Məhkəmə qərarları › İş №1(101)-1027/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1027/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1027/2023 13.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 və X3, zərərçəmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Şahid1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci il ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını soyğunçuluq yolu ilə talamış, təkrarən özgənin əmlakını aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədi ilə dələduzluq etmiş, saxlanc yerinə daxil olmaqla özgə əmlakını soyğunçuluq yolu ilə talamış, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə, yəni zərərçəkmiş şəxsin əmlakını tələf etmə hədəsi ilə özgə əmlakını əldə etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə 14 noyabr 2022-ci il tarixdə, saat 04:50 dəqiqədə ünvan 3 ünvanda yerləşən kioskun qapısını əli ilə vurub kilidi sındırıb açaraq qanunsuz olaraq içəri daxil olub saxlanc yeri hesab olunan pulların yığılması üçün nəzərdə tutulmuş yerdən Zərərçəkmiş şəxs4 məxsus 230 manat pul vəsaitini sonuncunun gözü qarşısıda götürüb hadisə yerindən qaçıb uzaqlaşaraq açıq yolla talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 230 (iki yüz otuz) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə 18 noyabr 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X11 Ticarət Birliyinə aid kioskda satıcı işləyən Şahid3 pul stəyib sonuncunun qohumluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 məlumatlı olmasını yalandan bildirib aldatmaqla sonuncuya məxsus 550 manat pulu Şahid3 alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 550 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 19 noyabr 2022-ci il tarixdə, saat 04:00 dəqiqədə Nümayəndə satıcı işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 57 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət departamentinin X11 Ticarət Birliyinə aid kioskda olan müşahidə kameralarına baxmaq adı ilə daxil olub saxlanc yeri hesab olunan pulların yığılması üçün nəzərdə tutulmuş yerdən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeralatı keçidlər Üzrə Ticarət Birliyinə məxsus 580 manat məbləğində pul vəsaitini götürüb oradan uzaqlaşaraq açıq yolla talayıb zərərçəkmiş Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X11 Ticarət Birliyinə ümumilikdə 580 (beş yüz təksən) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, habelə onun əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməklə 20 noyabr 2022-ci il tarixdə, saat 23:30 dəqiqədə ünvan 7 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X11 Ticarət Birliyinə aid 007 saylı kioska gələrək orada satıcı işləyən Şahid2 özünü cinayətkar aləmdə tanınmış şəxslər ilə yaxın əlaqələri olan şəxs kimi təqdim edərək sonucuya zor göstərib kiosku dağıdacağı ilə hədə-qorxu gələrək kassada olan Zərərçəkmiş şəxs1 məxsus 600 manat pulu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 22 noyabr 2022-ci tarixdə saat 10:30 dəqiqədə ünvan 8 ünvanın yaxınlığında piyada səkisinin üzərində lotereya satışı ilə məşğul olan Zərərçəkmiş şəxs3 bir ədədinin dəyəri 9 manat 40 qəpik olan 40 ədəd və bir ədədinin dəyəri 4 manat 70 qəpik olan 40 ədəd lotereya biletlərini alaraq pulunu verməyəcəyini bildirib hadisə yerindən qaçıb uzaqlaşmaqla açıq talayıb zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs3 ümumilikdə 564 (beş yüz altmış dörd) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 01 dekabr 2022-ci tarixdə saat 04:45 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1 ünvanında yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X11 Ticarət Birliyinə aid kioska yaxınlaşıb satıcı Şahid1 kioskda olan pulları ona verməsini bildirib sonuncudan 750 manat pul vəsaitini alıb hadisə yerindən uzaqlaşmaqla açıq talayıb zərərçəkmiş Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X11 Ticarət Birliyinə ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dərman istifadə etdiyinə görə hadisələrin necə baş veridyini xatırlamır. Lakin ittiham aktında göstərildiyi kimi köşklərin birindən 230 manat mələğində pul götürdüyünü, eləcə də Zərərçəkmiş şəxs2 məxsus 550 manat və Şahid2 məxsus 600 manat pulu ələ keçirməsini, Zərərçəkmiş şəxs3 bir ədədinin dəyəri 9 manat 40 qəpik olan 40 ədəd və bir ədədinin dəyəri 4 manat 70 qəpik olan 40 ədəd lotereya biletlərini oğurlamaqla 564 manat pul məbləğində ziyan vurmasını, Xətai prospektindəki köşkdən 750 manat pul götürdüyünü təsdiq edir. Zərərçəkmiş şəxslərdən birinə qarşı hədə qorxu ilə tələb etmə yolu ilə əmlakını ələ keçirməsi epizodu istisna olmaqla digər bütün epizodlarla bağlı ona elan edilmiş ittiham özünü təqsirli bilir. Belə ki, heç kimə münasibətdə hədə qorxu tətbiq etməmişdir. Zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, obyekt onun olduğu üçün vurulan ziyanla əlaqədar zərərçəkmiş şəxs kimi o tanınmışdır. X13 adlı işçisi zəng edərək bir nəfərin onu axtardığını bildirmiş, o, təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə danışarkən sonuncu 6-7 nəfərlə onu gözlədiyini və hadisə yerinə gəlməsini tələb etmişdir. Uzaqda olması səbəbindən ertəsi günü görüşməyi Mehdiyə təklif etsə də onu gözlədiklərini bildirmişdir. Onun sahib olduğu ticarət obyektinə Mehdinin gəlmə səbəblərini aydınlaşdırmaq cəhdləri boşa çıxmışdır. Ramana adlanan ərazidən hadisə yerinə gələnə kimi isə Mehdi içəridən işçiyə hədə-qorxu gələrək 600 manat pulu götürüb, oradan uzaqlaşmışdır. Şahid2 bildirmişdir ki, Mehdi sonuncuya hədə-qorxu gələrək silahının olduğunu qeyd etmişdir. Hadisənin bütün görüntüləri obyektdə yerləşdirilmiş kamera vasitəsilə də qeydə alınmışdır. Kamera görüntülərindən görünmüşdür ki, qapı açılır, işçi çölə çıxır və Mehdi içəri daxil olduqdan sonra pul hesablama maşını ilə sayılaraq sonuncuya verilir. Mehdi içəri daxil olduqdan sonra silahlı olduğunu, müdür ilə probleminin olduğunu bildirmiş, eyni zamanda ətrafı dağıdacağı ilə hədə qorxu gəlmişdir. Satıcı həmin hədə-qorxunun təsiri altında pulu kassadan götürüb sayaraq Mehdiyə vermişdir. O, özü Mehdinin yeddi maşınla obyektin qarşısına gəldiyinə inanmamışdır. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir, sonuncuya qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, Abbaszadə Mehdi hadisə günü ona məxsus 20 yanvar metrostansiyası yaxınlığında yerləşən Həsən bəy Zərdabi küçəsində yerləşən obyektə yaxınlaşmış, özünü oğru aləminin nümayəndəsi kimi təqdim edərək obyektin qapısını qırmağa başlamışdır. Həmin obyektin işçisi zəng edərək onu obyektə çağırmışdır. O, obyektə gəldikdə Mehdi başqa şəxs tərəfindən göndərildiyini, həmin ərazidə hadisə baş verdiyini və köşkdə quraşdırılmış kamera görüntülərinin çıxarılmasının zəruri olduğunu bildirmişdir. Daha sonra onlar Mehdi ilə birlikdə çölə çıxmış, üstü nazik olduğuna görə o, jaketini Mehdiyə vermiş və onu idarə etdiyi avtomobilə mindirərək “Köz Tantuni” dönərin yanında düşürtmüşdür. Daha sonra işçisi ona zəng edərək Mehdinin onun adından istifadə edərək, 550 manat pulu götürərək çıxıb getdiyini bildirmişdir. Onlar obyektdə olan müşahidə kamerasının görüntülərini polis əməkdaşlarına təqdim etmişdirlər. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti ona vurulmuş ziyanın qaytarılmasından ibarətdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Noyabr prospekti 1 ünvanda olan kioskda satıcı işləmişdir. Həmin kiosku Bakı şəhər Ticarət və Xidmət Departamenti X11 Ticarət Birliyinə məxsusdur. Orada əmək müqaviləsi əsasında işləmişdir. Kioskda müxtəlif markalı siqaretlər, sərinləşdirici içkilər və şirniyyatlar satılmışdır. İş saatları hər gün axşam saaı 18 radələrindən növbəti gün saat 06 radələrinə qədər olmuşdur. Aylıq əmək haqqı 600 manatdır. Kioskda müşahidə kameraları vardır və 24 saat kameralarla müşahidə aparılır. İş fəaliyyəti müştərilərin sifariş, yəni istəklərini yerinə yetirməkdir. 01 dekabr 2022-ci il tarixdə saat 04:45 dəqiqədə kioskda olmuşdur. Telefona baxan zaman küçədən səs eşitmiş və kioskdan çıxmışdır. Çıxdıqda bir nəfər cavan oğlan görmüşdür. Həmin şəxs ona işarə edib kioskun sol tərəfinə çağırmışdır. Həmin şəxs ilə birlikdə sol tərəfə keçmişdir. Həmin şəxs onu sorğu-sual etmişdir. Belə ki, adını, soyadını və haradan olmağını soruşmuşdur. Həmin şəxsə cavab verdikdən sonra sonuncu ondan kioskda nə qədər pul olmasını soruşmuş, o, isə ona pulun məbləğini bilmədiyini bildirmişdir. Həmin şəxs üzərində silahı olmasını demiş və ondan qorxmuşdur. Həmin şəxs pulları ona verməyini istəmişdir. Qorxaraq kioska daxil olmuş və orada olan bütün pulları götürüb çıxmışdır. Pulun hamısını həmin şəxsə vermişdir. Həmin şəxs pulu saymaq 750 manat götürüb qalan qismini qaytarıb vermiş və bildirmişdir ki, "qaytardığım pul sənindir, bu pulu götür çıx aradan”. Həmin şəxsə heç nə deməmişdir. Bundan sonra həmin şəxs getmişdir. Həmin şəxs getdikdən sonra sonuncunun qaytardığı pulları kioska qoymuşdur. Sonra bir nəfər şəxs gəlmiş və siqaret istəmişdir. Həmin şəxsə kioskdan bir ədəd siqaret verib pulunu almışdır. Bundan sonra kioskun qarşısında olan taqları içəri qoymuş və kioskı bağlayıb səhər növbəsi gəldikdə kioskı təhvil verib getmişdir. Həmin günü DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, o, təqsirləndirilən şəxsi müştəri kimi tanımış, sonuncu lotoreya bileti almağa gəlmişdir. Hadisə günü təqsirləndirilən şəxs yenidən köşkə gələrək 50 manatlıq lotareya bileti almaq istədiyini bildirdikdə sonuncuya tərəfindən lotoreya bileti satilmadığını vurğulanmışdır. Lakin təqsirləndirilən şəxs köşkün qapısını qırıb, şüşəni söküb dağıtmış, oradan 150 manat pul və 80 manatlıq da lotareya bileti götürərək uzaqlaşmışdır. O, təqsirləndirilən şəxsin əlində soyuq silah görməsə də qolunda soyuq silah olmasını hiss etmişdir. Ona dəyən 230 manat məbləği təşkil edən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o köşkdə olduğu zaman təqsirləndilən şəxs ona yaxınlaşmış və “köşkün” sahibinin kim olduğunu soruşmuşdur. Obyektin sahibinin sabah gələcəyi bildirilsə də təqsirləndirilən şəxsin problem yarandığını və “köşkün” sahibinə zəng etməsini ondan xahiş etmişdir. “Kioskun” sahibi Zərərçəkmiş şəxs1 olmuşdur. O, “kioskun” sahibi ilə əlaqə yaratmış və sonuncu təqsirləndirilən şəxslə telefonla danışmışdır. Cahad ona gələ bilmədiyini və problemi özünün həll etməsini bildirmişdir. O, “whatsapp” vasitəsilə təqsirləndirilən şəxslə Cahadı danışdırmışdır. Mehdi ona üç maşın insanla Gəncədən gəldiyini, Rufo Gəncinskinin xalası uşağı olduğunu və Cahadın böyük bir səhv etdiyini bildirmişdir. O, Mehdiyə səhər gəlməsini, münaqişə yaranmaması üçün köşkdən çıxaraq siqaret və su təklif etmişdir. Mehdi ona kənarda qalmasını və onunla işinin olmadığını, köşkü dağıdacaqlarını, üzərində silahının olduğunu bildirmişdir. Lakin silahın odlu və ya soyuq silah olması barədə heç nə deməmiş, silahı çıxardaraq nümayiş etdirməmiş, pulu götürərkən ona fiziki güc tətbiq etməmiş, ona qarşı təhqiramiz ifadələr səsləndirməmişdir. O, üç maşını ətrafda görməmiş, lakin Mehdinin dediyi sözlərin hamısına inanmışdır.Dağıtmaq dedikdə köşkün avadanlıqlarının və digər məhsulların dağıdılmağını başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o işdə olarkən Mehdi onun müdiri ilə gələrək hadisə baş verdiyini və buna görə də obyektdə olan kameradan video-görüntüyə baxmalı olduğunu, özünün hansısa bir “mafiyanın” üzvü olduğunu bildirmişdir. Mehdi müdirlə getdikdən təxminən 15 dəqiqə sonra yenə geri qayıtmış və ondan 550 manat pul verməsini tələb etmiş, müdirin məlumatlı olmasını bildirmişdir. Gecə olduğu və çəkindiyi üçün qeyd olunan məbləği o Mehdiyə vermişdir. Vurulan ziyan hələ də ödənilməmişdir. Mehdi ondan 550 manat məbləğində pulu istədikdən sonra o, qorxduğu üçün pulun alınma səbəbini soruşmamış və müdirlə qeyd edilə xüsusatı dəqiqləşdirməmişdir. Onun Mehdidən qorxma səbəbi “mafya” adamları ilə əlaqəsinin olmasını bildirməsi olmuşdur. Pul isə iş yerinə məxsus olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin noyabr ayından ünvan 13 ünvanın yaxınlığında piyada səkisinin üzərinə qoyulmuş taxtanın üzərində Azərlotereya satmaqla məşğul olmuşdur. Belə ki, Azərlotereyanı alaraq oraya gətirib qoymuş və satışını həyata keçirmişdir. Sata bilmədiyi lotereyaları isə özü ilə birlikdə evə aparıb səhəri günü satmaq üçün gətirmişdir. Saat 10-11 radələrindən axşam saat 17-18 radələrinə qədər qeyd etdiyi yerdə Azərlotereya satmışdır. Azərlotereyaları özü pulla almışdır. 22 noyabr 2022-ci il tarixdə saat 10:30 dəqiqədə işlədiyi yerdə olan zaman bir nəfər müştəri yaxınlaşıb 40 ədəd 10 manatlıq, 40 ədəd isə 5 manatlıq lotereya biletləri istəmişdir. Bundan sonra bir nəfər də şəxs yaxınlaşıb iki ədəd Azərlotereya istəmişdir. İkinci gələn şəxs iki ədəd Azərlotereya istədiyi üçün ilkin olaraq həmin şəxsi yola salmışdır. Sonra isə digər şəxsin sifarişini yerinə yetirmişdir. Belə ki, ümumilikdə 80 ədəd Azərlotereyaları həmin şəxsə vermiş və 600 manat verməli olduğunu bildirmişdir. Lakin həmin şəxs pul verməmiş və demişdir ki, pul verməyəcək. Həmin şəxsdən pulu verməsini xahiş etdikdə sonuncu "ala bilirsənsə gəl görüm nətər ala bilirsən” ifadələrini işlətmişdir. Həmin şəxsdən pulunu bir daha istədikdə sonuncu cibindən qara rəngli tutacağı olan bıçaq çıxarıb göstərib sakit qalmağını bildirmişdir. Sonra isə həmin şəxs qaçaraq Bakı Metropolitenin “20 Yanvar" stansiyası istiqamətinə getmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində daha sonra göstərmişdir ki, həmin şəxsi tanımış və görmüş, lakin adını və soyadını bilməmiş, sonradan öyrənmişdir ki, o, Təqsirləndirilən şəxs Hüseyn oğludur. Mehdi yaşadığı yəni, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayır. Hadisədən sonra Mehdinin yaşadığı evə gedərək sonuncunu səsləmiş, lakin atası çıxıb Medinin evdə olmadığını bildirmişdir. Həmin hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, lotereyaları pulunu ödəyərək almışdır. Hadisə nəticəsində ümumilikdə 564 manat maddi ziyan dəymişdir. Belə ki, 10 manatlıq lotereya biletinin bir ədədinin maya dəyəri 9 manatlıq 40 qəpik, 5 manatlıq lotereya biletinin bir ədədinin maya dəyəri isə 4 manat 70 qəpik təşkil etmişdir. Təqsirləndirilən şəxs onu vurmamış, xəsarət yetirməmiş, sonuncu yalnız cibindən bıçaq çıxarmış və sakit qalmağını demişdir. Mehdi ona hədə-qorxu gəlməmiş, xəsarət yetirəcəyini bildirməmiş, xəsarət yetirməklə hədələməmiş və ona qarşı zor tətbiq etməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Nümayəndə ifadələrindən görünür ki, ünvan 14 ünvanda yaşamışdır. 2021-ci ilin dekabr ayından Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentində satıcı işləmişdir. Belə ki, həmin vaxtdan ünvan 15 ünvanda yerləşən Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin tabeliyində olan kiosku işlətmişdir. 19 noyabr 2022-ci il tarixdə saat 04 radələrində kioskda olan zaman bir nəfər şəxs gələrək özünü kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan şəxsin bibisi oğlu kimi təqdim edərək işlədiyi ərazidə bibisi nəvəsinin bıçaqla qətlə verirdildiyini və sonuncunun nəşini tapa bilmədikləri üçün kioskun müşahidə kamerasına baxmaq istədiyini bildirmişdir. Polis əməkdaşlarının icazəsi olmadan kameraya baxa bilməyəcəyini bildirmişdir. Daha sonra tanımadığı şəxsin təkid etdiyini görüb özünə məxsus mobil telefonla işlədiyi kioskda satıcı işləyən Şahin adlı şəxsə zəng etmiş və baş verənlər barədə dedikdən sonra onunla danışması üçün mobil telefonunu tanımadığı şəxsə vermişdir. Həmin şəxs Şahinlə danışdıqdan sonra bildirmişdir ki, Şahin görüntülərə baxmasına razılıq vermiş və həmin şəxs kioska daxil olmuşdur. Bundan sonra həmin şəxs kioskda quraşdırılmış kamerada olan görüntülərə baxmış və bundan sonra demişdir ki, Şahin ona hörmət etdiyinə görə qarşılığında o da sonuncuya hörmət edəcək, yəni pul verəcəkdir. Bu sözləri dedikdən sonra həmin şəxs kioskdan pullar olan yerdən 4 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq pul əskinasları götürmüş, yaxınlıqda saxladığı özünə məxsus avtomobildə 500 manatlıq pul əskinasının olduğunu, həmin 500 manatlıq pul əskinası xırdalayıb Şahinə hörmət edəcəyini demişdir. Həmçinin tanımadığı şəxs demişdir ki, 100 manat da xırda pul versin, ona da hörmət edəcəkdir. Pullar saxlanılan yerdən 3 ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinasları götürüb həmin şəxsə vermiş və onlar birlikdə kioskdan küçəyə çıxmışlar. Bundan sonra həmin şəxs 20 manat pul vermiş və onlar birlikdə köşkdən 100-150 metr aralanan zaman qorxmuş və kioskda olan soyuducunun qapısının açıq qalmasını bəhanə edərək kioska tərəf qayıtmışdır. Tanımadığı həmin şəxs isə kioskdan götürdüyü 580 manat pulu qaytarmamış və bundan sonra onun hara getməsini bilməmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Abbasov X5 daha sonra göstərmişdir ki, həmin hadisə zamanı sonradan adının Mehdi olduğunu bildiyi şəxs xəsarət yetirməmiş və bu səbəbdən də heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Hadisə zamanı Mehdinin əlində bıçaq və yaxud da digər hər hansı bir əşya görməmişdir. Lakin, həmin vaxtı Mehdi sağ əlini cibindən çıxartmadığına görə sonuncunun sağ cibində hansısa əşya saxlamasından şübhələnmişdir. Lakin hadisə baş verən zaman Mehdinin əlində heç bir əşya olmamışdır. Mehdinin sağ əli əynindəki şalvarının sağ cibində olsa da, sonuncu cibindən silah çıxarmamış, həmin silahla, ümumiyyətlə hər hansı bir əşya və yaxud predmetlə hədələməmiş, xəsarət də yetirməmişdir. Hadisə nəticəsində satıcı kimi işlədiyi Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə 580 manat ziyan dəymişdir. Hadisə baş verən zaman yaxınlıqda heç kim olmadığına görə hadisənin şahidi olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Zərərçəkmiş şəxs2 18 noyabr 2022-ci il tarixli ərizəsi, eyni tarixli “Baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 18 noyabr 2022-ci il tarixdə ona məxsus köşkdən ondan xəbərsiz, lakin sonuncunun adından istifadə etməklə 550 manat pul alaraq uzaqlaşmış şəxs barəsində müvafiq qanuni tədbirlər görülməsi barədə ərizəsinə əsasən keçirilmiş baxış istintaq hərəkətləri ilə müəyyən edilmişdir ki, hadisəsi Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 17 ünvanda köşkdə baş vermişdir. Zərərçəkmiş şəxs2 isə ərizəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir(cild 2, iş vərəqə 20-22, 23). Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən köşkdən 18 noyabr 2022-ci il tarixdə gecə saatlarında baş vermiş hadisənin videogörüntülərini əks etdirən “DVD” formatlı diskdən görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda yerləşən köşkə daxil olmuş və 550 manat məbləğində pulu götürərək oradan uzaqlaşmışdır (cild 1, iş vərəqə 61-62). 21 noyabr 2022-ci il tarixli ərizədən, eyni tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Nümayəndə satıcı kimi işlədiyi ünvan 18 ünvanda yerləşən köşkə 19 noyabr 2022-ci il tarixdə saat 04:00 radələrində köşkdə olan müşahidə kameralarına baxmaq adı ilə daxil olub əlini cibinə salaraq cibində silah varmış kimi görüntü yaradaraq kassadan 600 manat məbləğində pul vəsaitini götürüb oradan uzaqlaşan şəxs barəsində qanuni tədbirlərin görülməsi barədə ərizəsinə əsasən keçirilmiş baxış istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, cinayət hadisəsi ünvan 18 ünvanda yerləşən kioskda baş vermişdir. Nümayəndə ərizəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 177, 181-184). 24 noyabr 2022-ci il tarixli “Şəxsin tanınması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 3 nəfər şəxs ilə birlikdə zərərçəkmiş şəxs Nümayəndə tanınmaya təqdim edilmiş, sonuncu ümumilikdə 4 nəfər şəxsin arasında Təqsirləndirilən şəxs tanıyıb əli ilə göstərərək 19 noyabr 2022-ci tarixdə işlədiyi kioskda 580 manat pul götürən şəxs olmasını bildirmişdir ( cild 1, iş vərəqə 225- 227). 24 noyabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Abaszadə X7 ifadəsi yerində yoxlanılması zamanı o, 9 noyabr 2022-ci il tarixdə saat 04:00 dəqiqədə ünvan 19 ünvanda yerləşən kioska daxil olub oradan 580 manat pulu götürməsini deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq edib hadisə yerini göstərmişdir. (cild 1, iş vərəqə 233-235). Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən təqdim edilmiş DVD formatlı diskdə qeydə alınmış video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 04:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 57 ünvanında yerləşən kioska daxil olmuş və pulların yığılması üçün nəzərdə tutulmuş yerdən 580 manat məbləğində pulları götürüb oradan uzaqlaşmışdır ( cild 2, iş vərəqə 15-16). 21 noyabr 2022-ci il tarixli ərizədən, eyni tarixli “Hadisə yerində baxış keçirilməsi haqqında” protokolundan və ona əlavə edilmiş foto şəkillərldən görünür ki, Şahid2 işlədiyi Səbail rayonu, Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən qəzet və siqaret satılan köşkə bir nəfər şəxsin yaxınlaşaraq 600 manat pulunu alıb qaytarmayan şəxs barəsində müvafiq qanuni tədbirlər görməsini xahiş etməsi barədə ərizəsinə əsasən keçirilmiş baxış istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, hadisə yeri Səbail rayonu, Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yolun sol kənarında səkinin yanında yerləşən yaşıl rəngli köşkün qarşısıdır. Vətəndaş Şahid2 ərizəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir ( cild 1, iş vərəqə 92, 96-97). 26 noyabr 2022-ci il tarixində “Diskə baxış keçirilməsi haqqında” protokoldan və müşahidə kameralarında qeydə alınan videogörüntülərdən görünür ki, ünvan 20 ünvanda yerləşən köşkdə müşahidə kameralarında 20 noyabr 2022-ci il tarixdə axşam saatlarında qeydə alınaraq köçürülmüş DVD diskdə 4 ədəd “mp4” formatları aşkar edilmişdir. Həmin görüntülər 20 noyabr 2022-ci il tarixdə axşam saatlarında qeydə alınmışdır. Birinci görüntüdə iki nəfər şəxs yolun kənarında köşkün qarşısında dayanaraq söhbət etmişlər, onların hər ikisi siqaret çəkmiş, ikinci görüntüdə köşkün kassası açıq haldadır, kassada müxtəlif əskinazlar vardır, kassanın yanında iki nəfər şəxs dayanmış, həmin şəxslərin yalnız əlləri görsənmiş, onlardan biri kassada olmuş əskinaslardan götürmüş, sonra isə bir qismini kassaya qoymuş, əlində olan pulları isə sayaraq kassaya qoymuş, sonra yenidən kassadan pullardan götürüb sayaraq pulları kassaya qoymuş, daha sonra yenidən kassada olan pullardan götürüb sayaraq yerinə qoymuş, bundan sonra kassanın yuxarı hisssində olan pullardan götürərək saymış, üçüncü görüntüdə kioskun qarşısında birinci görüntüdə olan iki nəfər şəxsin köşkə daxil olmasını və köşkün içərisində açıq halda içərisində pullar olan kassaya yaxınlaşır, dördüncü görüntüdə yalnız köşkün qarşısı görsənir. Baxış zamanı də Mehdi Əlihüseyn oğlu bildirmişdir ki, həmin şəxslərdən biri o, digər şəxs isə işləyən satıcıdır, pulları kassadan götürən özüdür və görüntü cinayət hadisəsini əks etdirir (cild 1, iş vərəqə 144). 26 noyabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması zamanı o, 26 noyabr 2022-ci il tarixdə saat 23:30-da Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən kioskda işləyən satıcıya hədə-qorxu gələrək kassadan 450-500 manat məbləğində pulu götürməsini deyərək ifadəsini göstərdiklərini bir daha təsdiq edib yerini göstərmiş, bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərzəqə 156- 158) 22 noyabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs3 ərizəsi, eyni tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, lotoreya satışı ilə məşğul olduğu 3-cü mikrorayon dairəsində yerləşən köşkə yaxınlaşaraq ondan 600 manat lotereya bileti əldə etmiş, lakin biletlərin ödənişini verməkdən imtina etmiş, bıçaq nümayiş etdirərək hadisə yerindən uzaqlaşmış şəxslər barəsində qanuni tədbirlər görülməsini xahiş etməsi barədə Zərərçəkmiş şəxs3 ərizəsi əsasında aparılmış baxış istintaq hərəkəti əsasında müəyyən edilmişdir ki, hadisə yeri Azərlotoreya məntəqəsinin quraşdırıldığı yer,yəni, ünvan 13 ünvandan 20 yanvar metrostansiyası istiqamətinə gedən yolun piyada səkisidir (cild 2, iş vərəq 75, 78-79). 25 noyabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs4 ərizəsi, eyni tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, satıcı kimi işlədiyi köşkə qanunsuz daxil olaraq köşkdən ona məxsus 230 manat pulu soyğunçuluq yolu ilə talamış şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etməsi barədə Zərərçəkmiş şəxs4 ərizəsinə əsasən keçirilmiş baxış istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, cinayət hadisəsi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən kioskda baş vermişdir. Zərərçəkmiş şəxs4 ərizəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 112, 113-116). 29 noyabr 2022-ci il tarixli “İfadələrin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Abaszadə X7 ifadəsi yerində yoxlanılması zamanı o, 14 noyabr 2022-ci il tarixdə saat 04:50 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində olan kioska daxil olub oradan 230 manat pulu götürməsini deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq edərək hadisə yerini göstərmişdir (cild 2, iş vərəq 136-139). Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində olan kioskda 14 noyabr 2022-ci il tarixdə baş vermiş hadisənin videogörüntülərini əks etdirən DVD diskə baxış keçirilməsi haqıqnda 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilmiş disk "DVD” formatlıdır, disk açıldıqda içərisində 02 ədəd “mp4” formatları aşkarlanmış, həmin 02 ədəd “mp4” formatları özündə görüntüləri əks etdirmiş, birinci görüntü 09 dəqiqə 58 saniyə, ikinci görüntü isə 10 dəqiqədən ibarətdir. Birinci görüntüdə bir nəfər üzü tüklü şəxs kioska yaxınlaşaraq başını kioskun kiçik pəncərəsindən içəri daxil edərək satıcı ilə danışmış, sonra həmin şəxs kioskun sol tərəfinə keçmiş, bir neçə dəqiqə sonra şəxs yenidən kioskun qarşısına gəlmiş, həmin şəxs yenidən başını kioskun pəncərəsindən içəri daxil etmiş, sonra isə əllərini pəncərədən içəri daxil etmiş, kioskun satıcısı ona mane olmaq istəmiş və onun əlindən tutub kioskun pəncərəsindən geri itələyir, həmin şəxs də yenidən kioskun sol tərəfinə keçmiş, bir neçə dəqiqə sonra həmm kioskun satıcısı ilə kioskun qarşısına çıxıb söhbət etmiş, sonra onlar ikisidə kioska olmuş, daha sonra ilkin olaraq həmin şəxs, arxasınca isə satıcı kioskdan çıxmış, görüntüdə kioskun içərisində satıcı əyləşmiş, bir nəfər şəxs kioskun pəncərəsindən içəri daxil etmiş və satıcı ilə danışmış, həmin şəxs satıcıya kiçik kardon təqdim etdikdən sonra həmin şəxs getmiş, satıcı qalxaraq qapıya yaxınlaşmış, sonra isə əyləşmiş, həmin şəxs yenidən pəncərənin qarşısına gəlmiş və başını pəncərədən kioska daxil etmiş, əlini pəncərədən içəri daxil etmiş, bu zaman satıcı onun əlindən tutmuş və onu çıxarmaq istəmiş, sonra həmin şəxs getmiş və kioskun içərisinə daxil olmuş, şəxsin başında papaq vardır, o, kioskdakı əşyaları götürüb yoxlamış, sonra o, satıcı ilə kioskdan çıxır, daha sonra geri qayıtmış və pulları götürür. Baxış zamanı Abaszadə X12 bildirmişdir ki, həmin şəxslərdən biri o, digər şəxs isə kioskda işləyən satıcıdır, pulları kassadan götürən şəxs özüdür və görüntüdə cinayət hadisəsi törətməsi əks olunur (cild 2, iş vərəqə 159-160). 01 dekabr 2021-ci il tarixli “Raport”dan görünür ki, Bakı şəhəri Xətai rayonu 8 noyabr prospekti Ağ çiçəyim gül salonu ilə üzbəüz köşkdən Şahid1 zəng edərək həmin gün saat 04:00-05:00 radələrində işlədiyi köşkə gələn 2 nəfər şəxsin ona silah göstərərək kassadakı 600-700 manat pulu götürüb getmələri barədə məlumat vermişdir (cild 1, iş vərəqə 4). 01 dekabr 2022-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid1 adlı şəxs müraciət edərək 01 dekabr 2022-ci il tarixdə saat 04:45 radələrində işlədiyi Xətai rayonu, 8 noyabr prospekti, 1 ünvanında yerləşən köşkə 2 nəfər şəxsin yaxınlaşaraq özlərini kriminal aləmin üzvü kimi təqdim edərək belindəki silahı göstərərək ona hədə qorxu gəlib köşkdən 600-700 manat arası pulu götürdüklərini, həmin şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (cild 1, iş vərəqə 5). 31 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X1 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 111 ünvanda, ünvan 22 H.B.ünvan 4 ünvanda və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində olan kiosklarda cinayət törədilməsini əks etdirən 04 ədəd “DVD” disklərin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınması müəyyən edilmişdir (cild 1, iş vərəqə 200-221). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinə görə cinayət məsuluyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuşdur. Saxlanc yerlərinə qanunsuz olaraq girməklə müşaiyət olunan soyğunçuluq əməli isə Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə tövsif olunur. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə əməlinin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 17-ci bəndinin məzmunundan görünür ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Həmin Qərarın 18-ci bəndində isə göstərilir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CMnin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara – cinayət işi materillarına əlavə edilmiş DVD disklərə, təqsirləndirilən şəxs, şahid və zərərçəkmiş şəxsin ifadələrinə, üzləşdirmə protokollarına əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 230 (iki yüz otuz) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etməsi, Zərərçəkmiş şəxs2 məxsus 550 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 57 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeralatı keçidlər Uzrə Ticarət Birliyinə məxsus 580 manat məbləğində pul vəsaitini saxlanc yerinə daxil olmaqla soyğunçuluq yolu ilə talaması, Zərərçəkmiş şəxs1 məxsus 600 manat pulu hədə-qorxu ilə tələb edərək ələ keçirməsi, Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 564 (beş yüz altmış dörd) manat məbləğdə pul vəsaitini soyğunçuluq yolu ilə talaması, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1 ünvanında yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X11 Ticarət Birliyinə məxsus 750 (yeddi yüz əlli) manat məbləğdə pul vəsaitini soyğunçuluq yolu ilə talaması sübuta yetirilmişdir.Onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri tövsif edilmişdir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, gənc olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olması, gənc olması kimi barəsində olan yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sanksiyalarında nəzərdə tutulmuş həddlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplama yolu ilə toplanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeralatı keçidlər Uzrə Ticarət Birliyinə məxsus 580 manat məbləğində pul vəsaitini götürüb oradan uzaqlaşaraq açıq yolla talama epizodu üzrə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 204), 24 noyabr 2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş (Cild 2, iş vərəqə 7-10), 25 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus 600 manat pulu hədə-qorxu ilə tələb edərək ələ keçirməsi epizodu üzrə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 133), 26 noyabr 2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş (Cild 1, iş vərəqə 162), 01 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu , 8 Noyabr prosepktində yerləşən köşkə məxsus 750 manat məbləğdə pul vəsaitini soyğunçuluq yolu ilə talaması epizodu üzrə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 26), Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 1 dekabr 2022-ci ildən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 76-80). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxil edilir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək, 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəza müddətinə hesablanmalı, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli və sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablanmalıdır (cild 1, iş vərəqə 76-80). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış müvafiq cinayət hadisələrinə dair videogörüntüləri əks etdirən 04 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi müvafiq olaraq dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 44 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il, Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.3-ci maddələri ilə 3 (üç) il, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək, 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla onun üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut qismində tanınmış 04 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş 44 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi 5 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar