Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1022/2024 29.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X20 və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi X14 və X3, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yanında X4 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Salman oğlu və Müdafiəçi2 Ağa-Zəki qızının iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda təkrar əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,975 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Tramvay küçəsində yerləşən “Seyid Market” dükanının qarşısınadək daşımış, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12:32-də həmin ünvanın yaxınlığında saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 2,975 qram təmiz çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Kərim» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, aralarında olan razılaşmaya əsasən «Kərim» adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan, lakin sonuncunun “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 39,632 qram olan külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 9,980 qram olan külli miqdarda psixotrop maddə metamfetamini Cəmilə Nəzərova ilə birlikdə əldə edib, birgə yaşadıqları ünvan 6 ünvanındakı evə daşıyaraq həmin ünvanda narkotik vasitə heroini öz aralarında bölməklə narkotik vasitə heroinin 31,057 qram çəkidə külli miqdarda hissəsini və təmiz çəkisi 9,980 qram külli miqdarda psixotrop maddə metamfetamini eyni ünvandakı evlərində saxlamış, narkotik vasitə heroinin qalan hissəsini isə istintaqla müəyyən edilməyən şəxslərə çatdırmaq üçün təmiz çəkisi 3,842 qram külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs2, təmiz çəkisi 4,733 qram külli miqdarda narkotik vasitə heroini isə özü üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 03:15-də Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanının qarşısında saxlanılaraq gətirildikləri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasında üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərisində təmiz çəkisi 4,733 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədəd büküm, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən içərisində təmiz çəkisi 3,842 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədəd büküm, həmin tarixdə əməliyyat tədbirlərinin davamı kimi saxlanılan şəxslərin özlərinin razılığı ilə yaşadıqları ünvan 8 ünvanına keçirilmiş baxış zamanı evin mətbəxində yerləşən masanın üzərindən içərisində təmiz çəkisi 31,057 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış üzərlərindən aşkar olunanlarla xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin olan bir ədəd büküm, içərisində təmiz çəkisi 9,890 qram külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd büküm, dövriyyəsi ilə məşğul olduqları narkotik vasitələrin və psixotrop maddələrin çəkisini müəyyən etmələri üçün əldə etdikləri bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda təkrar əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Kərim» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib aralarında olan razılaşmaya əsasən «Kərim» adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan, lakin sonuncunun “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 39,632 qram olan külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 9,980 qram olan külli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 ilə birlikdə əldə edib, birgə yaşadıqları ünvan 6 ünvanındakı evə daşıyaraq həmin ünvanda narkotik vasitə heroini öz aralarında bölməklə narkotik vasitə heroinin 31,057 qram çəkidə külli miqdarda hissəsini və təmiz çəkisi 9,980 qram külli miqdarda psixotrop maddə metamfetamini eyni ünvandakı evlərində saxlamış, narkotik vasitə heroinin qalan hissəsini isə istintaqla müəyyən edilməyən şəxslərə çatdırmaq üçün təmiz çəkisi 4,733 qram külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs1, təmiz çəkisi 3,842 qram külli miqdarda narkotik vasitə heroini isə özü üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 03:15-də Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanının qarşısında saxlanılaraq gətirildikləri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasında üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən içərisində təmiz çəkisi 3,842 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədəd büküm, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərisində təmiz çəkisi 4,733 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədəd büküm, həmin tarixdə əməliyyat tədbirlərinin davamı kimi saxlanılan şəxslərin özlərinin razılığı ilə yaşadıqları, ünvan 8 ünvanına keçirilmiş baxış zamanı evin mətbəxində yerləşən masanın üzərindən içərisində təmiz çəkisi 31,057 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış üzərlərindən aşkar olunanlarla xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin olan bir ədəd büküm, içərisində təmiz çəkisi 9,890 qram külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd büküm, dövriyyəsi ilə məşğul olduqları narkotik vasitələrin və psixotrop maddələrin çəkisini müəyyən etmələri üçün əldə etdikləri bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən təkrar satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,911 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini təkrar əldə edib üzərində saxlayaraq ünvan 4 ünvanının qarşısınadək daşımış, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12:03-də həmin ünvanın yaxınlığında saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli köynəyinin sağ üst cibindən içərisində təmiz çəkisi 1,911 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. Lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Cəmilə onun evində kirayə yaşamışdır. Cəmilədən narkotik vasitə almamış, sonuncuya narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə aparılmışdır. Polis Bölməsində narkotik vasitələri onun qarşısına qoyaraq narkotik vasitələrin ona məsus olmasını etiraf etməli olduğu deyilmişdir. Bundan sonra polis əməkdaşlarından şikayət etdiyi üçün azadlığa buraxılmışdır. Daha sonra 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yenidən saxlanılmışdır. Bu dəfə də onun qarşısına narkotik vasitə qoyaraq həmin narkotik vasitələrin ona məsus olmasını etiraf etməli olduğu deyilmişdir. Polis əməkdaşlarından prokurora şikayət etdiyi üçün narkotik vasitələr polis əməkdaşları tərəfindən boynuna qoyulmuşdur. Bundan sonra prokuror polis əməkdaşlarına onu buraxmalarını tapşırmışdır. Yenə də polis əməkdaşlarından şikayət etmişdir. Bu səbəbdən polis əməkdaşları onun evinə gələrək onu növbəti dəfə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham edəcəklərini demişlər. Daha sonra bir neçə polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə aparılmışdır. Bu dəfə də onun qarşısına narkotik vasitə qoyaraq həmin narkotik vasitələri boynuna götürməli olduğu deyilmişdir. Polis əməkdaşları ona əvvəllər məhkum olunduğu üçün yenidən həbs edilməli olduğunu demişdir. O, da polis əməkdaşlarına narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmadığını bildirmişdir. O, ittiham aktında qeyd edilən icarəyə götürdüyü avtomobillə Binəqədi qəsəbəsinə getdiyinin yalan olduğunu bildirərək sürücülük vəsiqəsinin olmadığını, avtomobil icarəyə götürmədiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən ona elektroşok vasitəsilə, habelə digər formalarda işgəncə verildiyi üçün məcbur olaraq narkotik vasitələrin ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 4-5 ildir ki, mütəmadi olmasa da hərdən bir narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri arıqlamaq məqsədilə istifadə etmişdir. Rövşənin evində kirayə yaşamışdır. Bu müddət ərzində Rövşənin anasına qulluq etmişdir. Rövşənin anası vəfat etdikdən sonra həmin evdə kirayə yaşamağa davam etdmişdir. Saxlanıldığı gün övladı Rövşənin evində olmuşdur. Polis əməkdaşları tərəfindən iki dəfə saxlanılmışdır. İlk dəfə saxlanıldıqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə, ikinci dəfə isə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə aparılmışdır. BNMİ-də aparıldıqdan sonra polis əməkdaşları tərəfindən kirayə yaşadığı evə aparılmışdır. Həmin evə getdikdə stolun üstündə içərisində narkotik vasitə olan bağlama görmüşdür. Polis əməkdaşları ona videoçəkiliş vasitəsilə keçiriləcək baxış zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu deməsini tapşırmışlar. Bundan əlavə Polis Bölməsində olarkən də cibinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmuşdur. 04 iyul 2023-cü il tarixdə isə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularkən tək olmuşdur. Şübhəli şəxs qismində 2 dəfə tutulsa da, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir. O, ittiham aktında narkotik vasitələri Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən almasının qeyd edilməsinin yalan olduğunu bildirmişdir. O, bildirmişdir ki, saxlanılarkən üzərində bir “çet” narkotik vasitə olmuş, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 10 manata almışdır. Hamilə olmasına baxmayaraq polis əməkdaşları onu saçlarından tutaraq sürümüşdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətmələri özlərinin ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 15-ci PB-ə Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz olaraq əldə edərək üzərində gəzdirməsi barədə məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında ondan və Şahid7 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonuncu ilə birlikdə 2023-cü ilin yanvar ayında Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Seyid” marketin yaxınlığında Təqsirləndirilən şəxs1 saxlayaraq həmin bölməyə aparmışlar. Bölmənin təhqiqatçısı Vasif Cəlalovun başqa tədbirdə olması ilə əlaqədar sonuncunun gəlməsini gözləmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl Rövşənə hüquq və vəzifələri izah edilmiş, sonuncu müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Daha sonra Polis Bölməsində inzibati otaqların birində videoçəkiliş vasitəsilə Rövşənin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Rövşənin əynində olan göy rəngli cins şalvarın cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Rövşən narkotik vasitəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını demişdir. Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki təzyiq və təsir etməmişlər. Təqsirləndirilən şəxs1 Şahid6 ifadəsinə münasibət bildirərək polis əməkdaşları tərəfindən Zabrat qəsəbəsində yerləşən “Seyid” marketin yaxınlığında deyil, yaşadığı evdən aparıldığını bildirdi. Məhkəmə baxışı zamanı tədqiq edilmiş anten dairələrinin əks edildiyi diskə baxış zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, iş üzrə təqsirləndirilən şəxs qismində çıxış edən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır. 2023-cü ilin yanvar ayında Sabunçu RPİ-nin 15-ci PB-ə Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz olaraq əldə edərək üzərində gəzdirməsi barədə məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlayaraq Sabunçu RPİ-nin 15-ci PB-ə aparılmışlar. Daha sonra Polis Bölməsində inzibati otaqların birində videoçəkiliş vasitəsilə Rövşənin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Rövşənin əynində şalvarın cibindən 1 (bir) ədəd sellofan bükümdə olan qəhvəyi rəngli narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bükümdəki narkotik vasitənin heroin olduğunu və şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırıldıqdan sonra ekspertizaya göndərilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında ondan, Şahid3 Cəmiyyət oğlu və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri nəticəsində 27 aprel 2023-cü il tarixdə saat 03:00-04:00 radələrində Rövşən və Cəmiləni Zabrat qəsəbəsində yaşadıqları ünvanın yaxınlığındakı küçələrdən birində saxlayaraq Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə aparmışlar. Həmin bölmədə inzibati otaqlardan birində təhqiqatçı Yelmar Vahabovun iştirakı ilə videoçəkiliş vasitəsilə Rövşən və Cəmilənin üzərinə şəxsi axtarış keçirilmişdir. Rövşən və Cəmilə üzərlərində olan narkotik vasitələri təqdim edərək həmin narkotik vasitələri İran vətəndaşından əldə etdiklərini bildirmişlər. Sonuncular həmçinin yaşadıqları evdə də narkotik vasitə olmasını demişlır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Cəmiyyət oğlu ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən hər ikisini tanıyır. BNMİ-ə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sabunçu rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunun digər üzvləri ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 03:15 radələrində Zabrat qəsəbəsi S.Cəfərov küçəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman müəyyən edib həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və yaxınlıqda yerləşən Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin bölmədə Rövşən və Cəmilənin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd bükümdə heroin aşkar edilmişdir. Daha sonra Rövşən və Cəmilə onra yaşadıqları evdə də narkotik vasitə olduğunu bildirmişlər. Saxlanılan zaman təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təzyiq etməmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Rövşən və Cəmilə adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdu. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27 aprel 2023-cü il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsində Rövşənlə Cəmilənin saxlanılaraq Sabuncu RPİ-nin 15-ci Polis Bölməsinə dəvət olunmuşlar. Bölmədə onların müdafiə hüququ təmin edilmiş və təhqiqatçı tərəfindən üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı hər birinin üzərindən bir büküm heroinə bənzər kütlə aşkar olunmuşdur. Saxlanılan şəxslər üzərlərində olan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından bir gün əvvəl əldə etdiklərini, yaşadıqları evlərində də həmin narkotik vasitələrdən olduğunu demişlər. Daha sonra onların yaşadığı ünvana baxış keçirilərək həmin ünvandan da müəyyən qədər narkotik vasitələr və psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs1 isə Sabunçu RPİ-nin 15-ci PB-də olarkən görmüşdür. 04 iyul 2023-cü il tarixdə Zabrat qəsəbəsində Cəmiləni kirayə yaşadığı evin yaxınlığında saxlayıb Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə aparmışlar. Həmin bölmədə Cəmilə əynində olan gödəkçənin iç cibindən metamfetamini könüllü təqdim edərək Balaxanı qəsəbəsindən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 Şəmkir oğlu ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır. 2023-cü ilin iyul ayında Cəmilənin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Cəmiləyə yaxınlaşıb özlərini təqdim edərək sonuncunu Sabunçu RPİ-nin 15-ci PB-ə dəvət etmişlər. Həmin bölmədə Cəmilənin üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Cəmilənin üzərindən içərisində ağ rəngli şüşəyə bənzər maddə olan aşkar edildi. Həmin maddənin nə olduğunu bilməmişdir. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun yeznəsidir. Rövşənin evində sonuncunun ailəsilə birlikdə yaşayır. Rövşənin polis əməkdaşları tərəfindən saxlanılaraq aparılmasının şahidi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı gün saat 00:00 radələrində 6-7 nəfər polis əməkdaşının yaşadığı evə daxil olduğunu görmüşdür. Bu zaman polis əməkdaşlarının əlində hər hansı əşya görməmişdir. Polis əməkdaşları evə daxil olduqdan sonra onun və Rövşənin qollarını qandallamışlar. Evdən narkotik vasitə aşkar edilibedilməməsini görməmişdir. Evə keçirilən baxış zamanı iştirak etməmişdir. Rövşən və Cəmiləni birlikdə narkotik vasitə istifadə edərkən görmüşdür. Lakin Rövşənin narkotik vasitələrin satışını həyata keçirib-keçirmədiyini bilməmişdir. Lakin o, sonradan azad edilmiş, Rövşən və X23 aparlmışdır. Saat 06:00 radələrində polislər onun yaşadığı evi tərk etmişlər. 20 yanvar 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda X7 qanunsuz olaraq narkotik vasitə əldə edib Zabrat qəsəbəsi ərazisində üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması bildirilir. (Cild 2 i.v. 4) 26 aprel 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda X7 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Sabunçu rayonu ərazisində dövriyyəsi, daşıması ilə məşğul olması bildirilir. (Cild 1 i.v. 90) 04 iyul 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatdan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində daşıması və Zabrat qəsəbəsi ərazisində daşıması ilə məşğul olması bildirilir. (Cild 1i.v. 2) 20 yanvar 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 14:00-də (faktiki saxlanılma saat 12:32-da) Nəzərov X13 RPİ-nin 15-ci PB-nin təhqiqatçısı, polis kapitanı Vasif Calalov tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 2 i.v. 28) 27 aprel 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 04:15-də (faktiki saxlanılma saat 03:10-da) Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Yelmar Vahabov tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 107) 27 aprel 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 04:15-də (faktiki saxlanılma saat 03:10-da) Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Yelmar Vahabov tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 126) 04 iyul 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 12:45-də (faktiki saxlanılma saat 12:03-də) Təqsirləndirilən şəxs2 Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Həsənov tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 19) 21 yanvar 2023-ci il tarixli Sabunçu rayon prokurorluğunun qərarından görünür ki, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Seymur Həsənovun Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edimişdir. (Cild 2 i.v. 74-75) 21 yanvar 2023-ci il tarixli təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (Cild 2 i.v. 76) 28 aprel 2023-cü il tarixli Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında çıxış edərək özünü qismən təqsirli bildiyini, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olsa da, evindən aşkar edilən narkotik vasitələrin ona məxsus olmadığını bildirərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. (cild 2 i.v. 202-207) 26 avqust 2023-cü il tarixli Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 02 ay müddətə, yəni 04 noyabr 2023-cü il tarixədək uzadılmışdır. (Cild 2 i.v. 136-140) 28 aprel 2023-cü il tarixli Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilmsindən imtina edilməklə, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 208-218) 04 oktyabr 2023-cü il tarixli Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, Sabunçu rayon məhkəməsinin 28 aprel 2023-cü il tarixli 4(008)-338/2023 nömrəli qərarının nəticə hissəsinə düzəliş edilərək Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilməsi müəyyən edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin əvvəli 27 aprel 2023-cü il tarixdən, saat 03:15-dən hesablanmışdır. (Cild 1 İ.v. 236) 05 iyul 2023-ci il tarixli Sabunçu rayon Prokurorluğunun qərarından görünür ki, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi İlqar Həmidovun Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edimişdir. (i.v. 74-75) 05 iyul 2023-ci il tarixli təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 76) 20 oktyabr 2023-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 2 İ.v. 237) 20 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, heroinə bənzər narkotik maddəni çıxararaq könüllü təhvil vermiş, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 (otuz) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyni bildirmişdir. Təqsirləndirilən şəxs1 aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş, açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, heroinə bənzər narkotik maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir digər əşya və sənədlər aşkar edilməmişdir. (Cild 2 i.v. 34) 27 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd üzərində simkart nömrəsi olmayan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd içərisində ***-***-**-** nömrəli simkart olan “Redmi” markalı mobil telefon və 6 (altı) manat məbləğində pul aşkar edilərək götürülmüş, qanunla qadağan olunmuş hər hansı bir digər əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı və 1 ədəd “Redmi” markalı mobil telefonlar bu barədə saxlanılan şəxsə izah verildikdən sonra götürülmüş, 6 (altı) manat məbləğində pul isə şəxsin özünə qaytarılmış, Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin ona məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Kərim” adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 300(üç yüz) manata əldə etdiyini, həmin kütləni tanışı Rövşənlə birlikdə onun idarə etdiyi avtomobillə gedərək götürdüyünü, əvəzində Rövşənə istifadəsi üçün narkotik vasitə verdiyini, heç kimə narkotik vasitə satmadığını, həmçinin, Bakı şəhəri Sabunçu rayonunda Rövşənin yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini, verilən sualları tam başa düşdüklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişlər. (Cild 1 i.v. 135-136) 27 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd açar və 12 (on iki) manat məbləğində pul aşkar edilərək götürülmüş, qanunla qadağan olunmuş hər hansı bir digər əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin ona məxsus olduğunu, həmin kütləni ona tanışı Cəmilənin istifadəsi üçün verdiyini, Cəmilənin həmin kütləni onunla birlikdə idarə etdiyi avtomobildə gedərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində İran İslam Respublikası vətəndaşı olan “Kərim” adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Hər iki təqsirləndiriln şəxs, həmçinin, Bakı şəhəri Sabunçu rayonunda Rövşənin yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini, verilən sualları tam başa düşdüklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişlər. (Cild 1 i.v. 138-139) 04 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. (Cild 1 i.v. 27) 04 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qolsuz köynəyin sağ üst cibindən 01 ədəd şəffaf sellofana bükülmüş xırda kristal formada, psixotrop maddə metamfetaminə bənzər maddəni çıxararaq könüllü təhvil vermiş, həmin maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 20(iyirmi) manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyin bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş xırda kristal formada, psixotrop maddə meatfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (Cild 1 i.v. 28-29) 27 aprel 2023-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evin mətbəxindəki masanın üzərindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini götürüb təqdim etmiş, həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmişlər. Sonra evin digər hissələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd içərisində nömrə olmayan “Samsung” markalı mobil telefon və 1(bir) ədəd Təqsirləndirilən şəxs1 məxsus içərisində ***-***-**-** nömrəli simkart olan “Nokia” markalı mobil telefon aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən hər iki telefon götürülmüşdür. Evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərlərindən aşkar olunmuş və elektron tərəzinin ana məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Kərim” adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini, həmin kütləni tanışı Rövşənlə birlikdə onun idarə etdiyi avtomobillə gedərək götürdüyünü, əvəzində Rövşənə istifadəsi üçün narkotik vasitə verdiyini, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. (i.v. 144-145) Məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2023-cü il tarixli tarixli, 6/384 saylı rəyindən görünür ki, tədqiqat obyekti üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №161” dairəvi möhür əksləri və “saxlanılan şəxs Təqsirləndirilən şəxs1 oğlunun üzərindən aşkar edilmiş” sözləri, soyad və imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 2,975 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 2 i.v. 41-42) Məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2023-cü il tarixli tarixli, 6/2240 saylı rəyindən görünür ki, tədqiqat obyekti üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri və “Təqsirləndirilən şəxs2 təqdim etdiyi” sözləri, soyad və imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 3,842 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Təqsirləndirilən şəxs1 qızının təqdim etdiyi” sözləri, soyad və imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi, 9,890 qram ağ rəngli krsitallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, digər bir ədəd bükümdə təmiz çəkisi 31,057 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş üç ədəd bükümdə heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edilir, təzərinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilməsi üzrə tədqiqatın aparılması mümkün olmamışdır.(Cild 2 i.v. 156-157) Məhkəmə-kimyəvi ekspertizasının 04 iyul 2023-cü il tarixli tarixli, 3-16-16/2-6/3610 saylı rəyindən görünür ki, tədqiqat obyekti üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №161” dairəvi möhür əksləri və “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərərk götürülmüş” sözləri, soyad və imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 31,911 qram olan ağ rəngli krsitalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 2 i.v. 37-38) Ambulator məhkəmə-narkoloji ekspertizasının 03 mart 2023-cü il tarixli, 1831 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v 223-224) Ambulator məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli, 3375 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 “hamilə qadınlara və südəmər uşaqlara məcburi müalicə tətbiq edilməməsi ilə əlaqədar olaraq” ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v 221-222) 21 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra məsrəflərə uğrayaraq 2,875 qram çəkidə qalıq qalmış kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması ücün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Cild 2 i.v 53-54) 06 iyul 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,861 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (Cild 1 i.v 80-81) 26 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ekspertiza tədqiqatlarından sonra məsrəflərə uğrayaraq 3,792 qram və 35,690 qram təmiz çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 9,840 qram təmiz çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri müəyyən edilən bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması ücün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişlər. (Cild 3 i.v 15-16) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (i.v.119-120) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Sabunçu rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.2-ci maddələri ilə 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına (02 il şərti sınaq müddəti ilə), Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3, 264-cü maddələri ilə 04 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 02 ay 17 gün hissəsindən vaxtından əvvəl azad edilməsi, xx.xx.2021-ci il tarixdə cəza müddətinin başa çatması göstərilmişdir. (i.v.91- 93) Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-10/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cazasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 13 (on üç) gün hissəsi hazırki azadlıqdan məhrumetmə cəzası ilə tamamilə toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində 01 (bir) il 02 (iki) ay 13 (on üç) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsi tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrini idarə etmək hüququqndan məhrum edilməsi cəzasına dair hissədə hər hansı hökm daxil olmamışdır. Sabunçu Rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 27 aprel 2023-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilərkən bədənində və üzərində xəsarət aşkar edilməmişdir. Sabunçu Rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 04 iyul 2023-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilərkən bədənində və üzərində xəsarət aşkar edilməmişdir. Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs1 məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintqa Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədənində xəsarət aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 həbs olunmazdan əvvəl xəsarət aldığını inkar etmişdir. Sabunçu Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, Nəzərov X13 RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalmasını bildirməsi ilə bağlı araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 25 dekabr 2013-cü il təvəllüdlü X21 və 05 mart 2012-cü il təvəllüdlü X12 adlarında iki azyaşlı övladı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun həmin nömrəsinə aşağıdakı məzmunda mesajlar göndərilmişdir: “Salam CEMA MENEM SERDAR CİXİRAM EVDEN SİZE GELİREM?”, “Dasda var?”, “Cixsin evden serdar? Das var”, “Cema 30man var 05 saat nece de olar” “Salam CEMA SERDARDİ ROVSENDEN SORUS 15 MAN İNDİ VERSEM 15DE GECE 12 DE KARTİNA ATSAM YARM VERER MENE”, “Cema axsam pensiya alacam 50man ata bilerem sene saat 9a kimi torpag vere bilersen gelim 5manatim var”, “Cema qurban sene nolar serdar agridadi kola varivizdisa verim saat 8de pul atimda qareasmin cavan goru”, “15manatim var gele bilerem agridayam”, “Nolar vzv at mene arazdayam pul atram sene”, “10 man elimde hara atim kart yaz serdar deli olub”, “Hamile veziyyetde allahdan qorxmursan kimise agrida qoyursan ah nalem tutar seni” mətnli, “cema 8manati at basva donum usag cet alsin agridayam”, “17man var elimde var birde super das var getirsem dobriy 05 vere bilersen gelim ?”, “Cixdim evden gelim ?Rovseni gozdiyecemse gelmiyim cema”, “15 X31 X38 X44 X26 X34 Allah 15 X39 X42 X43 X19 X40 Versin”, “Salam CEMA necesen torpag ne qeder qoymusdun 05 yox idi deyr guya“, “30 man var yari alinar”, “Cema atdimda pul bayaq deyrdin nisye vermir 17 elimde di 7de atacam hara gelim”, “Cema 2 saatdi atmisam hecne basa dusmemisem”, “Salam Baci 20m X27 Teli”, “X28 20manatlir”, “25 man var taksideyem catram”, “Agridan olurem neyniyim men kas dunen gelib heresinden 5dik goturerdim” mətnli, “05 kola varindi?”, “Cema sen menim evimde niye dacva salrsan baci karta pulu atan var yox soysu soyur”, “Salam Cema 30man var kola var?”, “Sene dedim mal goturmusen delisen sen mal yerindedide yarilari saydim catmadi olarda cibideymis”, “Pramoy eve geliremde he baci taksideyem 2 dene kola 5 das”, “Cema yarm saat cekerse oturum asdanovkada gozdeyim 1 saat cekerse gedim eve” mətnli, “Sen nermisin cani gozdetmeyinde meni axir zamanlar cox gelib gedirem ala itden mehsuram” “Usag deyr yaxsi koladisa 10m mene al?” mətnli SMS-lər göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 həmin nömrəsində aşağıdakı məzmunda mesajlar daxil olmuşdur: “Gelme haa gellib nisiye 15man mal sabaha kimi” mətnli, “Men cindiramki onun bunun tel istfade edirem sozde esidirem.orxan gelibki anasida narazicillig edir. qaldiki mala allah bilirki men hec besdik cet geder deyildi. men haramcilig etmerem. pulumda o 50qepiklerden qalani vurdum iqraya”. Məhkəmə baxışı zamanı həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə istifadə etdikləri ***-***-**-** saylı mobil nömrə tədqiq edilmiş və müəyyən edilmişdir ki, onun həmin nömrəsinə aşağıdakı məzmunda mesajlar göndərilmişdir: “Zabratdayam men acda teli qalmwam buralarda lomkadayam ozde,elemede bele pisem onsuz”, “Seyid marketin qabagindayam men”, “qaqa goruwe bileriy 10m bayaqda daw vermedin mene indi alinar 2sinende gelm tez yaz”, “Rôwen meni niye alladırsan menden ne pislik gôribsen ac telfunu sôzim var”, “Sağol ay brat, lazım olmadı, alınmırdı deyerdin,, saxlatmazdım,, belə olmur, ağrıyır camaat gedirlər”, “Bir qram torpaq isteyen var yene basqa malin var”, “Cema basva donum yadindadi rovsen qardas bir cet torpaq yollamisdiye tund karicnivi sokalat yagi kimi mal varidiye o super mal idi”, “Saat neceycun goturessiz bu usaga deyim qehbe suvenlik salib ay rovsen”, “Rovsen men it gunundeyem qaqas corek pulumdan qalmayimda men hererinden bir dobru cet duz qos bu cindirla cekim pulu veren oglanla”, “Vu ceyrani vurub oldurecem lmkada oturmusam isede gede bimirem neyleyim men ay rovsen agriyiram”, “Salam rovsen necesen qaqas menem serdar senin basva donum imkan varsa dunenki usagin malindan eskik vermisdim onu vermeliyem mene Yari Lazimdi”, “Rosen Bize 5 Manatliq Pati.. X41 X35,?”, “Rovsen mene daveryan varsa bidene butov topag nisye ver bir saata pulun atram balam cani”, “Rosen oyaqsansa mene cvb yazda 10 manat verim 5 de ataram qartiva olurem men mekemeye gede bilmicem yoxsa”, “Rovsen kaqital kartdir balamin olmusu torpag isteyir evezine deyr yarm ver bagislayim sene karti dedim yaxsi”. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə istifadə etdikləri həmin nömrədən aşağıdakı məzmunda mesajlar daxil olmuşdur: “Nolub usagima hardadi hara gelim dalinca” mətnli, “Elmerdan nese isdiyen olsa xeber ele hopdavoy verim iksinende” mətnli, “Ged tine pulu ver famile famil gelir yanima”, “Bilmirem hacana duzelcey ozum gelende zeng eliyciyem gec gelciyem men bax isdiyirsen gozde isdemirsen zabratda tap al”, «Men heckimi aldatmiram iwim var hele fec gelciyem dasda heleki yoxdu olanda xeber wliyciyem», «4169 7387 6923 6906»,«4169 7388 3769 0084 kapital bank çeki çek at mutleg» mətnli, xx-xx-2022-ci il tarixdə saat 16:20:36-da təqsirləndirilən şəxslərin istifadəsində olan ***-***-**-** nömrəli telefondan naməlum istifadəçinin ***-***-**-** nömrəli telefonuna «sənə diyirdim sən mali gizdədmisəm ogramiyiblar sənən varyoxun s...m», «varyoxunu s...m sən gece gedmisən qalmisam orda ismayil s...b səni, 2 qram mal berib sənə yola salib anasinin qəbrini s...m dəqiq bilirəm demisən biraz cox verson calaramda sənuncun», «sen menim vezyetmi bile bile bele eliyirsen gor basqasi neyniyer onda sen inan mirsan 2 qram mal olub gedirem lokbatana qayidanda 2 qramvuda vererem sagol alah canuvu sag elesin». Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 üzərinə keçirilən 20 yanvar 2023-cü il tarixli və 27 aprel 2023-cü il tarixli, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən 27 aprel 2023cü il tarixli və 04 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 03 ədəd diskə baxılmışdır. 20 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə zamanı çəkilmiş diskə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, heroinə bənzər narkotik maddəni çıxararaq könüllü təhvil vermiş, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 (otuz) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyni bildirmişdir. Həmçinin 27 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə zamanı çəkilmiş diskə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd üzərində sim-kart nömrəsi olmayan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd içərisində ***-***-**-** nömrəli simkart olan “Redmi” markalı mobil telefon və 6 (altı) manat məbləğində pul aşkar edilərək götürülmüş, qanunla qadağan olunmuş hər hansı bir digər əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı və 1 ədəd “Redmi” markalı mobil telefonlar bu barədə saxlanılan şəxsə izah verildikdən sonra götürülmüş, 6 (altı) manat məbləğində pul isə şəxsin özünə qaytarılmış, Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin ona məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Kərim” adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 300 (üç yüz) manata əldə etdiyini, həmin kütləni tanışı Rövşənlə birlikdə onun idarə etdiyi avtomobillə gedərək götürdüyünü, əvəzində Rövşənə istifadəsi üçün narkotik vasitə verdiyini, heç kimə narkotik vasitə satmadığını bildirmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd açar və 12 (on iki) manat məbləğində pul aşkar edilərək götürülmüş, qanunla qadağan olunmuş hər hansı bir digər əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin ona məxsus olduğunu, həmin kütləni ona tanışı Cəmilənin istifadəsi üçün verdiyini, Cəmilənin həmin kütləni onunla birlikdə idarə etdiyi avtomobildə gedərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində İran İslam Respublikası vətəndaşı olan “Kərim” adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Hər iki təqsirləndiriln şəxs həmçinin, Bakı şəhəri Sabunçu rayonunda Rövşənin yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini, verilən sualları tam başa düşdüklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişlər. Bundan başqa 04 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə zamanı çəkilmiş diskə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qolsuz köynəyin sağ üst cibindən 01 ədəd şəffaf sellofana bükülmüş xırda kristal formada, psixotrop maddə metamfetaminə bənzər maddəni çıxararaq könüllü təhvil vermiş, həmin maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 20(iyirmi) manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyin bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş xırda kristal formada, psixotrop maddə meatfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə baxışı zamanı 27 aprel 2023-cü il tarixli evə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 03 ədəd diskə baxılmışdır. Diskə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evin mətbəxindəki masanın üzərindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini götürüb təqdim etmiş, həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmişlər. Sonra evin digər hissələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd içərisində nömrə olmayan “Samsung” markalı mobil telefon və 1(bir) ədəd Təqsirləndirilən şəxs1 məxsus içərisində ***-***-**-** nömrəli simkart olan “Nokia” markalı mobil telefon aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən hər iki telefon götürülmüşdür. Evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərlərindən aşkar olunmuş və elektron tərəzinin ana məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Kərim” adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini, həmin kütləni tanışı Rövşənlə birlikdə onun idarə etdiyi avtomobillə gedərək götürdüyünü, əvəzində Rövşənə istifadəsi üçün narkotik vasitə verdiyini, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən an qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan 2 (iki) qramadək çəkidə psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il və 27 aprel 2023-cü il tarixdə videoçəkilişlə üzərindən çıxan heroini və Təqsirləndirilən şəxs2 27 aprel 2023-cü il tarixdə videoçəkilişlə üzərindən çıxan heroini və 04 iyul 2023-cü il tarixdə videoçəkilişlə üzərindən çıxan metamfetamini könüllü təqdim etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış zamanı CPM-nin 236-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, baxış videoçəkilişlə aparılmış və orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evin mətbəxindəki masanın üzərindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini könüllü təqdim etmişlər. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı narkotik vasitə istifadəçisi olduğunu etiraf etsə də üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən xəbərinin olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 çet narkotik vasitə olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmçinin Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə aidiyyətinin olmadığını bildirmişdir. Odur ki, məhkəmə ilk növbədə narkotik vasitə və psixotrop maddələrin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus olubolmadığını, satış məqsədilə əldə edib-etməməsinin sübuta yetirilməsini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitə və psixotrop maddələrin təqsirləndirilən şəxslərə məxsusuluğu ilə bağlı məhkəmə qeyd edir ki, həm şəxsi axtarış, həm də baxış zamanı təqsirləndirilən şəxslərin üzərindən və yaşadıqları evdən aşkar edilmiş narkotik vasitələri könüllü təqdim etmiş, təqsirləndirilən şəxslərin hər biri müdafiəçilərinin suallarına cavab olaraq heç bir fiziki və psixi təzyiq altında olmadıqlarını bildirərək sərbəst surətdə ifadə verdiklərini təsdiq etmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərlərindən və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış və evə baxış protokolları, təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefonlara daxil olan və çıxan məlumatlar, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin təqsirləndirilən şəxslərin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, inandırıcılığın əsas kriteriyası ayrıntıdır. Burada önəmli olan hər bir təqsirləndirilən şəxsin ayrı-ayrılıqda hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış və evə baxış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması hallarını bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri təqdim etmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı onu qeyd etmək istəyir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə DİNin Sabunçu rayon Polis İdarəsi, eləcə də Penitensir Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən daxil olmuş cavab məktubunda Təqsirləndirilən şəxs1 Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti saxlamaya yerinə, həmçinin Penitensir Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində hər hansı xəsarətin aşkar olunmadığı göstərilmişdir. Bundan başqa, Sabunçu rayon Prokurorluğu tərəfindən daxil olmuş cavab məktubunda Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qalıbqalmaması ilə bağlı araşdırma aparılması qeyd edilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamış və Sabunçu rayon prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və təqsirləndirilən şəxslər məhz satış məqsədi olmadıqlarını mübahisələndirmişlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədinin olmasının sübuta yetirilməsini də araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı həqiqətə uyğun olmayan ifadələr verməklə onlardan aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməmələrini demələri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəyə baxış keçirərkən çoxlu sayda mesajlar aşkar olunmuş, həmin mesajlar isə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı olmuşdur. Göstərilən mesajların mahiyyəti və məzmunu ona dəlalət edir ki, təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə heroini satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədini təsdiq edən sübutlardan biri onlardan aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin çəkisi ilə bağlıdır. Belə ki, onların üzərlərindən və Təqsirləndirilən şəxs1 yaşadığı evdən ümumilikdə 42,627 qram çəkidə narkotik vasitə heroin və 11,701 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmişdir ki, bu da öz növbəsində şəxsi istehlak miqdarından dəfələrlə çoxdur. Həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş elektron tərəzi onun narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Verilmiş ittihamda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan bir qrup şəxs tərəfindən qeyd olunan cinayəti törətməsi göstərilmiş və məhkəmə həmin ittihamın doğru olması qənaətinə gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum qərarında da göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Təqsirləndirilən şəxs2 ifadəsindən də aydın olur ki, onlar narkotik vasitə əldə etmək üçün birlikdə Təqsirləndirilən şəxs1 məxsus avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindəki məkana gedərək orada gizlədilmiş yerdən Kərim adlı şəxsin onun üçün atdırdığı bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini götürüb üzərində saxlayaraq Rövşənlə birlikdə yaşadığı, sonuncuya məxsus, ünvan 13 ünvanına getmişdir. Orada əldə etdiyi narkotik vasitənin üzərindən götürüb birlikdə bir qədər istifadə etdikdən sonra əldə etdiyi narkotik vasitədən bir büküm ayırıb onu öz avtomobili ilə aparıb-gətirdiyi üçün Rövşənə də pay vermişdir. Məhkəmə həmçinin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı onu da qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsinə olan mobil nömrələrə onların narkotik vasitələrin satışın birlikdə həyata keçirmələrinə dəlalət edən SMS-lər də aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və İran İslam Respublikası vətəndaşı olan “Kərim” adlı şəxsin dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Məhkəmə X2 əlavə şahid qismində verdiyi ifadəsi ilə bağlı hissədə belə nəticəyə gəlir ki, o, Təqsirləndirilən şəxs1la qohumluq münasibətlərində olduğundan məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs1 məsuliyyətdən azad olunmasına, bu alınmadıqda isə məsuliyyətinin yüngülləşdirilməsinə nail olmaq istəmişdir. Bu səbəbdən məhkəmə onun ifadəsini əsaslı, eyni zamanda inandırıcı hesab etmir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir. Həmçinin onlar cinayət əməllərini təqsirli olaraq törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişlər. Onların hər bir əməli ayrı-ayrılıqda başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 himayəsində 1 (bir) azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin residividir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin məcmusu var. Belə ki, o, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-10/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 1 (bir) il 02 (iki) ay 13 (on üç) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək, müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3 maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3 maddələrinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Digər Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 himayəsində olan azyaşlı uşağı 28 dekabr 2020-ci il təvəllüdlü X8 aidiyyəti qəyyumluğa verilməsi məsələsinin həll edilməsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin məhkəmə-narkoloji ekspertizanını rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 “hamilə qadınlara və südəmər uşaqlara məcburi müalicə tətbiq edilməməsi ilə əlaqədar olaraq” ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsini istisna edən hal aradan qalxdığından ona da narkomaniyadan məcburi müalicəyə tətbiq edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və yaşadıqlar evdən aşkar edilərək götürülmüş ümumilikdə 42,357 qram çəkidə narkotik vasitə heroin, 11,701 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi məhv edilməli, 7 (yeddi) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, cinayət işinin materiallarında olan 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 225 (iki yüz iyirmi beş) manat məbləğində ekspertiza ekspertiza xərcinin 112 (yüz on iki) manat 50 (əlli) qəpik məbləğində hissəsi Təqsirləndirilən şəxs1, 112 (yüz on iki) manat 50 (əlli) qəpik məbləğində hissəsi Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müvafiq olaraq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Salman oğlu və Müdafiəçi2 Ağa-Zəki qızı müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 76 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 Salman oğlu vəkil işlədiyi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 456 (dörd yüz əlli altı) manat, 76 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 Ağa-Zəki qızı vəkil işlədiyi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 456 (dörd yüz əlli altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Sabunçu rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 02 (iki) ay 13 (on üç) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə ona təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində 01 (bir) il 02 (iki) ay 13 (on üç) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət və 28 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 02 (iki) ay 13 (on üç) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 27 aprel 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 6 (altı) ay 7 (yeddi gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 25 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 himayəsində olan azyaşlı uşağı 28 dekabr 2020-ci il təvəllüdlü X8 aidiyyəti qəyyumluğa verilməsi məsələsinin həll edilməsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin və hökm bu hissədə dərhal icra edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən və yaşadıqları evdən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış ümumilikdə 42,357 qram çəkidə narkotik vasitə heroin, 11,701 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi məhv edilsin, 7 (yeddi) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, cinayət işinin materiallarında olan 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş ümumilikdə 225 (iki yüz iyirmi beş) manat məbləğində ekspertiza xərcinin 112 (yüz on iki) manat 50 (əlli) qəpik məbləğində hissəsi Təqsirləndirilən şəxs1, 112 (yüz on iki) manat 50 (əlli) qəpik məbləğində hissəsi Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilii Müdafiəçi1 Salman oğlu üçün 456 (dörd yüz əlli altı) manat, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilii Müdafiəçi2 Ağa-Zəki qızı üçün 456 (dörd yüz əlli altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1022/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1022/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver