Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1022/2023 25.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakı ilə açıq məhkəmə iclasında 20 avqust 1994-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, ev 96, mənzil 7-də yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 2,404 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 15 noyabr 2022-ci il tarixdə saat 15:50-də Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,404 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, ev 96, mənzil 7-də yaşamış, heç bir yerdə işləməmişdir. Təxminən 15-16 yaşından narkotik vasitələr, son dövrdə isə metamfetamin qəbul edirdi. Sonuncu dəfə, 15 noyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində «Şamaxinka» dan tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün bir büküm metamfetamin alıb əynində olan şalvarın sağ cibinə qoymuşdur. Bundan sonra o, orada olan çayxanada əyləşib çay içmiş və həmin gün saat 15 radələrində Şərifzadə küçəsi ilə gedən zaman mülki geyimdə olan polis əməkdaşları onu saxlayaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirmişlər. Orada təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, əynində olan boz rəngli cins şalvarın sağ cibində saxladığı bir ədəd bükümdə olan büklünü çıxarıb könüllü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra ondan aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə olan metamfetamin zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin protokola o, heç bir təzyiq olmadan imza etmişdir. Onun polis əməkdaşlarından heç bir şikayəti yoxdur, ona qarşı fiziki zor və ya təzyiqlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilımiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs barəsində şöbəyə məlumat daxil olmuşdur ki, o, narkotik vasitələrin istifadəçisidir. Məlumata əsasən o və həmkarı 29-cu PŞ-nin sahə inspektoru Şahid2 həmin tarixdə saat 15 radələrində xidməti əraziləri olan Yasamala rayonu, A.M.Şərifzadə küçəsi, «İnşaatçılar » metrostansiyasının yanında Təqsirləndirilən şəxs müəyyən edib saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş, onların tələbinə əsasən 29-cu PŞ-nə gəlmişdir. Orada Təqsirləndirilən şəxstəhqiqatçıya təqdim edilmiş, sonuncu Alim üçün müdafiəçi dəvət etmiş, müdafiəçinin, tərcüməçinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təhqiqatçının təklifinə əsasən Alim özü könüllü olaraq əynindəki şalvarın cibindən siqaret kağızdan olan büküm təqdim etmiş, həmin büküm açıldıqda içindən metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Alim özü də bildirdi ki, bu maddə metamfetamindir, öz istifadəsi üçün Şamaxinkadan əldə edib daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilımiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları zaman tanımışdır, onun barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuş, məlumatla bağlı o və həmkarı Şahid1 15 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Şərifzadə küçəsində «İnşaatçılar » metrostansiyasının yanında Təqsirləndirilən şəxs saxlayıb bölmədə təhqiqatçıya təqdim etmişlər. Orada təhqiqatçı müdafiəçi, tərcüməçi və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videogörüntü ilə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü siqaret kağızına bükülmüş maddəni təqdim edərək bunun metamfetamin olduğunu, onu Şamaxinkadan öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə saat 15:50 dəqiqədə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Məhkəmə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin qızılı kağızına bükülmüş, şəffaf rəngli olan maddəni “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin maddəni xx.xx.2022-ci il tarixdə, saati 10 radələrində Yasamal rayonu ərazisində «Şamaxinka» adlanan ərazidə “Ucuzluq” univermağının yaxınlığında tanımadığı şəxsdən aldığını, istifadə etmək üçün daşıdığnı bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 6/6581 saylı rəydən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksi olan, “..Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 2,404 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in (siyahı) İ daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasıın xx.xx.2022-ci il tarixli, 7840 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgəqəbulu nəticəsində yaranan asılılıq sindromu - Narkomaniya Xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 386 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri olmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizanın tədqiqatından sonra qalıq qalmış 2,354 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvi verilmiş, şəxsi və götrmə görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisinə ünvanlamış 096-1392-1123 saylı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, psixotrop maddələrin mənbəyini müəyyən etmək üçün hal hazırkı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda ona tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmiş, onun əməli bu maddə ilə qiymətləndirilməli və ona bu maddə ilə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsini və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 15 noyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvi verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,354 qr psixotrop maddə metamfetamin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvi verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,354 qram psixotrop maddə metafetaminin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1022/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1022/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver