş və onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq qeyd edir ki, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq əməlinin törədilməsi o halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır ki, həmin əməl zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunsun. Amma hazırki iş üzrə Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törədərkən hər hansı zor tətbiq etməmiş, özgənin əmlakını məhv etməmiş və zədələməmişdir. Təqsirləndirilən şəxs törətdiyi xuliqanlıq cinayəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi ilə tam əhatə olunur. Ona görə də məhkəmə xuliqanlıq epizodu üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edir, bu tövsifi qanunu və əsaslı hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması, daşıması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında 28 mart 2022-ci il tarixli qərarında da elan edilmiş ittihamın təsdiqi kimi ekspert rəyini, maddi sübutu, avtomobilə baxış haqqında protokolu sübut növü kimi qiymətləndirmək barədə yekun qənaətə gəlmişdir (cild 2, iş vərəqə 270- 292). Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir, psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən məlumat yükü daşımır. Əksinə, bu sübutlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, avtomobilə baxış keçirilməsi haqqında protokolu, aşkar edilmiş psixotrop maddəni növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin və ya psixotrop maddənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət- Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs avtomobilindən 4,474 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması avtomobilə baxış keçirilməsi haqqında protokol, onu saxlamış polis əməkdaşlarının ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını, avtomobilindən aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə psixotrop maddənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş odlu silahın, onun komplekt hissəsinin, döyüş sursatlarının və narkotik vasitənin ona heç bir aidiyyatının olmamasına, onların polis əməkdaşları tərəfindən onun avtomobilindən çıxması kimi rəsmiləşdirilməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllər isə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü, 228.1-ci və 234.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd olunan maddələrinin sanksiyalarında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsi səciyyələndirən xüsusiyyətləri, törətdiyi cinayətlərin xarakterini, onların törədilməsi şəraitini nəzərə almaqla cəzanın məqsədlərinin təmin edilməsi baxımından, qeyd oluan maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növünün - azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, valideynlərinin hər ikisinin ikinci qrup əlil olmalarını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 11 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 55, 170-175). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin dəyəri olmadıqda məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli PH-4229M nömrəli tapança, 01 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə 2008-ci ildə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronu, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq, habelə 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində 1997-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli PA 63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan və 9 mm kalibrli PH-4229M nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan atılmış giliz dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,424 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, hadisə yerinə baxış zamanı 01 ədəd gilizin aşkar edilməsinə dair qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd CD disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin kameralarının videogörüntülərini özündə əks etdirən 01 ədəd yaddaş daşıyıcısı (fleşkart) cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 145 (bir yüz qırx beş) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci, 228.1-ci və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 145 (bir yüz qırx beş) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş bir ədəd odlu silah olan 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli PH-4229M nömrəli tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və bir ədəd döyüş sursatı hesab edilən patron dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin; - hadisə yerinə baxış zamanı aşkar olunaraq götürülmüş giliz məhv edilsin; - Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,424 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - hadisə yerinə baxış zamanı bir ədəd gilizin aşkar edilməsinə dair qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin kameralarının videogörüntülərini özündə əks etdirən bir ədəd yaddaş daşıyıcısı (fleşkart) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1018/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1018/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver