Məhkəmə qərarları › İş №1(101)-1020/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1020/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1020/2022 16.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X5 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı və X2 Zərərçəkmiş şəxs(mülki iddiaçı): Zərərçəkmiş şəxs və nümayəndəsi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə Müdafiəçilər: “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə 02 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, Sabunçu rayonu Zabrat qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmuş və yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə vəzifəli şəxs olmaqla maddi imkanlara malik olduğunu bildiyi Zərərçəkmiş şəxs ilə tanış olub yaxın münasibət qurduqdan sonra, sonuncunun aralarında olan həmin münasibətlərinə görə ona olan inam və etibarından suiistifadə edərək, guya vəfat etmiş qardaşı Bədəlov «Şamil Aydın oğluna məxsus olmuş Riqa və Bakı şəhərlərində hazır qazanc gətirən biznesinin, daşınmaz əmlaklarının və bank hesabında külli miqdarda pul vəsaitinin qaldığını, həmin əmlakları öz adına keçirdikdən sonra onunla biznes ortaqlığı qurub külli miqdarda qazanc əldə edəcəkləri barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib, əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2016-cı ilin yaz aylarından 2019-cu ilin yanvar ayınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda və yerlərdə hissə- hissə olmaqla Zərərçəkmiş şəxs cəmi 245.000 (iki yüz qırx beş min) manat, o cümlədən sonuncunun 2017-ci ilin əvvəllərində tanışı X6 vasitəsi ilə göndərdiyi milli məzənnə ilə 85.000 (səksən beş min) manat təşkil edən cəmi 50.000 (əlli min) ABŞ dolları, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Oxford” məktəbinin yaxınlığında, Şahid1 vasitəsi ilə göndərdiyi cəmi 60.000 (altmış min) manatı və Şahid3 vasitəsi ilə göndərdiyi cəmi 10.000 (on min) manatı Bakı şəhəri Yasamal rayonu 20 saylı tam orta məktəbin yaxınlığında və sonuncu dəfə Zərərçəkmiş şəxs özündən Bakı şəhəri Yasamal rayon X10, 239 ünvanında yerləşən X4 inzibati binasının qarşısında milli məzənnə ilə 34.000 (otuz dörd min) manat təşkil edən cəmi 20.000 (iyirmi min) ABŞ dolları pulu almaqla, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 434.000 (dörd yüz otuz dörd min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2016-cı ildə Adəm adlı şəxslə tanış olmuşdur. Evinin həyətindəki salona gedirmiş. Həmin salona uzun müddət imiş ki, gedib-gəlirmiş. Həyətin sahəsi kiçik olduğu üçün orada hər kəs bir-birini tanıyırmış və Adəmlə də orada tanış olmuşdur. Adəm onu görəndə ona yaxınlaşıb salamlaşıb ondan xoşu gəldiyini və onunla tanış olmaq istədiyini bildirirmiş. Həmin vaxtlar keçmiş həyat yoldaşı ilə münasibəti olmadığından Adəmlə tanış olmuşdur. Bundan bir müddət sonra Adəm ona görüş təklif etmiş və onlar Adəmin Pirşağı qəsəbəsində yerləşən bağ evində görüşmüşər. Ümumiyyətlə, Adəmin bağ evində 3 dəfə görüşmüşlər. Daha sonra həmin bağ evinə məsafə uzaq olduğu üçün, Adəm hər dəfə ora avtomobillə getməyin çətin olduğunu, maddi imkanının kifayət etmədiyini bildirərək, ondan ərinə məxsus olan evdə görüşmələrini təklif etmişdir. Həmin evdə kirayənişinlər yaşayırmış və Adəm ondan kirayənişinləri evdən çıxarmağını və orada görüşmələrini istəmişdir. O, 2016-cı ildə kirayənişinləri evdən çıxartmış və Adəmlə orada bir neçə dəfə görüşmüşlər. Sonra həyat yoldaşı qonşuların ona xəbər verməsi nəticəsində Adəmlə onun münasibəti olmasından xəbər tutmuş və onları tutmuşdur. Həyat yoldaşı ilə münasibətləri boşanmağa doğru gedirmiş, lakin uşaqları balaca olduğundan nə əri, nə də o boşanmaq üçün addım atmırmışlar. Adəm əri iə münasibətinin yaxşı olmadığını, lakin bununla belə boşanmadıqlarını bilirmiş. Adəm dəfələrlə ondan ərindən boşanmağını istəyirmiş. 2016-cı ilin iyun ayında o ərindən boşanmaq üçün məhkəməyə ərizə vermiş, lakin boşanmamışlar, o boşanmaq istəsə də, əri boşanmaq istəmirmiş. Əri ona hansı səbəbdən ondan boşanmaq istədiyini bildiyini, əlində sübutların olduğunu, Adəmlə danışdığını, onun məhkəmədə şahidlik edəcəyini və bu yolla övladlarını ondan alacağını bildirmişdir. Adəm ilk tanış olduqları gündən bəri dəfələrlə yanında 100.000 pul verdiyini, əlavə olaraq 150.000 pul verməklə vəzifəyə gedəcəyini, maddi imkanının yaxşı olmadığını, işləri yolunda getsə, hər şeyin yaxşı olacağını, birgə xarici ölkəyə köçəcəklərini deyirmiş. Onun yanında etdiyi telefon danışıqlarından hiss olunurdu ki, onun kimlərəsə borcu var imiş. O, 2016-cı ilin sonu, 2017-ci ilin əvvəli ərizəni məhkəmədən geri götürmüşdür. Həyat yoldaşı onu evdən qovmuşdur. 2017-ci ildə 7-8 ay öz evində yaşamamışdır, orada-burada yaşamışdır. Adəm ona maddi yardım kimi 1000, 500 məbləğlərdə pul verirmiş. 2016-cı ildə Adəm avtomobili xarab olduğu üçün ondan 500, 300, 200 manat məbləğlərdə pul istəyirmiş və o da ona pul vermişdir. Adəm ümilikdə 10000-12000 manat məbləğdə maddi yardım kimi ona pul veribmiş, çünki o evdən qovulmuşdur. Adəm ona verdiyi pulları kimdənsə borc aldığını bildirmişdir və o da ona 5.000 manat pulunu qaytarmışdır. 2020-ci ildə Adəmin həyat yoldaşı ona “Onsuz da Adəm borcun içində idi, mənim həyatımı məhv etmişdi, Sən niyə ondan pul almışdın?” məzmunlu smslər yazmağa başlamışdır. Adəmin həyat yoldaşı guya Adəmin ona 307.000, 500.000 manat və digər məbləğlərdə pul verdiyini yazırmış. O bunu başa düşmürmüş. Adəm ona demişdir ki, evdə həyat yoldaşına ona verdiyi pulları biznes qurmaq məqsədilə verdiyini demişdir. O elə bilirmiş ki, Adəm ona verdiyi 10000- 12000 manat məbləğdə maddi yardımı nəzərdə tutur, lakin sonradan başa düşmüşdür ki, onlar onun boynuna yüksək məbləğlər verdiklərini qoymaq istəyirlər. O Adəmə qardaşı Şamilin Azərbaycan Respublikasında və xarici ölkələrdə böyük biznesinin olduğunu, onun vəfat etdiyini bildirməmişdir. O Adəmdən Riqa şəhərinə getmək və işlərə başlamaq üçün 35000 manat pul almamışdır, o Adəmə qardaşının əmlakına keçmiş ərinin şərik olmasını istədiyini və ona bir miqdar pul verməklə uzaqlaşdırmaq məqsədilə Adəmdən pul istəməmiş və o ona bu məqsədlə pul verməmişdir. Qardaşı Şahin narkotik istifadəçisidir və hazırda cəzaçəkmə müəssəsisindədir. O Adəmdən Şahinin övladının vəfat etməsinə görə Şahini və onun həyat yoldaşını burada qalmaq istəmədikləri üçün Almaniyaya yol salmaq üçün pul istəmiş, ancaq Adəm ona bu məqsədlə pul verməmişdir. O, Adəmdən Mercedes G klass markalı avtomobilləri gömrükdən keçirmək üçün pul almamışdır. Həyat yoldaşı həmin vaxtlar rayonlarda işləyirmiş və evə arasıra gəlirmişi. Kirayəyə verdikləri evə özü nəzarət edirmiş və buna görə də ərinin xəbəri olmadan ona məxsus olan evin kirayənişinlərini özü çıxarda bilmişdir. Adəm ona maddi yardım kimi verdiyi pulları həm özü, həm də başqa şəxslər göndərməklə vermişdir. Adəm ona ittiham aktında göstərilən miqdarda pul verməyib və o ondan hər hansı iş görmək üçün pul istəməmişdir. O Adəmin təhlükəli adam olduğunu, onun düz yolla getmədiyini hiss etmiş, buna görə də onunla münasibətləri pozulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsi 2016-cı ildən tanıyır. 2016-cı ilin yaz aylarında axşam radələrində özünə məxsus avtomobil ilə evə gələrkən, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, özünü gözəllik salonunun icarədari kimi təqdim edərək, banka keçirmək üçün 1000 azn pul istəmişdir. Bundan sonra onu tanımadığını, hansı səbəbdən ona 1000 manat pul verməli olduğunu və həmçinin imkanı olmadığına görə ona borc pul verə bilməyəcəyini demişdir. Bu söhbətdən sonra Sevinc ondan üzr istəmiş və çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hər dəfə onun evə gəldiyi vaxtda onunla rastlaşaraq, salam verib, haləhval tuturmuş. Əvvəllər Sevincin bu hərəkətlərinə fikir verməmiş, lakin sonradan aralarında münasibətlər qurulduğundan onunla bir yerdə yaşamış və 1000 manatı həmin ərəfədə ona vermişdir. Bir müddət sonra onun 3 övladı olduğunu və 6 ildir ki, həyat yoldaşından rəsmi olaraq ayrıldığını bilmişdir. Onlarda olarkən Sevinc ağlayan vəziyyətdə yanına gələrək, qardaşı Şamilin hazırda X3 ağır vəziyyətdə olduğunu və ürəyində problemlərinin olduğunu deyəndə ona ürək-dirək vermiş və narahat olmamasını demişdir. Təqsirləndirilən şəxs ilə bu danışıqdan sonra təxminən 1 həftə Sevinc ilə əlaqə saxlaya bilməmişdir. Təxminən bir həftə sonra Sevinc özü ona zəng etmiş və qardaşı Şamilin rəhmətə getdiyini bildirdiyi üçün, yas yerinə getmək istəmiş, lakin Sevinc ona söz-söhbət olacağını bildirib icazə verməmişdir. Təxminən 10 gün sonra Sevinclə görüşmüş və görüşən zaman qardaşı Şamilin biznesmen olduğunu, qardaşı ilə birlikdə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində beton zavodu və mexanizmləri, Riqa şəhərində böyük biznesi və yenə orada bankda 2,5 milyon evro məbləğində pulu, Gürcüstan respublikasında Nino adlı qadınla birlikdə ortaq biznesi olduğunu deyərək, həmin biznesi ələ geçirmək üçün kömək etməyini istəmişdir. Sevinc maddi cəhətdən dəstək olmağını və həmin bizneslərdə şərik olmağını, bundan sonra qardaşı Şamildən qalan nağd pul və əmlakı yarıya bölməyi təklif etmişdir. Binəqədidə yerləşən Beton zavodunun sənədlərini düzəltmək üçün 30000 manat ilkin olaraq Sevincə pul vermişdir. O, pulu verdikdən sonra Sevincdən işlərin nə yerdə olduğunu soruşduqda Sevinc her şey yaxşı olduğunu bildirirmiş. X11 şəhərində işlərin görülməsi üçün 35000 manat pul istəmiş və o həmin pulları Sevincə onun Yasamal rayonunda yerləşən mənzilində vermişdir. Sonradan Sevinc viza açaraq Riqa şəhərinə getdiyini demiş və 10 gün sonra isə zəng edərək, qardaşı Şamilin oğlunun yıxılaraq vəfat etməsi ilə əlaqədar Bakı şəhərinə qayıtdığını bildirmişdir. Sevinc qayıtdıqdan sonra onunla 2-3 ay müddətində normal görüşmmiş və görəcəkləri iş barədə söhbət edə bilməmişdir. Bir müddətdən sonra Sevinc anası Nəzakətin də vəfat etməsini və başının hüzürlərə qarışıq olduğunu bildirərək, görüşlərdən yayınmışdır. Sonradan yanına gedərək, keçmiş həyat yoldaşının geri gəldiyini və qardaşı Şamilin əmlakına şərik olmaq istədiyini bildirdiyi üçün, müəyyən məbləğdə pul istəmiş və ona həmin məbləği verib uzaqlaşdırmaq lazım olduğunu demişdir. Onunla razılaşmaq istəmədiyini bildirdiyi üçün Sevinc ona narahat olmamağını deyərək ərinə qalan əmlakdan pul verib onu uzaqlaşdırdıqdan sonra qalan əmlakı yarı bölərək, tam sərbəst olduqdan sonra normal həyat sürəcəklərini demişdir. Təqsirləndirilən şəxs bu vədlərinə inandığı üçün 2017-ci ilin əvvəllərində 42.000 manat pulu iş yoldaşı Elşən vastəsi ilə Sevincə göndərmişdir. Sonradan qohumu Mikayılla 50.000 ABŞ dollarını Sevincə göndərmişdir. Sevinc hər iki halda pulları Bakı şəhəri Yasamal rayonu 20 nömrəli məktəbin yaxınlığında görüşərək almış və telefon vasitəsi ilə zəng edərək, ona bildirmişdir. Bir neçə gün sonra isə Sevinc zəng vuraraq keçmiş əri Elçinin bu məbləğlərlə razılaşmadığını, əlavə olaraq 40.000 manatda pul istədiyini bildirdiyi üçün Sevincin yaşadığı ünvana gələrək, mənzildə Sevincə 40.000 manat pul vermişdir. Aradan bir-iki ay kecdikdən sonra qardaşı Şahinin övladı vəfat etdiyinə görə Şahini və onun həyat yoldaşı burada qalmaq istəmədikləri üçün onları Almaniyaya yol salmaq üçün pul istəmiş və buna görə də Elşən vasitəsi ilə 18000 manat, bir neçə vaxtdan sonra isə 30000 ABŞ dollar pulu özü Sevincə vermişdir. Sevincin qardaşı Şamilin vəfat etməzdən əvvəl Bakıya digər ölkədən 3 ədəd Mercedes G klass markalı avtomobil gətirdiyini, lakin həmin avtomobillərin gömrükdə rəsmiləşdirilmədiyini, həmin avtomobillərin gömrük xərclərini ödəmək lazım olduğunu bildirərək, ondan 20.000 ABŞ dolları və 10.000 manat pul alaraq avtomobillərdən birini ona bağışlayacağını bildirdiyi üçün göstərilən məbləği Sevincə vermişdir. Bundan 3-4 gün avtomobillərin sənədlərinin hazır olacağını dedikdən sonra Sevinc ağlayıb, zəng vuraraq kiçik oğlu Musanın qardaşına məxsus Badamdar qəsəbəsində yerləşən villasında hovuzda boğularaq öldüyünü demiş və ona görə də onunla iki ay müddətinə əlaqə saxlamamağını xahiş etmişdir. Sonradan Sevinclə əlaqə saxlayaraq oğlu Musanın məzarına gedib ziyarət etməyi təklif etdikdə, Sevinc müxtəlif bəhanələrlə yayınmışdır. Sonra da oğlunun həmin həyətdə rəhmətə getməsi ilə əlaqədar olaraq qardaşının villasını 3 milyon manata satmaq istədiyini və satdıqdan sonra 100.000 manat pulu maklerə verəcəyini bildirdiyi üçün və mənzildə təmir işləri aparmaq lazım olduğunu bildirərək 54.000 manat pulu ondan almışdır. Bir neçə vaxt sonra Sevincdən evin satışının nə yerdə olduğunu soruşduqda o, Almaniyada olan şəxsin pul köçürməsində problem olduğunu bildirmiş və evi satacağını demişdir. Həmin anlarda Sevinc qardaşı Şamilin Gürcüstandakı şəriki Nino adlı qadın ilə gedib söhbət edəcəyini və qardaşının payına düşən 300.000 evro pulu götürüb gələcəyini bildirmişdir. Sonradan isə qardaşının biznesinin hüquqi ünvanının Rusiya Federasiyasında Novosibirk şəhərində olduğunu və ora gedərək işləri həll edilməsi üçün ondan 20.000 ABŞ dolları pul istəmişdir. O ona müflis olduğunu bildirmiş və aralarında narazıçılıq yaranmışdır. Sevinc isə yenə şirin vədlərlə onu ələ alaraq narahat olmamağını, artıq bütün məslələri həll etdiyini bildirərək, onu inandırmışdır. O, sonuncu dəfə 20.000 ABŞ dolları pulu, 2019-cu ilin yanvar ayında Bakı şəhəri Yasamal rayonu X4 qarşısında rəfiqəsi Vika adlı qadının yanında vermişdir. Sevinc pulu aldıqdan sonra 3 ay müddətinə Gürcüstan Respublikasına gedərək, Nino adlı şəxslə görüşdüyünü, 300.000 evronu aldığını, oradan Nino ilə birlikdə Moskva şəhərinə gedərək, oradan Nino vasitəsi ilə pulu götürəcəyini və sonda Bakı şəhərinə gələcəyini demişdir. Lakin sonradan Sevinc Bakıya gələrək pulun Gürcüstan Respublikasında Ninoda qaldığını demişdir. Sevinc isə müəyyən səbəblərə görə işin alınmadığını və sonradan şantaj etməyə başlamışdır. Təqsirləndirilən şəxs əri Şahid7 ona zəng edərək, Sevincin həyat yoldaşı olduğunu, Sevincin ailəsinin düzgün insanlar olmadığını, onlardan uzaqlaşmalı olduğunu, qardaşlarının pis insanlar olduğunu deyəndə, o ona Sevincə pul verdiyini və pulunu qaytardığı halda ondan uzaqlaşmağının mümkün olduğunu bildirmişdir. Sevinclə 2018-2019-cu illərdə sms vasitəsilə yazışaraq ondan pullarını geri qaytarmasını istəmişdir. O isə telefonda belə şeylər barədə danışmamalı olduğunu bildirmişdir. Təqribən 2018-2019-cu ildə Təqsirləndirilən şəxs ilə bulvarda görüşmüş, onunla avtomobildə əyləşib siqaret çəkən vaxt, Şahid7 gəlmiş və Sevinci qolundan tutub yerə yıxmışdır. Şahid7 ona heç nə deməmişdir. Sevinc yalvarmışdır ki, oradan uzaqlaşsın. Həmin gün gecə Şahid7 telefonla ona zəng edərək, Sevincdən ayrılmağını əks təqdirdə onunla münasibəti barədə ailəsinə məlumat verəcəyini demişdir. Ümumlikdə, 230.000 manat və 120.000 ABŞ dollar Sevincə pul vermişdir. 2020-ci ildə 5.000 manat qaytarmışdır, Sevincə pul verəndə və onunla danışanda yanında başqa şəxslər olmamışdır, lakin 3 şəxs vasitəsilə Sevincə pul göndərmiş, iş yoldaşı Elşən vasitəsilə Sevincə 60.000 manat, Şahid2 vasitəsilə Sevincə 50.000 ABŞ dolları, Şahid3 vasitəsilə 10.000 manat Sevincə pul göndərmişdir. Həmin şəxslər sadəcə olaraq Sevincə pul göndərməyində vasitəçilik etmişlər. Mülki iddiasını müdafiə edir və ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Sevinclə 1999-cu ildən bəri evli imişlər. Hazırda ondan boşanıb. 3 övladları var. 2013-2014-cü ildə münasibətlərində anlaşılmazlıqlar yaranmağa başlamışdır. 2016-cı il 13 iyun tarixdə Sevinc Yasamal rayon Məhkəməsinə boşanma ərizəsi vermişdir. O Sevincin bu hərəkətini ciddi qəbul etməmişdir, ailələrinə məxsus ikiotaqlı ev var imiş və orada kirayənişinlər qalırmış. 2016-cı ilin oktyabr ayının 21-22 tarixində o bir siqnal almışdır ki, evə kimlərinsə gediş-gəlişi var və uzunmüddətli olaraq evdə yaşayan kirayənişinlər müəammalı şəkildə evdən çıxıblar. Sonra ona məlum olmuşdur ki, həmin kirayənişinlər Sevincin təkidi ilə evdən çıxıblar. O həmin evə səs qurğusu yerləşdirmiş, uzun müddət heç nə aşkar edə bilməmişdir. Təxminən 20 oktyabr tarixdə həmin evdə görüşün baş verdiyi səs yazılarından ona məlum olmuşdur. Səs yazısında Sevincin bir şəxslə orada görüşdüyü bəlli olmuşdur. Səs yazısında Sevinclə danışan şəxs onu öyrədirdi ki, boşansın, etibarnamə ilə evi satsın və evin sənədlərini ona saxlamaq üçün versin. Sevinc isə həmin şəxs hələ boşanma məsələsinin məhkəmədə olduğunu deyirmiş. Sevincin bu cümləsinə həmin şəxs isə öz iradını bildirərək, əlində etibarnamə olduğunu və evi satması üçün bunun kifayət etdiyini deyirmiş. Səs yazısındakı şəxsin Zərərçəkmiş şəxs olduğu ona sonradan 20-25 günlük araşdırmamın nəticəsində məlum olmuşdur. Zərərçəkmiş şəxs səs yazısında dəfələrlə vəzifəyə gedəcəyini, işinin hazır olduğunu, 100.000 verdiyini, 150.000 də verməli olduğunu, onun bu işlərə qarışmasının düzgün olmadığını, lakin sənədləri ona versə bir qadın hüquqşünas vasitəsilə ona köməklik edə biləcəyini deyirmiş. O, Adəmin nömrəsini tapıb ona zəng etmiş, həmin şəxsin yaşlı olduğunu bilirmiş. Adəmə həm ailəsini dağıtdığını, həm də ailə dağıtmağa yol göstərdiyini bildirmişdir. Adəm ona Sevincin boşanmadığından xəbəri olmadığını demişdir. O and içərək bundan sonra Sevinclə münasibətinə davam etməyəcəyini bildirmişdir. Adəmdən Sevinclə danışmasını və ona boşanmamaları olduğunu deməsini istəmişdir, əks təqdirdə onu şahid qismində məhkəməyə çağıracağını və bunun nəticəsində onun ailəsinin bu münasibətdən xəbər tutacağını bildirmişdir. Adəm ondan üzr istəmişdir. O bu məsələnin bitmiş olduğunu güman etmiş, bundan sonra o Sevinci məcbur etmiş və o öz ərizəsini geri götürmüşdür. Sevinci ərizəsini götürməyə məcbur etməyinə səbəb övladlarının azyaşlı olmamaları olmuşdur. Bundan əlavə, Adəm adlı şəxsin səs yazısındakı danışığından belə hiss etmişdir ki, Sevinc fırıldaq bir adamın əlindədir. Sevincə bütün əşyalarını yığıb evini tərk etməyini təklif etmiş və o da belə etmişdir. Bundan sonra Sevinc əməliyyat olunmuş və övladlarının təkidi ilə onu yenidən evinə buraxmışdır. Sevinclə razılaşmaları var imiş ki, uşaqlar yetkinlik yaşına çatanda boşansınlar. Sevincin və onun səhhətlərində yaranmış problemlərə və pandemiyaya görə bu proses uzanmış və boşanmışlar. 2019-cu ildə Sevinclə Adəmi yenidən tutmuşdur, onlar bulvarda imişlər. Sonradan ona məlum olmuşdur ki, Adəmin təkidi ilə Sevinc onunla görüşüb. Onları tutanda Sevinc əlində qalmışdır, Adəm isə avtomobillə qaçıb çıxıb getmişdir. Adəmi hədələmişdir ki, onun evinə gəlib, ailə üzvləri ilə danışacaq. Sevincin Adəmə qardaşları və ailə üzvləri barədə yalan dediyi halları aşkar etməmişdir. O Adəmə Sevincin bir qardaşının narkoman olduğunu və cəza çəkmə müəssisəsində olduğunu, digər qardaşının avara olduğunu, onlardan birini tutdurduqlarını, digərini də tutduracaqlarını demişdir. Adəm pul məsələsi barədə ona bir cümlə olsun belə deməmişdir. Zərərçəkmiş şəxs niyə ona xəbərdarlığından sonra Sevinclə əlaqəsini kəsmədiyini soruşduqda, həmin vaxt artıq Sevincə 100.000 manat pul verdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır. Adəm onu yanına çağırmış və avtomobildə 50.000 ABŞ dolları pul sayıb konvertə qoyub vermiş və Oxford məktəbinin yanına getməyini və orada bir xanımın yaxınlaşacağını, ona verməyini istəmişdir. O da getmiş və avtomobili Oxford məktəbinin yanında saxlamışdır. Bir xanım yaxınlaşmış və pəncərəni döymüş, lakin qadına fikir verməmişdir. Adəmə zəng etmişdir ki, bir xanım pəncərəni döyür. Telefonu həmin xanıma vermiş və o Adəmlə danışmışdır. Bundan sonra Adəmdən həmin qadının onun dediyi şəxs olub-olmamasını soruşduqda, Adəm həmin qadının o olduğunu demişdir. O da pulu avtomobilin saxlanc yerindən çıxarıb həmin qadına vermişdir. Qadın avtomobilin arxasından fırlanıb düz aşağı yolla getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Adəm müəllimlə bir yerdə işləyirmişlər. Adəm ona əmanət vermişdir ki, aparıb bir xanıma versin. Əmanət paketdə imiş, içərisində nə olduğunu bilmirmişdi. İki dəfə Adəm müəllimin verdiyi əmanəti aparıb vermişdir. Əmanətləri indi məhkəmə zalında oturan xanıma vermişdir. Baş verənlər indiki vaxtdan 4-5 il əvvəl baş vermişdir. Xanıma paketi 1-ci dəfə verməyi ilə 2-ci dəfə verməyi arasında 6-8 ay müddət var imiş. Hər iki dəfə paketi xanıma 20 nömrəli məktəbin yanında vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Adəm onun uzun illərdir ki, iş yoldaşıdır. 2016-2017-ci illərdə Adəmin istəyi ilə Sevinc adlı xanıma 10.000 manat pul vermişdir. Adəm ondan üstün vəzifədə işləyirmiş, amma onun Adəmdən vəzifə asılılığı yox imiş. Xanıma pulu Bakı şəhəri Nərimanov rayonu Pekin restoranının qarşısında vermişdir, qış ayları imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2016- 2017-ci illər aralığında əmisi Adəmə iki dəfə olmaqla, birinci dəfə 42.000 manat, ikinci dəfə isə 72.000 ABŞ dolları işlə əlaqədar pul borc vermişdir, Əmisi ilə bir-birilərinə zərurət olduqda pul borc verirmişlər. Əmisi də vaxtilə işlə əlaqədar ona pul borc vermişdir. Əmisi həmişə ona borc verdiyi pulu geri qaytarırmış, lakin bu dəfə ancaq 14.000 ABŞ dollarını qaytara bilmişdir. Onun işlərində problem yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Adəm onun həyat yoldaşıdır. Sevincin səsini eşitmişdir, o Adəmə “Narahat olma, pulunu verəcəyəm” deyirmiş. Həyat yoldaşının Sevinc adlı qadınla münasibətini 2019-cu ildə öyrənmişdir. Öyrəndikdən sonra bu barədə Adəmdən soruşduqda o, Riqada birgə biznes quracaqlarını və bunun üçün ona pul verdiyini demişdir. Sevinc hər şeyin yaxşı olacağını bildirərək, Adəmin pulunu verməkdən yayınırmış. Bir dəfə Adəm ona demişdir ki, həmin qadın gəlib, aşağıdadır və onunla danışmaq istəyir, o aşağı düşəndə qadın qaçıb getmişdir. Bir dəfə Adəm xəstə imiş, Sevincə zəng vurmuşdur ki, görüşüb danışsınlar. O iki gün cavab verməmiş, danışmaqdan yayınmışdır. Onunla danışanda o ona hər şeyin yaxşı olacağını deyirmiş. Sevinc onu 1 ay aldatmış, bir qadın kimi onunla görüşməyə utandığını deyirmiş. Bundan əlavə tanışları Səbirədən xahiş etmişdir ki, o da Sevinclə danışsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Əzizağa qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşı olmuşdur. Təxminən 2018-ci ilin əvvəllərində Adəm ona bir nəfər qadınla tanış olduğunu və ona pul verdiyini bildirmişdir. Adəmdən həmin qadına hansı səbəbdən pul verdiyini soruşduqda o, həmin qadının xaricdə yaşamış və hazırda vəfat etmiş qardaşına məxsus böyük biznesin və külli miqdarda nağd pulun olduğunu, Sevinc adlı qadına vermiş olduğu pul ilə həmin pulu və biznesi tam yarı olaraq böləcəyini bildirmişdir. Bundan sonra o Zərərçəkmiş şəxs düz etmədiyini bildirmişdir. Adəm isə həmin qadının pis adam olmadığını yaxın müddət ərzində məsələnin həll oluncağını bildirmişdir. Bundan sonra o mütəmadi olaraq Adəm ilə danışıb məsələnin nə yerdə olduğunu soruşurmuş. Adəm isə vermiş olduğu cavabında hələ də pulu ala bilmədiyini və Sevincin zənglərinə cavab vermədiyini bildirmişdir. O da həmin qadına zəng etmiş, o telefonda belə şeyləri danışmamalı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onu təxminən 10 ildir ki, tanıyır, Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olduğuna görə həmçinin qonşu olduğuna görə və tanıdığına görə bir neçə dəfə onu müəyyən yerlərə aparıb gətirmişdir. O bir neçə dəfə Təqsirləndirilən şəxs Zabrat qəsəbəsində yerləşən anasının yaşadığı ünvana, həmçinin şəhərin bir neçə yerlərinə aparmışdır. Onu apardığı yerdə hər hansı bir şəxs ilə görüşməsini və həmin şəxsdən pul almasını görməmişdir. Adəm adlı şəxsin Sevincə pul verməsinə şahid olmamış və bu barədə eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Adəm həmyerlisidir, həm də universitetdə onunla dost olmuşlar. Təxminən 4 il əvvəl Adəm ilə görüşən zaman ondan 20.000 ABŞ dolları pul istəmiş və o da vermişdir. Sonuncu dəfə 2017-ci ilin oktyabr ayında Adəm ilə növbəti görüşü zamanı o təcili pula ehtiyac olduğu üçün ondan 100.000 manat pul istəmişdir. Bu zaman Adəmə etiraz etməmiş və özündə olan 59.000 ABŞ dolları pulu ona vermişdir. Adəm pul istəyəndə biznes quracağını demişdir. Adəmə verdiyi 20.000 ABŞ dollarından ona 15.000 ABŞ dolları qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır.1991-1992-ci illərdə Riqa şəhərində biznes fəaliyyətilə məşğul olmuş, lakin həmin vaxtlar hansı bankın xidmətindən istifadə edərək köçürmələr etdiyini xatırlamır. Axırıncı dəfə Riqa şəhərində 1991-1992-ci illərdə olmuşdur. Onun 1 saylı Cəzaçəkmə müəssisəsində olan qardaşı var, hansı əməli törətməkdə məhkum olunduğunu bilmir, ya dələduzluq, ya da soyğunçuluq olmalıdır. Vaxtilə bizneslə məşğul olmuş, lakin hazırda bu fəaliyyətlə məşğul olmur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompüter texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli, 5/945 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təhciz olunmuş “İphone 8 Plus” markalı “A1864” modelli “**********0757” imei kodlu mobil smartfon işlək vəziyyətdədir. Rəyin “Tədqiq hissəsi” nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “İphone 8 Plus” markalı “A1864” modelli mobil smartfonun yaddaşından hər hansı bir ( “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış məlumat, çat seansı, audio, video fayllar, audio zəng və.s. mübadilələr) məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.(Ekspertiza tədqiqatının dəyəri 59.94 manat(əlli doqquz manat doxsan dörd qəpik)) Qanunun qeyd olunan tələblərini və məhkəmə iclaslarında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv təhlil etdikdən sonra məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilib Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində onlara elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair ifadələsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadələrini özünümüdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallada olan “Azercell Telekomdan” götürülmüş Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefonuna aid məlumatları özündə əks etdirən CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müxtəlif məqsədlər üçün müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul istəməsinə dair SMS mətnlər aşkar olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış iddia ərizəsindən görünür ki, o 229000 (iki yüz iyirmi doqquz) manat və 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin, 165 manat kompensasiyanın, nümayəndə və vəkilə verdiyi 2200 manat və 820 (səkkiz yüz iyirmi) manat dövlət rüsumunu Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi 224000 (iki yüz iyirmi dörd min) manat və 120000 (yüz iyirmi min) ABŞ dolları ödəniş icra olunduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir və eyni zamanda Zərərçəkmiş şəxs tərəfindən mülki iddia üçün ödənilmiş 820 (səkkiz yüz iyirmi) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Zərərçəkmiş şəxs-mülki iddiaçı mülki iddiada qeyd olunan əlavə pul vəsaitinin təqsirləndirilən şəxslərdən hansı meyarla hesablanmasını əsaslandırmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan SMS mətinlərini özündə əks etdirən sənədlər cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməklə, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır və ekspertiza xərci təşkil edən 59.94 manat (əlli doqquz manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirillməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi 224000 (iki yüz iyirmi dörd min) manat və 120000 (yüz iyirmi min) ABŞ dolları ödəniş icra olunduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin və eyni zamanda zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən mülki iddia üçün ödənilmiş 820 (səkkiz yüz iyirmi) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərci təşkil edən 59.94 manat (əlli doqquz manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan SMS mətinlərini özündə əks etdirən sənədlər cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar