Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1020/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs və tərcüməçi X2 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Ucrak Abdulhalimin (Sadik oğlunun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucrak Abdulhalim (Sadik oğlu) qısqanclıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmişdir. Belə ki o, qeyri-rəsmi ər-arvad münasibətində olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 180, mənzil 27-də birgə yaşadığı Zərərçəkmiş şəxs ilə istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri vasitəsi ilə ayrı-ayrı kişilərin əlaqədə olması səbəbindən əvvəllər dəfələrlə mübahisə etmiş, sonuncu dəfə 02.01.2021ci il tarixdə saat 03 radələrində sonuncuya məxsus ***-***-**-** nömrəli “Honor” markalı mobil telefonu yenidən yoxlayarkən bundan əvvəl də mübahisəyə səbəb olduğundan tanımadığı bir kişiyə mənsub olduğunu bildiyi ***-***-**-** mobil telefon nömrəsinin “Sevil” adı altında qeydiyyatdan keçirilməsini görüb yataq otağında yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs yuxudan oyadaraq bu barədə sorğu-sual edən zaman sonuncunun verdiyi cavablardan qane olmayaraq, yataq otağından çıxmaqla mənzilin mətbəxinə doğru hərəkət edərək yüksək səslə mübahisəni davam etdirmiş, Zərərçəkmiş şəxs onun ardınca gəlməklə ona cavab verərkən mətbəxdə olan dolabdan bıçaq götürməsini görərək həyatının təhlükədə olmasından ehtiyatlanıb tez yataq otağına qayıtmasına baxmayaraq, sonuncunun olduğu yataq otağına qayıdıb özünün qiymətləndirdiyi əsaslara görə xəyanət etməsi nəticəsinə gələrək, qısqanclıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlib mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədən nahiyyəsinə ardıcıl zərbələr vurmağa başlamış, bu zaman mənzilin qonaq otağında yatmış vəziyyətdə olmuş sonuncunun azyaşlı qızı xx xxxxxxx 2007-ci il təvəllüdlü Şahid1 eşitdiyi qışqırıq səslərinə oyanıb yataq otağına gələrək onu arxadan tutmaqla saxlamaq cəhdlərinə məhəl qoymadan Zərərçəkmiş şəxs müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə azyaşlı qızının gözü qarşısında ona xüsusi əzab verdiyini dərk və arzu edərək hərəkətlərini davam etdirməklə qarının ön divarının periton boşluğuna nüfuz edərək nazik bağırsaq, köndələn-çənbər bağırsaq və diafraqmanı zədələyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sol yan səthinin 2 ədəd, sağ yan səthinin 1 ədəd, sağ arxa səthinin 1 ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xaraketrik, sağ budun yuxarı 1/3-nin 1 ədəd, sol budun yuxarı 1/3-nin 2 ədəd deşilmişkəsilmiş yaraları, sağ əlin 1 ədəd və sol əlin 1 ədəd kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik və sağ əlin İİİ barmağının arxa səthinin sıyrığı kimi sağlamlığa zərər vurmayan çoxsaylı, yəni ümumilikdə 11 bıçaq xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs qızı Şahid1 qonşuluqda yaşayan qohumunu çağırmasını deməsi səbəbindən hərəkətlərini dayandıraraq mənzilin giriş qapısına doğru hərəkət edərək orada özünə xəsarətlər yetirməklə mənzildən çıxması, habelə Zərərçəkmiş şəxs vaxtında Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatının xilas olması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət niyyətini başa çatdıra bilməyərək qısqanclıq niyyəti ilə xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Ucrak Abdulhalim (Sadik oğlu) özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, 20 ilə yaxındır ki, Azərbaycan Respublikasında yaşayıb, burada işləyirdi. Zərərçəkmiş şəxs ilə isə təxminən 3 il bundan əvvəl ortaq tanışları vasitəsi ilə tanış olmuş və sonra aralarında sevgi münasibətləri yaranmaqla Fidanın kirayədə qaldığı ünvan 2 ünvanında birgə yaşamağa başlamışlar. Fidanla münasibətləri yaxşı olmuş, Fidanın qızları Fatimə və Xuramana da öz qızları kimi baxmışdır. Lakin son aylarda Fidanla aralarında problemlər yaranmışdır. Belə ki, Fidan bəzən evə çox gec gəlmiş, bəzən isə rəfiqəsinin evində qalacağını bəhanə edərək ümumiyyətlə gəlməmişdir. Hətta bir neçə dəfə onun mobil telefonla gizlin danışdığının, kənarda yazışdığının şahidi olmuşdur. Fidandan şübhələnməyə başlamış və onun “whatsapp” vasitəsilə kişi cinsindən olan şəxslərlə yazışmalarını dəfələrlə tutmuşdur. Fidanın bu hərəkətləri onu qıcıqlandırsa da onunla rəsmi nikahda olmadıqları üçün şəxsi həyatına müdaxilə etməyə haqqı çatmamışdır. Fidanı bezdirdiyi üçün Fidan ona evindən getməyini dəfələrlə demişdir. Lakin Fidandan ayrıla bilməmişdir. 01 yanvar 2021-ci il tarixdə gecə yatmaq üçün yataq otağına getmiş, Fidan isə yorğun olduğunu deyərək yatmışdır. Bu zaman Fidanın telefonunda film izləmişdir. Fatimə və Xuraman da qonaq otağında yerdə yatmışlar. Bir müddətdən sonra Fidanın artıq yuxuya getdiyini görüb, telefonundakı “whatsapp” proqramını açmış və nömrələr siyahısındakı şəxsləri yoxlamışdır. Bu zaman “***-***-**-**” saylı nömrənin telefonda “Sevil” adı altında yazıldığını görmüşdür. Həmin nömrəni bir dəfə də Fidanın telefonunda görmüş və bu nömrə hansısa oğlana məxsus olmuşdur. Düzdür, “Sevil” adı altında qeydiyyatda olan nömrə ilə Fidan arasında hər hansı bir yazışma olmamışdır. Həmin nömrənin telefonun yaddaşında olmasını sonradan Fidana sübut etmək üçün ekranın şəkilini çəkmək istəyəndə telefon sönmüş və koda düşmüşdür. Bu səbəbdən Fidanı oyadaraq həmin nömrənin hələ də nömrələr siyahısında saxlanılmasının səbəbini soruşmuş, Fidan isə ona səhvən əlinin dəyməsini və nömrənin qeydiyyata düşməsini demişdir. Onun bu sözlərinə inanmayaraq yalan danışmasını demiş və bundan sonra Fidan özündən çıxaraq ümumiyyətlə, onu görmək istəmədiyini, bu səbəbdən də evi tərk etməyini əmr etmiş, onu itələyərək yataq otağından çıxarmış və ağır söyüşlərlə təhqir etmişdir. Fidanın ona xəyanət etmək ehtimalını düşünərək çox qəzəblənmiş və bu zaman sanki özünü itirib dəhlizdə olan mətbəxdə soyuducunun yanındakı şkafda olan və əlinin altına düşən bıçağı götürüb Fidanı cəzalandırmaq üçün onun üstünə getmişdir. Fidan isə cəld şəkildə yataq otağına keçmişdir. Onun ardınca otağa daxil olub Fidanın bədəninin müxtəlif nahiyələrinə sayını xatırlamadığı çoxlu sayda bıçaq zərbələri vurmuşdur. Birdən kiminsə başını arxadan tutduğunu hiss edib arxaya çevrilərkən Fidanın böyük qızı Fatimənin olduğunu görmüşdür. Bu zaman əli boşalmış və daha Fidanı vura bilməyib bıçağı yerə atmışdır. Baş verənlərdən sonra artıq yaşamaq istəmədiyi üçün əlindəki bıçaqla öz qarnına xəsarətlər yetirmişdir. Evdə yaranmış səs-küyə Fidanın qonşu mənzildə yaşayan qohumları gəlmiş və o, mənzildən çıxaraq pilləkənlərlə aşağı düşmüşdür. Bıçaq əlində tutmaqla və qarnından qan axan şəkildə, polisə məlumat vermək qərarına gəlmiş və evin yaxınlığındakı polislərin olduğunu bildiyi binaya doğru getmişdir. Belə ki, həmin yerdə iki nəfər polis əməkdaşı görmüş, onlara hadisəni törətdiyi bıçağı könüllü təqdim edərək təslim olmuşdur. Bundan sonra yaralı olduğu üçün Respublika Klinik Xəstəxanasına aparılmış, lakin sonradan Fidan da oraya gətirildiyindən onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdırlar. Daha sonra verilən suallara cavab olaraq Ucrak Abdulhalim ifadəsində göstərdi ki, həyat yoldaşı ağır qadın xəstəliyindən əziyyət çəkməklə və onunla qadın kimi yaşaya bilmədiyindən özü ona bir qadın tapıb münasibət qurmasını demişdir. Bu səbəbdən onunla Fidanın münasibətinə etirazı olmamış, lakin arvadı Fidanla tanış olmamışdır. Fidana vurduğu bıçaq zərbələrinin sayını xatırlamamış, lakin niyyəti Fidanı öldürmək olmamışdır. Daha sonra o, ibtidai istintaq zamanı verdiyi ifadəsini ümumən təsdiq etdiyini bildirmiş və bir daha qeyd etmişdir ki, Fidanın uşağı Fatimənin gözü qarşısında onu vurmamışdır. Fatiməni görən kimi onun əli soymuş, sanki yuxudan ayılaraq nə etdiyindən dəhşətə gəlib özünə xəsarət yetirmişdir. Bundan başqa, Ucrak Abdulhalim məhkəmədə Zərərçəkmiş şəxs üzr istəməsini və onunla barışmasını, əməlindən isə səmimi peşman olmasını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2-də azyaşlı qızları 2007-ci il təvəllüdlü Fatimə və 2014-cü il təvəllüdlü Xuraman ilə birlikdə yaşayır. Qızlarının ataları müxtəlif şəxslərdi və onların hər ikisi ilə rəsmi nikahları olmamışdır. Tibb texnikumunu bitirdiyindən ayrı-ayrı şəxslərin evlərinə gedərək onlara sistem qoymuş, iynə vurmuş və bu yolla da özünü və qızlarını dolandırmışdır. Həmçinin Azadlıq prospektində “Dostluq” kinoteatrının yaxınlığında yerləşən “Memi” adlı geyim mağazasında yeni gələn paltarların açılıb-yığılmasına köməlik etmiş və bunun qarşılığında da müəyyən məbləğdə pul almışdır. Ucrak Abdulhalimi 3 ilə yaxın müddətdə tanımış, 6-7 ay dost olduqdan sonra aralarında yaxın münasibətlər yaranmış və bir yerdə yaşamışlar. Abdulhalimin deməsinə görə onun rəsmi nikahı var, lakin arvadı qadın xəstəliyindən əziyyət çəkdiyindən onun başqa qadınla görüşməsinə etirazı olmamışdır. Abdulhalim vaxtaşırı Qazaxıstan Respublikasına işləməyə getmiş, lakin 2019-cu ilin sonlarından etibarən daima birlikdə onun kirayə qaldığı evdə yaşamışlar. Abdulhalim ona və övladlarına qarşı mehriban olmuş və yaxşı rəftar etmiş, qızları Fatimə və Xuramana ata qayğısı göstərmiş və ümumiyyətlə sakit təbiətli insan olmuşdur. Lakin məlum hadisə baş verməmişdən qabaq son 3 ay müddətdə aralarında soyuqluq yaranmışdır. Belə ki, həmin dövrdə “Dostluq” kinoteatrının yaxınlığında bir evdə xəstəyə sistem qoşub oradan çıxan zaman məhəllədə adının sonradan Namiq olduğunu bildiyi şəxs yaxınlaşaraq ona da sistem vurulmalı olduğunu bildirib, nömrəsini istəmişdir. Həmin şəxs özünü məşhur aşıq kimi təqdim etdiyindən onunla razılaşıb nömrəsini vermişdir. Adını da telefonumda “saz çalan” kimi qeyd etmişdir. Bundan sonra həmin şəxs ona “whatsapp” proqramı vasitəsilə mesaj yazaraq onunla yaxınlıq etmək istədiyini bildirmiş, lakin onun təklifinə rədd cavabı verdiyi üçün bu şəxs ona nalayiq mesajlar yazmağa başlamışdır. Bu söhbətdən sonra növbəti dəfə bir evə sistem qoymaq üçün gedərkən telefonu evdə qalmış və həmin şəxsin ona yazdığı mesajları Abdulhalim görmüşdür. Evə qayıtdıqdan sonra Abdulhalim onu mesajlarla bağlı sorğu-suala tutmuş və vəziyyəti izah etdikdən sonra Abdulhalim ona telefon nömrəsini dəyişməyi demişdir. Bundan sonra ***- ***-**-** nömrəsini ***-***-**-** nömrəsinə dəyişmişdir. Bu hadisədən sonra Abdulhalim daha da qısqanc olmuş, ona tez-tez zəng vurub harada olduğu ilə maraqlanmış, iynə vurmaq və ya sistem qoşmaq üçün getdiyi evlərdən ona şəkil çəkib atmağımı istəmişdir. Daha sonra 31 dekabr “Yeni il” bayramını Abdulhalim ilə bir yerdə kirayə yaşadığı mənzildə qeyd etmiş və hər şey öz qaydasında olmuşdur. 01 yanvar 2021-ci il tarixdə saat təxminən 14 radələrində evdən çıxıb 4-5 ayrı-ayrı evlərdə iynə və sistem vurmağa getmiş, saat 21 radələrində Azadlıq prospektində “Dostluq” kinoteatrının yaxınlığında çağırıldığı bir evdən çıxaraq tanışları Leyla və Nərminlə görüşmək üçün Leylagilin mənzilinə getmiş və bir stəkan çay içərək saat təxminən 22 radələrində evə gəlmişdir. Evdə də çay içib, söhbət etmiş, bir müddət sonra isə çox yorğun olduğundan yatmaq üçün yataq otağına getmişdir. Telefonu isə uşaqlarında olmuşdur. Uşaqları həmin qonaq otağında öz yerlərində uzanıb filmə baxmışlar. Qısa müddətdən sonra Abdulhalim gəlib onu oyadaraq telefonunun kodunu açmağını tələb etmiş, yuxudan oyanaraq gecə vaxtı qısqanclıq etməyinin səbəbini soruşmuş, Abdulhalim isə guya ona xəyanət etdiyi üçün telefonu açmaqdan yayındığını bildirmişdir. Ona artıq mənasız qısqanclıqlarından bezdiyini və ondan bu qədər çox şübhələndiyi halda birgə yaşamaqlarının mümkünsüz olduğu deyib evdən çıxıb getməsinin tələb etmişdir. Bundan əvvəl də buna bənzər hadisələr olmuş və Abdulhalimdən evdən getməsini tələb etdikdə o, gah ip götürərək özünü asacağını, gah da bıçaqla özünü vuracağını söyləmişdir. Sonra da peşman olub barışmışdır. Həmin vaxt gecə saatları olduğundan artıq uşaqlar yatmış və Abdulhalimlə bir-birini söyməyə başlamışlar. Daha sonra, yataq otağından çıxaraq dəhlizə çatanda Abdulhalim oradakı şkafda olan mətbəx bıçağını götürüb onun üzərinə gəlmiş, o, isə geri yataq otağına qaçmışdır. Yataq otağının qapısı olmadığından Abdulhalim otağa daxil olmuş və onu bıçaqla vurarmağa başlamış, o, da yerə yıxılmışdır. Yerdə olarkən Abdulhalim onun bədənin müxtəlif nahiyələrinə bıçaqla zərbə vurmağı davam etmiş və ona müqavimət göstərməyə çalışsa da buna nail ola bilməmişdir. Möhkəm qışqıraraq qızı Fatiməni səsləmiş və qızına qonşuluqda yaşayan qohumu Mirzəni çağırmasını bildirmişdir. Bundan sonra Abdulhalim əlindəki bıçağı yerə atmış və Fatimə otaqdan çıxdıqdan sonra özünə zərbə vurub oradan uzaqlaşmışdır. Daha sonra başının üstündə Mirzəni görmüş və Mirzədən onu xəstəxanaya aparmasını xahiş etmişdir. Daha sonra məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, Abdulhalimlə pıçıltı ilə mübahisə etdiyindən, digər otaqda yatan qızları oyanmamış və yalnız onun qışqırıb Fatiməni çağırmasından sonra onlar oyanmışlar. Abdulhalimin ona bıçaqla neçənci zərbənin vurulmasından sonra qızı Fatimənin otağa gəlməsini o, xatırlamamış, lakin qızı Fatimə otağa girib Abdulhalimin başını qucaqlayıb “anamı vurma” dediyindən sonra Abdulhalim ona bıçaqla zərbə vurmasını dayandırmış, Abdulhalimin əlindən bıçağı özü alıb yerə atmış, sonra isə Abdulhalim bıçağı götürüb özünə xasarət yetirməklə otağı tərk etmişdir. Həmçinin o, qeyd etmişdir ki, Abdulhalim ilk zərbəni onun kürəyindən, daha sonra yanlarından, budundan və bədəninin başqa hissələrindən vurmuşdur. Lakin Abdulhalim onu sevdiyindən Abdulhalimin onu öldürmək fikri olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı düzgün ifadə verməmişdir. Belə ki, Abdulhalimə əsəbi olduğundan və ondan qisas almaq istədiyindən demişdir ki, Abdulhalim azyaşlı qızı Fatimənin gözü qarşısında ona bıçaq zərbələri vurmuşdur. Əslində isə qızı Fatimə otağa daxil olan kimi Abdulhalim öz hərəkətlərini bitirmişdir. İstintaq zamanı bu şəkildə ifadə verməsinə səbəb isə bunu Abdulhalim üçün daha ağır məsuliyyətə səbəb olacağını bilməsi olmuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsinin Ucrak Abdulhalimin ona bıçaqla zərbələr vurmasına dair hissəsində, o, baş vermiş hadisəni təsvir edərək göstərmişdir ki, 01 yanvar 2021-ci il tarixdə hadisə baş verən zaman yataq otağında Abdulhalimlə bir-birilərini söyməyə başlamışlar. Bu zaman uşaqlar da oyanmışdır. Yataq otağından çıxaraq dəhlizə çatanda Abdulhalim oradakı şkafda olan mətbəx bıçağını götürüb onun üzərinə gəlmişdir. O, tez yataq otağına qaçmışdır. Çünki dəhliz çox dardır və orada artıq Abdulhalim dayanmışdır. Yataq otağının qapısı olmadığından Abdulhalim rahatlıqla otağa daxil olmuş və onun qarnından bıçaqla vurmuşdur. O, elə bu vaxtı yerə yıxılmışdır. Sonra yerdə olarkən Abdulhalim bıçaqla ona dəfələrlə zərbə vurmuşdur. O, müqavimət göstərməyə çalışsa da, buna nail ola bilməmişdir. Möhkəm qışqırmış və Fatiməni çağırmışdır. Bir dəfə bıçağı qırağa itələmək üçün şans yaransa da, lakin gücü çatmamışdır. Abdulhalim yenidən bıçaqla ona zərbələr yetirməyə davam etmişdir. Həmin vaxt Fatimə Abdulhalimi arxadan tutmağa çalışmışdır. Lakin Abdulhalim dayanmamışdır. O, Fatiməyə qışqıraraq qonşuluqda yaşayan xalasının nəvəsi Mirzəni çağırmasını demişdir. Artıq onların onu vurmağa imkan verməyəcəyini başa düşərək dayanmışdır. Abdulhalim birdən ayağa qalxmış və oradan uzaqlaşmışdır. Yoxsa ölənə qədər onu vuracaqdı. Onun artıq huşu gedib-gəlmişdir. Evə kimlərinsə daxil olmasını eşitmiş və sonra Mirzəni başının üstündə görmüşdür. Mirzəyə tez onu xəstəxanaya aparmasını demişdir. Bundan sonra onu bir avtomobillə xəstəxanaya aparmışlar. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Ucrak Abdulhalimlə üzləşdirilərkən Zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları, yəni qızı Fatimənin gözü qarşısında Ucrak Abdulhalimin ona bıçaqla zərbələr vurmasını davam etməsini onun üzünə qarşı deməklə həmin halları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqə 36-43) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun 13 yaşı var, anası Fidan və bacısı Xuramanla birlikdə yaşayır, Bakı şəhəri 46 saylı orta məktəbin 7-ci sinifdə, bacısı isə 1-ci sinifdə təhsil alır. Anası Fidan ayrı-ayrı evlərdə xəstələrə iynə vurur, sistem qoşur və bu yolla onları dolandırır. Anasının tanışı Abdulhalim təxminən 1-2 ildir onlarla birlikdə yaşayır. Abdulhalim onunla və bacısı ilə yaxşı davranmış, onları parkda gəzdirmiş və hədiyyələr almışdır. Anası ilə Abdulhalim bir neçə dəfə sözlə mübahisə etmiş, bir-birilərinin üstünə qışqırmış, lakin Abdulhalim anası Fidana heç vaxt əl qaldırmamışdır. 01 yanvar 2021-ci il axşam təxminən 22 radələrində anası evə gəlmiş, bir az dincəldikdən sonra yatmışdır. Onunla bacısı isə anasının telefonunda seriala baxmışlar, sonra isə telefonu Abdulhalimə verib qonaq otağında yatmışlar. Abdulhalimdə axşamlar telefonda film seyr etmişdir. Bir müddət sonra anasının qışqıraraq onu çağırmasına oyanmışdır. Bacısı Xuraman da səs-küyə oyanmış, lakin sonra yorğanı başına çəkib uzanmışdır. Anası ilə Abdulhalim olan otağa getdikdə anası Fidanın yerdə qan içində uzandığını, Abdulhalimin isə diz üstə çökdüyünü görmüşdür. Daha sonra anası Fidan ona qonşuluqda yaşayan xalası oğlu Mirzəni çağırmasını demiş, o da, bir mərtəbə yuxarı qalxıb Mirzəgilə getmiş və ona anasının bıçaqladığını bildirməklə onunla birlikdə evlərinə qayıtmışdır. Evə girdikdə Abdulhalim koridorda yerdə uzanmış, sonra Mirzə onunla bacısı Xuramana onların evinə getməyi tapşırmışdır. Daha sonra məhkəmədə verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, istintaq zamanı verdiyi ifadəsində Ucrak Abdulhalimin onun gözü qarşısında anasını bıçaqla vurmasını və onun otağa daxil olmasından sonra da Abdulhalimin öz hərəkətlərini davam etməsini bildirməyi anası Zərərçəkmiş şəxs ona demiş, lakin əslində Abdulhalim onun yanında özünə və anasına hər hansı bir xəsarət yetirməmişdir. O, otağa girdikdə artıq Abdulhalim anasına bıçaqla zərbə vurmasını bitirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 3 aya yaxın idi ki, Abdulhalim anasını tez-tez incitmişdir. Anası işdən yorğun gəlib bir az dincəlmək istəsə də, Abdulhalim imkan verməmişdir. Tez-tez harada olduğunu, niyə gec gəldiyini soruşmuş, anasını bezdirmişdir. Lakin onların heç vaxt bir-birini vurduğunu görməmişdir. Ama sözlə mübahisə etmiş, birbirilərinin üstünə qışqırmışdırlar. Anası bir neçə dəfə Abdulhalimə artıq onu bezdirdiyini və evdən getməsini desə də, Abdulhalim getməmişdir. 01 yanvar 2021-ci il axşam təxminən 22 radələrində anası evə gəlmiş, çay içib dincəldikdən sonra yatmağa getmişdir. O, bacısı ilə birlikdə anasının telefonunda seriala baxmış, qurtardıqdan sonra telefonu Abdulhalimə vermişlər. Çünki Abdulhalim də axşamlar telefonda filmə baxmışdır. Bundan sonra həmişəki kimi qonaq otağında yatmışlar. Bir müddət sonra əvvəlcə söyüş səsləri, sonra isə anasının qışqırıq səsi gəldikdə o, yuxudan durmuşdur. Bacısı Xuramanda oyanmış və yorğanı başına çəkərək qorxudan yataq otağına getməmişdir. Bu zaman Abdulhalimin anasını bıçaqla vurduğunu, anasının yerə yıxıldığını, Abdulhalimin sonra anasının üzərinə çıxıb yenə vurduğunu görmüşdür. O, arxadan Abdulhalimin başından tutub geri çəkməyə çalışmış, amma Abdulhalim anasını yenə də vurmağa davam etmişdir. Bu zaman anası qonşuluqda yaşayan qohumları Mirzəni çağırmasını qışqırmışdır. Artıq Abdulhalim də qorxub ayağa qalxmış və ondan əvvəl qapıya çatmışdır. Abdulhalim qapının qarşısında özünü bıçaqla vurmuşdur. O, tez qapını açıb bir mərtəbə yuxarı qalxıb Mirzənin yaşadığı qapını döymüşdür. Qapı açılmış və o, Mirzəyə Abdulhalimin anasını bıçaqladığını demişdir. O, Mirzə ilə biryerdə aşağı düşərək evə girmişdir. Bu zaman Abdulhalim evin giriş qapısından girən kimi sol tərəfdə yerdə uzanmışdır. Onlar anasının yanına getmişlər. Mirzə anasını yaralı olduğunu görmüşdür. Sonra o, bacısı ilə Mirzəgilin evinə qalxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun 7 yaşı olmaqla, bacısı Fatimə və anası Fidanla birgə yaşayır, 1-ci sinif şagirdidir. Anası tibb bacısıdır, evlərə gedərək insanlara iynə vurur və sistem qoyur. Anasının tanışı Abdulhalim bir neçə ildir ki, onların evində qalmış, Abdulhalim onunla və bacısı ilə yaxşı davranmış, onları gəzməyə aparmış və hədiyyələr almışdır. Anası ilə Abdulhalim bəzən bir-biriləri ilə mübahisə etmişlər. 01 yanvar 2021-ci il tarixdə axşam təxminən 22 radələrində anası evə gəlmiş, çay içib dincəldikdən sonra yatmağa getmişdir. O isə bacısı ilə birlikdə anasının telefonunda seriala baxmış, sonra isə telefonu Abdulhalimə verib yatmışlar. Bir müddət sonra anasının qışqıraraq bacısı Fatiməni çağırmasına oyanmış, bacısı da səs-küyə durmuşdur. Lakin qorxusundan yorğanı başına çəkib uzanmış və bir müddətdən sonra qonşuluqda yaşayan qohumları Mirzə evlərinə gələrək onu və bacısını evlərinə göndərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, ünvan 3 ünvanda, 3-cü mərtəbədə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evin 2-ci mərtəbəsində isə qonşusu və anasının xalası qızı olan Zərərçəkmiş şəxs azyaşlı qızları ilə birlikdə yaşayır. 02 yanvar 2021-ci il tarixdə saat təxminən 03-04 radələrində yaşadığı mənzildə yatarkən səs-küy eşitmişdir. Həmin zaman Fidanın az yaşlı qızı Fatimə onun yaşadığı mənzilin qapısını döymüş və Fidanın evdə bıçaqlandığını, vəziyyətinin pis olduğunu demişdir. Bundan sonra mənzildən çıxıb Fidanın yaşadığı mənzilə getmiş, qardaşı Nurlan da onun arxası ilə gəlmişdir. Fidanın yaşadığı mənzilə gəldikdə Fidanın mənzilinin qarşısında qonşuların qışqırdığının şahidi olmuşdur. Mənzilə daxil olduqda Fidanın yataq otağında yerdə uzanıqlı vəziyyətdə, al qanın içində olduğunu görmüşdür. Fidan ona “tez ol təcili tibbi yardıma zəng elə və məni xəstəxanaya apar” demişdir. Ondan qabaq qonşular TTYSyə zəng etdikləri üçün artıq o, zəng etməmişdir. Fidanı bıçaqla vuran Abdulhalim isə qapının ağzında uzanmışdır. Bundan sonra qonşularla birlikdə Fidana köməklik edərək onu Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanaya aparmışlar. O, xəstəxanada Abdulhalim Ucrakı da görmüşdür. Abdulhalim Ucrakın qarın nahiyəsinin qanlı olduğundan onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. O, qardaşı Nurlanla baş vermiş hadisəni görməsələr də, X13 tərəfindən bıçaqlanmasını Fidanın özündən eşitmişlər. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid11 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvannda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evin 2ci mərtəbəsində isə qonşusu Zərərçəkmiş şəxs azyaşlı qızları ilə birlikdə yaşayır. 02.01.2021-ci il tarixdə saat təxminən 03-04 radələrində yaşadığı mənzildə yatan zaman səs-küyə görə oyanmış və eyvana çıxdıqda Fidanın mənzilinin eyvanının qarşısında qonşuların qışqırdığını görmüşdür. Bundan sonra Fidanın yaşadığı mənzilin qarşısına gəlmiş, Fidanı evdə içərisində qanın içərisində görmüşdür. Türk vətəndaşı Ucrak Abdulhalim isə qarın nahiyəsi qanlı şəkildə əlində əlamətlərini görə bilmədiyi bıçaqla həyətə düşmüşdür. Ucrak Abdulhalim evdən az müddət getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. O da digər qonşularla birgə Fidana kömək edib Respublika Klinik Xəstəxanasına çatdırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid9 ifadəsində göstərdi ki, 02 yanvar 2021-ci il tarixdə ərazidə polis baş serjantı Şahid8 ilə patrul xidmət apararkən gecə saat təxminən 03 radələrində B.Səfəroğlu küçəsində hərəkətdə olan zaman insanların toplaşması səbəbindən oraya yaxınlaşmışlar. Bu zaman 1 nəfər Türkiyə Respublikası vətəndaşının sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi qadına və özünə bıçaqla zərbələr vuraraq xəsarətlər yetirdiyi onlara məlum olmuşdur. Bundan sonra, Ə.Quliyev küçəsi istiqamətində getmişlər və bu zaman bir nəfər şəxsin əlində bıçaqla həmin küçədə yerləşən Ədliyyə Akademiyasının qarşısında dayandığını görüb, həmin şəxsə özlərini təqdim etmiş və bıçağı təhvil verməsini tələb etmişlər. X15 kimi təqdim edən şəxs əlində olan bıçağı könüllü şəkildə təhvil vermişdir. Ardınca Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat qrupunu hadisə yerinə çağırmışlar. Daha sonra xəsarət almış qadın avtomobillə, Ucrak Abdulhalimi isə post-patrul avtomobili ilə xəstəxanaya çatdırılmışdır. Abdulhalim Ucrak tərəfindən təqdim edilmiş bıçaq tərtib edilmiş raporta əlavə edilməklə aidiyyəti üzrə Nəsimi RPİ-nin 22-ci PŞ-yə təhvil verilmişdir. Ucrak Abdulhalim hadisə yerindən qaçmağa cəhd göstərməmiş və sakit bir formada dediklərini icra etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Şahid9la oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 11 ildir ki, tanımış və münasibətləri yaranmışdır. Fidanla Azərbaycan Neft Akademiyasının yeməkxanasında birlikdə işləmişlər. Fidanın tibbi savadı olduğundan o, tibb bacısı kimi işləmişdir. Fidanın anası cavan yaşda rəhmətə getdiyindən ona öz qızı kimi münasibət göstərmişdir. Bildiyinə görə Fidan Türkiyə Respublikası vətəndaşı olan Ucrak Abdulhalimlə 3 ildir ki, tanış olmuşdur. Fidanın deməsinə görə Abdulhalimlə sevgili münasibətində olmuş və birlikdə yaşamışdırlar, münasibətləri də normal olmuşdur. Fidan Abdulahlimi onunla da tanış etmişdir. Abdulhalim normal sakit bir insan olmuş, Fidana maddi yardım da etmişdir. Fidanın Abdulhalim ilə birlikdə yaşadığını bilməmiş və bunu Fidan ondan gizlətmişdir. Çünki o, Fidana dəfələrlə böyük qızının artıq 13 yaşında olduğunu və evə heç kimi gətirməməsini tapşırmışdır. Sonuncu dəfə Fidanı 01 yanvar 2021-ci il tarixdə görmüşdür. Belə ki, həmin gün həm iş yoldaşı, həm də rəfiqəsi olan Şahid4 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 70–də kirayə yaşadığı 185 nömrəli mənzildə olmuşdur. Fidan Azadlıq prospektində yaxınlıqda kiməsə iynə vurmağa gəlmiş, oradan çıxdıqdan sonra isə saat 21 radələrində onlarla görüşə həmin mənzilə gəlmiş və bir stəkan çay içib getmişdir. Həmin vaxt Fidan Abdulhalimin onun evində olduğunu deməmişdir. Fidan uşaqlar evdə tək olduğunu və bu səbəbdən çıxıb getməli olduğunu deməklə təxminən saat 22 radələrində öz evinə getmişdir. 02 yanvar 2021-ci il tarixdə saat təxminən 04 radələrində gecə telefonuna zəng gəldiyini eşitmişdir. Telefona baxmış və Fidanın nömrəsindən zəng gəldiyini görmüşdür. Telefonu açdıqda Fidanın böyük qızı Fatimənin danışdığını eşitmişdir. Fatimə “anamı bıçaqladı” sözlərini demişdir. O, şoka düşmüş, sonra Fidanın Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıldğını öyrənmiş və dərhal Nərminlə birlikdə oraya yollanmışdır. Sonra isə Fidanın cərrahi əməliyyat edildiyini öyrəndiyi üçün polis əməkdaşları ilə birlikdə uşaqları götürmək üçün Fidanın yaşadığı evə gəlmişdir. Sonradan ona Abdulhalimin Fidanı bıçaqla vurduqdan sonra özünə də xəsarət yetirdiyi məlum olmuşdur. Fidan və Abdulhalim arasında bundan əvvəl sözlə mübahisələr olsa da, bir-birilərinə fiziki xəsarət yetirdiklərinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə verərək qeyd edilən xüsusatları öz ifadəsi ilə bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayının sonlarında səhhətində problem yarandığından iynə vurulması və sistem qoyulması üçün tibb bacısı axtarmış, bu zaman yaxınlıqda olan apteklərdən birində ona Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsi verilmişdir. İstifadəsində olan ***-***-**-** nömrədən həmin nömrəyə zəng edərək Fidanla danışmış və Fidan onun yaşadığı evə bir neçə dəfə gələrək ona sistem qoşmuşdur. Zərərçəkmiş şəxs ona demişdir ki, eyni evdə yaşadığı şəxs ona kişi pasiyentlərə xidmət etməməsi kimi qadağa qoymuş və buna görə də həmin şəxs evdən çıxdıqdan sonra xəbər edəcəkdir. Ardınca Fidan ona “sms” vasitəsilə məlumat vermişdir. Fidanın evinə getmiş, Fidan evdə ona iynə vurmuş və həmin vaxt Fidanın uşaqlarında evdə olmuşdur. Maddi cəhətdən imkanım aşağı olduğundan, Fidana ödənişi vaxtında edə bilməmiş bu səbəbdən sonrakı dövrdə bir neçə dəfə ona zəng edib ona bu barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs o, tibb bacısı kimi tanımış, Fidan 4-5 dəfə yaşadığı evə anasına tibbi xidmət göstərmək üçün gəlmiş və bundan bir müddət sonra Fidan onunla əlaqə saxlayaraq özünü pis hiss etdiyi üçün söhbət etmək istədiyini bildirmişdir. Onunla razılaşaraq bir neçə dəfə görüşmüş və həmin vaxt Fidan evdə tək olmuşdur. Fidan son zamanlar münasibət qurduğu türk vətəndaşından danışaraq sonuncunun onu çox istədiyini, lakin aralarında söz-söhbətin olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid5lə oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ilə tanış olduğunu və onunla telefon vasitəsi ilə yazışdığını göstərmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 02 yanvar 2021-ci il tarixli və “hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” 03 yanvar 2021-ci il tarixli protokollardan görünür ki, hadisənin baş verdiyi və Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Ucrak Abdulhalimlə kirayədə qaldığı 27 saylı mənzil Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi ev 180 ünvanda olmaqla 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Həmin mənzildə dəhliz, yataq otağı və dəhlizin sonunda qonaq otaqları vardır. Həmin protokollara əlavə edilmiş fotocədvəllərə əsasən dəhlizdə və yataq otağında döşəmədə tünd qırmızı rəngli qana bənzər ləkələr vardır və həmin ləkələrdən tamponla nümunələr götürülmüşdür. (Cild 1, iş vərəqə 8-15, 66-75) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Götürmə aparılması haqqında” 02 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd tuman onun müalicə olunduğu Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasından götürülmüşdür. (Cild 1, iş vərəqə 39-50) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Götürmə aparılması haqqında” 02 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Ucrak Abdulhalimin hadisə zamanı əynində olmuş 01 ədəd qolsuz mayka, 01 ədəd, 01 ədəd şalvar və 01 ədəd qısaqol kofta onun müalicə olunduğu 3 saylı Şəhər kliniki xəstəxanasından götürülmüşdür. (Cild 1, iş vərəqə 52-65) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Baxış keçirilməsi haqqında” 03 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Ucrak Abdulhalimin polis əməkdaşlarına təhvil verdiyi və Nəsimi RPİnin 22-ci PŞ tərəfindən ibtidai istintaq orqanına göndərdiyi üzərində qana bənzər ləkələr olan dəstəyi ağ və bənövşəyi rəngli platmas materialdan olan bir ədəd bıçağa baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 90-92) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Ucrak Abdulhalimin ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmış və o, hadisənin hansı şəraitdə və yerdə baş verdiyini göstərərməklə ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqə 196-205) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 05 fevral 2021-ci il tarixli 08 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər vardır: qarının ön divarının periton boşluğuna nüfuz edərək nazik bağırsaq, köndələn-çənbər bağırsaq və diafraqmanı zədələyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sol yan səthinin 2 ədəd, sağ yan səthinin 1 ədəd, sağ arxa səthinin 1 ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları, sağ budun yuxarı 1/3-nin 1 ədəd, sol budun yuxarı 1/3-nin 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ əlin 1 ədəd və sol əlin 1 ədəd kəsilmiş yaraları, sağ əlin İİİ barmağının arxa səthinin sıyrığı. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), kəsilmiş yaralar iti kənarlı əşyanın (alətin) təsirindən Zərərçəkmiş şəxs tibbi yardım üçün Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 02.01.2021-ci i tarixdə əmələ gəlmişdirlər. Sağ əlin İİİ barmağının sıyrığı isə bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 02.01.2021-ci i tarixdə əmələ gəlmişdir. Həmin xəsarətlərdən qarının ön divarının periton boşluğuna nüfuz edərək nazik bağırsaq, köndələn-çənbər bağırsaq və diafraqmanı zədələyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sol yan səthinin 2 ədəd, sağ yan səthinin 1 ədəd, sağ arxa səthinin 1 ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ budun yuxarı 1/3-nin 1 ədəd, sol budun yuxarı 1/3-nin 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ əlin 1 ədəd və sol əlin 1 ədəd kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Sağ əlin İİİ barmağının arxa səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs xəsarətlər yetirildikdən sonra o, müəyyən zaman kəsiyində məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar xüsusiyyətlərə malik digər bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Sağ əlin İİİ barmağının sıyrığı isə müxtəlif şəraitlərdə, həmçinin insan bədəni hissəsinin (əl barmağı, dırnaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür. Həmin xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaraların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Sağ əlin İİİ barmağının sıyrığı xəsarətinin isə həm şəxsin özü və həm də digər şəxs tərəfindən yetirilməsi mümkündür. (Cild 2, iş vərəqə 24-27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan təqsirləndirilən şəxs Ucrak Abdulhalim barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 02 fevral 2021-ci il tarixli 32 saylı rəyindən görünür ki, Ucrak Abdulhalimin bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və hemopnevmotoraksla müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 2 ədəd deşilmiş kəsilmiş yaraları, qarnın ön səthinin daxilə nüfuz edən və mədəni zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön divarının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) ola bilsin ki, bıçağın tiyəsinin deşici-kəsici təsirindən, onun tibbi yardım üçün Bakı şəhəri, Baş Sİ-nin 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 02.01.2021-ci il tarixdə əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və hemopnevmotoraksla müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön səthinin daxilə nüfuz edən və mədəni zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər, bədənində aşkar olunmuş digər yaralar isə dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlmalığa yüngül zərərvurmaya aiddirlər. Ucrak Abdulhalim (Sadik oğlu)nun bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasənd demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə, yəni şəxsin özü tərəfindən yetirilməsi istisna olunmur. (Cild 2, iş vərəqə 20-23) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan təqsirləndirilən şəxs Ucrak Abdulhalim barəsində təyin edilmiş kompleks məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 17 mart 2021-ci il tarixli 461 saylı rəyinə əsasən Ucrak Abdulhalimdə (sadik oğlunda) hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, bu səbəbdən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, A.S.Ucrak əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarına əsasən belə qənaətə gəlmək olar ki, Ucrak Abdulhalim (Sadik oğlu) cinayət hadisəsini törətdikdən bilavasitə sonra qısamüddətli depressiv reaksiya keçirmiş və həmin vəziyyətdə özünə xəsarət yetirmişdir. Onun özünə xəsarət yetirməsi hər hansı psixi xəstəliklə əlaqədar olmamışdır. X9 qərarda təsvir olunmuş hadisədən əvvəl hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. X5 02 yanvar 2021-ci il tarixdə törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. X9 cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. X9 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. X9 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir və istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. X9 Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Ucrak Abdulhalim (Sadik oğlu) ünsiyyətçilik, emosioannalıq, özünə qarşı hörmət tələb etmək, həssaslıq, tez təsirlənmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. X9 hadisədən az əvvəl və hadisə zamanı psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (güclü ruhi həyəcan, psixi-emosional gərginlik, kəskin stress vəziyyəti, fizioloji və kumulyativ affekt və s.) yaranmamış, emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. X9 ilə baş vermiş hadisə zamanı onun hərəkətlərinin psixoloji motivini münasibətdə olduğu qadının başqa şəxslərlə ünsiyyət qurması, ona yalan danışması, nalayiq ifadələrlə təhqir etməsi, evindən qovması və s. bu kimi amillər təşkil etmişdir. Qeyd edilən amillər onun emosional vəziyyətinə mənfi təsir göstərsə də, hərəkət və davranışını şüurlu olaraq idarə olunmasını məhdudlaşdırmamışdır. Ucrak Abdulhalim (Sadik oğlu) hadisəni törətdikdən sonra psixiemoisonal vəziyyətində gərginlik, narahatlıq, məyusluq, peşmançılıq kimi hallara yaranmış, özünə xəsarət yetirərkən depressiv reaksiya halını keçirmişdir. Həmin halın yaranması azyaşlı uşağın onun törətdiyi əməli görməsi, bundan təsirlənməsi, sevdiyi qadına bıçaqla xəsarətlər yetirməsi, törətdiyi əməlin ağırlığını dərk etməsi və s. bu kimi psixoloji amillərlə əlaqədar olmuşdur. (Cild 2, iş vərəqə 76-80) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan təqsirləndirilən şəxs Ucrak Abdulhalim barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 29.03.2021-ci il tarixli 893 nömrəli rəyindən görünür ki, Ucrak Abdulhalim (Sadik oğlu)nda hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Ucrak Abdulhalim (Sadik oğlu) narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə etiyacı yoxdur. (Cild 2, iş vərəqə 97-98) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 05 fevral 2021-ci il tarixli 05/2021- MTBŞ saylı rəyindən görünür ki, Ucrak Abdulhalim (Sadik oğlu)nun ABO sistemi üzrə qan qrupu A-beta /İİ/, Zərərçəkmiş şəxs ABOS sistemi üzrə qan qrupu B-B-alfa /İİİ/-dir. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, trusik və 06 ədəd pambıq topaları üzərindəki ləkələrdə insan qanı aşkar olundur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, həmçinin bəzi ləkələrdə alfa aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri B-alfa /İİİ/ qruplu şəxsi, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ucrak Abdulhalim (Sadik oğlu)na məxsus köynək, şalvar, mayka və trusik üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin bəzi ləkələrdə beta aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Ucrak Abdulhalim (Sadik oğlu)na məxsus ola bilər. Təqdim edilən bıçaq üzərində ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alındı. Belə olan halda bıçaq üzərindəki ləkələrdə A /İİ/, B /İİİ/, və AB /İV/ qruplu şəxslərin, o cümlədən ABO sistemi üzrə B /İİİ/ qruplu Zərərçəkmiş şəxs və A/İİ/ qruplu Ucrak Abdulhalimin qarışıq qanlarının olması mümkündür. (Cild 2, iş vərəqə 28-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan iş üzrə təyin edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 09 fevral 2021-ci il tarixli 01- MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Ucrak Abdulhalim (Sadik oğlu)na məxsus qolsuz maykanın ön səthində bir qədər solda 06 ədəd və qısaqol koftanın ön səthində bir qədər solda 06 ədəd dəlib-keçən zədə aşkar olundu. Ucrak Abdulhalim (Sadik oğlu)na məxsus tumanda və alt şalvarında əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthinin sağ yuxarı nahiyəsində 02 ədəd, ön səthinin sol yuxarı nahiyəsində 01 ədəd, arxa səthinin sol yuxarı nahiyəsində 02 ədəd, uzunqol köynəyin ön səthinin aşağı nahiyəsində 01 ədəd, ön səthində solda 01 ədəd, arxa səthində sağda 02 ədəd və arxa səthində solda 02 ədəd dəlib-keçən zədə aşkar olundu. Ucrak Abdulhalim (Sadik oğlu)na məxsus koftada, maykada, Zərərçəkmiş şəxs məxsus köynək və şalvarda aşkar edilmiş dəlibkeçən zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, iti ucu və kafi itilikdə olan ülgücü yastı tiyə tiöpli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər və bu zədələrin ekspertizaya tədqim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. (Cild 2, iş vərəqə 70-75) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan protokola əsasən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-**, Ucrak Abdulhalim (Sadik oğlu)nun istifadəsində olmuş ***-***-**-** nömrələrin telefon danışıqlarına dair məlumatlar “xxxx” MMC-dən götürülmüş və məlumatların yerləşdirildiyi diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Abdulhalim Ucrakın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında 24.10.2020-ci il tarixdən 16.12.2020-ci il tarixədək müxtəlif vaxtlarda sms yazışmaları olmuşdur. Həmin yazışmalardan görünür ki, onlar əsasən mübahisə etmişdir. Abdulhalim Ucrak nömrəsinin qara siyahıya salınmasından, ona heç bir pislik etməməsi qarşılığında onu pulsuz ortada qoymasından şikayətlənmiş, sonra isə barışmaq üçün cəhdlər etmişdir. Zərərçəkmiş şəxs isə ona sonuncu dəfə onu güdməməyini dediyini, artıq əl çəkməsini və qurtarmalarını, bir şərtlə evdə qala biləcəyini, iş tapdıqdan sonra evdən çıxacağını yazmışdır. Bundan başqa həmin yazışmalarda onların tez-tez küsüb-barışdıqları barədə mətnlər öz əksini tapmışdır. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında 19.09.2020, 05.10.2020, 07.10.2020, 08.10.2020, 21.10.2020 və 31.10.2020-ci il tarixlərdə ümumilikdə 8 dəfə, ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında isə 11.11.2020, 27.11.2020 və 08.12.2020-ci il tarixlərdə ümumilikdə 5 dəfə telefon danışığı olduğu müəyyən edilmişdir. Həmçininn “sms” yazışmalarından iş üçün əhəmiyyət kəsb edən mətnlərdən görünür ki, Zərərçəkmiş şəxs həmin nömrəyə ona tək olduğunu və gəlməyini yazmışdır. (Cild 2, iş vərəqə 83-84) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan protokola əsasən Ucrak Abdulhalimin istifadəsində olan «Samsung A 10» markalı ***-***- **-** abonent nömrəli mobil telefona və telefonda olan məlumatlara baxış keçirilmişdir. Telefonun “Galeri” bölməsinin xüsusi qovluğu olan “Çöp kutusu”-na daxil olunaraq telefondan silinmiş və həmin qovluqda olan şəkillər bərpa edildi. Həmin qovluqda “whatsapp” tətbiqetməsində həyata keçirilmiş yazışmaların şəkilləri var. Şəkildən görünür ki, adı dəqiq görünməyən nömrəsi ***-***-**-** kimi qeyd edilmiş profilin fotosu çəkilmişdir. Həmçinin “Gozelce” adlı şəxslə aşağıdakı dialoqun fotosu da çəkilmişdir. Dialoq bu məzmundadır: -Salam Şükür; - “Öpüş işarəsi; -Niye öpdün hele indi yazdım; -Redd ol e yaxin durmuyacam sene; -Eee niye; - Eclafsan sen; -Axşam üreyimce olmadı, Birgün qalariq sehere qeder yatmayaq; -Bu gun yoxda dedun 2 gune axi; Hede bir gun yazdim deyecem; Yaxsi balam. “Gozelce” adlı şəxsin nömrəsi ***-***-**-** kimi qeyd edilmişdir. Qeyd olunan yazışmalarla bağlı Zərərçəkmiş şəxs göstərmişdir ki, telefonunda “whatsapp” tətbiqetməsində adını “Gozelce” kimi qeyd etmiş olduğu şəxsin adı Qaryağdıdır. (Cild 2, iş vərəqə 108-112) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan protokola əsasən Zərərçəkmiş şəxs istifadəsində olan «Honor» markalı ***-***-**-** abonent nömrəli mobil telefona və telefonda olan məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs telefonunda ***-***-**-** saylı nömrə qeydiyyatda yoxdur. Lakin “Sevil” adı altında ***-***-**-** saylı yox, ***-***-**-** saylı nömrə qeydiyyatdan keçmişdir. (Cild 2, iş vərəqə 210) İş materiallarında olan 05 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən hadisə yerindən götürülmüş 06 ədəd qan nümunələrinin tamponları, Ucrak Abdulhalimin hadisə zamanı əynində olmuş 01 ədəd qolsuz mayka, 01 ədəd tuman, 01 ədəd şalvar, 01 ədəd qısaqol kofta, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd tuman, həmçinin iş üzrə götürülmüş 01 ədəd bıçaq, habelə Zərərçəkmiş şəxs məxsus “Honor” markalı və Ucrak Abdulhalimə məxsus “Samsung” markalı mobil telefonlar maddi sübut qismində tanınmış və saxlanılması üçün Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (Cild 2, iş vərəqə 116-142) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, təqsirləndirilən şəxs Ucrak Abdulhalim əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 52) Cinayət işinin materiallarında olan polis əməkdaşlarının raportu ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Ucrak Abdulhalim könüllü olaraq təqsirini boynuna almaqla onlara yaxınlaşmış və əlində olan bıçağı təhvil vermişdir. (Cild 1, iş vərəqə 89) Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Ucrak Abdulhalim ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs Ucrak Abdulhalimin (Sadik oğlunun) əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Ucrak Abdulhalimin Zərərçəkmiş şəxs bıcaqla vurduğu zərbələrin çoxluğunu, intensivliyini və xəsarətlərin ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, lakin qonşuların hadisə yerinə dərhal gələrək Zərərçəkmiş şəxs xəstəxanaya çatdırması və ona vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, təqsirləndirilən şəxs Ucrak Abdulhalim öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs və onun azyaşlı övladı Şahid1 məhkəməyədək icraat mərhələsində verdikləri ifadələrində təqsirləndirilən şəxs X10 Süleymanovanın gözü qarşısında anası Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmağa davam etməsini göstərmələrinə baxmayaraq, məhkəmə istintaqı zamanı hər ikisinin ifadələrini dəyişərək qeyd etmişlər ki, Fatimə anası Fidanın qışqırığına onun Abdulhalimlə olduğu yataq otağına gəldikdə, Fatiməni görən Abdulhalim bıçaqla zərbələr vurmasını dayadırmışdır. Həmçinin Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq məhkəmədə qeyd etmişdir ki, Abdulhalimlə pıçıltı ilə mübahisə etdiyindən, digər otaqda yatan qızları oyanmamış və yalnız onun qışqırıb Fatiməni çağırmasından sonra onlar oyanmışlar. Məhkəmə, Zərərçəkmiş şəxs və onun azyaşlı övladı Şahid1 məhkəmədə verdikləri ifadələrini həmin hissədə qeyri səmimi ifadə kimi qiymətləndirir və hesab edir ki, bu xüsusatlarla bağlı ibtidai istintaq zamanı verdikləri ifadələr işin hallarına uyğun olmaqla daha obyektivdir və iş üzrə müəyyən edilmiş digər hallarla da uzlaşır. Məhkəmə bu halı təqsirləndirilən şəxs Ucrak Abdulhalim ilə hazırkı mərhələdə barışan Zərərçəkmiş şəxs onun məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi dəyərləndirməklə, hesab edir ki, Zərərçəkmiş şəxs azyaşlı övladı Şahid1 da onun təsiri altında olduğundan anasının mövqeyindən çıxış edərək onun istəyinə və Ucrak Abdulhalimin mənafeyinə uyğun ifadə verir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 göstərmişdir ki, Ucrak Abdulhalimin onun gözü qarşısında anasını bıçaqla vurmağı davam etməsini ibtidai istintaq zamanı deməyi anası Zərərçəkmiş şəxs ona tapşırmış, bu səbəbdən də o, müstəntiqə ifadə verərkən anasının dediyi qaydada ifadə vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Ucrak Abdulhalimə hirsli olduğundan qızı Fatiməyə tapşırmışdır ki, istintaq zamanı ifadə verərkən göstərsin ki, Abdulhalim Fatimənin gözü qarşısında ona bıçaqla zərbələr vurmasını davam etmişdir. Bunu onun üçün etmişdir ki, Ucrak Abdulhalimin məsuliyyəti ağırlaşsın. Lakin istintaq materiallarından görünür ki, Şahid1 anası Zərərçəkmiş şəxs əvvəl müəllim və qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş, bu zaman Abdulhalimin onun gözü qarşısında anası Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmağı davam etdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs ilkin ifadəsi isə Şahid1 ifadəsindən bir neçə gün sonra alınmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs və qızı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri yalnız bu hissədə daha mötəbər və əsaslı olmaqla işin hallarına da uyğundur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12.12.2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ucrak Abdulhalimin Zərərçəkmiş şəxs onun azyaşlı övladı Şahid1 gözü qarşısında çox saylı bıçaq zərbələri vurmaqla onu öldürməyə cəhd etməsi bir daha onu göstərir ki, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və bu tövsif vahid məhkəmə təcrübəsinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Ucrak Abdulhalim (Sadik oğlu) tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Ucrak Abdulhalim Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmamış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Ucrak Abdulhalimin qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Ucrak Abdulhalimin könüllü gəlib təqsirini boynuna almasını və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Ucrak Abdulhalimin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ucrak Abdulhalimə oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Ucrah Abdulhalimin barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 yanvar 2020-ci il tarixli qərarı ilə həbs etmə müddətinin əvvəli həmin tarixdən hesablanmaqla 3 ay, 21 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 192-195). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs Ucrak Abdulhalimin təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan: hadisə yerindən götürülmüş 06 ədəd qan nümunələrinin tamponları, Ucrak Abdulhalimin hadisə zamanı əynində olmuş 01 ədəd qolsuz mayka, 01 ədəd tuman, 01 ədəd şalvar, 01 ədəd qısaqol kofta, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd tuman, həmçinin iş üzrə götürülmüş 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus “Honor” markalı və Ucrak Abdulhalimə məxsus “Samsung” markalı mobil telefonlar onlara qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə iş üzrə məhkəmə xərclərinin olmadığını müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Ucrak Abdulhalimin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində təqsirləndirilən şəxs Ucrak Abdulhalimin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində təqsirləndirilən şəxs Ucrak Abdulhalimə göstərilmiş 28 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12.12.2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Ucrak Abdulhalim (Sadik oğlu) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il (3) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ucrak Abdulhalim (Sadik oğlu) ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Ucrak Abdulhalimin (Sadik oğlunun) cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2021-ci il tarixdən hesablansın. Ucrak Abdulhalim (Sadik oğlu) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan: hadisə yerindən götürülmüş 06 ədəd qan nümunələrinin tamponları, Ucrak Abdulhalimin hadisə zamanı əynində olmuş 01 ədəd qolsuz mayka, 01 ədəd tuman, 01 ədəd şalvar, 01 ədəd qısaqol kofta, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd tuman, həmçinin iş üzrə götürülmüş 01 ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus “Honor” markalı və Ucrak Abdulhalimə məxsus “Samsung” markalı mobil telefonlar onlara qaytarılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 üçün 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Ucrak Abdulhalimə (Sadik oğluna) isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1020/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1020/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver