Məhkəmə qərarları › İş №1(101)-1024/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1024/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1024/2021 13.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçilər, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazırliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, 19 avqust 1991-ci ildə Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Məhəmməd adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 5392,3 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 415,71 qram çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddələri qoyduğu yer barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yolun kənarından götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, qalan hissəsini isə ünvan 2 ünvanında saxlamış, 04 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklələ Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 04 yanvar 2021-ci il tarixdə saat 18:45-də ünvan 5 ünvanın qarşısında saxlanılaraq, qeyd edilən idarəyə gətirilmiş, orada həmin gün saat 19:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı iki ədəd bükümdə külli miqdarda 3,480 qram və 3,820 qram olmaqla ümumi təmiz çəkisi 7,3 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 1,710 qram pisxotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən 04 yanvar 2021-ci il tarixdə saat 20:45-dən etibarən Təqsirləndirilən şəxs1 icazəsi və iştirakı ilə Təqsirləndirilən şəxs2 ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 5 saylı binanın, 28 saylı mənzilinə keçirilən baxış zamanı mənzilin yataq otağında olan dolabdan bir ədəd üzərində “Brend House” yazısı olan torbanın içərisindən dörd ədəd bükümlərdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1295 qram, 920 qram, 1485 qram və 1685 qram olmaqla ümumi təmiz çəkisi 5385 qram, üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə tərkiblərinə görə eyni tərkibli olan narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 414 qram, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə tərkiblərinə görə eyni tərkibli olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Məhəmməd adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 5392,3 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 415,71 qram çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddələri qoyduğu yer barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yolun kənarından götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini Təqsirləndirilən şəxs1 öz üzərində, qalan hissəsini isə ünvan 2 ünvanında saxlamış, 04 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Baş Narkotiklələ Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 04 yanvar 2021-ci il tarixdə saat 18:45-də ünvan 5 ünvanın qarşısında saxlanılaraq, qeyd edilən idarəyə gətirilmiş, orada həmin gün saat 19:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı iki ədəd bükümdə külli miqdarda 3,480 qram və 3,820 qram olmaqla ümumi təmiz çəkisi 7,3 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 1,710 qram pisxotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən 04 yanvar 2021-ci il tarixdə saat 20:45-dən etibarən Təqsirləndirilən şəxs1 icazəsi və iştirakı ilə Təqsirləndirilən şəxs2 ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 5 saylı binanın, 28 saylı mənzilinə keçirilən baxış zamanı mənzilin yataq otağında olan dolabdan bir ədəd üzərində “Brend House” yazısı olan torbanın içərisindən dörd ədəd bükümlərdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 1295 qram, 920 qram, 1485 qram və 1685 qram olmaqla ümumi təmiz çəkisi 5385 qram üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə tərkiblərinə görə eyni tərkibli olan narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 414 qram üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə tərkiblərinə görə eyni tərkibli olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 ilə uzun müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5 ünvanında bir yerdə bir ailə kimi kirayədə yaşamışlar. Kirayədə qaldıqları ev beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşmişdir. 04 yanvar 2021-ci il tarixdə yaşadıqları evə gedərkən binanın qarşısında 5-6 nəfər görmüş, onların polis olduqlarını düşünüb evə getmək fikrini dəyişib maşınına tərəf getdikdə onu saxlamışlar. Onu saxladıqdan sonra polis işçiləri üzərinə baxış keçirmiş və üzərində bıçaq aşkarlamışlar. Üzərinə baxış keçirilən zaman onda narkotik vasitə aşkar olunmamışdır. Polis işçiləri onu maşına mindirdikdən sonra onu vurmuş və narkotik vasitənin yerini soruşmuşlar. O, bütün narkotik vasitəni evdə saxlamışdır. O, maşında olarkən polis işçiləri artıq evə daxil olub ondan icazəsiz baxış keçirmişlər. O, narkotik vasitəsi istifadəçisi olmuş və tutulmamışdan 3 ay əvvəl “instagram” sosial şəbəkəsindən tanış olduğu “Maqa” ləqəbli Məhəmməd adlı İran İslam Respublikası vətəndaşından narkotik vasitələri mütəmadi olaraq almışdır. O, narkotik vasitələri Məhəmmədin bank hesabına pul yükləməklə əldə etmişdir. O hər dəfə 5-10 qram, sonuncu dəfə isə Məhəmməddən 2 kiloqram 500 qram narkotik vasitə almışdır. O, sonuncu aldığı narkotik vasitə üçün Məhəmmədə narkotik vasitənin 1 qramına görə 18 manat ödəməli imiş. Sonuncu narkotik vasitəni Məhəmməddən götürmüş, lakin ödəniş etməmək və Məhəmmədin onu tapmaması üçün mobil nömrəsini dəyişdirmişdir. Məhəmməddən aldığı 2 kiloqram 500 qram çəkidə olan narkotik vasitə heroini o, şəxsi istifadəsi üçün əldə etmişdir. O, həmin narkotik vasitələri bir ay əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol kənarında Məhəmmədin qoyduğu yerdən götürmüşdür. Narkotik vasitəni evə gətirib tumboçkanın siyirməsinə qoymuş və Təqsirləndirilən şəxs2 onun nə olduğunu soruşanda ona toxunmamasını demişdir. O, narkotik vasitədən müntəzəm olaraq maşında və evin digər otaqlarında istifadə etmişdir. Təqsirləndirilən şəxs2 onun narkotik vasitəsindən istifadə etdiyini bilməmişdir, amma son zamanlar ondan şübhələndiyini düşünmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, kirayədə yaşadığı evə polis əməkdaşları ondan icazə almadan daxil olmuş və baxış keçirmişlər. O, evə baxış keçirilməsinə etiraz etməməyinə dair ərizə ilə müraciət etməmişdir. Evdə 2 büküm olmaqla 2 kiloqrama yaxın narkotik vasitə heroin və 350 qram çəkidə olan metamfetamin saxlamışdır. O, mütəmadi olaraq heroindən istifadə etdiyi üçün heroinin dəqiq çəkisinin nə qədər olduğunu bilmir. O, psixotrop maddə olan metamfetamini də Məhəmməd adlı şəxsdən Lökbatan qəsəbəsində götürmüşdür. Onunla Məhəmməd arasında telefon danışıqları olmuşdur. Məhəmməd ona narkotik vasitələrinin müəyyən yerlərə çatdırılması ilə bağlı iş təklif etmiş, qarşılığında isə ona pul vəd etmişdir. Şəxsiyyət vəsiqəsini itirdiyi üçün bankda öz adına deyil, Təqsirləndirilən şəxs2 adına hesab açdırmışdır. Lamiyə bank kartını özü açdırmışdır. O, Lamiyəyə onlayn kazino oyunları oynadığı üçün ona bank hesabı lazım olduğunu bildirmişdir. Onunla Məhəmməd arasında olan münasibətlərdən Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. O, narkotik vasitələri evdə siyirmədə saxlamış və Lamiyəyə orada ona məxsus əşyaya toxunmamağı tapşırmışdır. Polis işçiləri tərəfindən evdə aşkar olunan narkotik vasitələrin hamısını o, Məhəmməddən almışdır. Lamiyə narkotik vasitələrinin satışı ilə məşğul olmamış və Məhəmmədi tanımamışdır. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs2 evdə narkotik vasitəsinin olduğunu bilmədiyini və bu işlə bağlı məlumatı olmadığını bildirmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün Məhəmməddən aldığı narkotik vasitədən ağrılarını keçirmək üçün istifadə etmişdir. O, bu müddət ərzində narkotik vasitəni satmaq məqsədilə heç kimə təklif etməmişdir. Məhəmməd üçün narkotik vasitələri çatdıracağı adamları o, tanımır. Çünki o, narkotik vasitəni Məhəmməddən götürəcəyi zaman fikrində onu özü üçün istifadə etmək olmuşdur. Onun məqsədi Məhəmmədi aldadıb narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmək olmuşdur. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadələrində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, 04 yanvar 2021-ci il tarixdə saat təxminən 18:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli “İphone” markalı mobil telefonu, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd açarı, 17 manat pulu və üç bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi bükümlərə baxış zamanı birinin içərisində “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, ikinci bükümün içərisində isə “kakos” adlandırılan narkotik vasitə heroin və üzərində 4K yazısı olan kağız parçasının içərisində olan üçüncü bükümə baxış zamanı içərisində “kakos” adlandırılan narkotik vasitə heroin olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmişdir. Bundan sonra təqdim etdiyi üç ədəd büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra təqdim etdiyi bir ədəd qara rəngli ”İphone” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə izah verildikdən sonra götürülmüş, bir ədəd açar, 17 manat pul və üzərində 4K yazısı olan kağız parçası isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş üç ədəd bükümün özünə məxsus olduğunu, həmin bükümlərdən birinin “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, digər iki bükümün isə “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu, həmin kütlələri təxminən 3 ay əvvəl “instagram” sosial şəbəkəsindən tanış olduğu İran İslam Respublikası vətəndaşı “Maqa” ləqəbli Məhəmməd adlı şəxsin özü və ya qeyriləri tərəfindən təxminən bir həftə əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol kənarında qoyulan yerdən qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürdüyünü, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin kütlələrini Məhəmmədin deyəcəyi yerə qoyacağını, gördüyü işin qarşılığında isə narkotik vasitələrin hər kiloqramına 1000 (min) manat məbləğində pul verəcəyini, ümumilikdə isə narkotik vasitələrin qanunsuz dövriyyəsindən 4000 (dörd min) manat məbləğində qazanc əldə etdiyini, özünün təxminən 4 (dörd) aydır ki, narkotik vasitə olan heroin istifadə etdiyini, narkotik vasitələrin satışını həyata keçirmədiyini bildirmişdir. Bundan sonra həmçinin kirayədə yaşadığı mənzilində də narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bununla əlaqədar kirayədə yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə alınmışdır. Sonra isə vəkilinin və polis əməkdaşlarının iştirakı ilə kirayədə yaşadığı ünvan 2 ünvanına getmişlər. Kirayədə yaşadığı mənzilə baxış zamanı mənzilin giriş qapısından sol tərəfdə yerləşən yataq otağında olan dolabdan üzərində “Brend House” yazısı olan torbanı təqdim edərək çarpayının üzərinə qoymuşdur. Həmin torbaya əlverişli şəraitdə baxış keçirilməsi üçün üzərində “Brend House” yazısı olan torba götürülmüş və qonaq otağına gətirilmiş və qonaq otağında olan dolabın üzərinə qoyulmuşdur. Torbaya baxış zamanı içərisindən beş büküm, iki ədəd elektron tərəzi və bir ədəd üzərində müvafiq qeydlər aparılmış dəftər aşkar edilmişdir. Həmin bükümlərə baxış zamanı birinci bükümün içərisində “şüşə” adlandırılan, psixotrop maddə metamfetamin, digər dörd ədəd bükümün içərisində isə “kakos” adlandırılan narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin bükümlərin çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmişdir. Sonra həmin 5 ədəd büküm və 2 ədəd elektron tərəzi üzərində “Brend House” yazısı olan torbanın içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra kirayədə yaşadığı mənzilin digər hissələrinə, yəni yataq otağı, qonaq otağı, mətbəx və sanitar qovşağa baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Üzərində qeydlər olan dəftərin narkotik vasitələrin dövriyyəsinə aid olduğunu bildirmişdir və belə ki, hansı növ narkotik vasitə və psixotrop maddədən hansı çəkidə və nə vaxt deyilən yerlərə qoymağını həmin dəftərdə qeyd etmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün üzərində müvafiq qeydlər aparılmış dəftər bu barədə izah verildikdən sonra götürülmüşdür. Sorğu zamanı həmin bükümləri də İran İslam Respublikası vətəndaşı “Maqa” ləqəbli Məhəmməd adlı şəxsin və ya qeyriləri tərəfindən bir həftə əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol kənarında qoyulan yerdən Lamiyə Abuzərovla ilə birlikdə gedib oradan götürdüyünü bildirmişdir. Bir müddətdir ki, İran İslam Respublikası vətəndaşı “Maqa” ləqəbli “Məhəmməd” adlı şəxsə pul borcunun olduğundan ondan narkotik vasitə və psixotrop maddə ala bilmədiyidən, qeyri-rəsmi yaşadığı Lamiyə Abuzərovdan xahiş etmişdir ki, o, İran İslam Respublikası vətəndaşı “Maqa” ləqəbli Məhəmməd adlı şəxslə danışıb, ondan narkotik vasitə və psixotrop maddə alsın. Lakin Lamiyə ilk vaxtlar onun sözü ilə razılaşmamış, lakin sonradan onun təkidi ilə Lamiyə buna razılq vermiş və İran İslam Respublikası vətəndaşı “Maqa” ləqəbli Məhəmməd adlı şəxsə adını Leyla kimi bildirərək inam qazanmış və onunla “Whatsapp” ani mesajlaşma bloku vasitəsi ilə danışmışdır. İran İslam Respublikası vətəndaşı “Maqa” ləqəbli Məhəmməd adlı şəxs Lamiyəyə narkotik vasitələrin və psixotrop maddələrin qoyulduğu yerləri bildirmiş və Lamiyə ilə birlikdə gedib, həmin yerdən narkotik vasitəni və psixotrop maddəni götürüb, Lamiyə ilə birlikdə və ya ayrı-ayrı Bakı şəhərində müxtəlif ünvanlara qoyduğu yerlərin şəkilini çəkib İran İslam Respublikası vətəndaşı “Maqa” ləqəbli Məhəmməd adlı şəxsə göndərmiş və Məhəmməd də Lamiyənin adına olan bank kartına xidmət haqqı olaraq pul köçürmüşdür. Lamiyə, səhv etmirsə, bir dəfə Bakı şəhərinə bilmədiyi yerə narotik vasitə və psixotrop maddə atmışdır və həmin yerin şəkilini də İran İslam Respublikası vətəndaşı “Maqa” ləqəbli Məhəmməd adlı şəxsə göndərmişdir. Polis əməkdaşları tərəfindən ünvan 2 ünvanına baxış keçirilərkən oradan aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələri Lamiyə özünü Leyla kimi İran İslam Respublikası vətəndaşı “Maqa” ləqəbli Məhəmməd adlı şəxsə bildirərək, sonuncu tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yolun kənarında qoyulduğu yerin şəklini Lamiyəyə göndərmiş və onunla birlikdə Lamiyə də həmin ünvandan qeyd olunan narkotik vasitələri və psixotrop maddələri götürüb yaşadığı ünvana gətirib orada gizlətmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 2020-ci ilin oktyabr ayında öz adına Bank Respublikaya məxsus **********888642 nömrəli plastik kart açdırmışdır və bundan sonra həmin kart hesabının nömrəsini İranlı “Maqa” ləqəbli, Məhəmməd adlı şəxsə göndərmişdir və bundan sonra gördüyü işlərin qarşılığında İranlı “Maqa” ləqəbli Məhəmməd adlı şəxs həmin kart hesabına pullar köçürməyə başlamışdır. Narkotik vasitələrlə bağlı həmin pulları özü də, qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs2 da çıxarmışdır. Belə ki, Lamiyə özünə aid olan Bank Respublikaya məxsus **********888642 nömrəli plastik karta narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı pullar yükləndiyini qabaqcadan bilmişdir (cild 1, iş vərəqi 102-106,148-150). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, “Faberlic” şirkətində satıcı kimi işləmiş, Təqsirləndirilən şəxs1 isə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onlar birlikdə uzun müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5 ünvanında bir yerdə ailə kimi kirayədə yaşamışlar. Kirayədə qaldıqları mənzil beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşmişdir. 04 yanvar 2021-ci il tarixdə o və qardaşı Abuzərov Səbuhi evdə olmuşlar. Qardaşı Səbuhi universitetin illik ödənişini ödəmək üçün onlara gəlmişdir. O, mənzilin blokunda iki nəfər görmüş və bundan narahat olub Allahverdiyə zəng vurmuşdur. Allahverdi ona evə çatdığını, qapını açmağı demiş, o, pəncərədən Allahverdinin maşınını görüb gəldiyini bilmiş və qapını açmışdır. Qapını açan kimi 7-8 nəfər mülki geyimdə polis əməkdaşları ondan icazə almadan evə daxil olmuşlar. Evə daxil olan kimi bütün evi axtarmağa başlamışlar. Polis əməkdaşlarının evdə axtarış zamanı nə tapdıqlarını bilməmişdir. Daha sonra onu və qardaşını Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Onu və qardaşını ayrı maşında, Allahverdini isə ayrı maşında aparmışlar. Onları iki gün orada saxlamışlar. Allahverdini dindirdikdən və çəkilişi apardıqdan sonra onu və qardaşını buraxacaqlarını demişlər. Ertəsi gün saat 15 radələrində tədqiqatçı onu yanına gətirdərək qardaşının tutulmağını istəmirsə çəkiliş edəcəklərini və çəkilişdə axtarış keçirilən zaman evdə olmadığını, daha sonra Allahverdini görmək üçün gecə vaxtı Baş Narkotiklə Mübarizə İdarəsinə gəlib orada tutulduğunu deməli olduğunu ona bildirmişdir. O da qardaşının tutulmaması üçün tədqiqatçının dediyi ilə razılaşmışdır. Tutulan zaman onun üzərində 2 ədəd kart və mobil telefon olmuşdur. Daha sonra onları 05 yanvar 2021-ci il tarixdə axşam saat 22 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. 06 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, müstəntiqə ifadəsini dəyişdirmək istədiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun Allahverdinin evdə narkotik saxlaması və narkotikdən istifadə etməsi barədə məlumatı olmamışdır. X6 İslam Respublikası vətəndaşı ilə əlaqə saxlaması barədə məlumatı olmamışdır. O, Allahverdi ilə Lökbatan qəsəbəsinə gedib hər hansı əşya götürməmişdir. Onun adına olan "xxxx" ASCyə məxsus olan bir plastik bank kartdan Allahverdi onlayn qumar oyunları oynayarkən istifadə etmişdir. Allahverdi qumar oyunlarını qazandıqdan sonra karta 100-150 manat miqdarında mədaxil olmuşdur. Eyni zamanda o, lotereya oyunları oynadığı üçün də karta mədaxil olunmuşdur. Onun karta əlavə olaraq hansısa mənbədən pul köçürülməsi barədə məlumatı yoxdur. Allahverdinin telefonu 2 ay işləmədiyinə görə ona məxsus olan “İphone” markalı mobil telefondan istifadə etmişdir. “Samsung” markalı mobil telefonu Allahverdi işlətmişdir. Ona görə o, telefonda olan səs yazılarından onun xəbəri olmamışdır. Ev işlərini o, gördüyündən narkotik vasitənin aşkarlandığı çəkməcəni də o, təmizləmişdir. Həmin çəkməcədə o, sellofan görmüş, lakin Allahverdi ona toxunmamağı tapşırmışdır. O, həmin sellofanın içinə baxmamışdır. O, “Maqa”dan narkotik vasitə götürməmişdir. “İphone” markalı mobil telefon onundur. Telefonda olan səs yazıları və şəkillər ona məxsus deyildir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadələrində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, o, 05 yanvar 2021-ci il tarixdə saat təxminən 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə dəvət edilmiş bir nəfər qadının iştirakı şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, "xxxx" ASC tərəfindən verilmiş **********888642 nömrəli, "xxxx" ASC tərəfindən verilmiş **********491090 nömrəli və üzərində “Sizin Lombard” yazısı olan **********401413 nömrəli plastik kartları təqdim edərək masının üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş plastik kartlardan öz adına olan "xxxx" ASC tərəfindən verilmiş **********888642 nömrəli plastik karta narkotik vasitələrin dövriyyəsi ilə bağlı pullar yüklənildiyini və özünün də bu barədə qabaqcadan məlumatının olduğunu, Təqsirləndirilən şəxs1 ilə həqiqətən də qeyri-rəsmi münasibətdə olduğunu, İran vətəndaşı “Maqa” ləqəbli, Məhəmməd adlı şəxsi tanıdığını, sonuncunun Təqsirləndirilən şəxs1 ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olduğunu, Məhəmməd adlı şəxsin narkotik vasitələrin satışından əldə olunmuş müxtəlif məbləğlərdə pulun adına olan **********888642 nömrəli plastik karta həqiqətən də köçürdüyünü, özünün bu barədə qabaqcadan, yəni həmin pulların narkotik vasitələrin dövriyyəsi ilə bağlı pullar olmasını bildiyini, özünün də həmin pullardan istifadə etdiyini, İran vətəndaşı olan “Maqa” ləqəbli Məhəmməd adlı şəxs ilə özünün də telefon vasitəsi ilə əlaqə saxladığını, hətta bir dəfə Məhəmməd adlı şəxsin tapşırığı ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5 ünvanınında saxladığı narkotik vasitəni yaşadığı binanın yaxınlığına qoyduğunu “Maqa”ya bildirmişdir. Əvvəllər kirayədə yaşadığı ünvan 2 ünvanında Təqsirləndirilən şəxs1 narkotik vasitələr saxladığını, 04 yanvar 2021-ci il tarixdə həmin ünvana gələrkən qonşulardan Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə aparıldığını, sonradan özünün də Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının yaxınlığına gələrək bir müddət gözlədiyini, lakin sonradan ünvan 7 ünvanına gələrkən həmin binanın yaxınlığında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1la yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri adını Leyla deyib inandırdığı İran vətəndaşı Məhəmməd adlı şəxslə danışıb onun qoyduğu Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsindən Allahverdi ilə birlikdə götürüb yaşadığı ünvan 2 ünvanına gətirib orada gizlətmişdir. Allahverdinin Məhəmməd adlı şəxsə pul borcu olduğundan ondan narkotik vasitə ala bilmədiyindən Allahverdi bu işdə ona köməklik etməyini xahiş etmiş və bir qədər ona köməklik etmək istəməsə də sonradan onu təkidi ilə buna razılaşmışdır və Məhəmməd adlı şəxsə özünü Leyla kimi təqdim etmişdir və bu cür də onu inandırmışdır və Məhəmmədin qoyduğu və ya qoydurduğu narkotik vasitələri Allahverdi ilə birlikdə götürüb, Allahverdi Bakı şəhərinin bilmədiyi müxtəif ünvanlarına qoymuş və şəkilini Məhəmmədə göndərmişdir. Lakin bir dəfə narkotik vasitəni özü Bakı şəhərində Nəsimi rayonunda qoymuş və şəklini Məhəmmədə göndərmişdir (cild 1, iş vərəqi 178-182). Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə edib, daşıyaraq saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5 ünvanının yaxınlığında olduğunu bildikləri üçün 04 yanvar 2021-ci il tarixdə saat 18:45 radələrində həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında piyada hərəkət etdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərinu təqdim etmişlər və anket məlumatlarını bildirməsi barədə xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Həmin şəxsə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 etiraz etmədən razılaşıb onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins şalvarının cibindən narkotik maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq o, həm özünün, həm də yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 verdiyi izahata görə, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı olan adını xatırlamadığı şəxslə əlaqə saxlamış və həmin şəxsin vasitəçiliyi ilə narkotik vasitənin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitəni yaşadığı evdə bükümlərə ayırıb Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə narkotik vasitələrinin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin kirayədə yaşadığı mənzildə narkotik vasitələr olduğunu bildirmişdir. Bununla əlaqədar, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə alındıqdan sonra onun yaşadığı ünvan 9 ünvanına gedilmiş və baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evdə qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə daxil olaraq yataq otağında olan dolabdan torbanı çıxarıb təqdim etmiş, həmin torbaya baxış zamanı içərisindən bükümlərdə külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Həmin bükümlərə baxış zamanı birinci bükümün içərisində psixotrop maddə olan metamfetaminə, digər dörd ədəd bükümün içərisində isə narkotik vasitə olan heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı mənzilin digər hissələrinə, yəni yataq otağı, qonaq otağı, mətbəx və sanitar qovşağa baxış keçirilmişdir və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunan bükümlərin ona məxsus olduğunu, həmin bükümləri X9 Respublikası vətəndaşı ilə danışaraq yerin müəyyən etdiyi və ona dediyi Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol kənarında qoyulan yerdən təxminən bir həftə əvvəl götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində və əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumata əsasən Təqsirləndirilən şəxs2 da yaşadığı evin yaxınlarında saxlayıb ondan Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməyini xahiş etmişlər. Lamiyə Abuzrovaya verilən suallar zamanı o bildirmişdir ki, Təqsirləndirilən şəxs1la qeyri-rəsmi nikah münasibətindədir, İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs1 ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olmuşdur. Təqsirləndirilən şəxs2 kirayə yaşadığı ünvanda Təqsirləndirilən şəxs1 ilə narkotik vasitələri saxlamışdır. Həmin ünvana gecə qayıdarkən qonşulardan Təqsirləndirilən şəxs1 polislər tərəfindən aparıldığını eşitmiş, buna görə də həmin ünvandan çıxıb gedəndə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 04.01.2021-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs1 şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 3 (üç) ədəd bükümlərə baxış zamanı birinin içərisində ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, ikinci bükümün içərisində isə açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər və üzərində 4K yazısı olan kağız parçasının içərisində olan üçüncü bükümə baxış zamanı içərisində açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş və psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisinin 2,22 gram, narkotik vasitə olan heroinə bənzər kütlələrin çəkisinin bir bükümü 4,34 qram və digər bükümü isə 4,20 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 3 (üç) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 31-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirmə və götürmə haqqında 04.01.2021-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında kirayədə yaşadığı evdə mənzilin giriş qapısından sol tərəfdə yerləşən yataq otağında olan dolabdan üzərində "Brend House" yazısı plan torbanı təqdim edərək çarpayının üzərinə qoymuşdur. Həmin torbaya əlverişli şəraitdə baxış keçirilməsi üçün üzərində "Brend House" yazısı olan torba götürülmüş və qonaq otağına gətirilmiş və qonaq otağında olan dolabın üzərinə qoyulmuşdur. Torbaya baxış zamanı içərisindən 5 (beş) büküm, 2 (iki) ədəd elektron tərəzi və 1 (bir) ədəd üzərində müvafiq qeydlər aparılmış dəftər aşkar edilmişdir. Həmin bükümlərə baxış zamanı birinci bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digər 4 (dörd) ədəd bükümün içərisində işə açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin bükümləri çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş və psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 417 (dörd yüz on yeddi) qram, narkotik vasitə olan heroinə bənzər kütlələrin çəkilərinin isə ayrı-ayrılıqda 1 (bir) kq 491 (dord yuz doxsan bir) gram, 927 (doqquz yüz iyirmi yeddi) qram, 1 (bir) kq 309 (üç yüz doqquz) qram və 1 (bir) kq 698 (altı yüz doxsan səkkiz) qram, ümumilikdə isə 5 (beş) kq 425 (dörd yüz iyirmi beş) qram olmaları müəyyən edilmişdir. Sonra həmin 5 ədəd büküm və 2 ədəd elektron tərəzi üzərində "Brend House" yazısı olan torbanın içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 37- 40). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 05.01.2021-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 yanvar 2021-ci il tarixdə saat 01:00-da Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitənin qanunsuz dövriyyəsindən əldə olunan pul vəsaitlərinin köçürüldüyü bir ədəd **********888642 nömrəli Bank Respublika ASC-yə məxsus plastik kart aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, ondan aşkar olunmuş plastik karta narkotik vasitələrin dövriyyəsi ilə bağlı pullar yükləndiyini və özünün bu barədə qabaqcadan məlumatının olduğunu, Məhəmməd adlı İran vətəndaşını tanıdığını, sonuncunun Təqsirləndirilən şəxs1 ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olduğunu, Məhəmməd adlı şəxslə özünün də telefon vasitəsilə əlaqə saxladığını, hətta bir dəfə Məhəmmədin tapşırığı ilə narkotik vasitəni yaşadığı ünvanın yaxınlığına qoyduğunu bildirmişdir (cild 1, iş vərəqi 72-75). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 05.01.2021-ci il tarixli, 6/33 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi ...kütlələr..." və s.qeydləri olan kağız paketdəki 2 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,480 qram və 3,820 qram, ümumi təmiz çəkisı 7,300 qram olan qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir; - həmin paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,710 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə, tərkibinə görə psixotrop maddə - metamfetamindir. - üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış zamanı təqdim etdiyi 2 ədəd elektron tərəzi, 1 büküm psixotrop maddə metamfetaminə bənzər və 4 büküm narkotik vasitə olan heroinə bənzər kütlələr ...təhqiqatçı (imza) Nizami Omarov..." və s. qeydləri olan polietilen bağlamadakı 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1295 qr., 920 qr., 1485 qr., 1685 qr., ümumi təmiz çəkisi 5385 qram olan qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir; - həmin bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 414 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə tərkibinə görə psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş 2 ədəd tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyi üçün onların çəkisini və digər heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümküm olmadı. - Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etməsi qeyd edilən metamfetamin və heroinlərlə, mənzilindən aşkar edilməsi qeyd edilən metamfetamin və heroinlər tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 85-89). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 22.02.2021-ci il tarixli, 575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 59-60). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 22.02.2021-ci il tarixli, 574 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 61-62). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 05.01.2021-ci il tarixli protokol və fotocədvəldən görünür ki, “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs2 İran İslam Respublikasına aid mobil nömrə ilə yazışması müəyyən edilmişdir. Belə ki, mesajlaşma hissəsdə “Mehemmed Teze” adı ilə qeyd edilmiş +98 914 152 7211 saylı mobil nömrə vardır. Həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs2 səs və yazı mətnləri ilə əlaqə saxlamışdır. Lakin Təqsirləndirilən şəxs2 öz mesajlarının çox hissəsini silmiş, iranlı şəxsin mesajlarını isə silməmişdir. İlkin danışıq zamanı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi Təqsirləndirilən şəxs2 “özünə gəl ürəyim” dedikdən sonra kartı atmasını xahiş etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 həmin şəxsə “təsəvvür elə bir uzunsov, bir də yanından ağ skoçu çəkmişəm” səs yazısını atmışdır. İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi isə cavab olaraq “çox bağlama bir az əzginən, kimsə yaxşı görsə, gözünə yaxşı görünsə qəşəng paketdi deyə götürəcək, birdən o biri gec gəlsə, buna görə də siqaret qutusunu, paketi əzginən”. Bundan sonra İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi Təqsirləndirilən şəxs2 510 manat dəyərində pulun hesaba göndərilməsi ilə bağlı ödəniş çeki göndərmişdir. Daha sonra bildirmişdir ki, “onları rahat yerə, evdən çıxıbsan ya yox, çıxmayıbsansa birinci 21 dənənin yanına 3 dənə patı qoy” kimi ifadələr işlətmişdir. Bundan başqa mobil telefonun fotoşəkillər hissəsindən müztəlif şəkillər aşkar edildi. Şəkillərin içərisində narkotik vasitə və psixotrop maddələrin şəkilləri vardır. Eyni zamanda narkotik vasitə və psixotrop maddələr qoyulan yerlər işarələr vasitəsi ilə göstərilmişdir (cild 1, iş vərəqi 107-136). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06.01.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir (cild 1, iş vərəqi 148-156). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01.04.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha ifadəsini təsdiqləmişdir (cild 2, iş vərəqi 79-83). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01.04.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid2 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha ifadəsini təsdiqləmişdir (cild 2, iş vərəqi 84-87). İşdə olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X5 tərəfindən Təqsirləndirilən şəxs1 barədə qəbul edilmiş və həmin idarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 04.01.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 221-222). İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X5 tərəfindən Təqsirləndirilən şəxs2 barədə qəbul edilmiş və həmin idarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 04.01.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 223-224). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 21.01.2021-ci il tarixli, 411 və 412 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışlar (cild 1, iş vərəqi 249-250). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22.01.2021-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “İphone” markalı mobil telefon aparatına baxış keçirilmiş və iş üzrə əhəmiyyətli hallar aşkar edilməmişdir (cild 2, iş vərəqi 1). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 01.03.2021-ci il tarixli protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir (cild 2, iş vərəqi 54-56). İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 01.04.2021-ci il tarixli, 05/498-xid nömrəli məktubundan və 01.04.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə polis əməkdaşı tərəfindən döyülməsi və nəticədə hamiləliyinin pozulması barədə ifadəsində göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 90-95). İşdə olan maddi sübut hesab etmə haqqında 07.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 415,61 qram çəkidə metamfetamin və ekspertiza tədqiqatdan sonra qalıq qalan 5392 qram heroin, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd tərəzi, eləcə də narkotik vasitə və psixotrop maddə barədə qeydlər aparılmış dəftər maddi sübut hesab edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 218-220). İşdə olan sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 01.04.2021-ci il tarixli qərardan görünür ki, bir ədəd **********888642 nömrəli Bank Respublika ASC-yə məxsus plastik kart, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy A70” markalı mobil telefon iş üzrə maddi sübut hesab edilmiş və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə aparılmasını, eləcə də, X1 üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən ümumilikdə 03 ədəd DVD disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 96-109). İşdə olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 01.04. 2021-ci il tarixli qərardan görünür ki, külli miqdarda psixotrop maddənin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqi 111- 112). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqi 247-248). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yerlər üzrə müsbət xarakterizə olunurlar (cild 2, iş vərəqi 9, 12). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metamfetamin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Vahid oğlunun Məhəmməddən aldığı narkotik vasitələrin və psixotrop maddələrin ondan aşkar olunanlardan az olması, həmin vasitələri satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsi, tutularkən polis əməkdaşlarının ona fiziki təzyiq etmələri, Məhəmmədlə əlaqələri, habelə evində saxladığı narkotik vasitələr barədə Təqsirləndirilən şəxs2 məlumatının olmaması, narkotik vasitələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol kənarında Məhəmmədin qoyduğu yerdən tək gedib götürməsi barədə, eyni zamanda, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaması, onun Təqsirləndirilən şəxs1 evdə narkotik saxlaması və narkotikdən istifadə etməsi barədə məlumatının olmaması haqqında məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların həmin ifadələri özlərini müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzalarını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Vahid oğlu və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin halları barədə ibtidai istintaq zamanı daha düzgün ifadələr vermişlər və məhkəmə onların ibtidai istintaq zamanı verdikləri həmin ifadələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-biri və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmələri, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlamaları kifayət qədər sübuta yetirilir, onlar təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasın Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, cavan olmalarını, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllər həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Vahid oğlu 04 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 yanvar 2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 yanvar 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 207- 209). İşdə olan protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 05 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 yanvar 2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 yanvar 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 63, 210-212). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 yanvar 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 415,61 qram çəkidə metamfetamin və ekspertiza tədqiqatdan sonra qalıq qalan 5392 qram heroin, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd tərəzi, eləcə də narkotik vasitə və psixotrop maddə barədə qeydlər aparılmış dəftər məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy A70” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə aparılmasını, eləcə də, X1 üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən ümumilikdə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bank Respublika ASC-yə məxsus **********888642 nömrəli bir ədəd plastik kart narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilmiş gəlirlərlə əlaqədar açıldığından məhkəmə hesab edir ki, həmin kart məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 415,61 qram çəkidə metamfetamin və 5392 qram heroin, iki ədəd tərəzi, bir ədəd dəftər, Bank Respublika ASC-yə məxsus **********888642 nömrəli bir ədəd plastik kart məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy A70” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. - 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar