Məhkəmə qərarları › İş №1(101)-1023/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1023/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1023/2025 20.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Azərbaycan Respulikasının Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi- Azərbaycan Respulikasının Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 02 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Əliyev küçəsinin yanında nömrəsiz ünvanda yerləşən boş ərazidə keçmiş sinif yoldaşı Şahid2 ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş zamanı onların arasında baş verən davaya müdaxilə edib heç bir əsaslı səbəb olmadan, özünü hadisə yerində olan şəxslərin fövqündə qoyaraq üstünlük nümayiş etdirmək üçün xuliqanlıq niyyəti ilə, üzərində saxladığı, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab olunmayan suvenir bıçaqla sonuncunun ayaq nahiyəsinə qəsdən iki zərbə vuraraq onun ölümünə səbəb olan, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid - sağ bud arteriyasının və venasının yaralanması, sağ bud sümüyünün diafizinin xarici sümük səhifəsinin hissəvi qopmuş açıq sınığı ilə müşayiət olunan, sağ budun iç səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası, habelə dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid sağ budun bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən ümumilikdə iki ədəd xəsarət yetirmiş, hadisədən sonra Zərərçəkmiş şəxs ətrafdan hadisə yerinə gəlmiş şəxslərin köməyi ilə xx.xx.2024-cü il tarixdə X8 X9ə aparılıb orada ona stasionar qaydada tibbi yardım göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarət nəticəsində yaranmış sağ bud arteriyasının və venasının yaralanması, sağ bud sümüyünün diafizinin xarici sümük səhifəsinin hissəvi qopmuş açıq sınığı ilə müşayiət olunan, sağ budun iç səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş çoxlu qanitirmə səbəbindən xx.xx.2024-cü il tarixdə saat 15:45-də həmin xəstəxanada ölmüş, bununla da o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, hadisədən bir gün əvvəl Əli Reza adlı dostu ona zəng edərək bir məktəbdə oxuduğu Həsən adlı şəxslə mübahisəsinin düşdüyünü, sonuncunu məktəbin qarşısına söhbətə çağırdığını, bu mübahisəni həll etmək üçün köməyə ehtiyacının olduğunu bildirmiş, o da Əli Rezaya etiraz etməmişdir. O, səhər Əli Reza ilə birlikdə məktəbin qarşısına getmişdir. Həsən onlarla görüşə 5-6 nəfər ilə birlikdə gəlmişdir. O, X14 ilə arasında olan mübahisənin səbəblərini öyrənə bilməmişdir. Həsən söhbət etmək üçün münasib yerin məzarlıq olduğunu bildirərək onları ora dəvət etmişdir. X15 və Həsən hər kəsdən təklikdə söhbət etməyə başlamışlar. Daha sonra o, Həsənin söyüş söydüyünü, sonra isə Həsən və Əli Rezanın bir-birini vurmağa başladığını müşayiət etmişdir. Bundan sonra hadisə yerində olan hər kəs mübahisə edən tərəflərin yanına qaçmış, o isə belində olan bıçağı çıxardaraq Həsənin ayağına bir bıçaq zərbəsi vurmuşdur. Həsənə ilk xəsarəti yetirərkən bıçaq əlindən yerə düşdüyündən, sonuncuya xəsarət yetirmədiyini düşünərək ikinci bıçaq xəsarətini yetirmişdir. Hadisə yerindən qaçmaq istəsə də sonradan geriyə qayıtmışdır. Hadisə yerində daş sexinin işçilərini gördükdə o, onlara qaçmadığını, kömək etmək istədiyini bildirmişdir. Sonradan polis əməkdaşları hadisə yerinə gələn zaman hadisəni özünün törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Əli Reza onun dostudur. 37 nömrəli məktəbdə 1-ci sinifdən 9-cu sinifə qədər eyni sinifdə oxumuşlar. Əli Reza ilə dostluq münasibətləri məktəb vaxtından yaranmışdır. Əvvəllər də Həsən və Əli Reza arasında mübahisələr olmuşdur. Axırıncı hadisə də Həsən və Əli Reza arasında məktəbdə baş verən mübahisə ilə əlaqədar olmuşdur. X15 Zərərçəkmiş şəxs mübahisəni aydınlaşdırmağa dəvət etmiş, sonuncu ona gələ bilməyəcəyini bildirmiş, ertəsi günü ona məktəbin həyətində görüşməyi təklif etmişdir. Əli Reza hadisədən əvvəlki gün axşam tərəfi yaşadığı məhləyə gələrək ona demişdir ki, “WhatsApp” qrupunda yazışmalar səbəbindən Zərərçəkmiş şəxsla yaranmış mübahisəyə görə sonuncu onu məktəbin çıxışına söhbət eləməyə çağırmışdır. O, Əli Rezaya ertəsi gün onunla birlikdə Zərərçəkmiş şəxs yanına gedərək barışıq yolu ilə məsələni həll edəcəklərini bildirmişdir. Səhəri gün saat 12:30-da Əli Rezayla yaşadığı məhlədə görüşüb məktəbə getmişlər. Həsənin yanında gələn şəxslərdən Süleyman və Mənsuru tanıyır. Zərərçəkmiş şəxs mübahisə etmədən Əli Reza ilə aralarında baş verən söhbəti çay süfrəsində həll edilməsini xahiş etsə də Həsən ona məsələnin “süfrəlik söhbət” olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs özü qəbirstanlıq tərəfə getməyi təklif etmişdir. O, qabaqcadan Həsən və Əli Rezaya dava etməmələrini bildirmişdir. Həsən onlara Əli Reza ilə tək söhbət etmək istədiyini qeyd edərək kənara çəkilməklərini xahiş etmişdir. Lakin razılaşmaya riayət etməyərək ilk zərbəni X16 vurmuşdur. Belə ki, Zərərçəkmiş şəxs söyüş söyməyə başlamış və Əli Rezanı döymüşdür. Üzərindəki bıçağı Həsənə xəsarət yetirmək məqsədilə daşımamış, qeyd edilən alət həmişə onun üzərində olmuşdur. Hadisəni törətdiyi bıçaq 2016-cı ildə vəfat etmiş dayısından ona yadigar qalmış və ailəsinin bıçağın onda olmasından xəbəri olmamışdır. Bıçağı üzərində təhlükədən qorunmaq üçün gəzdirmişdir.Əli Rezanın onda bıçaq olduğundan xəbəri olmamışdır. Belə ki, o, bıçağı Zərərçəkmiş şəxs və Əli Reza mübahisə edən zaman onların yanlarına gedəndə çıxartmışdır. Hadisə zamanı bıçaqdan istifadə etməsi səbəbi X12 gücünün çatmaması ilə əlaqədar olmuşdur. O, bıçaq zərbəsini Həsənin ayağından vurmuşdur. Məqsədi Zərərçəkmiş şəxs yüngül xəsarət yetirmək olmuşdur. Həsənlə gələn dostları onun bıçaqlanmasından dərhal sonra hadisə yerini tərk etmişlər. Hadisə zamanı ondan başqa kiminsə əlində silah olmamışdır. O, hadisə yerindən biraz uzaqlaşdıqdan sonra Həsənə kömək etmək məqsədilə geri qayıtmışdır. Belə ki, Həsən orada dostuna vurulduğunu, onu tək buraxmamağını xahiş etsə də dostu qaçıb getmişdir. Polis əməkdaşlarına isə hadisə haqqında məlumat daş sexinin işçiləri tərəfindən verilmişdir. O, Zərərçəkmiş şəxs yanına qayıdandan sonra sonuncunun ayağını kəmərlə sıxmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, o, ünvan 5 ünvanda ailəsilə birlikdə yaşayır. Ailə üzvləri anası, atası, əmisi, nənəsi ilə birlikdə yaşayır. İki bacısı var, onların ikisi də evlidir və başqa ünvanda yaşayırlar. 1-ci sinifdən 9-cu sinifədək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 71 nömrəli orta məktəbdə təhsil almışdır. 71 nömrəli orta məktəbdə oxuyarkən çoxlu dava-dalaş elədiyi üçün valideynləri məktəbini dəyişmək qərarına gəlmişlər. Buna görə də 71 nömrəli məktəbdən çıxıb təhsilini Zabrat qəsəbəsində yerləşən 307 nömrəli orta məktəbdə davam etdirmişdir. Lakin, həmin məktəbə 1 illik qəbul olunduğu üçün 9-cu sinifi bitirdikdən sonra təhsilini davam etdirmək istəməmiş və məktəbdən çıxmışdır. Həmin vaxtdan etibarən müxtəlif yerlərdə ofisiant, satıcı kimi işlərdə işləmişdir. 71 nömrəli orta məktəbdə təhsil alarkən sinif yoldaşı olmuş Əli Rza ilə aralarında dostluq münasibəti yaranmışdır, həm də onunla eyni məhəllədə yaşamışdır. Məktəbdən çıxdıqdan sonra da Əli Reza ilə dostluğu davam etmişdir. Məhəllədə olan vaxt arabir görüşmüşlər. Hadisənin mahiyyəti üzrə göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, axşam saatlarında yaşadığı məhəllədə olarkən dostu Əli ilə söhbət edərkən Əli ona bildirmişdir ki, məktəbdə onunla paralel sinifdə oxuyan Həsən adlı oğlanla onun arasında br neçə dəfə mübahisə yaranmışdır. Belə ki, Əli Reza ilə aralarında olan söhbət zamanı Əli həmçinin bildirmişdir ki, “Həsən özünü borzu aparır, hamıya ilişir”. O, Əlidən “bəs sən nə etmək istəyirsən” soruşmuş, Əli “Həsəni çağırıb söhbət eliyəcəm” demişdir. Əli Reza həmçinin bildirmişdir ki, “Həsənə İnstagramda mesaj yazıb sabah dərsdən çıxanda onu söhbət etməyə çağıracam”. Belə ki, xx.xx.2024-cü il tarixdə günorta saat 13 radələrində Əlinin Həsənlə arasında olacaq söhbətdə iştirak etmək üçün onların təhsil aldığı 71 nömrəli məktəbin qarşısına getmişdir. Evdən çıxarkən özü ilə bıçaq da götürmüşdür və şalvarının arxa bel nahiyəsində yerləşdirmişdir. Söhbət zamanı lazım gələrsə, yəni Həsən adlı oğlanı döyməyə Əli Rezanın və özünün gücü çatmasa onu vurmaq üçün evdən bıçağı götürmüşdür.Həmin bıçaq vəfat etmiş dayısına məxsus olmuşdur. Həmin bıçağı götürüb özündə saxlamışdır. Belə ki, məktəbin qarşısında olarkən görmüşdür ki, Əli yanında Həsən adlı oğlanla məktəbdən çıxır. Həmçinin görmüşdür ki, xeyli sayda, təxminən 15-20 nəfər tanımadığı məktəb şagirdləri də onların arxasınca gedir. Belə ki, özü də onların ardınca düşüb getmişdir. Onlar piyada yeriyə yeriyə, 71 nömrəli orta məktəbin yaxınlığında yerləşən, qəbristanlığın arxa hissəsində yerləşən boş əraziyə getmişlər. O, da onların arxasınca həmin boş əraziyə getmişdir. Onlar həmin boş ərazidə dayanmışlar. Bir də görmüşdür ki, Əli Reza ilə Həsən bir-biri ilə dava etməyə, yəni yumruq-təpiklə bir-birini vurmağa başlamışlar. Bu zaman şalvarının bel nahiyəsində saxladığı bıçağı çıxarıb sağ əli ilə Həsənin ayaq nahiyəsindən bir zərbə vurmuşdur. Lakin, bıçaq əlindən yerə düşmüşdür. Elə bilmişdir ki, Həsənin ayaq nahiyəsindən vurduğu bıçaq zərbəsi ona dəyməmişdir. Buna görə də yerə düşən bıçağı götürüb onun ayaq nahiyəsinə yenidən bir zərbə vurmuşdur. Həsən yaralanmış və ayağından qan gəlməyə başlamışdır. Bundan sonra hadisə yerində olan məktəb şagirdləri qaçıb dağılışmışlar. Hadisə yerində özü və Həsən qalmışdır. Özü qaçmamışdır və hadisə yerində qalmışdır. Həsən huşunu itirmişdir. Həmin ərazidə daş sexində işləyən işçilər hadisə yerinə yaxınlaşıb Həsənin əl və ayaqlarından yapışıb sexə tərəf aparmışlar. Hadisə yerinə sonradan bir nəfər şəxs tanmadığı bir avtomobil ilə gəlmiş və Həsəni həmin avtomobilə mindirib xəstəxanaya aparmışdır. Elə bu zaman hadisə yerinə polis əməkdaşı da gəlmiş və o, həmin polis əməkdaşına hadisə barədə məlumat verib Həsəni bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı hadisə yerində olan bıçağı götürmüş və onu da 15-ci Polis Şöbəsinə aparmışdır. Zərərçəkmiş şəxs bıçaqla vurarkən məqsədi onu öldürmək olmamışdır. Sədəcə olaraq dava-dalaş zamanı X13 döydüyünü, Əlinin ona gücünün çatmadığını görüb dostu Əli Rezanı müdafiə etmək üçün Həsəni bıçaqla vurmuşdur. Hadisə yerində təxminən 5-10 nəfər oğlan, məktəb şagirdləri olmuşdur. Lakin, həmin şagirdlərdən heç birini tanımamışdır. Onlardan yalnız Əli Rezanı tanımışdır. Zərərçəkmiş şəxs vurduğu bıçaq vəfat etmiş dayısına məxsus olmuşdur. Bıçağı evdə saxladığını heç kəs bilməmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurmaqda ona heç kəs kömək etməmişdir. Hadisəni tək törətmişdir (cild 1, iş vərəqə 34-36,72-74). Təqsirləndirilən şəxs elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Əli Rezanın onun üzərində bıçaq olmağından xəbəri olmamışdır. Əli Reza mübahisəyə gedəndə üzərində silah və ya bıçaq götürməyini xahiş etməmişdir. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 bidirmişdir ki, oğlu Zərərçəkmiş şəxs səhərlər məktəbə özü yola salmışdır. Hadisə baş verən gün fiziki qüsurlu olan qızını həkimə aparmalı olmuşdur. Oğlu Zərərçəkmiş şəxs telefonu özünə lazım deyilsə ona verilməsini xahiş etmişdir. Saat 14:30-da onlar evə qayıdanda oğlu Zərərçəkmiş şəxs bıçaqlandığını eşitmişdir. Xəstəxanaya getdikdən sonra oğlu Həsənin əməliyyatda olduğunu bilmişdir. Təxmini 1 saat sonra isə ona oğlu Zərərçəkmiş şəxs dünyasını dəyişdiyini demişlər. Evə gələn kimi oğlunun telefonunu götürüb yazışmalarını oxumuşdur. Oğlu “WhatsApp” qrupunda Əli Rezadan qrupda yox, şəxsi söhbət etməklərini xahiş etməsi səbəbindən onu “WhatsApp” qrupundan çıxarmışlar. Əli Reza oğluna sonuncunun tanımadığı nömrədən zəng etdiyinə görə oğlu telefona cavab verməmişdir. Daha sonra X11 Qurbanova mesaj yazaraq olduğu yerin ünvanının göndərilməsini təklif etmiş və ora gələcəyini bildirmişdir. Oğlu X16 gec olduğunu səhərisi gün məktəbin həyətində görüşüb söhbət eləyəcəklərini bildirmişdir. Bundan sonra oğlu sinif yoldaşı Süleymana mesaj yazaraq məktəbdə Əli, Ramin, Mənsur və Mətləb ilə söhbəti olacağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, hadisəyə səbəb “WhatsApp” qrupundakı yazşıma olmuşdur. Oktyabr ayının 1-dən 2-nə keçən gecə “WhatsApp” qrupunda “Ala” sözünə görə mübahisə yaranmışdır. Daha sonra şəxsidə Zərərçəkmiş şəxs ilə məktəbdə görüşəcəklərini dəqiqləşdirmişlər və səhərisi günü Zərərçəkmiş şəxsla görüşmüşlər. Zərərçəkmiş şəxs onu qəbrstanlıq tərəfinə aparmış və orada mübahisələri yaranmışdır. Zərərçəkmiş şəxs yanında dostu Süleyman, sinif yoldaşı Ceyhun və digər tanımadığı 2 nəfər şəxs olmuşdur. Zərərçəkmiş şəxsla kənarda danışanda o, Həsənə əl uzatmış, sonuncu da qəbul etməyib söyüş söyməyə başlamışdır. Bundan sonra onlar əlbəyaxa dalaşmağa başlamışlar. Zərərçəkmiş şəxs onu vurmuş və kənardan uşaqlar gəlmiş və Həsən Yasin tərəfindən bıçaqlanmışdır. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, işdən qayıdanda dostu Təqsirləndirilən şəxslə gecə görüşüb Zərərçəkmiş şəxsla mübahisəsinin yarandığını söyləmişdir. Təqsirləndirilən şəxs üzərində bıçaq gəzdirdiyindən, habelə Zərərçəkmiş şəxsla görüşməyə gedəndə Təqsirləndirilən şəxs üzərində bıçaq götürdüyündən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs gücləri çatmasa bıçaqdan istifadə edəcəklərini deməmişdir. Zərərçəkmiş şəxsla məktəbdə görüşüb hadisə olan yerə getmişlər. Birinci dəfə Zərərçəkmiş şəxs onu vurmuş və Təqsirləndirilən şəxslə digərləri onların yanına yaxınlaşmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs harasından bıçaqladığını görməmişdir. Yasin Həsəni bir dəfə bıçaqlamışdır. Daha sonra Yasin onu ayağa qaldırmış və o, Həsənin ayağından qan gəldiyini görmüşdür. Hadisə yerinə Yasinin qayıdıb-qayıtmadığını görməmiş, Həsənin hadisə günü vəfat etdiyini sosial şəbəkədən öyrənmişdir.Yasinlə 71 nömrəli məktəbdə birlikdə oxumuşlar. Təqsirləndirilən şəxs dərslərini oxuyan şagird olmuşdur. Sosial şəbəkələrdə Yasini izləmiş, amma paylaşımlarından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zabratda göl qırağında həyət evində yaşayır. Hadisə baş verən günü yoldaşı ona arxa tərəfdən “Neynədin öldürdün” məzmununda səslər eşitdiyini bildirmişdir. O, arxa tərəfə keçəndə 5-6 nəfər uşağın qarajın arxası ilə qaçdığını görmüşdür. Orada olan uşaqlardan biri ona bir uşağın digər uşağı bıçaqladığını demişdir. O, hadisə yerinə gələndə Zərərçəkmiş şəxs köynəyinin çıxarıldığını və ayağının bağlandığını görmüşdür. Təqsirləndirilən şəxs ona yaxınlaşıb Zərərçəkmiş şəxs bıçaqladığını, amma özünün qaçmadığını bildirmişdir. O, maşınla Zərərçəkmiş şəxs Sabunçu xəstəxanasına aparmış və orada “102”ə məlumat vermişdir. Xəstəxanada Zərərçəkmiş şəxs ailəsini tapa bilməmişlər. Zərərçəkmiş şəxs xəstəxanada sağ olmuş, hətta bir ayağı ilə yerimək üçün özü də çalışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, son zəngə görə “WhatsApp” qrupu açmışlar. Həsən qrupa “narahat oluram qrupa mesaj yazmayın” məzmunda sms yazmışdır.O isə Həsəndən qrupu səssizə almasını istəmiş, Həsən isə qrupu səssizə almaq istəmədiyini demişdir. Həsənə əgər narahat olursansa qrupdan çıxa biləcəyini təklif etdikdə sonuncu ona “ala” demiş və onlar şəxsidə yazışmağa başlamışlar.Həsən onunla kobud danışmış və sabah məktəbdə bu söhbət barəsində danışacaqlarını qərarlaşdırmışlar. Məktəbə gəldikdən sonra isə Həsən ona “ala” sözünü müraciət formasında dediyini, həmin sözü pis mənada işlətmədiyini bildirmiş və onlar əl sıxışıb söhbəti bağlamışlar. Daha onra isə Həsən ona yaxınlaşıb Əlirzanın harada olduğunu soruşmuş o isə Əlirzanın dərsə gəlmədiyini bildirmişdir. Əlirza işıq dirəyinin yanında dayanmış, daha sonra Əlirzayla Həsən qəbirstanlığa tərəf gedib söhbət etməyə başlamış, heç kimi onların yanına yaxınlaşmağa icazə verməmişdir. Şahid4 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Əlirzayla Yasin, Həsənlə Süleyman və Ceyhun birlikdə gəlmişdirlər. Mirağa,Mətləb, Ramin və o əgər mübahisə yaranarsa onları ayırmaq məqsədilə getmişlər. Əlirzayla Həsənin görüşündən məktəbdən çıxandan sonra xəbəri olmuşdur. Məktəbdən çıxdıqdan sonra Əlinin yanında Yasini görmüşlər.Yasin Həsənə kafeyə getməyi təklif etmiş, Həsən bu təkliflə razılaşmamış, onlar yarımtikili olan yerə getmişdir. Həsən mübahisədə daha çox fəallıq göstərmiş, Əli Rezanı döymüşdür. Onlar isə Həsənlə Əlini ayırmaq üçün qaçmışlar. Əlirzayla Həsən arasında olan söhbətin məzmunundan məlumatsızdır. Yasinin bıçaq çıxartmağını görməmiş, Həsənin bıçaqlandığını görəndən sonra hamısı eləcə də Əli Reza qaçmışlar. Yasin hadisə yerində qalmışdır. Qaçan anda yıxıldığı üçün ayaqlarını hiss etmədiyinə görə geri qayıtmamışdır. Hadisə baş verdikdən sonra qorxmuş və Həsənə göndərdiyi mesajları silmişdir. Məhkəmədə elan edilərək tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 71 saylı orta məktəbin 11C sinifində təhsil alır. Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs isə əvvəllər onların təhsil aldığı məktəbdə təhsil almışdır. Ona görə də Yasini də tanıyır, lakin, onunla şəxsi münasibəti olmamışdır. 2024-cü ilin oktyabr ayında sinif yoldaşlarının arasında “WhatsApp” mobil tətbiqində qrup yaratmışlar. 01 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində “WhatsApp” qrupunda sinif yoldaşları ilə yazışarkən sinif yoldaşı Həsənlə digər sinif yoldaşı Əlinin arasında mübahisə yaranmışdır. Mübahisəyə səbəb Həsənin qrupa mesaj yazıb sinif yoldaşlarının “WhatsApp” qrupunda çoxsaylı mesaj yazmalarının onu narahat etdiyini bildirməsi olmuşdur. Həmin söhbətin səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 13:50 radələrində özü məktəbdən dərsdən çıxarkən görmüşdür ki, Həsən, Əli, Yasin və onların yanında olan digər sinif yoldaşları məktəbin qarşısında dayanmışlar. Sinif yoldaşlarına yaxınlaşmış və eşitmişdir ki, onlar söhbəti məktəbin yaxınlığında olan qəbirstanlığın yanında olan boş ərazidə davam etdirmək istəyirlər və hamısı birlikdə boş əraziyə getmişlər. Qəbirstanlığın yanında olan boş əraziyə gedənə kimi Əli ilə Həsən yol boyu mübahisə etmişlər. Belə ki, özü, Mətləb, Cavidan, Mənsur, Süleyman, Mirağa, Ceyhun, Həsən, Əli Reza, Yasin- hamısı birlikdə məktəbin yaxılığında yerləşən həmin boş əraziyə çatmışlar. Ora çatdıqdan sonra Həsən və Əli ikisi bizdən bir neçə metr kənara çəkilib söhbət etməyə başlamışlar. Bir neçə dəqiqə keçməmiş onların arasında əlbəyaxa dava başlamışdır. Dava başladıqdan sonra ilk olaraq Yasin, daha sonra isə özü və digər sinif yoldaşları Əli və Həsənə tərəf yaxınlaşmışlar. Əli ilə Həsən birbirilərini yumruq zərbələri ilə vurmuşlar. Onların arasında dava-dalaş baş verən zaman Yasin bıçaq çıxardıb qəfildən Həsənin ayağına bıçaqla zərbə vurmuş və Həsən yerə yıxılmışdır. Həsən ayaq nahiyyəsindən xəsarət almış və ayaq nahiyyəsindən qan axmağa başlamışdır. Bundan sonra özü və digər sinif yoldaşları hadisə yerindən qaçmışlar. Özü bir başa yaşadığı evə getmişdir. Ondan sonra hadisə yerində nə baş verdiyini bilməmişdir. Həmin gün təxminən saat 18 radələrində hazırlıqda olan vaxt telefonda “İnstagram” sosial şəbəkəsində Həsənin ölməsi barədə məlumatı görmüşdür. Sonradan eşitmişdir ki, Həsən xəsarət aldığı üçün xəstəxanaya aparılmışdır və xəstəxanada vəfat etmişdir. Zərərçəkmiş şəxsla Əli Reza arasında baş vermiş dava dalaş zamanı Əlinin əlində hər hansı alət olmamışdır. Həsənlə Əli əlbəyaxa dalaşmışlar. Yasinin Həsənə bıçaqla bir zərbə vurduğunu görmüşdür, lakin, ola bilər ki, Yasin ikinci zərbəni də vurmuşdur. Hadisə baş verən yer boş ərazi olmuş və həmin ərazinin kənarında yerləşən daş sexinin 1-2 nəfər işçisindən başqa ətrafda başqa adam olmamışdır. Buna görə də ətrafdan hadisə yerinə heç kəs gəlməmişdir. Zərərçəkmiş şəxs, Əli Reza və Təqsirləndirilən şəxs dava-dalaş zamanı uca səslə qışqırmamışlar və söyüşlü ifadələr işlətməmişlər. Hadisənin baş verməsi qısa müddət ərzində, təxminən 1-2 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı Əli Reza və ya digər hər hansı şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasına kömək etməmişdir. Yasin hadisəni qəfil törətmişdir, onun Həsəni bıçaqla vuracağı barədə hesab etmişdir ki, heç kimin məlumatı olmamışdır. Çünki, bu barədə özü də əvvəlcədən məktəb yoldaşlarından hər hansı bir məlumat eşitməmişdir (cild 1, iş vərəqə 193-196). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 02 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən daş sexinin yaxınlığında olan boş ərazi və onun ətrafıdır. Həmin əraziyə kənardan baxdıqda görünür ki, həmin ərazi Zabrat qəsəbəsində Xavər Vəliyev küçəsi ilə Zabrat qəbirstanlığının kəsişdiyi yerdə, yolun sol hissəsində yerləşən daş sexindən 80 metr aralıda yerləşir. Hadisə yerində yer səthi torpaq örtüklüdür. Hadisə yerinin qarşısında və yan tərəflərində mişar daşları ilə hasarlanmış 1 və 2 mərtəbəli fərdi yaşayış evləri yerləşir. Asfalt və torpaq yola paralel olaraq yolun kənarı ilə böyük diametrli qaz boru kəməri uzanır. Hadisə yerinə yaxın ərazidə yerləşən daş sexinə aid nəzarət kamerası vardır. Hadisənin baş verdiyi yerdə mişar daşları səpələnmiş və birillik yabanı bitkilərin arasında qan ləkələri vardır, həmin qan ləkələri iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür.Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 2-5). 05 oktyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində məktəb yoldaşları ilə birlikdə hadisə yerinə getmələrini əks etdirən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən daş karxanasında quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış videogörüntü istintaq zamanı götürülmüşdür. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin video fayl 01 dəqiqə davam edir. Videofaylda xx.xx.2024-cü il tarixdə saat 13:28:10 saniyədə 11 nəfər məktəbli uşağın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən daş karxanasının qarşısından keçmələri görünür. Baxış zamanı iştirak edən Şahid2 bildirmişdir ki, videogörüntüdə qrup halında gedən şəxslər onun sinif yoldaşları, Zərərçəkmiş şəxs və və hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqə 105). 05 oktyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində məktəb yoldaşları ilə birlikdə hadisə yerinə getmələrini əks etdirən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən fəaliyyət göstərmiş tikilidə quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış digər bir videogörüntü istintaq zamanı götürülmüşdür. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, videofayl 01 dəqiqə 09 saniyə müddətində davam edir. Videofaylda xx.xx.2024-cü il tarixdə saat 13:58:2 saniyədə 11 nəfər məktəbli uşağın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən fəaliyyət göstərmiş tikilinin qarşısından keçmələri görünür. Baxış zamanı iştirak edən Şahid2 bildirmişdir ki, videogörüntüdə qrup halında gedən şəxslər onun sinif yoldaşları, habelə Zərərçəkmiş şəxs və və hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqə 106). 09 oktyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş “Poco” markalı mobil telefona baxış zamanı hadisənin baş verdiyi, yəni xx.xx.2024-cü il tarixdə onunla “WhatsApp” və mobil nömrə vasitəsi ilə danışmış şəxslərin nömrələri müəyyən edilmiş və iş üzrə əhəmiyyət kəsb edə biləcək hallar barədə aralarında mesajların olub-olmadığı yoxlanılmışdır. Belə ki, telefona baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsini “WhatsApp” tətbiqində “Kh Plus” adı ilə qeydiyyatdan keçirərək istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Şahid2 istifadə etdiyi “WhatsApp” tətbiqində ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aralarında aşağıdakı məzmunda yazışma olmuşdur. 01.10.24 22:49 - Həsən: Salam 01.10.24 22:49 - Həsən: Adını deyə bilərsen 01.10.24 22:50 - +994 51 539 96 21: null 01.10.24 22:50 - Həsən: Eleme zəng 01.10.24 22:50 - Həsən: . 01.10.24 22:50 - +994 51 539 96 21: Aleykum salam 01.10.24 22:50 - +994 51 539 96 21: Əli 01.10.24 22:50 - Həsən: Qurupda o ne sözdu başınız gedir nem ne ? 01.10.24 22:50 - Həsən: Kime deyirsen? 01.10.24 22:51 - +994 51 539 96 21: Sözü ortaya atdım üsdüvə niyə gptürürsən 01.10.24 22:51 - +994 51 539 96 21: Harda qalırsan sən? 01.10.24 22:51 - Həsən: Üstüme götürmürəm ki deyirəm kime demisen ? 01.10.24 22:52 - Həsən: Zabratin düz özündə 01.10.24 22:52 - +994 51 539 96 21: Üsdüvə götürmüsən deyə yazmışanda 01.10.24 22:52 - Həsən: Ay qaqass 01.10.24 22:52 - +994 51 539 96 21: Axşam görüşəy üzbə üz danışaq 01.10.24 22:52 - Həsən: Qurupda məndə varam 01.10.24 22:52 - Həsən: Deyirəm kime deyirsen ? 01.10.24 22:52 - Həsən: Sabah görüşəcəm 01.10.24 22:52 - Həsən: Gelersen 01.10.24 22:52 - Həsən: Məktəbe 01.10.24 22:53 - +994 51 539 96 21: Mən indi gəlirəm görüşək 01.10.24 22:53 - Həsən: Yox ee başa düşmürəm bəlkə mən senen indi görüşə bilmirəm 01.10.24 22:53 - Həsən: Gəlirəm gorusey nedi ?? 01.10.24 22:53 - Həsən: Deyirəm sabah gelecem 01.10.24 22:53 - Həsən: 10/% 01.10.24 22:53 - Həsən: 100 01.10.24 22:53 - Həsən: Gorusey 01.10.24 22:54 - +994 51 539 96 21: Sənə diyirəm telefonda danışmağa səbrim yoxdu konum at saat 1dənə sonra gəlim 01.10.24 22:55 - +994 51 539 96 21: Çölə çıxa bilmirsən? 01.10.24 22:55 - Həsən: Düşüncen yoxdu? 01.10.24 22:55 - Həsən: Deyirem bəlkə heç mən 01.10.24 22:55 - Həsən: Çölə çıxa bilmirəm 01.10.24 22:55 - Həsən: Deyirəm sene sabah gelecem 01.10.24 22:55 - Həsən: Üz üze göz gözə danisacag da 01.10.24 22:56 - +994 51 539 96 21: Bu nə danışıqdıə 01.10.24 22:56 - +994 51 539 96 21: Söz yazmışam görmürsən 01.10.24 22:56 - +994 51 539 96 21: ? 01.10.24 22:56 - Həsən: Görmürsən öz yazdigiviii 01.10.24 22:56 - Həsən: Ay qaqaş men senə uje 2 çi defedi yazıram onu ee 01.10.24 22:56 - +994 51 539 96 21: Sən həvi yoxuvu dedə 01.10.24 22:56 - Həsən: Yenə eyni şeyi deyirsen 01.10.24 22:56 - Həsən: Mən sene demişəm ki sabah gelecem üz üzə danisag 01.10.24 22:56 - Həsən: Yeqn ki görüşə bilmirəm ki 01.10.24 22:56 - Həsən: Deyirəm dee 01.10.24 22:57 - Həsən: Problem ola bilmez səncə ? 01.10.24 22:57 - +994 51 539 96 21: Aə başından böyüy danışırsan heşnə görüşərik sabah 01.10.24 22:57 - Həsən: Mən danışıram basimnan böyük ? 01.10.24 22:57 - Həsən: Mene deyirsen bu sözü ? 01.10.24 22:57 - Həsən: Yaxşı 01.10.24 22:58 - +994 51 539 96 21: Yaxşı günün 01.10.24 22:58 - Həsən: Sabah görüşəcy 01.10.24 22:58 - Həsən: 100% gel haaa 01.10.24 22:58 - Həsən: 100% 01.10.24 22:58 - +994 51 539 96 21: Görüşərik 01.10.24 22:58 - +994 51 539 96 21: Dərsə gəlmiyəcəm çöldə olacam 01.10.24 22:58 - Həsən: No problem sen mən tekbe tek 01.10.24 22:58 - Həsən: Gel 01.10.24 22:58 - +994 51 539 96 21: Yaxşı 01.10.24 22:58 - Həsən: Yaxşı xx.xx.2024- cü il tarixdə Zərərçəkmiş şəxs istifadə etdiyi “WhatsApp” tətbiqində +994 50 *** ** ** saylı mobil telefon nömrəsi ilə aralarında aşağıdakı məzmunda yazışma vardır. 01.10.24 22:39 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:40 - Həsən: Mənsur sənsən ? 01.10.24 22:40 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:40 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:40 - Həsən: A başım gedir da xana salıblar qurupda gormursen 01.10.2v4 22:40 - Həsən: Hamı var ee qurupdaa 01.10.24 22:41 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:41 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:41 - Həsən: Ay dostum lezzet eləmədi hə ? 01.10.24 22:41 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:41 - Həsən: Buda mənə ləzzət eləmir 01.10.24 22:41 - Həsən: Kiməsə göre kimsə çıxmalıdır? 01.10.24 22:42 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:42 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:42 - Həsən: Söhbət narahatdan getmir ? 01.10.24 22:42 - Həsən: Məndə sene primel cekirem 01.10.24 22:42 - Həsən: Allah canını sağ eləsn 01.10.24 22:42 - Həsən: Amma ki gerəy başa dusəy 01.10.24 22:42 - Həsən: Anlayag düzdü ? 01.10.24 22:43 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:44 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:44 - Həsən: Kim ne deyir özü bilər ee qaqa qurupda məndə varam tapa tap yersiz mesajlar gelir 01.10.24 22:44 - Həsən: Heç onu yazan sen deyilsen ee 01.10.24 22:44 - Həsən: Ramindi 01.10.24 22:44 - Həsən: Sadəcə bilirsen 01.10.24 22:44 - Həsən: Yersiz tema gedir girib məndə yazmisam 01.10.24 22:44 - Həsən: Gedib oxuyada bilərsən 01.10.24 22:44 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:44 - Həsən: Ne sözüne göre ? 01.10.24 22:44 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:45 - Həsən: Yox qaqa atmıram sesize 01.10.24 22:45 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:45 - Həsən: Xeberm olsun 01.10.24 22:45 - Həsən: İstəyirəm 01.10.24 22:45 - Həsən: Ala sözunede qalsa 01.10.24 22:45 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:45 - Həsən: Danisig budu yeni kimise alcatmag üçun istifadə etmirəm 01.10.24 22:46 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:46 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:46 - Həsən: Danisgimin budu 01.10.24 22:46 - Həsən: Hamini niye qatırsan ki sen 01.10.24 22:46 - +994 50 896 12 87: Bax gorursen ozun uje söhbeti basga yere aparirsan 01.10.24 22:47 - Həsən: Onu sen deyirsen 01.10.24 22:47 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:47 - Həsən: Aciglamasn verdm de sene 01.10.24 22:47 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:47 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:48 - Həsən: Qabağımda kim olduğuna baxmıram mesnur nede ki söhbət qurupda sene getmir 01.10.24 22:48 - Həsən: 100% 01.10.24 22:48 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:48 - +994 50 896 12 87: Bu mesaj silindi 01.10.24 22:48 - Həsən: Məndə səni gözləyirəm 01.10.24 22:50 - +994 50 896 12 87: Gorseriy xx.xx.2024- cü il tarixdə Zərərçəkmiş şəxs istifadə etdiyi “WhatsApp” tətbiqində +994 70 *** ** ** saylı mobil telefon nömrəsi ilə aralarında aşağıdakı məzmunda yazışma vardır. 01.10.24 22:51 - +994 70 833 45 39: Salam 01.10.24 22:51 - +994 70 833 45 39: Həsən 01.10.24 22:51 - Həsən: Salam 01.10.24 22:51 - +994 70 833 45 39: O raminin cvb niyə vermirsən? 01.10.24 22:52 - Həsən: Sabah hamsinan gorusecem 01.10.24 22:52 - +994 70 833 45 39: He lap yaxşi 01.10.24 22:52 - +994 70 833 45 39: Sağol 01.10.24 22:53 - Həsən: Sağol. xx.xx.2024- cü il tarixdə Zərərçəkmiş şəxs istifadə etdiyi “WhatsApp” tətbiqində, ***-***-**-** nömrəli “Samir Sinif” adlı şəxslə aralarında aşağıdakı məzmunda yazışma vardır. 24.08.24 01:46 - Samir Sinif: Salam Həsən 24.08.24 01:46 - Samir Sinif: Mən idim Samir sinif yoldaşın 24.08.24 01:46 - Samir Sinif: Bağışda bu vaxtı narahat etim 24.08.24 01:47 - Samir Sinif: Nömrəni saxlamaq üçün yazmışam bu qədər 24.08.24 01:47 - Samir Sinif: Gecən xeyrə 24.08.24 13:21 - Həsən: Salam qaqa 24.08.24 13:22 - Həsən: Hansı Samir 10ç ? 24.08.24 13:22 - Həsən: Hə yaxşı elemisən 24.08.24 13:22 - Həsən: Heç bir problemi yoxdu 24.08.24 14:40 - Samir Sinif: Salam Həsən 24.08.24 14:40 - Samir Sinif: Hə 24.08.24 14:40 - Samir Sinif: Sevindim 24.08.24 14:56 - Həsən: He qaqa lap yaxşı 22.09.24 16:44 - Samir Sinif: Profil özüdüyaaa 22.09.24 17:39 - Həsən: Maçı 22.09.24 17:40 - Həsən: Gujdu göt baş edensen ee 23.09.24 00:24 - Samir Sinif: Əvəlki kimi deyiləm ətağa 23.09.24 00:24 - Samir Sinif: Dava oldu qoyuram day susub eləmirəm 23.09.24 07:25 - Həsən: Halaldi susma 23.09.24 07:25 - Samir Sinif: Məktəbə gedirsən? 23.09.24 07:25 - Həsən: Hə 23.09.24 07:25 - Samir Sinif: 1 saata zada məndə gələm 23.09.24 07:25 - Samir Sinif: 23.09.24 07:25 - Həsən: Hara 23.09.24 07:25 - Samir Sinif: Məktəbə 23.09.24 07:25 - Samir Sinif: Ona görə oyağamda 23.09.24 07:25 - Həsən: Gijdilah çıxmamıssn 23.09.24 07:25 - Samir Sinif: Təzədən salacaqlar 23.09.24 07:26 - Samir Sinif: Asandı o iş 23.09.24 07:26 - Həsən: Hə lap yaxsi gel 23.09.24 07:26 - Həsən: Getdn mən 23.09.24 07:26 - Samir Sinif: Yaxçı öpürəm 23.09.24 07:26 - Samir Sinif: 23.09.24.07:26 - Həsən: 02.10.24 18:47 - Samir Sinif: Salam Həsən 02.10.24 18:48 - Samir Sinif: Necəsən 02.10.24 18:48 - Samir Sinif: 02.10.24 18:49 - Samir Sinif: Həsən nə temadıki bu? xx.xx.2024- cü il tarixdə Zərərçəkmiş şəxs istifadə etdiyi “WhatsApp” tətbiqində ***-***-**-** saylı “Süleyman” adlı şəxslə aralarında aşağıdakı məzmunda yazışma vardır. 01.10.24 23:01 - Həsən: Sabah mektebe gel 01.10.24 23:01 - Həsən: Qırğin var 01.10.24 23:18 - Süleyman: Nolub 01.10.24 23:18 - Süleyman: Brat 01.10.24 23:18 - Süleyman: Salamatçılıqdi? 01.10.24 23:18 - Həsən: Brat buların uje başı gedv 01.10.24 23:18 - Həsən: Bulara daa keçdi yoxdu 01.10.24 23:19 - Həsən: Sabah mektebe gel buları arvad edecem 01.10.24 23:19 - Həsən: Beynim çönüb 01.10.24 23:19 - Süleyman: Kim brat 01.10.24 23:19 - Süleyman: Nə olubki 01.10.24 23:19 - Həsən: Əli,Mənsur,Ramin,Mətleb 01.10.24 23:19 - Həsən: Bularnan qurupda sozlerm düşdü 01.10.24 23:19 - Həsən: Hamsina catirismisam 01.10.24 23:19 - Həsən: Sen heç kime yazma 01.10.24 23:19 - Həsən: Sabah buları sikecy 01.10.24 23:20 - Süleyman: Söyüş zad yazıblar ki 01.10.24 23:20 - Süleyman: ? 01.10.24 23:20 - Həsən: Yox yetm borzulug bildin nece 01.10.24 23:20 - Süleyman: Sabah gələcəm İnşAllah 01.10.24 23:21 - Həsən: Yetm gel ee gel bulara keçdi yoxdu ha sulu çox xod gedirler 01.10.24 23:21 - Süleyman: Pox yer qaqa 01.10.24 23:21 - Süleyman: Tutub başına isyecik uzağı başı 01.10.24 23:22 - Həsən: Ala hə fso 01.10.24 23:22 - Həsən: Görüm bular kimnen göt göt danışılar 01.10.24 23:22 - Süleyman: Ala qələt edr 01.10.24 23:22 - Süleyman: İnansan brat indi gəldim məndə məşqdən 01.10.24 23:23 - Həsən: Yaxşı elədn qardaşm dincel 01.10.24 23:23 - Süleyman: Hə yatacam tez yat sende brat 01.10.24 23:23 - Həsən: Yatacam brat 01.10.24 23:23 - Süleyman: Dura biləsən 01.10.24 23:23 - Həsən: Duracam ee ala 100% gelecem ee sikmeye gelecemm 01.10.24 23:23 - Süleyman: Sabah məndə tez çıxacam İnşallah 01.10.24 23:24 - Həsən: insAllah qardaşm 01.10.24 23:24 - Həsən: Öpdüm 01.10.24 23:24 - Süleyman: Məndə qaqam 02.10.24 07:13 - Həsən: Sabahın xeyir brat 02.10.24 07:13 - Həsən: Gelirsen 02.10.24 07:14 - Süleyman: Hə brat 02.10.24 07:16 - Həsən: Yaxşı qaqa. Zərərçəkmiş şəxs telefonuna baxış zamanı sinif yoldaşları ilə aralarında mübahisə yaranması, xx.xx.2024-cü il tarixdə həmin mübahisə ilə əlaqədar söhbət edəcəkləri barədə mesajların olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 144-148). 23 oktyabr 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs sağ bud arteriyasının və venasının yaralanması, sağ bud sümüyünün diafizinin xarici sümük səhifəsinin hissəvi qopmuş açıq sınığı ilə müşayiət olunan sağ budun iç səthinin 01 (bir) ədəd; sağ budun bayır səthinin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi: 02 (iki) ədəd) müəyyən edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl ülgücü və küpü olan deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər. Dərəcəsinə görə xəsarətlərdən- sağ bud arteriyasının və venasının yaralanması, sağ bud sümüyünün diafizinin xarici sümük səhifəsinin hissəvi qopmuş açıq sınığı ilə müşayiət olunan sağ budun iç səthinin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Sağ budun bayır səthinin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ bud arteriyasının və venasının yaralanması, sağ bud sümüyünün diafizinin xarici sümük səhifəsinin hissəvi qopmuş açıq sınığı ilə müşayiət olunan sağ budun iç səthinin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə saat 15:45-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər qısa vaxt ərzində yetirildiyindən, onların yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs xəsarətləri alarkən ayaqüstü vəziyyətdə olmaqla xəsarət yetirən şəxslə qarşı-qarşıya və sağ yan-arxa hissəsi ilə ona tərəf çevirilmiş vəziyyətdə dayana bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiyvək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 2, iş vərəqə 5-12). 01 noyabr 2024-cü il tarixli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sağ səthində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir və ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində olan zədələrin lokalizasiyasına görə demək olar ki, xəsarət yetirilən zaman o, müxtəlif qarşılıqlı vəziyyətdə olmaqla, iz törədən alətin tiyəsi zərərçəkmişə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik suvenir-bıçaqdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişən heç bir əlavə və dəyişiklik edilməmişdir (cild 2, iş vərəqə 13-19). 06 oktyabr 2024-cü il tarixli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 (l)-dir. Təqsirləndirilən şəxs şəxsiyyəti vəsiqəsinin kserosurətinə əsasən qan qrupu A/İİ/-dir. Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, məktəb köynəyi və Təqsirləndirilən şəxs məxsus jaket üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə Zərərçəkmiş şəxs məxsus şalvar, məktəbli köynəyi üzərində yalnız H antigeni alınmışdır. Bu antigen 0(1) qan qrupunun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə həmin qan qruplu şəxsə, eyni zamanda Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus jaket üzərində ABO sistemi üzrə qan qrupu təyin olunan zaman « A» və «H» antigenləri alınmışdır. Beləliklə, bu qan ləkələrinin ABO sistemi üzrə A/H/ /İİ/ qruplu bir şəxsə o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. (Əgər onun qanında müşayiət edici H antigeni varsa).Lakin bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanın hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələrdə ABO sistemi üzrə A(ll), A/H/(ll) və 0 (1) qruplu şəxslərin qarışmış qanlarının olması mümkündür. Bu halda ləkələrdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qarışmış qanının olması inkar olunmur. Təqdim olunmuş bıçaqda qan aşkar olunmamışdır (cild 2, iş vərəqə 20-26). 16 yanvar 2025-ci il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs sferasında fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar qıcığa qarşı həssaslıq, hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqə 27-30). 16 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 12751 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə olmamışdır (cild 1, iş vərəqə 154). 21 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 155). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 149). 20 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus şalvar, məktəb köynəyi, Təqsirləndirilən şəxs məxsus jaket və bir ədəd suvenir maddi sübut kimi tanınaraq Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla və onun sinif yoldaşları ilə birlikdə hadisə yerinə piyada getmələri barədə videogörüntüləri özündə əks etdirən iki ədəd kompakt disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 31-50). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan yəni qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməlinə görə cinayət məsuliyyəti həmin əməl xuliqanlıq niyyəti ilə törədildikdə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi, həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə nəticələnməsinə görə isə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə müəyyən edilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 6-cı bəndinin təhlili əsasında müəyyən edilir ki, əməl o vaxt xuliqanlıq niyyəti ilə törədilmiş hesab olunur ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Həmin Plenum qərarının 3-cü bəndinə əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərin sayını, lokalizasiyasını(ayaq nahiyəsinə vurulmasını), hadisədən sonra qayıdaraq zərərçəkmiş şəxsə kömək etməsi kimi işin hallarını nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 29), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 02 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 90-94). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlanma otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, məktəb köynəyi, Təqsirləndirilən şəxs məxsus jaket və bir ədəd suvenir bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla və onun sinif yoldaşları ilə birlikdə hadisə yerinə piyada getmələri barədə videogörüntüləri özündə əks etdirən iki ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlanma otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, məktəb köynəyi, Təqsirləndirilən şəxs məxsus jaket və bir ədəd suvenir bıçaq məhv edilsin; - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla və onun sinif yoldaşları ilə birlikdə hadisə yerinə piyada getmələri barədə videogörüntüləri özündə əks etdirən iki ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar