Məhkəmə qərarları › İş №1(101)-1025/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1025/2022

01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1025/2022 01.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, - Təqsirləndirilən şəxs (01 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 0,717 qram, 1,108 qram, 0,684 qram olmaqla ümumilikdə üç ədəd bükümdə ümumi təmiz çəkisi 2,509 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,626 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və iki ədəd üzərlərində «methandone40» göstəricisi olan dərman konvolyutlarında ümumi sayı on səkkiz ədəd olan açıq-qəhvəyi rəngli «F/M40» göstəricili eyni tərkibli dərman həbinin əsas təsiredici maddəsi metadon və həmin həblərin tərkibində metodonun təsir maddəsinin ümumi miqdarı 0,720 qram təşkil edən həbləri əldə edib daşıyaraq üzərində gizlədirməsi, saxlaması və dövriyyəsilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 22 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 Polis Bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş baxış zamanı əynindəki qara rəngli dəri gödəkçəsinin sol yan cibindən 0,717 qram, 1,108 qram, 0,684 qram olmaqla ümumilikdə üç ədəd bükümdə ümumi təmiz çəkisi 2,509 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,626 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, həmin paltarının sağ yan cibindən iki ədəd üzərlərində «methandone40» göstəricisi olan dərman konvolyutlarında ümumi sayı on səkkiz ədəd olan açıq-qəhvəyi rəngli «F/M40» göstəricili eyni tərkibli dərman həbinin tərkibində əsas təsiredici maddəsi 0,720 qram təşkil edən narkotik vasitə metadon, qeyd edilən geyim paltarının iç sol cibindən bir ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4-də ailəsilə birlikdə yaşayır. 22 dekabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsində olan zaman tanımadığı mülkü geyimdə olan on nəfərə yaxın şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərib, şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bildirmişdir. Həmin vaxt üzərində narkotik vasitə olduğu üçün qorxub özünü şübhəli aparmış və buna görə də polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. 31-ci Polis Bölməsinin inzibati binasındakı xidməti otaqların birində ona hüquqları izah edilmiş, polis əməkdaşları üzərində qeyri-qanuni əşya olub-olmamasını soruşmuş, olduğu halda təqdim etməyi təklif etmişlər. Əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən üzərində «methadone40» yazısı olan iki list olmaqla içərisində on yeddi ədəd olan həbi, sol yan cibindən içərisində bir ədəd şəffaf bükümə bükülmüş qara rəngli qutunu çıxarıb təqdim etmiş, üzərində «methadone40» yazısı olan iki list olmaqla içərisində olan on yeddi ədəd həbin narkotik maddə metadon, qara rəngli qutunun içərisində olan şəffaf bükümün narkotik vasitə, el arasında «kakos» deyilən heroin olduğunu bildirmişdir. Həmin vaxt üzərində elektron tərəzi olmamışdır. Polis əməkdaşları elektron tərəzini onun evindən götürmüşlər. Elektron tərəzini saxlamaqda məqsədi o imiş ki, şəxsi istifadəsi üçün narkotik vasitə alanda onu çəkidə aldatmasınlar. Bundan başqa bölmədə onun üzərinə vidoçəkilişlə aparılmış baxış zamanı müdafiəçisi olmamışdır. Həmin vaxt polis əməkdaşları ona demişlər ki, «narkotik vasitə olan metadonu cibinə qoy, çəkiliş zamanı biz deyəndə çıxararsan», o da onların dediyinə əməl etmişdir. İki-üç ildir narkotik vasitə qəbul edir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onda ümümiyyətlə metafetamin olmamışdır. Bundan başqa həbin sayı da düzgün göstərilməmişdir, on səkkiz deyil, on yeddi ədəd həb, heroin isə 2 qram deyil, 1,8 qram olmuşdur. Həbdən istifadə etməkdə məqsədi narkotiki tərgitmək imiş. Ona görə də, üç ədəd həb qəbul etmişdir. Narkotik vasitəni həm tüstü, həm də inyeksiya yolu ilə, metadonu isə su ilə qəbul etmişdir. İstifadə etdiyi narkotik vasitəni istifadəsində olan 055 636 33 39, 050 345 75 15, 070 630 30 66, 050 382 22 42 mobil telefon nömrələri vasitəsilə onlayn yolla sifariş verib almışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun yaşadığı evdə istintaq hərəkəti ilə bağlı hər hansı bir çəkiliş aparılmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, latın qrafikasında sərbəst yazıb oxumağı bacarır. Hər hansı ruhi əsəb xəstəxanasında qeydiyyatı və ya məhkumluğu olmamışdır. ünvan 4-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsində olan zaman iki nəfər tanımadığı mülkü geyimdə olan şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqlərini göstərmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından və üzərində narkotik vasitə olduğu üçün qorxub özünü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasının otaqlarının birində ona hüquqlarını izah etmişlər. Polis əməkdaşları üzərində olan qeyriqanuni əşyanı təqdim etməyi bildirmişlər. O, əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən üzərinə «methadone40» yazısı olan iki list olmaqla içərisində olan on səkkiz ədəd həbləri, əynindəki qara rəngli dəri gödəkçənin iç sol cibindən bir ədəd qara rəngli elektron tərəzini, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində dörd ədəd şəffaf bükümə bükülmüş bükümlər olan qara rəngli qutunu təqdim etmişdir. Təqdim etdiyi üzərində «methadone40» yazısı olan iki list olmaqla içərisində olan on səkkiz ədəd həblərin narkotik maddə metadon olduğunu, qara rəngli qutunun içərisində olan şəffaf bükümlərin üç ədədinin içərisində qəhvəyi rəngli toz halında olan narkotik vasitə heroin şəffaf bükümlərin bir ədədinin içərisində isə ağ rəngli kristal halında olan narkotik maddənin metafetamin olduğunu bildirmişdir. Təqdim etdiyi qara rəngli elektron tərəzini isə narkotik vasitəni əldə edərkən və istifadə edərkən çəkisini dəqiq bilməyi üçün istifadə etmişdir. Üzərindən aşkar olunan narkotik vasitə və maddələri onlayn üsulla istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələr ilə tanımadığı şəxsdən 100 (bir yüz) manata almışdır. Təqdim etdiyi narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirmişdir. Həmin narkotik vasitələr, maddələr və elektron tərəzi onun gözü qarşısında qablaşdırılmış, möhürlənmiş, tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona hər hansı bir təzyiq və təsir olmamışdır. Həmin hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış və həmçinin polislər həmin qeyd edilən hərəkətləri edən zaman onun müdafiəçisini dəvət etməklə ona təqdim etmişlər və onun üzərində olan heroini təqdim etməsi, ondan əvvəl və sonra baş verən bütün hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs özü olmuşdur (iş vərəqi 177-179) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imza etdiyini və həmin ifadəni təsdiq etmədiyini, məhkəmə istintaqında verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 22 dekabr 2021-ci ildə 31-ci Polis Bölməsinə ünvan 4 ünvanda yaşayan «Eyyub» adlı sonradan adını tam olaraq məlum olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxlaması, istifadə etməsi və satışı barədə daxil olmuş əməliyyat məlumatının yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Əməliyyat qrupuna o və bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 daxil olmuşdur. Əldə olunmuş əməliyyat məlumatı əsasında Şahid2 ilə birlikdə 22 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs yaşamış olduğu Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, ev 53 ünvanın yaxınlığına gələrək əməliyyat mövqeyi tutub qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Həmin gün saat 17 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs Vaqif küçəsi, ev 53 ünvanında görmüş və hərəkət edərək ona yaxınlaşıb polis vəsiqələrini göstərərək ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyi və üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat verməyi tələb etmişlər. Saxlanılan şəxs özünü 01 avqust 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış və üzərində narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs tərəflərindən evinin yaxınlığında saxlanılarkən həmin yerdə şərait olmadığına görə orada videoçəkiliş aparılmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. 31-ci Polis Bölməsinin inzibati binasında olan xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah edilmiş, hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosunudan növbətçi vəkil X2 dəvət olunmuş və ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs özünün 01 avqust 1995-ci ildə Bakı şəhərində doğulmasını, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi ev 53-də qeydiyyatda olmaqla yaşamasını bildirmişdir. Tədbir iştirakçılarına və Təqsirləndirilən şəxssonuncunun üzərinə şəxsi axtarış və götürmə aparılacağı, öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti ilə olacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən dörd ədəd büküm çıxarıb həmin bükümün içərisində olan kütlələrdən üçündə heroin, birində isə metafetamin olmasını, sağ yan cibindən iki ədəd üzərlərində «methandone40» göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı on səkkiz ədəd açıq-qəhvəyi rəngli həbi, qeyd edilən geyim paltarının iç sol cibindən bir ədəd elektron tərəzi çıxardıb təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilən zaman orada olan kütlənin qəhvəyi rəngli toz şəkilli maddə və krisital şəkilli maddə olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs bu maddələri onlayn üsulla tanımadığı şəxsdən özü qəbul etmək məqsədi ilə almasını bildirmişdir. Bükümlərdəki kütlələr və tərəzi qablaşdırılaraq üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və ya təklif, yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və maddi sübutun götürülməsinə dair hallar telefonda videoçəkliş ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiq və təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin cinayət axtarış xətti üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi ilə bağlı şübhəli bilinərək bölməyə gətirilmiş, aparılmış tədqiqat araşdırması zamanı onun üzərindən ümumi çəkisi 2,509 qram narkotik vasitə heroin, 0,626 qram psixotrop maddə metafetamin və ümumi miqdarı 0,720 qram olan narkotik maddə metadon aşkarlanaraq götürülmüşdür (iş vərəqi 02). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli raportundan görünür ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsində, saat 17:00 radələrində saxlanılaraq 31-ci Polis Bölməsinə gətirilmişdir (iş vərəqi 12). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 24). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən ifadəsində göstərmiş olduğu xüsusatları əyani olaraq göstərmiş və bu barədə protokol tərtib edilmiş, videoçəkiliş aparılaraq CD diskdə olmaqla cinayət işinə əlavə edilmişdir (iş vərəqi 34-35). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5584 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «... Şübhəli şəxs Eyyub Babazadənin üzərindən ...» sözləri olan 1 nömrəli zərfdəki bir ədəd qara rəngli qutunun içərisində bir bükümdə təmiz çəkisi 0,626 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə-metafetamindir, üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,717 qram, 1,108 qram, 0,684 qram, ümumi təmiz çəkisi 2,509 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd üzərlərində «methandone40» göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı on səkkiz ədəd olan açıq-qəhvəyi rəngli «F/M 40» göstəricili eyni tərkibli dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,720 qram təşkil edir; 1 nömrəli zərfdəki bir ədəd qara rəngli qutuda və 2 nömrəli zərfdəki bir ədəd elektron tərəzidə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümanələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoylumş suallar cavablandırılmalıdır. Metafetamin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına (Siyahı İ); heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına (Siyahı İ); metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir; spektoqram və müvafiq aktın surəti protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir (iş vərəqi 40-48). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-650/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi tərəfindən «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 63-65). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-655/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 87-90). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 104-105). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X11 xx.xx.2022-ci il tarixli 1308 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 124). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X4 Xəstəxanasının 1/193 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son on ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir (iş vərəqi 125). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2021-ci il tarixli qərara əsasən aparılan istintaq hərəkəti zamanı qeydə alınmış videoçəklişə CD diskdə olmaqla baxış keçirilərkən müəyyən olunmuşdur ki, 22 dekabr 2021-ci il tarixdə, saat 18:00-dən 18:30-dək olan müddət ərizində Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan bölmənin inzibati binasında videoçəkilişdən istifadə edilməklə onun əynində olan qara rəngli dəri gödəkçəsinin sol yan cibindən dörd ədəd büküm, həmin paltarının sağ yan cibindən iki ədəd üzərlərində «methandone40» göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı on səkkiz ədəd dərman həbi və qeyd edilən geyim paltarının iç sol cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin görüntü diskdə qeydəalmaqla materialla əlavə olmaqla Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim olunmuşdur (iş vərəqi 129). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X8 Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli 281 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib, onda hər hansı psixi xəstəlik aşkar olunmur, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. O, cinayət hadisəsini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, hazırda iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır, cinayət hadisəsini törədən zaman da öz əməlinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə psixoloji ekspertizası üzrə cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, idrak prosseslərinin xüsusiyyətlərində normadankənar hallara rast gəlinmir, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər (iş vərəqi 145-149). Cinayət işinin materiallarında olanAzərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X11 Ambulator X1 xx.xx.2022-ci il tarixli 1053 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 150-151). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 06 və 11 aprel 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd zərfdəki təmiz çəkisi 0,626 qram metafetamin, ümumi təmiz çəkisi 2,509 qram heroin, ümumi sayı on səkkiz ədəd olan metadon həbi maddi sübut hesab olunaraq, ekspertiza tədqiqatından sonrakı qalıq 0,576 qram metafetamin, 2,359 qram heroin, on yeddi ədəd metadon həbi məhkəmə hökmünə qədər zərflərdə möhürlənmiş halda Suraxanı Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş; istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs üzərinə xx.xx.2021-ci il tarixdə «şəxsi axtarış və götürmə aparılması haqqında» qərara əsasən videoçəkilişlə aparılan istintaq hərəkətinin qeydə alındığı CD disk sübut hesab olunaraq iş materiallarına əlavə edilmişdir (iş vərəqi 159-167; 180-189). Məhkəməyə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 10181 nömrəli məktubundan görünür ki, 050 345 75 15 saylı nömrədə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində mövcud olan zəng və sms siyahısına, sms mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumat bir ədəd diskdə təqdim edilmiş, 050 382 22 42 saylı nömrədə isə göstərilən müddətdə zəng və sms qeydə alınmamışdır. Məhkəməyə daxil olmuş "xxxx" MMC-nin AZF/LGL-5634/22 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 070 630 30 66 saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Məhkəməyə daxil olmuş "xxxx" MMC-nin BKC/LGL-9487/22 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 055 636 33 39 saylı mobil nömrə ilə əlaqədar əldə olunmuş məlumatlar bir ədəd CD diskdə təqdim edilmişdir. Həmin diskdə olan sms-lərin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs digər şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı danışıqları olmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilməsi, üzərindən aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə etmədiyi, öz şəxsi istifadəsi üçün əldə etməsi, həblərin sayının düzgün göstərilməməsi, üzərində psixotrop maddə metafetamin olmadığı, elektron tərəzini şəxsi istifadəsi üçün narkotik maddə alanda çəkidə aldadılmaması üçün özündə saxlaması barədə dediklərini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 nömrəli xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi özünün qismən etirafedici, məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması, video görüntülərə baxış keçirilməsi kimi istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən, habelə ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanunisahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normanın tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd zərfdəki təmiz çəkisi 0,626 qram metafetaminin, ümumi təmiz çəkisi 2,509 qram heroinin, ümumi sayı on səkkiz ədəd olan metadon həbinin ekspertiza tədqiqatından sonra qalan 0,576 qram metafetamin, 2,359 qram heroin, on yeddi ədəd metadon həbi məhv edilməli; Təqsirləndirilən şəxs üzərinə xx.xx.2021-ci il tarixdə «şəxsi axtarış və götürmə aparılması haqqında» qərara əsasən videoçəkilişlə aparılan istintaq hərəkətinin qeydə alındığı, həmçinin istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan zəng və sms siyahısına, sms mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumatı özündə əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 22 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu gündən, yəni 22 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi ürə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd zərfdəki təmiz çəkisi 0,626 qram metafetaminin, ümumi təmiz çəkisi 2,509 qram heroinin, ümumi sayı on səkkiz ədəd olan metadon həbinin ekspertiza tədqiqatından sonra qalan 0,576 qram metafetamin, 2,359 qram heroin, on yeddi ədəd metadon həbi məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə xx.xx.2021-ci il tarixdə «şəxsi axtarış və götürmə aparılması haqqında» qərara əsasən videoçəkilişlə aparılan istintaq hərəkətinin qeydə alındığı, həmçinin istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan zəng və sms siyahısına, sms mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumatı özündə əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar