Məhkəmə qərarları › İş №1(101)-1024/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1024/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1024/2020 28.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1974-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozu ev 68-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1968-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 3-cü keçid, ev 13-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan təbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə, yəni, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İİR-nın vətəndaşı ilə qabaqcadan bir qrup şəxs halında İran İslam Respublikasında həmin külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib, saxlayaraq daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıqla keçirərək ölkə ərazisində satmaq barədə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşı Şahid7la birlikdə xx xxxxxx 2019-cu il tarixdə Şahid7 məxsus «Mercedes Benz» markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Astara şəhərinə getdikdən sonra Təqsirləndirilən şəxs2 Astara şəhərində gözləmiş, o, Şahid7la birlikdə Astara gömrük-məntəqəsindən saat 21:29 dəqiqədə keçərək İran İslam Respublikası ərazisində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə görüşüb qanunsuz olaraq ondan aldığı 03 ədəd polietilen bağlamada qablaşdırılmış təmiz çəkiləri-104,300 qram, 98,506 qram və 130,490 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 333,296 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin iki bükümünü ayağında olan ayaqqabılarının içərisində, bir bükümünü isə cinsiyyət orqanının içərisinə yerləşdirməklə gizlədib xx xxxxxx 2019-cu il tarixdə saat 13:22 dəqiqədə Azərbaycan Respublikasının mühafizə olunan Astara gömrük-məntəqəsindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq Astara rayon ərazisinə keçirib cinayətkar razılaşmanın davamı olaraq onu gözləyən Təqsirləndirilən şəxs2la görüşərək Şahid7 məxsus avtomobildə həmin narkotik vasitələri əl çantasına qoyduqdan sonra qeyd edilən narkotik vasitənin qanunsuz olaraq ünvan 2 saylı binanın qarşısına daşımış, bu barədə qrupun digər üzvü Şahid7 könüllü olaraq Bakı şəhəri, Xətai RPİ-nin MSY-nin əməkdaşına verdiyi məlumat əsasında, 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan binanın qarşısında Şahid7 idarə etdiyi “Mercedes” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb, ünvan 1 ünvanında yerləşən 36-cı Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əl çantasından 03 ədəd polietilen bağlamada ümumi təmiz çəkisi külli miqdar təşkil edən 333,296 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1 ilə yaxındır ki, Təqsirləndirilən şəxs2 makler kimi tanımışdır. Belə ki, o, Hövsan qəsəbəsində yerləşən Zeytun savxozunda özünə məxsus evini satmaq üçün Elsevərə müraciət etmişdir. Elsevər onun evini satdıqdan sonra onunla münasibəti yaranmışdır. Müəyyən vaxt keçdikdən sonra Elsevər ona qardaşı Eldənizin Zığ kəndində olan evini satmaq fikrində olduğunu bildirmiş və həmin evi onun almağını təklif etdiyindən o, həmin evə baxdıqdan sonra Eldənizin evini almışdır. Bununla da onun Eldənizlə də yaxın münasibəti yaranmışdır. Eldənizlə tanışlığından sonra Eldəniz ona narkotik satmaqla məşğul olub, pul qazanmağı təklif etmiş, lakin, o, Eldənizin təklifi ilə razılaşmayıb, bu işin onluq olmadığını bildirmişdir. Eldəniz isə ona narahat olmamağını və onluq olduğunu demişdir. Lakin, o, razılaşmamışdır. O, İİR-na gedib oradan ev əşyaları gətirmiş, həm də xəstəliyi ilə əlaqədar getmişdir. xx.xx.2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs2 və Elsevərin qardaşı Şahid7la Biləsuvar gömrüyünə gəlmişlər. Elsevər sərhəddə qalmışdır. O, Eldənizlə birlikdə İİR-nın ərazisinə keçmişlər. Onlar hələ İİR-nın ərazisinə keçməzdən əvvəl Elsevər ona sərhədi keçəndən sonra Eldənizə verməyi üçün 3000 manat vermişdir. O da İİR-nın ərazisinə keçəndən sonra həmin pulu Eldənizə vermişdir. Qeyd etmək istəyir ki, Eldənizi İİR-da Elşən kimi tanımışlar. O da Eldənizi çox vaxt Elşən kimi çağırmışdır. Elşən, yəni, Eldəniz fars dilini çox yaxşı bilmişdir. İİR-da Eldəniz ona bəlkə narkotik vasitə götürməyini təklif etmiş, o, isə yenə də Eldənizə bildirmişdir ki, bu onluq iş deyil. Həmin vaxt o, İİR-dan ev əşyaları və s. almış və İİR-dan Azərbaycan sərhədinə keçmişlər. Bundan təxminən 2 gün sonra Elsəvər ona Biləsuvara getdiklərini demişdir. O da səhv etmirsə xx xxxxxx 2019-cu il tarixdə onlarla birlikdə Eldənizə məxsus avtomobillə Astara rayonuna gəlmişlər. Elsevərin pasportu olmadığı üçün o, Azərbaycan ərazisində qalmışdır. Təqsirləndirilən şəxs2 ona 3 min manat verərək, sərhədi keçəndən sonra onu Eldənizə verməyini demişdir. O, Eldənizlə birlikdə İİR-nın ərazisinə keçmişdir. Oradan ev əşyalarını aldıqdan sonra yenidən Azərbaycan Respublikasının ərazisinə keçmişlər. Eldəniz ondan əvvəl Azərbaycan sərhədini keçmiş, o, isə Eldənizdən sonra keçmişdir. Elsevər Azərbaycan Respublikasının ərazisində onları gözləmişdir. Onlar birlikdə Eldənizin avtomobili ilə Bakı şəhərinə yola düşmüşlər. xx xxxxxx 2019-cu il tarixdə saat 20:30 rədələrində Bakı şəhəri, “H.Aslanov” metrosu yaxınlığına çatmışlar. Orada Elsevər maşından düşərək aldığı mandarinləri kiməsə verəcəyini bildirmişdir. Elsevər düşəndən sonra Eldəniz də avtomaşından düşərək, işi olduğunu bildirmişdir. Bundan bir az keçmiş polis əməkdaşları maşına yaxınlaşaraq onu saxlayıb Xətai Rayon Pİ-nin 36-cı PB-nə gətirmişlər. Orada baxış keçirilərkən ona məxsus əl çantasından 3 büküm narkotik vastitə aşkar olunaraq, götürülmüşdür. Onda narkotik vasitə olmamışdır. O, İİR-dan narkotik vasitə keçirməmişdir. Avtomobildə gələrkən çantasını avtomobilin arxasına qoymuşdur. Həmin bükümləri onun çantasına qoymuşlar, kimin çantasına həmin bükümləri qoymasını bilmir. O, gömrüyü keçərkən onun üzərində narkotik vasitə olması aşkarlanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 64-67, 97-100-cü; 3-cü cild 134-137-ci; 4-cü cild 78-81ci vərəqələrində olan ifadələrində və cinayət işinin 1-ci cild 36-38-ci vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «....mən Elsevəri yaxın tanıdıqdan sonra Elsevər mənə təklif edirdi ki, İİR-dan get narkotik vasitə yəni onun dilində desəm (mal) gətir sataq pul əldə edək və səndə bütün bu problemlərindən çıx. Lakin, mən ona hər dəfə yox cavabı verirdim... Nəhayət, xx.xx.2019-cu il tarixdə yenidən Elsevər, Eldəniz və mən birlikdə Eldənizə məxsus olan avtomaşınla Astara rayonuna gedərək Elsevər sərhəddən keçməyərək Azərbaycan ərazisində maşından düşərək gözlədi, lakin, Eldənizlə mən birlikdə sərhədi keçərək İİR-nın ərazisinə keçdik və Elsevər mənə verdiyi 400 manat pulu Elsevərin dediyi adamla İranda görüşərək onun evinə getdim və həmin şəxs mənə 03 ədəd büküm narkotik maddə olan tiryəki mənə verdi və həmin mənə verilən narkotiklərdən birini sağ ayağıma, birini sol ayağıma və üçüncünü isə qabaq hissədən cinsiyyət orqanımın içərisinə salmağa cəhd etdim amma edə bilmədim. Bu vaxt Elsevər həmin iranlı şəxsin mobil telefonuna zəng etdi və iranlı şəxs Elsevərə dedi ki, narahat olma hazırlayıb yola salıram. Bundan sonra həmin şəxs məni öz avtomaşınına əyləşdirərək sərhəd istiqamətində gətirən zaman yolda məscidin tualetinə daxil olaraq üçüncü bükümü cinsiyyət orqanıma salaraq maşına əyləşərək sərhədə gəlmişdir. O, sərhədə gələndən sonra dövlət sərhəd xidmətini keçərək Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və o, sərhədi keçəndən sonra Eldənizin maşınına əyləşmiş və onlar Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. Yolda Elsevər məndən narkotiki gətiribgətirmədiyimi soruşanda ona cavab olaraq bildirdim ki, bəli gətirmişəm. ...Polis bölməsində üzərimə hal şahidlərinin və vəkilin iştirakı ilə baxış keçirilən zaman əlimdə mənə məxsus olan əl çantasının içərisindən İİR-dan Elsevərin sifarişi ilə aldığım 03 ədəd narkotik maddəni və digər əşyalarımı polis əməkdaşlarına təqdim etdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, ifadələrinin sonunda olan imza onun imzalarıdır, ifadələrini oxumadan imza etmişdir. Elan olunmuş izahatında və ilkin ifadəsində olan Elşən adlı şəxs Eldənizdir. Eldənizi İİR-da da Elşən kimi tanıdıqlarından o, elan olunmuş izahatında və bir sıra sənədlərdə onun adını Elşən kimi bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında tanışı Zahirə xanım qızı Zabitə ilə onun Zığ qəsəbəsində yerləşən evinə gələrək qardaşı Eldənizin avtomaşını olduğu üçün Zahirə xanımın İİR-dan gələn qonaqlarını qarşılamağı xahiş etmişdir. Qardaşı Eldənizin avtomobili ilə o, Zahirə xanım və Zabitə xanım birlikdə Bakı avtovoğzalından sonradan adı ona məlum olan Xəlil adlı şəxsi və onun ailəsini qarşılayıb Zabitə xanımın evinə aparmışlar. Sonradan Xəlili bir dəfə Dərnəgüldə olan mərmər zavoduna aparmışdır. Xəlillə narkotik vasitə barədə söhbəti olmamışdır. xx.xx.2019-cu il tarixdə İlhamə və o, qardaşı Eldənizə məxsus «Mersedes Vito» markalı avtomaşınla birlikdə Astara rayonu sərhəd xəttinə gələrək axşam saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs1 ilə qardaşı Şahid7 birlikdə sərhəd xidmətindən İİR-nın ərazisinə keçmişlər. O, isə Eldənizə məxsus olan avtomaşında əyləşərək onları gözləmişdir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixə keçən gecə saat təxminən 03 radələrində qardaşı Eldəniz respublika ərazisinə keçmişdir. O, qardaşı Eldənizlə Lənkaran bazarından satmaq üçün mandarin almışlar. İlhamə gələndən sonra Bakı şəhərinə yola düşmüşlər. Yolda kafelərin birində əyləşib çay içmişlər. Həmin vaxt İlhamənin çantasında narkotik vasitə olmasını görmüşdür. Bakıda H.Aslanov metrosunun yanına gələrək, aldıqları mandarinləri meyvə tərəvəz satışı ilə məşğul olan qohumlarına satmağa qərara gəlmişlər. Onlar “H.Aslanov” metrosuna gəlib çatdıqdan sonra İlhamə maşında qalmış, o və qardaşı Eldəniz isə maşından düşərək meyvəni boşaldan zaman polis əməkdaşlarının gəldiyini və İlhaməni tutaraq apardıqlarını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, qardaşı Eldəniz İlhamənin İİR-dan narkotik vasitə gətirməsi barədə polisə məlumat vermişdir. Onun Təqsirləndirilən şəxs1 İİR-dan narkotik vasitə gətirməsindən məlumatı olmamışdır. İlhamə İrana gedib oradan yuyucu paraşok, palpaltar və s. gətirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 25-28-ci, 3-cü cild 149-152-ci və 4-cü cild 65-68-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «....Bundan sonra həmin qonaqlıqda mənim iranlı Xəlillə münasibətim yarandı və söhbət əsnasında masadan kənara çəkilərək məndən nə işlə məşğul olduğumu soruşdu və mən ona ev alqı-satqısı ilə məşğul olduğumu dedikdən sonra mənə təklif etdi ki, mən sənin üçün İİR-dan Bakı şəhərinə narkotik göndərsəm sata bilərsən sualını verdi və mən ona heç vaxt belə işlə məşğul olmadığımı dedim. Cavabında Xəlil mənə bildirdi ki, mən İİR-dan sənin üçün narkotik göndərsəm satandan sonra pulunu mənə göndərərsən. Xəlil məndən narkotik barədə fikirləşib və ya fikirləşmədiyimi soruşduqda mən ondan həmin narkotiki kim gətirib mənə çatdıracaq sualını Xəlilə verəndə mənə dedi ki, əgər sən özün gəlib narkotiki İrandan aparsan qramını Azərbaycan manatı ilə hesablayanda 1 manata verəcəm lakin mənim adamım gətirib sənə Bakıda çatdırsa, onda qramı 5 manata olacaq. Mən bu barədə qeyri-rəsmi yaşadığım Təqsirləndirilən şəxs1 bildirdim və onu İİR-na gedərək oradan mənim adımdan narkotik vasitə gətirməsini təklif etdim və mənim təklifimlə İlhamə razılaşdı. ...Xəlil mənim təklifimlə razılaşaraq dedi ki, gəlsinlər mən onlara narkotik verib Bakıya yola salaram və sən narkotiki satdıqdan sonra mənim pulumu göndərərsən. ...xx.xx.2019-cu il tarixdə İlhamə, mən və qardaşım Eldəniz ona məxsus olan avtomaşınla birlikdə Astara rayonu sərhəd xəttinə gələrək axşam saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs1 və qardaşım Şahid7 birlikdə sərhəd xidmətindən İİR-nın ərazisinə keçdilər və mən qayıdaraq Eldənizə məxsus olan avtomaşına əyləşərək onları gözlədim. ...Bundan sonra mən İlhamənin mobil nömrəsinə zəng etdim ki, harda qaldın. Çünki onun tutulmasından narahat idim. Mən İlhaməyə zəng edən vaxt iranlı Xəlilin tanışı telefona cavab verdi və narahat olma 03 büküm bağlamada narkotik vermişəm ona gəlirik sərhədə və İlhamə ilə də ondan sonra danışanda mənə dedi ki, narahat olma narkotik məndədir sərhədə gəlirik. ...İlhamədən narkotik harada olmasını soruşduqda, İlhamə mənə dedi ki, 03 bağlamanın biri cinsiyyət orqanının içərisinə, ikincisini sağ ayaqqabısının və üçüncüsünü isə sol ayaqqabısının içinə salmaqla sərhəd baxış xidmətindən keçib. Mən İlhamənin ayaqqabılarını dartaraq ayağından çıxardan vaxt onun hər iki ayaqqabısı cırıldı və narkotiki ayaqqabının içərisindən çıxardıq və üçüncü bağlamanı isə İlhamə qadınlıq cinsiyyət orqanının içərisindən çıxardaraq əlində olan əl çantasının içərisinə qoydu və biz Bakı şəhərinə yola düşdük. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrinin sonunda olan əlyazma və imza ona məxsusdur, lakin elan olunmuş ifadələrini təsdiq etmir, ifadələrini oxumadan imza etmişdir. Onun qardaşı heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. Qardaşı Elsevər Bakı şəhəri, Suraxanı rayonu ərazisində maklerliklə məşğul olduğu vaxtda Təqsirləndirilən şəxs1 tanımış və Təqsirləndirilən şəxs1 ev lazım olduğunu demişdir. Həmin ərəfədə o da özünə məxsus olan Zığ qəsəbəsində olan mənzilini satmaq fikrində olduğu üçün həmin mənzili İlhaməyə 15.700 manata satmışdır. O, özünə məxsus olan “Mersedes Benz” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə 28 may metrostansiyasından Hövsan qəsəbəsinə sərnişin daşımaqla məşğul olduğu üçün mütəmadi olaraq İlhamənin yaşadığı evin qarşısından keçdiyi üçün İlhaməni tez-tez görmüş və İlhamə onu Biləsuvar gömrüyünə aparmağını bildirmişdir. O, İlahamə ilə danışdıqdan sonra tək İlhaməni Biləsuvar gömrüyünə aparıb və geri qaytarmağı üçün 130 manata razılaşmışlar. İlhamənin 130 manata razılaşmağına səbəb o olmuşdur ki, İlhamə ona maşında heç bir kənar sərnişin olmamasını demişdir. O da razılıq verdikdən sonra xx.xx.2019-cu il tarixdə qardaşı Təqsirləndirilən şəxs2, İlhamə və o, birlikdə Biləsuvar gömrüyünə getmişlər və Elsevər sərhəddə pasportu üstündə olmadığı üçün gözləmiş, İlhamə ilə o, isə piyada İran İslam Respublikasının ərazisinə keçmişlər. O, İran sərhəddində evinə bazarlıq etmiş, İlhamə onun tanımadığı İran vətəndaşı ilə görüşərək söhbət edərkən söhbət əsasında başa düşmüşdür ki, İlhamə narkotik alıb Azərbaycan ərazisinə keçirtmək istəyir. İran vətəndaşı ilə danışdıqdan sonra sərhədi keçməmişdən əvvəl o, İlhamənin ona verdiyi 3.000 manatı ona vermişdir. İlhamə ondan pulu alaraq üstünə nə qədərsə pul əlavə edərək həmin şəxsə verərək, 1 kq narkotik vasitəni alacağını bildirmişdir. O, qardaşı Elsevərlə İlhamənin narkotik vasitə ilə bağlı telefonda danışdıqlarını eşitmişdir. Bundan sonra İlhamə ilə birlikdə respublika ərazisinə daxil olmuşlar və Elsevərlə görüşərək ona məxsus avtomaşınla Bakı şəhərinə gəlmişlər. O, qardaşı Elsevərə İlhamənin İİR-dan narkotik vasitə keçirməsini deyəndə qardaşı Elsevər bildirmişdir ki, İlhamə narkotk vasitə keçirməyəcək. xx.xx.2019-cu il tarixdə İlhamə xx.xx.2019-cu il tarixdə onu Astara gömrüyünə aparmağını demişdir. O, yorğun olduğundan əvvəl razılıq verməmişdir. İlhamə yol haqqı nə qədər etsə vərəcəyini və ondan başqa heç bir sərnişin götürməməyini bildirmişdir. Yol haqqı kimi 130 manata razılaşdıqdan sonra xx.xx.2019-cu il tarixdə səhər saat 08 radələrində İlhaməni Zığda yaşadığı evdən götürərək qardaşı Elsevərlə birlikdə Astara rayon sərhəd keçid məntəqəsinə gəlmişlər. Elsevərin xarici pasportu olmadığı üçün Elsevər onları respublika ərazisində gözləmişdir. O, İlhamə ilə İİR-nın ərazisinə keçmişlər. O, yenə həmişə olduğu kimi evinə adyal, bir ədəd xına və bir ədəd qadın saç rəngi alaraq yenidən sərhədi geri qayıtmış, İlhamə isə gecə orada qalıb səhər sərhədi keçəcəyini bildirərək, onu gözləməyini demişdir. O, İlhamədən yol haqqını aldığı üçün məcburiyyətdən onu respublika ərazisində gözləmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 12 radələrində İlhamə İİR-nın sərhəddindən respublika ərazinə keçərək onun maşınına əyləşmişdir. Onlar yola düşəndə İlhamə ona İİR-dan öz üzərində narkotik vasitə keçirdiyini, ona baxmamağını bildirmişdir ki, cinsiyyət orqanına saldığı narkotiki çıxartsın. İlhamə həmin narkotiki cinsiyyət orqanından çıxartdıqdan sonra maşına əyləşmiş və maşının içərisində ayağında olan ayaqqabının hər iki tayından ayaq altısına qoyduğu iki ədəd qara rəngli onun dediyinə görə narkotiki çıxardaraq əlindəki çantasının içərisinə qoymuş və narkotik vasitələrin üstünə aldığı siqaret blokunu qoymuşdur. O, İlhamədə narkotik maddənin olduğunu görüb həyəcanlanmışdır. Maşını saxlayıb dərhal bu barədə Xətai rayon Polis İdarəsinin əməkdaşı Ümid Əhmədova zəng edərək bu barədə məlumat vermiş və ona qardaşı Eldəniz aldığı mandarini H.Aslanov metrosu yaxınlığında mağazaya təhvil verməli olduğu üçün Xətai rayonu ərazisinə H.Aslanov metrostansiyası yaxınlığına gəlməyini bildirmişdir. O, idarə etdiyi avtomaşınla H.Aslanov metrosunun yanına çatanda qardaşı ilə maşından düşüb mandarini mağazaya təhvil verən vaxt polis əməkdaşları maşınına yaxınlaşaraq İlhaməni tutaraq polis bölməsinə aparmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bidirmişdir ki, o, cəmi 3 dəfə İlhamə ilə birlikdə İİR-da olmuşdur. İlhamə İİR-dan narkotiklə bağlı telefonla qardaşı Elsevərlə danışarkən də eşitmişdir. O, Xətai RPİ-də işləyən Ümüdü tanıdığı üçün, həm də uzaq qohumluqları olduğundan Ümidin telefon nömrəsi onda olduğundan Ümüdə zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 ona hər dəfə 130 manat yol haqqı vermişdir. İlhamə onun üçün gömrükdən 3000 manat keçirməmiş, İlhamə ona üstündə çox pul olduğunu deyərək, ona görə ona 3000 manatı keçirmək üçün vermişdir ki, onu İİR-da İlhaməyə versin. O da İlhamənin verdiyi 3000 manatı gömrükdən keçəndən sonra İlhaməyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 36-cı PB-də əməliyyat müvəkkili işləyir. xx xxxxxx 2019-cu il tarixdə Xətai RPİ-nin MSY-nin polis nəfəri polis serjantı Şahid6 raportu əsasında Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən əməliyyat tədbirlərinin kecirilməsi barədə qərar qəbul olunmuş və o, 36-cı PB-nin əməliyyat müvəkkili Şahid3 və Polis Bölməsinin sahə inspektoru Bəhmən Süleymanovdan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra onlar birlikdə məlumat əsasında saat xx xxxxxx 2020-cu il tarixdə saat 20:30 radələrində ünvan 2 saylı ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsi müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin qadın da özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və Təqsirləndirilən şəxs1 onlar tərəfindən Xətai RPİ-nin 36-cı PB-nə dəvət edilmişdir. Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş və bundan sonra Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş müdafiəçinin və hal şahidlərinin iştirakı ilə, ona qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əlindəki ağımtıl rəngli çantanın içərisindən 03 ədəd ağ rəngli sellofan bükülünü könüllü olaraq çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin, onun üzərindən heç bir qanunsuz əşya müəyyən edilərək götürülməmişdir. Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən Təqsirləndirilən şəxs1, təqdim etdiyi 03 ədəd ağ rəngli sellofan bükülüdə olan maddənin narkotik vasitə tiryək olduğunu və həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasından əldə edərək Astara gömrük sərhəd məntəqəsindən keçirərək ölkə ərazisinə gətirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitəni hansı yolla keçirməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi ilə hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi üçün onu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişlər. O, razılaşmış və onlarla birlikdə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə getmişdir. Bölmədə xidməti otaqların birində polis əməkdaşı ona hal şahidinin hüquq və vəzifələrini izah etmişlər. Polis əməkdaşları şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni nə varsa təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs1 əlindəki çantanın içərəsindən 03 ədəd ağ rəngli sellofan bükülünü çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əlindəki çantanın içərəsində 03 ədəd ağ rəngli sellofan bükülüdə olan maddə narkotik vasitə tiryəkdir və həmin narkotik vasitəni İran İslam Respublikasından əldə edərək Astara gömrük sərhəd məntəqəsindən keçirərək ölkə ərazisinə gətirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Hadisəyə qədər Təqsirləndirilən şəxs1 tanımamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək şahid X4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin X5 polis serjantı işləyir. Təqsirləndirilən şəxs2 qardaşı Şahid7 2018-ci ildən tanıyır. Həm də Eldəniz onun bibisinin kürəkəninin qardaşıdır. Belə də tanışlıqları var. O, xx xxxxxx 2019-cu il tarixdə xidmətdə olan zaman Şahid7 ona zəng edərək Astara rayonundan maşınında sərnişin gətirdiyini və həmin sərnişin Təqsirləndirilən şəxs1 adlı qadının İİR-dan Azərbaycan Respublikası ərazisinə narkotik vasitə keçirdiyini bildirərək, həmin qadının tutulması üçün ona məlumat vermişdir. O, həmin məlumatı Eldənizdən aldıqdan sonra Xətai RPİ-nin rəhbərliyinə raportla məruzə etmiş və onun raportu əsasında əməliyyat tədbirləri keçirilərək Şahid7 ona verdiyi məlumat əsasında barəsində məlumat verdiyi İlhamə adlı qadın tutulmuş və həqiqətəndə İlhamənin üzərində narkotik aşkar edilmiş fakt öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs2 Şahid7 qardaşı kimi tanımış, Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. O, özü əməliyyatda iştirak etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin MSY-nin polis nəfəri, polis serjantı Şahid6 xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrində tanışı Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Astara rayonunda olduğunu və ona məxsus olan avtomaşında sərnişin qismində olan naməlum qadının üzərində narkotik vasitə olması barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 29-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində olan hər hansı qanunsuz əşyanı könüllü surətdə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 əlindəki ağımtıl rəngli çantanın içərisindən ağ rəngli sellofan kəsiyinə bükülmüş 3 ədəd bükümü könüllü çıxarıb təqdim edərək, həmin bükümün içərisində olan əşyanın narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitələri xx.xx.2019-cu il tarixdə tanışı Elsevər adlı şəxsin sifarişi ilə birlikdə İİR-na gedərək Elsevərin ona verdiyi 400 manat müqabilində lakin özü Azərbaycan sərhəddində qalaraq İİR-nın tanımadığı vətəndaşından alaraq Azərbaycan Respublikasına keçirtmiş və həmin narkotik maddələri Elsevərə verdikdən sonra ona mənzil alacağını vəd verdiyini bildirmişdir. Həmin büküm açıldıqda içərisində bərk formada, qara rəngli narkotik maddəyə oxşar maddə aşkar edilmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli maddi sübuta baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin 1-ci cild 41-ci vərəqəsində olan Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019cu il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı Xətai rayonu, Zığ yolu küçəsində yerləşən ünvanını dəqiq bilmədiyi mənzilinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 42-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli fərdi yaşayış evində axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış və götürmə zamanı “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkilmişdir. Cinayət işinin 1-ci cild 57-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 31335 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan paketdə 3 (üç) ədəd uzunsov formalı polietilen bükümdə, ümumi təmiz çəkisi 333,296 qr (ayrı-ayrılıqda təmiz çəkiləri 104,300qr, 98,506qr və 130,490qr) olan maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, xaş-xaş bitkisindən kustar üsülla alınmış narkotik vasitə- tiryəkdir. Həmin paketdə 2 iki) ədəd qara rəngli polietilen bükümdə olan maddələr narkotik, psixotrop və ya güclü təsir edən maddələrə aid deyildirlər. Cinayət işinin 1-ci cild 53-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli maddi sübuta baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefonun “Gallery” qovluğunda 1 ədəd “Qolos 045-sd” adlanan fayl var və həmin faylda 14 dəqiqə 25 saniyə davam edən audiosəs əks olunmuşdur. Audisəsdə 1 nəfər qadınla 1 nəfər kişinin söhbət etməsi müşahidə edilir. Qadın kişiyə “o tutulanda sən qurtarırsan bizi?” deyir, kişi isə cavab olaraq “Kəmalə burdadıda qurtaracaqda, nədən qorxursan?” deyə qadına cavab verir. Audiosəsin 00:12 saniyəsində həmin kişi “mən Kəmaləyə ümüdəme nə danışırsan, elə belədən heç kəs tamojnidən heçnə keçirtməz, biz bilirük kim nə gətirir, kim nə keçirdir, hamısını biliriy” deyir. Audiosəsin 00:58 saniyəsində qadın “misal üçün 6 kilo İrandan gətirsək, 2 kilo sənin, 2 kilo mənim və tutalım 2 kilo Elşən neçə günə satarıq burda?” deyə soruşur. Kişi isə ona cavab verir ki, “bir gün həmin gün satarıq”, qadın kişidən “ucuz qiymətə satırıq ona görə elədir də?” deyə sual edir. Kişi isə “hə” deyə cavab verir. Sonra kişi qadına izah edir ki, “həmin gün gəlirik maşınla, maşını soxuruq həyətinə, orada çəkirik”, qadın kişiyə “ona görə tərəzi götürməliyik də” deyir. Kişi sual edir ki, “İranda?” qadın isə ona bildirir ki, “Elşən keçən dəfə deyir çəkdik qramı az gəldi”. Kişi qadına izah edir ki, “gətirəndən sonra gətirib veririk 1 qramı 20 manatdan, pulunu nəğd alırıq”. Qadın kişidən “6 kilonu hara soxub gətirəcəyik?” deyə soruşur. Kişi ona “Elşən bilir, xüsusi cığaralar var burda alırsan, sərhəddə nə aparat, nə it, həmin cığaranı malın üstünə bağlıyırsan olur qəşəng, sonra da pal-paltar yığ” deyir. Qadın “sərhəddə paltarları dağıtmayacaqlar ay Elsevər?” deyə soruşur. Kişi isə “bundan qabaq dağıtmışdılar” deyə soruşanda, qadın “yox” cavabını verir. Həmin vaxt kişi “hə vse da” deyib, qadını sakitləşdirərək “heçnədən qorxma, ürəyivi buz kimi saxla, bir anamın canına and olsun heç bir qorxusu yoxdur, mənim ürəyim buz kimidir” deyir. Bundan sonra auidosəsin qalan dəqiqələrində kişi və qadın arasında malın alınması ilə bağlı pul söhbətləri gedir və kişi qadını sakitləşdirərək malı asan yolla sərhəddən keçirəcəyini onu əmin edir. Baxış zamanı iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin səs yazılarındakı qadının onun özü olmasını, kişinin isə Təqsirləndirilən şəxs2 olmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 82-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini “....mən Elsevəri tanıdıqdan sonra Elsevər mənə təklif edirdi ki, İİR-dan get narkotik vasitə, yəni, onun dilində desəm (mal) gətir sataq pul əldə edək və səndə bütün bu problemlərdən çıx. ... Nəhayət, xx.xx.2019-cu il tarixdə yenidən Elsevər, Eldəniz və mən birlikdə Eldənizə məxsus olan avtomaşınla Astara rayonuna gedərək Elsevər sərhəddən keçməyərək Azərbaycan ərazisində maşından düşərək gözlədi, lakin, Eldənizlə mən birlikdə sərhəddi keçərək İİR-nın ərazisinə keçdik və Elsevər mənə verdiyi 400 manat pulu Elsevərin dediyi adamla İranda görüşərək onun evinə getdim və həmin şəxs mənə 03 ədəd büküm narkotik maddə olan tiryəki mənə verdi və həmin mənə verilən narkotiklərdən birini sağ ayağıma, birini sol ayağıma və üçüncünü isə qabaq hissədən cinsiyyət orqanımın içərisinə salmağa cəhd etdim amma edə bilmədim. Bu vaxt Elsevər həmin iranlı şəxsin mobil telefonuna zəng etdi və iranlı şəxs Elsevərə dedi ki, narahat olma hazırlayıb yola salıram. Bundan sonra həmin şəxs məni öz avtomaşınına əyləşdirərək sərhəd istiqamətində gətirən zaman yolda məscidin tualetinə daxil olaraq üçüncü bükümü cinsiyyət orqanıma salaraq maşına əyləşdim. Yolda Elsevər məndən narkotiki gətirib-gətirmədiyimi soruşanda ona cavab olaraq bildirdim kİ, bəli gətirmişəm.... ” hissəsində şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 1-ci cild 86-89-cu vərəqələrində və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid7 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid7 istintaq zamanı verdiyi ifadəsini “.... xx.xx.2019-cu il tarixdə saat təxminən 12 radələrində İlhamə İİR-nın sərhəddindən respublika ərazisinə keçərək maşınıma əyləşdi. Biz yola düşəndə İlhamə mənə bildirdi ki, İİR-dan öz üzərində narkotik vasitəni qanunsuz olaraq keçirdib və məndən ona baxmamağımı bildirdi ki, cinsiyyət orqanına saldığı narkotiki çıxartsın. İlhamə həmin narkotiki cinsiyyət orqanından çıxartdıqdan sonra maşına əyləşdi və maşının içərisində ayağında olan ayaqqabının hər iki tayından ayaq altısına qoyduğu iki ədəd qara rəngli onun dediyindən narkotiki çıxardaraq əlindəki ağımtıl rəngli çantasının içərisinə qoydu və onların üstünə aldığı siqaret blokunu qoydu. ...” hissəsində şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 21-22-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zəng məlumatlarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs1 nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 10:15:25-dən başlayaraq 21:04:39-dək olan müddətdə İİR-na məxsus olan **********65 saylı nömrə ilə zənglər daxil olub çıxmışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zəng məlumatlarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** nömrə ilə danışıqlar olmuş və həmin danışıqların anten dairəsi Astara şəhəri kimi qeyd edilmişdir. Cinayət işinin 2-ci cild 41-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlər Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən 1000-151/1xx-xx/000765 saylı məktubla daxil olmuş DVD kompakt diskə baxış keçirilmiş və baxış zamanı diskdə olan İlhamə çıxış adlı qovluğda xx.xx.2019-cu il tarixdə saat 21:29:56 saniyədə Təqsirləndirilən şəxs1 salona daxil olaraq “X RAY” aparatına yaxınlaşaraq çiynindəki çantanı çıxararaq aparata qoyub və yoxlanışdan keçir. Həmçinin, İlhamə giriş adlı qovluqda xx.xx.2019-cu il tarixdə saat 13:22:21 saniyədə Təqsirləndirilən şəxs1 qapıdan içəri daxil olaraq insanlarında yanında dayanıb növbə gözləyir və videonun 12 dəqiqə 55-ci saniyəsində növbədən keçərək salona daxil olur, daha sonra növbədən keçərək “X RAY” aparatına yaxınlşaraq yoxlanışdan keçir, yük yoxlanışına daxil olur və yoxlanışdan keçdikdən sonra 13:43:32 saniyədə salonun çıxış qapısına yaxınlaşaraq salondan çölə çıxır. Cinayət işinin 3-cü cild 95-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il; xx.xx.2019-cu il; xx.xx.2019-cu il; xx.xx.2019-cu il; xx.xx.2019-cu il; xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 10 dəfə Astara və Biləsuvar sərhəd məntəqəsindən İran ərazisinə keçmişdir. Cinayət işinin 3-cü cild 96-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx xxx 2020-ci il tarixli, 012-9888-1200 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi barədə məlumat yoxdur. Cinayət işinin 1-ci cild 150-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Şahid7 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 226-229-cu vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(011)-750/2019 saylı qərarından görünür ki, Şahid7 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 99-102-ci vərəqələrində olan Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 xx xxx 2020-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Şahid7 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihama xitam verilmiş və Şahid7 Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 3-cü cild 104-106-cı vərəqələrində olan Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 xx xxx 2020-ci il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə qərarından görünür ki, ********** saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmış və Təqsirləndirilən şəxs2 dələduzluq niyyəti ilə Təqsirləndirilən şəxs1 oğlu Ağaməli Kərimovun həbsdən azad edilməsi məqsədi ilə 27.760 manat pulunu ələ keçirməsi faktına ayrılmış cinayət işi materiallarında qiymət verilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cild 153-154-cü vərəqələrində olan Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Şahid7 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 3-cü cild 254-263-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(011)-456/2020 №-li qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Şahid7 həbsdə saxlama müddətinin uzadılmasına dair Bakı şəhər Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Həsənbəy Şərifovun vəsatəti və Bakı şəhər prokuroru İİİ dərəcəli ədliyyə müşaviri İlqar Abbasovun təqdimatı təmin edilməmiş və Şahid7 həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək, Şahid7 məhkəmə zalından azad edilmişdir. Cinayət işinin 4-cü cild 1-3-cü vərəqələrində olan Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Həsənbəy Şərifovun təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Şahid7 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cild 7-41-ci vərəqələrində olan Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Həsənbəy Şərifovun xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Şahid7 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə xitam verilmişdir. Məhkəmə baxışında elan olunmuş ittihamda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməmişlər. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə kollegiyası nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadələr düzgün və həqiqətə uyğun gələn ifadələrdir, onların məhkəmə iclasında verdiyi ifadələri isə həqiqətə uyğun olmayan, özünü cinayət məsuliyyətdən yayındırmaq məqsədi ilə verilmiş ifadələrdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə olan tiryəkin 0,5 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. 50 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmin Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır.Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 250-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 3-cü cild 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 284 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 AĞAMALİ qızı NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 627 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayəti törədən anda onda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığı və s psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 halhazırda “Yüngül ifadə olunmuş depressiv pozuntu” aşkar olunur. Qeyd olunan psixi pozuntu Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə psixi məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 cinayəti törədən anda anlaqlı olmuş və hal-hazırda da, anlaqlıdır. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 1-ci cild 252-253-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 3-cü cild 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli, 275 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2ı NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 19-20-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 107-110-cu vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(011)-740/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 125-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 194-195-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(011)-745/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on död) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1nn üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus ümumi təmiz çəkisi 333,296 qram olan narkotik vasitə heroin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq- 333,246 qram narkotik maddə tiryək məhv edilməli, istintaq zamanı Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk, DİN BKİ-dən əldə edilmiş iki ədəd CD disk, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə keçirilmiş baxış zamanı götürülmüş 01 ədəd “Samsung J5” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumuna qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on död) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1nn üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus ümumi təmiz çəkisi 333,296 qram olan narkotik vasitə heroin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq- 333,246 qram narkotik maddə tiryək məhv edilsin. İstintaq zamanı Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk, DİN BKİ-dən əldə edilmiş iki ədəd CD disk, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə keçirilmiş baxış zamanı götürülmüş 01 ədəd “Samsung J5” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumuna qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar