Məhkəmə qərarları › İş №1(101)-102/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-102/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-102/2024 16.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada faliyyət göstərən vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 il 7 ay 10 gün müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilmiş, Lənkaran şəhəri, Vaqif küçəsi, D 1, ev 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilməmiş şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 18,372 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd OE-205 N-li, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu döyüş silahı olan Makarov konstruksiyalı tapançanı, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı döyüş sursatı olan 5 ədəd patronları, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, bircərgəli, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağı əldə edərək üzərində saxlayıb daşımaqla gəzdirmiş, Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdşaları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Anar İsmaylov xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilmiş, xx.xx.2022-ci il tarixdə saat 17:30-da Polis Şöbəsində xidməti otaqların birində hal şahdərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən həmin 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 18,372 qram olan psixotrop maddə metamfetamin və şalvarın kəmərinin arxa hissəsində daşıyaraq saxladığı yuxarıda qeyd olunan 01 ədəd yivli odlu döyüş silahı, odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı olan 05 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərindən aşkarlanması iddia edilən psixotrop maddə, silah və döyüş sursatları ona məxsus deyildir, uzun müddətdir ki, Azərbaycanda yaşamamışdır, atası xəstə olduğundan Azərbaycana gəlmiş və burada ev tikərək, kirayəyə verməklə qazanc əldə etmək niyyətinə düşmüşdür; bir müddət evlərin tikintisinə davam etdikdən sonra onu qanunsuz tikinti ilə məşğul olması adı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər, orada ondan tikintiyə davam etməsinə icazə vermək müqabilində müəyyən məbləğdə pul vəsaiti tələb etmiş o isə bununla razılaşmayaraq pul verməkdən imtina etmişdir, üstündən bir müddət keçdikdən sonra ustalara zəhmət haqlarını ödəmək üçün tikinti apardığı evlərin birində olarkən, təxminən 10 nəfərə yaxın polis əməkdaşı daxil olaraq onları yerə yıxmış və onu ayrıca otağa salmışlar, orada qolları bağlı şəkildə olarkən Anar adlı polis əməkdaşı 3 büküm narkotik vasitəni onun cibinə qoyaraq narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini tələb etmiş, bundan imtina etdikdə təzyiqlərə məruz qalmış və polislər tərəfindən döyülmüşdür; daha sonra polis bölməsinə aparılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmişlərdirilikdən sonra iş məhkəməyə göndərilmiş və 29 iyun 2022-ci il tarixdə məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək «azadlığa çıxmışdır»; 13 iyul 2022-ci il tarixdə məhkəmə qərarını götürmək üçün oğlu ilə birlikdə evdən çıxdıqda polis əməkdaşlarının “Niva” markalı avtomobillə dayandıqlarını görmüş və avtomobilini saxlamışdır; polis əməkdaşlarından ona məxsus tikintidə istifadə etdiyi materialların yerini soruşduqda, polislər bu haqda məlumatlarının olmadığını bildirərək qəflətən onu maşına mindirmiş və Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər; oğlunu isə digər Vüsal adlı polis əməkdaşı evə aparmışdır; polis bölməsində onu döyərək təzyiqlərə məruz qoymuş silahı və narkotik vasitəni boynuna qoyaraq etiraf etməsini tələb etmişlər, o, isə bu cür fiziki və psixi təzyiqlərə dözməyərək etirafedici sənədlərə qol çəkmişdir, döyülməsi ilə bağlı heç bir dövlət orqanına şikayət etməmiş, həmçinin məhkəmədə həbs qətimkan tədbiri seçilən zaman və İstintaq Təcridxanasına daxil olan zaman da məlumat verməmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində 228.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəsbəsi, O.İsazadə küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində və qanunsuz odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiəsi üçün 08 saylı vəkil bürosunun vəkili X3 müdafiəçi qismində təyin edilmiş və iki nəfər əvvəllər tanımadığı hal şahidlərinin işrirakı ilə müstəntiq tərəfindən üzərinə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı ona üzərində gəzdirilməsi və daşınması qadağan edilmiş hər hansı bir əşya və ya maddə vardırsa təqdim etməyi təklif edilmiş, o əvvəlcə əynindəki boz rəngli kətan şalvarın sağ yan cibindən olan bir ədəd sellofan bükümdə içində metamfetamin psixotrop maddəsi olan kütləni çıxararaq təqdim etmişdir; daha sonra isə şalvarının kəmərinin arxa hissəsinə keçirdiyi bir ədəd Makarov markalı tapançanı çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bükümə baxış zamanı həmin bükümün içindən ağ rəngli kristal maddəyə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və tanılmadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş Makar markalı tapançaya baxış keçirilən zaman tapançadan patron sandığının içindən 5 ədəd həmin tapançanın patronları aşkar edilmişdir. Daha sonra üzərinə axtarış keçirilmiş və başqa qanunla daşınması və istifadəsi qadağan edilmiş əşya və ya maddə aşkar edildməmişdir. Üzərindən aşkar edilmiş bir ədəd tapança, tapança sandığı və 5 ədəd patronu ilə birlikdə bir ədəd böyük zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq edilmiş və möhürlənərək götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilmiş bir ədəd içində metamfetamin psixotrop maddəsinə oxşar kütlə də, başqa bir ədəd zərfdə qablaşdırılmış və üzəri imzalar ilə təsdiq edilərək möhürlənməklə götürülmüşdür. Üzərinə baxış və götürmə keçirilməsi haqqında protokol iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamışdır. Protokolun düzgünlüyü imzalar ilə təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o həmin metafetamin psixatrop maddəsni, bir ədəd Makarov tipli taançanı və 5 ədəd patronunu tanmadığı şəxsdən almış, metamfetamini şəxsi istfadəsi üçün əldə etmişdir. Tapançanı və 5 ədəd patrnunu isə özü üçün ədə etmişdir. Özünü müdafə məqsədi ilə üzərində gəzdirmişdir. O, həmin tapança ilə heç bir cinayət törətməmiş, heç kəsə psixotrop maddə satmamış və verməmişdir. Tapançanı və metamfetamini əldə etdiyi şəxsi tanımır və şəxsiyyəti yadında deyildir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkli Şahid2 Əlləddin oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə və digər proses iştirakçları ilə heç bir qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur. 13 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi, narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü Anar adlı şəxsi evinin yaxınlığında saxlamış və Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. O etiraz etməyərək polis bölməsinə gəlmişdir. Polis Bölməsində vəkilinin iştirakı ilə üzərinə axtarış keçirilmiş, axtarış zamanı üzərindən 01 büküm psixotrop maddə olan metamfetamin, 01 ədəd “makarov” tipli silah və 05 ədəd patron aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilənləri könüllü şəkildə təqdim etmiş və heç bir etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada psixi, fiziki təsir və təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkil Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə və digər proses iştirakçları ilə heç bir qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur. 13 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi, narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında günün ikinci yarısında evinin yaxınlığında şübhəli şəxs olan Təqsirləndirilən şəxs yaxınlaşmış və onu Xəzər RPİ-nin 3cü PŞ-ə dəvət etmişlər. Polis bölməsində vəkilinin iştirakı ilə üzərinə axtarış həyata keçirilmiş və şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və şalvarının arxa hissəsində kəmərində saxladığı “makarov” tipli tapança ilə təxminən 4-5 ədəd patron aşkar edilərək götürülmüşdür. Aşkar olunanlar qablaşdırılmış və müvafiq ekspertiza aparılması üçün təyinatı üzrə göndərilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hər hansı formada təsir və təzyiq göstərilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə və digər proses iştirakçları ilə heç bir qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur. Binə qəsəbəsində dostugildən qayıdarkən 2 nəfər mülki geyimdə şəxs yaxınılaşaraq polis əməkdaşları olduğunu bildirmiş və onu hal şahidi cəlb etmək istədiklərini söyləmişlər. O da buna etiraz etməmiş və polislərlə birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-ə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə onun və digər hal şahidinin iştirakı ilə axtarış həyata keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd tapança, yəni silah, 01 ədəd isə sellofan bükümdə psixotrop maddə aşkar edilmişdir. Anar üzərindən aşkar edilənlərin ona aid olmadığı barədə heç nə bildirməmiş, etiraz etməmişdir. Onun yanında Təqsirləndirilən şəxs qarşı hər hansı təsir və ya təzyiq edilməsinin şahidi olmamışdır, bu barədə hər hansı məlumatı yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 işin faktiki hallarına və Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə və digər proses iştirakçıları ilə heç bir qohumluğu, düşmənçəliyi və ədavəti yoxdur, Xəzər RPİ-nin 3-cü PŞ-də sahə rəisi vəzifəsində işləyir; Binə qəsəbəsində xidmət aparır; Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir; Anarın üzərində silah gəzdirməsi barədə ərazidən məlumat eşitmişdir; Təqsirləndirilən şəxs Binə qəsəbəsi ərazisində tutulmasını bilsə də dəqiq olaraq harada tutulduğu haqqında məlumatı yoxdur; hadisənin üzərindən 01 il keçdiyinə görə hadisənin tam təfərrüatlarını xatırlıya bilmir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - şübhəli şəxsin tutulması haqqında 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20); - şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir, bundan sonra əynindəki şalvarın kəmərinin arxa hissəsindən 01 ədəd Makarov tipli tapançanı təqdim etmişdir. Tapançaya baxış keçirildikdə i sandığından 05 ədəd həmin silaha aid patron aşkarlanmışdır (cild 1, iş vərəqi 27-53); - 14 iyul 2022-ci tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları, eləcə də saxlanıldığı yeri əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 74-78); - məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2022-ci il tarixli 6/3804 saylı rəyi ilə müəyyən edilmişdir ki: tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksi və “ ... Təqsirləndirilən şəxs sağ yan cibindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan büküm, hal şahidləri-iki imza; iştirak etdilər dörd-imza, qablaşdırdı; R.Qarayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 18,372 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, iş vərəqi 59- 63). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 iyul 2022-ci il tarixli 22/487R saylı rəyindən görünür:

1. Tədqiqata təqdim edilmiş 01 ədəd OE-205 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olamqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağlarıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur.

4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan Açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir(Cild 1, iş vərəqi 64-70). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 iyul 2022-ci il tarixli 22/487R saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 05 ədəd 9 mm kalibirli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə edilmişdir. (Cild 1, iş vərəqi 124-125) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 iyul 2022-ci il tarixli 011-8300-1222 saylı məktubundan görünür ki, 01 ədəd 9 mm kalibrli OE-205 №-İi Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasmda “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 103) İşdə olan Xəzər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (ay) ay həddində, yəni 13 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 98-99). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 19 sentyabr 2022-ci il tarixli 5332 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olmuşdur, lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 124-125). İşdə olan 24 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 18,372 qram çəkidə olan metamfetamin, 1 ədəd 9 mm kalibrli OE-205 N-li “Makarov” konstruksiyalı tapança, 1 ədəd daraq və 5 ədəd 9x18 mm kalibrii patronlar maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edilmiş 0,1 qram nəzərə alınmaqla hazırkı qalıq çəkisi 18,272 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd 9 mm kalibrli OE-205 N-li “Makarov” konstruksiyalı tapança, 1 ədəd daraq və 2 ədəd 9x18 mm kalibrii patronlar məhkəmənin hökmünə qədər saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən görünütülərin köçürüldüyü 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 146-152). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 07 (yeddi) ay 10 (on gün) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 116). Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, xeyrinə ifadə verən şəxslərin əlavə şahid qismində dəvət edilərək dindirilməsi, sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən 01 ədəd yivli odlu döyüş silahı, odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı olan 05 ədəd patronun onun tərəfindən qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və ya gəzdiriməsi, eləcə də qanunsuz olaraq psxitorop maddənin satış məqsədi olmadan, saxlanması və daşınması qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən diskdən, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrindən görünür ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin və 01 ədəd Makarov konstruksiyalı tapança , ilə 05 ədəd patronun ona məxsus olduğunu, həmin o psixotrop maddəni öz şəxsi məqsədilə silah və patronlarla birlikdə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Lakin məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində, saxlanılan zaman üzərində ümumiyyətlə pxisotrop maddə və silah olmadığını polislər tərəfindən şəxsi axtarış zamanı aşkar edilmiş psixotrop maddənin və silahın ona məxsus olması kimi görüntü yaradıldığını, məhkəməyədək icraat dövründə etirafedici ifadələr verməsi və etirafedici sənədlərə imza etməsinin səbəbini polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalaraq döyülməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. İşdə olan 13 iyul 2022-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd sellofan bükümdəki psixotrop maddəni və 01 ədəd yivli odlu döyüş silahı, odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı olan 05 ədəd patronu könüllü surətdə təqdim etmiş və həmin predmetləri tanımadığı şəxsdən özü üçün əldə etdiyini bildirmişdir. Qeyd edilən protokolda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsir və təzyiqlərə məruz qalması barədə heç bir qeydi olmamış, şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs bədəninin görünən nahiyələrində - sifət nahiyyəsində, əllərində hər hansı xəsarət və döyülmə izlərinin olması müşahidə olunmamış, onun sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahatında, həmçinin şübhəli və təqsiləndirilən şəxs qismində verdiyi ifadələrində də polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə heç bir məlumat göstərməmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması, döyülməsi ilə bağlı müvafiq prokurorluq orqanlarına da şikayət etməmiş, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələyə baxan məhkəməyə bu barədə ifadə verməmiş, həmçinin istintaq təcridxanasına daxil olarkən döyülməsi və ya hər hansı təsir və təzyiqlərə məruz qalması barədə məlumat verməmişdir . Bundan başqa təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş qismində dindirilmiş şahidlər Şahid2 Əlləddin oğlu və Şahid1 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Həmçinin qeyd etmişlər ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən həqiqətən də 01 ədəd sellofan bükümdə psixatrop maddə metamfetamin və 01 ədəd yivli odlu döyüş silahı, odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı olan 05 ədəd patron aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman hal şahidi qismində iştirak etmiş, polis əməkdaşları olmayan iş üzrə şahidlər Şahid3 və Şahid4 da məhkəmədə dindirilərkən ifadələrində Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan bükümdə psixatrop maddə metamfetaminin, 01 ədəd yivli odlu döyüş silahı, odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı olan 05 ədəd patronun aşkar edildiyini göstərmişdir. Əlavə olaraq, Şahid3 və Şahid4 öz ifadələrində təqsirləndirilən şəxsə qarşı hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və ya psixi təsir və təzyiq edildiyinin şahidi olmadıqlarını bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən psixotrop maddə olan metamfetaminin, 01 ədəd silah, 01 ədəd daraq və 05 ədəd patronun ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsi müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bu cür ziddiyyətli ifadə verməsini törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 18,372 qram olan psixotrop maddə metamfetamin və şalvarın kəmərinin arxa hissəsində daşıyaraq saxladığı 1 ədəd yivli odlu döyüş silahı, odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı olan 05 ədəd patronun ona məxsus olması işin materialları ilə sübuta yetirilmişdir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılarına əsasən – psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda, istehlak miqdarından 122 dəfədən çox olmaqla külli miqdar təşkil edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutmaqla, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarındakı müddəaları da nəzərə alır “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 iyul 2022-ci il tarixli, 22/487R saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş: 1.Tədqiqata təqdim edilmiş 01 ədəd OE-205 N-li silah, zavod üsulu ilə keçmiş SSRİdə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. 2.Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olamqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağlarıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat məişət məqsədləri üçün nəzərdə tutulmayan predmet tapança, yəni yivli odlu döyüş silahı həmçinin 05 ədəd patron həmin kalibrli silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı, 01 ədəd daraq isə Makarov konstruksiyalı silahların komplekt hissəsidir və həmin kalibrli silahlarından atəş açmaq üçün nəzərdə tutulmuşdur. «Silah, döyüş sursati və ya partlayici maddələrin oğurlanmasi və qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqinda " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 may 1998-ci il tarixli Plenum qərarının 1-ci maddəsinə əsasən

1. Şəxsin əməllərində Azərbaycan Respublikası CM-nin 220, 220-1 və 220-2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasını həll edərkən, məhkəmələr müttəhimdən götürülən predmetlərin qeyd olunan maddələrlə nəzərdə tutan odlu silah, döyüş sursatı və ya partlayıcı maddələr, habelə soyuq silah növünə aid olub-olmaması məsələsini həll etməlidirlər. Bu zaman «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanununun, müddəaları əsas götürülməlidir. Təqsirli şəxsin gəzdirdiyi, saxladığı, daşıdığı, əldə etdiyi, hazırladığı, satdığı və ya oğurladığı silahın odlu silaha, döyüş sursatına və ya partlayıcı maddəyə aid olubolmamasını müəyyən etmək üçün iş üzrə ekspertizanın keçirilməsi zəruridir. X6 2-ci maddəsinə əsasən «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu və soyud silah, döyüş sursatı, güllə və partlayıcı maddələr həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. X6 3-cü maddəsinə əsasən «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 60-cı bəndinə əsasən, soyuq silah dedikdə konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərər vurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc süngü bıçaqları və s.), habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, əliçlik, nunçaq, toppuz, beşbarmaq və s.) silah başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddənin, silahın və ona aid döyüş sursatlarının olmaması, qeyd edilənlərin polis əməkdaşlarının təsiri və təzyiqi ilə üzərinə qoyulması, təzyiqlərə dözməyərək etirafedici ifadələr verməsi barədə ifadələrinə tənqidi yanaşır, Təqsirləndirilən şəxs təqsirsizliyini sübut etmək üçün gətirdiyi bu dəlillər işin faktiki hallarına uyğun deyil və həmin hallar iş üzrə dindirilmiş şahid ifadələri eləcə də iş üzrə toplanmış sübutlarla təkzib edilir. Göstərilən hallar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü müdafiə xarakterli ifadə vermiş, cinayətin onun tərəfindən törədildiyini təsdiq edən mötəbər və təkzibolunmaz sübutlara əks dəlillər gətirə bilməmişdir. Yuxarıda təsvir olunanlara əsasən, məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək saxlamaqla daşımış və qanunsuz olaraq silah və döyüş sursatını əldə edərək, üzərində saxlayıb daşımaqla gəzdirmiş, üzərinə şəxsi axtarış keçirilərkən ümumi təmiz çəkisi 18,372 qram olan psixatrop maddə metamfetamin 01 ədəd yivli odlu döyüş silahı, odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı olan 05 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlllərini törətməsi və törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlləriini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü 01 yetkinlik yaşına çatmayan və xx.xx.2020-ci il təvəllüdlü olmaqla 01 azyaşlı uşağı vardır. İş materiallarında olan elektron hökümət portalından çıxarışdan və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 yetkinlik yaşına çatmayan və 01 azyaşlı uşağının olmasını, həmçinin ikinci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Cinayət işinin materiallarında olan tələbnamədən və Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 07 (yeddi) ay 10 (on gün) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəsini almadan və icraya yönəlmədən Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətmiş və barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən, Xəzər rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 2 (iki) il 07 (yeddi) ay 10 (on gün) müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin qeyd edilən hökmü ilə təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə əlaqədar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Buna görə də Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 07 (yeddi) ay 10 (on gün) müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 3 (üç) ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası kimi hesablanaraq hazırkı hökmlə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsin himayəsində 01 azyaşlı və 01 yetkinlik yaşına çatmayan uşaqlarının olması, ikinci qrup əlil olması nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrinin sanksiyası həddində həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır, 234.1-1-ci maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı tutulduğu gündən, yəni 13 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizası üzrə 19 sentyabr 2022-ci il tarixli 5332 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olsa da, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xəzər rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 18,272 qram psixotrop maddə metamfetamin məhv edilməli, 1 ədəd 9 mm kalibrli OE-205 N-li “Makarov” konstruksiyalı tapança, 1 ədəd daraq və 5 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikası DİN-ə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il 7 (yeddi) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 3 (üç) ay 20 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Xəzər rayon RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 18,272 qram psixotrop maddə metamfetamin məhv edilsin, 1 ədəd 9 mm kalibrli OE-205 N-li “Makarov” konstruksiyalı tapança, 1 ədəd daraq və 5 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikası DİN-ə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar