Məhkəmə qərarları › İş №1(101)-102/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-102/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-102/2022 27.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X13 və X11, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və “PRO BONO” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib özündə saxlayaraq daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan yerdə və tarixdə naməlum şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, xalis çəkisi 5,428 (beş tam mində dörd yüz iyirmi səkkiz) qram olan narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 3,234 (üç tam mində iki yüz otuz dörd) qram olan psixotrop maddə metamfetamini əldə edib saxlamış, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanışı X4 üçün sonuncuya məlumat vermiş, X14 ilə pulun sonradan ödənilməsi şərti əsasında razılaşaraq görüş yeri və vaxtı təyin etdikdən sonra saxladığı həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsinə qədər daşımış, 03 aprel 2020-ci il tarixində təxminən saat 19 radələrində X14 ilə həmin yerdə görüşərək qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sonuncuya satmış, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsində X8 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş 5,428 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş 3,234 qram psixotrop maddə metamfetamin aşkar edilərək X7 götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, əvvəllər fərdi əməklə, daha sonra pandemiya ilə əlaqədar olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Tutulduğu vaxtdan təxminən 1 il əvvəl narkotik vasitə qurudulmuş marixuana istifadə etməyə başlamışdır. Bir-iki dəfə narkotik vasitə heroindən tüstüsünü nəfəslə çəkmək yolu ilə istifadə etmişdir. Tutulduğu vaxtdan təxminən 6-7 ay əvvəl narkotik maddə istifadə etməyi dayandırmışdır. Göyçəli Şirxanı uşaqlıqdan tanımış və qonşu olmuşlar. Şirxanla münasibəti normal olmuş, aralarında narazılıq olmamışdır. Sonradan Şirxanın narkotik maddələrin satışı ilə məşğul olduğunu öyrənib onunla münasibətini kəsmiş və ondan yaşadığı küçədə narkotik vasitə satmamasını tələb etmişdir. Təxminən 8 ay əvvəl Şirxanın narkotik maddələrdən istifadə etdiyinə görə polis tərəfindən tutulduğunu öyrənmişdir. O, Şirxana heç bir narkotik maddə satmamışdır. Şirxan narkotik maddələrin satışı ilə məşğul olduğu üçün əvvəllər Şirxandan narkotik maddələr almışdır. Şirxan həmin narkotik maddələri əvvəlcə küçədə, sonralar öz yaşadığı evin pəncərəsindən satmağa başlamış və bunun üçün evdən çıxmamışdır. Bu isə onu əsəbiləşdirmişdir. O, narkotik maddə istifadə etməyinə baxmayaraq yaşadığı evin yaxınlığında Şirxanın narkotik satmağını istəməmişdir. Çünki küçəyə narkotik istifadəçiləri yığışmışlar. Bu səbəbdən Şirxandan bu hərəkətlərini dayandırmağı tələb etmişdir. Şirxan əvvəlcə onunla razılaşmış, lakin təxminən 10 gün sonra məhəllədə gedən danışıqlardan o, Şirxanın hələ də bu hərəkətlərinə davam etdiyini və gizlin narkotik maddə satdığını başa düşmüşdür. Bir neçə gün sonra yaşadığı evin yaxınlığında Şirxanla mübahisəsi yaranmışdır. Şirxana bu barədə bildirdikdə, Şirxan özünün polislər tərəfindən axtarıldığını demiş, haraya getdiyini demədən çıxıb getmiş, təxminən 10-15 gün sonra Şirxan yenidən məhəlləyə qayıtmışdır. Şirxan artıq öz evində deyil, həmin ərazidə başqa evdə yaşamışdır. O, hələ də Şirxanın narkotik vasitələrin satışına davam etdiyini bilsə də, bunu görmədiyi üçün reaksiya verməmişdir. Şirxanla ümumiyyətlə münasibəti pozulmuşdur. 2020-ci ilin aprel ayında Şirxanın polis tərəfindən tutulduğu gün işdən qayıdıb evə gəlmiş, saat 20 radələrində yaşadığı evin həyətyanı sahəsində dostları Yusif və Amid ilə əyləşib çay içmişlər. Təxminən 1 saat sonra küçədən səs-küy səsi, “polislər gəliblər” sözünü eşitmiş, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmışlar. Şirxanın anası Ceyran xala polis əməkdaşlarının gəlib Şirxanı narkotik maddələrlə əlaqədar tutub apardıqlarını demişdir. Onlar yaşadığı evə qayıdıb istirahətlərinə davam etmişlər. O, polis əməkdaşları tərəfindən tutulduğu gün səhər saatlarında bacısı Turanın yaşadığı Xırdalan şəhərində yerləşən evində olmuş, anası Təranə onunla telefon əlaqəsi saxlayaraq bir gün əvvəl gecə polis əməkdaşlarının yaşadıqları həyətə gəlib onu axtardıqlarını demişdir. Həmin polis əməkdaşları anasına onun narkotiklərlə bağlı axtarıldığını demiş və evlərinə baxış keçirmişlər. Anası onun narkotikdən istifadə etmədiyini, hətta müalicə olunduğunu bildirsə də, polis əməkdaşları onun polis şöbəsinə gəlməyini və orada aydınlaşdırmağı istəmişlər. Bundan sonra dayısı oğlu Teymura "whatsapp” tətbiqetməsində yazıb birlikdə 12-ci Polis şöbəsinə getməyi xahiş etmiş və baş verənləri danışmışdır. Saat 17 radələrində o, 12-ci Polis şöbəsinə gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onunla Şirxan arasındakı telefon yazışmalarının məzmunu onun Şirxana olan borcu və narkotik vasitələri Şirxandan almağı barədə olmuş, istifadəsində (055)387-71-46 və (055)441-88- 23 saylı telefon nömrələri olmuş, hər iki nömrə ilə Şirxanla yazışmışdır. O, müstəntiqə verdiyi ifadələrdə əlavə olaraq ***-**-** və ***-**-** saylı mobil nömrələr barədə də məlumat vermiş, lakin həmin nömrələr o, Rusiyaya getdiyi və uzun müddət istifadə etmədiyi üçün aktiv olmamışdır. O, əvvəllər narkotik vasitəsi istifadəçisi olmuş, lakin heç vaxt satışı ilə məşğul olmamışdır. O, Şirxandan narkotik vasitə heroin, marixuana, metamfetamin almış, az miqdarda aldığı narkotik vasitəyə görə Şirxana 10 manat pul vermişdir. Sonuncu dəfə Şirxanın tutulduğu vaxtdan 1 ay əvvəl Şirxandan narkotik vasitə heroin almışdır. Telman adlı şəxs onların qonşuluğunda kirayədə yaşamış, narkotik vasitələrin satışı ilə məşğul olmuş, xüsusən də Şirxana narkotik vasitələr satmışdır. Telman narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə sonuncunu kirayədən çıxarmışlar. O, Telmandan narkotik vasitə almamışdır. Şirxan saxlanıldıqdan sonra Şirxanın anası onu Telmanın yoldan çıxardığını və tutdurduğunu bildirmiş, onlar Telmanın olduğu yeri öyrənmiş, Telmanı saxlamaq üçün Zabrata getmişlər, lakin qaçdığı üçün Telmanı tapa bilməmişlər. Bu hadisədən bir müddət sonra Şirxanın anası onun Şirxanla mübahisəsinin olduğunu əsas gətirərək Şirxanı onun tutdurduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə uşaqlıq vaxtından dost olmuşdur. Daha sonradan aralarında olan mübahisəyə görə dostluqları pozulmuş və onların arasında ədavət yaranmışdır. Onların arasındakı düşmənçiliyə Xəzərin qız dostu, daha sonradan isə narkotik səbəb olmuşdur. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, hazırda cəzasını çəkir. Məhkum olunmamışdan əvvəl Xəzərlə arasındakı sonuncu mübahisə narkotik üstündə olmuşdur. Belə ki, Xəzərin özü də narkotik vasitədən istifadə etməsinə baxmayaraq Xəzər ondan narkotik vasitələri istifadə etməməyini tələb etmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. O, bölmədə olanda bir tanışı ona “bu sənədə imza et, səni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklər” demiş, lakin daha sonra o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmişdir. O, özünün Xəzərin şikayəti əsasında tutulduğunu düşünmüşdür. Təqsirləndirilən şəxslə əvvəlcədən ədavəti olmuş, daha sonra da Xəzərin onun valideynlərinin üzərinə getdiyini öyrəndikdən sonra Xəzərdən intiqam almaq istəyi olmuşdur. Ona görə də ibtidai istintaqda Xəzəri tutdurmaq üçün yalan ifadə vermişdir. Daha sonradan ona Xəzərin onu tutdurmadığı məlum olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq X14 bildirdi ki, o, polis əməkdaşları tərəfindən 3 aprel tarixində evində tutulmuş və evində heroin və metamfetamin aşkarlanmışdır. O, narkotik vasitələri tanımadığı şəxsdən yaşadığı evə yaxın yerdən əldə etmişdir. O, özünün təqsirləndirildiyi məhkəmə iclasında ifadə verəndə narkotik vasitələri Xəzərdən aldığını bildirmişdir. O, təqsirləndirildiyi məhkəmə iclasında narkotik vasitələri Xəzərdən aldığı barədə yalan ifadə vermişdir. İbtidai istintaq zamanı müstəntiq Xəzər barəsində belə ifadə verməyi üçün onu məcbur etmişdir. O, istintaq təcridxanasında olarkən ona ifadəsini dəyişdirəcəyi halda məsuliyyətə cəlb ediləcəyi bildirildiyi üçün ifadəsini inkar etməmişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitə verməmiş və satmamışdır. Xəzərlə onun arasında problem olduğuna görə ibtidai istintaqda belə ifadə vermişdir. Onu tutduranın Xəzər olduğunu düşündüyü üçün ibtidai istintaqda Xəzər barəsində yalan ifadə vermişdir. Müstəntiq öz təşəbbüsü ilə gəlib ondan Xəzər barəsində ifadə almışdır. O, telefon ustası işləmiş və Xəzərlə olan yazışmalarında Xəzərdən istədiyi 110 manat telefonla bağlı olmuşdur. Xəzər ondan narkotik vasitə alması ilə bağlı mesaj yazmamışdır. O, Xəzərlə birlikdə narkotik vasitə istifadə etməmişdir. O, İlyasın taksisi ilə harasa getməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadələrində X14 göstərmişdir ki, 03 aprel 2020-ci il tarixində təxminən saat 19 radələrində qonşusu Təqsirləndirilən şəxs onun xatırlamadığı mobil nömrəsinə zəng edib və onu küçəyə çağırmışdır. Xəzər ona özündə narkotik vasitə heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu demiş və ona verməyi təklif etmişdir. O, Xəzərdən nəyə görə bunu etdiyini, əvvəllər az çəkini belə pulsuz vermədiyini soruşduqda, Xəzər onun narkotik tələbatını ödəməkdə həmişə özünə köməklik etdiyi üçün bunu elədiyini bildirmiş və pulunu dərhal istəmədiyini demiş, pul məsələsini daha sonra öz aralarında həll edəcəklərini qeyd etmişdir. O, həqiqətən Xəzərə narkotik tələbatını ödəməkdə dəfələrlə kömək etmiş, Xəzər ondan narkotik maddə istədikdə, o, özündə olan narkotik vasitə heroindən və ya psixotrop maddə metamfetamindən Xəzərə vermiş, bunları pulsuz etmişdir. Çünki o, Xəzərlə uşaqlıqdan birlikdə böyümüşdür. Xəzərdən 01 ədəd şəffaf sellofan bükümündə olan “kakos” kimi tanıdığı narkotik vasitə heroini və 01 ədəd şəffaf sellofan bükümündə olan “şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamini götürüb yaşadığı evə daxil olmuşdur. Təxminən 1-2 saat sonra Xəzər zəng edib onu küçəyə çağırmış, o, bilmədiyi səbəbdən Xəzərə yalan deyərək evdə olmadığını bildirmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən tutularaq 12-ci Polis şöbəsinə gətirilmişdir. 12-ci Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmiş, bu zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində narkotik maddə heroin olan bükülünü və gödəkçənin həmin cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olan bükülünü təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Ümumiyyətlə, Xəzər müxtəlif mobil nömrələrdən ona zəng edib mesaj yazmışdır. Onun Təqsirləndirilən şəxs başqa Xəzər adlı tanışı yoxdur. Bu şəbədən o, yalnız uşaqlıq dostu Təqsirləndirilən şəxslə mobil telefon əlaqəsi saxlamışdır. Həmin yazışmalar da onunla Xəzər arasında olmuşdur. Güman edir ki, Xəzər narkotik maddələrin satışı ilə məşğul olduğu və bunu gizli saxlamaq üçün müxtəlif nömrələrlə onunla əlaqə saxlamışdır. Xəzərin konkret kimlərə narkotik vasitə satdığını bilmir. Xəzər narkotik maddələri öz yaşadığı evin yaxınlığında yerləşən “köhnə hamam” deyilən yerin qarşısında satmışdır. Əvvəldən razılaşmaya əsasən, Xəzər narkotik maddələri və çəkiləri hazırlayıb və həmin yerdə görüşərək vermişdir. Xəzər narkotik vasitə “kakos”un 1 qramını 50-60 manata, psixotrop maddə “şüşə”nin 1 qramını 70-80 manata satmışdır. Özünün polis əməkdaşları tərəfindən saxlanıldığı gün Xəzər onu mobil telefonla küçəyə çağırmış, o, yaşadığı evin qarşısına çıxmış, Xəzərlə görüşmüşdür. Ətrafda tanıdığı şəxslərdən yalnız qonşusu Mehman kişi olmuşdur. Mehman kişi öz yaşadığı evin qarşısında dayanmaqla Xəzərlə onu görmüşdür. O, Mehman kişiyə salam vermişdir. Mehman kişi də zarafatyana başını bulayaraq ona işarə etmişdir. Mehman kişinin Xəzərin ona narkotk maddə verdiyini görməsini bilmir. Üzərindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin Telman adlı şəxsdən aldığı barədə əvvəl verdiyi ifadələrinə aydınlıq gətirən X14 bildirmişdir ki, o, 12-ci Polis şöbəsində dindirilərkən ona həmin vasitələrin Telman adlı şəxsdən alması barədə ifadəsinə qeyd etməsi təklif edilmiş, o da buna etiraz etməmişdir. Xəzərin adını isə qeyd etməməsinin səbəbi kimi öz aralarında olan münasibəti özünün həll etmək istəməsi olmuşdur. Telman narkoti vasitəsi aludəçisi olsa da sonuncunun bu işlə ümumiyyətlə əlaqəsi olmamışdır. Telmanı Xəzər vasitəsilə tanımışdır (cild 1, iş vərəqi 136-137, 214- 216; cild 2, iş vərəqi 97-99). Məhkəmədə protokollar ona baxmaq üçün təqdim edilməklə verilən əlavə suallara cavab olaraq X14 bildirdi ki, protokollardakı imzalar və yazılar ona məxsusdur. O, Təqsirləndirilən şəxs qarşı əsəbi olduğu üçün ibtidai istintaqda yalan ifadə vermiş, məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Alixan oğlu ifadəsində göstərdi ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Mirsalehlı Xəzər də əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, daha sonra isə Xəzər onun müştərilərindən biri olmuşdur. Xəzərə göstərdiyi taksi xidmətinə görə sonuncunun ona 150-200 manat borcu yaranmış, buna görə də onların arasında mübahisə olmuşdur. Xəzər borcunu ödəmədiyinə görə o, Xəzəri polisə şikayət edəcəyi ilə hədələmişdir. O, Şirxanı yaxından tanımasa da, sonuncunu 1-2 dəfə görmüşdür. Belə ki, o, Xəzərlə Şirxanı 2-3 dəfə Bakıxanov qəsəbəsinə taksisi ilə aparmışdır. Onlar taksidən enib, bir müddət sonra isə geri qayıtmışlar. O, Xəzərdən narkotik vasitəni hədiyyə kimi almışdır və bunun qarşılığında Xəzər ondan heç nə tələb etməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 Alixan oğlu bildirdi ki, o, Xəzərlə Şirxanı Bakıxanov qəsəbəsi və Nərimanov rayonuna aparmış, Xəzər maşından endikdən sonra 5-10 dəqiqəyə geri qayıtmışdır. Xəzər həmin yerlərə 7-10 gündən bir getmişdir. Xəzərin həmin yerlərə nə üçün getdiyini bilməmişdir. Xəzərlə birlikdə marixuanadan istifadə etmiş, lakin Xəzər ona narkotik vasitə satmamışdır. Onda marixuana olduqda o, Xəzərə vermiş, Xəzərdə marixuana olduqda isə sonuncu ona vermişdir. Xəzər ona verdiyi narkotik vasitə qarşılığında heç bir şey tələb etməmişdir. Xəzər ona marixuana verdiyinə görə o, bəzən 10 manat xidmət haqqı yerinə Xəzərdən 5 manat almışdır. Xəzərin onun tanıdığı narkotik aludəçisı olan insanlara narkotik vasitələri satmasını eşitməmiş və görməmişdir. Narkotik vasitə istifadə etdiyinə görə ona inzibati cəza verilmişdir. Xəzər ona olan borcunu ödəmədiyinə görə Sabunçu rayon Polis İdarəsinə şikayət etmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilən ifadəsində Şahid3 göstərmişdir ki, təxminən 1 il əvvəl lizinq müqaviləsi ilə əldə etdiyi "Khazar Dena” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Xəzəri təxminən 2020-ci ilin mart ayından tanıyır. Xəzər Sabunçu qəsəbəsində yerləşən “köhnə hamam” adlanan yerin yaxınlığında yaşamışdır. Xəzərin anası yaşadıqları evin yaxınlığında ərzaq mağazası çalışdırır. Xəzəri bir dəfə taksi sürücüsü kimi müştəri qismində dediyi ünvana aparmış, beləcə tanışlıqları yaranmışdır. Bundan sonra Xəzər ona mütəmadi olaraq özü çağırdıqda taksi ilə lazımi ünvanlara çatdırmağı təklif etmiş, o, daimi müştəri əldə etmək üçün bu təkliflə razılaşmış və təxminən 1 ay ərzində bu formada işləmişdir. Daha sonra aralarında borc məsələsi yarandığı və Xəzər lazımi zəhmət haqqını vermədiyi üçün bu formada çalışmağı dayandırmışdır. O, həmin ərazidə yaşayan Şirxanı da tanıyır. Şirxanın Xəzər ilə tanışlığı olmuşdur. Şirxanı o, Xəzərə görə tanımışdır. O, Şirxanı bir neçə dəfə avtomobilində müştəri kimi istədiyi ünvana çatdırmışdır. Şirxanla elə də əlaqəsi olmamışdır. ***-***-**-** saylı özünə məxsus mobil nömrədən “Xezer dur yatma eks halda uzun muddetli yatacagsiz “Pay b**e (-red.) gore xezer qerdes yaxsi qerdes idin” kimi mesajları ilə Xəzərdən borcunu istəmişdir. Xəzər isə bu pulu qaytarmaqdan yayındığına görə o, bu formada mesajlar yazmışdır. Xəzər narkotik maddələrdən istifadə etmişdir. Xəzər onun yanında “kakos" kimi tanıdığı narkotik vasitə heroindən tüstüsünü nəfəslə çəkmək yolu istifadə etmişdir. Bununla yanaşı, Xəzərin narkotik maddələrin satışı ilə məşğul olduğunu başa düşmüşdür. Çünki Xəzəri taksi ilə ünvanlara apararkən yol boyu Xəzərin mobil telefon danışıqlarından danışdığı şəxsin Xəzərdən narkotik maddə istədiyini başa düşmüşdür. Xəzər isə telefonla danışdığı şəxsə gələcəyini bildirmiş, deyilən ünvana çatdıqda Xəzər avtomobilindən düşüb gedərək tanımadığı şəxslə görüşmüş, qısa müddət ərzində nə isə danışmış və geri qayıtmışdır. Bu bir neçə dəfə təkrarlanmışdır. Bu cür görüşlərdən sonra Xəzər onun “nəşə” çəkdiyini bildiyi üçün ona “nəşə” vermişdir. Bu “nəşə”dən növbə ilə Xəzərlə birlikdə istifadə etmiş, bunun müqabilində Xəzər ondan pul və sair istəməmiş, o da bunun üçün Xəzərə pul və sair verməmiş, lakin bu zamanlarda o, gediş haqqında endirim etmiş, bəzən ümumiyyətlə pul almamışdır (cild 2, iş vərəqi 192- 195). Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 Alixan oğlu bildirdi ki, o, Xəzərlə birlikdə heroin də istifadə etmiş, Xəzərin narkotik vasitələrin satışı ilə məşğul olmasından şübhələnmiş, amma bu işlə məşğul olduğunu görməmiş və eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun həm Təqsirləndirilən şəxslə, həm də Şirxanla qonşuluq münasibəti olmuşdur. Şırxanın tutulduğu gün o, evdə olmuşdur. O, Şirxan tutulduğu gün sonuncunu Xəzərlə birlikdə görməmişdir. Həmin gün o, küçədə olmuş və Xəzər küçədən keçərkən küçədə duranlara ümumi salam verib getmişdir. Bu zaman Şirxan da küçədə dayanmışdır. Daha sonra o, evinə getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, o, 12-ci Polis bölməsində bir dəfə ifadə vermiş, görmə qabiliyyəti zəif olduğundan ifadəsini oxumadan imza etmişdir. Verdiyi ifadəsi ona oxunmamışdır. O, Xəzəri yaxşı insan kimi tanımış, Şirxan və Xəzərin narkotik vasitələrdən istifadə etməsi barədə onun məlumatı olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 göstərmişdir ki, təxminən 20 ildir Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 11 ünvanında yaşayır. Göyçəli Şirxan və Xəzər onun qonşusudur. Şirxanın polis əməkdaşları tərəfindən tutulduğu gün axşam saatlarında o, siqaret çəkmək üçün yaşadığı evin qarşısına çıxıb dayanmış, bir qədər sonra Xəzərin Şirxangilin evinin qarşısına gəldiyini, Şirxanın da yaşadığı evdən çıxıb Xəzərlə görüşdüyünü görmüşdür. Şirxan onunla salamlaşmış, o da başı ilə salam vermişdir. Onlar görüşdükdən dərhal sonra o, siqaretini çəkib bitirdiyi üçün yaşadığı evə qayıtmış və bundan sonra onların nə danışdıqlarını, hansı müddətdə orada qaldıqlarını bilməmişdir (cild 2, iş vərəqi 167-168). Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Şahid2 bildirdi ki, ibtidai istintaq vaxtı verdiyi ifadəsinin “Şirxanın Xəzərlə görüşdüyünü gördüyü” hissəsini təsdiq etmir, bu barədə daha dəqiq məhkəmədə ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş iş üzrə ibtidai istintaq aparmış Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Şahid4 ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayında X14 barəsində cinayət işi başladılmış, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması faktı aşkarlanmışdır. Təqsirləndirilən şəxs şahid qismində dindirilməsi sonuncunun olduğu yeri müəyyənləşdirmək və əlaqə saxlamaq mümkün olmadığından baş tutmamışdır. Bununla da, Təqsirləndirilən şəxs onun tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə müvafiq istintaq hərəkətləri keçirildikdən sonra cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Şahid4 bildirdi ki, X17 çağırış vərəqəsinin göndərilməməsinə səbəb onun hüquqi ünvanının Cəbrayıl şəhəri olaraq göstərilməsi olmuş, sonuncunun faktiki yaşadığı yer isə istintaqa məlum olmamışdır. X1 andan üzərinə baxış keçirilən anadək polis nəzarətindən kənar qalması faktı onun tərəfindən aşkar edilməmişdir. X8 22 iyul 2020-ci il tarixdə əlavə olaraq dindirilməsinə səbəb olan hal onun Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasını bildirməsi olmuşdur. O, X8 ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələri çəkilərə ayırması faktını müəyyən etmişdir. X8 narkotik vasitəni ziyana satması faktı onun diqqətində olmamışdır və Şirxan narkotik vasitə satmasını inkar etmişdir. Onun tərəfindən X10 hər hansısa fiziki və psixi təsir olmamışdır. X5 polis bölməsində verdiyi ifadə ilə istintaq təcridxanasında verdiyi ifadə eynidir. Bu da onun tərəfindən Şirxana qarşı hər hansısa təsir olmadığını göstərir. X14 ilə Təqsirləndirilən şəxs arasında olan sonuncu danışıqlar Təqsirləndirilən şəxs məxsus olan (070) ***-**-** saylı nömrə vasitəsilə olmuşdur. X14 barəsində həyata keçirdiyi istintaq hərəkəti zamanı Şirxan ona ifadəsini dəyişdirmək istədiyini şifahi olaraq bildirmiş və 22 iyul 2020-ci il tarixdə X14 istintaq təcridxanasında dindirilmişdir. (055) 440-80-10, (055) 387-71-46, (055) 642-24-38, (055)441-88-23 və (070) ***-**-** saylı mobil nömrələrlə olan yazışmalara əsasən həmin nömrələrin Təqsirləndirilən şəxs aid olması qənaətinə gəlmiş, eyni zamanda X14 həmin nömrələrin Təqsirləndirilən şəxs aid olduğunu bildirmişdir. Onun Təqsirləndirilən şəxs yaşadığı ərazidə başqa “Xəzər” adlı şəxsin yaşaması, “Xəzər” adlı başqa şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. X14 “Xəzər” adlı şəxs olaraq yalnız Təqsirləndirilən şəxs tanıdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixli ifadəsini özünümüdafiə kimi qiymətləndirmişdir. Sübutların qiymətləndirilməsi qərarında X14 ilə Təqsirləndirilən şəxs arasında olan telefon zənglərinə dair öz mövqeyini əks etdirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan cinayət işinin materiallarından yeni cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında müstəntiqin 21.09.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işindən həmin maddə ilə ********** saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 1-2). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış keçirilməsi barədə 04.04.2020-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri tərəfindən şübhəli bilinərək saxlanılmış X8 üzərində həmin gün saat 00:45-də şəxsi axtarış keçirilmiş, axtarış başlanılmazdan əvvəl Şirxan Göyçəliyə hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə axtarış keçirilməsi bildirilmiş, bundan sonra Şirxan Göyçəliyə üzərində qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulmuş və sonuncu könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində spesifik iyə malik olan tünd qəhvəyi rəngdə toz şəklində maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, spesifik iyə malik, kristal şəkilli maddələri təqdim etmişdir. Sorğu zamanı Şirxan Göyçəli ondan aşkar olunan maddələrdən birinin narkotik vasitə heroin, digərinin isə narkotik vasitə hesab edilən metamfetamin olduğunu, 03.04.2020-ci il tarixdə saat təxminən 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kəngərli küçəsində Telman adlı şəxsdən 1 büküm heroini 200 (iki yüz) manata, metamfetaminin bükümünü isə 180 (yüz səksən) manata alaraq üzərində saxladığını bildirmişdir. Şirxan Göyçəlinin üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində spesifik iyə malik olan tünd qəhvəyi rəngdə toz şəklində maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, spesifik iyə malik, kristal şəkilli maddə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqi 26-27). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.04.2020-ci il tarixli, 6/375 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X8 üzərindən aşkar olunmuş...tünd qəhvəyi rəngli maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,428 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “X8 üzərindən aşkar olunmuş...kristal formada maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,234 qram olan ağ rəngli kristal formada maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş narkotik vasitə və psixotrop maddələr (heroin və metamfetamin) kimyəvi cəhətdən fərqli olduğu üçün öz aralarında eynilik tədqiqatı aparılmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Aparılmış tədiqaqatın dəyəri 91,76 ( doxsan bir manat yetmiş altı qəpik) təşkil edir. (cild 1, iş vərəqi 33-37). İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 04.04.2020-ci il tarixli, 1/2003 nömrəli tibbi müayinə protokolundan görünür ki, X2 MOP (heroin) aşkar edilmişdir (cild 1, iş vərəqi 39). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 05.04.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, 04 aprel 2020-ci il tarixdə X8 üzərinə şəxsi axtarış aparılması zamanı qeydə alınmış və 01 ədəd CD diskə köçürülmüş videogörüntüyə baxış aparılmış, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: X10 üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş və bu zaman X14 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə toz şəklində maddəni və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli maddələri təqdim etmişdir. Ondan həmin maddənin nə olması soruşulduqda, Şirxan Göyçəli qəhvəyi rəngli maddənin heroin, ağ rəngli, kristal formalı maddənin metamfetamin olduğunu, onu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində Telman adlı şəxsdən 1 büküm heroini 200 (iki yüz) manata, metamfetaminin bükümünü isə 180 (yüz səksən) manata aldığını bildirmişdir (cild 1, iş vərəqi 62). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon cihazına baxış keçirilməsi haqqında 05.04.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X10 məxsus “Xiaomi” markalı, **********63036 və **********63038 İMEİ kodlu mobil telefon cihazına baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: həmin mobil telefonda 03-04 aprel 2020-ci il tarixlərini əhatə edən daxil olan və gedən zənglər əksini tapmışdır. Həmin mobil nömrələrin əksər hissəsi adla yaddaşda saxlanılmamışdır. Cihazın mesajlaşma bölməsində ***-***-**-** saylı nömrədən 03.04.2020-ci il tarixdə saat 17:59-da “Wiri adboy. Bb ..beler (-red) narkoman tayfasi yaxwilardan irag cox g..ag (-red) adamlardi. Eledeyirki mene tez tez helebil dukandan nese alit, corek siqaret. Yaniki qirdirahat aldi cixdi. Yada kartif girdi aldi 2 kilo coxdi. Deyir ki gecdi 20 de 30 deq dedim onda get? Burdan pulunuda verdim” məzmunlu mesaj daxil olmuş, sorğu zamanı G.Şirxan həmin şəxsin kim olduğunu xatırlamadığını bildirmişdir. 04.04.2020-ci ildə, saat 00:22-də ***-***-**-** mobil nömrəsindən “Whatsapp” mobil tətbiqindən ”Qaqa 10 manat duzeldmiwem” “Alinar?” “Nese” məzmununda mesajlar yazmış, sorğu zamanı Ş.Göyçəli həmin şəxsin adını bilmədiyini və həmin mesajlarda narkotiklərdən söhbət getdiyini bildirmişdir. Bundan başqa, “Nokia 150” markalı mobil telefona baxış keçirilmiş və cihazın mesaj bölməsində ***-***-**-** mobil nömrəsindən “Yetim gor kako alinsa menede bidamci otrersiz?” məzmunlu mesaj aşkar olunmuş, sorğu zamanı G.Şirxan həmin şəxsi tanımadığını bildirmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 63-67). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon məlumatlarını əks etdirən diskə baxış keçirilməsi barədə 01.07.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, həmin diskdə olan faylda ***-***-**-** saylı mobil nömrədən digər nömrələrə göndərilən mesaj mətnləri öz əksini tapmışdır. 21.10.2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsinə “Rizvan gedirem 1 aya gelecem nedi rizvan sene 2 qram suse 1 qram kofe verdim buda 200 manat edir sen mene cemi 3 qram kofe vermisen yene de pulla bele borcun var durub menden kofe gizledirsen vermek istemirsen” məzmunlu mesaj; 23.10.2019-cu ildə ***-***-**-** mobil nömrəsinə “60 manat duzelir 1 qram suse goturmek olar qalani sabah vererem” məzmunlu mesaj; 10.11.2019-cu ildə ***- ***-**-** mobil nömrəsinə “2 qr kola var mende” məzmunlu mesaj; 13.11.2019-cu ildə ***- ***-**-** mobil nömrəsinə “********** zenq et bir cet ver samirdi de sirxsn verdi” məzmunlu mesaj; 15.11.2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsinə “Aye 1.4 goy pati isteyen var pulvu sabah verecem sene tereziyide goy sen allah 04 kofenide” məzmunlu mesaj; 21.11.2019-cu ildə ***-***-**-** saylı mobil nömrəyə “Ag iki dene ele birdene tez agdan cet duzeld dobri” məzmunlu mesaj; 07.12.2019-cu ildə ***-***-**-** mobil nömrəsinə “Terezimi ver getir” məzmunlu mesaj; 23.12.2019-cu ildə ***-***-**-** saylı nömrəyə “Qaqa var pati isteyirsen??” məzmunlu mesaj; 07.01.2020-ci ildə ***-***-**-** mobil nömrəsinə “Sen meni kimnen se sef salmisan buda cox sagolum seher gelersen danisariq sen meni deysen lox yerne qoymusan 5 manata hele o qeder kakos verdim cox sag ol demekden.seher gelersende biz terefe” məzmunlu mesaj göndərilmişdir. Həmçinin ***-***-**-** mobil nömrəsinə aşağıdakı məzmunda sms-lər daxil olmuşdur: 12.10.2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Varsa iki sinden de ver iki denede cet vermeliye cibimde yirmi 1 manat var siqaret de kutarib” məzmunlu mesaj; həmçinin, ***-***-**-** mobil nömrəsindən Şirxan Göyçəlinin ***-***-**-** nömrəsinə “Qapa.mene.braz.kofe.verde.imkan.varsa” məzmunlu mesaj; 07.11.2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsindən “İrana kanal olsa gedib gelerdim kakozdan canimiz qutarardi” məzmunlu mesaj; 19.11.2019-cu ildə ***-***- **-** mobil nömrəsindən “Wirxan 10 deqeye mehledeyem 1 dene yari hazurra wuwenen.25 versem olar?” məzmunlu mesaj; 21.11.2019-cu il tarixdə ***-***-**-** mobil nömrəsindən “Pul dyzdu wuwede qoy.ok gelim” məzmunlu mesaj; 23.11.2019-cu ildə ***- ***-**-** mobil nömrəsindən “Yoo istemir ama bir cet mənə ayır puluynan gəlib götürüm olar o? çünki sümüklərim ağrıyır, Gəlib puluynan patı götürməy istedim, Qram ağ hazırla gəıirəm” məzmunlu mesaj; 23.11.2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Wiri. Yatmamisan. Dostum var qaqa 20 manati. Var ona 04 zad kalo. Vere bilersen. Ama demede. Men nese goturmuwem. Men. Demiwem” məzmunlu mesaj; 31.12.2019-cu ildə ***-***-**-** mobil nömrəsindən “Sirxan qaqa menem nicat qaqa sbh mene 05 kola 05 suse brat saxlada” məzmunlu mesaj; 04.01.2020-ci ildə ***-***-**-** mobil nömrəsindən “Wiri salam sabahin xeyir. Qaqaw nese duzub qowmag olar ya butov 1 dene? Yada ki yarim 0.5?” məzmunlu mesaj daxil olmuşdur (cild 1, iş vərəqi 124-126). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon məlumatlarını əks etdirən diskə əlavə baxış keçirilməsi barədə 12.12.2020-ci il tarixli protokoldan görünür ki, X8 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinə 01.10.2019-cu ildən 05.04.2020-ci il tarixədək daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatlara əlavə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, diskdə olan "SMS Tarixçəsi **********4001 ***-***-**-**" adlı, "PDF" formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrədən digər mobil nömrələrə göndərilən mesajların mətnini və tarixini əks etdirir. 06.10.2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində “XEZER YATMİSAN" yazısı, 12.10.2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Gij (-red.) hardasan terane xala aglayir ne deyim" yazısı, 19.10.2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Xezer sen ver mehenmede 20 men goturdum onnan gec gelirsen xeber ele de mene" yazısı, 31.10.2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Ne oldu ceteme xezer bele ver” yazısı, 07.11.2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Falqada ver de varindisa" yazısı, 09.11.2019cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Xezer tecili 2 qram pati lazimdi" yazısı, 10.11.2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Xezer sen allah elediyin herekete bax sene dedim axi men pul vermeliyem dedin 6 qelecem 3 patinin 3 de apartin.patida yoxumdu oda gotunu cirir orda goz qymursan ee adama" yazısı, 04.12.2019-cu il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Menim pulumu duzeld bu gun goturecem sennen mennen goturende bele demirdin yigma danismaq istemirem menin 110 manatimi çatır” yazısı aşkar olunmuşdur (cild 2, iş vərəqi 77). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında 30.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə 01.12.2020-ci il tarixindən 04.05.2020-ci il tarixinədək daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni olan məlumatlara baxış keçirilmiş, müəyyən edilmişdir ki, ***- ***-**-** sayli mobil nömrə X12 məxsus olub. Nömrə ikitərəfli bağlı olmuş, 30.09.2020-ci ildə yenidən satış üçün təyin edilmiş, hal-hazırda "Bakcell" şəbəkəsində hər hansı abunəçinin adına aktivləşdirilməmişdir. Həmin diskdə olan "554408010-Nomrenin Məxsusluq_Tarixçəsi" adlı, "PDF" formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrənin məxsus olduğu şəxsi göstərir. Həmin mobil nömrə "Fərdi sahibkar X25'nın adına qeydiyyatdan keçirilib. SMS_Tarixçəsi___**********4332_554408010" adlı "PDF" formatlı fayldakı siyahı ***-***-**- ** saylı mobil nömrədən digər mobil nömrələrə göndərilən mesajların mətnini və tarixini əks etdirir. 11.02.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Maqa nese elesen menede nese verersen hasizam" yazısı, 18.03.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Menem xezerdi acda bu telfonu" yazısı, 19.03.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj metnində "Qaqaw menem xezer" yazısı, 26.03.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Qaqa patilari 05 05 ele" yazısı, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Qaqaw mene nie nese vermedin men qozdaq zadam beyem bulari yolla saldim qaldim burda" yazısı, 27.03.2020-ci il tarixli, ***- ***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Yari pati yani kola lazimdi ay winxan" yazısı, 29.03.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində “Wirxan dostum var sumqaytdan gelir 30 manat pulu var narmal pati vere bilersen” yazısı, “Alla yeke oglansan cavab ver pulunu verecem temani verersen prosta narmal verersen" yazısı aşkar olundu. Digər mesajlarda iş üçün əhəmiyyətli məlumatlar müəyyən edilmədi. SMS_Tarixçəsi_**********4332_554408010" adlı, "PDF" formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. Həmin mesajlarda iş üçün əhəmiyyətli məlumatlar müəyyən edilmədi. Həmin diskdə olan "554418823-Nömranin_Məxsusluq _tarixçasi" adlı, "PDF" formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrənin məxsus olduğu şəxsi göstərir. Həmin mobil nömrə X26'ın adına qeydiyyatdan keçirilib. “***-***-**-** Zanglanin_Detallaşması” adlı faylda ***-***-**-** saylı mobil nömrənin aktiv olduğu antenlərin yerləşdiyi ünvanların siyahısı qeyd olunub. Həmin siyahıya görə mobil nömrə mütəmadi olaraq "UBBK5207B/UBBK5207 Efendiyev kuc40/Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, 40. Mənzil 4"/Sabunchu və UBBK0623C/UBBK0623 Aydinbeyov str15/ Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov 13, ev 37 /Sabunchu" antenlərinin əhatəsində istifadə olunub. Həmçinin 03.04.2020-ci il və 04.04.2020-ci il tarixində də anten göstəriciləri həmin ünvanları göstərir. "SMS Tarixçəsi_**********4343_554418823" adlı, "PDF" formatlı fayldakı siyahi ***- ***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. 19.02.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində "Kofe gozleyirem gelsin gelem" yazısı, 01.04.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində "Xezer neynemisiz sennen yusif ???? axi meni axdarir men neynemisem yatib qalmisam and olsun allaha durdum yuxydan gedurem razine zaryatkam azdi" yazısı, "Var yoxuna nehlet gedirem axi gile yatib qalmisam deye ne olub neynemisiz de tez mene axi meni niye acilayir yusif ne edib" yazısı, "Bu nedi hami mene sms yazır ne etmisiz ay xezer deyir xezer yusif de denen de niye eseblesdirmisiz men yatib qalmisam vallah siz ne etmisiz gozle catirsm yigma" yazısı, "Sene deyirem yuxadan oyandim her bir soz yazib axi deyir sen xezer yusifi ne etmisiz men yatmisam birde bayaq oyandim zaryatkam yoxdu zeng etsem sonecek" yazısı aşkar edildi. "SMS_Tarixçəsi__**********4349_554418823" adlı "PDF" formatlı fayldakı siyahı ***- ***-**-** sayli mobil nömrədən digər mobil nömrələrə göndərilən mesajların mətnini və tarixini əks etdirir. 25.02.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Qaqa menem xezerdi" yazısı, 01.04.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnində "Hecne demişik camaat seni gozduyur ona göre seni axtarir” yazısı, "Harda qaldın biz burdayıq ujey" yazısı, "Deyirsan qapiniacxi dəli olub exidi yiqan" yazısı aşkar edildi. Digər mesajlarda iş üçün əhəmiyyətli məlumatlar müəyyən edilmədi. Həmin diskdə olan "556422438-Nomranin_Maxsusluq Tarixçəsi" adli, "PDF" formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrənin məxsus olduğu şəxsi göstərir. Həmin mobil nömre "X27'in adına qeydiyyatdan keçirilib. *55-441-88-23 Zenglerin Detallaşması" adlı faylda ***-***-**-** saylı mobil nomrənin aktiv olduğu antenlərin yerləşdiyi ünvanların sihayısı qeyd olunub. Həmin siyahıya görə mobil nömrə müxtəlif ünvanlarda, 03.04.2020ci il və 04.04.2020-ci il tarixində "UBBK6074C/UBBK6074 Nobel pros 30/"Bakı şəhəri, Nobel prospekti" /Khatai", "//"Bakı şəhəri, Nizami rayonu, Babak prospekti 34"/", "UABS5573A/UABS5573 Mashtaga Avtoservis/"Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A və B heyəti"/Sabunchu", "UBBK1005B/UBBK1005 7mkr 1/Bakı şəhəri, Binəqədi rayonu, 7mikrorayon, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, donga 2 ev 16"/Binagadi", "UBBK4029A/UBBK4029 LİDERTV/"Bakı şəhəri, Ş Mehdiyev küçəsi, 83/23"/Yasamal", "UBBK4945F/UBBK4945 Ataturk_New/"Bakı şəhəri, Ziya Bünyadov 15" /Binagadi" antenlərinin əhatəsində istifadə olunub. "SMS Tarixçəsi **********4307_556422438" adlı, "PDF" formatlı fayldakı siyahı ***-***- **-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. 12.03.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində "Xezer usaglara de yigmasinlar meni 12-ci bolme apardi evin qabagindan dedem gil gelirler bolmeye sene xeber edecem ustumde pul var ver ceyhuna adam var ona verecek ceyhuna yig sen atavin goru de sirxani tutublar sene deyende gelersen bizimkilerie bolmeye" yazısı, "Tez yig de ceyhuna de bolmedeyem demisern qardasimdi yigan silmisem herseyi.” 24.03.2020-ci il tarixli, ***-***-**-** sayli mobil nömrədən daxil olmuş mesaj mətnində "Xezer dur yatma eks halda uzun muddetli yatacagsiz" yazısı aşkar edildi. "SMS Tarixçəsi_**********4315_556422438" adli "PDF" formatlı fayldakı siyahı ***- ***-**-** saylı mobil nömrədən digər mobil nömrələrə göndərilən mesajların mətnini və tarixini əks etdirir. 09.03.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj metninde "Oturub kakos cekirsen gij***san (-red.) sen gel pulu ver si””im (-red) gedimde men eve gorib iwdemeliyem ee sene bu qeder vaxt gedib cix bidene cole" yazısı yazısı aşkar edildi. Digər mesajlarda iş üçün əhəmiyyətli məlumatlar müəyyən edilmədi. Mesaj mətnlərdə "kola var", "kakos var" "kofe var", "pati", "suse kimi ifadələr yer alır. Mətnlərdə mütəmadi olaraq sifariş tipli mesaj matnləri, "gel", "gozleyirem", "gelmirsen" kimi sözlər istifadə olunub. Digər "Adla axtariş", "Call_Details_**********1715_553883929", "554408010 Zənglərin Məxsusluq_Tarixçələri", "554418823-Zənglarin_Maxsusluq_Tarixçalan", *556422438-Zənglərin_Məxsusluq Tarixçələri" adli "PDF" fayllarda qeyd olunan nömrələrə daxil olan "xxxx" MMC-ya məxsus mobil nömrələrin sahiblərinin anket məlumatları əks olunmuşdur (cild 2, iş vərəqi 114-117). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD-yə baxış keçirilməsi barədə 05.02.2021-ci il tarixli protokoldan və AZF/lGL-502/21 adlı CD diskin məzmunundan görünür ki, həmin diskdə olan Nömrənin Məxsusluq_Tarixçəsi_**********4927__708256525 adlı, "PDF" formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrənin məxsus olduğu şəxsi göstərir. Həmin mobil nömrə "X30”nın adına qeydiyyatdan keçirilib. Həmin diskdə olan "SMS_Tarixçesi_**********0939__708256525" adlı "PDF" formatlı fayldakı siyahı ***-***-**- ** saylı mobil nömrədən digər mobil nömrələrə göndərilən mesajların mətnini və tarixini əks etdirir. Həmin mesajlarda iş üçün əhəmiyyətli məlumatlar müəyyən edilmədi. "SMS_Tarixçəsi__********************525" adlı, "PDF formatlı fayldakı siyahı ***-***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. 06.02.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində "Denen sirxan vwrdi nomreni **********" yazısı, 24.03.2020-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində "Gelem" yazısı aşkar edildi. Həmin diskdə olan "Zənglərin_Detallaşması___**********5524 ********* adlı faylda ***- ***-**-** saylı mobil nömrənin aktiv olduğu antenlərin yerləşdiyi ünvanların siyahısı qeyd olunub. Həmin siyahıya göre mobil nömrə mütəmadi olaraq "UBBK5207B/UBBK5207 Efendiyev kuc40/"Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, 40, mənzil 4"/Sabunchu" ev və "UBBK0623C/UBBK0623 Aydinbeyov_str15/"Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsi 3. ev 37"/Sabunchu antenlərinin əhatəsində istifadə olunub. Qeyd olunan məlumatlara görə, 03.04.2020-ci il tarixində, saat 20:22:20-də ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** sayli mobil nömrəyə zəng olunub və zəngin müddəti 90 saniyədir. Bu zəng zamanı ***-***-**-** saylı mobil nömrə "UBBK5207A/UBBK5207 Efendiyev kuc40/"Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 40, mənzil 4"/Sabunchu" anteninin əhatə dairəsində olub. Həmçinin həmin tarixdə saat 20:43:13-də ***-***-**-** saylı mobil nömrədən 055 ***-**-** saylı mobil nömrəyə zəng edilib və zəngin müddəti 12 saniyədir. Bu zəng zamanı ***-***-**-** saylı mobil nömrə "UBBK3606A/UBBK3606 Azerneftkimyamash/"Bakı şəhəri, Sabunçu qəsəbəsi, 1/Aslanov küçəsi 5"/Sabunchu" anteninin əhatə dairəsində olub. Daha sonra həmin tarixdə saat 20:49:34-də ***-***-**-** sayli mobil nomrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilib və zəngin müddəti 31 saniyədir. Bu zəng zamanı 070-825 65-25 saylı mobil nömrə "UBBK3606A/UBBK3606 Azerneftkimyamash/Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ/Aslanov küçəsi 5"/Sabunchu" anteninin əhatə dairəsində olub. Daha sonra həmin tarixdə saat 20:54:56-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilib və zəngin müddəti 66 saniyədir. Bu zəng zamanı ***-***-**-** saylı mobil nömrə "UBBK3606A/UBBK3606 Azerneftkimyamash/"Bakı şəhəri, Sabunçu qəsəbəsi, V/Aslanov küçəsi 5"/Sabunchu" anteninin əhatə dairəsində olub. “Zənglərin Məxsusluq_Tarixçələri__**********5614_ 708256525_NAR” adlı PDF faylında qeyd olunan nömrələrə daxil olan "xxxx" MMC-yə məxsus mobil nömrələrin sahiblərinin anket məlumatları əks olunmuşdur (cild 2, iş vərəqi 127-129). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 08.12.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə X14 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Göyçəli Şirxan 03 aprel 2020-ci il tarixində saat 20 radələrində Xəzərin ona zəng edib yaşadığı küçəyə çağırdığını, Xəzərin özündə narkotik vasitə heroin və şüşə kimi tanıdığı metamfetamin oduğunu deməsini, həmin maddələri ona verməsini təklif etməsini, Xəzərin narkotik maddələrin pulunu dərhal istəmədiyini, pul məsələsini daha sonra öz aralarında həll edəcəklərini qeyd etdiyini, Xəzərdən həmin narkotik vasitələri götürüb yaşadığı evə daxil olmasını Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs X8 ifadəsini təsdiq etməmiş, sonuncuya heç vaxt narkotik vasitə satmadığını, əksinə X7 dəfələrlə narkotik vasitə aldığını bildirmişdir (cild 2, iş vərəqi 25-27). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.02.2021-ci il tarixli 1(101)-437/2021 saylı qanuni qüvvəyə minmiş hökmündən görünür ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut, ekspert tədqiqatından sonra qalıq qalmış 5,378 qram çəkidə heroin, 3,184 qram çəkidə psixotrop maddə metamfetaminin məhv edilməsi, 91,76 ( doxsan bir manat yetmiş altı qəpik) ekspert xərcinin X9 tutulması qərara alınmışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, X15 satış məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, 03 aprel 2020-ci il tarixində təxminən saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində tanışı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda, xalis çəkisi 5,428 (beş tam mində dörd yüz iyirmi səkkiz) qram olan narkotik vasitə heroini və külli miqdarda, təmiz çəkisi 3,234 (üç tam mində iki yüz otuz dörd) qram olan psixotrop maddə metamfetamini əldə edib özündə saxlamış və daşımış, həmin tarixdə saat 21 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Sabunçu RPİ-nin 12-ci Polis şəbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 15 ünvanında yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis şəbəsinə gətirilmiş, Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş 5,428 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş 3,234 qram psixotrop maddə metamfetamin aşkar edilərək X7 götürülmüşdür. Həmin hökmdən eyni zamanda görünür ki, X15 məhkəmədə ifadə verərək göstərmişdir ki, 03 aprel 2020-ci il tarixində təxminən saat 19 radələrində qonşusu Təqsirləndirilən şəxs ona zəng edib küçəyə çağırmışdır. Xəzər ona özündə narkotik vasitə heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu deyib və həmin narkotik vasitələri almağını təklif edib bildirmişdir ki, narkotik vasitənin pulunu öz aralarında həll edərlər. O, Xəzərlə əvvəllər pulsuz narkotik vasitə vermədiyi halda nə üçün pulsuz verməsinin səbəbini soruşduqda Xəzər cavab olaraq narkotik tələbatını ödəməkdə dəfələrlə kömək etdiyini, ona görə də xəcalətindən çıxmaq istədiyini bildirmişdir. O, həqiqətən Xəzərə narkotik tələbatını ödəməkdə dəfələrlə kömək etmiş, Xəzər ondan narkotik maddə istədikdə, o, özündə olan narkotik vasitə heroindən və ya psixotrop maddə metamfetamindən Xəzərə vermiş, bunları pulsuz etmişdir. Çünki o, Xəzərlə uşaqlıqdan birlikdə böyümüşdür. O, Xəzərdən 01 ədəd sellofan bükümdə olan “kakos” kimi tanıdığı heroini və 01 ədəd şəffaf sellofan bükümdə “şüşə” kimi tanıdığı memamfetamini götürüb yaşadığı evə getmiş, təxminən 1-2 saat sonra polis işçiləri gəlib onu polis şöbəsinə aparmış və üzərinə aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitələr aşkar edilib götürülmüşdür (cild 2, iş vərəqi 149-164). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25.01.2021-ci il tarixli, 195 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 200-201). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 16.02.2021-ci il tarixli, 347 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtyac yoxdur (cild 2, iş vərəqi 214-215). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Sabunçu RPİ 12-ci Polis şöbəsinin həmin RPİ İstintaq şöbəsinə ünvanlandığı 20.07.2020-ci il tarixli, 074- 10097 saylı məktubun məzmunundan görünür ki, 25.06.2020-ci il tarixli, 073-18868 saylı əməliyyat tapşırığına cavab olaraq bildirilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Telman adlı şəxsi müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 134). İşdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə ünvanlanmış 22.09.2020-ci il tarixli, 073-30100 nömrəli əməliyyat tapşırığının məzmunundan görünür ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, X14 04 aprel 2020-ci il tarixində, təxminən saat 00:30-da Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş 5,428 gram narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş 3,234 qram psixotrop maddə metamfetamin aşkar edilərək X7 götürülmüşdür. Təqsirləndirilən şəxs X14 ifadəsində həmin maddələri qonşusu, uşaqlıq dostu Xəzərdən aldığını bildirmiş və Xəzər adlı şəxsin şəxsiyyəti və olduğu yer müəyyən edilərək ifadəsinin alınması üçün İstintaq şöbəsinə gəlməsinin təmin edilməsi tapşırılmışdır (cild 1, iş vərəqi 235). İşdə olan şəxsin məcburi gətirilməsi haqqında müstəntiqin 07.10.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs istintaq orqanına məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 241). İşdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin 11.10.2020-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına məcburi gətirilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 246). İşdə olan müstəntiqin 12.10.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 1, iş vərəqi 247). İşdə olan axtarış olanın tutulması barədə 06.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.12.2020-ci il tarixdə saat 18:00 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsində saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilməsi üçün 12-ci PŞə gətirilmişdir (cild 2, iş vərəqi 2). İşdə olan maddi sübut kimi tanıma haqqında 06.04.2020-ci il tarixli qərardan görünür ki, X8 üzərindən aşkar olunaraq götürülmüş 5,428 qram çəkidə narkotik vasitə heroin, 3,234 qram çəkidə psixotrop maddə melamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 5,378 qram çəkidə heroin, 3,184 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 89). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 17.12.2020-ci il tarixli, 19/51-12253 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23.10.2020-10.11.2020-ci il tarixdə adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur (cild 2, iş vərəqi 94). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının publik hüquqi şəxsinin 21.12.2020-ci il tarixli, 8845 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqi 101). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Binəqədi RPİ tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, 01.10.2017-ci il tarixdə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkum olunmamışdır (cild 2, iş vərəqi 86-87). İşdə olan cinayət işinin materiallarından yeni cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında müstəntiqin 10.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əldə edərək X3 külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (cild 3, iş vərəqi 1-2). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli 1(008)- 25/2021-ci il tarixli hökmündən görünür ki, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 3, iş vərəqi 120-122). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.05.2020-ci il tarixli qərarından görünür ki, Şahid3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 40 gün müddətinə inzibati həbs edilmişdir (cild 2, iş vərəqi 198). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün əvvəllər narkotik vasitəsi istifadəçisi olması, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması, X10 heç bir narkotik maddə satmaması, onunla Şirxan arasındakı telefon yazışmalarının məzmununun onun yalnız Şirxana olan borcu və narkotik vasitələri Şirxandan almağı barədə olmasına dair məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, X14 cinayət işi üzrə ibtidai istintaq zamanı 22 iyul 2020-ci il tarixdən etibarən və istintaqın sonuna kimi öz təşəbbüsü ilə və könüllü şəkildə, ondan aşkar edilmiş 5,428 qram narkotik vasitə heroini və 3,234 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs əvəzli şəkildə, yəni ödənişini sonradan edəcəyi şərti ilə alması barədə dəfələrlə və ətraflı ifadələr vermişdir. O, həmin ifadələrini Təqsirləndirilən şəxs ilə onun arasında keçirilmiş üzləşdirmə zamanı bir daha təsdiq etmişdir. X14 özü barəsində olan 1(101)-437/2021 saylı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən (həmin iş üzrə hökm çıxarılmış və qanuni qüvvəyə minmişdir) ifadə verərək qeyd edilən ifadələrini bir daha təsdiq etmiş və ondan aşkar edilmiş heroin və metamfetamini məhz Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olması iş üzrə araşdırılmış və yuxarıda şərh olunan sübutların məcmusu ilə də təsdiqini tapır. X8 istifadəsində olmuş mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs istifadəsində olması dəqiq müəyyənləşdirilmiş ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş mesaj mətnlərindən də görünür ki, Təqsirləndirilən şəxs “patı” adı ilə tanınan metamfetamin və narkotik vasitələrin qəbulunda istifadə olunan “falqa” istənilir. X8 ibtidai istintaq zamanı və özü barəsində olan məhkəmə baxışı zamanı verdiyi ifadələrini bu iş üzrə məhkəmə baxışı zamanı danmasını isə məhkəmə onun Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirmək məqsədilə etdiyi qənaətinə gəlir, ona görə də X14 ibtidai istintaq və özü barəsində məhkəmə baxışı zamanı verdiyi ifadələrini, onlar işin halları ilə tamamilə uzlaşdığından sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması, saxlaması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 08 dekabr 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 dekabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 2, iş vərəqi 18, 47-49, cild 3, iş vərəqi 68-71, 91-94). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 06 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, ekspert tədqiqatından sonra qalıq qalmış 5,378 qram çəkidə heroinin, 3,184 qram çəkidə psixotrop maddə metamfetaminin məhv edilməsi, 91,76 ( doxsan bir manat yetmiş altı qəpik) ekspertiza xərcinin X9 tutulması hissəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.02.2021-ci il tarixli 1(101)-437/2021 saylı qanuni qüvvəyə minmiş hökmü nəzərə alınmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, ekspert tədqiqatından sonra qalıq qalmış 5,378 qram çəkidə heroinin, 3,184 qram çəkidə psixotrop maddə metamfetaminin məhv edilməsi, 91,76 ( doxsan bir manat yetmiş altı qəpik) ekspertiza xərcinin X9 tutulması hissəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.02.2021-ci il tarixli 1(101)-437/2021 saylı qanuni qüvvəyə minmiş hökmü nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Fikrət Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar