Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1023/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, əvvəllər "xxxx" MMC-yə aid zavodda mühafizəçi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci iİ tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan heroini və qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama, daşıma və göndərmə barədə İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin külli miqdarda narkotik vasitələri və psixotrop maddəni sonuncunun qeyd etdiyi ünvandan götürüb özündə saxlamaqla və sonradan daşıyıb digər şəxslərə çatdırılması üçün müxtəlif ünvanlara yerləşdirmək barədə verdiyi təlimatına əsasən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 977,339 qram təmiz çəkidə narkotik vasitə heroini, kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 1032,634 qram təmiz çəkidə psixotrop maddə metamfetamini, çətənə bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 5650 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı cinayətin digər iştirakçısı tərəfindən Abşeron rayonu Xırdalan şəhəri ərazisində qoyulduğu yerdən əldə etmək üçün 20 sentyabr 2022-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan Şahid5 idarə etdiyi Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə öz məqsədini və niyyətini sürücü Şahid5 gizli saxlamaqla Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 247 ünvanın yaxınlığına getmiş, qeyd edilən ərazidə sərnişini olduğu həmin avtomobili müvəqqəti tərk edib İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin təlimatı üzrə cinayətin digər naməlum iştirakçısı tərəfindən yerləşdirilmiş, içərisində yuxarıda qeyd edilən narkotik vasitələr və psixotrop maddə olan 01 ədəd ağ rəngli torbanı satış məqsədi ilə qanunsuz əldə edərək torbadakı həmin maddələrdən narkotik vasitə heroinin 26,739 qram çəkidə hissəsini, psixotrop maddə metamfetaminin 12,634 qram çəkidə olan hissəsini götürüb öz üzərində saxlamış, sonra isə qalan narkotik vasitələrin və psixotrop maddənin olduğu həmin 01 ədəd ağ rəngli torbanı İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin verəcəyi növbəti təlimat üzrə digər əraziyə aparmaq və yerləşdirmək niyyəti ilə özü ilə daşıyıb Şahid5 idarə etdiyi Mercedes-Benz C200 markalı 90- HR-874 dövlət qeydiyyat nişanlı taksi avtomobilinin arxa yük yerinə gətirib yerləşdirmiş, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 21:30-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 247 ünvanın yaxınlığında sərnişini olduğu həmin Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin salonunda saxlanılaraq sürücü Şahid5la və onun idarə etdiyi Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə birlikdə ünvan 5 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada 20 sentyabr 2022-ci il tarixdə saat 23:00-dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə heroinin 26,739 qram çəkidə hissəsi 01 ədəd bükümdə və psixotrop maddə metamfetaminin 12,634 qram çəkidə olan hissəsi 01 ədəd bükümdə olmaqla Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətinə yerləşdirilmiş həmin Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə Təqsirləndirilən şəxs, sürücü Şahid5 razılıqları və iştirakları ilə həmin gün saat 23:45-dən etibarən keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin və psixotrop maddənin qalan hissələri olan 950,6 qram təmiz çəkidə narkotik vasitə heroin 01 ədəd sellofan bağlamada, 1020,0 qram təmiz çəkidə psixotrop maddə metamfetamin 01 ədəd sellofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 2100 qram və 2500 qram olan narkotik vasitə qurudulmuş marixuana isə 03 ədəd sellofan bağlamalarda olmaqla Təqsirləndirilən şəxs Mercedes-Benz C200 markalı **-HR- *** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin arxa yük yerindən çıxarıb təqdim etdiyi həmin 01 ədəd ağ rəngli torbanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, vərəq 232-252). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. 20 sentyabr 2022-ci il tarixdə İran vətəndaşı kimi tanıdığı Hüseyn adlı şəxsdən külli miqdarda deyil, yalnız öz şəxsi istifadəsi üçün narkotik vasitə götürmək məqsədilə razılaşdırılmış ünvana getmiş, narkotik vasitəni götürərkən isə 6-7 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Hüseyn Gürcüstanda yaşayır və azərbaycan ləhcəsi ilə danışır. Ya hadisədən 1 gün əvvəl, ya da hadisə günü onunla ödənişin kart vasitəsilə köçürülməsi yolu ilə 3-5 qram narkotik vasitə götürülməsi barəsində razılaşmışdır. Qiymət barəsində isə aralarında razılıq olmamışdır. Lakin razılaşdırılmış ünvanda onun götürməli olduğu deyil, daha artıq narkotik vasitə olduğunu görsə də həmin narkotik vasitəni götürməzdən əvvəl polis əməkdaşları tərəfindən tutulmuşdur. Polis əməkdaşları onu elə sürücüsünün Salman olduğu və hadisə yerinə gəldiyi maşına otuzdurularkən həmin maşında həm Salmanın, həm də Nuranə adlı şəxsin olduğunu görmüşlər. Polis əməkdaşları onun üzərinə baxışı hadisə yerində keçirmişdir.Polis bölməsində olarkən narkotik vasitənin ona aid olmadığını desə də polis əməkdaşları tərəfindən həm fiziki, həm də psixi təzyiqə məruz qalmışdır. Belə ki, onu həm təpikləmişlər, həm də etiraf etməyəcəyi təqdirdə Salmana da onunla qabaqcadan əlbir olmuş bir qrup şəxs kimi ittiham irəli sürüləcəyini bildirmişlər. Məhkəmə nəzarəti qaydasında barəsində qətimkan tədbiri seçilən zaman polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını deməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, törətdiyi cinayət əməlinə görə hazırda səmimi peşımançılıq hissi keçirir. Özü ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşayır. X2 rəsmi olaraq heç yerdə işləmir, fərdi evlərdə təmir-inşaat işləri ilə məşğul olur. Anası da heç yerdə işləmir, evdar qadındır. Ailədə özündən iki yaş böyük Orxan adlı bir qardaşı var, qardaşı Orxan Sumqayıtda adını dəqiq bilmədiyi metaləritmə zavodunda fəhlə işləyir. Özü subaydır, orta təhsillidir, əvvəllər heç vaxt məhkum olunmamışdır. 2014-cü ildə Sumqayıt şəhərində 26 nömrəli tam orta məktəbi azərbaycan dilində oxuyub bitirmiş, ali təhsili yoxdur. 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hazırda təxminən 5 aydır ki, Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən «AZ MDF» zavodunda mühafizəçi işləyir. Özü təxminən 2 ay olardı ki, mobil telefonda internet üzərindən «İnstaqram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan, özünü Hüseyn adı ilə təqdim etmiş şəxslə tanış olmuşdur. Hüseyn adlı həmin İranlı şəxslə bir neçə dəfə mobil telefonda Vatsap proqramı ilə də danışmış, lakin onu üzdən tanımır, görməmişdir, heç videogörüntü ilə də danışmamışdır. İranın hansı şəhərində yaşadığını da dəqiq bilmir. Özü ara-sıra narkotik vasitə kakos, yəni heroin qəbul edən olduğu üçün bir neçə dəfə İranlı Hüseyndən özü istifadə etmək məqsədi ilə narkotik vasitə heroin istəmiş, xahiş etmişdir ki, özü üçün tanıdığı şəxslər vasitəsi iiə hansısa bir yerə, yəni hansısa ünvana heroin qoydursun, pulunu da hansısa bank kartına deyərsə köçürər. Hüseyn də bu mövzuda özünə bir neçə dəfə söz vermiş, lakin bir-iki dəfə heroin göndərmək istəsə də alınmamışdır. 20 sentyabr 2022-ci il tarixdə axşamüstü saatlarında X19 proqramı ilə zəng edib bildirmişdir ki, özünün göndərdiyi bir qədər narkotik maddəiər var, onları bir torbada Xırdalan şəhəri ərazisində kiminsə vasitəsi ilə bir yerə qoydurmuşdur, onun üçün də həmin yerə qəbul etməyi üçün bir qədər kakos və patı, yəni heroin və metamfetamin qoydurmuşdur. Hüseyn ona bildirmişdir ki, həmin əraziyə gedib qeyd edilən malı oradan götürsün, sonra isə hara aparıb qoymaq lazım olduğunu ona deyəcəkdir. Özü də qəbul etməyə narkotik əldə etmək naminə Hüseynin bu təklifi ilə razılaşmışdır. Hüseyn qeyd edilən narkotik və psixotrop maddələri torbada qoydurduğu yerin fotoşəklini də ona Vatsap proqramı ilə mobil telefonuna göndərmişdir. Özü həmin torbanı gedib oradan götürmək qərarına gəlmişdir. Xırdalan şəhərinə getmək üçün Sumqayıt şəhərində öz yaşadığı məhəllədə yaşayan, taksi fəaliyyəti ilə məşğul olan tanıdığı Şahid5 ilə mobil telefonla əlaqə saxlayıb ona bildirmişdir ki, özünü Sumqayıtdan Bakı şəhərinə aparsın və yalandan 20 yanvar dairəsi ərazisinə getməli olduğunu demişdir. X13 şəhərinə getməli olduğu, oradan hansısa narkotik və ya psixotrop maddələr götürməli olduğu barədə heç nə bildirməmişdir. Saat təxminən 20 radələrində telefon danışığı zamanı Salman ona bildirmişdir ki, özü hansısa xanım sərnişini Bakı şəhərinə 20 yanvar dairəsinə aparmağa hazırlaşır, elə onu da apara bilər. Yəni etiraz etməmişdir. Öz xahişinə əsasən Salman idarə etdiyi Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərində yerləşən «Doktor Az» klinikasının qabağına gəlmiş, özü Salmanın taksi avtomobilinə qabaq sağ oturacaqda əyləşmişdir. Həmin vaxt Salmanın avtomobilində arxa oturacaqda tanımadığı bir qadın sərnişin də özünün iki azyaşlı uşaqları ilə əyləşmiş, Salmanın deməsinə görə həmin qadın da Bakı şəhərinə 20 yanvar dairəsi ərazisinə gedirmiş. Bundan sonra Salman öz taksi avtomobilini Sumqayıtdan Bakı şəhəri istiqamətində idarə etməyə başlamışdır. Özü hələ Salmana Xırdalan şəhərinə yolüstü getmək niyyətini bildirməmişdir. Salman avtomobili Ceyranbatan yolu ilə Bakı şəhəri istiqamətində sürməyə davam etmiş, irəlidə Xırdalan tuneli adlanan yerə çatmağa bir az qalmış özü Salmandan xahiş etmişdir ki, tunelə daxil olmasın, üst yolla Xırdalan şəhərinin içinə sürsün və yalandan bildirmişdir ki, təxminən 5-6 dəqiqə ərzində Xırdalan şəhərinin içində guya kimdənsə bir yük, yəni çanta götürməlidir və onu aparıb Bakı şəhərində 20 yanvar dairəsində hansısa tanıdığı bir nəfərə çatdırmalıdır. Özünün bu xahişinə Salman artıq etiraz edə bilməmiş, avtomobili yolüstü Xırdalan şəhərinin içərisinə doğru sürmüşdür. Özü Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində, İcra Hakimiyyətinin binasına bir qədər yaxın məsafədə Salmana avtomobili saxladaraq bildirmişdir ki, çantanı tez götürüb təxminən 5 dəqiqəyə qayıdır, onu həmin yerdə gözləsin. Özü Salmanın avtomobilindən düşərək oradan uzaqlaşıb yaxınlıqdakı məhəllənin arası ilə getmiş, İranlı Hüseynin ona əvvəldən mobil telefonuna atdığı «konum» üzrə, yəni narkotik torbasını qoydurduğu yerin koordinatı, həmin yerin fotoşəkli üzrə hərəkət edib həmin ərazidəki iki mərtəbəli, köhnə tikili bir binanın qabağına yaxınlaşmışdır. Həmin köhnə tikili qapı-pəncərəsi olmayan, içəri otağı zibillə dolu olan bir yer olmuşdur. Hüseynin qoydurduğu, deməsinə görə içərisində heroin, metamfetamin və marixuana bağlamaları olan həmin ağ rəngli sintetik torbanı orada tapmış, ağzını aralayıb baxanda həmin bağlamaların torbada olduğunu görmüş, Hüseyn onun üçün torbanın içində bir büküm heroin və bir büküm də metamfetamin qoydurmuşdur. Özü həmin bükümləri götürüb şalvarının cibinə qoymuş, sonra isə vaxt itirmədən içində bağlamalar olan həmin torbanı oradan əlinə götürüb geri, taksi sürücüsü Salmanın gözlədiyi yerə doğru qayıtmışdır. Salmanın taksi avtomobilinə yaxınlaşıb arxa baqaj tərəfdən onu səsləmişdir ki, avtomobilin arxa baqaj yerini açsın. Salman sükan arxasında olmuş, heç salondan düşməmişdir. Özünün sözünə görə Salman salonun içindən pultla arxa baqaj yerini açmış, özü əlindəki torbanı cəld avtomobilin arxa yük yerinə qoymuş və gələrək qabaq sağ oturacaqda oturmuş, Salmana «gedə bilərik» deyə bildirmişdir. Qayıdıb avtomobilə oturanda arxada əyləşmiş sərnişin qadının salondan düşmüş olduğuna heç fikir verməmişdir. Salman da «qadın da gəlsin gedək, uşaqları ağladığı üçün su almağa düşüb» deyə bildirmişdir. Saat təxminən 21:30 radələri olardı ki, elə həmin ərəfədə bir neçə nəfər mülki geyimli şəxslər onların olduğu avtomobilə yaxınlaşmış, özünün, sürücü Salmanın salondan düşməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirəndə özü artıq yaxalandığını başa düşmüş, həyəcandan heç tərpənməmiş, bilmişdir ki polis əməkdaşları özünün bu işindən xəbərdardır. Polis əməkdaşları ondan anket məlumatlarını soruşmuş, özünü təqdim etmişdir. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu, sərnişini olduğu avtomobilin arxa yük yerinə narkotik maddələr qoymasından məlumatlı olduqlarını, onunla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsini bildirmişlər, özlərində olan bu barədə qərarla da onu tanış etmişlər. Özü də artıq bir söz deməmiş, əməlini etiraf etmişdir. Sonra polis əməkdaşları özünü, sürücü Salmanı da, elə onun həmin taksi avtomobilini də Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər, səhv etmirsə digər sərnişin olan həmin qadın isə öz iki azyaşlı uşaqları ilə həmin yerdə qalmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinə gələndən sonra polis əməkdaşları özünü şübhəli şəxs qismində tutmuş, hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edib ona təqdim etmişlər, özü etiraz etməmişdir. Sonra isə vəkilin də iştirakı ilə videoçəkiliş aparılmaqla özünün üzərində şəxsi axtarış aparılmağa başlanmış, polis əməkdaşının təklifinə əsasən özü əynindəki şalvarının sağ yan cibində saxladığı 01 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları özləri də onun üzərinə baxmış, şalvarının cibində olan hər biri «Samsung Galaxy A10» markalı 02 ədəd mobil telefonları, 15 manat pulu və öz şəxsiyyət vəsiqəsi də aşkar edilmiş, üzərindən başqa qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları həmin 02 ədəd bükümləri açıb baxmışlar, heroini və metamfetamini aşkar etmişlər, özü də bükümlərdə həmin maddələr olduğunu etiraf etmişdir. Polis əməkdaşları həmin bükümləri içərisindəki maddələrlə birgə elektron tərəzi üzərinə qoyub çəkmişlər, sonra isə götürüb zərfə qoyub möhürləmişlər. Həmçinin özünün «Samsung Galaxy A10» markalı 02 ədəd mobil telefonlarını, şəxsiyyət vəsiqəsini də götürmüşlər, 15 manat pulunu isə qaytarmışlar. Sorğu sual aparılarkən özü həmin bükümlərdəki heroinin və metamfetaminin özünə məxsus olduğunu, onları İran vətəndaşı Hüseynin sözü ilə Xırdalan şəhərində onun qoydurduğu yerdən əldə etdiyini, bunun müqabilində Hüseyn tərəfindən həmin yerə qoydurulmuş, içində digər narkotik və psixotrop maddə bağlamaları olan torbanı da həmin yerdən götürdüyünü və taksi sürücüsü olan Salmanın Mercedes-Benz C200 markalı 90- HR- 874 dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə qoyduğunu səmimi etiraf etmiş və avtomobilin baqajında olan həmin torbanı təqdim etməyə hazır olduğunu bildirmişdir. Polis əməkdaşları onun üzərindən aşkar edilənlərlə bağlı protokol da yazıb ucadan oxumuş, doğruluğunu özü də imzası ilə təsdiq etmişdir. Sonra polis əməkdaşları özünün, vəkilinin, həmçinin taksi sürücüsü Salmanın iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasının həyətində yerləşdirilmiş həmin Mercedes-Benz C200 markalı **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə videoçəkilişlə baxış keçirmişlər, polis əməkdaşlarının təklifinə əsasən özü həmin avtomobilin arxa yük yerinə hələ Xırdalan şəhəri ərazisində qoyduğu həmin bir ədəd sintetik torbanı baqajdan götürüb yerə qoyaraq baxışa təqdim etmişdir. Polis əməkdaşları hamının gözü qarşısında həmin torbaya baxış keçirmiş, torbanın içərisində cəmi 05 ədəd bağlamalar olmuşdur. Polis əməkdaşları həmin bağlamaları açıb baxmış, 01 ədəd bağlamada olan heroini, 01 ədəd bağlamada olan metamfetamini və 03 ədəd bağlamada olan qurudulmuş marixuananı aşkar etmişlər. Polis əməkdaşları həmin bağlamaları içərisindəki maddələrlə birgə elektron tərəziyə qoyub çəkilərini də müəyyənləşdirmişlər. Sorğu sual zamanı özü törətdiyi əməli etiraf edib həmin narkotik və psixotrop maddələri İran vətəndaşı olan Hüseyn adlı şəxsin tapşırığı ilə həmin gün Xırdalan şəhərində qoyulmuş yerdən götürdüyünü və Hüseynin sözü ilə həmin maddələri ona deyəcəyi hansısa ünvana aparıb qoymalı olduğunu, həmçinin taksi sürücüsü Salmanın heç bir təqsiri olmadığını, yəni onun avtomobilinə arxa yük yerinə qoyduğu torbada nə olmasından Salmanın məlumatsız olduğunu, torbada narkotik və psixotrop maddələr olması barədə Salmana heç nə bildirmədiyini, sadəcə taksi sürücüsü kimi onu sifariş etdiyini bildirmişdir. Baxış zamanı avtomobildən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Polis əməkdaşları torbadan aşkar edilmiş həmin narkotik və psixotrop maddələr olan bağlamaları götürüb qablaşdırmış, sonra videoçəkiliş dayandırılmış və polis əməkdaşları tərəfindən baxış prosesinə dair protokol yazılıb ucadan oxunmuş, özü və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, tanıdığı Şahid5 idarə etdiyi Mercedes- Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoyduğu torbada narkotik və psixotrop maddələr olması barədə özü Salmana heç nə bildirməmiş, əgər bildirsəydi heç Salman buna icazə verməzdi. Salmana yalandan bildirmişdir ki, bir nəfər tanışından Xırdalan şəhərində bir çanta götürməlidir, onun xahişi ilə həmin çantanı yolüstü Bakı şəhəri 20 yanvar dairəsində digər bir tanışına çatdırmalıdır. Hətta bu barədə Salmana lap əvvəldən yox, artıq yolda hərəkətdə olduqları zaman Xırdalan şəhərinə yaxınlaşdıqda demiş, əvvəldən isə sadəcə özünün Bakı şəhərinə 20 yanvar dairəsinə getməli olduğunu demişdir. Avtomobilin baqajına gətirib qoyduğu torbada narkotik və psixotrop maddələr olduğu barədə Salmana ümumiyyətlə heç nə bildirməmişdir. Salman həmin torbada bu cür maddələr olduğunu polis əməkdaşları tərəfindən aşkar ediləndə bilmişdir. Özünün ekranı bir qədər nasaz olan «Samsung Galaxy A10» markalı mobil telefonunda istifadə etdiyi mobil nömrə ***-***-**-** nömrəsidir, digər «Samsung Galaxy A10» markalı mobil telefonunda istifadə etdiyi nömrə isə ***-***-**-** nömrəsidir. Hüseyn adı ilə tanıdığı X7 vətəndaşı olan şəxsin qeyd edilən narkotik və psixotrop maddələri haradan, kimlərin vasitəsi İlə, hansı yolla, necə göndərdiyi barədə özünün ətraflı heç bir məlumatı yoxdur, Hüseyn sadəcə demişdir ki, İrandan göndərdiyi həmin maddələr olan torbanı Xırdalan şəhəri ərazisində bir yerə qoydurub, həmin yerin fotoşəklini və kordinatını da Vatsapla onun mobil telefonuna göndərmişdir. Lakin kimin vasitəsi ilə həmin yerə qoydurduğunu özü bilmir, çünki Hüseyn deməmişdir. Qeyd edilən narkotik və psixotrop maddələri həmin yerdən götürüb saxlamağı və ya sonradan onun deyəcəyi yerə aparıb qoymağı müqabilində Hüseyn adlı şəxs ona qazanc olaraq qəbul etmək üçün narkotik maddə heroin verəcəyini bildirmişdir. Bundan başqa Hüseyn ona heç bir pul vəd etməmiş, yəni aralarında bunun müqabilində pul mövzusu ilə bağlı danışıq olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılarkən və ya orada olarkən özünə qarşı heç bir təzyiq, zorakılıq edilməmiş, belə hallar olmamışdır. Hüseyn adlı həmin şəxsi özü heç üzdən görməmiş, sadəcə telefon danışığı olmuş, həmin şəxs özünü Hüseyn adı ilə təqdim etmişdir. Ona görə də əlamətləri barədə heç nə deyə bilmir. Heç anket məlumatlarını da bilmir. Hüseyn adlı şəxsin mobil nömrəsi isə +995 *** ** ** 90 nömrəsidir, özü həmin mobil nömrəni öz «Samsung Galaxy A10» markalı mobil telefonunda «Qaqa» adı ilə yaddaşda yazıb qeyd etmişdir. Qeyd edilən narkotik və psixotrop maddələri Xırdalan şəhərində əldə edərkən və özü ilə daşıyarkən tək olmuş, yanında heç kim olmamış, heç kim özünə kömək etməmişdir. Narkotik və psixotrop maddələri Xırdalan şəhəri ərazisində əldə etdikdən sonra onları hara, hansı ünvana aparıb qoyacağı, yaxud kimə verəcəyi barədə İranlı Hüseyn ona konkret bir söz deməmiş, sadəcə bildirmişdir ki, həmin maddələr olan torbanı götürsün və sonra özünün bildiyi hansısa şəxsin təhvil götürməsi üçün hara aparıb qoymalı olduğunu, yəni özünün bildiyi hansısa ünvanı ona sonra deyəcəkdir. Lakin hansısa şəxs barədə bildirməmişdir. Çox güman ki, Bakı şəhərinə gedəndə yolboyu ona ünvan, yer barədə məlumat verəcəkdi, lakin polis əməkdaşları tərəfindən özü yaxalanmışdır. Özü hərdən narkotikin heroin növündən çəkib qəbul edir. Heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən də əziyyət çəkmir. Təqirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti onunla izah etmişdir ki, polis əməkdaşları tərəfindən göstərilən fiziki və psixi təzyiq nəticəsində etirafedici ifadələr vermişdir. Lakin döyülməsi barədə heç bir dövlət orqanına müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Şahid1 Xırdalan şəhərində külli miqdarda narkotik vasitənin dövriyyəsi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirində o və Şahid2 adlı digər polis əməkdaşı da iştirak etmişdir. Təqsirləndirilən şəxs Xırdalan şəhəri ərazisində saxlanıldıqdan sonra taksi sürücüsü ilə birlikdə “Mercedes” markalı maşınla İdarəyə gətirilmişdir. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar edilmiş, taksi kimi xidmətindən istifadə etdiyi “Mercedes” markalı avtomobildə də narkotik vasitənin olduğunu bildirmişdir. Həmin avtomobilin yük yerindən təxminən 6-7 kq “metamfetamin”, “heroin” və “marixuana” kimi müxtəlif növdə narkotik vasitələr və psixotrop maddələr aşkar olunmuşdur. Baxış zamanı təhqiqatçı, vəkil və Sehran, Mir Yusif və o iştirak etmişdirlər. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı şəxsdən aldığını bildirmişdir. Əməliyyat məlumatında təqsirləndirilən şəxsin “zakladka” yolu ilə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olunduğu qeyd olunmuşdur. Onlar avtomobildə narkotik vasitənin olduğundan xəbərsiz olmuşdurlar. Şirxan narkotik vasitənin Salmana heç bir aidyyəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsə hər hansı təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında üç nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri özü olmuş, 20 sentyabr 2022-ci il tarixində təqsirləndirilən şəxs və yanındakı taksi sürücü Salman maşına minərkən tərəflərindən saxlanılmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Polis İdarəsində xidməti otaqda Şirxanın üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilmişdir. Şəxsi axtarış zamanı o, avtomobildə də narkotik vasitə olduğunu bildirdiyinə görə avtomobilə keçirilmiş baxış istintaq hərəkəti nəticəsində yük hissəsindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Salmanın maşınını kimin sürdüyünü, özünün ünvana hansı maşınla gəldiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, əməliyyat məlumatı üzrə Xırdalan şəhərinə getmiş, Şirxan adlı şəxs saxlanılmış, sonuncu saxlanılarkən yanında sürücü olmuş, özlərini təqdim etdikdən sonra həm təqsirləndirilən şəxs, həm də sürücü avtomobillə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Xidməti otaqda Şirxanın üzərinə baxış keçirilərkən şalvarının cibindən bir bükümdə “heroin”, bir bükümdə isə “metamfetamin” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilin yük yerində də narkotik vasitənin olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilərkən 1 büküm “metamfetamin”, bir büküm “heroin”, 3 büküm isə “marixuana” aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs İranlı kimi tanıdığı şəxsdən həmin maddələri yeri barədə məlumatı “konum” vasitəsilə əldə etməklə götürdüyünü bildirmişdir. Həmin sürücü avtomibilə baxış zamanı da iştirak etmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində digər şəxs Salmanın üzərindən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs özü narkotik vasitəni maşının yük yerinə qoyduğunu bildirmişdir. Hadisə zamanı ona polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Hadisə yerinə o, öz maşını ilə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Sumqayıtdan 20 Yanvar ərazisinə Nuranə adlı şəxsi apararkən Şirxan ona zəng edərək yolüstü sonuncunu da götürməsini xahiş etmişdir. Nuranəni 20 yanvar ərazisinə çatdırdıqdan sonra yenidən Şirxanla Sumqayıt ərazisinə qayıtmaları barədə sonuncu ilə razılaşmışdır. Xırdalana çatarkən isə Şirxan həmin ərazidən ona həvalə edilmiş hansısa əşyanı götürməli olduğunu bildirərək maşının saxlanılmasını xahiş etmişdir. O, maşını saxlamış, Şirxan düşdükdən təxminən 20 dəqiqə müddətdən sonra iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq Salman adlı şəxsin o olduğunu dəqiqləşdirmişdir. Bundan sonra polis əməkdaşları maşında axtarış etdiklərinə görə avtomobilində olan Nuranə taksi ilə evinə getmişdir. Hadisə yerindən polis əməkdaşları Şirxanı və onu öz maşınları ilə idarəyə aparmış, onun maşınını isə əməliyyatçılar idarə etmişdir. İdarəyə gətirildikdən sonra isə öz maşınının da orada olduğunu görmüşdür. Narkotik vasitəni əməkdaşın haradan götürməsi barəsində məlumatı yoxdur. Onun maşınında narkotik vasitə olmamışdır. Belə ki, idarəyə gətirildiyi maşından düşdükdə üzünü hazırda xatırlamadığı bir nəfər polis əməkdaşının əlində kisə ilə onlarla bərabər içəriyə girdiyini görmüşdür. Polis idarəsində narkotik vasitəni çıxararaq stolun üzərinə qoyduqdan sonra onları kisə ilə birlikdə çölə çıxarmışdırlar. Maşını idarənin işıq daha çox olan hissəsi istiqamətinə gətirdikdən sonra ona maşının yük hissəsini açmasını tələb etmişlər. Maşının yük hissəsini açdıqdan sonra Şirxan narkotik vasitəni gətirib maşının yük hissəsinə yerləşdirmiş, bütün bunlardan sonra videoçəkiliş vasitəsilə baxış istintaq hərəkəti keçirilmişdir. Polis idarəsində ya 3 qram ya da 6 kiloqram narkotik vasitəni öz üzərinə götürməsini ondan da tələb etmişlər. O, isə narkotik vasitənin istifadəçisi olmadığını bildirmişdir. O, idarədə həmçinin yalnız Şirxanı sürücü kimi xahiş etdiyi yerə aparmasını, orada gözləməsini və götürməli olduğu əşya barədə məlumatının olmamasını bildirmişdir. Əslində 20 yanvar ərazisində onlar saxlanılarkən maşına baxış keçirilməsinə, maşından narkotik vasitə aşkarlanmamasına baxmayaraq polis idarəsinin həyətində keçirilmiş baxış zamanı avtomobildə narkotik vasitə aşkar olunmuşdur. İlk dəfə saxlanılarkən əməliyyatçılar maşının salon hissəsini yoxlasalar da yük hissəsinə baxmamışdırlar. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, rəsmi olaraq heç yerdə işləmir, atasına məxsus, etibarnamə ilə idarə etdiyi Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt, Abşeron və Bakı şəhərləri ərazisində taksi fəaliyyəti ilə məşğul olur, bu yolla özünü dolandırır. Təqsirləndirilən şəxs özü təxminən 15 il olar ki tanıyır, Şirxan Sumqayıt şəhərində onun yaşadığı məhəllədə, qonşu binada yaşayır. Şirxanla elə də yaxın şəxsi münasibəti olmasa da, məhəllə uşağı kimi salam-kalamı var. Şirxanın nə işlə məşğul olduğunu elə də dəqiq bilmir, sadəcə əvvəllər bir dəfə sərnişin kimi özünün taksi avtomobilinə də əyləşmişdir. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün bir çox tanış sərnişinlər kimi özünün mobil nömrəsini Şirxan da bilir. 20 sentyabr 2022-ci il tarixdə axşam saat təxminən 20 radələrində öz idarə etdiyi Mercedes-Benz C200 markalı **-HR- *** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində olmuş, həmin ərəfədə qeyd olunan ərazidəki məhəllədə sərnişin kimi tanıdığı Şahid4 onun sifarişi əsasında öz taksi avtomobilinə götürməli və Bakı şəhəri 20 yanvar dairəsi adlanan əraziyə aparmalı olmuşdur. Bir neçə dəqiqə ərzində Nuranə özünün iki azyaşlı uşaqları ilə yaxınlaşıb onun taksi avtomobilinə salonda arxaya əyləşmiş, özü əvvəlcə Nuranəni Sumqayıt şəhər bazarına, sonra isə oradan Bakı istiqamətində aparmalı olmuşdur. Bu ərəfədə tanıdığı Şirxan onun mobil telefonuna Vatsap proqramı ilə mesaj yazaraq harda olduğunu soruşmuş, özü ona olduğu yeri bildirmişdir. Şirxan mesaj yazaraq özünün harasa getməli olduğunu bildirmiş və ondan taksi avtomobili ilə onu götürmək üçün Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisinə «Doktor Az» klinikasının yanına gəlməsini xahiş etmişdir. Özü də Şirxana cavab üçün zəng edib bildirmişdir ki, hazırda tək deyil, avtomobilində sərnişin xanım var, onu Bakıya aparmalıdır. Belə olan halda Şirxan ona artıq lazım olmadığını, lazım olsa xəbər edəcəyini demişdir. Bundan sonra özü sərnişin Nuranəni Sumqayıt şəhər bazarına aparmış, Nuranə azyaşlı uşaqları ilə orada bir paltar mağazasına gedib qayıtmış, özü də onu gözləmişdir. Nuranə uşaqları ilə qayıdıb avtomobilə əyləşəndən sonra Şirxan ona yenə mesaj yazaraq harda olduğunu soruşmuş və «Doktor Az» klinikasının qabağına gəlməsini xahiş etmişdir. İnterneti zəif olduğu üçün özü Şirxana zəng edib bildirmişdir ki, artıq Bakı şəhərinə getməyə hazırlaşır, Şirxan da özünün Bakıya getməli olduğunu bildirib onu öz olduğu həmin yerə çağırmışdır. Özü avtomobilini «Doktor Az» klinikasının qabağına sürmüşdür ki, Şirxanı götürsün. Oraya çatanda Şirxan «Doktor Az» klinikasının qabağında onu gözləməkdə olmuşdur. Həmin yerdə Şirxan onun taksi avtomobilinə qabaq sağ oturacaqda əyləşmiş və bildirmişdir ki, özü də Bakı şəhərinə 20 yanvar dairəsi tərəfə gedir. Digər sərnişin Nuranə də iki azyaşlı uşaqları ilə avtomobildə arxada əyləşmişdir. Özü avtomobili Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində idarə etməyə başlamış, Ceyranbatan yolu ilə hərəkətdə olub Xırdalan tuneli adlanan yerə çatmağa az qalmış Şirxan ondan xahiş etmişdir ki, avtomobillə tunelə daxil olmasın, üst yolla Xırdalan şəhərinin içinə sürsün və bildirmişdir ki, təxminən 5-6 dəqiqəlik özü yolüstü Xırdalan şəhərinin içində kimdənsə bir çanta götürməlidi və onu Bakı şəhərinə 20 yanvar dairəsinə aparmalıdı. Özü artıq Şirxana etiraz etməmiş, avtomobilini yolüstü Xırdalan şəhərinin içərisinə doğru sürmüş, Abşeron rayonu Xırdalan şəhərində H.Əliyev prospektində, İcra Hakimiyyətinin binasına bir qədər yaxın məsafədə özü Şirxanın sifarişi ilə avtomobili yol kənarında saxlamış, Şirxan kimdənsə götürməli olduğu çantanı tez götürüb 5 dəqiqəyə qayıdacağını bildirərək avtomobildən düşüb piyada yaxınlıqdakı yeni tikili binaların həyətinə tərəf getməklə gözdən itmişdir. Özü də, salonda digər sərnişin olan Nuranə xanım da Şirxanın qayıtmasını gözləmişlər. Həmin ərəfədə sərnişin Nuranənin azyaşlı uşaqları maşının salonunda bir qədər istiləndikləri və su istədikləri üçün Nuranə məcbur olub maşından düşüb gözləməli olmuş, uşaqları sakitləşdirməyə çalışmış, sonra isə yaxınlıqdakı ticarət köşkündən su almağa getmişdir. Özü isə Şirxanın qısa müddətə qayıdacağına söz verdiyini düşünüb avtomobili geriyə çevirmə hərəkəti ilə üzü Bakı istiqamətində saxlamış, heç salondan düşməmiş, sükan arxasında oturmuşdur. Təxminən 10 dəqiqə sonra Şirxan onun avtomobilinə tərəf arxadan qayıdıb gəlmiş və arxa baqaj yerinə yaxınlaşmış, özü yan güzgüdən baxanda Şirxanın əlində bir ağ rəngli içi dolu kisə olduğunu görmüşdür. Şirxan onu səsləyib avtomobilin arxa baqaj yerini açmağı xahiş etmiş, özü sükan arxasından heç düşmədən, salondakı düyməni basmaqla avtomobilinin baqajını açmış, Şirxan da əlindəki həmin kisəni maşının arxa yük yerinə qoyaraq baqajı örtüb gələrək əvvəlki qaydada qabaq sağ oturacaqda oturmuş və «sür gedək» deyə bildirmişdir. Özü isə digər sərnişin Nuranənin uşaqlan ilə qayıdıb gəlməsini gözləmiş, saat təxminən 21:30 radələri olardı ki, həmin ərəfədə bir neçə nəfər mülki geyimli şəxslər onun avtomobilinə yaxınlaşıb sərnişin Şirxanın, həmçinin sürücü olaraq özünün salondan düşmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Əvvəlcə özü nə baş verdiyini başa düşməmiş, polis əməkdaşları Şirxandan anket məlumatlarını soruşmuş, Şirxan da özünü təqdim etmiş və polis əməkdaşları Şirxanın qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu, avtomobilin arxa yük yerinə qoyduğu yükün də narkotik maddələr olduğunu bildirmişlər. Həmin ərəfədə digər sərnişin Nuranə də öz iki azyaşlı uşaqları ilə avtomobilinə tərəf yaxınlaşmışdır. Sonra polis əməkdaşları Şirxanı və özünü, eləcə də öz idarə etdiyi həmin avtomobili Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, sərnişin Nuranə isə öz iki azyaşlı uşaqları ilə həmin yerdə qalmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinə gələndən sonra polis əməkdaşları Şirxanı orada şübhəli şəxs qismində tutmuşlar. Özündən bu barədə soruşulduqda isə özü baş verənləri hazırda ifadəsində göstərdiyi kimi polislərə danışıb bildirmiş, həmçinin Şirxanın nə fəaliyyətlə məşğul olmasından və avtomobilinə gətirib arxa yük yerinə qoyduğu yükün nədən ibarət olmasından xəbərsiz və məlumatsız olduğunu, heç həmin yükü dəqiq görmədiyini, sadəcə taksi avtomobilinə Şirxanı sərnişin kimi götürdüyünü bildirmişdir. Sonra polis əməkdaşları özünün razılığı və iştirakı ilə, həmçinin şübhəli şəxs kimi tutulmuş Şirxanın və onun vəkili olan şəxsin iştirakları ilə öz idarə etdiyi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasının həyətində yerləşdirilmiş Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə videoçəkilişlə baxış keçirmişlər, polis əməkdaşlarının təklifinə əsasən Şirxan özü onun avtomobilinin arxa yük yerində olan, hələ Xırdalan şəhəri ərazisində yuxarıda qeyd etdiyi kimi özü tərəfindən qoyulmuş həmin bir ədəd sintetik kisəni baqajdan götürüb yerə qoymaqla baxışa təqdim etmişdir. Polis əməkdaşları hamının gözü qarşısında həmin kisəyə baxış keçirmiş, kisənin içərisində cəmi beş ədəd şübhəli bağlamalar aşkar edilmişdir. Polis əməkdaşları həmin bağlamaları açıb baxmışlar, onların içərisində Şirxanın da özünün həmin vaxt bildirdiyi kimi narkotik vasitələr olan heroinə və marixuanaya bənzər kütlələr, psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin bağlamaları içərisindəki maddələrlə birgə elektron tərəziyə qoyub çəkilərini də müəyyən etmişlər. Sorğu sual zamanı Şirxan törətdiyi əməli etiraf edərək bildirmişdir ki, həmin narkotik və psixotrop maddələri özü tanıdığı hansısa İran vətəndaşı olan Hüseyn adlı şəxsin tapşırığı ilə elə həmin gün Xırdalan şəhərində əldə etmiş və İranlı şəxsin sözü ilə həmin maddələri hansısa ünvanlara aparıb qoymaq istəmişdir. Baxış zamanı avtomobildən başqa qanunsuz heç bir əşya, predmet aşkar edilməmişdir. Sonda isə polis əməkdaşları tərəfindən baxış prosesinə dair protokol yazılıb tərtib edilmiş, özü də protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid5 həmin ifadəsində əlavə olaraq göstərmişdir ki, tanıdığı Təqsirləndirilən şəxs onun idarə etdiyi Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qeyd edilən sintetik kisədə olan yükü gətirib qoyarkən həmin yükün nədən ibarət olduğu, kisədə narkotik və psixotrop maddələr olduğu barədə ona heç bir məlumat verməmiş, əgər özü bu barədə bilsəydi Şirxanın avtomobilə belə bir şey qoymasına ümumiyyətlə heç icazə verməzdi, həmçinin özü bu barədə polis orqanlarına məlumat verərdi. Şirxanı sadəcə sərnişin kimi öz taksi avtomobilinə götürmüş və Bakıya aparmalı yükü olduğunu səmimi qəbul edib avtomobili onun sözü ilə Xırdalan şəhəri ərazisinə sürmüşdür. Avtomobilinin arxa yük yerinə qoyduğu kisədə olan yükün nədən ibarət olduğu, yaxud kisədə narkotik və psixotrop maddələr olduğu barədə Şirxan ona ümumiyyətlə heç bir söz deməmişdir. Şirxan heç əvvəldən də hələ Sumqayıt şəhərində olarkən belə bir maddələrdən ibarət yükü olması barədə heç nə deməmiş, özü kisədə bu cür maddələr olduğunu polis əməkdaşları tərəfindən aşkar edilərkən bilmişdir. Şirxanın onda olan mobil nömrəsi ***-***-**-** mobil nömrədir, özü onun həmin mobil nömrəsini öz mobil telefonunda “Şirxan qonşu” adı ilə qeydə almışdır. Öz istifadə etdiyi mobil nömrələri isə ***-***-**-** və ***-***-**-** nömrələrdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti Şahid5 gah istintaq dövründə verdiyi ifadənin məzmunundan məlumatı olmaması, gah oxumadan imzalaması, gah da ibtidai istintaq dövründə təzyiqə məruz qalması, özünün də idarədə bir gündən artıq saxlanılması ilə izah etmişdir. O, həm Şirxanın, həm də öz atasına döyülməyi barəsində məlumat versə də qorxduğu üçün sərbəst qaldıqdan sonra ona göstərilən təzyiq barəsində heç bir dövlət orqanına şikayət etməmişdir. Polis İdarəsinə gətirilirəkən nə özü, nə Təqsirləndirilən şəxs barəsində polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. Şirxana sonradan zor tətbiq edilib-edilməyi barəsində məlumatı yoxdur. Təqsirləndirilən şəxsi düşürtdükdən sonra isə sonuncu geriyə qayıtmamışdır və ona görə də avtomobilə kisə yerləşdirmək imkanı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, hadisə günü Salmandan 20 Yanvar ərazisinə getməli olduğunu xahiş edərkən sonuncu ona məhlədən dostunun da iş yerindən pul götürmək üçün gedəcəyini və onu bu şərtlə apara biləcəyini bildirmişdir. O, qeyd edilən şərtlə razılaşmış, hərəkətdə olarkən isə Şirxan adlı şəxs əvvəlcədən getməli olduğu ünvanı dəyişərək başqa yerə getməli olduğunu qeyd etmiş, göstərdiyi ünvana çatdıqda maşından düşmüş, onu gözləmələrini xahiş etmişdir. Lakin təqsirləndirilən şəxs geri qayıdana qədər polis əməkdaşları gəlmiş, Salman orada qalsa da o, uşaqların narahat olduğu üçün taksiyə əyləşib evə getmişdir. Şirxan Salmana onlar gəldikləri yolu qayıdacaqları üçün maşını hərəkətə gətirmiş,yolun digər istiqamətində saxlamış, lakin Şirxanı sonradan görməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 19, mənzil 9-da anası Təranə və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Əvvəllər evli olub ayrılmışdır. Oğlu Asim 2019-cu il, qızı Nurel isə 2021-ci il təvəllüdlüdür. Özü rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Sumqayıt şəhərində taksi fəaliyyəti ilə məşğul olan Şahid5 təxminən 5 ildir ki tanıyır. Salman öz idarə etdiyi Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri ərazisində taksi sürücülüyü ilə məşğul olur. Lazım olanda, harasa avtomobillə getmək zərurəti yarananda hərdən taksi sürücüsü kimi tanıdığı Salmana zəng edir, o da sifarişi üzrə onu ünvana çatdırır. Salmanla özünün heç bir qohumluq və ya digər şəxsi münasibəti yoxdur. 20 sentyabr 2022-ci il tarixdə axşam saat təxminən 20 radələrində özü iki azyaşlı uşaqları ilə birgə Bakı şəhəri 20 yanvar dairəsi adlanan əraziyə getməli olduğundan bu barədə taksi sürücüsü Salmana telefonla məlumat vermişdir. Salman həmin vaxt Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində öz yaşadığı binanın həyətində olmuşdur. Bir neçə dəqiqə ərzində özü iki azyaşlı uşaqları ilə birgə evdən həyətə düşmüş və Salmanın taksi avtomobilinə salonda arxaya əyləşmişdir. Uşaqları da arxada özünün yanında oturmuşlar. Əvvəlcə Sumqayıt şəhər bazarına getməli olmuş, orada yolüstü bir geyim mağazasına paltara baxmaq üçün girmiş, sonra yenidən Salmanın taksi avtomobilinə qayıdıb gəlmişdir ki, Bakı şəhəri 20 yanvar ərazisinə yolunu davam etdirsin. Hələ Sumqayıtdan çıxmamış Salman bildirmişdir ki, bir nəfər tanıdığı sərnişin müştəri var, onu da maşına götürməlidir ki, 20 yanvara aparsın. Özü isə etiraz etməmişdir. Salman avtomobili Sumqayıt şəhərindəki «Doktor Az» klinikasının qabağına sürmüşdür ki, həmin sərnişini götürsün. Oraya çatanda adını həmin vaxt bildiyi, Şirxan adlı bir nəfər cavan oğlan Salmanın taksi avtomobilinə qabaq sağ oturacaqda, sürücü Salmanın yanında əyləşmiş və bildirmişdir ki, Bakı şəhərinə 20 yanvar dairəsi tərəfə gedir. Özü isə iki azyaşlı uşaqları ilə avtomobildə arxada əyləşmişdir. Özü Şirxan adlı həmin oğlanı əvvəllər heç vaxt tanımamış, ilk dəfə idi ki Salmanın maşınına oturanda görmüşdür. Salman avtomobili Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində idarə etməyə başlamış, Ceyranbatan yolu ilə hərəkətdə olub Xırdalan tuneli adlanan yerə çatmağa az qalmış Şirxan adlı həmin sərnişin Salmandan xahiş etmişdir ki, avtomobili üst yolla Xırdalan şəhərinin içinə sürsün, bildirmişdir ki, özü yolüstü Xırdalan şəhərinin içində hardansa, kimdənsə bir çanta götürməlidir, həmin yükü də özü ilə aparmalıdı, Xırdalan şəhərində 5 dəqiqəlik işi var. Sürücü Salman da Şirxana etiraz etməyib avtomobili yolüstü Xırdalan şəhərinin içərisinə sürmüşdür. Abşeron rayonu Xırdalan şəhərində H.Əliyev prospektində, İcra Hakimiyyətinin binasına bir qədər yaxın yerdə sürücü Salman Şirxan adlı həmin oğlanın sözü ilə avtomobili yol kənarında saxlamış, Şirxan adlı oğlan kimdənsə götürməli olduğu çantasını götürüb 5 dəqiqəyə qayıdacağını bildirərək avtomobildən düşüb piyada yaxınlıqdakı yeni tikili binaların həyətinə tərəf getmiş və gözdən itmişdir. Sürücü Salman və özü salonda onun qayıtmasını gözləmişlər. Həmin ərəfədə özünün azyaşlı uşaqları Asim və Nurel hava isti olduğuna görə maşının salonunda su istəmiş və istilənmişlər, ona görə də özü məcbur olub maşından düşmüş, uşaqlan sakitləşdirməyə çalışaraq onları da düşürüb yaxınlıqdakı ticarət köşkündən su almağa getmişdir. Su satılan ticarət köşkü təxminən 6-7 metr aralıda yerləşmişdir. Həmin ərəfədə sürücü Salman da avtomobili geriyə çevirmə hərəkəti edib üzü Bakı istiqamətində saxlamış, Şirxan adlı düşüb getmiş həmin oğlanın qayıtmasını gözləmişlər ki, yola davam etsinlər. Sürücü Salman heç salondan düşməmiş, sükan arxasında oturmuşdur. Özü uşaqlarına su alıb vermiş, onları sakitləşdirməyə çalışdığı ərəfədə təxminən 5-10 dəqiqə keçmiş, bir də Şirxan adlı həmin oğlanın əlində bir ağ rəngli içi dolu kisə ilə Salmanın taksi avtomobilinin arxa tərəfinə yaxınlaşdığını, Salmanın heç salondan düşmədən avtomobilin arxa baqajını açdığını, Şirxan adlı oğlanın da əlindəki həmin kisəni avtomobilin arxa yük yerinə qoyub baqajı bağladığını, əvvəlki qaydada qabaq sağ oturacağa keçib oturduğunu görmüşdür. Özü də yaxındakı köşkün qabağından öz uşaqları ilə Salmanın taksi avtomobilinə qayıtmağa hazırlaşdığı ərəfədə bir neçə nəfər mülki geyimli şəxslərin Salmanın avtomobilinə yaxınlaşdıqlarını və sərnişin Şirxan adlı oğlanın və sürücü Salmanın salondan yerə düşmələrini tələb etdiklərini görmüşdür. Orada həmin şəxslərin öz demələrinə görə eşidib bilmişdir ki, onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşlarıdır. Elə bir neçə dəqiqə ərzində həmin polis əməkdaşları sürücü Salmanı, sərnişin olmuş Şirxan adlı həmin oğlanı və Salmanın idarə etdiyi avtomobili sürüb həmin yerdən çıxıb getmişlər. Özü də bir qədər qorxuya düşmüş, Bakı şəhəri 20 yanvar dairəsi ərazisinə getmək fikrindən daşınmış, çünki ilk dəfə idi ki belə bir vəziyyətlə qarşılaşmış, ona görə də elə piyada qaldığı həmin yerdən digər tanımadığı bir taksi avtomobili ilə öz uşaqları ilə birlikdə Sumqayıt şəhərinə öz yaşadığı evə qayıtmışdır. 21 sentyabr 2022-ci il tarixə keçən gecə saatlarında polis əməkdaşları özünü Bakı şəhərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, orada özü hazırki ifadəsində göstərdiyi kimi öz gördükləri ilə bağlı izahatını vermişdir. Həmin vaxt qeyd edilən idarədə özünə məlum olmuşdur ki, Şirxan adlı həmin tanımadığı şəxs sən demə külli miqdarda narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğuna görə polis əməkdaşları tərəfindən tutulmuşdur. Şahid4 ifadə verərkən polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq olunmamasını bildirsə də ibtidai istintaq dövründə və məhkəmə iclası zamanı verdiyi ifadələr arasında ziddiyyəti gah ilk dəfə ifadə verərkən həyəcanlı olması, gah kompüter vasitəsilə qeyd edilmiş ifadəsini oxumadan imzalaması ilə izah etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədlərini də sübut növləri kimi qəbul edir. 20 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin 21 sentyabr 2022-ci il tarixli avtomobilə baxış və götürmə aparılması haqqında protokollara və onlara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 20 sentyabr 2022- ci il tarixdə saat 21:30-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 247 ünvanın yaxınlığında sərnişini olduğu, sürücü Şahid5 idarə etdiyi Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin salonunda saxlanılaraq sürücü Şahid5la və onun idarə etdiyi həmin avtomobillə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada 20 sentyabr 2022-ci il tarixdə saat 23:00-dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən onun əynindəki şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Eləcə də şəxsi axtarış prosesi zamanı Təqsirləndirilən şəxs üzərindən ona məxsus 02 ədəd “Samsung” markalı mobil telefon aparatları, 15 (on beş) manat şəxsi pul vəsaiti və şəxsiyyət vəsiqəsi də aşkar edilmiş, pul vəsaiti Təqsirləndirilən şəxs özünə qaytarılmaqla 02 ədəd “Samsung” markalı mobil telefon aparatları və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətinə yerləşdirilmiş həmin Mercedes-Benz C200 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs, sürücü Şahid5 razılıqları və iştirakları ilə həmin gün saat 23:45-dən etibarən keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs həmin avtomobilin arxa yük yerindən təqdim etdiyi 01 ədəd ağ rəngli torbanın içərisindən 01 ədəd bağlamada narkotik vasitə heroinə bənzər, 01 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər və 03 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxs vasitəsi ilə “bu” gün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hüseyn” adlı şəxsin ona istifadə üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunmadığını, taksi sürücüsünün idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Avtomobilə baxış keçirilərkən şifahi sorğu zamanı təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olmasını, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin vasitəsi ilə “bu” gün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Hüseyn” adlı şəxsin ona istifadə üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunmadığını Şahid5 avtomobilindən taksi kimi istifadə etdiyini, Sumqayıt şəhərindən Bakı şəhəri 20 yanvar dairəsinə gəlmək üçün onun avtomblinə mindiyini, lakin yolda olarkən ondan Abşeron rayonu, Xırdalan şəhərinə dönərək yük götürəcəyini bildirərək, təqdim etdiyi narkotik vasitələri götürüb, onun idarə etdiyi avtomobilin yük hissəsinə qoyaraq avtomobilə oturduqdan sonra polis əməkdaşlarının onu saxladığını, Şahid5 avtomobilin yük hissəsinə qoyduğu kütlənin narkotik vasitə olmasından xəbəri olmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdi. Şahid5 sorğu zamanı Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək onun idarə etdiyi avtomobilin yük hissəsindən aşkar edilmiş kütlələrin narkotik vasitələr olmasından xəbəri olmadığını bildirdi.(Cild 1, vərəq 32-34,, 36, 41-43). 21 sentyabr 2022-ci il tarixli iş üzrə təyin edilmiş Məhkəmə-bioloji ekspertizasının ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs.... aşkar olunan...” sözləri yazılmış sintetik torbada 03 (üç) ədəd skoçla bağlanmış qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 2100 qram və 2500 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi 5650 qramdır (5 kq 650 qram). Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq 5049,7 qram təşkil etmişdir (Cild 1, vərəq 58-60). 21 sentyabr 2022-ci il tarixli iş üzrə təyin edilmiş Məhkəmə-kimyəvi ekspertizasının ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamada olan üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 26,739 qram olan qəhvəyi rəngli axıcı kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bükümdə təmiz çəkisi 12,634 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamanın içərisindən bir ədəd bağlamada təmiz çəkisi 950,6 qram qəhvəyi rəngli axıcı kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bağlamada təmiz çəkisi 1020,0 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş iki ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 977,239, metamfetaminin qalıq çəkisi 1032,534 qram təşkil etmişdir (Cild 1, vərəq 61-66). 04 oktyabr 2022-ci il tarixli “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 20 sentyabr 2022-ci il tarixli iş üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus, içərisində ***-***-**-** mobil nömrə kartı ilə ekran müstəvisi bir qədər nasaz vəziyyətdə olan 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlara istintaq zamanı baxış keçirilmişdir. Baxış zamanı həmin “Samsung Galaxy A10" markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində Gürcüstan Respublikasının mobil operatoruna aid +995 *** ** ** 90 mobil nömrə istifadəçisinin “qaqa” adı altında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı həmin “Whatsapp" ani mesajlaşma mübadilə sistemi bölməsində “qaqa” adı altında qeydə alınmış Gürcüstan Respublikasının mobil operatoruna aid +995 *** ** ** 90 mobil nömrə istifadəçisi ilə 20 sentyabr 2022-ci il tarixdə saat 19:55-dən saat 20:57-yədək olan vaxt ərzində SMS mətnlərinin, foto və səsli mesajların mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Belə ki, baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “qaqa” adı altında qeydə alınmış Gürcüstan Respublikasının mobil operatoruna aid +995 *** ** ** 90 mobil nömrə istifadəçisinə 20 sentyabr 2022-ci il tarixdə saat 19:55-də “Masazırın kruqundayam əmi” məzmunlu SMS mətninin, ardınca saat 19:58-də “Əmi sənin başıva dönərəm, mən burdayam e, Masazırın kruqundayam mən” məzmunlu səsli mesajın göndərilməsi, həmin səsli mesaja cavab olaraq +995 *** ** ** 90 mobil nömrə istifadəçisindən saat 19:59-da “Əmi səbirli ol, qadan alaram əmi, beşcə dəqiqə səbirli ol” məzmunlu səsli mesajın qəbul edilməsi, bu səsli mesaja cavab olaraq +995 *** ** ** 90 mobil nömrə istifadəçisinə saat 19:59-da “Ə əmi, sənin başıva dönərəm, yəni taksiyləyəm, onun üçün, elə oturmuşam burda gözləyirəm maşının içində” məzmunlu səsli mesajın göndərilməsi, bundan sonra +995 *** ** ** 90 mobil nömrə istifadəçisindən saat 20:11-də internet üzərindən mövcud ərazi, yaxud olduğu yer üzrə konkret ünvanı bildirən Xırdalan şəhər ərazisinə aid xəritəyə dair yönləndirilmiş SMS məlumatının, ardınca saat 20:11-də mobil telefonda qrafik-proqram təminatından istifadə edilməklə yaşıl rəngli ox və dairə işarələri ilə İşarələnmiş, mişar daşından inşa edilən ikimərtəbəli tikili obyektin birinci mərtəbəsindəki qarşısı açıq giriş hissənin yönləndirilmiş fotogörüntüsünün, ardınca saat 20:11-də “Əmi göndərdim əmi” məzmunlu yönləndirilmiş səsli mesajın qəbul edilməsi, həmin mesajlara cavab olaraq +995 *** ** ** 90 mobil nömrə istifadəçisinə saat 20:12-də “Əmi, bunun içinə girəcəyəm də mən bunun hə? Belə pis çıxmasın ? prostu bu, qoy bi dənə bura çatım mən səni indi yığıram, yaxşı əmi” və “Şəkildə elə bil qaranlıq düşüb, onun üçün bir az elə bil qaranlıq qalır ki, gedim bunu bir az tapmaq məsələsi də, elə durduğum yerdən üç-dörd dəqiqə aralıqdadı yəni, bi dənə tapıb səni yığıram” məzmunlu səsli mesajların göndərilməsi, bundan sonra +995 *** ** ** 90 mobil nömrə istifadəçisindən saat 20:13-də “Get çat qaqa, daha hər şey aydındı orada, görürsən da, heç nə, şey elə, yığ məni” və ardınca saat 20:14-də “Qaqa asan yerdədi, başıva dönərəm sənin, tez gedin çatın” məzmunlu səsli mesajların qəbul edilməsi, həmin mesajlara cavab olaraq +995 *** ** ** 90 mobil nömrə istifadəçisinə saat 20;14-də “Hə, həri, həri əmi, elə şəkili yaxınlaşdırıb baxdım, elə bildim ki bu obyektin içidi qaranlıq olan yer, elə gördüm ki o qapının ağzıdı elə, çöl tərəfdədi, hə, aydındı əmi, vsyo, çatım yığıram səni narahat olma” məzmunlu səsli mesajın göndərilməsi, ardınca +995 *** ** ** 90 mobil nömrə istifadəçisindən saat 20:14də “Oldu başıva dönərəm, oldu, götürən kimi mənə de, xəbər elə ki o tərəfə deyim ki götürdü” məzmunlu səsli mesajın qəbul edilməsi, bundan sonra +995 *** ** ** 90 mobil nömrə istifadəçisinə saat 20:14-də “Ədəd nedi?” və “Say” məzmunlu SMS mətnlərinin, həmçinin qəbul edilmiş sonuncu səsli mesaja cavab olaraq saat 20:15-də “Baş üsde” məzmunlu SMS mətninin göndərilməsi, daha sonra +995 *** ** ** 90 mobil nömrə istifadəçisindən saat 20:15-də “Qaqa görəsisiniz də nədi orda, get, görəsisən da, nədi nə döyü, hamısını biləsisən, ordadı, nə var ordadı, bilmirəm indi, deyəcək mənə, hələ deməyib, deyib e” məzmunlu səsli mesajın qəbul edilməsi, daha sonra saat 20:20-də, saat 20:21-də və saat 20:23-də buraxılmış səsli zənglərin qeydə alınması, bundan sonra +995 *** ** ** 90 mobil nömrə istifadəçisindən saat 20:42-də “A bi dənə məni yığ bir tez bazar, o yanındakılara da denən, aç telefonu, aç telefonu, mən danışaram onlarla” məzmunlu səsli mesajın qəbul edilməsi, daha sonra saat 20:42-də buraxılmış səsli zənglərin qeydə alınması, ardınca +995 *** ** ** 90 mobil nömrə istifadəçisinə saat 20:57-də məzmunu aydın başa düşülməyən qısa səsli mesajın göndərilməsi, ardınca saat 21:06 və saat 21:11-də buraxılmış səsli zənglərin qeydə alınması faktlarından ibarət qarşılıqlı dialoq üzərində qurulmuş SMS mətnlərinin, foto və səsli mesajların mübadiləsi faktlarının mövcud olduğu müəyyən edilmişdir (Cild 1, vərəq 139-146). 05 oktyabr 2022-ci il tarixli “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus, içərisində ***-***- **-** mobil nömrə kartı olan 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilmiş, baxış zamanı həmin “Samsung Galaxy A10” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində Gürcüstan Respublikasının mobil operatoruna aid +995 *** ** ** 90 mobil nömrə istifadəçisinin “Qaqa” adı altında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı həmin “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Qaqa” adı altında qeydə alınmış Gürcüstan Respublikasının mobil operatoruna aid +995 *** ** ** 90 mobil nömrə istifadəçisinə 20 sentyabr 2022-ci il tarixdə saat 20:58-də 2 dəfə zənglər edilməsi, +995 *** ** ** 90 mobil nömrə istifadəçisindən saat 20:58-də cavablandırılmamış zəngin və saat 21:03-də cavablandırılmış zəngin daxil olması, həmçinin saat 21:12-də cavablandırılmamış zəngin daxil olması faktlarının qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Qaqa” adı altında qeydə alınmış Gürcüstan Respublikasının mobil operatoruna aid +995 *** ** ** 90 mobil nömrə istifadəçisindən 20 sentyabr 2022-ci il tarixdə saat 21:12-də buraxılmış səsli zəngin qeydə alınması faktının mövcud olduğu, SMS mətnlərinin, foto, video və səsli mesajların mübadiləsi faktlarının isə yaddaşdan silindiyi üçün mövcud olmadığı müəyyən edilmişdir. Eləcə də, baxış zamanı “Samsung Galaxy A10” markalı mobil telefon aparatının yaddaşında “Kontaktlar” bölməsində Gürcüstan Respublikasının mobil operatoruna aid +995 *** ** ** 90 mobil nömrə istifadəçisinin “Qaqa” adı altında qeydə alındığı, daxil olan və çıxan zənglər siyahısında iş üzrə şahid qismində dindirilmiş Şahid5 istifadəsində olan 055-341- 00-16 saylı mobil nömrədən 20 sentyabr 2022-ci il tarixdə saat 19:26-da 2 dəfə cavablandırılmış zənglərin, saat 20:28-də isə 4 dəfə cavablandırılmamış zənglərin daxil olması faktlarının qeydə alındığı müəyyən edilmişdir (Cild 1, vərəq 147-153). Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr üzrə telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən 17 noyabr 2022-ci il tarixli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara keçirilmiş baxış zamanı ***-***-**-** saylı mobil nömrənin İlqar Muradovun adına (şəxsiyyət vəsiqəsi № AA0969749, qeydiyyat ünvanı: 1031,8, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 45, mənzil 16), ***-***-**-** saylı mobil nömrənin isə Seymur Əzimovun adına ( şəxsiyyət vəsiqəsi № 09726961, qeydiyyat ünvanı: 1031,8, ünvan 8iyi müəyyən edilmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-də Şahid5 öz adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 18:09-da “Seid menem Şirxan seni gözdurem ilqargilde gelde yetim” məzmunlu və xx.xx.2022-ci il tarixdə saat 18:23-də “Seid lomkadan ölem seni gözdurem telfonu ac da” məzmunlu, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 18:39-da “Ferid şirxandi yetim men lomkadan ölem seidi gözdurem ki kola getirmelidi qram dedi gelem. helede gelib cixmiyn ona denen telfona cavab versinde vezyetim pisdi” məzmunlu, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 21:14-də “Seid menem şirxan yetim yarim patiya kanal var bidene mene tez he yox.de de” məzmunlu, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 21:15-də “Ferid menem.qaqa şirxan brat yarim patiya el.catir mene vacib lazımdi” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 18:14-də “Ferid menem şirxan necesen? qaqa mene 3 qr kola lazimdi tecili düzub qoşa bilersen brat bidene viziv at da.mene” məzmunlu və xx.xx.2022-ci il tarixdə saat 18:20-də “Ferid salam menem necesen menem şirxandi qaqa seide dedim bayağ cavab vermir bayağdan cox pis lomkdayam puluynan pis cixmasin qram к lazimdi mene” məzmunlu, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə istifadəçisi ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 02:15-də “Qaqa ustumde taksi puludu ancag ozum olum.ne lulum var idi vermişem kolaya pencere de yoxdu terslikden” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:03-də “Hemid hec kine hec ne deme get ilqsrgole hec kime ha, Menim orda emanetim var İd packasinda kolam zadim hamsin gotur men gel balkonnan ver de mene falqa da al tez” məzmunlu, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:30-da “Seid get tez ilqsrgilin qapsin döy denen şirxan deirki emanerderi versin falqada al getir ver de.mene balkonan” məzmunlu, ***-***- **-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 12:41-də “Qaqulya bidene baxda telfona seni de bezdirem bele şey xosdamuram men qaqascani nu prosdaki vezyet litodu yeni yukde cox lazim deil de mene brat yüngülvari, bes on kilo neyşe düzub qosardug da mencun” məzmunlu, 055- ***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 15:25də “Kasib dünen evde dava qirgin elemişem ustumde mal tapiblar özum de işdeyem sutkada menim ozumde vezyet cox.pisdi” məzmunlu, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 09:54-də “Aa seid sen niye bele elirsen ala vary ox un s.....m aybladdd telfonu acdaa ilqargilde seni gözdurem o pula 10nug pati onnug kola gotrub gele biilirsen yoxsa gelim pulu götrum sennen mene tez he yox de” məzmunlu, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 22:55-də “Qaqa mene yari kola düzub qoşa bilersen özun prosdaki o temadan olmasın da çirkli temadan alnursa viziv atda mene bidene” məzmunlu, eləcə də X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***- ***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 11:03-də “Qaqa 38 man X52 Pati da Verersen Qardawiva. Bir de Men 9za X38 Qaqa.X20 de Qaqa.X31 Nece Olur» məzmunlu və xx.xx.2022-ci il tarixdə saat 13:40-da “Qaqa 1 dene Yari Lazimdi 5diy de Pati. X39 X65 Gelim. Hem de Pu! Qaqawindi Özum de X16.X53” məzmunlu, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 21:33-də “Qaqa menem qara konturum yoxdu papawadan yaziram. Mene 1dene yarim, patida varsa 5diy pati sabaha kimi vere bilersen. Anamin torpagi sabah 12de günorta pul sende; Cunki qaqa hem papawa tezden derman pulu qoyub gedecey iwe hem de kasibinda borcuvar mene 30man sabah verecey. Ona gore eminliyle deyirem sabah X47» məzmunlu, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 22:11-də “X32 Mesaj Yazmiwam.Sabah Günorta 12kimi Qardawiva 1 yarim, 5 diyde Pati Vererdin, günorta X47 Qaqa.X54 Kelmedi Qaqa.Cav Yaz» məzmunlu və xx.xx.2022-ci il tarixdə saat 23:40-da “X14 X21. X44 X48. X33 Söz Deyirem. X61 Evdeyem Agriyiram» məzmunlu, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 15:31-də “X40 X41 Geldiy 9za Qaqa.59cu Woccikin içini X62 X49 X72.X22 X66 da X42 Qaqa. X23 Woccikden Goturub, siqaret Qutusunu da X55 Malı da X56 X17. Bir Qadin da X43 Süpürürdü Qaqa. X67 O da Lomkada, men de X24 X50 Daha da X68 Geldi de Qaqa.Ölürem Evde» məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 15:52-də “X57 X25 Eve Geldiy.X71 X18, var X58 X26 X51 X69 X15 X34 X59 Qaqa. X60 X70 Epizodlar. Kasibdan Gelib 10man X45, baxma da X63 X35 X46 Qaqa, men de 10 man X36. 20 man Alacam Onun 10 man Senin, 10 man X64 Tapiram Soxum» məzmunlu, n ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 12:22-də “Qaqa işə getsən liboy 1 yerə atıb şəklin atsan çox köməy olarsan mənə» məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 19:34-də “Qaqa gör 30 manata bir qr düzelirse yaxşi olar olmazsa canin sag olsun yene de 20 olsa da gelirem» məzmunlu, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 15:25-də “32 manata 2 dene yari alınarsa gözdüyüm qardaşım bi cvb de bilim; QAQA 34 DUZELİR 2 DENE AYRİ AYRİ ALİNDİR DAĞA DAWA DÜWMÜYÜM DE NOLAR» məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 00:19-da 48 saniyə, Şahid5 istifadəsində olan digər ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 12:18-də 10 saniyə və 8 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:15-də 25 saniyə, həmin tarixdə saat 13:43-də 25 saniyə və saat 14:38-də 16 saniyə danışıqların aparıldığına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə şahid qismində dindirilmiş Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 18:46-dan xx.xx.2022-ci il tarixədək olan müddətdə müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı danışıqların, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 19:26-da 17 saniyə danışıqların aparıldığına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir. Eləcə də, baxış zamanı təqsirləndirilən şəxs X6 istifadəsində olmuş ***-***-**-** saylı mobii nömrə ilə Şahid5 istifadəsində olan digər 070-341-65- 41 saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 18:33-dən xx.xx.2022-ci il tarixədək olan müddətdə müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı danışıqların, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 18:10-da 33 saniyə danışıqların aparıldığına dair məlumatların qeydə alındığı müəyyən edilmişdir . 20 fevral 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut qismində tanınmış cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Həmçinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5049,7 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 977,239 qram təşkil edən narkotik vasitə heroin, 1032,534 qram təşkil edən psixotrop maddə metamfetamin, şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus 02 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatları da maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (Cild 1, vərəq 34, 43, 265). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir (cild 1, iş vərəqə 156). Məhkəmənin təşəbbüsü ilə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından daxil olmuş 06 oktyabr 2023-cü il tarixli tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs bədənindən xəsarətlər aşkar edilməmiş, həbs olunmadan əvvəl xəsarət almasını inkar etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın Siyahıların 1-ci Siyahısının 12-ci bəndinə əsasən – qurudulmuş halda 500 (beş yüz) qram və daha artıq çəkidə marixuana, həmin Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin və həmin Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qram və daha artıq çəkidə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, şəxsi axtarış zamanı üzərindən, avtomobilə baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, ibtidai istintaq dövründə verdiyi ifadələri təkzib etsə də, cinayət işi materiallarına əlavə edilən və məhkəmə iclasında bilavasitə tədqiq edilən üzərində şəxsi axtarış aparılmasına, avtomobilə baxış keçirilməsinə dair video görüntüləri özündə əks etdirən DVD disklərdən, habelə ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, nə üzərindən, nə avtomobildən aşkar edilmiş, narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını mübahisələndirməmişdir, fiziki və psixi təsirə məruz qaldığını bildirməmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs fiziki və psizi təzyiq altında həmin video görüntülərin qeydə alındığını, dindirildiyini əsas gətirsə də saxlanıldığı təcridxanaya verilmiş sorğudan göründüyü kimi ilkin tibbi müayinədən keçirilən zaman onun üzərində yeni zədə və xəsarət izləri aşkar edilməmiş, habelə həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumat alınarkən xəsarət almadığını bildirmişdir. Təqsirləndirilən şəxsin Şahid5 da iştirakçı kimi onunla cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələnməsi ilə əlaqədar dəlili barədə isə məhkəmə kollegiyası qeyd edir ki, şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış keçirilməsinə dair istintaq hərəkətləri keçirildikdən, habelə Şahid5 21 sentyabr 2022-ci il tarixdə şahid qismində dindirildikdən sonra o, 22 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində də eyni məzmunlu, yəni etirafedici ifadələr vermişdir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq dövründə Şahid5 özünə məxsus avtomobilə baxış keçirilməsi istintaq hərəkətində iştirak etməsinə, həm onun, həm də həmin hadisə zamanı maşında olan Şahid4 Təqsirləndirilən şəxs avtomobilə kisə qoyduğunu görmələrini bildirmələrinə dair ifadə vermələrinə baxmayaraq məhkəmə iclasında həmin ifadələrini dəyişdirmiş, lakin ifadələri arasındakı ziddiyyəti bir-birinə uyğun gəlməyən fərqli-fərqli əsaslar gətirməklə izah etməyə çalışmışdırlar. Məhkəmə hər iki şahidin dindirmə protokolunu imzalamasını, protokolun sonunda oxuyaraq imza etmələrinə dair müvafiq qeydlər yazmasını, habelə hər hansı fiziki təzyiqə məruz qalmadıqlarını bildirməsini əsas götürərək hesab edir ki, həm Şahid5, həm də Şahid4 ibtidai istintaq dövründə verdikləri ifadələrinin mümkünlüyünün Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilməsi zamanı üzərindən aşkar edilən telefona baxış keçirilməsi zamanı da müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs həqiqətən Xırdalan ərazisində olmuş və həmin əraziyə narkotik vasitə əldə etmək üçün yollanmış, yol boyu bu barədə söhbətləri olmuş, hətta ona narkotik vasitə çatdırmalı olan şəxsdən “say” və “ədəd” barədə məlumatlar əldə etməyə çalışmışdır ki, bu hal da onun 3-5 qram, şəxsi istifadə məqsədilə narkotik vasitə əldə etmək üçün yollanması barədə ifadələrini təkzib edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və onun olduğu avtomobildən aşkar edilmiş maddələrin onun tərəfindən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında əldə edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarını, növ müxtəlifliyini, Təqsirləndirilən şəxs mütəmadi narkotik vasitə satmasına dair "xxxx" MMCdən əldə edilmiş sonuncunun istifadəsində olan telefon danışıqlarına dair əldə edilmiş məlumatı işin digər halları ilə birgə müqayisə və təhlil etməklə hesab edir ki, o, həmin maddələri satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına daxildir və Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərər alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 23), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 20 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 115-120). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. 28 noyabr 2022-ci il tarixli iş üzrə təyin edilmiş Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, vərəq 198-199). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5049,7 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 977,239 qram təşkil edən narkotik vasitə heroin, 1032,534 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus 02 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatları ailə üzvlərinə qaytarılmalı, şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 154 (bir yüz əlli dörd) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. (Cild 1, vərəq 57, 199). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin hazırlıq iclası zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X8 üçün tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5049,7 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 977,239 qram təşkil edən narkotik vasitə heroin, 1032,534 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus 02 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatları ailə üzvlərinə təhvil verilsin. - Şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 154 (bir yüz əlli dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil X8 üçün 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1023/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1023/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver