Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1021/2025 09.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, “MƏRKƏZ” Vəkil Bürosunun vəkili Müdafiəçinun iştirakı ilə, 26 sentybar 1980-ci ildə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 küçəsi, döngə 2, ev 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 25 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 22 yanvar 2025-ci il tarixli qərarına əsasən həbsdə saxlama müddəti 09 fevral 2025-ci il tarixədək uzadılmış, 10 fevral 2025-ci il tarixdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarına əsasən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Babək» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, məlum olmayan vaxtda «Babək» adlı şəxsin «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı ona bildirdiyi məlum olmayan yerdən götürüb ayrı-ayrı ünvanlara digər naməlum şəxslərə çatdırmaq məqsədi ilə təmiz çəkisi 195 qram təşkil edən bitki mənşəlli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, döngə 2, ev 6 ünvanında yerləşən evinə daşıyaraq saxlamış, 25 oktyabr 2024-cü il tarixdə saat 16:55 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq, həmin tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, döngə 2, ev 6 ünvanında yerləşən evinə baxış zamanı həyətyanı sahədə yerləşən saxlanc yerində qoyulmuş divanın içərisində 1 ədəd selofanda təmiz çəkisi 195 qram təşkil edən bitki mənşəli kütlələr - tərkibində çətənə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd üzərində cüzi miqdarda narkotik vasitə hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulduğu gün evə gedərkən polis işçilərinin yanından keçmiş, lakin onu saxlamamışlar. Daha sonra evə girib yemək yeməyə başlamış, bu zaman təxminən səkkiz nəfər polis əməkdaşı onun evinə girmişlər. O, polislərdən nəyə görə evə girdiklərini soruşmuş, onlar da narkotik vasitəyə görə gəldiklərini demişlər. Ona qarşı heç bir təsir və ya təzyiq göstərməmişlər. Yalnız demişlər ki, narkotiklərin yerini ya özün göstər, ya da ki, biz çıxaraq. Buna görə də o, həyətdəki qaraja getmiş, oradan özü narkotiki və tərəzini çıxarmış, gətirib polis işçilərinə təhvil vermişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri Babəkdən aldığını və sonuncu dəfə 200 qram narkotik əldə etdiyini, bu zaman onun satış məqsədi olmadığını, sonuncu dəfə müstəntiq tərəfindən dindirilərkən də hazırda məhkəmədəki kimi ifadə verdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün təqsirləndirlən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, döngə 2, ev 6 ünvanında yaşayır. 1998-ci ildən qadın saç ustası kimi müxtəlif yerlərdə işləmişdir. İki ildir ki, “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 25 oktyabr 2024-cü il tarixdə saat 16:55 dəqiqədə yaşadığı ünvanının yaxınlığında 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub-olmadığını, əgər varsa, təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**- ** saylı abonent nömrəsi olan «Redmi» markalı mobil telefonu və 1 (bir) ədəd açarı çıxarıb təqdim etmiş və polis əməkdaşlarına üzərində narkotik vasitə saxlamadığını, narkotik vasitəni yaşadığı evin həyətində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən üstü yoxlanılmış, bu zaman heç bir əşya və predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon ondan götürülmüş, açar isə geri qaytarılmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, döngə 2, ev 6 ünvanına gəlmişlər. Bu zaman qardaşı Şahid4 da həyətdə olmuşdur. Baxış zamanı qardaşı Aslan da iştirak etmişdir. Yaşadığı evin həyətindəki saxlanc yerində divanın içərisində gizlətdiyi 1 (bir) ədəd rəngli torbadan qurudulmuş marixuana kütləsini və l (bir) ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra həmin kütlə selofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuananın çəkisi 221 (iki yüz iyirmi bir) qram olmuşdur. Daha sonra aşkar olunmuş narkotik vasitə və tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılmış, üzərində müvafiq qeydlər aparıldıqdan sonra tərəfindən imzalanmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. O, verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə iki gün bundan əvvəl Türkan qəsəbəsindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra polis əməkaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Burada aşkar olunmuş kütlələrə yenidən baxış keçirilmişdir. 25 oktyabr 2024-cü il tarixdə yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi olmamış, İran İslam Respublikası vətəndaşı olan “Babək” adlı şəxsin dediyi ünvanlara çatdırmaq müqabilində ona şəxsi istifadəsi üçün müəyyən miqdarda pulsuz narkotik vasitə verəcəyi barədə sonuncu ilə aralarında razılaşma olmuşdur. Belə ki, İranlı “Babək” adlı şəxsin xahişi əsasında ondan pulsuz özü çəkmək üçün qurudulmuş marixuana əldə etmək məqsədi ilə “Babək” adlı iranlının dediyi yerlərə qoymaq üçün ona bildirilən ünvandan 920 qram qurudulmuş marixananı əldə etmiş və evindən aşkar edilmiş narkotik vasitə həmin nəşənin ona qalan qalığıdır və öz istifadəsi üçün saxlamışdır. “Babək” adlı İran vətəndaşının ancaq adını bilir, mobil nömrəsini isə əzbər bilməsə də, onun üzərindən götürülmüş mobil telefonda onun nömrəsi vardır. “Babək” lə ***-***-**-** nömrəsinin “WhatsApp” programı vasitəsi ilə internet şəbəkəsi ilə əlaqə saxlamışdır. Onun istifadəsində olan «Redmi» markalı mobil telefonunda ***-***-**-** abonent nömrəsi vardır, “WhatsApp”da isə ***-***-**-** nömrəsinin şəbəkəsindən istifadə etsə də, həmin nömrəni itirmiş və telefonunda işlətmir. Telefonun “Whatsapp Business” mobil tətbiqində İran İslam Respublikası mobil şəbəkəsinə aid +98 914 *** ** ** saylı nömrə “Babək” adı ilə tanıdığı İranlıya məxsusdur, aralarında olan səsli və yazılı mesajlaşmalar Babəkin ona dediyi qramlarla narkotik vasitə nəşəni bölüb münasib yerə yerləşdirib şəklini çəkməklə ona kuryerlik etməyi ilə bağlı olmuşdur, əvəzində isə ona qalan nəşə qazancı olmuşdur. İstifadəsində olmuş Redmi Note 5 markalı mobil telefonun “Qalareya” qovluğunda olan fotoşəkillər onun tərəfindən çəkilmiş və narkotik vasitəni çəkilər üzrə bölüb, məkanlarını da oxla işarəliyib çəkmiş və İranlı “Babək”ə “Whatsapp Business” programı vasitəsi ilə göndərmişdir. Üzərinə və yaşadığı evinə daha əvvəl baxış keçirilməmişdir. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir (cild 1, iş vərəqi 195-199). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və ifadənin sonunda yazılan qeydlərin ona məxsus olduğunu, istintaq zamanı polis işçilərinin ona dedikləri kimi ifadə verdiyini, bu cür ifadə verməyəcəyi təqdirdə ona döyülə biləcəyi deyildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 istintaqa verdiyi ifadəni təsdiq edərək göstərdi ki, 25 oktyabr 2024-cü il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və idarənin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq qrupa rəhbərlik ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs 25 oktyabr 2024cü il tarixdə saat 16:55 dəqiqədə yaşadığı Maştağa qəsəbəsi, X5 küçəsi, döngə 2 ev 6 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanılmış, “İphone” markalı mobil telefondan istifadə edilməklə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilmişdir. Şübhəli şəxsin üzərində narkotik vasitə olmamış, lakin cibindən bir ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. Daha sonra qrup üzvləri Təqsirləndirilən şəxs yaşadığı ünvana daxil olmuş, onların təklifindən sonra Rüfət yaşadığı evin həyətindəki saxlanc yerində divanın içərisində gizlətdiyi bir ədəd selofan torbada olan qurudulmuş marixuanaya bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin vaxt evin həyətində Rüfətin qardaşı Şahid4 da olmuş və sonuncu da, baş verənləri görmüşdür. Sonra götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və üzərində qeydlər aparılmaqla qablaşdırılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar edilmiş narkotik vasitəni İran vətəndaşı olan “Babək” adlı şəxsin vasitəsilə iki gün əvvəl Türkan qəsəbəsində gizlədilmiş yerdən sonuncunun dediyi ünvanlara aparıb çatdırmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxsla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər və orada protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmış, videogörüntülər 1 ədəd diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsi zamanı xeyli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, öz həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxsla doğma qardaş olduqlarını, hazırda Maştağa qəsəbəsi, X5 küçəsi, döngə 2, ev 6 ünvanında öz ailəsi, anası və qardaşı Rüfətlə birlikdə yaşadıqlarını bildirərək göstərdi ki, 25 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində üç nəfər mülki geyimli polis əməkdaşları qardaşı Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları evin həyətinə daxil olmuşlar. Onlar Rüfətdən narkotik vasitənin harada olduğunu soruşduqda, Rüfət onun özünün də iştirakı ilə həyətdə olan saxlanc yerinə getmiş, orada olan divanın altından bir selofan bağlama çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis işçiləri tərəfindən həmin selofan torbanın içərisində bir ədəd elektron tərəzi və narkotik vasitə qurudulmuş mariuxuana müəyyən edilmişdir. Sonra polis əməkdaşı tərəfindən narkotik vasitə olan selofan torba tərəzidə çəkilmiş və çəkisi 221 qram müəyyən edilmiş, həmin selofan torba qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşının suallarına cavab olaraq Rüfət bildirmişdir ki, aşkar edilmiş narkotik vasitəni İran vətəndaşından iki gün əvvəl Türkan qəsəbəsində almış, həmin şəxsin dediyi ünvanlara aparıb çatdırmaq məqsədilə evdə gizlədib saxlamışdır. Polis əməkdaşları yaşadıqları evə onun da razılığı ilə baxış keçirmiş, ona və Rüfətə qarşı hər hansı formada təzyiq göstərilməmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və evinə baxış keçirilməsinə dair 25 oktyabr 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:55 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, döngə 2, ev 6 ünvanının qarşısında saxlanılmış, üzərinə baxış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd üzərində 070 ***-**-** nömrəsi olan mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra tədbirin davamı olaraq, Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Maştağa qəsəbəsi, X5 küçəsi, döngə 2, ev 6 ünvanına baxış keçirilmiş, polis əməkdaşının təklifindən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində divanın içində gizlətdiyi 1 ədəd rəngli torbadan qurudulmuş marixuanaya bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin ümumilikdə çəkisi 221 (iki yüz iyirmi bir) qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər, tərəzi qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olumuş narkotik vasitəni İran vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə 2 gün qabaq Türkan qəsəbəsindən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü bildirmişdir (cild 1, iş vərəqi 10-11). Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi görüntülərinin yükləndiyi DVD diskə baxış keçirilmiş, bu zaman videogörüntülərin xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə protokolunda əks olunanlara uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 59-60). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zamanı aşkar edilərək götürülmüş 195 qram çəkidə bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 194,95 qram çəkidə qurudulmuş marixuana, elektron tərəzi və 1 ədəd “Redmi Note 5” markalı mobil telefon Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 92-94). Həmçinin, istintaqın 17 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilməsi videogörüntülərinin əks olunduğu 2 ədəd DVD disk, 1 ədəd “Redmi Note 5” markalı mobil telefon, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 92-94). Məhkəmə-bioloji ekspertizasının 26 oktyabr 2024-cü il tarixli 7/1773 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə və 1 ədəd tərəzi...” yazı və imzalar olan bir ədəd polietiien bağlamada olan bir ədəd selofanda təmiz çəkisi 195 qram bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan bir ədəd elektron tərəzinin üzərində cuzi miqdarda narkotik vasitə hissəcikləri vardır, marixuana hissəcikləri cuzi miqdarda olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Qeyd: Marixuanaların ümumi çəkisi - 195 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 194,95 qramdır (cild 1, iş vərəqi 43-44). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7737 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 147-148). Cinayət işində olan 11 noyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş və sonuncunun 25 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılarkən təqdim etdiyi “Redmi Note 5” markalı mobil telefonda "xxxx" mobil şəbəkəsinə məxsus 055 ***-**-** saylı abonent nömrəsi olmuşdur. Baxış zamanı telefonda “Whatsapp Business” mobil tətbiqinin quraşdırıldığı, həmin tətbiqin 070 ***-**-** saylı mobil nömrə ilə aktivləşdirilməsi, söhbət pəncərələrinə baxış zamanı İran islam Respublikasının mobil şəbəkəsinə aid +98 914 *** ** ** saylı mobil nömrə ilə qeydə alınmış “Babak” kontakt adı ilə söhbət pəncərəsində: -"Babək müəllim, on beşi yerləşdirim?”, "Hə,hə, sənin qadan alım”, "Deməli Babək müəllim, elə o dalanı dönürlər, düz kafe var böyürdə, görəcəylər bidənə əl yuyan yer var, onun yanında birinci turbanm altında, şiferin altındandır, balaca şifer kusoku var, onun altında, torpağın altında", "Şiferi üstünə qoymuşam, bidənə də balaca daş yanlında, bidənə şifer, bidənə balaca daş" məzmunlu səs qeydləri, “hazır elə" məzmunlu sms mətni, “eliyirəm, eliyirəm, indi eliyirəm" məmzunlu səs qeydi, "indi goyum” məzmunlu sms mətni, "çox məhləyə zada qoymaye, qoy yol qırağına zadına", “oldu indi yol qırağına qoyaram, beş dəyqəyə çıxaram", “özdə ora yol qırağıydı, məhlə içərisi deyildi, narahat olmayın, çox məhlə içərisinə qoymadım, indi yol qırağına yerləşdirəcəyəm" məmzunlu səs qeydləri, “Turbanm arhası" məzmunlu sms mətni, "daşın altındadı, turbanm arxası, daşın altında", "bildim bildim qadan alaram", "qaqa gör nə deyirəm bidənə iki yüz qram bağla, onun tərəzisin də at mənə, onu yaxşı skoçla, apar bidənə qəşəng yerə qoy, üstündə basdıracaqsan, bidənə uşaq var sübh gəlib götürəcək", “Babək müəllim, səhərə yaxın gəlib götürəcəklərsə bəlkə yolun qırağına qoyum, maşın yolunun qırağında, ora sakitçilikdir, saat səkkizə kimi rahat rahat gedib götürə bilərlər", “sən onu bilirsən nə qayır, bir saatdan sonra apar onu yerbəyer elə, o bilinmir saat neçədə gələcək, mən də yataram, sən də yatarsan, başağrı çəkərik", “oldu başa düşdüm bir saata mən aparıb qoyaram, onda yerin dəyişərəm, biraz fərqli yerə qoyaram", “aparıb qoyaram bir saata narahat olmayın, şəklin də çəkəcəm sizə on beş dəqiqəyə, iyirmi dəqiqəyə", "bidənə də yüz dənə bağla", “yaxşı", “bu yüz dənənin bilirsən nə cür çəkisin at mənə, onu bağiayacaqsana, indi skoçiun olsa skoç vur, skoçun olmasa onu zad eliyərsən, iki üç dənə kuloka bük, tərəziyə qoy, şəklin at mənə", “hə baş üstə bildim, bir dəqiqəyə eliyirəm", “birincisi hansı vacibdi iki yüz dənə yoxsa yüz dənəni yerləşdirim?", “Darıxma hələ darıxma, mən sənə deyəndə çıxıb yerləşdirərsən, o on beş dənəni qoymuşdun a zələn xeylağiydı, çıxdı getdi, bunu yerləşdirərsən onu götürərsən", “bidənə mənim yadıma salın on beş dənəni hara qoydum", “yüz dənəsinin bir saat yolu var, iyirmi dəqiqə qalanda çıxıb yerləşdirərsən", “çıx get yerləşdir, sənin də işin dərdin var”, “o on beş dənəni hara qoymuşdum yolun qırağına?", “o şəkli mən göndərmişəm Babək müəllim?", “bildim bildim hara, elə on beşi götürüm yüzü qoyum ora?", “bu iki yüz dənədi Babək müəllim", “qaqa onun üstün zadın qəşəng bastıraydın", “qaqa diyirəm sabah biri tezdən durub oyana gedib onu görüb eləmiyə üstünə nə qoyubsan onu da mənə diyərsən", “yo necə lazmdır daşın altındandır, möhkəm daşın altındadır, narahat olmayın, indi yenə də torpaq ataram ora" məmzunlu səs qeydləri olması müəyyən edilmişdir. Mobil telefonun “Qalereya” qovluğuna baxış zamanı narkotik vasitələrin dövriyyəsi ilə bağlı sübut əhəmiyyətli fotoşəkillər olması müəyyən edilmişdir. Mobil telefonun “Mesajlar”, “Zənglər” qovluqlarına və digər bölmələrə baxıs zamanı maraq kəsb edən danışıqlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə bağlı aşkar edilmiş səs qeydləri 1 ədəd DVD diskə köçürülmüş, fotoşəkillər isə printer vasitəsilə çap edilmiş, 1 ədəd DVD disk və fotoşəkillər iş üzrə əhəmiyyət kəsb etdiyindən protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 119-127). İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı abonent nömrəsinin 01 yanvar 2024-cü il tarixdən 27 oktyabr 2024-cü il tarixədək olan müddətdə anten məlumatları, daxil olan və çıxan zənglər, mesaj mətnləri, həmin nömrələrin sahiblərinə dair "xxxx" MMC-dən götürülmüş məlumatlar olan 1 ədəd SD diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin diskdə «Mushteri zenglerinin detallasması_MSİSDN_558202729», «SMS detallashmasi JVİSİSDN_558202729» və «Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_558202729» adlı 3 ədəd pdf formatlı faylar olması müəyyən edilmişdir. Həmin fayllara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***- **-** saylı abonent nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 16:29 dəqiqədə Rovshen Salmanov str/Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ax.Ş.Hüseyn küşəsi, ev 124/Sabunchu/ (40.538xx/xx.00941), xx.xx.2024-ci il tarixdə saat 19:05 dəqiqədə Badamdar servis//Sabail/ (40.353xx/xx.82023) anten əhatə dairəsində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı mobil nömrə ilə ötürülən sms mətnlərinə baxış keçirilən zaman onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitəni əldə etməsi ilə bağlı sübut əhəmiyyətli sms mətnləri aşkar edilməmişdir. «Zenglerin mexsusluq tarixcheleri_MSiSDN_558202729» adlı fayla baxış zamanı ********* saylı mobil nömrənin ünvan 7 ünvanında qeydiyyatda olan Nurlanə Salmanova (AA1132586, Fin: 5R3ULR9) adlı şəxsə məxsus olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 128-131). Cinayət işinə əlavə edilmiş 23 dekabr 2024-cü il tarixli baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı abonent nömrəsinin 01 yanvar 2024-cü il tarixindən 27 oktyabr 2024-cü il tarixinədək olan anten məlumatları, daxil olan və çıxan zənglər, mesaj mətnləri, həmin nömrələrin sahiblərinə dair "xxxx" MMC-dən götürülmüş məlumatlar olan 1 ədəd SD diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə «Mushteri zenglerinin detallashmasi _MSİSDN_706622111», «SMS detallashmasi_JVİSİSDN_706622111» və «Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_706622111» adlı 3 ədəd pdf formatlı fayllar olması müəyyən edilmişdir. Həmin fayllara baxış zamanı xx.xx.2024-cü il tarixdə **********11 saylı mobil nömrədən **********40 saylı mobil nömrəyə «Meni neya bloka atmısan duzini deyirəm ona göre, bah birde soruşuram neya aldadırsan meni duzini di, mende bu meseleni bağlıyim, mən sena garsi düzgün idim ama sen neya düzgün danışmırsan bilmirəm, bir de deyirəm sənə eger borcun varsa türməyə di bilim, basga heçnə ağlıma gəlmir mene garşı bu hərəkətin duz eləmirsən mən həmişə senin yahciliguvu istəmişəm, sadəcə mənimlə durust ol aldatma və inanıram ki sen menimlə bele hareket elyirsen», **********40 saylı mobil nömrədən **********11 saylı mobil nömrəyə «Men sene cox duz oldum amma sen mene duz olmadin herseyi biiirem borcum zadim yoxdu narahat olma babekden 10 dene kurosan goturubsen menede demirsen neyse», **********11 saylı mobil nömrədən **********40 saylı mobil nömrəyə «Götürmüşəm vermirsem istədiyi adama, sen neya aldadırsan meni mən elesedim bu hareketi, s . Yadundadi 50 m görə mənə neler demerdin odrudun meni, onda bele cihirki senin ocılanun turmededi ona aöre onlara aarsı dilun kisadi. babeka aelice indi ona nzüm insav yahsi şeydi, mən hemise sena yahsi olmuşam, amma sen meni aldatdun, mən sene inandım», **********40 saylı mobil nömrədən **********11 saylı mobil nömrəyə «Dilim qisa zad deil pul vurulan kimi vuracam puluvu derdin pul olsun, menim bawimin ustunden iw gorursen insaf vicdan deyirsən hele neyse sagol», **********11 saylı mobil nömrədən **********40 saylı mobil nömrəyə «Bilirsən ne senin pulun lazım deyil, sen meni firladtun. Neya sen belə hareket eledin, ele bilirsen bilmirəm ağası senin oglanudi, mene ovahti dediler inamagim gelmedi Vüsal dediki, o vahtida aranı gatan ağası oldu, indi inanıram ki dediyi düzdü, bele cetindi sene duzgini demək, mən pul hestesi olsaydim ondada deyerdim sene gel 50 50 bolek, amma mən o hareketi elemerdim amma sen meni aldatdun», xx.xx.2024-cü il tarixdə **********40 saylı mobil nömrədən **********11 saylı mobil nömrəyə «Mastagaya gelim? 100 manati at pulun yarsin atim yada gelim mali goturum senden» məzmunlu «sms»-lər göndərilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 134-139). Elektron məhkəmə portalından əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, döngə 2, ev 6 ünvanında qeydiyyatda olmaqla yaşayır, subaydır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 200-201). Məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və həmin narkotiki İran vətəndaşı kimi tanıdığı Babək adlı şəxsdən əldə etdiyini etiraf etsə də, həmin narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirib, öz müdafiəsi üçün dəlil gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Rüfət Yusubov şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla yaşadığı ünvana baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə 2 gün qabaq Türkan qəsəbəsindən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü etiraf etmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən, həmçinin üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini, özünün səmimi şəkildə törətdiyi cinayət əməlini etiraf etdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılarkən üzərində olan “Redmi Note 5” markalı mobil telefonda "xxxx" mobil şəbəkəsinə məxsus 055 ***-**-** saylı abonent nömrəsinin olduğu, telefonda “Whatsapp Business” mobil tətbiqinin quraşdırıldığı, həmin tətbiqin 070 ***-**-** saylı mobil nömrə ilə aktivləşdirilməsi, söhbət pəncərələrinə baxış zamanı İran islam Respublikasının mobil şəbəkəsinə aid +98 914 *** ** ** saylı mobil nömrə ilə qeydə alınmış “Babak” kontakt adı ilə söhbət pəncərəsində narkotik vasitələrin alqı-satqısı, onların müxtəlif ünvanlara yerləşdirilməsi ilə bağlı Təqsirləndirilən şəxs Babək adlı şəxslə çoxsaylı danışıqlar apararaq, sonuncunun bununla bağlı tapşırıqlarını yerinə yetirməsinə dair “SMS” mətnləri və səs yazıları aşkar edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı və 070 ***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərə, SMS danışıqlarına dair məlumatlar «Baksell» və "xxxx" MMC-dən götürülmüş, istintaq orqanı tərəfindən həmin məlumatların yükləndiyi SD diskə baxış keçirilərkən şəxsə ittiham elan olunduğu müddətə uyğun gələn dövrdə mobil telefona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı SMS yazışmalarının aparıldığı müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında aşkar olunmuş narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi barədə gətirdiyi dəlilləri öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin maddələri qazanc müqabilində ona deyiləcək ayrı-ayrı ünvanlara yerləşdirib satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı “Babək” adlı şəxsdən əldə etməsini etiraf etdiyini, Təqsirləndirilən şəxs bu növ cinayət əməli ilə məşğul olması barədə mobil telefonlarla aparılmış çoxsaylı səs və «SMS» yazışmalarının mövcud olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 22 yanvar 2025-ci il tarixli qərarına əsasən həbsdə saxlama müddəti 09 fevral 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olduqdan sonra məhkəmə hazırlıq iclasının təyin olunması və keçirilməsi müddətlərinə dair cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş müddəalar nəzərə alınmaqla Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarına əsasən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdən şübhəli şəxs qismində tutulub 09 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 15 (on beş) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı və ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 09 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7737 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 194,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi” markalı "Note5” modelli mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD formatlı disk, selofan bağlamada narkotik vasitə və elektron tərəzinin təqdim edilməsi prosesini əks etdirən 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olan məktuba əlavə edilmiş 1 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 70 (yetmiş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində 25 oktyabr 2024-cü il tarixdən 09 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 15 (on beş) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 2 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 09 aprel 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 194,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi” markalı "Note5” modelli mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD formatlı disk, selofan bağlamada narkotik vasitə və elektron tərəzinin təqdim edilməsi prosesini əks etdirən 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1021/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1021/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver