Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1021/2023 25.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X4 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi: Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2005-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Milli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamalda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanda yerləşən «Qismət» şadlıq sarayının yaxınlığındakı İstirahət parkında olarkən tanışı Zərərçəkmiş şəxs onunla zarafat etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs və həmin yerdə olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan davranışı ilə ictimai qaydalara açıq etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgəyaşayış qaydalarını kobud surətdə pozaraq xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən vuraraq sonuncuya sol kürəkaltı nahiyənin döş boşluğuna nüfuz edən pnevmotoraksla müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bildiyini qeyd etsə də, verdiyi ifadəsində göstərmişdir ki, o, 07 oktyabr 2022-ci il tarixdə dostu Şahidla birlikdə “Qismət” şadlıq sarayının yaxınlığında yerləşən parkda gəzərkən Zərərçəkmiş şəxs da orada tək gəzdiyini görüb ona yaxınlaşıb söhbət etməyə başlamış, söhbət zamanı Novruz onunla kobud, söyüş ifadələri ilə zarafat etmiş, o da Novruza irad bildirərək yavaş danışmasını, ətrafdakı insanların eşitdiyini bildirmişdir. Onun bu iradından sonra Novruz ona cavab qaytararaq “istədiyim kimi danışaram, ağzımın yiyəsi sən deyilsən” demiş, bundan sonra aralarında mübahisə yaranmış, daha sonra mübahisə əlbəyaxa davaya çevrilmişdir. O, qorxmuş və bilmədən üzərində olan dırnaqtutanın arxasındakı balaca bıçaqla Novruzun kürək nahiyəsindən bir dəfə vurmuşdur. Novruz ağrıdan qışqırmış, o da bıçağın Novruzun bədəninə batdığını hiss etmişdir. Hadisəni törətdikdən sonra o, evə getmiş, baş vermiş hadisəni atasına danışmış, atası da onu bölməyə aparmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə vaxtı dostu Ayxanla axşam saat 22-23 radələrində parkda gəzmiş, zərər çəkən şəxsi də 5-6 ay əvvəl parkda gəzən zaman tanımışdır. Novruz onunla zarafat edərkən söyüş söymüş, hazırda hansı söyüşü söydüyünü xatırlamır. Novruz söyüş söyən zaman ətrafda insanlar olmuş, o da bundan narahat olaraq Novruza söyüş söyməməsi ilə bağlı irad bildirmişdir. O, aralarında yaranmış münaqişədən qorxduğu üçün bıçağı çıxarmış, hadisəni xuliqanlıq niyyəti ilə törətməmiş, hadisə anidən baş vermişdir. Onun dostlarından heç kim yanında olmamış, hadisəni törətdikdən sonra evə getmiş və olanları atasına demişdir. O, hadisədən sonra bıçağı tullamış, istintaq zamanı da bıçağı tulladığını bildirmişdir. Zərərçəkmiş şəxs ümumiyyətlə ondan şikayətçi olmamış, hazırda da onunla barışmışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, 07 oktyabr 2022-ci il tarixdə parkda dostları ilə gəzmiş, sonra dostları ilə sağollaşmışdır. O, avtobusa minib evə getmək üçün parkın çıxışına gəlmiş, həmin vaxt İsmayıl və Ayxanı görmüş, salamlaşmış və zarafatlaşmışlar. İsmayıl ona kobudcasına ətrafda adamlar olduğunu bildirib, yavaş zarafat etməsini demişdir. Həmin an aralarında mübahisə yaranmış, birbirilərinə əl-qol atmışlar. Ayxan onları aralamağa çalışan zaman, necə olduğunu bilmədən belində ağrı hiss etmiş, sonra İsmayıl oradan çıxıb getmişdir. Ayxan onu oturacağa otuzdurmuş, sarğı alıb gətirmiş və belini sarımışdır. O, evə getmiş, ailə üzvlərinə yalandan belinə şüşə batdığını demişdir. Daha sonra ailə üzvləri ilə xəstəxanaya getmiş, orada belinə tikiş qoymuşlar. Xəstəxanada olan zaman polislər gəlmiş, o da baş verən hadisəni polislərə danışmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun İsmayılla etdiyi zarafat söyüşlə olmuş, o, İsmayılla əvvəllər də eyni formada zarafat etmiş, lakin həmin gün o, insanların içində həmin zarafatı etmişdir. Eyni formada İsmayıl da əvvəllər onunla zarafatlar etmişdir. O, əvvəllər həmin zarafatı insanlar olan yerdə etməmiş, hadisə olan zaman onlarla insanlar arasında 7-8 metr məsafə olmuşdur. Aralarındakı mübahisə təxminən 1 dəqiqə davam etmişdir. Birinci o, zarafat etməyə başlamış, onun zarafatı İsmayılın xoşuna gəlməmiş, buna görə də aralarında mübahisə yaranmışdır. İsmayılın onu nə ilə vurduğunu görməmiş, İsmayıl ona sadəcə bir xəsarət yetirmişdir. Zərər çəkmiş şəxs həmçinin məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, o, parkda İsmayılla görüşüb gəzərkən Novruzla rastlaşmış, görüşüb, salamlaşmışdır. Axşam saat 23 radələri olmuş, Novruz və İsmayıl zarafatlaşan zaman aralarında mübahisə yaranmış və bir-biriləri ilə əlbəyaxa dalaşmağa başlamışlar. Həmin vaxt o, telefona baxmış, mübahisə yarandıqdan sonra Novruzdan nə olduğunu soruşmuş, Novruz da İsmayılın onu belindən vurduğunu bildirmişdir. Sonra İsmayıl parkdan qaçıb getmiş, o da Novruzun belinin qanadığını görüb, ona parkda oturub gözləməsini tapşırmış, özü isə aptekdən sarğı bezi alıb gətirmiş və Novruzun yarasını sarımışdır. Daha sonra onlar hər biri evlərinə getmişlər. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Novruzla İsmayılın bir-birini söymələrini eşitməmiş, İsmayılın üzərində bıçaq gəzdirməsini görməmişdir. Onun Novruz və İsmayılla münasibətləri eyni olmuş, sözləri tam dəqiq xatırlamasa da hadisə zamanı İsmayılın Novruza “səsini aşağı sal, parkdayıq, camaat eşidir” deməsini, Novruzun isə ona “mən belə danışıram” deyə cavab verməsini eşitmişdir. O, onların bir-biriləri ilə zarafat etdiyini zənn etmiş, ona görə də çox ciddi qarşılamamış və həmin vaxt telefonla oynamağa davam etmişdir. Hadisə axşam saatlarında olmuş, parkda o qədər də çox adam olmamışdır. Onun aptekdən bint alıb gəlməyi təxminən 2-3 dəqiqə çəkmişdir. İsmayılla Novruz arasındakı mübahisə təxminən 5-10 dəqiqə çəkmişdir. Novruz və İsmayıl sözlü mübahisədən sonra bir-birilərini itələyib, münaqişə etməyə başlamışlar. O, İsmayılın Novruzu vurmağını görməmiş, lakin Novruzun kürəyindəki yaranı görmüş, kürəyinin ortasındakı yaradan qan axdığının şahidi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 07 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-ə Zərərçəkmiş şəxs daxilə nüfuz edən bıçaq yarası alması barədə məlumat verilmişdir (cild 01, i/v 2) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 ambulator məhkəmə psixiatrik ekspertizasının 09 yanvar 2023-cü il tarixli 23 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, i/v 115-117). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2023-cü il tarixli 11/15 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əsas fərdi-psixoloji xüsusiyyətləri rəyin tədqiqi hissəsində açıqlanmışdır. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı etdiyi hərəkətləri qavramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə iş üçün əhəmiyyətli halları adekvat olaraq qavramaq qabiliyyətinə malikdir (cild 01, i/v 120-121). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 11 fevral 2023-cü il tarixli 08/1076 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol kürəkaltı nahiyənin döş boşluğuna nüfuz edən, pnevmotoraksla müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunduğu kimi kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 01, i/v 122-125). - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i/v 114). - “Məcburi köçkün” vəsiqəsinin surətindən görünür ki, Qasımov X1 rayonundan məcburi köçündür (cild 01, i/v 10). - Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur (cild 1, i/v 31). - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona dəymiş zərər tam ödənmiş, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. - Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 19 saylı MKİS-nin 10 aprel 2023-cü il tarixli 61 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs tikintisi yarımçıq məktəb binasında Kəlbəcər rayonundan məcburi köçkün kimi məskunlaşmış, ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İş materiallarına əsasən hazırki cinayət işi 09 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başlanmış, 10 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarında ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif etmiş, onun əməlinin xuliqanlıq niyyəti ilə törədilməsini “zərərçəkmiş şəxsin onunla zarafat etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan davranışı ilə ictimai qaydalara açıq etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgəyaşayış qaydalarını kobud surətdə pozması” ilə əsaslandırmışdır (cild 01, i/v 138-146). Məhkəmə araşdırılması zamanı isə həm təqsirləndirilən şəxsin, həm zərər çəkmiş şəxsin özünün, həm də şahidin ifadəsi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında yaranmış mübahisə ilk olaraq zərərçəkmiş şəxsin söyüş söyməklə zarafat etməsi, Təqsirləndirilən şəxs ona ətrafda olan şəxslərin eşitdiyini bildirib söyüş söyməməsi ilə bağlı irad tutmasından sonra zərərçəkmiş şəxsin “necə danışdığımı özüm bilərəm, ağzımın sahibi sən deyilsən” deməsi ilə bağlı yaranmış, tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa münaqişəyə çevrilmiş, bunun nəticəsində də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bel nahiyəsinə bıçaqla bir dəfə zərbə vurmaqla onun sağlamlığına ağır zərər yetirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Cinayət hüquq ədəbiyyatında motiv dedikdə ictimai təhlükəli əməli törətməyə qətiyyət yaradan və konkret əməldə maddiləşən dərk olunmuş maraq başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hüquq tətbiqetmədə formalaşan təcrübəyə əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə niyyətlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətdə təşəkkül tapmış davranış qaydalarına açıq-aşkar laqeydlik nümayiş etdirir, ictimai maraqları saymır, əxlaq normalarını pozur. Bu zaman təqsirkar güc nümayiş etdirir, əsassız olaraq belə bir fikirin təsiri altında hərəkət edir ki, sanki mövcud vəziyyətdə onadan güclüsü, nüfuzlusu yoxdur. Həmçinin, belə hallarda təqsirkar səbəbli-səbəbsiz zor tətbiqinə bəhanə axtarır, bəzən çüzi bir səbəbi bəhanə edərək şəxsiyyətinin üstünlüyünü güc yolu ilə başqasına nümayiş etdirməyə və “günahkar” şəxsləri “cəzalandırmağa” çalışır. Bir sözlə xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlər etməsində ifadə olunur. Göründüyü kimi xuliqanlıq niyyətini şəxsi münasibətlər zəminində yaranmış digər cinayətkar niyyətdən fərqləndirən kifayət qədər əlamətlər var və bunların köməkliyi ilə əməlin xuliqanlıq və ya şəxsi motivlə törədilməsini müəyyən etmək o qədər də çətinlik yaratmır. Lakin, buna baxmayaraq, hazırki cinayət işi üzrə ibtidai istintaq orqanı tərəflər arasında yaranmış münasibətlərin xarakterini, cinayətin törədildiyi anda baş vermiş mübahisənin məzmununu aydınlaşdırmadan şəxsin əməlini heç bir əsas olmadan əsassız olaraq xuliqanlıq niyyətinə tövsif etmiş, bu zaman nəzərə almamışdır ki, təqsirkarın hərəkətlərində istər zahiri cəhətdən, istərsə də məzmun etibarilə xuliqanlıq niyyətinə dəlalət edən əlamətlər olmamışdır. Bundan əlavə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı ilkin ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi ilə bağlı irəli sürülmüş, lakin dəfələrlə istintaq orqanı tərəfindən hadisənin bilavasitə şahidi olmuş şəxslərin əhatə dairəsinin müəyyən edilməsi üçün əməliyyat tapşırıqları verilsə də, həmin əməliyyat tapşırıqlarına əsasən hər hansı kənar bir şəxs müəyyən edilərək istintaqda dindirilməsi təmin edilməmiş, daha sonra təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmiş, sonradan isə heç bir əlavə sübut əldə edilmədən, hadisənin bilavasitə şahidi olmuş şəxslər müəyyən edilib dindirilmədən və heç bir əsas olmadan istintaq orqanın mülahizəsi ilə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif olunmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma kimi, yəni Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif etsə də, sonuncunun özünü başqa şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirib ictimai qaydalara və ictimai mənafelərə etinasızlıq göstərməsinin nədən ibarət olduğunu, ya da nədə ifadə olunduğunu əsaslandırmamış, hadisəni görmüş və ictimai qaydanının pozulmasının şahidi olmuş şəxsləri müəyyən edərək ibtidai istintaq zamanı dindirməmiş və məhkəməyə təqdim etməmişdir. Halbuki, qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, həmin əməli törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafında olan şəxlərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, onlara etinasızlıq göstərən hərəkətlər edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara tam və hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin “xuliqanlıq niyyəti” olması öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin tərəflər arasında mübahisənin ilkin olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı söyüş ifadələri ilə zarafatlar etməsi ilə əlaqədar yaranmasını, təqsirləndirilən şəxsin əvvəlcə sözlü şəkildə zərərçəkmiş şəxsə öz iradını bildirməsini, lakin zərərçəkmiş şəxsin onun bu iradına cavab qaytarmaqla tərəflər arasındakı sözlü mübahisənin artıq əlbəyaxa münaqişəyə çevrilməsini və təqsirləndirilən şəxsin məhz həmin əlbəyaxa münaqişə əsnasında zərərçəkmiş şəxsə bir dəfə bıçaqla zərbə vuraraq xəsarət yetirməsini nəzərə almışdır. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi, yəni qəsdən sağlamlığa ağır zərər vurması özünün səmimi ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyləri və məhkəmə icraatında tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini hadisələrin təsadüfi axarı zəminində, həmçinin yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, habelə zərərçəkmiş şəxslə hələ ibtidai istintaq başlamadan barışıq əldə etməsini, cinayət işinin başlanmasından cəmi 1 (bir) gün sonra zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasına dair istintaq orqanına notarial qaydada təsdiq edilmiş ərizə təqdim etməsini, təqsirləndirilən şəxsin və onun ailəsinin məcburi köçkün olmaqla yarımçıq tikili məktəb binasında məskunlaşmalarını və onların ağır həyat şəraitini müstəsna hal kimi qəbul edir və hesab edir ki, bu və digər yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər, yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətmiş gənc bir şəxs üçün kifayət qədər ağır cəza olar, habelə təqsirləndirilən şəxsin gələcəkdə sosial həyat və cəmiyyətdən tamamilə uzaqlaşmasına, geri dönüşü olmayan kriminal bir şəxsiyyət olaraq formalaşmasına və nəticədə dövlətin cəmiyyətə faydalı ola biləcək bir gənci şəxsiyyət olaraq itirməsinə gətirib çıxara bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 4(004)-869/2022 saylı qərarı ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, müstəntiqin eyni tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 18, 65-72, 73-74). «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı iş üzrə məhkəmə məsrəfləri olaraq 100 (bir yüz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfləri – 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1021/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1021/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver