Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1026/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X20 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1991-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş), Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə külli miqdarda, yəni 2,026 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və tərkibində fenazepamın təsir maddəsinin ümumi miqdarı 0,004 qram təşkil edən 4 ədəd ağ rəngli dairəvi formalı dərman həblərini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 9 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixə keçən gecə saatlarında üzərində olan 2,026 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindən pay olaraq X4 xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan 0,161 qram metafetamin vermiş, 10 yanvar 2022-ci il tarixdə saat 6:50 dəqiqədə X16 Alayının əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında X8 ilə birlikdə saxlanılaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən 3 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,093 qram, 0,635 qram, 1,137 qram, ümumilikdə 1,865 qram çəkidə kustar üsulla hazırlanmış maddə metafetamin və gümüşü rəngli siqaret kağızı bükümündə tərkibində fenazepamın təsir maddəsinin ümumi miqdarı 0,004 qram təşkil edən 4 ədəd ağ rəngli dairəvi formalı dərman həbləri, eləcə də X4 pay olaraq verdiyi 0,161 qram çəkidə psixotrop maddə metafetamin sonuncunun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 ildən çox narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələrə olan tələbatını ödəmək üçün 2-3 gün əvvəl Xəzər rayonu, Şüvəlan qəsəbəsində “Əncirlik” bağlar massivində üzdən tanımadığı və adını bilmədiyi şəxsdən “şüşə” kimi tanınan psixotrop maddəni alaraq üzərində gəzdirmişdir. Yuxu dərmanlarını isə mütəmadi olaraq apteklərdən alıb istifadə etmişdir. 10 yanvar 2022ci il tarixdə gecə saat 3-4 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Bravo" marketin yaxınlığında taksi gözləmişdir. Taksi avtomobili gəldikdən sonra avtomobilə əyləşən zaman ərazidə olan 8 nəfər X17 əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. Polis əməkdaşları həmin vaxt taksi sürücüsünü də aavtomobildən düşürüb onunla birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirildikdən sonra təhqiqatçı, polis kapitanı Şahin Mustafayev tərəfindən müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş və hüquq və vəzifələri izah edilmişdir. Tutulan zaman üzərində 1,85 qram “şüşə” kimi tanıdığı psixotrop maddə və dərman həbləri olmuşdur. Polis şöbəsində olarkən polis əməkdaşları üzərinə əlavə bükümlər qoyaraq videoçəkiliş zamanı həmin bükümlərin özünə məxsus olduğunu bildirməyini tələb etmişlər. O da üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ cibində saxladığı “KENT" markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində 3 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə metafetamini və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə dərman həblərini təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən kütlələr və dərman həbləri içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuşdur. İran İslam Respublikası vətəndaşından psixotrop maddə almamışdır. Psixotrop maddəni tanımadığı şəxslərdən alırdım. X5 tanımır, sonuncuya psixotrop maddə verməmişdir. Heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə pay verməmiş, nə də ki satmamışdır. Üzərində olan 1,85 qram psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Xəzər RPİ-nin 1-ci PŞ-də üzərində axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrə olan tələbatını ödəmək üçün 2-3 gün əvvəl Xəzər rayonu, Şüvəlan qəsəbəsində “Əncirlik” bağlar massivində üzdən tanımadığı və adını bilmədiyi şəxsdən “şüşə” kimi tanınan psixotrop maddəni 30 manata alaraq üzərində gəzdirmişdir. Yuxu dərmanlarını isə mütəmadi olaraq apteklərdən alıb istifadə etmişdir. 10 yanvar 2022-ci il tarixdə səhər saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında X17 əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməyi təklif etmiş, polis əməkdaşlarının təklifinə etiraz etməyib onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Onunla birlikdə daha 4 nəfər şəxs də olmuş, onlar da onunla birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmişdir. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirildikdən sonra təhqiqatçı, polis kapitanı Şahin Mustafayev tərəfindən müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı ona bildirilmişdir. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılmadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ cibində saxladığı “KENT” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində 3 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə metafetamin və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə dərman həbləri olmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən kütlələr və dərman həbləri içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülən psixotrop maddəni 2-3 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində “Əncirlik” bağlar massivində tanımadığı şəxsdən 30 manata almışdır. Şübhəli şəxs qismində tutulduqdan sonra çox həyəcanlı olduğuna görə ondan alınan izahatda üzərindən aşkar edilərək götürülən psixotrop maddəni adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını bildirsə də, əslində həmin şəxsi tanımır, həmin şəxsin hansı ölkənin vətəndaşı olduğunu da bilmir, həmin şəxsin ona 30 manata satdığı psixotrop maddəni haradan gətirməsi barədə hər hansı məlumata malik olmamışdır. Üzərindən aşkar edilərək götürülən psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. X5 tanıyır, o da onun kimi narkotik vasitələrin aludəçisidir, narkomaniya xəstəliyindən əziyyyət çəkir. Özü narkotik vasitələrin aludəçisi olduğuna və narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə narkotik vasitələrdən asılılığın və buna görə insanın hansı ağrılar hiss etdiyini bildiyindən X2 narkomaniya xəstəsi olduğunu bilib ona ürəyi yandığına görə psixotrop maddədən ona təmənnasız olaraq pay vermiş, bundan başqa heç vaxt və heç kimə narkotik vasitə və psixotrop maddələri pay verməmiş, nə də ki satmamışdır. Polis əməkdaşları tərəfindən Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilən zaman ona qarşı hər hansı fiziki zor və ya psixi təsir göstərilməmişdir (cild 1, iş vərəqə 63-65 və 80-82). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində X4 narkotik vasitəni pay verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X16 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 9 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixə keçən gecə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 9644 saylı avtopatrulla xidmət aparmışdır. X16 Alayının 11-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 da onunla birlikdə olmuşlar. 10 yanvar 2022-ci il tarixdə saat 6:50 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi “BRAVO” marketin yaxınlığında bir nəfər şəxsin avtomobildən düşərək nəsə axtardığını görmüş, həmin avtomobilə yaxınlaşan zaman avtomobildə olan şəxslər qaçmağa cəhd göstərmişlər. Həmin şəxslərin oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirmişlər. Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində həmin şəxslərin X10, X3, X11, Təqsirləndirilən şəxs və X8 olduqlarını müəyyən etmişlər. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində təhqiqatçı, polis mayoru Natiq Ağamirzəyev tərəfindən X2 üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarışda Şahid2 və Şahid3la birlikdə iştirak etmişdir. X2 üzərində şəxsi axtarış aparılmadan öncə ona hüquq və vəzifələri izah olunmuşdur. X4 üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra X8 əynində olan qolsuz idman gödəkcəsinin sol iç cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdə olan kütləni 9 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixə keçən gecə əvvəllər tanıdığı Məzahir adlı şəxsdən təmənnasız olaraq aldığını, həmin kütləni öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. X2 təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metafetaminə bənzər kütlələr olduğu aşkar edilmiş, daha sonra X2 üzərində şəxsi axtarış aparılmış və üzərindən dövriyyəsi qanunla qadağa edilən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. X2 üzərindən aşkar edilən 1 ədəd şəffaf sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq möhürlənmişdir. X2 üzərində aparılan şəxsi axtarış videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Bundan başqa Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmişlər. Təhqiqatçı, polis kapitanı Şahin Mustafayev tərəfindən Təqsirləndirilən şəxs üzərində onun, Şahid2, Şahid3 və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, ona üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd “KENT" markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin siqaret qutusu açıldıqda içərisində 3 ədəd şəffaf sellofan büküm və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü olduğu müəyyən edilmişdir. 3 ədəd şəffaf sellofan büküm açıldıqda içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metafetaminə bənzər kütlələr, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü açıldıqda isə içərisində 4 ədəd ağ rəngli dərman həbinin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən dövriyyəsi qanununla qadağan olunan başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələr və dərman həbləri içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. X5 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla arasında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. Təqsirləndirilən şəxs şübhəli hərəkət etdiyi üçün ona yaxınlaşmış, sonuncunun yerdə narkotik vasitə axtarmasından şübhələnmişlər. Təqsirləndirilən şəxs tutulan zaman tək olamamışdır. Təqsirləndirilən şəxs 3 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs tutulan zaman narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olmamışdır. Təqsirləndirilən şəxsdən yerdə nə axtardığını soruşduqda sonuncu suallara cavab verməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində olan zaman üzərində olan psixotrop maddəni və dərman həblərini könüllü təqdim etmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs yerdə nəsə axtarmış, digərləri isə avtomobildə gözləmişlər. Təqsirləndirilən şəxs və digərləri onlara yaxınlaşan zaman qaçmağa cəhd etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 150-153). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2022ci il tarixli 6/120 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...” sözləri olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,093 qram, 0,635 qram, 1,137 qram, ümumi təmiz çəkisi 1,865 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamindir, 4 ədəd ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi fenazepamdır və həmin həblərin tərkibində fenazepamin təsir maddəsinin ümumi miqdarı 0,004 qram təşkil edir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı l) daxildir. Fenazepam 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İİİ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 1,865 qram, tədqiqata sərf olundu 0,15 qram, qalıq 1,715 qram, fenazepaminin ümumi sayı 4 ədəd, tədqiqata sərf olundu 1 ədəd həb, qalıq 3 ədəd həb, cild 1, iş vərəqə 47-52). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2022ci il tarixli 6/121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Zeynallı Cahangir..” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,161 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 0,161 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 0,061 qram, cild 1, iş vərəqə 12-14). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2022ci il tarixli 6/1753 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.....Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ....” sözləri olan zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəksi 1,715 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə metafetaminlə tədqiqata təqdim edilmiş üzərində “..... (imza) Zeynallı Cahangir...” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,161 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə metafetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir (Qeyd: 1 N-li zərfdəki metafetaminin ümumi təmiz çəkisi 1,715 qram, tədqiqata sərf olundu 0,15 qram, qalıq 1,565 qram; 2 N-li zərfdəki metafetaminin ümumi təmiz çəkisi 0,061 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,011 qram, cild 1, iş vərəqə 181-184). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 3 fevral 2022-ci il tarixli 494 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 157- 158). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd zərfdə qalıq çəkiləri müvafiq olaraq 1,565 qram və 0,011 qram olan psixotrop maddə metafetamin və 3 ədəd həb iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 185-193). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 138-148). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələblərinə əsasən əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökm 11 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 5). İş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 93-96). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 162 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd zərfdə qalıq çəkiləri müvafiq olaraq 1,565 qram və 0,011 qram olan psixotrop maddə metafetamin və 3 ədəd həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 162 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd zərfdə qalıq çəkiləri müvafiq olaraq 1,565 qram və 0,011 qram olan psixotrop maddə metafetamin və 3 ədəd həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1026/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1026/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver