Məhkəmə qərarları › İş №1(101)-1025/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1025/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1025/2025 01.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, ll qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,574 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,574 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 31 iyul 2024-cü il tarixdə, saat 13:30-da ünvan 2 ünvanda yerləşən “X11” X12 həyətində olarkən özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,574 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli kətan şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bükümlər barəsində məlumat verməsi bildirilmiş, Təqsirləndirilən şəxs 01 ədəd bükümün içərisində psixotrop maddə “metamfetamin” olmasını deyərək onu xx.xx.2024-cü il traixdə ünvan 3 ünvanda yerləşən “X11” X12 inzibati binasının yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 20 manat ödəyərək öz istifadəsinə görə aldığını və şəxsi istifadəsi üçün özündə saxlamasını qeyd etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd büküm iştirakçılara nümayiş olunması üçün açılmış, bükümün içərisində ağ rəngli kristal şəkilli maddələr aşkar olunmuşdur. Həmin maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, bundan sonra içərisində psixotrop maddəyə bənzər maddə olan şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 01 ədəd büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş “188” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilən zaman və Polis Şöbəsində olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilən və Polis Şöbəsində olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir (cild 1, iş vərəqi 72-76).

4. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/3922 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,574 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir” (cild 1, iş vərəqi 93-96).

5. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5314 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqi 174- 175).

6. Maddi sübut kimi tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunmuş bükümdəki maddə, təmiz çəkisi 2,574 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra 2,524 qram qalığı saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 199).

7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar xəstəxananın içində olmuşlar. Onlara şəxslər yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Hadisə təxminən 2024-cü ildə baş vermişdir. Onlara yaxınlaşan şəxslər başqa tərzdə onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlardan üstlərində nə olduğunu soruşmuşlar. O da yaxınlaşan şəxsləri tanımadığı üçün çıxıb getmək istəyirdi, amma həmin şəxslər onu məcbur saxlamışlar. Həmin vaxt Səbuhi də yanında olmuşdur. Polis əməkdaşları kimi özlərini təqdim edənlər ona təzyiq göstərmişlər, qolunu burub avtomobilə mindirib aparmışlar. Onları polis bölməsində ayrı-ayrı otaqlara aparmışlar. Videoçəkiliş zamanı onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Videoçəkiliş zamanı Səbuhinin də üzərindən narkotik vasitə aşkar olunduğunu görmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, Səbuhi ilə uzaqdan uzağa tanışdılar. O, hər gün 1 saylı X8 xəstə kimi metadon suyu içməyə gedəndə Səbuhini də orada görürdü. Onun barəsində olan iş məhkəməyə göndərilmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Saxlanıldıqları yerdə üzərinə baxış keçirtməmişlər. Polis əməkdaşları qolunu qandallayıb avtomobilə mindirdikləri üçün Səbuhinin üzərinə baxış keçirdibkeçirtmədiklərini görməmişdir. Xəstəxananın həyətində olan zaman onun üzərində narkotik vasitə olmuşdur. Səbuhinin üstündə narkotik vasitə olmasını videoçəkiliş zamanı bilmişdir. O, onlara yaxınlaşan şəxslər özlərini polis əməkdaşları təqdim etdikdən sonra həmin yerdən çıxıb gedirdi, amma polis əməkdaşları qolunu qandallayıb avtomobilə mindirmişlər. Ona görə də, Səbuhinin üzərinə saxlanıldığı yerdə baxış keçirilibkeçirilmədiyini görməmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə 1 saylı X9 həyətində baş vermişdir. Həmin ərazidə Şahid3 ilə birlikdə xidmət edir. Həmin əraziyə çoxsaylı narkotik vasitə istifadəçiləri gəlib-getdikləri üçün həmin ərazidən çoxsaylı şikayətlər daxil olurdu. Xidmətdə olduqları zaman 2 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüşlər və həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Yaxınlaşdıqları şəxslər daim narkotik vasitə istifadə etdiklərini bildirdilər. Daha sonra həmin şəxsləri Nəsimi RPİ-nin 20-ci PŞ-yə dəvət etmişlər. 20-ci PŞ-də saxlanılan şəxsləri təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçının iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Hadisənin üzərindən uzun müddət keçdiyindən aşkar olunan narkotik vasitənin çəkisi yadımda qalmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsən özü saxlamış və ona qarşı heç bir təzyiq olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə videoçəkilişlə aparılmışdır. Heç kim Təqsirləndirilən şəxs videoçəkiliş zamanı təqdim etməsi üçün narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs döyülməsinin şahidi olmamışdır.

9. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə, günorta radələrində baş vermişdir. 1 saylı X13 narkotik vasitə istifadəçilərinin çox yığışdığı yer olduğundan həmin ərazidən çoxsaylı şikayətlər daxil olurdu. Şahid2 və o, xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs görmüşlər və sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs 20-ci PŞ-yə dəvət etmişlər. 20ci PŞ-də təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən 1 büküm narkotik vasitə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni 1 saylı X10 ərazisindən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt ayağında olan xəstəliklə əlaqədar kəskin qoxu gəlirdi və bu səbəbdən ona yaxınlaşmaq belə mümkün deyildir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq olmamışdır. Aşkar olunanlar bağlı hər bir məqam videoçəkilişdə öz əksini tapır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

10. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Hadisə günü 1 saylı X9 həyətində olmuşdur. Həmin vaxtı yanında Şahid1 adlı şəxs də olmuşdur. Birdən polis əməkdaşları avtomobillərini saxlamışlar. Həmin vaxt Nuralı qaçıb getmişdir. Polis əməkdaşları ona yaxınlaşmışlar. Daha sonra onu saxladıqları yerdə onun və Nuralının üzərilərinə baxış keçirtmişlər. Baxış zamanı üzərilərindən heç nə aşkar olunmamışdır. Sonra onları Nəsimi RPİ-nin 20-ci PŞ-yə aparmışlar. Yetim olduğu üçün polis əməkdaşları onun üzərinə miqdarı çox narkotik vasitə qoymuşlar, amma Nuralının üzərinə az miqdarda narkotik vasitə qoymuşlar. O, suallara cavab olaraq bildirmişdir ki, ittihamda saxlanıldığı qeyd olunan ünvanda olmuşdur. Həmin ünvanda yerləşən xəstəxanada qeydiyyatda olduğu üçün hadisə yerinə metadon suyu içmək üçün getmişdir. Saxlanıldığı vaxt yanında Nuralı olmuşdur. Ona 2 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Saxlanıldığı yerdə üzərini yoxlamışlar, amma heç nə aşkar olunmamışdır. İbtidai istintaqda ifadə vermişdir, amma həmin ifadəni məcburiyyətdən vermişdir. Hər gün saxladığı yerdə yerləşən xəstəxanaya gəlib metadon suyu qəbul edirdi. O, polis əməkdaşları tərəfindən döyülmüşdür. Narkotik vasitəni öz üzərinə götürməməyinə görə döyülmüşdür. Döyülməyi ilə bağlı heç bir müvafiq quruma şikayət etməmişdir. Rəis müavini narkotik vasitəni öz üzərinə götürməyi üçün döymüşdür. Şahid2 tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Polis əməkdaşları onlara yaxınlaşanda Nuralı qaçmışdır. Polis əməkdaşları Nuralını saxlayıb geri gətirdikdən sonra ikisinin də üzərinə saxlanıldıqları yerdə baxış keçirtmişlər. İbtidai istintaq zamanı etirafedici ifadələri, yəni üzərində narkotik vasitə olmasını etiraf etməyi ona göstərilən təzyiqlərə görədir. O, ll qrup əlildir. O, barəsində məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş edir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

11. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

12. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

13. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

14. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

15. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

16. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

17. Maddə 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

18. Maddə 68.1.1-1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur.

19. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

20. Maddələr 18.1., 18.4.4. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

21. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

22. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

23. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

24. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

25. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

26. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

27. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

28. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

29. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

30. 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

31. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

32. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

33. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

34. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

35. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

36. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

37. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

38. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

39. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin miqdarı və digər sübutlar külli miqdarda psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.

40. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 22-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

41. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 32-34-cü bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

42. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan psixotrop maddəni əldə etmə, saxlama və daşımasına dair ittiham əsaslıdır. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,574 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımışdır.

43. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmamasını, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, narkotik vasitəni öz üzərinə götürməməyinə görə döyüldüyünü bildirərək özünü təqsirli bilməmişdir.

44. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, Nəsimi rayon Polis İdarəsinin X6 yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin X6 daxil olmuş, MSY-yə gətirilən vaxt üstünə baxış keçirilmiş və hər iki ayağında narkotikin təsirindən yara əmələ gəlməsi aşkar edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

45. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 24, 35, 36, 37-ci bəndlərindəki normativ aktlara əsasən).

46. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin külli miqdar təşkil etməsini, təqsirləndirilən şəxsin üzərində psixotrop maddənin olmasını səmimi şəkildə etiraf etməsini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi olmadan əldə etmişdir.

47. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 21-ci bəndi).

48. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

49. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 12, 13, 14, 15-ci bəndləri).

50. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin 2-ci qrup olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

51. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(059)-47/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 02 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş 02 il 05 ay 26 gün cəzası qalmışdır (cild 1, iş vərəqi 246-247, 272-278).

52. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (qərarın 20-ci bəndi).

53. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

54. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 16-cı bəndi).

55. İşdə olan tutma protokollarından və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 avqust 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlandığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. 08 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq X6 təhvil verilmiş, 09 dekabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə dəyişdirilmiş və saxlandığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. 18 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 20-ci PŞ-ə təhvil verilmiş, 20 yanvar 2025ci il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış və saxlandığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. (cild 1, iş vərəqi 21- 22, 163-164, 249, 261-262, cild 2, iş vərəqi 12, 25-26).

56. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından həbsdə saxlandığı 02 gün müddət (xx.xx.2024-cü il tarixli hökm üzrə) və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (hazırkı iş üzrə) tutulduğu, həbsdə saxlanıldığı 07 gün, ümumilikdə 09 gün müddət çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır (qərarın 17, 18 və 19-cu bəndləri). Belə ki, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 13.30-dan tutulmuş, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, şəxs saat 13.05-13.30 aralığından dindirilmiş, daha sonra həmin tarixdə həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, həmin vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. Bundan başqa xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11.00-da Təqsirləndirilən şəxs saxlanılır, xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, şəxs saat 16.00-16.30 aralığından MSY-də dindirilmiş, 20 yanvar 2025-ci il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış və saxlandığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətin 03 gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddətin 03 gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir.

57. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

58. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

59. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

60. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,524 qram metamfetamin məhv edilməlidir. (qərarın 27-ci bəndi).

61. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

62. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 28-ci bəndi).

63. Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişdir.

64. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 550 manat məbləğində pul köçürülməlidir (qərarın 29, 30-cu bəndləri).

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından həbsdə saxlandığı 02 (iki) gün müddət (xx.xx.2024-cü il tarixli hökm üzrə) və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək (hazırkı iş üzrə) tutulduğu, həbsdə saxlanıldığı 07 (yeddi) gün, ümumilikdə 09 (doqquz) gün müddət çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,524 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 550 (beş yüz əlli) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar