Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1027/2025 16.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixində Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, azərbaycanlı, məhkum olunmamış, Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Mədən 14A, nömrəli evdə yaşamış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə aralarındakı pul mübahisəsi zəminində yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə sonuncunun qardaşı Şahid2 və digər qohumlarının arvadlarının guya fahişəliklə məşğul olduqlarına dair onda olan məlumatları camaat arasında yayacağı, Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi ilə hədələmiş və 2022-ci ilin may ayının ortalarından etibarən Zərərçəkmiş şəxs 50.000 (əlli min) manat məbləğində pul tələb etmişdir. Eyni zamanda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı şəkildə və hissə-hissə olmaqla xx.xx.2022-ci ildə saat 18:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında sonuncudan 10.000 (on min) manat, xx.xx.2022-ci ildə saat 18:00 radələrində Zərərçəkmiş şəxs övladı Şahid1 həmin ünvanında 10.000 (on min) manat, xx.xx.2023-cü ildə saat 18:00 radələrində isə eyni ünvanda onun qanunsuz hərəkətlərindən və cinayətindən xəbərsiz olan öz qohumu Şahid6 vasitəsilə Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək sonuncuya ümumilikdə 30.000 (otuz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ona “whatsapp” proqramı vasitəsi ilə “dünyada qohuma, əqrəbaya, dosta sənin kimi şərəfsiz adam varsa, o da sənsən” deyə mesaj göndərmiş, o isə “mən səndən pulumu istəyirəm. Sən oturub mənə nə deyirsən. Şərəfsizlikdən danışırsan. Şərəfsizliyə qaldıqda gəl baxaq görək sənsən şərəfsiz, ya mən. Sənin qohumunun, yəni qaynının, qardaşının, onların arvadının dalınca danışırdın, onların ailəsi barədə sözlər deyirdin. Utan, sənin dostun Nicatın uşaqları sənə baba deyirdi, sən onun arvadının dalınca danışırdın. Sən mənə niyə şərəfsizlikdən danışırsan. Sən mənə şərəfsizlikdən danışa bilmərsən” deyə səsli mesaj göndərmişdir. O, Zərərçəkmiş şəxs “mənim pulumu verməsən sənin dediklərini yayacam” deməmiş, sadəcə “sən mənə şərəfsiz deyirsən? Gəl çıxaq camaatın içinə görək, qohuma-əqrabaya sənsən şərəfsiz, ya mən?” demişdir. Qarşı tərəf bununla bağlı sübut təqdim edərsə, o, bütün məsuliyyəti qəbul edəcəyini bildirmişdir. Əksinə onun qızının sinif yoldaşları ilə son zəngi qeyd edib oynadığı videosunu Zərərçəkmiş şəxs arvadı qızının nişanlısına göndərmiş, nəticədə qızının nişanı pozulmuşdur. Zərərçəkmiş şəxs bir gün onlara gəlib, “sənin qızının ağzını yuman olacaq, yoxsa mən yumum?” deyə bildirmiş, o da “mən sənin yoldaşına əmin nəvəsi əl atanda mən onun qeyrətini qorumuşam. Oğlanı səhərəcən döymüşəm. Bu, mənim qeyrətim, o da sənin” deyərək sonuncunu evdən qovmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, ifadəsində bildirmişdir ki, o, ev tikinti və təmiri üzrə elektrik, santexnik və malyar işləri üzrə ustadır. 2009-cu ildə mənzilini təmir etdirən İ.F. Quliyevi tanımış və həmin vaxtdan dostluq etmişdir. Sonuncu 2018-ci ildə ünvan 2 ünvanında Fəxrəddin adlı şəxsdən 4 sotu 80.000 (səksən min) manata torpaq sahəsi almış, bir müddət sonra ona həmin torpaq sahəsində 14 mənzildən ibarət bina tikməyə başlamışdır. Zərərçəkmiş şəxs bütün maddi xərcləri çəkmiş, o da bacardığı işləri özü, bacarmadıqlarını isə nəzarət etdiyi ustalara gördürüb binanı qazancına şərik tikmişdir. Belə ki, binanın elektrik və santexnik işlərini tək işləmiş, beton işlərini tanıdığı iş yoldaşlarına etdirmiş, binanın kosmetik oboy işi isə qalmışdır. O, Zərərçəkmiş şəxs ilə evlər satılandan sonra qalan gəliri aralarında böləcəklərinə dair razılaşmışdır. Sonra onların ailələri arasında münasibət korlanmış, sonuncuyla aralarında inciklik yaranmışdır. Zərərçəkmiş şəxs ona binanı satacağını bildirmiş, o isə təkcə oboy işinin qaldığını, onu da hazır etdikdən sonra binanı satmağı və gəliri aralarında bölüşdürməyi təklif etmişdir. Zərərçəkmiş şəxs ona «sənə nə qədər çatacağını hesabla, mənə de, mən də verim» deyə bildirmiş və səhəri günü əvvəlkinə 50.000 (əlli min) manata məsələni bağlamağı təklif etmiş, Zərərçəkmiş şəxs də razılaşmışdır. O, whatsapp proqramı vasitəsilə Zərərçəkmiş şəxs mobil telefonuna səs göndərib “50.000 (əlli min) manat pul verməlisən” demiş, sonuncu da ona evi 50.000 (əlli min) manata satmalı olsa da, onun pulunu verəcəyini bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxslə aralarında yaranmış narazılıqdan sonra o, yalnızca gördüyü işlərin pulunu, yəni sadəcə 50.000 manatı istəmişdir. Həmin binada bir çox işləri-elektrik, santexnik və beton işlərini, ara işlərini özünün görməsinə, həyətdə 50 tonluq su hovuzu qurmasına baxmayaraq, özünün material yığdığı anbarda gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs və sonuncunun oğlunu onun mallarına guya onların malları imiş kimi işarə qoyarkən tutmuşdur. Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən boyun qaçırmış, aralarındakı narazılıq böyümüş, hətta sonuncunun oğlu Rəşad və dostları onu 2022-ci ildə Günəşlidə və Qaraçuxurda döymüş və ona “atamdan pul istəsən, hər gün başıva oyun açacaq” deyə bildirmişdir. Lakin ailələrin ağsaqqalları danışmış, Zərərçəkmiş şəxs qardaşı İbrahim ona dava etməmələrini bildirərək əvvəlkinin 50.000 (əlli min) manat pulu ona verəcəyinə dair söz vermiş, bu zaman dayısı oğlu Ağababa da orada olmuşdur. Zərərçəkmiş şəxs pulu verməkdən boyun qaçırmış, ona «10.000 manat verim, qutaraq» deyə bildirmişdir. O, aldadıldığını görüb 10.000 (on min) manata razılaşıb ilk olaraq 10.000 (on min) manatı almış, daha pul istəməyəcəyinə dair ona söz vermiş, lakin niyyəti pulun hamısını ondan almaq olmuşdur. Bir müddət keçdikdən sonra yenə 10.000 (on min) manat aldıqdan sonra yenə də pul almayacağına dair söz versə də, yenidən Zərərçəkmiş şəxs pulu istəmiş və sonuncu 3-cü dəfə xalası oğlu Yaşara 10.000 (on min) manatı ona çatdırması üçün vermişdir. Həmin pulu götürəndə də bir daha pul istəməyəcəyinə dair söz versə də, yenidən Zərərçəkmiş şəxs ona çatası pulu istəmiş, nəticədə onların qarşılıqlı mübahisələri yaranmış, birbirilərinə qarşı təhqiramiz ifadələr, söyüşlər işlətmişlər. Sonuncu ona «sən demişdin daha pul istəmiyəssən» deyə bildirəndə o «sən də, qardaşın da məni aldadıb kişi kimi söz vermişdiz, lakin məni aldatdız və mən də sizi ona görə aldatdım» deyə bildirmişdir. Yenə aralarında mübahisələr başlamış, xx.xx.2024-cü il tarixində Zərərçəkmiş şəxs səsli mesaj göndərərək pis sözlərlə onu tezdən qapılarının qarşısına çağırmış, o da sözünü deyib pulunu almaq üçün xx.xx.2024-cü il tarixində tezdən onların qapısının qarşısına çıxmış, bu zaman Zərərçəkmiş şəxs ilə oğlu onu döymüş, o da DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Aldığı xəsarətlərdən halı pisləşmiş, təcili tibbi yardım gəlib ona ilk yardım göstərmiş və o, polis bölməsinə dəvət olunmuşdur. Zərərçəkmiş şəxs ona whatsapp proqramı vasitəsilə səsli mesajlar göndərərək “alçaq” və “şərəfsiz” kimi təhqirlər edəndə o da əvvəlkinə “bütün şərəfsizliyi sən eləmisən” deyə cavab vermiş və eyni zamanda Zərərçəkmiş şəxs bütün qohumları barəsində dediyi pis sözləri sonuncuya xatırladaraq «bax gör, sənsən şərəfsiz, yoxsa mən» deyə qeyd etmişdir. Əslində isə o, Zərərçəkmiş şəxs hər hansı hədə-qorxu gəlməmiş, yalnızca özünə düşən payı istəmiş, öz qohumları barəsində pis sözlər deyən Zərərçəkmiş şəxs olmuşdur. Küçədə mübahisə zamanı o, avtomobilindən telefonu götürüb 102-yə zəng edən zaman Rəşadla Zərərçəkmiş şəxs onu yenə döyməyə başlamış, sonuncu onun avtomobilindən bıçağı götürmüşdür. O, usta olduğu üçün avtomobilində bıçaq, kəlbətin və tikinti alətləri olmuşdur. Qonşusu Cavanşir onu Zərərçəkmiş şəxs əlindən almışdır. O, Zərərçəkmiş şəxs evində işləyən müddət ərzində cəmi 500 (beş yüz) manat pul almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, borcla bağlı məhkəmədə iddia qaldırmamış, binanın satışı ilə bağlı Zərərçəkmiş şəxslə söhbət edən zaman sonuncuya ona 50.000 min manat borcu olduğunu bildirmiş, Zərərçəkmiş şəxs də “narahat olma, 50.000 min manata da olsa, satıb, sənin pulunu verəcəyəm”- deyə ona mesaj göndərmişdir. Sonuncu onu bloka atdığı üçün o, pulunu istəmək məqsədilə hər dəfə fərqli nömrələrdən zəng etmişdir. Zərərçəkmiş şəxs ona “10.000 (on min) verim, əl çək” deyə bildirmiş, o əvvəl razılaşsa da, sonradan yenə də pulunun qalan hissəsini istəmişdir, çünki Zərərçəkmiş şəxs üç il yarım onu “biz şərikik” deyə aldatmışdır. O, məhz özünü şərik olaraq gördüyü üçün binada elektrik, santeknik, binanın fasad boyasın işləmiş, kanalizasiya borusu çəkmiş, evin içinin “styaşkasını” çəkmiş, qəlibçilərlə işləmiş, bu işlərə görə heç bir pul məbləği almamışdır. Zərərçəkmiş şəxs onun 63 min manat borcnunun olmasını bildiyindən, o, sonuncuya whatsapp proqramı vasitəsilə səsli mesaj göndərərək bildirmişdir ki, bina 1100 kvadratdır, adama 250 min manat qazanc düşür, lakin o həmin pulu deyil, borcunu ödəyə bilməsi üçün 50 min manatı istəmişdir. O, Zərərçəkmiş şəxslə sonuncunun oğlunu onun anbarında tutandan sonra aralarındakı münasibətlər kəskinləşmişdir. O, Zərərçəkmiş şəxs arvadı, qardaşlarının arvadları və ya digər qohumları barədə dedikləri ilə əlaqəli ona heç bir hədə-qorxu və ya xatırlatma etməmiş, bu məzmunda da heç bir mesaj göndərməmiş və zəng etməmişdir. Zərərçəkmiş şəxs ona “sən qohum əqrəbaya şərəfsizsən” deyə bildirəndə o, cavabında “sən qaynının dalınca belə demisən, mən onları yığıb deyərəm ki, baxın, görün, Zərərçəkmiş şəxs şərəfsizdir, ya mən?” deyə bildirmişdir. Bu sözləri də məhz Zərərçəkmiş şəxs sözlərinə cavab olaraq bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs işinə ədalətli baxılaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, sonuncunu 2011-ci ildə evini təmir etdirən zaman “prorab” kimi tanımışdır. 2020-ci ildə Suraxanı rayonu, Mədən küçəsində mülkiyyətində olan 3 sot torpaq sahəsində yerləşən satmaq məqsədi ilə 4 mərtəbəli ev tikdirməyə başlamış, Təqsirləndirilən şəxs həmin evin tikintisində ona usta tapıb gətirmiş və sonuncuya ustaları gətirib işlətdiyinə görə ustaların pullarını vermiş, lakin Təqsirləndirilən şəxs hansı ustaya nə qədər pul verdiyini bilməmişdir. O, sonuncunun özünə də 2-3 gündən bir ən azı 200 (iki yüz) manat pul vermişdir. Təxminən 2021-ci ilin noyabr ayında evi tikib qurtarmış və təmir işlərinə başlamış, bunun üçün təxminən 400.000 (dörd yüz min) manata yaxın pul xərcləmiş, Təqsirləndirilən şəxs da işlərini görməkdə kömək etmişdir. Lakin sonuncunun tikintidən tikinti materiallarını oğurlayıb aparması, əliəyri olmasını görüb onu tikintidən uzaqlaşdırmışdır. Belə ki, evin tikilməsində usta olan Mirzə işini bitirdikdən sonra dörd kub taxtanın olmadığını, həmin taxtaları Təqsirləndirilən şəxs evində gördüyünü bildirmişdir. Taxtaların kimin olduğunu soruşduqda sonuncu ona Mirzənin taxtaları olduğunu bildirmiş, bu zaman Mirzə də bu faktı təsdiqləmişdir. Lakin Təqsirləndirilən şəxs Naxçıvanda olanda Mirzə ilə birlikdə kafeyə getmiş, orada bir daha taxtaların ona məxsus olub-olmamasını soruşmuş, Mirzə isə bu dəfə həmin faktı inkar edərək taxtaların ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Naxçıvandan gələndən sonra onun yanında yenə Mirzədən taxtaları soruşanda sonuncu fikrini dəyişib taxtaların özünün olduğunu bildirmişdir. Eyni zamanda malyar ona Təqsirləndirilən şəxs ehtiyatlı olmasını, sonuncunun evinin arxasına baxmasını tövsiyə etmiş, o da Təqsirləndirilən şəxs evinin arxasından qonşunun həyətinə profillərin daşındığını görmüş, sonuncuya yaxınlaşıb sadəcə salam vermiş, Təqsirləndirilən şəxs isə dərhal ona bildirmişdir ki, “bunlar sənin profillərin deyil”. O da həmin daşınmanı videoya çəkmiş, axşam da oğluyla birlikdə özündə olan profili də götürüb padvala gedib baxmış, həmin profillərin onun olduğunu anlamış və onları da sayıb videoya çəkmişdir. Padvaldan çıxanda isə Təqsirləndirilən şəxs onları görüb oğurluqla ittiham etmiş, lakin onların əllərində heç nə olmamışdır. O, Təqsirləndirilən şəxs niyə profillərini oğurladığını soruşanda sonuncu ilə mübahisələri yaranmışdır. 2022-ci ilin may ayında o, müştəri tapıb evi ziyanına satmış, Təqsirləndirilən şəxs onun evi satmasından və pulu olmasından xəbər tutaraq evdə gördüyü işlərə görə sonuncuya əlavə 50.000 (əlli min) manat pul verməsini istəmişdir. O isə sonuncunun və ustaların pulunu tam ödədiyini, başqa pul verməyəcəyini dedikdə Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək qardaşı İbrahimin arvadı, dostlarının və qayınlarının arvadları haqqında, guya, sonuncunun yanında əxlaqsız sözlər danışmasını həmin şəxslərə deyəcəyi ilə hədələmiş və bununla da ondan 50.000 (əlli min) manat pul tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs whatsapp tətbiqi vasitəsilə ona mütəmadi hədə-qorxu məzmunlu yazılı və səsli mesajlar göndərmiş, o isə sonuncuya hər hansı borcunun olmadığını, bütün işlərin pulunu verdiyini, heç bir ustaya, fəhləyə borcunun olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs “neçyə olurolsun, 50.000-ə də olur-olsun evi satıb sənin zəhmət haqqın nədisə, onu verəcəm” demiş, əslində isə sonucunun gördüyü işin qiyməti o olmamış, həmçinin, Təqsirləndirilən şəxs işləyərkən hər dəfə pulunu vermişdir. Lakin sonuncu yenə də əl çəkməyərək onun həyətinə, banka, balon atmağa başlamış, o da məcbur qalıb evinə kamera qoymuşdur. Bu zaman Təqsirləndirilən şəxs kameranın onun həyətini çəkdiyini iddia edərək onunla yenə də dalaşmışdır. Təqsirləndirilən şəxs hədə-qorxularına davam etdiyindən və sonuncunun şər niyyətli olmasını bildiyindən, eləcə də, qohumları və yaxınları, onların ailələri barədə onun guya əxlaqsız söhbətlər danışmasını yayaraq onu biabır edəcəyindən ehtiyat edərək 3 dəfə olmaqla (hər dəfə 10.000) ümumilikdə ona 30.000 (otuz min) manat nağd pul vermiş, sonuncu isə hər dəfə də pulu alarkən ona bir daha pul tələb etməyəcəyinə dair söz vermişdir. Buna baxmayaraq bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ondan yenidən pul tələb etmişdir. Belə ki, ilk dəfə, 2022-ci il may ayının ortalarından Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etməyə başlamış, 14 iyun 2022-ci ildə axşam təxminən saat 18:00 radələrində Təqsirləndirilən şəxs onun Suraxanı rayonu, Mədən küçəsi 14A saylı həyət evinə gəlmiş və ilk dəfə orada o, sonuncuya birinci 10.000 (on min) manatı vermiş, Təqsirləndirilən şəxs bir daha pul istəməyəcəyinə dair söz vermişdir. Təqsirləndirilən şəxs bir ay sonra yenidən ona mesajlar göndərərək, zənglər edərək ondan pul tələb etməyə başlamışdır. Sonuncu ona müxtəlif nömrələrdən zəng edərək “pulu niyə vermirsən, sənin oğlunun başına oyun açacam” deyə hədə-qorxu gəlmiş, o, zəng gələn nömrələri dəfələrlə bloka atsa da, Təqsirləndirilən şəxs yeni nömrələrlə zəng etməyə davam etmişdir. Bir dəfə telefonuna gələn nömrəni “Getcontact” proqramında axtarışa verəndə orada adı “polisin qənimi” çıxmışdır, nömrənin kimə məxsus olduğunu bilməmişdir. Ondan pul tələb edildiyi üçün bununla bağlı polisə də şikayət etmiş, izahat yazmışdır. Sonra ondan yenə pul tələb edəndə Təqsirləndirilən şəxs “5.000 (beş min) manat verim məndən əl çək” deyə bildirmiş, razılaşmadığına görə sonuncuya əlavə 10.000 (on min) manat verəcəyini və bundan sonra pul tələb etməyəcəyinə söz verməsini istəmiş, Təqsirləndirilən şəxs da bu barədə ona söz vermişdir. Həmin sözü aldıqdan sonra sonuncuya inanıb 31 iyul 2022-ci il tarixdə yaşadığı həyət evində oğlu Rəşada 10.000 (on min) manat pulu verib qonşuluqda yaşayan Təqsirləndirilən şəxs aparmasını tapşırmış, Rəşad da aparıb pulu əvvəlkinin həyətində özünə vermiş və bir daha onları narahat etməməsini bildirmişdir. Bundan sonra da bir neçə ay boyunca Təqsirləndirilən şəxs onu rahat buraxmamış, 2023-cü ilin təxminən aprel-may ayından sonuncu pulu qurtardıqdan sonra yenidən ona whatsapp proqramı vasitəsilə mesajlar göndərərək qaldığını iddia etdiyi 30.000 (otuz min) manat pulu tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs pulu vermədiyi halda yaxınları və tanışlarının həyat yoldaşları barədə əxlaqsız sözlər danışması barədə məlumatı yayacağını deyib yenidən ona hədə-qorxu gəlmişdir. Bu zaman o, sonuncunun xalası oğlu Yaşara bu barədə danışmış, sonuncunun araya girərək üçüncü 10.000 (on min) manat pulu Təqsirləndirilən şəxs aparmasını və ondan bir daha pul tələb etməyəcəyinə dair söz almasını xahiş etmişdir. 14 iyul 2023-cü ildə Yaşar onun yanında olarkən Təqsirləndirilən şəxs ilə danışıb bildirmişdir ki, onun hazırkı danışığı səs yazısına qeyd etdiyini, pulu aldıqdan sonra Zərərçəkmiş şəxs əl çəkməsini bildirmiş, Təqsirləndirilən şəxs da razılaşmışdır. Lakin sonuncu yenə də ondan əl çəkməyərək ona səsli mesajlar və smslərlə və müxtəlif tanımadığı nömrələrdən zənglər edərək hədə-qorxu gəlməyə davam etmişdir. 1 sentyabr 2024-cü ildə Təqsirləndirilən şəxs onların məhlələrində onun Mercedes S35 markalı avtomobilinin qarşısını Ford markalı avtomobili ilə kəsərək ailə üzvlərini təhqir etmiş və ona «otur mənim avtomobilimə gedək söhbət eliyək» deyə bildirmiş, o etiraz edən zaman onunla bir yerdə olan Rəşad Təqsirləndirilən şəxs «söyüş söymə evdə qadınlar var, qonşular eşidir» deyə irad bildirmişdir. Həmin vaxt sonuncu Rəşadın sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş və Rəşad da bundan sonra onu itələmiş və Təqsirləndirilən şəxs yerə yıxılmışdır. Bundan sonra sonuncu “ata-bala ikinizi də güllələyəcəm” deyə bildirərək avtomobilinə qaçıb oturacaqların arasındakı qolaltı hissəni açmaq istəmiş, həmin vaxt orada odlu silah olmasından qorxub oğlu ilə Təqsirləndirilən şəxs tutmuş və sonuncunu avtomobilindən çıxartmışlar. O, tez oturacaqlar arasındakı qolaltı hissəyə baxmış, orada taxta dəstəkli çörək bıçağının olduğunu görmüş və Təqsirləndirilən şəxs onlara zərər vura bilməsin deyə həmin bıçağı götürmüş, eləcə də 102 xidmətinə bu barədə məlumat vermişdir. Polislər gəlib onları bölməyə aparmışdır, lakin Təqsirləndirilən şəxs da 102 xidmətinə zəng etdiyi üçün sistemdə məlumat verən kimi sonuncunun adı qeydə alınmışdır. Onun Təqsirləndirilən şəxs ilə şərikli işi olmamış, sonuncu evinin tikintisinə öz tanıdığı ustaları gətirmiş, ustalarla qiymət danışıb ona bildirmiş, o da həm ustaların, həm də Təqsirləndirilən şəxs zəhmət haqqını tam ödəmişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs ustalarla ona dediyindən az qiymət demiş, ondan aldığı artıq pulu isə özünə götürmüşdür. Sonuncunun onun üçün pulsuz işləməmiş və onların aralarında Təqsirləndirilən şəxs 50.000 (əlli min) manat pul verəcəyi barədə heç bir razılaşma olmamışdır. Təqsirləndirilən şəxs heç bir borcunun qalmamasına baxmayaraq, sonuncu “Sən ölümdən it kimi qorxursan, mən ölümdən qorxmuram, sənin qabağından qaçsam, şərəfsizəm” kimi nalayiq ifadələr işlətmiş, onun, guya, qardaşı İbrahimin arvadının əxlaqsız olması, yaxınları Rəhim və qaynı Natiqin kombinatdan oğurluq etməsi barədə yanında danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona “onları bir yerə yığıb and içib deyəcəm sən nə şərəfsizlik etmisən” deyə qışqıraraq onu yaxınlarının yanında nüfuzdan salacağı barədə hədələmişdir. Hətta bir dəfə türmədən kimsə ona zəng edərək “Bayramın pulun ver” deyə bildirmiş, o, Təqsirləndirilən şəxs 30.000 (otuz min) manat pul verməklə bu hərəkətlərini bitirməsini tələb etmiş, lakin sonuncu söz verməsinə baxmayaraq təhdidlərini davam etdirmişdir. Bundan başqa, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun guya qaynı, qaynının yoldaşları, qardaşı İbrahimin arvadının, işçiləri Fuadın yoldaşının fahişəliklə məşğul olması barədə danışdığını və bu sözləri deməsini gedib onlara çatdıracağını bildirmiş, əslində isə o, yalnızca Fuadın arvadından qorxduğunu bildirmiş, heç vaxt o cür ifadələr işlətməmişdir. Aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs onun səsini yazıb-yazmadığını bilmir. Təqsirləndirilən şəxs ona həmçinin pulunu verməsə, birinin türməyə, birinin isə qəbirə gedəcəyi barədə hədə-qorxular gəlmiş, o, bununla bağlı polisə şikayət etmişdir. Təqsirləndirilən şəxslə binanı şərikli tikməmişlər, çünki sonuncu binanın tikilməsinə pul qoymamış, yalnızca iş icraçısı olmuş, lakin bununla bağlı heç bir müqavilə bağlamamışlar. Təqsirləndirilən şəxs ondan pulu guya binanın tikilməsində elektrik, sanitexnik işləri gördüyünə görə tələb etmiş, işə başlayanda isə sonuncu ona binanın tikilməsində kömək edəcəyini və əvəzində isə sadəcə gündəlik dolanışığını verməsini bildirmiş, o da həm gördüyü işləri ödəmiş, həm də iş görməsə belə, pula ehtiyacı olduqda, arvadı öldükdə dost olduqlarına görə pul vermişdir. Sentyabr ayının 1-də Təqsirləndirilən şəxs onun qardaşına guya arvadı haqqında xoşagəlməz sözlər dediyini bildirmiş, qardaşı isə əvvəlkinə inanmamışdır. Birinci dəfə 10.000 (on min) manat pulu verəndə Təqsirləndirilən şəxs ona əziyyətinin pulunu istədiyini bildirmiş, ikinci dəfə 10.000 (on min) manatı istəyəndə isə müxtəlif nömrələrlə zəng edib onu təhdid və təhqir etməyə, oğlunun əsgərliyə gedəcəyini xatırladaraq başına oyun açacağını, həmçinin, guya, dediyi nalayiq ifadələri də qohumlarına, digər şəxslərə də deyəcəyini bildirmiş, üçüncü dəfə də eyni hədə-qorxuları gəlmişdir. Səs yazısında təqsirləndirilən şəxsə 100 min, 200 min manatı məcazi mənada demiş, həmçinin, onu bezdirdiyindən 50 min manata da olsa, satıb pulunu verəcəyini desə də, gördüyü işlərin dəyəri qat-qat aşağı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxsla o, qohumdurlar, belə ki, onun qızı əvvəlkinin qaynına ərə getmiş, o da bu səbəbdən ehtiyat edərək əvvəlkindən şikayət etməmiş, pulu verib söhbətin böyüməməsinə çalışmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs verilmiş pullar 2022-ci ilin iyun ayından başlayaraq 2023-cü ilin 14 iyul tarixinədək davam etmiş, lakin o, polis orqanlara sonuncu barədə şikayəti 2024-cü ildə etmişdir. Daha sonra zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının təmin edilməsini və Təqsirləndirilən şəxs layiqli cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 4-5 il öncə Sadiq adlı usta vasitəsi ilə tanımış, binanın tikintisində fəhlə işləmiş, Təqsirləndirilən şəxs ona günü 25 manatdan pul vermişdir. 20 gün işlədikdən sonra Təqsirləndirilən şəxs tikintiyə gəlmiş, Zərərçəkmiş şəxs onunla tanış etmiş, sonuncunun torpaq və tikintinin sahibi olmasını ona bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəlkinin dostu olmasını və qazanca şərik olmasını ona demiş, lakin Zərərçəkmiş şəxs bu barədə heç bir söz eşitməmişdir. O, binanın tikintisində 8 ay işləmiş, Zərərçəkmiş şəxs ustaların pulunu Təqsirləndirilən şəxs vermiş, sonuncu da onlara pullarını ödəmişdir. Təqsirləndirilən şəxs tikintiyə heç bir pul xərcləməmiş, binanı Zərərçəkmiş şəxs tikdirmiş, xərcləri də sonuncu çəkmişdir. Şahid11 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bir il yarım Zərərçəkmiş şəxs tikdirdiyi binada işləmiş, ona maaşı Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə şərik olduqlarını, sonuncunun xərcləri çəkdiyini, qalan işlərə nəzarəti isə əvvəlkinin etdiyini, özünün maaş almadığını, evdən qazanclarının çox olması üçün əlindən gələni edəcəyini ona bildirmiş, onların şərik olması ilə bağlı digər işçilərdən də eşitmiş, əvvəlkilərin arasında 50.000 (əlli min) manat borc məsələsinin olması barədə isə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxslə problemləri olması barədə heç nə deməmiş, o, hədə-qorxu barədə məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 10 ildir tanıyır, onlarla Qaraçuxur qəsəbəsində qonşudur. O, Zərərçəkmiş şəxs Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14Q ünvanda 4 mərtəbəli yaşayış binasını satmaq məqsədi ilə tikdirdiyini, Təqsirləndirilən şəxs binanın tikintisində prorab kimi işlədiyini bilmişdir. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs ona həmin binanı satmaq istədiyini bildirmiş, onunla 350 (üç yüz əlli) min manata razılaşaraq binanı rəsmi çıxarışla almışdır. O, binanı alan zaman Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs binanın sahibi olduğunu, əvvəlkinin isə binanın tikintisində prorab kimi işlədiyini, Zərərçəkmiş şəxs maaşları vaxtlı-vaxtında ödədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs pulu olmayan şəxs kimi tanımışdır. Binanı aldıqdan sonra santexnik, elektrik, alçipan işlərinin görülmüş olmasına baxmayaraq onların bərbad vəziyyətdə olduğunu görüb yenidən düzəltdirmiş, Zərərçəkmiş şəxs də bu barədə məlumat vermiş, o isə ustalara nəzarəti Təqsirləndirilən şəxs etdiyini və sonuncunun Zərərçəkmiş şəxs aldatdığını bildirmişdir. Şahid7 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona ziyana düşdüyünü, binanı sata bilmədiyini bildirmiş, bina qüsurlu tikildiyindən ona ucuza satmışdır. Həmin binada çökmə təhlükəsi olmuş, santexnik və elektrik işlərini yenidən özləri görmüşdür. O, binanı 350 min manata almağa razılaşmış, lakin daha sonra qaraj çökdüyü üçün 30 min manatı ümumi məbləğdən kəsmişdir. O, kolonla bağlı Təqsirləndirilən şəxs sual vermiş, sonuncu o məsələyə Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs cavabdeh olduğunu bildirmişdir. O, binanı alanda ilk əvvəl Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs da müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur və sonuncunun vasitəsilə Zərərçəkmiş şəxslə tanış olmuşdur və bir neçə illərdir ki, yaxın münasibətləri yaranmışdır. Sonradan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs söhbətlərindən əvvəlkinin Zərərçəkmiş şəxs Qaraçuxur qəsəbəsində tikdirdiyi evdə tikinti işləri gördüyünü öyrənmiş, lakin konkret olaraq nə iş gördüyünü bilməmişdir. 2023-cü ilin təxminən iyul ayının ortalarında Zərərçəkmiş şəxs onu çağırmış və ona Təqsirləndirilən şəxs Qaraçuxurdakı evində prorab kimi ona kömək edib bəzi işlər də gördüyünü, sonuncuya iki dəfə 10.000 (on min) manat məbləğində pul versə də, yenə də ondan pul tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin ondan Təqsirləndirilən şəxs ilə danışmasını və sonuncunun bir daha pul tələb etməyəcəyi təqdirdə sonuncu dəfə 10.000 (on min) manat pul verəcəyini bildirməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs yanında Təqsirləndirilən şəxs ilə telefonda danışmış və əvvəlki onların danışığını öz telefonuna qeydə almışdır. Həmin danışıq zamanı o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs növbəti dəfə 10.000 (on min) manat pul verəcəyini, bundan sonra sonuncudan pul istəməyəcəyi barədə söz verməsini istəmiş, Təqsirləndirilən şəxs da razılaşmışdır. Bunun səhəri günü saat 10:00-da o, Zərərçəkmiş şəxs həyətinə gəlmiş, sonuncu ona 10 (on min) manat pul vermiş, o da həmin pulu Təqsirləndirilən şəxs apararaq sonuncuya Zərərçəkmiş şəxs pul istəməməsini və aralarında olan münasibətləri bərpa etməsini bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs sonuncudan yenə də pul tələb etdiyini bildirmiş, bir daha pul istəməyəcəyinə dair söz verdiyini xatırlatmış, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs də çoxlu sözlər verdiyini, lakin əməl etmədiyini bildirmişdir. O da bu cavabdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yola gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ev təmiri ilə məşğul olur, Zərərçəkmiş şəxs yaşadığı və tikdirdiyi evin yaxınlığında yaşayır, sonuncunu və Təqsirləndirilən şəxs 7-8 ilə yaxındır ki, qonşu kimi tanıyır. O, atası rəhmətə gedəndə Zərərçəkmiş şəxs 600 manat pul almış, pulu qaytara bilməyəndə sonuncu ona yeni tikilən evində iş təklif etmiş və 2021-ci ildə evinə alçipan vurmuş, lakin dəqiq nə qədər alçipan alınmasını və nə qədər alçipan işlənməsini bilməmişdir. Həmin tikilidə işləyərkən Təqsirləndirilən şəxs onun işinə heç bir əlaqəsi olmamış, sonuncu orada iş gedərkən Zərərçəkmiş şəxs tapşırığını yerinə yetirmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs evində tikintidə sonuncu ilə Təqsirləndirilən şəxs arasında profil oğurluğu ilə bağlı söhbət olmuş, lakin o, sonuncu tərəfindən hər hansı profil və taxta oğurlamasını görməmişdir. Gördüyü işin pulunu həmişə Zərərçəkmiş şəxs özü ona vermiş və pula görə aralarında narazılıq olmamışdır. Təqsirləndirilən şəxs həyətinə qonşu kimi gedib gələrkən orada bir miqdarda taxta olmasını görmüş, lakin taxtaların haradan əldə edildiyini bilməmişdir. Bu söz-söhbət zamanı Zərərçəkmiş şəxs mütəxəssis çağırmış, sonra ondan işlədiyi yerə nə qədər profil vurduğunu yazıb göstərməsini istəmiş, o da iş görüldükdən sonra dəqiq ölçünü aparmağın mümkün olmadığını bildirmişdir. O, tikinti işlərinə nə qədər profil işlətməsini, eləcə də tulladığı qırıq profillərin sayını dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs usta tapmaqda, həmçinin evin tikintisində santexnika və elektrik işləri görməkdə ustalara kömək etmişdir. Şahid3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs pula görə Zərərçəkmiş şəxslə mübahisə etməsini sonradan sözsöhbət çıxdıqdan sonra bilmişdir. O, əvvəlkilərin şərik olmaları və aralarındakı borc məsələsi barədə heç nə bilməmişdir. Bəzən ona pul lazım olanda o, bunu Təqsirləndirilən şəxs demiş, sonuncu da Zərərçəkmiş şəxs pulu alıb ona vermişdir. O. Təqsirləndirilən şəxs zəhmət haqqısının 50.000 manat olması və həmin pulu Zərərçəkmiş şəxs istədiyini eşitsə də, faiz və hədə-qoxu barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs bir dəfə sərxoş vəziyyətdə onun yanına gəlmiş və Təqsirləndirilən şəxs da çağırmış, sonra onun qolundan tutub “mən sənin yanında Bayram haqqında nə danışmışam ki, gedib Bayrama demisən ki, onun danışdıqlarını danışsam, burda qan düşər” deyə bildirmişdir. O da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ailəsi haqqında danışmadığını, sonuncunun Zərərçəkmiş şəxs evində işləyə-işləyə oğurluq etməsi və s. barədə Zərərçəkmiş şəxs ona dediyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs Naxçıvandan gələndə Zərərçəkmiş şəxs onları üzləşdirmiş, guya onun Təqsirləndirilən şəxs həyətində olan taxtaların Zərərçəkmiş şəxs məxsus olduğunu sonuncuya dediyini bildirmiş, o isə belə bir söz demədiyini qeyd etmişdir. O, həmçinin Zərərçəkmiş şəxs qardaşı İbrahimi tanımış, sonuncunun həyətində iş görmüş, əvvəlkinin qardaşının həyat yoldaşı haqqında xoşagəlməz söz deməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, döşəmə ustasıdır, Zərərçəkmiş şəxs təxminən beş il öncə tanımış, sonuncu 2020-ci ildə ona Suraxanı rayonu, Mədən küçəsində yerləşən torpaqda 4 mərtəbəli ev tikdirməyə başladığını və evin tavan işlərini gördürmək istədiyini bildirmiş və onlar kvadratı 4 manatdan polu vurmağa razılaşmışlar. Növbəti gün o işə gələndə Zərərçəkmiş şəxs onu Təqsirləndirilən şəxsla tanış edib işdə olanda nə lazım olsa, sonuncuya deməsini bildirmişdir. Təqsirləndirilən şəxs işə başladığı gündən ona süni problemlər yaratmağa başlamış, işığı gücləndirərək elektrik alətlərinin xarab olmasına səbəb olmuşdur. O, dərhal Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermiş, sonuncu gəlib işığı düzəltmiş və Təqsirləndirilən şəxs etdiyini qəbul etməyəcəyini bildirirərək sonuncuya heç nə deməməsini qeyd etmişdir. Təqsirləndirilən şəxs ustalara nəzarət etmiş və axşam iş qurtaran zaman Zərərçəkmiş şəxs gələndə əvvəlki ustaların pullarını alaraq ustalara vermişdir. Orada işləyən zaman tanımadığı üç usta gəlmiş, bu zaman Təqsirləndirilən şəxs da orada olmuş, ustalardan biri ondan polu neçəyə vurduğunu soruşmuş, o da polun kvadratını 4 manata vurduğunu bildirmişdir. Həmin usta onların Təqsirləndirilən şəxsla tavanın kvadratını 8 manata razılaşdıqlarını, ev yiyəsindən kvadratı 8 manatdan pul alacağını və həmin puldan sonuncunun da özünə pay götürəcəyini qeyd etmiş, o isə Zərərçəkmiş şəxs hörmət edib 4 manata razılaşdığını bildirmişdir. Növbəti gün o, ustanın dediklərini Zərərçəkmiş şəxs demiş, sonuncu Təqsirləndirilən şəxs ustalara nəzarət etdiyini və sonuncunun pulunu vaxtında verdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs dəfələrlə burda taxtaların çatmadığını, oğurluq ehtimalını bildirəndə sonuncu Təqsirləndirilən şəxs orada prorab olduğunu və oğurluq etməyəcəyini bildirmişdir. Təxminən 5-6 ay sonra Zərərçəkmiş şəxs zəng edərək nə vaxt işə gəlməli olduğunu soruşmuş, sonuncu da ona Təqsirləndirilən şəxs haramçılıq etdiyini, evi isə satdığını bildirmişdir. Şahid5 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədələməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs ona binanın tikintisindən sonuncuya 50.000 (əlli min) manat çatmalı olduğunu və Zərərçəkmiş şəxs bu pulu istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, sonuncu tikdiyi evi satdıqdan sonra Təqsirləndirilən şəxs onu evlərinin yanına çağıraraq həyətindəki yarımtikilinin zirzəmisinə aparıb profilləri göstərmiş və “sənin qardaşın deyir ki, mən bunları oğurlamışam. Lakin mən bunları dostumdan ucuz olduğuna görə almışam” deyə bildirmişdir. Həmin profillər Zərərçəkmiş şəxs aldığı profillərdən olmuş, Təqsirləndirilən şəxs ona sonuncudan alacağı olduğunu bildirmiş, o da Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs qohum olduqlarını xatırladaraq qardaşıyla sonuncuya pul verməsi üçün danışacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs həmçinin Zərərçəkmiş şəxs özü ona pulunu verməsə, pulu sonuncudan necə alacağını bildiyini qeyd etmişdir. Həmin günün sabahı qardaşını razı saldıqdan sonra Təqsirləndirilən şəxs 10.000 (on min) manat pul aparmışdır. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ildən qonşu kimi, qardaşı Zərərçəkmiş şəxs vasitəsilə tanımışdır. Təxminən 2018-ci ildə Zərərçəkmiş şəxs Suraxanı rayonu, Mədən küçəsində 3 sotda yerləşən torpaq sahəsində 4 mərtəbəli ev tikdirməyə başlamış, Təqsirləndirilən şəxs da ustaları tapıb gətirmiş və sonunculara pullarını çatdırmışdır. Bu işlərinə görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul ödəmiş, əvvəlkilərin hər hansı şərikliyi olmamışdır. Hələ bina tikilən zaman Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs tikintidən əvvəlkinin profillərini, taxtalarını oğurladığını, bunu video çəkdiyini və artıq əsəbləri dözmədiyindən evi satacağını bildirmişdir. Zərərçəkmiş şəxs həmin binanı ziyanına satsa da, sonuncudan Təqsirləndirilən şəxs hədə-qorxu gəlməklə məcburi sürətdə 10.000 (on min) manat pul almışıdır. 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ona zəng edərək evinə çağıraraq arxa tərəfdəki yarımtikilyə aparmış, sonuncunun xalası oğlu Ağababa da orada olmuşdur. Əvvəlki ona yerdə olan profilləri göstərib həmin profilləri tanışından aldığını, lakin sonuncunu oğurluqla ittiham etdiyini qeyd etmişdir. O, Təqsirləndirilən şəxs «ay Bayram sənin tanışının zavodu var? bu boyda profilləri neynirsən?» deyə bildirəndə sonuncu «ucuz almışam, baha satacam» deyə bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bunun üçün sübutu olub-olmadığını soruşmuş, sonuncu ona «sən kimsən mən sənə sübut eliyim» deyə bildirmiş nəticədə bir az sözlü mübahisələri olmuşdur. Təqsirləndirilən şəxs ona “10.000 manat pul almışam və İqbaldan 40.000 manat cıra-cıra alacam və almağın yollarını da bilirəm” deyə bildirmiş, o, sonuncunu sakitləşdirmək istəmiş, Zərərçəkmiş şəxs ziyan etdiyini, pandemiya dövründə və Təqsirləndirilən şəxs həyat yoldaşı rəhmətə gedən zaman sonuncuya maddi yardım etməsini xatırlatmış, Təqsirləndirilən şəxs isə fikrindən dönməmişdir. Ona görə də sonuncuya Zərərçəkmiş şəxslə bir az da pul verməsi üçün danışacağını bildirmişdir. Ağababa ona demişdir ki, «bunu razı yola salın, yoxsa bu söhbət çox çəkəcək davalar olacaq». O da sakitçiklik olması və Təqsirləndirilən şəxs hədə-qorxu gəlməməsi üçün Zərərçəkmiş şəxs 10.000 (on min) manat da alıb sonuncuya verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şantaj etməyə davam etmişdir. O, əvvəlkinin usta olması, avtomobilində bıçaq və başqa xəsarət yetirmək üçün lazım olan alətlər ola biləcəyindən Zərərçəkmiş şəxs ehtiyatlı olmasını tapşırmışdır. Zərərçəkmiş şəxs ilə danışdıqdan sonra sonuncu oğlu Rəşada 10.000 (on min) manat pulu Təqsirləndirilən şəxs aparması üçün vermiş, sonuncu da pulu almışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs müxtəlif nömrələrdən zənglər edilərək hədə-qorxular gəlinmiş və beləcə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs növbəti dəfə 10.000 (on min) manat pulu almışdır. xx.xx.2024-cü il tarixində də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşısını kəsdiyi üçün aralarında dava olmuş, dava zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaq istəyərkən sonuncunun oğlu Rəşad qabağa keçmişdir. Daha sonra Təqsirləndirilən şəxs sonuncunu vurduğundan Rəşad da Təqsirləndirilən şəxs əllə vurmuş və sonuncu yerə yıxılmış, qonşu Cavanşir onları ayırmışdır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs onun həyat yoldaşı haqqında əxlaqsız danışdığını bildirmiş və o, sonuncuya əsəbləşərək “alçaq-alçaq danışma” bildirmiş və əvvəlkilərin arasında şəriklik olmadığını xatırlatmışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 50.000 manat pul verəcəyi barədə heç nə deməmiş, bunun əksinə əvvəlki ilə söhbətlərində qardaşının heç bir borcunun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ailəsi və rüsvay edici məlumatlar yayacağı ilə hədələyərək sonuncudan ümumilikdə 30.000 manat pul almışdır. Şahid Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul vermədiyi təqdirdə sonuncunun əvvəlkinə nəsə edə biləcəyindən narahat olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarındakı davaya görə 32-ci polis bölməsinə izahat üçün çağırılmış, oranın həyətində, həmçinin bir neçə dəfə Təqsirləndirilən şəxs ona “sənin qardaşın sənin ailənin dalıyca danışır” deyə bildirərək ona Zərərçəkmiş şəxs tutduracağını qeyd etmiş, lakin sonuncunun onun ailəsi haqqında konkret olaraq nə dediyini qeyd etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona 50.000 (əlli min) manat borcunun olduğunu bildirəndə Zərərçəkmiş şəxs əvvəlkinin həmin məbləğdə iş görmədiyini bildirərək sadəcə 10.000 (on min) manat pul göndərmişdir. Təqsirləndirilən şəxs tikintidən oğurluq etməsinin şahidi olmamışdır. Sonuncu özü ona demişdir ki, “Günəşlinin kruqunda bir nəfərin vurub dişin tökdüm”. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 30.000 (otuz min) manat pulu sonuncudan qorxduğu üçün vermişdir. Təqsirləndirilən şəxs həmçinin ona “Nicata, Fuada və digər şəxslərə gedib deyəcəm ki, İqbal sizin arvadlarınız haqqında danışıb” deyə bildirmişdir. Zərərçəkmiş şəxs eşitdiklərinə əsasən bir gün türmədə olan adam Zərərçəkmiş şəxs zəng edərək hədə-qorxu gəldiyi üçün sonuncu üçüncü dəfə Təqsirləndirilən şəxs 10.000 (on min) manat pul vermişdir. Birinci dəfə 10.000 (on min) manat pulu Zərərçəkmiş şəxs özü, ikinci dəfə onun təkidiylə, üçüncü dəfə də türmədə olan şəxsin hədəsi ilə vermişdir. Zərərçəkmiş şəxs eşitdiklərinə əsasən Təqsirləndirilən şəxs “pulu almağın yolları var. Mən o pulu alacağam” deyə bildirdiyindən onlar sonuncunun Zərərçəkmiş şəxs zərər vurmasından qorxmuşlar. Profillərin oğurlanması məsələsi ilə bağlı heç yerə şikayət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 10 ildir ki tanımışdır, 2021-ci ildə sonuncu onu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən evin malyar işlərini görməyə çağırmışdır. Təqsirləndirilən şəxs həmin tikintiyə baxış keçirilən zaman prorab kimi tanımış, sonuncu evi gəzdirərək ona görəcəyi işləri izah etmiş, bir otağı göstərib bütün otaqların divarlarının düz olduğunu qeyd etmiş, o da 3 manatdan razılaşmışdır. Sonradan evdə problemlərin və divarlarda əyriliklərin çox olduğunu görüb və işləmək istəmədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə “bütün otaqlara baxardın, indi işləri təhvil verməlisən” deyə bildirmiş və onlar dəfələrlə mübahisə etmişlər. O, sonuncunun dəfələrlə tikinti materiallarını öz həyətinə daşıdığını görərək bu barədə Zərərçəkmiş şəxs demiş, sonuncu da bu hadisəni video görüntüyə çəkmişdir. O, evdə işlədiyi sahəyə uyğun pulunu almaq istəyəndə Təqsirləndirilən şəxs ona demişdir ki, «sən işlədiyin kvadratdan 1000 kvadrat artıq İqbala de, həmin pulu İqbaldan al, artıq pulu mənə çatacaq və İqbala heç nə demə». Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olduğu üçün sonuncuya zəng edərək onun işlədiyi sahəni ölçməsini bildirmiş, Zərərçəkmiş şəxs gəlib özü ölçdükdə və Təqsirləndirilən şəxs planı baş tutmamışdır. Həmçinin Zərərçəkmiş şəxs materialların daşınmasına görə fəhlələrə verməsi üçün Təqsirləndirilən şəxs pul versə də, sonuncu həmin pulu cibinə qoyaraq materialları onlara daşıtdırmışdır. Orada işlədiyi zaman Zərərçəkmiş şəxs Mirzə adlı ustanın pulunu Təqsirləndirilən şəxs vasitəsi ilə, onun pulunu isə şəxsən özünə vermişdir. Həmin binanı Zərərçəkmiş şəxs tikdirmiş, bütün materialların və ustaların pullarını sonuncu vermişdir. Təqsirləndirilən şəxs yalnız ustalara nəzarət etmiş, sonuncu özü heç bir iş görməmiş, o, binanın sahibi kimi Zərərçəkmiş şəxs tanımışdır. Onun yanında sonuncu Təqsirləndirilən şəxs 500 (beş yüz) manat pul vermiş, lakin sonuncu daha sonra ona pul verilməsini inkar etmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında hər hansı şəriklik və əvvəlkinin sonuncuya borcu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs atasından birinci dəfə tikintidə haqqının olması əsası ilə pul istəmiş, buna görə də atasının verdiyi 10.000 (on min) manat pulu əvvəlkinə aparmışdır. İkinci dəfə yenə pul istəyəndə atasının verdiyi növbəti 10.000 (on min) manat pulu aparıb Təqsirləndirilən şəxs vermiş, lakin sonuncu əl çəkməyərək yenə pul istəmiş, bununla bağlı dəfələrlə zənglər etmiş, mesajlar göndərmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun qardaşı və işçilərinin arvadlarına söyüş söydüyünü, Zərərçəkmiş şəxs pulu verməsə həmin şəxslərə bu məlumatı deyəcəyi barədə hədə-qorxu gəlmişdir. O, bütün bunlar baş verərkən atasının yanında olmuş, səs yazılarını, danışıqları eşitmiş, atası da ona bu barədə danışmışdır. Təqsirləndirilən şəxs ikinci dəfə pul istəyəndən sonra atasına hətta başqa-başqa nömrələrdən atasına zənglər vuraraq hədə-qorxu gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vasitəsilə tanısa da, sonuncu ilə birbaşa ünsiyyəti olmamışdır. xx.xx.2024-cü ildə təxmini 9 radələrində evdən səs-küyə çıxmış, Təqsirləndirilən şəxs onu çağıraraq döyüldüyünü bildirmiş, Təqsirləndirilən şəxs yerdə uzandığını, Zərərçəkmiş şəxs və sonuncunun oğlu Rəşadın ayaq üstə kənarda dayanmasını görmüşdür, sonuncuların Təqsirləndirilən şəxs xəsarət yetirdiyini, əllərində hər hansı kəsici alət olmasını görməmişdir. O, Təqsirləndirilən şəxs yerdən ayağa qaldırmış, hadisə yerinə bir müddət sonra polislər gəlmiş və onlar polis bölməsinə getmişlər. O, həmin vaxt Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs aralarında pul söhbətinin olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında hər hansı şərikliyin, sonuncuya Zərərçəkmiş şəxs pul borcu olması barədə məlumatı olmamışdır. Şahid9 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs binanın tikilməsində şərik olduqlarını bildirmiş, onun isə bu barədə Zərərçəkmiş şəxslə hər hansı söhbəti olmamışdır. Təqsirləndirilən şəxs evinin qarşısında dava olan vaxt sonuncu onu çağıraraq döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs ona “maşını kənara çək, yoxsa yandıraram” deyə bildirmiş, lakin ona hər hansı söyüş söyməmişdir. Şahid6 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs evin tikilməsində nə funksiyasının olmasını bilməmiş, sonuncu tikintidən qalan lazımsız taxtaları ona verəndə orada prorab olduğunu anlamışdır. Təqsirləndirilən şəxs apardığı 10.000 manat pulu sonuncunun nə üçün tələb etdiyini bilməmiş, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs ilə birlikdə iş gördüklərini və sonuncunun verəcəkləri olduğunu bildirmişdir. O, hədə-qorxu ilə bağlı heç nə eşitməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verməsi barədə heç nə deməmiş, əvvəlki özü 10.000 (on min) manatı sonuncuya aparması üçün ona vermişdir. Təqsirləndirilən şəxs yanında heç kəs Zərərçəkmiş şəxs ailəsi barədə heç nə deyə bilməzdi və eləcə də əvvəlki də bu barədə nəsə deməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 50.000 (əlli min) manat pul söhbəti olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, plastik qapı və pəncərə hazırlamaqla məşğul olur. Eyni kənddən olduqları üçün Təqsirləndirilən şəxs ilə tanışdırlar. 2021-ci ildə sonuncu onu Zərərçəkmiş şəxs Qaraçuxur qəsəbəsindəki 4 mərtəbəli evinin qapı və pəncərələrini hazırlayıb qoymaq üçün dəvət etmiş, o da razılaşmışdır. O, qapı və pəncərələri hazırlayıb yerinə qoymaq üçün 6.400 manat lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da qiymətin hazırlanmasında iştirak etmiş və onunla razılaşmışlar. Zərərçəkmiş şəxs ilkin olaraq ona 3.000 manat pulu özü, iş qurtardıqdan sonra isə qalan 3.400 manat pulu da Təqsirləndirilən şəxs vasitəsilə vermişdir. Qapı və pəncərələri yerinə qoyduqdan sonra o, əlavə olaraq 1.600 manat pul verilməli olduğunu bildirəndə Təqsirləndirilən şəxs ona etiraz etməmiş, lakin bildirmişdir ki, ev tikilib satıldıqdan və sonuncu özünə çatası pulu aldıqdan sonra ona istədiyi məbləği ödəyəcəkdir. Sonuncu dəfə 2024-cü ilin aprel-may ayında Təqsirləndirilən şəxs 1.600 manatı istədikdə sonuncu evin qazancına şərik olmasını, lakin hələ öz payına düşən pulu almadığını, alan kimi onun pulunu verəcəyini demişdir. O, hələ evdə işləyən zaman Təqsirləndirilən şəxs ona evin Zərərçəkmiş şəxs məxsus olduğunu, evin satılmasında əldə olunan gəlirdə özünün də payının olduğunu bildirsə də, Zərərçəkmiş şəxslə münasibəti olmadığına görə sonuncudan bununla bağlı heç nə eşitməmişdir. Şahid10 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, evin tikilməsində Təqsirləndirilən şəxs çox xidməti olmuş, o, evin tikilməsi zamanı bütün işləri görürmüş, onunla Zərərçəkmiş şəxs pul mübahisəsini görməmiş, davalarının şahidi olmamışdır. Təqsirləndirilən şəxs ev satılmasında əldə edilən qazanca Zərərçəkmiş şəxslə şərik olduqlarını ona bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 məhkəməyə ərizə ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsi elan olunmaqla tədqiq edilməsinə əsasən o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının həyat yoldaşıdır, Zərərçəkmiş şəxs isə onun qardaşı Telmanla qudadır. Zərərçəkmiş şəxs 2010-ci ildə Təqsirləndirilən şəxs vasitəsilə tanımış, sonuncu təxminən 2018-ci ildə Suraxanı rayonu, Mədən küçəsində 3 sotda yerləşən torpağında 4 mərtəbəli evi satmaq məqsədilə tikdirməyə başlamış, Təqsirləndirilən şəxs isə həmin evin tikintisində ona ustaları tapıb gətirmiş, elektrik və santexnik işlərini görmüşdür. Təqsirləndirilən şəxs ona həmin ev satılanda gəlirə şərik olacağını demiş, Zərərçəkmiş şəxs isə bu barədə heç nə eşitməmişdir. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs onun mobil telefonuna video göndərərək Təqsirləndirilən şəxs əvvəlkinin tikdirdiyi evindən profilləri oğurladığını bildirmiş, o, isə bu barədə polisə məlumat verməsini tövsiyə etmiş, Zərərçəkmiş şəxs də vaxtı gələndə polisə məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, Zərərçəkmiş şəxs və sonuncunun oğlu Rəşad onun anbarına gecə saat 1 radələrində gələrək onun profillərinin üstünə markerlə işarə qoymuş və ona «sən bizim profilləri oğurlamısan» demişlər. Təqsirləndirilən şəxs mübahisəni sülh yolu ilə həll etməkdən ötrü Zərərçəkmiş şəxs qardaşı İbrahimi həmin anbarın yanına çağırmış, sonuncuya olanları danışmış və Zərərçəkmiş şəxs ona yazdığı «həmin evi 50.000 manata satsam belə, sənə olan borcumu verəcəm» mesajını göstərmişdir. İbrahim də araşdıracağını, qardaşının borcu varsa, qəpiyinə kimi ödəyəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra İbrahim onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək Zərərçəkmiş şəxs heç bir borcunun olmadığını, Təqsirləndirilən şəxs həyat yoldaşının yas mərasiminə qardaşının 7000 ABŞ dolları xərc çəkdiyini bildirmişdir. O, bu sözləri Təqsirləndirilən şəxs çatdırmış, o da Zərərçəkmiş şəxs əvvəlkinə 30.000 manat borcu olduğunu bildirmişdir. O, İbrahimə demişdir ki, “Bayramı razı yola salın, yoxsa bu söhbət çox çəkəcək davalar olacaq, İqbal buna 5.000-10.000 manat pul versin bu söhbət qutarsın”. Zərərçəkmiş şəxs oğlu Rəşada 10.000 manat pulu Təqsirləndirilən şəxs aparması üçün vermiş, sonuncu da pulu götürmüşdür. Onun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında hər hansı şəriklik və ya borc məsələsindən məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla dostdur, onlarla birlikdə çay içmək üçün oturanda əvvəlkilər fəhlələr pulu barədə mübahisə etmiş, Təqsirləndirilən şəxs kərpiclərin boşaldılmasından sonra fəhlələrə pulunun ödənilmədiyini, Zərərçəkmiş şəxs isə ödənildiyini bildirmişdir. Daha sonra onlar oturduqları yerdən “Yanardağ” restoranı tərəfdə olan maşınyuma məntəqəsinin yaxınlığına gələndə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yenidən mübahisə etmiş və sonuncu “Əgər yalan deyirəmsə, öz payım olan 10%dən keçəcəm” deyə bildirəndə Zərərçəkmiş şəxs “nə 10%, biz orda şərikik” deyə cavab vermişdir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dost və qohum olduqlarından barışmalarını istəmiş və bu səbəbdən də ibtidai istintaq zamanı ifadə verməkdən imtina etmişdir. Bundan başqa, əlavə şahid F.Ş.Abdullayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işi başlananadək Zərərçəkmiş şəxs ilə nəyisə müzakirə etməmiş, tikilən binanı görmüş, Təqsirləndirilən şəxs orada işləri apardığının şahidi olmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dost və qohum olduqlarına görə polisə ifadə vermək istəmədiyini, əgər ifadə verəcək olsa da, onun yanında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ancaq fəhlələrə verilən pulla bağlı mübahisəsinin və Zərərçəkmiş şəxs “biz şərikik” deməsi söhbətinin olmasını deyə biləcəyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 73-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 124-129-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 268-269-cu vərəqələrində olan Suraxanı RPİ İŞ-nin müstəntiqi F.A.Bağırovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 24-27-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum edilmiş, sonuncu barəsində 200 manat cərimə cəzası tətbiq edilmiş, xx.xx.2016-cı ildə cəriməni tam ödədiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 1-ci cild 143-145-ci vərəqələrində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 718 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs burunun yumşaq toxumasının qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişməyən xətti sınığı; sol gözdə görmə itiliyinin müvəqqəti zəifləməsi il müşayiət olunan sol göz yuvası ətraf nahiyənin hematoması, başın sol gicgah nahiyəsinin, sol almacıq nahiyənin yumşaq toxumalarının hematoması, sol üst dodağın qançırı, döş qəfəsinin sol aşağı bayır səthini qançırı, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər küt əşyanın (əşyaların təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixində və özünün dediyi şəraitdə törənə bilmə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü-özünə yetirməsi nəticəsində, eləcə də yıxılma zamanı alınması inkar olunur. Cinayət işinin 1-ci cild 198-201-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli, 2633 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi güman edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi güman edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sonuncu ilə istintaq hərəkətlərinin keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 1-ci cild 270-282-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi qərarla götürülərək baxış keçirilmiş 1 ədəd elektron daşıyıcı fləş-kartda təqsirləndirilən şəxs B.M.Nurməmədovun Zərərçəkmiş şəxs ilə whatsapp proqramı vasitəsilə yazışma mətnləri və təhdidedici səs yazıları, Şahid6 Təqsirləndirilən şəxsla danışıq səsi yazıları, Azerfon və Bakcell Telekomdan götürülmüş 3 ədəd CD disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Həmçinin həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, CM-in 182.2.4-cü maddəsinə münasibətdə B.M.Nurməmədovun əməli onun vahid niyyətlə “Zərərçəkmiş şəxs onun yanında qardaşı arvadı və digər tanışlarının həyat yoldaşları barəsində əxlaqsız sözlər danışmasını yayacağı ilə hədələyərək ondan 50.000 manat pul verməsini tələb etməklə xeyli miqdarda əmlakını rüsvayedici məlumatları yayacağı hədəsi ilə tələb etməklə ondan hər dəfə 10.000 manat olmaqla cəmi 30.000 manat alması” kimi qiymətləndirilmişdir. Cinayət işinin 2-ci cild 43-44-cü vərəqələrində olan Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, sonuncu mülki iddiaçı Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmasını və sonuncudan 30.000 (otuz min) manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Cinayət işinin 2-ci cild 45-ci vərəqəsində olan 9248 nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən mülki iddia üçün nəzərdə tutulmuş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş fləş-kartda yerləşən: - 2-ci səs yazısının ilk 6 saniyəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs: “Yadında saxla ki, sən ölümdən it kimi qorxursan, mən ölümdən qorxmuram, sənin qabağından qaçsam”, 00:22-00:29-cu saniyələrində: “Mən sənə dedim gəl imza ataq, şahid tutaq ki, bizim söhbətimizə qarışanın ..., sonra da hara desən gedək” deyə bildirmişdir. - 4-cü səs yazısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: “Mən sənə o 50 min sözünü sözlə yazmışam, səslə göndərməmişəm. Mən sənə yazmışam ki, o evi 50 minə olsa da, satıb sənin pulunu verəcəm, yazmamışam ki, 50 minin hamısını sənə verəcəm. Ancaq sən dünən yazdın ki, “ hə ver, kişi kimi söz verirəm, daha əl çəkəcəm”. İndi sənin məndən alacağın var, ala bilirsənsə al, görüm necə alassan?” deyə bildirmişdir. - 5-ci səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs: “Mən sənə yazmışdım ki, 50 min istəyirəm, niyə onda yazmadın ki, sənə 50 min verməyəcəm? Onu yazardın da” deyə bildirmişdir. - 6-cı səs yazısının 00:19-01:27-ci saniyələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs: “Sən mənə demişdin ki, gəl oranı işləyək şəriyinə. Mənim sübutum var. Sən kimlərin yanında demişdin ha şərikliyə, o 3 nəfər dirənib sənin üzünə tüpürər. Və plus o işçilər də dirənib üzünə tüpürər. Öləsən də o pulu alacam. Yenə gəl üstümə, yenə dostlarını, oğlunu götür gəl üstümə. Mən səni gecə saat 2-də skladda oğurluqda tutmadım? Sən şahid, sübutunla getməliydin ora” deyə bildirmişdir. - 7-ci səs yazısının 00:00-02:07-ci saniyələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs: O evdən 250 min mənə düşürdü, 250 min də sənə. Mən dedim lazım deyil, 50 mini ver qalanı haram xoşun, sən də dedin narahat olma sənin pulunu verəcəm. Mən 50 min istəmişdimsə, sən deməliydin ki, mən sənə 50 mini verməyəcəm. Sən amma yazdın ki narahat olma. İndi caydırma. Sən məni, gətirdiyim və başqa adamları müqaviləsiz işlədib pulumuzu kəsmisən. Ora 10 nəfər yox e 50 nəfər şahid sübut gətirərəm ki. Sən bizə atış gəlmisən. Böyüyüm dediyin arvadını söydüyün qardaşın İbrahim gəldi böyüklük elədi dedi ki, pulunuzu verəcəm. Sizi barışdıracam. Sənin özün mənə söz verdin. Get indi hara verirsən ver, mən o pulu alacam. Başa düşürsən?”, 02:33-02:36-cı saniyələrində: Alacam. 2 dünya bir olsa da alacam”, 02:42-02:53-cü saniyələrində: “Məni döydüyünüzün o qanlı şəkli, ekspertiza rəyi var, istəyirsən şəkli də atım” deyə bildirmişdir. - 8-ci səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs: “Mən idim şərəfsiz, sən idin şərəfsiz ki, qızımın videolarını saxladın əlində, arvadın getdi Günəşlidə döydü uşaq özünü binadan atırdı yerə” deyə bildirmişdir. - 9-cu səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs: Qaynın Natiqi demirdin ki, iki arvadı var ikisi də qəh...di, özü də kombinatdan oğurluq edir?! Sən demirdin?! Bunların hamısını yığanda bir yerə hələ hamısını deyəcəm və s...” deyə bildirmişdir. - 10-cu səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs: Sən demirdin ki, Rəhim gözüylə görəndi, ona pulu ver.... Demirdin hamısının arvadı q...di?! Demirdin ki, Rəhim Natiqlə bərabər kombinatdan oğurluq edirlər?! Mən nə bilirdim?!” deyə bildirmişdir. - 11-ci səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs: Mən səndən pulumu istəyirəm, sən mənim şərəfsizliyimdən danışırsan. Yenə də deyirəm Qurana and içib deyəcəm, gör sən kimə nə şərəfsizlik eləmisən. Gör sən yeznəyə, qıza, qardaşa necə şərəfsizsən. Bax Qurana and içib deyəcəyəm” deyə bildirmişdir. - 12-ci səs yazısının 00:05-00:07-ci saniyələrində Təqsirləndirilən şəxs Şahid6: “Bi dənə onu bilsin ki, kəsdiyimiz çörəyə”. 00:31-00:55-ci saniyələrində: “Sən məni sözümü çeynəyən görmüsən? Mən onun kimi kişi deyiləm e bir gecə dedi pulunu verəcəm, sonra dedi verməyəcəm. Mən istəyirəm ki, üz-üzə gəlsin, versin”. 01:09-01:22-ci saniyələrində Şahid6 Təqsirləndirilən şəxs: İndi İqbal and aman edir ki, əlində yoxdur, gedib düzqoş edib verəcək. 10.000 də verəcək daha narahatçılıq olmasın. Deyir ki, özün bilirsən ki, 10.000-dən yuxarıya getsə, elə birinə verib pislik edərəm. Tutduraram da. 01:42-01:52 saniyələrində Təqsirləndirilən şəxs Şahid6: “Bayaq da dedim, tutdurmayanın....o pisliyi edincə elə mənə ver da o pulu. O pisliyi kiməsə verib elətdirəcək ancaq mənim əlimdən gəlir” deyə bildirmişdir. - 13-cü səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs: “Sən demirdin ki, Fuadın arvadı q...?! Hələ qısa deyirəm. Hamısını yığacağam yanında geniş şəkildə dediklərini deyəcəm gör kimdi şərəfsiz” deyə bildirmişdir. - “Yeni kayıt 4” başlıqlı 18-ci səs yazısının 16:39-18:22-ci saniyələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: “sən mənə dedin ki, sən mənə çox kömək etmisən. Mən sənə kömək edəcəm. Mən də dedim ki, yox Bayram, tikək, qazanca şəriksən. Üstündən bir xeyli keçəndən sonra bu yaxınlarda başladın 10% söhbəti etməyə. Sonra o söhbətdən sonra Faiq də yanımızdaydı pivə içmişdin, onu Faiq eşitmədi. Mən sənə dedim ki, orda faiz söhbəti yoxdur, biz orda şərikik. Bu gün qazanc yoxdur, 100 min ziyanına satmışam. Regerlər əyilib, padvalı görmüsən çox güman. O regerlərin əyilməsinin günahı səndədir. Prorab sən idinsə, sən eləməli idin onları” deyə bildirmişdir. Həmin səs yazısının 30:06-30:11-ci saniyələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Pul istəyirsən? Vermirəm. Ver məhkəməyə, ver lotulara”, 42:09-cu saniyəsində “Ala bilirsən, al”, 42:27-42:45-ci saniyələrində isə “Vermirəm. Elə eləmə ki, başqa yollara əl atım. Alsan kişisən” deyə bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş tutan “Whatsapp” proqramındakı yazışmalarından çıxarışlardan görünür ki: - xx.xx.2022-ci il tarixində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Sən 10 faiz istəyirdin elə bil ki, 200.000 min qazanc olub onun da 10 faizi 20.000 min eləyir. Mən də sənə 5 il bundan qabaq 10.000 vermişəm indi də 10.000 verdim, xırda-xırda verdiklərimi saymasam da bəsindi” deyə bildirmişdir. - xx.xx.2022-ci il tarixində Zərərçəkmiş şəxs “5.000 razı deyilsən? 10.000 necə. Onu da verirəm ki, əl çəkəsən. Ona da razı deyilsənsə 1 qəpikdə verməyəcəm” deyə bildirmiş, Təqsirləndirilən şəxs “Gəl üzümə de, pulu götür gəl” məzmunda mesajlarına Zərərçəkmiş şəxs “Artıq söhbət lazım deyil, 10 min də versəm, 40.000-dən çox edir sənə verdiyim pul. Oğurladıqlarına saysam, lap çox” deyə cavab vermişdir. Həmin söhbətin davamında Zərərçəkmiş şəxs “Çəkdiyin zəhmətinin haqqını artıqlamasıyla almısan. Yenə nə istəyirsən? 5.000 də versəm, əl çəkərsən” deyə bildirmişdir. Eyni yazışmada Zərərçəkmiş şəxs “5.000 razı deyilsən? 35.000 olur təxminən” deyə Təqsirləndirilən şəxs bildirmiş, sonuncu isə razılaşmamışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və 2022-ci ilin iyun ayı ərzində baş tutmuş Whatsapp proqramındakı yazışmalarından çıxarışlardan görünür ki, sonuncu Zərərçəkmiş şəxs “40 ay mənim orda zəhmətim var. Mənə ayda maaş versəydin, indi deyəcəkdin. Ucuz satdım qaytar?”, “Rüstəm pulunu kəsir vermə. De. Malım budu alırsan, al almlrsan vermirəm. Sat mənə. Elə o? deyə bildirmişdir. Həmin ay baş tutan digər mesajlaşmada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Bir az səbrli ol 50 minə olsa da satıb sənin pulunu verəcəm”, “Nə borc olsun. Elə eləmə başqa yerlərə əl atım. Yəqin ki bu söhbətdə mən düzgünəm”, “Sən səhv bil, Allah bilir ki, mən düzəm. Heç nədən də qorxmuram. Qurtardı” deyə bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Mən borcumu qaytarmalıyam. 4 il gözümü o pula tikib işləmişəm. Qonşulardan sor mənim zəhmətimi. Orda çoxdur yoxsa sənin. Hamısından bir bir maraqlan. Uşaq hərəkəti eləmə. Ayıbdır” deyə bildirmişdir. Eyni ay digər bir mesajlaşmada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Nömrəmi blok etməklə heç nə qazanmasan” mesajına cavab olaraq “Sənə dediki nə istəyirsən elə ya da bezdirmə. Elə eləməki mən nələrəsə əl atım”, “Nə istəyirsən elə qorxan yoxdur” məzmunlu mesajlar göndərmişdir. - 2022-ci ilin iyul ayında baş tutan yazışmalarda isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Onsuz da sənə pul düşmür. Bilsəydim o 10 mini də verməzdim”, “Səninlə görüşərik lazımi yerdə”, “Bizim aramızda müqavilə var? Camaatı bezdirmə” deyə bildirmiş, Təqsirləndirilən şəxs isə “Bezdirmirəm. Zəhmətimi istəyirəm. Ayıb. Çörəyi ayaqlama” deyə qeyd etmişdir. Həmin ayda olan digər bir mesajlaşmada Zərərçəkmiş şəxs “Gəl belə eləyək. Gördüyün bütün işləri yaz nə eləyəcək verdiyimi çıxaq yerdə nə qalıbsa ya sən qaytar ya da mən verim qurtardı getdi”, “mən prorablıq edirdimsə məndən nə üzlə pul istəyirsən ki? Gördüyün işlərin zəhmət haqqını hesabla nə qalıbsa verim. Mənə demə ki, ay prorabam, ay zəhmət vermişəm. Hər şeyi boynundan atırsansa sənə nə pul verim?” deyə qeyd etmişdir. - 2022-ci ilin iyul ayının sonlarına doğru baş tutan mesajlaşmada Zərərçəkmiş şəxs “5 minə razı deyilsən? 10 minə necə. Onu da verirəm ki, əl çəkəsən. Ona da razı deyilsənsə 1 qəpik də verməyəcəm” deyə Təqsirləndirilən şəxs bildirmişdir. - xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “oğlundan üstümə gəlməyin bəs deyil oğlun dostların da üstümə gətirib. İndi bax gör əsgərlikdən qorxan dostların da çağırmışdın köməyə. Sən idin oğurluq edib mason alan” deyə bildirmişdir. - xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Yaxşı yaxşı oxu, üstümə oğlun dostlarıyla gəldiz dinmədim. Sən deyirdin kişi adam kömək yığıb kimsənin üstünə getməz. Elə bilmə qorxdum. Hər yerdə deyirsən Bayram qorxdu. Mən sizi polisə də vermədim. Başqa hərəkət də eləmədim....Qaşınmayan yerdən qan çıxarma. Ağlını yığ bir yerə. Başqası olsaydı 2 qat alardım. Alacam Allaha and olsun Alacam. Sən istəyirsən birimiz türməyə, birimiz qəbirə gedək? Mənə fərqi yoxdur. Pul o qədər şirindir sənə? Xeyir tapmazsan” deyə bildirmiş, Zərərçəkmiş şəxs də cavabında “Sənə veriləsi pulum yoxdur. Mənə də hədə-qorxu gəlmə. Aramızda heç bir müqavilə yoxdu hansı puldan danışırsan?” deyə qeyd etmişdir. - Digər bir mesajlaşmadan isə görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dünyada sənin kimi dosta, bacıya, kürəkənə, yeznəyə, qıza, qonşuya, yaxınlara qarşı şərəfsiz alçaq adam yoxdu. Bunu biləsən. Mənim sənə borcum yoxdu. Bunu yadından çıxartma. Sabah saat 9.00 da işə gedəndə çıx qapıya. Sözünü de. Onun bunun nömrəsiylə məni narahat eləmə. Səndən qorxacağım yoxdu. Öz sözlərinə gir də qulaq as” deyə bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-294/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid1 01 sentyabr 2024-cü il tarixdə saat 09:00 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evinin qarşısında Təqsirləndirilən şəxsla aralarında yaranmış mübahisə zəminində sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla, yəni təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, whatsapp proqramı vasitəsilə yazışma mətnləri və səs yazıları ilə Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu gələrək pul tələb etmə cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə sübutlar qiymətləndirilərkən iş materialları ilə birlikdə ilk növbədə Təqsirləndirilən şəxs verilmiş ittihamda istinad edilən cinayət əməli təhlil edilməlidir. Belə ki, cinayət hüquq nəzəriyyəsinə görə Azərbaycan Respublikası CM-in 182-ci maddəsində nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə cinayətinin ictimai-təhlükəliliyi ondan ibarətdir ki, təhlil edilən maddədə nəzərdə tutulmuş əməlləri törətməklə təqsirkar zərərçəkmiş şəxsin nəinki əmlakına və əmlaka olan hüququna qəsd edir, həm də onun və ya onun yaxın qohumlarının sağlamlığını, şərəf və ləyaqətini təhlükə altına alır. Şərh olunan cinayətin bilavasitə obyektini mülkiyyət hüququ və başqa əmlak xarakterli mənafelər, əlavə obyektini isə şəxsiyyətin sağlamlığı, habelə şərəf və ləyaqəti təşkil edir. Hədə-qorxu ilə tələb etmənin predmetini yalnız əmlak deyil, həm də əmlaka olan hüquq (məsələn, borcun mövcudluğunu təsdiq edən sənəd və ya müqavilə) və əmlak xarakterli hərəkətlər təşkil edir. Burada əmlak xarakterli hərəkətlər dedikdə, yerinə yetirilməsi təqsirkara müəyyən maddi fayda gətirən və ya adi halda yerinə yetirilməsi müəyyən xərc tələb edən işlər və ya xidmətlər (avtomobilin və ya mənzilin təmir edilməsi, təqsirkarın əvəzinə onun görməli olduğu işin yerinə yetirilməsi və s.) başa düşülməlidir. Hədə-qorxu ilə tələb etmənin obyektiv cəhəti aşağıdakı əlamətləri özündə əks etdirir: 1) özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmədə ifadə olunan əməl; 2) belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə. Təhlil edilən cinayətin obyektiv cəhətini təşkil edən əməl hədələmə ilə birləşmiş tələb etmədən ibarətdir. Həmin tələb özgənin əmlakını, əmlaka olan hüquqlarını ələ keçirməyə və ya zərərçəkmiş şəxsin təqsikarın xeyrinə müəyyən əmlak xarakterli hərəkətlər etməsinə nail olmağa yönəlmişdir. Belə tələb təhlil edilən maddədə nəzərdə tutulmuş hədələmə üsulları ilə birlikdə ifadə olunur. Hədə-qorxu ilə tələb etmə hədənin aşağıdakı növləri ilə törədilir: 1) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə hədələmə; 2) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yaymaqla hədələmə; 3) zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının əmlakını tələf etməklə hədələmə. Burada zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyətinə qarşı yönəlmiş zor göstərməklə hədələmənin xarakteri konkretləşdirilməmişdir. Bu, sağlamlığa istənilən dərəcəli zərər vurma ilə, hətta öldürməklə hədələmədən ibarət ola bilər. Öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi dedikdə, təkcə zərərçəkmişin özünə qarşı deyil, eyni zamanda uşaqları, yaxın qohumlarına və ya digər şəxslərə qarşı dərhal fiziki zorakılıq tətbiq etmək niyyətini ifadə edən birbaşa ifadələr, həm də işin halları nəzərə alınmaqla, cinayətkarın silah nümayiş etdirmək kimi hədələyici hərəkətləri (tapança, ülgüc, bıçaq və s.) başa düşülür. Başqa sözlə desək, öldürmə və ya sağlamlığa ağır zərər vurma təhlükəsi qurbanın şüurunda ona və ya digər şəxslərə qarşı ölümə və ya sağlamlığa ağır zərər vura biləcək zorakılıq tətbiq edilməsinin mümkünlüyü barədə yaranan söz və ya hərəkətlərlə ifadə edilir. Hədə-qorxu ilə tələb etmənin üsullarından biri olan zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsində məlumatların həqiqətən rüsvayedici olub-olmamasının, onun həqiqətə uyğun olub-olmamasının əhəmiyyəti yoxdur. Başlıcası odur ki, zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda isə özünün ləkələnəcəyini düşünür. Belə məlumatlara şəxsin intim həyatı ilə bağlı məlumatlar, onun törətdiyi müxtəlif hüquq pozuntuları barədə məlumatlar və s. aid edilə bilər. Zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının əmlakını tələf etmə hədəsi konkret olaraq onların mənzilinə, avtomobilinə və başqa daşınar və daşınmaz əmlakına qarşı yönəlmiş ola bilər. Hər bir halda zərərçəkmiş şəxs tərəfindən real və həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Belə hədə zərərçəkmiş şəxsə müxtəlif üsullarla və formalarda çatdırıla bilər. Hədə-qorxu ilə tələb etmə cinayəti CM-in 182-ci maddəsində göstərilmiş tələblərlə birləşmiş hədənin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Burada tələbin yerinə yetirilib-yetirilməməsinin cinayətin başa çatması üçün əhəmiyyəti yoxdur. Şərh edilən cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, subyekti isə 14 yaşına çatmış hər hansı anlaqlı fiziki şəxsdir. Əmlakı tələb etməni muzdla sifariş verən və ya maliyyələşdirən şəxsin əməli əmlakı və ya ona olan hüququ zorla tələb etmədə təşkilatçı və ya təhrikçi kimi qiymətləndirilməlidir. Eyni zamanda “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli qərərının 3-cü bəndində göstərilmişdir ki, CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləcəyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədəqorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsini istisna edən maddi və prosessual əsaslar mövcuddur. İttihamın sözü gedən epizodları ilə əlaqədar maddi normaları istisna edən əsaslarla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsinin dispozisiyasına əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə kimi aktiv hərəkətlərdən ibarətdir. Başqa, sözlə bu cinayətin hərəkətsizliklə törədilməsi istisna edilir, təqsirkar şəxs ya zor göstərmə, ya rüsvayedici məlumatlar yayma, ya da ki, əmlakın tələf etmə hədəsi ilə özgənin əmlakını hədə qorxu ilə tələb etdiyi halda əməlində cinayət tərkibi yaranır. Azərbaycan Respublikası CPM-in 7.0.32-ci maddəsi yaxın qohumların konkret və məhdud dairəsini müəyyən etmişdir. Həmin maddənin tələbinə əsasən yaxın qohumlar dedikdə — babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihama görə o, Zərərçəkmiş şəxs ilə aralarındakı pul mübahisəsi zəminində yaranmış narazılığı şəxsi maraqları üçün istifadə edib özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə sonuncunun qardaşı Zərərçəkmiş şəxs və digər qohumlarının arvadlarının guya fahişəliklə məşğul olduqlarına dair onda olan məlumatları camaat arasında yayacağı, Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi ilə hədələmiş və 2022-ci ilin may ayının ortalarından etibarən Zərərçəkmiş şəxs 50.000 (əlli min) manat məbləğində pul tələb etmiş, eyni zamanda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı şəkildə və hissə-hissə olmaqla xx.xx.2022-ci ildə 10.000 (on min) manat, xx.xx.2022-ci ildə 10.000 (on min) manat, xx.xx.2023-cü ildə 10.000 (on min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək sonuncuya ümumilikdə 30.000 (otuz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə ilk növbədə ittihamın “Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını” əldə etməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli qərərının 2-1-ci bəndində göstərilmişdir ki, əmlakın və yaxud əmlaka olan hüququn verilməsi barədə tələb mülkiyyət və yaxud sahiblik hüququna dair sənədlərlə təsdiq olunmaqla qanuni olduqda və yaxud müvafiq sənədlərdən irəli gəlməsə də, ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslandıqda, tələbin CM-in 182.1-ci maddəsində göstərilən hədə ilə və yaxud 182.2.3 və ya 182.3.3-cü maddələrində göstərilən zorakılıqla müşayiət olunması şəxsin hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas vermir. Şəxsin hərəkətlərində digər, misal üçün öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (CM-in 134-cü maddəsi) və yaxud qəsdən sağlamlığa ağır (CM-in 126-cı maddəsi) və ya az ağır zərər vurma (CM-in 127-ci maddəsi) və yaxud özbaşınalıq (CM-in 322-ci maddəsi) kimi cinayətlərin tərkibi olduqda, əməl Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan whatsapp proqramındakı mətnləri və səs yazıları ilə ilk növbədə müəyyən olunur ki, onlar arasında 2009-cu ildən dostluq münasibəti olmuş, əvvəllər də təmir tikinti işləri ilə məşğul olmuşlar, hazırkı mübahisə ilə bağlı da əvvəlcədən müəyyən etdikləri şifahi razılaşmaya əsasən Suraxanı rayonu, Mədən küçəsində yerləşən dördmərtəbəli evin tikintisi ilə bağlı aralarında mülki münasibətlər yaranmış, lakin sonradan şəxsi münasibətlər zəminində başlamış mübahisə nəticəsində onların münasibətləri pozulmuş, nəticədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əvvəlcədən vəd etdiyi evin satılması nəticəsində əldə edilən qazancdan pay verməkdən boyun qaçırmışdır. Məhkəmə həmçinin vurğulayır ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsin onun tikdirdiyi evdə sadəcə usta olmasını, aralarında heç bir şəriklik münasibətinin olmamasını, ona heç bir pul məbləğinin verilməsini vəd etmədiyini bildirsə də, Zərərçəkmiş şəxs heç bir hədə-qorxu iddiası olmadığı dövrlərdə whatsapp proqramındakı mətnlər və səs yazılarında yazdığı və dediyi “bir az səbirli ol, 50 minə də olsa, satıb sənin pulunu verəcəm”, “sən 10 faiz istəyirdin elə bil ki, 200 min qazanc olub onun da 10 faizi 20 min eləyir”, “10 mində versəm 40 minnən çox eliyir sənə verdiyim pul. Oğurladıqlarıvı da saysam lap çox”, “İndi sənin məndən alacağın var, ala bilirsənsə al, görüm necə alassan?”, “faiz istiyirsənsə artıqlamasıyla vermişəm”, “sən (Bayram) mənə tikinti başlayanda dedün ki, sən mənə çox hörmət eləmisən, mən sənə kömək eləyəcəm tikəcəksən, mən də dedim ki, yox Bayram, tikək, qazanca şərikik, bu gün də qazanc yoxdur” ifadələri yazıların da mətnindən göründüyü kimi adi bir ustaya, iş icraçısına deyiləcək ifadələr deyil, əksinə Zərərçəkmiş şəxs əvvəlcədən şifahi razılaşmaya əsasən Təqsirləndirilən şəxs verməli olduğu pulu həm birbaşa, həm də dolayı yolla etiraf etməsi və Təqsirləndirilən şəxs “mənə söz verdin ki 50 m verəcəksən, mən də borclu olduqlarıma söz verdim, indi məni sıxırlar” məzmunda whatsapp proqramı vasitəsilə olan yazılarına Zərərçəkmiş şəxs “bir az səbirli ol, 50 minə olsada satıb sənin pulunu verəcəm” deyə cavab verməsi, sonuncunun əvvəlkini arxayın salaraq narahat olmaması üçün verdiyi vəddir. Həmçinin məhkəmə vurğulayır ki, şahid F.Ş.Abdullayevin ifadəsində göstərdiyi “Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə edərkən Təqsirləndirilən şəxs “Əgər yalan deyirəmsə, öz payım olan 10%-dən keçəcəm” deyə bildirəndə Zərərçəkmiş şəxs “nə 10%, biz orda şərikik” deyə cavab verməsi”, digər şahidlər Şahid8, Şahid10 və Şahid9 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə tikiləcək evdən əldə edilən gəlirə şərik olmalarını eşitmələri, Şahid11 isə bu barədə məlumatı təkcə onların özündən deyil, digər işçilərdən də eşitməsinə dair ifadələri Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında şifahi razılaşmaya əsasən Təqsirləndirilən şəxs ona çatası pulu tələb etməsinə dair faktlardır və bu tələb də mülki hüquq münasibətinin subyekti kimi onun subyektiv hüququdur. Belə olan halda da Təqsirləndirilən şəxs ittiham olunduğu hədə-qorxu ilə tələb etmə cinayət əməlinin obyekti yaranmır və onun zərərçəkmiş şəxsdən əvvəlcədən razılaşdıqları pul məbləğinin bir hissəsini tələb etməsi mülkiyyət və yaxud sahiblik hüququna dair sənədələrdən irəli gəlməsə də, ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslandığından belə tələb hətta CM-in 182.1-ci maddəsində göstərilən hədə ilə və yaxud 182.2.3 və ya 182.3.3-cü maddələrində göstərilən zorakılıqla müşayiət olunmuş olsaydı belə, onun hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas deyil. Məhkəmə ittihamın “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qardaşı Zərərçəkmiş şəxs və digər qohumlarının arvadlarının guya fahişəliklə məşğul olduqlarına dair onda olan məlumatları camaat arasında yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs pul tələb etməsi və ona xeyli miqdarda ziyan vurması” hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan whatsapp proqramındakı mətnlər və səs yazıları obyektiv tədqiq edildikdə müəyyən olunmuşdur ki, ittihamın əsası kimi ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilmiş “Təqsirləndirilən şəxs : Yadında saxla ki, sən ölümdən it kimi qorxursan, mən ölümdən qorxmuram, sənin qabağından qaçsam mən qəh..yəm, var yoxumu s.... lər. Bayram: var yox söyüşləri ilə söyüb əsəbi halda çığıraraq o pulu səndən alacam. Bayram: demirdin ki, Rəhim Natiqlə bərabər kombinatdan oğurluq edirlər? Demirdin ki hər ikisinin arvadı qəh...di? Qurana and içib deyəcəm sən qardaşıva, kimlərə, yeznəvə, qıza nə şərəfsizlik etmisən. Bayram: Sən demirdin Fuadın arvadı qəh..di. Bayram: Qaynın Natiqə demirdin ki, iki arvadı var ikisi də qəh...di, özü də kombinatdan oğurluq edir! Sən demirdin! Bunların hamısını yığanda bir yerə deyəcəm” tipli ifadələri tərəflər arasında müxtəlif vaxtlarda ayrı-ayrı məzmunlarda deyilmiş ifadələr olmasına baxmayaraq müstəntiq tərəfindən kontekstdən çıxarılaraq həqiqi məzmunu təhrif edilməklə guya Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədələyərək pul tələb etməsi əsası kimi göstərilmişdir. Belə ki, ardıcıllıqla tədqiq edilmiş whatsapp proqramındakı mətnlər və səs yazılarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “dünyada sənin kimi dosta, bacıya, kürəkənə, yeznəyə, qıza, qonşuya, yaxınlara qarşı şərəfsiz alçaq adam yoxdur” deyə mesaj göndərəndə sonuncu cavabında “mən səndən pulumu istəyirəm. Sən oturub mənə nə deyirsən. Şərəfsizlikdən danışırsan. Şərəfsizliyə qaldıqda gəl baxaq görək sənsən şərəfsiz, ya mən. Sənin qohumunun, yəni qaynının, qardaşının, onların arvadının dalınca danışırdın, onların ailəsi barədə sözlər deyirdin. Utan, sənin dostun Nicatın uşaqları sənə baba deyirdi, sən onun arvadının dalınca danışırdın. Ramizin, qardaşın İbrahimin dalınca danışırdın. Qurana and içib hamını yığıb deyəcəyəm bax gör sən şərəfsizsən ya mən?” deyə bildirmişdir. Göründüyü kimi ittihamın əsası kimi verilmiş Təqsirləndirilən şəxs yuxarıda göstərilən ifadələri Zərərçəkmiş şəxs əvvəlkini təhqir etməsinin nəticəsində, yəni söhbətin təsadüfü axarında Təqsirləndirilən şəxs edilmiş təhqirlərə cavab olaraq deyilmiş ifadələr olmaqla Zərərçəkmiş şəxs hər hansı əmlakın və ya əmlaka olan hüququn, əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmək məqsədi ilə deyilməmişdir. Bundan başqa məhkəmə ittihamın “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi ilə hədələməsi” hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs qeyd olunan halla bağlı ittiham yalnız həmin cümlənin ittiham aktının təsviri-əsaslandırıcı və nəticə hissəsində səthi yazılması ilə verilmiş, ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi ilə hədələməsi nədə ifadə olunması, hansı hərəkətlərdən ibarət olması, hansı ailə üzvlərinə qarşı zor tətbiq edilməsi, onları məhv etməsi ilə bağlı təhdid nəinki aydın şəkildə təsvir edilməmiş, hətta hər hansı bir əməl və ya faktla sübuta yetirilməmiş və əsaslandırılmamışdır. Əksinə iş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs özünə zor tətbiq edilmiş, xəsarət almışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutların qiymətləndirilməsi haqqında qərardan da görünür ki, müstəntiq həmin qərarda Təqsirləndirilən şəxs əməlini yalnız “rüsvayedici məlumatlar yayacağı hədəsi ilə tələb etmə” kimi qiymətləndirmiş, ittiham aktında səthi söz birləşməsi kimi yazılmış “Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərməklə onları məhv edəcəyi ilə hədələmə” ifadəsinə nəinki qiymət verməmiş, həmin hərəkətlə bağlı hər hansı qeyd aparmamışdır. Məhkəmə, həmçinin, tərəflərin məhkəmə istintaqı zamanı məhkəməyə təqdim etdiyi whatsapp yazışmalarında olan, lakin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittihama daxil olmayan Təqsirləndirilən şəxs, guya, Zərərçəkmiş şəxs öldürməklə hədələməsinə dair ittiham tərəfinin istinad etdiyi xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Sən istəyirsən birimiz türməyə, birimiz qəbirə gedək?” ifadəsinə də münasibət bildirmək istəyir. Belə ki, qeyd olunan ifadə yazılmış mətn daxilində qiymətləndirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs birbaşa pul tələb etmək məqsədi ilə deyil, Zərərçəkmiş şəxs, onun oğlu və dostları tərəfindən döyüldükdən sonra onların qanunsuz davranışlarına cavab olaraq Zərərçəkmiş şəxs “Sən istəyirsən birimiz türməyə, birimiz qəbirə gedək? Mənə fərqi yoxdur” deyə mesaj yazaraq ölümdən qorxmadığını, pulunu ondan alacağını bildirmişdir. Həmçinin, həmin yazışmanın mətnindən nəinki konkret olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ölümlə hədələməsi, hətta ümumiyyətlə kimin kim tərəfindən, nə məqsədlə öldürülməsi müəyyən olunmurTəqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, onun oğlu və dostları tərəfindən döyüldükdən sonra özünün öldürülmə ehtimalını nəzərə alaraq, ölümdən qorxmadığını bildirmək ehtiyacı duymuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən deyilən sözlər, hətta qarşılıqlı mübahisənin nəticəsində deyilməsinə baxmayaraq Zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməmiş, o Təqsirləndirilən şəxs edəcəyi hərəkətlərdən ehtiyatlanmamış, əksinə özü Təqsirləndirilən şəxs hədələmişdir. Belə ki, tərəflər arasında olan whatsapp proqramındakı mətnlər və səs yazıları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öz zəhmət haqqını tələb etdikdə sonuncu dəfələrlə ona “sənin məndən alacağın var, ala bilirsənsə al, görüm necə alassan?”, “Elə eləmə başqa yerlərə əl atım. Yəqin ki, bu söhbətdə mən düzgünəm”, “Sən səhv bil, Allah bilir ki, mən düzəm. Heç nədən də qorxmuram. Qurtardı”, “Sənə dedimki nə istəyirsən elə ya da bezdirmə. Elə eləməki mən nələrəsə əl atım”, “Nə istəyirsən elə qorxan yoxdur”, “Pul istəyirsən? Vermirəm. Ver məhkəməyə, ver lotulara”, “Ala bilirsən, al. Vermirəm. Elə eləmə ki, başqa yollara əl atım. Alsan kişisən”, “Səninlə görüşərik lazımi yerdə” şəklində özgüvənli və hədələmə ehtiva edən mesajlar yazmış, hətta xx.xx.2023-cü il tarixində Y.S.Süleymanov vasitəsilə Təqsirləndirilən şəxs 10.000 (on min) manat məbləğində pul verərkən Y.S.Süleymanov vasitəsi ilə onu hədələyərək 10 mindən yuxarı istədiyi halda, birinə verib ona pislik edəcəyini” bildirmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Zərərçəkmiş şəxs whatsapp proqramı vasitəsilə yazdığı mesajlardan, o cümlədən oğlu və digər şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yetirdikləri xəsarətlərdən real hədə daha çox bəlli olur, nəinki Təqsirləndirilən şəxs əməllərində və sözlərində. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs hər dəfə 10.000 (on min) manat olmaqla xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində pul verilməsinə baxmayaraq ittihamın əsas götürdüyü, guya, rüsvayedici məlumatlar yaymaqla hədələmə məzmunlu olan mesaj Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixində göndərilmişdir. Belə olan halda da hətta Təqsirləndirilən şəxs əməlində hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibi olmuş olsaydı belə, sonuncuya qarşı ittiham 50.000 (əlli min) manat pulu tələb etməyə görə deyil, 30.000 (otuz min) manat pulu tələb etməyə görə verilməli idi. Bundan başqa yuxarıda qeyd olunan vaxtlarda zərərçəkmiş şəxs bir ildən çox müddətdə, guya, hədə-qorxuya görə təqsirləndirilən şəxsə 30.000 (otuz min) manat məbləğində pul verdiyini iddia etsə də, yalnız iki il sonra, yəni xx.xx.2024-cü il tarixində Suraxanı RPİ-yə şikayət etmiş və qeyd olunan halla bağlı xx.xx.2024-cü ildə cinayət işi başlanmışdır. Qeyd olunan halla bağlı məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs şikayət etməsinin əsas səbəbi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində əvvəlkinin oğlu Şahid1 tərəfindən döyülməsi və aralarında olan münasibətlərin kəskin şəkildə pozulmasından sonra 20.000 (iyirmi min) manat pulu Təqsirləndirilən şəxs verməmək olmuşdur. Həmçinin, səs yazılarından eyni zamanda aydın olur ki, zərərçəkmiş şəxsin qeyd etdiyinin əksinə, Təqsirləndirilən şəxs 50.000 manat məbləği hələ ev satılmamışdan öncə tələb etməyə başlamışdır. Belə ki, sonuncu Zərərçəkmiş şəxs göndərdiyi səs yazılarından birində qeyd edir ki, “evi satdın, satmadın mənə nə var? Bəlkə heç satmadın? Hər mərtəbə 1080 kv, 270 kv.-dır, padvalsız, qarajsız. Kvadratı 1250 manatdan hesablayanda 1.350.000 manat pul edir. Həmin puldan 350.000 manatı kənara qoyub yarısına xərcini çıxsan, yerdə qalır 500.000. Həmin puldan da çox yox 50.000 manatı mənə verərsən, eybiyox fikirləşərsən ki Bayramı aldatdım işlətdim”. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş şahidlərin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsa hədə-qorxu gələrək ondan pul tələb etrməsinin şahidi olmadıqlarını deməsinə, tərəflərin aralarında olan olan whatsapp proqramındakı mətnlər və səs yazılarında pul tələbi ilə bağlı hədə-qorxu mesajlarının olmamasına baxmayaraq, müstəntiq ibtidai istintaq zamanı tərəflərin aralarında olan olan whatsapp proqramındakı mətnlər və səs yazılarını ardıcıllıqla qiymətləndirməmiş, yalnız zərərçəkmiş şəxsin xeyrinə olan mesajları bir mətn şəklində qiymətləndirilməklə, konteksdən çıxarmaqla heç bir əsas və sübuta yetirilən fakt olmadan təqsirləndirilən şəxsə ittihamı elan edərək məhz ona istinad edilən maddənin dispozisiyasında göstərilən əməlin həqiqətən törədilməsi görüntüsü yaratmağa çalışmışdır. Azərbaycan Respublikasının CM-in 1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. Azərbaycan Respublikasının CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikasının CM-in təqsirə görə məsuliyyət prinsipini nəzərdə tutan 7-ci maddəsində göstərilir ki, yalnız törətdiyi ictimai-təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CPM-in 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyekiv araşdırmaq, təqsirsiz şəxslərə bəraət vermək məqsədilə ədalət mühakiməsini həyata keçirmək və sair daxildir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də iş üzrə tərtib edilmiş ittiham aktından və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış zərərçəkmiş şəxsin, şahid ifadələri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi səbəbindən – ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda qeyd olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-in 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Bu Məcəllənin 42.1.1-ci (cinayət hadisəsi olmadıqda) maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının CPM-in 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında göstərilir ki, «Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Cinayət-Prosessual Məcəllənin 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş «cinayət hadisəsinin olmaması» təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 175.3 və 175.5-ci maddələrində göstərilir ki, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən sonra qüvvədən düşmüş saylır. Həmçinin Məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya münasibət bidlirərək qeyd edir ki, Azərbaycan Respublikasının CPM-in 353-cü maddəsinin 3-cü bəndi və həmin bəndin 4-cü yarımbəndinə əsasən məhkəmənin bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Azərbaycan Respublikasının CPM-in 56.0, 56.01, 61.1, 62.1 və 63-cü maddələrinin tələbinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə tanınır. Bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası xx.xx.1998-ci il tarixli Qanununun müddəalarına əsasən, vurulmuş fiziki və mənəvi ziyan ödənilməli, bu isə mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Beləliklə, X7 cinayət prosesini həyata keçirən orqanın səhvini və ya suiistifadəni mübahisələndirdiyi təqdirdə, vurulmuş ziyanın ödənilməsi hüququnu qazanmış olur. Azərbaycan Respublikasının CPM-in 179-cu maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının CPM-in 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının CPM-in 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikasının CPM-in 348.3-cü maddəsi bəraət hökmü çıxararkən məhkəmənin bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsinə dair qərar qəbul etməsini nəzərdə tutur. Azərbaycan Respublikasının CPM-in 354.1-ci maddəsinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və ya baxılmamış saxlanması barədə qərarlardan biri qəbul olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli № 15 saylı Qərarının 74-cü bəndinə əsasən, təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Azərbaycan Respublikasının CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cinayət işinin materiallarına və toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 182.2.4cü maddəsinin tərkib əlamətlərinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından ona, həmin maddə ilə verilən ittiham üzrə cinayət hadisəsinin olmaması əsası ilə bəraət verilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi məqsədilə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunmalıdır. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. İş üzrə maddi sübut 03 (üç) ədəd DVD disk və 01 (bir) ədəd fləş-kart cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə mülki iddia rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 42.1, 42.1.1, 42.2, 42.2.1, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət hadisəsi olmadığından ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah edilsin. İş üzrə maddi sübut 03 (üç) ədəd DVD disk və 01 (bir) ədəd fləş-kart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia rədd edilsin. Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1027/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1027/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver