Məhkəmə qərarları › İş №1(101)-1018/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1018/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1018/2025 24.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X7 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və onun nümayəndəsi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1962-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü yanacaq biznesinə investisiya yatırımı edən, ölkə ərazisində ucuz qiymətə benzin və dizel yanacağı alaraq respublikada satışını həyata keçirən geniş işgüzar əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncuya həmin sahəyə investisiya yatırımı edəcəyi halda gəlir verəcəyinə dair yalan vədlər verməklə etibarından sui-istifadə edib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 20 oktyabr 2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Nar” kafesində 15000 manat, 28 oktyabr 2013-cü il tarixdə ünvan 4 ünvanında yerləşən ofisdə 20000 manat, 30 oktyabr 2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Nar” kafesində 24000 manat, 29 noyabr 2013-cü il tarixdə həmin ünvanda 25000 manat, 17 dekabr 2013-cü il tarixdə ünvan 4 ünvanında yerləşən ofisdə 24000 manat və 14 yanvar 2014-cü il tarixdə həmin ünvanda yerləşən ofisdə 24000 manat pulu almaqla ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 132000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Əli ilə benzin satışı ilə məşğul olmaq üçün tanış olmamışdır. X11 “Şərur inşaat”da ev tikintisi işi ilə məşğul olmuş, Oktay ondan evlərin satışı ilə bağlı kömək etməsini istəmişdir. Əli də makler olduğundan, ev satışı ilə bağlı Əli ilə 2013-cü ildə tanış olmuşdur. Tanışlıqları birdən yaranmamışdır, o, makler axtaran zaman Əli ilə rastlaşmış, sonra Əliyə vəziyyəti izah etmiş, Əli də evlərin satışını həyata keçirə biləcəyini demişdir. Əli ünvana getmiş, evlərə baxmış, həmin evlərin satışından xeyli gəlir əldə etmiş, ona isə pul verməmişdir, sadəcə bəzən qonaqlıq vermişdir. O, Əli ilə tanış olmazdan öncə benzin alqı-satqısı ilə məşğul olmuşdur, lakin buna lisenziyası olmamışdır. Əli ev alqı-satqısını bitirəndən sonra ondan nə işlə məşğul olduğunu soruşmuş, o da benzin alış-satışı ilə məşğul olduğunu demişdir. 2-3 gündən sonra Əli zəng edərək özünü də bu işə daxil etməsini istəmişdir. O, Əliyə bu iş üçün xeyli vəsait lazım olduğunu demiş, Əli ondan bu işin necə olduğunu soruşmuş, o, Əliyə özünün alıb sata biləcəyini izah etmişdir. Bundan sonra Əli ilə birlikdə Neftayırma zavoduna getmiş, benzinin qiymətini öyrənmişdir. Bu sahə ilə məşğul olan qohumları yox imiş, sadəcə tanışları olmuşdur. Yanacaqdoldurma məntəqəsinin işçiləri gəlib sənədlərini təqdim etmiş, pullarını köçürürmüşlər, o da işçilərin təqdim etdiyi sənədlə benzinin alış-satışı ilə məşğul olmuşdur. Əli ona bir manat da pul verməmişdir. Əli özü benzini alıb göndərmişdir. İttihamda qeyd olunan 132000 manat məbləğində pul ona verilməmişdir. Əli ilə aralarında pul söhbəti ilk dəfə yanacaqla bağlı yaranmışdır. Əli həmin benzini Neftayırma zavodundan əldə etmiş, pulu verib özü almışdır. Əli yanacağı ona verməmişdir, konkret şəxslərə vermişdir. Belə ki, Əli benzin alıb satmış, o da həmin satışdan əldə etdikləri pulları yığmış, ən sonda Əliyə yollamışdır. Əli də ona göndərilən pullarla yenidən benzin almışdır. O, Əlinin topladığı pulun hamısını özünə vermişdir. Əli bütün yanacaqdoldurma mənəqələrinin hamısında onunla bir yerdə olmuşdur. Hətta Əli ilə Goranboy rayonunun yuxarı tərəfində Ağca kənd deyilən bir yerdə qalmışlar. Əli aldığı pulu da, verilən pulu da qeyd etmişdir. 2-3 ay keçdikdən sonra Əli onunla işləmək istəmədiyini demiş, sonra da öz pulunu götürməyə başlamışdır. Özü də bu pul 132000 manat olmamış, 80750 manat olmuşdur. O, Əlidən pul almamış, topladığı pulların hamısını geri qaytarmışdır. Əli onunla işləmək istəmədikdən sonra pulları hissə-hissə götürməyə başlamışdır. Əli ona Rusiyadakı uşaqlarına pul göndərmək istədiyini demiş, şəriklikdən çıxmışdır, pulunun geri qaytarılmasını istəmişdir. O, bütün pulları geri qaytardıqdan sonra Əliyə cüzi məbləğdə, təxminən 5000 manata yaxın borcu qalmışdır. Bu pulu da “Unibank” vasitəsilə Əlinin adına köçürmüş, bundan sonra heç bir borcu qalmamışdır. O, pulları Əliyə verəndə heç bir sənəd almamışdır, amma Əli aldığı bütün pulların qeydiyyatını aparmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ona bildirdi ki, zərərçəkmiş Əli ilə yüksək səviyyədə dostluqları olmuşdur, bir-birlərinə daim etibar etmişlər. Dostluqları müddətində bir-birlərinə yalan danışmamışlar. Əlidən barəsində niyə şikayət etdiyini soruşmuş, Əli də evdən məcbur etdiklərini demişdir. Əlini evdən kimin məcbur etdiyini bilmir. Əli sadəcə pulu götürüb şəriklikdən çıxmalı olduğunu demişdir. O, heç Əlinin arvadını tanımamışdır, onu məcbur edən şəxsləri üzbəüz görməmişdir. Polis bölməsində Əlini evdən məcbur edən şəxsləri görməmişdir. Əli onuna üzləşdirilməmişdir. Polis İdarəsində olanda Əlini görmüşdür, yanında vəkil də var imiş. Əli ilə salamlaşmış, sonra birdən Əlinin vəziyyəti pisləşmiş, polis əməkdaşlarına özünü yaxşı hiss etmədiyini demişdir. Polis İdarəsində olan zaman Əli ilə heç bir mübahisələri olmamışdır. İş rədd olunandan sonra Əlinin niyə yenidən şikayət etmə səbəbini bilmir. Əlinin ondan hansı pulu tələb etdiyini bilmir, onun fikrincə, Əli benzin satışından əldə etdiyi qazancı tələb etmişdir. Onlar benzin satışı ilə məşğul olan zaman lisenziya almamışlar. Belə ki, hansı yanacaqdoldurma məntəqəsi onlardan benzin almışdır, həmin yanacaqdoldurma məntəqəsinin lisenziyasından istifadə etmişlər. Lisenziyasından istifadə etdikləri yanacaqdoldurma məntəqələrinin adını dəqiq xatırlamır, səhv etmirsə, biri “Xan petrol” yanacaqdoldurma məntəqəsi imiş. Əliyə pulları “Unibank” vasitəsilə şəxsi hesabına köçürmüşdür. O, banka getmiş, Əlinin məlumatlarını bildirmiş, pulları təqdim etmiş, işçilər də pulu Əliyə yollamışlar. Benzin satışı ilə bağlı heç bir qəbz almamışlar. Əldə etdiyi bütün pulları Əliyə yollamış, Əli də təhvil aldıqdan sonra özü üçün qeydiyyat aparmışdır. Benzin satışı ilə məşğul olduqları yanacaqdoldurma məntəqələrindən ikisi Tərtər rayonunda yerləşir, biri də “Xan petrol” yanacaqdoldurma məntəqəsidir. Əli 80700 manata yaxın pul qoymuşdur. Əli pullarını geri tələb edən zaman həmin dəqiqə qaytara bilməmişdir, özünə də benzin satışından gəlir əldə etdikcə pulunu hissə-hissə geri qaytaracağını demişdir. Əli qoyduğu pulun hamısını geri götürmüş, 5000 manatı qalmış, onu da “Unibank” vasitəsilə Əlinin şəxsi hesabına köçürmüşdür. Benzini neçə manata aldıqlarını xatırlamır. O, Əlinin gəlir əldə etmək istədiyini düşünmüşdür, çünki Əli ona verdiyi pulları sonradan geri tələb etmişdir, belə olan halda onun tək məqsədi gəlir əldə etmək ola bilərmiş. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2013cü ilin əvvəllərində ev alqı-satqı ilə məşğul olan şəxs kimi tanımışdır. Belə ki, həmin ərəfələrdə qohumu ev axtarırmış və mərhum Zərərçəkmiş şəxs da makler olduğundan onunla tanış olmuşdur. Həmin ərəfələrdə mərhum Zərərçəkmiş şəxs makler kimi fəaliyyət göstərdiyi ofis ünvan 5 ünvanında yerləşmişdir. Mərhum Zərərçəkmiş şəxs ilə tanışlıqdan sonra münasibətləri yaranmışdır. Həmin ərəfələrdə "xxxx" MTK-nm sahibi ilə münasibətləri olan Oktay adlı qohumu Yasamalda "xxxx" MTK-nın inşa etdiyi hündürmərtəbəli binadakı mənzillərin satışını həyata keçirilməsinə köməklik etməsini ondan xahiş etmişdir. O da makler kimi bunu Əliyə təklif etmiş və Əli həmin mənzillərin satılmasını təşkil etmişdir. Beləliklə, Əli ilə onun münasibəti daha da yaxşılaşmışdır. Onun böyük qardaşı Nəsib Əliyev əvvəllər Neftayırma zavodunda satış müdiri işlədiyindən yanacaq alqı-satqısından həm məlumatı, həm də yanacaq satan şəxslərlə əlaqələri olmuşdur. O, ayda bir dəfə Neftayırma zavodundan benzin və ya dizel yanacağı alıb rayonlarda yerləşən yanacaq doldurma məntəqələrinin sahiblərinə satırmış. Mərhum Zərərçəkmiş şəxs ilə söhbət zamanı o bildirmişdir ki, yanacaq alveri ilə məşğul olur. Beləliklə, 2013-cü ilin sonlarında mərhum Zərərçəkmiş şəxsla qərara gəlmişlər ki, şərikli olaraq Bakı Neftayrıma zavodundan yanacaq alıb rayonlardakı X2 satıb şərikli pul qazansınlar. Mərhum Zərərçəkmiş şəxs ilə razılaşdıqdan sonra birlikdə yanacaq alqı-satqısında maklerlik edən Əliağa adlı şəxsin yanına gedib yanacaq alınması barədə razılıq əldə etmişdir. Bundan sonra mərhum Zərərçəkmiş şəxs razılaşmışlar ki, yanacaq alınması üçün birlikdə pul qoyub yanacaq alveri edəcəklər, işlərin görülməsinə isə o, nəzarət edəcək. Bu razılıq əldə ediləndən sonra mərhum Zərərçəkmiş şəxs ona 2013-cü ilin oktyabrın 20-də 15075 manat, 21-də 12500 manat, 28-də 2500 manat, 30-da 13925 manat, noyabrın 29-da 5000 manat, dekabrın 17-də 39250 manat, 2014-cü ilin yanvar ayında isə 23600 manat pul vermiş, yəni yanacaq satışı ilə bağlı şərikli işə cəmi 80750 manat sərmayə yatırmışdır. Mərhum Zərərçəkmiş şəxs onunla birlikdə Neftayırma zavoduna gedib əlbəəl özü pulları Əliağaya verirmiş, bəzən də ona verirmiş, o, Əliağaya verirmiş, bəzən isə o özü olmurmuş, özü gedib Əliağaya verirmiş. Yanacaq satışı ilə bağlı mərhum Zərərçəkmiş şəxs ilə şərikliyi 2015-ci ilin əvvəllərinə qədər davam etmiş və bu müddət ərzində onlar Yevlax rayonunda, Tərtər rayonunda, Ağdam rayonu Xındırıstan kəndində, Yevlax rayonuun Xaldan kəndində, Bərdə rayonunda, Hacıqabul rayonu Qarasu kəndində, Ağcabədi rayonunda, Tovuz rayonunda yerləşən X2 yanacaq satışını həyata keçirmişlər. Həmin dövr ərzində Əlinin verdiyi sərmayədən başqa yanacaq satışı ilə məşğul olan başqa maklerlərdən nisyə yanacaq almışdır. Bundan başqa o özü də bu işə sərmayə qoymuşdur. Yanacaq alveri ilə məşğul olduqları zaman o, rayonlarda yerləşən yanacaq doldurma məntəqələrinin sahiblərindən satdığı yanacağın pulunu alıb özü Bakı şəhərinə gəlmirmiş, bank vasitəsilə mərhum Zərərçəkmiş şəxs adına Bakı şəhərinə göndərirmiş, Əli özü həmin pulları götürürmüş, lakin pulları göndərdiyi bankın adı yadında deyil. 2015-ci ilin əvvəllərində mərhum Zərərçəkmiş şəxs iş üçün əlavə pul verməmiş və verdiyi sərmayəni geri istəməyə başlamışdır. O da bundan sonra mərhum Zərərçəkmiş şəxs iş üçün verdiyi pulları hissəhissə olmaqla ödəmiş, lakin alver ilə bağlı qeydlər apardığı dəftərini itiridiyi üçün mərhum Zərərçəkmiş şəxs ödədiyi məbləği hazırda deyə bilmir. Beləliklə, yancaqdoldurma məntəqələrinə verdiyi yanacağın pulunu tam şəkildə ala bilmədyindən Əlinin pulunu tam qaytara bilməmiş, Əliyə çox cüzi miqdarda pul borcu qalmışdır, lakin alver ilə bağlı qeydlər apardığı dəftərini itiridiyi üçün həmin pul borcunun məbləğini bilmir. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırıb bildirmişdir ki, Zərərçəkmiş şəxs yalan danışır. Belə ki, Zərərçəkmiş şəxs birlikdə yəni şərikli yanacaq alveri etmək üçün ümumilikdə 80750 manat sərmayə yatırıb. Həmin pıılun çox hissəsini ona qaytarmışdır. Zərərçəkmiş şəxs onun çox cüzi miqdarda borcu qalmışdır.O, 2013 və 2014-cü illər ərzində yanacaq alveri ilə məşğul olmuş, bu barədə onun lisenziyası olmamışdır. Lakin hansı yanacaq doldurma məntəqəsinə yanacaq satırmışsa həmin yanacaq doldurma məntəqəsinin lisenziyası olduğu üçün bütün sənədləşmələr həmin yanacaq doldurma məntəqəsinin adından aparılmışdır. Həmin vaxtdan 10 ilə yaxın müddət keçdiyi üçün bəzi şeyləri pis xatırlayır. O, Əli ilə birlikdə bir dəfə səhv etmirsə Tərtər rayonunda yerləşən adını xatırlamadığı yanacaq doldurma məntəqəsinə yanacaq verən zaman Əli ilə birlikdə getmişdir. Qalan hallarda yanacağı aparan zaman Əli yanında olmamışdır (cild 2, iş vərəqi 166-169). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs elan edilmiş ifadəsini təsdiq etdiyini, əlavəsi və düzəlişləri olmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş zərərçəkmiş şəxsin arvadı X3 ifadəsində göstərdi ki, Nəsir tez-tez onun əri Zərərçəkmiş şəxs yanına gəlib-getmiş, Əlini aldadıb pul istəmiş, əri də həmin pulları Nəsirə vermişdir. Bu pulları ərinə özü hazır edib vermişdir. O, ərinə Nəsirdən uzaq durmalı olduğunu, onu aldatdığını, pullarını aldığını demişdir. Lakin əri ona qulaq asmamışdır. Fərqli vaxtlarda əri Nəsirə 20000 manat, 30000 manat və digər məbləğlərdə pullar ödəmişdir. Ümumilikdə, Nəsir ərindən 100000 manatdan çox pul almışdır. Həmin pulun bir hissəsi Nəsir tərəfindən ödənilmişdir, lakin bugünkü gündə Nəsirin onlara 108000 manata yaxın borcu vardır. Ərinin heç vaxt ondan gizlətdiyi bir hal olmamışdır, əldə etdiyi qazanca qədər ona bildirmişdir. Məhkəmə iclasında Nəsirin öz ifadəsində bildirdiklərinin hamısı yalandır, heç bir hadisəni düzgün danışmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X3 bildirdi ki, onun əri, Nəsirdən pulunu istəmişdir, lakin Nəsir tez-tez “bu gün ödəyəcəyəm”, “sabah ödəyəcəyəm”, “üzrlü sayın, mütləq ödəyəcəyəm” tərzində cavablar vermiş, günügündən uzatmışdır. Əli Nəsirə onunla bağlı polis orqanlarına şikayət edəcəyini demiş, Nəsir də “çox xahiş edirəm, şikayət etmə, mütləq pulunu geri ödəyəcəyəm” tərzində cavab vermişdir. Əri xəstə adam imiş, Nəsirin də bu hərəkətlərinə dözmədiyindən ürəyi partlayıb ölmüşdür. Əli evdən pul aparanda ona Nəsirə verəcəyini demişdir. X9 pul verməməsini demişdir. Hətta bir dəfəsində Nəsiri ərinin iş otağından qovmuşdur. Nəsir ərinə neft satacaqlarını, pul qazanacaqlarını deyib pul verməsi üçün inandırmışdır. Nəsir ərindən pulları 2013-2014-cü illərdə götürmüşdür. Əri Nəsirə müxtəlif vaxtlarda 20000 manat, 30000 manat, 50000 manat və digər məbləğlərdə pullar vermişdir. Ümumilikdə, 100000 manatdan çox pul verilmişdir. Nəsirə pulların hansı tarixlərdə verildiyini, hansı məbləğlərdə olduğunu dəqiq deyə bilmir, lakin ibtidai istintaqda verdiyi ifadəsində hamısını dəqiq şəkildə bildirmişdir. Nəsir ərindən onun yanında pul istəməmişdir. Əlinin pulu Nəsirə verəcəyini deyərək başqa bir şəxsə təhvil verməsi halı mümkün deyilmiş. O, evdə pulları hazır edib ərinə vermiş, Əli də gətirib Nəsirə ödəniş etmişdir. O, dəfələrlə Nəsiri ərinin yanından qovmuşdur. Nəsir ərinə, ümumilikdə, iki dəfə pul qaytarmışdır. Həmin qaytarılan pulların cəmi təxminən ya 24000 manat, ya da 27000 manat imiş. Nəsir pulları ərinə üzbəüz şəkildə qaytarmışdır, bank vasitəsi ilə ödəniş etməmişdir. O, ərinin yanında olmayan vaxtlarda Nəsir ondan pul istəmişdir, bu səbəbdən onun ərindən pul istədiyini eşidə bilməmişdir. Nəsir onlara pulları geri qaytaracağını vəd etmişdir, bu vədi həm üzbəüz şəkildə, həm də telefon danışıqlarında müdafiəçinin iştirakı ilə vermişdir. Ərinin Nəsirlə bağlı 2013-cü ildə deyil, bundan 10 il sonra şikayət etməsinin əsas səbəbi Nəsirin ona yalvarması, pulu geri qaytaracağını vəd etməsi, “biz dostuq, qardaşıq” tərzində ifadələr işlətməsi olmuşdur. Əli çox xeyirxah adam olduğu üçün Nəsirə güvənməyi seçmişdir. Nəsir pulu geri qaytarmadığı üçün əri 10 ildən sonra onun barəsində şikayət vermişdir. Nəsiri 2013-2014-cü illərdə ərinin kabinetində görmüşdür. Həmin vaxtlarda o, salonda işləmişdir, ərinin iş yeri də salona yaxın imiş. Səs-küy olan kimi ərinin yanına getmişdir. Nəsiri görəndə Əlinin əsəblərini daha da korlamamasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nəsirlə uşaqlıqdan dostluq etmişdir. Zərərçəkmiş şəxs ilə tanışlığı da Nəsirin vasitəsi ilə yaranmışdır. O, Bərdə rayonunda yaşamış, sonradan Bakı şəhərinə köçmüşdür. Burada Nəsirlə birlikdə müxtəlif işlər görmüşlər. 4-cü mikrorayonda kirayə yaşadığı evin yaxınlığında Əlinin ofisi var imiş. Nəsirlə birlikdə həmin ofisə getmiş, Əli ilə tanış olmuşdur. Bu müddət ərzində dəfələrlə Əli ilə Nəsirin yanacaq alqı-satqısı ilə məşğul olduqlarına dair söhbətlərinə şahidlik etmişdir. Bu yanacaq müəyyən məbləğdə pulla alınmış, sonra başqalarına satılmışdır. Həmin yanacağın alınmasında Əlinin rolu böyük var imiş, çünki Əli Nəsirdən daha çox pul vermişdir. Bir müddət Əli ilə yoldaşlıq etmişdir. Əlinin vəfatından bir il öncə ofisdə görüşən zaman Əli ona Nəsir ilə əlaqə saxlaya bilmədiyini, zənglərinə cavab vermədiyini bildirmişdir. Hətta Nəsirin ona borcu var imiş, neçə müddət bu pulu Nəsirdən geri ala bilməmişdir. Əli Nəsir ödəniş etmədiyi halda, barəsində şikayət ərizəsi yazmalı olacağını demiş, o da bu söhbətdən sonra ofisdən çıxıb Nəsirə zəng etmiş, lakin Nəsir cavab verməmişdir. Nəsirin evinə getmiş, ona Əlinin dediklərini danışmışdır. Nəsir də ona Əliyə borcu olduğunu, lakin hamısını geri qaytardığını, üzbəüz görüşmək lazım olduğu halda yanına gedib söhbət edə biləcəyini demişdir. Nəsirə Əli ilə yoldaşlıq etdiyini, borcu varsa, qaytarmasını, Əliyə əsəb verməməsini bildirmişdir. Səhv etmirsə, bu söhbətdən sonra Nəsirlə Əli görüşüb öz aralarında söhbət etmişlər. Ümumiyyətlə, onun Nəsirin Əliyə nə qədər borcu olduğuna dair heç bir məlumatı yoxdur, bu barədə onlardan heç nə soruşmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, 2013-cü ilin sonlarında Nəsirlə Əlinin ofisdə yanacaq işi ilə bağlı söhbət etdiklərinə şahid olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin oğlu Şahid8 ifadəsində göstərdi ki, Nəsiri atasının yanında görmüşdür. Özü uzun müddət Rusiyada yaşamış, sonradan Bakı şəhərinə gəlmışdır. Atası Əlinin 4-cü mikrorayon ərazisində alqı-satqı işləri ilə məşğul olduğu ofisi var imiş. Həmin ofisə tez-tez gedib gəlmişdir. Atası ilə söhbət edən zaman Nəsirin ondan birlikdə iş qurmaq adı ilə pul aldığını, lakin sonradan geri qaytarmadığını öyrənmişdir. Səhv etmirsə, Nəsir atasından 100000 manatdan çox pul almışdır. Bu hadisələrdən sonra dostları ilə bir restorana gedəndə orada Nəsirlə qarşılaşmışdır. O, Nəsirə yaxınlaşıb atasına olan borcunu niyə ödəmədiyini soruşmuş, Nəsir də ona pulu ödəyəcəyini, heç bir borcu qalmayacağını deyərək vədlər vermişdir. Lakin hər dəfəsində Nəsir vədlər versə də, borcunu geri qaytarmamışdır. Üç il bundan əvvəl, atası sağ olan vaxtlarda Nəsirlə telefon danışıqları olmuşdur. Telefon danışığı zamanı Nəsirə atasına olan borcunu geri qaytarmalı olduğunu demişdir, çünki atası bu pulla bağlı çox əsəb keçirmiş, stress yaşamışdır, vəziyyəti yaxşı deyilmiş, özünü çox sıxıntıda hiss etmişdir. Nəsir yenə pulu geri qaytaracağını desə də, vədlərini yerinə yetirməmişdir. Nəsir atasına 100000 manatdan çox pul borclu olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid8 bildirdi ki, Nəsirlə restoranda qarşılaşanda borcunu ödəməsi ilə bağlı ona heç bir hədə-qorxu gəlməmişdir. Sadəcə borcunu niyə ödəmədiyini soruşmuş, Nəsir də tez bir zamanda ödəyəcəyini demişdir. Bununla yanaşı, Şahid8 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs mərhum atası Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onu aldadaraq birlikdə iş qurub benzin və dizel yanacağının alverini edəcəklərinə yalandan vəd verib aldadaraq 2013-cü ilin oktyabr ayından 2014-cü ilin yanvar ayına kimi olan müddət ərzində mərhum atası Zərərçəkmiş şəxs 132000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O, həmin vaxt Rusiya Federasiyasında yaşayıb-işləsə də ailənin üzvü kimi bu məsələlərdən xəbəri olmuşdur. Belə ki, atası ilə, eləcə də anası ilə telefonla danışanda, yaxud Azərbaycana gələndə bununla bağlı söhbətləri olurmuş. Atası Nəsirə biznes üçün pul versə də Nəsir həmin biznesə görə atasına qazanc verməmiş, yanacaq alıb X2 verdiyini, lakin həmin yanacaq doldurma məntəqələrinin yanacağa görə pulları ödəmədiyini bildirmiş, qazancın gələcəkdə olacağını demişdir. Bir müddət keçdikdən sonra atası Nəsirdən pulu geri tələb etmişdir. Çünki atası Nəsirin onu aldatdığını düşünürmüş. Bir müddət sonra atası Nəsirə polisə şikayət edəcəyini bildirdikdə Nəsir atasına 24000 manat pul qaytarmış və bir müddət gözləməyini bildirmişdir. Atası da bununla razılaşmışdır. Lakin bir müddət keçsə də Nəsir pulu ödəməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytara bilmədiyini, müəyyən müddət gözləməyi xahiş etmişdir. Sonradan məlum olmuşdur ki, sən demə Nəsir yalan danışır, o, X2 verdiyi yanacağa görə pulu alıb xərcləyib, atasına isə pulu hələ almadığını bildirib. Uzun müddət keçdikdən sonra atası məcbur olub polisə şikayət etmişdir. O ilk dəfə Nəsiri 2015-2016-cı illərdə görmüşdür. Həmin vaxt atası Nəsirdən qalan 108000 manat pulu tələb edir, Nəsir də pulu ödəyəcəyini bildirməklə vaxt verilməsini xahiş edirmiş. O özü də bir neçə dəfə Nəsirdən 108000 manat pulu geri qaytarmasını bildirmiş, Nəsir də cavabında işlərinin yaxşı getmədiyini, yaxın zamanda 108000 manat pulu qaytaracağını demişdir. Sonuncu dəfə atası, o və Nəsir 2020-ci ilin əvvəllərində “Zeytun bağları” restoranında görüşmüşlər, o, orada Nəsirlə ciddi danışmış və pulu tələb etmişdir. Nəsir söz vermişdir ki, qısa zamanda pulu qaytaracaq. Sonradan o, Nəsirlə görüşməsə də bir neçə dəfə telefonla danışmış və hər dəfə Nəsir pulu qaytaracağını bildirmişdir (cild 2, iş vərəqi 176-178). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Şahid8 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Əli ilə 1980-ci ildən bəri dostluq etmişdir. 2013-cü ildə Əli ilə kafedə oturub çay içən zaman əlində bir büküm olduğunu görmüşdür. Əli həmin bükümün içərisində 24000 manat pul olduğunu, Nəsir gələn zaman ona verəcəyini bildirmişdir. Nəsirlə Əli yanacaq alveri ilə məşğul olmağa başlamış, benzin alıb-satmışlar. Nəsir kafeyə çatanda Əliyə zəng edərək gəldiyini xəbər etmiş və ondan çölə çıxmasını istəmişdir. O, kafedə oturmuş, Nəsir bükümdəki pulu da götürüb çölə çıxmış, Nəsirə pulu verdikdən sonra geri qayıtmışdır. Bu hadisənin üzərindən bir neçə müddət keçmiş, onlar yenə Əli ilə birlikdə “Nar” kafesində oturub çay içmişlər. Nəsir həmin gün pulu bükümdə deyil, açıq şəkildə üzərində gəzdirmişdir. Ona 25000 manat məbləğdə pul gətirdiyini, yanacaq alveri üçün yenə Nəsirə verməli olduğunu bildirmişdir. Beləliklə, Nəsir kafeyə gəlmiş, Əli çölə çıxıb pulu Nəsirə vermişdir. Əli vəfat etməmişdən öncə Nəsirə ümumilikdə 132000 manat pul verdiyini demişdir. Həmin puldan Nəsirin neçə manat geri qaytardığına dair dəqiq məlumatı yox imiş. Lakin Əli ona Nəsirin 132000 manatdan 108000 manat məbləğində borcu qaldığını bildirmişdir. Onun evi Əlinin ofisinə yaxın imiş, tez-tez Əlinin yanına gedib söhbət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, Əli ona tez-tez işlərinin yaxşı getmədiyini, gəlir əldə edə bilmədiyini, Nəsirdən pulunu geri tələb etdiyini bildirmişdir. Nəsir də Əliyə “bu gün, sabah” deyərək günü-gündən pulu geri qaytarmağı yubatmışdır. Əli ilə Nəsirin işlərinin hansı tarixdən yaxşı getmədiyinə dair məlumatı yox imiş. Əli ilə bu barədə danışmamışlar. O, sadəcə Əlinin iki dəfə kafedə oturub çay içdikləri vaxtlarda Nəsirə aparıb pul verdiyinin şahidi olmuşdur. Başqa heç bir hal ona məlum deyildir. O, Nəsirlə bundan 6-7 il öncə evinin önündən keçən zaman görüşmüş, lakin Əlinin məsələsi ilə bağlı heç nə danışmamışlar. Bu Əli ilə Nəsirin öz şəxsi məsələləri olduğu üçün qarışmağa haqqı yox imiş. Əli onun yanında Nəsirlə danışanda pulunu tələb etmiş, Nəsir də tez bir zamanda geri qaytaracağını demişdir. Nəsirin Əlinin pulunu geri qaytarmamasına dair söhbət edən zaman sadəcə o və Əli olmuşlar, yanlarında başqa heç kim iştirak etməmişdir. Rahili tanımışdır. Rahil Əlinin yanına gələn zaman şəxsi söhbət edəcəklərini düşündüyü üçün həmişə otaqdan çıxmışdır. Hətta Rahili nə zaman görsə, Nəsirə Əlini incitməməsini, yaşlı kişi olduğunu, Əlinin pulunu geri qaytarmasını deməsini xahiş etmişdir. Nəsirlə Rahil yaxın olduqları üçün pulun geri qaytarılmasını Nəsirə deməsini ona bildirmişdir. Əli onun yanında iki dəfə Nəsirə pul vermişdir. Əli pulları Nəsirə verən zaman soyuq qış ayları imiş. Əlinin Nəsirə birinci dəfə pul verməsindən 1 ay keçdikdən sonra ikinci dəfə kafedə ona pul vermişdir. Əli ilə kafedə oturub çay içəndə Nəsir gəlmiş, Əli də çölə çıxıb pulu ona vermişdir. Əlinin verdiyi pulları dəqiq olaraq görməmişdir, çünki pul bükümdə olmuş, görmək mümkün olmamışşdır. Əli ilə oturub söhbət edən zaman Nəsirin onun verdiyi pulu geri qaytarmadığından gileylənmişdir. O da Əlidən Nəsirə nə qədər pul verdiyini soruşmuş, bu zaman Əli Nəsirə 132000 manat məbləğində pul verdiyini demişdir. Əlinin Nəsirə pulu verdiyi gündən 6-7 il keçdikdən sonra söhbət zamanı ona Nəsirə 132000 manat pul verdiyini, lakin geri ala bilmədiyini demişdir. Əli ona Nəsirlə qurduqları bizneslərinin baş tutmadığını, qazanc əldə edə bilmədiyini demiş, bu səbəbdən Nəsirə verdiyi pulu geri tələb etmişdir. Hətta ona qazanc istəmədiyini, sadəcə Nəsirə verdiyi pulu geri almaq istədiyini bildirmişdir. Sonradan ona Əlinin 132000 manat pulun müəyyən məbləğini Nəsirdən geri aldığını, 108000 manat məbləğində olan hissəsinin isə geri ödənilmədiyini öyrənmişdir. Bununla yanaşı, Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 1980-ci ildən tanıyır, Əli ilə o, dostdur. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2013-cü il tarixdə o, Əli ilə görüşüb “Nar kafe” adlı çayxanada əyləşib çay içərkən sonuncu ona demişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı ilə şərik olaraq benzin və dizel yanacağı alveri etmək barədə razılaşmışlar ki, birlikdə yanacaq alveri edəcəklər. Həmin vaxt Əlinin əlində kağıza bükülmüş formada pul olmuşdur. Əli ona demişdir ki, əlində 24000 manat pul vardır, həmin pulu Nəsirə verəcəkdir. Həmin gün Nəsir ilə Əli görüşmüş, lakin kənara çəkilib söhbət etmişlər, onun yanında söhbət etməmişlər, Əli Nəsirə pulu vermiş, Nəsir pulu götürüb çıxıb getmişdir. Həmin vaxtdan bir müddət sonra, yəni xx.xx.2013-cü il tarixdə “Nar kafe” adlı çayxanada o, Əli ilə görüşmüşdür. Əli ilə söhbət zamanı ondan soruşmuşdur ki, Nəsir adlı tanışı ilə yanacaq alveri edəcəyini demişdin, işlər nə yerdədir. Əli ona demişdir ki, bu gün də, Nəsir ilə görüşüb ona 25000 manat pul verəcək, həmin pul üzərindədir, lakin Nəsirə yanacaq alveri üçün indiyə qədər 59000 manat pul versə də, hələ ki, Nəsir ona qazanc verməmişdir. Həmin gün Nəsir ilə Əli görüşmüş, lakin kənara çəklib söhbət etmişlər, onun yanında söhbət etməmişlər, Əli Nəsirə pulu vermiş, Nəsir pulu götürüb çıxıb getmişdir. Sonradan Nəsimi RPİ-nin İŞ-nə izahat verməyə dəvət ediləndə eşitmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanacaq alveri etmək üçün ümumilikdə 132000 manat pul vermiş, Təqsirləndirilən şəxs isə həmin pulun 108000 manatını ələ keçirmişdir. Onun deycəkləri bu qədərdir (cild 1, iş vərəqi 124-125). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Əlini Nəsirin vasitəsi ilə tanımışdır. Nəsirlə tanışlıqları 2009-cu ildən yaranmışdır. Nəsirin qardaşı Nəsib SOCAR-da Qaz Təchizatı İdarəsinin rəisi vəzifəsində işləmişdir, özünün yanacaq doldurma məntəqəsi var imiş. Nəsibin vasitəsi ilə Nəsirlə tanışlıqları yaranmışdır. Əlini də Nəsirin yanında görmüşdür. Nəsirlə görüşəndə Əli də yanında olmuş, birlikdə oturub söhbət etmişlər. Əli çox gözəl, mehriban, xeyirxah adam imiş. Nəsirin qardaşlarının ona etmədiyi yaxşılığı Əli Nəsirə etmişdir. Əli və Nəsirlə birlikdə oturub söhbət edəndə aralarında pul haqq-hesabı olduğunu anlamışdır, lakin məsələnin tam dərinliyini öyrənməmişdir, eləcə də, bu məsələ ilə bağlı heç kəsə sual verməmişdir. Nəsirgil İqtisadiyyat Nazirliyinin xətti ilə kənd təsərrüfatı üçün ******* manat kreditə pul götürmək istəmişlər, bu pulun yanacaqla heç bir əlaqəsi olmamışdır. O, bununla bağlı ibtidai istintaqda dindirilən zaman da məlumat vermişdir. Bir dəfəsində yolda Nəsirlə qarşılaşmışdır, hara getdiyini soruşanda ona qardaşı Nəsibin cəzaçəkmə müəssisəsində olduğunu, yanına ziyarətə getdiyini bildirmişdir. Həmin ərəfələrdə Nəsib tutulub cəzaçəkmə müəssisəsində saxlanılmışdır. Nəsir qardaşının yanından qayıtdıqdan sonra Nəsibin ona müraciət etməsini, hər cür köməkliyi göstərəcəyini dediyini bildirmişdir. O, Nəsiblə uzun müddət dostluq etmişdir, Nəsibin sözünü yerə vura bilməmişdir. Bu səbəbdən Nəsirə həm maddi, həm də mənəvi dəstək olmağa çalışmışdır, nə zaman qarşılaşsalar, çıxardıb pul vermişdir. Bir müddət sonra Nəsir iş qurmaq istədiyini, bu səbəbdən kreditə pul götürəcəyini, bu biznes tutduqdan sonra yaxşı gəlir əldə edəcəyini, bütün işlərini həll yoluna qoyacağını demişdir. Həmin pulun məbləği də ******* manat imiş. O da Nəsirə qarşı çıxmamış, hətta dəstək olmağa çalışmışdır. Həmin ərəfələrdə gürcülər İqtisadiyyat Nazirliyindən icazə alaraq xarici ölkələrə mal vurmuşlar. Sonradan İqtisadiyyat Nazirliyi ölkədən xaricə mal vurulmasını dayandırmışdır, buna icazə verməmişdir. Vaqif onun ərazisindəki çənlərin hamısının doldurulduğunu, onları yerbəyer etməyə kömək lazım olduğunu demişdir. Gürcülər onu tandıqları üçün Vaqifə heç bir narahatçılıq olmadığını, kömək edə biləcəklərini demişlər. O, Nəsirlə görüşən zaman Əli də yanında olmuşdur, bir yerdə oturub yeyib-içmiş, söhbət etmişlər. Nəsirgil həmin vaxtlarda “Şamaxinka” ərazisində yaşamışlar. Əli və Nəsirlə birlikdə oturub yeyib-içəndə aralarında gedən söhbətdən Nəsirin Əliyə 100000 manatdan çox borcu olduğunu anlamışdır. Həmin borcun hansı səbəbdən yarandığına dair məlumatı olmamışdır. Bu məbləği Əlinin özü də təsdiq etmişdir, hətta aralarında kredit məsələsi olduğunu da demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Nəsir əvvəllər dizel alveri ilə məşğul olmuşdur. Belə ki, topdansatış firmalarından nisyə dizel almış, satışını həyata keçirmişdir. Nəsirin lisenziyası olmamışdır. Nəsirlə Əli danışan zaman Nəsirin Əliyə borcu olduğunu eşitmişdir. Həmin borcun hansı səbəbdən yarandığına dair heç bir məlumatı yox imiş, bu barədə onlardan da heç nə soruşmamışdır. Nəsirlə Əli arasında olan pul haqq-hesabını hansı tarixdə öyrəndiyini dəqiq xatırlamır. Nəsiri 2009-cu ildən bəri tanımışdır, onunla hər görüşəndə Əli də yanında olmuşdur. O, Nəsirə 170000 manatlıq dizel vermişdir. Nəsirin ona 300000 manat borcu olmuşdur. Nəsir Əli ilə birlikdə ondan benzin almağa gəlməmişlər. Əliyə benzin verməmişdir, sadəcə Nəsirə vermişdir. Nəsirə limit vermişdir. Həmin limiti yanacaqdoldurma məntəqəsinə qoyduqdan sonra satışını həyata keçirərək gəlir qazanmaq mümkün imiş. Əslində, o, kredit pulunu gözləmişdir. Nəsirin həmin pulu aldıqdan sonra onun borcunu geri qaytaracağını düşünmüşdür, lakin belə olmamışdır. O, Yasamal rayonunda yerləşən mənzilini satıb gürcülərin pulunu geri qaytarmışdır. Həmin gürcülər onun düşdüyü vəziyyəti anlayışla qarşılayaraq 55000 manatı keçmişlər. Onun Əli ilə heç bir alveri olmamışdır. Əli ona heç bir məbləğdə pul verməmişdir, çünki onunla iş görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Nəsirlə əvvəllər ticarət əlaqəsi olmuşdur. Nəsirdən yanacaq alıb satmışdır. Həmin vaxtlarda yanacaq doldurma məntəqəsində işləmişdir. Bu yanacaq doldurma məntəqəsi Tərtər rayonunun Sarıcalı kəndində yerləşmişdir. 2010-2011-ci illərdə Bakıdan rayona köçmüşdür. Nəsirlə də ticarət əlaqəsi, təxminən 2013-2014-cü illərdən yaranmışdır. Nəsirin ona satdığı yanacaq, yəqin ki, özünə aid imiş. Nəsir ona yanacaq gətirən zaman yanında müxtəlif adamlar olmuşdur. Həmin şəxslərin adlarını bilməmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxsla bağlı heç bir ifadə verməmişdir. Əli adlı şəxsi görməmiş, tanımamışdır. Görsə belə, kim olduğunu bilməmişdir. Bir dəfəsində gənc bir adam yanında vəkili ilə birlikdə ona yaxınlaşıb şəkil göstərmişdir. Həmin şəkildə 4 nəfər var imiş. Ondan həmin 4 nəfəri tanıyıb-tanımadığını soruşmuşlar. O da heç birini tanımadığını bildirmişdir. Həmin şəxs ona şəkildəki 4 nəfərdən birinin atası olduğunu deyib yenidən diqqətli şəkildə baxmasını xahiş etmişdir. Şəkilə diqqətlə baxdıqdan sonra 4 nəfəri tanımadığını demişdir. Onun ticarət əlaqəsi Nəsirlə olmuşdur. Zərərçəkmiş şəxs tanımamışdır, onunla heç bir əlaqəsi olmamışdır. Bununla yanaşı, Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2011-ci ildən 2020-ci ilə qədər olan müddət ərzində o, Tərtər rayonu Sarıcalı kəndi ərazisində yerləşən “Soccer” YDM-ni işlətmişdir. Həmin YDM qohumu İqbalın adına olmuşdur. Həmin YDM-də dizel və benzin yanacağı satılırmış. Həmin fəaliyyəti 2019-cu ildə dayandırmışdır. Təxminən 2013-cü ildə tanımadığı nömrədən mobil nömrədən zəng edən şəxs adının Nəsir olduğunu, yanacaq ticarəti ilə məşğul olduğunu və ona bazar qiymətindən ucuz qiymətə yanacaq verə biləcəyini demişdir. Nəsirdən qiymət barədə maraqlandıqda Nəsir həm benzin, həm də dizeli bazar qiymətindən 0,05 qəpik ucuz verəcəyini bildirmişdir. O, Nəsirlə razılaşmışdır. Bundan sonra təxminən 1 il müddətində Nəsirlə aralarında ticarət davam etmişdir. Həmin vaxtdan uzun müddət keçdiyi üçün təfərrüatları xatırlamır. 2013-2014-cü illərdə Nəsirlə təxminən 100-150 min manatlıq yanacaq alqı-satqısı etmişlər. Ticarəti şifahi razılıq ilə həyata keçirmiş və yalnız Nəsiri tanımışdır. Yanacağa görə pulları yalnız Nəsirə vermiş, Nəsir hər dəfə fərqli avtomobil və şəxslərlə yanacaq doldurma məntəqəsinə gəlmişdir. İlkin ifadəsində Əli adlı şəxsin Nəsirin şəriki olmasını və onunla birlikdə yanacaq doldurma məntəqəsinə gəldiyini Nəsirin sözü ilə demişdir, çünki Nəsir onun xatırlamadığını, məsələnin belə olduğunu demişdir. Hazırda isə bildirir ki, Əli adlı şəxsi tanımır və Əlinin Nəsirin şəriki olması barədə hər hansı məlumatı olmamışdır (cild 1, iş vərəqi 217-225; cild 2, iş vərəqi 23-26). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Şahid5 ifadəsini təsdiq etdiyini, ibtidai istintaqda verdiyi ifadəsində bəzi hissələri özünün yazmadığını, lakin Əli adlı şəxsi tanıdığı ilə bağlı məqamların yanlış olduğunu, Nəsirlə ticarət əlaqəsində olduğunu, Nəsirin kimlərlə şərik olduğunu bilmədiyini, bu barədə məlumatı olmadığını, bəzi vaxtlarda Nəsir yanacaq gətirən zaman əlində olan pulların hamısını verdiyini, qalan hissəsini də satış etdikdən sonra ödəyə biləcəyini dediyini, bəzən də imkanı olmadığından başqalarından borc alıb yanacağın pulunu verdiyini, yalnız Nəsirlə ticarət əlaqəsi olduğunu, Nəsirlə ticarət əlaqəsində olduğu vaxtdan, təxminən 10 ildən çox müddət keçdiyi üçün şərikləri barədə nəsə dediyini xatırlamadığını, ibtidai istintaqda ifadə verən zaman Əli adlı şəxsin oğlu vəkili ilə birlikdə yaxınlaşıb şəkil göstərdiyini, həmin şəkildəki 4 nəfərdən birinin atası Zərərçəkmiş şəxs olduğunu, vəfat etdiyini dediyini, ondan Əli adlı şəxsi tanıyıb-tanımadığını soruşduğunu, şəxsə sadəcə Nəsiri tanıdığını, onunla ticarət əlaqəsində olduğunu dediyini, Nəsir yanacaq gətirən zaman yanındakı şəxslərlə ünsiyyətdə olmadığını, oturub çay içmədiyini, Nəsirin yanacağın pulunu götürüb getdiyini, lakin təklikdə Nəsirlə oturub çay da içdiyini, yemək də yeyib, söhbət də etdiyini, Əli adlı şəxsi tanımadığını, Nəsir ona yanacaq gətirən zaman yanında müxtəlif şəxslər olduğunu, həmin şəxslərin adlarını bilmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Tərtər rayonunda yanacaq doldurma məntəqəsi işlətmişdir. Lap əvvəllər Nəsirlə alveri olmuşdur. Nəsir yanacaq satmışdır, onlar da pulunu ödəmişlər. Onun Nəsirdən, Nəsirin də ondan heç bir tələbi olmamışdır, münasibətləri yaxşı, hər şey qaydasında olmuşdur. Nəsir ona yanacaq gətirəndə yanında Əli adlı şəxs olmamışdır, o, Zərərçəkmiş şəxs adlı şəxsi tanımamışdır. Sadəcə Nəsiri tanımışdır. Nəsir ona yanacaq vermiş, o da pul vermişdir, başqa heç kəsi tanımamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, Nəsir yanacağı “Kamaz”la gətirib tökmüş, o da pulunu vermişdir. Nəsir bəzən 10 ton, bəzən 7 ton yanacaq gətirmişdir. Yanacağın pulunu tam şəkildə Nəsirə ödəmişdir. Hal-hazırda onun Nəsirə heç bir məbləğdə borcu yoxdur. Nəsiri səhv etmirsə, 2013-2014-cü ildən bəri tanımış, təxminən 5-7 ay işləmişlər. Bununla yanaşı, Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 1996-cı ildən hazırki vaxta qədər Tərtər rayonu ərazisində yerləşən Tərtər-Goranboy yolunun sağ kənarında yerləşən yanacaqdoldurma məntəqəsini fiziki şəxs qismində işlədir. YDM-də benzin və dizel yanacaqlarının satışı ilə məşğul olmuş və indi də məşğul olur. O, YDM-də satılan yanacağı Bərdə rayon Neft bazasından və Bakı şəhərində yerləşən Neft bazasından alır. O, YDM-də fiziki şəxs olaraq Şahid4 adından yanacaq satışı ilə məşğul olur. İşin mahiyyəti üzrə bildirir ki, 2013-cü ilin ortalarından 2014-cü ilin ortalarına kimi müddət ərzində sahibi olduğu YDM-nə Təqsirləndirilən şəxs adlı şəxs benzin və dizel yanacağını nisyə olaraq satmış, YDM-də yanacaq satıldıqdan sonra isə Nəsirin satdığı yanacağın pulunu ödəmişdir. Yanacağa görə pulları yalnız Nəsirə vermiş, Nəsir hər dəfə fərqli avtomobil və şəxslərlə yanacaq doldurma məntəqəsinə gəlmişdir. İlkin ifadəsində Əli adlı şəxsin Nəsirin şəriki olmasını və onunla birlikdə yanacaq doldurma məntəqəsinə gəldiyini Nəsirin təsiri ilə demişdir. Hazırda isə bildirir ki, Əli adlı şəxsi tanımır və Əlinin Nəsirin şəriki olması barədə hər hansı məlumatı olmamışdır (cild 2, iş vərəqi 27-30). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Şahid4 hadisənin üzərindən uzun müddət keçdiyi üçün birinci ifadəsinə sonradan düzəlişlər etdiyini, Əli adlı şəxsi tanımadığını, sadəcə olaraq Nəsir yanında bir şəxsi gətirdiyini, həmin adamın Əli deyə təqdim etdiyini, Əlini tanımadığı üçün Nəsirin bütün dediklərinə inandığını, sonradan Nəsirin yanındakı şəxsin Əli olmadığını anladığını, Nəsir maşın sürə bilmədiyi üçün gələndə həmişə yanında adam olduğunu, Nəsirin pulu yanındakı adamla bölüşdüyünü, həmin şəxsin Əli olub-olmadığını bilmədiyini, onunla Nəsir arasında 30000 manatlıq, 40000 manatlıq alver olduğunu, hal-hazırda ona heç bir borcu olmadığını, Nəsirin yanındakı şəxslə pulu bölüşdüyünə şahid olduğunu, Pərvizə bütöv şəkildə 40000 manat pul verdiyi vaxt olmadığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsində Şahid6 göstərmişdir ki, o, 2004-cü ildən hazırkı vaxta qədər Yevlax rayonu, Aşağı Bucaq kəndində yerləşən “Paşa Petrol” adlanan yanacaq doldurma məntəqəsində operator işləyir. El arasında bu kəndə Xaldan qəsəbəsi və ya kəndi deyirlər. Operator işlədiyi YDM-ın sahibi X8 olmuşdur. “Covid 19” pandemiyası zamanı 2020-ci ildə Maarif Əliyev rəhmətə getmiş, hazırda YDM-i Maarifin oğlu Seymur işlədir. O, YDM-də 1 sutka işləyir, iki gün istirahət edir. İşlədiyi YDM-də benzin və dizel yanacağı satılır. Təxminən 10 il bundan əvvəl o, YDM-də işlədiyi vaxt Təqsirləndirilən şəxs YDM-ə yanacaq gətirdiyinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs YDM-in sahibi rəhmətlik Maariflə hesabatını aparırmış, o isə həmin şəxslərin işinə qarışmamışdır. Təqsirləndirilən şəxs YDM-ə yanacağı yük avtomobili vasitəsilə gətirirmiş. Lakin yanacağın neçəyə alınması barədə onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs operator işlədiyi YDM-ə yanında kiminləsə gəlib, lakin o, həmin şəxsləri tanımır (cild 1, iş vərəqi 193-195). İbtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsində Şahid7 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs adlı şəxsi tanıyır. Belə ki, Nəsir ilə onun rəhmətlik atası Maarif Əliyevin arasında yanacaq alveri olmuşdur. Onun rəhmətlik atası Maarifin Yevlax rayonu Aşağı Bucaq kəndində “Paşa Petrol’ yanacaqdoldurma məntəqəsi olmuşdur. Həmin YDM-də benzin və dizel yanacağı satılırmış. Təqsirləndirilən şəxs atası Maarifin YDM-nə benzin və dizel yanacağını səhv etmirsə 2011-ci ildən 2014-cü ilə qədər olan müdddət ərzində vermişdir. Həmin vaxtlar o, hərbi xidmətdə olmuşdur. O, həmin şəxslərin pul alış-verişində iştirak etməmişdir. O, atası Maarifin mobil telefonla Təqsirləndirilən şəxs ilə danışıb onun üçün yanacağa görə pul göndərməsi barədə danışmasının şahidi olmuşdur. Hazırda atası vəfat etdiyi üçün YDM anasının adına sənədləşdirilmişdir. Şahid7 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs rəhmətlik atası Maarifin yanına gələrkən yanında Zərərçəkmiş şəxs adlı şəxsi görməmişdir (cild 1, iş vərəqi 196-198). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək və onu aldadaraq külli miqdarda pul vəsaitini ələ keçirməsi və sonradan həmin pul vəsaitlərinə görə heç bir iş görməməsi ilə bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 7-9). - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulların tarixinə və məbləğinə dair əlyazma ilə yazdığı və istintaqa təqdim etdiyi xx.xx.2014-cü il tarixli siyahıdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs ümumilikdə 80750 manat pul almışdır (cild 1, iş vərəqi 16). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 106-107). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 126). - ölüm haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir (cild 1, iş vərəqi 135). - vətəndaş X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs öldüyü üçün onun hüquqi varisi kimi tanınmasını xahiş etmişdir (cild 1, iş vərəqi 136). - zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X3 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 137). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 169-170). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində bildirmişdir ki, 2011-ci ildən 2014-cü ilə kimi olan müddət ərzində “Paşa Petrol” adlanan yanacaq doldurma məntəqəsinə dizel və benzin yanacağını nisyə olaraq satmışdır. İfadənin yerində yoxlanılması zamanı müəyyən olunmuşdur ki, “Paşa Petrol” yanacaq doldurma məntəqəsi Yevlax rayonu, Aşağıbulaq kəndində yerləşir. Yanacaq doldurma məntəqəsində 2 ədəd yanacaq aparatı vardır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, sözügedən yanacaq doldurma məntəqəsinə mərhum Zərərçəkmiş şəxs ilə birlikdə 2013-cü ilin sonlarında, 2014-cü ilin əvvəllərində yanacaq satmışlar (cild 1, iş vərəqi 190-192). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində bildirmişdir ki, 2013-cü ilin sonlarından 2014-cü ilin əvvəllərinə kimi olan müddət ərzində sözügedən yanacaq doldurma məntəqəsinə Zərərçəkmiş şəxs ilə birlikdə benzin və dizel yanacağı satmışdır. İfadənin yerində yoxlanılması zamanı müəyyən olunmuşdur ki, sözügedən yanacaq doldurma məntəqəsi Tərtər rayonu ərazisində Tərtər-Goranboy yolunun 2-ci kilometrliyində yolun sağ kənarında yerləşir. YDM-nin adı yoxdur (cild 1, iş vərəqi 199- 201). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində bildirmişdir ki, 2013-cü ilin sonlarından 2014-cü ilin əvvəllərinə kimi olan müddət ərzində mərhum Zərərçəkmiş şəxs ilə birlikdə “Soccer” adlanan yanacaq doldurma məntəqəsinə dizel və benzin yanacağı satmışdır. İfadənin yerində yoxlanılması zamanı müəyyən olunmuşdur ki, “Soccer” YDM Tərtər rayonu ərazisində Tərtər-Bərdə yolunun sağ kənarında Sarıcalı kəndinin ərazisində yerləşir (cild 1, iş vərəqi 214-216). - Heydər Əliyev adına Neft Emalı zavodunun (NEZ) xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 2013 və 2014-cü il tarixlərdə məktubda qeyd olunan “Paşa Petrol”, “Soccer” və "xxxx" MMC adı altında fəaliyyət göstərən yanacaq doldurma məntəqələri ilə NEZ arasında yanacaq satışına dair bağlanılmış hər hansı bir müqavilə aşkar edilməmişdir (cild 1, iş vərəqi 225). - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan və 01 ədəd diskdən görünür ki, ***-***-**-** saylı nömrədə xx.xx.2013-xx.xx.2014-cü il tarixlərdə zəng və SMS qeydə alınmamışdır (cild 2, iş vərəqi 11-12). - mobil operatorun təqdim etdiyi diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, qeyd olunan tarixlərdə daxil olan və çıxan SMS-in mətn və siyahısında Zərərçəkmiş şəxs yanacağın satıldığı tarixlərdə qeyd olunan yanacaq doldurma məntəqələrinin yerləşdiyi rayonların ərazisində olmadığı, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə isə qeyd olunan tarixlərdə zəng və SMS-in qeydə alınmadığı müəyyən edilmişdir (cild 2, iş vərəqi 14). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN Baş X15 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter-uçot bazasının məlumatlarına əsasən, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur (cild 2, iş vərəqi 136). - təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 2, iş vərəqi 158-159). - cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20.202013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs aldığı pulların tarixinə və məbləğinə dair əlyazma ilə yazdığı siyahı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 2, iş vərəqi 179-189). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şəxslərə suallar vermiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxs əlbəəl ümumiyyətlə pul almadığını, yanacaq məhsullarını Neftayırma zavodundan Zərərçəkmiş şəxs şəxsən özünün alaraq göndərdiyini, pulu şəxsən ödədiyini, satışdan əldə olunan pulları onun yığıb ən sonda Əliyə yolladığını, Əliyə hər hansı borcunun qalmadığını, Zərərçəkmiş şəxs yanacaq təhvil verilən bütün yanacaqdoldurma mənəqələrinin hamısında onunla bir yerdə olduğunu, topladığı pulun isə 132000 manat deyil, 80750 manat olduğunu göstərdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi həmin ifadələrinə tənqidi yanaşır, hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələri müdafiə məqsədilə verilmişdir, bu ifadələri təsdiq edəcək hər hansı sübut müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə, təqsirləndirilən şəxsin qeyd edilən iddiaları məhkəmədə araşdırılmış sübutlarla təkzib edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, neft satacaqları, pul qazanacaqları adı ilə Təqsirləndirilən şəxs 2013-2014-cü illər ərzində onun mərhum əri Zərərçəkmiş şəxs aldadaraq 100000 manatdan çox pulunu alaraq ələ keçirmiş, həmin pulları şəxsən özü bir neçə dəfə evdən götürərək Təqsirləndirilən şəxs vermək üçün ərinə vermiş, daha sonra əri, Nəsirdən pulunu istəmiş, lakin Nəsir tez-tez “bu gün ödəyəcəyəm”, “sabah ödəyəcəyəm”, “üzrlü sayın, mütləq ödəyəcəyəm” tərzində cavablar vermiş, günü-gündən məsələni uzatmışdır. Əli Nəsirə onunla bağlı polis orqanlarına şikayət edəcəyini demiş, Nəsir də “çox xahiş edirəm, şikayət etmə, mütləq pulunu geri ödəyəcəyəm” tərzində cavab vermişdir. Bu ərəfədə Nəsir ərinə 24000 manat qaytarmış, 108000 manatı isə bu günə kimi qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin oğlu Şahid8 ifadəsində göstərdi ki, atası ilə söhbət edən zaman Nəsirin birlikdə iş qurmaq adı ilə onun atasından pul aldığını, lakin sonradan geri qaytarmadığını öyrənmiş, səhv etmirsə, Nəsir atasından 100000 manatdan çox pul almışdır. Bu hadisələrdən sonra o, Nəsirlə bir nüçə dəfə söhbət etmiş, Nəsir də pulu ödəyəcəyini, heç bir borcu qalmayacağını deyərək vədlər vermişdir. Lakin hər dəfəsində Nəsir vədlər versə də, borcunu geri qaytarmamışdır. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, yanacaq alveri ilə məşğul olmaq üçün iki dəfəyə - 24000 manat və 25000 manat məbləğdə pulu Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs verdiyinin şahidi olmuş, Əli vəfat etməmişdən öncə Nəsirə ümumilikdə 132000 manat pul verdiyini, Nəsirin 132000 manatdan 108000 manat məbləğində borcu qaldığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs yanacağı Neftayırma zavodunda işləyən Şahid1 aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 heç vaxt Zərərçəkmiş şəxs yanacaq satmadığını, alveri yalnız Təqsirləndirilən şəxslə etdiyini bildirdi. Yanacağı yanacaqdoldurma məntəqələrinə təhvil verilərkən Zərərçəkmiş şəxs onunla birlikdə olması barədə Təqsirləndirilən şəxs ifadələri məhkəmə istintaqı zamanı şahid ifadələri ilə təkzib edildi. Belə ki, məhkəmədə dindirilmiş yanacaqdoldurma məntəqələrinin sahibləri Şahid4 və Şahid5, habelə ibtidai istintaqa verdikləri ifadələri elan edilmiş şahidlər Şahid6 və Şahid7 yanacağı Təqsirləndirilən şəxs aldıqlarını, bu zaman sonuncunun yanında Zərərçəkmiş şəxs adlı şəxsin olmadığını, ümumiyyətlə Zərərçəkmiş şəxs tanımadıqlarını bildirdilər. İbtidai istintaqın əldə etdiyi digər sübutla - Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** GSM mobil nömrəsinin xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində göstəriciləri ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs yanacağın satıldığı tarixlərdə yanacaq verilmiş yanacaq doldurma məntəqələrinin yerləşdiyi rayonların ərazisində olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər istintaq materialları ilə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, xəstə olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə almaqla, özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən onların törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, müstəntiqin və məhkəmənin qərarlarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon prokurorunun 11 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti rədd edilmiş, o, Müvəqqəti saxlama yerindən azad edilmiş, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, bu qətimkan tədbirinin müddəti 01 (bir) ay 19 (on doqquz) gün həddində müəyyən edilmiş, əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmış, daha sonra müddəti artırılmamışdır. 19 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 14 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 150, 184-185, 186-188; cild 2, iş vərəqi 48-49, 97-98, 100-108, 172-174). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu 6 (altı) gün, habelə ev dustaqlığında saxlanıldığlı 01 (bir) ay 19 (on doqquz) gün, ümumilikdə 01 (bir) ay 25 (iyirmi beş) gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı 14 fevral 2025-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs 20.202013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs aldığı pulların tarixinə və məbləğinə dair əlyazma ilə yazdığı siyahı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlandığı 1 (bir) ay 25 (iyirmi beş) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 5 (beş) il 4 (dörd) ay 5 (beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs 20.202013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs aldığı pulların tarixinə və məbləğinə dair əlyazma ilə yazdığı siyahı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar