Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1018/2024 11.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Hümbətov və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cı il tarixdə Gürcüstan Respublikası Marnueli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Gürcüstan Respublikası Marnueli rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Tyeni Ramana qəsəbəsi, Qarabağlılar küçəsi nömrəsiz evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Elnur” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan “Elnur” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 5070 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:20-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqlardan birində 23 fevral 2023-cü il tarixdə saat 20:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol əlində saxladığı polietilen torbadan onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı iki ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 2510 qram və 2560 qram, ümumi təmiz çəkisi 5070 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Ona zəng gəlmiş və zəng ən şəxs narkotik satdığını bildirmişdir. Zəng vatsap vasitəsilə edilmişdir. O deyilən yerə çatmamış polis əməkdaşları onu tutmuşlar. Ona hədə-qorxu gələrək “narkotiki boynuna almasan, ailəni sənə “podelnik” qoşacağıq” demişlər. Tutulan zaman inkar etsə də, onlar “polisə get, ordan sonra pul verib çıxarsan” demişlər. Saxlanılan zaman onun üzərində narkotik olmamışdır. O, “nəşə”dən istifadə etmişdir. Müəyyən şəxslərdən narkotik əldə edirmiş. Zəng edən şəxsin kim olduğunu bilmirmiş. Ona niyə zəng etdiyini bilmir. Özü istifadəçi olduğu üçün narkotikin arxasıca getmişdir. Elnur adlı şəxsi tanımır. Zığ adlanan əraziyə narkotiki götürmək üçün getmişdir. Getdiyi yer boş bir ərazi olmuşdur. Ona miqdar deyilməmiş, 300 manatlıq 3-4 qutuluq narkotik olduğunu bilirmiş. O istifadə edən olduğuna görə çox alırmış. İfadə verən zaman, ona hədə-qorxu gəldikləri üçün, nə demişlərsə elə də demişdir. Döyülmə faktı ilə bağlı şikayət etmişdir. Videoçəkilişdə polis əməkdaşları dediyi kimi ifadə vermişdir. O Gürcastanda olmamış, gedib gələ bilmir. Orta təhsil alan zaman Azərbaycan dilində oxumuşdur. Tərcüməçiyə ehtiyacı yoxdur. Onlar Gürcüstanda azərbaycanlılar yaşayan kənddə yaşayırlar. Evdə azərbaycan dilində danışırmışlar. Gürcü dilini bilsə də istifadə etmir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 23 fevralda daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Axşam saat 18 radələrində Zığ qəsəbəsinə şəxsi müəyyən etməyə getmişlər. Orada Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlayıb BNMİ-yə aparmışlar. İdarədə üzərinə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə çəkiliş aparılmışdır. Çəkiliş zamanı Təqsirləndirilən şəxs əlində saxladığı kisədən 2 büküm narkotik aşkar olunmuşdur. Rövşən özü həmin bükümləri iranlıdan 1000 dollara götürdüyünü etiraf etmişdir. Həmin şəxslə Gürcüstanda olarkən tanış olmuş və narkotiki ondan əldə etmişdir. Onlar Rövşəni narkotik vasitələrin daşınmasında, yəni narkokuryerlikdə şübhəli şəxs kimi saxlamışlar. Narkotik götürmək üçün Rövşəni saxladıqları əraziyə zəng edib çağıran şəxsin kim olduğunu bilmir. Onlar təqsirləndirilən şəxsə qarşı idarədə zor tətbiq etməmişlər. Narkotik təqsirləndirilən şəxsin üzərində deyil, əlindəki kisədə olmuşdur. Telefonda olan mesajlarda da bu məlumatlar var. Təqsirləndirilən şəxsə qarşı fiziki və ya psixi zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı ağ rəngli polietilen torbanı təqdim etmiş, həmin torbanın içindən 2(iki) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “iphone” markalı, 2(iki) ədəd “Samsung” markalı mobil telefonlar, həmin gödəkçənin sol yan cibindən 26(iyirmi altı) AZN pul, 2(iki) ədəd açar, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 40(qırx) qəpik pul aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma və çanta ilə likdə çəkisi 5 kq 185 qram(beş kq yüz səksən beş qram) olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, sağ əlində saxladığı polietilen torbadan aşkar olunmuş narkotik maddələri Gürcüstan Respublikasında əlaqəsinin yarandığı İran vətəndaşı “Elnur” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində əldə edib onun deyəcəyi ünvana çatdırmaq məqsədi ilə əldə etdiyini, əvəzində Elnurun ona 1000 dollar pul verəcəyini, Elnur ilə vatsapdan əlaqə saxladığını, qurudulmuş marixuanadan istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını, 055 *** ** ** və 050 *** ** ** mobil nömrələrini işlətdiyini, başqa hardasa narkotik maddə saxlamadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/285 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 02 (iki) ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 2510 qram, 2560 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 5070 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 5070 qram, tədqiqata sərf edildi: 0,4 qram, qalıq 5069,6 qram. (Ekspertiza tədqiqatının dəyəri 78(yetmiş səkkiz) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-252/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 5(010)-112/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 23 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 5500 nömrəli rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X10dən alınmış xx.xx.2023-cü il tarixli, 82 nömrəli rəydən görünür ki, 1989-cu il təv. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq, aşağıdaki nəticəyə gəlinir: 1.2. Təqsirləndirilən şəxs aşkar edilmiş sağ əlin üst və ovuc səthinin qançırı, İİİ barmağın proksimal falanqasında daraq oynağı nahiyəsindən hərəkət funksiyasının pozulması, İİ,İİİ barmaqların falanqalararası oynaq büküşlərinin arxa səthində və sol əlin səthində sıyrıqlar, sol dizin ön səthinin qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən 1-2 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Təqsirləndirilən şəxs qeyd olunan xəsarətlərin xaraktrini, lokalizasiyasını və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni öz boyu hündürlüyündən yıxılaraq küt əşyalara dəymə nəticəsində yarana bilərdilər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Səbail rayon prokurorluğunun müstəntiqi X7 tərəfindən toplanmış 222-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması faktı öz təsdiqini tapmadığından materail üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 6(009)-160/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Səbail rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X4 09 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi təmin edilmiş, 09 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilərək yenidən araşdırılması üçün Səbail Rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işi materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Səbail rayon prokurorluğunun müstəntiqi X7 tərəfindən toplanmış 222-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X10 xx.xx.2023-cü il tarixli 82/MEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlət sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təqsirləndirilən şəxs qeyd olunan xəsarətlərin xarakterini, lokalizasiyasını və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni öz boyu hündürlüyündən yıxılaraq küt əşyalara dəyməsi nəticəsində yarana bilərdilər. Araşdırma zamanı Təqsirləndirilən şəxs aldığı xəsarətlərin Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi nəticəsində yaranması ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Toplanmış material üzrə Təqsirləndirilən şəxs qarşı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və ya hər hansı bir şəxs tərəfindən işgəncə verilməsi, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əəsdov tərəfindən qəbul olunmuş 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş 222-C-23 nömrəli ilkin yoxlama materialı üzrə Səbail Rayon Prokurorluğunun müstəntiqi Aydın Nəcəfovun 05 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarı ləğv edilmişdir. Cinayət işi materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Səbail rayon prokurorluğunun müstəntiqi X7 tərəfindən toplanmış 222-C-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təyin edilmiş əlavə ekspertiza ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X10 30 aprel 2024-cü il tarixli 222/MEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan xəsarətlət bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri ilkin məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs göstərdiyi xx.xx.2023-cü il tarixə və şəraitə, yəni polis əməkdaşları tərəfindən saxlanılarkən qaçaraq yıxılması zəminində yaranmasına uyğun gəlir, dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Araşdırma zamanı Təqsirləndirilən şəxs aldığı xəsarətlərin Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi nəticəsində yaranması ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Beləliklə, toplanmış material üzrə Təqsirləndirilən şəxs qarşı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və ya hər hansı bir şəxs tərəfindən işgəncə verilməsi, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5069,6 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 78(yetmiş səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 23 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 78(yetmiş səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN–in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5069,6 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1018/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1018/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver