Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1026/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri, X1, X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, məhkumluğu olmayan, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İR-nin vətəndaşı “Baba” adlı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək naməlum tarix və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri ərazisində sonuncudan satış məqsədilə qanunsuz olaraq 8.879 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 180” markalı ** GL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, 5 iyul 2023-cü il tarixdə saat 06:30 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 200 nömrəli ünvanın yaxınlığında xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X13 2-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq “Mercedes Benz 180” markalı ** GL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Bakı şəhər BPİnin Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə gətirilmiş, orada “Mercedes Benz 180” markalı ** GL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonundakı qolaltlığından bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 8,879 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metanfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, ittiham aktında yazılanlar yanlışdır. Onu post patrul xidmətinin əməkdaşları gecə saat 23:30 radələrində saxlamışlar. O, polis əməkdaşları tərəfindən öz maşınında saxlanılmışdır. Polis əməkdaşları onun maşınından “patı” adlanan psixotrop maddə aşkarlayaraq, onu Binəqədi RPİ-yə apardılar. Polis əməkdaşları psixotrop maddənin miqdarının səkkiz qram olduğunu dedilər. Onun avtomobilinə həmin maddəni polis əməkdaşı Elvin adlı şəxs qoydu. O, avtomobilini yolun qırağında saxlayaraq aşağı düşmüşdü. Bu zaman ona yaxınlaşaraq ondan şəxsiyyət vəsiqəsini istədilər. O, polis əməkdaşları ilə mübahisə etmişdir. “Patı” adlanan psixotrop maddə polis əməkdaşlarının avtomobilində idi. O, hadisə günü halsız vəziyyətdə olmuşdur. Polis əməkdaşları, yəni Post Patrul Xidmətinin əməkdaşları “Binəqədi” parkı yaxınlığında yaxınlaşıb ondan şəxsiyyət vəsiqəsini istədilər. Şəxsiyyət vəsiqəsini vermək üçün avomobilə gedən zaman onu tutub dartdılar, buna görə də polis əməkdaşları ilə münaqişəyə girmişdir. Daha sonra təxminən saat 11-12 radələrində iki nəfər polis əməkdaşı Post Patrul Xidməti avtomobilinə, onunla birlikdə isə bir nəfər polis əməkdaşı öz avtomobilinə əyləşərək Post Patrul Xidməti avtomobilinin arxası ilə onu Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə apardılar. Hadisədən yarım saat keçdikdən sonra polis əməkdaşı əlində paketlə otağa daxil olub həmin paketin onun olduğunu bildirdi. Səhər saat təxminən 6 radələrində təhqiqatçı gəldi, onun və müdafiəçinin iştirakı olmadan avtomobilinə baxış keçirilib. İttihamda “Kubinka” ərazisində olduğu qeyd olunsa da, həmin ərazidə o, heç vaxt olmamışdır. Növbəti gün səhər saat doqquz radələrində polis əməkdaşları üzərinə baxış keçiriləcəyini dedikdə o, səbəbini soruşmuşdur, rəisə məruzə olunacağını bildirdilər, o da razılaşmışdır. Avtomobilə baxış keçirildi, avtomobildən nə tərəzi, nə də hər hansı digər əşya və ya predmet aşkar olunmdı, lakin o, müvəqqəti saxlama yerində olanda 8-9 qram narkoitk vasitə ilə ittiham olunduğunu bilmişdir. O, narkotik vasitə istifadə etmir, həmin gün də üzərində nə narkotik vasitə, nə də tərəzi olub. Telefonu sındığına görə telefonuna sadəcə zəng gəlirdi. Heç vaxt “Kubinka” ərazisində olmamışdır, iranlı ilə heç bir əlaqəsi və ya yazışması olmayıb. İranlıya narkotik vasitəyə görə pul göndərməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğundan şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin ələ etmək məqsədi ilə 3 iyul 2023-cü il tarixdə saat 12 radələrində əvvəllər də bir neçə dəfə narkotik vasitə və psixotrop maddə əldə etdiyi anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə adətən həmişə görüşdüyü Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlı yerdə görüşərək sonuncudan 60 (altmış) manat müqabilində bir ədəd kağız bükümdə psixotrop maddə metamfetamin əldə etmişdir. Həmin bükümü isə hissə-hissə istifadə etmək məqsədi ilə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 180” markalı **-GL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonundakı qolaltlığma yerləşdirmişdir. 5 iyul 2023- cü il tarixdə isə saat 06:30-da Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 200 nömrəli ünvanın yaxınlığında olan zaman həmin ərazidə xidmət aparan üç nəfər xidməti geyimdə polis əməkdaşı ona yaxınlaşaraq şübhəli hərəkətlərə yol verdiyini bildirib şəxsiyyətini təsdiq edən sənədləri soruşduqda o, avtomobilində psixotrop maddə olması səbəbibdən həyəcanlaraq qeyri-adekvat hərəkətlər edərək suallardan yayınmağa çalışmışdır. Şübhəli hərəkətlərə yol verdiyindən polis əməkdaşları ona hüquq və vəzifələrini izah edərək onlarla birlikdə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə getməyi təklif* etdikdə o. yayınmağın mümkün olmadığını görüb polis əməkdaşlarından biri ilə idarə etdiyi avtomobilə əyləşib polis bölməsinə getmişdir. Bundan sonra qeyd edilən bölmənin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmiş və orada təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmiş, bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edilmiş, həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş, lakin o, ərizə ilə müraciət edərək müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış aparılmasına heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsi başlanmış və təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilməsi başlanmışdır. O, öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını, lakin idarə etiyi avtomobilində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən idarə etdiyi “Mercedes Benz 180” markalı **-GL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə baxış aparılmış və avtomobil salonundakı qolaltlığından bir ədəd ağ kağız bükümdə psixotrop maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Təqdim etdiyi bir ədəd ədəd ağ rəngli kağız büküm isə zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülmüşdür. Tutularkən və idarədə olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. O, istintaqa vermiş olduğu əlavə ifadəsində bildirmişdir ki, yaşadığı Binə qəsəbəsində meyvə tərəvəz satışı ilə məşğul olur və avtomobilindən aşkar olunmuş 01 ədəd 100 ABŞ dolları və 1450 manat pul vəsaitləri də ümumi alış verişdən əldə olunmuş puldur. Həmin pulları meyvə tərəvəz alaraq satmaq niyyəti ilə avtomobilində gəzdirmişdir. Həmin avtomobili təxminən 1 il bundan öncə sahibindən almışdır və həmin zaman ona etibarnamə verilmişdir. Lakin maddi durumu aşağı olduğundan avtomobili öz adma rəsmiləşdirə bilməmişdir. Həmçinin etibarnaməsinin müddəti bitsə də avtomobili idarə etməyə davam etmişdir. Avtomobil rəsmi qaydada onun adma olmasa da sahibi özüdür. Narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğundan qeyd etdiklərindən almaq üçün tanışları ilə maraqlandıqda “Kubinka” adlanan ərazidə İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olması bildirilmişdir. Bundan sonra bir neçə dəfə Kubinka adlanan əraziyə gedərək həmin şəxsi tapıb sonuncudan psixotrop maddə almışdır. Sonuncu dəfə isə 03 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə Baba adlı şəxsdən 60 manat qarşılığında bir bükümdə psixotrop maddə almışdır. Baba adlı şəxsin anket məlumatlarını, ünvanını, mobil nömrəsini bilmir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrənin adma rəsmiləşdirildiyi X3 ilə az müddət tanış olmuşdur, Özünün şəxsiyyət vəsiqəsi itdiyi üçün həmin şəxsin şəxsiyyət vəsiqəsi ilə Özünə sözü gedən mobil nömrəni almışdır və həmin şəxs barədə başqa heç bir məlumatı yoxdur. Onunla psixotrop maddəni əldə etdiyi üzdən tanıdığı, adını Baba kimi bildiyi şəxsin arasında psixotrop maddələrin dövriyyəsi ilə bağlı heç bir razılıq olmamışdır, həmin şəxsdən yalnız şəxsi istifadəsi məqsədilə psixotrop maddəni əldə etmişdir. İstifadəsində olan mobil telefonunu daima üzərində gəzdirmir. 3 iyul 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə tran İslam Respublikası vətəndaşı Baba adlı şəxsdən psixotrop maddə əldə edən zaman mobil telefonu üzərində olmamış və telefonu ailə üzvlərində olmuşdur. Hazırki istitaq zamanı qeyd etdikləri doğrudur. Mobil telefonunun şifrəsini xatırlamadığından telefonun şifrəsini bildirə bilmir Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan İmaməmmədov Racini xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Xidmət aparan zaman vətəndaşa yaxınlaşaraq, şəxsiyyətini müəyyənləşdirmək istədilər. Cavab vermədiyinə görə şəxsi Binəqədi rayon 5-ci polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs İmaməmmədov Racinin üzərinə videoçəkilişlə axtarış zamanı onun üzərindən narkotik vasitə aşkarlandı. Hadisə 2023-cü il may ayında baş verib. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs İmaməmmədov Raciyə heç bir təzyiq olunmayıb. Narkotik vasitə təqsirləndirilən şəxs İmaməmmədov Racinin özünə məxsus idi. Raci piyada gedən zaman saxlanıldı. Raci onlarda şübhə doğurduğuna görə tərəflərindən saxlanıldı. Elvin adlı şəxs onların əməliyyat tədbirində iştirak etməyib. İfadələrinə başqa əlavələri yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, 05 iyul 2023-cü il tarixdə saat 06:30 radələrində DİN-in ƏÇPA-nin 2-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət göstərən, polis serjantları Şahid2 və Şahid3 ilə birlikdə 9625 saylı avtopatrulla Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati ərazisində xidmət aparan zaman Azadlıq prospektində qaranlıq küçədə 1 nəfər şəxsin əlində fənərlə hərəkət etdiyini görüb sonuncuya yaxınlaşmışdır. Bu zaman həmin şəxsə özlərini təqdim edərək sonuncudan da özünü təqdim etməsini və fənərlə nə axtarmasını soruşmuşdur. Lakin həmin şəxsin qeyri-adekvat cavablar verməsi, özünü şübhəli aparmasından həmin şəxsi 5-ci PBnə dəvət etmişdir. Bu zaman həmin şəxs avtomobili ilə getmək istədiyini dedikdə onlar etiraz etməyərək həmin şəxsi **-GL-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobili ilə 5-ci PB-nə gətirmiş və bu barədə raport tərtib etmişdir. Bölmənin inzibati binasında həmin şəxsin xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Raport tərtib etdikdən sonra Şahid3 əlavə xidmətə cəlb olunduğundan bölmənin inzibati binasını tərk edib getmişdir. Sonra Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Elvin Tanrarverdiyevə təhvil vermişdir. Daha sonra təhqiqatçı Elvin Tanarverdiyev tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah edilərək hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi barədə ərizə verdikdən sonra onların iştirakı ilə video çəkiliş apanlmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də heç bir əşya aşkar olunmamışdır. Lakin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində psixotrop maddə metamfetamin daşıdığını bildirmişdir. Bundan sonra Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elvin Tanarverdiyev tərəfindən 5-ci PB-nin inzibati binasında həyətində Təqsirləndirilən şəxs və onların iştirakı ilə sonuncunun özünə məxsus olduğunu deyərək təqdim etdiyi Mercedes Benz markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı avtomobilin qol altlığından 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd enerji daşıyıcısı olan “power bank”, 02 ədəd elektron siqaret və 01 ədəd bükümdə şəffaf sellofana və ağ rəngli kağıza bükülmüş kütlə, avtomobilin saxlanc yerindən içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd avtomobili idarə etmək üçün etibarnamə, 01 ədəd avtomobil texniki qeydiyyat şəhadətnaməsi, ümumilikdə 1450 manat və 100 ABŞ dolları məbləğində pul əskinasları olan qara rəngli kişi pul kisəsisi aşkar olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobilindən baxış zamanı aşkar olunaraq götürülmüş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadəsi məqsədilə tanımadığı İran İslam Respublikası vətəndaşından 60 manata aldığını bildirmişdir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristalik maddə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan baxış zamanı aşkar olunaraq götürülmüş kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, Təqsirləndirilən şəxs və onlar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində və avtomobilində başqa qanunsuz heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan və bölməyə gətirilən zaman, eləcə də bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən heç bir zor, təzyiq göstərilməmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan İmaməmmədov Racini xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Hadisə günü təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, onu Binəqədi rayon 5-ci polis bölməsinə apardılar. Raci özünü şübhəli apardığına görə tərəflərindən saxlanılmışdır. Raportla bölməyə təhvil vermişlər. Bölmədə Racinin üzərinə videoçəkilişlə şəxsi axtarış həyata keçirildi və üzərindən psixotrop maddə metamfetamin aşkarlandı. Racinin üzərindən aşkarlanan psixotrop maddənin növünün metamfetamin olduğu sonradan bilindi. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid X8 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan İmaməmmədov Racini xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Hadisə günü təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, onu Binəqədi rayon 5-ci polis bölməsinə aparmışlar. Raci özünü şübhəli aparırdı, həmin saatda küçədə heç kim yox idi. Hadisə baş verən zaman səhərə yaxın olardı. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahidlər Şahid2, X8 və Şahid1 ibtidai istintaq zamanı Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış 05 iyul 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxış protokolundan görünür ki, 05 iyul 2023-cü il tarixdə saat 06:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 200 nömrəli ünvanın yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunsa da o, üzərində qeyri qanuni heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq idarə etdiyi **-GL-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobilin salonunda psixotrop maddə olduğunu bildirmişdir. 05 iyul 2023- cü il tarixli « nəqliyyat vasitəsinə baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 5-ci PB-nin inzibati binasında həyətində Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun özünə məxsus olduğunu deyərək təqdim etdiyi Mercedes Benz markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qol altlığından 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd enerji daşıyıcısı olan “powerbank”, 02 ədəd elektron siqaret və 01 ədəd bükümdə ağ rəngli kağıza bükülmüş kütlə, avtomobilin saxlanc yerindən içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd avtomobili idarə etmək üçün etibarnamə, 01 ədəd avtomobil texniki qeydiyyat şəhadətnaməsi, ümumilikdə 1450 manat və 100 ABŞ dolları məbləğində pul əskinasları olan qara rəngli kişi pul kisəsisi aşkar olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs avtomobilindən baxış zamanı aşkar olunaraq götürülmüş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadəsi məqsədilə tanımadığı İran İslam Respublikası vətəndaşından 60 manata aldığım bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salonundan baxış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd büküm qablaşdırılaraq kağız zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, eləcə də onun idarə etdiyi **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə keçirilməsi zamanı videogörüntü çəkilmiş və bütün görüntülər 01 ədəd DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırlmış məhkəmə ekspertizasının 05 iyul 2023-cü il tarixli, 3-16/2-6/3636 sayh rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N? 174” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 8,879 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmədə elan olunub araşdırlmış ambulator məhkəmə-psixiatrik ekspertizanın 11 avqust 2023-cü il tarixli 2238 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərini qavramaq iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş məhkəmə kompyuter-texniki ekspertizanın 27 iyul 2023-cü il tarixli 5/972 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A21S” markalı mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng. LtSMS" mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olubolmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş maddi sübut kimi tanınma qərarından görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 8,879 qram (qalıq 8,829 qr) psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Şəxsi axtarış, eləcə də idarə etdiyi nəqliyyat vasitəsində baxış və götürmə aparılmasına dair 01 ədəd “DVD” diski iş materiallarına əlavə edilmişdir. İstintaq orqanı isə Təqsirləndirilən şəxs bu əməllərini şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış razılaşmaya əsasən o, “Baba” adlı şəxsin göndərdiyi külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib bunun icrası üçün sonuncunun təşkili ilə 8.879 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 180” markalı ** GL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlamaqla daşımışaq kimi qiymətləndirib onun əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri tövsif etmişdir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün onun qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı ona psixi təsirlər edilməsi ilə əlaqələndirdi. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis bölməsində polis əməkdaşlarının ona qarşı psixi zorakılıq etdiyini, üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını, narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmədə onun bu ifadələri araşdırılarkən qismən öz təsdiqini tapdı. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədiylə deyil, fərdi formada, özünün tək narkotik vasitəni satış məqsədi olmadan əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və onune bu məqsədlə başqa şəxslərlə cinayət əlaqəsində olmasıf barədə ittiham tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmadı. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi və üzərindən aşkarlanan narkotik vasitələrin ona aid olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmadı, faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyiyni nəzərə alıb, onun əməllərini həmin maddə ilə tövsüf olunmasını və ona elan olunmuş ittihşamdan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin xaric olunmasını əsəaslı sayır və ittihamdan xaric edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədiyi əməli qəsdən törətməsi qənaətinə gəldiyindən onun təqsirli bilinib bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 65 (altmış beş) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 60 (altmış) saat hüquqi yardıma görə 360 (üç yüz altmış) manat vəsaitin Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə 210 (iki yüz on) manat vəsaitin Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X9 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilməli olması və Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 8,829 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 iyul 2023cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olması və ibtidai istintaq zamanı törətdiyi cinayət əməli barədə etirafedici ifadələr verməsi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2023-cü il tarixli 4396 sayh rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə 210 (iki yüz on) manat vəsait Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X9 ödənilməsi üçün, məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə 360 (üç yüz altmış) manat vəsait Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. O, müdafiə xərclərini ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,829 qram olan psixotrop maddə olan metamfetamin məhv edilsin, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1026/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1026/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver