Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1019/2021 10.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Əliyev Hafiz Samir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X10 və X11 qızı Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X18 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Cəmaləddin oğlu, Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər kollegiyası Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Siyəzən şəhəri, F.Əlməmmədov küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə xx xxxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Su Kəməri qəsəbəsində qeydiyyatda olmaqla Şabran rayonu, Ağbaş kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 16 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində atası Zərərçəkmiş şəxs3 məxsus, **-LR-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla" markalı avtomobili etibarnamə olmadan, nəqliyyat vasitəsini idarə etmə hüququ ilə idarə edib yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək avtomaşını ilə yolun hərəkət hissəsinin sağ kənarından sola tərəf manevr etmək istəyən, Təqsirləndirilən şəxs1 idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı, “VAZ2107" markalı avtomobil ilə yolun hərəkət istiqamətinin əks istiqamətində toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs1 hadisə yerində sol incik sümüyünün açıq sınığı, sol 9-cu qabırğanın qapalı sınığı və sol ayağın yaraları ilə yaranan səhhətinin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurması ilə nəticələnən xəsarətlər almasına, sonra isə idarə etdiyi avtomobil yoldan çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səkiyə istiqamətlənib piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 vuraraq kəllə əsası və kəllə qapağı sümüklərinin açıq sınığından, baş-beyinə qansızmadan, sağ bazu sümüyünün açıq sınığından, sol yanaq, sol mil-biləng və sol əlin arxa səthinin, hər iki diz oynaqların ön səthlərinin, sol budun arxa səthinin qançırlarından ibarət olan bütövlükdə sağlamlığa AĞİR zərərvuran xəsarətlər yetirməklə, kəllə qapağı və kəllə əsası sümüklərin sınığından yaranan baş beyinə qansızma nəticəsində hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2107” markalı avtomobilə 3600 (üç min altı yüz) manat, hüquqi şəxs olan zərərçəkmiş Siyəzən RİHB-nın Siyəzən şəhər İƏDÜ nümayəndəliyinə 2800 (iki miz səkkiz yüz) manat, Zərərçəkmiş şəxs3 məxsus “Toyota Corolla” markalı avtomobilə 3068 (üç min altmış səkkiz) manat maddi ziyan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir,Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 16 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində Zərərçəkmiş şəxs4 Camələddin oğluna məxsus VAZ- 2107 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsi və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cu maddəsinin 4-cü hissəsinin, 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini, yəni sürücü nəqliyyat vasitəsini idarəetmə hüququnu sürücülük vəsiqəsi əsasında həyata keçirməli, dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dönmək'istisna olmaqla, sağa, sola və geriyə dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda bunlara riayət etməyərək avtomaşını yolun sağ kənarından sola döndərib eyni istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun hərəkət hissəsinin əks istiqamətində toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səkiyə istiqamətlənib piyada hərəkətdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 vuraraq kəllə əsası və kəllə qapağı sümüklərinin açıq sınığından, baş-beyinə qansızmadan, sağ bazu sümüyünün açıq sınığından, sol yanaq, sol mil-biləng və sol əlin arxa səthinin, hər iki diz oynağların ön səthlərinin, sol budun arxa səthinin qançırlarından ibarət olan bütövlükdə sağlamlığa AĞİR zərərvuran xəsarətlər yetirməklə, kəllə qapağı və kəllə əsası sümüklərin sınığından yaranan baş beyinə qansızma nəticəsində hadisə yerində ölməsinə, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla" markalı avtomobilə 3068 (üç min altmış səkkiz) manat, Zərərçəkmiş şəxs4 məxsus “VAZ2107” markalı avtomobilə 3600 (üç min altı yüz) manat, hüquqi şəxs olan zərərçəkmiş Siyəzən RİHB-nın Siyəzən şəhər İƏDÜ nümayəndəliyinə 2800 (iki miz səkkiz yüz) manat maddi ziyan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o ailəsi ilə birlikdə Siyəzən şəhəri, F.Əlməmmədov küçəsində yaşayır, heç bir yerdə işləmir. Hadisə ilə bağlı bildirmək istəyir ki, atası Zərərçəkmiş şəxs3 məxsus Toyota Corolla” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə olmadan lakin nəqliyyat vasitəsinin idarə etmək hüququ ilə idarə etmişdir. Hadisə günü Toyota Corolla” markalı avtomobil ilə evdən çıxmış, həmin vaxtı avtomobildə bibisi oğlu X9 avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Avtomobili təxminən 40-50 km/saatla idarə etmiş, H.Əliyev küçəsində Turac” deyilən yerdə yolun sağ tərəfində ağ rəngli “VAZ2107” markalı avtomobilin təxminən 100 metr qabaqdan dayandığını görmüş, həmin avtomobili ötüb keçmək istəmiş, “VAZ2107” markalı avtomobilin sürücüsü anidən anidən yola çıxmış, “VAZ2107” markalı avtomobili vurmamaq üçün idarə etdiyi avtomobili yolun sol tərəfinə çəkmiş, lakin yolun üfüqi nişanlanma xəttinin üzərində öz idarə etdiyi Toyota Corolla” markalı avtomobili “VAZ2107” markalı avtomobilin orta hissəsi ilə toqquşdurmuş, nəticədə “VAZ2107” markalı avtomobil yolun sol tərəfinə səkiyə yaxın, Siyəzən şəhəri istiqamətində dayanmış, sonra isə idarə etdiyi avtomobili ilə idarə etməni itirmiş, nəticədə avtomobil səkinin üzərində hərəkətdə olan piyada yaşlı qadını vurmuş, sonra avtomobil H.Əliyev küçəsində olan işıq dirəyinə çırpılmış və avtomobil sağ tərəf üstə aşmışdır. Avtomobilin qapısını açmış, avtomobildən düşmüş, qadının yanına getmiş, ətrafda olan şəxslər TTY zəng etmişlər. TTY-nın əməkdaşları gələnə kimi qadın artıq keçinmişdir. Hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir, təhlükəsizlik kəmərindən istifadə etmiş, avtomobildə sərnişin bibisi oğlu Atabala Pənahlı olmuş və o ciddi bir xasərət almamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2018-ci ildən bəri nəqliyyat vasitəsi idarə etmək hüququ verən vəsiqə əldə etmişdir. Hadisə olan yol iki tərəfli yol olmuş, həmin yolda sürət həddi 50 km/saat olaraq müəyyən edilmişdir. O maşını 40-50 km/saat sürətlə idarə etmişdir. Onun qarşısında 3 ədəd maşın olmuşdur. Yolun sağ tərəfində maşının dayandığını görməmişdir. 15-20 metr qalmış Elşadın maşınını görmüşdür. Həmin ərazi yaşayış məntəqəsi olan ərazi olmuşdur. Hadisə nəticəsində xəsarət alaraq, vəfat etmiş qadın səkidə, piyadalar üçün nəzərdə tutulmuş yolda olmuşdur. Maşında özündən başqa bibisi oğlu Atabala Pənahlı da olmuşdur. Son olaraq göstərmişdir ki, baş vermiş hadisədə özünü günahkar bilmir və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Siyəzən şəhərində yerləşən plastik qapı pəncərə sexində fəhlə işlədiyini bildirmişdir. 16.10.2020-ci il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən qapı pəncərə sexində işdə olmuş, sexin sahibi Aydına məxsus VAZ 2107 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili Aydının icazəsi ilə götürüb saat təxminən 11 radələrində iş dalınca getmişdir, Siyəzən şəhəri, H.Əliyev küçəsində avtomobili Şabran rayon istiqamətində yolun hərəkət hissəsinin ortasında həmin küçədə yerləşən sexin qarşısına dönmək istəmişdir, bu niyyətlə avtomobilin sola dönmək üçün xəbərdarlıq nişanını yandırmış, avtomobilini sex istiqamətində döndərmişdir, sexin yanında olan araya girmiş, avtomobilin yarı hissəsi H.Əliyev küçəsindən artıq sexə tərəf dönmüşdür. Avtomobilin ön hissəsi artıq sexin yanında olan ara yolda olmuşdur, avtomobilin arxa tərəfi isə yolda qalmışdır. Təxminən 5-10 saniyə yolda olan piyadalar yolu keçib qurtarmasını gözləmiş, anidən olaraq yoldan gələn avtomobil idarə etdiyi avtomobili vurmuşdur. Sonra nə baş verdiyini xatırlamır, sonradan həmin avtomobilin sürücüsünün səkidə olan piyadanı və işıq dirəyini vurduğunu və nəticədə həmin piyadanın hadisə yerində dünyasını dəyişdiyini eşitmiş. Hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir, avtomobili idarə etmək hüququ olmamış və avtomobildə tək olmuşdur. **-HN- *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs4 məxsus olub, avtomobilə aid heç bir sahiblik hüququ, eləcədə idarə etmək hüququ olmamışdır, həmin avtomobili Zərərçəkmiş şəxs4 əldə edib, lakin avtomobilə görə müəyyən borcu qalmışdır. Təqsirləndirilən şəxs2 rayon sakini kimi tanısa, onunla şəxsi tanışlığı olmamışdır. Verilmiş suallara cavab olaraq bidlrimişdir ki, Digər avtomobilin sahibi olan Elşadı üzdən tanımışdır. Həmin şəxs ilə şəxsi tanışlığı yoxdur.avtomobil idarə etmək hüquq verən sürücülük vəsiqəsi yoxdur. Hadisə baş verən zaman avtomobildə tək olmuşdur. Hadisə baş vermə şəraiti ilə bağlı bildirmişdir ki, o yolun sağ tərəfində hərəkətdə olmuş, qırıq xətti keçmişdir. 2-3 maşın keçmiş və dayanmamışdır. Mən hərkət etdiyim istiqamətdə deyil əks hərəkət istiqamətində vurulmuşam. Hadisə vaxtı maşının ön tərəfinin əzilməsi nəticəsində ayaqları rolun altında əzilmişdir.Sola döndüyü zaman yolun hər iki istiqamətində baxmışdır. Digər maşının sürətlə gəldiyini görməmişdir. Son olaraq göstərmişdir ki, baş vermiş hadisədə özünü günahkar bilmir və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərini təqsirli bilməmələrinə baxmayaraq, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Cəmaləddin oğlu ifadəsində göstərdi ki, o, Siyəzən şəhərində yerləşən plastik qapı pəncərə sexində işləmiş, **-HN-*** dövlət qeydiyyat nişanlı, “VAZ2107” markalı avtomobil ona məxsusdur. Həmin avtomobili qardaşı X1 2017-ci ildə almış, qardaşından maşını nəğd şəkildə almış, qardaşı Məsud Məmmədov avtomobili sürmək üçün 2017-ci il tarixdə ona etibarnamə vermişdir. Həmin vaxtdan sonra avtomobil özündə olmuş, qardaşından avtomobili aldığı üçün öz adına sənədləşdirməyə ehtiyac bilməmişdir. Təqsirləndirilən şəxs1 tanımış, sonuncu onun işlədiyi sexdə fəhlə vəzifəsində işləmişdir. Elşad sexdə işlədiyi üçün bəzən sexə lazım olduqda avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs1 vermişdir. 16.10.2020-ci il tarixdə Elşada yenidən avtomobili vermiş, 16.10.2020-ci il tarixdə Elşadın Siyəzən şəhəri, H.Əliyev küçəsində hərəkətdə olan zaman **-LR-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobil ilə toqquşmasını, sonradan isə "Toyota Corolla” markalı avtomobilin isə yoldan çıxaraq səkinin üzərində qadını vurub öldürməsi haqqında eşitmişdir. Sonradan hadisə yerinə gəldiyi zaman hadisə nəticəsində avtomobilin qəzalı vəziyyətdə olduğunu, eləcədə piyada olan yaşlı qadının dünyasını dəyişdiyini görmüşdür. Hadisənin necə baş verməsini görməmiş, Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəni idarə etmək hüququnun olmadığı haqqında məlumatı olmuşdur. Lakin sadəcə işlə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 avtomobili vermiş, sonuncu avtomobili onun şifahi icazəsi ilə idarə etmişdir. Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası yoxdur, eləcə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özü heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun oğludur və onunla eyni evdə yaşayır. “Toyota Corolla” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Bəzi vaxtlarda avtomobilini oğlu Təqsirləndirilən şəxs2 idarə etmək üçün vermişdir. Oğlu Təqsirləndirilən şəxs2 avtomobili idarə etmək üçün etibarnaməsi olmasa da nəqliyyat vasitəni idarə etmək üçün sürücülük hüququ olmuşdur.16.10.2020-ci il tarixdə oğlu Elşad ev üçün bəzi ərzaq almağa görə avtomobili götürüb evdən çıxmış, həmin günü təxminən saat 11 radələrində oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə yol nəqliyyat hadisəsi törətməsini eşitmişdir. Oğlu Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Siyəzən şəhərində yerləşən plastik qapı pəncərə sexində usta vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1la eyni sexdə işləmiş, münasibətləri normal olmuş, hər hansı bir düşmənçilik və ya ədavəti olmamışdır. 16.10.2020-ci il tarixdə sexin qarşında dayanıb siqaret çəkdiyi zaman Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ2107” avtomobil ilə H.Əliyev küçəsi ilə hərəkət edərək sexin qarşısına keçən arakəsməyə tərəf dönmək istəmiş, bu zaman arakəsmədən qadınlar keçmişdir. Bu səbəbdən Elşad sürəti azaltmış, insanların keçməsini gözləmişdir. Anidən isə “Toyota Corolla” markalı avtomobilin Elşadın idarə etdiyi avtomobili əks hərəkət zolağında vurmasını görmüşdür. Toqquşmadan sonra “Toyota Corolla” markalı avtomobil səkinin üzərinə çıxıb səkinin üzərində olan piyadanı vurmuş, piyada avtomobilin altı ilə sürtünüb işıq dirəyinə dəymişdir. Bundan sonra dərhal Elşadın idarə etdiyi avtomobilə yaxınlaşıb Elşadı avtomobildən çıxartmağa köməklik etmiş, hadisədən sonra çıxan səs küyə gələn insanlar da “Toyota Corolla” markalı avtomobilin altında qalan qadını çıxartmağa köməklik etmişlər. Nəticədə “Toyota Corolla” markalı avtomobili aşırılmış, Elşadı Siyəzən RMDM-ə aparmışlar. Sonradan yol nəqliyyat hadisəsi zamanı qadının vəfat etməsi haqqında eşitmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ2107” markalı avtomobili H.Əliyev küçəsi ilə hərəkətdə olub sexə tərəf dönərək hərəkətini davam etdirmiş, hadisə “Toyota Corolla” markalı avtomobilə nisbətdə əks hərəkət zolağında baş vermiş, hadisəni dəqiq görmüş, eləcə də Təqsirləndirilən şəxs1 sol tərəfə yəni sex istiqamətdə dönən zaman İdarə etdiyi VAZ2107 markalı avtomobilin sağ tərəfindən 2-3 avtomobil keçmiş, bundan başqa "Toyota Corolla” markalı avtomobilin sürəti çox yüksək olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsindən görünür ki, o, X2 həyat yoldaşı olduğunu 1968-ci ildən onun ailə həyatı qurduğundan, həmin nikahdan beş övladlarının olduğunu bildirmişdir. 16.10.2020-ci il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə yol nəqliyyat hadisəsi törətdiyini, baş vermiş hadisə zamanı həyat yoldaşı Məhsumə İslamovanın dünyasını dəyişdiyini bildirmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq heç kimə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild İ, iş vərəq: 60-62) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində Siyəzən şəhər İHB-nın Siyəzən şəhəri İƏD üzrə nümayəndəliyində mühəndis vəzifəsində çalışdığını bildirmişdir. Siyəzən şəhər H.Əliyev küçəsində 16.10.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verməsini eşitmiş, yol nəqliyyat hadisəsi nəticəsində Məhsumə İslamovanın dünyasını dəyişdiyini öyrənmişdir. Eyni zamanda H.Əliyev küçəsində yerləşən işıq dirəyinin tam yararsız hala düşmüş, baş vermiş hadisə zamanı Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə 1 ədəd işıq dirəyinə görə 2530 manat, 1 ədəd işıq dirəyinin montaj edilməsinə çəkiləcək xərc 150 manat, beton funtamentin dəyişdirilməsinə görə 120 manat olmaqla ümumilikdə 2800 (iki min səkkiz yüz) manat maddi ziyan dəydiyini bildirmişdir. Bununla əlaqədar olaraq müfaviq akt tərtib edilmiş və istintaqa təqdim edilmişdir. Eyni zamanda nümayəndəliyin heç kimə qarşı mülki iddiası olmadığını bildirmişdir. (Cild İ, iş vərəq: 219-221) Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə və həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 16 oktyabr 2020-ci il tarixdə atası Zərərçəkmiş şəxs3 məxsus **-LR-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtomobil ilə Siyəzən şəhəri, H.Əliyev küçəsində hərəkətdə olarkən qarşısına çıxan 20.10.1986-cı il təvəllüdlü X4 idarə etdiyi ağ rəngli, “VAZ-2107” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil yoldan çıxaraq səkinin üzərində hərəkət edən piyada xx.xx.1950-ci il tarixdə Dəvəçi rayonu, Balaca Həmyə kəndində anadan olan, evli, ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 vurmuş və nəticədə piyada Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüş, “VAZ-2107” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Elşad Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Siyəzən RMDM-a yerləşdirilmişdir. Göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (cild 01, iş vər. 1) 16.10.2020-ci il tarixli raportdan görünür ki, Siyəzəzn RPŞ-nin məsul növbətçisi, polis polkovniki-leytenantı X28 RPŞ-nin rəisi polis polkovniki Valik Vəlimətova raportla məruzə edərək bildirmişdir ki, 16.10.2020-ci il tarixdə saat 13:07-də Siyəzən RMDM-nin tibb bacısı Əliyeva telefonla məlumat verərərk bildirdi ki, Siyəzən şəhəri Su kəməri qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü X27 “Sol incik sümüyünün aşağı 3/1-nin yerini dəyişən aşıq sınığı, sağ daban və baldırının aşağı 3\1-nin sıyrılmış yaraları” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin deməsinə görə Siyəzən şəhəri əraziisndə YNH-si zamanı xəsarət almışdır. (cild 01, iş vər 4) “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 16.10.2020-ci il tarixli protokoldan və əlavə olunmuş foto cədvəldən görünür ki, Siyəzən Rayon Polis X7 baş müstəntiqi, polis kapitanı X23 tərəfindən dəvət olunmuş hal şahidlərinin və digər iştirakçıların iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer Siyəzən şəhəri, H.Əliyev küçəsidir. Hadisə baş verdiyi yolun hərəkət hissəsi üfüqidir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt-beton örtüklü, quru, təmiz və hamardır. Nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuş həmin yerdə yolun hərəkət hissəsinin eni 11 metr olmaqla, hərəkət hissəsinin eni 5,5 metrdir. Yolun hərəkət hissəsində qarşı qarşıya hərəkəti ayırmaq üçün 1.1 və 1.5 yol nişanları vardır. Hadisənin baş verdiyi yolda 5 metr enində köməkçi yol sağdan, 12 metr enində köməkçi yol soldan hərəkət hissəyə birləşir. Yol hərəkəti nişanlarla nizamlanmaqla, yol nişan zonası yaşayış məntəqəsinin daxilindədir. Şabran şəhəri istiqamətində yolun sol çiynidən 2-3 metr məsafədən başlayaraq 14,8 metr uzunluğunda toqquşmadan sonrakı sürtülmə izləri vardır. Toqquşan hər iki nəqliyyat vasitəsi Siyəzən şəhər mərkəzindən üzü Şabran şəhəri istiqamətində hərəkətdə olması müəyyən olunur. Üzü Şabran şəhəri istiqamətinə toqquşma yerinə 27,8 metr məsafədə işıq dirəyinə “Toyota” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət yoluna aşmışdır. Piyadanın vurulma yeri toqquşmadan sonraki səkidə 6,4 metr məsafədə yol kənarından 1,5 metr məsafədə olan səkidədir. Piyadanın hadisədən əvvəlki hərəkəti vurulduğu səkidə asta yerişlə üzü Şabran istiqamətindədir. Hadisə yerində nəqliyyat vasitələrin vəziyyəti **- NH-*** və **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillər əks yolda olmaqla, **-LR-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobil sağ yanı üstə aşmış vəziyyətdədir. Şinlərin izləri toqquşma yerindən üzü Şabran istiqamətində əks yolda 14,8 metr və səkidən yolun 16, 4 metr təkər izi mövcüd olmaqla, həmin izlər **-LR-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilə məxsusdur. Tormozlama izləri aşkar edilməmişdir. Nəqliyyat vasitələrinin hərəkət istiqaməti təkərlərin sürtünmə izləri ilə müəyyən olunur. Şabran istiqamətində sol səkidən **-LR-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobil 16,4 metr dirəyə dəymişdir. Meyit **-LR-*** dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin qabaq təkərlərinin altında səki ilə həmin nəqliyyat vasitəsinin arasında yerdədir. (cild 01, iş vər. 7-30) 16.10.2020-ci il tarixli ərizədən görünür ki, Abşeron rayon, Mehdiabad qəsəbəsi sakini X9 ərizə ilə müraciət edərək bildirmişdir ki, 16.10.2020-ci il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobildə yol nəqliyyat hadisəsi törədən zaman o avtomobildə qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Yol nəqliyyat hadisəsi zmnaı heç bir xəsarət almmaışdır.Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, Odur ki, məhkəımə tibb ekspertizasının keçirilməsindən imtina etmişdir. (cidl 01, iş vər 42) İşdə olan X26 təərfindən verilmiş ərizədən və “Zərərçəkmiş şəxsin hüqqui varisi qismində tanınması haqqında” 28 oktyabr 2020-ci il tarixi qərradan görünür ki, görünür ki, X26 həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Hacıbala qııznın hüquqi varisi kimi tanınmasını xahiş etmiş və iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qimsində tanınmışdır. (cidl 01, iş vər 53) Ölüm haqqında AZ-İİ 119341 saylı şəhadətnamədən görünür ki, X5 16 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir, Ölüm səbəbi kimi kəllədaxili travmalar, ölüm yeri kimi isə Siyəzən rayonu göstərilmişdir. (cidl 01, iş vər 64) İşdə olan X26 tərəfindən verilmiş 28.10.2020-ci il tarixli ərizədən görünür ki, X3 Elşad Elşən oğlundna heç bir şikayəti olmadığını bildirmişdir. (cild 01, iş vər 66) Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 25 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 76). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 25 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 77). Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” X35 “X12 Mərkəzi” X30 daxil olmuş 30.11.2020-ci il tarixli 851 və 852 №-li məktublardandan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “X12 Mərkəzi” PHŞ narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyillər (cild 1, iş vər. 78-79). “İfadənin yerində yoxlanılması haqqında “ 01 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 baş vermiş hadisələr ilə bağlı ifadəsinin düzgünlüyün müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanılması istinaq hərəkəti keçirilmişdir. Şahid Təqsirləndirilən şəxs1 ilə birlikdə Siyzəən şəhəri, H.Əliyev küçəsinə gəlmişlər. Təqsirləndirilən şəxs1 16.10.2020-ci il tarixdə saat 11 radələrində H.əliyev küçsəi ilə Şabran rayon istiqamətində hərəkətdə olan zaman sola xəbərdarlıq nişanını yandıraraq yolun ortasında arxa sağ tərəfdən və əks istiqamətdən avtomobillərin gəlib-getməyəcəyini güzgü vasitəsi ilə bxdığını, sağ arxa tərəfdən avtomobilləri buradıqdan sonra sola tərəf H.əliyev küçəsində yerləşən iş yerinə tərəf döndüyünü, hərəkətdə olan zaman anidən yüksək sürətlə “Toyota Carolla” markalı avtomobil idarə etdiyi VAZ 2107 markalı avtomobili əks yolda vurduğunu bildirmişdir. Qeyd edilən ərazi Siyəzən şəhəri, H.Əliyev küçəsidir. İfadənin yerində yoxlanması saat 11:45-də başlamış, 12:00-da başa çatmışdır. İfadənin yerində yoxlanması zamanı “Nikon” markalı fotoaparatla fotoçəkillər çəkilmişdir və protokola əlavə edilmişdir. (cidl 01, iş vər 80) Şabran rayon “SURRA” ASXM tərəfindən verilmiş arayışdan görünür ki, “VAZ 2107” markalı,10 HN-223 dövlət qeydiyyat nişanlı, ağ rəngli, ban nömrəsi XTA**********077, 2004-cü il istehsalı oaln toqquşma nəticəsində qəzaya uğramışdır. Avtomobilin qəzaya qədər olan bazar qiyməti, yəni dəyəri 4500 (dörd min beş yüz) manat olmuşdur. Halhazırda avtomobil hadisədən sonra deformasiyaya uğradığı üçün avtomobil istismara yararlı deyildir. Avtomobilin abazar qiyməti 900 (doqquz yüz) manat təşkil edir.Metal qəbuluna təhvil verilə bilər.(cidl 01, iş vər 89) 01.12.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şabran rayon “Surra” avtomobillərə servis ximdət məntəqəsinin sahibkarı ibrahimov Behram Bayram oğlu, Siyəzən RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X13 01.12.2020-ci il tarixdə yazmış olduğu qərara əsasən 2006-cı ilin istehsalı olan **-LR-*** dövlət qeydiyyat nişanlı “X20” markalı yük avtomobilə baxış keçirilmiş və müəyyəne dilmişdir ki, baxış keçirilən həmin avtomobil yol nəqliyyat hadisəsindən sonra əzilmiş halda gətirilmiş və həmin hadisəyə qədər istismara yararlı olmuş, avtomobilin zədə almış hissələrinə baxış keçirilmiş qiymətlərini və usta haqlarını, avtomobilin detallaırna çıxan xərci 1628 manat,dəmirçinin zəhmət haqqı material ilə birlikdə 650 manat, rəngsaza (material ilə birlikdə) 650 manat, Çilingərin zəhmət haqqıs 80 manat, Elektrikin zəhmət haqqısı 60 manat olaraq, ümumi avtomobilə dəyən ziyan 30189 üç min on səkkiz) manat müəyyən edilmişdir. (cild 01, iş vər 90-91) Siyəzən Rayon İHB-nın Siyəzən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ziyan aktından görünür ki, 16.10.2020-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Carallo dövlət qeydiyyat nişanlı ** LR *** nəqliyyat vasitəsi ilə Siyəzən şəhərinin H.Əliyev küçəsində bir çıraqlı bir ədəd dekorativ işıq dirəyini vurmuşdur. Baxış zamanı ziyan cəmi 2800 manat olduğu müəyyən edilmişdir. (cild 01, iş vər 93) “İfadənin yerində yoxlanılması haqqında” 08 dekabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid dindirilmiş Təqsirləndirilən şəxs2 nümayəndəsi Müdafiəçi1 iştirakı ilə cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 baş vermiş hadisələr ilə bağlı ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanılması istintaq hərəkətini keçirmişlər. Şahid Təqsirləndirilən şəxs2 və nümayəndəsi Müdafiəçi1 ilə birlikdə Siyəzən şəhəri, H.Əliyev küçəsində baş vermiş hadisə yerinə gəlmişlər. Hadisə yerində şahid Təqsirləndirilən şəxs2 hərəkətə başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ2107 markalı avrtomobilin durduğu yeri göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 avtomobilin ön hissəsinin durduğu yeri göstərmiş və bildirmişdir ki, hadisədən əvvəl avtomobil onun göstərdiyi yerdə yolun sağ kənarında səkiyə tam yaxın vəziyyətdə olaraq dayanmış vəziyətdə olmuşdur. Şahid Təqsirləndirilən şəxs2 avtomobillərin toqquşma nöqtəsini göstərmişdir. Təqsirləndirilən şəxs2 yolun hərəkət hissələrini bölən və hərəkət hissəsinin mərkəzində olan üfüqi nişanlama xəttini göstərərək toqquşmanın həmin əks hərəkət zolaqlarını ayıran ağ xəttin üzərində baş verməsini, bu zaman onun avtomaşını öz hərəkət zolağında olmasını, ola bilsin ki, avtomobilin qabaq sürücü yeri tərəfdəki tini əks hərəkət zolağına 20-30 sm girmiş vəziyyətdə olmasını bildirmişdir. VAZ2107 markalı avtomobilin isə qarşı hissəsi müəyyən qədər əks hərəkət zolağına daxil olduqdan sonra toqquşmaq baş vermişdir. Toqquşmadan sonra Təqsirləndirilən şəxs2 avtomobili idarə olunmaz vəziyyətə düşərək səkinin üzərində olan piyadını və işıq dirəyini vuraraq aşırtmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 təklif edilmişdir ki, onunla eyni istiqamətdə yolun hərəkət hissəsinin sağ kənarında dayanmış Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ2107 markalı avtomobil sola sərt manevr ilə hərəkətə başladığı andan özünün toqquşma nöqtəsindən hansı məsafədə olduğunu göstərmişdir. Şahid Təqsirləndirilən şəxs2 həmin nöqtəni göstərmişdir. İfadələrin hadisə yerində yoxlanması zamanı 5 metrlik ölçü ölçənlə müfaviq ölçmələr aparılmışdır və müəyyən edilmişdir ki, VAZ2107 markalı avtomobilin sürücü sola manevr edərək hərəkətə başladığı anda Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil toqquşma nöqtəsindən 15,5 metr məsafədə olmuşdur. Həmçinin ölçmə ilə müəyyən edilmişdir ki, toqquşma anında VAZ 2107 markalı avtomobil əks hərəkət zolağına qarşı hissəsi ilə 90 sm daxil olmuş vəziyyətə olmuşdur. Bununla da ifadələrin yerində yoxlanması istintaq hərəkəti başa çatmışdır. Qeyd edilən ərazi Siyəzən şəhəri, H.Əliyev küçəsidir.İfadənin yerində yoxlanması saat 09:40-da başlanmış, 10:00-da başa çatmışdır. İafdənin yerində yoxlanması zmanaı “Nikon” markalı fotoaparatla fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir.(cild 01. iş vər. 110-115) “İfadənin yerində yoxlanılması haqqında” 08 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid ilə birlikdə Siyəzən şəhəri. H.Əliyev küçəsində baş vermiş hadisə yerinə gedilmiş. Hadisə yerində Şahid təklif edilmişdir ki, o, baş vermiş hadisə ilə bağlı gördüklərini bir daha əyani şəkildə göstərmişdir. Şahid Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ2107 markalı avtomobilə Siyəzən şəhərinin mərkəzindən Şabran rayon istiqamətində hərəkət etdiyini, işlədiyi sexə çatan zaman sola, yəni H.Əliyev küçəsində yerləşən sex istiqamətində yerləşən araya dönmüş, döndükdən sonra sürətini nisbətən azaltıdığın və aralıqda olan insanlara yol verdiyini bildirmişdir. Həmin vaxtı özü isə sexin qarşısında durub siqaret çəkmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin artıq ön hissəsinin arakəsməyə daxil olmaq üzərə olduğunu, bu zaman isə anidən olaraq Toyota Carolla markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili ‘Toyota Carolla’ markalı avtomobilə nisbətdə yolun əks istiqamətində vurduğunu bildirmişdir. Sonra isə Şahid hadisə baş verən yeri əyani şəkildə göstərmişdir. Həmin yer ölçü ölçənlə ölçüldükdə müəyyən edilmişdir ki, toqquşma yeri ilə arakəsmənin başladığı yerdən Siyəzən şəhəri istiqamətində olan məsfəsi 3 metr, 10 smdir. Toqquşma yeri ilə perpenkulyar olaraq arakəsməyə olan məsafə 2 metrdir. Bununla da ifadələrin yerində yoxlanması istintaq hərəkəti başa çatmışdır. Qeyd edilən ərazisi Siyəzən şəhəri. H.Əliyev küçəsidir. İfadənin yerində yoxlanılması saat 12:15-də başlanmış, 12.30-də başa çatmış, ifadənin yerində yoxlanılması zamanı "Nikon” markalı fotoaparatla fotoşəkillər çəkilmişdir.(cild 01, iş vər. 119-121) Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat- İmtahan və Texniki baxış şöbəsindən daxil olmuş 10.12.2020-ci il tarixli 016-302-4973-1220 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adına kompüter bazasında sürücülük vəsiqəsi olmadığı, Təqsirləndirilən şəxs2 isə 15.05.2018-ci il tarixdə AD194898 saylı “BC” kateqoriyalı 10 illik sürücülük vəsiqəsi aldığı, kompüter bazasına əsasən sürcülük hüququndan məhrum edilənlər siyahısında adı olmadığı qeyd olunmuşdur. (cild 1, iş vər. 129). Azərbaycan Respublikası Zərərçəkmiş şəxs2 başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2594 saylı, 23 dekabr 2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, F.Əlməmmədov küçəsində yaşayan xx.xx.1998-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs2 haqqında Zərərçəkmiş şəxs2 başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. (cild 01, iş vər. 134-135) Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyəti başçısının Ağbaş inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də xx.xx.1986-cı il tarixdə Siyəzən rayonu, Su kəməri qəsəbəsində anadan olub, Siyəzən rayonunda daimi qeydiyyatda olmasına baxmayaraq 2014-cü ildən hal-hazıradək Şabran rayonunun Ağbaş kəndində 4 nəfər ailə üzvləri ilə birlikdə yaşayırlar. Ağbaş kəndində yaşadıqları müddət ərzində onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Qonşuları onun haqqında müsbət fikirlər söyləyirlər. Spirtli içkilərə meyilli deyildir. Ağsaqqalların hörmətini daim saxlamışdır. Ailəlidir, 3 azyaşlı övladı vardır. Heç bir siyasi partiyanın və dini təşkilatın üzvü deyildir. (cild 01, iş vər. 136-137) İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Siyəzən rayon şöbəsinin 12 yanvar 2020-ci il tarixli 06 nömrəli ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası və Siyəzən MDM-nin onun adına olan stasionar tibbi kartasına əsasən nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində sol incik sümüyünün açıq sınığı, sol 9-cu qabırğanın qapalı sınığı və sol ayağın yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 16 oktyabr 2020-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (cild 1, iş vər. 146-147) İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Şabran rayon şöbəsinin 26 oktyabr 2020-ci il tarixli 16M nömrəli ekspert rəyindən görünür ki, 1950-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, iş haqqında məlumatları nəzərə alaraq ekpertiza qarşısında qoyulmuş suallara aidiyyəti üzrə olaraq: Mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmətibbi ekspertizasında kəllə əsası və kəllə qapağı sümüklərinin açıq sınığından, baş-beyinə qansızmadan, sağ bazu sümüyünün açıq sınığından, sol yanaq, sol mil-biləng və sol əlin arxa səthinin hər iki diz oynaqlarının ön səthlərinin, sol budun arxa səthinin qançırlarından ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur, mərhumun meyitinin məhkəmə-tibbi ekspertizasında bədən səthində xəsarətin başqa obyektiv izi aşkar olunmamışdır. Aşkar olunmuş xəsarətlər həyatidir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və tarixdə-yəni 16.10.20-ci il tarixdəavtomaşının piyadanı vurması nəticəsində baş verən yol- nəqliyyat hadisəsi zamanı alına bilərdi, həyatidir, mərhumun ölümündən az əvvəl küt alət (alətlərin) təsirində alınmışdır, xəsarətlərin yetirilmə ardıcıllığı barədə qəti fikir söyləmək mümkün deyil, bütövlükdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Mərhumun ölümünə səbəb kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı nəticəsində baş-beyinə qansızma olmuşdur. Ölüm təxmini vaxtı meyitin müayinəsindən təxminən 8-12 saat qabaqkı müddətə uyğun gəlir. (cild İ, iş vərəq: 153-156) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 30 noyabr 2020-ci il tarixli 30.11. 2020-ci il tarixli 2912/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan nümunəsinin məhkəməkimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. (cild İ, iş vərəq: 158-159) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 30 noyabr 2020-ci il tarixli 30.11. 2020-ci il tarixli 2912A/K rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan nümunəsinin məhkəməkimyəvi tədqiqatına və ekspertiza qarşısında qayulmuş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. (cild İ, iş vərəq: 160-161) Məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 fevral 2021-ci il tarixli, 9/5523 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "Surra" avtomobillərə servis məntəqəsinin 01.12.2020-ci il tarixli, mütəxəssis rəyinin məlumatlarına əsasən, 2006-cı il buraxılışlı "X21" markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3068,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 1628,00 manat, təmir-bərpa işlərinin qiyməti - 1440,00 manat. Nəzəri hesablama yolu ilə 2004-cü il buraxılışlı, "VAZ 2107" markalı, ** NH *** markalı avtomobilədəymiş ziyanın məbləği 3600,00 manat müəyyən edilir. Qərardadın təsviri hissəsində göstərilən işıq dirəyinə dəymiş ziyanla əlaqədar məlumat olmadığından həmin işıq dirəyinə dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Təyin edilmiş məhkəmə əmtəəşünalıq ekspertizasımın rəyi ilə Siyəzən şəhər İHBnın Siyəzən şəhəri İƏD üzrə nümayəndəliyinə dəymiş maddi ziyanı müəyyən etmək mümkün olmadığından nümayəndəliyindən daxil olmuş akta əsasən hüquqi şəxs olan zərərçəkmişə dəymiş ziyanı 2800 (iki min səkkiz yüz) manat müəyyən edilir. (cild İ, iş vərəq: 162-167) İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 fevral 2021-ci il tarixli, 8/2247 nömrəli rəyindən görünür ki, ilkin kontakt anında nəqliyyat vasitələri arasında toqquşma VAZ-2107 markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapı hissəsi ilə Toyota Corolla markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi arasında təxminən 65-70 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə VAZ-2107 markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.X.Əsgərov VAZ- 2107 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə Toyota Corolla markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən müəyyən edildiyi kimi, VAZ-2107 markalı avtomobilin hətəkət hissəsinin sağ kənarından dönməyə başlaması və sola dönməyə başladığı andan toqquşmaya kimi 10,3 metr məsafə qət etməsi toqquşma yerinin hərəkət hissəsinin sol kənarından 2,3 metr məsafədə yerləşməsi və avtomobillər arasında toqquşmanın 65-70 dərəcə bucaq altında baş verməsi ilə ziddiyət təşkil etmir. Sürücü Səmədovun ifadəsində göstərdiyi kimi, VAZ-2107 markalı avtomobil hərəkət zolağının sağ kənarından sola dönmə əməliyyatı aparan zaman avtomobillər arasında 15,5 metr məsafənin olması və VAZ-2107 markalı avtomobilin qabaq hissəsi üfüqi nişanlama xəttini 1 metr sola keçdiyi anda toqquşmanın baş verməsi toqquşma yerinin hərəkət hissəsinin solkənarından 2,3 metr məsafədə yerləşməsinə və hərəkət hissəsinin sağ kənarından sola dönməyə başladığı andan toqquşmaya kimi VAZ-2107 markalı avtomobilin 5 km/saat sürətlə 10,3 metr məsafə qət etməsinə, yəni real hadisə mexanizminə uyğun deyildir. Sürücü E.X.Əsgərovun ifadəsində göstərdiyi kimi, VAZ-2107 markalı avtomobilin hərəkət hissəsinin ortasında olan nişanlama xəttinin sağ kənarından sola dönməyə başlaması toqquşma yerinin hərəkət hissəsinin sol kənarından 2,3 metr məsafədə yerləşməsinə və avtomobillər arasında toqquşmanın 65-70 dərəcə bucaq altında baş verməsinə, yəni real hadisə mexanizminə uyğun deyildir. (cild İ, iş vərəq: 170-174) İş materiallarında olan Zərərçəkmiş şəxs4 28 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1, eləcə də digər şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, həmçinin Elşad Əsgərova qarşı mülki iddiası yoxdur. (cidl 01, iş vər 194) Zərərçəkmiş şəxs2 başçısının Siyəzən şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən Siyəzən Rayon Polis şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Siyəzən şəhəri. H.Əliyev küçəsində 16.10.2021-ci ildə yol nəqliyyat hadisəsi baş verdiyindən yararsız hala düşmüş işıq dirəyi nümayəndəliyin balansındadır.(cild 01. İş vər 209) Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli ərizədən görünür ki. ********* saylı cinayət işi üzrə zərəçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Baş vermiş hadisə ilə əlaqədar olaraq nümayəndəliyin heç kimə qarşı heç bir şikayət və tələbi yoxdur. (cild 01, iş vər 223) İşdə olan AZE № 10586968, AZE № 10586977 və AZE № 11393714 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 20 mart 2010-cu il təvəllüdlü Elnurə, 14 yanvar 2017-ci il təvəllüdlü Muxdar və 01 dekabr 2014-cü il təvəllüdlü Gülnurə adlı üç azyaşlı övladı vardır. (cild 02, iş vər. 04-06) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 03 mart 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Siyəzən rayon polis X7 baş müstəntiqi, polis kapitanı X23 tərəfindən Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər. 9-11) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 06 mart 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Siyəzən rayon polis X7 baş müstəntiqi, polis kapitanı X23 tərəfindən Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər. 41-43) “Sübutların qiymətləndirilməsi barədə” 04 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 03.03.2021-ci il tarixdə elan edilmiş ittiham, eləcə də barəsində həmin tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 06.03.2021-ci il tarixdə elan edilmiş ittiham, eləcə də barəsində həmin tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs1 Xanhəməd oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 185, 264-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin xüsusatlar üzər cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs2 atası Zərərçəkmiş şəxs3 avtomobili etibarnamə olmadan idarə etməsinə görə İXM-nin müfaviq qaydada məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Siyəzən RPŞ-nin DYPB-ə göndərilməsi, eləcə də iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 tanışı Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsi hüququ və etibarnamə olmadan verməsinə görə İXM-nin müfaviq qaydada məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Siyəzən RPŞ-nin DYPB-ə göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2107 markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs2 idarə etdiyi **-LR-*** dövlət qeydiyyat nişanlı, “Toyota Carolla” markalı avtomobil maddi sübut kimi tanınmış və Siyəzən RPŞ-nin duracağında saxlanılması nəzərə alınmış, iş üzrə məhkəmə-yol nəqliyyat və məhkəmə trasoloji ekspertiza, məhkəmə-əmtəşünaslıq ekspertizası, məhkəmə-tibbi ekspertizalarının rəyləri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, maddi sübutlar və digər istintaq hərəkəti protokolları ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Siyəzən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (cild 02, iş vər 51-64) İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X14 17.02.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənildiyini və onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Cəmaləddin oğlu tərəfindən məhkəməyə təqdim olunmuş 01 iyun 2021-ci il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslərin hüquqi varisi, zərərçəkmiş şəxsləri və şahidi dinləyərək, digər zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edib tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş olmaqda təqsirli olmaları, hadisənin baş vermə yeri və şəraiti barədə özlərinin qismən etirafedici ifadələri ilə yanaşı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında göstərilmişdir ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduqları hər birinin özünə münasibətdə yol hərəkəti qaydalarını pozmadıqları və baş vermiş hadisədə özlərini təqsirli bilməmələri hissədə olan ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Onların yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları onların hadisələrin baş vermə yeri, mexanizmi və halları ilə bağlı ibtidai istintaq və məhkəmə iclasında verdikləri iş materialları ilə qismən uzlaşan ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hazırki iş üzrə qanuni və əsaslı qərarların qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, iş materiallarında olmaqla təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri tamamilə təkzib edən hadisə yerinə baxış keçirilməsi, təqsirləndirilən şəxslərin hər birinin və hadisənin bilavasitə şahidi olmuş şəxsin ifadələrinin yerində yoxlanılması protokolları və eləcə də təqsirləndirilən şəxslərin təsvir etdikləri hadisənin baş vermə şəraitinin obyektiv həqiqətə və real hadisə mexanizminə uyğun olmadığını təsdiq edən məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası kimi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmiş və onlar, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 24-cü bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu öz-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gəncliyini, həmçinin onun zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə edərək sonuncuların ona qarşı heç bir şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç övladı olmaqla, ailəsinin yeganə gəlir gətirən nümayəndəsi olmasını, həmçinin zərərçəkmiş şəxslərlə barışıq əldə edərək sonuncuların ona qarşı heç bir şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəziyyətini və cəzasını yüngülləşdirdiyindən onlara təqsirli bilindikləri maddələrlə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.3-cü maddəsinə görə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda- beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət edir və bu səbəbdən o, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Əsgər oğluna ilk dəfə ehtiyatsızlıqdan ağır cinayət əməlini törətməyə görə 05 ildən çox müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün zəruridir və bu səbəbdən o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. İş üzrə maddi sübutlar-Siyəzən RPŞ-nin cərimə meydançasında saxlanılan X6 idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı VAZ2107 markalı və Təqsirləndirilən şəxs2 idarə etdiyi **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahiblərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbs olunsun. İş üzrə maddi sübutlar-Siyəzən RPŞ-nin cərimə meydançasında saxlanılan X6 idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı VAZ2107 markalı və Təqsirləndirilən şəxs2 idarə etdiyi **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahiblərinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatı dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1019/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1019/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver