Məhkəmə qərarları › İş №1(101)-1025/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1025/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1025/2023 18.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1987-ci il tarixdə Quba rayonu, İspik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Quba rayonu, İspik ərazi dairəsi, İspik kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14.05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 8,228 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 2,520 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, özünü şübhəli apardığı üçün 06 noyabr 2022-ci il tarixdə saat 09:00-da ünvan 1 ünvanın yaxınlığında Sabunçu RPl-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 13-cü PB-yə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş gödəkçənin sol yan cibindən 02 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,512 qram və 1,716 qram, ümumi təmiz çəkisi 8,228 qram külli miqdarda qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,810 qram və 1,710 qram, ümumi təmiz çəkisi 2,520 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək ifadəsində qeyd etmişdir ki, ayın beşi gecə saat 11-də Razində “Akkord” yaşayış mərkəzinin qabağında iki nəfər polis tərəfindən saxlanılmış və 13-cü polis bölməsinə aparılmışdır. Orada olarkən axşam iki dəfə polislər tərəfindən təpik və dubinka ilə döyülmüşdür. Tutulma vaxtı ayın altısı kimi qeyd edilmişdir. Səhər yenidən çəkilişdən əvvəl polislər tərəfindən döyülmüşdür. Təcridxanada bədənindəkinin nə göyərti olduğunu soruşanda əzildiyini demişdir. Polislər tərəfindən saxlanılan zaman üzərində yarım qram heroin olmuşdur. Videoçəkiliş səhər saat 10-11 arasında olmuş, çəkilişdən qabaq nə edəcəyi polislər tərəfindən öyrədilmişdir. Polislər cibinə bükümləri qoyaraq onun olduğunu bildirmişlər. Döyüldüyü üçün halı olmamışdır. Üzərində maaş kartı, 70 manat pul, evin açarı olmuşdur. Üstündən ancaq narkotiklə telefonu çıxarmışlar. Üstündəki telefonda nömrə olmamışdır. ***-***-**-** nömrəsi dostunun olmuş, tutulmamışdan 10-15 gün əvvəl telefon onda qaldığından istifadə etmişdir. Narkotik vasitəni məhəllədə yaşayan yoldaşları ilə pul qoyaraq aldıqlarından onun kartına həmin şəxslər tərəfindən pul göndərilmişdir. Aldığı narkotik vasitələri əlavə pul qoyaraq satmamışdır. Hər dəfə müxtəlif şəxslərdən almışdır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 1(001)-301/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, təxminən 7-8 ay olar ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmiş, narkotik vasitələri və psixotrop maddələri adlarını və anket məlumatlarını bilmədiyi şəxslərdən öz istifadəsi üçün alıb istifadə etmiş, satışı ilə məşğul olmamışdır. 06 noyabr 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində olarkən iki nəfər şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Üzərində heç bir sənəd olmadığından və üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğu üçün həyacanlanmış, tez bir zamanda polis əməkdaşlarından aralanıb getmək istəmişdir. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnib birlikdə Sabunçu RPİ-nin 13-cü PB-yə getməyi təklif etmişdirlər. Artıq polis əməkdaşlarından yayına bilməyəcəyini başa düşüb birlikdə 13-cü PB-yə getmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən ona polis bölməsinə gətirilməsinin səbəbləri, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağı, bununla əlaqədar ona Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan vəkil Aydın Kərimovu seçmiş, hüquqlarının onun tərəfindən müdafiə olunmasını istəmişdir. Vəkil Aydın Kərimov ona təqdim olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutma haqqında qərar və protokol tərtib olunmuşdur. Vəkilin ona olan etibar və inamını itirməməkdən ötrü üzərində heroin və metamfetamin olduğundan vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini istədiyini deyib, bu barədə ərizə yazmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılacağı bildirilib, üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Əynində olmuş gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümdə saxladığı 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda psixotrop maddə metamfetamini və əynində olmuş poliverin sağ yan cibindən 01 ədəd özünə məxsus «Honor» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Səmimi olaraq etiraf edib bildirmişdir ki, 05 noyabr 2022-ci il tarixdə axşam saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsindən özünü görmədiyi İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş şəxsin bank kart hesabına 300 manat «Million» ödəmə terminalı vasitəsi ilə göndərdikdən sonra həmin şəxs narkotiki və psixotrop maddəni qoyduğu ünvanı demiş o, da gedib Sabunçu rayonu ərazisində yerləşən «Akkord» binalarının yaxınlığındakı «Ülvi» şadlıq sarayının avtomobil dayanacağından götürmüşdür. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini aldığı şəxsin telefon nömrəsini adlarını unutduğu tanışlarından əldə etmişdir. Onunla telefonun «Vhatsapp» proqramı vasitəsi ilə əlaqə saxlamış, həmin şəxsin adını, anket məlumatlarını bilmir, onu şəxsən görməmiş, hansı mobil nömrədən istifadə etdiyini xatırlamır. Həmin şəxsin bank kartının nömrəsi digər istifadə etdiyi mobil telefonun yaddaşında olmuş, həmin telefonu da tutulmamışdan az əvvəl itirmiş bu səbəbdən kartın nömrəsini istintaqa deyə bilməyəcəkdir. Heroin və metamfetamin istifadəçisi olduğundan və gündəlik olaraq buna ehtiyacı olduğundan narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə tez-tez görüşməyin təhlükəli olduğunu, yəni polis əməkdaşları tərəfindən tutula biləcəyindən ehtiyyat edib sonuncu dəfə 05 noyabr 2022-ci il tarixdə külli miqdarda heroin və metamfetamini öz istifadəsi üçün alıb üzərində saxlayıb daşımışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır (İ cild, səh. 62-64, 180- 182). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, şəxsi 1 il bundan qabaq xx.xx.2022-ci il tarixdə Yavər Əliyev 1 ünvanında Şahid1 ilə birlikdə şübhəli şəxs qismində saxlamışlar. Bölmədə xidməti otaqların birində üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Özü könüllü olaraq 4 büküm, ikisi heroin və ikisi metamfetamin olan narkotik vasitəni təqdim etmiş, qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Dediyinə görə 300 manata İİR vətəndaşından almışdır. Saxlanılan şəxsə qarşı heç bir zor və təzyiq göstərilməmişdir. 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 06 noyabr 2022-ci il tarixdə saat 09:00da Sabunçu RPİ-in 13-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti və ədavət düşmənçiliyi olmadığı, polis bölməsinə aparılıb şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs onları gördükdə həyacanlandığını görüb ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs üzərində heç bir sənədi olmadığını deyib, suallara qeyri-adekvat cavab verməklə tez bir zamanda onlardan yayınmağa cəhd etdiyini hiss edib onun hərəkətləri şübhə yaratdığından təklif etmişdirlər ki, birlikdə 13-cü PB-yə getsin. Təqsirləndirilən şəxs artıq yayına bilməyəcəyini başa düşüb onlarla birlikdə polis bölməsinə gəlmişdir. Vüqarın polis bölməsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 13-cü PB-nin rəhbərliyinə raport tərtib olunmuş, barəsində toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçı Kənan Əliyevə həvalə edilmişdir. Polis Bölməsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra Vüqara təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş gödəkçənin sol yan cibindən bir ədəd sellofan bağlamasında olan 04 ədəd sellofan bükümləri çıxarıb təqdim edərək, bükümlərin ikisində narkotik vasitə heroin, ikisində isə psixotrop maddə metamfetamin olduğunu, gödəkçənin sağ yan cibindən isə 01 ədəd «Honor» markalı mobil telefonu çıxarıb təqdim edərək telefonun özünə məxsus olduğunu, həmin maddələri 05 noyabr 2022-ci il tarixdə gecə saatlarında adını və anket məlumatlarını bilmədiyi, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsin bank kart hesabına 300 manat ödəməklə öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddələr və 01 ədəd mobil telefon ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs, onun və Şahid1 tərəfindən imzalarla təsdiq edilmişdir (İ cild, səh. 93-95). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şəxsi keçən ilin noyabr ayında inzibati ərazidə xidmətdə olarkən Yavər Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli kimi saxlamışlar. Bölməyə dəvət olunmuş, xidməti otaqların birində üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Üzərindən 4 büküm narkotik vasitə aşkar olunmuşdur. Üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunub. Özü bildirib ki, İİR vətəndaşından almışdır. Bu şəxsə qarşı hər hansı zor və təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 06 noyabr 2022-ci il tarixdə saat 09:00da Sabunçu RPİ-in 13-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti və ədavət düşmənçiliyi olmadığı, polis bölməsinə aparılıb şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs onları gördükdə həyacanlandığını görüb ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs üzərində heç bir sənədi olmadığını deyib, suallara qeyri adekvat cavab verməklə tez bir zamanda onlardan yayınmağa cəhd etdiyini hiss edib onun hərəkətləri şübhə yaratdığından təklif etmişdirlər ki, birlikdə 13-cü PB-yə getsin. Təqsirləndirilən şəxs artıq yayına bilməyəcəyini başa düşüb onlarla birlikdə polis bölməsinə gəlmişdir. Vüqarın polis bölməsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 13- cü PB-nin rəhbərliyinə raport tərtib olunmuş, barəsində toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçı Kənan Əliyevə həvalə edilmişdir. Polis Bölməsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra Vüqara təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş gödəkçənin sol yan cibindən bir ədəd sellofan bağlamasında olan 04 ədəd sellofan bükümləri çıxarıb təqdim edərək, bükümlərin ikisində narkotik vasitə heroin, ikisində isə psixotrop maddə metamfetamin olduğunu, gödəkçənin sağ yan cibindən isə 01 ədəd «Honor» markalı mobil telefonu çıxarıb təqdim edərək telefonun özünə məxsus olduğunu, həmin maddələri 05 noyabr 2022-ci il tarixdə gecə saatlarında adını və anket məlumatlarını bilmədiyi, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsin bank kart hesabına 300 manat ödəməklə öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddələr və 01 ədəd mobil telefon ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs, onun və Şahid2 tərəfindən imzalarla təsdiq edilmişdir (İ cild, səh. 90-92). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2022-ci il tarixli 6/6442 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №160» dairəvi möhür əksi, «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı və imzalar olan kağız paketdəki - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,512 qram və 1,716 qram, ümumi təmiz çəkisi 8,228 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,810 qram və 1,710 qram, ümumi təmiz çəkisi 2,520 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. (İ cild, səh. 37-38). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 11 noyabr 2022-ci il tarixli, 6745 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 135-136). 11.Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 noyabr 2022-ci il tarixli, 2976 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmiş, hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir (İ cild, səh. 138-139). 12.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 06 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 13-cü PB-in əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş gödəkçənin sol yan cibindən bir ədəd sellofan bağlamasında olan 04 ədəd sellofan bükümləri çıxarıb təqdim edərək, bükümlərin ikisində narkotik vasitə heroin, ikisində isə psixotrop maddə metamfetamin olduğunu, gödəkçənin sağ yan cibindən isə 01 ədəd «Honor» markalı mobil telefonu çıxarıb təqdim edərək telefonun özünə məxsus olduğunu, həmin maddələri 05 noyabr 2022-ci il tarixdə gecə saatlarında adını və anket məlumatlarını bilmədiyi, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsin bank kart hesabına 300 manat ödəməklə öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddələr və 01 ədəd mobil telefon ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, təhqiqatçı tərəfindən göstərilənlər rəsmiləşdirilmiş, şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən tərtib olunmuş sənədlərin doğruluğu imzaları ilə təsdiq edilmişdir (İ cild, səh. 29-30). 13.«Diskə baxış keçirilməsi haqqında» 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı «Azerfon MMC»-nin AZF/LGL-2187/23 nömrəli məktubuna əlavə olunaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, özündə 01 sentyabr 2022-ci il tarixdən 07 noyabr 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən istifadə olunmuş ***-***-**-** nömrə ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısına baxış keçirilmiş, baxış zamanı ***-***-**-** mobil nömrənin Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olan 04 oktyabr 1986-cı il təvəllüdlü X6 adına qeydiyyata alındığı, həmin nömrə ilə günün müxtəlif saatlarında, müxtəlif mobil nömrələr arasında danışıqların aparıldığı, iş üçün maraq kəsb edən aşağıdakı məzmunda və mobil nömrələrlə ********** mobil nömrə arasında SMS mesajların yazıldığı müəyyən edildi: 1.xx.xx.2022-ci il saat 21:29:27-da ********** mobil nömrədən «qaqa sen eger mene bele biryaxsiliq eliyib 1q qoydursan mende sabah tezden sene en azi 50m komeklikeliyerdim»; 2.xx.xx.2022-ci il saat 05:53:46-da ********** mobil nömrədən «Gellem öllle»; 3.xx.xx.2022-ci il saat 06:04:42-də ********** mobil nömrədən «Çatıram 10 deq»; 4.xx.xx.2022-ci il saat 06:05:43-də ********** mobil nömrədən «Qaqa sen menim canim öllem ço pisem vüqar»; 5.xx.xx.2022-ci il saat 06:06:47-də ********** mobil nömrədən «Tez hazir ele taksiyle gelmişem yalr öllem»; 6.xx.xx.2022-ci il saat 06:22:29-da ********** mobil nömrədən «Qaqa pul düzdü narahat olma tez götür pulu ölllem musa kimi gör ob alinar tez anavin cani olllem»; 7.xx.xx.2022-ci il saat 06:23:40-da ********** mobil nömrədən «Gel tez»; 8.xx.xx.2022-ci il saat 06:29:30-da ********** mobil nömrədən «Falqa get ollem tez heı getdim»; 9.xx.xx.2022-ci il saat 06:58:01-də ********** mobil nömrədən «Anasini (nalayiq ifadə) gellem ora»; 10.xx.xx.2022-ci il saat 06:58:08-də ********** mobil nömrədən «Teksen billlem»; 11.xx.xx.2022-ci il saat 00:43:48-də ********** mobil nömrədən «Qaqa Vüqar əmiyə verdim 10m birdə yığ məni suroşnu işim var sənən»; 12.xx.xx.2022-ci il saat 01:49:59-da ********** mobil nömrədən «Bank respublika kartina vurmusam pulu»; 13.xx.xx.2022-ci il saat 02:38:55-də ********** mobil nömrədən «Qaqa agrida qalmisam istanbulun yanında puluda vurmusam kartina». «Zənglərin məxsusluq tarixçəsi» qrafasına baxış keçirdikdə müəyyən edildi ki, ********** mobil nömrə ünvan 4 ünvanında qeydiyyatda olan X5 adına qeydə alınıb (İ cild, səh. 146-148). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X18n 23 noyabr 2022-ci il tarixli, 11096 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 99).

15. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X15 Şəxs Quba rayon X9 Hüquqi Şəxsin 23 noyabr 2022-ci il tarixli, PHŞ/6.56- 2-2022-990 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon X2 şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur (İ cild, səh. 100). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 29 noyabr 2022-ci il tarixli, 1/2248 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməyib (İ cild, səh. 106). 17.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X18 17 dekabr 2022-ci il tarixli, xx/xx-16397 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (İ cild, səh. 107). 18.«Sübutların qiymətləndirilməsi haqqında» 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi - 8,228 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi - 2,520 qram psixotrop maddə metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq - 7,978 qram heroin və qalıq - 2,420 qram metamfetamin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Həmçinin şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD və «Azerfon MMC»-dən daxil olmuş 01 ədəd CD yaddaş daşıyıcıları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, səh. 156-165, 192). 19.Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, 06 noyabr 2022-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində çapıq və zədə aşkar olunmamışdır. 21.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması ilə bağlı Bakı şəhəri Sabunçu rayon Prokurorluğunda 648-C-23 nömrəli material üzrə araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 22.«Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 17-18). 23.Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07 noyabr 2022-ci il tarixli, 4(008)- 916/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 noyabr 2022ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 53-54, 78-79). 24.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)301/2021 nömrəli, 29 iyul 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177,2.3, 177.2.4, 29, 177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 avqust 2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, səh. 97-98, 111-133). 25.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən alınmış 13 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs törətdiyi yeni cinayətlə əlaqədar olaraq idarənin qeydiyyatına düşməmiş, beləliklə də ona təyin edilmiş cəzanın heç bir hissəsini çəkməmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 29.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 30.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 31.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 32.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 36.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 5-ci bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 37.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 8,228 qram və psixotrop maddə metamfetaminin ümumilikdə təmiz çəkisi 2,520 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdardır. 38.Məhkəmə təqsirləndirilən şəxsin üzərindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilməməsi, narkotik vasitənin onun boynuna qoyulması, döyüldüyünə görə etirafedici məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 39.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən göründüyü kimi təqsirləndirilən şəxsin istintaq təcridxanasında müayinə zamanı xəsarət izi aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qeyriqanuni hərəkətlərə məruz qalması ilə bağlı Bakı şəhəri Sabunçu rayon Prokurorluğunda 648-C-23 nömrəli material üzrə araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 40.Məhkəmə iclasında təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilməməsini və ona təzyiq edildiyinə görə boynuna almasını bildirsə də məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən və formal xarakterli mülahizələrdən ibarət olmaqla məsuliyyətdən yayınma cəhdi daşıyır. 41.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 42.Məhkəmə təkrar edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 43.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 44.Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə, sms mətnlərinə dair "xxxx" MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı kifayət qədər aydın sms yazışmalarının olması, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 45.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 46.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 47.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 48.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 51.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 53.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 54.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 55.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 57.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 59.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 62.Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 63.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)301/2021 nömrəli, 29 iyul 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 65.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)301/2021 nömrəli, 29 iyul 2022ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 66.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 67.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 68.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 69.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 70.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 06 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. 71.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 72.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 73.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 74.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,978 qram çəkidə narkotik vasitə heroinin və 2,420 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 75.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 76.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 77.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 194 (yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 78.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 79.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 40 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 240 manat təşkil edir. 80.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 240 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına ödənilməlidir. 81.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)301/2021 saylı, 29 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 06 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 194 (yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Yerinədə saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 7,978 qram çəkidə narkotik vasitə heroin və 2,420 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı disk "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər:

1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar