Məhkəmə qərarları › İş №1(101)-1023/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1023/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1023/2022 08.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər dəfələrlə məhkum olmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə 09 ay 21 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 avqust 2021-ci il tarixində əlavə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 82-də qeydiyyatda olmaqla, hazırda ünvan 1-də yaşayan, barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, şəxsiyyəti istintaqa məlum olmayan «Natiq» adlı şəxslə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satışını həyata keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək sonuncudan istintaqla müəyyən edilməyən vaxt və şəraitdə dörd ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,601 qram, 0,991 qram, 0,883 qram və 0,984 qram, ümumi təmiz çəkişi 4,459 qram olmaqla külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,935 qram, 0,723 qram və 22,688 qram, ümumi təmiz çəkisi 24,346 qram olmaqla külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə əldə edib, üzərində daşımaqla saxlamış və 16 iyul 2021-ci il tarixdə, saat 21:35 radələrində Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq 21-ci polis bölməsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,601 qram, 0,991 qram, 0,883 qram və 0,984 qram, ümumi təmiz çəkisi 4,459 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,935 qram, 0,723 qram və 22,688 qram, ümumi təmiz çəkisi 24,346 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsi, habelə şahidləri dindirib, toplanmış sübutları və cinayət işinin materiallarını tədqiq edib araşdırıraq elan edilmiş ittiham üzrə aşağıdakıları müəyyən etdi: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, birinci dərəcəli əlildir. Sümükləri davamlı olaraq çürüyür və xəstəlik nəticəsində sol ayağı tamamilə amputasiya olunmuş, sağ ayağında isə çürümə davam edir və həkimi tezliklə həmin ayağınında kəsiləcəyini ona bildirmişdir. Səhhətində problemlər olduğu üçün, kəskin ağrılar olduğundan bir müddət narkotik vasitələrdən istifadə etmişdir. Bunun nəticəsində üç dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. 2021-ci ilin avqust ayında cəzasını çəkib bitirdikdən sonra narkotik vasitələrin istifadəsindən əl çəkmək qərarına gəlmiş, bu barədə anası və digər ailə üzvlərinə tövbə etdiyi barədə söz vermiş və bildirmişdir ki, daha narkotikdan istifadə etməyəcək. Həmin vərdişdən əl çəkmək üçün və ailə üzvlərinə söz verdiyi üçün narkomaniyadan müalicə almağa başlamışdır. Dövlət hesabına gün ərzində 100 qram dərmanla (metadon suyu) təmin edilir. Ona verilən ittihamla bağlı bildirir ki, ona məxsus «Tofaş» markalı **-OE-*** dövlət qeydiyyat nömrəli avtomaşından təqribən 2021-ci ilin may-iyun aylarında yan güzgülər, maqnitofonun kolonkaları oğurlanmış və ona 1650 manatlıq ziyan dəymişdir. Bu barədə o, 102 xidmətinə telefonla məlumat vermişdir. Bu zəngdən sonra Nəsimi rayonu 21-ci Polis Bölməsinin əməkdaşı Seymur adlı polis onu Bakı şəhəri, Nəsimi rayonu 21-ci Polis Bölməsinə dəvət etmiş və bildirmişdir ki, onun müraciətiylə əlaqədar araşdırma Seymura həvalə edilmişdir. Polis isə araşdırmanı çox səthi aparmış və faktiki olaraq cinayət hadisəsində olan şəxsləri aşkar etməmiş, ona dəymiş ziyanın ödənilməsində heç bir təşəbbüs göstərməmişdir. X28 Seymur adlı polis əməkdaşı onu polisə çağıraraq, onun narkotik vasitələri istifadə etdiyinə görə bir neçə dəfə məhkum olmağını vurğulayaraq, ona bildirmişdir ki, nahaq yerə o, maşının güzgülərinin oğurlanması barədə polisə müraciət etmiş, buna görə onun başı ağrıyacaq. Seymur ona təklif etmişdir ki, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar ərizə yazsın və bununla da onun oğurluq barədə şikayətini bağlasın. Lakin, o, dəymiş ziyanın ödənilməsi barədə ərizə yazmaqdan imtina etmişdir. Bu səbəbdən Seymur adlı polis əməkdaşı ilə aralarında narazıçılıq yaranmış və Seymur ona əsəbi formada bildirmişdir ki, araşdırma aparmış, onun narkotik vasitələrdən istifadə etdiyinə görə dəfələrlə məhkum olunmağını bilir və əgər o, ziyanın ödənilməsi barədə ərizə yazmasa, Seymur onu tutduracaq. O, Seymura bildirmişdir ki, bu işin onun məhkum olunmasına heç bir aidiyyəti yoxdur və həmçinin, o, daha narkotik vasitələrdən istifadə etmir, Seymur isə üzünə gülərək bunun heç bir əhəmiyyətinin olmadığını, lazım olsa onu tutduracağını demişdir. Belə də olmuş, Seymurun onunla ədavəti yarandığı üçün, Seymur onu həbs elətdirmişdir. Belə ki, 16 iyul 2021-ci il tarixda təxminən saat 15 radələrində qonşuluğunda yaşayan Əli adlı şəxslə birlikdə Nərimanov rayonu, Ağa Neymətulla küçəsinda yerləşən Ədliyyə Nazirliyinin Probasiya Baş İdarəsinə getmiş, daha sonra isə şəxsiyyət vəsiqəsini yeniləmək məqsədi ilə Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən 1 saylı «ASAN» xidmət mərkəzinə getmişlər. Təxminən saat 17 radələrində özünə məxsus olan «Tofaş» markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir sexindən götürmək məqsədi ilə Əli adlı tanışıyla birlikdə Yasamal rayonu qəbirstanlığının yaxınlığında yerləşən avtomobil təmir sexinə getmişlər. Özünə məxsus olan «Tofaş» markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili evakuator vasitəsi ilə Ziya Bünyadov prospektində yerləşən «Tofaş Service» ə aparmışdır. Əli isə şəxsi işləri olduğundan çıxıb getmişdir. O, avtomobili təmir sexinə yerləşdirdikdən sonra tanımadığı şəxsin idarə etdiyi taksiçilik fəaliyyəti ilə məşğul olan avtomobillə yaşadığı evə qayıtmışdır. Həmin axşam təqribən 21.30 radələrində ünvan 2 ünvanının qarşısında olarkən 024 nömrəli «Land Cruiser» markalı qara rəngli avtomobil yanında dayanmış, avtomobildən Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı Seymur və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili adını tam xatırlamadığı Rasim və ya Ramiz adlı şəxs maşından düşərək, ona yaxınlaşmışlar. Seymur adlı polis əməkdaşı onun əllərini arxadan qandallamaq istəyəndə, o qışqırmışdır. Bu vaxt, onun qışqırığına anası X3, dayısı qızı X23 və əmisinin gəlini X1 çıxmışlar. X15 yaxınlaşmaq istəyərkən hansısa polis əməkdaşı əli ilə anası Həbibənin sinəsindən itələmişdir. Seymur isə X29ya «bilmirdin bizimlə prinsip aparanda bele olacaq!» deyə ifadə işlətmişdir. Seymurla Rasim və ya Ramiz adlı polislər onu avtomobilin arxa oturacağındakı ayaq altına uzatmış, avtomobili xatırlamadığı polis əməkdaşı idarə edirmiş, Seymur isə avtomobilin arxa oturacağında ayləşərək ayaqlarını belinə qoymuşdur. Anası və digər adlarını çəkdiyi qohumları bunun şahidi olmuşlar. Həmçinin, polis əməkdaşları süpürləşmə zamanı onun köynəyini cırmışlar. Təxminən bir neçə dəqiqədən sonra onlar 21-ci PB-nin qarşısında olmuşlar. Seymur əlləri ilə onun ayağından dartaraq avtomobildən aşağı düşürtmüş və onu polis bölməsinə aparmışlar. Təxminən 10-15 dəqiqə polis bölməsinin MSY-nin qarşısında saxladıqdan sonra polis əməkdaşları Orxan, Seymur və digər adlarını xatırlamadığı polis əməkdaşları ona yaxınlaşmış və onu polis bölməsində döyməyə başlamışlar. O, onlardan onu nəyə görə döydüklərini soruşduqda, onlar onun 102-yə müraciətinə görə və özünü polis əməkdaşları ilə düzgün aparmadığına görə döydüklərini bildirmişlər. O, hiss eləmişdir ki, döyülməsi birazda davam etsə, onu öldürə bilərlər. Ona görə onlara yalvarmağa başlamış, nə lazımdırsa hər şeyə imza atacağını demişdir. Təxminən 15 dəqiqədən sonra polis bölməsinin hansısa əməkdaşı onlara yaxınlaşmış, onlara onu döydüklərinə görə irad bildirmiş və əllərini qandaldan açdıraraq onu bölmənin MSY-nə yerləşdirmişlər. Həmin ərəfədə küçədə X29nın səsinin gəldiyini eşitmiş, həmin vaxt Seymur adlı polis əməkdaşı «nə edirsən elə Əhliman içəri gedəcək!» deyə ifadə işlətmişdir. Təxminən 1 saat MSY-də qaldıqdan sonra Orxan, İlkin ona yaxınlaşaraq bölmənin 2-ci mərtəbəsində yerləşən təhqiqatçının xidməti otağına aparmışlar. Daha sonra Seymur ona bildirmişdir ki, onun narkotik vasitələrin istifadəsi və daşınmasına görə barəsində cinayət işi başlanacaq. Bundan sonra video çəkən mütəxəssisin gəlməyini gözləməyə başlamışlar. Həmin vaxt Seymur onu nəzərdə tutaraq «bunu bir dəfə 234.1 maddəsi ilə buraxıblar, ona görə bunun üzərinə külli miqdarda narkotik vasitə qoyaq ki, bunu satışla tutsunlar» deyə ifadə işlətmiş, orada olan polis əməkdaşları etiraz etməmişlər. Seymurun bu dediklərindən sonra İlkin Nəbizadə adlı təhqiqatçı cibinə səhv etmirsə 5 büküm narkotik vasitə qoymuş və demişdir ki, kamera qarşısında həmin narkotik vasitəni çıxarıb, həmin narkotik vasitənin onun olduğunu desin. Əgər o, onların dediyi kimi kamera qarşısında deməsə, onu döyməyə davam edəcəklər. O, etiraz etdikdə, Orxan və Seymur onu döyməyə davam etmişlər. O, məcburiyyət qarşısında demişdir ki, o, kamera qarşısında hər şeyi onlar dediyi kimi ifadə edəcək və bütün yazılan sənədlərə imza atacaq. Ona bir köynək vermişlər ki, cırılmış köynəyi dəyişsin. O da cırılmış köynəyi çıxardaraq, onların ona təqdim etdiyi köynəyi geyinmişdir. Mütəxəssis gəldikdən sonra videonu çəkməyə başlamışlar. Həmin vaxtlarda mütəxəssis tərəfindən 3 dəfə videoçəkiliş aparılmışdır. Hər dəfə o, videoçəkiliş vaxtı səhv buraxanda, onlar ona təpiklə vurub, çəkilişi dayandırıb, təzədən onu öyrədib, videoçəkilişi yenidən başlayırmışlar və o, polislərin ona əvvəlcədən diqtə etdiyi sözləri təkrarlamağa məcbur olurmuş. Çəkilişdən sonra protokol tərtib olunmuş və ona məcbur etmişlər ki, həmin sənədlərə imza atsın. Protokolda yazılanları təsdiq etmir və qeyd etmək istəyir ki, o, bir neçə dəfə vəkilin iştirakını tələb etmiş, lakin, ona vəkil təqdim edilməmişdir. Onun üzərinə aparılan baxış zamanı vəkil olmamışdır. Ona çap vəziyyətdə, guya onun adından ərizə təqdim olunmuşdur ki, vəkilin iştirakı olmadan onun üzərində baxış və axtarış keçirilməsinə etiraz etmir. Lakin, həmin ərizəni o, qəti şəkildə imza etməkdən imtina etmişdir. Belə olan halda təhqiqatçı başqa bir protokol tərtib etmiş və bildirmişdir ki, həmin protokola imza atmasa, ona yenədə işgəncə verəcəklər. Məcburiyyət qarşısında həmin protokolu öz imzasını təhrif edərək imzalamışdır. O, dəqiq bilmir hansı sənədlərə imza atmış, təhqiqatçı ona bir neçə sənəd uzatmış və o, məcburiyyət qarşısında həmin sənədləri imzalamışdır. Əlavə olaraq bildirmək istəyir ki, ümumiyyətlə o, ilk dəfə vəkili yalnız barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə prosesi keçirilərkən görmüşdür. Daha sonra barəsində başlanmış cinayət işi istintaq şöbəsinə göndərilmişdir. 18 iyul 2021-ci il tarixdə iş müstəntiq Anar İbrahimovun icraatına verilmişdir. Müstəntiq onu cinayət işinin materialları ilə tanış edərkən onun barəsində başlanmış cinayət işinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə olduğunu bilmişdir. O, etiraz edərkən qeyd etdiyi polis əməkdaşları onu yenidən Nəsimi RPİ-nin MSY-də döyməyə başlamışlar. Yenə də təzyiq və işgəncə altında müstəntiq tərəfindən ona verilən sənədlərə imza çəkmişdir. Həmin gün barəsində həbs qətimkan tədbiri seçilməsinə görə prokurorluğa və daha sonra isə məhkəməyə aparılmışdır. Lakin, onu prokurorun qəbuluna aparmamışlar. Məhkəmə tərəfindən 4 ay həbs seçilmişdir. Növbəti gün isə Bakı İstintaq Təcridxanasına aparılmışdır. Təcridxanada müayinə olunarkən xəsarətləri yazılmışdır. Bundan sonra Müalicə Müəssisəsinə göndərilmiş, təxminən 14 gün müalicə aldıqdan sonra Təcridxanaya geri qaytarılmışdır. Cinayət işi bir dəfə məhkəməyə göndərilmiş, sonradan yenə də ibtidai istintaq orqanına qaytarılmışdır. İkinci dəfə istintaq aparılanda 01 mart 2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Murad Mustafayevə ifadə vermişdir. Həmin dindirmə protokolunda birmənalı olaraq, guya onda aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmamasını bildirmiş, özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməmişdir. Lakin, ibtidai istintaqı aparan müstəntiq tərtib etdiyi ittiham aktında onun dediklərini təhrif edərək, guya onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsiylə özünü təqsirkar bilməyini göstərmişdir. Həmçinin, onu göstərir ki, onu təqribən saat 21.30-da polis əməkdaşları saxlamışlar, üzərində axtarış və baxış isə təqribən saat 24 radələrində baş vermişdir. Onun bir saatdan çox qolları açıq qalmış, bir müddət müvəqqəti saxlama kamerasında olmuş, əgər cibində həqiqətən də büküm var imişsə, onu ata və ya gizlədə bilərmiş. Bu isə bir daha istintaq orqanının ona qarşı qərəzli olmasını sübut edir. Elan olunmuş cinayət işinin 1-ci cild 50-56-cı vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunmuş imza onundur, lakin protokolda yazılanları təsdiq etmir, onu Orxan, Seymur, Ramiz və ya Rasim adlı polis əməkdaşları döyüb hədələmişlər, məcburiyyət qarşısında həmin protokola imza atmışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 57-ci vərəqəsində olan müdafiəçinin videoçəkiliş zamanı üzərində şəxsi axtarış aparılması ilə bağlı iştirakından imtinası barədə protokola və həmin protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi axtarış və götürmə zamanı vəkil iştirak etməmişdir, ümumiyyətlə ilk dəfə vəkili yalnız barəsində həbs qətimkan tədbiri seçilən ərəfədə görmüşdür. Protokolda yazılanları təsdiq etmir və qeyd etmək istəyir ki, o, bir neçə dəfə vəkilin iştirakını tələb etmiş, lakin ona vəkil təqdim edilməmişdir. Ona çap vəziyyətdə guya onun adından ərizə təqdim olunmuşdur ki, vəkilin iştirakı olmadan onun üzərində baxış və axtarış keçirilməsinə etiraz etmir. Lakin, həmin ərizəni o, qəti şəkildə imza etməkdən imtina etmişdir. Belə olan halda təhqiqatçı başqa bir protokol tərtib etmiş və bildirmişdir ki, həmin protokola imza atmasa ona yenədə işgəncə verəcəklər. Məcburiyyət qarşısında həmin protokola öz imzasını təhrif edərək imzalamışdır. Onu döymüşlər, hətta ona elektroşok da vermişlər. Ona görə məcbur olub sənədləri imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 68-71, 93-95-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik maddələrdən istifadə edir. 16 iyul 2021-ci il tarixində səhər saatlarında adını Natiq kimi bildiyi şəxsdən öz istifadəsi üçün kokos və şüşə kimi tanıdığı narkotik maddələr almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 16 iyul 2021-ci il tarixdə saat 21-35 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə 71 ünvanının qarşısına çıxmış və qərara gəlmişdir ki, bir az havasını dəyişsin. Belə ki, az sonra elə həmin yaşadığı ünvanın qarşısında olan zaman kənardan 2 nəfər mülki geyimli şəxslər ona doğru yaxınlaşmışlar. Onlar özlərinin polis olduqlarını bildirmişlər və bundan sonra onun özünü narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirib, onu Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına xidməti otaqlardan birində baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi 05 ədəd şəffaf rəngli olan sellofan paket büküm, 01 ədəd üzəri gümüşü içərisi ağ rəngli kağız bükümü və 01 ədəd üzəri qara içərisi ağ rəngli kağız bükümü və 35 manat pulu çıxarıb stolun üzərinə qoymuşdur. Ancaq üzərinə, paltarlarına, ayaqqabı və corabına baxış keçirilsə də, hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. O, yuxarıda qeyd etdiklərini onlara bir daha başa salmış, etiraf etmiş və bundan sonra narkotik vasitəyə bənzər maddənin olduğu bükümün ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ağ rəngli kağızın içərisində olan narkotik vasitəyə bənzər maddə zərflərə qoyularaq zərflərin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş ‘189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Ondan həmin narkotik vasitəni haradan aldığı soruşulmuş və o da 16 iyul 2021-ci il tarixində adını Natiq kimi bildiyi şəxsdən 220 manata, öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin şəxs barəsində hər hansı bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, həmin üzərindən çıxan narkotik maddə olan heroin və metamfetamini 16 iyul 2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə Natiq adı ilə tanıdığı şəxsdən öz istifadəsi üçün almışdır. Natiq adlı şəxsdən bir neçə dəfə narkotik maddələr almış və istifadə etmişdir. Natiqin yalnız adını bilir, ona özünü Natiq kimi təqdim etmişdir. Lakin, harada yaşaması, soyadı, atasının adı və digər məlumatlarını bilmir. Üzərinə polis şöbəsində axtarış aparılan zaman ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, dindirmə protokollarında ona təqdim olunmuş imzalar ona məxsusdur. Onu polis əməkdaşları döyərək hədələmişlər, ona görə həmin dindirmə protokollarını imzalamışdır. Protokollarda yazılanları təsdiq etmir. O, Natiq adlı şəxsi tanımamışdır. Onu polis əməkdaşları döyərkən yalandan da olsa narkotiki aldığı bir nəfərin adını çəkməyini bildirdiklərindən, o da Natiq adı çəkmişdir ki, guya narkotiki həmin şəxsdən almış, lakin elə bir adam olmamışdır. Hətta ibtidai araşdırmanı aparan müstəntiq onun istintaqa 01 mart 2022-ci il tarixdə verdiyi düzgün ifadələrinə hüquqi qiymət verməmiş və ittiham aktında həmin ifadəyə istinad etməmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 41-44-cü vərəqələrində olan təqsirləndirilən şəxsin ifadəsinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, bu ifadəsində İlkin və Emil adı çəkmişdir. Lakin ifadəsinə düzəliş edərək bildirir ki, deyəsən Rasim və ya Ramiz adlı şəxs olmuşdur. Elan olunmuş bu ifadəni təsdiq edir. Məhkəmə iclasında elan olunmuş cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan Təqsirləndirilən şəxs ərizəsinə və ərizədə olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ərizəni təsdiq etmir. Ərizəni özləri onun adından yazmışlar. O, müdafiəçi Zakir Qafarovun hüquqi yardımından imtina etməmiş, o, heç onu görsə tanıya bilməz. Zakir Qafarov onun üzərində aparılan axtarış və baxış zamanı iştirak etməmişdir. Nə də ki, vəkil Qeybulla Cavadovun hüquqlarını müdafiə etməsini istəməmişdir. Özlərinin yazdığı həmin ərizəyə onu məcbur edib imza etdirmişlər. Elan olunmuş cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan müdafəiçidən imtina edilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs elan olunmuş protokolu təsdiq etmədiyini, protokolu ona məcbur edib imzalatdırdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs elan olunmuş cinayət işinin 1-ci cild 143-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 26 iyul 2021-ci il tarixli Məlumatına əsasən bildirmişdir ki, elan olunmuş məlumatı təsdiq edir. O, Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarət izləri olmuş və o, bildirmişdir ki, həmin xəsarətləri ona polis əməkdaşları onu saxlayarkən yetirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 21-ci PB-də əməliyyat müvəkkili işləyir. 16 iyul 2021-ci il tarixdə Əhliman adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərarın icra olunması ilə bağlı o, və Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və daxil olmuş məlumatın yoxlanılması üçün birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsinə getmişlər. Saat 21 radələrində həmin küçədə olarkən 71 saylı ünvanda Əhliman adlı şəxsi müəyyən etmişlər. Orada Əhliman adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Əhliman adlı şəxsi Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə gəlməli olduğu bildirildikdə, Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə gəzdirməsindən şübhələndikləri üçün şəxsi axtarış keçirilməsi məqsədilə raportla rəhbərliyə müraciət edilmiş və raport üzrə araşdırma aparılması Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı İlkin Nəbizadəyə həvalə olunmuşdur. X19 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən beş ədəd sellofan paket büküm, bir ədəd gümüşü rəngli kağız büküm və bir ədəd qara rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddələrin nə olması və onları haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərin dördündə olan maddə psixotrop maddə metamfetamindir, üç ədəd bükümdə isə narkotik vasitə heroindir, onları Kubinka adlanan ərazidən Natiq adlı şəxsdən 220 manata 16 iyul 2021-ci il tarixdə saat 13 radələrində əldə etmiş və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 35 manat pul da aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə və narkotik vasitə heroinə bənzər maddə müvafiq qaydada qablaşdırılmış, təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokolu imzalamışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir, təzyiq olmamışdır. Təqsirləndirilən şəxsin avtomobilindən oğurluq olması barədə onun məlumatı olmamış, oğurluqla bağlı araşdırma aparılması barədə də məlumatı yoxdur. Daxil olmuş məlumat təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə olmuşdur. Onlara məlumat günorta saatlarında daxil olmuşdur. Avtomobili o idarə edirmiş. Şahid1 arxa oturacaqda təqsirləndirilən şəxslə birgə oturmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən orda heç kəs olmamışdır. Təqsirləndirilən şəxs bölməyə gətiriləndən sonra rəhbərliyə məruzə olunur. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılana qədər kimin otağında olmasını xatırlamır. Təqsirləndirilən şəxs axşam saat 20-21 radələrində saxlanılmış, lakin onun üzərinə şəxsi axtarış və götürmənin saat neçədə olduğunu xatırlamır. Təxminən saxlanıldıqdan 3 saat sonra üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilərkən vəkil iştirak etmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 143-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 26 iyul 2021-ci il tarixli Məlumatına əsasən Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxs Penitensiar Xidmətə daxil olarkən üzərində xəsarətin olması barədə heç nə deyə bilməz, ola bilsin həmin xəsarət əvvəldən olmuşdur. Təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən hər hansı bir fiziki təsir, təzyiq olmamışdır. Onlarda Seymur adlı əməliyyatçı var, Nəsimi RPİ-nin 21-ci PB-də baş əməliyyat müvəkkilidir. Təqsirləndirlən şəxs saxlanılarkən Seymur iştirak etməmişdir. Rasim, Ramiz adlı şəxslər orada olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 iyul 2021-ci il tarixdə o xidmətdə olarkən Əhliman adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Səhv etmirsə əməliyyat qrupunda o, əməliyyat müvəkkili Seymur Məmmədov və ya Nəsimi RPİ-nin əməkdaşı Rasim Alıyev iştirak etmişlər. Onlar Əhliman adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsinə getmişlər. Təxminən günorta saatlarında həmin küçədə olarkən 71 saylı ünvanda Əhliman adlı şəxsi müəyyən etmişlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib barəsində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Əhliman adlı şəxsi Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Orada Əhliman adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs onlarla Nəsimi RPİ-nin 21-ci PB-nə gəlməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində təhqiqatçı İlkin Nəbizadənin otağında Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmuşdur. Təqsirləndirilən şəxsə üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ cibindən və ya gödəkçəsinin cibindən bir neçə sellofan paket bükümlərini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddələrin nə olması və onları haradan əldə etməsini soruşduqda, bildirmişdir ki, təqdim etdiyi bükümlərin dördündə olan maddə psixotrop maddə metamfetamin, üç ədəd bükümdə isə narkotik vasitə heroin vardır, onları «Kubinka» adlanan ərazidən hazırda adını xatırlamadığı bir nəfərdən əldə etmiş və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən həm də pul da aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə və narkotik vasitə heroinə bənzər maddə müvafiq qaydada qablaşdırılmış, təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokolu da imzalamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olumuşdur. Onun tərəfindən təqsirləndirlən şəxsə təsir, təzyiq olunmamışdır. Kiminsə tərəfindən ona təsir və təzyiq olunmasını görməmişdir. O, təxminən təqsirləndirilən şəxsi 7 ildir tanıyır. O, 7 ildir Kubinka ərazisində işləyir. Təqsirləndirilən şəxsin saxlanıldığı yerlə PB-nə yol təxminən 10 dəqiqəlik məsafə olarmış. Bölməyə gətiriləndə təqsirləndirilən şəxs MSY-də müayinə olunur. Heç bir xəsarət olmamışdır. Köhnə xəsarət olubsa bilmir. Müayinə zamanı o, olmamışdır. Təqsirləndirilən şəxsi bölməyə gətirəndən sonra onu təhqiqatçının otağına aparmışlar. Avtomobildə təqsirləndirilən şəxslə o, oturmuşdur. Təqsirləndirilən şəxsi yerə uzatmamışlar, əlinə qandal vurmamışlar. Onlar qara «Toyota- Prado» markalı avtomobilə Təqsirləndirilən şəxs mindirmişlər. Nömrəsini xatırlamır. X11 və ya Rasim Alıyev idarə edirmiş. Avtomobili idarə edən hansı idisə atomobil də həmin şəxsin imiş, onu dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxlanılarkən ailə üzvləri olmuşdur. Gərək ki, anası da orada olmuşdur. Anası təqsirləndirilən şəxsi saxlayarkən problem yaradırmış, onlara maneəçilik törədirmiş. Təqsirləndirilən şəxs 21-ci PB-nə gətiriləndən 1 saat sonra vəkil, mütəxəssis, kriminalist dəvət olunmuşdur. Videoçəkiliş zamanı o, vəkil, videoçəkilişi aparan, təhqiqatçı İlkin Nəbizadə, Seymur və səhv etmirəmsə Rasim Alıyev olmuşlar. Videoçəkiliş zamanı təqsirləndirilən şəxs narkotik vasitəni aldığı şəxsin adını çəkmiş, hazırda həmin şəxsin adını xatırlamır. Bölməyə gətiriləndə təqsirləndirilən şəxsi vuran olmamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 143-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 26 iyul 2021-ci il tarixli Məlumatına əsasən Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Bədənində, əlində cızıqlar var imiş. Ola bilsin onlar köhnədən olmuşdur. Təqsirləndirilən şəxsin köynəyi cırıq olmamışdır. Videoçəkiliş zamanı onlar təqsirləndirilən şəxsə təzə köynək verməmişlər. Elan olunmuş cinayət işinin 1-ci cild 50-56-cı vərəqələrində olan şəxsi axtarış aparılması və maddi sübutun götürülmüsi barədə protokola və protokolda olan imzaya əsasən Şahid1 bildirmişdir ki, Şahid2 orada olmasını xatırlamır. Seymurun orada olması yadındadır. Orxan yadında deyil. Ona təqdim olunmuş imza onun imzasıdır. O, elə bilir ki, vəkil iştirak etmişdir. Təqsirləndirilən şəxsi günorta saatlarında saxlamışlar, deyə bilməz nə üçün şəxsi axtarış aparılması və maddi sübutun götürülmüsi barədə protokol saat 23-58də keçirilmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 150-153-cü vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...Daha sonra həmin qərarın icra olunması ilə bağlı mən və Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və daxil olmuş məlumatın yoxlanılması üçün birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsinə getdik. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. O, ifadəsində Şahid2 deməmişdir. Kiminlə getməyi yadında deyil. Əməliyyat zamanı onun istifadəsində olan ***-***-**-** nömrəli telefonu üzərində olmuşdur. Məhkəmə iclasında vəkilin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs oğludur. Oğlunun sümükləri çürüyür, oğlunun sol ayağı amputasiya olunduqdan sonra çürümə davam etdiyindən həkimlər digər ayağının da kəsiləcəyini demişlər. Təxminən 2021-ci ilin yay aylarında oğlunun avtomobilindən avtomobilin güzgüləri, maqnitofonun kolonkaları oğurlanmışdır. Əhlimana 1650 manatlıq ziyan dəymişdir. Oğlu oğurluq barədə 102 xidmətinə zəng emişdir. O, demişdir ki, lazım deyil, zəng etməsin, lakin oğlu onun yanında 102 xidmətinə zəng etmiş və avtomobildən oğurluq barədə polisə məlumat vermişdir. Oğlunun 102-yə zəngindən sonra 2 nəfər əməkdaş gəlib avtomobilə baxış keçirib, əl izləri götürüb getmişlər. 1-2 gün sonra isə sahə müvəkkili bir nəfər polislə həyətə gəlmişlər. Oğluna demişlər ki, guya avtomobilindən oğlurlanmış əşyalar tapılmış və bu barədə ərizə yazmasını istəmişlər. Oğlu buna etiraz etmiş və bildirmişdir ki, əşyalar tapılmadığı halda elə bir ərizə yazmaycaq. Oğlu belə bir ərizə yazmadığından sonra, yəni, hadisə günü səhv etmirsə 16 iyul 2021-ci il tarixdə o, yaşadığı Əlibəy Hüseynzadə küçəsi ev 71-də imiş. X26 və Fatma Sadıqova da onlarda imiş. Yaşadığı evin pəncərəsi küçəyə baxır. Həyətdən oğlu Əhlimanın qışqırıq səsini eşitmişdir. O, və evdə olan Aytac və Fatma dərhal həyətə qaçmışlar. Həyətə çıxanda görmüşdür ki, oğlu üzüüstə yerə yıxılmış vəziyyətdədir. Əvvəl elə bilib ki, oğlunu maşın vurmuşdur. Orada qara yekə maşın dayanmışdır. Mülki geyimdə şəxslər var imiş. Həmin şəxslərin polis olduqlarını bilmişdir. Oğlu Əhlimanın arxadan əllərinə qandal vurulmuş vəziyyətdə üzüqoyulu yerə yıxmışlar və onu sürüyə-sürüyə avtomobilə aparanda, o, onlara mane olmaq istədikdə, onu bir nəfər itələmişdir ki, onlara mane olmasın. Ətrafda olanlardan kimsə qışqırmışdır ki, o, əlildir, heç olmasa onun çəliyini də götürsünlər. Oğlunu sürüyə-sürüyə avtomobilin arxa oturacağına atmışlar. Oğlunun ayaqqabısı da ayağından çıxmışdır. Oğlunu 21-ci PB-nə aparandan sonra o, oğlunun arxasınca ayaqqabısını və yemək də aparmış, lakin yeməyi götürməmişlər. Oğlunu maşına basan şəxslər mülki geyimdə imişlər. O, həmin şəxslərin adlarını bilmir. Oğlunun 102-yə zəng etməsindən sonra ona qarşı belə haqsızlıqlar etməyə başlamışlər. Oğlundan tələb edirmişlər ki, oğurluqla bağlı ona dəymiş ziyanın ödənilməsi barədə ərizə yazsın, oğlu da yazmamışdır. Oğlu əvvəllər narkotikdən istifadə edirmiş, lakin sonradan oğlu tövbə etmişdir ki, narkotikdən istifadə etməyəcək və müalicə olunmağa başlamışdır. Məhkəmə iclasında vəkilin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğludur. O, bibisinin Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi ev 71-də olan evində qalıb Bakıda şirniyyatçı işləyir. Hadisə günü o evdə olmuşdur. Həyətdən qışqırıq səsi eşidib o da küçəyə çıxmış və küçəyə çıxanda bibisi oğlu Təqsirləndirilən şəxs üzüüstə yerə yıxılmış, arxadan ələrinə qandal vurulmuş vəziyyətdə görmüşdür. Əhlimanı sürüyə-sürüyə avtomobilə aparmışlar. Əhlimanı qara rəngli «CİP» maşınına arxa oturacağa basmışlar. Əhlimanı maşına basan şəxslər mülki geyimdə imiş. O, həmin şəxslərin adlarını bilmir, görsə tanıya bilməz. Avtomobilin nömrəsini xatırlamır. Əhlimanı avtomobilin arxa oturacağına atmışlar. Əhliman zarıyıb, kömək istəyirmiş. Evdən küçəyə pəncərə var. Əhlimanın avtombilindən oğurluq olmuşdur. O, bilirmiş ki, polisdən gəlib Əhlimana demişlər ki, oğurlanmış əşyalara dəymiş maddi ziyanın ödənilməsi barədə ərizə yazsın, lakin Əhliman bu barədə ərizə yazmamışdır. Həmin şəxslər Əhlimanla sərt rəftar edirmiş, anasını yaxına buraxmırmışlar və bir nəfər Əhlimanın anasını itələmişdir. Cinayət işinə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, axtarış və götürmə protokolları, ekspert rəyləri və digər sənədlər də əlavə olunmuşdur. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 16 iyul 2021-ci il tarixli raportundan görünür ki, «Əhliman» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 16 iyul iyul 2021-ci il tarixli Qərarından görünür ki, «Əhliman» adlı şəxsin barəsində əməliyyat tədbirləri keçirilməsi və ifşa edilməsi üçün əməliyyət müvəkkili polis kapitanı Şahid1 tərəfindən əməliyyat qrupu yaradılması haqqında qərar qəbul edilmiş, lakin qrupa daxil olan əməkdaşların siyahısı göstərilməmişdir. Cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əməliyyat qrupunun təşkil edilməsi barədə 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, baş əməliyyat müvəkkili Tural İbrahimov əməliyyat müvəkkili Şahid2 iştirakı ilə protokol tərtib edərək «Əhliman» adlı şəxsin barəsində əməliyyat tədbirləri keçirilməsi və ifşa edilməsi üçün əməliyyat qrupu təşkil etmiş, lakin qrupa daxil olmuş əməkdaşların siyahısını göstərməmişdir. X20 tərtib etməsinə baxmayaraq, protokolda Şahid1 və Şahid2 imza etmələri əks olunmuşdur. Cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyət müvəkkili polis kapitanı Şahid1 16 iyul 2021-ci il tarixli raportundan görünür ki, «Əhliman» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin tarixdə saat 21.35-də sonuncu Nəsimi RPİ-nin 21-ci polis bölməsinə dəvət edilmişdir. Cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi təyin edilməsi barədə Nəsimi Rayon 21-ci Polis Bölməsinin rəisinin adına ünvanlanmış 16 iyul 2021-ci il tarixli ərizə tərtib olunmuşdur. Cinayət işinin 1-ci cild 18-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə onun hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 14 saylı Vəkil bürosunun müdafiəçisinin təyin edilməsi barədə Nəsimi Rayon 21-ci Polis Bölməsinin təhqiqatçısı İlkin Nəbizadənin protokolu tərtib olunmuşdur. Cinayət işinin 1-ci cild 19-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə edilməsi barədə Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili dəvət edilməsi barədə 16 iyul 2021-ci il tarixli qərarı rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 22-24-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış order və protokoldan görünür ki, 16 iyul 2021-ci il tarixdə 004315 nömrəli orderə əsasən işə dəvət olunmuş 14 saylı Vəkil bürosunun vəkili X24 Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncun həmin vəkilin onun hüquqlarını müdafiə etməsinə etirazı olmaması rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinərək saat 22.35-də tutulmuşdur. Cinayət işinin 1-ci cild 50-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Nəsimi Rayon 21-ci Polis Bölməsinin təhqiqatçısı İlkin Nəbizadənin şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 16 iyul 2021ci il tarixli protokolundan görünür ki, saat 23.58-də əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və mütəxəssis X8 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunaraq baxış keçirilmiş onun üzərindən 7 ədəd bükülülər aşkar edilərək götürülməsi rəsmiləşdirilmişdir. Lakin tərtib edilmiş protokolda müdafiəçi X9 iştirakı öz əksini tapmamışdır. Cinayət işinin 1-ci cild 57-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış protokoldan görünür ki, vəkil X24 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış və baxış aparılmasında iştirak etməkdən imtina etmiş, lakin şübhəli şəxs Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan həmin hərəkətlərin aparılmasına razılıq verməsi barədə ərizəsi əlavə edilməmişdir. Cinayət işinin 1-ci cild 62, 64-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 17 iyul 2021-ci il tarixli, 6/2910 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №189» möhür əksi və «Təqsirləndirilən şəxs...» və sair yazılar, imzalar olan kağız paketdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,601 qram, 0,991 qram, 0,883 qram, 0,984 qram, ümumi təmiz çəkiləri 4,459 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 ədəd bükümdə metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,935 qram, 0,723 qram, 22,688 qram, ümumi təmiz çəkiləri 24,346 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdə heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 1-ci cild 66-cı vərəqəsində olan narkotik vasitələrin məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ayrı-ayrılıqda dörd ədəd büküm və üç ədəd ayrı-ayrılıqda bükümlər, yəni, ümumi olaraq 7 ədəd büküm xx.xx.2021-ci il tarixdə saat 09.20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuş, lakin cinayət işinin 63-cü vərəqəsinə əlavə edilmiş 6/2834 saylı ekspert rəyindən görünür ki, ekspertizanın aparılmasına əsas olan qərarla 13 iyul 2021-ci il tarixdə, ümumlikdə 11 ədəd büküm Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuşdur. Cinayət işinin 1-ci cild 74-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Nəsimi Rayon 21-ci Polis Bölməsinin təhqiqatçısı İlkin Nəbizadənin 17 iyul 2021-ci il tarixli raportundan görünür ki, ********* saylı cinayət işi aidiyyəti üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi barədə Nəsimi RPİ-nin adına müraciət etmişdir. Lakin, təhqiqatdan istintaq orqanına göndərilən sənədlərin siyahısının qoşmasında 53 vərəq göstərildiyi halda, cinayət işində 74 vərəq olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 82-83-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X2 qərarından görünür ki, 18 iyul 2021-ci il tarixdə saat 10.50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü madəlləri ilə ittiham irəli sürülmüş və o, müdafiəçi X9 iştirakı ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir. Cinayət işinin 1-ci cild 85-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPMnin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələr, “İnsan hüquqlarının və X6 haqqında” xx.xx.1950-ci il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndində göstərilən hüquqları izah edilmiş, təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, ittiham elan edilməsi haqqında qərarın surəti verilmişdir. Həmçinin, müdafiəçi X9 iştirakı ilə təqsirləndirilən şəxsə müstəntiqə və prokurora etiraz etmək hüququ izah edilmişdir. Cinayət işinin 1-ci cild 93-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, 18 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxsin elan olunmuş ittihamla əlaqədar saat 11.30-dan 12.20-dək dindirmə zamanı Təqsirləndirilən şəxs təqdim edilmiş vəkil X9 əvəzinə həmin vaxt müdafiəçi kimi işə buraxılmamış X5 (???) iştirakı rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məktubun kserosurətindən görünür ki, ********* saylı cinayət işi üzrə vəsatətə baxılması haqqında qərarın surəti məlumat üçün dindirmədə iştirak edən vəkil Qeybulla Cavadova yox digər müdafiəçi X16 göndərilir. Cinayət işinin 1-ci cild 105, 112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilməsi haqqında 18 iyul 2021-ci il tarixli qərardan görünür ki, vəkil X9 müdafiəçi kimi iştirakına xitam verilmiş, əvəzinə müdafiəçi kimi işə buraxılmış X5 iştirakı təmin olunmuşdur. Cinayət işinin 1-ci cild 147-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin xx.xx.2021-ci tarixli ********* saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışını keçirir, lakin əlbir olduğu şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 215-216-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Məhkəmənarkoloji ekspertizasının 11 oktyabr 2021-ci il tarixli, 3888 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 158-160-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 avqust 2021-ci il tarixli 1986 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir, Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 1-ci cild 214-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 dekabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə aparılan danışıqlar, SMS mətnlərini əks etdirən "xxxx" MMC-dən götürülmüş diskə baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı Anar İbrahimov tərəfindən tamamlanaraq, ittiham aktı ilə 17 yanvar 2022-ci il tarixdə mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, lakin, 02 fevral 2022-ci il tarixdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdiyinə görə, cinayət işinin baxılmasına xitam vermiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.(cild 2 i.v.1-6) Cinayət işinin 2-ci cild 22-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış cinayət işinin icraata qəbul edilməsi haqqında 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Murad Mustafayevin icraatına qəbul edilmişdir. Cinayət işinin 2-ci cild 52-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 05 may 2022-ci il tarixədək uzadılmış, lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2022-ci il tarixli 4 (103)-165/2022 saylı qərarı ilə sonuncunun barəsində həbs qətimkan tədbiri «ev dustağlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin ibtidai istintaqı Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru X17 tərəfindən tamamlanaraq, ittiham aktı ilə 25 aprel 2022-ci il tarixdə mahiyyəti üzrə baxılması üçün yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri -mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 50-56-cı vərəqələrində olan Bakı şəhəri, Nəsimi Rayon 21-ci Polis Bölməsinin təhqiqatçısı İlkin Nəbizadənin şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, saat 23.58-də əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və mütəxəssis X8 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunaraq baxış keçirilmiş, onun üzərindən 7 ədəd bükülülər aşkar edilərək götürülməsi rəsmiləşdirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, 16 iyul 2021-ci il tarixdə üzərində axtarış və baxış aparma zamanı onun xahişlərinə baxmayaraq, vəkilin iştirakı təmin edilməmiş, təhqiqatçı tərəfindən ona çap olunmuş vəziyyətdə onun adından güya vəkilin iştirakı olmadan üzərində axtarış aparılmasına etiraz etmədiyi barədə ərizə imza edilməsi üçün təqdim olunmuş, lakin həmin ərizəni o, imza etməkdən imtina etmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində axtarış aparılmasına etiraz etmədiyi barədə ərizə mövcud deyildir. Bundan əlavə, cinayət işinin 1-ci cild 93-95-ci vərəqələrinə əlavə edilmiş təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, 18 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxsin elan olunmuş ittihamla əlaqədar saat 11.30-dan 12.20-dək dindirmə zamanı Təqsirləndirilən şəxs təqdim edilmiş vəkil X9 əvəzinə həmin vaxt müdafiəçi kimi işə buraxılmamış X5 iştirakı rəsmiləşdirilmiş və sonuncu həmin protokolu imzalamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanun pozuntusu təqsirləndirilən şəxsin bilavasitə müdafiə hüququnun pozulmasıdır. Bu da “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan «ədalətli məhkəmə» hüququnun tələblərinə əməl edilməməsidir. Cinayət prosesi tərəflərinin hər hansı şəkildə hüquqlarının pozulmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-ci il tarixli Plenumunun 5 saylı Qərarında da bir vəzifə kimi müəyyən edilmişdir. Belə ki, adı çəkilən plenumun qərarının 1-ci bəndinin izahına görə, insan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır: -hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır; -hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə əsasən hər kəsə Konvensiyaya qoşulmuş dövlət tərəfindən ən azı təmin olunmalı hüquqlar göstərilmişdir və həmin hüquqlar sırasında vəkillə müdafiə olunmaq, müdafiəçi ilə dərhal görüşmək, həmçinin müdafiəçi ilə görüşlərin sayı və müddəti barədə məhdudiyyətlərin qadağan olunmasıdır. Avropa Konvensiyasının həmin maddəsinin 3-cü bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxtda və imkana malik olmaq və şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək hüquqa malikdir. Avropa Məhkəməsi qeyd edib ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndinə müvafiq olaraq təqsirləndirilən şəxsin nəzəri və xəyali deyil, praktiki və səmərəli hüquqi yardıma ehtiyacı vardır. Konvensiyanın bu maddəsi “təyin edilmə” deyil, “yardımdan” bəhs edir: təyin edilmə özü-özlüyündə səmərəli hüquqi yardımı ifadə etmir. Belə ki, müxtəlif praktiki səbəbləri və onun öz vəzifələrindən imtina etməsini nəzərə alaraq, vəkilin bu cür yardım göstərməsi əngəllənə bilər. Dövlət hüquqi yardım məqsədləri üçün təyin edilmiş vəkil tərəfindən ortaya çıxan hər bir boşluq üçün məsuliyyət daşımır. Lakin, hüquqi yardımçının səmərəli təmsilçiliyi həyata keçirməməsi açıq-aydın olarsa və ya dövlət orqanlarının diqqətinə başqa şəkildə çatmış olarsa, onlar təqsirləndirilən şəxsin düzgün hüquqi yardımdan faydalanmasını təmin etmək üçün zəruri tədbirləri görməlidir (baxın, Artiko İtaliyaya qarşı, 13 may 1980-ci il, §§ 33-37, A Seriyaları, no. 37 və Kamasinski Avstriyaya qarşı, 19 dekabr 1989-cu il, § 65, A Seriyaları, no. 168). Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsi, xüsusilə onun 3-cü bəndi o halda işin məhkəməyə verilməsinə qədər əhəmiyyətli ola bilər ki, həmin mərhələdə yol verilmiş pozuntu məhkəmə araşdırmasının ədalətliliyinə ciddi xələl gətirsin (Bax: Avropa Məhkəməsinin qərarı, Böyük Palatanın qərarı, şikayət 46221/99, paraqraf 131, ECHR 2005-İV; İmbrioşa İsveçrəyə qarşı iş üzrə Avropa Məhkəməsinin 24 noyabr 1993-cü il tarixli qərarı, 36-cı paraqraf). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin c yarımbəndinin tətbiq edilmə üsulu müvafiq araşdırmanın xüsusiyyətlərindən və işin hallarından asılıdır. Tutulan zaman Ərizəçinin müdafiə hüququnun pozulması əhəmiyyətli olmuş, müdafiə hüququ pozulmaqla ittihamın əsasını təşkil edən sübutlar, qanunsuz yolla əldə edilmişdir. Bu sübutlardan istifadə isə Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım alması hüquqi vardır, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.2-ci və 91.5.4-cü maddələrində göstərilir ki, şübhəli şəxsin tutulduğu, təqsirləndirilən şəxsin isə həbsə alındığı və ya ona ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin digər maddələrinin tələbinə görə qeyd olunan istintaq hərəkətlərində müdafiəçinin iştirakı təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsinin təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biridir Bu Məcəllənin 9.2-ci maddəsinə görə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Bununla da, məhkəmə kollegiyası cinayət işinin 1-ci cild 50-56-cı vərəqələrində olan «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 16 iyul 2021-ci il tarixli protokolu və 1-ci cild 93-95-ci vərəqələrində olan təqsirləndirilən şəxsin dindirmə protokolunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatlar kimi hesab edərək, həmin sənədləri cinayət işi üzrə sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd etmək lazımdır ki, cinayət işinin 1-ci cild 50-56-cı vərəqələrində olan Bakı şəhəri, Nəsimi Rayon 21-ci Polis Bölməsinin təhqiqatçısı İlkin Nəbizadənin şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 16 iyul 2021-ci il tarixli protokolunda qeyd edilmişdir ki, axtarış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə edilərək videoçəkiliş aparılmışdır. Lakin aparılmış videoçəkilişi əks etdirən CD disk cinayət işinin materiallarına əlavə edilməmiş və istintaq orqanı həmin videoçəkilişə baxış aparmamışlar. İbtidai istintaq araşdırmasını aparan müstəntiq Anar İbrahimovun (cild 1 i.v.218- 225) sübutların qiymətləndirilməsi haqqında 08 yanvar 2022-ci il tarixli qərarında və digər müstəntiq Murad Mustafayevin 07 aprel 2022-ci il tarixli eyni adlı qərarında (cild 2 i.v.85- 94) həmin “CD” disk Azərbaycan Respublikası CPM-nin 128-ci maddəsinə zidd olaraq maddi sübut kimi tanınmamış, yalnız “mötəbər sübutlar kimi???” qiymətləndirilmişdir. Azərbaycan Respublikası CPM-nin 128.1 və 128.2-ci maddəsində qeyd edilmişdir ki, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Cinayət işi məhkəməyə göndərilən zaman, həmin “CD” disk cinayət işinə əlavə edilməmişdir. (cild 1 i.v. 255, cild 2). Yalnız məhkəmənin sorğusuna əsasən “CD” disk 02 iyun 2022-ci il tarixdə Nəsimi rayon prokurorluğundan məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri, Nəsimi rayon prokurorluğundan daxil olmuş videoçəkilişin olduğu CD diskdə olan görüntülər nümayiş etdirilməklə tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunmuşdur ki, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini həyata keçirən təhqiqatçı saxlanılan şəxsə müraciət etməklə «narkotik vasitələri kimdən əldə etmisən» sualına kənardan müdaxilə edilərkən yönəldici «Natiq» sözü aydın olaraq işlədilir, məhz bundan sonra Təqsirləndirilən şəxs həmin şəxsin adını bildirir. Həmçinin protokol tərtib edildikdən sonra, protokol ucadan oxunmur və təhqiqatçı protokolu Təqsirləndirilən şəxs uzadaraq, həmin protokolu oxumağa imkan yaratmadan, hər vərəqdə imza edəcəyi yerləri əli ilə işarə edərək, saxlanılan şəxsin imza etməsinə nail olmuşdur. Bu isə cinayət işinin 1-ci cild 50-56-cı vərəqələrində çap variantda olan protokolda qeyd edilmiş «protokol ucadan oxundu» yazısı ilə ziddiyyət yaradır. Bundan başqa videoçəkilişin hansı tarixdə, harada, saat neçədə aparılması ilə bağlı məlumat verilmir. Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsində qeyd edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt göstərilməlidir. Həmçinin, videoçəkiliş zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddəsi ilə bilə-bilə yalan ifadə verməyə görə və ifadə verməkdən imtina edilməyə görə xəbərdar olunur. Göründüyü kimi, faktiki olaraq şübhəli şəxs statusuna malik olmuş Təqsirləndirilən şəxs şübhəli şəxsə aid olan hüquq-müdafiə vasitələri ilə təmin edilmədən, həqiqi prosessual vəziyyətinin ziddinə olaraq ifadə verməkdən imtina etməyə və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməklə kamera qarşısında özünə qarşı ifadə verməyə məcbur edilmiş, bununla da Təqsirləndirilən şəxs İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş susmaq və özünə qarşı ifadə verməmək hüquqları pozulmuşdur. Belə ki, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində şübhəli və ya təqsirləndirilən şəxsin susmaq və özünə qarşı ifadə verməmək hüququ vardır. Avropa Məhkəməsinin “A.G.Zayçenko Pusiya Federasiyasına qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli qərarı deyilənə qarşı əyani misaldır. Həmin qərarda göstərilir ki, susmaq və özünə qarşı ifadə verməmək hüququ Avropa Məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırması hüququnun mühüm tərkib elementi kimi nəzərdən keçirilir. Göründüyü kimi “şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokola əlavə edilmiş videoçəkiliş protokolda göstərilmiş halları tam əks etdirmir, bu da həmin protokolun tərtibiylə bağlı müəyyən şübhələr yaradır. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi barədə” protokol və axtarış keçirilməsinə dair videoçəkiliş kobud pozuntularla aparıldığından mötəbər sübut kimi qəbul edilməməli və etibarsız hesab edilməlidir. Bundan başqa məhkəmə kollegiyası digər hüquq pozuntuları da müəyyən etmişdir. Belə ki, hazırki iş üzrə cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan Bakı şəhəri, Nəsimi RPİ-nin 21-ci PB-nin 16 iyul 2021-ci il tarixli Qərarından görünür ki, «Əhliman» adlı şəxsin barəsində əməliyyat tədbirləri keçirilməsi və ifşa edilməsi üçün əməliyyət müvəkkili polis kapitanı Şahid1 tərəfindən əməliyyat qrupu yaradılması haqqında qərar qəbul edilmiş, lakin qrupa daxil olan əməkdaşların siyahısı göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarında qeyd edilir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə prosesində iş üzrə şahid qismində dindirilmiş Nəsimi Rayon 21-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 bildirmişlər ki, Təqsirləndirilən şəxs üzərində baxış və axtarış vəkilin iştirakı ilə baş vermişdir. Lakin, cinayət işinin 1-ci cild 57-ci vərəqəsində olan protokoldan görünür ki, vəkil X24 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış və baxış aparılmasında iştirakdan imtina etmiş və tərtib olunmuş protokolda onun imzası mövcud deyildir. Cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan əməliyyat qrupunun təşkil edilməsi barədə 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, baş əməliyyat müvəkkili Tural İbrahimov əməliyyat müvəkkili Şahid2 iştirakı ilə protokol tərtib edərək «Əhliman» adlı şəxsin barəsində əməliyyat tədbirləri keçirilməsi və ifşa edilməsi üçün əməliyyat qrupu təşkil etmiş, lakin qrupa daxil olmuş əməkdaşların siyahısını göstərməmişdir. Məhkəmə prosesində Təqsirləndirilən şəxs dindirilərkən bildirmişdir ki, 16 iyul 2021-ci il tarixdə onu saxlayan şəxslər polis əməkdaşları Seymur Məmmədov və Rasim və ya Ramiz adlı şəxslər olmuşlar. Məhkəmədə şahid qismndə dindirilmiş Şahid2 bildirmişdir ki, o, Şahid1 iştirakı ilə xatırlamadığı avtomobildə Təqsirləndirilən şəxs polisə dəvət edib, gətirmişlər. Digər şahid, əməliyatçı vəzifəsində işləmiş Şahid1 göstərmişdir ki, o, Seymur Məmmədov və Rasim Alıyevin iştirakları ilə qara “Prado” avtomaşınında Təqsirləndirilən şəxs saxlamışlar və bu zaman Əhlimanın anası onlara müqavimət göstərmək istəyirmiş. Göründüyü kimi şahidlər Şahid1 və Şahid2 məhkəmədə verdikləri ifadələri cinayət işinin halları ilə ziddiyət təşkil edir və onların həmin xüsusatla bağlı dediklərini şübhə altına alır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə dindirilərək göstərmişdir ki, ona məxsus «Tofaş» markalı **-OE-*** dövlət qeydiyyat nömrəli avtomaşından oğurluq faktını lazımı səviyədə araşdırmadığından, onunla Nəsimi rayonu 21-ci Polis Bölməsinin əməkdaşı Seymur adlı əməkdaşla qərəzli münasibətlər yaranmış və sonuncu onu tutduracağını açıq bildirmiş və məhz bundan sonra 16 iyul 2021-ci il tarixdə onu Seymur adlı şəxs anası və qohumlarının yanında saxlayaraq 024 nömrəli «Land Cruiser» markalı qara rəngli avtomobilin arxa oturacağındakı ayaq altına uzadaraq, ayaqlarını onun belinə qoymuş, 21-ci Polis Bölməsində isə Seymur və digər əməkdaşlar onu döymüşlər. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun məhlədə narkotik vastənin satışı ilə, istifadəsi ilə məşğul olması barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılması əməliyyatında o, iştirak etməmişdir. Səhv etmirsə işlədiyi Bakı şəhəri, Nəsimi RPİ-nin 21-ci PB-nə belə bir məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs məxsus avtomobilindən oğurluq olmuşdur. Sonra o, araşdırıb öyrənmişdir ki, Əhlimanın evinə narkomanlar girib-çıxır. Demişdir ki, oğurluğu da onlar etmiş olacaqlar. Təqsirləndirilən şəxs oğurluq barədə rəsmi şikayət etməmişdir. Səhv etmirsə Təqsirləndirilən şəxs telefon vasitəsilə 102 xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs özü ona demişdir ki, avtomobilindən oğurluq olmuş, şifahi şikayət etmişdir. Yazılı şikayət etməmiş, bilmir şikayəti PB-də qeydiyyata düşüb ya yox. Hər dəfə demişdir ki, avtomobilindən nələrsə oğurlanmışdır. O, təqsirləndirilən şəxs 102-yə zəng edəndən sonra araşdırmağa gəlmişdir. 16 iyul 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs görməmişdir. Onun saxlanılması əməliyyatında onların əməliyyatçıları Orxanla Emil olmuşlar. O, həmin gün Əhlimanı PB-də görmüşdür. Əhliman yenədə narkotik vasitələrin istifadə etməsi səbəbindən özündə deyilmiş, halsız vəziyyətdə imiş. O, təqsirləndirilən şəxsi yerə uzanmış vəziyyətdə görmüşdür. Əhlimana şəxsən o su da vermişdir. Yanında çəliyi yox imiş. O, heç vaxt Əhlimana deməmişdir ki, oğurluq ərizəsini geriyə götürsün və desin ki, avtomobildən oğurlanan əşyalar guya tapılmışdır. Bunu təqsirləndirilən şəxs uydurur. O, Təqsirləndirilən şəxs hədələməmiş, digər polis əməkdaşlarına deməmişdir ki, guya «ona o, qədər narkotik vasitə qoyun ki, o, CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunsun». Bu hamısı iftira və cəfəngiyyatdır. O, Təqsirləndirilən şəxs döyməmiş, polisdə heç kimi döymürlər. Təqsirləndirilən şəxsin narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olması barədə onun məlumatı olmuşdur. Onun əmisi oğlu var Kənan, sonra Orxan var, onlar da narkotik vasitənin satışı ilə məşğuldurlar. Təqsirləndirilən şəxsə heç bir fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxslə heç bir ədavəti olmamışdır. Onun avtomobili “Mersedes”-dir. O, təqsirləndirilən şəxsi PB-də axşam tərəfi görmüşdür. Onlarda «Landkruiser» avtomobili olmamışdır. 024 avtomobil idarənin avtomobilidir, kimə məxsusdur bilmir. Qara «CİP» markalı avtomaşını kimə məxsus olduğunu bilmir. O, sürüyə-sürüyə Əhlimanı avtomobilin arxa hissəsinə otuzdurmamış və ayağını onun üstünə qoymamışdır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Əhliman Məmədovu tanımır, onu birinci dəfədir görür. 16 iyul 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmişdir. Onun saxlanılması əməliyyatında onların əməliyyatçıları Orxanla Emil olmuşlar. O, həmin gün Əhlimanı PB-də görmüşdür. 16 iyul 2021-ci il tarixdə harada olmağını xatırlamır. Onun özünə məxsus qara rəngi «PRADO» avtomobili var, nömrəsi SS-409-dur. O, həmin vaxt ***-***-**-** nömrəli telefon işlətmişdir. Tədbirlərə gedəndə elə olmuşdur ki, onun maşınıyla da getmişlər. Nəsimi RPİ-nin 21-ci PB-də əməliyyat müvəkkili işləmiş Şahid1 tanıyır. Deyə bilməz nə üçün Şahid1 təqsirləndirilən şəxsin saxlanılması tədbirində onun da iştirakının olmasını demişdir. 16 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxsi PB-də görməyini xatırlamır. Məhkəməyədək icraat zamanı (2-ci cild 41-44-cü vərəqə) və məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin ona məxsus olması barədə kamera qarşısında söyləməsi üçün polis əməkdaşları, onunla qabaqcadan ədavətdə olan Seymur Məmmədov və Şahid2 onu döyərək, işgəncələr vermişlər. Cinayət işinin 1-ci cild 143-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olan 26 iyul 2021-ci il tarixli 17/38 saylı məktubdan görünür ki, 19 iyul 2021-ci il tarixdə təxminən saat 15.30 radələrində Bakı şəhəri, Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilən zamanı «sağ bilək nahiyəsində, hər iki dirsək nahiyyəsində, sağ saidin arxa tərəfində və sağ baldırın ön tərəfində qərtməkli yara xəsarətləri» aşkar olunmuşdur. İş üzrə əlavə şahid qismində dindirilmiş X3 və X23 bildirmişlər ki, 16 iyul 2021-ci il tarixdə evdə olarkən Təqsirləndirilən şəxs qışqırıq səsinə bayıra çıxaraq, bir ayağı olmayan Əhlimanın əlləri arxadan qandanlanmış vəziyyətdə üzüüstə asfaltda uzandığını və mülki geyimdə olan polis əməkdaşları tərəfindən sərt rəftar edərək, sürüyə-sürüyə qara rəngli avtomoblin arxa oturacağına atılmasını müşayiət etmişlər. Təqsirləndirilən şəxs məxsus «Tofaş» markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomaşının yan güzgüləri, maqintafon kolonkaları və digər əşyaların təqribən 2021-ci ilin may-iyun aylarında oğurlanma faktı üzrə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma və ya təhqiqat materialının olub-olmaması barədə məlumatın, araşdırma olduğu halda həmin materialın nömrəsi, nəticəsi və materiala əlavə edilmiş bütün sənədlərin təsdiq edilmiş surətlərini, həmçinin hadisə ilə bağlı araşdırmanın PB-nin hansı təhqiqatçısı tərəfindən aparılması barədə məlumatın məhkəməyə göndərilməsi barədə Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nə 20 may 2022-ci il tarixli, 07 iyun 2022-ci il tarixli 1(101)-1023/2022 nömrəli və 13 iyun 2022-ci il tarixli 1(101)-1023/2022 saylı məktublarla təkrar müraciət edilsə də, Nəsimi RPİ-nin 21-ci PB-dən məhkəmənin sorğusuna cavab verilməmişdir. Lakin, iş üzrə əlavə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili X7 oğurluq hadisəsi barədə məlumatın olub-olmaması soruşulduqda, işlədiyi Bakı şəhəri, Nəsimi RPİ-nin 21-ci PB-nə Təqsirləndirilən şəxs məxsus avtomobilindən oğurluq olması barədə məlumat daxil olduğunu bildirmişdir. Beləliklə, məhkəmənin dəfələrlə bu barədə sorğu ilə müraciət etməsinə baxmayaraq, hər hansı məlumatın verilməməsi, həmin bölmənin əməliyyatçısı Seymur Məmmədovun oğurluq barədə məlumat olması faktını təsdiqləməsi, Təqsirləndirilən şəxs bu barədə verdiyi ifadələrinin düzgünlüyünü bir daha təsdiq edir. Cinayət işinin 2-ci cild 80-84-cü vərəqələrinə əlavə edilmiş və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi rayon prokurorluğunun müstəntiqi X4 qərarından görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən yetirilməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğundan 13 iyun 2022-ci il tarixli, 108-c-22 saylı məktubuyla məhkəməyə daxil olmuş 07 aprel 2022-ci il tarixli qərarla 108-c-22 nömrəli material üzrə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin Nəsimi RPİ-nin 21-ci PBnin əməkdaşları tərəfindən yetirilməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi zamanı aparılmış araşdırılma zamanı tərtib edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmişdir. Həmin materiallara əlavə edilmiş iş üzrə Şahid1 izahatından görünür ki, 16 iyul 2021-ci il tarixdə Əhliman adlı şəxsin barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra, 21-ci PB-nin digər əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs onlar saxlayıb 21-ci bölməyə gətirmişlər. Lakin, məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 ifadəsində 16 iyul 2021-ci il tarixdə Əhliman adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə yaradılan əməliyyat qrupunda onun, əməliyyat müvəkkili Seymur Məmmədov və ya Nəsimi RPİ-nin əməkdaşı Rasim Alıyevin iştirak etdiklərini göstərmişdir. Göründüyü kimi, Şahid1 məhkəmə iclasında və istintaq araşdırılması zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər yaranması, onun ifadələrinin doğruluğuna şübhə yaradır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X12 publik hüquqi şəxsinin 26 mart 2022-ci il tarixli, 259 nömrli sağlamlığa zərər vurmanın təyini barədə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş və xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar Hissəsində baxış keçirilərkən qeyd olunan xəsarətlər – alın nahiyəsinin səthi əzilmiş yarası, sağ mil bilək oynağı, hər iki dirsək oynağı nahiyələrinin səthi əzilmiş-cırılmış yaraları, sağ saidin, sağ baldırın əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, məhkəmə-tibbi müayinədən 6 aydan 1-1,5 ilə qədər əvvəl əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ saidin və sağ baldırın əzilmiş-cırılmış yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkən şəxsin göstərdiyi şəraitdə, yəni, insan bədəninin hissələri ilə endirilmiş zərbələrin (yumruq, təpik və.s) təsirindən əmələ gələ bilərdilər. Avropa Məhkəməsi «Layicov Azərbaycana» qarşı işdə (10 aprel 2014-cü il) Yüksək Məhkəməsi qeyd etmişdr ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özüözlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırması üçün bütün zəruri sübutlar tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə işgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini araşdırmalıdır. Həmçinin, Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvesiyasının müddəalarına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin hüquqlarının pozulması ilə əldə olunmuş və digər sübutlarla təsdiq olunmayan etirafedici ifadəsi ona qarşı irəli sürülmüş ittihamın təsdiqi üçün sübut növü kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsində göstərilir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar qeyri-insanı, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmış məlumatlar sübut kimi qəbul edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsi istintaq və ya digər prossesual hərəkətlərin icraatın qaydalarının kobud pozuntularla müşayiət olunması ilə əldə edilən məlumatların sübut kimi qəbul edilməsini istisna edir. «Ğerbera Messeqe və Habordo İspaniyaya qarşı» işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Qeyd olunanlara əsasən, cinayət işinin 1-ci cild 68-71, 93-95-ci vərəqələrində olan Təqsirləndirilən şəxs dindirmə protokolları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə aparıldığından məhkəmə belə hesab edir ki, həmin ifadələr mötəbər sayıla və ittiham sübutu kimi qiymətləndirilə bilməz. Cinayət işinin 1-ci cild 66-cı vərəqəsində olan narkotik vasitələrin məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ayrı-ayrılıqda dörd ədəd büküm və üç ədəd ayrı-ayrılıqda bükümlər, yəni, ümumi olaraq 7 ədəd büküm xx.xx.2021-ci il tarixdə saat 09.20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuş, lakin cinayət işinin 63-cü vərəqəsinə əlavə edilmiş 6/2834 saylı ekspert rəyindən görünür ki, ekspertizanın aparılmasına əsas olan qərarla 13 iyul 2021-ci il tarixdə, ümumlikdə 11 ədəd büküm Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə istintaq orqanı sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, elan edilmiş ittiham ziddiyyətli sübutlara əsaslanmış və bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində qanuna müvafiq tədbirlər görməmişdir. İstintaqçı həmin ekspert rəyini ittihamı təsdiq edən sübut növü kimi qəbul etsə də, sübut edilməli halları tam araşdırmadan, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət etmədən bir-birini inkar edən sənədlərə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. Ümumiyyətlə istintaq ərəfəsində sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yanlış qənaət əsasında aparılıb, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmayıb. İstintaqçı təqsirləndirilən şəxsə ehtimal əsasında ittiham verdiyi üçün ittiham aktında bir-birini təkzib edən arqumentlərdən və təhrif olunmuş ifadələrdən istifadə etmişdir. İttiham aktının tərtibi zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə istinad edilərkən, müstəntiq həmin prosessual sənədə qeyri-ciddi yanaşmış, müxtəlif diqqətsizliyə yol verərək, müəyyən hadisələr və iştirakçılar barədə təhrif olunmuş tərzdə qeydlər aparmışdır. Belə ki, məhkəməyədək icraat zamanı ibtidai istintaq araşdırmasını aparan müstəntiq ittiham aktını tərtib edərək cinayət işinin 2-ci cild 105-ci vərəqəsində olan Təqsirləndirilən şəxs istintaqa verdiyi (c.2 i.v. 41-44) olan sonuncu ifadəsini təhrif edərək, özünü verilmiş ittihamda təqsirli bilmədiyi halda, güya elan olunmuş ittihamda qismən təqsirli bilməsini, Məmmədovun etirafedici ilkin dindirmə protokolunun köçürülməsi ilə kifayətlənmişdir. Bu isə Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinə ziddir. Azərbaycan Respublikası CPM-nin 289.3.3-cü maddəsində qeyd edilmişdir ki, müstəntiq ittiham aktında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlara istinad etməlidir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X31rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə yuxarıda sadalanan sübutları tədqiq edərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamlar üzrə təqsiri sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət Məcəlləsinin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 350.2-cimaddəsinə əsasən, bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəyinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində aşağıdakılar göstərilmişdir: Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə". Göründüyü kimi Azərbaycan Respublikası CPM-nin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi üçün onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığı üçün ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "ev dustağlığı» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.1-ci və 353.3.4-cü maddələrinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 4,379 qram psixotrop maddə metamfetamin və 24,256 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 109 manat 90 qəpik pulun (yüz doqquz manat doxsan qəpik) ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə 09 ay 21 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 avqust 2021-ci il tarixində əlavə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış Cinayət işi materiallarına əlavə edilmiş Akademik.M.A.Topçubaşov adına X13 verilmiş 28 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ildən klinikanın Damar cərrahlığı şöbəsində həm stasionar, həm də ambulator müalicədə olmuşdur. Diaqnozu: Obliterasiyaedici trombangit. Sağ səthi bud, dizaltı baldır arteriyalarının stenookluziyası. İİİ dərəcə xroniki işemiya. Sağ aşağı ətrafın posttrombotik sindromu. İİİ dərəcə xronik venoz çatışmazlıq. Sol budun amputasion güdülü. Xəstəliyin gedişatı xroniki proqressivləşəndir. Daimi (ömür boyu) müalicə tələb edir. Hal-hazırda xəstə ambulator müalicə alır. xx.xx.2016-cı il tarixdə endotraxeal anesteziyanın tətbiqi ilə Sol budun yuxarı 1/3dən amputasiyası cərrahi əməliyyatı icra edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin arayışından görünür ki, Təqsirləndirilən şəxs İ dərəcəli əlildir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 55, 346, 347,349-350, 352-353, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "ev dustağlığı" qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 4,379 qram psixotrop maddə metamfetamin və 24,256 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 109 manat 90 qəpik pulun (yüz doqquz manat doxsan qəpik) ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Azad Məcidov Hakimlər Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar