Məhkəmə qərarları › İş №1(101)-1019/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1019/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1019/2023 08.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1974-cü il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri, Cavanşir küçəsi ev 97-də qeydiyyatda olmaqla, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və külli miqdarda psixotrop maddəni satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin oktyabr ayının ortalarında naməlum tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsəsən sonuncu tərəfindən Qaradağ rayonu ərazisində gizlədilmiş yerdə satış məqsədilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,119 qram olan narkotik vasitə “heroin”, ümumi təmiz çəkisi 3,207 qram olan külli miqdarda psixotrop maddə “metamfetamin”, ümumi təmiz çəkisi 21,112 qram olan narkotik vasitə “tiryək”, ümumilikdə 7 ədəd narkotik vasitə olan metadon həbləri əldə edib daşıyaraq üzərində və yaşadığı mənzildə saxlamış, 26 oktyabr 2022-ci il tarixdə saat 22:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6cı döngədə yerləşən fərdi nömrəsiz evin yaxınlığında piyada hərəkət edən zaman AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada 27 oktyabr 2022-ci il tarixdə saat 00:05-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,245 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, həmin tarixdə saat 01:30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngədə yerləşən fərdi nömrəsiz evinə baxış və axtarış keçirilən zaman mənzildə yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən sonuncu tərəfindən gizlədilmiş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,867 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,119 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,207 qram ağ rəngli kristalşəkilli maddədən ibarət külli miqdarda psixotrop maddə metamfetamin və üzərində “Methadone 40” markalanma göstəricisi olan 04 ədəd kəsilmiş konvalyutdaki təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən üzərilərində “F/M40” yazısı həkk olunmuş xarici əlamət və təsiredici maddəsinin miqdarına görə eyni olan ümumilikdə 07 ədəd metadon həbləri və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, evinin həyətində olan zaman qapı döyülmüş, qapını açdıqda mülki geyimdə şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib, onu yerə yıxmışlar. Polis əməkdaşları evə daxil olmuş və evdən narkotik vasitələr tiryək və metadon aşkarlanmış, üzərinə baxış keçirilmiş, amma heç bir şey aşkar olunmamışdır. Evindən aşkarlanan narkotik vasitələri şəxsi istifadəsi üçün, ağrılarını sakitləşdirmək məqsədilə istifadə etmişdir. Polis əməkdaşları onu ailəsini tutmaqla hədələmiş, müstəntiq heç onun əvvəl məhkum olunduğu maddənin nə ilə əlaqəli olduğunu bilməmişdir. Evdən aşkarlanan tərəzini şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitələri çəkisini müəyyən etmək üçün istifadə etmişdir. Evindən təxmini 15 qram tiryək və 5 ədəd metadon həbi aşkar olunmuş, ittiham aktında qeyd edilən, guya cibindən aşkarlanan təxmini 5,245 qram tiryək ona məxsus olmamışdır. Metadon həblərini narkotik vasitə istifadəsini dayandırmaq məqsədilə almışdır. “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Rza” adlı şəxsdən almış, əksər vaxt Lökbatan ərazisindən götürmüşdür. İran İslam Respublikasında yaşayan “Rza” adlı şəxsdən təxmini 5 qram narkotik vasitə heroin və 2 qram da “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin almış, heroini istifadə etmiş, evində metadon və tiryək qalmışdır. O, telefonunda hansı mesajların aşkarlandığını bilməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, bank kartını istifadə etmək üçün açdırmışdır. Polis əməkdaşları onun üzərinə əlavə narkotik vasitələri yükləməklərində məqsədlərini bilməmişdir. Onun polis əməkdaşları ilə hər hansı bir razılaşması olmamışdır. Polis əməkdaşları sadəcə olaraq onu ailəsi ilə hədələmiş, polis əməkdaşlarının onu hədələməkləri ilə bağlı heç bir hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngə fərdi nömrəsiz evdə yaşamış Təqsirləndirilən şəxs cinayət əməlini digər təhqiqat üsulları ilə ifşa etmək mümkün olmamışdır. Buna görə də həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilmişdir. BNMİ-nin əməliyyat müvəkkili, polis polkovniki Şahid2 Ədalət oğlu həmin qrupa rəhbərlik etmişdir. Qeyd olunan tədbir polis polkovniki Şahid2 Ədalət oğlu və onunla birlikdə keçirməyə qərar verilmişdir. Birlikdə 26 oktyabr 2022-ci il tarixdə saat 22:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngədə yerləşən fərdi nömrəsiz evin yaxınlığında olarkən “Xəqani” adlı şəxsin zahiri əlamətinə oxşar şəxsi görüb ona yaxınlaşmış və özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddələrin dövriyyəsində şübhəli olduqlarını deyərək sonuncunu saxlayıb BNMİ-nə aparmışlar. Bu barədə həmin BNMİ-də raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs BNMİ-nin TQ-nin təhqiqatçısı polis mayoru Yelmar Vahabova təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə müdafiəçinin iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyriqanuni əşya varsa təqdim etsin. Bundan sonra o, əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər və həmin şalvarın sol yan cibindən bir ədəd ona məxsus “Mİ” markalı mobil telefon və 4098 5844 6480 6734 nömrəli bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün yaşadığı mənzildə də narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir. Belə ki, o, polis əməkdaşları və müdafiəçi ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngədə yerləşən fərdi nömrəsiz evə müdafiəçinin iştirakı ilə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Nəticədə isə yaşadığı evə baxış və axtarış keçirilən zaman evin yataq otağında taxta kontruksiyalı dolabın içərisində gizlətdiyi 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 15,867 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,119 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,207 qram ağ rəngli kristalşəkilli maddədən ibarət pxisotrop maddə metamfetamin və üzərində “Mehadone 40” markalanma göstəricisi olan 04 ədəd kəsilmiş konvalyutda ümumilikdə 07 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər və 01 ədəd narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunan narkotik maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Rza” adlı şəxsdən tutulmamışdan 10 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində müəyyən edilmiş yerdə gizlədilmiş yerdən şəxsi istifadəsi üçün 110 manata əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitə, güclü təsir edici dərman həbləri və psixotrop maddə elektron tərəzi ilə birlikdə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovniki Şahid2 Ədalət oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1974-cü ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri, Cavanşir küçəsi ev 97- də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngə fərdi nömrəsiz evdə yaşamış Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli qərar qəbul edilməklə BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri isə özü və sonuncu ilə birlikdə keçirməyə qərar verilmişdir. Birlikdə 26 oktyabr 2022-ci il saat 22:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngədə yerləşən fərdi nömrəsiz evin yaxınlığında olarkən “Xəqani” adlı şəxsin zahiri əlamətinə oxşar şəxsi görüb yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddələrin dövriyyəsində şübhəli olduqlarını deyərək sonuncunu saxlayıb BNMİ-nə aparmışlar. Bu barədə həmin BNMİ-də raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs BNMİ-nin TQ-nin təhqiqatçısı polis mayoru Yelmar Vahabova təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə müdafiəçinin iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra o, əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər və həmin şalvarın sol yan cibindən bir ədəd ona məxsus “Mİ” markalı mobil telefon və 4098 5844 6480 6734 nömrəli bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan başqa həmin gün yaşadığı mənzildə də , narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir. Belə ki, o, polis əməkdaşları və müdafiəçi ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngədə yerləşən fərdi nömrəsiz evə müdafiəçinin iştirakı ilə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Nəticədə isə yaşadığı evə baxış və axtarış keçirilən zaman evin yataq otağında taxta kontruksiyalı dolabın içərisində gizlətdiyi 01 ədəd şəffaf seliofan bükümdə təmiz çəkisi 15,867 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,119 qram olan açıq qəhvəyi rəngli tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,207 qram ağ rəngli kristalşəkilli maddədən ibarət pxisotrop maddə metamfetamin və üzərində “Mehadone 40” markalanma göstəricisi olan 04 ədəd kəsilmiş konvalyutda ümumilikdə 07 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər və 01 ədəd narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunan narkotik maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Rza” adlı şəxsdən tutulmamışdan 10 gün bundan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində müəyyən edilmiş yerdə gizlədilmiş yerdən şəxsi istifadəsi üçün 110 manata əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitə, güclü təsir edici dərman həbləri və psixotrop maddə elektron tərəzi ilə birlikdə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/6233 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN zərflər üçün №7”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim edilən kütlələr” yazısı və imzalar olan 2 (iki) paketlərdə, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,245 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustra üsulla alınmış narkotik vasitə- tiryəkdir, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,119 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,207 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,867 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustra üsulla alınmış narkotik vasitə- tiryəkdir, -üzərində “Methadone 40“ markalanma göstrəricisi dörd ədəd kəsilmiş konvalyutdaki, ümumi 7(yeddi) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş həblər metadon tərkibli dərman preparatıdır və 7 (yeddi) ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,28 qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qr metadon olmaqla) Həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər, - 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tiryəkin ümumi təmiz çəkisi 21,112 qram təşkil edir və həmin tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarına əsasən, heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına, metadon Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi: 1,119 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 1,069 qram. Metamfetaminin ümumi təmiz çəkisi: 3,207 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 3,107 qram. Tiryəkin ümumi təmiz çəkisi: 21,112 qram, tədqiqata sərf edildi: 0,2 qram, qalıq: 20,912 qram. Metadon həbləri- həblərin sayı: 7 ədəd həb, tədqiqata sərf edildi: 2 ədəd həb, qalıq: 5 ədəd həb. (iş vərəqə 42- 49) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X3-narkoloji X1 xx.xx.2023-cü il tarixli, 480 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 125-126) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 274 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 126-127) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngədə yerləşən fərdi nömrəsiz evin yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü BNMİ-nin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər və həmin şalvarın sol yan cibindən bir ədəd ona məxsus “Mİ” markalı mobil telefon və 4098 5844 6480 6734 nömrəli bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabı çıxarılaraq içərisinə baxılmış, lakin ayaqqabıdan heç bir əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan maddələrin nə olduğu soruşulduqda o, 01 ədəd içərisində tünd qəhvəyi rəngli narkotik vasitə “tiryək” olduğunu bildirmişdir. O, qeyd olunan narkotik maddəni “İnstagram" sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Rza” adlı şəxsdən tutulmamışdan 10 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində müəyyən edilmiş gizlədilmiş yerdən şəxsi istifadəsi üçün 110 manata əldə etdiyini bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş büküm müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. (iş vərəqə 30-31) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngədə yerləşən fərdi nömrəsiz evə baxış keçirilən zaman BNMİ-nin TQ-nin təhqiqatçısı polis mayoru Yelmar Vahabov Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan narkotik maddələri təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağında taxta konstruksiyalı dolabın içərisində gizlətdiyi 01 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, 01 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 07 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunan narkotik maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran islam Respublikasında yaşayan “Rza” adlı şəxsdən tutulmamışdan 15 gün bundan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində müəyyən edilmiş yerdə gizlədilmiş yerdən şəxsi istifadəsi üçün 110 manata əldə etdiyini bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. (iş vərəqə 36-37) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “DVD-R disk videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə videofayl vardır. Həmin videofaylda olan videogörüntü xx.xx.2022-ci il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü BNMİ-nin TQ-nin təhqiqatçısı polis mayoru Yelmar Vahabov kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər və həmin şalvarın sol yan cibindən bir ədəd ona məxsus “Mİ” markalı mobil telefon və 4098 5844 6480 6734 nömrəli bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan ayaqqabı çıxarılaraq içərisinə baxılmış, lakin ayaqqabıdan heç bir əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan maddələrin nə olduğu soruşulduqda o, 01 ədəd içərisində tünd qəhvəyi rəngli narkotik vasitə “tiryək” olduğunu bildirmişdir. O, qeyd olunan narkotik maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Rza” adlı şəxsdən tutulmamışdan 10 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində müəyyən edilmiş yerdə gizlədilmiş yerdən şəxsi istifadəsi üçün 110 manata əldə etdiyini bildirmişdir. Bundan sonra büküm olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır. (iş vərəqə 80-81) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs “mənzilə baxış keçirilməsi və götürmə” aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə videofayl vardır. Həmin videofaylda olan videogörüntü xx.xx.2022-ci il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, polis əməkdaşları, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi müşahidə olunur. Videogörüntü başladıqda, özünü BNMİ-nin TQ-nin təhqiqatçısı polis mayoru Yelmar Vahabov kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib və otaqda olan Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan narkotik maddələri təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağında taxta konstruksiyalı dolabın içərisində gizlətdiyi 01 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, 01 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli pxisotrop maddə olan metamfetaminə bənzər kütləni, 07 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunan narkotik maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran islam Respublikasında yaşayan “Rza” adlı şəxsdən tutulmamışdan 15 gün bundan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində müəyyən edilmiş gizlədilmiş yerdən şəxsi istifadəsi üçün 110 manata əldə etdiyini bildirmişdir. Bundan sonra qeyd olunan narkotik vasitə, həblər və psixotrop maddəyə bənzər maddə, həmçinin də elektron tərəzi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır. (iş vərəqə 137-138) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd telefon «Mİ» markalı mobil telefondur, korpusun arxa hissəsi qara rənglidir, ekran hissəsi sensorlu olmaqla qara rənglidir, mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur, telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun «Ml» sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun “iş masası” ekranda görünür. İş masası üzərində yerləşən “Whatsapp” proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və “WhatsApp“ proqramlarında “Rasim sasa”, “**********” saylı mobil nömrədən, “***-***-**-**” saylı mobil nömrədən, İran vətəndaşı “Rza” adlı şəxsə məxsus mobil nömrə olan “+**********78” adı ilə qeyd edilmiş kontaktdan narkotik maddələrin dövriyyəsini nəzərdə tutan səs yazılan və zənglər olması aşkar olundu. Həmin səs yazılarına və yazışmalara baxış keçirən zaman orada narkotik maddələrin dövriyyəsini nəzərdə tutan sübut əhəmiyyətli xüsusatlar müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, “+**********78” adı ilə qeyd edilmiş şəxsin İran İslam Respublikasında yaşayan “Rza” adlı şəxsin olduğunu və narkotik vasitəni, psixotrop maddəni və güclü təsiredici dərman həblərinin istifadəsi ilə məşğul olduğunu bildirmişdir. (iş vərəqə 139-143) İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(001)-2605/2022 saylı qərarından görünür ki, AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili, polis polkovniki Şahid2 tərəfindən qəbul edilmiş və həmin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 26 oktyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. (iş vərəqə 7-8; 53-55) İş materiallarında olan AR DİN Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli 061-4532-1223 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə İran İR-ın vətəndaşı “Rza” adlı şəxslə aralarında qabaqcadan razılığın olması və sonuncudan narkotik vasitələri satış məqsədilə əldə etməsi sübuta yetirilsə də, mənbəni müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə 123) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilə keçirilən baxış və axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,119 qram (qalıq 1,069 qr) narkotik vasitə olan “heroin”, ümumi təmiz çəkisi 3,207 qram (qalıq 3,107 qr) psixotrop maddə olan “metamfetamin”, ümumi təmiz çəkisi 21,112 qram (qalıq 20,912 qr) narkotik vasitə olan “tiryək”, ümumilikdə 7 ədəd (qalıq 5 ədəd həb) narkotik vasitə olan metadon həbləri, 01 ədəd elektron tərəzi, həmçinin də 01 ədəd “Mİ" markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Habelə, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən ümumilikdə 02 ədəd disk cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə 150- 161) Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi, polis əməkdaşlarının onun üzərinə əlavə narkotik vasitə yükləmələri, evindən aşkar olunan narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi məqsədilə əldə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, ibtidai istintaq zamanı özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında”, “DVD-R disk videoyazı məlumatlarına baxış keçirilməsi barədə”, “baxış keçirilməsi haqqında” protokollar və digər sübutlarla da tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “İnstagram” sosial şəbəkəsində “Rza” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs İran İslam Respublikasında yaşadığını və narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. O da həmin adı çəkilən şəxsdən şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda narkotik maddə əldə etməyə başlamış, ödənişi isə “Milli Ön” ödəmə terminalı vasitəsi ilə həyata keçirirdi, “Rza” adlı şəxs ona əlaqə saxlamaq üçün “Whatsapp” sosial şəbəkəsində istifadə etdiyi mobil nömrəsini vermiş və “Rza” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamağa başlamış və müxtəlif vaxtlarda narkotik maddələrin qramını 20 manat olmaqla əldə edirdi. 26 oktyabr 2022-ci il saat 22:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngədə yerləşən fərdi nömrəsiz evin yaxınlığında piyada hərəkət edən zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmişlər, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişdirlər ki, narkotik vasitə və psixotrop maddələrin satması və saxlanmasında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Buna görə də onu DİN-in BNMİ-nə dəvət etmişlər, orada ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər və həmin şalvarın sol yan cibindən bir ədəd ona məxsus “Mİ” markalı mobil telefon və 4098 5844 6480 6734 nömrəli bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan başqa həmin gün yaşadığı mənzildə də narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir. Belə ki, o, polis əməkdaşları və müdafiəçi ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 6-cı döngədə yerləşən fərdi nömrəsiz evə müdafiəçinin iştirakı ilə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Nəticədə isə yaşadığı evə baxış və axtarış keçirilən zaman evin yataq otağında taxta kontruksiyalı dolabın içərisində gizlətdiyi 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,867 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,119 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,207 qram ağ rəngli kristalşəkilli maddədən ibarət pxisotrop maddə metamfetamin və üzərində “Mehadone 40” markalanma göstəricisi olan 04 ədəd kəsilmiş konvalyutda ümumilikdə 07 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər və 01 ədəd narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunan narkotik maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Rza” adlı şəxsdən tutulmamışdan 10 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində müəyyən edilmiş gizlədilmiş yerdən şəxsi istifadəsi üçün 110 manata əldə etdiyini bildirmişdir. Həmin narkotik maddələr polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.(iş vərəqə 73-75) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,245 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, yaşadığı mənzilin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,867 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,207 qram ağ rəngli kristalşəkilli maddədən ibarət külli miqdarda psixotrop maddə metamfetamin və üzərində “Methadone 40” markalanma göstəricisi olan 04 ədəd kəsilmiş konvalyutdaki təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən üzərilərində “F/M40” yazısı həkk olunmuş xarici əlamət və təsiredici maddəsinin miqdarına görə eyni olan ümumilikdə 07 ədəd metadon həbləri 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, digər tərəfdən, Təqsirləndirilən şəxs evindən aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərdə olması, habelə, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Ajidi X2 Qarnizon Hərbi Məhkəməsinin xx.xx.1998-ci İl tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1997-ci il tarixli “Amnistiya” qərarının 1 bölmə 3-cü maddəsinə əsasən cəzadan azad olunmuşdur. ( iş vərəqə 112-114) Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs kimi hesab edilməlidir və onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(001)-1238/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 21, 96-101) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 480 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 114 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilə keçirilən baxış və axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,119 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,069 qram narkotik vasitə olan “heroin”, ümumi təmiz çəkisi 3,207 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,107 qram psixotrop maddə olan “metamfetamin”, ümumi təmiz çəkisi 21,112 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalan 20,912 qram narkotik vasitə olan “tiryək”, ümumilikdə 7 ədəd olan, ekspertiza tədqiqatından sonra qalıq qalan 5 ədəd həb narkotik vasitə olan metadon həbləri, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin də 01 ədəd “Mİ" markalı mobil telefon ökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin və mənzilə baxış keçirilməsi və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, o, 06 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar –Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilə keçirilən baxış və axtarış zamanı aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq qalan 1,069 qram narkotik vasitə olan “heroin”, 3,107 qram psixotrop maddə olan “metamfetamin”, 20,912 qram narkotik vasitə olan “tiryək”, 5 ədəd həb narkotik vasitə olan metadon həbləri, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin də Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd “Mİ" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin və mənzilə baxış keçirilməsi və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 114 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov imza: Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar