Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1021/2024 22.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X13 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs11, müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 il 9 ay 1 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 234.4.3-cü maddələri ilə, xx xxxx 1971-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə 10 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi hökmdən xaric edilərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 5 ilə endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 6 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 6 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs15 oğlu X14 cəzasının azaldılaraq həbsdən azad olunmasına dair yalan vəd verib aldadaraq 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında yerləşən ofisində 1600 manat, 2022-ci ilin yanvar ayının ortalarında ünvan 3 ünvanında 1000 manat, 2022-ci ilin fevral ayının ortalarında ünvan 4ndə 900 manat, 2022-ci ilin fevral ayının sonlarında 4169 7385 2023 9629 nömrəli kart hesabına köçrütdürməklə 600 manat, 2023cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Malina” restoranın qarşısında 300 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs15 ümumilikdə 4400 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs16 oğlu X8 cəzasının azaldılaraq, həbsdən azad olunmasına dair yalan vəd verib aldadaraq, 19 yanvar 2022-ci il tarixdə Quba rayonu, H.Əliyev prospektində yerləşən “Araz” marketdə “e-Manat” Ödəniş terminalından 4169 7385 2023 9629 nömrəli kart hesabına köçürtdürməklə 5000 manat, 04 fevral 2022-ci il tarixdə Quba rayonu, H.Əliyev prospektində yerləşən “Araz” marketdə “e-Manat” ödəniş terminalından 4169 7385 2023 9629 nömrəli kart hesabına köçürtdürməklə 5000 manat, 03 mart 2022-ci il tarixdə Quba rayonu, Qırmızı qəsəbə ərazisində yerləşən “Redmart” marketdə “MilliÖn” ödəniş terminalından 4169 7385 2023 9629 nömrəli kart hesabına köçürtdürməklə 5000 manat, 21 fevral 2023-cü il tarixdə Quba rayonu, Qırmızı qəsəbə ərazisində yerləşən “Piramida” marketdə “MilliÖn” ödəniş terminalından kart hesabına köçrütdürməklə 500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs16 ümumilikdə 15500 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs17 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu X21 həbs müddətini 6-7 il azaldacağına dair yalan vəd verib aldadaraq 05 fevral 2022-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Sonti” marketdə “MilliÖn” terminalından 4169 7385 2023 9629 nömrəli kart hesabına köçürtdürməklə 2000 manat, 10 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Füzuli Meydanında yeraltı keçiddə yerləşən “e- Manat” terminalından 4169 7385 2023 9629 nömrəli kart hesabına köçürtdürməklə 500 manat, 09 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Füzuli meydanında yerləşən “Milli Ön” terminalından 4169 7385 2023 9629 nömrəli kart hesabına köçürtdürməklə 1000 manat, 12 mart 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal küçəsi 65 saylı avtobusun dayanacağında olan “MilliÖn” terminalından 4169 7385 2023 9629 nömrəli kart hesabına köçürtdürməklə 1500 manat, 04 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Al Market”də olan “e-Manat” terminalından 4169 7385 2023 9629 nömrəli kart hesabına köçürtdürməklə 1000 manat, 14 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Füzuli meydanında yerləşən “Milli Ön” terminalından 4169 7385 2023 9629 nömrəli kart hesabına köçürtdürməklə 900 manat, 21 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, “Ucuz” marketdə yerləşən “e-Manat” terminalından 4169 7385 2023 9629 nömrəli kart hesabına köçürtdürməklə 100 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs17 qızma ümumilikdə 7000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs18 həyat yoldaşı X24 Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 240 nömrəli tam orta məktəbə müəllimə kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin avqust ayının əvvəllərində Bakı şəhər ərazisində Leobank kart hesabına köçürtdürməklə 1000 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs19 həyat yoldaşı X22 Sumqayıt şəhərində 39 nömrəli tam orta məktəbə müəllimə kimi işə düzəldəcəyinə dair vəd verib aldadaraq 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, metronun “Əhmədli” stansiyasmın yaxınlığında yerləşən “Sevinc” kinoteatrınm yuxarısında kafedə 8000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs19 ümumilikdə 8000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 dövlət tərəfindən ev veriləcəyinə dair yalan vəd verib aldadaraq 01 dekabr 2022-ci il tarixdə 5000 manat və 1500 manatı Təqsirləndirilən şəxs2 kart hesabına köçürtdürməklə cəmi 6500 manat, 07 yanvar 2023-cü il tarixdə isə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Gəmiqaya” restoranında 3500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 10.000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 14,911 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metemafetamin əldə edərək üzərində saxlamaqla daşımış, 02 iyun 2023-cü il tarixdə saat 11:15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq ünvan 7əşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,566 qram və 7,345 qram olmaqla, ümumi təmiz çəkisi 14,911 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək sonuncunun oğlu Niyaməddini həbsdən buraxdıracağına dair yalan vəd verib aldadaraq 08 avqust 2022-ci il tarixdə Quba rayonu köhnə avtovağzalın yaxınlığında 700 manat, 10 avqust 2022-ci il tarixdə Quba rayonu Dəvədabanı yaşayış massivində 2000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 2700 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək onu Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılar dəstəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 30 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən “Alov zavodu”nun qarşısında 5000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 5000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 özünü Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü kimi təqdim edərək sonuncunun arvadı Nazlı Mustafayevanın adına dövlət tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisindən 2 otaqlı ev verilməsi üçün köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində 20.000 manat, 30 sentyabr 2022-ci il tarixdə Gədəbəy rayonunda yerləşən “Fərid marketidən terminal vasitəsilə kart hesabına köçürtdürməklə 1500 manat, 16 oktyabr 2022-ci il tarixdə Gədəbəy rayonu, H.Əliyev prospektində yerləşən “Ppark” marketdən terminal vasitəsilə kart hesabına köçürtdürməklə 1000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 22.500 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 dövlət tərəfindən ev veriləcəyinə dair yalan vəd verib aldadaraq, 01 dekabr 2022-ci il tarixdə 5000 və 1500 manat kart hesabına köçürtdürməklə cəmi 6500 manat, 07 yanvar 2023-cü il tarixdə isə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Gəmiqaya” restoranında 3500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 10.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs12 tanışı Xalid adlı şəxsin oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Şahid10 vasitəsilə 10.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs12 10.000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “BP” şirkətinin ləğv olunduğunu, şirkətə məxsus avtomobillərin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti vasitəsi ilə hərraca çıxarılmış “Mitsubishi Pajero” markalı avtomobilin hərrac yolu ilə alınmasına kömək göstərəcəyinə dair yalan vəd verib aldadaraq 13 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, X52 küçəsi 78 ünvanında yerləşən “Real Super” marketdə olan «eManat» terminalından 4098 5844 6702 5118 nömrəli kart hesabına köçürtdürməklə 4200 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs5 4200 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “BP” şirkətinin ləğv olunduğunu, şirkətə məxsus avtomobillərin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti vasitəsi ilə hərraca çıxarılmış “Mitsubishi Pajero” markalı avtomobilin hərrac yolu ilə alınmasına kömək göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 13 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu X52 küçəsi 78 ünvanında yerləşən “Real Super” marketdə olan «eManat» terminalından 4098 5844 6702 5118 nömrəli kart hesabına köçürtdürməklə 4200 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs6 4200 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “BP” şirkətinin ləğv olunduğunu, şirkətə məxsus avtomobillərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “BP” şirkətinin ləğv olunduğunu, şirkətə məxsus avtomobillərin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti vasitəsi ilə hərraca çıxarılmış 2 ədəd “Mitsubishi Pajero” markalı avtomobilin hərrac yolu ilə alınmasına kömək göstərəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin yanvar ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Halal Süfrə” adlı restoranda 12000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs7 12000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “BP” şirkətinin ləğv olunduğunu, şirkətə məxsus avtomobillərin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti vasitəsi ilə hərraca çıxarılmış “Mitsubishi Pajero” markalı avtomobilin hərrac yolu ilə alınmasına kömək göstərəcəyinə dair yalan vəd verib aldadaraq 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, X52 küçəsi 78 ünvanında yerləşən “Real Super” marketdə olan «eManat» terminalından 4098 5844 6702 5118 nömrəli kart hesabına köçürtdürməklə 4200 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs8 4200 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs9 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti vasitəsi ilə hərraca çıxarılmış “Mitsubishi Pajero” markalı avtomobilin hərrac yolu ilə alınmasına kömək göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu X52 küçəsi 78 ünvanında yerləşən “Real Super” marketdə olan «eManat» terminalından 4098 5844 6702 5118 nömrəli kart hesabına köçürtdürməklə 4200 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs9 4200 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs10 Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “BP” şirkətinin ləğv olunduğunu, şirkətə məxsus avtomobillərin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti vasitəsi ilə hərraca çıxarılmış “Mitsubishi Pajero” markalı avtomobilin hərrac yolu ilə alınmasına kömək göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu X52 küçəsi 78 ünvanında yerləşən “Real Super” marketdə olan «eManat» terminalından 4098 5844 6702 5118 nömrəli kart hesabına köçürtdürməklə 4200 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs10 4200 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs11 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti vasitəsi ilə hərraca çıxarılmış “Mitsubishi Pajero” markalı avtomobilin hərrac yolu ilə alınmasına kömək göstərəcəyinə dair yalan vəd verib aldadaraq 30 yanvar 2023-cü il tarixdə saat Gəncə şəhəri, N.Nərimanov prospekti, Ruzi” marketdə olan «Milliön» terminalından 4098 5844 6702 5118 nömrəli kart hesabına köçürtdürməklə 3900 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs11 3900 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs12 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti vasitəsi ilə hərraca çıxarılmış “Mitsubishi Pajero” markalı avtomobilin hərrac yolu ilə alınmasına kömək göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 10 fevral 2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranında 3000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs12 3000 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs13 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti vasitəsi ilə hərraca çıxarılmış “Mitsubishi Pajero” markalı avtomobilin hərrac yolu ilə alınmasına kömək göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 10 fevral 2023-cü il tarixdə saat ünvan 11 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısındakı ödəmə terminalından 4098 5844 6702 5118 nömrəli kart hesabına köçürtdürməklə 3000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs13 3000 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs14 özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək, sonuncunun oğlu X15 təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat universitetində olan kəsrlərini sildirəcəyinə dair yalan vəd verib aldadaraq, 14 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 15 ünvanında yerləşən “Kiosk”də 2000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs14 2000 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən Zərifə Əliyeva adına Göz Klinikasında olan bir nəfər xəstəyə baş çəkmək üçün gedən ərəfələrdə oranın parklanma qaydalarına nəzarət edən Şahid1 ilə tanış olmuşdur. Şahid1 özünü iş görən hüquqşünas, vasitəçi kimi təqdim etmiş və ona bildirmişdir ki, əlillik dərəcəsi, müəllim kimi işə qəbul etdirmə və başqa işləri görür, belə bir adamları varsa onların işlərini düzüb qoşa bilər. Şahid1 isə onu oğlu Zərərçəkmiş şəxs18 ilə tanış etmişdir. Zərərçəkmiş şəxs18 ilə münasibəti onun yol polisləri saxlayan zaman onun işini həll etməyi ilə bağlı daha da güclənmişdir. Belə ki, Zərərçəkmiş şəxs18 idarə etdiyi “Chevrolet” markalı, **-TR-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu ərazisində “Qələbə” kruqu adlanan ərazidə yol polisləri saxlamışdır. Çünki avtomobilinin cərimələri olduğu üçün yol polisləri ona demişdir ki, cərimələr çox olduğu üçün avtomobil duracağa getməlidir. Buna görə də Ceyhun onun istifadəsində olan mobil nömrəsinə zəng etmiş və polislər tərəfindən saxlanıldığını bildirmişdir. Həmin zaman Ceyhuna demişdir ki, telefonu mikrofona qoysun. Telefonu mikrofona qoyduqdan sonra polislərə demişdir ki, avtomobili cərimə meydançasına aparmasınlar, cərimələrin pulunu ödəyəcəkdir. Bundan sonra Ceyhun ona cərimə protokollarını göndərmiş və o da özü də öz şəxsi vəsaitindən həmin cərimələri ödəmişdir. Bundan sonra münasibətləri daha da yaxşılaşmışdır. Ceyhun və atası Əzizağa ilə tez-tez telefon əlaqəsi saxlamışdır. Ceyhun və Əzizağaya demişdir ki, əgər kimsə işə düzəlmək istəsə və ya başqa işlərdə kömək istəsə ona müraciət etsinlər. Zərərçəkmiş şəxs18 ilk növbədə 2022-ci ilin avqust ayında həyat yoldaşı X23 müəllimə kimi işə qəbul edilməsinə köməklik göstərməyini xahiş etmişdir. Bu işi düzüb qoşa biləcəyini bildirmiş, bunun üçün 2000 manat pul lazım olduğunu demişdir. Günay Sadıqova 2022-ci ilin iyul ayında X28 müəllimliyə imtahan vermiş, lakin müəllimə kimi işləmək üçün balı çatmamışdır. Ceyhun da ona zəng edərək bu işdə kömək olmağını istədiyindən ona kömək ola biləcəyini bildirmişdir. Ceyhunla danışanda ondan həyat yoldaşının müəllim kimi şəxsi kabinetinin parolunu istəmiş, Ceyhun da parolu ona vermişdir. Həmin günün axşamı Zərərçəkmiş şəxs18 zəng edərək şəxsi kabinetə pdf faylı göndərdiyini və həmin faylda məktəblərin siyahısının olduğunu və həmin siyahıdan məktəb seçməyini bildirmişdir. İnternet vasitəsilə boş vakant müəllimlərin siyahısını öyrənmiş və Gülnarın şəxsi kabinetinə göndərmişdir. Ceyhun və yoldaşı siyahıya baxdıqdan sonra Binəqədi rayonunda 240 saylı tam orta məktəbdə müəllimə kimi işə düzəlməsini bildirmişdir. Səhəri gün Zərərçəkmiş şəxs18 zəng edərək, yoldaşının şəxsiyyət vəsiqəsini, diplom, sağlamlıq kağızı və tərcümeyi halını gətirməyini bildirmişdir. Zərərçəkmiş şəxs18 da onunla razılaşmış və ona həmin sənədləri vermişdir. Həmin günün axşamı ona bildirmişdir ki, həyat yoldaşının müəllimə kimi balını qaldırmaq lazımdır, bunun üçün 1000 manat pul göndərsin. Ceyhuna özünə məxsus hazırda yadında qalmayan “Leobank” bank kartını göndərmiş, Zərərçəkmiş şəxs18 da onun həmin kart hesabına 1000 manat pul göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs18 2022-ci ilin avqust ayının ortalarında yenidən onun istifadəsində olan mobil nömrəsinə zəng edərək baldızının da müəllimə kimi işə düzəlmək istədiyini bildirmiş, özü də həmin işi görə biləcəyini demişdir. Yenə də onlara siyahını ataraq hansı məktəbdə müəllimə kimi işə düzəlmək istədiyini soruşduqda onlar Sumqayıt şəhərində yerləşən 39 nömrəli məktəbi seçərək Gülnar Gərayevanı həmin məktəbdə müəllimə kimi işə düzəltməsini bildirmişlər. 2022-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs19 ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Təhsil Nazirliyinin yanma görüşmüş, Zərərçəkmiş şəxs19 bildirmişdir ki, həyat yoldaşını müəllimə kimi işə düzəltmək üçün 6000 manat pul verməlidir. Zərərçəkmiş şəxs19 də onunla razılaşmış və həyat yoldaşı barədə sənədləri ona vermişdir. Həmçinin Zərərçəkmiş şəxs18 da öz həyat yoldaşının sənədlərini ona vermişdir. Onlarla söhbət zamanı Zərərçəkmiş şəxs18 4000 manata işi düzəltdiyini də bildirmişdir. Onlar sənədləri verib getdikdən sonra Zərərçəkmiş şəxs18la telefonda danışaraq ona demişdir ki, ona köməklik olması üçün Zərərçəkmiş şəxs19 həyat yoldaşının işinin düzəlməsi üçün 8000 manat istəyəcəkdir. Belə ki, həmin 8000 manatın üzərindən 2000 manat pulu götürüb Zərərçəkmiş şəxs18 yoldaşının işə düzəlməsi üçün istifadə edəcəkdir. Zərərçəkmiş şəxs18 da onunla razılaşdığı üçün zəng edərək Zərərçəkmiş şəxs19 bu barədə bildirmişdir. Zərərçəkmiş şəxs19 bundan sonra ona zəng edərək onunla söhbət etmək istədiyini bildirmişdir. 2022-ci ilin avqust ayının ortalarında yəni, danışıqlarından bir, ya da iki gün sonra Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs19 ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən metronun “Nərimanov” stansiyanın yanındakı parkda görüşmüş, Zərərçəkmiş şəxs19 yerin sifarişli olduğunu bildirmiş və 8000 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs19 də onunla razılaşmış, həmin günün səhəri görüşməli və Zərərçəkmiş şəxs19 pulu ona verməli idi. Belə olub Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs18 ilə 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında yerləşən Sevinc kinoteatrının yuxarısında görüşmüş, orada olan adını bilmədiyi kafedə kabinetdə üçü birlikdə əyləşmişdir. Kabinetdə Zərərçəkmiş şəxs19 8000 manat pulu sayaraq ona təhvil vermiş, özü də pulu təhvil almışdır. Daha sonra isə kabinetdən çıxmışdır. Zərərçəkmiş şəxs18 həyat yoldaşını 4000 manata işə düzəltdiynmi bildirməyinə baxmayaraq sonuncu ona 1000 manat pul vermiş, qalan 2000 manat pulu isə Zərərçəkmiş şəxs19 pulunu üzərindən götürüb qoyacaqdı. Qalan 1000 manatı isə jest kimi özü qoyacağını bildirmişdir. Ceyhun da onunla razılaşmışdır. Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs19 aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan həmin pullardan Zərərçəkmiş şəxs18 aldığı 1000 manat pulu ona qaytarmış, Zərərçəkmiş şəxs19 300 manatı isə 2023-cü ilin mart ya da aprel ayında onun özünün kart hesabına göndərmişdir. Bundan başqa, Şahid1 ilə münasibətləri yaxşı olduğu üçün 2022-ci ilin avqust ayının əvvəllərində sonuncu ona zəng edərək qohumu X21 həbsdə olmasını bildirərək, onun həbsdən azad olunmasına köməklik etməyini xahiş etmişdir. Həmin vaxt Əzizağaya metronun “Nizami” stansiyasının yanındakı 103 təcili tibbi yardımın həyətindəki ofisə gəlməsini demişdir. 2022-ci ilin yanvar ayında Əzizağa və İlhamə adlı qadın həmin ofisə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 orada olmuşdur. Belə ki, Baxşeyişlə həbsdə olduğu müddət ərzində aralarında tanışlıqları yaranmışdır. Qeyd olunan ofisi isə özü icarəyə götürmüş və həmin ofisdə Baxşeyiş də oturmuşdur. Ofisə gəldikdən sonra İlhamə bildirmişdir ki, oğlu Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs olunubdur. Həmin zaman İlhaməyə oğlunu həbsdən azad etdirmək üçün köməklik göstərə biləcəyini, lakin bunun üçün 50.000 manat pul lazım olduğunu demiş, amma İlhamə 50.000 manat pulunun olmadığını bildirmişdir. Buna görə İlhaməyə oğlunun həbsdə olma müddətini 6-7 il müddətinə azalda biləcəyini, bunun üçün 15 000 manat pul lazım olduğunu bildirmişdir. İlhamə yenə də həmin məbləğdə pulu olmadığını dedikdə onunla bu iş üçün 12.000 manata razılaşmışlar. Həmçinin ona pulları hissə-hissə göndərməsi üçün özünə məxsus 4169 7385 2023 9629 saylı kart hesabını vermişdir. Bundan sonra İlhamə hissə-hissə olmaqla onun kart hesabına 7000 manat pul göndərmiş, lakin konkret olaraq vaxtlarını dəqiq bilmir. Həmin 7000 manatı öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2022-ci ilin noyabr ayının sonlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən Gəmiqaya restoranında görüşüb Zərərçəkmiş şəxs4 ilə söhbət edən zaman sonuncu ona İ qrup gözdən əlil olduğunu, gözdən əlil olduğu üçün ona ev verilməli olduğunu, lakin ona veriləcək evin Sumqayıt şəhərinin mərkəzində yerləşmədiyini, ona Stansiya Sumqayıtdan ev veriləcəyini, ancaq həmin evi istəmədiyi, şəhərin mərkəzindən ev istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 nəzərdə tutaraq Adilə bu işlə məşğul olan dostunun olduğunu bildirmişdir. 2022-ci ilin noyabr ayının sonlarında Baxşeyişlə danışıb onunla görüşmüş və daha sonra Zərərçəkmiş şəxs4 oğlu Ceyhun ilə birlikdə gələrək onlarla görüşmüşlər. Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Şamaxinka adlanan ərazidəki “Qəbələ” restoranında kabinetdə oturub söhbət etməyə başlamışlar. Baxşeyiş ev məsələsinin həlli ilə bağlı Adildən 15.000 manat pul istəmişdir. Baxşeyiş əvvəldən 10.000 manat pul, evə köçəndən sonra isə əlavə 5000 manat pul lazım olduğunu bildirmişdir. Baxşeyişlə razılaşmaları bu cür olmuşdur ki, qalan 5000 manat pul alınanda Baxşeyiş ona vasitəçi kimi 500 manat pul verəcəkdi. Adil də Baxşeyişlə razılaşıb 10000 manat pulu Baxşeyişə vermişdir. Həmin pulun 6500 manatı ödəmə terminalı vasitəsi ilə, 3500 manatı isə Adil 07 yanvar 2023-cü il tarixdə Novxanı qəsəbəsində yerləşən “Gəmiqaya” restoranında onun yanında əlbəəl Baxşeyişə vermişdir. Lakin bir müddət sonra Adil və övladları işin həll olunmadığını görərək Baxşeyişdən pulu tələb etməyə başlamışlar. 26 mart 2023-cü il tarixdə Adil, Kamil və Ceyhunu Baxşeyişin yaşadığı ünvan 13 ünvanına aparmış, Baxşeyiş orada iltizam yazaraq pulu bir gün sonra, yəni 27 mart 2023-cü il tarixdə qaytaracağını bildirmişdir. Lakin verdiyi sözə əməl etməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 ilə 2022-ci ilin iyul ayında anket məlumatlarını bilmədiyi Ələsgər adlı şəxsin vasitəsilə tanış olmuşdur. 2022-ci ilin noyabr ayında Natiqlə söhbət zamanı ona Baxşeyiş adlı tanışının olmasını, əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, ehtiyatda olan polkovnik olduğunu, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini, şirkətin hərraca “Mitsubishi Pajero” markalı avtomobilləri çıxardığını və hərracı da Baxşeyişə tapşırdıqlarını demişdir. Ona həmin hərracda iştirak edərək ucuz qiymətə avtomobil ala biləcəklərini, Baxşeyişin bu işdə onlara köməklik edə biləcəyini bildirmişdir. Həmçinin Baxşeyişlə də ikilikdə söhbət zamanı ona bu barədə bildirmiş, eyni zamanda bildirmişdir ki, Natiqə qiyməti ucuz dediyi üçün ona inanmışdır. Bundan sonra Natiqi Baxşeyişlə görüşdürüb tanış etmək üçün ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranına dəvət etmişdir. Üçü orada görüş zamanı Baxşeyişi Natiqlə tanış edərək ona Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” neft şirkətinin ləğv edildiyini, “Socar”ın tərkibinə verildiyini, buna görə avtomobillərin hərrac yolu ilə satıldığını, hərracı təşkil edən şəxslərlə Baxşeyişin tanışı olduğunu və ucuz qiymətə avtomobil almaqda köməklik göstərə biləcəyini demişdir. Baxşeyiş də onun dediklərini təsdiq edib, hərrac yolu ilə 6000 manata 2007-2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı avtomobillərin alınmasında köməklik edə biləcəyini bilmişdir. X34 ilkin olaraq ümumi məbləğin 20 faizinin ödənilməli olduğunu, 21 gün ərzində avtomobilin hərrac yolu ilə adına rəsmiləşdirəcəyini və bu zaman pulun qalan hissəsini verməli olmasını demişdir. 24 dekabr 2022-ci il tarixdə saat 17 radələrində özü və Baxşeyiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində olan “Qızılgül” adlı restoranında masada əyləşib söhbət etmişlər. Bu zaman Natiq Baxşeyişə zəng edərək görüşmək istədiyini bildirdikdə sonuncu Natiqi “Qızılgül” restoranına dəvət etmişdir. Təxminən 1 saat sonra Natiq yanında dəqiq adını bilmədiyi şəxslə birlikdə restorana gəlmişdir. Natiq orada Baxşeyişə 6000 manat pul verib 5 ədəd avtomobilin 20 faiz pulu olduğunu demişdir. Baxşeyiş pulu qəbul etdikdən sonra Natiq çek verməyi tələb etmişdir. Bəxşeyiş restorandan çıxmış və əvvəlcədən özündə olan "xxxx"ın boş qəbzini götürüb restorana qayıtmışdır. Baxşeyişə çölə çıxmasını demiş, sonuncu çölə çıxdıqda ikilikdə ona "xxxx" ASC-yə məxsus "xxxx" MMC-nin möhürü olan içərisi boş çek vermiş və çekin üzərini özü yazıb dolduraraq Natiqə verməsini bildirmişdir. Natiq getdikdən sonra Baxşeyiş 6000 manat puldan 500 manatını ona vermişdir. Baxşeyişə "xxxx"ın həmin boş qəbzini “WhatsApp” vasitəsilə göndərmişdir ki, lazım olsa özü gələcəkdə doldurub istifadə etsin. Sonradan bilmişdir ki, Natiq özü başqa şəxsləri də avtomobil alınması üçün Baxşeyişin yanına aparmışdır. Lakin, həmin söhbətlərdə o olmamış, ona heç bir məbləğdə pul verilməmiş və Bu barədə sonradan məlumatı olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs15 əvvəllər onunla birlikdə həbsdə olmuş Ruslan Sultanov vasitəsi ilə tanımışdır. Belə ki, əvvəlcə Ruslanın tanışı olan Lətifənin qızı Aynuru tanımışdır. 2021-ci ilin dekabr ayında Aynur ondan həbsdə olan qardaşının cəzasının azaldılması üçün kömək etməyi xahiş etmişdir. Bundan sonra Aynurun anası Lətifə ona zəng edərək oğlunun hansı səbəbdən həbsdə olması barədə danışmış və cəzasının azaldılmasının mümkün olub-olmamasını soruşduqda Lətifəyə bu məsələ barədə görüşüb danışmağı bildirmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Lətifə Bakı şəhərinə gələrək ona zəng etmiş, o da Lətifəni Nizami metrostansiyasının yaxınlığında yerləşən ofisinə çağırmışdır. Heç bir səlahiyyəti olmadığı halda Lətifəyə oğlunun cəzasının azaldılması üçün 2-3 min manat pul lazım olduğunu bildirmişdir. Lətifə isə ona demişdir ki, 3000 manat düzəldə bilər, oğlu həbsdən çıxsa 2000 manat da əlavə verəcəkdir. Lətifə özü ilə 1000 manat pul gətirdiyini bildirərək üzərində olan həmin pulları ona vermişdir. Pulu verərkən yanlarında heç kim olmamışdır. Lətifə Bakı şəhərində yaşayan qızı Aynurgilə, yəni metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığına gedəcəyini bildirdiyi üçün onu öz avtomobili ilə həmin yerə kimi aparmışdır. 2022-ci ilin yanvar ayının ortalarında Lətifə ona zəng edərək "bir nəfər tanışım var, həmin tanışımın oğlunun da həbsdən azad olunmasına kömək edə bilərsənmi?" deyə soruşmuşdur. Lətifə onunla danışa-danışa telefonu yanında olan həmin tanışına, yəni adını sonradan bildiyi Xuramana vermişdir. Xuraman ilə danışaraq oğlunun nə vaxt və nəyə görə həbs olunması barədə soruşduqdan sonra Xuramanın öz nömrəsinə zəng edərək oğlunun çıxarılması üçün 20000 manat pul lazım olduğunu, bu pulu 17000 manata endirdiyini bildirmişdir. Xuraman isə 15000 manat pul düzəldib verə biləcəyini demişdir. Bir neçə gün sonra Qubaya gələrək Lətifəyə zəng etmişdir ki, hadisə yerini göstərsin və hadisə yerində olan kameraların çəkilişini etsin. Məqsədi Lətifəni aldadaraq inandırmaq idi ki, həqiqətən oğlunun cəzasının azaldılması işini həll edəcəkdir. Lətifə Quba şəhərində yerləşən “Əli” Ticarət Mərkəzinin qarşısında hadisənin baş verdiyi yeri göstərmiş və DİN-nin Təhlükəsiz Şəhər kameralarını çəkmişdir. Həmin zaman iki nəfər kişi və bir nəfər qadın ilə birlikdə olmuşdur. Yolda təsadüfən götürdüyü həmin iki nəfər kişini tanımır. Qadınla Bakı şəhəri, Nərimanovda karaoke klubda tanış olmuşdur. Onların heç birinin adını bilmir. Lətifə onları "süfrə açmışam" deyərək Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində yerləşən öz evinə qonaq çağırmışdır. Orada yemək yedikdən sonra Bakı şəhərinə qayıtmışlar. Bir neçə gün sonra, yəni 19 yanvar 2022-ci il tarixdə yenidən Lətifəgilə getmiş, Lətifə ilə birlikdə onun avtomobili ilə Xuramanın Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində yerləşən iş yerinə getmişlər. Həmin zaman ona məlum olmuşdur ki, Xuraman yəhudi bir xəstə və yaşlı qadının evində həmin qadına qulluq göstərərək işləyir. Xuraman həmin evin qarşısında saxladığı avtomobilə əyləşmiş və ona 5000 manat düzəltiyini bildirmişdir. Xuramana əlbəəl pul götürmədiyini bildirərək ’’WhatsApp" vasitəsilə “Kapital Bank”a aid 4169-7385-2023- 9626 nömrəli kartının şəkilini Xuramana göndərmişdir ki, 5000 manat pulu həmin karta yükləsin. Bir neçə saat sonra Xuraman onun kartına 5000 manat pul yükləmişdir. Bundan sonra Bakı şəhərinə geri qayıtmış, Lətifənin və Xuramanın oğlunun işinin məhkəmə proseslərindən xəbər tutmaq, özünü onlara guya məlumatlı və işin içində olan kimi göstərərək onları inandırmaqdan ötrü hər birinin oğlunun məhkəmə işi üçün 300 manat verməklə Bakı şəhərində vəkil işləyən Lalə adlı qadını vəkil kimi tutmuşdur. Laləyə Lətifənin və Xuramanın oğlunu öz tanışları kimi təqdim etmişdir. 04 fevral 2022-ci il tarixdə saat 18 radələrində Xuraman yenidən “Kapital Bank”a aid hesab kartına 5000 manat pul yükləmişdir. O, Xuramanı inandırmışdır ki, oğlunun həbs cəzasının azaldılması işini həll edəcəkdir. 2022-ci ilin fevral ayının əvvəllərində Lətifə ona zəng edərək Xuramanın oğlunun işini ona calaşdırdığı üçün Xuramandan aldığı puldan ona zəhmət haqqı kimi pul verməli olduğunu bildirmişdir. İki gün sonra Lətifəyə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında qızı Aynurun yaşadığı binanın qarşısında öz avtomobilində zəhmət haqqı kimi 1500 manat pul vermiş və Lətifəni inandırmışdır ki, öz oğlunun da, Xuramanın oğlunun da işini həll edəcəkdir. 2022-ci ilin fevral ayının sonlarında Lətifəyə oğlunun işi ilə bağlı zəng edərkən 1000 manat pul lazım olduğunu demişdir. Lətifə bir neçə gün sonra ona zəng edərək bildirmişdir ki, 1000 manat düzəldə bilmir, 600 manat pul hazırlamışdır. O, Bakıya gəlib əziyyət çəkməmək üçün pulu onun “WhatsApp" vasitəsilə göndərdiyi “Kapital Bank”a aid 4169-7385-2023-9626 nömrəli bank hesabına yükləmişdir. 03 mart 2022-ci il tarixdə, səhər saatlarında Xuramana zəng edərək onu inandırmaq məqsədilə yalandan demişdir ki, başqa həbsdə olan adamın işinin həlli üçün ona verilmiş puldan guya onun oğlunun işinə görə vermiş, başqa adama aid 5000 manat pulu saat 14 radələrinə kimi geri qaytarmaq lazımdır. Həmin günü, saat 12 radələrində Xuraman onun həmin bank hesabına 5000 manat pul yükləmişdir. Bununla da, həmin vaxta kimi Xuraman ona 15.000 manat pul vermişdir. Bundan sonra hər dəfə telefon əlaqəsi saxlayarkən Xuramana narahat olmamağını, oğlunun işinin həll olunacağını bildirmişdir. 2022-ci ilin mart ayının sonlarında Lətifə ona zəng edərək həbsdə olan oğlunun narahatçılıq keçirdiyini, həbs yerindəki məhkumlar tərəfindən təzyiqlərə məruz qaldığını və oğluna kömək etmək lazım olduğunu bildirmişdir. Bakıda “Laçın” Ticarət Mərkəzinin yaxınlığındakı parkda Lətifə ilə təklikdə görüşərək oğlunun həbs yerində qaldığı otağın dəyişdirilməsi üçün 500 manat pul almışdır. Bundan sonra öz əlaqələrindən istifadə edib müxtəlif tanışlarına zəng edərək Lətifənin oğlunu tapşırmışdır ki, həbs yerində hər hansı şəxs tərəfindən incidilməsin. Bir neçə gün sonra Bakı şəhərində xatırlamadığı yerdə Lətifə ilə görüşərək Lətifədən vəkilə vermək adı ilə təklikdə 400 manat pul almışdır. Sonralar Bakı şəhəri, “8-ci km" kimi tanınan ərazidə yerləşən poliklinikada Lətifənin öz təklifi ilə nəvəsi Nurlana 100 manat vermişdir ki, guya oğlunun həbs yerində qaldığı otağın dəyişdirilməsi işini 500 manata deyil, 400 manata danışmış və beləcə onlar ailəlikcə onun düzgün insan olduğuna inansınlar. 2022-ci ilin yay aylarında Xuraman ona tez-tez zəng edərək oğlunun işini soruşmaqla yanaşı, 5000 manat pul aldığı borc sahibinin onu sıxaraq borcunun qaytarılmasının tələb etdiyini bildirmişdir. Bundan sonra müxtəlif vaxtlarda 800, 200, 400, 300 və 300 manat olmaqla ümumilikdə 2000 manat pul Xuramanın kart hesabına yükləyərək bildirmişdir ki, bu pulları onu sıxan borc sahibinə qaytarsın. Xuramana göndərdiyi həmin 2000 manatı imkanı olanda ona qaytarmasını bildirmişdir. 2022-ci ilin yay ayının sonlarında Xuramanın oğluna 6 il 6 ay həbs cəzasının verildiyini vəkil Lalədən öyrənmişdir. Xuramana ürəyi pis olmaması üçün həqiqəti deyil, guya oğluna 5 il həbs cəzası verildiyini bildirmiş, sonradan Xuraman özü oğlundan 6 il 6 ay həbs cəzasının verildiyini öyrənərək ona zəng edib irad bildirmişdir ki, niyə onu aldadır. Telefonla danışarkən Xuramanın ağladığını eşidib onunla “Memar Əcəmi” stansiyasınm yaxınlığında yerləşən “Şəki” kafesinin qarşısında görüşmüşdür. Xuramana bildirmişdir ki, oğluna 9 il 6 ay həbs cəzası veriləcəkdi, onun cəzasını 6 il 6 aya endirmiş, apellyasiya məhkəməsində cəzasını bir qədər də azaltdıracaq, sonra da oğlunu "Tub Zon"a göndərtdirəcək və onu oradan buraxacaqlar. Xuraman ona inanaraq oğlunun buraxılacağına əmin olmuşdur. Bundan sonra Xuramanın oğlunu Ədliyyə Nazirliyinin Mərkəzi Xəstəxanasına yerləşdirmişlər, həmin xəstəxanaya gedərək onunla görüşüb ümid vermişdir ki, cəzasını azaltdıracaqdır. 2022-ci ilin sonlarında Xuraman ona zəng edərək Lətifənin oğluna 7 il həbs cəzası verildiyini və bu işdə onun heç bir köməkliyi olmadığını bildirmişdir. 20 fevral 2023-cü il tarixdə, axşam saatlarında Xuramana zəng edərək 500 manat borc pul istəmiş və iki gün sonra borcu qaytaracağını bildirmiş, Xuraman isə onsuz da ona 2000 manat pul borclu olduğunu demişdir. Növbəti gün, səhər saatlarında yəni, 21 fevral 2023-cü il tarxidə, saat 08:30 radələrində Xuraman onun “Leo bank”a aid kartına 500 manat pul göndərmişdir. 2023-cü ilin mart ayının əvvəllərində bir nəfər tanımadığı adam zəng edərək "qanuni oğru" kimi danışıb Lətifənin bacısı oğlu olduğunu bildirmiş və saat 16 radələrinə kimi pulu qaytarmağını tələb etmişdir. Bir neçə gün sonra Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən "Malina" restoranının qarşısında Lətifə ilə görüşərək idarə etdiyi avtomobildə Lətifəyə təklikdə 2000 manat pulu sayaraq vermişdir. Lətifəyə bildirmişdir ki, 100 manat da onun istəyi ilə nəvəsi Nurlana vermiş, 400 manatı isə oğlunun həbs yerindəki işinə görə xərcləmiş, yəni ona borcu qalmamışdır. Lətifənin və Xuramanın oğlunun appelyasiya məhkəməsi olsa da birinci instansiya məhkəmələrinin hökmü qüvvədə saxlanmışdır. Lətifənin ifadəsində göstərdiklərinin çox hissəsi ilə razı deyil. Lətifədən birinci dəfə Bakı şəhərində iş yeri ofisi kimi tutuduğu otaqda 1600 manat deyil, 1000 manat almış, Lətifənin evində ondan 1000 manat almamışdır. Lətifədən ümumilikdə 4400 manat deyil, 1000, 600, 500 və 400 manat olmaqla 2500 manat pul almışdır. Aldığı 2500 manatdan 300 manatı vəkil Laləyə vəkil kimi hüquqi yardım göstərdiyi üçün vermiş, 100 manatı qaytararaq Lətifənin nəvəsinə vermiş, 2000 manatı geri qaytararaq Lətifənin özünə vermişdir. Beləliklə, Lətifəyə hal-hazırda 100 manat pul verməlidir. Əslində Lətifənin oğlunun həbs yerində qaldığı otağın dəyişdirilməsi işini həll etdiyi üçün əvvəlcədən aralarındakı razılığa görə 400 manatı öz zəhmət haqqı kimi saxlamalı olmuşdur. Lətifə və Xuraman ilə onların həbsdə olan oğlanlarına köməklik etmək üçün razılaşma olmasından və pullar almağından vəkil kimi tutduğu Lalənin məlumatı olmamışdır. Bundan başqa, 02 iyun 2023-cü il tarixdə saat 11:15-də ünvan 14 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq əlini qolunu burub maşına əyləşdirmişlər. Həmin zaman nə baş verdiyinin fərqində olmamışdır. Onlar özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və avtomobildə onun sifət və bədən nahiyəsindən yumruq və sillə zərbələri ilə vurmağa başlamışlar. Həmin şəxslər onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmiş, Baş İdarədə onu otağa salıb üz və bədən nahiyələrindən yumruq və təpik zərbələri ilə vurmuşlar. Daha sonra bir nəfər dolu bədənli biri ona yaxınlaşaraq onun qabağına 2 ədəd bükümdə nə isə qoymuş və həmin bükümləri cibinə qoymağını bildirmişdir. Həmin bükümlərdə nə olduğunu soruşanda həmin şəxs ona demişdir ki, içərisindəki patıdır. Həmin bükümləri cibinə qoymağacağını bildirəndə onu təhqir edərək bədəninə yumruqla vurub həmin bükümləri alıb cibinə qoymayacağı təqdirdə bükümləri başqa yerlərdən çıxaracaqlarını və arxa nahiyəsinə dubinka soxacaqlarını bildirmişlər. Bundan sonra onların fiziki və psixi təsirlərindən qorxub həmin 2 ədəd bükümdə olan psixotrop maddəni götürüb cibinə qoymuşdur. Daha sonra polis əməkdaşları ona demişdir ki, videoçəkilişlə şəxsi axtarış aparılacaqdır, videoçəkiliş zamanı psixotrop maddəni çıxarıb təqdim etsin və özünün olduğunu, istifadə məqsədi ilə üzərində saxladığını bildirsin. Onların fiziki və psixi təsirlərindən qorxduğu üçün onlarla razılaşmışdır. Daha sonra ona vəkil dəvət edilmiş, sonra isə üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edildikdə üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin psixotrop maddə polislərin onun üzərinə qoyduğu maddə olmuşdur. Təqdim etdiyi 02 ədəd sellofan büküm açılarkən bükümlərin içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşyalar aşkar edilməmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini həmin gün səhər saat 08-09 radələrində Bakı şəhəri, Sabuçu rayonu, Maştağa qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 100 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirib saxladığını bildirmişdir. Lakin həmin sözləri polis əməkdaşlarının ona belə deməyini bildirdiyi üçün bu cür demişdir. İbtidai istintaqın ilkin mərhələsində şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi, məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadələrində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, narkotik vasitənin və psixotrop maddənin bir neçə növündən istifadə edir. 02 iyun 2023-cü il tarixdə səhər saat 08-09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində gəzərkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq ondan alışqan istəmiş, o da alıqanı ona təqdim etmişdir. həmin şəxs siqaret yandıraraq onunla söhbət etməyə başlamış, söhbət əsnasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, istəsə ona da narkotik vasitə və ya psixotrop maddə verə biləcəyini bildirmişdir. O da psixotrop maddə istifadə etmək niyyətində olduğu üçün ondan psixotrop maddə almaq istəmiş və onda metamfetamin olub-olmadığını soruşmuşdur. Həmin şəxs 100 manat qarşılığında iki büküm metamfetamin verə biləcəyini bildirmiş, o da razılaşmışdır. O, 100 manatı həmin tanımadığı şəxsə verərək ondan iki bükümdə psixotrop maddə metamfetamini götürüb cibinə qoymuşdur ki istifadə etsin. 02 iyun 2023-cü il tarixdə saat 11:15-də ünvan 14 ünvanın yaxınlığında olduğu zaman ona bir neşə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyətsiz olduğunu başa düşüb səmimi olaraq üzərində metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş idarədə hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, üzərində metamfetamin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. təqdim etdiyi iki ədəd büküm açılarkən bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonraüzərindən aşkar olunmuş iki ədəd büküm polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşyalar aşkar edilməmişdir. O, narkotik vasitələri və psixotrop maddələri satmır, ancaq onlardan istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və saxlandıqdan sonra ona hər hansı formada fiziki və psixi təzyiq olmayıb (cild 1, iş vərəqə 99-102, 117-119). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, əvvəllər törətdiyi dələduzluq cinayətinə görə məhkum olunmuş və 15 yanvar 2020-ci il tarixdə həbsdən azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra müəyyən işlərlə məşğul olmuşdur. Əsasən təmir tikinti işləri ilə məşğul olmuş, həmçinin bunlarla yanaşı hüquq işləri ilə də məşğul olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmiş, lakin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyildir. Bakı şəhəri, Yasamal rayonu, "Nizami" metrostansiyasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ofis götürmüş və həmin ofisdə mülki işlər üçün ərizələrin yazılması, hazırlanıb göndərilməsi ilə məşğul olmuşdur. Həmin ofisin adı "xxxx" MMC olmuşdur. Quba rayon sakini Zərərçəkmiş şəxs1 2022-ci ilin yay aylarında əvvəlcədən tanıdığı Quba rayon sakini Lətifə adlı qadının vasitəsi ilə Quba rayonunda yerləşən Lətifənin işlətdiyi gözəllik salonunda tanımışdır. Xəticə ilə heç bir düşmənçiliyi və ədavəti, həmçinin heç bir qohumluq əlaqəsi yoxdur. Lətifəni həmin hadisədən təxminən 1 il əvvəl Bakı şəhərində işlədiyi ofisdən tanımışdır. Belə ki, Lətifə onun ofisinə yaxınlaşaraq ondan Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ali Məhkəməyə ərizələr yazılmasında ona köməklik etməyini xahiş etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Lətifə ona zəng edərək bildirmişdir ki, Quba rayonunda bir nəfər Xəticə adlı tanışı vardır, sonuncunun oğlu bıçaqla bir nəfər şəxsə xəsarət yetirdiyi üçün həbs olunmuşdur. Onun həbsdən azadlığa buraxılmasına köməklik göstərilməsi üçün adam axtarır. Bundan sonra ona müvafiq qurumlara bu barədə ərizə ilə müraciət edə biləcəyini, nəticədə də bu onlar üçün yaxşı nəticə verəcəyini bildirmişdir. Belə olub Quba rayonunda evində qaldığı Minarə ilə birlikdə Quba şəhərində Xəticə ilə görüşmüş, Xəticə ilə söhbət zamanı onun oğlunun həbsdən buraxılmasına köməklik göstərmək üçün ilkin ondan bu iş üçün 800 manat pul istəmişdir. Lakin, Xəticə 700 manat pulu olmasını deyib həmin zaman Minarənin yanında ona 700 manat pul vermişdir. Eyni zamanda onunla Quba şəhərində Asan Xidmətə gedib orada Xəticədən etibarnamə almışdır. Təxminən iki gün sonra Xəticəyə zəng edərək Bakı şəhərinə getdiyini və 3000 manat pul lazım olduğunu dedikdə Xəticə təxminən bir saat sonra öz qızı ilə birlikdə onun qaldığı Minarənin evinə gəlib qızının yanında ona 2000 manat pul vermişdir. Həmin pulu sayıb cibinə qoymuş, sonradan ürəyindən əməliyyat olunmuş və həmin pulları öz səhhəti ilə bağlı xərcləmişdir. Bundan başqa özünə “Facebook” sosial şəbəkəsində “Təqsirləndirilən şəxs2” adlı hesab açıb orada öz mobil nömrəsini yerləşdirməklə hüquq işləri ilə məşğul olduğunu bildirmişdir. Şahid9 2022-cİ ilin avqust ayında “facebook” sosial şəbəkəsində tanımışdır. Tərgül ilə bir müddət söhbət etdikdən sonra münasibətləri yaranmışdır. Həmin vaxt Tərgül ona qonşusu ilə aralarında mülki mübahisə olduğunu bildirib ona köməklik etməyini xahiş etmişdir. Tərgülə görüşməyi və köməklik edə biləcəyini bildirmiş, bundan sonra Tərgüllə Bakı şəhərində restoranların birində görüşmüşlər. Tərgül üçün ərizə yazıb aidiyyəti qrumlara müraciət etmiş, bundan sonra bir neçə dəfə Tərgüllə görüşmüşlər. Görüşlərin birində Tərgül ona oğlu Zərərçəkmiş şəxs2 İkinci Qarabağ müharibəsi iştirakçısı olduğunu, iş tapa bilmədiyini, onu dövlət orqanlarına işə düzəldə bilib-bilməyəcəyini soruşduqda, həmin vaxtlar pula ehtiyacı olduğu üçün X49 Orqanlarında yüksək vəzifəli tanışlarının olduğunu, onların vasitəsi ilə oğlu Məhəbbəti Daxili işlər Nazirliyinin xüsusi təyinatlı hissələrinə işə düzəldə biləcəyini, aylıq 2500 manat pul alacağını, lakin bunun üçün 10.000 manat pul lazım olduğunu demişdir. Həmçinin Tərgülə 5000 manat əvvəlcədən, 5000 manat isə işə düzəldikdən sonra verəcəyini demişdir. Tərgül ona xəbər edəcəyini demiş və sağollaşıb getmişlər. Bir müddət sonra Tərgül ona zəng edərək razı olduğunu bildirmiş, o da sonuncuya oğlunun sənədlərini təqdim etməsini demişdir. 29 avqust 2022-ci il tarixdə Tərgül ona zəng edərək oğlu və ərinin ona məxsus “Cheri Tiggo” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, “Ay İşığı” restoranının qarşısına gəldiyini və sənədləri onlardan götürməyini xahiş etmişdir. Həmin gün saat 15 radələrində Tərgülün ona bildirdiyi yerə getmiş və orada Tərgülün əri Baratdan sənədləri götürmüşdür. Sənədləri aldığı günün axşamı Tərgüllə danışmış və pulu verməli olduğunu demişdir. Tərgüllə səhəri gün görüşmək barədə razılaşmış, 30 avqust 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan yerdə “Alov” zavodun yaxınlığında görüşmüşlər. Həmin zaman Tərgül özünə məxsus “Cheri Tiggo” markalı, **-XS- *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, avtomobili Tərgülün oğlu Məhəbbət idarə etmiş, Tərgül isə arxada oturmuşdu. Həmin zaman Məhəbbət ona 5000 manat pul vermiş, pulu alıb avtomobildən düşmüş və 10-15 gün ərzində xəbər edəcəyini bildirmişdir. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra Tərgül və oğlu tez-tez ona zəng etməyə başlamış, özü də onların nömrəsini qara siyahıya atmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. İlqar ona söhbət zamanı Natiqə hərrac yolu ilə avtomobil satıldığını dediyini, lakin qiyməti çox ucuz deməsini, Natiqin də inandığını bildirmişdir. Natiqi ilk dəfə 2022-ci ilin noyabr ayında İlqarla görüşən zaman görmüşdür. Birinci dəfə Natiqlə görüşən zaman İlqar onu tanış edib Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” neft şirkətinin ləğv edildiyini, “SOCAR”-ın tərkibinə verildiyini, buna görə avtomobillərin hərrac yolu ilə satıldığım, hərracı təşkil edən şəxslərlə özünün tanış olduğunu və ucuz qiymətə avtomobil almaq da köməklik göstərə biləcəyini demişdir. İlqar ondan əvvəl Natiqə avtomobillərin Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacaqda olduğunu demiş, Natiq də həmin avtomobillərə kənardan baxmışdır. Natiqə İlqarın dediklərini təsdiq edib, hərrac yolu ilə 6000 manata 2007-2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı avtomobillərin alınmasında köməklik edə biləciyini demişdir. Həmçinin Natiqə ilkin olaraq ümumi məbləğin 20 faizi ödənilməli olduğunu, 21 gün ərzində avtomobilin hərrac yolu ilə adına rəsmiləşdirəcəyini və bu zaman pulun qalan hissəsini verməli olmasını demişdir. 24 dekabr 2022-ci il tarixdə saat 17 radələrində özü və İlqar Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində olan “Qızılgül” adlı restoranda masada əyləşib söhbət edən zaman Natiq ona zəng edərək, görüşmək istədiyini bildirdikdə ona “Qızılgül” restoranına gəlməsini demişdir. Təxminən 1 saat sonra Natiq yanında Bəhruz adlı şəxslə birlikdə onun yanına gəlmiş, orada Natiq ona 6000 manat pul verib 5 ədəd avtomobilin 20 faiz pula olmasını demişdir. Pulu qəbul etdikdən sonra Natiq çek verməyini tələb etdikdə Natiqə çeki sonra verəcəyini desə də, Natiq razılaşmamış və çeki verməyini bildirmişdir. Bu zaman İlqar gedib sənədləri götürüb gələcəyini demişdir. İlqar çıxdıqdan sonra özü, Natiq və Bəhruz orada oturmuş, bir müddət sonra Bəhruz da çıxıb getmişdir. Həmin gün təxminən saat 21 radələrində İlqar zəng edərək həyətə çıxamağını demiş, dərhal bəhanə ilə restoranın qarşısına çıxmış və orada İlqar ona "xxxx" ASC-yə məxsus Loga MMC-nin möhürü olan çek vermiş və üzərini yazmağını tapşırmışdır. Bundan sonar Natiqin yanına gəlmiş, sonuncu ona X1 verib çeki onun adına yazmağını tapşırmışdır. Həmin zaman 6000 manat pulun ödənilməsi barədə çeki Nurlan adlı şəxsin adına yazıb Natiqə vermişdir. Natiq getdikdən sonra 6000 manat puldan 500 manatını İlqara vermiş və İlqardan çeki haradan tapmasını soruşduqda, İlqar yaxın adamlarından götürdüyünü demiş və çekin şəkilini ona “Whatsapp” proqramı vasitəsi ilə göndərmişdir. İstifadə edəcəyini düşündüyü üçün həmin çekin şəklini özündə saxlamış, daha sonra həmin çeki özündə olan rəngli çap aparatı vasitəsi ilə çoxaldıb saxlamışdır. Bundan sonra Natiqlə İlqar arasında başqa məsələ ilə əlaqədar problemlər yaranmış və onların arasında münasibətlər pisləşmişdir. Bir müddət sonra Natiq yenidən ona zəng edərək, onunla görüşmək istədiyini, başqa bir nəfər müştəri olduğunu, özünün qiymət dediyini və yanma gətirmək istədiyini bildirmişdir. Natiqə razılığını bildirmiş və “Qızılgül” kafesinə gəlməsini demişdir. 05 yanvar 2023-cü il tarixdə Natiq yanında İnqilab adlı şəxslə onun yanına gəlmiş, onlarla görüşüb söhbət etdikdən sonra Natiq ona 6000 manat pul vermiş, özü də hazırladığı çeki çıxarıb X17 adına 6000 manat pulun ödənilməsi barədə çek yazmış və 21 gün ərzində avtomobillərin veriləcəyini demişdir. Həmin pullları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayının sonlarında İlqar ona bildirmişdir ki, bir nəfər Adil adlı tanışı vardır, sonuncu İ qrup gözdən əlildir, gözdən əlil olduğu üçün ona Stansiya Sumqayıtdan ev veriləcəkdir, ancaq həmin evi istəmədiyi üçün şəhərin mərkəzindən ev istəyir. Bununla bağlı köməklik edə bilib-bilməyəcəyini soruşduqda İlqara köməklik edə biləcəyini demişdir. Bundan sonra söhbət etmək üçün onlarla birlikdə görüşməyi qərarlaşdırmışlar. Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Şamaxinka adlanan ərazidəki Qəbələ restoranında özü, İlqar, Adil və sonuncunun oğlu Ceyhunla görüşmüş, həmin zaman həmin restoranda kabinetdə oturub söhbət etməyə başlamışlar. Həmin zaman Adilə ona dövlət tərəfindən veriləcək evin Sumqayıt şəhər ərazisindən təşkil edə biləcəklərini, bunun üçün isə 15.000 manat pul lazım olduğunu bildirmişdir. Eyni zamanda Adilə demişdir ki, həmin puldan əvvəlcədən 10.000 manat, evə köçəndən sonra isə əlavə 5000 manat pul veriləcəkdir. Adil də razılaşmış, özü Adilə pulu göndərməsi üçün hazırda yadında qalmayan bank kartını göndərmişdir. Bu məqsədlə Adil xx.xx.2022-ci il tarixdə 5000 və 1500 manat olmaqla 6500 manat pulu onun dəqiq xatırlamadığı kart hesabına göndərmişdir. Qalan 3500 manatı isə 07 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən Gəmiqaya restoranında ona vermişdir. Adildən alman 10,000 manat pulun 5000 manatını əvvəlcədən razılaşdıqları kimi İlqara vermiş, ona qalan 5000 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayında İlqarın yanında olan zaman Şahid10 ilə tanış olmuşdur. Rəşadla “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olan “Qədim qəbələ” adlı restoranda görüş zamanı ona hərraca çıxarılmış “Mitsubishi” markalı avtomobillər olduğunu, həmin avtomobillərin qiymətinin 15.000 manat olduğunu, həmin avtomobilləri almaq üçün 30 faiz ilkin ödəniş edilməklə 21 gündən sonra avtomobillərin təhvil verildiyini bildirmişdir. Rəşad həmin avtomobillərə necə baxa biləcəyini soruşduqda ona avtomobillərin Abşeron rayonu, Saray qəsəbəsində postun yanında “Megastor” marketin arxa hissəsində olduğunu, həmin yerdə avtomobillərə baxa biləcəklərini, lakin mühafizə olunduğunu demişdir. Daha sonra Rəşada həmin avtomobilləri gedib göstərmiş və Rəşada təklif etmişdir ki, həmin avtomobillər üçün müştəri gətirsə avtomobillər təhvil verildikdən sonra ona da, 200-300 manat hörmət edəcəkdir. Rəşad da bu barədə tanışlarına deyəcəyini bildirmişdir. Həmin vaxtlar inandırıcı olsun deyə müxtəlif “rent a car” şirkətlərindən müxtəlif markalı avtomobilləri icarəyə götürüb sürmüş və Aqil adlı şəxsi də yanına sürücü kimi işə götürmüşdür. Rəşad da İlqara və ona inanırdı ki, guya həqiqətən də o, hərraca çıxarılmış avtomobillərin ucuz qiymətə alınmasında köməklik göstərə bilir. 13 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Rəşad ona zəng edərək, Gəncə şəhərindən 3 nəfər adam gətirdiyini, onları aparıb Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacaqda avtomobilləri göstərəcəyini və saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində olan “Qızılgül” restoranında görüşməyi bildirmişdir. Həmin gün saat 16 radələrində sürücüsü Aqillə “Qızılgül” restoranına gəlmiş, orada Rəşad, qardaşı Anar, yanlarında isə Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X18 və Vahidin oğlu Samir olmuşdur. Həmin zaman onlara Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” neft şirkətinin ləğv edildiyini, “SOCAR”-ın tərkibinə verildiyini, buna görə avtomobillərin hərrac yolu ilə satıldığını, hərracı təşkil edən şəxslərlə tanış olduğunu və 2011-2012-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı avtomobil üçün ilkin olaraq 4200 pul ödəyəcəklərini, qalan pulu isə 21 iş günü ərzində hərracın nəticəsi çıxdıqdan sonra 9800 manat da əlavə verəcəklərini demişdir. Həmin şəxslər də onunla razılaşmış, onlara özünə məxsus 4098-5844-6702-5118 saylı “LeoBank” kart hesabını verib pulları karta köçürmələrini və qəbzləri gətirmələrini demişdir. Bu zaman Vahid pulu çıxarıb oğlu Samirə vermiş, Elxan da pulu Kəmaləddinə vermişdir. Samir, Kəmaləddin və Rəşad birlikdə pulu ödəmək üçün getmiş, bir müddət sonra Samir, Kəmaləddin və Rəşad geri qayıtmış, Samir və Kəmaləddin çekləri ona təqdim etmiş, Özü də çeklərə baxıb banka pul ödəmək üçün getdiyini deyib restorandan çıxmışdır. Bir az oradan kənarlaşıb avtomobilin içərisində əvvəlcədən rəngli çap aparatı ilə çoxaltdığı qəbzlərdən birində 12600 manat pulun ödənilməsini qeyd edib yazıb hazırlamış, təxminən 30 dəqiqə sonra restorana qayıdıb həmin qəbzi vermişdir. Daha sonra oradan çıxıb getmişlər. Onlar getdikdən sonra Rəşad geri qayıtmış və kartı Rəşada vermişdir ki, kartdan pulları çıxarıb ona versin. Rəşad da kartı götürüb gedib “Əhmədli” metro stansiyasının yaxınlığındakı “UniBank”a məxsus terminaldan həmin pulları çıxarıb restorana geri qayıdıb pulları ona vermişdir. Həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 23 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Rəşad yenidən ona zəng edərək, Gəncə şəhərindən 3 nəfər əlavə adam gətirdiyini, onları aparıb Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacaqda avtomobilləri göstərəcəyini və saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində olan “Qızılgül” restoranında görüşməyi bildirmişdir. Həmin gün saat 15 radələrində sürücüsü Aqillə “Qızılgül” restoranına getmiş, orada Rəşad, Anar yanlarında isə Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 adlı şəxslər olmuşdur. Bir daha onlara Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” neft şirkətinin ləğv edildiyini, “SOCAR”-ın tərkibinə verildiyini, buna görə avtomobillərin hərrac yolu ilə satıldığını, hərracı təşkil edən şəxslərlə tanış olduğunu və 2011-2012-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı avtomobil üçün ilkin olaraq 4200 pul ödəyəcəklərini, qalan pulu isə 21 iş günü ərzində hərracın nəticəsi çıxdıqdan sonra 9800 manat da əlavə verəcəklərini demişdir. Həmin şəxslər də onunla razılaşmış, onlara özünə məxsus 4098-5844-6702-5118 saylı “LeoBank” kart hesabını verib pulları karta köçürmələrini və qəbzləri gətirmələrini demişdir. Bu zaman Timur Eyvaz və Rəfailin pulunu götürüb Rəşad birlikdə pulu ödəmək üçün getmişlər. Bir müddət sonra Timur və Rəşad geri qayıtmış, Timur çekləri ona təqdim etmişdir. O, çeklərə baxıb banka pul ödəmək üçün getdiyini deyib restorandan çıxmışdır. Bir az oradan kənarlaşıb avtomobilin içərisində əvvəlcədən rəngli çap aparatı ilə çoxaltdığı qəbzlərdən hər birinə ayrılıqda 4200 manat pulun ödənilməsini qeyd edib yazıb hazırlamış, təxminən 30 dəqiqə sonra restorana qayıdıb həmin qəbzləri vermişdir. Daha sonra oradan çıxıb getmişlər. Onlar getdikdən sonra Rəşad geri qayıtmış və kartı Rəşada vermiş, Rəəşad isə gedib “Əhmədli” metro stansiyasının yaxınlığındakı “UniBank”a məxsus terminaldan həmin pulları çıxarıb restorana geri qayıtmış və pulları ona vermişdir. Həmin pulları da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin yanvar ayının sonlarında Rəşad ona zəng edərək, bir nəfər tanışı olduğunu və gətirəcəyini demiş, ona razılığını bildirmiş və Gəncə şəhərinə gələn zaman onunla görüşəcəyini demişdir. Bir müddət sonra Gəncə şəhərinə getmiş, orada özü, Rəşad, Anar və Rəşadın tanışı Zərərçəkmiş şəxs11 birlikdə görüşmüşlər. Görüş zamanı Samirə avtomobillərin satışının ona həvalə olunduğunu, pulu ödədikdən 21 gün sonra avtomobilin onlara təhvil veriləcəyini demişdir. Samir ona razılığını bildirib sağollaşaraq getmişdir. 30 yanvar 2023-cü il tarixdə Rəşad ona zəng edərək Samirin pulu göndərəcəyini bildirmiş, həmçinin Rəşad Samirin arvadı Pərvanənin şəxsiyyət vəsiqəsini atıb onun adına çeki yazmağını demişdir. 30 yanvar 2023-cü il tarixdə saat 12 radələrində 3900 manat pul onun kartına köçürülmüş, təxminən 10 gün sonra Rəşad Bakı şəhərinə gələn zaman onunla görüşmüş və ona 30 yanvar 2023-cü il tarixli özü hazırladığı "xxxx" ASC yazılı möhürlü qəbz vermişdir. Həmin qəbzdə 3600 manat pulun X9 tərəfindən ödənilməsi qeyd olunmuşdur. Samirdən aldığı həmin pulları da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2023-cü ilin yanvar ayının sonlarında Rəşad ona zəng edərək, başqa bir nəfər şəxs olduğunu və onunla görüşməsini demişdir. 2023-cü ilin yanvar ayınm sonlarında Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında kafelərin birində özü, Rəşad və Zərərçəkmiş şəxs12 görüşmüşlər. Yenə də Elminə Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” neft şirkətinin ləğv edildiyini, “SOCAR”-m tərkibinə verildiyini, həmin avtomobillərin buna görə hərrac yolu ilə satıldığını və hərracın keçirilməsinin də tanışlarına həvalə olunduğunu bildirmişdir. Avtomobillərin Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacaqda olduğunu, gedib baxa biləcəyini demişdir. 2023-cü ilin yanvar ayının sonlarında Elmin ona zəng edərək yenidən görüşmək istədiyini, tanışının da gələcəyini demiş, özü də ona razılığını bildirmişdir. Elminlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Zəm-Zəm” kafesində görüşmüş, orada Elminə dediklərini bir daha təsdiq etmişdir. Elminə ilkin olaraq 30 faiz pulu yəni, 3600 pul ödəyəcəyini, qalan pulu isə 21 iş günü ərzində hərracın nəticəsi çıxdıqdan sonra 7400 manat da əlavə verməli olduğunu bildirmişdir. 10 fevral 2023-cü il tarixdə saat 15 radələrində Elmin ona zəng edərək, görüşmək istədiyini dedikdə ona saat 21 radələrində ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranına gəlməsini demişdir. Həmin vaxt Elmin, ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranına gəlmiş, bir az söhbət etdikdən sonra Elmin 3000 manat pulu ona vermişdir. Bundan sonra özündə olan çekləri yazaraq "xxxx"a 3600 manat pul ödəməsi barədə qəbz vermişdir. Belə ki, Elminlə aralarında olan razılaşmaya əsasən sonuncu ona 600 manat pulu sonradan verəcəkdi. Özü də ona həmin 600 manat pulu yaxın müddət ərzində verməsini bildirmişdir. Aldığı həmin pulları da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 10 fevral 2023-cü il tarixdə Rəşadın vasitəsilə tanış olduğu və avtomobil üçün ona pul vermiş Vahid ona zəng vurub bildirmişdir ki, kürəkəni Zərərçəkmiş şəxs13 da həmin hərraca çıxarılmış avtomobildən istəyir və bu işdə köməklik göstərməyini xahiş etmişdir. Vahidə problem olmadığını, kart hesabına 3000 manat pul və sənədinin surətini göndərməsini demişdir. Həmin gün təxminən saat 18 radələrində onun kart hesabına 3000 manat pul göndərilmiş, həmin pulları da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs14 onun yaşadığı məhəllənin yaxınlığında mağaza işlədir. Tez-tez həmin mağazadan siqaret alır. Bir dəfə söhbət zamanı Rafael ona bildirmişdir ki, oğlunun universitetdə kəsrləri olduğunu və onu sildirməkdə ona köməklik göstərməyini xahiş etmişdir. Rafaelə həmin məsələni 3000 manat müqabilində həll edə biləcəyini demişdir. 14 fevral 2023-cü il tarixdə saat 12 radələrində mağazaya gəlmiş və Rafael orada ona 2000 manat pul vermişdir. Pulu sayaraq götürmüş və Rafaelə 3000 manata razılaşmalarını demişdir. Rafael ona qalan 1000 manatı da sonra verəcəyini demişdir. Pulu aldıqdan sonra mağazadan müxtəlif vaxtlarda 100 manat dəyərində nisyə siqaretlər də götürmüşdür. Lakin, həmin götürdüyü siqaretlərin onun oğlunun işi ilə bağlı ona verəcəyi pullara heç bir aidiyyatı olmamışdır. Rafaeldən aldığı həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə, pul aldığı şəxslər onu zəng edərək narahat etməyə başladıqları üçün onları sakitləşdirmək məqsədilə yaşadığı evdə kompyuterdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adından məktub hazırlayaraq, həmin şəxslərin guya hərracda qalib gəlmələrini göstərib imzalamış və “əsli ilə düzdür” peçatı vurub həmin şəxslərə vermişdir. Tarix və qeydiyyat nömrəsini isə özündən yazmışdır. Bundan başqa həmin məktubla birlikdə kassa mədaxil orderi satılan mağazalardan alıb dolduraraq, əvvəl özündə olan "xxxx" MMC-ni işlədən vaxt hazırlatdığı “ödənilib” peçatını vurmuşdur. Həmin sənədləri müxtəlif şəxslərə vermiş, daha sonra isə kompyuter, rəngli çap aparatını satmış, möhürləri isə atmışdır. Natiq ona yalnız bir dəfə Bəhruz adlı şəxslə onun yanına gəlib 5 ədəd avtomobilin 20 faiz ilkin ödənişi kimi 6000 manat pul vermiş, həmin pulla bağlı ona göndərdiyi Nurlan adlı şəxsin adına çek yazmışdır. Daha sonra Natiq 05 yanvar 2023-cü il tarixdə onun yanına İnqilab adlı şəxslə gəlib 6000 manat pul vermiş və özü də X17 adına 6000 manat pulun ödənilməsi barədə çek yazıb vermişdir. Bundan başqa, Natiq ona 19.800 manat məbləğdə pul verməmişdir. Eyni zamanda Röyal, Firuz və Müşfiq adlı şəxsləri ümumiyyətlə tanımır. Firuz adlı şəxsin Royaldan 13.000 manat pul alması ilə bağlı heç bir məlumatı yoxdur. Natiqin ona İnqilab adlı şəxs üçün verdiyi puldan İlqara hər hansı bir məbləğdə pul verməmiş və həmin xüsusatla bağlı İlqarın heç bir məlumatı olmamışdır. Çünki həmin xüsusat üzrə Natiq sonradan onun özünə yaxınlaşmış və onunla özünün arasında olan razılaşmada İlqar iştirak etməmişdir. Buna görə də, sonuncunun bununla bağlı heç bir məlumatı olmamışdır. Bundan başqa Rəşaddan hər hansı bir şəxsi Fövqaladə Hallar Nazirliyinə işə düzəltmək üçün 10.000 manat pul almamışdır. Bundan başqa, İlqarın Zərərçəkmiş şəxs17 pul alması ilə bağlı İlqarla heç bir əlbirlikləri olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs17 Əzizağa adlı şəxslə birlikdə ofisə gəlmiş, həmin zaman özü ofisdə olmuşdur. Onlarla hal-əhval tutduqdan bir neçə dəqiqə sonra İlqar ofisə gəlmiş, daha sonra İlqarla İlhamə söhbət etmişlər, İlqar İlhaməyə onun həbsdə olan oğluna köməklik göstərməsi ilə bağlı söz vermiş, lakin hansı məbləğə razılaşdıqlarını bilməmişdir. İlhamənin sonradan İlqara nə qədər pul göndərməsi barədə heç bir məlumatı yoxdur. Qeyd olunan xüsusat üzrə İlhaməyə və Əzizağaya heç bir vəd verməmişdir. Eyni zamanda həmin xüsusatla bağlı İlqarla aralarında heç bir razılaşma və sövdələşmələri olmamışdır. İlqar ona həmin işlə bağlı heç bir məbləğdə pul verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 onun həyat yoldaşının adına dövlət tərəfindən ev verilməsi ilə bağlı heç bir vəd verməmiş və ondan bununla bağlı hər hansı bir məbləğdə pul almamışdır. Mübarizdən dəqiq yadında deyil, əlillik və ya təqaüd məsələsi ilə bağlı təxminən 4.000 manat pul almışdır. Şahid10, onun qardaşı Anar, Kəmaləddin, Natiq və sürücüsü işləmiş Aqillə birlikdə hər hansı bir şəxsi aldadıb pulunu ələ keçirmək barədə heç bir razılaşması və sövdələşməsi olmamışdır. Qeyd etdiyi faktlar üzrə aldığı pullardan həmin şəxslərə heç bir məbləğdə pul verməmişdir. Eyni zamanda həmin şəxslərin onun hər hansı bir şəxsi aldadıb pulunu ələ keçirməyi barədə əvvəlcədən heç bir məlumatları olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ilə bağlı qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 göstərdi ki, Təqsirləndirilən şəxs1 bacanağı Zərərçəkmiş şəxs18 vasitəsilə tanımışdır. 2022-ci ilin avqust ayında həyat yoldaşı X31 ona zəng edərək bacısı Günay Sadıqovanın Bakı şəhərində orta məktəblərin birinə müəllim kimi işə düzəldiləcəyini bildirmiş, həmçinin özünün də alınarsa müəllim kimi işləmək istədiyini söyləmiş, o da buna etiraz etməmişdir. Daha sonra Zərərçəkmiş şəxs18 zəng edərək işinin nə yerdə olduğunu soruşduqda sonuncu ona “qoy mənim işim alınsın, sonra sənin işini də həll edərik” demişdir. Həmin zaman Ceyhuna bildirmişdir ki, işi düzəldən şəxs əgər etibarlı şəxsdirsə özü də həyat yoldaşını müəllimə kimi işə düzəltmək məsələsini onunla həll etsin. Ceyhun isə İlqarı tanıdığını və onun etibarlı şəxs olduğunu bildirmişdir. Buna görə də o, Ceyhuna həyat yoldaşını müəllimə kimi işə düzəltmək istədiyini demiş, Ceyhun da bu barədə İlqarla danışacağını söyləmişdir. Daha sonra Ceyhun ona zəng edərək Təhsil Nazirliyinin yanına gəlməsini bildirmişdir. O, Ceyhunun dediyi yerə getdikdə sonuncu orada onu İlqarla tanış etmişdir. O, İlqarla söhbət zamanı ona həyat yoldaşını müəllimə kimi işə düzəltmək istədiyini, mümkündürsə məktəbin Sumqayıt şəhərində olmasını istədiyini demiş, İlqar da həmin işi düzüb qoşa biləcəyini, bunun üçün 6000 manat pul lazım olduğunu demişdir. Həmin gün axşam Ceyhun ona zəng edərək bu işin 6000 manata alınmayacağını, onun dediyi yer sifarişli olduğu üçün 8000 manata alınacağını demişdir. O, İlqara zəng vurub nə üçün 8000 manat pul lazım olunduğunu soruşduqda sonuncu həmin yerin sifarişli yer olduğunu bildirmişdir. 2022-ci ilin avqust ayının ortalarında Ceyhunla birlikdə Bakı şəhərində yenidən İlqarla görüşmüşdür. Həmin zaman İlqara əgər sifarişdirsə onda həyat yoldaşını yaşadıqları evin yanındakı məktəbə düzüb qoşmasını demiş, İlqar da razılaşaraq məktəblərdə olan vakant yerlərin siyahısını göndərəcəyini bildirmişdir. Həmin günün səhəri İlqar ona Sumqayıt şəhərində orta məktəblərdə olan vakant müəllim yerlərinin siyahısını göndərmişdir. O, siyahıda olan ən yaxın 39 nömrəli məktəbi seçmişdir. İlqar həyat yoldaşının sentyabr ayının 15-də müəllimə kimi işə çıxacağını bildirmişdir. 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhərində metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən “Sevinc” kinoteatrının yuxarısında İlqarla görüşərək ona 8000 manat pul vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs18 da yanlarında olmuşdur. 15 sentyabr 2022-ci il tarixdə həyat yoldaşının müəllimə kimi işə düzəlmədiyini görüb İlara zəng vurmuş, lakin sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmişdir. İlqar həmin işi işi özünün görəcəyini bildirmiş, bununla bağlı onu hər hansı bir şəxslə tanış etməmiş, Könül adlı şəxs barədə ona heç bir söz deməmişdir. Lakin, sonradan İlqarın onları aldatması məlum olduqdan sonra İlqardan pullarını tələb etdikdə sonuncu pulu Könül adlı xanıma verdiyini demişdir. Baxşeyiş və Zərərçəkmiş şəxs18 ona həyat yoldaşımın müəllimə kimi işə düzəlməsi ilə bağlı hər hansı bir vəd verməmiş, onlarla aralarında hər hansı bir razılaşma, sövdələşmə olmamışdır. Ceyhunla və Baxşeyişlə İlqarın aralarında nə kimi razılaşmaları olub-olmaması barədə heç bir məlumatı yoxdur. O, bu işi həll etməsi üçün İlqarla danışıb razılaşmış və 8000 manat pulu Ceyhunun yanında İlqara vermişdir. Bundan başqa, İlqar onun atası Adildən Sumqayıt şəhərində dövlət tərəfindən ev verilməsi ilə bağlı köməklik göstərməsi üçün onları Baxşeyiş adlı şəxslə tanış etmiş, sonuncu da bu ii həll edəcəyinə dair vəd verərək bunun üçün 10.000 manat pul istəmişdir. Atası Adil razılaşaraq Baxşeyişin kart hesabına 6500 manat pul göndərmiş, 3500 manat pulu isə 07 yanvar 2023-cü il tarixdə Novxanı qəsəbəsində “Gəmiqaya” restoranında Baxşeyişə vermişdir. Ona vurulmuş 8000 manat ziyandan cəmi 300 manat ödənilmiş, 7700 manat ziyan hələ də ödənilməmişdir. Təqsirləndirilən şəxs1 ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, o, Təqsirləndirilən şəxs1 oğlu Zərərçəkmiş şəxs19 bacanağı Zərərçəkmiş şəxs18 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs18 İlqarən etibarlı bir şəxs olduğunu bildirdiyi üçün oğlu Zərərçəkmiş şəxs19 2022-ci ilin avqust ayında həyat yoldaşı X22 Sumqayıt şəhərində orta məktəbə müəllimə işinə düzəltmək üçün 8.000 manat pulun müqabilində İlqarla razılaşmış və həmin pulu Zərərçəkmiş şəxs18 iştirakı ilə İlqara vermişdir. O, İ qrup gözdən əlil olduğu üçün ona dövlət tərəfindən ev verilməli olmuş, bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə ərizə yazaraq növbədə dayanmışdır. Lakin eşitmişdir ki, onlara veriləcək ev Stansiya Sumqayıtda yerləşir. O, evin həmin yerdən verilməsini istəməmiş, Sumqayıt şəhərində verilməsini istəmişdir ki, nəvələri bağçaya, məktəbə geə bilsinlər. Təqsirləndirilən şəxs1 onun oğulları Kamil və Ceyhunla söhbət əsnasında nə üçün ev almadıqları soruşmuş, övladları da belə bir vasitələrinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 bu işi düzəldə biləcək adamının olduğunu demişdir. Bundan sonra 2022-ci ilin noyabr ayının sonlarında Şamaxinka adlanan yerdə “Qəbələ” restoranında o, İlqar, Baxşeyiş və oğlu Ceyhun birlikdə görüşmüşlər. İlqar onu Bəx.eyişlə tanış edərək ev məsələsinin onun həll edəcəyini bildirmişdir. O, ev məsələsinin alınıb-alınmayacağını soruşduqda İlqar və Baxşeyiş hər ikisi onu əmin edərək bildirmişlər ki, bu məsələ alınacaqdır. İlqar Baxşeyişi öz yaxın adamı kimi təqdim etmişdir. Baxşeyiş bu işi həll etmək üçün 15.000 manat pul lazım olduğunu bildirmişdir. Belə ki, 10000 manat pulu əvvəlcədən verməli olmuş, qalan 5000 manat pulu isə ev verildikdən sonra verəcəkdi. O, həmin pulu hissə-hissə verəcəyini bildirmiş, onlar da razılaşmışlar. O, 01 dekabr 2022-ci il tarixdə 5000 və 1500 manat olmaqla ümumilikdə 6500 manat pulu Baxşeyişin kart hesabına göndərmişdir. Həmin kart hesabının nömrəsini hazırda xatırlamır. Həmin pulları göndərməyi ilə bağlı qəzbləri təqdim etmişdir. Qalan 3500 manat pulu 07 yanvar 2023-cü il tarixdə Novxanı qəsəbəsində yerləşən “Gəmiqaya” restoranında İlqarın yanında Baxşeyişə vermiş, İlqar da bunu görmüş və bu işə zamin olduğunu bildirmişdir. O, İlqar və Baxşeyişin verdikləri sözlərə əməl etmədiklərini görüb İlqardan işin gecikmə səbəbini soruşmuş, sonuncu isə hər dəfə müxtəlif bəhanələr gətirməklə məsələni uzatmağa çalışmışdır. Kamil İlqarla söhbət edib onunla danışan zaman 10.000 manat pulun Baxşeyişə verilməsinə görə iltizam istəmiş, İlqar da razılaşmışdır. Çünki İlqara demişdir ki, əgər Baxşeyiş pulu ödəməsə həmin pulu özü ödəyəcəkdir. 26 mart 2023-cü il tarixdə ünvan 13 ünvanında Baxşeyişin yaşadığı evə getmişlər. Həmin evdə o, İlqar, Baxşeyiş, oğlu Kamil və digər oğlu Ceyhun olmuşdur. Baxşeyiş öz xətti ilə iltizam yazaraq 10000 manat pul aldığını bildirmişdir. Həmin pulu isə guya 27 mart 2023-cü il tarixdə qaytarmalı idi. Lakin verdiyi sözlərə əməl etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Baxşeyiş artıq həbs edilib və barəsində istintaq aparılır. Ona vurulmuş 10000 manat ziyan ödənilməmişdir, ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 göstərdi ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşının əmisi Şahid1 vasitəsilə tanımışdır. Belə ki, oğlu X32 2017-ci ildə 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin yanvar ayında qohumu Şahid1la söhbət zamanı sonuncu bildirmişdir ki, İlqar adlı bir tanışı var, təqaüdlərin və s. düzəldilməsində köməklik göstərir. Həmin zaman Əzizağaya həmin şəxslə oğlu İbrahimin cəzasının azaldılmasına köməklik edə biləcəyi ilə maraqlanmasını bildirmişdir. Səhəri günü Əzizağa ona zəng vurub bildirmişdir ki, İlqarla danışıbdır, sonuncu ona deyibdir ki, birlikdə onun yanına getsinlər. Bundan sonra Əzizağa ilə birlikdə 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 ofisinə getmişlər. İlqarın ofisi metronun “Nizami” stansiyasının yanındakı 103 təcili tibbi yardımın həyətində yerləşmişdir. İlqarın ofisinə daxil olanda ofisdə bir nəfər tanımadığı şəxs olmuşdur. Həmin şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edərək İlqarla birlikdə işlədiyini demişdir. Təxminən 15 dəqiqə sonra İlqar otağa daxil olmuş və dördü oturub söhbət etməyə başlamışlar. İlqar ilə söhbət zamanı sonuncu 50.000 manat pulun müqabilində övladını həbsdən azad etdirəcəyini bildirdikdə ona 50.000 manat pulununun olmadığını demişdir. Əzizağa da onun dediklərini təsdiq edərək aşağı məbləğdə pul tapa biləcəyini demişdir. Həmin vaxt İlqar əgər istəyirsə oğlu İbrahimin həbsdə olma müddətini 6-7 il azalda biləcəyini bildirmişdir. O, razılaşaraq bunun üçün nə qədər pul lazım olduğunu soruşduqda İlqar bu iş üçün 15000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt ağlayaraq o qədər pulunun olmadığını demiş, İlqar isə hörmətə bu işi 12000 manata görə biləcəyini demişdir. Bundan sonra İlqar özünə məxsus kart hesabını vermişdir ki, həmin karta pulu göndərsin. O, İlqara pulu hissəhissə ödəyəcəyini demiş, İlqar da razılaşmışdır. Eyni zamanda İlqar demişdir ki, pulun bir hissəsini əvvəlcədən verək ki, işləri başlada bilsin. O, iki ay ərzində ümumilikdə 7000 manar borc pul taparaq hissə-hissə İlqarın kartına köçürtmüşdür. Belə ki, ilk əvvəl 2000 manat pul tapmış və xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Sonti” marketdə “Milliön” terminalı vasitəsilə 1930 və 70 manat olmaqla ümumilikdə 2000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Füzuli Meydanında yeraltı keçiddə yerləşən “eManat” terminalı vasitəsilə 500 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Füzuli meydanında yerləşən “Milliön” terminalı vasitəsilə 1000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal küçəsi 65 saylı avtobusun dayanacağında olan “Milliön” terminalı vasitəsilə 1500 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Al Market”də olan “eManat” terminalı vasitəsilə 1000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Füzuli meydanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 900 manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, “Ucuz” marketdə “eManat” terminalından 100 manat olmaqla, ümumilikdə 7000 manat pulu İlqarın kart hesabına göndərmişdir. Həmin pulları göndərməyi ilə bağlı qəbzləri təqdim etmişdir. Ancaq Abşeron rayonunda “Ucuz” marketdən 1000 manat göndərməyi ilə bağlı qəbz terminaldan çıxmamışdır. Buna görə də, həmin pulu ödəməyinə dair terminalın monitorunda yerləşən məlumatların fotoşəklini çəkmiş və həmin fotoşəkli də təqdim etmişdir. Bundan sonra pul göndərməyi dayandırmışdır. Çünki görmüşdür ki, İlqar oğlunun işi ilə bağlı heç bir iş görməyibdir. Bundan sonra İlqardan pulunu tələb etmiş, İlqar isə hər dəfə bir bəhanə gətirərək pulu verməkdən imtina etmişdir. Oğlunun həbsdə olma müddətinin azaldılması ilə bağlı razılaşması yalnız İlqarla olmuşdur. Baxşeyiş ona qeyd olunan məsələ ilə bağlı heç bir bir vəd verməmiş, ümumiyyətlə onunla bu barədə heç bir söhbət etməmiş, onunla aralarında hər hansı bir razılaşma olmamışdır. İlqar ona həmin işi özünün görəcəyini demişdir, hər hansı bir şəxsin vasitəsilə görəcəyi barədə heç bir söz deməmişdir. Ona ümumilikdə 7000 manat ziyan vurulmuş, həmin ziyandan cəmi 500 manatı ödənilmişdir. Təqsirləndirilən şəxs1 ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 göstərdi ki, əvvəllər Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 15 ünvanda yerləşən kiosku icarə əsasında işlətmişdir. Təqsirləndirilən şəxs2 ilə 2022-ci ilin dekabr ayında tanış olmuşdur. Belə ki, Baxşeyiş kioska yaxınlaşıb müəyyən məhsullar alırdı. Baxşeyiş ona Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu demişdir. Oğlu Tural Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir, lakin müəyyən kəsirləri var idi. Buna görə də, Baxşeyişlə bu barədə danışdıqda sonuncu ona həmin məsələni özünün həll edə biləcəyini, yəni oğlunun universitetdə olan kəsirlərini sildirə biləcəyini, bunun üçün 3000 manat pul lazım olduğunu bildirmiş, o da Baxşeyişə inanmışdır. 14 fevral 2023-cü il tarixdə saat 12 radələrində Baxşeyiş kioskə yaxınlaşmış, o da Baxşeyişə 2000 manat pul vermişdir. Həmin zaman yanlarında kənar heç kəs olmamışdır. Qalan 1000 manat pulu isə sonra verəcəyi barədə razılaşmışlar. Baxşeyiş ondan pulu aldıqdan sonra müxtəlif vaxtlarda onun işlətdiyi kioskdən siqaretlər götürmüşdür. Bir müddət keçdikdən sonra Baxşayişdən bu məsələ ilə maraqlandıqda sonuncu ona narahat olmamasını, tezliklə məsələni həll edəcəyini bildirmişdir. Daha sonra isə Baxşeyişin heç bir iş görmədiyini, onu aldatdığını başa düşmüş və ondan pulunu tələb etməyə başlamışdır. Baxşeyiş isə əvvəlcə məsələnin həll olunacağını desə də, sonradan onun telefonlarına cavab verməməyə başlamışdır. Buna görə də, məcbur olub bu barədə şikayət etmişdir. Baxşeyişə oğlunun universitetdəki kəsirlərini sildirməsi üçün 2000 manat pul vermişdir. Daha sonra Baxşeyiş onun işlətdiyi kioskdən müxtəlif vaxtlarda ümumilikdə 100 manat dəyərində nisyə siqaretlər götürmüşdür. Ona vurulmuş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs2 ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, həyat yoldaşı təxminən 8 il əvvəl ölmüşdür. Oğlu Niyaməddin isə 2022-ci ilin iyul ayında Xaçmaz Rayon Polis Şöbəsində barəsində olan cinayət işi üzrə tutulmuşdur. O, oğlu Niyaməddinin azadlığa buraxılmasını istəmiş və buna görə köməklik göstərə biləcək şəxs axtarmışdır. 07 avqust 2022-ci il tarixdə Quba şəhər ərazisində köhnə avtovağzalın arxasında gözəllik salonunda əvvəldən tanıdığı Quba rayonu Qırmızı qəsəbə sakini Lətifə ilə görüşüb ona başına gələnləri danışmış və ondan kömək istəmişdir. Lətifə isə bildirmişdir ki, tanıdığı Baxşeyiş adlı şəxs vardır. Belə ki, Təqsirləndirilən şəxs2 özünü ona vəkil kimi təqdim etmişdir. Lətifədən həmin Baxşeyiş adlı şəxslə necə görüşə biləcəyini soruşduqda Lətifə demişdir ki, Baxşeyiş onun Qubalı tanışı olan Minarənin evində qalır, istəsə ona deyər, özü gedib bu barədə söhbət edər. O, Lətifə ilə razılaşmışdır. Həmin günün səhəri, yəni 08 avqust 2022-ci il tarixdə günorta saatlarında Minarə onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə zəng edərək Baxşeyişin onun evində oduğunu demiş və köhnə avtovağzalın yanında görüşməyi təklif etmişdir. Bundan sonra o, Quba şəhərindəki köhnə avtovağzala gəlmiş və orada 1 nömrəli avtobusun yanında Baxşeyişlə Minarənin gözlədiklərini görmüşdür. Minarəgil onu görüb yanlarına çağırmış, o da onlara tərəf getmişdir. Baxşeyiş özünü vəkil kimi təqdim edərək bildirmişdir ki, oğlunun həbsdən buraxılmasına köməklik göstərəcəkdir. Baxşeyiş ona demişdir ki, birlikdə Quba şəhər ASAN xidmətinə gedib orada ona etibarnamə verməlidir. Buna görə üçü birlikdə ASAN xidmətə getmişlər. Minarə aşağıda gözləmiş, o isə Baxşeyişlə birlikdə 3 mərtəbəyə qalxmışdır. Baxşeyiş ondan şəxsiyyət vəsiqəsini almış və orada notarius vasitəsilə müqavilə bağlandıqdan sonra 19 manat dövlət rüsumu ödəmişdir. Baxşeyiş bildirmişdir ki, oğluna kömək edəcəkdir, bunun üçün ilkin olaraq 800 manat pul verilməlidir ki, müəyyən sənədlər var onları yığsın. Həmin zaman Baxşeyişə pulunun olmadığını demişdir. Bundan sonra birlikdə ASAN xidmətdən çıxıb köhnə avtovağzala getmişlər. Orada yenidən Baxşeyiş ona demişdir ki, 700 manata köməklik edə bilər. O, and içmişdir ki, pulu yoxdur. 100 manat pulu olmuş, əlacsız qalıb 600 manat da pul gətirmiş, ümumilikdə 700 manat pulu Minarənin yanında sayıb Baxşeyişə vermişdir ki, oğlunun azadlığa buraxılmasına köməklik etsin. Baxşeyiş pulu aldıqdan sonra Minarə ilə birlikdə onlara getmişdir. Növbəti gün, yəni 09 avqust 2022-ci il tarixdə Baxşeyiş ona zəng edərək Bakı şəhərinə getdiyini, söhbət etmək üçün Minarəgilə gəlməsini bildirmişdir. Bundan sonra Minarənin evini tapıb onlara getmiş və orada Baxşeyiş ilə söhbət etmişdir. Söhbət zamanı Baxşeyiş demişdir ki, özü Bakıya gedir, əlavə 3000 manat pul versə 1 aya qədər oğlu evindədir. Baxşeyişlə 2000 manata razılaşmışdər. Bundan sonra bankdan pul götürmüş, 500-600 manat da borc tapıb 2000 manat pul düzəltmiş və həmin günün səhəri yəni, 10 avqust 2022-ci il tarixdə günorta saat təxminən 12:30 radələrində qızı Şahid6 ilə birlikdə Quba rayonu “5 sotlar” adlanan əraziyə yəni, Minarənin yaşadığı evə gedib orada 2000 manat pulu Baxşeyişə vermişdir. Bundan sonra bir neçə dəfə Baxşeyişə zəng edərək oğlunun işi ilə maraqlanmış, Baxşeyiş isə ilk əvvəllər “narahat olma düzələcək” desə də, daha sonra müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, sonuncu bir manatlarına qədər sayıb Baxşeyişə vermişdir ki, oğlunun işi yüngülləşsin. Ona vurulmuş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs2 ona vurduğu 2700 manat ziyanı ödəməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 göstərdi ki, Gəncə şəhərində yaşayan dostu Zərərçəkmiş şəxs8 ilə telefonda danışarkən sonuncu ona demişdir ki, bir nəfər Baxşeyiş adlı şəxs var, həmin şəxs avtomobil alveri ilə məşğuldur, xaricdən və Bakı şəhərində ucuz maşınlar gətirib satır. Həmin vaxtı avtomobil almaq fikri olduğundan Timurla telefonda danışdığı zaman qərara gəlmişdir ki, onun dediyi adamla görüşüb özünə bir maşın alsın. 22 yanvar 2023-cü ildə saat 16 radələrində Timur və Timurun tanıdığı Rəfail adlı şəxslə birlikdə Bakı şəhəri Xətai rayonunda Sərhədçi kompleksi ilə üz-üzə yerləşən “Qızılgül” kafesində görüşmüşdür. Həmin vaxt orada o, Timur, Rəfail və Baxşeyiş adlı şəxslər olmuşdur. Baxşeyiş Aqil adlı sürücüsü ilə birlikdə gəlmiş, həmçinin tanımadığı Rəşad adlı şəxs də Baxşeyişlə gəlmişdir. Lakin, söhbət etmək üçün o, Timur, Rəfail və Baxşeyiş birlikdə bir kabinetə keçib oturmuşlar. Aqil və Rəşad adlı şəxs isə çöldə olmuşlar. Aralarında olan söhbət zamanı Baxşeyiş adlı şəxs özünü onlara “Socar”ın əməkdaşı kimi təqdim edərək Socar”ın istifadəsində olmuş hazırda hərracda olan işlənmiş vəziyyətdə “Mitsubishi Pajero” markalı avtomobillərin satışa çıxarılacağını demiş və özünün də bu işlə məşğul olduğunu deyərək onları inandırmışdır. O, bildirmişdir ki, hər bir avtomobilin dəyəri 14000 manatdır, ilkin olaraq avtomobilin 30%-ni yəni 4200 manat ödənmək şərti ilə avtomobil adlarına keçdikdən sonra pulun qalan hissəsini ödəməlidirlər. Baxşeyişə inandıqdan sonra onunla razılaşmışlar. Pulu hansı formada ona verəcəklərini dedikdə Baxşeyiş şəxsiyyət vəsiqəsini və “Leobank”a məxsus qara rəngli kart nömrəsinin şəkillərini onlara göndərərək bildirmişdir ki, istənilən “E-manat” aparatından ilkin ödəniş olaraq 4200 pulu onun həmin kart hesabına köçürsünlər. Bundan sonra hər üçü kafedən durduqdan sonra Baxşeyiş çıxıb getmişdir. Bundan sonra o, Timur və Baxşeyişin sürücüsü kimi onlara təqdim etdiyi Aqil adlı şəxslə birlikdə kafedən çıxaraq təxmini 400-500 metr aralıda Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşən “Real-Store” marketin içərisində quraşdırılmış “E-manat” aparatına yaxınlaşmışlar. Həmin aparatdan Baxşeyişin onlara verdiyi özünün deməsinə görə öz adına olan 4098 5844 6702 5118 saylı “Leobank”a məxsus bank kartına həmin günü 4200 manat pul ödəmişdir. Eyni zamanda həmin zaman Timur da özü üçün 4200 manat, bundan başqa Timur Rəfailin adından da 4200 manat pulu Baxşeyişin kart hesabına göndərmişdir. Belə ki, Rəfail bir az yaşlı olduğu üçün kafedən çıxandan 4200 manat pulu Timura verib xahiş etmişdir ki, həmin pulu da onun adından Baxşeyişin kart hesabına göndərsin. Təxmini 10-15 dəqiqə sonra Baxşeyiş yenidən onlarla həmin kafedə görüşmüş, ona, Timura və Rəfailə "xxxx"ın qəbzini verərək 4200 manat pulu qəbul etdiyini bildirmişdir. Baxşeyiş demişdir ki, bir ay sonra avtomobillər onlara təqdim olunacaq, adlarına keçəndən sonra pulun qalan hissəsi də ona veriləcək. Lakin bir aydan sonra onlara heç bir xəbər verilmədiyi üçün məcbur olub bu barədə maraqlandıqda Baxşeyiş ona işin alınmadığını, martın 7-də pulu qaytaracağını bildirmişdir. Sonradan eşitmişlər ki, Təqsirləndirilən şəxs2 dələduzluqla məşğuldur, hətta onun barəsində Yasamal rayon polis idarəsində cinayət işi var. Rəşad və Aqil adlı şəxslərlə aralarında hər hansı bir söhbətləri, razılaşmaları olmamışdır. Yalnız kabinetdə Baxşeyişlə danışıb razılaşmışlar. Aqil və Rəşad adlı şəxslərlə qeyd olunan məsələ üzrə hər hansı bir söhbətləri olmamışdır. Rəşad və Aqil adlı şəxslərlə Baxşeyişin aralarında qeyd olunan fakt üzrə hər hansı bir razılaşmaları və sövdələşmələrinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 göstərdi ki, "xxxx" MMC-də ekspeditor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. 2023-cü ilin yanvar ayında bibisinin əri Kəmaləddin Qədiməliyev ona Rəşad adlı tanışının olduğunu, Rəşadın da Baxşeyiş adlı tanışının olduğunu, Baxşeyiş adlı şəxsin onlara əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, ehtiyatda olan polkovnik olduğunu, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini, şirkətin hərraca “Mitsubishi Pajero” markalı avtomobilləri çıxardığını və hərracı da Baxşeyişə tapşırdıqlarını demişdir. Həmçinin Kəmaləddin həmin hərracda iştirak edərək ucuz qiymətə avtomobil ala biləcəklərini, Baxşeyişin bu işdə onlara köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Kəmaləddinin təklifi ilə razılaşmış və bunun hansı formada edəcəklərini soruşduqda Kəmaləddin ona Rəşadın onları Bakı şəhərinə aparacağını, orada Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacaqda avtomobillərə baxacaqlarını, bundan sonra onları Baxşeyiş adlı şəxslə görüşdürəcəyini demişdir. Rəşad ona bildirmişdir ki, Baxşeyiş ona deyibdir ki, ilkin olaraq 4200 pul ödənilir, qalan pulu isə 21 iş günü ərzində hərracın nəticəsi çıxdıqdan sonra 9800 manat da əlavə verilir. Bu barədə söhbət zamanı dostu Eyvaza demiş o, da avtomobil almaq istədiyini bildirmiş, özü də ona qaydasını başa salmışdır. Eyvaz ona nə vaxt Bakı şəhərinə gələcəyini dedikdə ona vaxtını demiş və Abşeron rayonu, Saray qəsəbəsinə gəlib gözləməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Gəncə şəhərində Rəşadla görüşmüş, bu zaman orada Gəncə şəhər sakini kimi tanıdığı Rəfail adlı şəxs də var idi. Rəfail ona Kəmaləddinin qonşusu olduğunu, ona da bu barədə məlumat verdiyini və Bakı şəhərinə getdiyini demişdir. Rəşad onların yanına qardaşı kimi tanış etdiyi Anarla birlikdə gəlmişdi. Rəşadın idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Yolda olan zaman Rəşad onlara bildirmişdir ki, Baxşeyiş ona hər gətirdiyi adam üçün 300 manat pul verir. Lakin, işlə bağlı bütün sualları Baxşeyişə verməlidirlər. Birlikdə Abşeron rayonu, Saray qəsəbəsində olan Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacağa getmişlər. Həmin vaxt Eyvaz da orada onları gözləyirdi. Orada avtomobillərə baxdıqdan sonra Baxşeyişin yanına getmişlər. ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranında Eyvaz, Rəfail, Rəşad və Anar otaqların birində əyləşmişlər. Təxminən saat 15 radələrində Baxşeyiş onların yanına gəlib masada əyləşmiş, həmin vaxt Baxşeyişin yanında Aqil adlı şəxs də var idi, Baxşeyiş Aqili onlara sürücüsü kimi təqdim etmişdir. Söhbət zamanı Baxşeyiş ehtiyatda olan polkovnik olduğunu, əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini bildirmişdir. Baxşeyiş Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” neft şirkətinin ləğv edildiyini, “SOCAR”-ın tərkibinə verildiyini, həmin avtomobillərin buna görə hərrac yolu ilə satıldığını və hərracın keçirilməsinin də ona həvalə olunduğunu bildirmişdir. Baxşeyişdən nə etməli olduqlarını soruşduqda Baxşeyiş onlara hər birinin 4200 manat pulu ona məxsus “leoBank” kartına göndərmələrini, onlara "xxxx"a pul ödəmələri barədə qəbz verəcəyini demişdir. Baxşeyişdən pulu “LeoBank”a məxsus karta vurduğu halda nəyə görə "xxxx"a məxsus qəbz verildiyini soruşduqda, Baxşeyiş ona narahat olmamağını, rəsmi qəbz verdiyini bildirmişdir. Bundan sonra yaşda balaca olduğu üçün Rəfailin pulunu götürüb, özü, Eyvaz, Rəşad və Aqillə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 78-də yerləşən “Real” marketə getmişlər və orada olan “Milliön” terminalı vasitəsi ilə Baxşeyişin verdiyi “Leobank” hesab nömrəsinə özünə məxsus 4200 manat pulu ödəmişdir. Yenidən Baxşeyişin yanına qayıdıb çekləri Baxşeyişə vermişlər. Baxşeyiş çeklərə baxıb ona 23 yanvar 2023-cü il tarixli, hesabO-43505834, VÖEN-1700028 531, "xxxx" ASC yazılı möhürlü qəbz vermiş, eyni qaydada Eyvaz və Rəfailə də vermişdir. Bundan sonra o və Eyvaz orada qalmayıb sağollaşıb Gəncə şəhərinə geri qayıtmışlar. 21 gün keçdikdən sonra bir xəbər olmadığını görüb Baxşeyişə zəng etməyə başlamış, lakin o cavab verməmişdir. Buna görə Rəşada və Kəmaləddinə zəng etməyə başlamışdır. Bir müddət sonra Baxşeyiş onun mobil telefonuna cavab vermiş və Gəncə şəhərində olmasını, hərracın sənədlərini ona verəcəyini demişdir. Baxşeyişlə Gəncə şəhəri, “Deluks” otelin qarşısında görüşmüşdür. Orada Baxşeyiş ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yazılı olan xx.xx.2023-cü il tarixli, 056/ HC-23 saylı məktubu və 13 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası İ.N.Y Ə.M.X yazılı olan kassa mədaxil orderi vermişdir. Həmin məktubda onun hərracın qalibi olduğu və 4200 manat pulun ödənilməsi göstərilmişdir. Bir müddət sonra heç bir xəbər olmadığını görüb Baxşeyişə zəng etməyə başlamış, lakin o zənglərə cavab verməmişdir. Daha sonra Rəşada zəng etməyə başlamış, o da Baxşeyişi hamının aldatdığnı, özünün də Baxşeyişi axtarmasını bildirmişdir. Ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaq dindirilmiş Zərərçəkmiş şəxs11 göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi hissələri idarə etmə xidmətinin polis nəfəri-sürücü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid10 təxminən 20-25 ildir ki tanıyır, Rəşad onunla qonşuluqda yaşayır. 2023-cü yanvar ayının ortalarında Rəşad ona avtomobil şəkilləri göstərib, "BP" şirkəti və "xxxx" ASC-nin hərraca "Mitsubishi Pajero" markalı avtomobilləri çıxardığını və hərracında Baxşeyiş adlı şəxsə tapşırıldığını, ucuz qiymətə ala biləcəyimi demişdir. Belə ki, Rəşad bildirmişdir ki, Baxşeyiş özü ona Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləyən, ehtiyatda olan polkovnik, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işləyən şəxs kimi təqdim etmişdir. Həmçinin Baxşeyiş ona demişdir ki, hərraca çıxarılmış həmin avtomobillər ona tapşırılmışdır və ucuz qiymətə alınmasında köməklik göstərə bilir. Eyni zamanda Baxşeyiş adlı şəxs həmin hərraca çıxarılmış avtomobillərin olduğu yeri ona göstərmiş və fotoşəkillərini çəkmişdir. Rəşaddan həmin avtomobillərin neçəyə olması və necə əldə edilməsini soruşduqda Rəşad demişdir ki, Baxşeyiş ona avtomobilin 13000 manat olduğunu, ilkin olaraq avtomobilin qiymətinin 30 faiz hissəsini ödəyəcəyini, qalan 70 faiz ödənişi isə avtomobil təhvil verildikdən sonra ödəyəcəyini bildirmişdir. Rəşada Baxşeyiş adlı şəxslə görüşmək istədiyini demiş, bir müddət sonra Rəşad ona zəng edərək, Baxşeyişin Gəncə şəhərində olduğunu bildirmişdir. Baxşeyiş, Rəşad və Rəşadın qardaşı Anar birlikdə görüşmüşlər. Görüş zaman Baxşeyiş Rəşadın dediklərini təsdiq edərək avtomobillərin satışının ona həvalə olunduğunu, pulu ödədikdən 21 gün sonra avtomobilin onlara təhvil veriləcəyini demişdir. Baxşeyişə razılığını bildirib onlardan sağollaşaraq işinə getmişdir. Bakı şəhərində yaşayan qaynı Elşənə zəng edərək gedib avtomobillərə baxmasını xahiş etmiş, Elşən də ona zəng edərək, Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən "Saray Postu" adlanan X50 stasionar postunun yaxınlığında dayanacağa gedib avtomobillərə baxdığını və həqiqətən orada çoxlu sayda avtomobil olduğunu bildirmişdir. 30 yanvar 2023-cü il tarixdə Rəşad ona zəng edərək bildirmişdir ki, Baxşeyiş ona demişdir ki, pulu təcili ödəməlidir. Baxşeyişlə söhbət zamanı avtomobili arvadı Pərvanə Məmmədovanın adma sənədləşdirməsini xahiş etmişdir. Bundan sonra Rəşadın ona göndərdiyi Baxşeyişin 4098-5844-6702-5118 saylı kart hesabına 30 yanvar 2023-cü il tarixdə saat 12:20-də Gəncə şəhəri, N.Nərimanov prospekti, Ruzi marketdə olan "Milliön" terminal vasitəsi ilə 3900 manat pul ödəmiş və çekin şəkilini, eləcə də Pərvanənin vəsiqəsinin surətini Rəşada göndərmişdir. Təxminən 10 gün sonra Rəşad ona 30 yanvar 2023-cü il tarixli, hesab- 2516464, "xxxx" ASC yazılı möhürlü qəbz vermiş, həmin qəbz də 3600 manat pulun X3 adına ödənilməsi qeyd olunmuşdu. Rəşad ona həmin qəbzi Baxşeyişin verdiyini demişdir. Bir müddət sonra heç bir xəbər olmadığını görüb Baxşeyişə zəng etmiş, amma sonuncu zənglərə cavab verməmişdir. Baxşeyişlə onu Rəşad tanış etsə də, Gəncə şəhərində Baxşeyişin özü ilə görüşmüş, həmin fakt üzrə yalnız Baxşeyişlə danışıb razılaşmışdır. Rəşadın Baxşeyişlə aralarında qeyd olunan fakt üzrə hər hansı bir razılaşmaları və sövdələşmələri olmamışdır. Ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 göstərdi ki, oğlu X27 2021-ci ilin yayından tutularaq hal-hazıra kimi həbsdədir. 2021-ci ilin dekabr ayının sonlarında Quba rayonundakı evinə Bakı şəhərində yaşayan qızı Aynurə Anilova öz ailəsi ilə qonaq gəlmişdir. Həmin vaxt qızıgilin ailə sürücüsü Elməddin ona söhbət əsnasında bildirmişdir ki, onun tanış adamı var, yüksək vəzifədə işləyir, oğlu Yusifin cəzasının azaldılmasında kömək edə bilər. Təxminən bir həftə sonra Elməddin ona zəng edərək yüksək vəzifədə işləyən həmin şəxsin adının İlqar olduğunu, onun nömrəsini İlqara verdiyini və İlqarın özünün ona zəng edəcəyini bildirmişdir. Növbəti gün İlqar ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ona zəng edərək oğlunun hansı cinayət törətməsi barədə məlumat alığını bildirmiş və bu məsələ ilə bağlı görüşüb danışmaq üçün ondan Bakı şəhərinə gəlibgəlməməyi barədə soruşmuş, o da oğluna görə gələ biləcəyini demişdir. Həmçinin İlqar ona demişdir ki, "gələndə özünlə imkanın çatan qədər pul gətirərsən". İki gün sonra, yəni 2022ci ilin yanvar ayının əvvələrində Bakı şəhərinə gedərək İlqarın dəvət etdiyi yerə, yəni metronun “Nizami” stansiyasından çıxıb təxminən ***-**** metr piyada getmiş və təcili tibbi yardım avtomobillərinin dayandığı həyətə daxil olmuşdur. Həyətdə olan tanımadığı mühafizəçidən "İlqar müəllim burada işləyirmi?" deyə soruşduqda mühafizəçi həyətdəki ikimərtəbəli binanın ikinci mərtəbəsini göstərib İlqarın orada işlədiyini bildirmişdir. Bundan sonra ikinci mərtəbəyə qalxıb İlqara zəng etmiş və İlqar otaqlardan birindən çıxaraq onu həmin otağa dəvət etmişdir. Otaqda özündən başqa tanımadığı iki nəfər şəxs də olmuşdur. İlqar ona həmin şəxslərin onun işçiləri olduğunu, bu otağın onun iş otağı olduğunu bildirmişdir. İlqar ona demişdir ki, "bibi uşağının işini danışmışam, məndən 6000-7000 manat pul istəyiblər, kasıb adamsan, səni başa düşürəm, əlində 5000 manat nağd pulun olsun, oğlunun işini yüngülləşdirəcəm". Həmin zaman İlqara cavabında demişdir ki, "baxaram, nə düzəldə bilsəm, hissə-hissə verəcəm, mənim əlimdə o qədər pulum yoxdur, özümlə hal-hazırda 1600 manat gətirmişəm, bu pulu verim, sən uşağın işini düzəltməyə başla, qalan pulu da nə bacarsam, hissə-hissə verəcəm". 1600 manat pulu sayıb masanın üzərinə qoymuş, İlqar 1600 manat pulu götürüb cibinə qoymuşdur. İlqara həmin pulu verərkən otaqda heç kim olmamışdır. Bir neçə gün sonra İlqar zəng edib demişdir ki, "Yusifin işini hakimlə danışmışam, vəkil də tutmuşam, sən pulu hazırla, özüm də Qubaya gələcəm, hadisənin baş verdiyi yeri göstərərsən, oradakı kameraları çıxartdıracam, nə qədər bacarsan, pul hazırla". İki-üç gün sonra İlqar məni hadisənin baş verdiyi yerin yaxınlığına, yəni Quba şəhərində yerləşən “Əli” Ticarət Mərkəzinin qarşısına çağırmış, hadisənin baş verdiyi yeri soruşub kameraların olduğu hissələri çəkmişdir. İlqar tanımadığım iki nəfər kişi və bir nəfər qadın ilə birlikdə gəlmiş, birinin adının İbrahim olduğunu, qardaşı olduğunu və Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər kameralarını açdığını, digər şəxsin adının Samir olduğunu və guya haradasa baş əməliyyatçı işlədiyini, qadının adının Afaq olduğunu, qardaşı İbrahimin sevgilisi olduğunu bildirmişdir. Sonradan öyrənmişdir ki, qardaşının adı Vüsaldır. İlqar şəkil çəkərkən Afaq və İbrahim adlı şəxslər avtomobildə əyləşmişlər, Samir adlı şəxs isə əlində qalın dəftər və qələmlə gəzişmişdir. İlqar yanındakı həmin şəxslərlə birlikdə həmin vaxt yaşadığı Quba rayonunda yerləşən evimə gəldilər. İlqar təklikdə soruşdu ki, "nə qədər pul düzəldə bilmisən, uşağın işini həll olunmasına başlayıblar, məndən də pul istəyirlər". Həmin zaman İlqara 1000 manat düzəltdiyimi deyib 1000 manatı ərim Mustafanın yanında İlqara vermişəm, 200 manat da Təhlükəsiz Şəhər kameralarının çıxarılacağı adı ilə götürmüşdü. İlqar həmin 200 manatı kamera çəkilişlərinin pozulduğunu bildirərək 2 ay sonra qaytarmışdı. 3 gün sonra İlqara zəng edib iş barədə soruşduqda İlqar dedi ki, "narahat olma, müəllimlə danışmışam". İlqardan "müəllim deyərkən kimi nəzərdə tutursan?" soruşduqda İlqar cavab vermişdi ki, adamın adını açıqlaya bilməz. 2022-ci ilin fevral ayının əvvəllərində İlqar zəng edib bildirdi ki, oğlumun işinin düzəlməsi üçün yenə pul lazımdı. 2022-ci ilin fevral ayının ortalarında qızım Aynurun yaşadığı binanın həyətində İlqarın öz avtomobilində qızım Aynurun oğlu Nurlanın yanında İlqara 900 manat pul vermişəm. 2 gün sonra İlqara zəng edərək işibarədə soruşduqda narahat olmamağını, işin düzələcəyini, yenə pul lazım olduğunu bildirmişdi. Bir həftə sonra, yəni 2022-ci ilin fevral ayının sonlarında ərim X26 kreditlə əldə etdiyi 600 manat pulu İlqarın bank kesabına yükləmişəm. Həmin vaxta kimi İlqara ümumilikdə 4100 manat pul vermişdik. 2022-ci ilin dekabr ayında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğluma 7 il azadlıqdan məhrumetmə cəzası təyin ediləndə İlqara etiraz elədim ki, “məni niyə aldatdın”, İlqar isə dedi ki, apellyasiya məhkəməsi vasitəsilə azadlığın məhdudlaşdırılması cəzası verilməsini təşkil edəcək. 2023-cü ilin mart ayının əvvəllərində İlqar pulun çatmadığını, apellyasiya məhkəməsi üçün əlavə 300 manat lazım olduğunu bildirdikdə onu evinə dəvət etsəm də, gəlmədi və Zabrat qəsəbəsində yerləşən "Malina" restoranın qarşısında görüşdük. İlqarın avtomobilinə əyləşib, 300 manatı sayaraq vermişəm, bir həftə sonradan başlayaraq zənglərimə və mesajlarıma cavab verməmişdi. Apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladığını biləndən sonra tam əmin oldum ki, İlqar dələduzluq edərək pulumu ələ keçirib. Sonradan eşitmişdim ki, İlqar Xuramana qarşı da dələduzluq edib. Beləliklə, İlqara oğlumun cəzasının azaldılması işi üçün ümumilikdə 4600 manat pul vermişəm və mənə 200 manat qaytarıb, 4400 manatı hal-hazıra kimi verməyib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində İlqarın işinə baxılarkən bir dəfə gedib Lalə adlı vəkili görmüşəm. Lalənin dediyinə görə İlqar ona 300 manat pul vermişdi. Sonradan belə başa düşmüşəm ki, İlqar formal olaraq, ucuz qiymətə, yəni 300 manata Lalə adlı qadın vəkili oğlum üçün vəkil kimi tutmuş, məhkəmə proseslərinin vaxtları və məhkəmə tərəfindən təyin edilmiş cəza barədə məlumatları Lalədən öyrənmişdir ki, onun yanında özünü işdən məlumatlı kimi göstərsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 göstərmişdir ki, oğlu X25 2021-ci ilin noyabr ayında tutularaq hal-hazıra kimi həbsdədir. 7 ildir ki, Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində yaşayan yəhudi Marqalut adlı yaşlı, xəstə qadına qulluq edir və aylıq olaraq 300 manat pul alır. 2022-ci ilin yanvar ayının ortalarında Marqalutgilin evində olarkən onların evinə əvvəllər tanımadığı, həmin vaxt tanıyaraq adını bildiyi Lətifə adlı qadın gəlmişdir. Lətifə həmin qəsəbədə yaşayaraq qadın gözəllik salonu işlətmiş və həmin vaxt Marqaluta xidmət göstərməyə gəlmişdir. Marqalut söhbət əsnasında Lətifədən hal-əhval tutaraq ailəsini və uşaqlarını soruşduqda Lətifə kədərli halda oğlunun həbsdə olduğunu bildirmişdir, Marqalut onu göstərib "bunun da oğlu tutulub" deyərək Lətifəyə cavab bildirmişdir. Lətifə isə demişdir ki, "bir nəfər tanış adam var, vəzifədə işləyir, mənim uşağıma da kömək edir, sənin uşağına da kömək edə bilər, istəyirsən zəng edib ondan soruşum". Lətifəyə cavab vermişdir ki, "kömək edə bilirsə, istəyirsənsə, zəng et baxaq da". Lətifə onların yanında kiməsə zəng edib onun oğlunu nəzərdə tutaraq həbsdə olması və kömək edib-etməməyinin mümkünlüyü barədə soruşmuş, Lətifə danışa-danışa öz telefonunu ona vermişdir ki, Özü oğlu barədə həmin şəxsə ətraflı məlumat versin. Bundan sonra telefonu götürüb danışarkən həmin şəxsin kişi olduğunu bilmiş və Özü haqqında məlumat verərək, oğlunun həbsdə olmasından danışmışdır. Həmin şəxs Lətifənin telefonu ilə onunla 1-2 dəqiqə danışaraq bildirmişdir ki, ona özünün "WhatsApp" ilə zəng etsin. Bundan sonra zəngi bitirib öz telefonunun "WhatsApp" ilə həmin şəxsə zəng edərək danışmağa başlamışdır. Həmin şəxs "WhatsApp" zəngi zamanı şəxsiyyəti barədə məlumat verməklə Təqsirləndirilən şəxs1 olduğunu bildirərək ona oğlunun cəzasınm azaldılmasına kömək edə biləcəyini bildirmişdir. İlqar ona "WhatsApp" əlaqəsi zamanı demişdir ki, "indi bir nəfərlə danışıb oğlunun işinin necə və hansı qaydada yüngülləşdirəcəyini deyəcəm". Təxminən 5-10 dəqiqə sonra İlqar ona özü "WhatsApp" vasitəsilə zəng edərək guya harasa zəng edib danışdığım, onun oğlunun cəzasının azaldılması üçün 20000 manat lazım olduğunu, o, danışıqlar apraraq lazım olan pulu 17000 manata endirdiyini bildirmişdir. İlqara cavab vermişdir ki, 15000 manat düzəldə bilər. İlqar isə 15000 manata razılaşaraq onunla sağollaşmışdır. Bir neçə gün sonra, yəni 19 yanvar 2022-ci il tarixdə İlqar ona zəng edərək Qubaya gəldiyini bildirmiş, bir qədər sonra Lətifə ona zəng edib İlqarın onun evində olduğunu və yemək yediyini, İlqar Qubada olmuşkən oğlunun işi üçün pul verib-vermədiyimi soruşmuş, Lətifəyə cavab vermişdir ki, həyatyanı torpaq sahəsini bölüb satmış, saat 14 radələrində pulu götürməlidir. 1-2 saat sonra İlqar və Lətifə ikisi birlikdə onun iş yerinə, yəni Marqalutun evinə gəlmişlər. Onları küçəyə çıxaraq qarşılamış, Marqalutun evinin qarşısında dayanmış İlqarın avtomobilinə əyləşmişdir. Lətifə qabaq oturacaqda əyləşmiş, İlqar isə bildirmişdir ki, pulu təcili çatdırmaq lazımdır, pul tam şəkildə deyilən vaxtda çatmasa, pul batacaq. İlqar öz hesab kartının şəkilini onun telefonuna "WhatsApp" vasitəsilə göndərib demişdir ki, pulu həmin kartın hesabına yükləyərsən. Satdığı torpaq sahəsinin pulunun bir hissəsini götürərək, elə həmin günü, yəni 19 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Quba rayonu, Heydər Əliyev prospektində yerləşən, Araz marketdəki “e-Manat” ödəniş terminalından İlqarın ona göndərdiyi Kapital Banka aid kart hesabına 5000 manat pul yükləmişdir. Bir neçə gün sonra "WhatsApp" zəngi vasitəsilə İlqarla əlaqə saxlamış və işin nə yerdə olduğunu soruşduqda İlqar ona cavab vermişdir ki, "pulun hamısı verilməlidir, narahat olma, oğlunu özüm gətirib təhvil verəcəm". Satdığı torpaq sahəsinin pulunun bir hissəsini də aldıqdan sonra 04 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Araz marketdəki Milliön elektron ödəmə sistemi terminalından 5000 manat pulu İlqarın həmin bank hesabına yükləmişdir. Bundan sonra tez-tez "WhatsApp" vasitəsilə əlaqə saxladıqda hər dəfə İlqar ona narahat olmamağmı bildirmişdir. 03 mart 2023-cü il tarixdə səhər saatlarında İlqar ona "WhatsApp" vasitəsilə zəng edərək bildirmişdir ki, başqa həbsdə olan adamın işinin həlli üçün ona verilmiş puldan guya onun oğlunun işinə görə vermiş, başqa adama aid həmin 5000 manat pulu saat 14 radələrinə kimi qaytarmaq lazımdır. Bundan sonra narahat olaraq tez borc tapıb saat 12 radələrində Quba rayonu, Qırmızı qəsəbə ərazisində yerləşən Redmart marketdəki Milliön elektron ödəmə sistemi terminalından İlqarm həmin kart hesabına 5000 manat pul yükləmişdir. Bundan sonra İlqar hər dəfə onunla əlaqə saxlayaraq narahat olmamağı və hər şeyin qaydasında olduğunu və oğlunun işinin tezliklə həll olunaraq məhkəmənin hökmü ilə cəzasının azaldılacağını bildirmişdir. Aylar keçsə də, oğlunun işinin məhkəmə hökmü çıxmamış, hər dəfə oğlunu məhkəməyə gətirib aparmışlar. 2022-ci ilin yay aylarında 5000 manat pul aldığı borc sahibi onu hər dəfə sıxaraq borcu qaytarmağı tələb edərkən, özü də İlqara bu barədə bildirmişdir ki, borc sahibi pulunu istəyir, lakin onun oğlunun işi hələ də həll olunmayıb. İlqar isə ona demişdir ki, “istəyirsən mən sənə kömək edim, borcunu qaytar, sonra sən mənə borcunu qaytararsan”. Bundan sonra İlqar müxtəlif vaxtlarda 800, 200, 400, 300 və 300 manat olmaqla ümumilikdə 2000 manat pulu onun kart hesabına göndərərək həmin pulu ona borc kimi vermişdir. 2022-ci ildə yayın sonlarında İlqar ona zəng edərək oğlunun işinin məhkəmə hökmü çıxarıldığını və oğluma 5 il azadlıqdan məhrum etmə cəzası verildiyini bildirmiş, 2-3 gün sonra oğlu özü ona zəng edərək irad tutmuşdur ki, İlqara 15000 manat pul verilib, lakin İlqarın ona heç bir köməyi olmayaraq 06 il 06 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. 15000 (manatı İlqara verdikdən sonra oğluna bu barədə danışmışdır. Oğlu ilə telefon əlaqəsi saxladıqdan sonra İlqara zəng edib öz iradını bildirmişdir ki, nə üçün onu aldadıbdır. Həmin vaxt Bakıda qızının evində idi, İlqar onun telefonda ağladığını eşidib özü onun olduğu yerə gəlmişdir. Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən "Şəki” kafesinin qarşısında İlqarla görüşdükdə sonuncu ona bildirmişdir ki, oğluna çox həbs cəzası veriləcəkdi, azaldıb altı il yarıma salmışdır, apellyasiya məhkəməsində cəzasını bir az da azaltdıracaqdır, sonra oğlunu "Tub Zon"na göndərtdirəcək və oradan buraxacaqlar. İlqara inanaraq oğlunun azadlığa buraxılacağına əmin olmuş, bundan sonra appelyasiya məhkəməsi olsa da, İlqar ona bu barədə məlumat verməmişdir. İlqar hər dəfə onunla əlaqə saxlayarkən onu inandırıraraq demişdir ki, “əsas nəticədir, oğlun yaxın vaxtlarda azadlığa çıxacaq”. Həmin vaxtlarda Lətifə ona bildirmişdir ki, oğluna 7 il həbs cəzası verilib, İlqar heç bir köməklik etməyib. İlqardan Lətifənin oğluna kömək etmədiyi barədə soruşarkən İlqar bildirmişdir ki, Lətifə az pul, yəni 4000 verdiyi üçün oğluna 7 il həbs cəzası verilib, 8000 versə idi, oğlunun işi düzələrdi. 20 fevral 2023-cü il tarixdə, axşam saatlarında İlqar ona “WhatsApp” vasitəsilə zəng edərək, təcili olaraq 500 manat borc pul istəmiş və həftənin birinci günü, yəni iki gün sonra qaytaracağını bildirmişdir. İlqara səhər tezən 500 manat göndərəcəyini bildirmiş və İlqar ona “WhatsApp” vasitəsilə “Leobank”a aid hesab kartının şəkilini göndərmişdir ki, pulu həmin kartın heabma səhər saat 09 radələrinə kimi yükləsin. Marqalutdan növbəti ayın pulunu da alandan sonra özündə olan pulları da cəmləyib 500 manat düzəldib növbəti gün, yəni 21 fevral 20213-cü il tarixdə saat 08:30 radələrində Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində yerləşən Piramida marketdəki Milliön elektron ödəmə sistemi terminalından manat pulu İlqarın Leobanka aid bank hesabına yükləmişdir. Bundan sonra iki gün İlqarla telefon əlaqəsi saxlasa da, sonradan İlqar yoxa çıxaraq onun zənglərinə və mesajlarına cavab verməmişdir. Artıq tam əmin olmuşdur ki, İlqar ona qarşı dələduzluq edərək, ümumilikdə 13500 manat pulunu ələ keçirib. Ona vurulmuş ziyanın ödənilməsini tələb edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə 2022-ci ilin iyul ayında Səadət Musayevanın vasitəsilə tanış olmuşdur. Belə ki, həmin zamanlar ona işləri ilə bağlı müəyyən köməkliklər göstərməsi üçün vəkil lazım idi. Həmkəndlisi Səadət bildirmişdir ki, bir nəfər Baxşeyiş adlı şəxslə tanış olmuş, sonuncu ona özünü vəkil kimi təqdim etmişdir. Bundan sonra Baxşeyişin hazırda yadında qalmayan mobil nömrəsini almış və onunla əlaqə saxlamışdır. Baxşeyiş özünü ona vəkil kimi təqdim etmişdir. Daha sonra Başxeyişlə Bakı şəhərində görüşmüş, Baxşeyişlə aralarında olan söhbət zamanı sonuncu ona bildirmişdir ki, aztəminatlı ailələrə dövlət tərəfindən ev verilməsini təmin edə bilir. Eyni zamanda Baxşeyiş bildirmişdir ki, onun həyat yoldaşı Nazlı Mustafayevanın adma dövlət tərəfindən Bakı şəhəri, Yasamal rayon ərazisindən 2 otaqlı ev verilməsini təmin edə bilər. Baxşayiş həmin məsələnin həll edilməsi üçün 25.000 manat pul istədikdə ona inanıb razılaşmışdır. Bu məqsədlə 2022-ci ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayon ərazisində hazırda yadında qalmayan bir yerdə Baxşeyişə 20.000 manat pul vermiş, həmin zaman yanlarında kənar şəxs olmamışdır. xx.xx.2022-ci il tarixdə isə Gədəbəy rayonu Mərkəzi dairəsində yerləşən “Fərid” marketidən terminal vasitəsilə hazırda yadında qalmayan kart hesabına 1500 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə isə Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən “Ppark” marketdən terminal vasitəsilə Baxşeyişin kart hesabına 1000 manat pul göndərmişdir. Geri qalan pulu isə ev verildikdən sonra verilməsi ilə bağlı razılaşmışlar. Baxşeyiş ona 2022-ci ilin sonunadək evin veriləcəyini demiş, 2023-cü ilin fevral aymda Baxşeyişin ev məsələsini həll etmədiyini görüb ondan pulunu tələb etməyə başlamış, həmin zaman Baxşeyiş ona xəstəxanada olduğunu və pulunu daha sonra verəcəyini demişdir. Bir müddət sonra isə Baxşeyişin həbs olunduğunu eşitmişdir. Baxşeyişə qeyd etdiyi 20.000 manat pulu verən zaman yanıların heç kəs olmamışdır. Lakin, sonuncu pulları Baxşeyişin kart hesabına göndərməyilə bağlı qəbzləri təqdim etmişdir (cild 1, iş vərəqə 33-34). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, atası Şahid1 9-cu mikrorayonda Zərifə Göz klinikasının qarşısında parklanma qaydalarını həyata keçirir. Buna görə də ayrı-ayrı maşınlardan onları parklanmaya kömək etdiyi üçün pul alır. Parklanma qaydalarına kömək etdiyi üçün orada daimi maşm saxlayan şəxslərin bəzilərini tanıyır. Həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 göz klinikasının qarşısına tez-tez hər dəfə bir maşında yəni, bir dəfə “Audi Q7”, bir dəfə “BMV 3 seriya”, bir dəfə isə “Kia Klarus” markalı və digər avtomobillərlə gəlmişdir. Lakin həmin avtomobillərin heç birinin nömrəsini xatırlamır. Təqsirləndirilən şəxs1 özünü hüquqşünas kimi təqdim etmişdir. O həmişə kostyumda gələrək müxtəlif məhkəmə proseslərində iştirak etdiyini bildirmişdir. Atası Əzizağanın yanında olanda onunla bir neçə dəfə söhbət etmişdir. O söhbət əsnasında nömrəsini verərək, nə vaxt nəsə lazım olsa kömək edə biləcəyini bildirmişdir. Buna görə onun mobil nömrəsini götürüb qeyd etmişdir. Dəqiq tarix yadında deyil, 2021-ci ilin yay aylarında idarə etdiyi “Chevrolet Lazette” markalı, **-TR-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu ərazisində “Qələbənin kruqu” adlanan ərazidə yol polisləri saxlamışdır. Həmin zaman yol polisləri ona demişdir ki, cərimələr çox olduğu üçün maşın duracağa getməlidir. Buna görə Təqsirləndirilən şəxs1 mobil nömrəsinə zəng etmiş və polislər tərəfindən saxlanıldığım bildirmişdir. İlqar isə onun telefonundan polislərlə danışmış və polis ona telefonu geri qaytaranda cərimələrin ödənilməsini bildirmişdir. Həmin vaxt pulunun olmadığını bildirmiş, İlqar da buna görə ona demişdir ki, protokolun nömrələrini ona göndərsin, özü ödəyəcəkdir. Bundan sonra protokolun nömrələrini İlqara göndərmiş, sonuncu isə həmin cərimələri ödəmişdir. Buna görə də avtomobili cərimə meydançasına aparılmamışdır. İlqar onun cərimələrini ödədiyi üçün ona qarşı etibar yaranmışdır. Bundan başqa, 2022-ci ilin iyul ayında həyat yoldaşı X4 İmtahan Mərkəzində müəlliməliyə imtahan vermişdir. Lakin balı az yığdığı üçün yalnız rayona müəllimə kimi işə düzələ bilərdi. Özü isə həyat yoldaşının rayonda işə düzəlməsini istəməmişdir. Bakı şəhərində yaşadıqları üçün həyat yoldaşının Bakı şəhərindəki məktəblərin birində müəllimə kimi işə düzəlməsini istəmişdir. Buna görə də 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 zəng edərək həyat yoldaşının Bakı şəhərində məktəblərin birinə müəllimə kimi işə düzəldilməsini xahiş etmişdir. İlqarla Bakı şəhərində görüşüb söhbət etdikdən sonra sonuncu bildirmişdir ki, həyat yoldaşının keçid balını qaldırmaqla onu Bakı şəhərində məktəblərin birinə müəllimə kimi işə düzəldə bilər. Həmin işi Təhsil Nazirliyində işləyən bir nəfər xanım tanışının vasitəsilə görəcəyini demişdir. Həmçinin bunun üçün 2000 manat pul istəmişdir. Bundan sonra İlqarla razılaşmış, sonradan İlqar həyat yoldaşının müəllimə kimi şəxsi kabinetinin parolunu istəmiş, ona həmin parolu vermişdir. İlqar isə həmin günün axşamı ona zəng edərək şəxsi kabinetə pdf faylı göndərdiyini və həmin faylda məktəblərin siyahısının olduğunu və həmin siyahıdan məktəb seçməyi bildirmişdir. Həyat yoldaşı ilə həmin siyahıya baxaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 240 nömrəli tam orta məktəbi seçərək həyat yoldaşının orada müəllimə kimi işləməsini bildirmişdir. Səhəri gün İlqar ona zəng edərək, həyat yoldaşının şəxsiyyət vəsiqəsi, diplom, sağlamlıq kağızı və tərcümeyi halını gətirməyini demiş, həmin sənədləri yığıb həyat yoldaşı ilə birlikdə Təhsil Nazirliyi tərəfə getmişdir. Yolda olarkən baldızı Gülnar Gərayevə həyat yoldaşına zəng edərək harada olduğunu soruşduqda həyat yoldaşı Təhsil Nazirliyinə getdiklərini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yanına çatıb sənədləri Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Təhsil Nazirliyinin yaxınlığında sonuncuya vermişlər. Bundan sonra həyat yoldaşı ilə birlikdə evə qayıtmışlar. Biraz sonra İlqar onunla telefon əlaqəsi saxlayaraq həyat yoldaşının balını qaldırmaq üçün 1000 manat pul lazım olduğunu və həmin pulu axşam verməli olduğunu demişdir. Özü də onunla razılaşaraq axşam pulu verəcəyini bildirmiş və həmin günü axşamı İlqarın ona göndərdiyi hazırda yadında qalmayan “Leobank” kart hesabına 1000 manat pul göndərmişdir. Təxminən 1 saat sonra bacanağı Zərərçəkmiş şəxs19 ailəsi ilə birlikdə onun yaşadığı ünvana gəlmişdir. Söhbət zamanı Gülnar Gərayeva ona demişdir ki, “əgər sizin işiniz alınırsa, mənim də müəllimlik işimi həll edin”. Lakin özü onlara nəticəni gözləmələrini, daha sonra onların da məsələsi üçün müraciət edə biləcəklərini bildirmişdir. Lakin, Gülnar onların paxıl olduğunu bildirmiş, buna görə də İlqarın istifadəsində olan nömrəyə zəng edərək mikrofona qoymuş, söhbət zamanı İlqara baldızının da müəllimə kimi işə düzəlmək istədiyini bildirdikdə İlqar eyni prosedurun olacağını bildirmişdir. Gülnarın həyat yoldaşı Ceyhun isə telefonla danışaraq İlqardan bu işin neçəyə başa gələcəyini soruşduqda İlqar Ceyhuna bu işi görüşüb danışmaq lazım olduğunu demişdir. 2022-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs19 ilə birlikdə gedib Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Təhsil Nazirliyinin yanında İlqarla görüşmüşlər. İlqar Zərərçəkmiş şəxs19 bildirmişdir ki, yoldaşını müəllimə kimi işə düzəltmək üçün 6000 manat pul verməlidir. Zərərçəkmiş şəxs19 də onunla razılaşmış və həyat yoldaşı barədə sənədləri İlqara vermişdir. Həmçinin özü də öz həyat yoldaşının sənədlərini İlqara vermişdir. Sonradan İlqar ona zəng vurub bildirmişdir ki, işlərini həll edəcəyi Təhsil Nazirliyində işləyən xanımla həmin işləri görmək alınmır. Başqa bir nəfər xanımla həmin işlərin həlli üçün danışmışdır, onun həyat yoldaşının müəllimə kimi işə düzəlməsi üçün 4000 manat, Ceyhunun həyat yoldaşının müəllimə kimi işə düzəlməsi üçün isə 8000 manat pul lazımdır. Çünki, Ceyhunun həyat yoldaşının müəllimə kimi işə düzəlmək istədiyi yer sifarişlidir. Həmçinin İlqar ona bildirmişdir ki, Zərərçəkmiş şəxs19 həyat yoldaşının müəllimə kimi işə qəbul edilməsinə 8000 manat pul istəyəcəyini, oradan ona 2000 manat pul qaldığını və həmin pulu da onun həyat yoldaşının işinin düzəlməsi üçün üzərinə qoyacağını və əlavə olaraq da öz cibindən 1000 manat pulu onun həyat yodaşının işi düzəlməsi üçün üzərinə qoyacağını, həmin 1000 manat pulu isə imkanı olan zaman qaytarmağını bildirmişdir. Ümumiyyətlə 4000 manata həyat yoldaşını müəllimə kimi işə qəbul etdirəcəkdir. Özü isə Zərərçəkmiş şəxs19 bu barədə deyəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs19 ilə danışaraq işi üçün 8000 manat pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs19 isə görüşmək üçün İlqara zəng etmişdir. İlqar da görüşməyə razılıq vermişdir. 2022-ci ilin avqust ayının ortalarında yəni, danışıqlarından 1 ya da 2 gün sonra Zərərçəkmiş şəxs19 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nərimanov metrostansiyanın yanındakı parkda İlqar ilə görüşmüşdür. İlqar Zərərçəkmiş şəxs19 yerin sifarişli olduğunu bildirmiş və 8000 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs19 də İlqarla razılaşmışdır. Həmin günün səhəri yəni, 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Sevinc” kinoteatrının yuxarısında İlqarla görüşmüşlər. Orada olan adını bilmədiyi kafedə kabinetdə üçü birlikdə əyləşmiş, kabinetdə Zərərçəkmiş şəxs19 8000 manat pulu sayaraq İlqara vermiş və İlqar da pulu təhvil almışdır. Daha sonra isə kabinetdən çıxmışlar. Təqsirləndirilən şəxs1 2022-ci ilin sentyabr ayının 15-nə qədər onun və Zərərçəkmiş şəxs19 həyat yoldaşının müəllimə kimi işə düzəlməsi məsələsinin həll olunacağını bildirmişdir. Lakin 2022-ci ilin sentyabr ayının 15-nə qədər iş düzəlmədiyi üçün İlqara zəng edərək pulunu tələb etməyə başlamış, İlqar isə pulu geri qaytaracağını bildirmişdir. 2022-ci ilin sonunda İlqar onun kart hesabına 1000 manat pul göndərmişdir. İlqarın hazırda ona borcu yoxdur. İlqar əvvəlcədən ona həmin işi bir xanım vasitəsilə görəcəyini demiş, lakin hansı xanım olmasını deməmişdir. Könül Əliyevanı isə ümumiyyətlə əvvəlcədən tanımamışdır. Könül xanımla aralarında hər hansı bir razılaşma və sövdələşmə olmamışdır. Həmçinin İlqarla aralarında ona gətirdiyi hər adam üçün 500 manat ona verməsi ilə bağlı razılaşmaları olmamışdır. Kamil özü İlqarla həmin məsələ ilə bağlı danışıb 7.500 manata razılaşmışdır. İlqar ondan borc pul istədiyi üçün 250 manat göndərmişdir. Həmçinin İlqarın həmin işi kimin vasitəsilə görməsi barədə heç bir məlumatı olmamışdır. Ümumiyyətlə Aynur adlı xanımı da tanımır (cild 5, iş vərəqə 106-110). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Baxşeyiş Vahid oğlu ilə 29.08,2022-ci il tarixdə görüşməmişdən 2-3 gün əvvəl onu “Facebook” sosial şəbəkəsində vəkil kimi fotoşəklini görüb tanımış və ***-***-**-** nömrəsini görüb zəng etmişdir. İkinci Qarabağ müharibəsində Xocavənd Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak etmiş, həmin vaxtdan işləmiş və özünə iş axtarmışdır. “Facebook” səhifəsində iş axtaran zaman özünü vəkil kimi təqdim edən Baxşeyişlə danışan zaman ondan xahiş etmişdir ki, onun adından Prezidentə məktub yazsın ki, iş tapa bilsin. Baxşeyiş isə ona bunun mümkün olduğunu demiş, daha sonra isə bu barədə anası Tərgülə demişdir. Həmin günü anası Tərgül Baxşeyişə zəng vurub onunla görüşmüş, həmin zaman anası ona zəng vurub bildirmişdir ki, Baxşeyiş ona deyir ki, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlılarına işə düzəldə bilər, aylıq maaşı 2500 manat olacaqdır. Həmçinin Baxşeyiş bir neçə sənədlərin lazım olduğunu demiş, xx.xx.2022-ci il tarixdə atası Baratla birlikdə Baxşeyişlə Bakı şəhərində “Ay İşığı” restoranının qarşısında görüşüb istədiyi sənədləri ona vermişdir. Sənədləri verməzdən əvvəl isə Baxşeyiş həmin işi 10.000 manata görə biləcəyini, 5000 manat əvvəlcədən, 5000 manat isə iş düzəldikdən sonra veriləcəyini demişdir. Baxşeyişlə razılaşdıqdan sonra sonuncu ona zəng vurub səhəri günü 5000 manat pulu gətirməyini demişdir. Bundan sonra Baxşeyişlə Şamaxinka adlanan ərazidəş Alov zavodunun qarşısında görüşüb ona anasına məxsus avtomobilin içərisində 5000 manat pul vermişdir. Həmin zaman yanlarında anası Tərgül olmuşdur. Bir müddət keçdikdən sonra isə Baxşeyişin onu aldatması məlum olmuşdur (cild 2, iş vərəqə 212-215). Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxçar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər (cild 2, iş vərəqə 201-203). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2023-cü ilin yanvar ayında çayxanada qonşusu X2 ilə birlikdə oturmuşlar. Həmin zaman Rəşad gəlib Kəmaləddinlə nəisə danışmış, sonra Rəşad bildirmişdir ki, Saray postunun arxasında “Socar”a məxsus hərraca çıxarılmış “Mitsubishi Pajero” markalı avtomobillər var, həmin avtomobilləri almaq üçün ilkin ödəniş 4200 manat verilir, 21 gün sonra avtomobillər verildikdən sonra geri qalan pul verilir. Həmçinin mobil telefonunda həmin avtomobillərin videosunu göstərmişdir. Həmçinin bildirmişdir ki, “əgər almaq istəsiniz, üç avtomobil alınmalıdır, üç avtomobildən aşağı avtomobil alınmır”. xx.xx.2023-cü tarixdə qonşusu X2 ilə Gəncə şəhərində çayxanada oturan zaman yenə Rəşad gəlmiş və Kəmaləddinlə kənarda nəisə söhbət etdilər. Rəşad getdikdən sonra Kəmaləddin ona bildirmişdir ki, gedib özləri də həmin avtomobillərdən götürsünlər. Həmçinin Rəşad və Kəmaləddin bildirmişlər ki, həmin avtomobillərin hərracı Bakı şəhərində bir nəfər şəxs var, DTX-nin polkovnikidir, ona müəllim deyə müraciət edirlər, avtomobillərin hərracı həmin şəxsə tapşırılmışdır, avtomobillərin satılmasında köməklik edən şəxs həmin şəxsdir. xx.xx.2023-cü il tarixdə özü, Kəmaləddin, tanışı X18 və oğlu Samir birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhəri, “20 Yanvar” metrostansiyasını yaxınlığında Rəşadla görüşdükdən sonra Rəşad qardaşı Anarla birlikdə onları Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacağa aparıb orada həmin avtomobilləri göstərmişdir. Lakin yaxına getməyə icazə verilmədiyini bildirmişdir. Sonra Rəşad onları avtomobillərin satılmasında köməklik edən şəxsin yanına aparacağını, qeyd olunan məsələ ilə bağlı onunla söhbət edəcəklərini demişdir. Bundan sonra birlikdə həmin günü saat 16 radələrində ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranına getmişlər. Orada Baxşeyiş masa da əyləşib kimləsə söhbət edirdi. Olardan biraz kənarda əyləşmişlər. Sonra isə Baxşeyişin masasına keçmişlər. Söhbət zamanı Baxşeyiş əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, ehtiyatda olan polkovnik olduğunu, “Socar” şirkətinin hərraca “Mitsubishi Pajero” markalı avtomobilləri çıxardığını və hərracın da ona tapşırdıqlarını bildirmişdir. Baxşeyişdən həmin hərraca çıxarılmış avtomobillərdən almaq üçün nə etməli olduqlarını soruşduqda, Baxşeyiş onlara hər birisinin 4200 manat pulu ona məxsus olan “Leobank” kartına göndərməyi, "xxxx"a pul ödəmələri barədə qəbz verəcəyini demişdir. 21 gün müddətinə avtomobillərin veriləcəyini, geri qalan pulun isə avtomobilləri götürdükdən sonra verəcəklərini bildirmişdir. Bundan sonra pulu çıxarıb oğlu Samirə vermiş, Elxan da pulu Kəmaləddinə vermişdir. Baxşeyiş Rəşada bildirmişdir ki, yaxınlıqda olan marketləri tanıdığı üçün marketdən terminal vasitəsilə pulu ödəmək üçün yol göstərsin. Samir, Kəmaləddin və Rəşad birlikdə pulu ödəmək üçün getmişlər. Bir müddət sonra Samir, Kəmaləddin və Rəşad geri qayıtmış, Samir və Kəmaləddin çekləri Baxşeyişə təqdim etmiş, o da çeklərə baxıb banka pul ödəmək üçün getdiyini deyib restorandan çıxmışdır. Təxminən 30 dəqiqə sonra Baxşeyiş geri qayıdıb ona 13 yanvar 2023-cü il tarixli, hesab-AZ 25NAB 20, VÖEN-**********, "xxxx" ASC yazılı möhürlü qəbz vermiş, həmin qəbzdə 12600 manat pulun ödənilməsi qeyd olunmuşdu. Bundan sonra özü, Kəmaləddin, Elxan və Samir orada qalmayıb sağollaşıb Gəncə şəhərinə geri qayıtmışlar. 21 gün keçdikdən sonra bir xəbər olmadığını görüb Baxşeyişə və Rəşada zəng etməyə başlamışdır. Baxşeyiş müxtəlif bəhanələr gətirib narahat olmamağı demişdir. Lakin, narahat olub Bakı şəhərinə gedəcəyini demişdir. 06 fevral 2023-cü il tarixdə Baxşeyiş onun mobil telefonuna zəng edərək Gəncə şəhərində olmasını, hərracın sənədlərini ona verəcəyini demişdir. Baxşeyişlə Gəncə şəhəri, Xan bağı adlanan yerin yaxınlığında çayxanada görüşmüş, orada Baxşeyiş ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yazılı olan xx.xx.2023-cü il tarixli, 046/ İHC-23 saylı məktubu vermişdir. Həmin məktubda özünün hərracın qalibi olduğu göstərilmişdi. Baxşeyiş onunla sağollaşıb getmiş, bir müddət sonra heç bir xəbər olmadığını görüb, Baxşeyişə zəng etməyə başlamış, lakin o zənglərə cavab verməmişdir. Bundan sonra Rəşada zəng etməyə başlamış, sonuncu isə ona Baxşeyişin hamını aldatdığnı, özünün də Baxşeyişi axtardığını bildirmişdir (cild 5, iş vərəqə 157-159). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında qonşusu X2 ona Rəşad adlı tanışının olduğunu, Rəşadın da Baxşeyiş adlı tanışının olmasını, əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, ehtiyatda olan polkovnik olduğunu, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini, şirkətin hərraca “Mitsubishi Pajero” markalı avtomobilləri çıxardığını və hərracı da Baxşeyişə tapşırdıqlarını demişdir. Həmçinin Kəmaləddin həmin hərracda iştirak edərək ucuz qiymətə avtomobili ala biləcəklərini, Rəşad və Baxşeyişin bu işdə onlara köməklik edə biləcəyini bildirmişdir. Kəmaləddin təklifi ilə razılaşmış və bunun hansı formada ediləcəyini soruşduqda Kəmaləddin ona Rəşadın onları Bakı şəhərinə aparacağını, orada Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacaqda avtomobillərə baxacaqlarını, bundan sonra Rəşadın onları Baxşeyişin yanına aparacağını demişdir. Rəşad ona ilkin olaraq 4200 pul ödəyəcəyini, qalan pulu isə 21 iş günü ərzində hərracın nəticəsi çıxdıqdan sonra 9800 manat da əlavə verəcəyini bildirmişdir. xx.xx.2023cü il tarixdə saat 10 radələrində Gəncə şəhərində Rəşadla görüşmüş, bu zaman orada Timurda var idi. Timur ona Kəmaləddinin bibisinin əri olduğunu, ona da bu barədə məlumat verdiyini və Bakı şəhərinə getdiyini demişdir. Rəşad onların yanma qardaşı kimi tanış etdiyi Anarla birlikdə gəlmişdir. Rəşadın idarə etdiyi “Hyundai Elantra ” markalı avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Yolda olan zaman Rəşad onlara hər avtomobildən 300 manat pul qazanacağını bildirib, işlə bağlı bütün sualları Baxşeyişə verməyini demişdir. Bundan sonra birlikdə Abşeron rayonu, Saray qəsəbəsində olan Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacağa getmişlər. Həmin vaxt orada Timurun tanışı Eyvaz onları gözləyirdi. Orada avtomobillərə baxdıqdan sonra Rəşadla birlikdə ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranına getmişlər. Özü, Eyvaz, Timur, Rəşad və Anar orada otaqların birində əyləşmişlər. Təxminən saat 15 radələrində Baxşeyiş onların yanına gəlib masada əyləşmişdir. Həmin vaxt Baxşeyişin yanında Aqil adlı şəxs də olmuş, Baxşeyiş Aqili onlara sürücüsü kimi təqdim etmişdir. Söhbət zamanı Baxşeyiş ehtiyatda olan polkovnik olduğunu, əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini bildirmişdir. Baxşeyiş Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” şirkətinin ləğv edildiyini, “SOCAR”-ın tərkibinə verildiyini, həmin avtomobillərin buna görə hərrac yolu ilə satıldığını və hərracın keçirilməsinin də ona həvalə olunduğunu bildirmişdir. Timur Baxşeyişdən nə etməli olduqlarını soruşduqda Baxşeyiş onlara hər birinin 4200 manat pulu ona məxsus “Leobank” kartına göndərməyi, onlara "xxxx"a pul ödəmələri barədə qəbz verəcəyini demişdir. Timur da Baxşeyişdən pulu “LeoBank”a məxsus karta vurduqları halda nəyə görə "xxxx"a məxsus qəbz verildiyini soruşduda Baxşeyiş isə ona narahat olmamağını, rəsmi qəbz verdiyini bildirmişdir. Bundan sonra Timur yaşda balaca olduğu üçün Eyvaz və özünün pullarını götürüb Rəşad və Aqillə birlikdə getmişdir. Bir müddət sonra Timur pulların ödənilməsi barədə çeklərlə birlikdə yanlarına qayıtmışdır. Timur çekləri ona və Eyvaza vermiş, Baxşeyiş çeklərə baxıb ona 23 yanvar 2023-cü il tarixli, hesab-43505834, VÖEN-**********, "xxxx" ASC yazılı möhürlü qəbz vermiş, eyni qaydada Eyvaz və Timura da vermişdir. Bundan sonra orada qalmayıb sağollaşıb Gəncə şəhərinə geri qayıtmışdır, 21 gün keçdikdən sonra bir xəbər olmadığını görüb, Baxşeyişə zəng etməyə başlamış, lakin sonuncu ona cavab verməmişdir. Rəşada və Kəmaləddinə zəng etməyə başlamış, bir müddət sonra Baxşeyiş onun mobil telefonuna cavab vermiş və Gəncə şəhərində olmasını, hərracın sənədlərini ona verəcəyini demişdir. Baxşeyişlə Gəncə şəhərində görüşmüş, orada Baxşeyiş ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yazılı olan xx.xx.2023-cü il tarixli, 054/ HC-23 saylı məktubu və 13 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası İ.N.Y Ə.M.X yazılı olan kassa mədaxil orderi vermişdir. Həmin məktubda hərracın qalibi olduğu və 4200 manat pulun ödənilməsi göstərilmişdir. Bir müddət sonra heç bir xəbər olmadığını görüb Baxşeyişə zəng etməyə başlamış, lakin o zənglərə cavab verməmişdir (cild 4, iş vərəqə 101-105). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Şahid10 təxminən 2004-cü ildən tanıyır, onunla aralarına heç bir ədavət və düşmənçilik olmamışdır. Belə ki, Rəşad və özü Müdafiə Nazirliyində hərbiçi işləmişlər. Rəşadla hərdən görüşüb danışmışdır. 2023-cü ilin dekabr ayında Rəşad ona Baxşeyiş adlı tanışının olmasını bildirmişdir. Həmçinin bildirmişdir ki, Baxşeyiş adlı tanışı ona demişdir ki, o, əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləyir, ehtiyatda olan polkovnikdir, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işləyir. Eyni zamanda Rəşad bildirmişdir ki, Baxşeyiş adlı şəxsin ona işlədiyi şirkətin hərraca “Mitsubishi Pajero” markalı avtomobilləri çıxardığını və hərracı da Baxşeyişə tapşırdıqlarını demişdir. Bundan başqa Rəşad bildirmişdir ki, Baxşeyiş adlı şəxs ona demişdir ki, onun köməkliyi ilə həmin hərracda iştirak edərək ucuz qiymətə avtomobil təşkil edə bilir. Lakin, bununla bağlı söhbətləri və razılaşmanı Baxşeyişlə ediləcəkdir. Bundan sonra 2023-cü ilin yanvar ayınm sonlarında Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında kafelərin birində özü, Rəşad, Baxşeyiş və Baxşeyişin sürücüsü Aqil adlı şəxslə birlikdə görüşmüşlər. Orada yenə də söhbət etmişlər və Baxşeyiş söhbət zamanı ehtiyatda olan polkovnik olduğunu, əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini bildirmişdir. Baxşeyiş Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” neft şirkətinin ləğv edildiyini, “SOCAR”-ın tərkibinə verildiyini, həmin avtomobillərin buna görə hərrac yolu ilə satıldığını və hərracın keçirilməsinin də ona həvalə olunduğunu demişdir. Baxşeyiş avtomobillərin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacaqda olduğunu və gedib baxa biləcəyini demişdir. Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacaqda avtomobillərə kənardan baxmış, 2023-cü ilin yanvar ayınm sonlarında özü, Rövşən, Baxşeyiş və Aqil birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Zəm-Zəm” kafesində görüşmüşlər. Burada yenə də Baxşeyişlə danışmış və o ilkin dediklərini bir daha təsdiq edib, ona verdiyi vədləri bir daha təsdiq etmişdir. Baxşeyiş ona ilkin olaraq 30 faiz pulu yəni, 3600 pul ödəyəcəyini, qalan pulu isə 21 iş günü ərzində hərracın nəticəsi çıxdıqdan sonra 7400 manat da əlavə verəcəyini bildirmişdir. Bu barədə tanışı X10 bildirib, şəxsi problemləri ilə əlaqədar olaraq avtomobili onun adına almaq istədiyimi dedikdə sonuncu onunla razılaşmışdır. 10 fevral 2023-cü il tarixdə saat 20 radələrində Özü və Rövşən Cəfərov birlikdə ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranına getmişlər. Orada onları Aqil və Baxşeyiş qarşılamışdır. Aqil adlı şəxs Baxşeyişin sürücüsü idi, lakin Baxşeyişin verdiyi vədlərlə bağlı onlara heç bir söz deməmişdir. Biraz söhbət etdikdən sonra 3000 manat pulu Baxşeyişə vermiş, Baxşeyiş 3600 manat ödəməyi barədə "xxxx" a məxsus qəbz vermişdir. Verdiyi pulun qəbzini isə xahiş etdiyi üçün X5 adma yazmışdır. Baxşeyiş qalan 600 manatı tezliklə çatdırmağını bildirmişdir. Belə ki, onunla aralarında olan razılığa əsasən 600 manat Baxşeyişə sonra verəcəkdi. Bundan sonra sağollaşıb oradan getmişlər. 21 gün müddət keçdikdən sonra avtomobilin verilmədiyini görüb Baxşeyişə zəng etməyə başlamış, lakin o zənglərə cavab verməmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayında tanışı Xalid adlı şəxslə söhbət zamanı oğlunu Fövqaladə Hallar Nazirliyinə işə düzəltmək istədiyini demişdir. Lakin, Xalidin anket məlumatlarını, yaşadığı ünvanı və əlaqə nömrəsini bilmir. Xalid ona bir məsələdə böyük bir jest edərək köməklik göstərdiyi üçün özü də istəyirdi ki, ona hansısa yolla bir köməklik göstərsin. Bundan sonra Rəşadla aralarında söhbət zamanı ona bu barədə bildirmiş, Rəşad da ona bildirmişdir ki, Baxşeyiş adlı tanışı vardır, sonuncu ona bu kimi işlərdə köməklik göstərə bildiyini demişdir. Rəşad Baxşeyişlə danışdıqdan sonra ona demişdir ki, sonuncu ona deyibdir ki, Xalidin oğlunu Fövqaladə Hallar Nazirliyinə işə düzəltməkdə köməklik göstərə bilər, bunun üçün 10000 manat pul lazımdır. Qeyd etdiyi kimi Xalidin ona böyük bir jesti olduğu üçün ona demədən bu məsələni öz vəsaiti ilə həll etmək istəmişdir. Razılaşdıqdan sonra 2022-ci ilin dekabr ayında “Memar Əcəmi” stansiyasının yaxınlığında 10.000 manat pulu Baxşeyişə verməsi üçün Rəşada vermişdir. Sonradan Baxşeyişin onları aldatması məlum olduqdan sonra Rəşad ona öz vəsaitindən 10.000 manat pulunu geri qaytarmışdır. Ona görə də Rəşaddan heç bir şikayət və tələbi yoxdur (cild 5, iş vərəqə 166-169). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid10 isə təxminən 5-6 il olar ki, tanıyır. xx.xx.2023-cü tarixdə qonşusu Zərərçəkmiş şəxs5 ilə Gəncə şəhərində çayxanada oturan zaman tanışı Rəşad onların yanma gəmiş və söhbət zamanı Rəşad bildirmişdir ki, Baxşeyiş adlı şəxslə tanış olmuşdur, sonuncu özünü ona əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləyən, ehtiyatda olan polkovnik, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işləyən şəxs kimi təqdim etmişdir. X19 şirkətin hərraca “Mitsubishi Pajero” markalı avtomobilləri çıxardığını və hərracı da Baxşeyişə tapşırdıqlarını dediyini qeyd etmişdir. Eyni zamanda Rəşad bildirmişdir ki, Baxşeyiş ona deyibdir ki, həmin hərracda iştirak edərək ucuz qiymətə avtomobili ala bilmək olur, bunun üçün özü bu işdə köməklik edir. Rəşada bildirmişdir ki, əgər mümkündürsə özü də həmin hərrac yolu ilə avtomobil almaq istəyir. Rəşad isə bildirmişdir ki, bununla bağlı söhbət etmək üçün Bakı şəhərinə gedib Baxşeyişlə görüşüb danışmaq lazımdır. Həmçinin avtomobillərin olduğu yeri Baxşeyişin ona göstərdiyini, özü də həmin yeri göstərə biləcəyini və Baxşeyişlə onları tanış edəcəyini demişdir. Həmin söhbət zamanı tanışı X18 da onlara yaxınlaşmış və o da həmin söhbətin şahidi olmuşdur. Elxan da həmin söhbəti eşidib bildiyi üçün o, da avtomobil götürmək istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Vahid, Vahidin oğlu Samir, özü və Elxan birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında Rəşadla görüşmüş, Rəşad onları Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacağa aparmışdır. Orada onlara bildirmişdir ki, Baxşeyiş həmin yeri ona göstərməklə həmin avtomobillərin hərraca çıxarılacaq avtomobillər olduğunu demişdir. Avtomobillərə baxdıqdan sonra Rəşad onları Baxşeyişin yanına aparacağını demiş, birlikdə həmin günü saat 16 radələrində ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranına getmişlər. Orada Baxşeyiş masada əyləşib kimləsə söhbət edirdi. Özləri onlardan biraz kənarda əyləşmiş, sonra isə Baxşeyişin masasına keçmişlər. Söhbət zamanı Baxşeyiş ehtiyatda olan polkovnik olduğunu, əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini bildirdi. Baxşeyiş Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” neft şirkətinin ləğv edildiyini, “SOCAR”-ın tərkibinə verildiyini, həmin avtomobillərin buna görə hərrac yolu ilə satıldığını və hərracın keçirilməsinin də ona həvalə olunduğunu bildirmişdir. Baxşeyişdən nə etməli olduqlarını soruşduqda Baxşeyi onlara ilkin olaraq 4200 pul ödəyəcəklərini, qalan pulu isə 21 iş günü ərzində hərracın nəticəsi çıxdıqdan sonra 9800 manat da əlavə verəcəklərini demişdir. Hazırda hər birinin 4200 manat pulu ona məxsus “Leobank” kartına göndərməyi, onlara "xxxx"a pul ödəmələri barədə qəbz verəcəyini demişdir. Vahid pulu çıxarıb oğlu Samirə vermiş, Elxan da pulu ona vermişdir. Samir, özü və Rəşad birlikdə pulu ödəmək üçün getmişlər. Rəşad həmin zaman Baxşeyiş və onların yanında bildirmişdir ki, özünün işi onları tanış etmək idi, pula və verilən vədə cavabdeh deyil. Baxşeyişn verdiyi vədə inanıb pulu haradan ödəyə biləcəklərini soruşmuşlar. Baxşeyiş isə Rəşada bildirmişdir ki, yaxınlıqdakı marketlərdən birinə aparsın ki, terminaldan pulu ödəsinlər. Orada yaxınlıqda olan “Real-S” adlı marketə getmişlər və orada terminal vasitəsi ilə Baxşeyişə məxsus kart hesabına ümumilikdə 12600 manat pul köçürmüşlər. Geri qayıdanda Rəşad öz avtomobili ilə getdiyi üçün yanacağı olmadığından, Baxşeyişin kartı ilə 20 manatlıq avtomobilinə yanacaq vurmuşdur. Restorana qayıtdıqdan sonra Rəşad bu barədə Baxşeyişə dedikdə sonuncu ona yüksək səslə əsəbləşib bildirmişdir ki, həmin pullar dövlətin puludur, həmin pullarla hərraca çıxarılmış avtomobillər alınacaqdır, nə üçün 20 manat istifadə edib. Rəşad isə ona bildirmişdir ki, avtomobilində yanacağı olmadığı üçün yolda qalmamaq məqsədilə istifadə etmişdir. Bundan sonra Samir və özü çekləri Baxşeyişə təqdim etmiş, o da çeklərə baxıb banka pul ödəmək üçün getdiyini deyib restorandan çıxmışdır. Təxminən 30 dəqiqə sonra Baxşeyiş geri qayıtmış və Vahidə 13 yanvar 2023-cü il tarixli, hesab-AZ 25NAB 20, VÖEN- **********, "xxxx" ASC yazılı möhürlü qəbz vermiş, həmin qəbzdə 12600 manat pulun ödənilməsi qeyd olunmuşdur. Bundan sonra özü, Vahid, Elxan və Samir orada qalmayıb sağollaşıb Gəncə şəhərinə geri qayıtmışlar. 21 gün keçdikdən sonra bir xəbər olmadığını görüb, Baxşeyişə və Rəşada zəng etməyə başlamışdır. Baxşeyiş müxtəlif bəhanələr gətirib narahat olmamağı demişdir. 06 fevral 2023-cü il tarixdə Baxşeyiş onun telefonuna zəng edərək, Gəncə şəhərində olmasını, hərracın sənədlərini ona verəcəyini demişdir. Baxşeyişlə Gəncə şəhəri, “Xan bağı” adlanan yerin yaxınlığında çayxanada görüşmüşlər. Orada Baxşeyiş ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yazılı olan xx.xx.2023-cü il tarixli, 044/ İHC-23 saylı məktubu vermişdir. Həmin məktubda özünün hərracın qalibi olduğu göstərilmişdir. Baxşeyiş onunla sağollaşıb getmiş, bir müddət sonra heç bir xəbər olmadığını görüb Baxşeyişə zəng etməyə başlamış, lakin o zənglərə cavab verməmişdir. Bundan başqa bu barədə qonşusu Zərərçəkmiş şəxs10 və qaynının oğlu Zərərçəkmiş şəxs8 da demişdir. Onlar da eyni ilə onun kimi Baxşeyişlə görüşüb ona hərracdan avtomobil almaq üçün pul vermişdirlər (cild 5, iş vərəqə 120-123). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun qayınatasıdır. X2 qayınatasının qonşusudur. Dəqiq tarix yadında deyil, 2023-cü ilin yanvar ayında Gəncə şəhərinə gedəndə Kəmaləddin ona bildirmişdir ki, Socara məxsus “Mitsubishi Pajero” markalı avtomobillər var, həmin avtomobillər hərraca çıxarılmışdır. 2023cü ilin yanvar ayında qayınatası Vahid bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Kəmaləddin, qaynı Samir və başqa iki üç nəfər şəxslərlə birlikdə Bakı şəhərinə getmiş və orada Baxşeyiş adlı şəsə hərraca çıxarılmış “Mitsubishi Pajero” markalı avtomobillərin alınması üçün ilkin olaraq 4200 manat pul vermişlər, Baxşeyiş də onlara qəbz vermişdir. Bir müddət sonra Baxşeyiş Gəncə şəhərinə gələrək, hərracın sənədlərini yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yazılı olan xx.xx.2023-cü il tarixli, 046/ İHC-23 saylı məktubu qayınatası Vahidə vermişdir. Həmin məktubda qayınatasının hərracın qalibi olduğunu görmüşdür. Həmin sənədi gördükdən sonra bu məsələyə inanmış və özü də qayınatası Vahidə bildirmişdir ki, həmin şəxslərlə danışıb ona da hərrac yolu ilə avtomobil alsınlar. X20 zəng vurub bildirmişdir ki, kürəkəni Əlibaba da avtomobil istəyir. Həmin vaxt Kəmaləddin bildirmişdir ki, onlar artıq ödəniş ediblər, 21 gün keçsin onların avtomobilləri hərraca çıxarılıb udulsun, həmin avtomobilləri özləri alsın, bundan sonra müraciət edə bilər. Eyni zamanda Kəmaləddin bildirmişdir ki, onlar bir qrup olaraq müraciət ediblər. Daha sonra qayınatası Vahid Baxşeyişlə danışıb əlaqə yaratdıqda sonuncu demişdir ki, kürəkəninə denən ödəniş etsin, Kəmaləddingil avtomobillərini götürəndə bir nəfər imtina edən var, həmin şəxsin yerinə götürə bilər, əlavə olaraq 21 gün gözləyib başqa şəxslərlə müraciət etməsinə ehtiyac qalmaz. Bir müdət sonra qayınatası Vahid ona Baxşeyişin “Leobank” kart hesabının nömrəsini vermiş və xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ünvan 11 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısındakı terminal vasitəsi ilə 3000 manat pulu həmin kart hesabına göndərmişdir. Bir müddət sonra heç bir xəbər olmadığını görüb işlə maraqlanmağa başlamışdır. Daha sonra isə aldadıqlarını başa düşüb bu barədə şikayət etmişdir. Hadisə nəticəsində ona 3000 manat maddi ziyan vurulmuşdur (cild 5, iş vərəqə 162-163). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs7 Məmməd oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2022-ci ilin iyul ayında tanışı Ələsgər Əliyevin vasitəsilə tanımış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Belə ki, Ələsgər ona demişdir ki, İlqar adlı həmin tanışı təqaüdlərin düzəldilməsində və məhkəmə işlərində köməklik göstərə biləcək şəxsdir. Həmçinin Ələsgər ona demişdir ki, İlqar onun təqaüd və məhkəmə işləri ilə bağlı köməklik göstərmişdir. 2022-ci ilin noyabr ayında İlqar ona Baxşeyiş adlı tanışının olmasım, əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, ehtiyatda olan polkovnik olduğunu, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini, şirkətin hərraca “Mitsubishi Pajero” markalı avtomobilləri çıxardığını və hərracı da Baxşeyişə tapşırdıqlarını demişdir. Həmçinin İlqar həmin hərracda iştirak edərək ucuz qiymətə avtomobil ala biləcəklərini, Baxşeyişin bu işdə onlara köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra 2022-ci ilin noyabr ayının əvvəllərində İlqarla danışmış və sonuncu ona ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranına gəlməyini demişdir. Buna görə də tanışı Bəhruzla birlikdə “Qızılgül” restoranına getmiş, orada İlqar onu Baxşeyişlə tanış etmişdir. Söhbət zamanı Baxşeyiş ehtiyatda olan polkovnik olduğunu, əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini bildirmişdir. Baxşeyiş Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” neft şirkətinin ləğv edildiyini, “SOCAR”-ın tərkibinə verildiyini, həmin avtomobillərin buna görə hərrac yolu ilə satıldığını və hərracın keçirilməsinin də ona həvalə olunduğunu demişdir. Baxşeyiş avtomobillərin hər birinin 15.000 manata satıldığım, belə ki, ilkin olaraq həmin məbləğin 20 faizinin ödənilməli olduğunu, geri qalan pulun isə rəsmiləşdirmə zamanı ödəniləcəyini demişdir. Baxşeyiş avtomobillərin Abşeron rayonu, Saray qəsəbəsinə yerləşən “saray postu” adlanan X50 stasionar postunun yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus dayanacaqda olduğunu və gedib baxa biləcəyini demişdir. Özü də gedib həmin yerdə avtomobillərə baxmışdır. Bundan sonra 2022-ci ilin dekabr ayının sonlarında tanışı İnqilabla danışmış və ona bu barədə demişdir. İnqilab isə bildirmişdir ki, həmin avtomobillərdən almaq istəyər. İnqilabla aralarında olan razılığa əsasən ikisi üçün ümumilikdə 5 avtomobil alacaqdı. Həmin avtomobillərdən ikisi özünün, üçü isə İnqilab üçün idi. Daha sonra Baxşeyişə İnqilabla özü üçün ümumilikdə 5 ədəd avtomobil istədiyi bildirmişdir. Səhəri gün özü Baxşeyişlə əlaqə saxlamış və İnqilabla birlikdə gedib onunla “Qızılgül” restoranında görüşmüşlər. Görüş zamanı Baxşeyiş bir daha ona və İnqilaba əvvəllər ləğv edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləməsini, hazırda Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini, Azərbaycan Respublikasında fəaliyyət göstərən “BP” neft şirkətinin ləğv edildiyini, “SOCAR”-ın tərkibinə verildiyini, həmin avtomobillərin buna görə hərrac yolu ilə satıldığını və hərracın keçirilməsinin də ona həvalə olunduğunu demişdir. Baxşeyiş bildirmişdir ki, ümumilikdə ona 5 avtomobil üçün 32000 manat pul verməlidir. Çünki onlara digər avtomobillərdən fərqli olaraq illəri təzə yəni, 2013-2015-ci illər arasında olan avtomobillərdən verəcəkdir. İnqilab öz üç avtomobili üçün ilkin olaraq 20.000 manat, özü isə öz iki avtomobili üçün 12.000 manat pul verməli idi. Baxşeyişlə razılaşdıqdan sonra sonuncu demişdir ki, pulu ona İnqilabın yanında verməsin. Ondan nə üçün İnqilabın yanında pul verməməyini soruşduqda Baxşeyiş demişdir ki, “mən işi səninlə görürəm”. Bundan sonra Baxşeyişə inandığı üçün etiraz etməmişdir. Səhəri günü yəni, 2022-ci ilin dekabr ayınm sonrlarmda Baxşeyişlə danışıb Qızılgül restoranında pulu vermək üçün görüşməyi qərarlaşdırmışdır, İnqilabla həmin restorana getmiş, İnqilab ona öz avtomobilləri üçün Baxşeyişə vermək məqsədilə “Qızılgül” restoranında Baxşeyişin yanında 10.000 manat pul verib demişdir ki, “mən səni tanıyıram”. İnqilab kabinetdən çölə çıxdıqdan sonra 10.000 manat pulu Baxşeyişə vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Baxşeyişlə Nərimanov rayonu ərazisində yerləşən “İskəndər” restoranında görüşmüş, orada İnqilab öz avtomobili üçün geri qalan 10000 manat pulu ona vermiş, özü də həmin pulu İnqilabın gözü qarşısında Baxşeyişin idarə etdiyi “Land Crusier” markalı avtomobilin içərisində Baxşeyişə vermişdir. Baxşeyiş bildirmişdir ki, verdikləri pulları ödəniş etdikdən sonra bir neçə gün ərzində çeki gətirib verəcəkdir. Təxminən 2-3 gün sonra Baxşeyiş yenə də 6.000 manat ödəniş edilməsi ilə bağlı çek vermişdir. Yenə də Baxşeyişə bu barədə sual etdikdə sonuncu bildirmişdir ki, bunun onlara heç bir aidiyyatı yoxdur, vergi məsələsi ilə bağlı qəbzdə bu cür qeyd olunur. Təxminən bir həftə sonra yəni, 2023-cü ilin yanvar ayınm ortalarında Baxşeyiş onun öz avtomobili üçün verməli olduğu pulu verməyini bildirmişdir ki, ödəniş etməlidir ki, avtomobilləri seçsin. 2023-cü ilin yanvar ayının ortalarında Keşlə qəsəbəsində “Halal süfrə” restoranında Baxşeyişlə görüşmüş, həmin zaman ona ikilikdə öz iki avtomobil üçün 12000 manat pul vermişdir. Baxşeyiş əvvəlki çeklərdə 5 avtomobil göstərdiyi üçün əlavə çek verilməyəcəyini demişdir. Aradan bir müddət keçdikdən sonra Baxşeyişdən avtomobillərlə bağlı maraqlanmış, Baxşeyiş hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonradan Baxşeyiş onlara Dövlət Əmlak Komitəsinin sənədlərini vermişdir. Həmin sənədlərin bir hissəsi Röyala aid olduğu üçün ona vermiş, bir hissəsini də İnqilab özünə götürmüşdür. Daha sonra isə məlum olmuşdur ki, Baxşeyiş əslində dələduz imiş və onları aldadaraq pullarını ələ keçirmişdir. Sonradan İnqilab ona bildirmişdir ki, “mən sənə əvvəlcədən demişdim ki, bu işdə səni tanıyıram”. Ona görə də, İnqilab pulunu ondan istəmişdir. Buna görə də, 10.000 manat İnqilaba pul qaytarmışdır. Baxşeyişə Röyalın 5 avtomobili üçün 19.800 manat, İnqilabın 3 avtomobili üçün 20.000 manat, özünün iki avtomobili üçün isə 12.000 manat pul vermişdir. Baxşeyiş çeklərdə yazdığı məbləğləri ifadəsində bildirsə də, əvvəlcədən ona nə üçün çeklərdə hər dəfə 6.000 manat yazılmasını soruşduqda Baxşeyiş bunun onlara aidiyyatı olmadığını, vergi məsələləri ilə bağlı bu cür yazıldığını qeyd etmişdir. Hazırda isə çeklərdə yazılan məbləğləri bildirir. Royalın avtomobil məsələsi ilə bağlı söhbət edən zaman İlqar və Baxşeyişlə söhbət etmiş və onlarla razılaşmışdır. Lakin, sonrakı özü və İnqilab üçün avtomobil almaq məsələsində özü Baxşeyişlə danışıb görüşüb onunla razılaşmışdır. Özünün və İnqilabın avtomobil məsələsindəki söhbətlərdə İlqar iştirak etməmiş və onunla heç bir razılığı olmamışdır. Bundan başqa Firuzun ondan xəbərsiz olaraq Royaldan 13.000 manat pul alması ilə bağlı heç bir məlumatı olmamışdır. Firuz həmin məsələ ilə bağlı ona heç nə deməmişdir və ona hər hansı bir məbləğdə pul verməmişdir. Firuzun və Müşfiqin anket məlumatlarını, əlaqə nömrələrini bilmir (cild 5, iş vərəqə 194-198). Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, aralarında qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxs2 təxminən iki ildən çoxdur ki tanıyır. Belə ki, həmin zamanlar Baxşeyiş onun Quba rayonundakı evinə qonaq gəlmişdir. Xəticəni isə Baxşeyişlə Lətifə adlı qadın tanış etmişdir. Belə ki, Xəticə Lətifəyə oğluna köməklik edilməsi üçün şəxs axtardığını dedikdə sonuncu Baxşeyişi məsləhət görmüşdür. Xəticə Quba rayonunda köhnə avtovağzalın yanına Baxşeyişə oğluna köməklik göstərməsi üçün 700 manat pul vermiş, həmin zaman yanlarında özü olmuşdur. Həmçinin Xəticə sonradan qızı ilə birlikdə onun yaşadığı evə gəlmişdir, yaşadığı evdə Xəticə 2000 manat pulu Baxşeyişə verən zaman özü onların yanında olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 ifadəsində göstərmişdir ki, əvvəllər Müdafiə Nazirliyinin Hərbi Hissələrində komandir işləmiş, polkovnik-leytenant rütbəsində olmuşdur. Təqsirləndirilən şəxs1 ilə təxminən 2022-ci ilin noyabr-dekabr aylarında tanış olmuşdur. Belə ki, Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Qəbələ” kafesində olarkən təsadüfən tanış olmuş, İlqar özünü ona vəkil kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 ilə isə İlqarın vasitəsilə tanış olmuşdur. Baxşeyişlə də “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı çayxanada tanış olmuşdur. Baxşeyiş demişdir ki, guya əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində polkovnik-leytenant rütbəsində işləmişdir. Həmçinin geniş əlaqələrinin olduğunu və hər işi həll edə biləcəyini bildirmişdir. Bundan başqa Baxşeyiş hər dəfə həmin kafeyə müxtəlif markalı bahalı avtomobillərlə gəlib-getmiş, onun yanında Aqil adlı sürücüsü olmuşdur. 2022-ci ilin dekabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs12 ilə söhbət zamanı sonuncu ona bildirmişdir ki, bir nəfər tanışının oğlunu Fövqaladə Hallar Nazirliyinə işə düzəltmək istəyir. Belə ki, Elmin bildirmişdir ki, həmin şəxs ona əvvəllər böyük bir köməklik göstərmişdir. Buna görə də, özü də həmin şəxsin məlumatı olmadan onun oğlunu işə düzəltməklə ona bir jest etmək istəyir. Həmin zaman Elminə bir nəfər Baxşeyiş adlı tanışı olduğunu, ona bu barədə deyəcəyim bildirmiş, bundan sonra Baxşeyişlə görüşüb ona bu barədə bildirdikdə sonuncu həmin şəxsin oğlunu Fövqaladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini, bunun üçün 10.000 manat pul lazım olduğunu demişdir. Bu barədə Elminə demiş, Elmin isə pulu özünün verəcəyini demişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Elmin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında 10.000 manat pulu ona vermiş, özü də dəqiq xatırlamır, həmin günü və ya səhəri günü Baxşeyişlə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşüb ona məxsus avtomobilin içərisində 10.000 manat pulu Baxşeyişə vermişdir. Baxşeyiş ona həmin işlə bağlı əmrin xx.xx.2023-cü il tarixdə veriləcəyini demişdir. Bundan sonra Baxşeyişlə müxtəlif vaxtlarda görüşüb söhbət etmiş, söhbət zamanı Baxşeyiş ona bildirmişdir ki, onun sərəncamında hərraca çıxarılmış “Mitsubishi” markalı avtomobillər və böyük texnikalar vardır. Həmin avtomobillərin qiyməti 15.000 manatdır, həmin avtomobilləri almaq üçün 30 faiz ilkin ödənişdir, 21 gündən sonra avtomobillər təhvil verilir, Baxşeyişdən həmin avtomobillərə necə baxa biləcəyini soruşduqda sonuncu həmin avtomobillərin Abşeron rayonu, Saray qəsəbəsində postun yanında Megastor marketin arxa hissəsində olduğunu, həmin yerdə avtomobillərə baxa biləcəklərini, lakin mühafizə olunduğu üçün yaxından içərisini açıb baxa bilməyəcəyini demişdir. Bundan sonra həmin yerə getmiş və mobil telefonu ilə həmin avtomobillərin fotoşəkillərini və videosunu çəkmişdir. Eyni zamanda özü, qardaşı Anar, Baxşeyiş və sonuncunun sürücüsü Aqil ilə birlikdə gedib həmin avtomobillərə baxmışlar. Daha sonra Baxşeyişlə söhbət zamanı sonuncu ona təklif etmişdir ki, əgər həmin avtomobillər üçün müştərilər tapıb gətirsə, ona da avtomobillər təhvil verildikdən sonra 200- 300 manat hörmət edəcəkdir. Bundan sonra Gəncə şəhərinə getmiş, Gəncə şəhərində qonşusu olmuş Kəmaləddinlə çayxanada oturub söhbət zamanı ona demişdir ki, Baxşeyiş adlı tanışı var, həmin şəxs hərraca çıxarılmış “Mitsubishi” markalı avtomobillərin birini ilkin olaraq 30 faiz pul vermək şərti ilə 15.000 manata sata bilir. Bu zaman digər tanışı Vahid gəlib onların yanında əyləşmiş, Vahidə də qeyd olunanlar barədə demiş, Vahid də bildirmişdir ki, birini özü alacaqdır. Təxminən iki üç gün keçdikdən sonra Bakı şəhərində olan zaman Kəmaləddin ona zəng vurub bildirmişdir ki, qonşusu olmuş Elxan da avtomobil istəyir. Kəmaləddinə bildirmişdir ki, kim istəyir Bakı şəhərinə gəlsin, Baxşeyişlə onu görüşdürüb özü söhbət edib alsın. Həmçinin Baxşeyişə də zəng vurub bir neçə nəfər tanışlarının avtomobil istədiyini dedikdə sonuncu bildirmişdir ki, kim istəyirsə gəlsin. Təxminən 2023-cü ilin yanvar ayınm əvvəllərində Kəmaləddin ona zəng vurub bildirmişdir ki, Bakı şəhərinə gəlmişdir, “20 Yanvar” metro stansiyasının yanındadırlar. Bundan sonra gedib onları qarşılamış, Vahid avtomobillərə baxmaq istədiyini dedikdə onlara yaxından baxmağa icazə verilmədiyini demişdir. Bununla bağlı Vahidgil özü Baxşeyişlə danışmış, sonuncu da onlara demişdir ki, həmin avtomobillərə yaxından baxmaq olmaz, çünki mühafizə olunurlar. Bundan sonra Kəmaləddini, Vahidi, Elxan və Vahidin oğlunu Saray postunun yanında Megastor marketin arxasındakı həmin avtomobillərin olduğu yerə aparmış, orada Kəmaləddingil avtomobillərə baxmışlar. Daha sonra Baxşeyişlə əlaqə saxlamışdır ki, həmin şəxslər gəliblər. Baxşeyiş onları Bakı şəhəri Xətai rayonunda Sərhədçi kompleksi ilə üz üzə yerləşən “Qızılgül” kafesinə çağırmışdır. Bundan sonra birlikdə həmin kafeyə getmişlər. Biraz sonra Baxşeyiş sürücüsü Aqil ilə birlikdə gəlmiş, özü, Başxeyiş, Kəmaləddin, Elxan, Vahid və Vahidin oğlu birlikdə kabinetdə əyləşmişlər. X12 Socarm istifadəsində olmuş hazırda hərracda olan işlənmiş vəziyyətdə “Mitsubishi Pajero” markalı avtomobillərin satışa çıxarılacağını demiş və özünün də bui şiə məşğul olduğunu bildirmişdir. Onlar öz aralarında ilkin 4200 manat pul ödəmək barədə razılaşmışlar. Başxeyiş onlara kartını vermişdir ki, pulu həmin karta köçürsünlər, həmçinin ondan xahiş etmişdir ki, onları bir marketə aparsın və terminaldan pulu vursunlar. Kəmaləddin və Vahidin oğlu birlikdə onun idarə etdiyi avtomobillə hazırda yadında qalmayan bir marketə getmişlər. X6 kart hesabına pulları köçürmüş, yol gələndə Baxşeyişin sürücüsü də onlarla getdiyi üçün ona, avtomobilinə 20 manatlıq yanacaq vurmasını bildirmişdir. Çünki avtomobilində yanacaq yox idi. Aqil də Baxşeyişin həmin kartı ilə avtomobilinə 20 manatalıq yanacaq vurmuşdur. Bundan sonra “Qızılgül” restoranına qayıtmışlar. Bir neçə dəqiqə sonra Aqil gəlib kafedə Kəmaləddingilə pulun ödənilməsi ilə bağlı qəbzlər vermişdir. Sonradan bilmişdir ki, Baxşeyiş Gəncə şəhərinə gedib Kəmaləddingillə görüşüb onlara guya hərracı udmaları barədə sənədlər vermişdir. Aradan bir müddət keçdikdən sonra Kəmaləddin ona bildirmişdir ki, bacanağıgil də avtomobil istəyir. Onlara Baxşeşiyin özü ilə telefonla danışmalarım demişdir. Onlar özləri telefonla danışıb razılaşdıqdan sonra Gəncə şəhərində Rəfail və Timur adlı şəxslərlə görüşüb onları Bakı şəhərinə gətirmişdir. “Qızılgül” restoranında onları görüşdürmüş, onlar özləri Baxşeyişlə danışıb razılaşmışlar. Onlar da Baxşeyişin kart hesabına pulu göndərdikdən sonra çıxıb getmişlər. Bundan başqa sinif yoldaşı olmuş Samirlə də bu barədə söhbət zamanı sonunucu da avtomobil istədiyini demişdir. Samir və Baxşeyişlə birlikdə Gəncə şəhərində görüşmüş, Samir də arvadına avtomobil almaq üçün Baxşeyişə hazırda yadında qalmayan məbləğdə pul vermişdir. Həmçinin aradan bir müddət keçdikdən sonra məlum olmuşdur ki, Baxşeyiş əslində dələduz imiş və onların hamısını aldatmışdır. Lakin, özünün əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. Bundan sonra Elmin pulunu ondan tələb etdiyi üçün Elminin 10.000 manat pulunu öz şəxsi vəsaitindən ona qaytarmışdır. Həmçinin sonradan ona məlum olmuşdur ki, Elmin Baxşeyişlə görüşüb hərraca çıxarılmış avtomobil almaq üçün onunla razılaşmış və bu məqsədlə Elmin Baxşeyişə 3000 manat pul vermişdir. Baxşeyiş ona hərraca çıxarılmış avtomobillərin satılması adı ilə almış olduğu pullardan hər hansı bir məbləğdə pul verməmişdir (cild 5, iş vərəqə 173-177). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda Zərifə Əliyeava adına Göz klinikasının qarşısında parklanma qaydalarına nəzarət edərək oraya gələn maşınların hər birindən pul almaqla qazanc əldə edir. 9-cu mikrorayonda Göz klinikasının qarşısında parklanma qaydalarına nəzarəti həyata keçirdiyi üçün həmin yerə müxtəlif maşınlar gələrək xəstəxanaya baş çəkirdilər. Xəstəxanaya gələn şəxslərdən biri də Təqsirləndirilən şəxs1 idi. Təqsirləndirilən şəxs1 ilə 2021-ci ilin iyun-iyul aylarında tanışlıq münasibəti yaranmışdır. İlqar həmişə onun işlədiyi yerə gələrək orada maşınını saxlayıb, çıxanda isə hər dəfə parklanma qaydalarına nəzarət etdiyi üçün 1 manat ona pul verirdi. Dəqiq tarix yadında deyil, təxminən 2021-ci ilin iyul aylarında oğlu Zərərçəkmiş şəxs18 ona zəng edərək yol polisləri tərəfindən saxlanıldığını bildirdikdə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəsinə zəng edərək ona oğlunun yol polisləri tərəfindən saxlanıldığını bildirmişdir. Çünki İlqar ilə söhbət edən zaman İlqar ona demişdir ki, hüquqşans işləyir və əli hər yerə çatır. Eyni zamanda İlqar ona dəqiq hazırda yadında qalamayan bir qəzetin direktor müavini işlədiyini demişdir. Həm də onun avtomobilinin qabaq güzgüsünün qarşısında “Press” yazısı olurdu. İlqar isə Ceyhunun mobil nömrəsini götürüb onunla danışıb məsələni həll etmişdir. Belə ki, İlqar Ceyhunun cərimələrini ödədiyi üçün polislər oğlunun avtomobilini cərimə meydançasına aparmamışdır. Bu məsələdən sonra özünün və oğlu Zərərçəkmiş şəxs18 ona etibarı daha da artmışdır. Buna görə də, 2022-ci ilin yanvar ayının əvvəllərində qohumu Zərərçəkmiş şəxs17 ilə söhbət zamanı ona İlqar adlı bir tanışım olmasını, təqaüdlərin və s. düzəldilməsində köməklik göstərdiyini bildirmişdir. İlhamə də ondan həbsdə olan oğlu X21 həbs müddətinin azadılması ilə bağlı köməklik göstərə bilərmi deyə İlqardan maraqlanmağını xahiş etmişdir. Bundan sonra İlqarla söhbət zamanı qohumu İbrahimin həbsdə olmasını bildirərək, onun həbsdən azad olunmasına köməklik etməsini xahiş etmişdir. İlqar da ona demişdir ki, İlhamə ilə birlikdə “Nizami” metrostansiyasının yanındakı 103 təcili tibbi yardımın həyətindəki ofisə gəlsinlər. 2022-ci ilin yanvar ayında İlhamə ilə birlikdə İlqarın qeyd etdiyi ünvanda yerləşən ofisinə getmişlər. Həmin ünvanda ofisə daxil olanda ofisdə İlqarın olmadığım, başqa bir nəfər şəxs olduğunu görmüşdür. Həmin şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş, eyni zamanda İlqarla birlikdə işlədiyini demişdir. Baxşeyişlə orada oturub söhbət etdikdən biraz sonra İlqar otağa daxil olmuşdur. İlqarla İlhamənin oğlunun həbsdən azad olunması barədə söhbət etmişlər. İlqar bu iş üçün 50.000 manat pul istəmiş, lakin, İlhamə həmin məbləğdə pulu olmadığını demişdir. Sonra İlqar təklif etmişdir ki, İbrahimin həbs müddətinin azaldılması ilə bağlı köməklik göstərə bilər, bunun üçün isə 15.000 manat pul lazımdır. İlhamə isə ağlayaraq həmin məbləğə gücü çatmadığını demişdir. İlqar isə hörmətə bu işi 12.000 manata görə biləcəyini demişdir. İlham də İlqarla razılaşmış, bundan sonra İlqar özünə məxsus kart hesabını İlhaməyə vermişdir ki, pulu onun həmin kart hesabına göndərsin. Bundan sonra çıxıb getmişlər. Dəqiq tarix yadında deyil, 2022-ci ilin fevral ayının əvvəllərində İlhamə qeyd olunan məsələ ilə bağlı ünvan 5 ünvanda yerləşən Sonti marketdə “Milliön” terminalı vasitəsilə onun yanında 1930 və 70 manat olmaqla ümumilikdə 2000 manat pulu İlqarın verdiyi kart hesabına göndərmişdir. Sonradan bilmişdir ki, İlhamə İlqarın kart hesabına hissə-hissə olmaqla ümumilikdə 7000 manat pul göndərmişdir. Həmçinin sonradan bilmişdir ki, İlqar oğlu Ceyhunun həyat yoldaşını, həmçinin Ceyhunun bacanağının həyat yoldaşını müəllimə kimi işə düzəltmək, eyni zamanda qohumu Zərərçəkmiş şəxs4 dövlət tərəfindən ev verilməsi və Adilin oğlu Kamilə təqaüd düzəltmək adı ilə pullar almışdır. Lakin, qeyd olunan həmin faktlar üzrə özünün heç bir iştirakı olmamışdır. İlqarla İlhamənin və Həsrətin işləri ilə bağlı aralarında heç bir razılaşma və sövdləşmə olmamışdır. Həmin işlərlə bağlı razılaşma İlhamə və Həsrətin öz aralarında olmuşdur. Eyni zamanda onun vasitəsilə də İlqara hər hansı bir məbləğdə pul verilməmişdir. İlqarla İlhaməni və Həsrəti, sonuncuların işlərinin həll edilməsi məqsədilə tanış etmişdir. Həmin işlərə görə İlqar ona pul verməmişdir (cild 5, iş vərəqə 95-98). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə 02 iyun 2023-cü il tarixdə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Kürdəxam qəsəbəsində olduğunu öyrəndikləri üçün 02 iyun 2023-cü il tarixdə ünvan 15 ünvanının yaxınlığına getmişlər. Qeyd edilən ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb həmin tarixdə saat 11:15 radələrində həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan anket məlumatları barədə bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 etiraz etmədən razılaşıb avtomobilə əyləşib onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 müdafiəçi təyin edilmiş, müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində video çəkilişlə şəxsi axtarış başlamış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunsuz əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilən zaman bükümlərin içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra həmin 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən əlavə qanunsuz heç nə aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bu gün səhər saat 08-09 radələrində Bakı şəhəri, Sabuçu rayonu, Maştağa qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 100 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilib ucadan oxunduqdan sonra həmin protokola imza etmişlər (cild 2, iş vərəqə 76-78). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunmuş Şahid3 və Şahid4 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 2, iş vərəqə 79-81, 82-84). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma anasıdır. Quba rayon sakinləri Minarə və Lətifə adlı qadınları tanıyır. Anası Xəticə qardaşının həbsdən buraxılmasına köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs2 adlı şəxs Minarənin evində 2000 manat pul vermişdir. Həmin zaman Minarənin həyat yoldaşı və özü onların yanında olmuşdur (cild 3, iş vərəqə 77-79). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Baxşeyişlə 2022-ci ilin noyabr ayında tanış olmuşdur. Belə ki, həmin zaman özünə məxsus “Wolsvagen Passat” markalı **-HG-*** qeydiyyat nişanlı avtomobilini satan zaman avtomobilinə müştəri çıxmış, həmin müştərilərlə görüşmək üçün gedəndə həmin zaman orada Baxşeyiş və Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Avtomobilini onların tanışlarına satmış və bundan sonra aralarında ünsiyyət yaranmışdır. Daha sonra Baxşeyişlə söhbət zamanı sonuncu ona bildirmişdir ki, əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində işləmişdir. Baxşeyiş ondan hər hansı bir yerdə işləyib-işləməməyimi soruşduqda ona heç bir yerdə işləmədiyini demişdir. Bundan sonra Baxşeyiş ona təklif etmişdir ki, gündəlik 30-40 manat müqabilində onun şəxsi sürücüsü işləsin. Həmçinin Baxşeyiş ona bildirmişdir ki, Almaniyadan özünə avtomobil sifariş edibdir, həmin avtomobili gələnədək Bakı şəhərində icarəyə verilən avtomobillərdən götürüb istifadə edəcəkdir. Baxşeyiş həbs olunanadək onun icarəyə götürdüyü “Land Cruıser”, “Land Rover”, “Kia Optima” markalı avtomobilləri onun sürücüsü kimi idarə etmişdir. Baxşeyişin yanında sürücü kimi işlədiyi müddət ərzində Baxşeyiş Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Qəbələ” restoranında tanımadığı şəxslərlə görüşmüş, həmin şəxslərdən birinin adı Rəşad olmuşdur. Hərdən Baxşeyiş avtomobilindən mobil telefonunu və s. gətirməyini istəyəndə onun istədiyi əşyasını onun oturduğu yerə aparanda eşitmişdir ki, Baxşeyiş həmin Rəşada bildirmişdir ki, Saray postunun arxasında hərraca çıxarılmış “Mitsubishi” markalı avtomobillər var, həmin avtomobilləri ilkin 30 faiz, geri qalan pulu isə avtomobil təhvil veriləndən sonra verməklə ucuz qiymətə təşkil edə bilir. Sonradan Baxşeyiş ünvan 10 ünvanında yerləşən “Qızılgül” restoranında Rəşadla və Rəşadın Gəncə şəhərindən olan, sonradan adını bildiyi Kəmaləddin və digər tanışları ilə görüşmüş və onlara da Rəşada dediyi sözləri deyərək həmin hərraca çıxarılmış avtomobillərin satışını ucuz qiymətə təşkil edə biləcəyini demişdir. Həmin şəxslər də onun kart hesabına pullar göndərmişdir. Lakin, qeyd etdiyi kimi yalnız Baxşeyiş avtomobildən onun hər hansı bir əşyasını gətirməyini istədikdə onların əyləşdiyi masaya yaxınlaşan zaman həmin sözlərdən eşitmişdir. Buna görə də, konkret olaraq Baxşeyişin hansı şəxslərə neçə avtomobil satması və nə qədər pul alması barədə heç bir məlumatı yoxdur. Həmçinin hərdən Başxeyiş onu Gəncə şəhərinə aparmağını da bildirmişdir. Sürücüsü kimi onu Gəncə şəhərinə aparmış, Baxşeyiş Gəncə şəhərində də Rəşadın vasitəsilə tanımadığı şəxslərlə görüşmüş və bildiyi qədər həmin şəxslərə də hərraca çıxarılmış avtomobil satılması ilə bağlı razılaşmaları olmuşdur. Bundan başqa Baxşeyiş sonradan adını bildiyi Natiqlə adlı şəxslə Keşlə qəsəbəsində görüşmüşdür, Natiq adlı şəxsə və onun gətirdiyi tanışlarına da hərraca çıxarılmış avtomobilləri ucuz qiymətə qeyd etdiyi faizlərlə təşkil edə biləcəyini, onlara avtomobili 15.000 manata təşkil edə biləcəyini demişdir. Qeyd etdiyi kimi Baxşeyiş həbs olunanadək onun yanında sürücü kimi işlədiyi müddət ərzində Baxşeyiş hara istəmişdirsə onu həmin yerlərə aparmış, tanımadığı şəxslərlə görüşüb söhbətlər etmiş və pullar almışdır. Lakin, maraqlanmadığı üçün onun həmin şəxslərlə nə söhbətlər etməsini, nə kimi razılaşmaları olmasını və nə üçün pullar almasını bilməmişdir. Baxşeyişlə yalnız Bakı şəhərindən başqa Gəncə şəhərinə getmiş, başqa digər rayonlara getməmişdir. Sonradan Baxşeyiş həbs olunanda ona məlum olmuşdur ki, sonuncu Rəşad, Kəmaləddin və digər tanımadığı, adlarını bilmədiyi şəxslərə hərraca çıxarılmış avtomobilləri satmaq və s. adlarla aldadıb pullarını ələ keçirmişdir. Baxşeyiş həmin görüşdüyü şəxslərdən aldığı pullardan ona heç bir məbləğdə pullar verməmişdir. Baxşeyiş yalnız ona əvvəlcədən razılaşdıqları kimi sürücüsü kimi işlədiyi üçün gündəlik 30-40 manat pul vermişdir. Baxşeyişlə hər hansı bir şəxsi aldadıb pulunu ələ keçirməyi barədə heç bir razılaşma və sövdləşməsi olmamışdır, həmçinin Baxşeyişin kimlərlə əlbir olub hansı şəxsləri hansı adlarla aldatması barədə də heç bir məlumatı yoxdur. Baxşeyişin yanında sürücü kimi işlədiyi müddət ərzində onun görüşüb söhbət etdiyi və pullar aldığı şəxslərlə özünün arasında heç bir söhbəti, razılaşması olmamışdır (cild 6, iş vərəqə 207-209). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı onlar ifadələrində göstərdikləri xüsusatları biir-birilərinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 6, iş vərəqə 42-48). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər və şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 06, iş vərəqə 19-21, 30-34, 40-41, 168-171, 172-175). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, şahidlər Şahid1 və Şahid10 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər və şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 03, iş vərəqə 119-122; cild 06, iş vərəqə 22-24, 35-36, 221-225, 226- 231). İfadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs9 xx.xx.2023-cü il tarixdə 4200 manat pulu Təqsirləndirilən şəxs2 məxsus bank kartına köçürtdüyü “e manat” terminalını əyani olaraq göstərərək ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmiş, həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqə 164-168). Şəxsi axtarış və götürmə haqqında prokoldan və həmin protokola əlavə edilmiş diskə keçirilmiş baxışdan görünür ki, şəxsi axtarış zaman Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxarıb masanın üzərində qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan büküm açılarkən bükümlərin içərisində ağ rəngli, kristal halında maddələr olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İlkin soğru zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini həmin günü səhər saat 08-09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədilə 100 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 68-69; cild 6, iş vərəqə 5-6). Məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2023-cü il tarixli, 6/3138 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir zərfin içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,566 qram və 7,345 qram, ümumi təmiz çəkisi 14,911 qram olan ağ rəngli kristallik formada maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Ekpert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 14,711 qram təşkil etmişdir (cild 1, iş vərəqə 86-90). Məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 3472 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 5, iş vərəqə 199-200). Məhkəmə-tibbi ekspertizasının 21 iyun 2023-cü il tarixli 228/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - hər iki budun qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı, bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcləri təyin olunmur. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri istintaq yolu ilə aydınlaşa bilərdi (cild 5, iş vərəqə 234-236). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 oktyabr 2023-cü il tarixli 2801 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əmək dövründə “az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar edilən “az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməllər dövründə onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan dövrdə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir (cild 6, iş vərəqə 240-242). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 18 oktyabr 2023-cü il tarixli 317- 4/2-27377/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1n Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik (Diaqnoz: üzvi mənşəli şəxsiyyət pozğunluğu, kobud davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları ilə) səbəbindən xx.xx.2021-ci il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir (cild 6, iş vərəqə 214). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 il 9 ay 1 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 10 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi hökmdən xaric edilmiş, ona 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 5 ilə endirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 6 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 6 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onların barələrində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onların əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiləri dələduzluq əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilsə də, təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə üzgün tövsif olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 14,911 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metemafetamin əldə edərək üzərində saxlamaqla daşımışdır. Amma Təqsirləndirilən şəxs1 psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda psixotrop maddənin külli miqdarda olması xüsusatına istinad edərək satış məqsədilə əldə olunmaya dair əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 üstündə aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs1 ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Daxili İşlər Nazirliyinin Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli 3-xx-xx/4172 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyinin, narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməsi mümkün olmamışdır (cild 5, iş vərəqə 49,101). Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində verdyi ifadəsini, şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində onun üzərində tapılmış psixotrop maddənin - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, psixotrop maddəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs1 tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və psixotrop maddəni miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 14,911 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs1 aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs1 psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs15 onun oğlunun həbsdən azad edilməsinə köməklik göstərəcəyi adı ilə 4400 manat, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs4 dövlət tərəfindən ev veriləcəyi adı ilə 10.000 manat pul almamasına, üzərindən aşkar edilmiş psixotrop maddənin ona aid olmamasına, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 həyat yoldaşının adıma dövlət tərəfindən ev verilməsi üçün köməklik göstərmək adı ilə 22500 manat, Zərərçəkmiş şəxs12 Xalid adlı şəxsin oğlunu Fövqaladə Hallar Nazirliyinə işə düzəltmək üçün Şahid10 vasitəsilə 10.000 manat, Zərərçəkmiş şəxs7 ona hərrac yolu ilə 2 ədəd avtomobil təşkil etmək üçün 12.000 manat pul almamasına dair verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri, iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan külli miqdarda psixotrop maddə olan metamfetamin əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qızının qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 234.1-1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, onlara həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən İİ qrup əlil olmasını və özünü qismən təqsirli bilərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun özünü qismən təqsirli bilərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. ` Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 02 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 57-58, 141-145). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 21 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs2 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 242-243, cild 3, iş vərəqə 14-16, 182). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 iyun 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablanmalı, həmçinin onun 21 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək tutulduğu 2 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Vurulmuş maddi zərərlə bağlı, hazırkı cinayət işi üzrə, zərərçəkmiş şəxslər (mülki iddiaçı) Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs15 mülki iddiası vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs15 qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizələri ilə müraciət edərək onlara vurulmuş zərərin ödənilməsini xahiş etmişlər. Belə ki, mülki iddiaçı Zərərçəkmiş şəxs11 iddia ərizəsində vurulmuş maddi zərərə görə 3900 manat, mənəvi zərər görə 1000 manat pulun Təqsirləndirilən şəxs2, mülki iddiaçı Zərərçəkmiş şəxs15 vurulmuş maddi zərərə görə 4400 manat pulun Təqsirləndirilən şəxs1 tutulub ona ödənilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 əməlləri nəticəsində Zərərçəkmiş şəxs11 3900 manat, Təqsirləndirilən şəxs1 əməlləri nəticəsində Zərərçəkmiş şəxs15 4400 manat məbləğində maddi zərər vurulması tam sübuta yetirildiyinə görə məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs15 mülki iddiası tam, Zərərçəkmiş şəxs11 mülki iddiası qismən, yəni maddi zərərlə bağlı hissədə təmin edilməlidir. Məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs11 mənəvi zərərin ödənilməsi tələbi ilə əlaqədar qeyd edir ki, Zərərçəkmiş şəxs11 mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən dəlillər, habelə ona ümumiyyətlə mənəvi zərər yetirilməsinə dəlalət edən hallar müəyyən edilməmişdir. Ona görə də onun mülki iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 14,711 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən sübut - bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 91 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 546 (beş yüz qırx altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1ci, 178.2.2-ci, 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 02 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs15 mülki iddiası təmin edilsin. Vurulmuş maddi zərərlə bağlı 4400 (dörd min dörd yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutulub Zərərçəkmiş şəxs15 ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs11 mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi zərərlə bağlı 3900 (üç min doqquz yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutulub Zərərçəkmiş şəxs11 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 14,711 qram təşkil edən metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 546 (beş yüz qırx altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1021/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1021/2024
22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver