Məhkəmə qərarları › İş №1(101)-1019/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1019/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1019/2025 05.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X20 (sədrlik edən), X18 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X5, onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1981-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir fəaliyyət qabiliyyəti olmayan şəxs olan, orta təhsilli, “Kristal Abşeron” şirkətində fasad ustası işləmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-27/2012 saylı, 11 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-21/2013 saylı, 11 yanvar 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq 11 (on bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 153/2013 saylı, 01 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 09 (doqquz) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1689/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 (beş) ay 24 (iyirmi dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Tərtər rayonunun Bəyimsarov kəndində qeydiyyatda olmaqla, Biləsuvar rayonunun Xırmandalı kəndində yaşamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-1037/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi tanışı Zərərçəkmiş şəxs ilə ortaq tanışları olan, əvvələr məhkum olmaqla cəzaçəkmə müəssisəsində cəza çəkmiş Şahid2 barəsində hüquq-mühafizə orqanlarında araşdırma aparılması səbəbilə cinayət aləminin ənənələrinə uyğun olaraq ona köməklik etmək üçün Nihat Abbaslıya 200 manat pul verməsi ilə bağlı hadisədən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs təklifinə fəhləlik etməsini, ona görə də pulu olmadığını deyərək rədd cavab vermiş, bundan sonra Zərərçəkmiş şəxsla telefonla danışarkən sonuncu özünün rayonda olmasını, Nihat Abbaslı və onun tanışı Şahid1 ilə bununla əlaqədar görüşmələrini təklif etmiş, xx.xx.2024-cü il tarixdə axşam saatlarında görüş təyin etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Dəmiryolu” vağzalı adlı əraziyə gələrkən digərləri ilə birlikdə Zərərçəkmiş şəxs da gəlməsini bilmiş, daha sonra məsələni aydınlaşdırmaq məqsədilə birlikdə Şahid1 yaşadığı ünvan 1 ünvanına gəlmiş, həmin evdə hər üçü ondan dedikləri 200 manat pulu çatdırmalı olduğunu tələb edərək dostlarına kömək göstərməməsini irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı Şahid1 ona burun nahiyəsindən yumruq zərbəsi vurmuş, döyülüb təhqir edilməsinin qarşısını almaq məqsədi ilə məcbur olub 100 manat verməklə pul köməklik edəcəyini yalandan vəd edib evdən çıxmış, daha sonra həmin gün gecə saatlarında Zərərçəkmiş şəxsla telefonla danışaraq onun Nihat Abbaslı və Şahid1la görüşünü təşkil edərək yumruqla vurulmasına və təhqir olunmasına şərait yaratdığına və həmin 2 nəfər tanışlarının onun əvvəllər cəzaçəkmə müəssisəsində yaranmış təmiz adma ləkə gəlməməsi üçün ondan müvafiq məclis təşkil edərək üzrxahlıq etmələrini tələb etmiş, lakin sonuncu bu təklifi rədd etdikdə Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə xx.xx.2024cü il tarixdə günorta radələrinədək onunla telefonla bir neçə dəfə danışaraq Bakı şəhəri Yasamal rayonu “İnşaatçılar” metrostansiyasmm girişində görüşmələrini təşkil etmiş, görüş yerinə gedərkən Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə həmin gün saat 16:30 radələrində həmin metrostansiyasının yaxınlığında yerləşən “Megastore” supermarketindən dəstəyi qəhvəyi rəngli taxta materialdan olan, qatlanmayan, tiyəsi gümüşü rəngli metaldan olmaqla uzunluğu 14.5 sm, ən enli yeri 3.5 sm olan mətbəx bıçağı alaraq özü ilə gəzdirmiş, Zərərçəkmiş şəxsla görüşdükdən sonra onunla piyada ünvan 2 ünvanının yanında yerləşən “Original” adlı kafeyə gələrək birlikdə uzun müddət ərzində yemək yeyib, spirtli içki qəbul etmiş, sonra saat 21:30 radələrində kafedən çıxıb ünvan 3 ünvanının qarşısında söhbət edərkən bir gün əvvəl baş vermiş hadisə ilə əlaqədar ona qarşı edilmiş qanunsuz və qeyri-etik hesab etdiyi hərəkətlərə görə hər üç şəxs tərəfindən üzrxahlıq etmək təklifinin Zərərçəkmiş şəxs tərəfindən yenidən rədd edilməsindən sonra onu öldürməklə qəsdən həyatdan məhrum etmək niyyətinə gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək üçün üzərində həmin məqsədlə gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bir neçə zərbə yetirmiş, Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxıldıqdan sonra zərərçəkmiş şəxsə xüsusi əzab verdiyini dərk etməklə bunu arzulayaraq yerə yıxılmış Zərərçəkmiş şəxs onu öldürməməklə bağlı yalvarışlarına baxmayaraq müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib xüsusi amansızlıqla Zərərçəkmiş şəxs bədən səthinə daha bir neçə bıçaq zərbələri vuraraq həyatı üçün təhlükəli və sağlamlığa ağır zərər vurmağa xarakterik olan sağ kürək nahiyəsinə nüfuz edərək qaraciyəri, diafraqmanı və sağ böyrəyi zədələyən bir ədəd, hər biri ayrı-ayrılıqda və ümumlikdə sağlamlığa yüngül zərərvurmava aid sağ bazunun iki, ümumilikdə 7 (yeddi) ədəd kəsilmiş-deşilmiş yara xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs yardım çağırışlarını eşidən həmin kafedə olmuş şəxs onu zərərçəkmişin üzərindən araladıqdan sonra qaçaraq ərazini tərk etmiş, Zərərçəkmiş şəxs hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasının həkimləri tərəfindən “X25” Publik hüquqi şəxsinə çatdırılsa da aldığı həyatla bir araya sığmayan xəsarətlərin nəticəsində baş vermiş kəskin qanitirmə nəticəsində xx.xx.2024-cü il tarixdə saat 23:30-da həmin xəstəxanada vəfat etməklə xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürərək həyatdan məhrum etmişdir. Keçirilmiş 18 aprel 2025-ci il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 6 il olar ki, hələ 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman tanıdığı Zərərçəkmiş şəxs ilə münasibəti vardır. 12 oktyabr 2024-cü il tarixdə Azər ona zəng vuraraq xalası oğlu Nihadın polislər tərəfindən tutulduğunu deyərək Nihada pul köməkliyi etmək lazım olduğunu bildirdikdə o, telefonda fəhləlik etməsinə görə pulunun olmadığını Azərə demiş, buna görə Azər özünün rayonda olduğunu deyib onu Nihatla Sabunçu rayonu Dəmiryol vağzalı tərəfdə görüşməsini demişdir. Həmin yerdə o, Azərin də gəldiyini görüb niyə ona rayonda olduğunu dediyini soruşduqda Azər indi rayondan gəldiyini demiş, ona evə getmələrini bildirmişdir. Azərin yanında Nihat və Cavid adlı bir nəfər olmuşdur. Oradan, yəni kafedən hansısa evə gəlmişlər. Yolda olan zaman o, Azərə gedişatın xoşuna gəlmədiyini demişdir. O, içəri daxil olduqda Cavid ona dostunun, yəni Nihatın tutulduğunu və sonuncuya niyə köməklik etmədiyini irad bildirdikdə o, pulunun olmadığını demişdir. Həmin vaxt stulda oturan zaman Cavid yumruqla onun burnundan vurmuş və pul istədikləri halda niyə vermədiyini bir daha bildirərək xx.xx.2024-cü il tarixdə 200 manat pul verməsini tələb etdikdə o, yenə pulunun olmadığını demişdir. O, başqa ciddi problem olacağını görüb səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə sonunculara 100 manat köməklik edəcəyini demişdir. Hətta bu vaxt Nihatın təklifi ilə Azərin mobil nömrəsi ilə Cavid qardaşı Mayısa zəng vuraraq mehribancasına danışmış, Mayıs telefonda pulunun olmadığını demişdir. Daha sonra həmin evdən birlikdə çıxmışlar. xx.xx.2024-cü il tarixdə Nihad və Cavidə zəng vuraraq görüşə çağırmış və ona əl atmalarının səhv addım olduğunu demişdir. Ancaq görüşə tək Azər gəlmiş, sonuncu ilə xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində “İnşaatçılar” metrostansiyasının yanında görüşmüşlər. Azərlə piyada söhbət edə-edə 1-ci Alatava adlanan yerə gəlmiş, orada yerləşən balaca kafeyə girmişlər. Kafedə axşam radələrində cız-bız yeyərək 1 litr adını xatırlamadığı spirtli içki olan araq içmiş, arağı Azər Alatavada yerləşən marketdən almışdır. Azər əlavə olaraq 200 qram meyvə arağı da içmişdi. Kafedə təzə oturan zaman Azərlə pivə də içmişlər. Kafedə Azərlə o, yemək yeyib içki içdikdən sonra kafedən çıxaraq binanın qabağındakı parka getmişlər. Hələ Azərlə görüşməmişdən qabaq “İnşaatçılar” metrostansiyasının yanında yerləşən böyük marketdən 4 manat 49 qəpiyə bıçaq alıb belinə qoymuşdur. Məqsədi onu vurduqlarına görə Azəri, daha sonra da Nihatla Cavidi ondan üzrxahlıq etmədikləri halda bıçaqla vurmaq olmuşdur. Azər yeyib içərkən həmin bıçağı görməmişdir. Kafedən saat 21- 22 radələrində Azərlə çıxdıqdan sonra kafenin yaxınlığında, binanın qabağında mübahisələri düşmüş, o, Azərə onu niyə vurduqlarını, ona vurulmağın yaraşmadığını dedikdə Azər həmin vaxt “kayfda olduqlarını” bildirərək üzrxahlıq etməmişdir. O da əsəbləşib belindəki bıçaqla içkili vəziyyətdə Azərə sayını bilmədiyi qədər bıçaq xəsarəti vurmuş, Azər zərbədən yerə yıxılmışdır. Ətrafda da adamlar olmuşdur. Hadisə yerindən qaçıb getdikdən sonra öz nömrəsi ilə zəng edərək xx.xx.2024-cü il tarixdə onu Sabunçu rayonunda evdə yumruqla vurmuş Cavid və Nihad adlı Azərin tanışları ilə telefonla danışaraq onların niyə üzrxahlıq etməməsini deyərək, gəlib meyitlərini götürmələrini demişdir. Nihadla və Cavidlə də məsələni həll edəcəyini demiş, onları öldürmək yox, bıçaqlamaq fikri olmuşdur. Azəri bıçaqla vurduqdan sonra Nihat və Cavidi də vurmaq üçün getdikdə piyada “Tibilisi” prospektindən keçərkən onu avtomobil vurmuş, xəsarət almış, gözünü açdıqda “X23, yəni “Semaşka” adlanan xəstəxanada olduğunu görmüşdür. Avtomobil vurması nəticəsində ayağı sınmış, belində xəsarətlər yaranmış, qolunda cızıq əmələ gəlmiş, Azəri bıçaqla vurarkən özündə hər hansı xəsarət yaranmamışdır. Azərin öldüyünü özü xəstəxanada olarkən öyrənmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Azər ilə üz-üzə dayanmışdır və ilk bıçaq zərbəsini sonuncuya ayaq nahiyyəsindən vurmuşdur. Azərin telefonu ilə görüntülü şəkildə Cavid və Nihata zəng etmişdir. Sonunculara Azərin yaralı vəziyyətini göstərib, dostlarını vurduğunu deyib gəlmələrini demişdir. Daha sonra Cavid və Nihata evlərinə girəcəyini deyib. Bıçağı hadisə günü alıb və həmin bıçaq ondadır, müstəntiqin cinayət işində qeyd etdiyi bıçaq həmin bıçaq deyil. Niyyəti digər 2 nəfərin ondan üzr istəməsi olub. Azəri vurmaq fikri olmayıb. Bıçağı Alatavada gizlətmişdir, çünki yolda polis əməkdaşlarının üzərini saxlayıb yoxlayacaqlarını düşünmüşdür. Azərə 2-ci dəfə bıçaq zərbəsi endirdikdən sonrasını xatırlamır. 2-ci bıçaq zərbəsində qədər Azər “Mənə vurma” deyə yalvarmayıb. Törətdiyi əməldən peşmandır. Keçirilmiş 18 iyul 2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, cinayət işi üzrə icraatın düzgün aparılmadığını və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etmişdir. Onun işinə düzgün baxılmadığını, qardaşı ilə hədələndiliyini və ona görə də cinayəti boynuna aldığını, xəstəxanada olanda bu hadisəni törədən şəxsə zəng etdiyini və ona qardaşını da öldürməyə gedəcəyini bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, Sabunçu rayonu ərazisində yerləşən “777” adlı kafedə olduğunu, Nihad gilin onu yaranmış problem ilə əlaqədar çağırdığını, 200 manat pul verməli olduğunu dediklərini, Azər ilə heç bir probleminin olmadığını, Nihada Cavidin harada olduğunu soruşduğunu və onun evdə olduğunu dediyini, xəstəxanada olanda da aralarında danışıqlar olduğunu, hadisə zamanı yanlarında heç kəsin olmadığını, telefon zəngi zamanı söyüş söydüyünü, Azərin Nihadın gəldiyini dediyini, Nihad gələnə kimi Azər ilə ikisinin olduğunu, Azəri öldürmədiyini, Nihadın öldürdüyünü, hadisənin ümumi olaraq 30 dəqiqə çəkdiyini, bıçağın Nihadın hansı əlində olduğunu görmədiyini bildirmişdir. Keçirilmiş 05 dekabr 2025-ci il tarixli son məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərər çəkmiş şəxsin hüquqi varisini, onun müdafiəçisini, şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir, onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, oğlu Azər 2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəsi ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və daha sonra cəzaçəkmə müəssisəsində olduğu müddətdə Prezidentin 2021-ci il tarixli əfv qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bir müddət Rusiya Federasiyasına gedərək 3 il orada işləmiş, onun xahişi əsasında gələrək 2024-cü ilin aprel ayında öz rayonlarından olan “Zəhra” adlı qızla ailə qurmuşdur. Toydan sonra Azər yenidən Rusiya Federasiyasına getsə də deportasiya olunduğu üçün geri qayıtmış, 2024-cü ilin avqust ayında işləmək və qardaşına kömək üçün həyat yoldaşı ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Azərin Bakıda dəqiq olaraq nə işlə məşğul olmasını bilməmiş, aradabir telefonla danışdıqda probleminin olması barədə ona heç nə deməmiş, həyat yoldaşı ilə birlikdə Bakıda Ayna Soltanova adlanan ərazidə yaşamışdır. 2024-cü ilin oktyabr ayının 14-də, gecə saat 03:00 radələrində oğlu Zərərçəkmiş şəxs bıçaqlanaraq öldürüldüyünü öyrənmiş, ancaq kim tərəfindən və hansı məqsədlə öldürüldüyünü bilməmişdir. Elə həmin gün 14 oktyabr 2024cü il tarixdə Azərin meyiti rayona gətirilmiş və dəfn olunmuşdur. Sonradan öyənmişdir ki, Azəri onun tanışı və cəzaçəkmə müəssisəsində məhkum yoldaşı olmuş Təqsirləndirilən şəxs vuraraq öldürmüş, lakin hadisənin səbəbini dəqiq bilməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir, ağır cəza verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nihat ona Yardımlıdan dostu olan “Azər” adlı şəxsin gələcəyini bildirmişdir. Onlar birlikdə Azəri qarşılamış və söhbət etmişlər. Onun yaşadığı evdə Nihat və Azər yemək yeyərkən araq da içmişlər. Sonradan Azər və Nihat ona “Təbriz” adlı tanışlarının olduğunu, yaxınlıqda kafedə olduğunu və sonuncunu götürməyə getmək lazım olduğunu demişlər. Onlar birlikdə təxminən 15 dəqiqə piyada yol gedərək Təbrizin pivə içdiyi kafeyə çatmış və Təbrizi də götürüb onların evinə gəlmişlər. Evdə təxminəm 1 saat 4-ü birlikdə olmuş, söhbət zamanı Təbrizin danışıqları onun xoşuna gəlməmiş, belə ki, Təbriz əvvələr adam öldürdüyünə görə həbsxanada olduğunu tez-tez deyərək təkəbbürlü danışmışdır. O da Təbrizə bunu irad tutmuş, aralarında sözlü mübahisə olan zaman o, bir şillə zərbəsi ilə onun üzündən vurmuş, sonradan ara sakitləşmiş və başqa hər hansı mübahisə olmamışdır. Təbriz ona şillədən sonra səhəri gün 100 manat maddi köməklik edəcəyini demişdir. O, Təbrizdən pul istəmədən özü 100 manat köməklik edəcəyini bildirmişdir. Bundan sonra onlarla yemək də yemiş, Azər, Nihat və Təbriz narkotik maddə olan, el arasında “patı” kimi tanınan metamfetamin istifadə etmişlər. O isə həmin vaxt narkotik və ya psixatrop maddə qəbul etməmişdir. Sonradan hər hansı narazılıq olmadan dağılışmışlar. O, Azərin mobil nömrəsi olan, ***-***-**-** saylı nömrəsini götürmüş, xx.xx.2024-cü il tarixdə gecə radələrində öz ***-***-**-** saylı nömrəmdən “Whatsapp”la yazaraq nömrəsini çatdırmışdır. xx.xx.2024-cü il tarixdə axşam və xx.xx.2024-cü il tarixdə gecə Təbrizdən ona zəng gəlsə də telefonu götürməmişdir. xx.xx.2024-cü il tarixdə günorta radələrində Təbriz ona ***-***-**-** nömrəsindən zəng edərək “Mənə dünən məni şillə ilə vurmağının aydınlığını verməlisən.” demiş, görüşməli olduqlarını bildirdikdə o da Təbrizə “Get işindən məşğul ol, sən kimsən ki səninlə görüşürəm, şillənin cavabını vurulan vaxt verəydin.” demişdir. Sonradan yenə telefonla yığaraq Təbriz Yasamala, Alatavaya gəlməsini desə də, o, getməmiş və sonrakı zəngləri götürməmişdir. Həmin vaxt o, Nihatla birlikdə olmuş, sonuncu da Təbrizlə telefonla danışaraq ciddi hər hansı hal olmadığını, dünən baş verən hadisənin bitdiyini desə də, Təbriz onları Alatavaya çağırmışdır. Ancaq nə o, nə də Nihat getməmişlər. Sonradan Azərlə telefonla danışdıqda Təbrizlə Yasamalda, Alatavada görüşdüklərini, Təbrizin dünənki hadisəyə görə onunla görüşmək istədiyini desə də o, yenə də imtina etmişdir. Bir neçə dəfə Azərlə danışdıqda sonuncu ona Təbrizi boş verməsini, əsəbi olduğunu demişdir. Azərlə danışdıqda Təbriz tərəfindən ona qarşı hər hansı hədə olmadığını bildirmişdir. Həmin günün axşamı saat 23:00 radələrində Nihat ona elə Sabunçu ərazisində birlikdə olarkən Təbrizin Azəri bıçaqladığını və Azəri xəstəxanaya apardıqlarını demiş, həmin vaxtdan qabaq Nihat onun telefonu ilə Təbrizlə əsəbi-əsəbi danışmışdır. Bundan sonra Nihatdan ayrılmış və öz qaldığı evə getmişdir. Həmin günün səhəri, yəni xx.xx.2024-cü il tarixdə o, Gəncə şəhərinə getmiş və yalnız xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 27-ci PB-dən gələn zəngə görə Bakı şəhərinə qayıtmışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, üçünün birləşib təqsirləndirilən şəxsi vurmadıqlarını, Zərərçəkmiş şəxs ölüm xəbərini Nihaddan eşitdiyini, Azər ilə Nihadın telefon danışığı zamanı Təbrizin Azəri vurduğunu, Nihadın ona “Azəri vurub, indi səni vurmaq üçün gəlir” dediyini, Təbriz ilə pul söhbəti etmədiyini, Nihadın Azərə zəng etdiyini və sonra Təbrizin onu arxadan bıçaq ilə vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmuşdur. Azərin əvvəllər məhkumluğu olmuş, təxminən 4– 5 il əvvəl azadlığa çıxmış, bir müddət Rusiyada işlədikdən sonra Azərbaycana qayıtmışdır. Hadisə günündən öncə o və Azər Cavid adlı tanışı ilə birlikdə Ramana qəsəbəsində Cavidin qohumunun evində olmuşlar, yemək yeyib az miqdarda içki içmişlər. X28 əlaqə saxlamış, harada olduğunu öyrənmiş və onlar birlikdə Təbrizin yanına getmişlər. Oradan isə dördü yenidən Cavidin qohumunun evinə qayıtmışlar. Evdə olarkən Təbriz söyüş söydüyü üçün Cavid Təbrizin burnunun üstünə bir şillə vurmuşdur. Cavidin şilləsindən sonra başqa dava-dalaş olmamış, Təbriz sakit şəkildə çıxıb getmişdir. Sonra Azərlə danışanda o, Təbrizlə birlikdə olduğunu demiş və aralarında əlavə bir söhbət olmamışdır. Təxminən 18–19 radələrində Azərlə yenə danışmış və o, artıq evə getdiyini və narahat olmamağı demişdir. Təxminən saat 21-də Azərlə yenə danışmış və Azər ona demişdir ki, Təbrizlə kafedədir və Təbriz yanında başqası da olmaqla Azəri “təkləyib”. Azərin səsindən içkili olduğu açıq hiss olunurdu və normal danışa bilmirdi. Danışıq vaxtı telefondan xışıltılı səslər gəlirdi. Telefon sönməmiş, danışıq həmin yerdə kəsilmişdir. Bir qədər sonra Azərin telefonunu xəstəxanadan bir nəfər götürmüş və Azərin bıçaqlandığını demmişdir. O, Azərin ad-soyadını həmin şəxsə bildirmiş və daha sonra Azərin qardaşına zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, 18:00-21:00 radələrində evində olduğunu, Təbrizdən Azərin pul istədiyini, Cavidin Təbrizi söyüşə görə vurduğunu, özünün narkotik vasitə istifadə etmədiyini, Cavidin istifadə etdiyini, onu çağırdıqlarını lakin içki içildiyini bildiyi üçün getmədiyini, Azər zəng edəndə yanında 3-4 nəfərin də olduğunu dediyini, hadisədən sonra Təbrizlə əlaqə saxlamadığını, cinayət hadisəsi baş verən yerdə olmadığını, Cavidlə Azəri onun tanış etmədiyini, Təbrizin evinə getmədiyini, Təbrizin ona telefonda “Azəri öldürdüm, sizi axtarıram, sizi də öldürəcəm” dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, yaşadığı evin yaxınlığında meyvə-tərəvəz dükanı işlədir. Həmin dükanın yanında Şəfayət Mehtiyev küçəsi ev 97A ünvanında yerləşən “Original kafe”ni isə qardaşı Şahid5 təxminən 5 ay olar işlədir. Kafedə “Tural” adlı aşpaz və “Fatimə” adlı ofisiant işləmiş, çay və yemək verilmişdir. Təxminən 10 gün olardı ki, “Təqsirləndirilən şəxs” adlı şəxsi tanımış, belə ki, həmin şəxs kirayəyə ev axtaran zaman onu tapmışdır. O, elə meyvə-tərəvəz dükanının arxasında kirayəyə ev tapmış, 10 gün Təbriz yaxınlıqda tikintidə işləməklə həmin evdə qalmış, hər hansı problemini və ya narahatçılığını görməmişdir. xx.xx.2024-cü il tarixdə saat 21-22 radələrində qardaşı Rahimin işlətdiyi kafeyə getdikdə Təbriz və yanında bir nəfər şəxsin masada oturduqlarını və yeyibiçdiklərini görmüş, spirtli içki içmişlər. O da sonuncularla birlikdə oturmuş və çay içmişdir. Sonradan adının “Azər” olduğunu öyrəndiyi həmin şəxs və Təbriz içkili halda mehriban şəkildə tikintidən və iş qurmaqdan söhbət etmiş, aralarında hər hansı münaqişə hiss olunmamışdır. Təxminən 10-15 dəqiqə sonuncularla oturduqdan sonra Azər kafedən əlində mobil telefon çölə çıxmışdır. Təbriz də sonuncunun arxasınca çölə, küçəyə çıxmış, bir qədər sonra o da küçəyə çıxdıqda kafenin sağ tərəfində 97A saylı binanın qarşısında, futbol meydançasının və oturacaq yerinin yanında iki nəfər şəxsin mübahisə etdiyini görmüş, yaxınlaşdıqda Azər və Təbriz olduqlarını görüb onları aralamış, həmin vaxt Azər yerdə Təbriz isə onun üzərində, ayaqüstə vəziyyətdə olmuş, Azər qışqıra-qışqıra “Məni vurur, vurur, qoymayın” ifadələrini işlətmişdir. O, hər ikisini aralamış, Azər və Təbriz fərqli istiqamətlə qaçmışlar. Azərlə Təbrizi araladıqda onun üstü də qan olduğundan Təbrizin Azəri bıçaqla vurmasını bilmişdir. Ancaq o, Təbrizin əlində və yerdə hər hansı bıçaq və ya başqa alət görməmişdir. Azər bir qədər gedib qıraqda dayanmış maşına dəyib yerə yıxılmış, həyətdə olan şəxslər sonuncuya yaxınlaşaraq təcili tibbi yardım çağırmışlar. O isə kafenin qabağına qayıtmış, bir qədər sonra təcili tibbi yardım maşını gəlmişdir. Sonradan öyrənmişdir ki, Azər “X29”də aldığı xəsarətlərdən ölmüşdür. Kafedə olarkən Təqsirləndirilən şəxs əlində, yanında və ya üzərində hər hansı bıçaq və ya başqa kəsicideşici alət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayından etibarən Yasamal rayonu Şəfayət Mehdiyev 1054 ünvanında yerləşən “Orginal kafe”sində aşpaz işləyir. Kafedə yemək, çay və spirtli içkilər də verilmiş, onun əsas işi aşpaz kimi yemək hazırlamaqdan və bəzən sifariş götürməkdən ibarətdir. 13 oktyabr 2024-cü il tarixdə təqribən günorta saatlarında sonradan adlarının “Təbriz” və “Azər” olduğunu bildiyi şəxslər kafeyə gəlmiş və boş masanın birində əyləşərək çay sifariş vermişlər. Həmin şəxslər gəldikdə kafedə heç kim olmamış, 2 çaynik çay içmişlər. Onlara kafedə işləyən “Fatimə” adlı qız qulluq etmiş, kafenin sahibi Rahim də kafedə olmuşdur. Təbriz və Azər çaydan sonra kafedən getmiş və bir qədər sonra yenidən gələrək pivə və noxud sifariş vermiş, hərəsinə bir bakal pivə içmişlər. Daha sonra onu çağıraraq yeməyə nə olduğunu soruşmuş və cız-bız sifariş vermişlər. Həmin şəxslər özləri ilə spirtli içki gətirmiş, təxminən 21-22 radələrinədək həmin şəxslər kafedə olmuş, daha sonra çıxıb getmişlər. Onlar kafedə olan zaman hər hansı münaqişə və dava-dalaş olmamış, lakin saat 23:00 radələrində kafedə olarkən kafenin qarşısına təcili tibbi yardım gəldiyini görmüş, həmin vaxt öyrənmişdir ki, Təbriz Azəri bıçaqla vuraraq qaçmışdır. Azəri dərhal təcili tibbi yardım maşını xəstəxanaya aparmış, Azər xəstəxanada ölmüşdür. Təbriz də hadisə yerindən qaçdıqdan sonra avtomobil sonuncunu vurmuşdur. Həmin şəxslərin mübahisəsinin səbəbi barədə hər hansı məlumatı yoxdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təbriz daha kafeyə bir dəfə gəlmişdi, Azər isə ilk dəfə idi ki, gəlirdi. Hadisə kafedən çöldə olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində dostu X6 məxsus “BMW” markalı ağ rəngli, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tbilisi prospekti ilə üzü “20 Yanvar” Metrostansiyası istiqamətində gedərkən qəflətən yolu keçən əynində qara rəngli paltarı olan, təxminən 40-45 yaşlı kişi cinsli şəxs avtomobilin qabaq sağ tərəfinə çırpılmış və yerə yıxılmışdır. Dərhal avtomobili saxlayıb sonuncunun yanına gəlmiş, həmin şəxs sağ olmaqla sol ayağında qırıq yaranmış və beli əzilmişdir. Ətrafda olan şəxslər dərhal təcili tibbi yardım çağırmışlar. Həmin şəxs yerdə uzanıqlı vəziyyətdə olmuş və danışmışdır. Üzərindən yerə dəstəyi sarı rəngli, tiyəsi gümüşü rəngli bıçaq düşmüş, bıçağın üzərində qan izi olmuş, hər ehtimala o, həmin bıçağı və yerə yıxılmış şəxsi videogörüntüyə çəkmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları da gəlmiş, daha sonra təcili tibbi yardımın əməkdaşları gələrək avtomobilə dəymiş şəxsi “X25”ə aparmışlar. O da yolnəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılan Yasamal rayon polis şöbəsinə getmişdir. Sonradan bilmişdir ki, avtomobillə vurduğu şəxs Təqsirləndirilən şəxsdur və onu ilk dəfə görmüş, əvvəllər tanımamışdır. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsi ilə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində dostu Şahid6 ilə onun yaşadığı yerin yaxınlığında ünvan 5 ünvanının qarşısında, həyətdə olan oturacaqda əyləşib söhbət etmişlər. Həmin vaxt hava qaranlıq olmuş və həyətdə sakitlik olmuşdur. Bir qədər sonra səs küy eşitmiş, qarşılarında avtomobil olduğundan səs-küy tərəfi tam görə bilməmiş, Səbuhi ilə o, həmin yerə getdikə 2 nəfər şəxsin yerdə əlbəyaxa olduğunu, birinin yerdə, digərinin isə ayaqüstü vəziyyətdə, yerdə olan şəxsə əlində olan elə də uzun olmayan, ancaq enli bıçaqla xəsarətlər yetirdiyinin şahidi olmuşlar. Həmin şəxsin əlində bıçaq olduğunu görüb yaxınlaşıb müdaxilə etməyə qorxmuş, əlində bıçaq olan şəxs isə zərbələrə davam etmiş, yerdə olan şəxs “vurma,vurma, eləmə” demişdir. Elə bu vaxt kimsə arxadan bıçaq zərbəsi endirən şəxsi qucaqlayıb geri çəkmiş, yerdə olan şəxs qalxıb qaçmaq istədikdə yaxında olan “Niva” markalı avtomobilə dəyib yerə yıxılmış, əlində bıçaq olan şəxs isə artıq oradan uzaqlaşmışdır. Onlar yerə yıxılmış şəxsin yanına gedib dərhal saat 21:41-də 103 xidmətinə zəng vurub təcili tibbi yardım çağırmışlar. Bir qədər sonra təcili tibbi yardım gələrək xəsarət alan şəxsi xəstəxanaya aparmışdır. Xəsarət alan şəxsə başqa hər hansı şəxs vurmamış, hadisə yalnız 2 nəfərin arasında olmuşdur. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, hadisə zamanı 2 nəfər olduğunu, başqa heç kəsin olmadığını, hava qaranlıq olduğundan təqsirləndirilən şəxsin üzünü görə bilmədiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və X7 oxşar məzmunlu ifadələr verərək Şahid3 və Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid7 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Fərhad oğlunun məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Ata və anası uzun müddət əvvəl vəfat etmişlər. Qardaşı Təbriz də ailəlidir, Cavanşir adında 15 yaşlı bir oğlu vardır. Onun ailəsi, yəni arvadı və oğlu Biləsuvar rayonunda yaşayır. Təbrizin əvvəllər məhkumluğu olmuş, təxminən üç il olar ki, azadlığa buraxılmışdır. Sonradan işləmək üçün Türkiyəyə getmiş, 5-6 ay əvvəl qayıtmışdır. Qayıtdıqdan sonra müxtəlif yerlərdə usta kimi işləmiş, Yasamal rayonu Alatava qəsəbəsində kirayədə yaşamışdır. Sonradan “Kristal Abşeron” tərəfindən 1-ci Alatavada tikilən binalarda usta işləmişdir. O, xx.xx.2024-cü il tarixdə hadisə baş verən vaxtdan qabaq və sonra qardaşı Təbrizlə dəfələrlə telefonla danışmış, həmçinin, həmin gün saat 11:00 radələrində işlədikləri binada Təbrizlə görüşmüş və onunla haqq-hesab eləmiş və ona ustalıqla bağlı qalan 30 manat pulu vermişdir. Həmin vaxt Təbrizin burnunda göyərti olmuş, bu barədə soruşduqda ona dünən, yəni xx.xx.2024-cü il tarixdə “Azər” adlı şəxs və sonuncunun yanında olanların ona əl qaldırdıqlarını, burnundan vurduqlarını demiş, həmin şəxsləri çağırıb söhbət etmələrinin mümkün olduğunu dedikdə ona Təbriz icazə verməmiş, ona “Sənlik deyil, mənim işimə qarışma” demişdir. Onsuz da aralarını yaxşı olmadığından Təbrizə heç nə deməmişdir. Sonradan telefonla danışdıqda ona Biləsuvarda olan oğlu Cavanşirə pul göndərməsini deyərək ondan hallallıq istəyərək onu bağışlamasını bildirmiş, Cavanşirə niyə pul göndərməli olduğunu Təbrizdən soruşaraq belə söhbətlərdən bezdiyini demişdir. Təbriz ona xx.xx.2024-cü il tarixdə günorta radələrində kimisə öldürəcəyini, tutulacağını demiş, ancaq o, Təbrizin içkili, həmişəki kimi boş-boş danışdığını fikirləşib bu barədə dövlət qurumlarına məlumat verməmişdir. Belə ki, dəfələrlə Təbriz ona zəng vuraraq ya qohumlarından kimisə, ya da qıraq adamı öldürdüyünü desə də sonradan müəyyən olunmuşdur ki, həmin sözlər boş sözlərdir, Təbrizin içkili halda dediyi sözlərdir. Təbriz onunla telefonda danışarkən gah evdə, gah da kafedə olduğunu dediyi üçün ona inanmamış və dəqiq olaraq harada olduğunu bilməmişdir. Həmin gün saat 22:00 radələrində yenə Təbriz ona zəng vuraraq bıçaqla kimisə vurduğunu, öldürdüyünü demiş, ancaq sonuncuya yenə inanmamış və boş-boş danışdığını fikirləşmişdir. Sonradan Təbriz ona zəng vuraraq xəstəxanada olduğunu, onun yanına gəlməsini dedikdə yanına getməyəcəyini demiş, aralarında başqa hər hansı söhbət olmamışdır. Qardaşı Təbriz arasıra spirtli içki içmiş, lakin narkotik vasitə istifadə edib-etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Spirtli içki qəbul edən vaxtları Təbriz özünü tam itirmişdir. Qardaşı olmasına baxmayaraq sonuncu ilə bir stolda oturmaqdan çəkinmiş, Təbrizin artıq-əksik hərəkətlərinə görə sonuncudan uzaq gəzmişdir. Onun Zərərçəkmiş şəxsla heç bir əlaqəsi olmamış, sonuncunu tanımamışdır. Lakin xx.xx.20224-cü il tarixdə təqribən saat 20:00 radələrində onun ***-***-**-** nömrəli mobil telefonuna tanımadığı ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş, telefonda olan şəxs ondan “Nihad” adlı şəxsi tanıyıb tanımadığını soruşmuşdur. Hansı Nihad olması soruşduğu zaman Yardımlı rayonundan olan Nihadı dediyini bildirmiş, ona Nihadın tutulduğunu, sonuncuya kömək lazım olduğunu və ona bank kartı hesabı atacağını demişdir. O, Təbrizin nömrəsindən zəng edən şəxsə kim olduğunu tanımadığını demiş və pul göndərməyəcəyini bildirmişdir. Telefonda olan şəxs ondan harada olduğunu soruşduqda o, Sabunçu rayonunda yerləşən “Ordubadi” Kafesində olduğunu bildirmişdir. Həmin şəxs kafeyə gələcəyini desə də gəlməmişdir. O da bir müddət sonra təqribən saat 22:00 radələrində kafedən çıxaraq evə getmişdir. Sonradan bilmişdir ki, həmin şəxs qardaşı Təbrizin öldürdüyü “Zərərçəkmiş şəxs” adlı şəxsdir. Onun nömrəsini necə tapması, kimdən tapmasım və hansı məqsədlə ona zəng vurmasını bilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 102 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs adma “X25” publik hüquqi şəxsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı xəstəlik tarixinin kserosurətində qeyd edilir ki, o, xx.xx.2024-cü il tarixində saat 22:56-da xəstəxanaya “Bel nahiyəsinin açıq çapılmış yarası-qarm boşluğuna nüfuz etməklə, sağ böyrəyin zədələnməsi, qaraciyərin zədələnməsi, hemorragik və travmatik şok İV dərəcə” diaqnozu ilə daxil olmuş, əməliyyat blokuna verilmiş laporatomiya icra olunmuş, sağ tərəfli nefrektomiya, qaraciyər yarasının tikilməsi icra olunmuşdur, 23:30-da xəstədə ürək dayanması baş vermiş və aparılan kompleks reanimasion tədbirlərə baxmayaraq xəstədə xx.xx.2024-cü il tarixində saat 23:30-da bioloji ölüm baş verdi. 2. Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olundu: sağ kürək nahiyəsinə iki dirsək oynaq nüfuz edərək qaraciyəri, diafraqmanı və sağ böyrəyi zədələyən 1 (bir) ədəd, sağ bazunun 2 (iki) ədəd, sol baldırın 2(iki) ədəd, sol budun 1 (bir) və sol çiyin qurşağının 1 (bir) ədəd yaraları, hər iki dirsək oynağının qançırları; 3. Yuxarıda qeyd olunan xəsarətlər həyatidir, hər iki dirsək oynağının qançırları küt əşyanın, 7 (yeddi) ədəd deşilmiş-kəsilmiş yaralar isə deşici - kəsici alətin (alətlərin) təsirindən törəmişlər, törənmə müddətləri onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ kürək nahiyəsinə nüfuz edərək qaraciyəri, diafraqmanı və sağ böyrəyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, digər 6 (altı) ədəd deşilmiş-kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir, hər iki dirsək oynağının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; 4. Zərərçəkmiş şəxs meyitində sağ kürək nahiyəsinə nüfuz edərək qaraciyəri, diafraqmanı, sağ böyrəyn zədələyəıı 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranın kanalının istiqaməti arxadan-önə, bir qədər yuxarıdan aşağıya doğru olmuşdur; 5. Zərərçəkmiş şəxs ölümünə səbəb-yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm “X25” publik hüquqi şəxsdə xx.xx.2024-cü il tarixində 23:30-da baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir; 6. Almış olduğu xəsarətlərin hansı şəraitdə alması barədə fikir söyləmək mümkün deyildir. Xəsarətləri xarakterini və yerləşmə yerini nəzərə alıb göstərmək olar ki, həmin xəsarətlər yerə yıxılma nəticəsində törənməsi inkar olunur; 7. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024cü il tarixli 02/102 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - sağ kürək nahiyəsinə nüfuz edərək qaraciyəri, diafraqmanı və sağ böyrəyi zədələyən 1 (bir) ədəd, sağ bazunun 2 (iki) ədəd, sol baldırın 2 (iki) ədəd, sol budun 1 (bir) və sol çiyin qurşağının 1 (bir) ədəd yaraları, hər iki dirsək oynağının qançırları deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixdə ölçüləri və fotoşəkli ekspertizaya təqdim olunmuş bıçaqla və ya ona oxşar bıçaqlarla yetirilməsi inkar olunmur, dərəcəsinə görə canlı şəxslərdə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1008 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - sol qamış sümüyünün koııdiluslardan keçən oynaqdaxili, qəlpəli, qapalı, yerdəyişən sınığı, sağ qasıq-oma sümüyünün yer dəyişməyən sınıqları, sağ bazunun, hər iki saidin, sağ əlin, sol diz oynağı nahiyəsinin, sol alın arxa səthində 2-ci barmağının əsasının iç-tış kənarının səthi əzilmiş yaraları, sol bazunun qançırı, sol baldırın və sol iç-topuq nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həm ümumilikdə, həm ayrıayrılıqda sol qamış sümüyünün kondiluslardan keçən oynaqdaxili, qəlpəli, qapalı, yerdəyişən, sağ qasıq-omba sümüyünün yerdəyişməyən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmağa aiddirlər, sağ bazunun, hər iki saidin, sağ əlin, sol diz oynağı nahiyəsinin, sol əlin arxa səthində 2-ci barmağının səthi əzilmiş yaraları, sol bazunun qançırı, sol baldırın və sol iç-topuq nahiyəsinin sıyrıqları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs adma "X25” publik hüquqi şəxsində qoyulan “Burun sümüklərinin sınığı” diaqnozu ekspertradioloqu C. Allahverdiyevin rentgenoloji müayinəsi zamanı öz təsdiqini tapmamışdır. Burun sümüklərinin sınığı köhnədir. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-bioloji ekspertizasının məhkəmə-tibbi və kriminalistik tədqiqinə dair xx.xx.2024cü il tarixli 516/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus xüsusi paltarlarda aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, sonra isə fiziki kapilyarlıq faktor üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın sol çiyinlik üzərində 01 (bir) ədəd, maykanın arxa hissəsində sağda 01 (bir) ədəd; şalvarın arxa hissəsində solda 01 (bir) ədəd, şalvarın arxa hissəsində solda 02 (iki) ədəd, şalvarın sol yan hissəsində 01 (bir) ədəd; köynəyin arxa hissəsində sağda 01 (bir) ədəd, köynəyin sağ qolunun arxa hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilərdilər.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın ön hissəsində sağda 01 (bir) ədəd, gödəkçənin sağ qolunun üzərində 01 (bir) ədəd, köynəyin sağ qolun arxa hissəsində 01 (bir) ədəd cırılmış zədələr aşkar edildi. Bu zədələr paltarların müvafiq nahiyələrinin hər hansı bir səthə ilişib dartılma nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmişkəsilmiş zədələrin yerləşmə nahiyələrinə görə demək olar ki, zədələr endirilən anda zərərçəkənlə zərbəni endirən şəxs müxtəlif qarşıqlı vəziyyətdə ola bilərdilər. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının məhkəmə-bioloji tədqiqinə dair xx.xx.2024-cü il tarixli 730V2024 MTBŞ nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa\H\ (İİİ). 2. X8 ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) /axtarış vərəqəsinin kserosurətinə əsasən. 3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman, qolsuz mayka, şalvar, qısaqol köynək və ayaqqabısının sol tayı, Təqsirləndirilən şəxs məxsus qolsuz mayka, şalvar, ona keçirilmiş kəmər, uzunqol kofta və uzunqol gödəkçə, hadisə yerində iki ədəd pambıq topasına hopdurulmuş nümunə üzərində insan qanı ləkələri aşkar olundu.Zərərçəkmiş şəxs məxsus tuman, qolsuz mayka, şalvar, qısaqol köynək və ayaqqabısının sol tayı, hadisə yerində iki ədəd pambıq topasına hopdurulmuş nümunə üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, Zərərçəkmiş şəxs məxsus tuman və qolsuz mayka üzərində həmçinin alfa aqqlyııtinini də alındı. Bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Təqsirləndirilən şəxs məxsus qolsuz mayka, şalvar, ona keçirilmiş kəmər, uzunqol kofta və uzunqol gödəkçə üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, onun qolsuz maykası və uzunqol koftası üzərində həmçinin beta aqqlyııtinini də alındı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa və qanında müşayiətçi “H” antigeni varsa) məxsus ola bilər. Bu ləkələrdə Zərərçəkmiş şəxs qanının olması inkar olunur. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə- psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3596 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 13 oktyabr 2024 cü il tarixində saat 22 radələrində cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilər aşkar olunur. T. F Həsənovda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiıiərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əıııəl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan hallan düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xaraktelərini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xaraktelərini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22 maddələrinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs emosianal dayanıqsızlıq, kobudluq, konfliktə, meyillilik, söz götürməmək, öz maraqlarını üstün tutmaq, qıcığa qarşı həssaslıq, əsəbilik kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarında gerilik əlaməti müəyyən edilmədi. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixi emosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlər fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan “İnşaatçılar” Metrostansiyasının yaxınlığında yerləşən “Megastore” supermarketinin “İnşaatçılar” filialının təhlükəsizlik kamerasının qeydə aldığı videogöntülərin olduğu “DVR və yaddaş” diskinin qoşulduğu monitora baxış baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin monitorda Megastore supermarketinin “İnşaatçılar” filialının çöl və iç hissəsini Özündə əks etdirən görüntülər olduğu müəyyən edildi. Baxış zamanı 13 oktyabr 2024-cü il tarix saat 16:00-dan saat 17:00-dək olan görüntülərə nəzər saldıqda marketin 2-ci mərtəbəsində yerləşən məişət bıçaqlarının satıldığı yerdən saat 16:29-da bir nəfər əynində qara rəngli yun gödəkçə, tünd göy rəngli cins şalvar olan, başı nisbətən keçəl olan şəxsin bir ədəd paketlənmiş formada bıçaq götürərək kassaya tərəf getməsi müəyyən olundu. Daha sonra həmin şəxslə bağlı mağazadakı növbəti görüntülərə nəzər saldıqda saat 16:32-də mağazanın kassasında bir ədəd bıçağın pulunu ödəyərək mağazadan çıxması müəyyən edildi. Həmin görüntülərdən şəxsin aldığı bıçağın dəstəyi taxta materialdan olmaqla qəhvəyi olan, tiyəsi gümüşü rəngli olmaqla “TOGOOD” firmasına məxsus mətbəx bıçağının olması müəyən edildi. Görüntülərdə marketdən bıçaq alan şəxsin tək olduğu, yanında hər hansı şəxsin olmadığı müəyyən edildi, istintaq zamanı müəyyən edilmişdir ki, həmin səxs Təqsirləndirilən şəxs oaludur. Bundan sonra baxıs eörüntülərdə bıcaa satıldığı yerdə davam etdirildi və onun aldığı dəstəyi taxta materialdan olmaqla qəhvəyi olan, tiyəsi gümüşü rəngli olmaqla “TOGOOD” firmasına məxsus, qiyməti 4.49 manat olan mətbəx bıçağının digər nümunəsinin həqiqətən orada olmaqla satıldığı müəyyən edildi.Bıçağa baxış keçirildikdə dəstəyi qəhvəyi rəngli taxta materialdan hazırlanmış, qatlanmayan, üzərində “TOGOOD” sözləri yazılmış, ümumi uzunluğu, 27 sm-dir. Dəstəyin uzunluğu 12.5 sm, eni 1.5 sm, qalınlığı 1.4 sm- dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldandır, tiyənin uzunluğu 14.5 sm-dir. Tiyənin bir kənarı iti, digər kənarı isə kütdür. Baxış zamanı bıçağın və görüntülərin fotoşəkillləri də protokola cinayət işinə əlavə olundu. Cinayət işinin materiallarında olan iş üzrə şahid qismində dindirilmiş Şahid9 təqdim etdiyi və baş vermiş yol nəqliyyat hadisəsindən sonra çəkilmiş videogörüntülərin olduğu 1 ədəd CD diskə baxış baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, CD diski açdıqda içərisində 1 ədəd 14 saniyədən ibarət mobil telefonla çəkilmiş videogörüntülərin olduğu müəyyən edildi. Həmin videogörüııtüyə nəzər saldıqda asfaltın üzərində dəstəyi qəhvəyi rəngli, tiyəsi sarı rəngli bıçaq olduğu, onun yanında isə yerdə uzanıqlı vəziyyətdə əynində qara rəngli yun gödəkçə olan kişi olduğu və həmin şəxsin siqaret çəkməsi, başının üzərində sifətləri görünməyən şəxslərin olduğu müəyyən edildi. İstintaq zamanı müəyyən edilmişdir ki, yerdə uzanıqlı vəziyyətdə əynində qara rəngli yun gödəkçə olan şəxs Təqsirləndirilən şəxsdur. İstintaq zamanı müəyyən edilmişdir ki, videogörüntüdə olan bıçaq Megastore” supermarketinin “İnşaatçılar” filialında müəyyən edilmiş bıçaqla eynilik təşkilik edir. Cinayət işinin materiallarında olan “X25” PHŞ-dən götürülmüş, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ”Samsung” markalı mobil telefon şüşəsi qara və gümüşü rəngdədir. Ön tərəfinin yuxarı hissəsində dinamika quraşdırılmış, sağ kənarında batareya yeri vardır. Ön hissəsinin aşağısında rəqəmlər və idarəetmə düymələri yerləşir. Telefonun arxasında aşağıda mərkəzdə “Samsung” logosu yerləşir. Telefonun zənglər bölməsinə daxil olduqda içərisində 070- ***-**-** saylı mobil nömrə olduğu və həmin nömrə ilə xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə müxtəlif nömrələrlə danışıqlar olduğu müəyyən olunur. Həmin nömrələrə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və başqa mobil nömrələr daxil olduğu, müxtəlif saniyələrdə daxil olmuş və edilmiş zənglə əlaqədar danışıq olduğu müəyyən edildi. Telefonun mesajlar bölüməsində mövcud mesajlara baxış keçirildi və iş üçün hər haıısı əhəmiyyətli yazışma və hal tapılmadı. Cinayət işinin materiallarında olan “X25” PHŞ-dən götürülmüş, Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A71” markalı mobil telefona baxış baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Samsung Galaxy A71” markalı mobil telefon şüşəsi qara olmaqla düz ekrandır. Şüşəsinin yuxarı hissəsində dinamika quraşdırılmışdır. Onun da yanında ön kamerası və işıq sensoru vardır. Sağ kənarında 2 ədəd səs ucaldan və səs azaldan, üzərlərində və sağ kənarında kilit düvməsi vardır. Basıb saxladıada telefonu vandırıb. söndürmək sol tərəfində qulaqcıq taxmaq üçün aux giriş və sağ yanında dinamik yeri vardır. Telefonun arxa hissəsi mavi xamelion rənglidir. Arxa qapağının sol yuxarı hissəsində 4 ədəd kamera və işıqlandırma qurğusu yerləşir. Telefonu arxasında aşağıda mərkəzdə “Samsung logo”su yerləşir. Telefonun zənglər bölməsinə daxil olduqda xx.xx.2024-cü il tarixdə saat 13:57-də “Mayis Tebriz” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsinə zəng edildiyi, lakin aralarında danışığın olmadığı gÖrünür,xx.xx.2024-cü il tarixdə saat 13:58-də “Tabriz Tartar” adı ilə qeyd olunmuş ***-***- **-** mobil nömrəsinə zəng edilərək 2 dəqiqə 4 saniyə, saat 14:53-də zəng edilərək 48 saniyə, saat 15:07-də zəng edilərək 12 saniyə, saat 15;09-da zəng edilərək 1 dəqiqə 51 saniyə, saat 15:40-da həmin nömrədən zəng gələrək 39 saniyə, saat 15:49-da zəng gələrək 44 saniyə, saat 16:08-də zəng gələrək 10 saniyə, saat 16:20-də zəng edilərək 9 saniyə, saat 16:34-də zəng edilərək 48 saniyə, saat 21:27-də zəng gələrək 16 saniyə danışıq olduğu görünür. xx.xx.2024-cü il tarixdə saat 15:06-də “Cavid Yeraz” adı ilə qeyd olunmuş 055- ***-**-** mobil nömrəsinə zəng edilərək 1 dəqiqə 1 saniyə, 15:08-də zəng edilərək 2 dəqiqə 20 saniyə, saat 16:48-də zəng edilərək 4 dəqiqə, saat 17:34-də zəng edilərək 3 dəqiqə 17 saniyə, saat 19:14-də zəng edilərək 4 dəqiqə 11 saniyə danışıq olduğu görünür. xx.xx.2024-cü il tarixdə saat 16:53-də “Nihad Yeni” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsinə zəng edilərək 1 dəqiqə 12 saniyə, saat 17:08-də zəng edilərək 46 saniyə, saat 17:17-də zəng edilərək 9 dəqiqə 7 saniyə, saat 17:27-də zəng edilərək 4 dəqiqə 14 saniyə, saat 17:50-də zəng edilərək 2 dəqiqə 18 saniyə, saat 17:58də zəng edilərək 12 dəqiqə 33 saniyə, saat 21:15-də zəng edilərək 11 dəqiqə 27 saniyə, saat 21:35-də zəng edilərək 21 dəqiqə 31 saniyə, saat 22:05-də həmin nömrədən zəng gələrək 1 dəqiqə 33 saniyə, saat 22:22-də zəng gələrək 2 dəqiqə 26 saniyə danışıq olduğu görünür.Telefonun menyusunda “Whatsap” tətbiqinə daxil olduqda xx.xx.2024-cü il tarixdə “Cavid Yeraz” adı ilə qeyd olunmuş ***-***-**-** nömrsəsindən Zərərçəkmiş şəxs saat 03:05-də “Qaqa Salam, mənəm exi mənim nömrəmdi bu” mesajının gəldiyi müəyyən olunur. Telefoıınun mesajlar bölüməsində mövcud mesajlara baxış keçirildi və iş üçün hər hansı əhəmiyyətli yazışma və hal tapılmadı. Mobil telefonun galereya bölməsinə baxdıqda müxtəlif şəkil və videolar olduğu, lakin iş üçün əhəmiyyətli video və foto şəkillər olmadığı müəyyən edildi. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən götürülmüş işi üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr üzrə 01 yanvar 2024-cü il tarixdən 15 oktyabr 2024-cü il tarixədək telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, işi üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hadisə baş verən gündən qabaq, yəni xx.xx.2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs məxsus **********05, iş üzrə şahid qismində dindirilmiş Şahid2 məxsus **********45 saylı mobil nömrələr arasında xeyli sayda danışıqlar olmuşdur. Həmçinin həmin gün və ondan əvvəl də ***-***-**-** saylı mobil nönrə ilə **********5 və **********45 saylı nömrələr, həmçinin başqa nömrələr arasında danışıqlar olduğu müəyyən olundu. Bundan başqa, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə üzrə Təqsirləndirilən şəxs məxsus **********05 saylı mobil nömrə ilə saat 13:58-də 125 saniyə, saat 14:53-də 48 saniyə, saat 15:07-də 13 saniyə, saat 15:0-da 111 saniyə, saat 15:40-da 40 saniyə, saat 15:49-da 44 saniyə, saat 16:08-də 10 saniyə, saat 16:21-də 10 saniyə, saat 16:34-də 49 saniyə, saat 21:27-də 17 saniyə danışıq olmusdur.Bundan basaa. Zərərçəkmiş şəxs Sahaıı oğlunun istifadəsində olrmıs 051-666- şahid qismində dindirilmiş Şahid2 məxsus **********45 saylı mobil arasında saat 16:53-də 72 saniyə, saat 17:08-də 47 saniyə, saat 17:17-də 548 saniyə, saat 17:27-də 255 saniyə, saat 17:50-də 139 saniyə, saat 17:58-də 754 saniyə, saat 21:15-də 688 saniyə, saat 21:35-də 1292 saniyə, saat 22:06-da 94 saniyə, saat 22:22-də 147 saniyə danışıq olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə **********46 saylı mobil nömrə arasında saat 15:07-də 62 saniyə, saat 15:08-də 140 saniyə, saat 16:48-də 241 saniyə, saat 17:34-də 198 saniyə, saat 19:15-də 252 saniyə danışıq olmuşdur. İstintaq zamanı **********46 saylı mobil nömrənin “Cavid Yeraz” adlı şəxsiyyəti istintaqa tam müəyyən olunmayan şəxsə məxsus olduğu müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə hadisə baş verən gün saat 17:00-dan saat 21:35-dək hadisənin baş verdiyi ərzaidə olan “Yasamal ray,, Shafayat Mehdiyev kucəsi” anten qurğusu tərəfindən qeydə alınmışdır.Bundan başqa işi üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin SMS yazışmalarına baxış zamanı iş üçün əhəmiyyətli hər hansı hal müəyyən edilmədi. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən götürülmüş iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə üzrə 01 yanvar 2024-cü il tarixdən 15 oktyabr 2024-cü il tarixədək telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hadisə baş verən gündən qabaq, yəni xx.xx.2024-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, iş üzrə şahid qismində dindirilmiş Şahid2 məxsus **********45 saylı mobil nömrə, iş üzrə şahid qismində dindirilmiş Şahid1 məxsus **********46 saylı mobil nömrə arasında müxtəlif vaxtlarda danışıqlar vardır. Bundan başqa işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrə ilə hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə gecə saat 00:39-dan başlayaraq saat 01:40-dək iş üzrə şahid qismində dindirilmiş Şahid1 məxsus **********46 saylı və iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr arasında danışıqlar olduğu müəyyən olunur.Bundan başqa, hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş X11 məxsus ********* nömrə arasında saat 10:58-də 102 saniyə, saat 11:10-da 33 saniyə, saat 14:46-da 252 saniyə, saat 14:51-də 72 saniyə, saat 15:42-də 84 saniyə, saat 17:33-də 292 saniyə, saat 19:20də 37 saniyə, saat 21:47-də 819 saniyə, saat 22:57-də 233 saniyə, saat 23:15-də 91 saniyə danışıq olmuşdur. Bundan başqa hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 13:58-də 125 saniyə, saat 14:53-də 48 saniyə, saat 15:07-də 13 saniyə, saat 15:0-da 111 saniyə, saat 15:40-da 40 saniyə, saat 15:49-da 44 saniyə, saat 16:08-də 10 saniyə, saat 16:21-də 10 saniyə, saat 16:34-də 49 saniyə, saat 21:27-də 17 saniyə danışıq olmuşdur. Bundan başqa hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə is üzrə sahid aismində dindirilmiş Şahid2 məxsus danışıq olduğu müəyyən edildi. Bundan başqa hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid1 məxsus **********46 saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 01:40- dan sonra danışıq olmadığı müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin hadisə baş verən gün saat 17:00-dan saat 21:35-dək hadisənin baş verdiyi ərazidə olan “Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 1055-ci məhəllədə yerləşən 19 saylı mağazanın damı” anten qurğusu tərəfindən qeydə alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin SMS yazışmalarına baxış zamanı iş üçün əhəmiyyətli hər hansı hal müəyyən edilmədi. Cinayət işinin materiallarında olan Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək, xx.xx.1981 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixinədək 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişlər. Göründüyü kimi, adı çəkilən məhkumlar xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək olan müddətdə eyni vaxtda cəza çəkmişlər. Cinayət işinin materiallarında olan “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən narkoloji qeydiyyatda olub. Cinayət işinin materiallarında olan 04 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, iş üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şahid9 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərfon MMC-nin 02 dekabr 2025-ci il tarixli 4-1/1- 14231/25 saylı məktubundan və məhkəmə iclasında tədqiq olunan ona əlavə olunmuş CD diskdən görünür ki, Şahid2 hadisənin baş verdiyi 13 oktyabr 2025-ci il tarixində, hadisə baş verən saatlarda, cinayət hadisəsinin törədildiyi ünvan 6 ünvanında olmamışdır. Cinayət işinin materiallarında olan Baş Prokurorluqdan verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vahid axtarış sistemindən Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumatlardan, həmçinin Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(088)-27/2012 saylı hökmündən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(044)-21/2013-cü il saylı hökmündən, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(002)-153/2013-cü il saylı hökmündən və Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 186.2.2- ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(088)-27/2012 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(044)-21/2013-cü il saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci, 317-2.1-ci və 66.5-ci maddəsi ilə qəti olaraq 11 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(002)-153/2013-cü il saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci, 317-2.1-ci və 67.1-ci maddəsi ilə qəti olaraq 09 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 05 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşayış yerindən təqdim olunan xasiyyatnaməsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Həsənov X10 rayonunun Xırmandalı kəndində yaşadığı müddətdə heç bir faydalı işlə məşğul olmayıb. Respublikasnın müxtəlif ərazilərində, Bakı şəhərində və ara-sıra Rusiya ərazisində müxtəlif peşə sahələri üzrə çalışıb. Kənddə yaşadığı müddətdə ailədə səmimi və mehriban olmuşdur. Qonşularla münasibəti yaxşı olmuşdur. Yaşıdları arasında hörmət və nüfuzu var idi. Kənddə gedən ictimai-siyasi işlərdə iştirak etmirdi. Cinayətə meyilli olub. Bu günədək məhbusluğu olmuşdur. Barəsində kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmayıb, kənd icra nümayəndəliyi tərəfindən heç bir cəza və tapşırıq verilməyib. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Cinayət işinin materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – arvadı 1985-ci il təvəllüdlü X3 və oğlu 2010cu il təvəllüdlü X9 ilə birlikdə Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayıb. Cinayət işinə əlavə edilmiş AZE11283662 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 dekabr 2010-cu il təvəllüdlü X9 adlı uşağı var. Cinayət işinə əlavə edilmiş Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 01 fevral 2023cü il tarixli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs qohumu, azyaşlı xx.xx.2013-cü il təvəllüdlü X4 qəyyum təyin edilmişdir. Məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər qəsdən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən xüsusilə ağır cinayət törətməsini cinayətlərin xüsusilə təhlükəli residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin xüsusilə təhlükəli residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-27/2012 saylı, 11 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-21/2013 saylı, 11 yanvar 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq 11 (on bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-153/2013 saylı, 01 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 09 (doqquz) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1689/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 (beş) ay 24 (iyirmi dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 08 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində saxlanılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-1037/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 55-ci bəndinə əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 01 fevral 2023-cü il tarixli sərəncamı ilə Təqsirləndirilən şəxs qəyyum təyin olunduğu 08 may 2013-cü il təvəllüdlü X2 hökm qanuni qüvvəyə mindikdən sonra yenidən qəyyumluğa verilməsi məsələsi həll edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Yasamal rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş 02 (iki) ədəd pambıq tamponla qan nümunəsi, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən əynində olmuş 01 (bir) ədəd ağ rəngli qısaqol alt köynəyi, 01 (bir) ədəd qara rəngli alt paltarı, 01 (bir) ədəd boz rəngli rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli ayaqqabı, 01 (bir) ədəd zoğalı rəngli yun köynək maddi dəyəri olmadığı və geri qaytarılması barədə vəsatət verilmədiyi üçün hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs xəstəxanaya daxil olarkən əynində olmuş 01 (bir) ədəd boz rəngli qısaqol alt köynəyi, 01 (bir) ədəd göy rəngli belində qara rəngli kəmər olan rəngli cins şalvar, 01 (bir) ədəd boz-qara rəngli köynək və 01 (bir) ədəd qara rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 04 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə (29 aprel 2025-ci tarixədək) minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra (29 aprel 2025-ci tarixdən sonra) hər saatı 11 manat olmaqla hesablanmalıdır. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı 06 (altı) manatdan hesablanmaqla 72 (yetmiş iki) manat, 28 (iyirmi səkkiz) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 308 (üç yüz səkkiz) manat, ümumilikdə 40 (qırx) iş saatı üçün 380 (üç yüz səksən) manat məbləğində vəsait Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qəyyum təyin olunduğu 08 may 2013-cü il təvəllüdlü X2 yenidən qəyyumluğa verilməsi məsələsinin həll edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin və hökm bu hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Yasamal rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs xəstəxanaya daxil olarkən əynində olmuş 01 (bir) ədəd boz rəngli qısaqol alt köynəyi, 01 (bir) ədəd göy rəngli belində qara rəngli kəmər olan rəngli cins şalvar, 01 (bir) ədəd boz-qara rəngli köynək və 01 (bir) ədəd qara rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut qismində tanınaraq Yasamal rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş 02 (iki) ədəd pambıq tamponla qan nümunəsi, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən əynində olmuş 01 (bir) ədəd ağ rəngli qısaqol alt köynəyi, 01 (bir) ədəd qara rəngli alt paltarı, 01 (bir) ədəd boz rəngli rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli ayaqqabı, 01 (bir) ədəd zoğalı rəngli yun köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 04 (dörd) ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı 06 (altı) manatdan hesablanmaqla 72 (yetmiş iki) manat, 28 (iyirmi səkkiz) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 308 (üç yüz səkkiz) manat, ümumilikdə 40 (qırx) iş saatı üçün 380 (üç yüz səksən) manat məbləğində vəsait Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar