Məhkəmə qərarları › İş №1(101)-102/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-102/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-102/2023 11.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə3, zərərçəkmiş hüquqi şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi «Pro-Bono» Vəkil Bürosunun vəkili Nümayəndə4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs7 nümayəndəsi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Nümayəndə5, müdafiəçilər - Bakı şəhəri “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, həbs olunanadək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ASC-nin ketrinq üzrə satış nümayəndəsi Şahid1 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin böyük restoran, zavod, fabrik və başqa ictimai iaşə obyektlərini qida məhsulları ilə təmin etdiyi haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMCnin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, "Siyəzən Broyler” ASC-dən nisyə almaq istədiyi toyuq və toyuq əti məhsullarının dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs1 ASC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq, cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə "xxxx" MMC və Zərərçəkmiş şəxs1 ASC arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra 31 avqust 2018-ci il tarixdə onun sifarişi ilə ünvan 2 ünvanına gətirilmiş dəyəri 13.122,42 manat təşkil edən 3546,60 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 2.438,91 manat təşkil edən 435,52 kiloqram çəkidə dondurulmuş açıq file, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 17.047,86 manat təşkil edən 3044,26 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 757,38 manat təşkil edən 252,46 kiloqram çəkidə dondurulmuş açıq bud, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 9.246,45 manat təşkil edən 2499,04 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 5.629,68 manat təşkil edən 1005,30 kiloqram çəkidə dondurulmuş açıq file, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 1.818,22 manat təşkil edən 527,02 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 4.416,48 manat təşkil edən 1280,14 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 4.846,24 manat təşkil edən 865,40 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 443,42 manat təşkil edən 143,04 kiloqram çəkidə dondurulmuş açıq qanad, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 11.334,96 manat təşkil edən 2024,10 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 320,82 manat təşkil edən 106,94 kiloqram çəkidə dondurulmuş açıq bud, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 4.119,78 manat təşkil edən 1194,14 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, xx.xx.2018- ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 5.849,61 manat təşkil edən 1695,54 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 15.694,11 manat təşkil edən 2802,52 kiloqram çokidə dondurulmuş açıq file, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 1.498,20 manat təşkil edən 499,40 kiloqram çəkidə dondurulmuş açıq bud, bununla da 98.584,54 manat dəyərində toyuq və toyuq əti məhsullarını Şahid1 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-yə 98.584,54 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs2 MMC-nin satış müdiri Şahid8 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin “ketrinq şirkəti” olduğu, 100-dən artıq işçisi olduğu, respublikada fəaliyyət göstərən digər ketrinq şirkətlərinə də rahatlıqla malları sata bildiyi, balıq və balıq əti məhsullarının satışını asanlıqla həyata keçirə bildiyi, satışları həyata keçirmək üçün “Meyvəli Bazar”da və Binə qəsəbəsində soyuducu anbarlarının olduğu haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs2 MMC-dən nisyə almaq istədiyi balıq və balıq əti məhsullarının dəyərini 7 gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs2 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq, cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə onun sifarişi ilə Bakı şəhəri, Qaradağ rayonu, «Sədərək» Ticarət Mərkəzinin yaxınlığına gətirilmiş dəyəri 13.523,70 manat təşkil edən 2217 kiloqram çəkidə başsız skumbriya balığı və dəyəri 8.840 manat təşkil edən 1700 kiloqram çəkidə tikə panqasius balığını, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə onun sifarişi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə Donuzçuluq sovxozunda yerləşən «Cücə saxlama və kəsimi sexi»nə gətirilmiş dəyəri 16.531 manat təşkil edən 2710 kiloqram çəkidə başsız skumbriya balığını, bununla da 38.894,70 manat dəyərində balıq və balıq əti məhsullarını Zərərçəkmiş şəxs2 MMC-nin sürücüsü Şahid10 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs3 MMC-nin supervayzeri Şahid11 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin çoxsayda otel və istirahət mərkəzləri ilə işləyib onları qida və qeyri qida məhsulları ilə təmin etdiyi, bunun sifariş əsasında həyata keçirildiyi haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs3 MMC-dən nisyə almaq istədiyi şirniyyat qida məhsullarının dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs3 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yaları vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə onun sifarişi ilə ünvan 2 ünvanına gətirilmiş dəyəri 3.979,66 manat təşkil edən 1050 kiloqram çəkidə «Korovka 7x1», dəyəri 147 manat təşkil edən 30 kiloqram çəkidə «Beşanaya Pçelka 6x1», dəyəri 962,5 manat təşkil edən 175 kiloqram çəkidə «Moloçnaya Kaplya 7x1», dəyəri 472,5 manat təşkil edən 105 kiloqram çəkidə «Raçki 7x1», dəyəri 142 manat təşkil edən 40 kiloqram çəkidə «Karamelkino Barbans 8x1», dəyəri 994 manat təşkil edən 280 kiloqram çəkiclə «Karamelkino Myata 8x1», dəyəri 708 manat təşkil edən 120 kiloqram çəkidə «X58 6x1», dəyəri 124,25 manat təşkil edən 35 kiloqram çəkidə «Sitrus Mİks 7x1», dəyəri 130,5 manat təşkil edən 30 kiloqram çəkidə «Fudgenta 6x1», dəyəri 113,25 manat təşkil edən 15 kiloqram çəkidə «X47 1x1», dəyəri 235,6 manat təşkil edən 76 kiloqram çəkidə «Slivkino 1x3,8» və dəyəri 175 manat təşkil edən 50 kiloqram çəkidə «Xrustik MAK 1x5», sonuncu dəfə 26 iyun 2019-cu il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 2.653,41 manat təşkil edən 700 kiloqram çəkidə «Korovka 7x1», bununla da 10.837,67 manat dəyərində şirniyyat qida məhsullarını Zərərçəkmiş şəxs3 MMC-nin ekspeditoru Şahid12 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 10.837,67 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Şahid13 Xəndəmir oğluna özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin təmir-tikinti işləri ilə məşğul olduğu, çoxsayda layihələrin icrası ilə məşğul olduğu haqda həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs4 MMC-dən nisyə almaq istədiyi istilik sistemləri mallarının dəyərini 1 ay ərzində nağdsız hesablaşma yolu ilə “Klimat-X" MMCnin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1022-ci məhəllə, Bakı Satış Mərkəzində yerləşən anbarından ümumi dəyəri 139,83 manat təşkil edən 5 ədəd VA DİJİTAL KOMBİ REQULYATORU, ümumi dəyəri 5.121,20 manat təşkil edən 6200 ədəd BORU AL PERT BORU 16mm, ümumi dəyəri 2.124 manat təşkil edən 2000 ədəd BORU UNİDELTA OKS. BARYERLİ 16 200m (göy), ümumi dəyəri 1.219,18 manat təşkil edən 2 ədəd KOMBİ GAS BOİLER-32A, ümumi dəyəri 1.352,28 manat təşkil edən 3 ədəd KOMBİ GAS BOİLER B- JLG-24KW, ümumi dəyəri 1.623,09 manat təşkil edən 3 ədəd KOMBİ GAS BOİLER B-JLG-28KW, ümumi dəyəri 1.515,12 manat təşkil edən 600 ədəd RADİATOR ASİLQANİ, ümumi dəyəri 5.664 manat təşkil edən 400 ədəd RADİATOR HELYOS EVO 350 (1 seksiya), ümumi dəyəri 22.656 manat təşkil edən 1600 ədəd RADİATOR HELYOS EVO 500 (1 seksiya), ümumi dəyəri 1.722,80 manat təşkil edən 100 ədəd RADİATOR OTTİMO 500 (1 seksiya), ümumi dəyəri 22.302 manat təşkil edən 270 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL ROSALİN 500-100(10), ümumi dəyəri 6.608 manat təşkil edən 80 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL STALBİ 500-100(10) və ümumi dəyəri 1.670,88 manat təşkil edən 20 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL VUL RAD 500-100(10 s-a), sonuncu dəfə xx.xx.2020-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 21,03 manat təşkil edən 396 ədəd ZAQLUSKA 20, ümumi dəyəri 9,63 manat təşkil edən 4 ədəd VENTİL QİRMİZİ BAŞ 25, ümumi dəyəri 867,30 manat təşkil edən 150 ədəd VENTİL KAFELALTİ 3/4, dəyəri 177 manat təşkil edən 1 ədəd VENTİL 3/4 KURESEL, ümumi dəyəri 26,67 manat təşkil edən 4 ədəd VENTİL 1*REKORLU KELEBEK KURESEL, ümumi dəyəri 5,73 manat təşkil edən 2 ədəd VENTİL 32*1*32, ümumi dəyəri 248,54 manat təşkil edən 119 ədəd VENTİL 3/4 kepenek, ümumi dəyəri 709,65 manat təşkil edən 124 ədəd VENTİL 3/4, ümumi dəyəri 267,27 manat təşkil edən 150 ədəd VENTİL 1/2 kepenek, ümumi dəyəri 107,97 manat təşkil edən 6 ədəd TEZYİQ KONTROLU DSK-3, ümumi dəyəri 38,94 manat təşkil edən 300 ədəd TE-25 boru keçidi, ümumi dəyəri 28,08 manat təşkil edən 20 ədəd REKOR l/D 3/4, ümumi dəyəri 38 manat təşkil edən 50 ədəd REKOR l/D 25 1/2, ümumi dəyəri 122,34 manat təşkil edən 64 ədəd REKOR l/D 1, ümumi dəyəri 74,63 manat təşkil edən 65 ədəd REKOR C/D 32x1, ümumi dəyəri 37,95 manat təşkil edən 24 ədəd REKOR C/D 3/4, ümumi dəyəri 31,10 manat təşkil edən 46 ədəd REKOR C/D 25 1/2, ümumi dəyəri 113,58 manat təşkil edən 55 ədəd REKOR C/D 1, ümumi dəyəri 311,52 manat təşkil edən 8 ədəd VENTİLLİ KOLLEKTOR 11 çrxışlı, ümumi dəyəri 12.489,12 manat təşkil edən 9800 ədəd BORU FİBER 25, ümumi dəyəri 796,74 manat təşkil edən 160 ədəd BORU FİBER 50, ümumi dəyəri 99,12 manat təşkil edən 100 ədəd BORU SADƏ 25, ümumi dəyəri 89,21 manat təşkil edən 2 ədəd DƏSMAL QURUDAN LUNA 500/750, ümumi dəyəri 90,86 manat təşkil edən 1000 ədəd DİRSƏK 90*25, ümumi dəyəri 10,83 manat təşkil edən 12 ədəd KOLLEKTOR XAMUTU, ümumi dəyəri 10,27 manat təşkil edən 150 ədəd MUFTA 25, bununla 90541,46 manat dəyərində istilik sistemləri mallarını Zərərçəkmiş şəxs4 MMC-nin anbardarı Şahid15 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 90.541,46 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək "xxxx" MMC-nin saitş müdiri Zərərçəkmiş şəxs5 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin böyük şirkət olduğu, 50-dən artıq texnika, 100-dən artıq yük avtomobillərinin olduğu, dövlət layihələri və sifarişləri əsasında fəaliyyət göstərdiyi, «Vətən müharibəsi» ilə əlaqədar sərhədyanı ərazilərdə tikinti-təmir və bərpa işləri, yol tikintisi həyata keçirdikləri barədə həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, "xxxx" MMC-dən nisyə almaq istədiyi yük avtomobilləri üçün şinlərin dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə "xxxx" MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə onun sifarişi ilə ünvan 3 ünvanında yerləşən “Pullman Hotel“ə gətirilmiş ümumi dəyəri 19.198,98 manat təşkil edən 24 ədəd 315/80R22,5 ROADSHİNE 20 PR TL RS602 157/154K, 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K və 10 ədəd 10.00R20 CORDİANT 1-281,U-4 nc18, xx.xx.2020-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş ümumi dəyəri 10.115,95 manat təşkil edən 6 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS622 156/153G və 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, ev 1B, «Bakı-Astara Yolu»nun kənarında yerləşən anbarından ümumi dəyəri 9.329,60 manat təşkil edən 8 ədəd 315/80R22.5 ROADSHİNE 20 PR TL RS602 157/154K və 14 ədəd 12.00R20, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 3.678,53 manat təşkil edən 8 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, bununla da 42.323,06 manat dəyərində yük avtomobilləri üçün şinləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş fiziki şəxs Zərərçəkmiş şəxs5 42.323,06 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində İşləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs6 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi olduğu MMC-nin böyük şirkət olub balansında çoxsayda “Shacman" markalı yük avtomobillərinin olduğu, işğaldan azad edilmiş Qarabağ bölgəsində tikinti-təmir işləri həyata keçirdikləri barədə həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, "Avto Store” MMC-dən nisyə almaq istədiyi yük avtomobilləri üçün şinlərin dəyərini 5 gün ərzində nağdsız hesablaşma yolu ilə "xxxx" MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra ilkin ödəniş kimi 2.000 manat nağd pul ödəyib xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanından ümumi dəyəri 6.929,97 manat təşkil edən 18 ədəd ROADSHİNE 315/80 22,5 və ümumi dəyəri 6.480,03 manat təşkil edən 12 ədəd ROADSHİNE 12.00 R20, bununla da 13.410 manat dəyərində yük avtomobilləri üçün şinləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb ələ keçirərək zərərçəkmiş fiziki şəxs Zərərçəkmiş şəxs6 11.410 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək fərdi sahibkar Zərərçəkmiş şəxs7 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin müxtəlif müəssisələri, şirniyyat evlərini və mağazaları quru meyvə və çərəzlərlə təmin etdiyi haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, nisyə almaq istədiyi quru meyvə və çərəzlərin dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə "xxxx" MMC ilə fiziki şəxs Zərərçəkmiş şəxs7 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2021-ci il tarixdə onun sifarişi ilə ünvan 5 ünvanına gətirilmiş ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə fındıq, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə ləpəni, xx.xx.2021-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə qovrulmuş fındıq, ümumi dəyəri 900 manat təşkil edən 100 kiloqram çəkidə qara kişmiş, ümumi dəyəri 520 manat təşkil edən 100 kiloqram çəkidə araxis, ümumi dəyəri 1.530 manat təşkil edən 60 kiloqram çəkidə antep püstəsi və ümumi dəyəri 1.560 manat təşkil edən 150 kiloqram çəkidə qoz ləpəsini, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanında yerləşən «Yaşıl Bazar»ın qarşısından ümumi dəyəri 5.920 manat təşkil edən 400 kiloqram çəkidə qovrulmuş fındıq və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə qoz ləpəsini, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 2.420,08 manat təşkil edən 232,70 kiloqram çəkidə qoz ləpəsi, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 9.620 manat təşkil edən 650 kiloqram çəkidə fındığı, bununla da 43.046,08 manat dəyərində quru meyvə və çərəzləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş fiziki şəxs Afər Şivanlıya 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin ayrıayrılıqda verilmiş mülki iddiaları qəbul edərək ifadəsində göstərdi ki, o, 1983-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində anadan olmuşdur. O, 2004-cü ildə İqtisad Universitetini bitirmiş və 2006-cı ildə idarə, təşkilatların və müəssisələrin qida və qeyri-qida ehtiyaclarının ödənilməsi üzrə ticarət fəaliyyətinə başlamış və 2011-ci ildə toyuq hissələrinin qablaşdırılması və paketləşdirilməsi üzrə sex açmışdır. 2014-cü ildən etibarən isə o, kərə və marqarin yağlarının Azərbaycana gətirilməsi işi ilə məşğul olmuşdur. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın Zərərçəkmiş şəxs1 MMC ilə əlaqədar epizodu üzrə deyə bilər ki, onun ilk dəfə xx.xx.2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 MMC ilə münasibəti həmin şirkət tərəfindən edilmiş toyuq ətinin endirim kompaniyası ilə əlaqədar olaraq yaranmışdır. Zərərçəkmiş şəxs1 MMC-nin həmin vaxt satış işləri ilə “Atina” şirkəti məşğul olmuşdur. O isə həmin vaxt öz sexində kolbasa və sosiska məhsullarının istehsalı ilə məşğul olmuşdur. Kolbasa və sosiska istehsalının xammalı üçün ona toyuq əti lazım olmuşdur. Zərərçəkmiş şəxs1 MMC həmin vaxt bir həftəlik endirimli satış kompaniyası həyata keçirmişdir. Zərərçəkmiş şəxs1 MMC həmin vaxt 1 kiloqramı 4 manat 30 qəpik olan toyuğun sinə hissəsinin ətinin qiymətini endirimlə 1 kiloqramını 3 manat 50 qəpiyə satışını həyata keçirmişdir. O, 2016-cı ilin avqustunda Zərərçəkmiş şəxs1 MMC-nin Xırdalan şəhərindəki anbarına gedərək təxminən 70.000 manat məbləğində 20 ton çəkidə toyuq əti məhsulunu nağd qiymətə almışdır. O, nağd şəkildə 20 ton toyuq ətini almışdır. Həmin məhsul Zərərçəkmiş şəxs1 MMC-nin əməkdaşları tərəfindən səhəri gün onun şirkətinin anbarına gətirilmişdir. Bu hadisədən təxminən 1 ildən çox müddət keçdikdən sonra o, yenidən Zərərçəkmiş şəxs1 MMC-yə müraciət etmişdir. O, Zərərçəkmiş şəxs1 MMC-nin satış nümayəndəsi Xalid bəylə əlaqə saxlamışdır ki, yenidən Zərərçəkmiş şəxs1 MMC-dən məhsullar satın alsın. Xalid bəy də onun ofisinə Zərərçəkmiş şəxs1 MMC-nin başqa bir satış nümayəndəsi, yəni Anar adlı bir şəxsi göndərmişdir. O, ofisində Anar bəyi qəbul edib danışıq aparmışdır. Sonra isə Zərərçəkmiş şəxs1 MMC ilə onun rəhbərlik etdiyi "xxxx" MMC arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında ittiham aktında qeyd edilən miqdarda, yəni 92.000 manat dəyərində Zərərçəkmiş şəxs1 MMC tərəfindən onun şirkətinə 1 ay ərzində məhsul göndərilmişdir. Zərərçəkmiş şəxs1 MMC-nin rəhbərliyi ilə onun arasında əldə edilmiş razılaşma belə olmuşdur ki, 1 ay keçdikdən sonra o, alınan məhsulların pulunu ödəyəcəkdi. O, əvvəlcə şəriki ilə işləmiş, lakin sonradan həmin şəirikindən ayrılmışdır. Çünki şəriki satış şəbəkələri ilə müqavilələr imzalayaraq məhsulları təhvil vermiş, şəbəkələr isə pulları geri qaytarmamışdır. Buna görə də o, aldığı məhsulların ödənişini geri qaytarmaqda çətinlik çəkmiş, başqa sözlə, pul sıxıntıları yaranmışdır. Zərərçəkmiş şəxs1 MMC-nin satış nümayəndəsi Anar onun yanına gələrək alınmış məhsulun ödənişini verməyini, şirkətdən artıq satış üçün məhsul verilmədiyini bildirmişdir. O da Anara tezliklə ödənişi verəcəyini demişdir. Bir müddət sonra onun şirkətinə Anarla birlikdə bir mülki geyimli polis əməkdaşı, bir də təhqiqatçı gəlmişdir. Polis əməkdaşları ondan yazılı iltizam almışlar. O da həmin iltizama əsasən Zərərçəkmiş şəxs1 MMC-dən aldığı məhsulun ödənişini verəcəyini, hazırda maddi sıxıntısının olduğunu bildirmişdir. Bir müddət sonra o, Anara öz ofisində 10.000 manat pul vermişdir. Bundan bir müddət də keçdikdən sonra yenə də Anar onun ofisinə gəlmiş, həmin gün onun şirkətinə rayonların birinə göndərdiyi məhsulun pulu gəlməli olmuşdur. O, bunu Anara bildirmişdir. Anar da həmin gün axşamadək onun ofisində oturmuş və öz iş yerinə qayıtmamışdır. Gecə radələrində pul gəlmişdir. O da həmin gecə Bakıxanov qəsəbəsində “Meqa Store” marketin yaxınlığında 10.000 manat pulu Anara vermişdir. Bundan sonra ödənişləri o, bütöv şəkildə deyil, hissə-hissə ödəməyə çalışmışdır. Bu gedişlə o, təxminən 17.000 manat məbləğində pul vəsaitini Anara ödəmişdir. Anar sonra ona demişdir ki, “mənim maaşımdan pul çıxılır, heç olmasa 500-500 manat olmaqla, ödənişi vermək lazımdır”. Bundan sonra onu Qaradağ RPİ-nə çağırmışlar və onu orada iki gün saxlamışlar. Sonra ondan yazılı iltizam alaraq buraxmışlar. 2021-ci ilin yay ayında Qaradağ RPİ-də ona qarşı cinayət işi açılmışdır. O, 7 ay müddətində Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. O, Zərərçəkmiş şəxs1 MMC-dən aldığı 92.000 manat məbləğində olan məhsulun cəmi 37.000 manatlıq hissəsini ödəniş edərək qaytarmışdır. O, həmçinin Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən saxlanıldığı zaman müstəntiqin yanında 5.000 manat pulu Zərərçəkmiş şəxs1 MMC-nə ödəniş etmişdir. O, ümumilikdə 42.000 manat pulu Zərərçəkmiş şəxs1 MMC-nə qaytarmış, qalan məbləği isə indiyədək ödəməmişdir. Bu barədə cinayət işinin materiallarında qəbz də var. O, Zərərçəkmiş şəxs2 MMC ilə əlaqədar epizodu üzrə deyə bilər ki, Zərərçəkmiş şəxs2 MMC-dən 38.000 manat məbləğində balıq məhsulunu götürmüşdür. O, toyuq məhsullarından kolbasa və sosiska istehsalı ilə məşğul olmuşdur. Onun ticarət fəaliyyəti ilə əlaqədar olaraq tanıdığı Üzeyir adlı bir şəxs olmuşdur. Üzeyir ondan başsız skumbriya balığı istəyərək həmin balıq məhsulunu tapmağını ondan xahiş etmişdir. O da Üzeyirə balıq məhsulları təşkil edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 MMC ilə onun rəhbərlik etdiyi "xxxx" MMC arasında alqı-satqı müqaviləsi imzalanmışdır. O, Zərərçəkmiş şəxs2 MMC-dən aldığı başsız skumbriya balığının çəkisini dəqiq xatırlamır, lakin 38.000 manat məbləğində başsız skumbriya balığını aldığını bilir. O, Zərərçəkmiş şəxs2 MMC-dən aldığı balıq məhsulunun qiymətini 1 ay ərzində ödəməli olmuşdur. O, Zərərçəkmiş şəxs2 MMC-dən aldığı balıq məhsulunun hamısını Üzeyirə vermiş və Üzeyir demişdir ki, “bazarda məhsulu ilk öncə məhsulu aşağı qiymətə verək, bazarı əldə edək, sonra isə işi davam etdirərik”. Üzeyir bundan sonra satdığı skumbriya balığının pulunu ona ödəyə bilməmişdir. Üzeyir ona yalnız 5.000 manat pul vermiş, pulun qalan hissəsini kompensasiya etmək üçün ona “Ford Sprinter” markalı maşın vermişdir. Həmin maşının təxminən 28.000 manat dəyəri olmuşdur. Sonra o, Zərərçəkmiş şəxs2 MMC-nə pulu ödəyə bilməmişdir. Buna görə də onun şirkətinə Zərərçəkmiş şəxs2 MMCnin satış nümayəndələri dəfələrlə gələrək ondan pulu tələb etmişlər. Sonra isə onu Nəsimi RPİ-dən bir nəfər polis çağırmışdır. Çünki onun barəsində Nəsimi RPİ-nə Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndələri şikayət ərizəsi ilə müraciət etmişlər. Nəsimi RPİ-nin İlqar adlı müstəntiqi ona demişdir ki, “barəndə şikayət var, pulu ödəməlisən”. Nəsimi RPİ-nin İlqar adlı müstəntiqinin mobil telefon nömrəsi ***-***-**-** olmuşdur. Bundan sonra o, 7.000 manat pulu İlqar adlı müstəntiqə göndərmişdir. O, Bakı İstintaq Təcridxanasında olduğu zaman İlqar adlı müstəntiqlə əlaqə saxlayaraq 7.000 manatlıq ödəniş etməyinə dair cinayət işində heç bir qəbzin olmadığını bildirmiş və İlqar da ona demişdir ki, “cinayət işinin materiallarına dəqiq baxmaq lazımdır, 7.000 manatlıq ödəniş etməyinə dair cinayət işində qəbz var”. Onun Zərərçəkmiş şəxs2 MMC-nə 7.000 manat ödənişi olmuşdur. Nəsimi RPİnin İlqar adlı müstəntiqi də onun 7.000 manat ödəniş etməyini təsdiq edə bilər. O, Zərərçəkmiş şəxs3 MMC ilə əlaqədar epizod üzrə deyə bilər ki, həmin şirkətdən konfet və karamel almışdır. Lənkəran şəhərində yerləşən bir şirkət volmuş və həmin şirkətin nümayəndələri ona demişlər ki, həmin şəxslərin Zərərçəkmiş şəxs3 MMC ilə münasibətləri pisləşmiş və buna görə də ondan xahiş etmişlər ki, o, Zərərçəkmiş şəxs3 MMC-dən məhsulu alıb həmin şirkətə versin. O da həmin şəxslərlə razılaşmış və Zərərçəkmiş şəxs3 MMC ilə onun rəhbərlik etdiyi "xxxx" MMC arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən o, təxminən 9.000 manatdan bir qədər çox məbləğdə məhsulu almış, sonradan isə həmin məhsulu Lənkəran şəhərindəki həmin şirkətə satmışdır. Sonra onun maddi vəziyyəti pisləşdiyi üçün həmin məbləği Zərərçəkmiş şəxs3 MMC-nə geri qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs3 MMC-nin rəhbəri Adil müəllimin yanına gedib demişdir ki, “maddi vəziyyətim pisdir, sənə yalnız 1.000 manat, 1.000 manat olmaqla, yəni hissə-hissə ödəniş edə bilərəm”. Həmin vaxt o, özü ilə 1.000 manat pul da aparmışdır. Lakin Adil müəllim həmin 1.000 manatı ondan almamışdır. O, Zərərçəkmiş şəxs4 MMC ilə əlaqədar epizod üzrə deyə bilər ki, həmin şirkətdən ümumi məbləği 76.000 manat məbləğində radiator və kombi almışdır. Zərərçəkmiş şəxs4 MMC ilə onun rəhbərlik etdiyi "xxxx" MMC arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Zaur və Asif adlı qardaşlar həmin məhsulları ondan alıb tikinti şirkətlərinə verməli olmuşlar. Ondan həmin kombi və radiatorları Asif və Zaur adlı qardaşlar almışlar, lakin aldıqları malların pulunu ödəyə bilməmişlər. Zaur və Asif ona kombi və radiatorların müqabilində 35.000 manat məbləğində parket verməli olmuşlar, lakin parketi də verməmişlər. Sonra ona təxminən 37.000 manat məbləğində ödəniş edilmişdir. Lakin o, tutulduqdan sonra ona ödəniş edilməmişdir. O, demək olar ki, bu səbəbdən Zərərçəkmiş şəxs4 MMC-dən aldığı və ümumi məbləği 76.000 manat məbləğində olan radiator və kombinin ödənişini geri qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Xanlar müəllimlə əlaqə saxlayaraq başına gələn hadisəni danışmış, yəni pulu geri qaytara bilmədiyini, yalnız təxminən hər dəfə 500-1.000 manat olmaqla, ödənişi geri qaytara biləcəyini demişdir. Xanlar müəllim də onunla razılaşmışdır. O, cəmi Zərərçəkmiş şəxs4 MMC-nə 2 (iki) dəfə hər dəfəsində 500 manat olmaqla, ümumilikdə 1.000 manat pul qaytarmışdır. O, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 Prverdi oğlu ilə əlaqədar epizodlar üzrə deyə bilər ki, onun şirkətində köməkçisi kimi işləyən Ramin adlı şəxs olmuş və Ramin ona demişdir ki, “Shaqman” markalı yük maşını almaq istəyir və bunun üçün ondan kömək istəmişdir. O, Raminə demişdir ki, “əvvəl bir ədədini al, sonra isə birini də alarsan”. Ramin ona demişdir ki, “yük maşını almaqda məqsədi, həmin maşını yolların çəkilişi üçün istifadə etmək üçün həmin yük maşınını icarəyə verəcək yol çəkən şirkətlərinicarəsinə vermək və həmin şirkətlərdən də gündəlik 350 manat pul almaq olmuşdur. İttiham aktında qeyd edilir ki, guya o, Zərərçəkmiş şəxs5ı Qarabağ ərazisində tikinti işləri gördüyünü, tikinti üçün yük daşımaq üçün onun şirkətinə məxsus “Shaqman” markalı yük maşınlarının olduğunu bildirərək aldatmışdır. Guya o, Zərərçəkmiş şəxs5 çoxlu “Shaqman” markalı yük maşınının olduğunu, Qarabağ ərazisində yol çəkilişi ilə məşğul olan şirkətlərlə əlaqəli olduğunu, yük maşınları üçün çoxlu “Shaqman” şinlərinə ehtiyacı olduğunu demişdir. Həmin vaxt hələ Qarabağ alınmamışdır. Ramin 5 ədəd “Shaqman” markalı yük maşını almışdır. Ramin yük maşınlarını almaq üçün ondan da 22.000 manat pul alaraq demişdir ki, “bu işdə ikimiz ortaq olacayıq”. Ramin həmin yük maşınları Ağcabədi yolunun tikintisi zamanı icarəyə verib gündəlik 350 manat pul almışdır. Sonradan o, Ramini axtarmış, zəng etmiş, lakin Raminə zəng çatmamışdır. Ona Ramin cəmi 75.00 manat pul qaytarmışdır. Ramin bir çox şəxslərə borclandığına görə həmin yük maşınlarını borclu olduğu şəxslərə girov olaraq vermişdir. O, bunu sonradan araşdıraraq müəyyən etmişdir. Həmin yük maşınlarının təkərlərini də o, İlham və Pərvizdən alaraq Raminə vermişdir. O, belə zənn etmişdir ki, Ramin gündəlik pul qazanaraq ona borcu qaytaracaq. O, təxminən 70.000 manatlıq şinlər alıb Raminə vermişdir. Həmin təkərlərin 43.000 manatlıq hissəsini o, Zərərçəkmiş şəxs5, 13.800 manatlıq hissəsini isə Zərərçəkmiş şəxs6 almışdır. O, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5la bu barədə danışmışdır. Zərərçəkmiş şəxs6 olan borcunu o, tam ödəmiş və ona görə də Pərviz onunla barışmışdır. O, Zərərçəkmiş şəxs5la danışaraq başına gələn hadisəni danışmış, yəni Raminin ona qarşı etdiklərini bildirib əlində İlhamın borcunu qaytarmaq üçün pul olmadığını demişdir. Həm də o, Zərərçəkmiş şəxs5 demişdir ki, İlhama olan borcunu hissə-hissə qaytaracaq, İlham da onunla razılaşmışdır. O da 3 dəfə, hər dəfəsində 1.000 manat olmaqla, ümumilikdə 3.000 manat pulu Zərərçəkmiş şəxs5 hesab kartına “Kontinental” marketin içərisindəki “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərmişdir. O, Zərərçəkmiş şəxs7 ilə əlaqədar epizod üzrə deyə bilər ki, daha öncə həmin şəxsi tanımamışdır. Afər fərdi sahibkar qismində bazarda quru meyvələrin satışı ilə məşğul olmuşdur. Afərlə onun şirkəti arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Zərərçəkmiş şəxs7 ona satmaq üçün 58.000 manatlıq quru meyvələr vermişdir. O da satışdan Zərərçəkmiş şəxs7 15.000 manat pul vermişdir. Hazırda onun Zərərçəkmiş şəxs7 təxminən 43.000 manat borcu qalmışdır. O, Zərərçəkmiş şəxs8 ilə əlaqədar epizod üzrə deyə bilər ki, Natiq onun sürücüsü olmuşdur. O, heç vaxt Zərərçəkmiş şəxs8 pul almamışdır. O, Zərərçəkmiş şəxs8 onun üçün hər hansı şəxsdən pul almasını xahiş etməmişdir. İttiham aktında qeyd edilir ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman guya Babayev Elnur onun Polis İdarəsindən buraxılması və zərərçəkmiş şəxslərə ödəmək üçün Zərərçəkmiş şəxs8 pul istəmişdir. Zərərçəkmiş şəxs8 də Babayev Elnura səhv etmirsə qeyd edildiyi kimi, 8.000 manat pul vermişdir. O, hesab edir ki, bu doğru deyil, çünki belə bir hadisə olmamışdır. O, X13 2019-cu ildən etibarən tanıyır. X27 ofisinin sahibi tanış etmişdir. Həmin vaxt X26 meyvə ticarəti ilə məşğul olmuşdur. Babayev Elnur ona satmaq üçün 530.000 manat miqdarında müxtəlif çeşiddə meyvələr vermişdir. O, həmin satışdan əldə etdiyi puldan 180.000 manat məbləğində pulu Babayev Elnura qaytarmış və nəticədə onun Elnur Babayevə təxminən 350.000 manat məbləğində borcu qalmışdır. Lakin həmin meyvələrin bir hissəsi yanmış və ya çürümüşdür. Elnur Babayev də bunu bilmişdir. Sonra o, Elnur Babayevlə razılaşmışdır ki, hissə-hissə Elnur Babayevə olan borcunu geri qaytarsın. Bundan sonra o, Elnur Babayevə təxminən 50.000-60.000 manat məbləğində pul vermişdir. Qalan borcu isə o, ödəyə bilməmişdir. Hazırda baxılan iş üzrə o və Elnur Babayev təqsirləndrilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmişdir. Bütün zərərçəkmiş şəxslər onları təqsirləndirirlər və Elnur Babayevin bütün bu işlərdə onun yanında olduğunu bildirmişlər. Lakin o, bildirmək istəyir ki, bu işlərdə Elnur Babayevin əli olmamışdır. O, heç vaxt Elnur Babayevin vasitəsi və ya iştirakı ilə zərərçəkmiş şəxslərdən və zərərçəkmiş hüquqi şəxslərdən hər hansı miqdarda mal və ya məhsul almamış, habelə onun zərərçəkmiş şəxslərlə və zərərçəkmiş hüquqi şəxslərin rəhbərləri və ya nümayəndələri ilə danışıqlarında Elnur Babayevin heç bir iştirakı olmamışdır. Doğrudur ki, Elnur Babayev onun ofisinə tez-tez gəlmişdir. Bunun da səbəbi onun Elnur Babayevə olan borcu olmuşdur. Elnur Babayev hər dəfə onun ofisinə gələndə o, Elnur Babayevə olan borcunun müəyyən hissəsini ödəmişdir. Ola bilər ki, zərərçəkmiş şəxslər belə məqamlarda Elnur Babayevi onun ofisində görmüşlər, lakin bir daha bildirir ki, Elnur Babayev onun zərərçəkmiş şəxslərlə və zərərçəkmiş hüquqi şəxslərin rəhbərləri və ya nümayəndələri ilə danışıqlarında, habelə heç bir alqı-satqı müqaviləsinin bağlanması və icrasında iştirak etməmişdir. O, bütün zərərçəkmiş şəxslərlə və zərərçəkmiş hüquq şəxslərin rəhbərləri ilə barışmaq istəyir, eləcə də həmin şəxslərə ondan asılı olmayan səbəblərdən vurulmuş zərəri ödəmək istəyir, lakin onun buna hazırda maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini və ona qarşı irəli sürülmüş mülki iddiaların təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatını, zərərçəkmiş şəxslərin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış hüquqi və fiziki şəxslərə qarşı dələduzluq cinayətlərini törətməməsi, sonuncuların əmlakını və ya pullarını ələ keçirməməsi və mənimsəməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə1 göstərdi ki, o, Zərərçəkmiş şəxs1 ASC-də hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 ASC toyuq əti və toyuq əti məhsullarının istehsalı ilə məşğul olur, həmçinin satış nümayəndələri vasitəsilə toyuq əti və toyuq əti məhsullarının satışını həyata keçirir. Satışın təşkili tərəflər arasında bağlanmış müqavilə və digər sənədlər əsasında həyata keçirilir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru kimi Zərərçəkmiş şəxs1 şirkətinə müraciət edərək toyuq məhsulları almaq istədiyini bildirmiş və sonra tərəflər arasında bu barədə müqavilə bağlanmışdır. Zərərçəkmiş şəxs1 ASC tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 98.584,56 manat dəyərində toyuq əti və toyuq əti məhsulları verilmişdir. Lakin Təqsirləndirilən şəxs onun təmsil etdiyi şirkətin məhsullarını ələ keçirərək dəyərini ödəməmişdir. Təqsirləndirilən şəxs ümumilikdə onun təmsil etdiyi şirkətdən 98.584.56 manat dəyərində toyuq əti və toyuq əti məhsullarını ələ keçirmişdir. Müqavilə əsasında Təqsirləndirilən şəxs şirkətdən aldığı toyuq əti məhsullarının dəyərini həmin məhsulu təhvil aldığı gündən 15 gün sonra ödəməli olmuşdur. Lakin Təqsirləndirilən şəxs məhsulları təhvil aldıqdan sonra bu ödənişi etməkdən imtina etməyə başlamışdır. Dəfələrlə Təqsirləndirilən şəxs şirkətin səlahiyyətli nümayəndələri tərəfindən ödənişin həyata keçirilməsi ilə əlaqədar müraciət edilsə də, Təqsirləndirilən şəxs hər dəfə onlara yalan vədlər verərək ödənişdən yayınmışdır. Buna görə də şirkət polisə şikayət ərizəsi ilə müraciət etmiş və müvafiq müraciət əsasında Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ailə üzvləri dəfələrlə şirkətə gələrək ödənişi verəcəklərinə dair yenidən yalan vədlər vermişlər, lakin şirkətə hər hansı şəkildə real ödəniş edilməmişdir. Yalnız ibtidai istintaq həyata keçirilən zaman Bakı Şəhər Baş Polis İdarəsində 4.250 manat məbləğində ödəniş şirkətə Təqsirləndirilən şəxs tərəfindən edilmişdir. Hazırda isə Təqsirləndirilən şəxs onun təmsil etdiyi şirkətə 94.334,56 manat məbləğində pul ödəməlidir. Ona görə də o, bu barədə məhkəməyə mülki iddia da təqdim etmişdir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərmiş olduğu halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini və mülki iddianın tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə4 göstərdi ki, o, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 MMC-ni təmsil etmişdir. Hazırda isə o, hər iki zərərçəkmiş hüquqi şəxsi, yəni Zərərçəkmiş şəxs4 MMC-ni və Zərərçəkmiş şəxs2 MMC-ni təmsil edir. Ona Zərərçəkmiş şəxs4 MMCnin rəhbərliyi tərəfindən müraciət edildikdən sonra o, şikayət ərizəsi ilə istintaq orqanına müraciət etmişdir. Təqsirləndirilən şəxsla şirkət rəhbərliyi arasında dəfələrlə danışıq aparılsa da, Təqsirləndirilən şəxs hər dəfə şirkətə məxsus pulu qaytaracağını vəd edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Buna görə də onlar sonda polisə müraciət etmişlər. Zərərçəkmiş hüquqi şəxslərdən biri də Zərərçəkmiş şəxs4 MMC-dir. İş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 MMC-nin direktoru və iş üzrə şahidlər ifadə vermişlər. Şirkətin ibtidai istintaq orqanına təqdim etdiyi müqavilə və qaimələrdən də görünür ki, Zərərçəkmiş şəxs4 MMC-yə vurulmuş zərərin ümumi məbləği 90.541 manat (doxsan min beş yüz qırx bir) təşkil edir. O, bir daha bildirir ki, bu zərərin məbləğini təsdiq edə biləcək qaimə, qəbzlər, sübutlar və müqavilələr iş üzrə ibtidai istintaq zamanı onun təmsil etdiyi şirkət tərəfindən ibtidai istintaq orqanına təqdim edilmişdir. İstintaq orqanı tərəfindən işin tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun təmsil etdiyi hər iki şirkətə dəymiş zərərin vurulmasını qabaqcadan əlbir olduğu digər təqsirləndirilən şəxs X26 ilə birlikdə qrup halında həyata keçirmişdir. Bu səbəbdən də iş üzrə məhkəmə icraatı zamanı onun tərəfindən verilmiş mülki iddia hər iki təqsirləndirilən şəxsə münasibətdə irəli sürülmüşdür. O, hər iki təqsirləndirilən şəxsdən, yəni həm Təqsirləndirilən şəxs, həm də Elnur Babayevdən onun təmsil etdiyi hüquqi şəxslərə vurulmuş zərəri tələb edir. Belə ki, Zərərçəkmiş şəxs4 MMC-nə vurulmuş zərərin 500 manatlıq hissəsi vurulmuş zərərə münasibətdə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bu məbləğdən başqa heç bir ödəniş həyata keçirilməmişdir. Nümayəndəsi olduğu digər zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərə münasibətdə isə o, bildirmək istəyir ki, Zərərçəkmiş şəxs2 MMC-nə vurulmuş zərərin məbləği mülki iddia ərizəsində göstərilən məbləğdədir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 MMC tərəfindən də ibtidai istintaq orqanına təqsirləndirilən şəxslər barəsində şikayət ərizələri daxil olmuş və istintaq orqanı tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X26 qabaqcadan əlbir olaraq Zərərçəkmiş şəxs2 MMC-nə 33.894,70 (otuz səkkiz min səkkiz yüz doxsan dörd manat 70 (yetmiş) qəpik) manat məbləğində zərər vurmuşlar. Bu zərərin ümumi məbləği onun tərəfindən Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi qismində məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində də öz əksini tapmışdır. O, nümayəndəsi olduğu hər iki zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş mülki iddiaları müdafiə edir. Zərərçəkmiş hüquqi şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Nümayəndə4 izahatında göstərmiş halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini və hər 2 (iki) zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş mülki iddiaların təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə3 göstərdi ki, o, 2018-ci ildən əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs3 MMC-də hüquqşünas vəzifəsində işləyir və həmin şirkətin baş direktorunun onun adına verdiyi etibarnamə əsasında MMC-nin səlahiyyətli nümayəndəsi qismində çıxış edir. Zərərçəkmiş şəxs3 MMC Azərbaycan Respublikasına xarici ölkələrdən qida və qeyri-qida məhsullarının idxalı ilə məşğuldur və bir qayda olaraq həmin malların pərakəndə satışını həyata keçirir. Onun təmsil etdiyi hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə 193093 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və satışını həyata keçirmək üçün Zərərçəkmiş şəxs3 MMC tərəfindən "xxxx" MMC-yə 10.000 manat dəyərində şirniyyat məhsulları təqdim edilmişdir. Bu məhsullar şəxsən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs təhvil verilmiş və bununla bağlı şahidlər vardır. Onun təmsil etdiyi şirkətə ziyan Təqsirləndirilən şəxs tərəfindən vurulmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs3 MMC "xxxx" MMC-yə məhsulların verilməsi müqabilində vurulmuş ziyanı, yəni ümumilikdə 10.837,67 manat məbləğində pulu bilavasitə Təqsirləndirilən şəxs tələb edir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə3 izahatında göstərmiş olduğu halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də satış meneceri vəzifəsində işləmişdir. "xxxx" MMC ünvan 7 ünvanında fəaliyyət göstərmişdir. Şirkətin anbarı isə Xocahəsən qəsəbəsində yerləşmişdir. "xxxx" MMC yük, minik, kənd təsərrüfatı və sənaye təkərlərin xaricdən Azərbaycan Respublikasına idxalı və burada onların topdan/pərakəndə satışı ilə məşğul olmuşdur. Bu sahədə fəaliyyəti daha da genişləndirmək üçün sosial şəbəkələrdə o, çoxsaylı elanlar paylaşmışdır ki, şirkət tərəfindən həyata keçirilən satış artsın. O, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus olan mobil telefon nömrəsindən onun nömrəsinə zəng edərək bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəridir. Təqsirləndirilən şəxs söhbəti davam etdirərək rəhbəri olduğu MMC-nin böyük avto parka sahib olduğunu və həmin avto parkda çoxlu sayda “Shacman" markalı yük avtomobillərinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin bildirmişdir ki, işi ilə bağlı 50 ədəd yük avtomobili üçün “Roadshina” markalı təkərlər lazımdır. Bundan sonra o, satdığı mallar barədə Təqsirləndirilən şəxs elektron qaydada məlumat göndərmişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs elektron qaydada ona cavab yazaraq onun işlədiyi şirkətin satdığı malları bəyəndiyini və onlardan 50 təkər almağa razı olduğunu bildirmişdir. Daha sonra onlar qiymət barədə danışmışlar və o, Təqsirləndirilən şəxs qiymət cədvəlini göndərmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona zəng edərək onun göndərdiyi qiymət cədvəli ilə tanış olduğunu və həmin qiymətlərlə razılaşdığını, lakin təkərlərin dəyərini alan zaman deyil, ayın sonunda, yəni xx.xx.2020-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təkərlərin dəyərini köçürmə yolu ilə aparılacağını və bunun üçün şirkətlər arasında müqavilə bağlanmasının lazım olduğunu demişdir. Həmin şirkət onların partnyor şirkəti olmadığından və əvvəllər heç vaxt əməkdaşlıq etmədiklərindən o, Təqsirləndirilən şəxs təklif etmişdir ki, işlədiyi ofisə gələrək rəhbərliklə görüşsün və razılıq olarsa bundan sonra əməkdaşlıq etsinlər. Təqsirləndirilən şəxs isə bildirmişdir ki, ofisə gəlməyə lüzum yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Pullman Hotel”-dəki ofisinə getsin. O da Elnurla razılaşaraq Elnurun ofisinin yerləşdiyi binaya gedərək 6-cı mərtəbəyə qalxmışdır. Orada onu X26 qarşılayaraq onu ofisə aparmışdır. X49 ilk və sonuncu təması həmin vaxt olmuşdur. Bundan başqa, X49 heç bir münasibəti olmamışdır. O, ofisə daxil olduqdan sonra Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs danışığa başlayaraq rəhbəri olduğu "xxxx" MMC-nin böyük şirkət olduğunu, 50-dən artıq texnikalarının, 100-dən artıq yük avtomobillərinin olduğunu, onlarla uzun müddətli əməkdaşlıq edəcəklərini, dövlət layihələri və sifarişləri əsasında fəaliyyət göstərdiklərini, “Vətən müharibəsi” ilə əlaqədar sərhədyanı ərazilərdə təmir və bərpa işləri həyata keçirdiklərini, eləcə də yol tikdiklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona əməkdaşlıq etməyi, korporativ müştəri kimi qəbul edib sifarişi yerinə yetirməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs işlərin dayanmaması üçün təcili olaraq Qarabağ bölgəsinə, həmçinin Gəncə və Şəmkir bölgəsinə 50 ədəd yük avtomobili üçün nəzərdə tutulmuş təkərlər göndərilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ödənişi 15 gündən bir həyata keçirə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs ilə xx.xx.2020-ci ildə görüşmüşdür. Onunla danışıq aparan və vədlər verən Təqsirləndirilən şəxs olmuşdur. Elnur Babayev isə həmin vaxt onların olduqları otaqda sakit oturub onları dinləmişdir. Elnur Babayev onunla danışmamışdır. X5rın söhbətinə qoşulmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs zəruri rekvizitləri götürmüş və işlədiyi şirkətin rəhbərliyi ilə bu barədə danışıb Təqsirləndirilən şəxs xəbər verəcəyini bildirərək ofisdən çıxıb getmişdir. Sonra o, bu barədə öz rəhbərliyinə məlumat vermiş, daha sonra isə razılıq almışdır. Bundan sonra onlar xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsini hazırlayıb təsdiq üçün Təqsirləndirilən şəxs şirkətinə göndərmişlər. xx.xx.2020-ci il tarixdə o, ümumi dəyəri 19.198,98 manat təşkil edən 50 ədəd təkəri Təqsirləndirilən şəxs məxsus şirkətin yük avtomobilinə yüklətdirərək Təqsirləndirilən şəxs sözü ilə “Pullman Hotelə” göndərmişdir. Sürücü həmin təkərləri hotelin qarajında boşaltmaqla Təqsirləndirilən şəxs təhvil vermişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq təkərlərin kifayət etmədiyini, əlavə təkər lazım olduğunu bildirərək təcili olaraq 22 ədəd əlavə təkər sifariş etmişdir. Onlar da yenidən ümumi dəyəri 10.115,95 manat təşkil edən 22 ədəd təkəri öz şirkətlərinə məxsus yük avtomobilinə yüklətdirib Təqsirləndirilən şəxs sözü ilə “Pullman Hotel“ə göndərmişlər. Sürücü həmin şinləri də hotelin qarajında boşaltmaqla Təqsirləndirilən şəxs təhvil vermişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onunla telefon vasitəsi ilə əlaqə saxlayıb yük avtomobilləri üçün təkərlərin lazım olduğunu bildirmişdir. Bu dəfə o, əvvəlki 2 satışdan borcunun olduğunu bildirib Təqsirləndirilən şəxs əlavə olaraq mal göndərə bilməyəcəyini demişdir. Elnur isə pulun ödənilməsi üçün xx.xx.2020-ci il tarixədək vaxtının olduğunu xatırlatmış və həmin tarixdə pulun hamısını ödəyəcəyini, eləcə də bu məbləğlərin şirkəti və gördüyü işlər müqabilində çox kiçik bir məbləğ olduğunu bildirərək narahat olmamağını ona demişdir. Bundan sonra o, yenidən Təqsirləndirilən şəxs inanaraq ümumi dəyəri 9.329,60 manat təşkil edən 44 ədəd təkəri Təqsirləndirilən şəxs onların anbarına göndərdiyi yük avtomobilinə yüklətdirib yola salmışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edərək öz şirkətinə məxsus bir yük maşınının döyüş əməliyyatlarının aparıldığı Qarabağ ərazisində yolda qaldığını, təcili olaraq həmin maşın üçün 8 ədəd arxa təkər lazım olduğunu bildirmişdir. Bu zaman o, yenə də Elnura borcunun olduğunu xatırlatmışdır. Elnur isə ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə onlara pulu ödəyəcəyini, balanslarına pul gəldiyini, narahat olmamağını ona demişdir. O, yenidən Təqsirləndirilən şəxs inanaraq ümumi dəyəri 3.678,53 manat təşkil edən 8 ədəd təkəri Təqsirləndirilən şəxs onların anbarına göndərdiyi yük avtomobilinə yüklətdirib yola salmışdır. Beləliklə, Təqsirləndirilən şəxs onları 4 dəfəyə aldadaraq ümumilikdə 42.323,06 manat dəyərində təkəri ələ keçirərək onlara ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ödəniş üçün söz verdiyi 10 gün müddət tamam olduğundan o, Elnura zəng edərək ödəniş etməsini xahiş etmişdir. Elnur isə hələ balansda pul olmadığını, pul gələn kimi borcu ödəyəcəklərini bildirmişdir. O, bir gün öncə Təqsirləndirilən şəxs balansda pul olduğunu ona dediyini xatırladanda, Təqsirləndirilən şəxs pulun az olduğunu, borcu ödəmək üçün kifayət etmədiyini, sabah, yəni xx.xx.2020-ci il tarixdə pulun hamısını ödəyəcəyini bildirmişdir. Daha sonra Elnur mütəmadi olaraq, müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmağa başlamışdır. O, Təqsirləndirilən şəxs onu aldatdığını, pulu ödəmək fikrinin olmadığını təxmin edib 2020-ci ilin sonlarında “Pullman Hotel"də yerləşən ofisinə getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və Elnur Babayev həmin ofisi cəmi 1 aylıq icarəyə götürmüşlər və hətta ofisin pulunu da tam ödəməmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs əsl dələduz olduğunu və onu aldatdığını bilmişdir. Təkərlərin hara aparıldığını öyrənmək üçün o, anbardan təkəri təhvil alan yük taksisi sürücüsü ilə əlaqə saxlamışdır. Sürücü Təqsirləndirilən şəxs çox malını daşıdığını, həmin malları əsasən Gəncə və Şəmkirə apardığını bildirmişdir. Daha sonra o, işlədiyi sahədə digər təkər alqı-satqısı ilə məşğul olan Pərviz və Vüqarla söhbət edən zaman həmin şəxslərin də başına belə bir iş gəldiyini, eyni qaydada və eyni şəxs tərəfindən aldadılaraq müxtəlif məbləğlərdə ziyan vurulduğunu öyrənmişdir. Onu aldadan Təqsirləndirilən şəxs olmuşdur. O, pulu ala bilmədiyindən və şirkətə ciddi ziyan dəydiyindən “TS Motors" MMC həmin təkərlərin pulunu ondan tələb etmişdir. Çünki o, tam maddi məsuliyyət barədə müqaviləni işə qəbul zamanı imzalamışdır. O da məcbur qalıb xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan mənzili satmış və şirkətə həmin 42.323,06 manat pulu ödəmişdir. Bu cinayət əməli nəticəsində ona birbaşa olaraq 42.000 manatdan çox maddi ziyan dəymişdir. Həmin puldan Təqsirləndirilən şəxs ona təxminən 3.000 manat hissəsini geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs ona 40.000 manata yaxın pul ödəməlidir. Vurulmuş zərəri o, Təqsirləndirilən şəxs tələb edir. Zərərçəkmiş şəxs5 ifadəsində göstərmiş halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin həm təsisçisi, həmdə ki, direktorudur. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə onun istifadəsində olan və sosial şəbəkələrdə elan üçün yerləşdirdiyi mobil nömrəsinə Təqsirləndirilən şəxs mobil nömrəsindən zəng gəlmişdir. Elnur Şıxəmədi özünü ona iş adamı kimi təqdim edərək onun rəhbəri olduğu şirkətə yük avtomobilləri üçün “Roadshine” markalı təkərlər sifariş etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü "xxxx" MMC-nin direktoru kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs rəhbəri olduğu şirkətin böyük şirkət olduğunu, şirkətin balansında çoxlu sayda “Shacman” markalı yük avtomobillərinin olduğunu və həmin avtomobillər üçün mütəmadi olaraq təkərlərin lazım olduğunu və buna görə əməkdaşlıq etmək istədiyini ona bildirmişdir. “Agro Food” şirkəti ölkədə məşhur şirkətlərin siyasında olduğundan o, Təqsirləndirilən şəxs zənginə sevinmişdir. Çünki bu şirkət ölkədə ən yaxşı şirkətlərdən biri kimi tanınmışdır. Təqsirləndirilən şəxs onunla danışan zaman yalnız “Roadshine” markalı təkər istədiyini və həmin təkərlərin sertifikatının olub-olmadığını, sertifikat olmadan mal almayacağını, həmçinin 30 ədəd “Roadshine” markalı təkərin lazım olduğunu ona demişdir. Təqsirləndirilən şəxs Qarabağ bölgəsində tikinti işləri ilə məşğul olduğunu və hazırda məhz bu növdə təkərlərin təcili olaraq lazım olduğunu da qeyd etmişdir. Elnur, həmçinin əlavə etmişdir ki, gələcəkdə də əməkdaşlıq edəcək. O da Təqsirləndirilən şəxs ilə razılaşaraq "xxxx" MMC-dən aldığı qiymət cədvəlinə uyğun olaraq üzərinə müəyyən faiz qoymaqla yeni qiymət cədvəlini hazırlayaraq Təqsirləndirilən şəxs ona göndərdiyi elektron ünvanına göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun göndərdiyi qiymət təklifini təsdiq etmişdir. Qiymət cədvəlinə uyğun olaraq sifariş olunan malın ümumi dəyəri 13.410 manat təşkil etmişdir. Həmin məbləğin təxminən 800 manatı gəlir olaraq onun şirkətinə çatmalı, qalan məbləğ isə "xxxx" MMC-yə çatmalı olmuşdur. Çünki malın mülkiyyətçisi həmin şirkət olmuşdur. Belə ki, o, həmin şirkətdən təkərləri alaraq Təqsirləndirilən şəxs satmışdır. O, təkərlərin satılması üçün ödənişin əvvəlcədən edilməli olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs özlərinin böyük şirkət olduğunu, bu məbləğin öz şirkəti üçün çox kiçik bir məbləğ olduğunu, onunla daimi olaraq əməkdaşlıq edəcəklərini bildirmiş və əlavə olaraq təkərlər çatdırıldıqdan sonra 5 gün ərzində ödəniş həyata keçiriləcəyini demişdir O da bu zaman bildirmişdir ki, heç olmasa biraz ödəniş üçün pulu depozit olaraq ona versin. Təqsirləndirilən şəxs də demişdir ki, 2.000 manat pulu nağd şəkildə ona göndərəcək. Təqsirləndirilən şəxs bu danışığından sonra onun Elnura etibarı yaranmış və Elnurun təklifi ilə müqavilə bağlamağa razılıq vermişdir. Müqavilə onun şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə hazırlanaraq kuryer vasitəsilə imzalanması üçün Təqsirləndirilən şəxs Badamdar qəsəbəsindəki ofisinə göndərilmişdir. Bundan sonra Elnur müqaviləni imzalayaraq və möhürləyərək kuryerlə birlikdə həmin sənədləri, həmçinin 2.000 manat pulu ona göndərmişdir. O da həmin təkərləri əməkdaşlıq etdiyi "xxxx" MMC-dən sifariş etmişdir. xx.xx.2020-ci il tarixdə qiymət razılaşma protokolu və təhvil-təslim aktını hazırlayıb yenidən təsdiq edilməsi üçün kuryer vasitəsilə o, Elnura Şıxəhmədiyə göndərmişdir. Təqsirləndirilən şəxs də sənədləri təsdiq edib ona qaytarmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs sifariş etdiyi malı götürə biləcəyini bildirmişdir. Elnur da demişdir ki, təkərləri götürmək üçün maşın göndərəcək. O da razılaşaraq bildirmişdir ki, sürücü Xocahəsən qəsəbəsinə gəlsin və onun nömrəsini sürücüyə versin, özü sürücü ilə danışıb malı götürəcəyi yeri başa salacaq. Bir neçə saat sonra ona bir nəfər sürücü zəng vurmuşdur. O, həmin sürücüyə demişdir ki, "xxxx" MMCnin Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, ev 1B, «Bakı-Astara Yolu»nun kənarında yerləşən anbarına gəlsin və bununla bağlı sürücüyə yolu izah etmişdir. O, həmin vaxt məhz qeyd etdiyi anbarda olmuşdur. Sonra Əli adlı sürücü idarə etdiyi **-LU-*** dövlət qeydiyyat nişanlı “Mercedes" markalı yük avtomobili ilə anbara gəlmişdir. Anbarda təhvil-təslim aktı əsasında fəhlələr həmin sürücünün idarə etdiyi yük avtomobilinə markası və ölçülərini qeyd etdiyi, ümumilikdə 30 ədəd şin yükləmişlər. Daha sonra o, Elnurla telefon əlaqəsi saxlamış və şinləri göndərdiyi yük avtomobili vasitəsi ilə yola saldığını bildirmişdir. O, 5 gün tamam olduqda Təqsirləndirilən şəxs zəng vuraraq ödəniş etməsini xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs hazırda hesablarında həmin məbləğin olmadığını və işçilərin pandemiya iiə əlaqədar işə çıxmadıqlarını, lakin pulu ödəyəcəyini vəd etmişdir. Daha sonra o, hər gün Elnurla əlaqə saxlasa da, Elnur hər dəfə müxtəlif bəhanələrlə ödənişi etməkdən yayınmışdır. xx.xx.2020-ci il tarixdə o, pulun ödənilmədiyini və Təqsirləndirilən şəxs onu aldatdığına əmin olmuşdur. Təqsirləndirilən şəxs dələduzluq etməsi nəticəsində ona 14.000 manatdan çox zərər dəymişdir. O, həmin pulu Təqsirləndirilən şəxs almışdır. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 ifadəsində göstərmiş halların nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, 2006-cı ildən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanında yerləşən «Yaşıl Bazarda» 9 nömrəli mağazada quru meyvə və çərəzlərin satışı ilə məşğul olur. 2021-ci ilin yanvar ayında onun oğlu Şahid16 44 günlük Vətən Müharibəsindən qayıtdıqdan sonra ona bazarda köməklik etməyə başlamışdır. Həmin vaxt ölkədə «Covid-19» virusunun yayıldığı dövr olmuşdur. Ona görə də Rəmzi ona təklif etmişdir ki, «İnstagram» sosial şəbəkəsində satışını həyata keçirdikləri məhsullarla bağlı elan yerləşdirib, məhsulların satışını «onlayn» qaydada həyata keçirsinlər. O da Rəmzinin təklifi ilə razılşmışdır. «Onlayn» qaydada həyata keçirilən malların satışı zamanı çatdırılmanı Rəmzi həyata keçirmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Rəmzi "xxxx" MMC-nin direktoru X6 müraciət etdiyini ona bildirərək demişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC vasitəsi ilə müxtəlif müəssisə, şirniyyat evləri, mağazaları quru meyvə və çərəzlər ilə təmin edir və onlardan nisyə olmaqla və rəsmi müqavilə bağlanmaqla topdan quru meyvə və çərəzləri götürüb əməkdaşlıq etdiyi yerlərə verəcək, pulunu 15 (on beş) gün ərzində nağdsız hesablaşma yolu ilə onların bank hesabına ödəyəcək. O, Rəmziyə buna yalnız rəsmi müqavilə bağlamaqla razılıq verəcəyini demişdir. Rəmzi həmçinin demişdir ki, Təqsirləndirilən şəxs söhbət etmək və əməkdaşlıq etmək üçün onları ofisinə dəvət edir. 05 mart 2021-ci il tarixdə o, Rəmzi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə üzbəüz yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsindəki ofisə getmişlər. Təqsirləndirilən şəxs onları qarşılamış və onlar orada tanış olmuşlar. O, Təqsirləndirilən şəxs demişdir ki, «məndən nisyə şəkildə və topdan götürəcəyi malların pulunu nağd verə bilsə, müqavilə bağlamağa ehtiyac yoxdur», Təqsirləndirilən şəxs isə demişdir ki, «nağd ödəniş və ya beh olmayacaq, belə ki, özü də əməkdaşlıq etdiyi yerlərlə bu şəkildə işləyir, sifariş əsasında əməkdaşlıq etdiyi yerlərə mal verəndən 10-15 gün ərzində hesabına malın ödənişi daxil olur, sonra isə özü mal aldığı yerlərə nağdsız qaydada, köçürmə yolu ilə ödənişi həyata keçirir» və onunla da eyni qayda tətbiq olunacaqdır. Onlar belə razılığa gəlmişlər ki, aralarında müqavilə bağlansın və mallar qaimə faktura əsasında verilsin, Təqsirləndirilən şəxs də 15 (on beş) gün ərzində malların pulunu onun bank hesabına köçürsün. Beləliklə həmin tarixdə, yəni 05 mart 2021-ci ildə onların aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Təqsirləndirilən şəxs demişdir ki, neçə kilo və hansı çeşiddə quru meyvə və çərəz lazım olsa, bir gün əvvəl sifarişi verəcək, onlar da sifariş əsasında malları verəcəklər. Ertəsi gün, yəni 06 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs sifarişi əsasında o, 10.288 manat dəyərində quru meyvə və çərəzləri, yəni kiloqramı 14 manat 80 qəpik olan 300 kiloqram çəkidə qovrulmuş fındıq, kiloqramı 10 manat 40 qəpik olan 70 kiloqram qara kişmiş, kiloqramı 14 manat 80 qəpik olan 100 kiloqram badam, kiloqramı 10 manat 40 qəpik olan 350 kiloqram qoz ləpəsini mağazasında ayıraraq Təqsirləndirilən şəxs ofisinə aparıb təhvil verməsi üçün Rəmziyə vermiş, sonuncu da həmin quru meyvəçərəzləri avtomobillə aparıb ünvan 8 ünvanında yerləşən ofisin qarşısında Təqsirləndirilən şəxs təhvil vermişdir. İkinci dəfə 10 mart 2021-ci il tarixdə yenə də Təqsirləndirilən şəxs sifarişi əsasında o, 8.950 manat dəyərində malı, yəni kiloqramı 14 manat 80 qəpik olan 300 kiloqram qovrulmuş fındıq, kiloqramı 09 manat olan 100 kiloqram qara kişmiş, kiloqramı 05 manat 20 qəpik olan 100 kiloqram araxis, kiloqramı 25 manat 50 qəpik olan 60 kiloqram antep püstəsi, kiloqramı 10 manat 40 qəpik olan 150 kiloqram qoz ləpəsini mağazasında ayırıb Rəmziyə vermişdir ki, sonuncu Elnurun ofisinə aparıb təhvil versin. Rəmzi bu dəfə də həmin quru meyvə və çərəzləri avtomobillə aparıb S.Bəhlulzadə küçəsi 111 ünvanına yerləşən ofisin qarşısında Təqsirləndirilən şəxs təhvil vermişdir. Hər iki dəfə Rəmzi malları Təqsirləndirilən şəxs verməsi barədə sonuncuya elekton qaiməyə imza etdirmiş və MMC-nin möhürünü vurdurmuşdur. O, 11 mart 2021-ci il tarixdə avtomobillərinin nasazlığı səbəbindən malı çatdıra bilməyəcəyini Təqsirləndirilən şəxs demiş və sonuncu yük avtomobilini bazara göndərmiş, o da Təqsirləndirilən şəxs sifarişi əsasında bu dəfə 9.550 manat dəyərində malı, yəni kiloqramı 14 manat 80 qəpik olan 400 kiloqram qovrulmuş fındıq və kiloqramı 10 manat 40 qəpik olan 350 kiloqram qoz ləpəsini mağazasında ayırıb bazarın qarşısında Təqsirləndirilən şəxs göndərdiyi yük avtomobilinə yüklətdirib yola salmışdır. 19 mart 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ümumilikdə 14.248 manatlıq quru meyvə və çərəzləri nisyə sifariş edib, bu dəfə nağd ödəniş edəcəyini və pulu saat 16:00 radələrində bazara gətirib verəcəyinə söz vermişdir. O da 14.248 manat dəyərində malı yəni, kiloqramı 10 manat 40 qəpik olan 232 kiloqram 700 qram qoz ləpəsi, kiloqramı 10 manat 40 qəpik olan 70 kiloqram kişmiş, kiloqramı 14 manat 80 qəpik olan 100 kiloqram badam və kiloqramı 14 manat 80 qəpik olan 650 kiloqram qovrulmuş fındığı mağazasında ayırıb, yenə də Təqsirləndirilən şəxs bazara göndərdiyi yük avtomobilinə yüklətdirməklə yola salaraq təhvil vermişdir. Lakin saat 16:00 radələrində və sonrakı saatlarda Təqsirləndirilən şəxs bazara gəlməmiş, pulu da verməmişdir. Buna görə də o, sonuncu qaiməyə Təqsirləndirilən şəxs imza çəkdirə bilməmişdir. Sonrakı müddətdə Rəmzi dəfələrlə Təqsirləndirilən şəxs ofisinə getsə də, hər dəfə sonuncu malların pulunu gözlədiyini demişdir. O, 30 mart 2021-cİ il tarixdə özü Təqsirləndirilən şəxsm ofisinə getmiş və söhbət zamanı sonuncu ondan vaxt verməsini xahiş etmişdir. Sonradan Təqsirləndirilən şəxs Okan adlı şəxsi ona mühasibi kimi təqdim etmiş, sonuncu da Təqsirləndirilən şəxs pulu verəcəyini vəd etmiş, hətta 02 aprel 2021-ci il tarixdə bazara gəlib demişdir ki, MMC-yə ödənişlər ayın ya 15-də, ya da sonunda olacaq və ödənişlər olan kimi ona olan borc qaytarılacaq. Lakin ona heç kim borcu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs əməli nəticəsində ona ümumilikdə 43.046 manat məbləğində zərər vurulmuşdur. Təqsirləndirilən şəxs onun etibarından istifadə edərək onun mallarını ələ keçirmişdir. O, malları satan zaman bank vasitəsilə vergi də ödəmişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun azadlıqdan məhrum edilməsini tələb edir. O, digər təqsirləndirilən şəxs X13 tanımır. O, Elnur Babayevi cəmi bir dəfə Təqsirləndirilən şəxs iş yerində sonuncu ilə müqavilə bağlayanda görmüşdür. Lakin X49 heç bir münasibəti olmamış və ona görə də onun Elnur Babayevə qarşı heç bir şikayət və ya tələbi yoxdur. O, vurulmuş ziyanı Təqsirləndirilən şəxs tələb edir. Zərərçəkmiş şəxs7 ifadəsində göstərmiş olduğu halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini və mülki iddiasının təmin edilərək ümumilikdə 43.046 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2015-ci ildən öz adına olan «Mercedes» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə tanışlığı da 2020-ci ilin sonlarında yaranmışdır. Belə ki, o, sonuncunu bir neçə dəfə xidmət haqqı müqabilində dediyi yerlərə aparmış və münasibətləri yaranmışdır. Sonra Təqsirləndirilən şəxs təklif etmişdir ki, sürücüsü işləsin. O, bildirmişdir ki, taksi sürücüsü kimi gündəlik təxminən 70 manat pul qazanır, sürücülük etdiyi təqdirdə ona hansı məbləğdə maaş verəcəyini soruşanda, Təqsirləndirilən şəxs demişdir ki, “əvvəlkindən yaxşı olacaq”. O da razılaşmış və markasını, dövlət qeydiyyat nişanını qeyd etdiyi avtomobillə Təqsirləndirilən şəxs sürücülük etməyə başlamış, dediyi yerlərə aparmışdır. O, Təqsirləndirilən şəxs tanıdığı ərəfədən də ağbaş ləqəbli X13 tanımış, onlar daimi bir yerdə olmuşlar və bütün işləri bir olmuşdur. O, Elnur Babayevə də sürücülük etmiş, yəni hər ikisinin sürücüsü olmuşdur. Hər ikisi tez-tez ofisləri dəyişmiş və o, bundan şübhələnməyə başlamışdır. O, bu işə, yəni sürücülük etməyə başlayanda həmin şəxslər Bakı şəhəri, Binəqədi rayonu, “Vorovski” qəsəbəsində ofis götürmüşlər. O, eşitmişdir ki, buna qədər Təqsirləndirilən şəxs və Elnur Babayevin ofisləri «Pullman Hotel»də olmuşdur. Sonradan Elnurgil “Vorovski” qəsəbəsindəki ofisdən Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən ofisə köçmüşlər. Həmişə ofisləri icarəyə götürən Elnur Babayev olmuşdur. Eyni zamanda o, sonradan müşahdə etmişdir ki, Təqsirləndirilən şəxs idarə edən də məhz Elnur Babayevdir. O, sürücü kimi işlədiyi üçün hər iki Elnurun işlərinə müdaxilə etməmiş, ona verilən tapşırıqları yerinə yetirmiş, sürücü kimi bütün işləri görürmüş, lakin görmüşdür ki, hər iki şəxs şirkətləri və ayrı-ayrı şəxsləri aldadıb əmlaklarını ələ keçirirlər. İşin başında məhz Elnur Babayev durur, lakin Elnur Babayev birbaşa vətəndaşlarla əlaqəyə girməmiş və Təqsirləndirilən şəxs bu işi həvalə etmişdir. Elnur Babayev isə özü guya kənarda olması görüntüsü yaratmaqla bütün bu qanunsuz işi quran, sonra isə, yəni mal ələ keçiriləndən sonra malın satışını da Elnur Babayev həyata keçirmiş və orada da, yəni cinayət yolu ilə əldə edilmiş malların satışında da Təqsirləndirilən şəxs aldatmışdır. O, 7 aya yaxın həmin şəxslərin yanında olmuş və bütün işlərindən xəbərdardır. O, tanış olduqdan sonra ona məlum olmuşdur ki, X37 rayonu ərazisindəki «Meyvəli bazar»da işləyən müxtəlif şəxslərdən nisyə aldığı təxminən 560.000 manat dəyərində meyvə-tərəvəzi Təqsirləndirilən şəxs vermişdir. Həmin dəyərdə mal Elnur Babayevin özünün olmamış, həmin malın sahibləri digər adamlar olmuşdur. O, həmin şəxslərdən birinin Rüstəm adlı şəxs olduğunu bilmişdir. O, Rüstəm adlı şəxsin 180.000 manatlıq malı, talışların 75.000 manatlıq malı və digər şəxslərin mallarının olduğunu bilir. Elnur Babayev də daimi Təqsirləndirilən şəxs polisə şikayət edəcəyi ilə şantaj etməklə şirkətləri və vətəndaşları aldadıb mallarını ələ keçirməsini tələb etmiş, lakin ələ keçirilmiş malların satışını Elnur Babayev yalnız özü etmişdir. Təqsirləndirilən şəxs tutulmazdan bir müddət əvvəl, yəni 2021-ci ilin iyun ayının sonu iyul ayının ilk günlərində o, X38 Şıxəhmədinin arasında olan söhbətdən bilmişdir ki, Təqsirləndirilən şəxs Elnur Babayevə 560.000 manatdan cəmi 104.000 manat borcu qalmış, həmin məbləğdən 75.000 manat isə talışların pulu olmuşdur. Lakin sonradan o, «Meyvəli bazar»da olduğu vaxt öyrənmişdir ki, Elnur Babayev mal sahiblərinə pul qaytarmamış, həmin şəxslər də şikayət verməmişlər, çünki iri mal dövriyyəsi ilə məşğul olurlar və həmin məbləğlər onlar üçün bir o qədər əhəmiyyət kəsb etmir ki, vaxt itirib bu işin hüquqi müstəvidə həllinə çalışsınlar. Bir sözlə Elnur Babayev 560.000 manatlıq mal sahiblərinə pul qaytarmaq adı ilə Təqsirləndirilən şəxs aldadıb polisə şikayət vermək adı ilə şantaj edərək digər vətəndaşları və şirkətləri aldadıb mallarını ələ keçirməyə məcbur etmiş, özü birbaşa vətəndaşlarla ünsiyyətdə olmasa belə necə və hansı qaydada vətəndaşları aldatmaq barədə təlimatı Təqsirləndirilən şəxs Elnur Babayev vermiş, sonra isə cinayət yolu ilə əldə edilmiş pulları əsl sahiblərinə qaytarmayıb özünə götürmüşdür. Beləliklə, X54 Şıxəhmədi ilə əlbir olub bu cinayətləri törətmişlər. Elnur Babayevin qurduğu plan əsasında Təqsirləndirilən şəxs fərqli şirkət və vətəndaşları aldadıb mallarını ələ keçirdikdən X55 malın dəyərindən xeyli aşağı satışını təşkil edəcəyini demişdir. Məsələn, 50.000 manatıq mal ələ keçirildikdən X55 deyirmiş ki, bu malı 25.000-30.000 manata sata biləcək, Təqsirləndirilən şəxs də buna razılıq vermiş, çünki daha baha qiymətə satmaq üçün müştəri axtarmaq və tapmaq vaxt aparırmış, həmin müddətdə mal xarab da ola biləcəyindən, eyni zamanda Elnur Babayev də Təqsirləndirilən şəxs pul tələb etdiyindən, dəyər-dəyməzinə malı satmağa məcbur edirmiş. O, əmindir ki, X54 Şıxəhmədiyə malın satış dəyərinin bir məbləğdə olduğunu deyib özü malı daha artıq qiymətə satırmış, çünki bütün hallarda malı satan Elnur Babayev olmuş və heç kim malın real satış qiymətini bilməmişdir. Sonra məsələn, 50.000 manatlıq mal 25.000-30.000 manata satılandan X55 həmin puldan 20.000-25.000 manatını borcun silinməsinə götürmüş, Təqsirləndirilən şəxs isə 5.000-7.000 manat pul qalırmış ki, həmin pulu da ofislərin icarə haqlarının ödənilməsi və sair işlər üçün xərclənmişdir. O, tam səmimi bildirmişdir ki, Təqsirləndirilən şəxs bütün qanunsuz hərəkətlərini Elnur Babayevin diqtəsi və başçılığı altında etmiş, bu işlərin başında duran, planlaşdıran Elnur Babayev olmuş, icraçı funksiyasını isə Təqsirləndirilən şəxs həyata keçirmişdir. Təqsirləndirilən şəxs və Elnur Babayev birgə şirkət və vətəndaşları aldadıb mallarını ələ keçirmişlər və sonradan malın satışından əldə edilmiş pulun böyük hissəsini də Elnur Babayev özünə götürmüşdür. O, həmin hadisələrin birbaşa iştirakçısı olmamış, bütün bunları isə Təqsirləndirilən şəxs ilə Elnur Babayev arasındakı ofislərdə aparılan danışıqlarından, sonuncuların öz sözlərindən eşidib bilmişdir. Belə ki, harasa getmək, yəni sürücü kimi işini görmək lazım olmayan saatlarda o da ofisdə olmuş və X38 Şıxəhmədinin arasındaki danışıqları eşitmişdir. O, sürücü kimi işlədiyi dövrdə Təqsirləndirilən şəxs və Elnur Babayevin təkər satışı ilə məşğul olan Pərviz adlı şəxsdən mal götürüb ucuz qiymətə sataraq pulu ələ keçirdiklərini görmüşdür. Bu hadisə o, işə təzə başlayan vaxt, yəni 2020ci ilin dekabr ayında olmuşdur. Təkər satışından sonra Təqsirləndirilən şəxs özünə cəmi 3.000 manat pul götürmüş, qalan məbləği isə Elnur Babayev özünə götürmüşdür. 03 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis tərəfindən tutulduqda əlbir olduğu X54 Şıxəhmədinin azadlığa çıxması üçün səylər göstərmiş və pul axtarmışdır ki, özlərinin cinayət əməlləri nəticəsində ziyan vurduqları şəxslərə qismən də olsa ödəniş etsinlər. O, elə düşünür ki, Elnur Babayev gələcəkdə Təqsirləndirilən şəxs özünə qarşı ifadə verəcəyindən ehtiyat etdiyi üçün də Təqsirləndirilən şəxs köməklik göstərmək istəyirmiş ki, azadlığa çıxsın. Elnur Babayev 03 iyul 2021-ci il tarixdə ona müraciət edib bildirmişdir ki, tanışlarından on gün müddətinə 8.000 manat pul götürüb versin ki, Elnur Babayev şikayətçilərə qismən ödəniş aparacaqdır. Elnur Babayev bildirmişdir ki, on gündən sonra həmin 8.000 manat pulu özü ona verəcəkdir, əlavə etmişdir ki, pulu özündən götürər. O, hər ikisini tanıdığı və Elnur Babayevə etibar etdiyi üçün razılaşıb bir neçə tanışından on gün müddətinə borca ümumilikdə 8.000 manat pul toplayaraq ertəsi gün, yəni 04 iyul 2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 111 ünvanında Elnur Babayevlə görüşüb təklikdə pulu vermişdir. O, Elnur Babayevin həmin pulu nə etdiyini bilmir, lakin dəqiq bilir ki, zərərçəkmiş şəxslərə heç bir məbləğdə ödəniş edilməmişdir. On gün keçdikdən sonra o, Elnur Babayevə müraciət edib on günlük borc adı ilə götürdüyü pulu qaytarmasını xahiş etmiş və əlavə etmişdir ki, özü də həmin pulu bir neçə tanışından on günə qaytarmaq şərti ilə götürmüş, eləcə də tanışlarının yanında yalançı olmaq istəmir. Elnur Babayev isə hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başlamış, hər dəfəsində bugün-sabah deyib pul alacağının olduğunu yalandan bəhanə edərək vaxtı uzatmışdır. Bu qaydada bir neçə ay keçmiş, X55 bildirmişdir ki, pulu ona qaytarmayacaqdır. O, bunun səbəbini soruşanda Elnur Babayev ona bildirmişdir ki, “sürücü olduğun Enur Şıxəhmədinin mənə verəcəyi var, get pulu Təqsirləndirilən şəxs al”. X28 zənglərinə cavab verməyib ondan gizlənməyə başlamışdır. 2021-ci ilin sentyabr ayının ortalarında isə Elnur Babayev özü də həbs edilmişdir. Ümumi tanışları olduğudan Elnur Babayevin həbs olunmasından onun da məlumatı olmuş və həbsdən apellyasiya şikayəti verdikdə, o da Bakı Apellyasiya Məhkəməsinə gəlmişdir ki, heç olmasa orada görüb pulu qaytarmasını istəsin. Məhkəmənin binasının qarşısında o, Elnur Babayevin bacısı Təranəni görmüşdür. O, "xxxx" MMC-nin sürücüsü işlədiyindən və bildirdiyi kimi X38 Şıxəhmədi əlbir olduqları üçün X21 rayonu, Mican kəndindəki evlərində də olub Elnur Babayevin anası və bacısını bir neçə dəfə görmüşdür. Bakı Apellyasiya Məhkəməsinin qarşısında Təranə onu orada görüb yaxınlaşaraq qardaşının nədən həbs edilməsi və onun nə üçün gəldiyini soruşduqda, o Təranəyə demişdir ki, qardaşı Elnur onu aldadaraq 8.000 manat pulu ələ keçirmiş, o da pulu almaq üçün gəlmiş, pulu versinlər ki, o da şikayətçi olmasın. Sonra həmin günün axşamı yaxud ertəsi gün, Elnur Babayevin anası ona zəng vurmuş və şikayət etməməsini ondan xahiş etmişdir. O, izah etmişdir ki, Elnur Babayevə on günlük verdiyi 8.000 manat pulu özü də tanışlarından on günə qaytarmaq şərti ilə götürmüş və artıq bir neçə aydır ki, həmin pulu sahiblərinə qaytara bilmir, çünki Elnur Babayev onu aldatmış, pulu qaytarmalarını istəmişdir. Elnur Babayevin anası isə bildirmişdir ki, oğlu həbsdən çıxar özü ilə məsələni həll edər. 2021-ci ilin oktyabr ayının sonlarında Təranə yenidən ona zəng vurub X43dən şikayətçi olmamağını istəyəndə, o, bildirmişdir ki, pulunu versinlər, o da şikayətçi olmasın. Sonradan o, öz adına olan «Mercedes» markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyub pul götürərək 8.000 manat pulu borc sahiblərinə ödəmişdir. Nəticə etibarı ilə Elnur Babayevin dələduzluğu nəticəsində ona 8.000 manat ziyan dəymişdir. Belə ki, Elnur Babayev on günə qaytaracağını ona yalandan vəd verib 04 iyul 2021-ci il tarixdə ünvan 8 ünvanında ondan 8.000 manat pul alaraq vədinə əməl etməyib, pulu ona qaytarmayaraq və sonradan qaytarmaqdan da imtina edərək ələ keçirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, "xxxx" MMC-də Strateji araşdırma marketing şöbəsinin müdiri vəzifəsində işləyir. Onun vəzifəsi satışın planlaşdırılması, məhsulun tanınması, bazarın araşdırılması, satışın təşkili və satışla bağlı digər işlərin görülməsindən ibarətdir. Şirkətə məxsus telefon nömrəyə və şirkətin əməkdaşlarına məxsus digər xidməti nömrələrə hüquqi və fiziki şəxslər tərəfindən edilmiş zənglər cavablandırılaraq müştəri məhsulların təyinatı və qiyməti barədə məlumatlandırılmışdır. Təqsirləndirilən şəxs də onun işlədiyi şirkətə məxsus nömrəyə zəng edərək “X59” MMC-nin direktoru olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 MMC ilə qarşılıqlı əməkdaşlıq etmək, yəni məhsulları almaq istədiyini bilirmişdir. Təqsirləndirilən şəxs korportaiv müştəri olduğundan qeyd etdikləri ilə əlaqədar olaraq o, Elnuru Şahid1 yönəltmişdir. Çünki o, fərdi şəkildə malların satışı ilə deyil, əsasən şəbəkə marketlərə məhsulların satışı ilə məşğul olmuşdur. Şahid1 isə fərdi şəkildə satış həyata keçirən müştərilərlə iş şöbəsində işləmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs telefon nömrəsini onların digər əməkdaşımı olan Şahid1 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs direktoru olduğu şirkət ilə onun işlədiyi şirkət arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən onların şirkəti tərəfindən 98.000 manatdan çox toyuq məhsulları Elnur Şıxəmədiyə təhvil verilmişdir. Lakin Təqsirləndirilən şəxs onların şirkətindən çoxlu sayda məhsul alsa da, sonradan aldığı məhsulların dəyərini ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs onların şirkətinə olan borcunun ümumi məbləği 98.000 manat təşkil edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru kimi tanımışdır. Belə ki, o, həmin vaxt "xxxx" MMC-nin satış üzrə təmsilçisi işləmişdir. Sonradan "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə onun satış təmsilçisi olduğu "xxxx" MMC arasında müqavilə bağlanmışdır. "xxxx" MMC toyuq əti məhsullarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs direktoru olduğu MMC ilə bağlanmış müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-dən toyuq məhsulları almaq istəmiş və həmin müqavilə əsasında onların şirkəti Təqsirləndirilən şəxs toyuq məhsullarını satmalı olmuşdur. Müqaviləyə əsasən Elnur Şxhmədi 15 gündən bir ödəmə etməli olmuşdur. Belə ki, onların şirkəti Təqsirləndirilən şəxs sifarişi əsasında toyuq məhsullarını verməli olmuş, Təqsirləndirilən şəxs də malı təhvil aldıqdan sonra 15 gün ərzində verilmiş məhsulların dəyərini ödəməli olmuşdur. Lakin Təqsirləndirilən şəxs onların şirkətindən toyuq məhsullarını alsa da, müqavilədə göstərilmiş müddətdə şirkətə olan məbləği ödəməmişdir. Elnur Şıxhmədi tərəfindən onların şirkətindən təxminən 15 gün ərzində, hər dəfə 15.000- 20.000 manatlıq olmaqla, ümumilikdə 88.000 manatlıq məhsul götürülmüşdür. Bir dəfə Təqsirləndirilən şəxs tərəfindən ona 10.000 manat ödənilmişdir. O, həmin pulu Təqsirləndirilən şəxs ofisində almış və buna dair qəbzə imza çəkmişdir. Elnur Şəxəhmədi ona demişdir ki, Əhmədli qəsəbəsində anbarı var. O da məhsulları aparıb həmin anbara təhvil vermişdir. Məhsulu orada Elnurun işçiləri qəbul etmişlər. 15 gün ərzində Təqsirləndirilən şəxs ödənişi verə bilməmişdir. Elnur ona demişdir ki, “yeni sifarişim var, mal gətir, pul verəcəm”. Bundan sonra o, yenidən Elnurun dediyi anbara məhsul aparmış və Elnur ona orada 10.000 manat pul vermişdir. Lakin hər dəfə yeni mal həmin anbara aparıldıqda, yeni mal nisyə qəbul edilmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən onların şirkətinə 98.000 manat məbləğində ziyan vurulmuşdur. Şirkət dəfələlər Təqsirləndirilən şəxs vurulmuş ziyanı tələb etsə də, Təqsirləndirilən şəxs pulu ödəməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, "xxxx" ASC-də xəzinədar işləyir. Xəzinədar kimi vəzifəsi cəmiyyətin satış nümayəndələri tərəfindən verilən pulları qəbul etməkdən ibarətdir. Satış nümayəndələri sifarişləri planşet vasitəsilə cəmiyyətin operatorlarına verir, sürücülər vasitəsilə mallar sifariş obyektlərinə çatdırılır. Alqı-satqı ilə bağlı elektron qaimələr tərtib edilir. "xxxx" MMC-yə ümumilikdə 98.584.56 manat dəyərində toyuq əti məhsulları cəmiyyətin anbarından satış nümayəndəsi vasitəsilə verilmiş, lakin cəmiyyətin xəzinəsinə bununla bağlı hər hansı ödəniş edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Nuriddin oğlu ifadəsində göstərdi ki, o, ünvan 9 ünvanında yerləşən «X40 Cəmiyyəti»nin Xətai filialının binasını 2004-cü ildən icarə müqaviləsi əsasında götürüb orada dondurma istehsalını həyata keçirərək yay aylarında satır. O, Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayından tanıyır. Belə ki, 2018-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs onun icarəyə götürdüyü həmin ünvana gələrək onunla görüşmüş və həmin binanı bir il müddətinə icarəyə verməsini xahiş etmişdir. O isə hər il, yay aylarında orada dondurma istehsal edib satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir qədər fikirləşib binanın qarşı tərəfindəki əraziyə yüklərin boşaldılmasına, oradan isə malların avtomobil vasitəsilə daşınmasına icazə verilməsini ondn xahiş etmiş və bunun müqabilində 50 manat pul verəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs heç bir problem olmadığını, icarəyə bina tapanadək həmin boş ərazidən istifadə edə biləcəyini demişdir. Bundan sonra, yəni 2018-ci ilin avqust-sentyabr aylarında Zərərçəkmiş şəxs1 ASC-nin yük avtomobilləri Xətai rayonu, M.Hadi küçəsi 23 ünvanına gələrək boş əraziyə müxtəlif çeşid və çəkidə toyuq əti məhsullarını boşaltmışlar. Bəzi vaxtlarda Təqsirləndirilən şəxs toyuq əti məhsulları təhvil verilərkən orada olmadığı üçün Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Şahid1 toyuq əti məhsullarını ona təqdim etmiş, o da Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaratdıqda, sonuncu toyuq əti məhsullarını qəbul etməsini, məhsuların pulunu özü verəcəyini, öz avtomobillərinin gəlib malları aparacağını bildirmişdir. Bundna sonra şirkətin nümayəndələri yükü boşaldandan sonra çıxıb getmişlər. Bundan bir qədər sonra "xxxx" MMC-nin yük avtomobilləri gəlib həmin məhsulları aparmışlar. Bəzi vaxtlarda Təqsirləndirilən şəxs özü də gəlib şəxsən məhsulları qəbul etmişdir. O, şəxsən heç vaxt malların boşaldılmasında və təvil alınmasında iştirak etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 MMC-də satış müdiri işləmişdir. Bu şirkət qida sektorunda balıq və balıq məhsullarının ölkədaxili və ölkə hüdudlarından kənarda hüquqi və fiziki şəxslərə satışını təmin edir. Zərərçəkmiş şəxs2 MMC tərəfindən 140 adda dəniz məhsullarının satışı həyata keçirilir. Zərərçəkmiş şəxs2 MMC əsasən balıq və balıq məhsullarını ölkə ərazisindən alır və satışını həyata keçirir. Məhsullar qanunvericiliyin şərtlərinə əsasən alqısatqı yolu ilə satılır. Zərərçəkmiş şəxs2 MMC yeni yaranmış şirkət olmuş və balıq sektorunda bir o qədər də tanınmamışdır. Məhz bu məqsədlə, yəni Zərərçəkmiş şəxs2 MMC-ni tanıtmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə (facebook, instagram və s.) şirkətin məhsulları reklam edilmişdir. “İnstagram” sosial şəbəkəsində şirkətin reklamını görən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə MMC-yə müraciət etmişdir. Təqsirləndirilən şəxs “ketrinq şirkəti”-nin olduğunu, bu məqsədlə respublikada fəaliyyət göstərən digər ketrinq şirkətlərinə də rahatlıqla malları sata bildiyini bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 MMC-dən qanunla müəyyən olunmuş formada, yəni müqavilə əsasında külli miqdarda balıq və balıq məhsulları almaq istədiyini demişdir. Buna görə də "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə görüşmək məqsədi ilə Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Şahid7 şirkətin satış nümayəndəsi kimi onu Təqsirləndirilən şəxs ofisinə göndərmişdir. O da Təqsirləndirilən şəxs ofisinə getmişdir. Həmin görüşdə Təqsirləndirilən şəxs ona "xxxx" MMC-nin 100-dən artıq işçisinin olduğunu, satışları həyata keçirmək üçün “Meyvəli Bazar”-da və Binə qəsəbəsində soyuducu anbarlarının olduğunu bildirmişdir. Onunla Təqsirləndirilən şəxs arasında olan söhbət bitdikdən sonra o, görüş barədə işlədiyi şirkətin rəhbəri Samir müəllimə məlumat vermişdir. Buna görə də Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Şahid7 Təqsirləndirilən şəxs bizneslə məşğul olan şəxs kimi qəbul etmiş və sonuncuya etibarı yaranmışdır. Elnur hətta müqavilə bağlamağı, rəsmi qaydada fəaliyyət göstərməyi təklif etmişdir. Elnur alacağı məhsulun dəyərini satışdan sonra nağdsız qaydada köçürmə yolu ilə edəcəyini demişdir. Buna görə Elnurla Zərərçəkmiş şəxs2 MMCnin satış müdiri Şahid8 müqavilə şərtlərini müzakirə etməyə başlamışlar. Artıq onlar Elnuru ciddi iş adamı kimi qəbul etdiklərinə görə "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 MMC-nin arasında müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən Zərərçəkmiş şəxs2 MMC qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam icra edərək, "xxxx" MMC-nin sifarişi əsasında malların təhvil-qəbulu aktı ilə Təqsirləndirilən şəxs 13.523,70 manat dəyərində 2217 kq donmuş başsız skumbriya balığı, bir kiloqramı 6,10 manat olmaq şərti ilə və 8.840 manat dəyərində 1700 kq donmuş panqasius balığı, bir kiloqramı 5.20 manat olmaq şərti ilə, cəmi 22.363.70 manat dəyərində balıq məhsulları vermişdir. Razılaşmaya əsasən balıq məhsulları onların şirkəti tərəfindən Elnurun anbarına təhvil verilməli olmuşdur. Buna görə də xx.xx.2019-cu ildə 22.363 manat dəyərində balıq məhsulları "xxxx" MMC-nin Ceyhun adlı sürücüsü vasitəsi ilə Elnurun sifariş etdiyi mallar Elnura göndərilmişdir. Elnur “Soyuducu Anbarının” Meyvəli bazarda olduğunu və malı ora çatdırmağı bildirsə də, sonradan Elnur onlarla əlaqə saxlayaraq sürücü Ceyhunun malları Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinin yaxınlığına gətirməyi tapşırmış və orada Ceyhundan qeyd olunan miqdarda balıq məhsullarını göndərdiyi “166 Yük Xidməti”-nə məxsus avtomobilə yükləməyi xahiş etmişdir. Ceyhun da malları “166 Yük Xidmətl”-nə təhvil vermişdir. Növbəti gün Təqsirləndirilən şəxs yenidən şirkətin satış nümayəndəsi Rövşənlə əlaqə saxlayaraq yenidən əlavə mal tələb etmişdir. Buna görə yenə də malların təhvil-qəbulu aktı əsasında Elnura 16.531 manat dəyərində 2710 kq donmuş başsız skumbriya balığı, bir kiloqramı 6,10 manat olmaq şərti ilə təhvil verilmişdir. Elnurun tələbi ilə həmin balıq məhsulları guya özünün Bakı şəhəri, Binə qəsəbəsində yerləşən soyuducu anbarına təhvil verilməli olmuşdur. Buna görə də MMC-nin sürücüsü Ceyhun təhvil-qəbul aktına əsasən 16 may 2019-cu ildə malları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə aparmış, lakin orada soyuducu anbarının olmadığını, eləcə də balıq və balıq məhsullarını saxlama şəraitinin olmadığını, ümumiyyətlə şəraitin olmadığını görərək malı təhvil verdikdən sonra dərhal bu barədə MMC-nin rəhbərliyinə məlumat vermişdir. Buna görə də o, dərhal təhvil-təslim aktlarını götürüb Elnurun Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə aparmışdır. O, orada hər iki aktı, yəni 14 və 16 may 2019-cu il tarixli təhvil-təslim aktlarını Təqsirləndirilən şəxs imza etdirmişdir. 16 may 2019-cu ildə mallar təhvil verildikdən 1-2 saat sonra Zərərçəkmiş şəxs2 MMC ilə qarşılıqlı əməkdaşlıq edən Şahid9 MMC-nin direktoru Şahid7 ilə əlaqə saxlayaraq Elnur adlı şəxsin 2710 kq çəkisində skumbriya balığını aşağı qiymətə satdığını bildirmişdir. Artıq həmin vaxt o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onları aldatmışdır. Onlar Təqsirləndirilən şəxs şübhə yaratmamaq üçün Elnurla danışıq aparmaq yolu ilə sonuncudan götürdüyü malın dəyərini ödəməsini xahiş etmişlər. Lakin Elnur hər dəfəsində onları aldadaraq müxtəlif bəhanələrlə pulu verməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs dələduzluq edərək Zərərçəkmiş şəxs2 MMC-yə məxsus ümumilikdə 38.894,7 manat dəyərində balıq məhsullarını ələ keçirmiş və hazıradək götürdüyü məhsulların dəyərini ödəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 ifadəsində iş üzrə Zərərçəkmiş şəxs7 ifadəsinə oxşar ifadə verərək sonuncunun göstərdiklərini tam təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Şahid7 iş üzrə dindirilmiş Şahid8 ifadəsinə oxşar ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir. Onun işlədiyi şirkət kombi, radiator kimi istilik sistemlərinin satışı ilə məşğuldur. O, Təqsirləndirilən şəxs ilə bir neçə dəfə görüşmüşdür. 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs mobil telefonundan ona zəng gəlmişdir. O, Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışarkən Təqsirləndirilən şəxs müxtəlif istilik məhsullarını almaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə 2-3 dəfə Təqsirləndirilən şəxs adına olan Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Babək Plaza’'nın 6-cı mərtəbəsində yerləşən ofisində görüşmüşdür. O, Təqsirləndirilən şəxs ilə sonuncunun ofisində görüşən zaman X26 da orada olmuşdur. Şıxəhmədi X2 şirkətinin işçisi, həmçinin məhsulların alınması üzrə məsul şəxs, yəni təchizatçı kimi təqdim etmişdir. Daha sonra sifarişləri Babayev Elnur vermiş, məhsulları təhvil verən zaman isə məhsulların sayı, keyfiyyəti ilə bağlı onunla Babayev Elnur danışıq aparmışdır. X41 özü ona malların sifarişlərini vermişdir. Onunla malları təhvil alan, malların keyfiyyəti, yararlığı barədə danışıq aparan şəxs Elnur Babayev olmuşdur. O, Elnura ümumilikdə 90.000 (doxsan min) manat dəyərində məhsul vermişdir. Təqsirləndirilən şəxs ilə onun işlədiyi şirkət arasında bağlanmış müqaviləyə əsasən 15 (on beş) gündən bir Təqsirləndirilən şəxs ödəniş etməli olmuşdur. Lakin bu müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək ödəniş barədə akt hazırlamasını, iki dəfə ödəniş edəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs belə bir vəd versə də, sonradan yenə vədinə əməl etməmiş və şirkətə ödəməli olduğu pul ödəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, əsasən dənizçilərdən balıq alıb “8-ci km” kimi adlanan bazarda satır. O, Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Şahid7 uzun illərdir ki, tanıyır və aralarında dəfələrlə ticarət əməkdaşlığı olmuşdur. O, Təqsirləndirilən şəxs tanımasa da, X13 tanıyır. Elnur Babayev əslən İsmayıllı rayonundandır. 2019-cu ildə Təqsirləndirilən şəxs adlı şəxs ona müraciət edərək ucuz qiymətə balıq məhsulları satmasını təklif etmişdir. Lakin Təqsirləndirilən şəxs təklif etdiyi qiymət çox ucuz olmuşdur. Ona görə bu qiymətlər onda şübhə yaratmışdır. Bundan sonra o, bu barədə Şahid7 məlumat vermişdir. Şahid7 da bildirmişdir ki, Təqsirləndirilən şəxs ona ucuz qiymətə təklif etdiyi mal Zərərçəkmiş şəxs2 MMC-dən aldığı mal olmuşdur. Bundan sonra o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs düzgün adam deyil və ona başqasının malını satmaq istəyir. Bu məsələdə onun qohumu Elnur Babayev də kömək etmişdir. Elnur Babayev ona Təqsirləndirilən şəxs mal almamaq barədə ona məlumat vermişdir. Başqa sözlə, Elnur Babayev onu zərərdən xilas etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, 2016-cı ildə Zərərçəkmiş şəxs4 MMC-ni təsis etmiş və hazırda həmin MMC-nin həm təsisçisi, həm də direktorudur. Direktor olduğu şirkət istilik sistemlərinin və santexnika məhsullarının Azərbaycan Respublikasına idxalı, sonradan ölkə ərazisində həmin əşyaların topdan və pərakəndə satışını həyata keçirir. O, bir neçə ildir ki, Şahid14 tanıyır. Belə ki, Şahid14 onun rəhbərlik etdiyi şirkətin fəaliyyətində köməklik edir. Belə ki, Emil teztez onun şirkətinə müştəri göndərmiş, eləcə də şirkətin mallarının satılması işini təşkil edir. Lakin Şahid14 onun şirkətinin rəsmi işçisi deyil. 2020-ci ilin avqust ayında Emil ona müraciət edərək bildirmişdir ki, “bir nəfər, yəni Təqsirləndirilən şəxs adlı şəxs var, o, "xxxx" MMC-nin rəhbəridir, həmin şirkət çoxlu sayda müxtəlif layihələr üzərində çalışır və bizim şirkətlə əməkdaşlıq etmək istəyir”. O da Emilə təklif etmişdir ki, Təqsirləndirilən şəxs onunla tanış etsin. Emil Təqsirləndirilən şəxs “Babək Plazada” fəaliyyət göstərdiyini və bir neçə dəfə şəxsən Elnur ilə orada görüşdüyünü demişdir. Sonra Emil Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona vermişdir. O da Elnur ilə telefonla əlaqəsi saxlayan zaman Elnur təsis etdiyi, həm də direktoru olduğu “Agro Food Service" MMC-nin təmir-tikinti işləri ilə məşğul olduğunu, çoxlu sayda layihələrinin olduğunu və onun şirkətinin satdığı mallardan almaq istədiyini bildirmişdir. Sonra o, Elnur ilə görüşmüş və söhbət zamanı Təqsirləndirilən şəxs onu inandırmışdır ki, müxtəlif tanınmış şirkətlərin işlərini görür. Belə ki, Təqsirləndirilən şəxs çox peşəkarcasına danışmış, ticarətdən başı çıxan adam kimi söhbət aparmış, eləcə də dəqiq hesablamalar etmişdir. Təqsirləndirilən şəxs tikinti ilə bağlı dəqiq məlumatlara sahib olmuşdur. Məhz bu dəqiq məlumatlara görə onun Təqsirləndirilən şəxs haqqında iş adamı olması haqqında təsəvvürü yaranmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, onunla uzunmüddətli əməkdaşlıq etmək istəyir və ilkin olaraq götürəcəyi malın dəyərini də bir aya 2 dəfəyə olmaqla, yəni xx.xx.2020-ci il tarixdə yarısını və xx.xx.2020-ci il tarixdə isə qalan yarısını köçürmə yolu ilə ödəyəcək. Onlar başqa şirkətlərlə də eyni qaydada işlədikləri üçün Təqsirləndirilən şəxs təklifi onları qane etmişdir. O da şirkət rəhbəri kimi Təqsirləndirilən şəxs ilə razılaşmış və xx.xx.2020-ci il tarixdə şirkətlər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti 1 illik olmuşdur. Çünki Elnur demişdir ki, uzunmüddətli əsaslarla onlarla işləmək istəyir. Lakin onların arasında şifahi razılaşma olmuşdur ki, Elnur ilkin götürəcəyi malın dəyərini 1 aya ödəyəcək, sonra isə yenidən mallar təhvil veriləcək. Alqı-satqı müqaviləsi bağladıqdan sonra Elnur bildirmişdir ki, işçisi, yəni Elnur Babayev onun şirkətinin anbardarı ilə əlaqə saxlayıb lazım olan malların siyahısını verəcək. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs işçisi kimi özünü təqdim edən Elnur Babayev onların anbarına gələrək 2 dəfəyə, yəni xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə aid malları anbardan öz avtomobillərinə yükləyərək anbardan aparmışdır. Sonra Təqsirləndirilən şəxs ona zəng edərək işçisi olduğu Elnur Babayevin malları götürdüyünü və bir neçə gündən sonra götürdükləri malların dəyərini köçürmə yolu ilə ödəyəcəklərini bildirmişdir. Birinci ödəniş xx.xx.2020-ci il tarixdə edilməli olmuşdur. Lakin həmin tarixdə Təqsirləndirilən şəxs ona zəng edib bəzi problemlərinin olduğunu deyərək ondan 3-4 günlük möhlətt istəmişdir. O da razılaşaraq Təqsirləndirilən şəxs qalan malları gəlib aparmasını demişdir. Bir müddətdən X55 yenidən onların anbarına gələrək qalan malları təhvil alıb aparmışdır. Nəticədə onların şirkəti Təqsirləndirilən şəxs 2 dəfəyə götürdüyü 91.000 manatlıq mal təhvil vermişdir. Təqsirləndirilən şəxs vaxt gəlib çatdıqda şirkətdən götürdüyü pulların dəyərini ödəməli olmuşdur. Lakin vaxt çatsa da, Təqsirləndirilən şəxs müxtəlif bəhanlər gətirərək pulları ödəməkdən imtina etmişdir. Sonra o, Emilə müraciət edərək Təqsirləndirilən şəxs onların şirkətindən mal götürdüyünü, lakin malların dəyərini ödəmədiyini bildirmiş və Emildən bu məsələdə köməklik etməsini xahiş etmişdir. Emil də Elnur ilə danışan zaman sonuncu yenə möhlət istəyərək borcunu ödəyəcəyini bildirmişdir. Hətta Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Elnur Babayev ilə onların şirkətinə bildiriş göndərərək şirkətə olan borcu ödəməkdən yayınmadığını və borcun yarısını xx.xx.2020-ci il tarixdə, qalanını isə xx.xx.2020-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Lakin sonra Təqsirləndirilən şəxs yenə də şirkətə olan borcunu ödəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 iş üzrə dindirilmiş Şahid13 ifadəsinə oxşar ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişdir. Şahid X16 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, “Siyəzən-Broyler» ASC-də sürücü işləmişdir. Həmin vaxt o, sürücüsü olduğu şirkət tərəfindən ona verilmiş malları müvafiq şirkətlərə aparıb təhvil vermişdir. “X59” MMC-yə ümumilikdə 98584.56 manat dəyərində toyuq əti məhsulları Zərərçəkmiş şəxs1 ASC-nin anbarından verilmişdir. “X59” MMC tərəfindən Zərərçəkmiş şəxs1 ASC-nin anbarına mal qaytarılması olmamışdır. Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, “My Food" MMC-nin hüquqşünası vəzifəsində işləyir. Şahid7 2017-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 MMC-ni təsis etmiş və həmin cəmiyyətin direktorudur. Cəmiyyətin hüquqi ünvanı ünvan 12cu ilin dekabr ayına kimi cəmiyyətin ofisi Bakı şəhəri, Bül-bül prospekti, 41/43, mənzil 19-da yerləşmişdir. Nizamnamə əsasında fəaliyyət göstərən hüquqi şəxs olaraq MMC qida sektorunda balıq və balıq məhsullarının ölkədaxili və ölkə hüdudlarından kənarda hüquqi və fiziki şəxslərə satışını təmin edir. MMC tərəfindən 140 adda dəniz məhsullarının satışı həyata keçirilir. MMC əsasən balıq və balıq məhsullarını ölkə ərazisindən alır və satışlarını həyata keçirir. Məhsullar qanunvericiliyin şərtlərinə əsasən alqı-satqı yolu ilə satılır. MMC yeni yaranmış və balıq sektorunda bir o qədər də tanınmır. Məhz bu məqsədlə, yəni Zərərçəkmiş şəxs2 MMC-ni tanıtmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə (facebook, instagram və s.) məhsulları reklam edirmişlər. «İnstagram» sosial şəbəkəsində tanıtımlarını görən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə MMC-yə müraciət edərək bildirmişdir ki, “ketrinq şirkəti” vardır, bu məqsədlə respublikada fəaliyyət göstərən digər ketrinq şirkətlərinə də rahatlıqla malları sata bilir, bundan əlavə, balıq və balıq məhsullarının satışını respublikada asanlıqla həyata keçirə bilir. Bu səbəbdən Təqsirləndirilən şəxs MMC-dən qanunla müəyyən olunmuş formada, yəni müqavilə əsasında külli miqdarda balıq və balıq məhsulları almaq istəmişdir. Buna görə də "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə görüşməsi üçün MMC-nin direktoru Şahid7 MMC-nin satış nümayəndəsi Şahid8 ofisinə göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şahid8 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “BİZNES CENTER”də olan ofisinə dəvət etmişdir. Rövşən Elnurun qeyd olunan ofisinə getmişdir. Həmin görüşdə Elnur Rövşənə "xxxx" MMC-nin 100-dən artıq işçisi olduğunu, satışları həyata keçirmək üçün “Meyvəli Bazar”da və Binə qəsəbəsində soyuducu anbarları olduğunu bildirmişdir. Rövşən Elnurla arasında olan söhbəti bildirdikdən sonra MMC-nin direktoru Şahid7 Təqsirləndirilən şəxs bizneslə məşğul olan şəxs kimi düşünmüş və etibarı yaranmışdır. Elnur hətta müqavilə bağlamağı, rəsmi qaydada fəaliyyət göstərməyi təklif etmişdir. Elnur alacağı məhsulun dəyərini satışdan sonra nağdsız qaydada köçürmə yolu ilə edəcəyini demiş, buna görə Elnurla MMC-nin satış müdiri Şahid8 müqavilə şərtlərini müzakirə etməyə başlamışlar, Artıq Elnuru ciddi iş adamı kimi qəbul etdiklərinə görə rəhbərlik etdiyi "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 MMC-nin arasında 11-F saylı, 13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Zərərçəkmiş şəxs2 MMC qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam icra edərək, "xxxx" MMC-nin sifarişi əsasında xx.xx.2019-cu il tarixli, 080701 saylı malların təhvil-qəbulu aktı əsasında Təqsirləndirilən şəxs 13.523,70 manat dəyərində 2217 kq donmuş başsız skumbriya balığı, bir kiloqramı 6,10 manat olmaq şərti İlə və 8840 manat dəyərində 1700 kq donmuş panqasius balığı, bir kiloqramı 5.20 manat olmaq şərti ilə, cəmi 22363.70 manat dəyərində balıq məhsulları vermişdir. Razılaşmaya əsasən balıq məhsulları onların MMC-si tərəfindən Elnurun anbarına təhvil verilməli imiş. Buna görə də xx.xx.2019-cu ildə 22363 manat dəyərində balıq məhsulları MMC-nin Ceyhun adlı sürücüsü vasitəsi ilə Elnura göndərilmişdir. Elnur “Soyuducu Anbarının” Meyvəli bazarda olduğunu və mah ora çatdırmağı bildirsə də, sonradan sürücü Ceyhunla əlaqə saxlayıb malları Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» Ticarət Mərkəzinin yaxınlığına gətirməyi tapşırmış və orada Ceyhundan qeyd olunan miqdarda balıq məhsullarını göndərdiyi «166 Yük Xidməti»nə məxsus avtomobilə yükləməyi xahiş etmişdir. Ceyhun da malları «166 Yük Xidmətl»nə təhvil vermişdir. Növbəti gün Təqsirləndirilən şəxs yenidən satış nümayəndəsi Rövşənlə əlaqə saxlamış və yenidən əlavə mal tələb etmişdir. Buna görə xx.xx.2019-cu il tarixli, 080702 saylı malların təhvilqəbulu aktı əsasında Elnura 16531 manat dəyərində 2710 kq donmuş başsız Skumbriya balığı, bir kiloqramı 6,10 manat olmaq şərti ilə təhvil verilmişdir. Elnurun tələbi ilə həmin balıq məhsulları guya özünün Bakı şəhəri, Binə qəsəbəsində yerləşən soyuducu anbarına təhvil verilməli imiş. Buna görə də MMC-nin sürücüsü Ceyhun təhvil-qəbul aktına əsasən 16 may 2019-cu ildə malları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə aparmış, orada soyuducu anbarın olmadığını, balıq və balıq məhsullarını saxlama şəraitinin olmadığını, ümumiyyətlə şəraitin olmadığını görərək malı təhvil verdikdən sonra dərhal bu barədə MMC-nin rəhbərliyinə məlumat vermişdir. Buna görə də satış təmsiliçisi Şahid8 dərhal təhvil-təslim aktlarını götürüb Elnurun Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə aparmış və orada hər iki aktı, yəni 14 və 16 may 2019-cu İl tarixli təhvil-təslim aktlarını imza etmişdir. 16 may 2019- cu ildə mallar təhvil verildikdən 1-2 saat sonra Zərərçəkmiş şəxs2 MMC ilə qarşılıqlı əməkdaşlıq edən Şahid9 MMC-nin direktoru Şahid7 ilə əlaqə saxlamış və demişdir ki, Elnur adlı şəxs 2710 kq çəkisində Skumbriya balığını aşağı qiymətə satır. Artıq həmin vaxt MMC-nin direktoru Şahid7 aldadıldığını başa düşmüş və Təqsirləndirilən şəxs şübhə yaratmamaq üçün sonuncu ilə danışıq aparmaq yolu ilə götürdüyü malın dəyərini ödəməsini təklif etsə də, Elnur hər dəfəsində aldadaraq müxtəlif bəhanələrlə pulu verməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs dələduzluq edərək Zərərçəkmiş şəxs2 MMC-yə məxsus ümumilikdə 38894,7 manat dəyərində balıq məhsullarını ələ keçirmişdir. Sonradan Təqsirləndirilən şəxs 5000 manat MMC-yə ödəniş aparmışdır. Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2019-cu ilin may ayında "Mercedes Sprinter” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. Belə ki, işlədiyi Zərərçəkmiş şəxs2 MMC-nin Maştağa qəsəbəsində yerləşən anbarından balıq məhsullarını avtomobilə yükləyib qaimə faktura əsasında sifariş olunan ünvana çatdırmışdır. 2019-cu ilin may ayında MMC-nin anbardarı Elxan Səfərov ona bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus şirkətə 22.363,70 manat dəyərində skumbriya və panqasius balığını təhvil vermək lazımdır. Ona əvvəlcə həmin malı “Meyvəli bazar”da soyuducu anbara təhvil vermək lazım olduğunu demişlər. O, həmin ünvana gedərkən telefonuna zəng gəlmiş və özünü təqdim edən şəxs Təqsirləndirilən şəxs nümayəndəsi olduğunu deyib, malları Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinin yaxınlığına gətirməyi xahiş edərək bildirmişdir ki, orada malı ondan "166 Yük Xidməti” avtomobili təhvil alacaqdır. O, bu barədə Şahid8 məlumat vermiş və sonuncu malı müştərinin tələb etdiyi ünvana çatdırmağı tapşırmışdır. Buna görə o malı Lökbatan dairəsinə gətirmiş, orada “166 Yük Xidməti" avtomobilinin sürücüsünə yaxınlaşıb Təqsirləndirilən şəxs malını gətirdiyini bildirmiş, həmin sürücü malları təhvil almışdır. Daha sonra, xx.xx.2019-cu il tarixdə eyni qaydada 16531 manat dəyərində Skubriya balığını Bakı şəhəri, Binə qəsəbəsində yerləşən həyət evinə aparmışdır. Binə qəsəbəsinin girişində Təqsirləndirilən şəxs İlə görüşmüş, sonuncu BMW 300 markalı avtomobillə gəlmişdir və birlikdə həyətə gəlib orada olan xırda anbara malları boşaltmışdır. Elnur orada qalmış, o isə getmişdir. Hətta Elnur onu həmin ünvana apararkən bir neçə dəfə ünvanı səhv salmış, anbarın yolunu yadında saxlaya bilmədiyini bildirmişdir. Şahid11 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx.xx.2017-ci il tarixdən Zərərçəkmiş şəxs3 MMC-nin bölgə satış müdiri vəzifəsindən supervayzer vəzifəsinə təyin edilmiş və hazırda da MMC-də eyni vəzifəni İcra edir. MMC-də supervayzerin funksional vəzifəsi ekspeditorlara (mal paylayıcı) nəzarət etmək, onların fəaliyyətini koordinsiya etməkdən ibarətdir. Onların MMC Azərbaycan Respublikasına xarici ölkələrdən qida və qeyri qida məhsullarının idxalı ilə məşğuldur və bir qayda olaraq həmin malın pərakəndə satışını həyata keçirir. 2019-cu ilin yanvar ayının ilk günlərində Təqsirləndirilən şəxs adlı şəxs onun istifadəsində olan, lakin MMC-yə məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng vuraraq “AGRO FOOD SERVİCE" MMC-nin təsisçisi olduğunu bildirib əməkdaşlıq etmək istədiyini və bunun üçün görüşməyi xahiş etmişdir. Mobil telefon nömrəsini haradan əldə etməsi ilə maraqlanmamış, çünki əksər mağaza və əməkdaşlıq etdikləri şirkətlərdə, bir sözlə bazarda onun mobil telefon nömrəsi bilinir. O, razılaşmış və Təqsirləndirilən şəxs ilə görüşmək üçün ona bildirdiyi kimi ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki Biznes Mərkəzinə gedərək Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüşəndə Təqsirləndirilən şəxs yanında başqa bir nəfər, adı eyni ilə Elnur olan şəxs olmuş və Təqsirləndirilən şəxs digər Elnur adlı şəxsi şirkətin maliyyəçisi kimi ona təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, çoxsayda otel və istirahət mərkəzləri ilə işləyir, onları qida və qeyri qida məhsulları ilə təmin edir, bunu sifariş əsasında həyata keçirir və işinin daha da yaxşı getməsi üçün onlarla əməkdaşlıq etmək istəyir. O, bildirmişdir ki, əməkdaşlıq etmək üçün müqavilə bağlanmalı və rəsmi fəaliyyət həyata keçirilməlidir. Təqsirləndirilən şəxs razılaşmış və “AGRO FOOD SERVİCE" MMC-nin sənədlərini ona göstərəndə, görmüşdür ki, həqiqətən də şirkətin təsisçisi və qanuni təmsilçisidir, yəni direktoru. Onunla bütün danışığı Təqsirləndirilən şəxs aparmışdır, digər Elnur isə sadəcə söhbətə qulaq asmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, nağdsız hesablaşma yolu ilə iş görür, belə ki, sifariş əsasında malı sifarişçilərə göndərir və 10-15 gün ərzində sifarişçi onların bank hesabına nağdsız hesablaşma yolu ilə pulu köçürəndən sonra onlar da malı aldıqları şirkətlərin hesabına pulu köçürürlər, bir sözlə ilkin olaraq alış nisyə həyata keçirilir. O, bu barədə öz MMC-nin rəhbərliyinə məlumat vermiş və razılıq olandan sonra 04 yanvar 2019-cu il tarixdə bir tərəfdən onların MMC-nin baş direktoru Akif Hacıyev, digər tərəfdən isə “AGRO FOOD SERVİCE’' MMC-nin təsisçisi Təqsirləndirilən şəxs arasında alqı- satqı müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs malın dəyərini 15 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. 20 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onların ofisinə gəlib malın öz anbarına daşınmasını istəmiş və bildirmişdir ki, 2 günə müəyyən ödənişlər aparacaqdır. Buna görə 20 iyun 2019-cu il tarixdə onların MMC-nin ünvan 13 ünvanında yerləşən anbardan GRG № 657312 saylı malların təhvil-qəbul aktı əsasında ƏDV daxil dəyəri 4204,6 manat təşkil edən ərzaq və qeyri ərzaq malları, həmin tarixdə və eyni ünvanda yerləşən anbardan ĞRĞ № 657311 saylı malların təhvil-qəbul aktı əsasında ƏDV daxil dəyəri 3979,66 manat təşkil edən ərzaq və qeyri ərzaq malları, sonuncu dəfə 26 iyun 2019- cu il tarixdə eyni ünvanda yerləşən anbardan ĞRĞ № 658643 saylı malların təhvil-qəbul aktı əsasında ƏDV daxil dəyəri 2653,41 manat təşkil edən ərzaq və qeyri ərzaq malları onların yük avtomobilləri vasitəsilə, ekspeditor işləyən Şahid12 tərəfindən Təqsirləndirilən şəxs göstərdiyi ünvana, yəni anbarı kimi təqdim etdiyi ünvan 14nında yerləşən anbara daşınıb ora boşaldılmışdır. Aralarındakı razılaşmaya əsasən malların daşınması öhdəliyini onlar üzərinə götürmüşlər, buna görə öz anbarından onlar malları daşıyıb Təqsirləndirilən şəxs göstərdiyi və ünvanını qeyd etdiyi Xətai rayonu ərazisindəki anbara boşaltmışlar. Təqsirləndirilən şəxs dediyi kimi 2 gündən sonra əlaqə yaratmağa cəhd göstərsələr də telefon nömrəsi bağlı olmuş və gün ərzində tapa bilməmişlər. Bu onlarda şübhə yaratdığı üçün növbəti gün o malı boşaltdıqları Xətai rayonu ərazisindəki anbara gedəndə, anbarda onların malının olmadığını, anbarın ümumiyyətlə boş olduğunu aşkar etmişdir. Sonrakı müddətdə dəfələrlə Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə yaradıb danışmağına baxmayaraq Elnur hər dəfə bir bəhanə gətirib malın pulunu ödəyəcəyini söz verməsinə baxmayaraq bu günədək 1 manat belə olsun pul ödəməmişdir. Sonradan öyrənmişlər ki, Elnur onları kimi bir çox şirkətləri aldadıb mallarını ələ keçirərək ucuz qiymətə satıb pulunu xərcləmişdir. Şahid17 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2020-ci ilin iyun ayında atası vəfat edəndən sonra anası X8 onunla yaşamağa başlamış və onlar hazırda da eyni ünvanda yaşayırlar. X3 istintaq orqanı tərəfindən tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Onda olan məlumata görə 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs tutulduğu ərəfədə qeyd edilən şəxsin xahişi əsasında onun X43 özündə pul olmadığından və ümumiyyətlə Təqsirləndirilən şəxs pul vermək istəmədiyindən Zərərçəkmiş şəxs8 müraciət etmiş və sonuncu 8.000 manat pul taparaq Təqsirləndirilən şəxs X43in sözü ilə göndərmişdir. Bundan sonra, onun qardaşı tutulana qədər, yəni azadlıqda olduğu dövrdə Zərərçəkmiş şəxs8 dəfələrlə onun qardaşından həmin 8.000 manat pulu qaytarmasını tələb etmişdir. X43 isə pulu olmadığı üçün qaytara bilməmişdir. 2021-ci ilin sentyabr ayında X43 həbs edildikdən sonra onların şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı işə baxılarkən Natiq də ora gəlmiş və məhkəmənin binasının qarşısında Zərərçəkmiş şəxs8 görüb qardaşının nədən həbs edilməsi ilə maraqlanan zaman, sonuncu ona bildirmişdir ki, qardaşı 8.000 manat pulu qaytarsa o, şikayətini geri götürəcəkr. O, 8.000 manat pulla maraqlanan zaman ona bildirmişdir ki, həmin pul Təqsirləndirilən şəxs getmiş və özünə heç bir aidiyyəti yoxdur, pul özünə qayıtmalıdır. Natiq tez-tez danışdığı üçün o daha yaxşı başa düşməmişdir. Sonra o bu barədə anasına demiş və anası Natiqə zəng vurub danışanda və nədən X43dən şikayətçi olduğunu soruşanda, Natiq onun anasına bildirmişdir ki, guya X43 Natiqin anasını söymüşdür. Anası isə bildirmişdir ki, əgər belə bir şey olubsa özü oğlunun əvəzinə üzr istəyir, hətta azadlığa çıxarsa Elnur özü də üzr istəyəcək, bütün bunlardan sonra anası Natiqdən xahiş etmişdir ki, ərizəsini geri götürsün. Natiq isə yalnız pulunu alandan sonra ərizəsini geri götürəcəyini bildirmişdir. Anası demişdir ki, borcun qayıtması üçün oğlu Elnur Babayevin azadlığa çıxması lazımdır. Bundan sonra Natiq onun anasına bildirmişdir ki, «oğlunun ölüsü həbsxanadan çıxacaq». Anası bunu eşidəndən sonra Natiqə bildirmişdir ki, oğluna nə isə olsa ondan biləcək, hətta xəbərdar etmişdir ki, səsini telefona yazır, Natiq isə cavab vermişdir ki, «kaş səsimi yazdığını mənə deməzdin». 2021-ci ilin oktyabr ayının sonlarında o, Natiqə zəng vuraraq X43dən şikayətini nə zaman geri götürəcəyini soruşanda, Natiq ona bildirmişdir ki, pulunu alandan sonra bunu edəcək. Bununla bağlı aralarında xoşagəlməz danışıq olmuş və Natiq ona hədə-qorxu gəlmişdir. Zərərçəkmiş şəxs8lə anası və onun arasında olmuş danışıqların 4 ədəd səs yazılarını bir ədəd CD diskdə ifadəsinə əlavə edib istintaqa təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, auditor rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 ASC ilə "xxxx" MMC arasında 27 avqust 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs1 ASC-nin direktoru X17 ilə alıcı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında müqavilə predmetinin dəyərinin 15 (on beş) təqvim günü ərzində alıcı tərəfindən satıcıya ödənilməsi müəyyənləşdirilmişdir (cild 01, i.v. 158-160). Zərərçəkmiş şəxs1 ASC tərəfindən 31 avqust 2018-ci il tarixdə dəyəri 13.122,42 manat təşkil edən 3546,60 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 2.438,91 manat təşkil edən 435,52 kiloqram çəkidə dondurulmuş açıq file, 01 sentyabr 2018-ci il tarixdə dəyəri 17.047,86 manat təşkil edən 3044,26 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 757,38 manat təşkil edən 252,46 kiloqram çəkidə dondurulmuş açıq bud, 05 sentyabr 2018-ci il tarixdə dəyəri 9.246,45 manat təşkil edən 2499,04 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 5.629,68 manat təşkil edən 1005,30 kiloqram çəkidə dondurulmuş açıq file, 10 sentyabr 2018-ci il tarixdə dəyəri 1.818,22 manat təşkil edən 527,02 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, 11 sentyabr 2018-ci il tarixdə dəyəri 4.416,48 manat təşkil edən 1280,14 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 4.846,24 manat təşkil edən 865,40 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 443,42 manat təşkil edən 143,04 kiloqram çəkidə dondurulmuş açıq qanad, 18 sentyabr 2018-ci il tarixdə dəyəri 11.334,96 manat təşkil edən 2024,10 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 320,82 manat təşkil edən 106,94 kiloqram çəkidə dondurulmuş açıq bud, 19 sentyabr 2018-ci il tarixdə dəyəri 4.119,78 manat təşkil edən 1.194,14 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, 27 sentyabr 2018-ci il tarixdə dəyəri 5.849,61 manat təşkil edən 1695,54 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 15.694,11 manat təşkil edən 2802,52 kiloqram çəkidə dondurulmuş açıq file və sonuncu dəfə 28 sentyabr 2018-ci il tarixdə dəyəri 1.498,20 manat təşkil edən 499,40 kiloqram çəkidə dondurulmuş açıq bud, bununla da 98.584,54 manat dəyərində olan məhsullar "xxxx" MMC-yə təhvil verilmişdir (cild 01, i.v. 161-174). 193093 saylı 04 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə əlavələrdən görünür ki, satıcı Zərərçəkmiş şəxs3 MMC-nin direktoru X23 ilə alıcı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında müqavilə predmetinin dəyərinin 15 (on beş) gün ərzində alıcı tərəfindən satıcıya ödənilməsi ilə bağlı müqavilə imzalanmışdır (cild 03, i.v. 16-19). Zərərçəkmiş şəxs2 MMC ilə "xxxx" MMC arasındakı 11-MF saylı 13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Şahid7 ilə alıcı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında müqavilə predmetinin dəyərinin 7 (yeddi) gün sonra alıcı tərəfindən satıcıya ödənilməsi müəyyən olunmuşdur (cild 01, i.v. 22-23). Zərərçəkmiş şəxs2 MMC tərəfindən 14 may 2019-cu il tarixdə dəyəri 13.523,70 manat təşkil edən 2217 kiloqram çəkidə başsız skumbriya balığı, dəyəri 8.840 manat təşkil edən 1700 kiloqram çəkidə tikə panqasius balığı, 16 may 2019-cu il tarixdə dəyəri 16.531 manat təşkil edən 2710 kiloqram çəkidə başsız skumbriya balığı, bununla da 38.894,70 manatlıq balıq əti məhsulları "xxxx" MMC-yə təhvil verilmişdir (cild 01, i.v 24-27). Xidməti məktublar, şikayət ərizəsi, müstəqil auditor hesabatı, icazə, şəxsiyyət vəsiqəsinin kserosurəti, alqı-satqı müqaviləsi və aidiyyatı sənədlər, Zərərçəkmiş şəxs2 MMC-nin nizamnaməsi, şəhadətnamə, dövlət reyestrindən çıxarış, əmr və izahatlardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında Zərərçəkmiş şəxs2 MMC-dən ümumilikdə 38.894 manat dəyərində müxtəlif balıq məhsullarını dəyərini 7 gün müddətinə ödəmək şərti ilə alması, lakin sonradan həmin məhsulları ələ keçirərək pulu ödəməməsi faktı əsasında həmin Cəmiyyətin direktoru Şahid7 müraciəti əsasında toplanmış material olmuşdur (cild 01, i.v. 10-45). 19/01 saylı 27 may 2019-cu il tarixli müstəqil auditor hesabatından görünür ki, "xxxx" MMC-nin Zərərçəkmiş şəxs1 ASC qarşısında 98.584,54 manat məbləğində icra edilməmiş öhdəliyi qalmışdır (cild 01, i.v. 152-154). Malların təhvil-qəbulu aktlarından görünür ki, Zərərçəkmiş şəxs3 MMC tərəfindən 20 iyun 2019-cu il tarixdə dəyəri 3.979,66 manat təşkil edən 1050 kiloqram çəkidə «Korovka 7x1», dəyəri 147 manat təşkil edən 30 kiloqram çəkidə «Beşanaya Pçelka 6x1», dəyəri 962,5 manat təşkil edən 175 kiloqram çəkidə «Moloçnaya Kaplya 7x1», dəyəri 472,5 manat təşkil edən 105 kiloqram çəkidə «Raçki 7x1», dəyəri 142 manat təşkil edən 40 kiloqram çəkidə «Karamelkino Barbaris 8x1», dəyəri 994 manat təşkil edən 280 kiloqram çəkidə «Karamelkino Myata 8x1», dəyəri 708 manat təşkil edən 120 kiloqram çəkidə «X58 6x1», dəyəri 124,25 manat təşkil edən 35 kiloqram çəkidə «Sitrus Mıks 7x1», dəyəri 130,5 manat təşkil edən 30 kiloqram çəkidə «Fudgenta 6x1», dəyəri 113,25 manat təşkil edən 15 kiloqram çəkidə «X47 1x1», dəyəri 235,6 manat təşkil edən 76 kiloqram çəkidə «Slivkino 1x3,8» və dəyəri 175 manat təşkil edən 50 kiloqram çəkidə «Xrustik MAK 1x5», 26 iyun 2019-cu il tarixdə dəyəri 2653,41 manat təşkil edən 700 kiloqram çəkidə «Korovka 7x1», bununla 10837,67 manatlıq şirniyyat qida məhsulları "xxxx" MMC-yə təhvil verilmişdir (cild 03, i.v. 23-25). Bakı şəhər prokurorluğunun 11 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, ünvan 9 ünvanında yerləşən «X34 Cəmiyyəti»nin Xətai filialının binasının qarşısındakı boş sahəyə baxış keçirilmiş, fotoşəkillər protokola əlavə olunmuşdur (cild 01, i.v. 229-233). 16 oktyabr 2019-cu il tarixli müstəqil auditor hesabatından (rəy) görünür ki, həmin tarixə "xxxx" MMC-nin Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat ödənilməmiş öhdəliyi olmuşdur (cild 01, i.v. 14-15). 10/2020-A 441 saylı 16 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC-nin direktoru X18 ilə alıcı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında müqavilə predmetinin dəyərinin 15 (on beş) iş günü müddətində alıcı tərəfindən satıcıya ödənilməsi ilə bağlı müqavilə imzalanmışdır (cild 03, i.v. 188-190). Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29 dekabr 2019-cu il tarixli qərarlarından görünür ki, Zərərçəkmiş şəxs2ndən daxil olmuş 02/2-317c saylı material üzrə fakta görə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmaqla icraata qəbul edilmişdir (cild 01, i.v. 04-05). Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29 fevral 2020-ci il tarixli qərarından görünür ki, istintaq olunan ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsinə əsas verə bilən sübutların kifayət qədər olmaması səbəbindən icraat dayandırılmışdır (cild 01, i.v. 61-62). Bakı şəhər prokurorluğunun 01 aprel 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsi(ləri) müəyyən etmək mümkün olmadığından icraat dayandırılmışdır (cild 02, i.v. 11). Bakı şəhər prokurorluğunun 19 aprel 2020-ci il tarixli qərarından görünür ki, istintaq olunan ********* nömrəli cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalı olduğundan işin ibtidai istintaq icraatı təzələnmişdir (cild 02, i.v. 16). Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29 aprel 2020-ci il tarixli qərarından görünür ki, istintaq olunan ********* nömrəli cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalı olduğundan işin ibtidai istintaq icraatı təzələnmişdir (cild 01, i.v. 73-74). Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29 aprel 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddələr ilə yenidən ittiham elan edilmiş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti ona təqdim edilmişdir (cild 01, i.v. 75-76). Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29 aprel 2020-ci il tarixli qərarından görünür ki, istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqdan gizlənməsi səbəbindən icraat dayandırılmışdır (cild 01, i.v. 88-90). Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 18 may 2020-ci il tarixli qərarından görünür ki, istintaq olunan ********* nömrəli cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalı olduğundan işin ibtidai istintaq icraatı təzələnmişdir (cild 01, i.v. 97-98). Bakı şəhər prokurorluğunun 06 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddə ilə yenidən ittiham elan edilmiş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti ona təqdim edilmişdir (cild 02, i.v. 24-25). Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 18 may 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir (cild 01, i.v. 99-101). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10 iyun 2020 və 18 iyun 2020-ci il tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi istintaqın aparılması üçün həmin Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən icraata qəbul edilmişdir (cild 01, i.v. 103-104; 137-138). İşlərin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 18 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işləri bir icraatda birləşdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti ona təqdim edilmişdir (cild 01, i.v. 140-142). Bakı şəhər prokurorluğunun 12 iyun 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 02 ay olmaqla 05 ayadək, yəni 16 avqust 2020-ci il tarixə kimi uzadılmışdır (cild 01, i.v. 113-115). Bakı şəhər prokurorluğunun 17 iyun 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsindən ötrü ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon prokurorluğuna göndərilmişdir (cild 02, i.v. vərəq 72-73). Bakı şəhəri Qaradağ rayon prokurorluğunun 01 iyul 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilmişdir (cild 02, i.v. vərəq 115-118). Bakı şəhəri Xəzər rayon prokurorluğunun 01 avqust 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraata, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə və haqqında seçilmiş qətimkan tədbirinə xitam verilmiş, X29, X24, X30 və qeyrilərinin barəsində material ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir (cild 02, i.v. 164-179). 01 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Şahid13 ilə alıcı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında müqavilə imzalanmışdır (cild 02, i.v. 206). Elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən 19 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 19.198,98 manat təşkil edən 24 ədəd 315/80R22.5 ROADSHİNE 20 PR TL RS602 157/154K, 16 ədəd 12.00R20 ROADSHİNE PRTTF RS602 156/153K və 10 ədəd 10.00R20 CORDİANT 1-281,U-4 nc18, 20 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 10.115,95 manat təşkil edən 06 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS622 156/153G və 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, 26 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 9.329,60 manat təşkil edən 08 ədəd 315/80R22,5 ROADSHİNE 20 PR TL RS602 157/154K və 14 ədəd 12.00R20, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ümumi dəyəri 3.678,53 manat təşkil edən 08 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, bununla 42.323,06 manatlıq yük avtomobilləri üçün şinlər "xxxx" MMC-yə təhvil verilmişdir (cild 03, i.v. 191-198). 01 saylı 21 dekabr 2020-ci il tarixli malların alqı-satqısı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs6 ilə alıcı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında müqavilə predmetinin dəyərinin 5 (beş) iş günü müddətində alıcı tərəfindən satıcıya ödənilməsi ilə bağlı müqavilə imzalanmışdır (cild 03, i.v. 207-210). Bakı şəhəri Xəzər rayon prokurorluğunun 26 fevral 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs «təqsirləndirilən şəxs qismində cəlb edilməsi» barədə qərar və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Şahid13 müraciəti əsasında rayon prokurorluğunda araşdırılması aparılan C-36/21 nömrəli material ********* nömrəli cinayət işinə birləşdirilmiş, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş dələduzluq əməlləri bir neçə rayonun inzibati ərazisində baş verdiyindən cinayət işi ərazi aidiyyatının müəyyən edilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilmişdir (cild 02, i.v. 193-197). "xxxx" MMC-nin 394/21 saylı 26 fevral 2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin 42.323,06 manat borcunu Zərərçəkmiş şəxs5 həmin tarixdə tam ödəyərək borcu bağlamışdır (cild 03, i.v. 179). Elektron qaimələrdən görünür ki, Zərərçəkmiş şəxs4 MMC tərəfindən ümumilikdə 90.541.46 manat dəyərində 39 (otuz doqquz) adda məhsul "xxxx" MMC-yə təhvil verilmişdir (cild 02, i.v. 207-208). 08/C/AA saylı 05 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı fiziki şəxs Zərərçəkmiş şəxs7 ilə alıcı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında müqavilə predmetinin dəyərinin 15 (on beş) iş günü ərzində alıcı tərəfindən satıcıya ödənilməsi ilə bağlı müqavilə imzalanmışdır (cild 03, i.v. 165-167). Elektron qaimələrdən görünür ki, fiziki şəxs Zərərçəkmiş şəxs7 tərəfindən 06 mart 2021-ci il tarixdə ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə fındıq, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə ləpə, 10 mart 2021-ci il tarixdə ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə qovrulmuş fındıq, ümumi dəyəri 900 manat təşkil edən 100 kiloqram çəkidə qara kişmiş, ümumi dəyəri 520 manat təşkil edən 100 kiloqram çəkidə araxis, ümumi dəyəri 1.530 manat təşkil edən 60 kiloqram çəkidə antep püstəsi və ümumi dəyəri 1.560 manat təşkil edən 150 kiloqram çəkidə qoz ləpəsi, 11 mart 2021-ci il tarixdə ümumi dəyəri 5.920 manat təşkil edən 400 kiloqram çəkidə qovrulmuş fındıq və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə qoz ləpəsi, sonuncu dəfə 19 mart 2021-ci il tarixdə ümumi dəyəri 2.420,08 manat təşkil edən 232,70 kiloqram çəkidə qoz ləpəsi, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 9.620 manat təşkil edən 650 kiloqram çəkidə fındıq, bununla da 43.046,08 manatlıq quru meyvə və çərəzlər "xxxx" MMC-yə təhvil verilmişdir (cild 03, i.v. 168-171). Bakı şəhər prokurorluğunun 09 mart 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 15 aprel 2021-ci il tarixədək uzadılmışdır (cild 02, i.v. 250-252). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsi tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (cild 02, i.v. 253-254). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir (cild 03, i.v. 02-04). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat barəsində axtarış edilmiş Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır (cild 03, i.v. 05-07). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalı olduğundan işin ibtidai istintaq icraatı təzələnmişdir (cild 03, i.v. 26-27). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 11 iyun 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat barəsində axtarış edilmiş təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır (cild 03, i.v. 56-57). Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti olaraq polis orqanına təhvil verilmişdir (cild 03, i.v. 59). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 03 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində axtarış edilmiş Təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verildiyindən dayandırılmış icraat təzələnmişdir (cild 03, i.v. 60-61). Azərbaycan Respublikası Baş Prokurorluğunun 15 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 16 iyul 2021-ci il tarixədək uzadılmışdır (cild 03, i.v. 101-104). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 16 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə hökm çıxarılıb qanuni qüvvəyə minənədək hazırki iş üzrə hüquqi nəticəyə gəlmək mümkün olmadığından icraat dayandırılmışdır (cild 03, i.v. 158-159). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 27 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətləri aparılmalı olduğundan dayandırılmış icraat təzələnmişdir (cild 03, i.v. 173-174). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 27 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılması İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin çüsusilə mühüm işlər üzrə müstəntiqlər qrupuna tapşırılmışdır (cild 03, i.v. 175-177). "xxxx" MMC-nin 488/21 saylı 27 iyun 2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə verilən avtoşinlər üçün 13.410 manat borcu Zərərçəkmiş şəxs6 öhdəsinə götürərək 18 yanvar 2021-ci il tarixdə şirkətə ödəmişdir (cild 03, i.v. 205). Təhvil-təslim aktı və elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən 23 dekabr 2020-ci il tarixdə ümumi dəyəri 6.929,97 manat təşkil edən 18 ədəd Roadshine 315/80 22,5 və ümumi dəyəri 6.480,03 manat təşkil edən 12 ədəd Roadshine 12.00 R20, bununla da 13.410 manatlıq yük avtomobilləri üçün şinlər "xxxx" MMC-yə təhvil verilmiş, həmin məbləğdən 2.000 manat pul ödənilmişdir (cild 03, i.v. 211-212). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 06 avqust 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə hökm çıxarılıb qanuni qüvvəyə minənədək hazırki iş üzrə hüquqi nəticəyə gəlmək mümkün olmadığından icraat dayandırılmışdır (cild 03, i.v. 243-244). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 23 avqust 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətləri aparılmalı olduğundan dayandırılmış icraat təzələnmişdir (cild 04, i.v. 02-03). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 26 avqust 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilməli olan X10 tutulması üçün barəsində axtarış elan olunmuşdur (cild 04, i.v. 22-25). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 26 avqust 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat barəsində axtarış elan edilmiş X26 tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır (cild 04, i.v. 26-27). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin 10 sentyabr 2021-ci il tarixli 070-10767 nömrəli məktubundan görünür ki, barəsində axtarış işi olan X1 aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (cild 04, i.v. 39). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin 10 sentyabr 2021-ci il tarixli, saat 14:40-da tərtib olunduğu göstərilən tutma protokolundan görünür ki, barəsində axtarış işi olan X1 Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gətirilmişdir (cild 04, i.v. 40). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 10 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə X26 ilə istintaq hərəkətləri aparılmalı olduğundan cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 04, i.v. 41-42). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 10 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, X26 həmin tarixdə, saat 16:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 04, i.v. 51). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 11 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid14 ilə şübhəli şəxs X26 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid14 istintaqa verdiyi ifadəsini təsdiq edərək Elnur Babayevin üzünə bildirmişdir ki, «xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1022-ci məhəllə ünvandakı «Bakı Satış Mərkəzi»ndə yerləşən anbarına gəlib alqı-satqı müqaviləsi bağladıqdan sonra mən "xxxx" MMC-nin «Babək Plaza»da yerləşən ofisinə gələndə sən də də orada olmuşdun və sən bizim danışığımızda iştirak edirdin. Səni canlı olaraq ilk dəfə orada gördüm və sən bildirdin ki, narahat olmayaq, malı verək, gələcəkdə işimiz yaxşı olacaq. Təqsirləndirilən şəxs həmin görüşdə səni mənə rəhbəri olduğu MMC-nin təchizat rəisi kimi, yəni malı alan və satan şəxs kimi təqdim etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə sən Elnur ***-***-**- ** və ***-***-**-** mobil telefon nömrələri ilə mənə zəng vurub danışaraq Təqsirləndirilən şəxs işçisi Elnur olduğunu və müdirin Təqsirləndirilən şəxs sifariş verdiyi malların siyahısını hazırladığını, həmin siyahı üzrə Zərərçəkmiş şəxs4 MMC-dən malları təhvil almaq istədiyini bildirdin. Mən də sənə anbara yaxınlaşmağı dedim. Sonra mən Zərərçəkmiş şəxs4 MMC-nin anbardarı ilə danışıb onu xəbərdar etdim ki, sifariş əsasında malı sənə təhvil versin. Sən də xx.xx.2020-ci il tarixdə anbara gəlib sifariş əsasında malı özünlə gətirdiyin **-KF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklətdirib təhvil alaraq apardın. xx.xx.2020-ci il tarixdə yenə sən mənimlə əlaqə saxlayaraq malların siyahısını dedin, mən də bu haqda anbardara məlumat verdim və sən bu dəfə **-RO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə anbara yaxınlaşıb malı təhvil alaraq apardın. Nəticədə sən və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 MMC-nin 90541,45 manat dəyərində əmlakını ələ keçirdiniz. Sonradan bildim ki, həmin malın satılmasını da sən həyata keçirmisən, alıcını sən tapmısan. Əlavə olaraq bildirirəm ki, üzləşmə zamanı qarşımda oturan Elnur Babayevin hadisə haqqında söylədiklərini və danışığını eşitdikdən sonra təsdiq etmək istəyirəm ki, mənimlə mobil telefonda danışan və sifariş olunan malların siyahısını təqdim edən məhz Elnur Babayev olmuş, mən onu səsindən tanıdım və bunda əminəm». Üzləşdirmədə iştirak edən Elnur Babayev üzünə səsləndirilənlərin qismən doğru olduğunu bildirmişdir (cild 04, i.v. 64-66). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 11 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid11 ilə təqsirləndirilən şəxs X26 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid11 istintaqa verdiyi ifadəsini təsdiq edərək Elnur Babayevin üzünə bildirmişdir ki, «2019-cu ilin yanvar ayında "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə görüşmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsindəki «Biznes Mərkəzi»nə getdim, görüşəndə sən də orada olmuşdun və səni mənə şirkətin maliyyəçisi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs sənin yanında mənə bildirdi ki, çoxsayda otel və istirahət mərkəzləri ilə işləyir, onları qida və qeyri qida məhsulları ilə təmin edir, bunu sifariş əsasında həyata keçirir və işinin daha da yaxşı getməsi üçün bizimlə əməkdaşlıq etmək istəyir. Sən bizim aramızdakı bütün danışıqda iştirak etmişdin. Təqsirləndirilən şəxs bildirdi ki, nağdsız hesablaşma yolu ilə iş görür, belə ki, sifariş əsasında malı sifarişçilərə göndərir və on-on beş gün ərzində sifarişçi onların bank hesabına nağdsız hesablaşma yolu ilə pulu köçürəndən sonra onlar da mah aldıqları şirkətlərin hesabına pulu köçürürlər, bir sözlə ilkin olaraq alış nisyə həyata keçirilir. 04 yanvar 2019-cu il tarixdə bir tərəfdən bizim MMC-nin baş direktoru Akif Hacıyev, digər tərəfdən isə "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs arasında müqavilə bağlandı. 20 iyun 2019-cu il tarixdə bizim anbardan 4.204,6 manat və 3.979,66 manat dəyərində, 26 iyun 2019-cu il tarixdə bizim anbardan 2.653,41 manat dəyərində ərzaq və qeyri-ərzaq malları bizim yük avtomobilləri vasitəsilə Təqsirləndirilən şəxs göndərilmişdir. Beləliklə siz Zərərçəkmiş şəxs3 MMC-ni aldadaraq ümumilikdə 10.837.67 manat dəyərində malı, yəni qida və qeyri-qida məhsullarını dələduzluqla ələ keçirmişdiniz. Səni bir neçə dəfə Təqsirləndirilən şəxs yanında görmüşəm, işçisi olduğunu bilmişəm, hətta sən sonradan ona möhlət verməyi bizdən xahiş etmişdin və bir dəfə də borcun təsdiqi barədə sənəd gətirmişdin». Üzləşdirmədə iştirak edən Elnur Babayev üzünə səsləndirilənlərin qismən doğru olduğunu bildirmişdir (cild 04, i.v. 67-69). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 11 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti təqdim edilmişdir (cild 04, i.v. 70-74). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-395/2021 nömrəli 11 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, X26 barəsində həbs etmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 04, i.v. 103-107). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 sentyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, X26 əvvələr məhkum olunmamışdır (cild 04, i.v. 115-116). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 03 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, cinayət işi üzrə şahid qismində keçən Şahid17 istintaqa təqdim etdiyi CD diskin yaddaşına keçirilmiş baxış zamanı diskin yaddaşındakı səs faylları dinlənilərkən Təranə adlı qadın və Natiq adlı kişi arasında danışıq aparılması, Təranə adlı qadının «mən sənə nə deyirəm ki, get ərizəni ver, Elnur çıxsın çölə və sənin pulunu versin» ifadəsini işlətməsi, Natiq adlı şəxsin «Elnur mənə dedi ki, pulu ver, sonra məndən götürəcəksən» ifadəsini işlətməsi, Təranə adlı qadının həmin pulun Təqsirləndirilən şəxs getməsini bildirməsi, Natiq adlı şəxsin isə «Şıxəhmədinin pulu yoxdur?» ifadəsini işlətməsi, sonrakı danışıqda Natiq adlı şəxsin «sabah müstəntiqin yanına gedib Təqsirləndirilən şəxs və Elnur Babayevin necə camaatın mallarını satdıqları barədə məlumat verəcəyini», Təranə adlı qadının «sən işverənsən» ifadəsini işlətməsi, Natiq adlı şəxsin «haqq var, qanun var, dövlətimiz var», «pulu aldı məndən, məni saldı zibilə, qardaşın 500.000 pul yedi» ifadəsini işlətməsi müəyyən edilmişdir (cild 04, i.v. 132). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 06 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs8 ilə təqsirləndirilən şəxs X26 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs8 istintaqa verdiyi ifadəsini təsdiq edərək Elnur Babayevin üzünə bildirmişdir ki, «Təqsirləndirilən şəxs və sən daimi bir yerdə olub bütün işləriniz bir olmuşdur. Siz tez-tez ofisləri dəyişirdiniz. Həmişə ofisləri icarəyə götürən sən, Təqsirləndirilən şəxs idarə edən də sən olmuşdun. Sizlər şirkətləri və vətəndaşları aldadıb əmlakını ələ keçirirdiniz. Birbaşa vətəndaşla əlaqəyə girən Təqsirləndirilən şəxs idi, lakin o, sənsiz bir iş görmürdü, səndən qorxurdu, sən onu idarə edirdin. Sən isə guya kənarda olmağın görüntüsü yaratmaqla onunla əlbir olmuşdun. Mal ələ keçiriləndən sonra malın satışını da sən Elnur Babayev həyata keçirirdin və orada da, yəni cinayət yolu ilə əldə edilmiş malın satışında da Təqsirləndirilən şəxs aldadırdın. Mən yeddi aya yaxın sizin yanınızda olmuşam, bütün işlərinizdən xəbərdaram. Sizinlə tanış olandan sonra mənə məlum oldu ki, sən X37 rayonu ərazisindəki «Meyvəli bazar»da işləyən fərqli şəxslərdən nisyə aldığın təxminən 560.000 manatlıq meyvə-tərəvəzi Təqsirləndirilən şəxs vermişdin və həmin mal sənin olmamış, sahibləri digər adamlardır. Sən Təqsirləndirilən şəxs polisə şikayət edəcəyini deyib, ondan şirkət və vətəndaşları aldadıb mallarını ələ keçirməsini tələb edirdin, malın satışını isə yalnız özün həyata keçirirdin. Təqsirləndirilən şəxs tutulmazdan bir müddət əvvəl 2021-ci ilin iyun ayının sonu, iyul ayının ilk günlərində sizlərin aranızdakı söhbətdən bildim ki, Təqsirləndirilən şəxs sənə 560.000 manatdan cəmi 104.000 manat borcu qalıb, bu məbləğdən 75.000 manat isə talışların pulu idi. Onu da bildirirəm ki, məsələn 50.000 manatıq mal ələ keçiriləndən sonra sən deyirdin ki, bu malı 25.000-30.000 manata satmaq olar, Təqsirləndirilən şəxs də buna razılıq verirdi, çünki daha baha qiymətə satmaq üçün müştəri axtarmaq və tapmaq vaxt aparırdı, həmin müddətdə mal xarab da ola bilirdi, eyni zamanda sən Şıxəhmədidən pul tələb edirdin və bir sözlə dəyər-dəyməzinə malı satmağa məcbur edirdin. 50.000 manatlıq mal 25.000-30.000 manata satılandan sonra sən həmin puldan 20-25.000 manatını borcun silinməsinə götürüb Təqsirləndirilən şəxs 5.000-7.000 manat pul verirdin ki, həmin pul da ofislərin icarəsi və sair işlər üçün xərclənirdi. Sizlər birlikdə şirkət və vətəndaşları aldadıb onların mallarını ələ keçirirdiniz və sonradan malın satışından əldə edilmiş pulun böyük hissəsini də sən götürürdün. Bütün bunları Təqsirləndirilən şəxs ilə sənin aranda ofislərdə aparılan danışıqlardan, sizlərdən eşidib bilmişəm. Mənim sizlərin yanında işlədiyim dövrdə siz təkər satışı ilə məşğul olan Pərviz adlı şəxsdən mal götürüb ucuz qiymətə sataraq pulu ələ keçirmişdiniz, bunu mən özüm görmüşəm. Bu hadisə mən təzə işə başlayan vaxt, 2020-ci ilin dekabr ayında olmuşdur. Onu dəqiq bilirəm ki, təkərlərin satışından sonra Təqsirləndirilən şəxs cəmi 3.000 manat pul götürdü, qalan məbləği sən götürdün. 03 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis tərəfindən tutulduqda sən onun azadlığa çıxması üçün səylər göstərirdin və pul axtarırdın ki, cinayət əməlləriniz nəticəsində ziyan vurduğunuz şəxslərə qismən də olsa ödəniş edəsiniz. Elə düşünürəm ki, sən gələcəkdə Təqsirləndirilən şəxs sənə qarşı ifadə verəcəyindən ehtiyat etdiyin üçün də sonuncuya köməklik göstərmək istəyirdin ki, azadlığa çıxsın. Sən xx.xx.2021-ci il tarixdə mənə müraciət edib dedin ki, tanışlarımdan on gün müddətinə 8.000 manat pul götürüb sənə verim ki, sən də şikayətçilərə qismən ödəniş aparasan. Sən bildirdin ki, on gündən sonra həmin 8.000 manat pulu özün mənə verəcəksən, əlavə etdin ki, pulu səndən alaram, sənin sözünlə desəm bildirdin ki, «narahat olma, pul mənlikdir, on gündən sonra pulu məndən alarsan». Mən razılaşıb bir neçə tanışımdan on günlük borca ümumilikdə 8.000 manat pul toplayaraq ertəsi gün, 04 iyul 2021-ci il tarixdə axşam saatlarında ünvan 8 ünvanında səninlə görüşüb təklikdə sənə verdim. On gün sonra sənə müraciət edib pulu qaytarmağını xahiş etdim və əlavə etdim ki, özüm də pulu bir neçə tanışımdan on günə qaytarmaq şərti ilə götürmüşəm, tanışlarımın yanında yalançı olmaq istəmirəm. Sən isə hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başladın, hər dəfəsində bu gün sabah deyib pul alacağının olduğunu yalandan bəhanə edərək vaxtı uzadırdın. Bu qaydada bir neçə ay keçdi, sonra isə sən mənə bildirdin ki, pulu mənə qaytarmayacaqsan, səbəbini soruşanda isə dedin ki, Enur Şıxəhmədinin sənə verəcəyi vardır, mən də həmin pulu Şıxəhmədidən alım. Sonra sən zənglərimə cavab verməyib məndən gizlənməyə başladın. 2021-ci ilin sentyabr ayının ortalarında isə sən özün də həbs edildin. Sonradan öz adıma olan Mercedes markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilimi girov qoyub pul götürərək 8.000 manat pulu borc sahiblərinə ödədim, nəticə etibarı ilə sənin dələduzluğun nəticəsində mənə 8.000 manat ziyan dəymişdir». Üzləşdirmədə iştirak edən Elnur Babayev üzünə səsləndirilənlərin yalan olduğunu bildirmişdir (cild 04, i.v. 145-149). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 09 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ilə X26 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək Elnur Babayevin üzünə bildirmişdir ki, «2019-cu ilin yanvar ayından başlayaraq sən üç ay ərzində hisshissə olmaqla, mənə təxminən 500.000-560.000 manat dəyərində meyvə-tərəvəzləri nisyə şəkildə verdin, mən də həmin malın «Oba Market» və digər yerlərdə satışını təşkil edib beş ay müddətində, yəni 2019-cu ilin may ayınadək olan müddət ərzində həmin məbləğin böyük bir hissəsini sənə ödədim, cəmi 40.000 manata yaxın borcum qaldı. İttiham olunduğum ümumilikdə yeddi epizodun üç epizodunda sən mənimlə birgə iştirak etmişdin və mən sənə həmin cinayətlərdən əldə etdiyim puldan vermişdim. Belə ki, Zərərçəkmiş şəxs4 MMC-nin kombi və santexnika mallarının ələ keçirilməsində, Zərərçəkmiş şəxs6 adlı şəxsdən yük avtomobilləri üçün şinlərin ələ keçirilməsində və Zərərçəkmiş şəxs7 adlı şəxsin quru meyvə və çərəzlərinin ələ keçirilməsində səninlə birlikdə iştirak etmişik. Həmin cinayətlər nəticəsində əldə edilmiş puldan, yəni ələ keçirilmiş əmlakın satışından əldə edilmiş puldan sənə təxminən 30.000 manat pul vermişəm. Malın satılması prosesində də sən mənə köməklik etmisən, yəni müştəri ilə mən danışmışam, sən isə malın müştəriyə daşınmasında mənə kömək etmisən. Əmlakını ələ keçirdiyimiz şirkətin nümayəndə heyəti və fiziki şəxslərlə görüşdüyümüz ofis yerlərini sən öz adına icarəyə götürmüşdün, orada biz şirkət nümayəndələri ilə görüşüb onları inandıraraq əmlakını ələ keçirirdik. Bunu əvvəlki ifadələrimdə istintaqa deməməyimin səbəbi o idi ki, istəmirdim ki, mənim işim məhkəməyə qrup şəklində verilsin, düşünürdüm ki, bu mənim məsuliyyətimi ağırlaşdıracaqdır. Hazırda isə istintaqa səmimi ifadə verirəm. Quru meyvə və çərəzlərin ələ keçirilməsi hadisəsi 2021-ci ilin mart ayında, Novruz bayramı ərəfəsində olmuşdur. Biz Rəmzi adlı şəxsin atasından quru meyvə və çərəzləri ələ keçirmişik və bunu bir neçə dəfəyə etmişdik. Həmin epizodda Elnur Babayevin iştirakı onda olmuşdur ki, cəmi iki dəfə Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 111 ünvanında yerləşən ofisimizin həyətində malı qəbul etmişdir. Malın dəyərini mən dəqiq bilmirəm, Elnur Babayev malı qəbul edəndən sonra malın satışından ona pul vermişdim. Zərərçəkmiş şəxs4 MMC epizodunda Elnur Babayev malın götürülməsində iştirak etmiş və həmin malı da onun tapdığı şəxsə satmışdıq. Elnur Babayev bilirdi ki, biz malı dəyərindən ucuz qiymətə satırıq. Satışdan əldə edilmiş puldan Elnur Babayevə borcumun əvəzi kimi pul verdim. "xxxx" və "xxxx" MMClərin əmlakının ələ keçirilməsi epizodlarında Elnur Babayev malın, yəni şinlərin «Pullman Hotel»dəki anbara daşınmasına, boşaldılmasına və sonra müştəriyə aparılacaq yük avtomobillərinə yüklənməsində iştirak edib bu işə nəzarət etmiş və sonra malın satışından ona pul vermişdim, borcumun əvəzi kimi». Üzləşdirmədə iştirak edən Elnur Babayev üzünə səsləndirilənlərin qismən doğru olmasını, Təqsirləndirilən şəxs meyvə-tərəvəz satışından ona bu günədək cəmi 180.000 manat pul ödədiyini, lakin həmin xüsusatla bağlı heç bir şikayətinin olmadığını, heç bir aidiyyəti quruma bu barədə şikayət etmədiyini, belə niyyətinin olmadığını, cinayətdə iştirak etmədiyini, ələ keçirilmiş malı satmadığını bildirmişdir (cild 04, i.v. 150-153). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin sübutların qiymətləndirilməsi haqqında 10 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması, Zərərçəkmiş şəxs1 ASC-nin əmlakının ələ keçirilməsində X26 iştirak etmədiyi üçün həmin epizod üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə şahid qismində keçən Şahid17 təqdim etdiyi və yaddaşında səs yazıları olan CD disk Təqsirləndirilən şəxs ilə X10 qabaqcadan əlbir olub hüquqi və fiziki şəxslərin əmlakını ələ keçirdiklərini, həmçinin Elnur Babayevin Zərərçəkmiş şəxs8 pul alıb qaytarmadığını təsdiq etdiyindən maddi sübut hesab edilməsi və ittihamedici sübutlar siyahısına əlavə edilməklə cinayət işinin materiallarında saxlanılması, Zərərçəkmiş şəxs8 iş üzrə təqsirləndirilən şəxs X26 və ailə üzvlərindən (bacısı və anası) öz pulunu istədiyindən, hədə-qorxu gəlmədiyindən, sair qanunsuz hərəkətlərə yol vermədiyindən həmin xüsusatla bağlı əməlində cinayət tərkibi olmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs8 barəsində Cinayət Məcəlləsinin 182 və 322-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, eləcə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və rədd edilmiş epizodlar üzrə cinayət işindən materialın ayrılması qərara alınmışdır (cild 04, i.v. 154-200). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddə ilə yenidən ittiham elan edilmiş, hüquq və vəzifələri elan edilməklə qərarın surəti ona təqdim edilmişdir (cild 04, i.v. 223-228). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs və X26 vətəndaş Zərərçəkmiş şəxs6 qarşı cinayəti X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində törətdiklərindən həmin xüsusatla bağlı cinayət işində toplanmış sənədlərin surətlərinin ayrılmış cinayət işinə əlavə edilməsi və Anar Mehdiyevin əməlinə ayrılmış cinayət işində hüquqi qiymət verilməsi, Zərərçəkmiş şəxs1 ASC-nin əmlakının təqsirləndirilən şəxslər tərəfindən deyil, X29, X24, X30 və qeyriləri tərəfindən ələ keçirilməsi faktları ilə bağlı müraciətlərlə əlaqədar sənədlərin əsillərinin hazırki cinayət işindən çıxarılmaqla ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməsi və ayrılmış cinayət işində bu müraciətlərlə bağlı əməllərə hüquqi qiymət verilməsi müəyyən olunmuşdur (cild 04, i.v. 237-238). Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC tərəfindən daxil olmuş mülki iddianın məzmunundan görünür ki, sözügedən cəmiyyət mülki iddiacı kimi tanınmasını, cavabdehlər Təqsirləndirilən şəxs və X9 33.894,70 manat məbləğində maddi ziyanın və 193 manat ödənilmiş dövlət rüsumunun sonunculardan tutularaq ödənilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iddia ilə əlaqədar dövlət rüsumunun ödənilməsinə dair qəbz mülki iddiaya əlavə olunmuşdur (cild 05, i.v. 160-164). Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs4 MMC tərəfindən daxil olmuş mülki iddianın məzmunundan görünür ki, sözügedən cəmiyyət mülki iddiaçı kimi tanınmasını, cavabdehlər Təqsirləndirilən şəxs və X9 90.541,46 manat məbləğində maddi ziyanın və 362 manat ödənilmiş dövlət rüsumunun sonunculardan tutularaq ödənilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iddia ilə əlaqədar dövlət rüsumunun ödənilməsinə dair qəbz mülki iddiaya əlavə olunmuşdur (cild 05, i.v. 165-169). Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 ASC tərəfindən daxil olmuş mülki iddianın məzmunundan görünür ki, sözügedən cəmiyyət mülki iddiaçı kimi tanınmasını, cavabdehlər Təqsirləndirilən şəxs 94.334,56 manat məbləğində maddi ziyanın və 390 manat ödənilmiş dövlət rüsumunun sonunculardan tutularaq ödənilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iddia ilə əlaqədar dövlət rüsumunun ödənilməsinə dair qəbz mülki iddiaya əlavə olunmuşdur (cild 05, i.v. 225-234). Zərərçəkmiş şəxs və mülki ididaçı Zərərçəkmiş şəxs7 tərəfindən daxil olmuş mülki iddianın məzmunundan görünür ki, onun mülki iddiaçı kimi tanınmasını, cavabdeh Təqsirləndirilən şəxs 43.046,08 manat məbləğində maddi ziyanın tutularaq ödənilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iddia ilə əlaqədar dövlət rüsumunun ödənilməsinə dair qəbz mülki iddiaya əlavə olunmuşdur (cild 06, i.v. 71-73). Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 1(101)-364/2022 saylı qərarından görünür ki, xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ünvan 19 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun barəsində axtarış elan edilmişdir (cild 05, i.v. 76-78). Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli 1(101)-364/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ayrıca icraatda cinayət işinin ayrılması, ayrılmış cinayət işinə əlavə nömrə verilməsi və ayrılmış cinayət işi üzrə icraatın Təqsirləndirilən şəxs tapılanadək dayandırılması qərara alınmışdır (cild 05, i.v. 185-187). Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin 02 iyul 2022-ci il tarixli cavab məktubundan gprünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır (cild 05, i.v. 207). Axtarışda olan şəxsin tutulması haqqında 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis bölməsinə təhvil verilmişdir (cild 05, i.v. 208). Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 1(101)-364/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair icraatı dayandırılmış 1(101)- 364/2022 saylı cinayət işi üzrə məhkəmə icraatı təzələnmişdir (cild 05, i.v. 206). Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyam tam şəkildə ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cild 06, i.v. 46). Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(002)-112/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 06, i.v. 107-114). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-236/2022 aylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(002)-112/2021 saylı hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Habelə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur (cild 06, i.v. 115-127). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-705/2022 saylı qərarında görünür ki, kassasiya protesti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-236/2022 aylı hökmü dəyişdirilmədən saxlanılmışdır (cild 06, i.v. 128-131). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-30/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmışdır (cild 06, i.v. 169-188). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-30/2023 saylı məcburi göstərişindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-30/2023 saylı hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış və cəza aid hissədə məhkəmə tərəfindən göstəriş verilmişdir (cild 06, i.v. 167). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-30/2023 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-30/2023 saylı hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır (cild 06, i.v. 287). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-76/2023 saylı qanuni qüvvəsini almış hökmündən görünür ki, X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 10 sentyabr 2021-ci il tarixdən hesablanmış, zərərçəkmiş hüquqi şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC-nin mülki iddiaları təmin edilməklə X9 33.894,70 manat məbləğində maddi ziyan və 193 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə, 90.541,46 manat məbləğində maddi ziyan və 362 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə tutulmuş, o cümlədən X19 təmin edilmiş mülki iddialar ilə bağlı hissədə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etdiyi şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmuşdur (cild 06, i.v. 189-247). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-962/2023 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə, məhkum edilmiş şəxs X10 müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(101)- 76/2023 nömrəli hökmü Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə, məhkum edilmiş şəxs X10 müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (cild 06, i.v.248-277). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) açıq məhkəmə iclaslarında özünün seçdiyi müdafiəçisi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübut təqdim etmiş, habelə müdafiə hüququnun realizə edilməsi məqsədi ilə müxtəlif xarakterli vəsatətlər vermişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Belə ki, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ona qarşı irəli sürülmüş mülki iddiaları qəbul etsə də, elan edilmiş ittihamı bütovlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinin tövsifi ilə bağlı məsələlərə aydınlıq gətirilməsindən əvvəl məhkəmə cinayət işi üzrə bəzi vacib məsələlərə aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, aşağıda qeyd edilən məsələlər bilavasitə cinayət işi, habelə irəli sürülmüş ittihamla bütövlükdə əlaqəli olan məsələlərdən ibarətdir. Məsələ ondan ibarətdir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olduğu vaxt iş üzrə 2 (iki) nəfər şəxs, yəni Elnur Babayev və Təqsirləndirilən şəxs qismində çıxış etmişdir. Cinayət işi üzrə məhkəmə baxışı davam edən zaman Təqsirləndirilən şəxs barəsində olan başqa cinayət işinə (hazırkı cinayət işi ilə əlaqəsi olmayan cinayət işi) Bakı Apellyasiya Məhkəməsində baxılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-236/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilmiş, habelə sonuncunun barəsində həmin cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Halbuki Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən həbsdən azad edildiyi vaxt onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunmasına dair başqa cinayət işi (hazırkı cinayət işi) olmuş və bu iş üzrə onun həbsdə saxlanılması nəzərə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə məhkəmənin çağırışlarına məhəl qoymayaraq məhkəmə iclaslarına gəlməmiş, başqa sözlə, məhkəmədən açıq-aşkar yayınmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirakını təmin etmək məqsədi ilə məhkəmə tərəfindən bir neçə dəfə işə baxılması təxirə salınmış, lakin məhkəmənin bütün cəhdlərinə baxmayaraq, Təqsirləndirilən şəxs həmin vaxt məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Nəticədə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə hazırkı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aid hissədə icraat ayrılmış, habelə Elnur Babayevin barəsində olan hissədə cinayət işinə baxılması davam etdirilmiş və xx.xx.2023-cü il tarixdə Elnur Babayevin barəsində ittiham hökmü çıxarılmışdır. Elnur Babayevə aid olan cinayət işi üzrə onun əməllərinə hüquqi qiymət verilməsində onunla əlbir olan şəxs kimi Təqsirləndirilən şəxs istinad edilməsi sonuncunun təqsirsizlik prezumpsiyasının pozulmasına yol açan hal olduğundan Elnur Babayevin barəsində olan cinayət işi üzrə çıxarılmış yekun məhkəmə aktında Elnur Babayevin qabaqcadan əlbir olduğu şəxs qeyrisi kimi göstərilmişdir. X46 barəsində çıxarılmış məhkəmə hökmü apellyasiya qaydasında mübahisələndirildiyindən və nəticə etibarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü yuxarı məhkəmə tərəfindən dəyişdirilmədən saxlanıldığından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə X49 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi nəticəsinə gəlinməsi obyektiv həqiqətin müəyyən edilməsində müstəsna rol oynayır. Belə ki, daha sonra Təqsirləndirilən şəxs məhkəmə qərarı əsasında həbs edildiyindən onun barəsində olan cinayət işinə baxılmağa davam etdirilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ASC-nin ketrinq üzrə satış nümayəndəsi Şahid1 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin böyük restoran, zavod, fabrik və başqa ictimai iaşə obyektlərini qida məhsulları ilə təmin etdiyi haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, "Siyəzən Broyler” ASC-dən nisyə almaq istədiyi toyuq və toyuq əti məhsullarının dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs1 ASC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq, cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə "xxxx" MMC və Zərərçəkmiş şəxs1 ASC arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra 31 avqust 2018-ci il tarixdə onun sifarişi ilə ünvan 2 ünvanına gətirilmiş dəyəri 13.122,42 manat təşkil edən 3546,60 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 2.438,91 manat təşkil edən 435,52 kiloqram çəkidə dondurulmuş açıq file, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 17.047,86 manat təşkil edən 3044,26 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 757,38 manat təşkil edən 252,46 kiloqram çəkidə dondurulmuş açıq bud, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 9.246,45 manat təşkil edən 2499,04 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 5.629,68 manat təşkil edən 1005,30 kiloqram çəkidə dondurulmuş açıq file, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 1.818,22 manat təşkil edən 527,02 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 4.416,48 manat təşkil edən 1280,14 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 4.846,24 manat təşkil edən 865,40 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 443,42 manat təşkil edən 143,04 kiloqram çəkidə dondurulmuş açıq qanad, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 11.334,96 manat təşkil edən 2024,10 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 320,82 manat təşkil edən 106,94 kiloqram çəkidə dondurulmuş açıq bud, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 4.119,78 manat təşkil edən 1194,14 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, xx.xx.2018- ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 5.849,61 manat təşkil edən 1695,54 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 15.694,11 manat təşkil edən 2802,52 kiloqram çokidə dondurulmuş açıq file, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 1.498,20 manat təşkil edən 499,40 kiloqram çəkidə dondurulmuş açıq bud, bununla da 98.584,54 manat dəyərində toyuq və toyuq əti məhsullarını Şahid1 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-yə 98.584,54 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs2 MMC-nin satış müdiri Şahid8 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin “ketrinq şirkəti” olduğu, 100-dən artıq işçisi olduğu, respublikada fəaliyyət göstərən digər ketrinq şirkətlərinə də rahatlıqla malları sata bildiyi, balıq və balıq əti məhsullarının satışını asanlıqla həyata keçirə bildiyi, satışları həyata keçirmək üçün “Meyvəli Bazar”da və Binə qəsəbəsində soyuducu anbarlarının olduğu haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs2 MMC-dən nisyə almaq istədiyi balıq və balıq əti məhsullarının dəyərini 7 gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs2 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq, cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə onun sifarişi ilə Bakı şəhəri, Qaradağ rayonu, «Sədərək» Ticarət Mərkəzinin yaxınlığına gətirilmiş dəyəri 13.523,70 manat təşkil edən 2217 kiloqram çəkidə başsız skumbriya balığı və dəyəri 8.840 manat təşkil edən 1700 kiloqram çəkidə tikə panqasius balığını, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə onun sifarişi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə Donuzçuluq sovxozunda yerləşən «Cücə saxlama və kəsimi sexi»nə gətirilmiş dəyəri 16.531 manat təşkil edən 2710 kiloqram çəkidə başsız skumbriya balığını, bununla da 38.894,70 manat dəyərində balıq və balıq əti məhsullarını Zərərçəkmiş şəxs2 MMC-nin sürücüsü Şahid10 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs3 MMC-nin supervayzeri Şahid11 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin çoxsayda otel və istirahət mərkəzləri ilə işləyib onları qida və qeyri qida məhsulları ilə təmin etdiyi, bunun sifariş əsasında həyata keçirildiyi haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs3 MMC-dən nisyə almaq istədiyi şirniyyat qida məhsullarının dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs3 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yaları vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə onun sifarişi ilə ünvan 2 ünvanına gətirilmiş dəyəri 3.979,66 manat təşkil edən 1050 kiloqram çəkidə «Korovka 7x1», dəyəri 147 manat təşkil edən 30 kiloqram çəkidə «Beşanaya Pçelka 6x1», dəyəri 962,5 manat təşkil edən 175 kiloqram çəkidə «Moloçnaya Kaplya 7x1», dəyəri 472,5 manat təşkil edən 105 kiloqram çəkidə «Raçki 7x1», dəyəri 142 manat təşkil edən 40 kiloqram çəkidə «Karamelkino Barbans 8x1», dəyəri 994 manat təşkil edən 280 kiloqram çəkiclə «Karamelkino Myata 8x1», dəyəri 708 manat təşkil edən 120 kiloqram çəkidə «X58 6x1», dəyəri 124,25 manat təşkil edən 35 kiloqram çəkidə «Sitrus Mİks 7x1», dəyəri 130,5 manat təşkil edən 30 kiloqram çəkidə «Fudgenta 6x1», dəyəri 113,25 manat təşkil edən 15 kiloqram çəkidə «X47 1x1», dəyəri 235,6 manat təşkil edən 76 kiloqram çəkidə «Slivkino 1x3,8» və dəyəri 175 manat təşkil edən 50 kiloqram çəkidə «Xrustik MAK 1x5», sonuncu dəfə 26 iyun 2019-cu il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 2.653,41 manat təşkil edən 700 kiloqram çəkidə «Korovka 7x1», bununla da 10.837,67 manat dəyərində şirniyyat qida məhsullarını Zərərçəkmiş şəxs3 MMC-nin ekspeditoru Şahid12 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 10.837,67 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Şahid13 Xəndəmir oğluna özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin təmir-tikinti işləri ilə məşğul olduğu, çoxsayda layihələrin icrası ilə məşğul olduğu haqda həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs4 MMC-dən nisyə almaq istədiyi istilik sistemləri mallarının dəyərini 1 ay ərzində nağdsız hesablaşma yolu ilə “Klimat-X" MMCnin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1022-ci məhəllə, Bakı Satış Mərkəzində yerləşən anbarından ümumi dəyəri 139,83 manat təşkil edən 5 ədəd VA DİJİTAL KOMBİ REQULYATORU, ümumi dəyəri 5.121,20 manat təşkil edən 6200 ədəd BORU AL PERT BORU 16mm, ümumi dəyəri 2.124 manat təşkil edən 2000 ədəd BORU UNİDELTA OKS. BARYERLİ 16 200m (göy), ümumi dəyəri 1.219,18 manat təşkil edən 2 ədəd KOMBİ GAS BOİLER-32A, ümumi dəyəri 1.352,28 manat təşkil edən 3 ədəd KOMBİ GAS BOİLER B- JLG-24KW, ümumi dəyəri 1.623,09 manat təşkil edən 3 ədəd KOMBİ GAS BOİLER B-JLG-28KW, ümumi dəyəri 1.515,12 manat təşkil edən 600 ədəd RADİATOR ASİLQANİ, ümumi dəyəri 5.664 manat təşkil edən 400 ədəd RADİATOR HELYOS EVO 350 (1 seksiya), ümumi dəyəri 22.656 manat təşkil edən 1600 ədəd RADİATOR HELYOS EVO 500 (1 seksiya), ümumi dəyəri 1.722,80 manat təşkil edən 100 ədəd RADİATOR OTTİMO 500 (1 seksiya), ümumi dəyəri 22.302 manat təşkil edən 270 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL ROSALİN 500-100(10), ümumi dəyəri 6.608 manat təşkil edən 80 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL STALBİ 500-100(10) və ümumi dəyəri 1.670,88 manat təşkil edən 20 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL VUL RAD 500-100(10 s-a), sonuncu dəfə xx.xx.2020-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 21,03 manat təşkil edən 396 ədəd ZAQLUSKA 20, ümumi dəyəri 9,63 manat təşkil edən 4 ədəd VENTİL QİRMİZİ BAŞ 25, ümumi dəyəri 867,30 manat təşkil edən 150 ədəd VENTİL KAFELALTİ 3/4, dəyəri 177 manat təşkil edən 1 ədəd VENTİL 3/4 KURESEL, ümumi dəyəri 26,67 manat təşkil edən 4 ədəd VENTİL 1*REKORLU KELEBEK KURESEL, ümumi dəyəri 5,73 manat təşkil edən 2 ədəd VENTİL 32*1*32, ümumi dəyəri 248,54 manat təşkil edən 119 ədəd VENTİL 3/4 kepenek, ümumi dəyəri 709,65 manat təşkil edən 124 ədəd VENTİL 3/4, ümumi dəyəri 267,27 manat təşkil edən 150 ədəd VENTİL 1/2 kepenek, ümumi dəyəri 107,97 manat təşkil edən 6 ədəd TEZYİQ KONTROLU DSK-3, ümumi dəyəri 38,94 manat təşkil edən 300 ədəd TE-25 boru keçidi, ümumi dəyəri 28,08 manat təşkil edən 20 ədəd REKOR l/D 3/4, ümumi dəyəri 38 manat təşkil edən 50 ədəd REKOR l/D 25 1/2, ümumi dəyəri 122,34 manat təşkil edən 64 ədəd REKOR l/D 1, ümumi dəyəri 74,63 manat təşkil edən 65 ədəd REKOR C/D 32x1, ümumi dəyəri 37,95 manat təşkil edən 24 ədəd REKOR C/D 3/4, ümumi dəyəri 31,10 manat təşkil edən 46 ədəd REKOR C/D 25 1/2, ümumi dəyəri 113,58 manat təşkil edən 55 ədəd REKOR C/D 1, ümumi dəyəri 311,52 manat təşkil edən 8 ədəd VENTİLLİ KOLLEKTOR 11 çrxışlı, ümumi dəyəri 12.489,12 manat təşkil edən 9800 ədəd BORU FİBER 25, ümumi dəyəri 796,74 manat təşkil edən 160 ədəd BORU FİBER 50, ümumi dəyəri 99,12 manat təşkil edən 100 ədəd BORU SADƏ 25, ümumi dəyəri 89,21 manat təşkil edən 2 ədəd DƏSMAL QURUDAN LUNA 500/750, ümumi dəyəri 90,86 manat təşkil edən 1000 ədəd DİRSƏK 90*25, ümumi dəyəri 10,83 manat təşkil edən 12 ədəd KOLLEKTOR XAMUTU, ümumi dəyəri 10,27 manat təşkil edən 150 ədəd MUFTA 25, bununla 90541,46 manat dəyərində istilik sistemləri mallarını Zərərçəkmiş şəxs4 MMC-nin anbardarı Şahid15 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 90.541,46 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək "xxxx" MMC-nin saitş müdiri Zərərçəkmiş şəxs5 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin böyük şirkət olduğu, 50-dən artıq texnika, 100-dən artıq yük avtomobillərinin olduğu, dövlət layihələri və sifarişləri əsasında fəaliyyət göstərdiyi, «Vətən müharibəsi» ilə əlaqədar sərhədyanı ərazilərdə tikinti-təmir və bərpa işləri, yol tikintisi həyata keçirdikləri barədə həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, "xxxx" MMC-dən nisyə almaq istədiyi yük avtomobilləri üçün şinlərin dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə "xxxx" MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə onun sifarişi ilə ünvan 3 ünvanında yerləşən “Pullman Hotel“ə gətirilmiş ümumi dəyəri 19.198,98 manat təşkil edən 24 ədəd 315/80R22,5 ROADSHİNE 20 PR TL RS602 157/154K, 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K və 10 ədəd 10.00R20 CORDİANT 1-281,U-4 nc18, xx.xx.2020-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş ümumi dəyəri 10.115,95 manat təşkil edən 6 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS622 156/153G və 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, ev 1B, «Bakı-Astara Yolu»nun kənarında yerləşən anbarından ümumi dəyəri 9.329,60 manat təşkil edən 8 ədəd 315/80R22.5 ROADSHİNE 20 PR TL RS602 157/154K və 14 ədəd 12.00R20, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 3.678,53 manat təşkil edən 8 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, bununla da 42.323,06 manat dəyərində yük avtomobilləri üçün şinləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş fiziki şəxs Zərərçəkmiş şəxs5 42.323,06 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində İşləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs6 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi olduğu MMC-nin böyük şirkət olub balansında çoxsayda “Shacman" markalı yük avtomobillərinin olduğu, işğaldan azad edilmiş Qarabağ bölgəsində tikinti-təmir işləri həyata keçirdikləri barədə həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, "Avto Store” MMC-dən nisyə almaq istədiyi yük avtomobilləri üçün şinlərin dəyərini 5 gün ərzində nağdsız hesablaşma yolu ilə "xxxx" MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra ilkin ödəniş kimi 2.000 manat nağd pul ödəyib xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanından ümumi dəyəri 6.929,97 manat təşkil edən 18 ədəd ROADSHİNE 315/80 22,5 və ümumi dəyəri 6.480,03 manat təşkil edən 12 ədəd ROADSHİNE 12.00 R20, bununla da 13.410 manat dəyərində yük avtomobilləri üçün şinləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb ələ keçirərək zərərçəkmiş fiziki şəxs Zərərçəkmiş şəxs6 11.410 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək fərdi sahibkar Zərərçəkmiş şəxs7 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin müxtəlif müəssisələri, şirniyyat evlərini və mağazaları quru meyvə və çərəzlərlə təmin etdiyi haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, nisyə almaq istədiyi quru meyvə və çərəzlərin dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə "xxxx" MMC ilə fiziki şəxs Zərərçəkmiş şəxs7 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2021-ci il tarixdə onun sifarişi ilə ünvan 5 ünvanına gətirilmiş ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə fındıq, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə ləpəni, xx.xx.2021-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə qovrulmuş fındıq, ümumi dəyəri 900 manat təşkil edən 100 kiloqram çəkidə qara kişmiş, ümumi dəyəri 520 manat təşkil edən 100 kiloqram çəkidə araxis, ümumi dəyəri 1.530 manat təşkil edən 60 kiloqram çəkidə antep püstəsi və ümumi dəyəri 1.560 manat təşkil edən 150 kiloqram çəkidə qoz ləpəsini, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanında yerləşən «Yaşıl Bazar»ın qarşısından ümumi dəyəri 5.920 manat təşkil edən 400 kiloqram çəkidə qovrulmuş fındıq və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə qoz ləpəsini, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 2.420,08 manat təşkil edən 232,70 kiloqram çəkidə qoz ləpəsi, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 9.620 manat təşkil edən 650 kiloqram çəkidə fındığı, bununla da 43.046,08 manat dəyərində quru meyvə və çərəzləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş fiziki şəxs Afər Şivanlıya 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən iş üzrə bir neçə əhəmiyyət kəsb edən halı əsas tutmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-yə 98.584,54 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi ilk növbədə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə də tam şəkildə təsdiq olunmuş və ona görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ASC tərəfindən irəli sürülmüş mülki iddianı qəbul etmişdir. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs1 ASC-dən 98.584,54 manat məbləğində toyuq məhsullarını aldığını, daha sonra həmin məhsulları başqa şəxslərə sataraq pul aldığını, həmin pulu şəxsi biznesi ilə əlaqədar xərclədiyini, nəticədə Zərərçəkmiş şəxs1 ASC-dən aldığı məhsullara görə borclu qaldığını və hazıradək həmin borcu qaytara bilmədiyini bildirmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, həqiqətən də Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASCyə 98.584,54 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Elnur X4baqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 10.837,67 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 90.541,46 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, Zərərçəkmiş şəxs5 42.323,06 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, Zərərçəkmiş şəxs6 11.410 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və zərərçəkmiş şəxs Afər Şivanlıya 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə gəldikdə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Elnur Babayevin göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi, eləcə də qeyd edilən cinayət əməlləri nəticəsində zərərçəkmiş hüquqi şəxslər və zərərçəkmiş şəxslərə göstərilən miqdarda ziyanın vurulması qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə tam şəkildə təsdiq olunduğundan, habelə Elnur Babayevin göstərilən epizodlarla bağlı cinayət əməllərini məhz Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi təsdiq olunduğundan bu hallar Təqsirləndirilən şəxs qanunsuz əməllərinin qiymətləndirilməsi üçün müstəsna dərəcədə əhəmiyyətlidir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Elnur Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 10.837,67 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 90.541,46 manat məbləğində külli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs5 42.323,06 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs6 11.410 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla və zərərçəkmiş şəxs Afər Şivanlıya 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Eyni zamanda məhkəmə bir vacib məsələyə də aydınlıq gətirilməsini zəruri hesab edir. Məsələ ondan ibarətdir ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış çoxsaylı sübutlardan məlum olmuşdur ki, Elnur Təqsirləndirilən şəxs Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 10.837,67 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 90.541,46 manat məbləğində külli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs5 42.323,06 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs6 11.410 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla və zərərçəkmiş şəxs Afər Şivanlıya 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini qabaqcadan düşünülmüş və planlaşdırılmış şəkildə törətmişdir. Belə ki, iş üzrə zərərçəkmiş hüquqi şəxslər və zərərçəkmiş şəxslər xeyli və külli miqdarda özlərinə aid məhsulları Təqsirləndirilən şəxs, bəzən isə əvvəlcədən razılaşdırılmış rol bölgüsünə əsasən cinayətin digər iştirakçısı Elbur Babayevə təhvil verməmişdən əvvəl Təqsirləndirilən şəxs onlara özünü nüfuzlu sahibkar kimi təqdim etmiş, bunu sübut etmək üçün ölkə bazarında kifayət qədər yüksək nüfuza sahib olan hüquqi şəxsin adına bənzər adda şirkət təsis etmiş, yəni "xxxx" MMC-ni təsis etmiş və qurban seçdikləri şəxslərin etibarını qazanmaq məqsədi ilə görünüş üçün həmin zərərçəkmiş hüquqi şəxslər və zərərçəkmiş şəxslərlə formal cəhətdən müqavilə bağlamaqla, əslində isə mülki dövriyyənin iştirakçısı kimi həmin müqavilə üzrə yaranacaq əsas öhdəlikləri icra etmək niyyətində olmadan imzalanmış müqavilələr hesabına özgənin xeyli və külli miqdarda əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək niyyətində olmuşdur. Daha sonra isə görünüş üçün imzalanmış müqavilələr əsasında Şıxəhmədi X31baqcadan əlbir olan bir qrup şəxs halında özgəyə aid əmlakları dələduzluq yolu ilə ələ keçirərək real dəyərindən ucuz qiymətə realizə edərək nağd pul vəsaiti hasil etmiş, hasil olunmuş pul vəsaitini isə sonradan öz aralarında bölüşdürməklə şəxsi ehtiyaclarına xərcləmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs direktoru olduğu şirkət adından zərərçəkmiş hüquqi şəxslər və zərərçəkmiş şəxslərlə müxtəlif malların nisyə alqısatqısı barədə müqavilələr imzalayarkən, həmçinin bundan əvvəl və bundan sonra həmin müqavilə üzrə üzərinə götürdüyü əsas öhdəlikləri icra etmək niyyətində olmamış, əksinə belə şəkildə hərəkət etməklə, yəni müqavilə görünüşü altında nüfuzlu sahibkar kimi özünü təqdim edərək Elnur Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli və külli miqdarda əmlaklarını dələduzluq yolu ilə ələ keçirmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, həmin epizodlar üzrə müqavilələrin bağlanması məhz cinayətkar niyyətə çatmaq üçün vasitə qismində çıxış etmiş və həmin müqavilələrin formal cəhətdən imzalanması qətiyyən həmin münasibətlərin mülki hüquq münasibətləri kimi qəbul edilməsinə əsas ola bilməz. Həmçinin xüsusilə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-236/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət alsa (bəraətin əsası kimi tərəflər arasında müqavilələrin bağlanması və tərəflər arasında yaranmış münasibətlərin mülki hüquq münasibətləri olması) və həmin hökmlə həbsdən azad olunsa da, həbsdən azad olunduqdan qısa müddət sonra yenidən eyni xarakterli hərəkətlər edərək, yəni müqavilə bağlamaq üsulundan istifadə edərək yeni dələduzluq cinayətlərini törətmiş və buna görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-30/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs əslində direktoru olduğu şirkət adından imzaladığı heç bir müqaviləni icra etmək niyyətində olmamış, əksinə müqavilə bağlamaq üsulundan istifadə etməklə, bununla da işgüzar sahibkar imicini yaratmaqla yeni cinayət əməllərini törətmək məqsədi güdmüş və əldə etdiyi böyük təcrübədən məharətlə istifadə edərək hər dəfə yeni qurbanlar seçərək dəfələrlə yenidən dələduzluq cinayətlərini törətmişdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Elnur X4baqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq cinayətlərini törətməsini təsdiq edən hal ondan ibarətdir ki, onlar faktiki olaraq fərdi sahibkarlıqla məşğul olmamışlar, əksinə bütün mümkün vasitələrdən, o cümlədən internet resurslarından istifadə etməklə öz məhsullarını bu və ya digər şəkildə realizə etmək istəyən sahibkarlarla əlaqə saxlayaraq özgəyə məxsus müxtəlif məhsulları almaq istədiklərini bildirmişlər. Ən maraqlısı isə odur ki, Elnur Təqsirləndirilən şəxs Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq cinayətlərini törətməsi üsulunu da çox məharətlə seçmişdir. Belə ki, araşdırılmış sübutlardan açıq aşkar görünür ki, tərəflər arasında bağlanmış bütün müqavilələrin və şifahi razılaşmaların əsas şərti kimi malların məhz nisyə alqı-satqısı şərti müəyyən edilmişdir. Məsələ ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs və Elnur Babayev real sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər olmamışlar, əksinə dələduzluq yolunu özlərinə peşə seçməklə özgənin əmlakını qanunsuz şəkildə ələ keçirmək istəmişlər. Bu məqsədlə də onlar nisyə alqı-satqı müqavilələrini imzalamaqla əvvəlcədən ödəniş etmədən özgənin əmlaklarıını ələ keçirmək istəmişlər. Belə ki, məhkəmə istintaqında araşdırılmış sübutlardan məlum olmuşdur ki, zərərçəkmiş hüquqi şəxslər və zərərçəkmiş şəxslərdən əldə edilmiş mallara görə əvvəlcədən heç bir ödəniş edilməmişdir. Eyni zamanda təqsirkar şəxslərin müxtəlif malları ələ keçirməsi, yəni toyuq əti məhsullarını, avtomobil təkərlərini, qoz-fındıq, quru meyvələri, balıq məhsullarını, kombi sistemi ilə bağlı avadanlıqları, şirniyyat məhsullarını və sair məhsulları ələ keçirmələri ona dələlat edir ki, təqsirkar şəxslər həqiqətən də sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışlar, əksinə müxtəlif çeşidli məhsullar əldə etməklə qısa müddət ərzində həmin məhsulları dəyər-dəyməzə satmaqla nağd pul əldə edərək sonradan öz aralarında bölmüşlər. Bu hal da ona dəlalət edir ki, həqiqətən də Elnur Təqsirləndirilən şəxs Babayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 10.837,67 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 90.541,46 manat məbləğində külli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs5 42.323,06 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs6 11.410 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla və zərərçəkmiş şəxs Afər Şivanlıya 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini qabaqcadan planlaşdırılmış şəkildə törətmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa nəticəyə gəlmək mümkün olmamışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna, mexanizminə və nəticəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ASC-nin ketrinq üzrə satış nümayəndəsi Şahid1 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin böyük restoran, zavod, fabrik və başqa ictimai iaşə obyektlərini qida məhsulları ilə təmin etdiyi haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqə təuyğun məlumatı verməyərək gizlətmiş, "Siyəzən Broyler” ASC-dən nisyə almaq istədiyi toyuq və toyuq əti məhsullarının dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs1 ASC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq, cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə "xxxx" MMC və Zərərçəkmiş şəxs1 ASC arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra 31 avqust 2018-ci il tarixdə onun sifarişi ilə ünvan 2 ünvanına gətirilmiş dəyəri 13.122,42 manat təşkil edən 3546,60 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 2.438,91 manat təşkil edən 435,52 kiloqram çəkidə dondurulmuş açıq file, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 17.047,86 manat təşkil edən 3044,26 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 757,38 manat təşkil edən 252,46 kiloqram çəkidə dondurulmuş açıq bud, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 9.246,45 manat təşkil edən 2499,04 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 5.629,68 manat təşkil edən 1005,30 kiloqram çəkidə dondurulmuş açıq file, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 1.818,22 manat təşkil edən 527,02 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 4.416,48 manat təşkil edən 1280,14 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 4.846,24 manat təşkil edən 865,40 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 443,42 manat təşkil edən 143,04 kiloqram çəkidə dondurulmuş açıq qanad, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 11.334,96 manat təşkil edən 2024,10 kiloqram çəkidə dondurulmuş açıq file, dəyəri 320,82 manat təşkil edən 106,94 kiloqram çəkidə dondurulmuş açıq bud, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 4.119,78 manat təşkil edən 1194,14 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 5.849,61 manat təşkil edən 1695,54 kiloqram çəkidə qırmızı paketdə dondurulmuş toyuq, dəyəri 15.694,11 manat təşkil edən 2802,52 kiloqram çokidə dondurulmuş açıq file, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 1.498,20 manat təşkil edən 499,40 kiloqram çəkidə dondurulmuş açıq bud, bununla da 98.584,54 manat dəyərində toyuq və toyuq əti məhsullarını Şahid1 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-yə 98.584,54 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs2 MMC-nin satış müdiri Şahid8 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin “ketrinq şirkəti” olduğu, 100-dən artıq işçisi olduğu, respublikada fəaliyyət göstərən digər ketrinq şirkətlərinə də rahatlıqla malları sata bildiyi, balıq və balıq əti məhsullarının satışını asanlıqla həyata keçirə bildiyi, satışları həyata keçirmək üçün “Meyvəli Bazar”da və Binə qəsəbəsində soyuducu anbarlarının olduğu haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs2 MMC-dən nisyə almaq istədiyi balıq və balıq əti məhsullarının dəyərini 7 gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs2 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq, cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə onun sifarişi ilə Bakı şəhəri, Qaradağ rayonu, «Sədərək» Ticarət Mərkəzinin yaxınlığına gətirilmiş dəyəri 13.523,70 manat təşkil edən 2217 kiloqram çəkidə başsız skumbriya balığı və dəyəri 8.840 manat təşkil edən 1700 kiloqram çəkidə tikə panqasius balığını, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə onun sifarişi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə Donuzçuluq sovxozunda yerləşən «Cücə saxlama və kəsimi sexi»nə gətirilmiş dəyəri 16.531 manat təşkil edən 2710 kiloqram çəkidə başsız skumbriya balığını, bununla da 38.894,70 manat dəyərində balıq və balıq əti məhsullarını Zərərçəkmiş şəxs2 MMC-nin sürücüsü Şahid10 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs3 MMC-nin supervayzeri Şahid11 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin çoxsayda otel və istirahət mərkəzləri ilə işləyib onları qida və qeyri qida məhsulları ilə təmin etdiyi, bunun sifariş əsasında həyata keçirildiyi haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs3 MMC-dən nisyə almaq istədiyi şirniyyat qida məhsullarının dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs3 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yaları vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə onun sifarişi ilə ünvan 2 ünvanına gətirilmiş dəyəri 3.979,66 manat təşkil edən 1050 kiloqram çəkidə «Korovka 7x1», dəyəri 147 manat təşkil edən 30 kiloqram çəkidə «Beşanaya Pçelka 6x1», dəyəri 962,5 manat təşkil edən 175 kiloqram çəkidə «Moloçnaya Kaplya 7x1», dəyəri 472,5 manat təşkil edən 105 kiloqram çəkidə «Raçki 7x1», dəyəri 142 manat təşkil edən 40 kiloqram çəkidə «Karamelkino Barbans 8x1», dəyəri 994 manat təşkil edən 280 kiloqram çəkiclə «Karamelkino Myata 8x1», dəyəri 708 manat təşkil edən 120 kiloqram çəkidə «X58 6x1», dəyəri 124,25 manat təşkil edən 35 kiloqram çəkidə «Sitrus Mİks 7x1», dəyəri 130,5 manat təşkil edən 30 kiloqram çəkidə «Fudgenta 6x1», dəyəri 113,25 manat təşkil edən 15 kiloqram çəkidə «X47 1x1», dəyəri 235,6 manat təşkil edən 76 kiloqram çəkidə «Slivkino 1x3,8» və dəyəri 175 manat təşkil edən 50 kiloqram çəkidə «Xrustik MAK 1x5», sonuncu dəfə 26 iyun 2019-cu il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 2.653,41 manat təşkil edən 700 kiloqram çəkidə «Korovka 7x1», bununla da 10.837,67 manat dəyərində şirniyyat qida məhsullarını Zərərçəkmiş şəxs3 MMC-nin ekspeditoru Şahid12 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 10.837,67 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Şahid13 Xəndəmir oğluna özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin təmir-tikinti işləri ilə məşğul olduğu, çoxsayda layihələrin icrası ilə məşğul olduğu haqda həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs4 MMC-dən nisyə almaq istədiyi istilik sistemləri mallarının dəyərini 1 ay ərzində nağdsız hesablaşma yolu ilə “Klimat-X" MMCnin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1022-ci məhəllə, Bakı Satış Mərkəzində yerləşən anbarından ümumi dəyəri 139,83 manat təşkil edən 5 ədəd VA DİJİTAL KOMBİ REQULYATORU, ümumi dəyəri 5.121,20 manat təşkil edən 6200 ədəd BORU AL PERT BORU 16mm, ümumi dəyəri 2.124 manat təşkil edən 2000 ədəd BORU UNİDELTA OKS. BARYERLİ 16 200m (göy), ümumi dəyəri 1.219,18 manat təşkil edən 2 ədəd KOMBİ GAS BOİLER-32A, ümumi dəyəri 1.352,28 manat təşkil edən 3 ədəd KOMBİ GAS BOİLER B- JLG-24KW, ümumi dəyəri 1.623,09 manat təşkil edən 3 ədəd KOMBİ GAS BOİLER B-JLG-28KW, ümumi dəyəri 1.515,12 manat təşkil edən 600 ədəd RADİATOR ASİLQANİ, ümumi dəyəri 5.664 manat təşkil edən 400 ədəd RADİATOR HELYOS EVO 350 (1 seksiya), ümumi dəyəri 22.656 manat təşkil edən 1600 ədəd RADİATOR HELYOS EVO 500 (1 seksiya), ümumi dəyəri 1.722,80 manat təşkil edən 100 ədəd RADİATOR OTTİMO 500 (1 seksiya), ümumi dəyəri 22.302 manat təşkil edən 270 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL ROSALİN 500-100(10), ümumi dəyəri 6.608 manat təşkil edən 80 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL STALBİ 500-100(10) və ümumi dəyəri 1.670,88 manat təşkil edən 20 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL VUL RAD 500-100(10 s-a), sonuncu dəfə xx.xx.2020-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 21,03 manat təşkil edən 396 ədəd ZAQLUSKA 20, ümumi dəyəri 9,63 manat təşkil edən 4 ədəd VENTİL QİRMİZİ BAŞ 25, ümumi dəyəri 867,30 manat təşkil edən 150 ədəd VENTİL KAFELALTİ 3/4, dəyəri 177 manat təşkil edən 1 ədəd VENTİL 3/4 KURESEL, ümumi dəyəri 26,67 manat təşkil edən 4 ədəd VENTİL 1*REKORLU KELEBEK KURESEL, ümumi dəyəri 5,73 manat təşkil edən 2 ədəd VENTİL 32*1*32, ümumi dəyəri 248,54 manat təşkil edən 119 ədəd VENTİL 3/4 kepenek, ümumi dəyəri 709,65 manat təşkil edən 124 ədəd VENTİL 3/4, ümumi dəyəri 267,27 manat təşkil edən 150 ədəd VENTİL 1/2 kepenek, ümumi dəyəri 107,97 manat təşkil edən 6 ədəd TEZYİQ KONTROLU DSK-3, ümumi dəyəri 38,94 manat təşkil edən 300 ədəd TE-25 boru keçidi, ümumi dəyəri 28,08 manat təşkil edən 20 ədəd REKOR l/D 3/4, ümumi dəyəri 38 manat təşkil edən 50 ədəd REKOR l/D 25 1/2, ümumi dəyəri 122,34 manat təşkil edən 64 ədəd REKOR l/D 1, ümumi dəyəri 74,63 manat təşkil edən 65 ədəd REKOR C/D 32x1, ümumi dəyəri 37,95 manat təşkil edən 24 ədəd REKOR C/D 3/4, ümumi dəyəri 31,10 manat təşkil edən 46 ədəd REKOR C/D 25 1/2, ümumi dəyəri 113,58 manat təşkil edən 55 ədəd REKOR C/D 1, ümumi dəyəri 311,52 manat təşkil edən 8 ədəd VENTİLLİ KOLLEKTOR 11 çrxışlı, ümumi dəyəri 12.489,12 manat təşkil edən 9800 ədəd BORU FİBER 25, ümumi dəyəri 796,74 manat təşkil edən 160 ədəd BORU FİBER 50, ümumi dəyəri 99,12 manat təşkil edən 100 ədəd BORU SADƏ 25, ümumi dəyəri 89,21 manat təşkil edən 2 ədəd DƏSMAL QURUDAN LUNA 500/750, ümumi dəyəri 90,86 manat təşkil edən 1000 ədəd DİRSƏK 90*25, ümumi dəyəri 10,83 manat təşkil edən 12 ədəd KOLLEKTOR XAMUTU, ümumi dəyəri 10,27 manat təşkil edən 150 ədəd MUFTA 25, bununla 90541,46 manat dəyərində istilik sistemləri mallarını Zərərçəkmiş şəxs4 MMC-nin anbardarı Şahid15 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 90.541,46 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək "xxxx" MMC-nin saitş müdiri Zərərçəkmiş şəxs5 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin böyük şirkət olduğu, 50-dən artıq texnika, 100-dən artıq yük avtomobillərinin olduğu, dövlət layihələri və sifarişləri əsasında fəaliyyət göstərdiyi, «Vətən müharibəsi» ilə əlaqədar sərhədyanı ərazilərdə tikinti-təmir və bərpa işləri, yol tikintisi həyata keçirdikləri barədə həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, "xxxx" MMC-dən nisyə almaq istədiyi yük avtomobilləri üçün şinlərin dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə "xxxx" MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə onun sifarişi ilə ünvan 3 ünvanında yerləşən “Pullman Hotel“ə gətirilmiş ümumi dəyəri 19.198,98 manat təşkil edən 24 ədəd 315/80R22,5 ROADSHİNE 20 PR TL RS602 157/154K, 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K və 10 ədəd 10.00R20 CORDİANT 1-281,U-4 nc18, xx.xx.2020-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş ümumi dəyəri 10.115,95 manat təşkil edən 6 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS622 156/153G və 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, ev 1B, «Bakı-Astara Yolu»nun kənarında yerləşən anbarından ümumi dəyəri 9.329,60 manat təşkil edən 8 ədəd 315/80R22.5 ROADSHİNE 20 PR TL RS602 157/154K və 14 ədəd 12.00R20, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 3.678,53 manat təşkil edən 8 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, bununla da 42.323,06 manat dəyərində yük avtomobilləri üçün şinləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş fiziki şəxs Zərərçəkmiş şəxs5 42.323,06 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində İşləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs6 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi olduğu MMC-nin böyük şirkət olub balansında çoxsayda “Shacman" markalı yük avtomobillərinin olduğu, işğaldan azad edilmiş Qarabağ bölgəsində tikinti-təmir işləri həyata keçirdikləri barədə həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, "Avto Store” MMC-dən nisyə almaq istədiyi yük avtomobilləri üçün şinlərin dəyərini 5 gün ərzində nağdsız hesablaşma yolu ilə "xxxx" MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra ilkin ödəniş kimi 2.000 manat nağd pul ödəyib xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanından ümumi dəyəri 6.929,97 manat təşkil edən 18 ədəd ROADSHİNE 315/80 22,5 və ümumi dəyəri 6.480,03 manat təşkil edən 12 ədəd ROADSHİNE 12.00 R20, bununla da 13.410 manat dəyərində yük avtomobilləri üçün şinləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb ələ keçirərək zərərçəkmiş fiziki şəxs Zərərçəkmiş şəxs6 11.410 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktor) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X26 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək fərdi sahibkar Zərərçəkmiş şəxs7 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktor) olduğu MMC-nin müxtəlif müəssisələri, şirniyyat evlərini və mağazaları quru meyvə və çərəzlərlə təmin etdiyi haqda həqiqətəuyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqda həqiqətəuyğun məlumatı verməyərək gizlətmiş, nisyə almaq istədiyi quru meyvə və çərəzlərin dəyərini 15 gün ərzində nağdsız hesablaşma yolu ilə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə "xxxx" MMC ilə fiziki şəxs Zərərçəkmiş şəxs7 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2021-ci il tarixdə onun sifarişi ilə ünvan 5 ünvanına gətirilmiş ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə fındıq, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə ləpəni, xx.xx.2021-ci il tarixdə onun sifarişi ilə eyni ünvana gətirilmiş ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə qovrulmuş fındıq, ümumi dəyəri 900 manat təşkil edən 100 kiloqram çəkidə qara kişmiş, ümumi dəyəri 520 manat təşkil edən 100 kiloqram çəkidə araxis, ümumi dəyəri 1.530 manat təşkil edən 60 kiloqram çəkidə antep püstəsi və ümumi dəyəri 1.560 manat təşkil edən 150 kiloqram çəkidə qoz ləpəsini, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanında yerləşən «Yaşıl Bazar»ın qarşısından ümumi dəyəri 5.920 manat təşkil edən 400 kiloqram çəkidə qovrulmuş fındıq və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə qoz ləpəsini, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 2.420,08 manat təşkil edən 232,70 kiloqram çəkidə qoz ləpəsi, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 9.620 manat təşkil edən 650 kiloqram çəkidə fındığı, bununla da 43.046,08 manat dəyərində quru meyvə və çərəzləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş fiziki şəxs Afər Şivanlıya 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə ona təyin ediləcək cəza Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-30/2023 saylı hökmü ilə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli ayrıayrılıqda başa çatmış cinayətdir. Onun əməlləri nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət və mülki məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs6 onunla barışmasını, qeyd edilən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və həmin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməlləri ilə bağlı epizodların sayını, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməllərinin üsulunu və mexanizmini, vurulmuş ziyanın hazırda ödənilməmiş hissəsini, zərərçəkmiş hüquqi şəxslər və zərərçəkmiş şəxlsərə ziyanın ödənilməsi ilə bağlı onun təşəbbüs belə göstərməməsini (hər hansı məbləğdə pul vəsaitini qaytarmamasını), ələlxüsus da göstərilən cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs böyük rol oynamasını, başqa sözlə onun həmin cinayətlərin törədilməsindəki rolunu və iştirakının xarakterini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza yuxarı həddə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə (Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 1(101)-364/2022 saylı qərarı əsasında) həbsdə saxlanıldığı müddət ona təyin olunacaq qəti cəza müddətinə daxil edilməli və ona təyin ediləcək qəti cəzanın əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 1(101)-364/2022 saylı qərarı əsasında onun tutulduğu gündən, yəni 02 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddialara gəldidkə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayətlərin törədilməsi sübuta yetirildiyindən və həmin cinayət əməlləri nəticəsində vurulmuş ziyanla bağlı mülki iddialar verildiyindən zərərçəkmiş hüquqi şəxslər və mülki iddiaçılar «Siyəzən Broyler” ASC, Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC, eləcə də Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş mülki iddialar təmin edilməli, yəni Təqsirləndirilən şəxs 94.334,56 manat məbləğində maddi ziyan və 390 manat ödənilmiş dövlət rüsumu «Siyəzən Broyler” ASC-nin xeyrinə, 43.046,08 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs7 xeyrinə tutulmalıdır. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli hökmü - zərərçəkmiş hüquqi şəxslər Zərərçəkmiş şəxs4 MMC və Zərərçəkmiş şəxs2 MMC-nin mülki iddialarının təmin edilməsi və X9 Zərərçəkmiş şəxs4 MMC və Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə pul vəsaitinin tutulması hissəsində Təqsirləndirilən şəxs şamil edilməli və göstərilən hissədə mülki iddialar hər iki təqsirləndirilən şəxsdən, yəni Təqsirləndirilən şəxs və Elnur Babayevdən müştərək qaydada tutulmalıdır. Məhkəmənin mülki iddialar ilə bağlı hissədə gəldiyi nəticə, həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə də uyğundur. Belə ki, qeyd edilən qərarın 69cu bəndində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Sözügedən qərarın 70-ci bəndində göstərilmişdir ki, birgə maddi ziyanın vurulması ilə əlaqədar olan cinayət işlərində iştirakçılarından biri (bir neçəsi) haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa və yaxud bəzi iştirakçılar haqqında cinayət təqibinə bəraətverici sayılmayan əsaslarla xitam verilmişsə, məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyur və eyni zamanda təqsirkara barəsində cinayət təqibinə xitam verilmiş şəxsə qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququnu izah edir. Ayrılmış icraat üzrə təqsirləndirilən şəxsin (şəxslərin) barəsində cinayət işinə baxıldıqda məhkəmə verilmiş mülki iddia ilə əlaqədar onun (onların) üzərinə vurulmuş maddi ziyanı əvvəlki hökmə əsasən məhkum edilmiş (barəsində mülki iddia həll edilmiş) şəxslə müştərək qaydada ödəmək vəzifəsini qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə bir daha belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı «Siyəzən Broyler” ASC, Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş mülki iddialar təmin edilməli, Təqsirləndirilən şəxs 94.334,56 manat məbləğində maddi ziyan və 390 manat ödənilmiş dövlət rüsumu «Siyəzən Broyler” ASC-nin xeyrinə, 43.046,08 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs7 xeyrinə tutulmalı, habelə xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə zərərçəkmiş hüquqi şəxslər Zərərçəkmiş şəxs4 MMC və Zərərçəkmiş şəxs2 MMC-nin mülki iddialarının təmin edilməsi və X9 Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə 90.541,46 manat məbləğində maddi ziyanın və 362 manat ödənilmiş dövlət rüsumunun, Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə 33.894,70 manat məbləğində maddi ziyanın və 193 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində Təqsirləndirilən şəxs şamil edilməli və göstərilən hissədə mülki iddialar X26 və Təqsirləndirilən şəxs müştərək qaydada tutulmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-30/2023 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və cinayətlərin məcmusu qaydasında ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli 02 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ASC-nin və Zərərçəkmiş şəxs7 mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs 94.334,56 manat məbləğində maddi ziyan və 390 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs1 ASCnin xeyrinə, 43.046,08 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs7 xeyrinə tutulsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə zərərçəkmiş hüquqi şəxslər Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC-nin mülki iddiaları üzrə X9 33.894,70 manat məbləğində maddi ziyan və 193 manat ödənilmiş dövlət rüsumunun Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə, 90.541,46 manat məbləğində maddi ziyan və 362 manat ödənilmiş dövlət rüsumunun Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə tutulması Təqsirləndirilən şəxs şamil edilməklə X26 və Təqsirləndirilən şəxs müştərək qaydada 33.894,70 manat məbləğində maddi ziyan və 193 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə, 90.541,46 manat məbləğində maddi ziyan və 362 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə tutulsun. İş üzrə maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Telman Hüseynov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar