Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-102/2020 13.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4,müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştiraklarıilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 4 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinədaircinayətişinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd torbada külli miqdarda ümumi xalis çəkisi 3200 qram (3 kq 200 qram) olan narkotik vasitə - kustar üsulla hazırlanmış heroini və iki ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda 109,712 qram qurudulmuş marixuananı əldə edib, daşıyaraq ünvan 1 ünvanında evin həyətində köməkçi otaqda saxlamış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxx 2019-cu il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığında saxlanılaraq, Sabunçu RPİnin 14-cü Polis bölməsinə aparılmış və Təqsirləndirilən şəxs üstünə keçirilən baxış zamanı onun əynində olan göy rəngli pencəyin sol yan cibindən istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üstündə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda xalis çəkisi 5,695 qram olan narkotik vasitə - kustar üsulla hazırlanmış qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilib götürülərək sənədləşdirilmiş, daha sonra həmin tarixdə saat 17:50-də Təqsirləndirilən şəxs yaşadığı Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 122 ünvanında evin həyətində köməkçi otağa hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman oradan Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq, saxladığı bir ədəd torbanın içərisindəki 3 ədəd polietilen bağlamada, ayrı-ayrılıqda 1000 qram, 1000 qram, 1200 qram olmaqla külli miqdarda ümumi xalis çəkisi 3200 qram (3 kq 200 qram) olan narkotik vasitə - tiryəkdən kustar üsulla hazırlanmış heroin, həmçinin iki ədəd sellofan torbada ayrı ayrılıqda 55,0 qram və 49,017 qram şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 104,017 qram olan narkotik vasitə - kustar üsulla hazırlanmış qurudulmuş marixuana və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülərək sənədləşdirilmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs onaAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elanolunmuşittiham üzrə özünütəqsirlibilmədi və ifadəsində göstərdiki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayır. 2019-cu ilin aprel ayının 9-da şübhəli şəxs kimi tutulmuşdur. Belə ki, həmin gün həyat yoldaşı bazarlığa getmişdir. O da həyat yoldaşını bazarlıqdan evə aparmaq üçün şəxsi avtomobili ilə həmin gün Maştağa qəsəbəsində Mədəniyyət evinin qarşısında yerləşən mağazanın qarşısına getmişdir. Həyat yoldaşı və övladı maşına əyləşmişlər. Elə bu məqamda iki nəfər polis əməkdaşı, biri onun boynundan, digəri də qolundan tutub maşından çölə çıxarmışdır. Həmin polis əməkdaşları 6-7 nəfər olmuşlar. Onu qırmızı rəngli 09 markalı taksiyə otuzdurub “Məmmədyarov dairəsi”nə aparmışlar. Onun otuzdurulduğu maşının qarşısında iş üzrə şahid olan Şahid1 “Lexus” markalı maşını getmişdir. “Məmmədyarov dairəsi”ndə onları sedan formalı bir maşın da gözləmişdir. Həmin sedan formalı avtomobildən dəri gödəkçə geyinmiş bir kişi düşmüş və onun oturduğu maşına əyləşmişdir. Həmin yerdə onun üzərinə baxış keçirilmiş və üzərindən vəsiqə, cib bıçağı və telefon kimi şəxsi əşyaları çıxmışdır. Həmin kişi Şahid1 gedib Samirin maşınındakı paketi gətirməyi demiş, Şahid1 da öz maşınının arxasından bir sellofan paket gətirmişdir. Həmin yerdə dəri gödəkçə geyinmiş kişi ona “biz sənin yaşadığın ünvana gedirik və orada sənin evindən bu sellofan paket çıxacaq” deyə bildirmişdir. Daha sonra həmin kişi ona əgər o, həmin sellofan torbanın evindən çıxmasını təsdiq etməsə, onda torbanın onun həyat yoldaşının yatdığı yastığın altından çıxacağını bildirmişdir. O, dəri gödəkçəli kişidən həmin paketdə nə olacağını soruşmuş, həmin kişi sellofan torbanın içərisində nə olduğunu evində biləcəyini demişdir. O, ilk öncə elə bilmişdir ki, polis əməkdaşları onu ikinci həyat yoldaşı və övladları yaşayan evə aparır. Lakin sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları onu qonşuluğunda ata evi olan və birinci həyat yoldaşının və övladlarının yaşadığı evə aparmışlar. Həmin ünvan ünvan 1-dir. Həmin ünvanda onun yaşlı anası da yaşayır. Polislər onu ilk öncə həmin evin yanında, təsərrüfat təyinatlı torpaq sahəsi olan həyətə gətirmişlər. Orada onun qolundan tutub dayanan şəxs, Şahid1 sonra məhkəmə iclas zalında ifadə verən Şahid2 olmuşdur. Həmin həyətdə çoxlu mülki geyimli polis əməkdaşları da olmuşdur. Polis əməkdaşları onun evinə baxış keçirmişlər və evindən qanuni sənədli tüfəngini tapmışlar. Həmin tüfəngin onda bütün sənədləri var və o, “Ovçular Birliyi”nin üzvüdür. Həmin torpaq sahəsində onun pomidor və xiyar əkdiyi parniki olmuşdur. Polis əməkdaşları onları tamamilə yarasız hala salmışlar. Daha sonra polis əməkdaşları həmin həyətin onun pasportunda olan ev olmadığını bildirmiş, ona görə də polislər onu öz ailəsinin yaşadığı həyətə gətirmişlər. Həmin həyətdə olan zaman Şahid1 idarə etdiyi “Lexus” markalı avtomobilin baqaj hissəsindən avtomat və xalq arasında “aeroport sumkaları” deyilən bir torba gətirmişlər. O, avtomatdan qorxduğu üçün polis əməkdaşlarına həmin evdə anasının, həyat yoldaşının və övladlarının yaşadığını və bütün bunların onların gözü qarşısında baş verdiyini, ailəsinin də bu şeylərə görə çox böyük qorxu keçirdiyini demişdir. Polis əməkdaşları ona əgər o, həmin torbada olan narkotik vasitəni boynuna almasa, onun həyat yoldaşının da narkotik vasitələrin satışına görə məhkum olunacağını bildirmişlər. O, dəri gödəkçə geyinən adamı çağırmış və ailə üzvlərini qorxutmamağı, nəyə deyirlərsə ona da qol çəkəcəyini demişdir. Polis işçiləri orada onun necə ifadə verəcəyi ilə bağlı öz aralarında çox müzakirə etmişlər və ona özləri ilə gətirdiyi narkotik vasitə olan sellofan torbanın onun evindən çıxacağını demişlər. Həmin narkotik vasitənin onun evindən çıxacağı təqdirdə yaşlı anasının, yoldaşının bu iş üzrə şahid kimi dindirilə biləcəyi ona bəlli olmuşdur. Ona görə də polislərə bildirmişdir ki, sənədlərə bir şərtlə qol çəkər ki, özləri ilə gətirdikləri narkotik vasitə onun həyətindən yardımçı təsərrüfat təyinatlı tikilinin içərisində olan qabın içərisinə qoyulsun. Bu məqamla dəri gödəkçə geyinmiş polis əməkdaşı razılaşmış və deyilən kimi də olmuşdur. Polis əməkdaşları necə danışacağı ilə bağlı bildirmişlər ki, guya o, narkotik vasitəni zibillikdən tapmış və gətirib satış məqsədilə orada gizlətmişdir. Elə bu ərəfədə polis əməkdaşları hal şahidlərini gətirmişlər. Hal şahidləri məhkəmə baxışı zamanı yalandan demişlər ki, guya bir-birilərini öncədən tanımırlar. Amma hər iki hal şahidi özləri də narkotik istifadəçisi, polisin öz tanıdığı adamlar olmuş və onlar öz aralarında zarafatlaşmışlar. Sonra həyətinə təhqiqatçı Tahir müəllim və müstəntiq gəlmişlər. Tahir müəllim onu ərazi sakini kimi tanımışdır deyə ona “Mütəllim sənə ayıb olsun, mən sənin belə işlərlə məşğul olduğunu bilmirdim” demişdir. O da Tahir müəllimə həmin narkotik vasitənin onluq olmadığını bildirmişdir. Bu məqamda Şahid1 yaxınlaşmış və yoldaşına kobud şəkildə qışqıraraq ona işarə edib “indi neynəyək bunu aparaq bölməyə?” demişdir. Polislər onu öz həyətində tövlə kimi olan yerdə, ayrıca müşahidə altında saxlamışlar. Onun polis əməkdaşları ilə etdiyi söhbəti yalnız o və polislər eşitmişdir. Nə anası, nə həyat yoldaşı, nə də başqa kimsə onların aralarında olan söhbətləri eşitməmişdir. Qeyd etmək istəyir ki, həyətinin bir kənarında zibilləri yığmışdır ki, özü ayda bir dəfə kənddən kənara boşaltdırsın. Dəri gödəkçə geyinmiş şəxs belə təkllif etmişdir ki, o, ifadəsində desin ki, guya həmin narkotik vasitəni həyətindəki zibili aparıb boşaldanda 2-3 ay əvvəl Maştağa qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Yanğın Söndürmə Məntəqəsinin yaxınlığındakı zibillikdən tapmışdır. Həmin vaxt orada olan, əlində xal olan bir polis əməkdaşı onun belə ifadə verməsi ilə bağlı etiraz etmiş və narkotik vasitəni qaçaqmalçılıqla keçirdiyini deməsini təklif etmişdir. Dəri gödəkçəli polis əməkdaşı isə demişdir ki, “elə ən yaxşısı Mütəllim desin ki, zibillikdən tapıb, Mütəllimin himayəsində anası, həyat yoldaşı və qız övladları var və o, yazıqdır”. Həmin vaxt Şahid1 əlində tərəzi də gətirmiş və onun evindən aşkar ediləcək əşyaların arasında həmin elektron tərəzinin də olacağını demişdir. Sonra Şahid1 istəyi ilə onun üzərinə həmin narkotik vasitədən bir balaca kibrit qutusu götürüb qoymuşlar ki, guya o da polis bölməsində onun üzərindən çıxacaq. Beləliklə, həyətində olan bu söhbətlərdən sonra polis əməkdaşları onu Sabunçu rayon Polis idarəsinə gətirmişlər. Polis İdarəsinə gətirildikdə orada ona ikinci hissənin video ilə çəkiləcəyini, amma ikinci çəkilən videonun onun cinayət işində birinci hissə kimi qeyd olunacağını demişlər. Belə ki, guya polislər onu Mədəniyyət evinin qarşısında daxil olan əməliyyat məlumatı əsasında saxlayıb polis idarəsinə gətirəndə onun üzərindən videoçəkilişlə baxış keçirilən zaman özlərinin cibinə qoyduğu kibrit qutusundakı narkotik vasitə aşkar olunur və guya o deyir ki, onun evində də narkotik vasitə var və bundan sonra onun evinə baxış keçirilir və evindən də silah və narkotik vasitə olan heroin aşkar edilir. Halbuki polis əməkdaşları onun ilk öncə evinə baxış keçirmişlər. Polis idarəsində onun üzərinə baxış keçirilməsi və narkotik aşkar edilməsi səhnəsini bir neçə dəfəyə çəkmişlər. Çünki rəisləri müəyyən hissələri bəyənməmiş və ona demişlər ki, filan sözləri, filan hərəkətləri yenidən etmək lazımdır ki, videoçəkilişdə qeyd olunsun. O, polis əməkdaşlarının və rəislərinin dediyi kimi də etmişdir. Videoçəkilişlə üzərinə baxış keçirilmiş və guya onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Daha sonra polis idarəsində onun sidik analizi aparılmış və analiz nəticəsində onun narkotik vasitələrin istifadəçisi olmağı sübut olunmamışdır. Çünki o, heç vaxt nə narkotik vasitələrdən istifadə etmiş, nə də ki, spirtli içkilər içmişdir. Həmin gün onu polis bölməsinin müvəqqəti saxlama yerində saxlamışlar. Ertəsi gün onu polis rəisinin otağına gətirmişlər. Polis əməkdaşı olan şəxslər orada ona 2 il qabaq əllərindən “sürüşüb çıxdığını”, indi üzərindən və evindən narkotik vasitə, üstəlik də evindən silah da aşkar edildiyini, indi onu heç kimin xilas edə bilməyəcəyini demişlər. Rəisin yanında həmin vaxt Şahid1 və dəri gödəkçə geyinmiş polis əməkdaşı da olmuşdur. Rəisin dəri gödəkçə geyinmiş polis əməkdaşından onun işi ilə bağlı nədənsə narazı olduğunu görmüşdür. Sonra polis əməkdaşları onun sidiyinin yenidən analizdən keçməsini tələb etmişlər. O da narkoloji analizi qəbul edən həkimdən onun sidiyindən nümunə olan qabı onun öz yanında yoxlamağı tələb etmiş, hətta orada bir az səs-küy də salmışdır. Amma yoxlama onun yanında olmamışdır. Bir az keçəndən sonra tamam fərqli bir həkim, yəni ilk dəfə ondan analiz götürən deyil, başqa bir həkim gəlib ona “Çox da özündən əmin olma, sənin sidik analizində tiryəkdən istifadə etdiyin aşkar olundu” sözlərini demişdir. O da həmin həkimə “necə olur ki, bir gün əvvəl sizin öz kolleqanız olan bir həkim mənim sidiyimi analiz edib mənim narkotik istifadəçisi olmadığımı deyir, amma siz mənim tiryəkdən istifadə etməyimi deyirsiniz” deyə bildirmişdir. Sonra polis əməkdaşları onu yenidən müvəqqəti saxlama yerinə gətirmişlər. O saxlanıldığı ilk dəqiqədən özü üçün vəkil tələb etsə də, polislər onun vəkilin hüquqi yardımından istifadə etməyinə imkan verməmişlər. O hətta telefonunda bir neçə tanış olan vəkilin nömrəsi olduğunu, ona özü üçün vəkil çağırmağı demişdir. Amma onun müdafiə hüququnu polis əməkdaşları təmin etməmişlər. Heç istintaq getdiyi dövrdə də onun müdafiə hüquqları təmin edilməmişdir. Vəkilini yalnız məhkəmədə sanskiya məsələsinə baxılanda bir dəfə uzaqdan, bir dəfə də iş materialları yekunlaşanda görmüşdür. Bu iki dəfədən başqa o, vəkil görməmişdir. Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra onu Bakı İstintaq Təcridxanasına aparıb orada qeydiyyatdan keçirəndən sonra yenidən X14 müvəqqəti saxlama yerinə gətirmişlər. O, 1 həftə müvəqqəti saxlama yerində saxlanılmış, 8 gündən sonra yenidən Bakı İstintaq Təcridxanasına qaytarılmışdır. Polis əməkdalarının onunla olan qərəzi əslində başqa bir məsələ ilə bağlı olmuşdur. Belə ki, onun Maştağa qəsəbəsində böyük təsərrüfat təyinatlı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini X10 adlı şəxslə şərikli qaydada əkib-becəmişdir. Həmin torpaq sahəsində X11 adında bir fəhlə də işləmişdir. Elnurla Ədalət heç cür yola gedə bilməmişlər. Belə ki, Ədalət psixotrop maddələrdən istifadə etdiyinə görə çox əsəbi şəxs, Elnur isə çox zarafatcıl adam olmuşlar. Ona görə də onların bir-biriləri ilə olan zarafatları Ədaləti əsəbiləşdirmişdir. O isə özünə problemli insanlara iş görmək lazım olmadığını onlara demişdir. Elnura fəhlə kimi işləməyini artıq istəmədiyini, Ədalətə isə Elnurla aranlarında olan mübahisənin onun işinə təsir etdiyini, ona görə də onun torpaq sahəsini özünə qaytarmağı demişdir. 2017-ci ilin may ayının 19-da eşitmişdir ki, Ədalət Elnuru “Makarov” tipli silahdan atəş açıb güllələmişdir. Amma Ədalət həmin ərəfədə həbs edilməmişdir. Onu bu cinayətlə bağlı Sabunçu Rayon Polis İdarəsinə çağırmışlar. Polis İdarəsində ona guya onun Elnurun və Ədalətin arasını qızışdıran, onların arasında mübahisəyə səbəb olmuş şəxs olduğunu demişlər. O da rəis müavini Sadiq adlı şəxsə belə bir şey olmadığını bildirmişdir. Bundan sonra onu polis idarəsində vəhşicəsinə döymüşlər. O həmin ərəfədə maşın bazarından 15000 manata “Land Cruiser” markalı maşın almışdır. Rəisin otağında rəis ona “sən qudurmusan ki, 80000 manatlıq “Land Cruiser” maşın sürürsən”. O, polisin rəisinə həmin maşını 15000 manata aldığını bildirmiş və rəisə “sizin 10 sahə rəisiniz məni tək olaraq döyür, amma boynuma heç nəyi qoya bilmir. Siz dərs almamısınız ki, insanları döyəsiniz, dərs almışınız ki, baş verən cinayət işinin araşdırasınız” demişdir. Onun bu sözündən bərk əsəbiləşən rəis Sadiq adlı polis əməkdaşından “Nə qədər malın var?” deyə soruşmuş, Sadiq isə 350 qram heroini olduğunu bildirmişdir. Rəis ona işarə edib “götür bunu rayondan uzaqlaşdır, mən öz rayonumda belə bir adamı görmək istəmirəm” demişdir. Sonra polislər onu yenidən müvəqqəti saxlama yerinə gətirmişlər. Orada olanda Şahid1 ona yaxınlaşıb rəisə hörmət eləmək lazım olduğunu demişdir. O, Şahid1 nə demək istədiyini başa düşmüş, Samirə 3000 manatının olduğunu və ancaq o pulu verə biləcəyini demişdir. Samir isə 3000 manat deyil, onun 30000 manat verməli olduğunu bildirmişdir. O da Samirlə razılaşmış və onu buraxmağı, özünün gedib 30000 manat pulu tapıb gətirib verəcəyini demişdir. Samir onunla bir şərtlə razı olmuşdur ki, 3 günün tamamında o, 30000 manat pulu gətirib Samirə verməli, Samir də rəisə verməli olmuşdur. O, polis bölməsindən buraxılmış və gəlib dosttanışlarına başına gələn hadisəni danışmışdır. Dostları ona qarışmamağı, özləri bu məsələni həll edəcəklərini demişlər. Sonra dostlarından kimsə Baş İdarədən Sabunçu Polisinin rəisinə zəng edib lazımi tapşırıq vermişdir. Onun həmin məsələdə günahının olmadığı araşdırılmışdır. Hazırda onun CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunmağı bu məsələ ilə bağlıdır və qisas məqsədi ilə edilmişdir. O heç vaxt narkotik vasitələrin nə istifadəsi, nə satışı, nə də ki, dövriyyəsi ilə hər hansı şəkildə məşğul olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onun həyətində baxış zamanı baş verənləri anası, həyat yoldaşı, məhəllədən Tahir görmüş, həmin şəxslərdən ancaq anası gəlib dediklərini təsdiq edə bilər. 102 xidmətinin kameralarına baxış keçirilsə müşahidə etmək olar ki, o, tutularkən maşının birindən digərinə bir çanta ötürülür. 30000 manat pul ondan tələb ediləndə yanında yalnız polis əməkdaşları olmuş, özü tərəfindən olan bir insan belə orada olmamış, ona görə də o, bu gün dediklərini sübut edə bilmir. Onu “Məmmədyarov dairəsi”nə aparanda onun etirafı üçün göstərdikləri narkotik maddə heroin adi sellofanda olmuş, amma ona məxsus həyətdə olanda içində tərəzi, bayaqkı sellofan torba və tiryəki “aeroport çantası”nda gətirmişlər. O, həyat yoldaşının yatdığı yastığın altından narkotik maddə çıxaracaqları barədə təhlükənin reallığını dərk etmişdir deyə, polislərin dediyi kimi hər şeyi boynuna götürmüşdür. Mədəniyyət evinin qarşısında onu saxlayan polis əməkdaşlarından Şahid1 və digər şahid olan polis serjantını tanımışdır. Digərlərini nə adla, nə də vəzifəsi ilə tanımır. Dəri gödəkçəli polis əməkdaşının adını bilmir. Üzdən tanıyar. 09 markalı taksinin rəngi tünd qırmızı olmuşdur, nömrəsini bilmir. Onun sahibini tanımır. Ağ sedan formalı maşını “Məmmədyarov dairəsi”ndə görmüşdür. Nömrəsini bilmir. Narkotiklə olan sumkanın həyətə gətirilməsini anası görə bilər. Hal şahidləri gələndə narkotik vasitə artıq yerə salınmış və mis dəmir qabın içərisinə qoyulmuşdur. Narkotikin qoyulmasını hal şahidləri görməmişlər. Ailə üzvləri narkotik vasitənin qoyulmasını görə bilməzdi. Çünki arada məsafə olmuşdur. Onu birinci narkotest edən həkimi tanımır. Təqsirləndirilən şəxs məhkəmə istintaqındakı ifadəsində göstərdiyi xüsusatlara görə yaranmış zərurətlə əlaqədar olaraq məhkəmə baxışında cinayət işinin 1-ci cildinin 9 və 10cu vərəqlərində olan “Baxış və götürülmə haqqında” protokol, 11-ci vərəqində olan mənzildə baxış keçirilməsinə dair etirazın olmaması barədə ərizə, 17-ci vərəqində “Vəkil siyahısının təqdim edilməsi haqqında” protokol, 40-cı vərəqində olan şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi haqqında protokol, Təqsirləndirilən şəxs cinayət işinin 46-47, 59-60-cı vərəqlərində olan ifadələri elan edildi, təqsirləndirilən şəxsdən həmin sənədlərdəki imzaların ona məxsus olub-olmaması, istintaq zamanı verdiyi ifadələrini təsdiq edibetmədiyi soruşuldu. Təqsirləndirilən şəxs elan olunan sənədlərdən cinayət işinin 17-ci vərəqində “Vəkil siyahısının təqdim edilməsi haqqında” protokoldakı imza istisna olmaqla, digər sənədlərdə olan yazılar və imzaların ona məxsus olduğunu etiraf etdi. O, həmin yazı və imzaları müstəntiq Elxan Əfəndiyevin təzyiqi altında icra etdiyini bildirdi. İstintaq zamanı verdiyi ifadələrin heç birini təsdiq etmədi. Müstəntiq hədə-qorxu gəldiyinə görə o, məhkəmədə barəsində həbs qətimkan barədə məsələyə baxılarkən etirafedici ifadə verdiyini və hakimə ona görə təzyiq altında olduğunu demədiyini, eynilə həmin səbəbdən hakimə, prokurora şikayətlər yazmadığını bildirdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azəbraycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqa verdiyi və məhkəmə baxışında elan olunub tədqiq edilən ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitədən istifadə edir. Təxminən 2-3 ay əvvəl Fövqaladə Hallar Nazirliyinin Maştağa qəsəbəsində yerləşən yanğın söndürmə idarəsinin arxasından keçən zaman məişət tullantıları olan yerdə torba olduğunu görmüş və torba diqqətini çəkmişdir. Həmin torbani açan zaman görmüşdür ki, içərisində iki ədəd sellofan torbada içərisində qurudulmuş marixuana var, 3 ədəd yapşıqanlı lentlə bağlanmış başqa bağlamalar da olduğunu aşkar etmişdir. Həmin torbanı götürərək yaşadığı evə gəlmiş, evin həyətində yerləşən köməkçi otaqda torbanı açıb digər 3 ədəd yapışqanlı lentlə bağlanmış bağlara baxan zaman içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik maddə olduğunu aşkar edib bilmişdir ki, içərisində olan açıq qəhvəyi rəngli maddə narkotik vasitə heroindir. Həmin tapdığı narkotik vasitələri köməkçi otaqda ləyənin içərisinə qoyub rəfin ən üst mərtəbəsində gizlətmişdir. xx.xx.2019-cu il tarixdə maddi vəziyyəti pis olduğundan qərara gəlmişdir ki tapmış olduğu narkotik vasitədən satıb pul əldə etsin. Bundan sonra bir kibrit qutusuna marixuana qoyub əynində olan pencəyin cibinə qoyub evdən çıxmışdır. Saat təxminən 16:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi Mədəniyyət evinin yaxınlığında olan zaman iki nəfər mülkü geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu 14-cü PB-nə dəvət etmişlər. 14-cü PB-də üzərinə baxış keçirilmiş və pencəyinin sol cibindən kibrit qutusunda narkotik vasitə aşkar olunmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitəni tapdığını, eyni zamanda yaşadığı evin həyətində yerləşən köməkçi otaqda qalan hissəsini gizlətdiyini etiraf etmişdir. Bu barədə protokol tərtib olunmuş, daha sonra onun razılığı ilə yaşadığı ünvana getmişlər, evinin həyətindəki otağa hal şahidlərinin iştirakı ilə polis əməkdaşları baxış keçirmişlər və tapmış olduğu narkotik vasitə heroin və marixuana aşkar olunaraq götürülmüşdür, daha sonra yaşadığı evdən bir ədəd ona məxsus “Magnum” markalı ov silahı və həmin silaha məxsus 10 ədəd güllə aşkar olunaraq götürülmüşdür. “Magnum” markalı ov silahı və həmin silaha məxsus 10 ədəd gülləni bir neçə il əvvəl Rasim adlı şəxsdən güllələri ilə birlikdə almışdır, silahın heç bir sənədi yoxdur. Narkotik vasitəni təxminən 2-3 ay əvvəl Fövqaladə Hallar Nazirliyinin Maştağa qəsəbəsində yerləşən Yanğın söndürmə idarəsinin arxasından keçən zaman məişət tullantıları olan yerdən tapmışdır. Həmin narkotik vasitəni maddi vəziyyəti pis olduğu üçün sataraq gəlir əldə etmək üçün aparıb evlərində saxlamışdır (cild 1, iş vərəqi 46-47, 59-60). Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində müdafiəçisinin iştirakı ilə həbs qətimkan tədbiri seçilən zaman o, törətdiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, təxminən 3 ay əvvəl qeyd edilən narkotik vasitə və tərəzini bağlı halda yaşadığı evin yaxınlığında yerləşən zibilxanadan tapmış, evin həyətində yerləşən yarımtikilidə lazımsız əşyaların yanında gizlətmişdir. Bir neçə gün əvvəl ailə üzvünün xəstəliyi ilə bağlı maddi vəsaitə ehtiyacı olduğundan həmin narkotik vasitəni satıb gəlir əldə etmək niyyəti olmuşdur (cild 1, iş vərəqi 66-68). Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri məhkəmə zamanı araşdırılmış sübutlarla tam təsdiq olunduğundan həmin ifadələri sübut növü kimi qəbul edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, hazırda Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinin 22-ci bölməsində rəis müavini vəzifəsində işləyir. Polis mayorudur. 2010-cu ildən daxili işlər orqanlarında işləyir. Hadisə vaxtı Bakı şəhəri, Sabunçu Rayon Polis idarəsinin Cinayət Axtarış şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan Mütəllim adlı şəxsin narkotik maddələrin qanunsuz olaraq üstündə saxlaması, daşıması, qəbul etməsi və satışı barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sabunçu Rayon Polis idarəsinin Cinayət Axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Onlar birlikdə saat 16 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsinə getmişlər. Maştağa qəsəbəsində Mədəniyyət evinin yaxınlığında küçədə onlara verilmiş şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşıb, özlərini təqdim edərək həmin şəxsin şəxsiyyətini soruşduqda, həmin şəxs özünün Təqsirləndirilən şəxs Əmirləli oğlu olmasını bildirməsinə görə onu şübhəli şəxs qismində Sabunçu Rayon Polis idarəsinin 14-cü Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs kimi özünü təqdim etmiş şəxs etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü Polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoyazı aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli pencəyin sol yan cibindən bir ədəd kibrit qutusunda spesifik iyə malik qurudulmuş vəziyyətdə olan maddə aşkar edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, kibrit qutusunun içərisində olan qurudulmuş maddə narkotik vasitə marixuanadır, onu 2-3 ay əvvəl Maştağa qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Yanğın Söndürmə Mərkəzinin yaxınlığında zibillikdən tapmışdır. Mütəllim maddi vəziyyəti pis olduğundan həmin kibrit qutusunda olan narkotik vasitə marixuananı satmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Aşkar olunmuş kibrit qutusunun içərisində olan maddə qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və oxunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmiş və onlar ona görə də dərhal Babayevin evinə baxış keçirilməsini qərara alınmışdır. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 122 ünvanında yerləşən evin həyətində olan yarımtikiliyə baxış keçirilmişdir. Baxış zamanı taxta rəfin ən üst rəfində olan mis qabın içərisində 2 ədəd sellofan bağlamada qurudulmuş şəkildə kəskin spesifik iyə malik bitki, 3 ədəd yapışqanlı lentlə bağlanmış sellofan bağlamada içərisində açıq qəhvəyi rəngli heroin narkotik maddəsinə bənzər maddə, 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə uşaq otağında yataq dəstinin altında 1 ədəd “Magnum” markalı ov silahı, 10 ədəd patron aşkar olunaraq götürülmüşdür. Keçirilmiş baxışda aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr, 1 ədəd ov silahı patronlarla birlikdə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə daşıması, saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı şəxsən ona daxil olmuş, Təqsirləndirilən şəxs olduğu yeri və şəxsiyyətini müəyyənləşdirmiş, Mədəniyyət evinin qarşısında Mütəllimə yaxınlaşmış və onu polis bölməsinə dəvət etmişlər, Mütəllim də heç bir narazılıq etmədən onlarla birlikdə polis bölməsinə gəlmiş, Mütəllim özü evdə də narkotik vasitə olduğunu, narkotik vasitənin evinin həyətində yarımçıq tikilidə sağda rəflər olan yerdə olduğunu demiş, evində baxış keçirilən zaman Mütəllim özü “Ailə üzvlərimə deyin çölə çıxmasınlar, mən utanıram” demiş, aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, möhür və imzayla təsdiqlənmiş, özü şəxsən həmin zərfə imza etmişdir. Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, o, hazırda Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin Cinayət-Axtarış şöbəsində kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. Kiçik serjantdır. xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan Mütəllim adlı şəxsin narkotik maddələri qanunsuz olaraq üstündə saxlaması, daşıması, qəbul etməsi və satışı barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin vaxt Sabunçu Rayon Polis idarəsinin Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Onlar birlikdə saat 16 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsinə getmişlər. Maştağa qəsəbəsində Mədəniyyət evinin yaxınlığında küçədə onlara verilmiş şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşıb, özlərini təqdim edərək həmin şəxsin şəxsiyyətini soruşduqda, həmin şəxs özünün Təqsirləndirilən şəxs Əmirləli oğlu olmasını bildirmiş, Mütəllimi şübhəli şəxs qismində Sabunçu Rayon Polis idarəsinin 14-cü Polis bölməsinə dəvət etmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxs etiraz etmədən onlarla birlikdə 14-cü Polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli pencəyin sol yan cibindən bir ədəd kibrit qutusunda spesifik iyə malik qurudulmuş vəziyyətdə olan maddə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, kibrit qutusunun içərisində olan qurudulmuş maddə narkotik vasitə marixuanadır, onu 2-3 ay əvvəl Maştağa qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Yanğın Söndürmə Mərkəzinin yaxınlığında zibillikdən tapmışdır. Mütəllim maddi vəziyyəti pis olduğundan həmin kibrit qutusunda olan narkotik vasitə marixuananı satmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Aşkar olunmuş kibrit qutusunun içərisində olan maddə qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və oxunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmiş və ona görə də dərhal onun evinə baxış keçirilməsi qərara alınmışdır. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 122 ünvanında yerləşən evin həyətində olan yarımtikiliyə baxış keçirilmişdir. Baxış zamanı taxta rəfin ən üst rəfində olan mis qabın içərisində 2 ədəd sellofan bağlamada qurudulmuş şəkildə kəskin spesifik iyə malik bitki, 3 ədəd yapışqanlı lentlə bağlanmış sellofan bağlamada içərisində açıq qəhvəyi rəngli heroin narkotik maddəsinə bənzər maddə, 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə uşaq otağında yataq dəstinin altında 1 ədəd “Magnum” markalı ov silahı, 10 ədəd patron aşkar olunaraq götürülmüşdür. Keçirilmiş baxışda aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr, 1 ədəd ov silahı patronlarla birlikdə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, işktrakçılar tərəfindən ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Mütəllim adlı şəxsin şəxsiyyətini baş əməliyyat müvəkkili Şahid1 müəyyənləşdirmişdir. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, o, xx xxxxx 2019-cu il tarixdə 18 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən parkın yanından keçərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onların iştirakı ilə hansısa vətəndaşa məxsus evə onlar tərəfindən keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi xahiş etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və onlarla birlikdə həmin evə getmişdir. Onlar həyətə daxil olan kimi evin həyətində solda yerləşən köməkçi otağa daxil olmuşlar. Ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Köməkçi otağa adını sonradan tanıdığı həmin evin sahibi Təqsirləndirilən şəxs iştirakı ilə baxış zamanı taxta rəfin ən üst rəfində olan mis qabın içərisində 2 ədəd sellofan bağlamada ot, 3 ədəd sellofan bağlamada içərisində toz kimi maddə aşkar olunmuşdur. Sual-cavab zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin aşkar olunmuş maddələr və ot narkotik vasitələrdir. Həmin narkotik vasitələri bir neçə ay əvvəl Fövqaladə Hallar Nazirliyinin Maştağa qəsəbəsində yerləşən Yanğın Söndürmə idarəsinin arxasından keçən zaman məişət tullantıları olan yerdən tapmışdır. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə ikinci mərtəbədə olan otaqda 1 ədəd tüfəng silahı, 10 ədəd patron aşkar olunmuş və götürülmüşdür. Keçirilmiş baxışda aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr, 1 ədəd silah patronlarla birlikdə qablaşdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Əlizadə X6 Mütəllimin evindən həmçinin tərəzi aşkar edildiyini bildirdi. Şahid4 məhkəmədə ifadəsində göstərdi ki, o, x xxxxx 2019-cu il tarixdə günortadan sonra Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən el arasında “Çıldağ” deyilən ziyarətgahdan dostu Muradla birlikdə qayıdarkən maşını idarə edən dostu Murad onu Sabunçu rayonu Polis bölməsinin yaxınlığındakı dayanacağın yanında düşürmüşdür ki, oradan avtobusa minib evinə getsin. Dayanacaqda iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis kimi təqdim etmiş və bir nəfər şübhəli şəxsin evinə baxışda iştirak etməsini ona təklif etmişlər. O razılaşmış və həmin polis əməkdaşları birlikdə deyilən evə getmişdir. Onlar həyətə daxil olan kimi evin həyətində solda yerləşən anbar kimi yerə daxil olmuşlar. Ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Köməkçi otağa adını sonradan bildiyi həmin evin sahibi Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən baxış zamanı taxta rəfin ən üst rəfində olan dəmir qabın içərisində sellofan bağlamada içərisində toz kimi maddə aşkar olunmuşdur. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə ikinci mərtəbədə olan otaqda 1 ədəd ov tüfəngi aşkar olunmuş və götürülmüşdür. Keçirilmiş baxışda aşkar olunmuş narkotik vasitəyə bənzər maddə, 1 ədəd silah patronlarla birlikdə qablaşdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, hal şahidi kimi iştirakı təklif edən polislərdən biri formada, biri isə mülki geyimdə olmuş, baxış aparılan ünvana polislərin maşını ilə gəlmiş, Mütəllimin evinə daxil olanda axşamüstü olmuş, narkotik vasitəyə oxşar maddə evin həyətində anbar kimi yerdə, rəfin üzərindəki qabdan çıxmış, içəri daxil olanda Mütəllim anbar kimi yerdən özü narkotiki çıxarıb təhvil vermiş, Mütəllim tüfəngi özü təqdim etmişdir. Sənədlərə baxış keçirilən yerdə imza etmiş, sonra polis idarəsində öz əli ilə izahat da yazmış, daha sonra başqa bir gün yenə də müstəntiq tərəfindən çağırılmış və ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 məhkəmədə ifadəsində göstərdi ki, o, Narkoloji Dispanserdə həkim-narkoloq vəzifəsində işləyir. Sabunçu Rayon Polis idarəsinin müstəntiqi Əfəndiyev Elxanın göndərişi əsasında Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə narkoloji müayinəsini o, həyata keçirmişdir. Testin nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs götürülmüş sidiyin analizinin nəticələri mənfi, yəni narkotik vasitələrin istifadəçisi olmadığı aydın olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X15 bildirdi ki, müayinənin nəticələri saxlanılmır və sonradan atılır, vətəndaşın sidiyi öz yanında müayinə edilir, test həmin an nəticələri göstərir, tiryək ondan istifadə edəndən təxminən 5-6 saat sonra insanın sidiyində əks olunur, ən gec 5-7 gün insanın sidiyində qalır Mütəllimin gətirilməsini tam olaraq xatırlamır, Mütəllimin sidiyi öz yanında yoxlanılıb, Mütəllim narkotik vasitədən istifadə etdikdən sonra 5 saata kimi müayinəyə gətirilibsə, onun qanında narkotik çıxmaya bilərdi. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahid X22 məhkəmədə ifadəsində göstərdi ki, o, Narkoloji Dispanserdə həkim-narkoloq vəzifəsində işləyir. Sabunçu Rayon Polis idarəsinin müstəntiqi Əfəndiyev Elxanın göndərişi əsasında Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə narkoloji müayinəsini o, həyata keçirmişdir. Testin nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs götürülmüş sidiyin analizinin nəticələri müsbət, yəni narkotik vasitələrin istifadəçisi olduğu müəyyən edilmişdir. Mütəllimi müayinədən keçirəndə onun öz yanında testi etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X19 bildirdi ki, protokolu şəxsən özü tərtib etmiş, Mütəllimin təkrar müayinə olunduğunu bilməmiş, Mütəllimi kimin gətirdiyini bilmir, İlham adlı müvəqqəti saxlama yerinin rəisini tanımır, Mütəllimə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qab verilmişdir ki, o, sidik nümunəsi təqdim etsin, sonra test Mütəllimin öz yanında sidiyə salınaraq analiz edilmişdir. Təqsirləndirilən şəxs sidiyində aşkar edilən tiryək tərkibli narkotik vasitələrdir. Həmin narkotik vasitələrin mövcud xüsusiyyətinə görə onlardan istifadədən 5-6 saat sonra qanda və sidikdə öz əksini tapır. Birinci dəfə müayinə edilən zaman Mütəllimin sidiyində narkotik vasitənin çıxmamasının səbəbi kimi ehtimal edir ki, Mütəllim yəqin ki, tiryək istifadə etdikdən sonrakı 5-6 saat ərzində müayinə edilmiş, ona görə də onun sidiyində narkotik vasitə əks olunmamışdır. O, heç bir polis əməkdaşından göstəriş almamış və etdiyi müayinənin nəticəsinin səhv olma ehtimalı yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Əliyev Əliövsət Süleyman oğlu məhkəmədə ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs bibisinin nəvəsidir. Onlar Maştağa qəsəbəsində eyni küçədə yaşayırlar. Mütəllimin həmin küçədə həm evi, həm də istilikxanalarının olduğu torpaq sahəsi var. O, həmin küçədə yolun digər tərəfində yaşayır. Mütəllimin övladlarını öz şəxsi maşını ilə məktəbə aparıb-gətirir. Mütəllimin övladlarından biri səhər, biri isə günorta növbəsində oxuyur. Bunun müqabilində Mütəllim onun maşınına gündəlik benzin tökmüşdür. Mütəllim həbs olunan gün Tahir adlı qonşuluqda yaşayan şəxsə zəng etmişdir ki, gəlib həyətdəki kabeli düzəltsin. Həmin gün o, Mütəllimin uşaqlarını məktəbdən gətirməyə getmişdir. Anası ona saat 16:35 radələrində zəng edib Mütəllimin ikinci həyat yoldaşı Əzizova Sevincin zəng edərək Mütəllimi Sevincin yanında həbs edildiyini dediyini bildirmişdir. O, Mütəllimin uşaqlarını evə gətirib düşürmüş, özü də Mütəllimin istilikxanasının yerləşdiyi torpaq sahəsi olan həyətinə getmişdir. 5-10 dəqiqə keçmiş çölə çıxmışdır. Həmin vaxt saat artıq beş tamam, altıya işləmiş olarmış. O, həyətdə dayananda iki maşının gəldiyini görmüşdür. Biri böyük ağ rəngli Cip maşın, digəri isə qırmızı balaca maşın olmuşdur. Həyətdən içəri 3 nəfər mülki geyimli şəxslər daxil olmuşdur. Həmin şəxslərdən biri cüssəli insan olmuşdur. O, həmin şəxslərdən kim olduqlarını, içəriyə niyə belə ərklə girdiklərini soruşanda həmin adamlardan ikisi onun qollarından tutmuş, fiziki cəhətdən güclü olan şəxs isə onu vurmağa başlamışdır. Bu məqamda daha 3-4 nəfər polis əməkdaşı içəriyə daxil olmuşdur. Həmin həyətdə istilikxanada işləyən, heyvanlara qulluq edən 2-3 nəfər də işçi olmuşdur. Sonradan gələn polis əməkdaşlarının hərəsi həmin işçilərdən birini tutmuş, onları dizi üstə əlləri boynlarının arxasında saxlamışlar. Sonra həmin polis əməkdaşlarından balacaboy olan, buta formalı köynək geyinən şəxs ona yaxınlaşmış və onun Mütəllimin qohumu olduğunu, içəri giribçıxan adam olduğunu bildiklərini demiş, ikinci mərtəbədə malın yerini onlara göstərməyi təklif etmişdir. O, polislərə hansı maldan danışdıqlarını bilmədiyini və onlarda mal olmadığını, əgər malın yerini özləri bilirlərsə çıxıb özlərinin tapmasını demişdir. Sonra polislər onlarla yaşayış olan həyətə getməyi təklif etmişlər. Çıxanda Mütəllimin iki nəfər polis əməkdaşı ilə 09 markalı qırmızı maşında otuzdurulduğunu görmüşdür. Həyətə girən kimi polis əməkdaşları onunla yenidən kobud davranmağa başlamış və onu vurmuşlar. Sonra atası gəlmiş və atasının yanında ona heç bir təzyiq edilməmişdir. Onu və atasını həyətdəki qaraja salmışlar. Amma qarajın qapıları açıq olduğundan ordan hər şeyi görmüşdür. Bir azdan qonşu Tairov Tahiri onun yanına gətirmişlər. Daha sonra iki polis maşını gəlmiş və iki nəfər də həyətə girmişlər. Orada dayanan polislərdən biri o birindən axırıncı gələnlərin kim olduğunu soruşmuş, o biri polis əməkdaşları da onların “10 manatlıq şahidlər” olduğunu bildirmişlər. Sonra onlar küçəyə çıxmışlar, Mütəllimi ağ maşına, onu polis maşınına, qalan fəhlələri isə qarışıq maşınlara mindirib Sabunçu Rayon Polis idarəsinə aparmışlar. Saat 23:40-da onları buraxmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Əliyev Əliövsət Süleyman oğlu bildirdi ki, o, narkotik vasitənin əl damı deyilən yerdən çıxmasını görməmiş, Mütəllim qapıdan çıxarılanda el arasında “aeroport çantası” adlanan bir torbanın onun arxasınca banka-balon yığılan yerə aparıldığını görmüş, o, narkotik vasitənin aşkar edilməsini və torbanın içərisində nə isə olmasını görməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Mütəllim həbs olunan gün günorta saat 15:40 radələrində ona zəng edib həyətindəki kabeli düzəltməyi demişdir. İşdən çıxıb evə gələndə mağazaya girmiş, mağazadan çıxıb evə gedəndə yolda iki maşının onun yanından keçdiyini görmüşdür. Həmin maşınlardan biri ağ Cip markalı, digəri isə qırmızı 09 markalı maşın olmuş, məhəllədən tinə dönmüşlər. O, həmin yerə çatanda həmin maşınlar Mütəllimin yaşadığı evə tərəf girmişlər. Həmin vaxt 1 oğlan əlində avtomatla maşının baqajından nə isə sumka götürmüşdür. O, evə gedib 10 dəqiqə sonra Mütəllimin həyətinə gəldikdən sonra həyətdə adamların dayandığını görmüşdür. O, həyətə daxil olub nə baş verdiyini soruşanda həyətdə olan mülki geyimli şəxslərdən biri ona əl-qol atmış və onu vurmağa başlamışlar. Sonra polislər onu Mütəllimin öz yaşadığı evin olduğu həyətə gətirmişlər. Polislər ondan “malın harada olduğunu” soruşmuşlar. O isə heç bir şeydən xəbəri olmadığını bildirmişdir. Onu qarajda dayanan 2 nəfərin yanında saxlamışlar. Sonra 2 nəfər də həyətə daxil olmuş, polislər öz aralarında həmin şəxslərin “10 manatlıq şahid” olduqlarını danışmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X17 bildirdi ki, o, maşının yanından keçəndə bir polis əməkdaşının əvvəl gördüyü maşından 1 çanta götürdüyünü və əlində avtomat olduğunu görmüş, çantanı polisin əlində 15 saniyə ərzində görmüş, polis əməkdaşının çantanı hara qoyduğunu o, görməmiş, çanta bükülü vəziyyətə olmuş, həmin çantanın oxşarını Mütəllimin video çəkilişini televiziyada olanda görmüş, polisin əlində çanta tam bükülü vəziyyətdə, amma televizorda göstəriləndə çanta tam açıq vəziyyətdə olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə o, 2008-ci ildə ailə həyatı qurmuşdur. 2 övladları var. Bir müddət sonra boşanmışlar. Amma sonradan yenidən barışmış və hadisə baş verən günədək nikahsız birlikdə yaşamışlar. Onlar Mütəllimin qardaşının evində, yəni Maştağa qəsəbəsi, Xanlar massivində yaşamışlar. 2019-cu ilin aprel ayının 9-da evə bazarlıq etmək üçün Mütəllimdən pul almış və övladları ilə birlikdə mağazaya getmişdir. Sonra Mütəllimə zəng edib gəlib onu və uşaqları evə aparmasını demişdir. Mütəllim öz maşını ilə gəlmiş, o, uşaqları maşına əyləşdirmiş, aldığı malları maşına qoymuşdur. Özləri də maşında əyləşən kimi 1 nəfərin bədəninin tam yarısına kimi Mütəllim oturan tərəfdən maşına daxil olduğunu görmüş və həmin adam Mütəllim kimi gövdəli insanı yarıbükülü vəziyyətdə maşından çıxarmışdır. Uşaqlar ağlamağa başlamışlar. Sonra Mütəllimin qırmızı rəngli maşına otuzdurulub aparıldığını görmüşdür. Orada kənd sakini olan taksiçilərdən biri onu öz evinə gətirmişdir. Aldığı ərzaqları evə qoyub uşaqları ilə birlikdə Mütəllimin anasının yaşadığı evə gəlmişdir. Mütəllim onunla ayrılandan sonra başqa bir qadınla ailə qurub deyə Mütəllim həm də həmin qadınla və anası ilə birlikdə həmin evdə yaşamışdır. O, həyətə keçməsə də, kənardan baxıb onları maşında saxlayan balacaboy oğlanla o biri bir az kök olan oğlanın, eyni zamanda digər polis əməkdaşlarının da həyətdə olmasını, habelə Mütəllimin uzaqdan həyətdə olduğunu görmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X5 bildirdi ki, Mütəllim istixanada pomidor və xiyar əkməklə məşğul olmuş, Mütəllimin narkoitik vasitələrin istifadəsi ilə məşğul olmasını, həmçinin evlilik müddətində heç vaxt Mütəllimin hansısa pis vərdişini görməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 məhkəmədə ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs sinif yoldaşı kimi tanımışdır. Özü barəsində Sabunçu Rayon Polis idarəsində cinayət işi açılmış və həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət almışdır. O,uşaqlıqdandostluqetdiyi, birlikdəməktəboxuduğu, SabunçurayonununMaştağaqəsəbəsindəyaşamışBabayevMütəllimƏmirəlioğlunagörətutulm uşdur. Beləki, Mütəlliminatasıvəqardaşılapəvvəllərxüsusiləağırcinayəttörətməyəgörəömürlükcəzayaməhku medildiyindənonlarınailəsinəzarətdəolmuşdir. Mütəllimbirneçəyerdəticarətobyektlərinəsahibolmaqlayaxşımaddiimkanlaramalikbirşəxsolm uşdur. O, Mütəllimin narkotik vasitələrin istifadəçisi və satıcısı olmasına inanmır. Hətta o, içki içəndə də Mütəllim onu danlamışdır. O, tutulanda Sabunçu Rayon Polis idarəsinin rəisi Eldar İlyasov ona, guya Mütəllimin ona bir neçə qanunsuz işlər görmək, yəni Mütəllimin guya ona adam öldürmək sifarişi verməsi barədə Mütəllimin əleyhinə ifadə verməyi təklif etmişdir. O isə Mütəllimin əleyhinə ifadə verməkdən imtina etmişdir. Buna görə ona fiziki və psixoloji təzyiqlər edilmişdir. Amma o, yenə də Mütəllimin əleyhinə ifadə verməmişdir. Polis əməkdaşları yalandan guya onun Razin qəsəbəsində narkotik vasitə əldə edib satmağı barədə yalan ifadələr yazmış və onu həmin ifadəni imza etməyə məcbur etmişlər. Bir faktı da qeyd edir ki, o, Sabunçu Rayon Polis idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs evində və üzərində keçirilən baxışda, eyni zamanda narkotik vasitənin aşkar edilməsində və götürülməsində iştirak etməmişdir. Bununla yanaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)- 11/2020 saylı cinayət işi üzrə hökmündən görünür ki, bu iş üzrə verdiyi ifadədən fərqli olaraq, şahid X7 həmin iş üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, onun fikrincə o, uşaqlıqdan dostluq etdiyi, birlikdə məktəb oxuduğu, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşamış Təqsirləndirilən şəxs görə tutulmuşdur. Belə ki, Mütəllimin atası və qardaşı lap əvvəllər xüsusilə ağır cinayət törətməyə görə ömürlük cəzaya məhkum edildiyindən onların ailəsi nəzarətdə olmuşdur. Mütəllim bir neçə yerdə ticarət obyektlərinə sahib olmaqla yaxşı maddi imkanlara malik bir şəxs olmuşdur. xx xxxxx 2019-cu il tarixdə, yəni o, tutulduğu gün Təqsirləndirilən şəxs də narkotik vasitələrlə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutulduğunu Sabunçu RPİ-də olarkən öyrənmişdir. Onun Mütəllimdə aşkar olunan narkotik vasitə ilə heç bir əlaqəsi olmamış, ondan hansı növdə, hansı miqdarda narkotik vasitə götürülməsini bilməmişdir. O, Mütəllimi sonuncu dəfə tutulmazdan təxminən 10 gün əvvəl görmüşdür (cild 2, iş vərəqi 136-151). Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilən şahidlər X5, Əliyev Əliövsət Süleyman oğlu,X2 Rəfael Oktay oğlunun məhkəmə istintaqında verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlərməhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə qohumluq, dostluq, qonşuluq və uzun müddət şəxsi münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüşlər və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilmə və götürülmə barədə xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin 14-cü Polis bölməsində üzərində olan əşyaları masanın üzərinə qoymaq təklifinə Təqsirləndirilən şəxs əynində olan göy rəngli pencəyinin sol yan cibindən 1 ədəd kibrit qutusunda spesifik iyə malik, qurudulmuş vəziyyətdə olan maddəni təqdim edərək bildirmişdir ki, onun təqdim etdiyi maddə marixuana kimi tanıdığı narkotik maddədir, həmin maddəni 2-3 ay əvvəl FHN-in Maştağa YMN-in yaxınlığında zibillikdən taparaq satmaqla maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə götürmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, yaşadığı ünvanda yardımçı tikilidə narkotik vasitə olan marixuana və heroin, həmçinin evində ov silahı və onun 10 ədəd patronu vardır (cild 1, iş vərəqi 9-10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi, ev 122 ünvanda baxış keçirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, yardımçı tikilinin otağında taxta rəflərin ən üst hissəsində mis qabda dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitə olan 3 (üç) ədəd sellofana bükülmüş qurudulmuş vəziyyətdə marixuana, heroin, həmçinin tərəzi vardır. Mis qaba baxış zamanı şəffaf rəngli sellofanda spesifik iyə malik qurudulmuş marixuana bitkisinə bənzər ot, digər sellofanda isə 3 ədəd skoçla bağlanmış, bıçaqla kəsdikdə içərisindən açıq qəhvəyi rəngli maddə və 1 ədəd elekton tərəzi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məlumatı əsasında evin uşaq otağında çarpayının altından 1 ədəd ov silahı və patronları aşkar edilmişdir. Aşkar edilmiş əşyalar müvafiq qaydada qablaşdırılaq möhürlənmiş və götürülmüşdür(cild 1, iş vərəqi 12-14). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videodisklərə baxış keçirilməsi barədə xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü Polis bölməsində üzərinə baxış keçirilməsi, habelə yaşadığı evin həyətində yerləşən köməkçi otağa keçirilən baxış zamanı videoyazılar qeyd edilmiş DVD disklərə müstəntiq tərəfindən baxış keçirilmişdir. Polis bölməsində aparılmış baxışın qeyd edildiyi görüntülərdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli pencəyinin sol yan cibindən 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilir. Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün içərisindəki marixuanadır, 2-3 ay əvvəl Maştağa qəsəbəsində məişət tullantıları olan yerdən tapmışdır. 2-ci diskdəki videoyazılardan görünür ki, baxış zamanı rəfin üstündə ləyənin içərisində çantada 2 ədəd sellofan torbanın içərisində qurudulmuş şəkildə marixuana, 1 ədəd elektron tərəzi, 3 ədəd skoçla bağlanmış bağlamada narkotik vasitə heroin aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitələri 2-3 ay əvvəl FHN-in yanğın söndürmə məntəqəsinin yaxınlığında məişət tullantıları atılan yerdən taparaq yaşadığı evə apararaq gizlətmiş və maddi vəziyyəti pis olduğundan xx.xx.2019-cu il tarixdə narkotik vasitədən bir kibrit qutusuna dolduraraq satmaq məqsədilə cibinə qoyub evdən çıxmış və polis əməkdaşları tərəfindən saxlanmışdır(cild 1, iş vərəqi 93-94). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli 928 saylı rəyindən görünür ki:
1. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs evində olan yardımçı otaqdan aşkar edilib götürülmüş...” sözləri yazılmış sintetik çantada skoçla bağlanmış polietilen torbanın içərisində iki ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 55,0 qram və 49,017 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsualla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi -104,017 qramdır.
2. Tədiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi: 5,695 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.
3. Tədqiqata təqdim olunmuş bir ədəd zərfdə və bir ədəd çantada olan marixuanalar tərkibinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 31-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 9291 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs evində olan yardımçı otaqdan aşkar edilib götürülmüş narkotik vasitəyə oxşar maddələr...” yazısı olan torbadakı, 3 (üç) ədəd polietilen bağlamada, ümumi təmiz çəkisi 3200qr (3 kq 200 qr) olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs götürülmüş 3 (üç) ədəd bağlamada olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 35-39). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 832 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 98-99). Məhkəmənin qərarı ilə keçirilmiş təkrar məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2634 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin formalaşmasını, həmçinin narkomaniya xəstəliyini xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 27-28). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 9824 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış, 12 kalibirli, zavod üsulu ilə istehsal olunmuş “18-111” №-li, “Magnum Mod 701 SP” modelli, daxili çaxmaqlı, hamar (yivsiz) tək lüləli odlu ov tüfəngidir, sazdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 10 (on) ədəd patron 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) oldu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış patronlardır və istifadəyə yararlıdırlar. Aparılmış tədqiqatın dəyəri 40 (qırx) manat təşkil edir (cild 1, iş vərəqi 100-102). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, 1/1923 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:15 dəqiqədə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onun sidiyində narkotik və ya digər maddələrin izləri aşkar edilməmişdir (cild 2, iş vərəqi 83-84). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, 1/1938 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10 dəqiqədə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onun sidiyində OPİ (tiryək) aşkar olunmuş, sərxoşluq əlamətləri olmadan narkotik və ya digər maddələrin bioloji obyektlərdən müəyyən edilməsi faktına dair rəy verilmişdir (cild 1, iş vərəqi 49). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin xx.xx.2019-cu il tarixli, 073-33-453-1219 saylı məktubuna əlavə edilmiş sənədlərin surətindən görünür ki, Babayev X3 RPİ-in müvəqqəti saxlama yerində saxlanılan zaman xx.xx.2019-cu il tarixdə saat 21:40 dəqiqədən saat 22:40 dəqiqəyə kimi, xx.xx.2019cu il tarixdə saat 10:15 dəqiqədən saat 14:20 dəqiqəyə kimi, xx.xx.2019-cu il tarixdə saat 15:00 dəqiqədən saat 15:25 dəqiqəyə kimi, xx.xx.2019-cu il tarixdə saat 12:35 dəqiqədən saat 13:15 dəqiqəyə kimi, xx.xx.2019-cu il tarixdə saat 12:00 dəqiqədən saat 12:47 dəqiqəyə kimi, xx.xx.2019-cu il tarixdə saat 10:30 dəqiqədən saat 11:30 dəqiqəyə kimi, xx.xx.2019-cu il tarixdə saat 10:20 dəqiqədən saat 12:30 dəqiqəyə kimi müdafiəçi X12 onunla aparılan istintaq həkətlərində iştirak etmişdir (cild 2, iş vərəqi 13-25). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 5(008)91/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis idarəsinin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” xx.xx.2019cu il tarixli qərarı qanuni hesab edilmişdir (cild 2, iş vərəqi 48-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 200-19 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sabunçu RPİ tərəfindən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvan 3 saylı ünvanda yerləşən evinə baxış keçirilməsi haqqında rayon prokurorluğuna müvafiq qaydada məlumat verilmiş və zəruri sənədlərin surəti prokurorluğa göndərilmişdir (cild 2, iş vərəqi 163-182). CinayətişinəəlavəedilmişAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünürki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsi, 15,94-cü maddəsinin 1,3,4,6 və 8-ci bəndləri, 102-ci maddəsinin 1-ci hissəsi, 88-1-ci maddəsi ilə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 96-97). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edildiyi xx.xx.2008-ci il tarixdən 8 ildən çox vaxt keçdiyindən, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evində olan köməkçi otaqdan və üzərindən götürülmüş təmiz çəkisi 109,712 qram olan kustar üsulla hazılanmış narkotik vasitə marixuanadan tədqiqata 0,15 qram sərf edildikdən sonra qalıq qalan, ümumilikdə 109,562 qram narkotik vasitə marixuana və ümumi təmiz çəkisi 3200qr (3 kq 200 qr) olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindən tədqiqata 0,2 qram sərf edildikdən sonra qalıq çəkisi 3199,8 qram olan narkotik vasitə heroin, eləcə də bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 103-106). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin 14-cü Polis bölməsində və Təqsirləndirilən şəxs yaşadığı ünvanda keçirilən baxış zamanı qeydə alınmış video görüntülər olan 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 108-114). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəyə görə əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 108-114). İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 (dörd) azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 157-161). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, marixuana qurudulmuş halda 5 qrama qədər şəxsi istehlak miqdarı, 500 qram və ondan yuxarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından 21000 dəfədən (3200 qram/0,15 qram=21333), qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından 21 dəfədən də artıqdır (109,712 qam/5 qram=21,9). Bu səbəbdən, habelə Təqsirləndirilən şəxs ibtidai istintaqa narkotik vasitələri əldə etməkdə məqsədinin satış olmasını və iş üzrə sair sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, təqsirlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-ProsessualMəcəlləsinin 44.1cimaddəsinintələbinəgörə, məhkəməbaxışıgedişindətədqiqolunmuşsübutlarınməcmusunaəsasəntəqsirləndirilənşəxsin cinayətdətəqsirimüəyyənedilərsə, məhkəməittihamhökmüçıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağın olmasını AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 59.1.4-cümaddəsinə əsasən onun cəzasınıyüngülləşdirənhal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 61.1cimaddəsində nəzərdə tutulmuş cəzanıağırlaşdıranhallaryoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində xx.xx.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 7, 66-68). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və SabunçuRPİ-ninmaddi sübutlarısaxlamakamerasında saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 109,562 qram olan narkotik vasitə marixuana, ekspert tədqiqatından sonra qalıq çəkisi 3199,8 qram olan narkotik vasitə heroin, eləcə də bir ədəd elektron tərəzi məhv edilməli, video görüntülər olan 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxış zamanı evindən götürülmüş bir ədəd zavod üsulu ilə hazırlanmış, 12 kalibirli, zavod üsulu ilə istehsal olunmuş “18-111” №li, “Magnum Mod 701 SP” modelli, daxili çaxmaqlı, hamar (yivsiz) tək lüləli odlu ov tüfəngi və 10 (on) ədəd patron iş üzrə ittihamın mahiyyəti üzrə həll edilməsi üçün hər hansı sübut əhəmiyyətinə malik deyillər. İbtidai istintaq orqanı həmin əşyaların Təqsirləndirilən şəxs tərəfindən qanuni əsaslarla əldə etməsini tam araşdırmalı və həmin predmetlər üzrə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən tüfəng və patronlarla bağlı məsələnin həll edilməsi Bakı şəhəri Sabunçu RPİ-yə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 243 (iki yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - SabunçuRPİ-ninmaddi sübutları saxlama kamerasında saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 109,562 qram olan narkotik vasitə marixuana, ekspert tədqiqatından sonra qalıq çəkisi 3199,8 qram olan narkotik vasitə heroin, eləcə də bir ədəd elektron tərəzi məhv edilsin; - Video görüntülər olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs baxış zamanı evindən götürülmüş bir ədəd zavod üsulu ilə hazırlanmış, 12 kalibirli, zavod üsulu ilə istehsal olunmuş “18-111” №-li, “Magnum Mod 701 SP” modelli, daxili çaxmaqlı, hamar (yivsiz) tək lüləli odlu ov tüfənginin və 10 (on) ədəd patronun Təqsirləndirilən şəxs tərəfindən qanuni əsaslarla əldə edilib-edilməməsinin araşdırılması və həmin predmetlər üzrə qərar qəbul edilməsi məsələsi Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsəraziüzrənarkolojidispanserdəqeydiyyatagötürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 243 (iki yüz qırx üç) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu(Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı ApellyasiyaMəhkəməsinəapellyasiyaşikayətivəapellyasiyaprotestiveriləbilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.