Məhkəmə qərarları › İş №1(101)-1025/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1025/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1025/2021 25.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakı ilə 5 iyun 1990-cı ildə Qobustan rayonu Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Qobustan rayonu Nərimankənd kəndində qeydiyyatda olub, Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi tikilidə yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə, xx xxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmə məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 4 yanvar 2021-ci il tarixdə saat 12 radələrində özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə «*9933 taksi xidməti»nə zəng edib, ünvan 2 ünvanda yerləşən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının qarşısından Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsində fəaliyyət göstərən 316 saylı məktəbədək getmək adı ilə Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olmaq üçün etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E260» markalı, **-GZ-*** qeydiyyat nişanlı avtomobili çağırtdırıb Təqsirləndirilən şəxs2la birlikdə həmin avtomobilə əyləşdikdən sonra avtomobil Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2071 ünvanında avtomobil yolunda hərəkətdə olarkən, qabaqcadan aralarında olan razılığa əsasən, əlində olan bıçağı silah qismində istifadə edərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə Zərərçəkmiş şəxs 100 manat pulunu talayıb ələ keçirərək, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmə məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 4 yanvar 2021-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanda yerləşən Səfərbəylik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin inzibati binasının qarşısından Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsində fəaliyyət göstərən 316 saylı məktəbədək getmək adı ilə, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə «*9933 taksi xidməti»nə zəng edib çağırtdırdığı, Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olmaq üçün etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E260» markalı, **-GZ-*** qeydiyyat nişanlı avtomobilə əyləşdikdən sonra avtomobil Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2071 ünvanında avtomobil yolunda hərəkətdə olarkən, qabaqcadan aralarında olan razılığa əsasən, Təqsirləndirilən şəxs1 əlində olan bıçağı silah qismində istifadə edərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs 100 manat pulunu aldıqdan sonra, həmin pulu birlikdə talayıb ələ keçirərək, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 4 yanvar 2021-ci il tarixdə saat 9 radələrində bir məhəllədə yaşayan soyadı və atasının adını bilmədiyi Ramiq adlı tanışının «Nissan Murano» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildə oturub söhbət edərkən, ona Şamaxı rayonunda yaşayan qardaşı Xamizə əşyaları göndərməli olduğunu demiş və ondan onu «Şamaxinka» adlanan yerə aparmasını xahiş etmiş və Ramiq onunla razılaşmışdır. Həmin vaxt avtomobildə Emil adlı şəxs də oturmuşdur. Bundan sonra evdən qardaşına göndəriləcək əşyaları iki ədəd sellofan torbada götürüb Emillə birlikdə Ramiqin idarə etdiyi avtomobildə Şamaxinka adlanan yerə gedib həmin əşyaları Şamaxı rayonuna gedən taksiyə vermişdir. Bundan sonra Ramiq ona avtomobilin mühərrikinin yağını dəyişmək üçün birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə getməyi təklif etmiş və o, razılaşmışdır. Bundan sonra Ramiqin idarə etdiyi avtomobildə Emillə birlikdə Lökbatan qəsəbəsinin mərkəzinə, ünvanını bilmədiyi yerə getmişlər. Ramiq onları avtomobildən düşürüb, mühərrik yağı almaq üçün getmiş, bir qədər sonra qayıdaraq mühərrik yağını götürmək üçün bir qədər gözləməli olduğunu demişdir. Emil tələsdiyini və onu gözləyə bilməyəcəyini bildirərib, taksi ilə qayıtmaq istədiyini demişdir. O da taksiyə verməyə pulu olmadığından Emilə onu da özü ilə aparmasını xahiş etmişdir. Emil telefonunda kontur olmadığını bildirdiyindən, o, özünün istifadəsində olan ***-***-**-** mobil nömrəli telefonunu taksi çağırması üçün, özü dayandıqları yerin ünvanını bilmədiyindən, orada olan oğlanların birinə vermişdir. Həmin oğlan «*9933» taksi şirkətinə zəng edib, taksi çağırmışdır. Taksi şirkəti gedəcəkləri yerə aparmaq üçün 11 manat pul istəmişdir. Bir neçə dəqiqədən sonra çağırdıqları taksi gəlmişdir. Həmin vaxt saat 12-13 radələri olmuşdur. Taksi «Mercedes» markalı olmuş, lakin dövlət qeydiyyat nişanına fikir verməmişdir. Emil taksidə qabaq sərnişin oturacağında, o, isə arxa oturacaqda oturmuşdur. «Sədərək» bazarı tərəfdən gələrkən taksi sürücüsü yolun sağ tərəfində yerləşən yanacaq doldurma məntəqəsinə taksini sürərək, onlardan yanacaq doldurmaq üçün yol pulunu ödəmələrini istəmişdir. Emil ona 7 manat pul vermişdir. Taksi sürücüsü yol haqqının 11 manat olduğunu bildirib, pulun qalanını da vermələrini istəmişdir. Emil üstündə başqa pulu olmadığını deyib, ondan pul istədikdə, Emilə pulu olmadığını demişdir. Taksi sürücüsü onlardan pulun hamısını ödəmələrini tələb etmişdir. Taksi sürücüsünə gedəcəkləri ünvana çatdıqdan sonra, onun pulunu evdən alıb verəcəyini demişdir. Taksi sürücüsü heç nə demədən avtomobilə yanacaq doldurmadan, yanacaq doldurma məntəqəsindən sürərək yola çıxıb, onlardan avtomobildən düşüb, başqa avtomobilə minmələrini xahiş etmişdir. Onlar sürücüyə narahat olmamağı, getdikləri yerə çatdıqda qalan pulunu da verəcəklərini demişlər. Bundan sonra sürücü avtomobili sürməkdə davam etmişdir. Dərnəgül yolu ilə «Koroğlu» metrostansiyası istiqamətində hərəkətdə olarkən taksi sürücüsü karantinlə bağlı qurulmuş polis postunda avtomobili saxlayıb, polislərə tərəf getmişdir. Polis əməkdaşlarının onların oturduqları taksiyə tərəf gəldiklərini görüb qorxub, taksidən düşüb qaçmağa başlamışdır. Polis əməkdaşları onu təqib etməyə başlamış və təxminən 30-40 metr qaçdıqdan sonra onu tutub, Nərimanov RPİnin 17-ci PŞ-nə aparmışlar. Sürücü avtomobili polis əməkdaşları olan yerdə saxlamazdan əvvəl o, taksi sürücüsündən Nərimanov rayonu Z.Bünyadov prospekti 2071 ünvanda yerləşən «Arzu» marketin qarşısında avtomobili saxlamasını xahiş etmiş və sürücü həmin yerdə avtomobili saxlamışdır. O, avtomobildən düşüb marketdən, cibində olan 3 manat pulun 2 manatını satıcıya verib bir qutu «Vinçestr» siqareti alıb, yenidən avtomobilə qayıtmışdır. Taksi sürücüsündən hər hansı məbləğdə pul almamış və onu bıçaqla hədələməmişdir. Polis əməkdaşlarının avtomobilə tərəf gəldiklərini görüb, qorxduğundan qaçmışdır. 17-ci PŞ-də təqdim etdiyi bir ədəd bıçağı Ramiqin avtomobilində olarkən Emildən almışdır. Belə ki, söhbət zamanı Ramiq Emilə ona verdiyi bıçağı bəyənib, bəyənmədiyini soruşmuşdur. Bu zaman Emildən nə bıçaq olduğunu soruşduqda o, bıçağı baxmaq üçün ona vermişdir. Bıçağı götürüb əlində oynatmağa başlamışdır. Lökbatan qəsəbəsində taksiyə minən zaman həmin bıçaq əlində olmuşdur. Nərimanov RPİ-nin 17-ci PŞ-də olarkən ondan fiziki zor tətbiq edilməklə izahat alınmışdır. Həmin izahatı təsdiq etmir. Polis əməkdaşının onun dediyi kimi izahat yazsa, buraxılacağına dair vədinə inanıb izahat vermiş və imza etmişdir. Hər hansı bir cinayət əməli törətməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 4 yanvar 2021-ci il tarixdə saat 9 radələrində yaxın məhəllədə yaşayan atasının adını və soyadını bilmədiyi Ramiq adlı tanışını görmək üçün onun yaşadığı evin yanına getmiş, bu zaman onun idarə etdiyi «Nissan Murano» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildə tanışı Kamranla söhbət etdiyini görmüşdür. Yaxınlaşıb həmin avtomobilə əyləşmişdir. Söhbət zamanı Kamran Şamaxı rayonunda yaşayan qardaşı Xamizə nəsə göndərməli olduğunu deyib Ramiqdən onu «Şamaxinka» adlanan yerə aparmasını xahiş etmişdir. Ramiq Kamrana həmin yerə aparacağını demişdir. Bundan sonra Kamran gedib evdən qardaşına göndəriləcək iki ədəd sellofan torbanı götürərək, avtomobilə oturmuşdur. Kamranla birlikdə Ramiqin idarə etdiyi avtomobildə «Şamaxinka» adlanan yerə getmişlər. Kamran Şamaxı rayonuna gedən taksiyə həmin əşyaları vermişdir. Bundan sonra Ramiq avtomobilin mühərrikinin yağını dəyişmək üçün Lökbatan qəsəbəsinə getməyi təklif etmişdir. Kamranla birlikdə Ramiqin təklifi ilə razılaşıb onun idarə etdiyi avtomobildə, Lökbatan qəsəbəsinin mərkəzinə, ünvanını bilmədiyi yerə getmişdir. Orada Ramiq onu və Kamranı avtomobildən düşürərək, mühərrik yağı almaq üçün getmişdir. Bir qədər sonra qayıdaraq, mühərrik yağını götürmək üçün bir qədər gözləməli olduğunu demişdir. Bu zaman Ramiqin işinin uzanacağını görüb, onu gözləyə bilməyəcəyini bildirib, taksi ilə qayıtmaq istədiyini demişdir. Kamran da ona, onu da özü ilə aparmasını xahiş etmişdir. Taksi çağırmaq istəyərkən mobil telefonunda kontur olmamış, Kamran özünün istifadəsində olan mobil telefonunu ilə «*9933» taksi şirkətinə zəng edib taksi çağırmışdır. Taksi şirkəti gedəcəkləri ünvana aparmaq üçün 11 manat pul istəmişdir. Bir neçə dəqiqə sonra «Mersedes» markalı taksi gəlmişdir. Taksinin dövlət qeydiyyat nişanına fikir verməmişdir. Taksiyə minib qabaq sərnişin oturacağında o, Kamran isə arxa oturacaqda oturmuşdur. «Sədərək» TM tərəfdən gələrkən taksi sürücüsü avtomobili yolun sağ tərəfində yerləşən yanacaq doldurma məntəqəsinə sürərək, onlardan yanacaq doldurmaq üçün yol pulunu ödəmələrini istəmişdir. Taksi sürücüsünə cibində olan 7 manat pulu vermişdir. Taksi sürücüsü yol haqqının 11 manat olduğunu deyib, pulun qalanını vermələrini tələb etmişdir. Sonuncuya cibində pulu olmadığını deyib, Kamrandan pul istəmişdir. Kamran ona cibində cəmi 5 manat pulu olduğunu, həmin pula siqaret alacağını demişdir. Taksi sürücüsü pulun hamısını ödəmələrini tələb etmişdir. Taksi sürücüsünə ünvana çatdıqdan sonra, onun pulunu evdən alıb verəcəyini demişdir. Taksi sürücüsü heç nə demədən avtomobilə yanacaq doldurmadan, avtomobili sürüb yola çıxmış və onlardan avtomobildən düşüb, başqa avtomobilə minmələrini tələb etmişdir. Onlar taksi sürücüsünə narahat olmamağı, yerlərinə çatdıqda qalan pulunu da verəcəklərini demişlər. Bundan sonra sürücü avtomobili sürməyə davam etmişdir. Dərnəgül yolu ilə «Koroğlu» metrosatansiyası istiqamətində hərəkətdə olarkən taksi sürücüsü karantinlə bağlı qurulmuş polis postunda avtomobili saxlayaraq, avtomobildən düşərək polislərə tərəf getmişdir. Bundan sonra polis əməkdaşları onların oturduqları taksiyə tərəf gəldiklərini görmüşlər. Bunu görən Kamran qorxub, taksidən düşüb qaçmağa başlamışdır. Polis əməkdaşları onu təqib etməyə başlamış və təxminən 30-40 metr qaçdıqdan sonra onu tutmuşlar. Bundan sonra sonra onu və Kamranı Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Polislərin dayandığı yerə çatmamış Kamran taksi sürücüsündən Nərimanov rayonu, Z.Bünyadov prospekti 2071 ünvanında yerləşən «Arzu» marketin qarşısında avtomobili saxlamasını xahiş etmiş, sonuncu həmin yerdə avtomobili saxlamışdır. Kamran avtomobildən düşüb marketdən siqaret alıb, yenidən avtomobilə qayıtmışdır. Onlar taksi sürücüsündən hər hansı məbləğdə pul almamış və onu bıçaqla hədələməmişdir. Polislər avtomobilə tərəf gələndə Kamran qorxduğundan avtomobildən düşüb qaçmışdır. Təqsirləndirilən şəxs1 17-ci PŞ-də təqdim etdiyi bıçağı Ramiq ona təxminən bir həftə qabaq vermişdir. Avtomobildə olarkən Ramiq ondan bıçağı bəyənib-bəyənmədiyini soruşmuşdur. Bu zaman Kamran ondan nə bıçaq olduğunu soruşduqda, bıçağı baxmaq üçün Kamrana vermişdir. Kamranda əlində bıçağı oynatmağa başlamışdır. Lökbatan qəsəbəsində taksiyə minəndə həmin bıçaq Kamranda olomuşdur. Nərimanov RPİ-nin 17-ci PŞ-də verdiyi izahatını oxumadan imzalamışdır. Nərimanov RPİ-nin 17-ci PŞ-də olarkən polis əməkdaşları ona demişlər ki, onlar dedikləri kimi izahat yazsa onu buraxacaqlar. Ona qarşı 17-ci PŞ-də hər hansı bir fiziki güc, zor edilməmişdir. Hər hansı bir cinayət əməli törətməmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımırmışdır. Barəsində bəraət hökmü çıxarılmasının xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi, meyvə-tərəvəz bazasında fərdi tikilidə ailəsilə birlikdə yaşayır. «*9933» taksi və «*2111» taksi şirkətlərində taksi fəaliyyəti ilə məşğul olur. X1 mülkiyyətində olan, etibarnamə ilə idarə etdiyi «Mercedes Benz E260» markalı, **-GZ-*** qeydiyyat nişanlı minik avtomobili vardır. 4 yanvar 2021-ci il tarixdə saat 12-də Qaradağ rayonu Lökbatan qəsəbəsində olarkən «*9933» taksi xidmətinin dispeçerindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə Qaradağ rayonu Lökbatan qəsəbəsi, Hərbi Səfərbəylin binasının qarşısından, Bakı şəhəri Ramanı qəsəbəsi 316 saylı məktəbin yanına sərnişin aparmaq barədə sifariş gəlmişdir. Sifarişin qiyməti 10 manat 67 qəpik olmuşdur. Həmin yerə yaxın olduğundan sifarişi qəbul etmiş və terminalda olan sifarişçinin ***- ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq sifarişi qəbul etdiyini bildirmişdir. Bundan sonra sifariş verilən ünvana gedib, iki nəfər cavan oğlanı avtomobilə mindirib, gedəcəkləri ünvana tərəf hərəkət etməyə başlamışdır. Sərnişinlərdən biri qabaq sərnişin oturacağında, digəri isə arxa oturacaqda oturmuşdur. Yolda gedərkən qabaqda oturmuş sərnişin özündə olan mobil telefonla kiminləsə danışmış və sonra SMS yazmağa başlamışdır. Bundan sonra arxada oturmuş şəxsə telefonda olan SMS göstərərək, kiminsə onlara 12 ədəd «malı» 100 manata verəcəklərini, həmin malın 10 ədədini pulla, 2 ədədini isə pay olaraq verəcəyini demişdir. Onların danışıqlarından şübhələnmiş və yol haqqını verməyəcəklərini düşünüb, yol üstündəki «Lukoil» YDM-nə sürüb, onlara yanacaq doldurmaq üçün yol haqqını vermələrini xahiş etmişdir. YDM-də avtomobilə yanacaq doldurmaq üçün operator yanacaq çəninin qapağını açıb yanacaq doldurmaq istərkən, qabaqda oturmuş sərnişin 7 manat çıxarıb ona vermişdir. O da onlardan yol pulunu tam olaraq ödəmələrini xahiş etmişdir. Bu vaxt qabaqda oturmuş sərnişin arxada oturmuş sərnişindən qalan pulu verməsini istəmişdir. Arxada oturmuş sərnişində cibində pulu olmadığını bildirmişdir. Ancaq o, yol haqqını tam olaraq ödəmələrini bir daha istədikdə, arxada oturan sərnişin sol əlini ilə onun boğazını tutub, sağ əlindəki bıçağı onun boğazına dirəyərək, avtomobili sürməsini tələb etmişdir. O, avtomobili bir neçə metr irəli sürüb saxlayaraq, onlardan hər hansı bir yol pulu istəmədiyini deyib, avtomobildən düşüb getmələrini xahiş etmişdir. Bundan sonra arxada oturan sərnişin yenidən sol əli ilə onun boynunu tutub, bıçağı bir daha onun boynuna dirəyərək: «elə eləmə ki, başını kəsib, təkərin altına atım, maşını sür»-demişdir. Bundan qorxaraq avtomobilə yanacaq doldurulmasını gözləmədən yanacaq çəninin qapağı açıq halda avtomobili hərəkət etdirməyə başlamışdır. Arxada oturan sərnişin əlindəki bıçağı 2-3 dəqiqə onun boynuna dirəməkdə davam etmişdir. Yolda hərəkətdə olarkən arxada oturmuş sərnişin ondan üstündə pulu olub-olmadığını soruşmuş, sonuncuya üstündə 112 manat pulu olduğunu dedikdə, həmin sərnişin ona: «onda niyə problem yaradırsan?» demişdir. Yolda hərəkətdə olarkən arxada oturmuş sərnişin ona yolda mağaza görsə, saxlamasının demişdir. Ancaq o, kömək üçün polis karantin postu axtarmışdır ki, polislər ona kömək istəsin. Ziya Bünyadov prospekti «Koroğlu» metrostansiyası istiqamətində hərəkətdə olarkən «Socar» YDM-nə çatmamış yolun sağ tərəfində yerləşən «Arzu» və «Nur» mağazalarını görüb, arxada oturan sərnişin əlindəki bıçaqla onu hədələyərək, ondan avtomobili saxlamağını tələb etmişdir. Avtomobili saxladıqdan sonra arxada oturan sərnişin ondan ona 100 manat verməsini tələb etmişdir. Qabaqda oturan sərnişin də ona: «sənə lazım idi bu problemi yaşayasan, tez ol, 100 manatı ver»-demişdir. Üstündə olan 112 manatın 100 manatını arxada olan sərnişinə vermişdir. Sonuncu ondan 100 manatı aldıqdan sonra qabaqda oturmuş sərnişinə: «bu da mal üçün lazım olan 100 manat. Daha nə istəyirsən». Qabaqda oturmuş sərnişin də onunla razılaşdığını bildirmə əlaməti olaraq gülümsəmişdir. Arxada oturan sərnişin avtomobildən düşüb getdikdən sonra qabaqda oturan sərnişin ona: «sənə lazım idi, bayaqdan deyirik sür də»-demişdir. Sonuncuya cavab verməmişdir. Bir neçə dəqiqə sonra arxada oturan sərnişin qayıdıb yerində arxa oturacaqda oturmuş və ondan avtomobili sürməyi tələb etmiş və o, hərəkətə davam etmişdir. Təxminən həmin yerdən 150-200 metr qabaqda olan polis karantin postuna çatdıqda avtomobili saxlayaraq, avtomobildən düşüb polis əməkdaşlarına avtomobildə olan sərnişinlərin onu bıçaqla hədələyərək, ondan pul aldıqlarını demişdir. Bunu eşidən polis əməkdaşları dərhal onun avtomobilinə tərəf hərəkət etməyə başlamışlar. Bunu görən arxa oturacaqda oturan və onu bıçaqla hədələmiş şəxs avtomobildən düşərək qaçmağa başlamışdır. Lakin polis əməkdaşları ona çatıb yaxalamışlar. Qabaqda oturmuş sərnişin isə avtomobilini polislərə yaxın saxladığından qapını aça bilməmiş və avtomobildən düşə bilməmişdir. Bundan sonra polis əməkdaşları onu və avtomobildə olan həmin iki sərnişini Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Şöbədə həmin iki nəfər sərnişin barəsində şikayət ərizəsi yazıb, izahat vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımırmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. Onlara qarşı tələbi, iddiası və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə əqəsəbəsi, Samir Əliyev küçəsində fərdi tikilidə valideynləri ilə yaşayır. Özünə məxsus «Nissan Murano» markalı, **-TY-*** qeydiyyat nişanlı minik avtomobili idarə edir. 4 yanvar 2021-ci il tarixdə saat 9 radələrində avtomobilin mühərrikinin yağını dəyişdirmək üçün Lökbatan qəsəbəsinə getmək istərkən, onunla bir məhəllədə yaşayan Təqsirləndirilən şəxs1 əlində sellofan torba ona yaxınlaşıb, hara getdiyini soruşmuşdur. Kamrana avtomobilin mühərrik yağını dəyişdirmək üçün Lökbatan qəsəbəsinə getmək istədiyini demişdir. Kamran ona Şamaxı rayonunda yaşayan qardaşına «veş» göndərmək istədiyini, yolüstü onu Şamaxinkaya aparmasını xahiş etmiş, sonuncuya elə həmin ərazidən keçəcəyini demişdir. Kamran avtomobilə minmiş və bu zaman yaxınlıqda yaşayan Təqsirləndirilən şəxs2 yaxınlaşıb, hara getmələri ilə maraqlanmışdır. Emilə Şamaxinka adlanan yerdən keçməklə, Lökbatan qəsəbəsinə gedəcəyini bildirmişdir. Emil gəzmək istədiyini deyib, onu da götürməsini xahiş etmiş və o, razılaşmışdır. Bundan sonra Emil də avtomobilə minmişdir. Birlikdə Şamaxinka adlanan yerə getmiş, Kamran Şamaxıya gedən yol maşınlarının birinə qardaşına göndərdiyi əşyaları verdikdən sonra, Lökbatan qəsəbəsinin mərkəzinə Hərbi komissarlığın binasının yanına gəlmişlər. Cibində yağ almaq üçün kifayət qədər pulu olmadığından, borca pul istədiyi tanışının pul gətirməsini gözləməyə başlamışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs2 tələsdiyini və evə getmək istədiyini deyib, Kamranın mobil telefonu ilə taksi sirafiş etmişdir. Bir azdan taksi gəlmiş və Emil taksiyə minmişdir. Bu vaxt Kamran da getmək istədiyini deyib həmin taksiyə oturmuş və taksi yola düşmüşdür. Daha sonra baş verənlərdən xəbəri olmamışdır. 2020-ci ilin dekabr ayının sonunda Emilə avtomobilin salonunda saxladığı üzərində «STAİNLESS» yazısı olan qatlanan bıçağı hədiyyə etmişdir. 4 yanvar 2021-ci il tarixdə avtomobildə gedərkən Emildən bıçağın xoşuna gəlibgəlmədiyini soruşmuş, bu zaman Kamran bıçaqla maraqlanıb baxmaq istədiyini demişdir. Emil üstündə saxladığı həmin bıçağı çıxarıb Kamrana vermişdir. Həmin bıçağı təxminən iki il əvvəl «Sədərək» TM-dən 30 manata alıb avtomobildə saxlamışdır. Zərərçəkmiş şəxs tanımır, onunla hər hansı münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nərimanov RPİ-nin PPXB-nın polis nəfəri vəzifəsində işləyir. Polis serjantıdır. 4 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Nərimanov RPİ-nin PPXB-nın polis nəfərləri polis serjantı Elsevər Tağıyev və iki nəfər DYP əməkdaşları ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospekti 2074 ünvanında fəaliyyət göstərən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında «Covid 19» pandemiyası ilə əlaqədar «Koroğlu» metrostansiyası istiqamətində qurulmuş polis postunda xidmətdə olarkən «Mercedes» markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili dayanmışdır. Avtomobildən düşən sürücü onlara yaxınlaşıb həyacanlı vəziyyətdə avtomobilində olan iki nəfər sərnişinin onu bıçaqla hədələyib 100 manat pulunu aldıqlarını bildirmişdir. Dərhal həmin avtomobilə yaxınlaşdıqda, avtomobilin arxa sol qapısından bir nəfər şəxs düşərək yolun digər tərəfinə qaçmağa başlamışdır. Həmin şəxsi saxlamaq üçün yolun digər hissəsinə keçmişdir. Sonuncu onun dalınca gəldiyini görüb, qaçmaqda davam etmiş, bu vaxt iki dəfə yıxılsa da, yenidən durub qaçıb yoldan kənardakı yarım tikiliyə girmişdir. Kənara çəkilib onun çıxmasını gözləməyə başlamışdır. Bir azdan həmin şəxs tikilidən çıxmış və o, sonuncunu yaxalayıb qolundan tutmuşdur. Bu vaxt digər polis əməkdaşı Elsevər Tağıyev də gəlib ona çatmışdır. Bundan sonra onlar birlikdə həmin şəxsi polis avtomobilinin yanına gətirmişlər. Avtomobilə yaxınlaşdıqda, avtomobildə olan digər şəxsi də avtomobildən çıxarıldığından, onlar hər ikisini Ramal Əlieyv və Şahid4 köməkliyi ilə ərazi üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nin növbətçi hissəsinə gətirərək təhvil vermişlər. Araşdırma zamanı avtomobildən düşüb qaçan və tərəfindən yaxalanan şəxsin Təqsirləndirilən şəxs1, digərinin isə Təqsirləndirilən şəxs2 olduqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şöbədə baxış keçirən zaman, şalvarın cibindən bıçaq aşkar olunmuşdur. Taksi sürücüsü Zərərçəkmiş şəxs üzərindən bıçaq çıxan Təqsirləndirilən şəxs1 həmin bıçaqla ona hədə-qorxu gəlib 100 manatını aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 yaxalayarkən, eləcə də o, PB-nə gətirilərkən ona heç kim təsir-təzyiq göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nərimanov RPİ-nin PPXB-nın polis nəfəri vəzifəsində işləyir. 4 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Nərimanov RPİ-nin PPXB-nın polis nəfəri, polis serjantı X12 ilə xidməti patrul avtomobilində xidmətdə olarkən Nərimanov rayonu Z.Bünyadov prospekti 2074 ünvanında fəaliyyət göstərən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında «Covid 19» pandemiyası ilə əlaqədar «Koroğlu» metrostansiyası istiqamətində qurulmuş polis postundan çağırış gəlmişdir. Həmin ünvana çatdıqda orada olan polis əməkdaşları adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etdikləri bir nəfərin DYP avtomobilin yanında saxladıqlarını görmüşlər. Orada olan polis əməkdaşları həmin şəxsin DYP avtomobilin yanında dayanmış «Mercedes» markalı dövlət qeydiyyat nişanı yadında qalmayan sürücüsünün şikayəti ilə əlaqədar avtomobildən düşürdüklərini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs2 patrul avtomobilinə mindirərkən, yolunun digər tərəfindən polis nəfərləri Şahid2 və Elsevər Tağıyevin bir nəfər cavan oğlanın qollarından tutub gətirdiklərini görmüşlər. Həmin şəxs adının Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Bundan sonra Şahid2 və Elsevər Tağıyevlə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 patrul avtomobilinə mindirib, ərazi üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nin növbətçi hissəsinə gətirib, raportla təhvil verib, xidmət yerinə qayıtmışlar. Təqsirləndirilən şəxs1 üzərinə şöbədə baxış keçirən zaman şalvarın cibindən bıçaq aşkar olunmuşdur. Şikayətçi taksi sürücüsü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 həmin bıçaqla ona hədə-qorxu gəlib 100 manat pulunu aldığını bildirmişdir. Saxlanılarkən və şöbəyə gətirilərkən, eləcə də şöbədə olarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PB-də təhqiqatçı vəzifəsində çalışır. Təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. 4 yanvar 2021-ci il tarixdə Əliyev X9 RPİ-nin 17-ci PB-nə ərizə ilə müraciət edərək idarə etdiyi «Mersedes» markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin kimi əyləşən, adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən hədələnərək onun 100 manat pulunu ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatlarını almışdır. Toplanmış materialda cinayət tərkibi olduğundan qərarla material araşdırmanın davam etdirilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə göndərmişdir. Təqsirləndirilən şəxslərə bölmədə nə fiziki, nə də psixi təsir-təzyiq göstərilməmişdir. İşin 1-ci cildinin 9-11-ci vərəqələrindəki 4 yanvar 2021-ci il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə Zərərçəkmiş şəxs «Mercedes Benz E260» markalı, **-GZ-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2071 ünvanda avtomobil yolunda hərəkətdə olarkən baş vermişdir. Ona görə də cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2071 ünvanının qarşısı olaraq qəbul edilmişdir. İşin 1-ci cildinin 16-cı vərəqəçindəki 4 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 1 ədəd ümumi uzunluğu 22 sm, dəstəyinin uzunluğu 12 sm, gümüşü və qara rəngdə olmaqla, tiyəsinin uzunluğu 10 sm, eni 2,2 sm, tiyəsinin başlanğıc hissəsində «stainless» yazısı olan bıçağı könüllü təqdim etmişdir. İşin 1-ci cildinin 200-cü vərəqəsindəki sənəddən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Narkoloji Mərkəzidə qeydiyyatda yoxdur. İşin 1-ci cildinin 201-ci vərəqəsindəki sənəddən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Narkoloji Mərkəzidə qeydiyyatda yoxdur. İşin 1-ci cildinin 213-cü vərəqəsindəki məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi»ndə müalicə olunmayıb və qeydiyyatda yoxdur. İşin 1-ci cildinin 214-cü vərəqəsindəki məktubdan görünür kki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi»ndə müalicə olunmayıb və qeydiyyatda yoxdur. İşin 1-ci cildinin 212-ci vərəqəsindəki sənəddən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası»nda müalicə olunmayıb. İşin 1-ci cildinin 211-ci vərəqəsindəki sənəddən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası»nda müalicə olunmayıb. İşin 1-ci cildinin 207-ci vərəqəsindəki sənəddən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X7»nda müalicə olunmayıb. İşin 1-ci cildinin 208-ci vərəqəsindəki sənəddən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X3 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Surxanı rayon İdarəsinin göndərişinə əsasən 4 iyun 2012-ci ildən 6 iyun 2012-ci il tarixədək stasionar müayinədə olmuşdur (diaqnoz: «Üzvü dissosiativ pozuntusu, özünü kəsmələrlə»). İşin 2-ci cildinin 49-cu vərəsindəki məhkəmə-trasoloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli, 3/68 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, zavod üsulu ilə hazırlanmış turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməyib. İşin 2-ci cildinin 82-105-ci vərəqələrindəkt 6 aprel 2021-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin 1 ədəd soyuq silah hesab edilməyən bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. İşin 2-ci cildinin 51-52-ci vərəqələrindəki 15 yanvar 2021-ci il tarixli, 85 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 prosesual fəaliyyət qabiliyyətlidir, buna görə də o, öz prosesual hüquqlarını şəxsən həyata keçirmək imkanına malikdir. İşin 2-ci cildinin 53-54-cü vərəqələrindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 15 yanvar 2021-ci il tarixli 86 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 prosesual fəaliyyət qabliyyətlidir, buna görə də o, öz prosesual hüquqlarını şəxsən həyata keçirmək imkanına malikdir. İşin 2-ci cildinin 43-44-cü vərəqələrindəki 21 yanvar 2021-ci il tarixli 164 saylı məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 2-ci cildinin 45-46-cı vərəqələrindəki məhkəmə narkoloji ekspertizasının 21 yanvar 2021-ci il tarixli 159 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görünür. İşin 1-ci cildinin 235-ci vərəqəsindəki 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin X8 Xidmətindən daxil olmuş 1 ədəd DVD-R diskə Zərərçəkmiş şəxs iştirakı ilə «HP» markalı kompyuterdə baxış keçirilmişdir. Görüntülərin əks olunduğu «DVD-R» diskdə «Təhlükəsiz şəhər xidməti»-nin Sistemi TŞ 9-089 kamerasının qeydə aldığı video görüntü olan bir fayl vardır. Fayldakı «Təhlükəsiz şəhər xidməti»-sistemi kamerasında qeydə alınmış video görüntülərə və görüntülərin üst və alt hissəsindəki yazılardan baxış zamanı müəyyən edilir ki, diskdəki görüntülər 4 yanvar 2021-ci il tarixdə saat 13:10:43-dən saat 13:12:25-dək olan müddət ərzində ön planda Bakı şəhəri Sabunçu- Z.Bünyadov prospektindəki avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti əks olunmuşdur. Eləcə də video görüntülərdən görünür ki, boz rəngli qeydiyyat nişanı görünməyən sedan tipli minik avtomobil saat 13:10:50-də «Koroğlu» metrostansiyası istiqamətində hərəkət edərək, yol kənarında dayanmış DYP avtomobilinin yanında dayanır. Sürücü qapısı açılaraq, oradan bir nəfər düşüb, polis əməkdaşına yaxınlaşır. Bundan sonra həmin avtomobilin sağ arxa qapısı açılır. Oradan bir nəfər düşərək yolun digər hissəsinə doğru qaçaraq yolun əks hissəsinə keçir. Onun arxası ilə isə bir nəfər polis əməkdaşı qaçır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, DYP avtomobilini yanında dayanan avtomobil onun idarə etdiyi «Mercedes Benz E260 minik» markalı, **-GZ-*** qeydiyyat nişanlı olmaqla onun tərəfindən idarə edilmişdir. Avtomobildən sürücü tərəfdən düşərək, polis əməkdaşlarına yaxınlaşan o, özü, sol arxa qapıdan çıxmaqla avtomobildən qaçan şəxs isə onu bıçaqla hədələyərək, pulunu alan Təqsirləndirilən şəxs1dur. Həmin vaxt qabaq sərnişin oturacağında Təqsirləndirilən şəxs2 olmuşdur, ancaq avtomobili DYP avtomobilinə yaxın saxladığından qapını aça bilməmişdir. İşin 1-ci cildinin 231-232-ci vərəqələrindəki 1 ədəd DVD-R diskə Zərərçəkmiş şəxs iştirakı ilə «HP» markalı kompyuterdə baxış keçirilməsi barədə protokoldan görünür ki, video görüntülərin əks olunduğu «DVD-R» diskdə YDM-də quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video görüntü olan dörd fayl vardır. Diskdə olan birinci fayldakı YDM-də quraşdırılmış müşahidə kamerasında qeydə alınmış video görüntülərə və görüntülərin üst hissəsindəki yazılardan baxış zamanı müəyyən edilir ki, diskdəki görüntülərdə 4 yanvar 2021ci il tarixdə saat 12:43:59-dən saat 12:45:30-dək olan müddət ərzində ön planda boz rəngli «Mercedes» markalı, **-GZ-*** qeydiyyat nişanlı minik avtomobilinin YDM-nə daxil olaraq yanacaq doldurma yerində dayandığı görünür. Avtomobil dayandıqdan sonra avtomobilin arxa sağ qapısından bir nəfər 12:44:21-də düşərək gedir və 12:45:10-da qayıdaraq avtomobilə minir. Diskdə olan ikinci fayldakı YDM-də quraşdırılmış müşahidə kamerasında qeydə alınmış video görüntülərə və görüntülərin üst hissəsindəki yazılardan baxış zamanı müəyyən edilir ki, diskdəki görüntülər 4 yanvar 2021-ci il tarixdə saat 12:44:30-dən saat 12:44:59-dək olan müddət ərzində ön planda boz rəngli «Mercedes» markalı, **-GZ-*** qeydiyyat nişanlı minik avtomobilindən düşən şəxs YDM-də olan marketə daxil olur və 3 saniyədən sonra marketdən çıxaraq, yenidən düşdüyü avtomobilə minir. Diskdə olan üçüncü və dördüncü fayldakı YDM-də quraşdırılmış müşahidə kamerasında qeydə alınmış video görüntülərə və görüntülərin üst hissəsindəki yazılardan baxış zamanı müəyyən edilir ki, diskdəki görüntülər 4 yanvar 2021-ci il tarixdə saat 12:46:07-dən saat 12:48:03-dək olan müddət ərzində ön planda boz rəngli «Mercedes» markalı, **-GZ-*** qeydiyyat nişanlı minik avtomobilinin YDM-də dayandığı yerdən irəli hərəkət edərək 10 saylı yanacaq çəni ilə yanaşı dayanır. YDM-nin operatoru avtomobilə yaxınlaşaraq avtomobilin yanacaq çəninin qapağını açdıqdan sonra avtomobilin qabaq sərnişin qapısını açaraq, avtomobildə oturanlara nə isə dedikdən sonra qapını bağlayır. Sonra avtomobil yanacaq çəninin qapağı açıq halda, yanacaq götürmədən hərəkətə gələrək YDM-dən çıxır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, YDM-nə daxil olan avtomobil onun idarə etdiyi «Mercedes Benz E260 minik» markalı, **-GZ-*** qeydiyyat nişanlı olmaqla onun tərəfindən idarə edilmişdir. Avtomobildən arxa sağ qapı tərəfdən düşərək, marketə gedib, yenidən qayıdaraq avtomobilə minən şəxs Təqsirləndirilən şəxs1dur. O, arxa oturacaqda oturmuş Təqsirləndirilən şəxs1 və qabaq oturacaqda oturmuş Təqsirləndirilən şəxs2 danışıqlarından şübhələnib və yol haqqını verməyəcəklərini düşünüb, yol üstündə olan «Lukoil» YDM-nə sürüb, onlara yanacaq doldurmaq üçün yol haqqını vermələrini xahiş etmişdir. YDM-də avtomobilə yanacaq doldurmaq üçün operator yanacaq çəninin qapağını açıb yanacaq doldurmaq istərkən, qabaqda oturmuş Təqsirləndirilən şəxs2 7 manat çıxarıb ona vermişdir. O da onlardan yol pulunu tam olaraq ödəmələrini xahiş etmişdir. Bu vaxt qabaqda oturmuş Təqsirləndirilən şəxs2 arxada oturmuş Təqsirləndirilən şəxs1 qalan pulu verməsini istəmişdir. Təqsirləndirilən şəxs1 cibində pulu olmadığını bildirmişdir. Ancaq o, yol haqqını tam olaraq ödəmələrini bir daha istədikdə, Təqsirləndirilən şəxs1 sol əli ilə boğazını tutub, sağ əlindəki bıçağı onun boğazına dirəyərək, sürməsini tələb etmişdir. O, avtomobili bir neçə metr irəli sürüb saxlayaraq, onlardan yol pulu istəmədiyini deyib, avtomobildən düşüb getmələrini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yenidən sol əli ilə onun boynunu tutub, bıçağı bir daha onun boynuna dirəyərək: «elə eləmə ki, başını kəsib, təkərin altına atım, maşını sür»-demişdir. Bundan qorxaraq o, avtomobilə yanacaq doldurulmasını gözləməyərək, yanacaq çəninin qapağı açıq halda avtomobili hərəkət etdirməyə başlamışdır. İşin 2-ci cildinin 32-ci vərəqəsindəki 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinə 4 yanvar 2021-ci il tarixdə daxil olan və çıxan zənglərin siyahısı və onların anten dairələrini müəyyən etmək üçün Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğu ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən 25/1-464 nömrəli nömrəli arayışla istintaqa daxil olmuş 1 ədəd DVD-R diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatların əks olunduğu «DVD-R» diskdə 4 (dörd) - yəni, «59943 Zəng Statistika **********39» adlı, «59944 Zəng Statistika **********85» adlı, «59945 Yer Dəyişmə **********39» adlı, «59946 Yer Dəyişmə **********85» adlı faylları vardır. «59943 Zəng Statistika **********39» adlı fayla baxış keçirilən zaman 4 yanvar 2021-ci il tarixdə, saat 12:10:22-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nöməsindən «9933» saylı nömrəyə zəng edildiyi, 34 saniyə müddətində danışıq olduğu müəyyən edilir. Eləcə də «59943 Zəng Statistika **********39» adlı fayla baxış keçirilən zaman 4 yanvar 2020-ci il tarixdə, saat 12:11:34-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nöməsinə Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən zəng gəldiyi, 28 saniyə müddətində danışıq olduğu müəyyən edilir. Bundan başqa «59943 Zəng Statistika **********39» adlı fayla baxış keçirilən zaman 4 yanvar 2020-ci il tarixdə, sat 12:16:24-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nöməsinə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng gəldiyi, 1 saniyə müddətində danışıq olduğu müəyyən edilir. Bundan başqa «59943 Zəng Statistika **********39» adlı fayla baxış keçirilən zaman 4 yanvar 2020-ci il tarixdə, saat 12:16:37-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nöməsinə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng gəldiyi, 1 saniyə müddətində danışıq olduğu müəyyən edilir. Bundan başqa «59943 Zəng Statistika **********39» adlı fayla baxış keçirilən zaman 4 yanvar 2020-ci il tarixdə, saat 12:17:27-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng gəldiyi, 7 saniyə müddətində danışıq olduğu müəyyən edilir. Bundan başqa «59943 Zəng Statistika **********39» adlı fayla baxış keçirilən zaman 4 yanvar 2020-ci il tarixdə, saat 12:22:16-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nöməsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edildiyi, 18 saniyə müddətində danışıq olduğu müəyyən edilir. «59944 Zəng Statistika **********85» adlı, «59945 Yer Dəyişmə **********39» adlı və «59946 Yer Dəyişmə **********85» adlı faylarda cinayət işi üzrə maraq kəsb edən məlumatlar aşkar edilməmişdir. İşin 1-ci cildinin 29-cu vərəqəsindəki AD № 954058 «nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»-dən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs idarə etdiyi **-GZ-*** qeydiyyat nişanlı «Mercedes Benz E260 minik» markalı avtomobilin sahibi X4r. İşin 1-ci cildinin 30-cu vərəqəsində olan 12 noyabr 2020-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, həmin etibarnamə verilməklə nəqliyyat vasitəsinin sahibi X5 tərəfindən nəqliyyat vasitəsi 1 (bir) il müddətinə Zərərçəkmiş şəxs idarə edilməsi üçün etibar edilmişdir. İşin 1-ci cildinin 28-ci vərəqəsindəki AC 556130 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 3 saylı ASAN xidməti tərəfindən 15 oktyabr 2018-ci il tarixdə verilmiş, 15 oktyabr 2028-ci il tarixədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. İşin 1-ci cildinin 205-ci vərəqəsindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 17 oktyabr 2018-ci il doğumlu X13 adında bir azyaşlı uşağı vardır. İşin 1-ci cildinin 197-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İşin 1-ci cildinin 202-203, 225-228-ci və 2-ci cildinin 34-36 və 37-39-cu vərəqələrindəki tələbnamə, hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayon məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməyə görə 1 (bir) il 1 (bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 8 noyabr 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 28 aprel 2020-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan hesab edilir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmışdır. Onlara qarşı tələbi, iddiası və şikayəti yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə Zərərçəkmiş şəxs idarə etdiyi taksiyə mindikdən sonra sonuncuya qarşı hər hansı bir qanunsuz hərəkət etmədiklərini, onu bıçaqla hədələyərək 100 manat pulunu ələ keçirmədiklərini göstərdi. Onların bu ifadəsi məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edilddiyindən məhkəmə, ifadələrinə tənqidi yanaşır, cəzadan yayınmaq məqsədi güdən ifadələr kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunmalı, onlar həmin maddə ilə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə barışıb, ona qarşı iddiası, şikayəti və tələbini olmadığını bildirməsini Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-cı maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 oğlu ilə barışıb, ona qarşı iddiası, şikayəti və tələbini olmadığını bildirməsini və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.25-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları 4 yanvar 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Ekspertiza tədqiqatına sərf edilmiş 64 (altmış dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32 (otuz iki) manat olmaqla dövlət nəfinə tutulmalıdır. Maddi sübut: Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd soyuq silah hesab edilməyən, zavod üsülü ilə hazırlanmış turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 ( səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 4 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 4 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Ekspertiza tədqiqatına sərf edilmiş 64 (altmış dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32 (otuz iki) manat olmaqla dövlət nəfinə tutulsun. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd soyuq silah hesab edilməyən, zavod üsülü ilə hazırlanmış turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar