Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1020/2024 11.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X5 və X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də kardioloq həkim işləyən, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xaçmaz şəhəri, N.Nərimanov 9 ünvanında yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edib sonuncuya otel və tikinti biznesinə sərmayə qoyaraq əldə olunacaq qazancdan mənfəət verəcəyini yalandan vəd verərək, habelə həmin biznes fəaliyyətləri ilə bağlı müvafiq sənədləşmə işlərini həyata keçirmək üçün müəyyən məbləğlərdə pul lazım olduğunu bildirib inandıraraq, ilkin olaraq Zərərçəkmiş şəxs1 tərəfindən sonuncunun bacısı Zərərçəkmiş şəxs2 adına ünvan 4 ünvanında yerləşən “Turan Bank”da əmanət hesabına qoyulmuş 50500 (əlli min beş yüz) manat Zərərçəkmiş şəxs2, 7000 (yeddi min) manat isə qardaşı Zərərçəkmiş şəxs3 məxsus olan cəmi 57500 (əlli yedi min beş yüz) manat pulu bankdan götürülməsinə nail olub, həmin puldan 15000(on beş) manatı xx.xx.2022-ci il tarixdə saat 12 radələrində özünün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 158 saylı mənzilində, 20000 (iyirmi min) manatı xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində, 22500 (iyirmi iki min beş yüz) manatı xx.xx.2022-ci il tarixdə saat 20 radələrində özünün yaşadığı həmin ünvanda sonuncudan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 adına “Turan Bank”-dan 98500 (doxsan səkkiz min beş yüz) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin puldan 50000 manatı xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində, qalan 48500 manatı isə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı həmin ünvanda sonuncudan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 adına “Turan Bank”da olan əmanət hesabında qalmış 21000 (iyirmi bir min) manatı qardaşı Zərərçəkmiş şəxs3, 3832,22 (üç min səkkiz yüz otuz iki manat iyirmi iki qəpik) qəpiyi isə Zərərçəkmiş şəxs1 məxsus olan ümumilikdə 24832,22 (iyirmi dörd min səkkiz yüz otuz iki manat iyirmi iki qəpik) qəpiyin sonuncu tərəfindən götürülməsinə nail olub, həmin puldan 24830 (iyirmi dörd min səkkiz yüz otuz) manatı xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Turan Bank”-ın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 adına “Turan Bank”da olan əmanət hesabına qoyulmuş 150000 (yüz əlli min) manat pulun əmanət faizlərindən sonuncunun əldə etdiyi 30000 (otuz min) manatı xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində sonuncudan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 özünə məxsus olan həmin tarixə məzənnəsi 28900 (iyirmi səkkiz min doqquz yüz) manat təşkil edən 17000 ABŞ dollarını 2022-ci ilin may ayının əvvəllində sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından bir qisminin sonuncunun adına 1 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında yerləşən “Mərkəz fıliarında girov qoyulmaqla 10000 (on min) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə bankın daxilində Zərərçəkmiş şəxs1ndan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin öz qızı Şahid3 adına 8 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında yerləşən “Mərkəz filial”ında girov qoyulmaqla 10000(on min) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin məbləği bankın daxilində həmin tarixdə Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adma 23 iyun 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən lombarda girov qoyulmaqla 7000 (yeddi min) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1ndan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 24 iyun 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 2100 (iki min yüz) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1ndan almış, daha sonra eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 6 iyul 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 20500 (iyirmi min beş yüz) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləğdən 20000 (iyirmi min) manatının "xxxx" ASCnin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında yerləşən “Mərkəz filial”ından 1 iyun 2022-ci il və 8 iyun 2022-ci il tarixlərdə götürülmüş cəmi 20000 (iyirmi min manat) təşkil edən kreditlərin borcu qismində ödənilməsini təmin etdikdən sonra qalan 500 (beş yüz) manatı həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1ndan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 adına 15 iyul 2022-ci il tarixdə "xxxx" ASCnin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında yerləşən “Mərkəz filial”ından 12500 (on iki min beş yüz) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə bankın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 18 iyul 2022-ci il tarixdə "xxxx" QSC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 4 ünvanında yerləşən “Səbail” filialına girov qoyulmaqla 1507 (bir min beş yüz yeddi) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin məbləğdən 1500 (bir min beş yüz) manatını həmin tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində sonuncudan almış, daha sonra o,eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adma 20 iyul 2022-ci il tarixdə "xxxx" QSC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 4 ünvanında yerləşən “Səbail” fililalına girov qoyulmaqla 705 (yeddi yüz beş) manat pulun kredit olaraq rəsmiləşdirilməsinə nail olub, həmin məbləğdən 700 (yeddi yüz) manatını həmin tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində sonuncudan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 10 noyabr 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 19780(on doqquz min yeddi səksən) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği lombardın daxilində həmin tarixdə Zərərçəkmiş şəxs1 almış, daha sonra o,eyni üsulla Zərərçəkmiş şəxs1 adına 11 noyabr 2022-ci il tarixdə ünvan 12 ünvanında yerləşən “Baku Electronics”in “İnşaatçılar” filialından dəyəri 1003,98(bir min üç manat, doxsan səkkiz qəpik) olan printerin kreditlə götürülməsinə nail olub, həmin tarixdə həmin printeri mağazanın daxilində Zərərçəkmiş şəxs1ndan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 22 noyabr 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 1080 (bir min səksən) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 23 noyabr 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 2678( iki min altı yüz yetmiş səkkiz) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1ndan almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 29 noyabr 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 740 (yeddi yüz qırx) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 30 noyabr 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 1500 (bir min beş yüz) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almaqla, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 adına 1 dekabr 2022-ci il tarixdə ünvan 13 ünvanında yerləşən “Kontakt HOME”nin “İnşaatçılar metrosu” mağazasından dəyəri 2646(iki min altı yüz qırx altı) olan “Acer” markalı dizüstü kompüterin(notebook) kreditlə götürülməsinə nail olub, həmin dizüstü kompüteri həmn tarixdə mağazanın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 2 dekabr 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 620 (altı yüz iyirmi) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almış, daha sonra o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 7 dekabr 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 19660(on doqquz min altı yüz altmış) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləğdən həmin tarixdə 19000(on doqquz min)manatını lombardın daxilində Zərərçəkmiş şəxs1 almış və sonuncu dəfə o, eyni üsulla Zərərçəkmiş şəxs1 vəfat etmiş valideynlərindən miras qalan qızıl-zinət əşyalarından digər qisminin sonuncunun adına 22 dekabr 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən lombarda girov qoyulmaqla 600(altı yüz) manat pulun kredit kimi rəsmiləşdirilməsinə nail olub, həmin məbləği həmin tarixdə lombardın daxilində Zərərçəkmiş şəxs1 almaqla ələ keçirib, verdiyi vədlərə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla 255177,98 (iki yüz əlli beş min yüz yetmiş yeddi manat, iyirmi iki qəpik) qəpik məbləği Zərərçəkmiş şəxs1 məxsus, 50500(əlli min beş yüz) manat məbləği Zərərçəkmiş şəxs2 məxsus, 28000 (iyirmi səkkiz min) manat məbləği isə Zərərçəkmiş şəxs3 məxsus olmaqla ümumilikdə 333677,98 (üç yüz otuz üç altı yüz yetmiş yeddi manat, doxsan səkkiz qəpik) qəpik məbləğdə pulu aldatma yolu ilə ələ keçirib, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 255177,98 (iki yüz əlli beş min yüz yetmiş yeddi manat, iyirmi iki qəpik) qəpik məbləğdə, Zərərçəkmiş şəxs2 50500(əlli min beş yüz) manat məbləğdə və Zərərçəkmiş şəxs3 isə 28000(iyirmi səkkiz min) manat məbləğdə olmaqla külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə ifadə verməkdən imtina etdiyinə görə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o ailəlidir və bir qız övladı var. Səhhətində problemlər olduğuna görə o çoxlu sayda bahalı dərmanlar qəbul edir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs1 o, uzun müddətdir ki, tanıyır. Onun anası Tamella Həsənəliyeva Milli Elmlər Akademiyasında işləmişdir. Zərərçəkmiş şəxs1 da onunla birlikdə işləmişdir. O arada bir anasının yanma gedəndə Aytəni görüb orada tanımışdır. Zərərçəkmiş şəxs1 ilə onların arasında heç bir zaman düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin əvvəllərində “Covid 19” xəstəliyinə tutulduğundan aptekdən borca müxtəlif dərmanlar almışdır. Sonradan həmin dərmanlarını pulunu vermək lazım olduğundan lakin, pulu olmadığına görə tanışı Aytənə zəng eləmişdir. O, Aytənə zəng edərək Tamella xanımın qızı olduğunu və ona 500 manat borca pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ona heç bir problem olmadığını bildirib 500 manat pulu verəcəyini bildirmişdir. O, Aytənlə ertəsi gün yaşadığı evin yaxınlığında görüşmüş və ona 500 manat pul vermişdir. O, 500 manat pulu apteklərə olan borcunu qaytarmışdır. Bir müddət keçdikdən sonra anası Tamilla da eyni xəstəliyə tutulduğundan qoca olduğu üçün həmin xəstəliyi çox pis keçirməyə başlamış və o, anasını müalicə edə bilmədiyinə görə yenidən Aytənə zəng edib, anasının karona xəstəliyinə tutulduğunu deyib, ondan 5000 manat borca pul istəmişdir. Aytəndə anası ilə bir yerdə işlədiyindən həmin pulu ona vermiş və o, götürdüyü pulu anasının müalicəsinə xərcləmişdir. Lakin 5000 manat pulla müalicəni bitirə bilməmiş və yenidən Aytənə zəng edib əlavə olaraq 5000 manat borc istəmişdir ki, anasının müalicəsini tamamlasın. Aytən bu dəfədə ona istədiyi məbləği vermişdir. O, Aytəndən götürdüyü 5000 manat pulun bir hissəsini anasının müalicəsinə qalanını isə öz ehtiyaclarına xərcləmişdir. O, heç bir yerdə işləmədiyindən, dolanmaq çətin olmuşdur. Buna görə də, o. Aytənə zəng edib hər dəfə borc pul istəməyə davam etmişdir. Aytən isə ona əvvəl vaxtlarda yox deməmişdir. Lakin sonralar Aytən ona pul vermək istəməmiş və əvvəl verdiyi borcunu geri tələb etmişdir. O isə həmin məbləğləri ona geri verə bilməmişdir. Qeyd etmişdir ki, Aytən pulu ona faizə vermişdir. Bildirmişdir ki, o, təxminən 5000-6000 manat faiz ödəmişdir. Lakin Aytən hər dəfə ona zəng edərək pulunu geri ödəməsini istəmişdir. O fikirləşmişdir ki, torpaq alım ev tikərək həmin evi satdıqdan sonra Aytənin pulunu qaytarsın. Ona görədə Aytənə 20-30 min manat məbləğində özünə pul lazım olduğunu bildirmişdir ki, torpaq alıb, həmin torpaqda ev tikib baha qiymətə satsın və Aytənə olan borcunu və faiz borcunu ödəyə bilsin. Belə olduğu halda Aytən hissə- hissə ona dediyi pulları vermişdir. Bundan da başqa o, Aytəndən təxminən hissə-hissə 100000 manata yaxın borca pul almışdır. Hətta sonradan o, Aytəndən pul istədikdə Aytən artıq pulu olmadığını ona bildirmişdir. Lakin o, Aytənə demişdir ki, əgər qızılları varsa banka girov qoyub pul götürə bilərlər. Aytən isə onunla razılaşmış, özünə və ailəsinə məxsus qızılları banka qoyub hazırda xatırlamadığı, təxminən 23.000 manat pul götürüb ona vermişdir. Lakin onun hər dəfə problemi olduğundan o, həmin pulları şəxsi məsrəflərinə xərcləmişdir. Ona görədə o, torpaq ala bilməmiş və ev tikdirə bilməmişdir. O Aytənlə mütamadi olaraq danışıb onu müxtəlif bəhanələr ilə aldatmışdır ki, pulu ondan istəməsin və ya ona vaxt versin ki, o həmin pulları tapıb geri ödəyə bilsin. Bir müddət keçdikdən sonra ona yenidən pul lazım olduğundan o, yenidən Aytənlə görüşüb söhbət edib, Aytənə özünə əlavə pul lazım olduğunu bildirmişdir. Aytən isə pulunun olmadığını ona bildirmişdir. Sonra onlar razılığa gəlmişdirlər ki, Aytənin iş yeri olduğundan o, bankdan kredit götürə bilər. Bundan sonra Aytən "xxxx"ya müraciət etmiş və ona bank 12500 manat məbləğində pul vermişdir. Aytən həmin məbləğdən 6000 manatı ona vermişdir. Bundan sonra Aytən bildirmişdir ki, o, heç bir işlə məşğul olmur və onu aldadır. Bundan sonra Aytən ondan, verdiyi bütün pulları tələb etdikdə o, həmin pulları hazırda ona qaytara bilməyəcəyini, lakin qısa müddətə tapıb qaytaracağını bildirmişdir. Bundan sonra Aytən ondan bu barədə polisə şikayət etmişdir. O bildirmişdir ki, Aytəndən götürdüyü pulların bir hissəsini müalicələrinə, bir hissəsini öz ehtiyaclarına və çox hissəsini isə qardaşı Ülviyə vermişdir. Çünki Ülvi və onun ailəsi də heç bir yerdə işləmədiyindən o Ülviyə belə formada köməklik göstərmişdir. Nəticədə o, Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla təxminən 100.000 manata yaxın pul almışdır. O, həmin pulları borc müqabilində götürdüyünü qeyd etmişdir (cild 1, iş vərəqə 103-105). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, X9 və Zərərçəkmiş şəxs2 onun bacılarıdır. Hadisə ilə əlaqədar olaraq bildirmək istəmişdir ki, onlara atalarından 200000 manatdan artıq məbləğdə pul qalmışdır. Həmin məbləğdən 150000 manat pulu bacısı Zərərçəkmiş şəxs1 adına “Turan Bank”a qoyulmuşdur. Həmin məbləğin daxilində olan 21000 manat ona məxsus olmuşdur. Həmçinin digər bacısı Zərərçəkmiş şəxs2 adına 60000 manat pul “Turan Bank”-a qoyulmuşdur. Həmin puldan 7000 manatı ona məxsus olmuşdur. Bacısı Aytən ondan xəbərsiz öz adına olan 150000 manata daxil olan 21000 manatı və digər bacısı Zərərçəkmiş şəxs2 adına olan 60000 manata daxil olan 7000 manatı onun məlumatı olmadan Təqsirləndirilən şəxs vermişdir. Valideynlərindən onlara miras qalmış olan 2 ədəd qızıl kişi boyunbağısı və 1 cüt qızıl qol düyməsi, digər qızıl-zinət əşyaları ilə birlikdə onun məlumatı olmadan bacısı Zərərçəkmiş şəxs1 lombarda qoyaraq əldə etdiyi məbləği Təqsirləndirilən şəxs vermişdir. Yekun olaraq Təqsirləndirilən şəxs ona 28000(iyirmi səkkiz) manat, bacıları Gültənə 50500(əlli min beş yüz) Aytənə 255177,98 (iki yüz əlli beş min yüz yetmiş yeddi manat, doxsan səkkiz qəpik) məxsus olan ümumulikdə cəmi 333677,98 manatdan artıq pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs şəxsən ondan 3800 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyi üçün bu barədə Nəsimi RPİ-nə müraciət etmişdir, Dilbər 5 aydan artıq zaman ötdükdən sonra ona məxsus pulu hissə-hissə olmaqla geri qaytarmışdır. Dilbər ondan şəxsən 3800 manat pul almışdır. Bacısı ilə Dilbərin tanışlığı institutdan bacısının iş yoldaşı olan Ofeliya xanım ilə bağlıdır. Ofeliya Dilbərin anasıdır. Dilbər 5000 manat məbləğdə olmaqla bacısından dəfələrlə pul almışdır. Atasından onlara 200000 manat pul qalmışdır. Həmin pul bank hesabına depozitə qoyulmuşdur. Hadisə barədə Türkiyədən geri qayıtdıqdan sonra xəbəri olmuşdur. Bacıları həmin pulları Dilbərə verən zaman onun xəbəri olmamışdır. O, hadisəni bilən zaman artıq bacısı 100.000 manat pulu Dilbərə vermişdi. Həmin pulları bacıları 1-2 ay müddətində Dilbərə vermişdir. Həmin pulu atasından onlara qalmış evi satıb əldə etmişlər. O, ailəli deyildir. Türkiyədə olan bacısının adına qızıllar olmuşdur. Bankda ümumi olaraq 210.000 manat pul olmuşdur. Pulun bölünməsi ilə bağlı vəsiyyət olmamışdır. Bacısı Dosent vəzifəsində işləyir. Bacısı Dilbərin kim olduğunu və kimə pul verdiyini bilirdi. Bacısı Dilbərin həkim işdədiyini bilirdi. Dilbər bacısını inandırdığı üçün həmin pulları ona vermişdir. O, Geologiya fakültəsini bitirmişdir. Onun 40-dan çox yaşı vardır. Dilbər onlardan ümumilikdə 333677 manat pul almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Həmin ünvanda ailə üzvləri olan qardaşı Zərərçəkmiş şəxs3 və bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Hazırda X3 və Geofizika İnstitutunnda aparıcı elmi işçi, elmlər namizədi dosent vəzifəsində işləyir. X1 rəhmətə getdikdən sonra atasından bütün övladlarına 200.000 manatdan çox pul, qızıl zinyət əşyaları və əmlak miras qalmışdır. Həmin pulları mərhum atası Nəriman Məmmədov rəhmətə getməmişdən qabaq Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 27 saylı evin 18 saylı mənzilini satdıqdan sonra övladları arasında bölünməsini vəsiyyət etmişdir. Bundan sonra satılan mənzilin pulu o, bacısı Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs3 arasında bölünmüşdür. Mərhum atası Nəriman Məmmədovdan qalan pullardan 150.000 manat pul ona, 60000 manat pul bacısı Zərərçəkmiş şəxs2 çatmışdır. Həmin pullar “Turan Bank”da onun adına 150000 manat və bacısı Zərərçəkmiş şəxs2 adına 60000 manat olmaqla saxlanılmışdır. Lakin qeyd edilən 150000 manat puldan 21000 manatı qardaşı Zərərçəkmiş şəxs3 məxsus olmuş, həmçinin bacısı Zərərçəkmiş şəxs2 məxsus 60000 manat puldan 7000 manatı qardaşı Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Belə ki, bacısı Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə 12 ay müddətinə 12 faiz olmaqla 22000 manat pulu “Turan Bank”a əmanətə qoymuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə 24 ay müddətinə 12 faiz olmaqla 150000 manat pulu Turan Banka əmanətə qoymuş, sonra isə bacısı Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə 10.75 faiz olmaqla qalan 38000 manat pulunu “Turan Bank”a əmanətə qoymuşdur. Bacısı Zərərçəkmiş şəxs2 ona etibar etdiyindən rəsmi etibarnamə vermiş və özü isə Türkiyə Cümhuriyyətinə getmişdir. Onunla birlikdə X3 və Geofizika İnstitutunda aparıcı elmi işçi Tamella Həsənəliyeva da işləmişdir. Tamella Həsənəliyeva işdə olan zaman onun yanına tez-tez qızı Təqsirləndirilən şəxs gəlib getmişdir. Həmin zaman Təqsirləndirilən şəxs ilə münasibətləri yaranmışdır. 2020-ci ilin sentyabr ayında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində olan zaman istifadəsində olan ***-***-**-** mobil nömrəsinə tanımadığı və yadında qalmayan mobil nömrədən zəng gəlmişdir. O, telefona cavab verdikdə danışanın qadın olduğunu bilmişdir. Həmin xanımın kim olduğunu bilməmiş, zəng vuran xanım telefonda ağlayaraq özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, ilkin olaraq Təqsirləndirilən şəxs kim olduğunu bilməmiş, daha sonra Dilbər ona bildirmişdir ki, iş yoldaşı Tamella Həsənəliyevanın doğma qızıdır. Həmin zaman ani olaraq fikirləşmişdir ki, yəqin ki, Tamella Həsənəliyevaya nə isə olub və bu səbəbdən də Dilbər ona zəng vurmuşdur. Lakin Təqsirləndirilən şəxs telefonda bildirmişdir ki, anası Tamella Həsənəliyevaya heçnə olmayıb, sadəcə özünə maddi cəhətdən köməklik etməsini ondan xahiş etmişdir.O nə baş verdiyini daha dəqiq olaraq Təqsirləndirilən şəxs soruşduqda Dilbər bildirmişdir ki, hazırda kirayə evdə qalır, onu və anası Tamella Həsənəliyevanı ev sahibi, mənzilin pulunu vermədiyindən çıxarmaq istəyir, bu səbəbdən ona təcili olaraq 500 manat pul lazımdır. O, Tamella Həsənəliyevanı tanıdığından və ona böyük hörməti olduğundan qızı Təqsirləndirilən şəxs 500 manat pulun borca verməyə razı olmuşdur. Bundan sonra ünvan 14 ünvanda Təqsirləndirilən şəxs ilə üz-üzə təkcə görüşüb 2020-ci ilin sentyabr ayında 500 manat nəğd pulu əlbəəl ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs mütəmadi olaraq telefonla əlaqə saxlayıb danışmışdır. Təqsirləndirilən şəxs ilə yaxın rəfiqəlik münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs etibarı artmış və Dilbərə inanmağa başlamışdır. Təqsirləndirilən şəxs heç yerdə işləmədiyini, maddi ehtiyacının həddindən artıq çox olmasını nəzərə alaraq Dilbərdən, borca verdiyi 500 manat pulu geri istəməmişdir. Beləliklə də 2020-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs iş yerinə gələrək təcili böyrəyindən əməliyyat olunacağını bildirib, ondan 5000 manat borca pul istəmişdir. Təqsirləndirilən şəxs yazığı gəldiyindən və ona inandığından işlədiyi ünvan 14 ünvanda onunla üz-üzə təkcə görüşüb 2020-ci ilin oktyabr ayının əvvəllərində 5000 manat nəğd pulu əlbəəl ona vermişdir. Beləliklə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar 5000 manat pulu verdikdən sonra onunla mütəmadi olaraq əlaqə saxladıqda Dilbər, hal-hazırda xəstəxanada olduğunu və danışa bilmədiyini bildirmişdi. 2020-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs ilə ünvan 14 ünvanında üz-üzə görüşmüş və həmin zaman Dilbər böyrəyindən əməliyyat olunduğunu bildirmişdir. Bundan sonra 2021-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs telefon zəngi edərək qızı Şahid3 Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxuduğunu və təcili olaraq onun illiyini ödəmək məqsədi ilə pul lazım olduğunu bildirərək 5000 manat borca pul istəmişdir. O, yenidən Təqsirləndirilən şəxs inanaraq ünvan 14 ünvanında Təqsirləndirilən şəxs ilə üz-üzə təkcə görüşüb 2020-ci ilin oktyabrının sonlarında 5000 manat nəğd pulu əlbəəl ona borca vermişdir. Beləliklə də Təqsirləndirilən şəxs ümumilikdə 10500 manat pul vermişdim. Həmin məbləğ evində olub özünə məxsus pul olmuşdur. Daha sonra, yəni 2021-ci ilin fevral ayının əvvəlində Təqsirləndirilən şəxs telefon zəngi edərək qardaşı Şahid2 borca pul lazım olduğunu bildirib 8000 manat borca pul istəmişdir. O, yenidən Təqsirləndirilən şəxs inanaraq ünvan 14 ünvanında Təqsirləndirilən şəxs ilə gəldiyi avtomobilin içində görüşüb sürücünün yanında, evində saxladığı özünə məxsus puldan 8000 manat nəğd pulu əlbəəl ona borca vermişdir. Bu zaman həmin məbləği tanışı olan taksi sürücüsü sayaraq götürmüş və Dilbərə vermişdir. Daha sonra 2021-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs ona telefon zəngi edərək polis tərəfindən tutulacağını bildirib, borca pul lazım olduğunu bildirərək ondan 5000 manat borca pul istəmişdir. Yenidən Təqsirləndirilən şəxs inanaraq ünvan 14 ünvanda Təqsirləndirilən şəxs ilə üz-üzə təkcə görüşüb 2021-ci ilin mart ayının ortalarında evində saxladığı puldan 5000 manat nəğd pulu əlbəəl ona borca vermişdir. Beləliklə də Təqsirləndirilən şəxs ümumilikdə 23500 manat pul vermişdir. Bir neçə vaxtdan sonra Təqsirləndirilən şəxs borca verdiyi 23500 manat pulunu istədikdə, Dilbər narahat olmamağını və həmin pulu tez bir zamanda geri qayatracağını əminliklə bildirmişdir. Dilbər ilə aralarındakı məbləği rəsmiləşdirmək üçün notariusa getməyi təklif etsə də Dilbər müxtlif bəhanlər ilə yayınmış, lakin həmin vaxtlarda Təqsirləndirilən şəxs inandığı üçün ondan pulunu geri istəməmişdir. Bundan sonra 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs mona telefon zəngi edərək tanışı Şəhla adlı qadını gördüyünü, həmin qadının “Tünzalə” adlı qadının gəlini olduğunu və Şəhla adlı qadının dediyinə görə “Tünzalə”nin hazırda otel(xatırladığı qədəri Goranboy rayonu) tikintisi ilə məşğul olduğunu, ona görə də “Tünzalə” adlı qadına bir qədər pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin işin nədən ibarət olduğunu soruşduqda Dilbər həmin xanının rayonların (xatırladığı qədəri Goranboy rayonu) birində otel tikintisi ilə məşğul olduğunu və qadına otel tikintisi ilə bağlı külli miqdarda pul lazım olduğunu bildirirək pul vermək lazım olduğunu demişdir. Dilbər ona həmin xanımın adının “Tünzalə” (***-***-**-**) olduğunu və iş qadını olduğunu, yəni ticarətlə məşğul olduğunu bildirmişdir. O da əvəzində ondan, “əgər həmin qadın dediyi qədər pullu qadındırsa onun pulunu neynir” deyə soruşmuş, Dilbər cavabında onun böyük çiyələk plantasiyaları, şabalıd sahələri, böyük torpaq sahələri və evlərinin olduğunu deyib onları satıb böyük gəlir əldə edəcəyini demiş, lakin hazırda təcili olaraq otelin tikintisinə pul lazım olduğunundan öz pulunu bu işə yatırılmalı olduğunu demiş, həmin qadına pulu verdikdən sonra o, həmin torpaq sahələrini satıb ona verdiyi puldan artıq miqdarda da pul qaytaracağını və özünün bundan əlavə məbləğdə pul qazanacağını əminliklə bildirmişdir. Nəhayət Təqsirləndirilən şəxs inanmış və fikirləşmişdir ki, “Turan Bank”da olan pullarını götürərək Dilbərə versin və Tünzalə otel tikintisini başa çatdırsın, onun əldə etdiyi qazancdan o da pul qazansın. Təqsirləndirilən şəxs ilə razılaşmış və ona bildirmişdir ki, yaxın zamanlarda Tünzalə xanımla telefonla danışaraq bu barədə ona məlumat verəcək. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs ona telefon zəngi edərək bildirmişdir ki, hazırda yaxın rəfiqəsi Tünzalə xanımın yanındadır, bir daha həmin xanımın külli miqdarda pula ehtiyacının olduğunu qeyd edərək telefonu Tünzalə xanıma verərək bildirmişdir ki, həmin Tünzalə adlı qadınla otel tikintisi barədə söhbət etsin. Telefonda özünü “Tünzalə” kimi təqdim edən xanım otel tikintisi ilə məşğul olduğunu və hazırda müəyyən qədər pula ehtiyac yarandığını deyib, kömək etməsini xahiş etmişdir. Özünü “Tünzalə” kimi təqdim edən xanım onunla danışdıqdan sonra mobil telefonu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs telefonda, Tünzalə xanımın böyük iş adamı olduğunu bildirməklə çoxlu sayda şabalıd, çiyələk əkin torpaq sahələrinin olduğunu və həmin sahələrin milyonçu şəxslər tərəfindən alınacağı təqdirdə daha imkanlı şəxs olacağını bildirmişdir. Beləliklə də Təqsirləndirilən şəxs bir daha onu inandırmışdır ki, bu işləri onlar birlikdə gördükdən sonra 5 (beş) milyona yaxın pul qazanılacaqdır. Bu səbəbdən Təqsirləndirilən şəxs inanaraq ona pul verməyə razılıq vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla dəfələrlə zəng edərək hər dəfə “Tünzalə” adlı xanım pul lazım olduğunu deyərək ondan bu məqsədlə pul istəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs bir daha inanaraq bacısı Zərərçəkmiş şəxs2 ona vermiş olduğu etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə “Turan Bank”dan götürdüyüm bacısı Zərərçəkmiş şəxs2 məxsus olan 15000 manat pulu 7 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Dilbərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 158 saylı mənzilində təkcə görüşüb əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Dilbərə yenə pul lazım olduğundan xx.xx.2022-ci il tarixdə “Turan Bank”dan götürdüyü bacısı Zərərçəkmiş şəxs2 məxsus olan 20000 manat pulu 27 yanvar 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində təkcə görüşüb əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Ona yenə də pul lazım olduğundan və onda pul istədiyindən xx.xx.2022-ci il tarixdə “Turan Bank”dan götürdüyü bacısı Zərərçəkmiş şəxs2 məxsus olan 22604.5 manat puldan 104,5 manat özündə qalmaqla, qalıq 22500 manatını xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Dilbərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 158 saylı mənzilində əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Həmin pulların hamısı bacısı Zərərçəkmiş şəxs2 məxsus, lakin Gültənin bu barədə heç bir məlumatı olmamışdır. Çünki, Dilbər əmin etmişdir ki, onsuzda ən qısa zamanda həmin məbləği qazanıb yerinə qoyacaqdır, ona görə də heç kimə bu barədə məlumat verməmişdir. Həmin 60000 manat məbləği bankdan vaxtından əvvəl götürdüyü üçün bank tərəfindən depozit faizi 2395,5 manat tutulmuşdur. Qalıq 57604,5 manatdan yuxarıda göstərdiyi kimi 3 dəfəyə 57500 manat Dilbərə vermişdir. Həmin 57500 manat puldan 7000 manatı qardaşı Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Təqsirləndirilən şəxs bu məbləğləri götürdükdən sonra narahat olmamağını demiş, ondan aldadaraq aldığı həmin pulları Tünzalə xanıma otelin tikilməsinə görə verdiyini bildirmişdir. Dilbərə aralarındakı məbləği rəsmiləşdirmək üçün notariusa getməyi təklif etsə də, Dilbər müxtəlif bəhanələr ilə notariusa getməkdən yayınmışdır. Bundan sonra hər dəfə Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək təcili olaraq otel üçün müxtəlif təyinatlı mebellər lazım olduğunu, otelin həyətində əkilməsi üçün bahalı ağacların lazım olduğunu, otel üçün müxtəlif tikintilərin aparılmalı olduğunu deyib əlavə pullar istəmişdir. “Tünzalə” adlı tanımadığı xanımın iş gördüyünə inandığı üçün ona yenidən pul vermək qərarına gəlmişdir. Lakin onun bacısı Gültənə məxsus olan pullar bitdiyindən, özünə məxsus olan pulların bankdan götürərək Dilbərə vermək qərarına gəlmişdir. Sonra isə ünvan 5 ünvanında yerləşən “Turan Bank”a gedərək depozit hesabında olan 150000 manat əmanətə bağlı olaraq 21 fevral 2023-cü il tarixdə 98500 manat kredit götürmüş və həmin məbləği yaşadığı evə gətirib, 98500 manat məbləğdən 50000 manatını həmin tarixdə yaşadığı mənzildə, qalan 48500 manatını isə 30 mart 2022-ci il tarixdə saat 10 radələrində yenə də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində Dilbərə verməklə cəmi 98500 manat pulu təkcə əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Dilbərə aralarındakı məbləği rəsmiləşdirmək üçün notariusa getməyi təklif etsə də, Dilbər müxtəlif bəhanələr ilə notariusa getməkdən yayınmışdır. Bundan sonra Dilbər eyni məqsədlə yenidən pul istəyib təcili olaraq tikintiyə pul lazım olduğunu demiş və 1 aprel 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Turan Bank”a gedərək, orada depozit hesabına qoyduğu 150000 manat puldan, kredit kimi götürmüş olduğu 98500 manat pul və müqaviləni vaxtından əvvəl pozduğu üçün bank tərəfindən ödənilmiş əmanət faizləri çıxılmaqla qalan 24832,22 qəpiyi götürmüş və həmin məbləğdən 24830 manat pulu bankın daxilində həmin tarixdə təkcə əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa həmin banka depozit hesabına qoyduğu 150000 manat əmanətə görə xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 1500 manat olmaqla ümumilikdə 30000 manat pulu əmanət faizi olaraq əldə etmişdir. Həmin pulları da yaşadığı mənzildə saxlayırdı. Təxminən bir həftə sonra eyni məqsədlə Dilbər tikinti aparılan otelə mötəbər bir şəxsin gələcəyini bildirib, həmin oteldə mühafizənin təşkili üçün əlavə pul istədiyinə görə 7 aprel 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində 30000 manat pulu təkcə əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Dilbərə aralarındakı məbləği rəsmiləşdirmək üçün notariusa getməyi təklif etsə də, Dilbər müxtəlif bəhanlər ilə notariusa getməkdən yayınırdı. Təxminən bir ay sonra Dilbər yenidən pul istəmiş və artıq pulu olmadığından və oteldə aparılan tikinti işlərinin dayandırılmasını istəmədiyindən, özünün həmçinin ailəsinin pis günləri üçün ehtiyatda evində saxladığı 17000 ABŞ dolları pulunu ona vermək qərarına gəlmişdir. Dilbər ilə əlaqə saxlayıb ona pul verəcəyini deyib evinə dəvət etmişdir. 2022-ci ilin aprel ayının sonu may ayının əvvəllərində Dilbər yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilinə gəlmiş və 17000 ABŞ dolları pulunu təkcə əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulları Tünzalə xanıma otelin tikintisi məqsədilə verdiyini bildirmişdir. Bir müddət ötdükdən sonra təkidlə Təqsirləndirilən şəxs Tünzalə xanımla tanış etməsini tələb etməyə başlamışdır. Dilbər isə cavabında “pulu mənə vermisən məndən də tələb et” sözlərini demişdir. Lakin israrlarının sonunda, ikisi birlikdə Bakı şəhəri, Səbail rayonu, “Tarqovıy” deyilən ərazidə gəzən zaman Dilbər istifadəsində olan mobil telefona zəng gəlmiş, zəngə cavab verən zaman telefonda danışan şəxs özünün Tünzalə olduğunu bildirmişdir. Tünzalə adlı xanım ona hazırda xəstə olduğunu, səhhəti ilə bağlı problemi olduğunu ona görə də onunla görüşə bilməyəcəyini bildirmişdir. Lakin sağaldıqdan sonra tezliklə onunla görüşəcəyini demiş sonra isə onlar telefonda həmin şəxslə sağollaşmışlar. Dilbər də bir daha narahat olmamağını “Tünzalə” adlı xanım sağaldıqdan sonra onu həmin qadınla görüşdürəcəyini vəd etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs real olaraq aldığı pulun müqabilində otel tikintisinin hazırda hansı vəziyyətdə olduğunu soruşduqda Dilbər “Tünzalə” xanımın oğlunun yol-nəqliyyat hadisəsində rəhəmətə getdiyini ona görə başının hazırda qarışıq olduğunu bildirmişdir. Bir müddət sonra yenidən Təqsirləndirilən şəxs işlərin nə yerdə oluğunu nə üçün otelin tikintisinin hələ başa çatmadığını soruşduqda Dilbər, bu dəfə Tünzalə xanımın qızının “Covid-19” virusundan rəhmətə getdiyini və bu səfər qızı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Tünzalə xanımın həyat yoldaşı hər iki övladının vaxtından əvvəl ölməsi ilə bağlı dözmədiyindən vəfat etmişdir. Bir müddət sonra Dilbər ona “Tünzalə” adlı qadının baş verənlərə dözməyib özünün də öldüyünü demişdir. Həmin zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, heç olmasa məni “Tünzalə” adlı xanımın yas mərasiminə apar ki, Tünzalənin gəlini Şəhlaya baş sağlığı versin. Təqsirləndirilən şəxs isə israrla onu “Tünzalə” adlı şəxsin yasına aparmaqdan imtina etmiş və səbəb olaraq da onu hüzürdə heç kimin tanımaması ilə izah etmişdir. O da “Şəhla” adlı qadını qiyabi olaraq tanıdığını ona baş sağlığı verəcəyimi bildirsə də Dilbər onu həmin yas mərasiminə aparmaqdan imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu heç olmasa Tünzalə xanımın digər ailə üzvləri ilə tanış etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yenə israrla xahişindən imtina etmişdir. O, Tünzalə xanımın öldüyünü bildikdən sonra Təqsirləndirilən şəxs ona, özünün vasitəsi ilə Tünzalə xanıma verilən pulunun batdığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs bildirmişdir ki, Tünzalə xanımın ölməsinə baxmayaraq guya ki, “Tünzalə” adlı qadın öz mirasından ona vəsiyyət etmişdir. Təqsirləndirilən şəxs ona narahat olmamağını bildirib, qeyd etmişdir ki, Tünzalə xanım ölməzdən öncə özünü ona(Aytənə) himayəçi təyin edib, ona görə də öləndən sonra Tünzalənin bütün əmlakının (torpaq sahələri, evləri və s.) satışından əldə edilən gəlirin 70 faizi ona veriləcək qalan 30 faizi isə onun gəlini “Şəhla”ya veriləcəkdir. O, Təqsirləndirilən şəxs dəfələrlə ona aid əmlakların sənədlərini ona göstərməsini tələb etsə də Təqsirləndirilən şəxs həmişə müxətlif bəhanələr gətirərək onu aldatmışdır. Təqsirləndirilən şəxs dəfələrlə ona verilən torpaq sahələrinə nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs sənədləşmə işləri üçün yenidən pul lazım olduğunu bildirərək ondan yenidən pul istəmiş və ona təklif etmişdir ki, qızıllarını lombarda qoyaraq oradan pul götürüb, özünə(Dilbərə) versin, Dilbər də bütün sənəd işini 1 ay içində həll edib onun pullarını özünə geri versin və o da lombarda gedərək qoymuş olduğu qızılları götürmüşdür. O da Dilbərin dediklərinə inanmış, həmçinin vermiş olduğu pulların geri qayıtmasını təmin etmək üçün Dilbərin bu təklifi ilə razılaşmış, yəni ona əlavə pul verməyə razı olmuşdur. Bundan sonra Dilbər onu 1 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında yerləşən “Mərkəz filial”ına aparmış və o ailəsinə məxsus olan ümumi çəkisi 17,28 qram təşkil edən, 916 əyarlı 3 ədəd qızıl qolbağı, ümumi çəkisi 30,4 qram təşkil edən, 880 əyarlı 10 ədəd qızıl dişi, ümumi çəkisi 12 qram təşkil edən, 750 əyarlı 05 ədəd qızıl kulonu, ümumi çəkisi 20,61 qram təşkil edən, 750 əyarlı 1 ədəd qızıl sepi(boyunabığı),ümumi çəkisi 14,9 qram təşkil edən, 750 əyarlı 3 ədəd qızıl qolbağı, ümumi çəkisi 2,9 qram təşkil edən, 585 əyarlı 4 ədəd kulonu, ümumi çəkisi 5,36 qram təşkil edən, 583 əyarlı 3 ədəd qızıl üzüyü, ümumi çəkisi 12,07 qram təşkil edən, 585 əyarlı 4 ədəd qızıl sepi(boyunabığı), ümumi çəkisi 2,97 qram təşkil edən, 585 əyarlı 1 ədəd qızıl sep qırığını(boyunabığı qırığı), ümumi çəkisi 11,47 qram təşkil edən, 583 əyarlı 2 ədəd qızıl sepi(boyunabığı), ümumi çəkisi 1,88 qram təşkil edən, 585 əyarlı 1 ədəd qızıl kulonu ilə birlikdə sepi(kulonlu boyunabığı), ümumi çəkisi 17,83 qram təşkil edən, 585 əyarlı 04 ədəd qızıl qolbağı, ümumi çəkisi 9,63 qram təşkil edən, 583 əyarlı 1 ədəd qızıl qolbağı, ümumi çəkisi 3,26 qram təşkil edən, 583 əyarlı 1 cüt qızıl sırğanı 12 ay müddətində girov qoymaqla 10000 manat kredit götürüb bankın daxilində Dilbərin özünə vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. O, bir daha Dilbərə aralarındakı məbləği rəsmiləşdirmək üçün notariusa getməyi təklif etsə də, Dilbər müxtəlif bəhanələr ilə notariusa getməkdən yayınmışdır. Sonra yenə də “Asan Xidmətdə” torpağın sənədləşməsi işinə əlavə pul lazım olduğunu Dilbər ona deyib əlava pul istəmişdir. Lakin pulu olmadığından, əlacsız qalıb yenidən qızıllarını girov qoyaraq pul götürmək qərarına gəlmişdir. Ancaq adında bankda girov müqaviləsi olduğundan Dilbər, öz qızı Şahid3 adına ona məxsus olan qızılları girov qoyaraq pul götürməyi təklif etmişdir. Onun da Dilbərin təklifi ilə razılaşmışdır. 8 iyun 2023-cü il tarixdə Dilbər və onun qız övladı Şahid3 ilə birlikdə "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında yerləşən “Mərkəz filial”ına gedərək ailəsinə məxsus olan ümumi çəkisi 16,89 qram təşkil edən, 916 əyarlı 2 ədəd qızıl qolbağı, ümumi çəkisi 4,17 qram təşkil edən, 916 əyarlı 2 ədəd qızıl üzüyü, ümumi çəkisi 0,57 qram təşkil edən, 916 əyarlı 1 ədəd lom qızıl əşyası, ümumi çəkisi 09 qram təşkil edən, 880 əyarlı 2 ədəd qızıl monetanı(sikkəni), ümumi çəkisi 3,07 qram təşkil edən, 880 əyarlı 3 ədəd qızıl dişi, ümumi çəkisi 22,56 qram təşkil edən, 750 əyarlı 4 ədəd qızıl üzüyü, ümumi çəkisi 28,68 qram təşkil edən, 583 əyarlı 5 ədəd qızıl üzüyü, ümumi çəkisi 4,2 qram təşkil edən, 585 əyarlı 2 ədəd qızıl üzüyü, ümumi çəkisi 13,09 qram təşkil edən, 585 əyarlı 1 ədəd qızıl qolbağı, ümumi çəkisi 3,16 qram təşkil edən, 585 əyarlı 3 ədəd qızıl kulonu, ümumi çəkisi 23,1 qram təşkil edən, 583 əyarlı 2 ədəd qızıl kulonu ilə birlikdə sepi(2 ədəd kulonlu boyunabığı), ümumi çəkisi 2,43 qram təşkil edən, 583 əyarlı 1 ədəd qızıl sepi(boyunabığı), ümumi çəkisi 32,3 qram təşkil edən, 583 əyarlı 2 ədəd qızıl saatı, ümumi çəkisi 9,1 qram təşkil edən, 583 əyarlı 1 ədəd lom qızıl əşyasını, ümumi çəkisi 17 qram təşkil edən, 583 əyarlı 1 ədəd qızıl saat qolbağı, ümumi çəkisi 6,7 qram təşkil edən, 585 əyarlı 1 cüt qızıl sırğanı, Dilbərin qızı Şahid3 adma 24 ay müddətində girov qoymaqla 10000 manat kredit götürüb bankın daxilində Şahid3 yanında Dilbərin özünə vermişdir. Bundan təxminən 20 gün sonra Dilbər yenidən pul üçün müraciət etmiş, torpağın sənədləşməsi üçün əlavə pula ehtiyac olduğunu demişdir. O da bu günə qədər vermiş olduğum pullarının hamısının geri qayıdacağına ümid etdiyi üçün Dilbərə yenidən pul vermək qərarına gəlmişdir. Bundan sonra 23 iyun 2023-cü il tarixdə Dilbər onu ünvan 8 ünvanında yerləşən X7 idarə etdiyi lomabrda aparmışdır. Orada o, ümumi çəkisi 24,5 qram təşkil edən, 916 əyarlı 1 ədəd qızıl qolbağı, ümumi çəkisi 7,6 qram təşkil edən, 750 əyarlı 1 ədəd qızıl üzüyü, ümumi çəkisi 2,3 qram təşkil edən, 1 ədəd qızıl üzüyü, ümumi çəkisi 19,8 qram təşkil edən, 1 ədəd qızıl boyunbağını, ümumi çəkisi 23,4 qram təşkil edən, 1 ədəd qızıl qolbağı, ümumi çəkisi 35,3 qram təşkil edən, 2 ədəd qızıl saat-qolbağı, ümumi çəkisi 7,7 qram təşkil edən, 2 cüt qızıl sırğanı, ümumi çəkisi 3,8 qram təşkil edən, 583 əyarlı, 1 cüt qızıl sırğanı girov qoyaraq 7000 manat pul götürmüş və həmin məbləği, lombardın daxilində Dilbərin özünə vermişdir. Bir gün sonra yəni, 24 iyun 2023-cü il tarixdə pula ehtiyac olduğu üçün Dilbər ondan əlavə məbləğ istəmiş və o Dilbərlə birlikdə həmin lombarda gedərək, ümumi sayı 4 ədəd təşkil edən müxtəlif çəkili qızıl boyunbağısını və qızıl qolbağını girov qoyaraq 2100 manat pul götürdüm və həmin məbləği lombardın daxilində Dilbərə verdim. Təxminən 10-12 gün sonra Dilbər yenidən zəng vuraraq əlavə pula ehtiyac olduğunu demişdir. O əlavə pulunun olmadığını demişdir. Bu zaman Dilbər ona təklif etmişdir ki, tanıdığı Kübra adlı xanımdan xahiş edəcək ki, Kübra onlara "xxxx" bankına öz adına və Dilbərin öz qızı Fərəhin adın girova qoymuş olduğu qızılları çıxarmaq üçün cəmi 20000 manat(onun və Fərəhin adına olan 10000 manat pulu bağlamaq üçün) pul versin, onlar götürüb həmin pulu banka verərək orada girov qoyduqları qızılları götürüb gətirib Kübranın lombardına ondan alacağı 20000 manatın əvəzində qoysunlar. O da Dilbərin bu təklifinə etiraz etməmişdir. Bundan sonra Dilbər və Fərəhlə birlikdə ünvan 8 ünvanında yerləşən X7 idarə etdiyi lombarda getmişlər. Orada Dilbər, Kübra ilə bu barədə danışmışlar və Dilbər də razılıq vermişdir. Sonra isə Kübra, lombardın adını xatırlamadığı mühafizəçisinə 20500 manat vermiş və həmin əməkdaş onlarla birlikdə yaxınlıqdakı "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında yerləşən “Mərkəz filial’ına getmişlər. Orada adına olan və ona məxsus olan qızıllar girov qoymaqla Fərəhin adına tərtib edilmiş olan girov müqavilələrinin hər biri 10000 manat olmaqla cəmi 20000 manat pul banka ödənilmiş, həmin puldan qalan 500 manatı da Dilbər özünə götürmüşdür. Sonra isə girovda olan qızılzinət əşyaları girovdan tərəflərindən çıxarılıb, Kübranın idarə etdiyi lombarda gətirmişlər və 6 iyul 2023-cü il tarixdə həmin qızıllar tərəfindən yenidən lombarda girov qismində qoyulmuşdur. Bundan təxminən 8-10 gün sonra Dilbər yenidən zəng edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində torpaq sahələri ilə əlaqədar sənədləşmə işini davam etdirmək üçün əlavə pula ehtiyac olduğunu demiş və yenidən pul istəmişdir. O da cavabında artıq Dilbərə verə biləcək pulunun olmadığını demişdir. Dilbər isə təcili pul lazım olduğunu əks halda sənədləşmə işlərinin ləngiyəcəyini demişdir. O da Dilbərdən haradan pul tapa biləcəyini soruşmuş, Dilbər isə cavabında onun dövlət işçisi olduğunu xatırladıb, girova qızıl qoyub pul götürdükləri “Bank of Bank”dan yenidən pul götürə biləcəklərini demişdir. O da onunla razılaşmışdır. 15 iyul 2023-cü il tarixdə onlar birlikdə həmin banka getmişlər və bankda adına 48 ay müddətində illik faizi 24 faiz olmaqla 12500 manat pul krediti rəsmiləşdirildir. O, həmin pulu kassadan götürüb bankın içində Dilbərin özünə vermiş və Dilbər pulu götürərək getmişdir. Bundan sonra Dilbər ona zəng vuraraq torpaq sahələri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyində sənədləşmə işini davam etdirmək üçün yenidən əlavə pula ehtiyac yarandığını demişdir. O da məcbur qalıb xx.xx.2022-ci il tarixdə 24 ay müddətinə, hər ay 112.4 manat ödəməklə özünə məxsus olan 916 əyarlı 19,08 qram çəkili bir ədəd qızıl qolbağı "xxxx" QSC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 4 ünvanında yerləşən fililalına girova qoyaraq cəmi 1507 manat pul götürmüşdür. Həmin gün qeyd olunan puldan 1500 manatını özünün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs torpaq sahələri ilə əlaqədar sənədləşmə işini davam etdirmək üçün yenidən pul istəmişdir. Bundan sonra yenidən xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 4 ünvanında yerləşən fililalma gedərək 24 ay müddətinə, hər ay 51,6 manat ödəməklə özümə məxsus olan 451 manat dəyərində 916 əyarlı 5,51 qram çəkili bir ədəd qızıl üzüyü və 254 manat dəyərində 750 əyarlı 3,8 qram çəkili bir ədəd qızılı üzüyü həmin lombarda girova qoyaraq ümumilikdə 705 manat pul götürmüşdür. Həmin gün qeyd olunan puldan yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində əlbəəl 700 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra müəyyən müddət sakitlik olmuş və Təqsirləndirilən şəxs heç bir xəbər çıxmamışdır. Bundan sonra sənədləşmənin başa çatmasını gözləməyə başlamış, lakin 2022-ci ilin noyabr ayının əvvəllərinədək heç bir irəliləyiş əldə olunmamışdır. Təxminən 2022-ci ilin noyabr ayının 8-10-da Dilbər əlaqə saxlayaraq səndləşmə üçün yenidən pula ehtiyac olduğunu deyib pul istəmişdir. O da işin həll olmaqda olduğuna inandığı üçün ona pul verməyə razılıq vermişdir. Bundan sonra 10 noyabr 2022-ci il tarixdə yenidən Dilbər ilə birlikdə ünvan 8 ünvanında yerləşən X7 idarə etdiyi lomabrda getmişlər. O, lombarda müxtəlif növdə və çəkidə qızıl-zinət əşyalarını, 1 karatlıq brilliant qaşlı üzüyünü girov qoyaraq ümumulikdə cəmi 19780 manat pulu kredit götürmüş və həmin məbləği lombardın daxilində bütövlükdə Dilbərin özünə vermişdir. Bu məsələdən bir gün ötdükdən sonra Təqsirləndirilən şəxs əlaqə saxlayıb səndələşmə üçün “Printer” və “Notebook” almaq lazım olduğunu demişdir. O, həmin əşyaların nə üçün lazım olduğunu soruşduqda Dilbər sənədləşmə işlərinin aparılması üçün həmin əşyaların Sumqayıt şəhərində yerləşən bu işlərin həlli ilə məşğul olan vəkilin ofisinə aparılacağını və orada istifadə ediləcəyini demişdir. O, hər yerdə printerin olduğunu, nəyə görə printeri almalı olduğunu demişdir. O, isə sənədlərin çox olduğunu bunları işləmək üçün özlərinə məxsus olan printer və notbuk lazım olduğunu bildirmişdir. Məcbur qalıb 11 noyabr 2022-ci il tarixdə Dilbərlə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Baku Electronics” dükanına gedərək oradan kreditlə cəmi məbləği 1003,98 qəpik təşkil edən “Printer” almış və həmin printeri Dilbərə vermişdir. Bu zaman onlardan savayı yanlarında heç kim olmamışdır. Təxminən 2022-ci ilin noyabr ayının 20-də Dilbər əlaqə saxlayaraq sənədləşmə üçün yenidən pula ehtiyac olduğunu deyib pul istəmişdir. O da işinin həll olunduğuna inandığı üçün Dilbərə pul verməyə razılıq vermişdir. Bundan sonra 22 noyabr 2022-ci il tarixdə yenidən Dilbər ilə birlikdə ünvan 8 ünvanında yerləşən X7 idarə etdiyi lombarda getmişlər və lombarda ümumi çəkisi, 9,7 qram təşkil edən 916 əyarlı qızıl sırğa həmçinin müxtəlif növdə və çəkidə qızıl-zinət əşyalarını girov qoyaraq ümumilikdə cəmi 1080 manat pulu kredit götürmüşdür. Həmin məbləği lombardın daxilində bütövlükdə Dilbərin özünə vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs yenidən ondan sənədləşmə üçün pul istəmişdir. Bundan sonra o, yenidən 23 noyabr 2022-ci il tarixdə Dilbər ilə birlikdə ünvan 8 ünvanında yerləşən X7 idarə etdiyi lombarda getmişlər. Lombarda ümumi çəkisi 50 qram təşkil edən 585 əyarlı 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl sırğanı girov qoyaraq ümumulikdə cəmi 2678 manat pulu kredit götürmüş və həmin məbləği lombardın daxilində bütövlükdə Dilbərin özünə vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs sənədləşmə üçün əlavə pula ehtiyac yaranacağını deyib bu barədə əlaqə saxlayacağını bildirmişdir. 29 noyabr 2022-ci il tarixdə Dilbər əlaqə saxlayaraq sənədləşmə üçün yenidən pula ehtiyac yarandığını demiş və həmin gün o, Dilbər ilə birlikdə ünvan 8 ünvanında yerləşən X7 idarə etdiyi lombarda getmişlər. O, lombarda ümumi çəkisi 9 qram təşkil edən 583 əyarlı 1 ədəd qızıl üzüyü(uzun), ümumi çəkisi 3,5 qram təşkil edən 916 əyarlı 1 ədəd qızıl kulonu girov qoyaraq ümumulikdə cəmi 740 manat pulu kredit götürmüş və həmin məbləği lombardın daxilində bütövlükdə Dilbərin özünə vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs sənədləşmə üçün əlavə pula ehtiyac yaranacağını deyib bu barədə onunla əlaqə saxlayacağını bildirmişdir. 30 noyabr 2022-ci il tarixdə Dilbər onunla əlaqə saxlayaraq sənədləşmə üçün yenidən pula ehtiyac yarandığını demiş və həmin gün Dilbər ilə birlikdə ünvan 8 ünvanında yerləşən X7 idarə etdiyi lombarda getmişlər. Lombarda ümumi çəkisi 9 qram təşkil edən 583 əyarlı 1 ədəd qızıl üzüyü(uzun), ümumi çəkisi 3,5 qram təşkil edən 916 əyarlı 1 ədəd qızıl kulonu girov qoyaraq ümumilikdə cəmi 1500 manat pulu kredit götürmüş və həmin məbləği lombardın daxilində bütövlükdə Dilbərin özünə vermişdir. Həmin zaman Dilbər sənədləşmə işi əlaqədar olaraq dizüstü kompüterə ehtiyac olduğunu demişdir. O da Dilbərə inandığı üçün 1 dekabr 2022-ci il tarixdə Dilbərlə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kontak Home” dükanına gedərək oradan kreditlə cəmi məbləği 2646 manat dəyərində olan “Acer” markalı “notebook”u, alıb dükanın içində ona vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs sənədləşmə üçün əlavə pula ehtiyac yaranacağını deyib bu barədə əlaqə saxlayacağını bildirmişdir. 2 dekabr 2022-ci il tarixdə Dilbər əlaqə saxlayaraq sənədləşmə üçün yenidən pula ehtiyac yarandığını demiş və həmin gün Dilbər ilə birlikdə ünvan 8 ünvanında yerləşən X7 idarə etdiyi lombarda getmişlər. Lombarda ümumi çəkisi 6,6 qram təşkil edən 750 əyarlı qızıl üzük-kulon dəstini, ümumi çəkisi 0,9 qram təşkil edən 585 əyarlı 1 ədəd qızıl kulonu və ümumi çəkisi 1,9 qram təşkil edən, 916 əyarlı 1 ədəd qızıl üzüyü girov qoyaraq ümumulikdə cəmi 620 manat pulu kredit götürmüş və həmin məbləği lombardın daxilində bütövlükdə Dilbərin özünə vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs telefon zəngi edərək sənədləşmə ilə bağlı təcili olaraq əlavə pul lazım olduğunu bildirib yenidən pul istəmişdir. O da ona pul verəcəyini deyib Dilbərlə birlikdə xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin Bakı şəhəri, Səbail rayonu, N.Rəfıbəyli küçəsində yerləşən fililalma gedərək 36 ay müddətinə, hər ay 1258,8 manat ödəmək şərti ilə özümə məxsus olan bir ədəd 2910,00 manat dəyərində 583 C əyarlı qızıla uyğun 58,60 qram çəkili qolbağını, bir ədəd 1213,00 manat dəyərində 583 B əyarlı 22,90 qram çəkili qızıl üzüyünü, bir ədəd 2093,00 manat dəyərində 585 B əyarlı 39,50 qram çəkili qızıl boyunbağısını, bir ədəd 689,00 manat dəyərində 585 B əyarlı 13,00 qram çəkili qızıl qolbağını, bir ədəd 609,00 manat dəyərində 585 B əyarlı 12,30 qram çəkili qızıl kulonunu, bir ədəd 715,00 manat dəyərində 583 B əyarlı 14, 60 qram çəkili qızıl sırğasını ( 4 cüt), bir ədəd 1325,00 manat dəyərində 583 B əyarlı 33,00 qram çəkili qızıl qol saatını, bir ədəd 1618,00 manat dəyərində 750 B əyarlı 24,90 qram çəkili qızıl üzüyünü, bir ədəd 432,00 manat dəyərində 750 C əyarlı 7,60 qram çəkili qızıl üzüyünü, bir ədəd 1292,00 manat dəyərində 880 B əyarlı 17,00 qram çəkili qızıl dişi, bir ədəd 323,00 manat dəyərində 916 B / əyarlı 4,10 qram çəkili qızıl üzüyünü, bir ədəd 832,00 manat dəyərində 750 B əyarlı 12,80 qram çəkili qızıl boyunbağısını, bir ədəd 4898,00 manat dəyərində 916 B əyarlı 62,00 qram çəkili qızıl qolbağısmı, bir ədəd 711,00 manat dəyərində 916 B əyarlı 9,00 qram çəkili qızıl kulonunu (nanet) həmin lombarda girova qoyaraq ümumilikdə 19660 manat pul götürmüş və həmin puldan 19000 manatını ayırıb lombardın daxilində əlbəəl Təqsirləndirilən şəxs vermişdir. O bir daha Dilbərə aralarındakı məbləği rəsmiləşdirmək üçün notariusa getməyi təklif etsə də müxtəlif bəhanlər ilə notariusa getməkdən yayınmışdır. Bir müddət keçdikdən sonra Dilbər işlərin artıq yekunlaşdığını deyib sənədlərin Torpaq Komitəsinə verildiyini bildirmişdir. Dilbər həmçinin bildirmişdir ki, həmin torpaq sahələrini sənədləşdirmək üçün Torpaq Komitəsinə pul verməlidirlər. Bundan sonra yenidən əlavə pula ehtiyac yaranacağını deyib bu barədə onunla əlaqə saxlayacağını bildirmişdir. 22 dekabr 2022-ci il tarixdə Dilbər əlaqə saxlayaraq sənədləşmə üçün yenidən pula ehtiyac yarandığını demiş və həmin gün Dilbər ilə birlikdə ünvan 8 ünvanında yerləşən X7 idarə etdiyi lombarda getmişlər. Lombarda ümumi çəkisi 6,2 qram təşkil edən 750 əyarlı brilliant qaşlı qızıl üzüyü(0,56 sot-1 karatdan az), girov qoyaraq ümumulikdə cəmi 600 manat pulu kredit götürmüşlər. Həmin məbləği lombardın daxilində bütövlükdə Dilbərin özünə vermişdir. Dilbər pulu götürüb yeni ilə kimi işin yekunlaşacağını və Dilbərə vermiş olduğu bütün məbləğləri geri alacağını demiş, lakin ona heç bir məbləği geri qaytarmamışdır. O verdiyi pullar ilə bağlı dəfələrlə notariusa getmək istəsə də Dilbər hər dəfəsində bəhanə gətirib getməmişdir. Tünzalə adlı qadını heç vaxt görməmişdir. Pulları Dilbərə bir il müddətində vermişdir. O qardaşı və bacısına məxsus olan pulları da onların xəbəri olmadan Dilbərə vermişdir. O, Turan banka qoyduğu puldan 1500 manat pul götürürdü və həmin puldan imkanı zəyif olan tanışlarına köməklik edirdi. Dilbər ilk dəfə 500 manat pul istəmişdir. O, sonradan arxa-arxaya 3 dəfə 5.000 manat pul istəmişdir. Qızılların dəyəri 100.000 manata yaxın olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona 330.000 manata yaxın ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsə 1 il müddətində verdiyi puldan ona heçnə qaytarmamışdır. Verdiyi pullar ona həm atasından miras kimi qalmış, həm də ki işdiyib qazandığı pullar olmuşdur. Dilbər ona görüləcək işlərdən pul qazanılacağı dediyi üçün ona həmin pulları verirdi. Şahid1 bir dəfə görmüşdür. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. O, Azərbaycan Elmlər Akademiyasının aparıcı elmi işçisi vəzifəsində işləri. Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 13 saylı evin, 74 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri olan qardaşı Zərərçəkmiş şəxs3 və bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Qeyd edir ki, 2005-ci ilin dekabr ayında atası rəhmətə getdikdən sonra ondan 200000 manatdan çox pul miras qalmışdır. Həmin pullar o və bacısı Gültən arasında bölünmüşdür. Həmin pulları atası Bakı şəhəri, Səbail rayonu, Bulvar dənizkənarında yerləşən məzilini satdıqdan sonra onlara vəsiyyət etmişdir. Atasından qalan pullardan 150000 manat pul ona 60000 manat pul bacısı Gültənə çatmışdır. xx.xx.2020-ci ildə həmin pulları yəni 150000 manat pulu o 60000 manat pulu Gültən 24 ay müddətinə illik 12 faiz gəlirlə Turan Banka depozitə qoymuşlar. Qeyd etmişdir ki, bacısı Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının vətəndaşı olduğundan ona etibarnamə vermiş və özü Türkiyə Respublikasına getmişdir. Baş vermiş hadisə ilə əlaqədar mahiyyəti üzrə bildirmişdir ki, 30 ilə yaxındır ki, Milli Elmlər Akademiaysının Geologiya və geofizika institutunda işləyir. Onunla birlikdə Tamella Həsənəliyeva xanım işləyirdi. Həmin xanımda onun kimi eyni vəzifədə işləyirdi. Tamella işdə olan zaman onun yanına tez-tez qızı Dilbər gəlib gedirdi. Oradan onun Dilbərlə münasibəti yaranmışdır. 2020-ci ilin yay aylarında evdə olan zaman istifadəsində olan ***-***-**-** saylı mobil mömrəyə tanımadığı bir nömrədən zəng gəlmişdir. Cavab verdikdə bir qadın səsi eşitmişdir. Həmin xanımın kim olduğunu bilməmiş. O, xanım telefonda ağlayaraq Dilbər olduğunu bildirmişdir. İlkin olaraq Dilbərin kim olduğunu bilməmiş. daha sonra isə Dilbər ona bildirmişdir ki, Tamella xanımın qızıdır. Fikirləşmişdir ki, Tamella xanıma nəsə olub. Lakin o, Tamella xanıma heç nə olmadığını, sadəcə ona kömək etməyini istəmişdir. Nə baş verdiyini soruşduqda kirayədə qaldığını, evdən çıxarmaq istədiklərini, təcili olaraq 500 manat pul lazım olduğunu bildirmişdir. Tamella xanımı tanıdığından və ona böyük hörməti olduğundan Dilbərə köməklik etməyə razı olmuş və həmin gün Dilbərlə görüşüb işlədiyi yerdə 500 manat pulu Dilbərə vermişdir. Bundan sonra onunla telefonla əalqə saxlayıb danışırdı. Onun rəfiqəsi olmadığından həmin xanımla münasibəti yaranmışdır. Dilbərə etibarı çoxalmış və inanmışdır.Dilbər ona heç yerdə işləmədiyini və ona görə ondan aldığı 500 manat pulu geri istəməmişdir. Bundan sonra təxminən bir ay sonra Dilbər zəng edərək təcili böyrəyindən əməliyyat olunacağını bildirmiş və ondan 5000 manat pul istəmişdir. Yazığı gəldiyindən və ona inandığından 5000 manat pulu işlədiyi yerdə vermişdir. Xəstəliyi ilə əlaqədar ona pul verdikdən sonra onunla bir neçədə əlaqə saxladıqda hal-hazırda xəstəxanada olduğunu və danışa bilmədiyini demişdir. Təxminən 3-4 gün sonra Dilbərlə görüşmüş və əməliyyat olunduğunu bildirmişdir. 2021-ci ilin əvvəllərində Dilbər zəng edərək qızı Şahid3 universitetdə oxuduğunu və təcili olaraq onun illiyini ödəmək üçün pul lazım olduğunu bildirərək ondan 5000 manat pul istəmişdir. Yenidən ona inanaraq Dilbərə işlədiyi yerdə 5000 manat pul vermişdir. O artıq Dilbərə inanmışdır. Dilbərə 10500 manat pul vermişdir. Həmin pulları istədikdə isə Dilbər narahat olmamağı tez bir zamanda geri qayatracağını bildirmişdir. 2021-ci ilin sentyabr ayında Dilbər zəng edərək yaxşı gəlirli bir iş olduğunu bildirmişdir. Dilbərdən nə iş olduğunu soruşduqda ona bir xanımın rayonların birində otel tikintisi ilə məşğul olduğunu, həmin qadına külli miqdarda pul lazım olduğunu və ona pul vermək lazım olduğunu bildirmişdir. Dilbərə əgər bu qadın pullu qadındırsa onun pulunu nə edir demişdir. Dilbər ona həmin qadının çoxlu sayda plantasiyaları, sahələri, torpaq sahələrinin, evlərinin olduğunu demişdir. Həmin pulu verdikdən sonra 5-10 milyon pul qazanacaqlarını bildirmişdir. Ondan işin nə olduğunu soruşmuş, Dilbər bildirmişdir ki, həmin xanımın adın Tünzalədir, həmin xanıma pul verdikdən sonra onlar sanki onun şəriyi olacaqlar və pul qazanacaqlar. Ona inanmış və fikirləşmişdir ki, pullarını verib yatırsın həmin otel tikintisinə və oradan pul qazansın. Onunla razılaşmış və Dilbər yaxın zamanlarda Tünzalə adlı xanımla telefonla danışacağını demişdir. Bir neçə gün sonra Dilbər ona zəng eləmiş və Tünzalə adlı xanımın yanında olduğunu bildirmiş, həmin qadının pula ehtiyacı olduğunu demiş və telefonu Tünzalə adlı qadına vermişdir. Tünzalə adlı qadın ona otel tikintisi ilə məşğul oluğunu demişdir. Bundan sonra Dilbərə vermiş və Dilbərə ona Tünzalənin çoxlu sayda sahələri olduğunu və həmin sahələrin milyonçular alacağını demişdir. İnanmışdır ki, külli miqdarda pul verdikdən sonra 5 milyona yaxın pul qazanacaq. Ona görədə “Turan” banka gedərək hesabında olan 150000 manat puldan ilkin olaraq xx.xx.2021-ci il tarixdə 15000 manat pul çıxarmış və həmin pulu işlədiyi Milli Elmlər Akademiyasında vermişdir. Dilbər Ona narahat olmamağı həmin pulu Tünzalə xanıma otelin tikilməsinə görə verəcəyini deyib çıxıb getmişdir. Bundan sonra ona dəfələrlə zəng edərək hər dəfə pul lazımdır deyərək ondan pul istəmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək otel üçün mebellər lazım olduğunu, bahalı ağaclar lazım olduğunu , otel üçün tikintinin aparılamsı üçün pullar istəmişdir. Dilbərə inanaraq bankdan pulları çıxardıb ona vermişdir. Hətta öz pullarım bitdikdən sonra bacısının adına olan pullarıda çıxarmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə 9050 manat 29 09.2021-ci il tarixdə 17100 manat, xx.xx.2021-ci il tanxdə 4020 manat, xx.xx.2021-ci il tarixdə 17100 manat, xx.xx.2021-ci il tarixdə 12100 manat, xx.xx.2021-ci il tarixdə 20100 manat və xx.xx.2022-ci il tarixdə 125083 manat bankdan çıxardaraq Dilbərə vermişdir ki, həmin pulları göndərsin Tünzalə xanıma. O isə hər dəfə pulları Tünzaləyə otelin tikintisinə göndərdiyini bildirmişdir. Hər dəfə pulu Dilbərin vasitəsilə vermiş və Dilbər də hər dəfə pulları Tünzalə adlı qadına verdiyini demişdir. O da dəfələrlə təkidlə Dilbərdən onu Tünzalə adlı qadınla tanış etməsini xahiş etmişdir. Dilbərə təkidlə Tünzalə xanımla danışmaq istədiyini demişdir. Bundan sonra Dilbər ona zəng eləmiş və Tünzalə adlı xanımın onunla danışmaq istədiyini bildirmişdir. Dilbər telefonu Tünzaləyə vermiş və ona xəstə olduğunu, səhhətiylə bağlı problemi olduğunu ona görə onunla görüşə bilməyəcəyini bildirmişdir. Dilbərdən işlərin nə yerdə olduğunu soruşduqda ona Tünzalə xanımın oğlunun avto qəzada rəhmətə getdiyini ona görə başının oğlunun yasına qarışdığını bildirmişdir. Bir müddət sonra yenidən Dilbərə işlərin nə yerdə oluğunu nə üçün otelin tikintisi hələ başa çatmadığını soruşduqda o bu dəfə qızın rəhmətə getdiyini və bu səfər qızı ilə məşğul olduğunu bildirdi. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs Tünzalə adlı qadının öldüyünü demişdir. O da ona təkidlə bildirmişdir ki, heç olmasa onu yas mərasiminə aparsın . Dilbər isə israrla onu ora aparmaqdan imtina etmişdir. Bundan sonra Dilbərdən heç olmasa Tünzalənin ailə üzvləri ilə tanış etməsini xahiş etmişdir. O isə yenə də israrla bundan imtina etmişdir. Tünzalə adlı qadının öldüyünü bildikdən sonra Təqsirləndirilən şəxs onun Tünzaləyə verdiyi pulun batdığını demişdir. Dilbər isə ona Tünzalə adlı qadının öldükdə öz mirasından ona da vəsiyyət etdiyini demişdir. Dilbər bildirmişdir ki, narahat olmasın çünki Tünzalə öləndən sonra bütün əmlakını vəsiyyət etmişdir. Həmin əmlakın 70 faizi onundur. O, Dilbərə dəfələrlə ona aid əmlakın sənədlərini göstərməsini bildirmişdir. Lakin Dilbər həmişə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Dilbərə dəfələrlə ona verilən torpaq sahələrinin nə yerdə qalmasını maraqlanmışdır. Dilbər ona sənədləşmə işləri üçün pul lazım olduğunu bildirmişdir. O da özünə məxsus olan ümumi dəyəri 50.000 manata yaxın olan qızıl-zinət əşyalarını lombardda girov qoyaraq pulu Təqsirləndirilən şəxs vermişdir. Dilbər, ona bundan sonra ona printer və noutbuk lazım olduğunu demişdir. Dilbərə nə üçün lazım olduğunu soruşduqda o sənədləşmə işlərinin aparılması üçün həmin əşyaların Sumqayıt şəhərində yerləşən ofislərin birinə lazım olduğunu demişdir. O Dilbərə bildirmişdir ki, hər yerdə printer var. O, isə sənədləri çox olduğunu bunun üçün işləmək üçün printer və noutbuk lazım olduğunu bildirmişdir. Yenidən Dilbərə inanaraq 2646 manata markasını xatırlmadığı noutbuk, “Baku Electronicsdən" isə 1050 manata printer almışdır. Bir müddət keçdikdən sonra Dilbər ona işlərin artıq yekunlaşdığını sənədlərin Torpaq Komitəsinə verdiklərini bildirmişdir. Dilbər həmçinin bildirmişdir ki, həmin torpaq sahələrini sənədləşdirmək üçün Torpaq komitəsinə pul verməlidirlər. O da buna görə bankdan 12.500 manat kredit götürərək pulu Dilbərə vermişdir ki, torpaq sənədlərini hazırlasın ona versin. O Dilbərdən şəxsiyyət vəsiqəsini istədikdə isə bəzi tədbirlərlə əlaqədar şəxsiyyət vəsiqəsinin üstündə olmadığını demişdir. Bundan sonra Dilbər ona müxtəlif bəhanələr gətirərək sənədlərin gec olacağını demişdir. Bundan sonra görmüşdür ki, ona yalan danışır, onu inandıraraq ona qarşı dələduzluq etmişdir. Həmçinin, Dilbərdən ondan aldığı pulu nə zaman qaytaracağını soruşduqda ona pulları 1 ay müddətində qaytaracağını demişdir. Artıq bu işdən şübhələnmiş və onun barəsində polis orqanlarına müraciət edəcəyini demişdir. Dilbər isə ona hədə-qorxu gəlməyə başlamışdır. Hazırda onun Dilbərə pul verməyi barədə də videogörüntülər vardır. Eyni zamanda Dilbər özü də yazaraq bildirir ki, ondan pul almışdır və aldığı pulu tez bir zamanda ödəyəcək. Ona ümumilikdə 276196 manat maddi ziyan dəymişdir. O, pulları verən zaman yanında heç kim olmamışdır. Lakin bəzi zamanlarda taksi sürücüləri olmuşdur. Həmin şəxslərin nömrələrin tapıb təqdim edəcək. Həmin pulları rayonların birində otellərin tikintisinə və bundan sonra otel sahibinin ona verdiyi torpaq sahələrinin sənədləşməsi ilə əlaqədar vermişdir (cild 1, iş vərəqə 43-47). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, O, 1994-cü ildən Türkiyə Respublikasının vətəndaşıdır. Lakin o, Azərbaycan Respublikasında yaşayır və burada işləyir. Təxminən 2022-ci ilin mart ayında ona məlum olmuşdur ki, bacısı Aytən ona məxsus olan 60000 manat pulu Turan Bankdan çıxardaraq Dilbər adlı xanıma vermişdir. Ümumilikdə bacısı Aytən 259000 manat pulu Dilbərə vermişdir. Həmin pulları o ilkin olaraq öz xəstəliyi ilə əlaqədar ondan almışdır. Lakin pulların çox hissəsini Dilbər adlı xanım Tünzalə adlı xanımın ona rayonların birində otel tikdirəcəyini, ordan çoxlu miqdarda pul əldə olunacağını, daha sonra isə Tünzalə xanımın öldüyünü, onun ölümündın sonra vərəsəlik məslələrin həll edəcəyini bildirmək adı ilə bacısı Aytəni aldadaraq pullarını ələ keçirmişdir. Həmçinin qeyd etmidir ki, lombarad verilən 50000 manatlıq qızıllardan 25000 manatlıq qızıl onun olmuşdur. O Dilbərlə danışan zaman Dilbər ona müxtəlif hədə qorxular gəlirmişdir ki, Türkiyə Respublikasıdan onun adamları var, həmçinin Dilbər onu və ailəsini ölümlə hədələmişdir. O, Dilbərdən pulları geri istədikdə Dilbər ona bildirmişdir ki, həmin pulları elə adamlara verib ki, onları qaytarmaq mümkün deyildir. Dilbər həmin adamların təhlükəli adamlar olduğunu bildirmişdir. Belə olan halda o pulları Dilbərdən geri almaq üçün Türkiyə Respublikasından çıxaraq Azərbaycan Respublikası Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində o, Dilbər xanımla görüşmüş və Dilbər ona pulları qaytaracağını bildirmişdir. Bildirmişdir ki, həmin cinayət hadisəsi zamanı ona məxsus 60000 manat pul və 25000 manatlıq qızılları ələ keçirilmişdir. Ona baş vermiş hadisə zamanı ümumilikdə 85000 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqə 65-67). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anasıdır. Xatırladığı qədəri ilə 8 iyun 2022-ci il tarixdə anası əlaqə saxlayıb Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən "xxxx"ya gəlməyini demişdir. Anasının dediyi banka gəlib, orada anasının rəfiqəsi kimi tanıdığı Zərərçəkmiş şəxs1 görmüşdür. Orada anası Təqsirləndirilən şəxs ona bildirmişdir ki, adına qızıl qoyub pul götürəcəklər. O da elə bir şey etmək istəmədiyini demişdir. Bu zaman Aytən ona anasını dinləməli olduğunu, onlara pul lazım olduğunu demişdir. Bundan sonra razılaşmış, lakin anasına demişdir ki, adına olan nə kredit olacaqsa onu tezliklə adından çıxartsın, anası da razılaşmışdır. Bundan sonra nə olduğunu soruşmadan bank əməkdaşı tərəfindən təqdim edilən sənədləri imzalamışdır. Daha sonra bilmədiyi məbləğdə pulu Aytən götürmüş, lakin Aytənin həmin məbləği nə etdiyini bilməmişdir. Çünki dərhal oradan uzaqlaşmışdır. Sonra isə təkidlə anasından, adına olan krediti bağlamağını tələb etmişdir. Xatırladığı qədəri ilə 6 iyul 2023-cü il tarixdə yenidən həmin banka getmiş, orada anası və Aytənlə görüşmüşdür. Sonra bankın daxilində bank əməkdaşı tərəfindən təqdim edilən sənədləri imzalamışdır. Bundan sonra anası adına olan kreditin ləğv olunduğunu demişdir. Bundan sonra baş verənlər barədə məlumatı olmamışdır. Bankdan götürülmüş pul dayısının ehtiyacı olduğu üçün götürülmüşdür. Bankdan 10.000 manat pul götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma dayısı qızıdır. Dilbər ara-bir yaşadığı mənzilə gəlib gedirdi. ***-***-**-** saylı GSM nömrəsi ona nəxsusdur. Təqsirləndirilən şəxs ara-bir onun mənzilinə gəldikdə özünün istifadəsində olan mobil telefonda danışıq üçün konturu olmadığından ona məxsus olan üzərində ***-***-**-** saylı GSM nömrəsi olan mobil telefonundan istifadə edirdi. Dilbərin kiminlə danışdığı və ya nə barədə danışdığı haqqında məlumatı olmamışdır. Belə ki, özünə məxsus olan mobil telefonunu ona istifadə etmək üçün vermiş, özü isə ev işləri ilə məşğul olurdu. Heç vaxt özünü Tünzalə kimi təqdim etməmişdir. Zərərçəkmiş şəxsləri tanımır. Dilbər ilə zərərçəkmiş şəxs arasında pul alınıbverilməsi ilə bağlı heçnə bilmir. Dilbər konturu olmadığı üçün bir neçə dəfə onun telefonundan istifadə etmişdir. O, Dilbərgilə dayısı arvadına baş çəkmək üçün gedirdi. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bacısıdır. Dilbər anaları ilə birlikdə yaşayır. Qeyd etmişdir ki, onun Zərərçəkmiş şəxs1 pul alınması ilə əlaqədar heç bir məlumatı olmamışdır. Bu barədə cinayət işi açıldıqdan sonra məlumatı olmuşdur. Onun anası X11 Məmmədova ilə birlikdə Elmlər Akademiyasında işləmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, bacısı Təqsirləndirilən şəxs ona hər hansı məbləğdə pul verməmişdir. O Dilbərdən heç bir zaman pul istəməmiş və hər hansı məbləğdə pul almamışdır. Sadəcə onu qeyd etmişdir ki, hər bir ailədə olduğu kimi əlamətdar günlərdə və ya bayramlarda ondan hədiyə almışdır. Lakin həmin hədiyələr qiymətli olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 aldığı pulların çox hissəsini ona verməsini bildirməsinə dair Dilbərin dedikləri yalandır. Dilbər ona pul verməmişdir. Təqsirləndirilən şəxs aldığı 270000 manat pulu hara xərcləməsi barədə heç bir məlumatı yoxdur (cild 1, iş vərəqə 80-82). Cinayət işinin materiallarında olan 13 iyul 2023-cü il tarixli “üzləşdirmə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaqı hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 106-111). Cinayət işinin materiallarında olan 25 oktyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaqı hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 özünə məxsus olan qızıl-zinət əşylarını banka və lombarda qoyaraq götürüdüyü məbləğlərin bir qismini də ona vermişdir. Hazırda həmin qızılların banka və lombarda qoyulması müqabilində götürülmüş pullardan nə qədər məbləğdə pulun özünə verildiyini dəqiq xatırlamır (cild 2, iş vərəqə 77-92). Cinayət işinin materiallarında olan 8 mart 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer ünvan 15 ünvanında yerləşir, mənzil 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir, mənzil 2 otaq və mətbəx hissəsindən ibarətdir və yaşayışa yararlıdır. Zərərçəkmiş şəxs1 mənzilin mətbəx hissəsini göstərərək məhz burada tanışı 2022-ci ilin noyabr ayında sonuncu dəfə ona vermiş olduğu pul vəsaitlərinin sonuncu hissəsini yəni 20.000 manatı Təqsirləndirilən şəxs verdiyini göstərmişdir (cild 1, iş vərəqə 6-9). Cinayət işinin materiallarında olan 28 oktyabr 2023-cü il tarixli “baxış keçirmə haqqında” protokoldan görünür ki: -Zərərçəkmiş şəxs1 təqdim etdiyi 27 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən öz əlyazması ilə yazılmış yazıdan görünür ki, o həqiqətəndən də Zərərçəkmiş şəxs1 100000 (yüz min) manat məbləğində vəsait götürdüyünü və həmin vəsaiti geri ödəyəcəyini təsdiq edir, həmçinin əlavə olaraq 1000 manat məbləğində ödəniş edəcəyini öhdəsinə götürür (cild 1, iş vərəqə 52), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi 27 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən öz əlyazması ilə yazılmış yazıdan görünür ki, o həqiqətəndən də Zərərçəkmiş şəxs1 götürdüyü pulları hansı istiqamətdə sərf edəcəyinə dair qeydlər edir (cild 1, iş vərəqə 246), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi 6.01.2022-ci il tarixli “Turan Bank”-ın qəbzindən görünür ki, o, həmin tarixdə bacısı Zərərçəkmiş şəxs2 məxsus olan 15000 manat pulu, xx.xx.2022ci il tarixdə bacısı Zərərçəkmiş şəxs2 məxsus olan 20000 manat pulu, xx.xx.2022-ci il tarixdə “Turan Bank”dan götürdüyü bacısı Zərərçəkmiş şəxs2 və 7000 manatı qardaşı Zərərçəkmiş şəxs3 məxsus olan cəmi 22604.5 “Turan Bank”-dan götürmüşdür (cild 1, iş vərəqə 247-249), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2023-cü il tarixli “Turan Bank”-dan verilmiş arayışdan görünür ki, o həmin tarixdə xx.xx.2022-ci il tarixdə “Turan Banka” gedərək depozit hesabında qalan olan 24832,22 qəpik məbləği götürmüşdür. Həmçinin həmin arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq 1500 manat olmaqla 30000 manat əmanət faizi Zərərçəkmiş şəxs1 tərəfindən götürülmüşdür (cild 2, iş vərəqə 7), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli "xxxx"-nun girov aktından görünür ki, o həmin tarixdə özünə məxsus olan qızıl-zinət əşyalarını girov qoymaqla "xxxx"dan 10000 manat kredit götürmüşdür (cild 2, iş vərəqə 8-18), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli "xxxx"-nun girov aktından görünür ki, Təqsirləndirilən şəxs qızı Şahid3 adma deməsinə görə Zərərçəkmiş şəxs1 məxsus olan qızıl-zinət əşyaları girov qoyumaqla onun tərəfindən "xxxx"dan 10000 manat kredit götürmüşdür (cild 2, iş vərəqə 19-24), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli "xxxx"-nun girovun azad edilməsinə dair aktından görünür ki, özünün və Təqsirləndirilən şəxs qızı Şahid3 adına həmin banka qoyulmuş qızıllar 20000 manat ödənilməklə girovdan azad edilmişdir (cild 2, iş vərəqə 26- 27), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli "xxxx"-nun kredit sazişindən görünür ki, o həmin tarixdə "xxxx"dan 12500 manat kredit götürmüşdür (cild 2, iş vərəqə 28-30), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli "xxxx" QSC”-nin girov aktından görünür ki, o həmin tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 1507 manat kredit götürmüşdür (cild 2, iş vərəqə 31-36), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli "xxxx" QSC”-nin girov aktından görünür ki, o həmin tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 705 manat kredit götürmüşdür (cild 2, iş vərəqə 37-40), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli “Baku Electronics”-in nisyə satış müqaviləsindən görünür ki, o həmin tarixdə 1003,98 qəpik dəyərində printeri kreditlə götürmüşdür (cild 2, iş vərəqə 41), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2023-cü il tarixli Yasamal rayon Məhkəməsinin qətnaməsindən görünür ki, o, 1 dekabr 2022-ci il tarixdə “Kontakt Home” əmtəə nişanı altında fəliyyət göstərən ABC Telecom” MMC-dən 2646 manat dəyərində “ACER kompüter, Window 11 Home, Microsoft offıce HomeStudent” markalı diz üstü kompyuteri götürmüşdür (cild 2, iş vərəqə 42-43), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli "xxxx" QSC”-nin girov aktından görünür ki, o həmin tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 19660 manat kredit götürmüşdür (cild 2, iş vərəqə 44-47), -Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli X10 məxsus olan lombarddan təqdim edilmiş girov müqavilələrindən çıxarışdan görünür ki, o xx.xx.2022-ci il tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 7000 manat, xx.xx.2022-ci il tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 2100 manat, xx.xx.2022-ci il tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 20500 manat, xx.xx.2022-ci il tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 19780 manat, xx.xx.2022-ci il tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 1080 manat, xx.xx.2022-ci il tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 2678 manat, xx.xx.2022-ci il tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 740 manat, xx.xx.2022-ci il tarixdə özünə məxsus qızıl zinət əşyalarım girov qoyaraq 1500 manat, xx.xx.2022-ci il tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 620 manat, xx.xx.2022-ci il tarixdə özünə məxsus qızıl zinət əşyalarını girov qoyaraq 600 manat məbləğində kreditlər götürmüşdür. Həmin çıxarışda qeyd oluna və 2023-cü ilə aid olan girov müqavilələri işin hallarına şamil edilmir (cild 2, iş vərəqi 98), Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin sənədlərin surətlərini istintaqa sübut kimi təqdim edir. Zərərçəkmiş şəxs1 təqdim etdiyi X2 ondan 100000 manat almasını təsdiq edən əlyazmasının surətinə, ondan aldığı məbləğləri hansı istiqamətdə xərcləyəcəyini göstərən plan formasında əlyazmasının surətinə, müxtəlif tarixlərdə müxtəlif məbləğlərlə banklardan götürülən pulları təsdiq edən sənədlərin surətlərinə, habelə müxtəlif tarixlərdə müxtəlif miqdarlarda və əyarlarda qızıl zinət əşyalarının lombardlara və banka qoyulmasını və həmin qurumlardan pulların götürülməsini təsdiq edən sənədlərin surətlərinə tərəfimdən baxış keçirilərək cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqə 106- 107). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 166). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan qəbzlərdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iş üzrə vurulmuş ümumi 333677,98 (üç yüz otuz üç altı yüz yetmiş yeddi manat, doxsan səkkiz qəpik) qəpik məbləğdə maddi ziyanın 10.630 manatı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir (cild 1). Məhkəmə maddi ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsində nəzərdə tutulan yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan 13 iyul 2023-cü il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə gəlmişdir (cild 1, iş vərəqə 86). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 121-131). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xaçmaz şəhəri, M.Babayev küçəsi, ev 16-da yerləşən "xxxx" MMC-ə kardioloq vəzifəsində işə qəbul edildiyindən barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri şərtləri dəyişdirilərək ev dustaqlığına nəzarət Bakı şəhəri hüdudlarından Xaçmaz rayonunun ərazi hüdudlarına dəyişdirilmiş və onun davranışına nəzarət edilməsi Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir (cild 1, iş vərəqə 158-161). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.2-ci maddələrinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin tutulduğu və ev dustaqlığında saxlanıldığı müddətlər məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi 13 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından olan ərizələrin məzmunundan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs maddi ziyanın tam ödənilməsini tələb edirlər (cild 3). Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi 13 iyul 2023-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1020/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1020/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver