Məhkəmə qərarları › İş №1(101)-1022/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1022/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1022/2021 06.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru- Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 5 saylı evdə pasport qeydiyyatında olan və hal-hazırda Ədliyyə Nazirliyi PX-nın Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 26,484 qram olan narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 2,726 qram olan narkotik vasitə tiryəki, külli miqdarda, yəni təmiz çəkisi 10,035 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq sərnişin kimi olmuş tanışı Şahid4 idarə etdiyi “Azsamand” markalı, Az **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfxani küçəsinə daşımış, 16 dekabr 2020-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfxani küçəsində Əlahiddə ÇPA-nın 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılan zaman üzərində olan həmin narkotik vasitələrindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,742 qram və bir sellofanda təmiz çəkisi 25,742 qram olan narkotik vasitə qurudulmuş marixuananı həmin avtomobilin arxa oturacağında və bir ədəd plastmas qutunun içərisində bir ədəd sellofana bükülmüş təmiz çəkisi 10,035 qram olan narkotik vasitə heroini və iki ədəd bükümdə təmiz çəkisi 1,707 qram və 1.020 qram ümumi təmiz çəkisi 2,726 qram olan narkotik vasitə tiryəki avtomobilin sol qabaq oturacağın arxa cibinə gizlətmiş, Sabunçu RPİ-nin 42-ci PB-nə gətirilərək bölmənin həyətində onun iştirakı ilə Şahid4 idarə etdiyi “Azsamand” markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,742 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofanda 25,742 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, sol qabaq oturacağın arxa cibində 01 ədəd plastmas qutunun içərisində 01 ədəd sellofana bükülmüş 10,035 qram çəkidə narkotik vasitə olan heroin və iki ədəd bükümdə təmiz çəkisi 1,707 qram və 1,020 qram ümumi təmiz çəkisi 2,726 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəyə olan tələbatına görə mütəmadi olaraq ağrıları olduğu zaman müxtəlif yerlərdən üzdən tanıdığı, lakin haqqında məlumatı olmadığı şəxslərdən narkotik vasitələr alıb istifadə etmişdir. 16 noyabr 2020-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçərkən yolun kənarında şəffaf rəngli sellofan görüb götürmüş və onun içərisinə baxarkən orada müxtəlif növlü narkotik vasitələr və tərəzi olduğunu görmüşdür. Həmin narkotik vasitələri o, özü istifadə etmək üçün cibinə qoymuşdur. Həmin narkotik vasitənin bir qismini o, istifadə etmiş, qalan hissəsini isə istifadə etmək üçün üzərində saxlamışdır. 17 dekabr 2020-ci il tarixdə, saat 21:00 radələrində o, tanışı Şahid4 yaşadığı evin qarşısına çağıraraq onu özünün avtomobili ilə Buzovna qəsəbəsinə aparmağını xahiş etmişdir. İlqar da etiraz etməyərək onun yaşadığı evin qarşısına gəldi. İlqar yaşadığı evin qarşısına gəldikdən sonra o, Buzovna qəsəbəsinə getmək fikrindən daşınıb İlqara əmisigilə gedəcəyini deyib və İlqara da onunla birlikdə gəlməyi xahiş etmişdir. O da etiraz etmədi. Bundan sonra o, yerdən tapdığı narkotik vasitələri götürərək cibinə qoyub avtomobilin arxa oturacağına əyləşmişdir. Saat 22:00 radələrində Nardaran qəsəbəsi, Səfxani küçəsində avtomobil ilə hərəkətdə olarkən Əlahiddə ÇPA-nın xidməti avtomobilində olan iki nəfər polis əməkdaşı onların avtomobilini saxlayıb özlərini təqdim edərək onlardan şəxsiyyətlərini təsdiq edən sənədi istədilər. Onlar da şəxsiyyəti təsdiq edən sənədi polis əməkdaşına təqdim edib, karantin rejimində çölə çıxmağa müvafiq icazələrinin olmadığını bildirərək, tələsdiklərini bildirmişlər. Onlar polis əməkdaşlarının onların üzərini yoxlayacağını düşünüb üzərində olan narkotik vasitələri avtomobilə yerləşdirmişdir. Polis əməkdaşları onları Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə apardılar. Orada da narkotik İlqarın maşınında onun yerləşdiyi yerdən çıxmışdır. O narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bu barədə istintaq zamanı ifadələr verib. O, həmin ifadələrini təsdiq edir və həmin ifadələrə istinad edilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir: « təqribən 6-7 aydır ki, narkotik vasitələrdən istifadə edir və narkotik vasitəyə olan tələbatına görə mütəmadi olaraq ağrıları olduğu zaman müxtəlif yerlərdən üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatı olmadığı şəxslərdən narkotik vasitələr alıb istifadə etmişdir. 16.11.2020-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçərkən yolun kənarında şəffaf rəngli sellofan görmüş və həmin sellofanı götürərək içərisinə baxmışdır. Sellofanı açdıqda müxtəlif növdə narkotik vasitələr və tərəzi olduğunu görmüşdür. Həmin narkotik vasitələri özü istifadə etmək üçün sellofanı götürərək cibinə qoymuşdur. Həmin narkotik vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə mütəmadi olaraq istifadə etmək üçün üzərində saxlamışdır. 17 dekabr 2020-ci il tarixdə, saat 21 radələrində tanışı Şahid4 yaşadığı evin qarşısına çağıraraq onu özünün avtomobili ilə Buzovna qəsəbəsinə aparmağını xahiş etmişdir. İlqar da ona etiraz etməyərək yaşadığı evin qarşısına gəlmişdir. İlqar yaşadığı evin qarşısına gəldikdən sonra Buzovna qəsəbəsinə getmək fikrindən daşınmış və belə olduğu təqdirdə İlqar əmisigilə gedəcəyini və onun da İlqarla birlikdə gəlməyini xahiş etmişdir. O da etiraz etməyərək İlqar ilə Nardaran qəsəbəsində yerləşən əmisigilə gedəcəyini bildirərək və özü ilə yerdən tapdığı narkotik vasitələri götürərək cibinə qoymuş və İlqarın həmin narkotik vasitələri görməməsi üçün uzanmaq istəmək bəhanəsi ilə avtomobilin arxa oturacağına əyləşmişdir. Saat 22 radələrində Nardaran qəsəbəsi, Səfxani küçəsində avtomobil ilə hərəkətdə olarkən Əlahiddə ÇPA-nın xidməti avtomobilində olan iki nəfər polis əməkdaşı avtomobili saxlayıb özlərini təqdim edərək onlardan şəxsiyyəti təsdiq edən sənədi istəmiş və karantin rejimi ilə əlaqədar olaraq müvafiq icazələrin olubolmadığını soruşmuşlar. Onlar şəxsiyyəti təsdiq edən sənədi polis əməkdaşına təqdim etmiş, lakin müvafiq icazələrinin olmadığını bildirərək, gedəcəkləri ünvana tələsdiklərini bildirmişlər. Həmin ərəfədə isə polis əməkdaşlarının üzərini yoxlayacağını düşünmüş və üzərində olan narkotik vasitələri avtomobilə yerləşdirmişdir. Polis əməkdaşları onlardan şübhələnərək onları Sabunçu RPİnin 42-ci Polis Bölməsinə dəvət etmişdir. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə gəlmişlər. Bundan sonra ona narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşınmasında şübhəli olduğu bildirilmiş və buna görə də o, şübhəli şəxs qismində tutulmuşdur. Tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş və ona üzərinə şəxsi axtarış keçiriləcəyi, həmçinin şəxsi axtarışın videoçəkilişlə, həmçinin vəkilin iştirakı ilə keçiriləcəyi bildirilmişdir. O, üzərinə şəxsi axtarış keçirilərkən vəkilin iştirakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əlində saxladığı qara rəngli pul qabını təqdim etmişdir. Həmin pul qabının içərisinə baxış keçirilərkən oradan 400 manat olan nağd pul, içərisində 01 ədəd “azərsu”nun abonent kartı, 01 ədəd “azəriqaz” ın abonent kartı, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd özünə məxsus “Kapital” bank kartı olan üzərində “Axa Mbask” yazısı olan göy rəngli sənəd qabı aşkar edilmişdir. Bundan başqa, o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən açarlar və qara rəngli tibbi maskanı, qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Camel” markalı siqaret qutusunu və 01 ədəd qırmızı rəngli saqqızı təqdim etmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan sonra onun və Şahid4 iştirakı ilə avtomobilə baxış keçiriləcəyi bildirildikdə, o, həmin prosesdə vəkilin iştirakına ehtiyac duymadığını bildirmişdir. Bundan sonra “Azsamand” markalı **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə, sellofan torbaya bükülmüş yaşıl rəngdə olan qurudulmuş ot kütləsi, 01 ədəd tərəzi, sol qabaq oturacağın arxa cibində 01 ədəd plastmas qutunun içərisindən 01 ədəd sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə və iki ədəd qara rəngli büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı o, həmin kütlələrin narkotik vasitə olan marixuana, tiryək və heroin olduğunu, özünə məxsus olduğunu, 16.12.2020-ci il tarixdə Novxanı qəsəbəsində olan zaman yolun kənarından tapdığını, Şahid4 isə bu barədə məlumatı olmadığını bildirmişdir. Daha sonra avtomobildən aşkar edilmiş maddələr qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Onun üzərindən aşkar olunan narkotik vasitəni əldə edərkən tək olmuş, yanında heç kim olmamışdır. O, həmin narkotik vasitələri yerdən taparkən özü istifadə etmək üçün üzərində saxlamağa qərar vermişdir. Buna səbəb isə narkotik vasitələrə olan tələbatı və həmin tələbata görə də, bədənində ağrıların olması olmuşdur. O, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. O, heç kimə narkotik vasitə satmamış, pay verməmiş və kiminləsə birlikdə istifadə etməmişdir. Ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir göstərilməmiş, həmçinin zor tətbiq edilməmişdir. Onun Şahid4 üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Eyni zamanda üzərində olan narkotik vasitələrdən Şahid4 verməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan vaxtadək ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ondan başqa hər hansı bir şəxs istifadə etməmişdir. Həmin nömrəni ancaq o, istifadə etmişdir. Təqdim edilmiş məlumatlarla ətraflı tanış olmuşdur. Həmin nömrələrin kimə məxsus olmasını xatırlamamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin şəxslərin ona qeyd edilən məzmunda sms mətnlərinin yazmasının səbəbini bilməmişdir.» Şahid1 ifadələrində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin Əlahiddə ÇPA-nın polis nəfəri vəzifəsində işləyir. 16 dekabr 2020-ci il tarixində, saat 22:00 radələrində Əlahiddə ÇPA-nın 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfxani küçəsində avtopatrulla xidmətdə olarkən “Azsamand” markalı, Az **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili karantin rejimi ilə əlaqədar yoxlama keçirmək üçün saxlamışlar. Avtomobili saxladıqdan sonra özlərini təqdim edərək sürücüdən, eyni zamanda avtomobildə sərnişin qismində əyləşən şəxsdən şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər sənədlərini onlara təqdim etdikdə, onların onlardan yayınmağa çalışdıqlarını hiss etmişlər. Həmin şəxslərdən karantin rejimi ilə bağlı icazələrinin olub-olmamasını soruşmuşlar. Onlar isə dağınıq cavablar verərək nədənsə narahat olduqlarını, tez bir zamanda onlardan yayınaraq getmək istədiklərini, eyni zamanda avtomobildə sərnişin qismində arxa oturacaqda oturan şəxsin əlində sellofan paket olduğunu görmüşlər. Həmin şəxslərin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onları Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. Saxladıqları şəxslər onlarla razılaşaraq bölməyə gəlmişlər. Bölmədə aparılan ilkin araşdırma zamanı avtomobilin sürücüsünün Şahid4 oğlu, sərnişinin isə Təqsirləndirilən şəxs olduğu müəyyən edildi. Bundan sonra onlar müvafiq raport tərtib edərək bölmənin növbətçi hissəsinə təqdim etmişlər. Tərtib etdikləri raportun araşdırılması bölmə rəisi, polis polkovnik-leytenantı Azər Məmmədov tərəfindən bölmənin baş təhqiqatçısı, polis mayoru Bəhram Bəhrəmova həvalə edildi. Bəhram Bəhramov tərəfindən Şahid4 şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildi onun üzərinə şəxsi axtarış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edən heç nə tapılmadı. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildi və onun üzərində axtarış keçirildi. Onun da üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola əşya və sənədlər aşkar edilmədi. Bundan sonra Sabunçu RPİ-nin 42-ci PBnin inzibati binasının qarşısında videoçəkiliş vasitəsi ilə Şahid4 idarə etdiyi “Azsamand” markalı, Az**-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirildi. Baxış zamanı İlqar və Təqsirləndirilən şəxs da iştirak etdilər. Baxış zamanı avtomobilin arxa oturacağının üzərindən siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan 01 ədəd büküm, sellofan torbaya bükülmüş yaşıl rəngdə olan qurudulmuş ot kütləsi, 01 ədəd üzərində Azərbaycan Respublikasının dövlət gerbi olan qara rəngli tərəzi, sol qabaq oturacağın arxa cibindən 01 ədəd plastmas qutunun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə və şəffaf sellofanın içərisində 02 ədəd qara rəngli maddə aşkar edilmişdir. Təhqiqatçı həmin maddələrin və tərəzinin kimə məxsus olduğunu soruşanda Təqsirləndirilən şəxs həmin maddələrin və tərəzinin özünə məxsus olduğunu, həmin maddələrin narkotik vasitə olduğunu və 16 dekabr 2020-ci il tarixdə Novxanı qəsəbəsində yolun kənarından tapdığını bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən bükümlər açıldı və bükümlərə baxış zaman siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan 01 ədəd bükümün və şəffaf rəngli sellofanın içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi, 01 ədəd plastmas qutunun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə və şəffaf sellofanın içərisində 02 ədəd qara rəngli maddə olması müəyyən edildi. Bundan sonra da aşkar edilmiş maddələr qablaşdırılıb möhürləndi. Şahid2 ifadələrində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin Əlahiddə ÇPA-nın polis nəfəri vəzifəsində işləyir. 16 dekabr 2020-ci il tarixində, saat 22:00 radələrində alayın Patrul Bölüyünün polis nəfəri, polis serjantı Hüseynli X5 qəsəbəsi, Səfxani küçəsində avtopatrulla xidmətdə olarkən “Azsamand” markalı, Az **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili karantin rejimi ilə əlaqədar yoxlama keçirmək üçün saxlamışlar. Avtomobili saxladıqdan sonra özlərini təqdim edərək sürücüdən, avtomobildə sərnişin qismində əyləşən şəxsdən şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər sənədlərini onlara təqdim etdikdə, həmin şəxslərin onlardan yayınmağa çalışdıqlarını görmüşlər. Həmin şəxslərdən karantin rejimi ilə bağlı icazələrinin olub-olmamasını soruşmuşlar. Bu zaman həmin şəxslər onlara dağınıq cavablar verərək nədənsə narahat olduqlarını, tez bir zamanda onlardan yayınaraq getmək istədiklərini, eyni zamanda avtomobildə sərnişin qismində arxa oturacaqda oturan şəxsin əlində sellofan paket olduğunu görmüşlər. Həmin şəxslərin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onları Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. Saxladıqları şəxslər onlarla razılaşaraq bölməyə gəlmişlər. Bölmədə aparılan ilkin araşdırma zamanı avtomobilin sürücüsünün Şahid4, sərnişinin isə Təqsirləndirilən şəxs olduğu müəyyən edildi. Bundan sonra onlar raportla bölmənin növbətçi hissəsinə müraciət etmişlər. Raportun araşdırılması bölmənin baş təhqiqatçısı, polis mayoru Bəhram Bəhrəmova həvalə edildi. Bəhram Bəhrəmov tərəfindən Şahid4 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldular, sonra onların üzərilərinə şəxsi axtarış keçirildi, lakin heç nə tapılmadı. Bundan sonra Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasının qarşısında videoçəkilişlə Şahid4 idarə etdiyi “Azsamand” markalı, Az **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Baxış zamanı avtomobilin arxa oturacağının üzərindən siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan 01 ədəd büküm, sellofan torbaya bükülmüş yaşıl rəngdə olan qurudulmuş ot kütləsi, 01 ədəd tərəzi, sol qabaq oturacağın arxa cibindən 01 ədəd plastmas qutunun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə və şəffaf sellofanın içərisində 02 ədəd qara rəngli maddə aşkar edildi. Bəhram həmin maddələrin və tərəzinin kimə məxsus olduğunu soruşanda Təqsirləndirilən şəxs həmin maddələrin və tərəzinin özünə məxsus olduğunu, həmin maddələrin narkotik vasitə olduğunu və 16 dekabr 2020-ci il tarixdə Novxanı qəsəbəsində yolun kənarından tapdığını bildirdi. Bundan da sonra təhqiqatçı tərəfindən bükümlər açılıb baxış keçirildi. Bükümlərə baxış zaman siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan 01 ədəd bükümün və şəffaf rəngli sellofanın içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi, 01 ədəd plastmas qutunun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə və şəffaf sellofanın içərisində 02 ədəd qara rəngli maddə olması müəyyən edildi və aşkar edilmiş maddələr qablaşdırılıb möhürləndi. Şahid Şahid3 Zəfər oğlu ifadələrində göstərdi ki, 16 dekabr 2020-ci il tarixində, saat 22:00 radələrində Sabunçu RPİ-nin 42-ci PB-də xidmətdə olarkən Əlahiddə ÇPA-nın 8-ci Patrul Bölüyünün iki polis nəfəri iki nəfər mülki geyimli şəxs ilə birlikdə bölməyə gəlmişlər. Bölmədə aparılan ilkin araşdırma zamanı avtomobilin sürücüsünün Şahid4 oğlu, sərnişinin isə Təqsirləndirilən şəxs olduğu müəyyən edildi. Bundan sonra ÇPA əməkdaşları birlikdə müvafiq raport tərtib edərək bölmənin növbətçi hissəsinə təqdim etdilər. Tərtib edilən raportun araşdırılması bölmə rəisi, polis polkovnik-leytenantı Azər Məmmədov tərəfindən bölmənin baş təhqiqatçısı, polis mayoru Bəhram Bəhrəmova həvalə edildi. Bəhram Bəhrəmov tərəfindən Şahid4 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldular. Onların hər ikisinin üzərinə şəxsi axtarış keçirildi, lakin sübut əhəmiyyətinə malik əşya və sənəd aşkar edilmədi. Bundan sonra bölmənin inzibati binasının qarşısında video çəkilişlə Şahid4 idarə etdiyi “Azsamand” markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirildi. Baxış zamanı avtomobilin arxa oturacağının üzərindən siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan 01 ədəd büküm, sellofan torbaya bükülmüş yaşıl rəngdə olan qurudulmuş ot kütləsi, 01 ədəd tərəzi, sol qabaq oturacağın arxa cibindən 01 ədəd plastmas qutunun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə və şəffaf sellofanın içərisində 02 ədəd qara rəngli maddə aşkar edildi. Onlardan həmin maddələrin və tərəzinin kimə məxsus olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddələrin və tərəzinin özünə məxsus olduğunu, həmin maddələrin narkotik vasitə olduğunu və 16 dekabr 2020-ci il tarixdə Novxanı qəsəbəsində yolun kənarından tapdığını bildirdi. Təhqiqatçı tərəfindən aşkar edilmiş baxış zaman siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan 01 ədəd bükümün və şəffaf rəngli sellofanın içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi, 01 ədəd plastmas qutunun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə və şəffaf sellofanın içərisində 02 ədəd qara rəngli maddə olması müəyyən edildi. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırıldı. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, arabir narkotik vasitədən çəkmə yolu ilə istifadə edir və narkotik vasitəni müxtəlif yerlərdən üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatı olmadığı şəxslərdən alıb istifadə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.41 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum edilmiş və 2019-cu ildə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. 17.12.2020-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs onum yaşadığı evin qarşısına çağıraraq idarə etdiyi avtomobillə Buzovna qəsəbəsinə aparmağını xahiş etmişdir. O da etiraz etməyərək Ramilin yaşadığı evin qarşısına gəlmişdir. O, Ramilin yaşadığı evin qarşısına gəldikdən sonra Buzovna qəsəbəsinə getmək fikrindən daşınmış və belə olduğu təqdirdə o, Nardaran qəsəbəsinə əmisigilə gedəcəyini və Ramilin də onunla birlikdə gəlməyini xahiş etmişdir. Ramil də etiraz etməyərək onunla birlikdə Nardaran qəsəbəsində yerləşən əmisigilə gedəcəyini bildirmişdir. Ramil yorğun olduğunu və arxa oturacaqda uzanmaq istədiyini bildirərək avtomobilin arxa oturacağına əyləşmişdir. Saat 22 radələrində Nardaran qəsəbəsi, Səfxani küçəsində avtomobil ilə hərəkətdə olarkən Əlahiddə ÇPA-nın xidməti avtomobilində olan iki nəfər polis əməkdaşı avtomobili saxlayıb özlərini təqdim edərək onlardan şəxsiyyəti təsdiq edən sənədi istəmiş və karantin rejimi ilə əlaqədar olaraq müvafiq icazələrin olub-olmadığını soruşmuşlar. Onlar şəxsiyyəti təsdiq edən sənədi polis əməkdaşına təqdim etmiş, lakin müvafiq icazənin olmadığını bildirərək, gedəcəkləri ünvana tələsdiklərini bildirmişlər. Polis əməkdaşları onlardan şübhələnərək onları Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə gəlmişlər. Bundan sonra ona narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşınmasında şübhəli olduğu bildirilmiş və buna görə də o, şübhəli şəxs qismində tutulmuşdur. Tutulduqdan sonra hüquq və vəzifələri izah edildi və ona üzərinə şəxsi axtarış keçiriləcəyi, həmçinin şəxsi axtarışın videoçəkilişlə, həmçinin vəkilin iştirakı ilə keçiriləcəyi bildirilmişdir. O, üzərinə şəxsi axtarış keçirilərkən vəkilin iştirakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd “Samsung J9” markalı mobil telefonu, 01 ədəd içərisində 400 manat olan nağd pul, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə, 2 ədəd “Tosoil” YDM-nin bonus kartı, 01 ədəd “Rosoil” YDM-in bonus kartı, 02 ədəd vizitkart, 01 ədəd “Bakıkart, 01 ədəd bank qəbzi olan qəhvəyi rəngli pul qabını, göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd alışqanı, həmin şalvarın sol yan cibindən 01 ədəd “Vinston” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan sonra onun və Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçiriləcəyi bildirildikdə, o, həmin prosesdə vəkilin iştirakına ehtiyac duymadığını bildirmişdir. Bundan sonra“Azsamand” markalı **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə, sellofan torbaya bükülmüş yaşıl rəngdə olan qurudulmuş ot kütləsi, 01 ədəd tərəzi, sol qabaq oturacağın arxa cibində 01 ədəd plastmas qutunun içərisindən 01 ədəd sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə və iki ədəd qara rəngli büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan marixuana, tiryək və heroin olduğunu, özünə məxsus olduğunu, 16.12.2020-ci il tarixdə Novxanı qəsəbəsində olan zaman yolun kənarından tapdığını bildirmişdir. Daha sonra avtomobildən aşkar edilmiş maddələr qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından və ya sonradan həmin narkotik vasitələri idarə etdiyi avtomobilə qoymasından xəbəri olmamışdır. Yalnız 42-ci PB-də avtomobilə baxış keçirildikdən sonra bu barədə məlumatı olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadərində şahid X7 Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin eksperti, stasionar şöbəsinin müdiri, həkimpsixiatr olduğunu bildirib göstərmişdir ki, Təqsirləndirilən şəxs Məhkəmə Psixiatrik Eskpertiza Mərkəzində stasionar müayinədə olmuşdur və stasionar məhkəmə-psixiatrik ekspertizasının 22.02.2021-ci il tarixli 17 saylı rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi xəstə olub, şizofreniyanın paranoid formasından əziyyət çəkir, lakin Təqsirləndirilən şəxs paranoid şizofreniya kimi xroniki psixi xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq cinayət əməlini törədən zaman dayanıqlı remissiya vəziyyətində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onda aşkara çıxarılan paranoid şizofreniya kimi psixi xəstəliyin gedişində dayanıqlı remissiya vəziyyətində olduğundan bu xəstəlik həmin şəxsi öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etməmişdir. Buna görə onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırki müayinə zamanı paranoid şizofreniyaya xas əlamətlər müəyyən edilir, lakin həmin patalogiya hazırda dayanıqlı remissiya vəziyyətində olduğundan onu öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman dayanıqlı remissiya vəziyyətində olduğundan öz əməlini və hərəkətlərini tam dərk etmək və onları idarə etmək iqtidarında olduğundan Azərbaycan Respublikası CM-in 22-ci maddəsinin təsiri altına düşməmişdir. Məhkəmədə elan olunub araşdırılmış iş üzrə keçirilmiş məhkəmə-bioloji və kimyəvi ekspertizasının 17 dekabr 2020-ci il tarixli 7/868-6/2734 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş kimyəvi maddələr olan bükümlər, şübhəli şəxs imza Təqsirləndirilən şəxs, Şahid imza 1. Q.İlqar, 2. K.İsmayıl, 3. Şahid1, 3. Şahid2, Qablaşdırdı 42-ci PB-nin baş təhqiqatçısı polis mayoru Bəhram Bəhrəmov” yazısı olan ağ rəngli kağız zərfdə təmiz çəkisi 1,706 qram və 1,020 qram olmaqla ümumi çəkisi 2,726 qram olan tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş kimyəvi maddələr olan bükümlər, şübhəli şəxs imza Təqsirləndirilən şəxs, Şahid imza 1. Q.İlqar, 2. K.İsmayıl, 3. Şahid1, 3. Şahid2, Qablaşdırdı 42-ci PB-nin baş təhqiqatçısı polis mayoru Bəhram Bəhrəmov” yazısı olan ağ rəngli kağız zərfdə təmiz çəkisi 10,035 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi narkotik vasitə heroindir, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar sellofan torbada ot kütləsi və 1 ədəd bükümdə ot kütləsi , 1. Şübhəli şəxs imza Təqsirləndirilən şəxs, Şahid imza 1. Q.İlqar, 2. K.İsmayıl, 3. Şahid1, 3. Şahid2, Qablaşdırdı 42-ci PB-nin baş təhqiqatçısı polis mayoru Bəhram Bəhrəmov” yazısı olan ağ rəngli kağız zərfdə iki ədəd bükümdə təmiz çəkisi 25,742 qram və 0,742 qram olmaqla ümumi çəkisi 26,484 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan quruduluş marixuanadır. Məhkəmədə elan olunub araşdırılmış iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 29 dekabr 2020-ci il tarixli 7/888 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkəmə Ekspertiza Mərkəzi TƏDQİQAT OBYEKTİ №75” ştampı əks olunan paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 25,692 qram marixuana və bir ədəd gümüşü rəngli folqa kəsiyi bükümündə təmiz çəkisi 0,692 qram marixuana xarici görünüşlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil edir. Məhkəmədə elan olunub araşdırılmış iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 dekabr 2020-ci il tarixli 6/2774 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkəmə Ekspertiza Mərkəzi TƏDQİQAT OBYEKTİ №75” ştampı əks olunan paketdə bir ədəd bükümdə təmiz çəkisi 1,656 qram tiryək və bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,970 qram tiryək xarici görünüşlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroinin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış və avtomobilə baxış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 10,035 qram olmuş narkotik vasitə heroin, iki ədəd bükümdə təmiz çəkisi 2,726 qram olmuş narkotik vasitə tiryək, ümumi çəkisi 26,484 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd eketron tərəzi maddi sübut kimi tannınmış və aparılan tədqiqatlardan sonra qalıq çəkisi 9,985 qram təşkil edən narkotik vasitə heroin, 2,526 qram təşkil edən narkotik vasitə tiryək, 26,284 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış bu iş üzrə keçirilmiş məhkəmənarkoloji ekspertizasının 25 yanvar 2021-ci il tarixli, 206 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə stasionar məhkəmə-psixiatrik ekspertizasının 22 fevral 2021-ci il tarixli 17 saylı rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi xəstə olub, şizofreniyanın paranoid formasından əziyyət çəkir. Lakin Təqsirləndirilən şəxs paranoid şizofreniya kimi xroniki psixi xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq cinayət əməlini törədən zaman dayanıqlı remissiya vəziyyətində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onda aşkara çıxarılan paranoid şizofreniya kimi psixi xəstəliyin gedişində dayanıqlı remissiya vəziyyətində olduğundan bu xəstəlik həmin şəxsi öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etməmişdir. Buna görə onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırki müayinə zamanı paranoid şizofreniyaya xas əlamətlər müəyyən edilir. Lakin həmin patalogiya hazırda dayanıqlı remissiya vəziyyətində olduğundan onu öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, eyni zamanda sms mətinləri Sabunçu rayon Məhkəməsinin “telefon nömrələri ilə ötürülən məlumatların ələ keçirilməsi haqqında” 29 yanvar 2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən CD diskə yazılmaqla götürülüb baxış keçirilmiş,baxış zamanı da “ 505410221sms.txt” adlı faylda aşağıdakı məzmunlu sms mətnləri: - 02.06.2020-ci il tarixdə saat 10:52-də ***-***-**-** saylı mobil nömrədən- “Qaqas menem nicat 40 manatnan belkem bidene qram kola gelim gotrumde”. - 08.06.2020-ci il tarixdə saat 23:00-da ***-***-**-** saylı mobil nömrədən - “Yoldayam dansa bilmrem taksdeyem bidene yari kola emele geler dusmyum evin yanda pramoy gelim ora mene bir he yox dede” - 09.06.2020-ci il tarixdə saat 12:35-də ***-***-**-** saylı mobil nömrədən - “Heci mene 15 duzeltde imkan varsa gor ne edirsen sen cani” - 12.06.2020-ci il tarixdə saat 00:11-də ***-***-**-** saylı mobil nömrədən - “Yari koko 15 diyde pati hersnen bir tike mene pay ayirda” - 13.06.2020-ci il tarixdə saat 20:08-də ***-***-**-** saylı mobil nömrədən - “brat cola var 1 dene alnar?” - 13.06.2020-ci il tarixdə saat 20:20-də ***-***-**-** saylı mobil nömrədən - “20 ayri 20 ayri atarsanda brat?” - 16.06.2020-ci il tarixdə saat 13:12-də ***-***-**-** saylı mobil nömrəyə - “0 6. Qoymuwam” - 26.07.2020-ci il tarixdə saat 18:53-də ***-***-**-** saylı mobil nömrədən - “Qaqaw yari kola 2 met obwi 50azn var?” - 04.08.2020-ci il tarixdə saat 22:09-də ***-***-**-** saylı mobil nömrədən - “Qaqasimsan onu babat ele qonagim var. Cixmsam. Gelem?” - 04.08.2020-ci il tarixdə saat 22:52-də ***-***-**-** saylı mobil nömrədən - “qaqaw 40 duzeltmwem onu yari eliye bilersen?” - 08.08.2020-ci il tarixdə saat 19:53-də ***-***-**-** saylı mobil nömrədən - “bir dene bütöv bir denede yarım alınar ele” - 14.08.2020-ci il tarixdə saat 17:04-də ***-***-**-** saylı mobil nömrədən - “Qaqash 5 dene meti lazmdi alnr?” - 15.08.2020-ci il tarixdə saat 17:04-də ***-***-**-** saylı mobil nömrədən - “25 ver. 2- dene tebi ot ver. 5 man şüşe he yox de gelim.???” - 23.08.2020-ci il tarixdə saat 00:24-də ***-***-**-** saylı mobil nömrədən - “İmkan olsa pati qoyda.” - 23.08.2020-ci il tarixdə saat 19:30-da ***-***-**-** saylı mobil nömrədən - “Adas men agryram dünen ne vermsen eceb elemsen hindi gelim pulumu verim də, qos elde agryram qardas cani. Bir qiram koku yarimda pati lazimdi. Bir soz di agryram. Adas sozvu di agryram diyrem. Catmir. Agryram. Adas men nece vaxdi sene is görem heckimi tanimram hindi meni agrda niye qoyusan sebe di men agryram. Bir soz di isimi bilim. Bu nedye arvad kimi adboy. Adas fikrvi di agryram men catmir agri sene. İmkan olsa cox yox bidamci pati. Qapdayam.” - 01.09.2020-ci il tarixdə saat 18:46-da ***-***-**-** saylı mobil nömrədən - “Adas salam bidne qiram. 50 pulum var 10 pati. Yola verde adas yetimi. Xayis elyirem ayagvin altinda ölüm salma küçelere meni agryram.” - 08.09.2020-ci il tarixdə saat 00:36-da ***-***-**-** saylı mobil nömrədən - “A qaqaş hamıya kola verirsen men deyende yox deyirsen amma men sene qarşı bele hörmetşizliy elememisem a a bil, bilmirem niye bele eliyirsen menem a a emin ne tez yadan cıxdım” - 10.09.2020-ci il tarixdə saat 22:11-də ***-***-**-** saylı mobil nömrədən - “Gelem yoldayam bidene yari bidene ordan cet qoyda qiraxa” - 11.09.2020-ci il tarixdə saat 01:38-də ***-***-**-** saylı mobil nömrədən - “Qaqaş 1dene saat var 40 ilin saatıdı en eşagsı 200 manat qiymetıt var, 1ne kola ver verim sene qadın saatıdı a a etaga dehset saatdı, Heci imkan varsa getir” - 14.09.2020-ci il tarixdə saat 16:00-da ***-***-**-** saylı mobil nömrədən - “Pulum butovdu 20 manat bidene yari” - 14.09.2020-ci il tarixdə saat 18:09-də ***-***-**-** saylı mobil nömrədən - “Heci 1 dene butouv lazmdi” - 15.09.2020-ci il tarixdə saat 00:42-də ***-***-**-** saylı mobil nömrədən - “Heci pati varsa xeber elede mene dusum” - 18.09.2020-ci il tarixdə saat 19:46-da ***-***-**-** saylı mobil nömrədən - “Heci nolar imkan var ordan bidene cet duzeldesen basva donum mende imkan yoxdu nolar xayis edrem senden” - 24.09.2020-ci il tarixdə saat 00:10-da ***-***-**-** saylı mobil nömrədən - “1 dene ot 05 pati” - 24.09.2020-ci il tarixdə saat 03:02-də ***-***-**-** saylı mobil nömrədən - “Men 3 deqiqeye qapıayam çıx menim malımı ver ağrıyıram Reşaddı” - 25.09.2020-ci il tarixdə saat 16:36-da ***-***-**-** saylı mobil nömrədən - “Heci 1 dene qiram lazimdi alnar gelim gotrum” - 28.09.2020-ci il tarixdə saat 19:27-də ***-***-**-** saylı mobil nömrədən - “Qerdes yanva gelmek isdyrem 1 yari lazmdi alnar” - 07.10.2020-ci il tarixdə saat 18:32-də ***-***-**-** saylı mobil nömrədən - “Salam heci necesen xala oglu salamatclxdi?brat yari pt alnar kecm yanva yarm saata cxb iwden. Bdene he yox yazardn mene qaqawmsan” - 07.10.2020-ci il tarixdə saat 21:10-da ***-***-**-** saylı mobil nömrədən - “Adas pati dunenki kimi olsa yaxsidi yoldayam” - 09.10.2020-ci il tarixdə saat 11:00-da ***-***-**-** saylı mobil nömrəyə - “A wengulum mene disen 10m var men bunu didim sora 2 manatl kesirsen” - 15.10.2020-ci il tarixdə saat 01:18-də ***-***-**-** saylı mobil nömrədən - “Brat 15diy Kola 5diy pati elemey olarmi?” - 01.11.2020-ci il tarixdə saat 17:09-da ***-***-**-** saylı mobil nömrədən - “Brat 20 m pati birdeki 1dene sey lazimdi xan hamamin yanindayam gelirem brat quzu keserem patini narmalni qoyda ozume istiyirem” Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən qəsdən anlaqlı vəziyyətdə törətməsi sübuta yetirildi. Məhkəmənin gəldiyi bu qənaət yuxarıda araşdırılmış onun özünün qismən etirafedici ifadələri ilə, baxış keçirilməsi barədə protokolla, məhkəmə-kimyəvi, məhkəmə-bioloji, məhkəmə-narkoloji, stasionar məhkəməpsixiatrik ekspertizalarının rəyləri, şahidlərin ifadələri və “Azərcell“ MMC-dən əldə edilmiş məlumatlara baxış protokolu, avtomobilə baxış keçirilməsinə dair görüntülərin qeydə alındığı “CD” diskə baxış keçirilməsi haqqında protokol və digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onların əməlini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə cinayət qanununda nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə-bioloji, məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 88,70 (səksən səkkiz manat yetmş qəpik) manat, digər məhkəmə bioloji ekpertizasının keçirilməsinə 88,70 (səksən səkkiz manat yetmş qəpik) manat, ümumilikdə 266,10 ( iki yüz altımış altı manat on qəpik) xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs 14 saylı Vəkil Burosunun vəkili Müdafiəçi Tahir oğlu tərəfindən 25 (iyirmi beş) saat hüquqi yardım göstərilmişdir. Bu xidmətə görə də ona 150 (yüz əlli) manat pul ödənilməlidir. Məhkəmədə elan edilib araşdırılmış ittiham aktına əlavə olunmuş arayışdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Cahan Tofiq oğluna 7 saylı Vəkil burosnun vəkili X3 tərəfindən 70 (yetmiş) saat hüquqi yardım göstərilmişdir və bu xidmətə görə ona 420 (dörd yüz iyirmi) manat ödənilməlidir. Məhkəmə, həmin xərcələri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, bu məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünki məhkəmədə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin ödəmədən azad etmək üçün əsəas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçi RPİ-nə verilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 10,035 qram olmuş narkotik vasitə heroin, iki ədəd bükümdə təmiz çəkisi 2,726 qram olmuş narkotik vasitə tiryək, ümumi çəkisi 26,484 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aparılan tədqiqatlardan sonra qalıq çəkisi 9,985 qram təşkil edən narkotik vasitə heroin, 2,526 qram təşkil edən narkotik vasitə tiryək, 26,284 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, 01 ədəd elektron tərəzini istehlak dəyərini itirən əmlak kimi məhv edilməsini, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarda saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. Məhkəmə yuxarıda göstərilən halları, cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 18 dekabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 16 dekabr 2020-ci il tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2021-ci il tarixli 206 saylı rəyindən görünür ki, Aslanov X11 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preperatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya Xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi muailicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun himayəsində azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmə bunu onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun törətdiyi əmələ münasibətini, cinayət əməlini törətdikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 16 dekabr 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə-bioloji, məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş ümumilikdə 266 (iki yüz altmış altı) manat 10 (on) qəpik Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmədə Təqsirləndirilən şəxs göstəridiyi hüquqi yardıma görə 14 saylı Vəkil Burosunun vəkili Müdafiəçi ödənilməsi üçün 150 (yüz əlli) manat pul, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Cahan Tofiq oğluna göstərdiyi hüquqi yardıma görə 7 saylı Vəkil burosnun vəkili X2 ödənilməsi üçün 420 (dbrd yüz iyirmi) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüqüqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 10,035 qram olmuş narkotik vasitə heroinin, iki ədəd bükümdə təmiz çəkisi 2,726 qram narkotik vasitə tiryəkin, ümumi çəkisi 26,484 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın tədqiqatlardan sonra qalıq çəkisi 9,985 qram təşkil edən narkotik vasitə heroin, 2,526 qram təşkil edən narkotik vasitə tiryək, 26,284 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana sərbəst dövriyyəsi qadağan olunan əşyalar kimi, 01 ədəd elektron tərəzi istehlak dəyərini itirmiş əmlak kimi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video görüntüləri əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar