Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1026/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1987-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 75-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 05 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 04 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Zabrat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,412 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq, üzərində saxlamış, 05 yanvar 2021-ci il tarixdə, saat 14:49-da Sumqayıt şəhəri, Xəzri yaşayış massivi, Qızılağac küçəsində Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin (bundan sonra: ŞPİ, PB) əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına gətirilib, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı kapron qabın içərisindən 6 ədədi göy rəngli polietilen sellofona, 1 ədədi siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,499 qram, 0,410 qram, 0,433 qram, 0,429 qram, 0,247 qram, 0,326 qram, 0,068 qram olan ümumi xalis çəkisi 2,412 qram ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə matamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 2,412 qram çəkidə kustar üsulla hazırlanmış matamfetamin psixotrop maddəsi əldə edərək saxlamış və daşımışdır, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 04 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Zabrat qəsəbəsində naməlum mənbədən şəxsi istehlak miqdarından artıq olub külli miqdar təşkil edən 2,412 qram çəkidə metamfetamin psixotrop maddəsi əldə edib daşıyaraq, üzərində saxlamış, 05 yanvar 2021-ci il tarixdə, saat 14:49-da Sumqayıt şəhəri, Xəzri yaşayış massivi, Qızılağac küçəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı kapron qabın içərisindən 6 ədədi göy rəngli polietilen sellofona, 1 ədədi siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,499 qram, 0,410 qram, 0,433 qram, 0,429 qram, 0,247 qram, 0,326 qram, 0,068 qram olmaqla ümumi xalis çəkisi 2,412 qram təşkil edən ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış matamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib ifadəsində göstərdi ki, gecə növbəsində işləyir və gecə oyaq qalması ən vacib şərtlərdən biridir. Belə ki, onlar, muzdlu fəhlə kimi Sovet dövründən qalma bir zavodun dəmir-beton konstruksiyalarını sökməklə məşğuldurlar. Oyaq qala bilməsi üçün tutulmazdan 4-5 ay əvvəl «şüşə» kimi tanınan metamfetamin psixotrop maddəsini qəbul etməyə başlamışdır. 04 yanvar 2021-ci il tarixdə adını çəkmək istəmədiyi, narkotik vasitələrdən istifadə etməsini bildiyi bir tanışı ilə danışarkən ondan haradan psixtrop maddə metamfetamin ala biləcəyini soruşmuşdur. Tanışı olan və adını çəkmək istəmədiyi həmin şəxs ona hazırda xatırlamadığı bir mobil nömrə vermiş və nömrə sahibi ilə əlaqə saxlamağı məsləhət bilmiş, onun vasitəsilə istədiyi narkotik vasitə və ya psixotrop maddəni ala biləcəyini bildirmişdir. O da elə həmin gün saat təxminən 15 radələrində istifadəsində olan ********** saylı mobil nömrə ilə tanışının ona verdiyi 99 seriyası ilə başlayan nömrəyə zəng etmiş, ona 3 qram «şüşə», yəni psixotrop maddə olan metamfetamin lazım olduğunu bildirmişdir. Həmin şəxs 3 qram metamfetaminin 90 manat etdiyini, onun deyəcəyi hesab nömrəsinə 90 manat ödəyəcəyi təqdirdə, istədiyi psixotrop maddəni lazım olan ünvana qoyacağını və onun həmin ünvandan götürə biləcəyini bildirmişdir. O, təkliflə razılaşdığından həmin şəxs «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə onun mobil nömrəsinə «Kapital bank»a aid plastik kart şəkli atmışdır. Həmin kartın üstündəki hesab nömrəsini və kart sahibinin ad və soyadını əzbərləməmişdir. Elə həmin tarixdə, yəni 04 yanvar 2021-ci il tarixdə, saat təxminən 18-19 radələrində Sumqayıt şəhərində 11-ci mikrorayonda olan «Qayalı» marketdə quraşdırılmış milliön aparatı vasitəsilə 90 manat pulu ona verilən hesab nömrəsinə göndərmişdir. Hesab nömrəsini aparata daxil edən zaman nömrə sahibinin Surxay Həsənov adında şəxs olduğu ona məlum olmuşdur. Lakin o, Surxay Həsənov adlı şəxsi tanımamış, əvvəllər onunla hər hansı formada əlaqəsi olmamışdır. Əməliyyat bitdikdən dərhal sonra psixotrop maddəni ona verməli olan şəxslə telefon əlaqəsi saxlamış, şəxs ona saat 21:30 radələrində metamfetamini Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən «Rahat» Super Marketin qarşısında olan dayancaqdakı işıq dirəyinin altına qoyacağını demişdir. Saat 21:30 radələrində deyilən yerə gedib içərisində 7 büküm psixotrop maddə metamfetamin olan siqaret qutusunu qoyulduğu yerdən götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, elə psixotrop maddə metamfetamini qoyulduğu yerdən götürdükdən sonra elə həmin gün 7 bükümün hamısını özündə olan plastik kapron qaba yerləşdirib cibinə qoymuş, tələbatını ödəmək üçün üzərində gəzdirmişdir. Polis tərəfindən saxlanılanadək bükülülərin üzərindən az miqdarda götürüb qəbul etmişdir. Lakin nə qədər istifadə etdiyinə, bükülülərdə nə qədər psixotrop maddə qalmasına əhəmiyyət verməmişdir. Növbəti gün, yəni 05 yanvar 2021-ci il tarixdə, saat 14:49-da «Xəzri» yaşayış massivində Qızılağac küçəsi ilə gedən zaman onu polis əməkdaşları saxlamış, özlərini təqdim edib, onun narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Videoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuş, o, etiraz etmədikdə polis əməkdaşlarından biri videoçəkiliş aparmışdır. Polislər ondan özünü təqdim etməyi soruşduqda o da onlara özünü təqdim etmiş, hüquq və vəzifələri ilə tanış olmuş və üzərinə şəxsi axtarış keçirilməsi üçün onu videomüşaiyət altında polisə aid xidməti avtomobildə Sumqayıt ŞPİ-nin 2-ci PBnə aparmışlar. Təxminən 5-10 dəqiqəyə 2-ci PB-nə çatmışdırlar. Orada xidməti otaqların birində ona hüquqlarını müdafiə etməsi üçün onun razılığı ilə Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili Müdafiəçi ona vəkil təyin edilmişdir. Üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş sair əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı o, əynində olan göy rənglli cins şalvarın sağ yan cibindən içərisində 7 ədəd şüşə, yəni metamfetamin bükümləri olan palstik qabı çıxardıb, qapağını açıb içərəsindəki metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Psixotrop maddə olan metamfetamin kütləsi polis əməkdaşları tərəfindən tərəziyə qoyulub çəkilərkən ümumi çəkisinin 1.5 qram olduğu müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və xüsusi möhürlə möhürlənmişdir. Yekunda protokol tərtib edilmiş, bütün iştirakçılar kimi o da protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ondan götürülən psixotrop maddə ilə bağlı keçirilən ekspertizanın rəyindən də göründüyü kimi, ondan götürülən psixotrop maddənin 4 bükümünün çəkisi 0,5 qrama yaxın olsa da, qalan 3 bükümdə olan psixotrop maddənin çəkisi 0,1-0,3 qram arasında dəyişməkdədir. O, psixotrop maddəni 7 ədəd bükümdə olmuş, lakin tutulanadək bəzilərinin üzərindən götürüb istifadə etmişdir. Ona görə də 3 bükümdə olan psixotrop maddənin çəkisi nisbətən az olmuşdur. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, özü narkoman olduğundan özünün istifadəsi üçün alıb əldə etmişdir. Narkoman kimi Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə iki dəfə məhkum edilmiş, hətta narkoman kimi dispanser qeydiyyatına götürülmüşdür. Tutduğu əməlindən səmimi peşman olduğunu məhkəmənin nəzər diqqətinə çatdırıb, yüngülləşdirici hal kimi nəzərə alınmasını və barəsində qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Saxlanılarkən polis tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməmiş, ona qarşı hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 yanvar 2021-ci il tarixdə ona etibarlı və qərəzsiz mənbədən Sumqayıt şəhəri Xəzri yaşayış massivi, Qızılağac küçəsində Afiq adlı şəxsin dayanması və onun üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Məlumat ətrafında araşdırma aparılarkən onun 1987-ci ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Murtuz oğlu olduğu müəyyənləşdirilmişdir. Məlumat barədə raportla 2-ci PB-nin rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmçinin əmrlə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları Şahid4, Şahid3, Şahid2 və Sumqayıt ŞPİ-nin kriminalisti Orxan Aslanovdan ibarət tərkibdə əməliyyat qrupu yaradırlmışdır. Qrup üzləri ilə birgə əməliyyat tədbirinin keçirilməsi, Təqsirləndirilən şəxs saxlanılması istiqamətində iş aparılması məqsədilə xidməti avtomobillə Sumqayıt şəhəri, «Xəzri» yaşayış massivinə, Qızılağac küçəsinə getmişlər. Ətrafı mişar daşından hörülmüş hasarların əhatəsində olan ara məhəllə yolunun kəsişməsində pusqu qurulmuşdur. Saat 14:49-da iki əli şalvarının sağ və sol cibində, əynində göy rəngli cins şalvar, göy rəngli köynək, üzərində qara rəngli jilet olan, əlamətləri Afiq adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs Murtuz oğlunun videoçəkilişin aparıldığı yer istiqamətində piyada addımladığını görmüşdürlər. Onlar mülki geyimdə dərhal yaxınlaşıb Afiqi saxlamış, əynində polis geyim forması olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı Şahid4 saxlanılan şəxsə əvvəlcə özünü təqdim etmiş, sonra isə saxlanılan şəxsin kimliyi ilə maraqlanmışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında və istifadəsində şübhəli olduğu üçün 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təhqiqatçının təqdimatı ilə onlar bir-bir özlərini təqdim etmişdirlər. Təhqiqatçı Şahid4 saxlanılan şəxsə hüquq və vəzifələrinə dair tərtib olunmuş A4 formatlı bir ədəd kağız vərəqə təqdim edib, ona tanış olmasını təklif etmiş, sonuncu hüquq və vəzifələri ilə tanış olmuşdur. Təhqiqatçı saxlanılan şəxsə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və ona görə də 2-ci PB-nə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədikdə onu xidməti avtomobilə əyləşdirmişdirlər. Videoçəkiliş müşaiyəti altında Təqsirləndirilən şəxs xidməti avtobillə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparılmışdır. Xidməti otaqlardan birində təhqiqatçı Şahid4 bölməyə dəvət olunmuş vəkil Müdafiəçi Təqsirləndirilən şəxs təqdim etmiş, onun müdafiə hüququ təmin edildikdən sonra saxlanılan şəxsə üzərində hər hansı əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs hər iki əlini əynindəki göy rəngli cins şalvarının ciblərinə salmış, sağ yan cibindən bir ədəd kapron qab, sol yan cibindən isə bir ədəd siqaret qutusu çıxarıb stolun üzərinə qoymuşdur. Təklifə uyğun olaraq Təqsirləndirilən şəxs kapron qabı açaraq içindən 6 ədəd göy rəngli polietilen sellofana və 1 ədədi siqaret kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmiş, sorğulara cavab olaraq bükümlərin içərəsindəkinin “şüşə”, yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı Şahid4 əvvəl birinci, sonra isə ardarda bütün bükümləri açmış, bükümlərin içərəsində ağ rəngli kristallardan ibarət kütlə müşahidə edilmişdir. Hər bir bükümdəki maddələr bükümlər üçün istifadə olunan materialla birgə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Birinci bükümün 0,3 qram, ikinci bükümün 0,4 qram, üçüncü bükümün 0,4 qram, dördüncü bükümün 0,3 qram, beşinci bükümün 0,4 qram, altıncı bükümün 0,4 qram, yeddinci kağız bükümün isə 0,0 qram olması müəyyən edilmişdir. Sonuncu bükümün çəkisinin müəyyən edilməsi üçün bir neçə dəfə tərəzini söndürüb yandırsalar da, rejimi dəyişsələr də hər dəfə tərəzinin monitorunda 0.0 qram görsənmişdir. Çəki qüsurlu aparıldığından aşkar olunan maddələrin dəqiq miqdarını müəyyənləşdirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddələr bükümlərlə birgə qablaşdırılmış, tərkibinin və dəqiq çəkisinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilmək məqsədilə möhürlənmişdir. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılması, onun Polis Bölməsinə aparılması və şəxsi axtarış və götürmə istintaq hərəkətləri fasiləsiz videoçəkiliş altında aparmışdır. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq Təqsirləndirilən şəxs üzərindən aşkarlanan psixotrop maddələri «Milliön» elektron ödəniş sistemi vasitəsilə ona əvvəlcədən verilmiş hesab nömrəsinə pul köçürməklə özünün istifadəsi məqsədilə aldığını, həmin maddələri Bakı şəhəri Zabrat qəbəsində yerləşən «Rahat» marketin yaxınlığından götürdüyünü bildirmişdir. Sonda təhqiqatçının göstərişinə əsasən çəkiliş dayandırılmış, şəxsi axtarışa dair protokol tərtib edilmiş və prtokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılması, üzərinə baxış keçirilməsi prosesində hər hansı prosessual pozuntuya yol verilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları Şahid4, Şahid3 və Şahid2 iş üzrə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək oxşar məzmunlu ifadələr vermiş, həmçinin apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən edə bilmədiklərini göstərmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları – əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 məhkəmədəki ifadələri ilə məhkəməyədək icraat mərhələsində şahid qismində vermiş olduqları ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı hər iki şahidin ibtidai istintaq mərhələsində vermiş olduqları ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, hər iki şahid tədqiq olunan ifadələrində Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsi barədə onlara əməliyyat məlumatı daxil olduğunu, həmin əməliyyat məlumatının yoxlanılması məqsədilə onlar tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirildiyini, lakin Təqsirləndirilən şəxs kimə, harada, hansısa məbləğdə pul və ya sair əşya qarşılığında narkotik vasitə və ya psixotrop maddə satmasının müəyyən olunmadığını göstərmişlər(iş vərəqə: səh. 124-128, 142-146). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən şahidlər əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsi barədə onlarda hər hansı əməliyyat məlumatı olmadlığını qeyd edib, ibtidai istintaq zamanı vermiş olduqları ifadələrində bu xüsusatla bağlı göstərilənlərin doğru olmadığını, Təqsirləndirilən şəxs kimə, harada, hansısa məbləğdə pul və ya sair əşya qarşılığında narkotik vasitə və ya psixotrop maddə satmasının müəyyən olunmadığını göstərdilər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, şəxsi axtarış və götürmə aparılması haqqında 05 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın ciblərindən bir ədəd kapron qab və bir ədəd siqaret qutusu çıxarıb təqdim etmiş, kapron qabın içərisində 6 ədədi göy rəngli polietilen sellofona, 1 ədədi siqaret kağızına bükülmüş 7 (yeddi) ədəd bükülülər olduğu, bükülülərin içərisində ağ rəngdə kristallardan ibarət maddə olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan maddələrin «şüşə», yəni metamfetamin psixotrop maddəsi olduğunu, həmin maddələri «Milliön» elektron ödəniş sistemi vasitəsilə ona əvvəlcədən verilmiş hesab nömrəsinə pul köçürməklə özünün istifadəsi məqsədilə aldığını, həmin maddələri Bakı şəhəri Zabrat qəbəsində yerləşən «Rahat» marketin yaxınlığından götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılması, üzərinə baxış keçirilməsi və şübhəli maddələrin aşkar edilərək götürülməsi prosesi fasiləsiz olaraq «Panasonik» markalı videokamera vasitəsi ilə videolentə alınmaqla bir ədəd CD diskə köçürülmüşdür. Tədqiq olunan 05 yanvar 2021-ci il tarixli həmin protokolun tərtibatı zamanı prosessual pozuntulara yol verilmədiyi müəyyən edilmişdir (iş vərəqə: səh. 21). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi prosesini özündə əks etdirən “CD” diskə baxış keçirilməsi haqqında 27 mart 2021-ci il tarixli protokoldan görünür ki, disəkə baxış keçiriləçrkən həmin diskdə Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla saxlanılması, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının və videoçəkiliş müşaiyəti altında 2-ci PB-nə gətirilməsi, üzərinə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın ciblərindən bir ədəd kapron qab və bir ədəd siqaret qutusu çıxarıb təqdim etməsi, kapron qabın içərisində 6 ədədi göy rəngli polietilen sellofona, 1 ədədi isə siqaret kağızına bükülmüş 7 (yeddi) ədəd bükülülər olması, bükülülərin içərisində ağ rəngdə kristallardan ibarət maddələr olması, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan maddələrin «şüşə», yəni metamfetamin psixotrop maddəsi olduğunu, həmin maddələri «Milliön» elektron ödəniş sistemi vasitəsilə ona əvvəlcədən verilmiş hesab nömrəsinə pul köçürməklə özünün istifadəsi məqsədilə aldığını, həmin maddələri Bakı şəhəri Zabrat qəbəsində yerləşən «Rahat» marketin yaxınlığından götürdüyünü bildirdiyi müşahidə olunur (iş vərəqə: səh. 163-164). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanılması, üzərinə baxış keçirilməsi və götürmə prosesini özündə əks etdirən “CD” diskdə olan videogörüntülərlə müəyyən olunur ki, “CD” diskdə olan videogörüntülər şəxsi axtarış və götürmə aparılması haqqında 05 yanvar 2021-ci il tarixli və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə prosesini özündə əks etdirən “CD” diskə baxış keçirilməsi haqqında 27 mart 2021-ci il tarixli protokollara uyğundur (iş materiallarında olan CD formatlı disk). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 06 yanvar 2021-ci il tarixli, 6/45 №li rəyindən görünür ki, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” yazısı olan zərfə qablaşdırılmış 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,499 qr, 0,410 qr, 0,433 qr, 0,247 qr, 0,326 qr, 0,068 qr, ümumi təmiz çəkisi isə 2,412 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiq olunan rəylə müəyyən olunur ki, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir (iş vərəqə: səh. 30-35). İbtidai istintaq orqanının müvafiq olaraq işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 08 yanvar 2021-ci il və 06 aprel 2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edələrək götürülmüş ümumi çəkisi 2,412 qram təşkil edən metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,272 qram hissəsi və Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış aparılması və ondan psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi 01 ədəd CD Compact disk iş üzrə maddi sübut kimi tanınmış, qalıq psixotrop maddə olan metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, CD Compact disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 76, 166-178). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 yanvar 2021-ci il tarixli, 156 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindiromu (narkomonaiya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda absitensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 155-156). İbtidai istintaq orqanının işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 06 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edələrək götürülmüş ümumi çəkisi 2,412 qram təşkil edən metamfetamin psixotrop maddəsinin mənbəyi, keçirilmiş əməliyyat-istintaq tədbirlərinə baxmayaraq, müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: səh.166-178). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, əməliyyat tapşırığı və həmin tapşırığa əməliyyat orqanı tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli, 125-534-1221 nömrəli cavab məktubunun məzmunundan görünür ki, əməliyyat tapşırığında baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması və ya digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxud cinayət əlaqələrinin və ya ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi tapşırılmış, lakin əməliyyat orqanı tapşırıqda göstərilən məsələlərlə bağlı müsbət nəticə əldə etməmiş, yəni əməliyyat tapşırığında göstərilən məsələlər öz təsdiqini tapmamışdır (iş vərəqə: səh. 77-78; 102). Məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 05 yanvar 2021-ci il tarixli qərarı Sumqayıt şəhər Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında araşdırılmış və bu zaman qanun pozuntusuna yol verilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: səh. 123). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələr əldə etməyə, saxlamağa və daşımağa görə, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan 04 yanvar 2021-ci il tarixdə Bakı şəhərinin Zabrat qəsəbəsində naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 6 ədədi göy rəngli polietilen sellofona, 1 ədədi siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,499 qram, 0,410 qram, 0,433 qram, 0,429 qram, 0,247 qram, 0,326 qram, 0,068 qram olmaqla ümumi xalis çəkisi 2,412 qram təşkil edən metamfetamin psixotrop maddəsi əldə edib daşıyaraq, üzərində saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 start mənbə kimi tərtib etdiyi əməliyyat məlumatının daxil olması barədə 2-ci PB-nin rəhbərliyinə ünvanladığı 05 yanvar (tarix pozuntuludur) 2021-ci il tarixli raportunda baxılan iş üzrə Təqsirləndirilən şəxs küçədə dayanması və üzərində narkotik maddə olması, həmin raport əsasında qəbul edilmiş əməliyyat tədbirlərinin keçirilməsi barədə eyni tarixli qərarda və əməliyyat qrupunun yaradılması barədə Ə 1-125-21 saylı eyni tarixli əmrdə və eyni məsələyə xidmət edən sair ilkin materiallarda Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumatların yer aldığı göstərilmiş, lakin qeyd olunan əməliyyat xarakterli həmin sənədlərdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə hər hansı miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və ya daşıması barədə məlumat yer almamışdır. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları – əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində ifadə verərkən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsi barədə onlara əməliyyat məlumatı daxil olması ilə bağlı qeyri-səmimi ifadələr vermişlər. Hansı ki, əməliyyat müvəkkili Şahid1 qeyd olunan məsələ ilə bağlı tərtib etdiyi əməliyyat xarakterli ilkin sənədlərdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və ya daşıması barədə hər hansı məlumat olduğu müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı isə dindirilən şahidlərin hamısı, o cümlədən əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsi barədə onlarda hər hansı əməliyyat məlumatı olmadlığını, keçirilən əməliyyataxtarış tədbirldəri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən edə bilmədiklərini göstərdilər. Məhkəmə baxışı zamanı tədqiq olunan, cinayət işində olan əməliyyat orqanının 26 yanvar 2021-ci il tarixli, 125-534-1221 nömrəli məktubundan da göründüyü kimi, həmin məktubda baxılan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasını təsdiq edəcək müsbət nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində Təqsirləndirilən şəxs barəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanuna uyğun əldə olunmasına və qanuna uyğun təqdim edilməsinə baxmayaraq, həmin materiallar yoxlanılarkən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və ya narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması təsdiq olunmamışdır. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi izahat və ifadələrində, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadəsində ondan 07 ədəd bükümlərdə aşkar olunub götürülən metamfetamin psixotrop maddəsini elə həmin bükümlərdə naməlum kart hesabına elektron ödəmə sistemi vasitəsilə pul ödəməklə özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini göstərmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 21 yanvar 2021-ci il tarixli, 156 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindiromu (narkomonaiya xəstəliyi) aşkar olunur. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Muurtuza oğlu Sumqayıt şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci və s. maddələri ilə, həmçinin eyni Məhkəmənin 20 sentyabr 2019-cu il tarixli hökmünə əsasən yenə də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş və hər iki hökmlə onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilmişdir (iş vərəqə: səh. 105-109, 110-121). Ən nəhayət, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun 07 ədəd bükümdə aşkar edilb götürülmüş metamfetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər əsaslı olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitələrin külli miqdarda olması və 07 ədəd bükümdə olması şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu, hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 04 mart 2011-ci il tarixli qərarı ilə qeyd olunan məsələyə məhz bu konteksdən yanaşmış və məhkəmələrə öz tövsiyələrini vermişdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 2,412 qram təşkil etsə də, həmin miqdar təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 2,412 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Şahin Ağamədova cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 14.01.2021-ci il tarixli əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 194.1, 234.1, 66.2, 69.3-cü maddələri ilə 01 il 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması, yenə də Sumqayıt şəhər Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 67.1, 93.1.2-ci maddələri ilə 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad edilmiş və 11 avqust 2020-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatından çıxarılmışdır(iş vərəqə: səh. 92-94, 104-121). Məhkəmə Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə törətmiş olduğu cinayət əməlinin 05 yanvar 2021-ci il tarixdə aşkarlandığını qeyd edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum edilmiş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaradır və bu hal cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməmişdir. Odur ki, residivin müəyyən olunması zamanı qeyd olunan hökm üzrə məhkumluq nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasəçn onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edlilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Şahin Ağamədovun islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, ədalətli və şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əməlinin cinayətlərin residivini yaratmasını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, onlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 05 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs Şahin Ağamədov baxılan iş üzrə 05 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2021-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 21 yanvar 2021-ci il tarixli, 156 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin edilməməli, lakin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası işdə olan maddi sübutlarla əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülən və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,272 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin yerləşdirildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,272 qram psixotrop maddə olan metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin yerləşdirildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1026/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1026/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver