Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1026/2023 13.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 19 noyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3,408 qram çəkidə narkotik vasitə heroini və 0,446 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 19 noyabr 2022-ci il tarixdə saat 17:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 4 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,790 qram, 0,840 qram, 0,861 qram, 0,917 qram olmaqla, ümumi təmiz çəkisi 3,408 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə 0,446 qram çəkidə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışı zamanı istifadə etmək məqsədilə əldə etdiyi üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə o, evdə olmuş, bu zaman polis əməkdaşları yaşadığı evə girmişlər. Polis işçiləri onun üstünü yoxlamış, lakin üzərində heç nə aşkar etməmişlər. Sonra onun evinə baxmışlar, bu zaman evdən narkotik vasitə aşkar olunmuşdur. Sonra onu Nəsimi RPİ, 21-c Polis bölməsinə gətirmişlər. Bölmədə videoçəkilişlə üzərinə baxış keçirilmiş, o da, evdən aşkar olunmuş narkotik vasitələri çıxarıb çəkiliş vaxtı təqdim etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün narkotik vasitələrdən istifadə etdiyini, polis işçiləri tərəfindən yaşadığı evdən təxminən 3-5 qram heroin aşkar olunduğunu, həmin narkotik vasitələri İran vətəndaşından aldığını və narkotikə görə iranlıya 250 manat pul verdiyini, aşkar olunmuş elektron tərəzinin çoxdan onda olduğunu, o, əvvəllər zərgər işlədiyi müddətdə də həmin tərəzinin onda olduğu, saxlanılarkən və polis idarəsində olarkən heç kimin onu döymədiyini və ya incitmədiyini, özünün iki növ narkotikdən istifadə etdiyini, heroini iynə vurmaq yolu ilə, metamfetamini isə tüstüsünü çəkmək yolu ilə qəbul etdiyini, üzərinə baxış keçirilərkən vəkilin iştirak etdiyini, ondan aşkar olunmuş həmin narkotik vasitələrin iki günlük öz istifadəsi üçün aldığını, əvvəllər də narkotiklərdən istifadə etdiyinə görə iki dəfə məhkum olunduğunu, polis işçiləri tərəfindən evə baxılanda videoçəkiliş aparılmadığını, evdən aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu, həmin narkotik vasitələr evdən götürüləndən sonra idarədə videoçəkiliş olduğunu, istintaqda verdiyi ifadəsini təsdiq etdyini bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17:30 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman ona mülki geyimdə olan 2 nəfər yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra onun hərəkətlərinin şübhəli olduğunu, narkotik vasitənin təsiri altında olduğunu bildirərək, onu saat 17:50-də Nəsimi RPİ-nin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində ona vəkil siyahısı təqdim edilmiş, siyahıda olan vəkillərdən hər hansı birinin hüquqlarının müdafiə etməsinə etiraz etməmiş, daha sonra ona dövlət hesabına vəkil təyin edilmiş, vəkilin şəxsi axtarışda iştirak etməyəcəyinə dair ərizəsinə əsasən, o da, vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, bununla bağlı ərizə vermişdir. Rayon Polis idarəsində olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hansı əşyanın və ya maddənin olub-olmadığı soruşulmuş, bu zaman həmin prosses mütəxəssis tərəfindən videokamera ilə qeydə alınmışdır. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, ilk öncə «Nokia» markalı mobil telefonu masanın üzərində qoymuşdur. Bundan sonra əynindəki boz rəngli idman şalvarının sol yan cibindən üzərində “Sveet Baby” yazısı olan göy rəngli dairəvi qabı çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra idman şalvarın sağ yan cibindən 1 ədəd tərəzini çıxarıb təqdim etmişdir. Qabın içərisində ümumilikdə 5 ədəd şəffaf rəngli büküm olduğunu, onlardan 4 ədəd büküm içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan narkotik vasitə heroin, 1 ədəd bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitələri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə, xx.xx.2022-ci il tarixdə İran vətəndaşı Həşim adlı şəxsdən 120 manata aldığını, Həşimlə əlaqə saxladıqdan sonra narkotik vasitənin Nərimanov rayonunda yerləşən parkın yanında xatırlamadığı ünvana qoyulduğunu, oradan götürdüyünü bildirmişdir. Narkotik maddə və psixotrop vasitəni nə məqsədlə alması ilə bağlı suala bir hissəsini 10 manat satmaq istədiyini demişdir. Tərəzini isə narkotik vasitənin çəkisini bilmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır (cild 1, iş vərəqi 88-90). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etdiyini, polis əməkdaşlarının onu yaşadığı ünvanın yaxınlığında küçədə saxladıqlarını, həmin vaxt onun narkotiklərin təsiri altında olduğunu, ona görə də məhkəmədəki sərbəst ifadəsində polis işçilərinin yaşadığı evə girərək onu saxladıqlarını və evdən narkotik vasitələri aşkar etdiklərini bildirdiyini, hazırda ifadə elan olunandan sonra məhkəmədə düzgün ifadə vermədiyini başa düşdüyünü, ona görə də istintaq zamanı yazılanların hamısının doğru olduğunu, polis işçiləri tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə Saleh adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə o, Nəsimi RPİ-nin rəhbərliyinə raportla müraciət etmiş, sonra isə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul etmiş, əməliyyat müvəkkili Şahid2 də daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 19 noyabr 2022-ci il tarixdə saat 17:20 radələrində onlar Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 56 ünvanın qarşısında bir müddət gözlədikdən sonra əlamətləri Saleh adlı şəxsin əlamətlərinə uyğun gələn şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı məlumata malik olduğlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə polis idarəsinə dəvət etmişlər. Saleh adlı şəxsin 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olmuşdur. Nəsimi RPİ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, onların da iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunduqda, sonuncu, «Nokia» markalı mobil telefonu, əynində olan boz rəngli idman şalvarın sol yan cibindən göyrəngli dairəvi qabı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin qabın içərisində 4 ədəd şəffaf selofana bükülmüş toz şəkilli qəhvəyi rəngli maddə və 1 ədəd şəffaf selofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə olan büküm aşkar edilmiş, həmçinin Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən elektron tərəzini çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunmuş bükümlərdə nə olduğu soruşduqda, şübhəli şəxs 4 ədəd qəhvəyi rəngli bükümün içərisində “Kokos” adı ilə tanınan heroin olduğunu, 1 ədəd ağ rəngli bükümdə isə «patı» adı ilə tanınan metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni İran vətəndaşı olan “Həşim” adlı şəxsdən 120 manata aldığını, onun bir hissəsini ayrı-ayrı şəxslərə 10 manata satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərdə olan narkotik vasitəyə bənzər maddələr zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar edilərək görütülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokola əsasən, Təqsirləndirilən şəxs üzərinə şəxsi şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sol yan cibindən “Sveet Baby” yazılmış göy rəngli dairəvi qabı çıxarması, həmin qabın içərisində 4 ədəd şəffaf selofan bükülmüş çəkiləri 0,790 qr., 0,861 qr., 0,840 qr., və 0,917 qr. olmaqla, ümumi çəkisi 3,408 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf selofan bükümdə isə 0,446 qr. kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamin və tərəzinin aşkar edilərək götürülməsi faktı təsdiq olunmuşdur (cild 1, iş vərəqi 48-51). Məhkəmə-kimyəvi ekspertizasının 20 noyabr 2022-ci il tarixli 6/6672 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zərfin içərisində 4 ədəd şəffaf bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,790 qr., 0,840 qr., 0,861 qr., və 0,917 qr. olmaqla, ümumi təmiz çəkisi 3,408 qram olan qəhvəyi rəngli maddələr əlamətlərinə və tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə isə təmiz çəkisi 0,446 qram ağ rəngli kristal şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindır. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır, izlər mikrohıssəciklər şəklində cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı (cild 1, iş vərəqi 58-64). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 764 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 151-152). Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 398 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 156-158). Cinayət işində olan 18 fevral 2023-cü il tarixli 3-13-51-3/2-1072 nömrəli əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni haradan və kimlərdən alması, kimlərə narkotik vasitə verməsi və satması istiqamətində müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 147). İbtidai istintaq orqanının 19 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərdəki maddələr - təmiz çəkisi 3,408 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,446 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,308 qram narkotik vasitə heroin və 0,396 qram psixotrop maddə metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 148-149). İş materiallarına əlavə edilmiş 20 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, mesajların siyahısına baxış keçrilmişdir. Bu zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı mobil nömrə, SMS mətn, fotoşəkil, video və audio yazısı, həmçinin mobil tətbiq proqramı aşkar edilməmişdir (cild 1, iş vərəqi 150- 152). Cinayət işində olan 22 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29.08,2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə “Amnistiya” qərarına əsasən cəzasının çəkilməmiş 27 günündən azad edilmişdir. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsinəə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir (cild 1, iş vərəqi 121-123). Məhkəmə iclasında verdiyi sərbəst ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, 19 noyabr 2022-ci il tarixdə o, evdə olarkən polis əməkdaşlarının yaşadığı evə girərək üstünü yoxladıqlarını, lakin üzərində heç nə aşkar edilmədiyini, sonra onun evinə baxdıqlarını, bu zaman evdən narkotik vasitə aşkar olunduğunu, sonra onu Nəsimi RPİ, 21-c Polis bölməsinə gətirdiklərini, bölmədə videoçəkilişlə üzərinə baxış keçirildiyini, baxış zamanı onun evdən aşkar olunmuş narkotik vasitələri çıxarıb çəkiliş vaxtı təqdim etdiyini bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunduqdan sonra verilən sualları cavablandırarkən, həmin ifadəni təsdiq etdiyini, polis əməkdaşlarının onu yaşadığı ünvanın yaxınlığında küçədə saxladıqlarını, həmin vaxt onun narkotiklərin təsiri altında olduğunu, ona görə də məhkəmədəki sərbəst ifadəsində polis işçilərinin yaşadığı evə girərək onu saxladıqlarını və evdən narkotik vasitələri aşkar etdiklərini bildirdiyini, ifadə elan olunandan sonra məhkəmədə düzgün ifadə vermədiyini başa düşdüyünü, ona görə də istintaq zamanı yazılanların hamısının doğru olduğunu, polis işçiləri tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin ondan aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin çəkilib xırda bağlamalara bükülməsini, həmçinin aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin kütləsinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 19 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsi tərəfindən şübhəli şəxs qismində saxlanılmış və hal-hazıra qədər həbsdədir. Həmçinin Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 764 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,308 qram narkotik vasitə heroin və 0,396 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərinin qeydə alındığı 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi – Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçinun məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 25 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 150 (yüz əlli) manat pul vəsaiti Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,308 qram narkotik vasitə heroin və 0,396 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 150 (yüz əlli) manat pul vəsaiti Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1026/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1026/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver