Məhkəmə qərarları › İş №1(101)-1028/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1028/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1028/2023 02.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X11 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 129-da qeydiyyatda olan, hazırda isə Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, E.Hüseynov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsi qanunsuz azadlıqdan məhrum etmiş və fiziki zor tətbiq etməklə zorlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs sürpriz etmək adı ilə aldadaraq Pirallahı qəsəbəsində yerləşən “F Marine” otelinə gətirib birlikdə orada olan koteclərin birinə daxil olmuşlar, ardınca Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin kotecdən çıxmasının qarşısını almaq məqsədilə kotecin giriş qapısını açarla bağlayıb açarı özündə saxlamış, ardınca zorla cinsi əlaqədə olmaq məqsədilə Zərərçəkmiş şəxs baş nahiyəsinə daşla, həmçinin əli ilə zərbələr endirərək sağlamlığa dərəcəsi təyin olunmayan ənsə nahiyəsinin sol hissəsində hematoma, sağ qoltuqaltı nahiyəsinin altına, sağ döşün orta hissəsinə sıyrıqlar, boynun sol yan səthinə və sol saidin aşağı 1/3-nin ön səthinin qançırları xəsarətləri yetirib, sonuncunun sağ əlini plastik bağlayıcı (zajim) ilə orada olan çarpayının kənarındakı gecə lampasına (plafona) bərkidilmiş kəndirə bağlayıb müqavimətini qırmaqla Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etmiş və fiziki zor tətbiq etməklə zorlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2021-ci ildə öz dostunun sevgilisi vasitəsilə tanış olmuşdur. Belə ki, Aysən onun dostunun sevgilisi ilə birlikdə işləmişdir. Bir müddət ünsiyyət qurduqdan sonra onların arasında münasibət yaranmışdır. Daha sonra Aysən işlədiyi yerdə rüşvət aldığı üçün işdən çıxarılmışdır. Aysən işsiz və evsiz qaldığından ona birlikdə yaşamağı təklif etmişdir. Bu səbəbdən də o, ev axtarışına başlamış və sonda bir ev tapmışdır. Bundan sonra onlar həmin evdə birlikdə yaşamağa başlamışlar. Bir müddət sonra Aysən ona xalası qızı və rəfiqəsinin kirayədə qaldığı evdən çıxarıldıqlarını bildirib həmin şəxslərin evsiz olduqlarından onlarla birlikdə yaşamaları üçün ondan icazə almışdır. O da Aysənin təklifi ilə razılaşmışdır. Sonra onlar dördü birlikdə bir yerdə yaşamağa başlamışlar. Onların münasibəti 2021-ci il sentyabr ayına qədər davam etmişdir. 2021-ci il sentyabr ayında Aysənin övladının 6 (altı) yaşı tamam olduğundan Aysən övladını məktəbə qeydiyyata saldırmaq üçün Gəncə şəhərinə getmiş və bir müddət Gəncə şəhərində yaşamışdır. Həmin müddət ərzində onların münasibəti davam etmişdir. Dəfələrlə o, Aysəni görmək üçün Gəncəyə getmiş, Aysən isə onu görmək üçün Bakıya gəlmişdir. Daha sonra Aysən ona artıq Gəncə şəhərində yaşaya bilməyəcəyini, anası və xalasının Aysəni rahat buraxmadıqlarını, həmçinin yaşadığı evin şəraitinin yaxşı olmadığını və buna görə də yenidən Bakı şəhərinə qayıtmaq istədiyini bildirmişdir. Eləcə də Aysən ona aralarında olan münasibətin ciddi şəkil almasını, yəni onların evlənməli olduqlarını bildirmişdir. Onun ailəsinin Aysən haqqında məlumatı olsa da, Aysənin ailəsinin onun haqqında məlumatı olmamışdır. Buna baxmayaraq, onlar evlənməyə razılıq vermişlər. Sonra onlar yaxın qohumlardan ibarət 25 (iyirmi beş) nəfərlik toy məclisi keçirmişlər. Toy məclisindən sonra o, Aysəni və sonuncunun övladını da götürərək təxminən 2022-ci ilin əvvəllərindən həmin ilin mart ayına qədər Yasamal rayonunda kirayədə yaşamağa başlamışdır. 2022-ci ilin fevral ayında onun bədənində ağrılar baş verməyə başlamış və o, həkimə müraciət edən zaman əvvəlcə körpücük sümüklərində sadə limfa düyünlərinin olduğunu ona bildirmişlər. Lakin gün keçdikcə onun ağrıları şiddətləndiyi üçün o, yenidən həkimə müraciət etdikdə, onkoloji xəstəxanaya müraciət etməli olduğunu ona bildirmişlər. O, onkoloji xəstəxanada müayinə edildikdən sonra onda sağ körpücük sümüyü üzərində onkoloji limfa düyünləri xəstəliyi aşkar edilmişdir. Onkoloji xəstəliyi ilə əlaqədar olaraq onun xərcləri çox olduğu üçün o, Aysənlə birlikdə yaşadığı evin kirayə haqqını ödəyə bilməmiş və ona görə də Aysəngili Gəncə şəhərinə ailəsinin yanına aparmalı olmuşdur. O, düşünmüşdür ki, məktəblər açılana qədər Aysən övladı ilə Gəncə şəhərində yaşasın. Həm də Aysənin övladının təhsil aldığı məktəbdə təhsil səviyyəsi elə də ürəkaçan olmamışdır. Ona görə də o, düşünmüşdür ki, sentyabr ayında Aysəni və övladını yenidən Bakı şəhərinə gətirəcək və Aysənin övladını keyfiyyətli təhsil alması üçün Bakı şəhərində məktəblərdən birinə qeydiyyatdan keçirəcək. Lakin bundan bir neçə gün sonra Aysən ona yenidən anasının yanında qala bilmədiyini və ona görə də ya Gəncə şəhərində ayrı evdə kirayədə yaşayacağını, ya da Bakı şəhərinə qayıdacağını bildirmişdir. 2022-ci ilin may ayında Aysən Bakı şəhərinə qayıtmış və o, Aysənin xərclərini qarşılaya bilmədiyi üçün Aysəni rəfiqəsinin yanında işə düzəltmişdir. Sonra o, 28 May ərazisində kirayəyə ev tutaraq yenidən Aysən, Aysənin xalası qızı və Aysənin rəfiqəsi ilə birlikdə yaşamağa başlamışdır. Həmçinin o, Aysənin övladını da səhv etmirsə ya 55 nömrəli tam orta məktəbə, ya da 60 nömrəli tam orta məktəbə qeydiyyatdan keçirtmişdir. Həmin müddət ərzində o, kimyəvi terapiya qəbul etdiyi üçün fiziki cəhətdən zəifləmişdir. Aysənin ona qarşı münasibəti dəyişmiş, yəni Aysən ona daha soyuq münasibət bəsləmişdir. O, əvvəlcə bunun səbəbinin Aysənin artıq işləyərək maddi cəhətdən ondan üstün olması və onun kimyəvi terapiya qəbul etdiyi üçün fiziki cəhətdən zəiflədiyinə görə ona soyuq münasibət bəslədiyini düşünmüşdür. Bununla yanaşı Aysən onun ailəsinə qarşı da sanki düşmən kimi yanaşmışdır. Bu məsələlərə görə onların arasında mübahisə olmuş və mübahisədən sonra o, həmin evi tərk etmişdir. Təxminən 2 (iki) ay onlar bir-biri ilə münasibət saxlamamışlar. Daha sonra onun təşəbbüsü ilə onlar yenidən münasibətlərini davam etməyə başlamışlar. 2022-ci ilin oktyabr ayında, yəni aralarında baş vermiş xoşagəlməz hadisəyə qədər onların münasibətləri yaxşı olmuşdur. Bu müddət ərzində o, dəfələrlə Aysənlə görüşmüş, habelə Aysənin övladını məktəbə aparıb-gətirmişdir. O, əvvəllər bir nəfər tanıdığı şəxs ilə birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Onun tanışı avtomobil alırmış, lakin vaxtı olmadığı üçün həmin avtomobilin satışı ilə o, məşğul olurmuş. Həmin ərəfədə o, tanışı ilə birlikdə yenidən bazar qiymətindən ucuz qiymətə qırmızı rəngli avtomobil almışdır. Həmin maşına onun tanışının ehtiyacı olmadığı üçün həmin maşın onda qalmışdır. O, Aysən ilə onun arasında yaranmış soyuq münasibəti yenidən isitmək məqsədi ilə həmin qırmızı rəngli maşını Aysənə hədiyyə olaraq aldığını bildirmişdir. Lakin Aysənin sürücülük vəsiqəsi olmamış, həmçinin maşın sürə bilməmişdir. Bir neçə gün o, Aysənə həmin avtomobili idarə etməyi öyrətmişdir. Bir müddət sonra həmin avtomobildə nasazlıq olduğu üçün o, avtomobili servisə aparmışdır. Həmin avtomobil onun öhdəliyində olduğu üçün avtomobili təmir etdirmək onun üzərinə düşmüşdür. Avtomobilin təmir xərcləri çox olduğu üçün o, həmin xərci ödəyə bilməmiş və ona görə də həmin avtomobil uzun müddət servisdə qalmışdır. Bu müddət ərzində də Aysən dəfələrlə ona “avtomobilim hanı, avtomobili düzəlt, mənə gətir” demişdir. Lakin o, Aysənə avtomobili təmir etdirmək üçün imkanının olmadığını deyə bilməmişdir. O, uzun müddət düşündükdən sonra Aysənə hər şeyi açıqlamalı olduğunu, artıq belə davam edə bilmədiyini və münasibətləri bitirmək istədiyini bildirmək qərarına gəlmişdir. Lakin o, Aysəni tamamilə itirmək istəməmişdir. Çünki onların uzun müddət münasibətləri olmuş və onlar birlikdə ailə həyatı yaşamışlar. Hələ Aysən ilə söhbət etməmişdən əvvəl o, Aysənə ayrılmağı təklif edən zaman Aysənin necə reaksiya verəcəyini çox düşünmüşdür. Ona görə də o, Aysənə sürpriz edəcəyini bildirmişdir. Lakin nə sürpriz edəcəyini o, Aysənə bildirməmişdir. Aysən ona “avtomobilimi gətirəcəksən?” deyə sual verən zaman, o, Aysənə “yox, elə də böyük sürpriz gözləmə” deyə cavab vermişdir. Daha sonra onlar hər ikisinə uyğun vaxt təyin etmişlər. Növbəti gün o, “F Marin” otelinin sahibi Elçin adlı tanışına zəng edərək bir günlük kotec icarəyə götürmək istədiyini bildirmişdir. Lakin o, Elçinə həmin gün pul ödəyə bilməyəcəyini bildirmişdir. Elçin isə ona pul ödənilmədiyi təqdirdə koteci icarəyə götürməklə bağlı müqavilə bağlaya bilməyəcəyini və kotecin açarını ona verməyəcəyini bildirmişdir. O da müqaviləyə ehtiyac olmadığını və ona sadəcə kotec lazım olduğunu bildirmişdir. Elçin də onunla razılaşmışdır. Daha sonra o, Elçinin yanına getmiş və Elçin ona kotecin yerini göstərərək qapını bağlamayacağını, axşam gələn zaman pulu ödədikdən sonra kotecin açarını götürə biləcəyini demişdir. Daha sonra o, Aysəni işdən götürərək sonuncu ilə birlikdə kotecə getmişdir. Yolda Aysən ondan hara apardığını soruşduqda, o, gedəndə görəcəyini bildirmişdir. Aysən “F Marin” otelini tanımışdır. Çünki Aysənin xalası qızı bir neçə dəfə dostları ilə həmin oteldə gecələmişdir. Onlar həmin otelə çatan zaman o, Elçinə sənədləri gətirməsini və açarı verməsini demişdir. Elçin ona kotecin açarının qapının üstündə olduğunu, sənədləri isə kotecə göndərəcəyini bildirmişdir. Onlar kotecə daxil olmuşlar və bundan sonra o, kotecin qapısını bağlamışdır. Lakin o, kotecin açarını elə qapının üzərində saxlamışdır. Aysən ondan həmin kotecə gəlməklərinin səbəbini soruşduqda, o, Aysənə ciddi bir məsələ ilə bağlı söhbət etmək istədiyini bildirmişdir. Aysən ona “bura söhbət etmək üçün gəlməmişəm. Sürprizimi ver, getməliyəm” demişdir. O da sürprizinin söhbət etmək olduğunu bildirmişdir. Bu zaman Aysən əsəbiləşərək qışqırmağa başlamışdır. O isə Aysəndən nəyə görə qışqırdığını soruşmuş, habelə belə yerlərə çox gəldiklərini demişdir. Uzun müddət bir yerdə yaşadıqları üçün o, Aysənin başqa biri ilə danışdığından şübhələnmiş və ona görə də Aysənin mobil telefonuna baxmaq istəmişdir. Çünki o, düşünmüşdür ki, əgər Aysənin mobil telefonunda başqa bir oğlan ilə danışığını görsə, Aysəni belə bir hərəkət etdiyinə görə bağışlaya bilməyəcək, ona görə də münasibətləri bitirməli olduqlarını və avtomobili Aysənə verməyəcəyini deyəcəkdi. Aysən onun bu istəyini başa düşərək mobil telefonunu da götürüb ayaqyoluna doğru getmək istəmişdir. Bu zaman o, Aysənə mobil telefonunu bura qoymasını bildirmişdir. Aysən isə razı olmamışdır. Sonra onların arasında mübahisə yaranmış və Aysən onun üstünə qışqırmağa başlamışdır. O, şizofreniya xəstələyindən əziyyət çəkdiyi üçün hər hansı bir şəxs onun üstünə qışqıran zaman özündən asılı olmadan reaksiya verməyə başlayır. Aysən də bunu yaxşı bilmişdir. Aysən onun üstünə qışqıran zaman bu onun sinirinə toxunmuş və o, ani reaksiya ilə Aysəni vurmuşdur. Bundan sonra Aysən ağlamağa başlamışdır. Aysən ondan niyə vurduğunu soruşduqda, o, Aysənə “mənim şizofreniya xəstəliyimin olduğunu bildiyin halda, nəyə görə üstümə qışqırırdın” deyə cavab vermişdir. Bu vaxt Aysən mobil telefonunu ona verərək ayaqyoluna getmiş və ondan da Aysənlə birlikdə ayaqyoluna getməsini istəmişdir. O da Aysənlə birlikdə ayaqyoluna getmişdir. Ayaqyolunda Aysən cinsiyyət orqanını yuyucu maddələrlə yumağa başlamışdır. Ayaqyolunda olan zaman Aysən şalvarını soyunaraq ona doğru yaxınlaşmışdır. Aralarında olan bu ehtiraslı yaxınlaşma səbəbindən onlar sevişməyə başlamışlar. O, Aysənin üst geyimini çıxartmış və sonra onlar yataq otağına getmişlər, orada Aysən yatağa uzanmışdır. O, üst geyimini çıxaran zaman Aysən də alt paltarlarını çıxartmağa başlamışdır. Onlar bir müddət yataqda cinsi əlaqədə olmuşlar. Həmin vaxt onun cinsiyyət orqanında qoruyucu (prezervativ) olmuşdur. Lakin həmin qoruyucunun (prezervativ) üzərində tikanlar olmuşdur. Hansı ki, həmin qoruyucudan (prezervativ) özünə əzab verməyi sevən insanlar (mazoxist) istifadə edirlər. Həmin qoruyucunu da (prezervativ) Aysən ondan istəmişdir. O, həmin qoruyucudan (prezervativ) istifadə edərək bir neçə dəfə Aysənlə müxtəlif formada cinsi əlaqədə olmuşdur. Qısa müddətdən sonra o, cinsi ehtirasına çatmışdır. Buna görə də o, həmin qoruyucunu (prezervativ) çıxararaq kənara tullamışdır. Sonra onlar birlikdə bir müddət yataqda uzanmışlar. Bu zaman qapı döyülmüşdür. O, üzərində geyim olmadığı üçün yatağın örtüyünü üzərinə dolayaraq qapıya yaxınlaşıb qapını açmışdır. Həmin otelin işçisi kotecin ödənişini və sənədi, yəni müqaviləni imzalamaq üçün onların olduğu kotecə gətirmişdir. O, həmin sənədi imzaladıqdan sonra yenidən Aysənin yanına qayıtmış və həmin vaxt artıq Aysənin əynini geyindiyini görmüşdür. Lakin bu dəfə Aysən sanki daha aqressiv olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü elan edilmiş ittiham üzrə təqsirli bilmədiyindən və onun məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər onun qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı şəxsdir. O, Aysənlə xx.xx.2021-ci ildə dostu Emin adlı şəxsin sevgilisi vasitəsilə tanış olmuş və sonra onların arasında sevgili münasibətləri yaranmışdır. Tanışlıqlarından təxminən 1 ay sonra onlar birlikdə yaşamağa başlamışlar. O, Aysənlə Bakı şəhərində müxtəlif ünvanlarda birlikdə yaşamış, habelə bəzən bir müddət Aysənin rəfiqəsi Elfanə və dayısı qızı Leyla da onlarla birlikdə yaşamışdır. Bu dövrdə onun Aysənlə adətən münasibətləri qaydasında olmuş, lakin bəzən aralarında mübahisələr da olmuşdur. Bunu da özləri həll etmişlər. xx.xx.2022-ci il tarixdə də Gəncə şəhərində onların el adəti ilə yalnız ailələrinin iştirak etdiyi toyları olmuşdur. Toydan bir müddət sonra Aysənin onun anası ilə mübahisəsi yaranmış, eyni zamanda onun səhhətində onkoloji xəstəlik aşkar olunmuşdur. Buna görə də o, Aysənin yavaş-yavaş ondan soyuduğunu hiss etmişdir. Sonuncu dəfə 2022-ci ilin iyul ayında o, Aysənin iş yerinə getsə də Aysənin işdə olmadığını görmüşdür. Buna görə də o, yaşadıqları evə getmiş və orada Aysəni gözləmişdir. Bir müddət sonra Aysən evə gəlmiş və onların arasında mübahisə düşmüşdür. Mübahisədən sonra o, Aysəndən ayrılmış və təxminən 2 ay müddətində onların arasında hər hansı danışıq olmamışdır. Bu müddətdən sonra onun təşəbbüsü ilə aralarındakı ünsiyyət bərpa olunmağa başlamış, lakin onlar yalnız telefon və sosial şəbəkələr vasitəsilə ünsiyyət qurmuşlar. Onun məqsədi Aysənlə barışmaq olmuşdur. O, müxtəlif jestlərlə Aysənə barışmaq niyyətini göstərmişdir. Belə ki, o, Aysəni işə, Aysənin qızını isə məktəbə aparıb-gətirmiş, eləcə də digər hərəkətlər etmişdir. 2022-ci ilin avqust və ya sentyabr ayında o, Aysənə barışmaq məqsədilə borc pulla sonradan satmaq məqsədilə aldığı “Ford Fusion” markalı avtomobili hədiyyə etdiyini bildirmişdir. Hətta bir neçə gün o, Aysənə avtomobil idarə etməyi öyrətmişdir. Lakin sonradan avtomobilin motoru dağıldığından o, avtomobili təmirə verməyə məcbur qalmışdır. Bundan sonra Aysən ondan tez-tez avtomobillə maraqlanmağa başlamışdır. O isə bunun axırının olmadığını, əvvəl-axır Aysənə həqiqəti deməyə məcbur olduğunu anlamışdır. Lakin bunu birdən-birə Aysənə deməkdən çəkinmişdir. Çünki belə olan halda o, Aysənin onunla münasibətlərini tamamilə kəsəcəyini fikirləşmişdir. Bu səbəbdən də o, Aysənlə baş-başa gözəl vaxt keçirib ardınca avtomobil məsələsini izah etməyə qərar vermişdir. xx.xx.2022-ci il tarixdə o, Aysənə növbəti gün sürpriz edəcəyini bildirmiş və Aysən də onunla razılaşmışdır. Bundan sonra onlar bir neçə dəfə telefonla danışmışlar. xx.xx.2022-ci ildə o, Pirallahı qəsəbəsində yerləşən “F Marine” otelində kotec sifariş etmiş və əvvəlcədən həmin kotecə gedərək ora özü ilə apardığı skoçu və əl-qol bağlamaq üçün plastik bağlayıcını qoymuşdur. Belə ki, onlar əvvəllər cinsi əlaqədə olarkən dəfələrlə bu kimi fantaziyalardan istifadə etmişlər. Aysənin razılaşacağı halda o, oteldə Aysənlə bu formada cinsi əlaqədə olmaq niyyətində olmuşdur. Daha sonra o, həmin tarixdə saat 18:30-da Aysəni yaşadığı binanın qarşısından götürmüş, lakin Aysənə hara gedəcəklərini deməmişdir. Aysən yolda bir neçə dəfə ondan hara gedəcəklərini soruşsa da, o, bunun sürpriz olduğunu demişdir. Onlar otelə çatdıqda, o, Aysənlə birlikdə kotecə daxil olmuş və daxil olduqdan sonra qapını içəri tərəfdən açarla bağlamışdır. Aysən qapını bağlamağının səbəbini ondan soruşduqda o, kotecə heç kimin girməməsı üçün qapını bağladığını bildirmişdir. Həmin vaxt Aysən ondan dəfələrlə niyə ora gətirdiyini bildirib qapını açmağını tələb etmişdir. Habelə Aysən çölə çıxmaq istədiyini bildirmişdir. Aysən kotecin kirli olduğunu bildirib bundan narazılıq etmişdir. Daha sonra Aysən əlində telefonla tualetə girmək istəmişdir. O isə buna mane olmuş və Aysənə “telefonu qoy kənara, sonra get tualetə” demişdir. Onun bunları etməkdə məqsədi hələ söhbətini etməmişkən Aysənin bu barədə kiməsə məlumat verməməsi olmuşdur. Buna görə də o, problemi həll etməmiş Aysənin oradan getməsini istəməmişdir. Aysən isə telefonu ona vermək istəməmişdir. Lakin o, Aysənin telefonla tualetə girməyinə imkan verməmişdir. Daha sonra Aysən telefonu cibinə qoyub tualetin qapısından geri qayıtmış və söyüş söyməyə başlamışdır. Aysən onu əsəbiləşdirməyə çalışmışdır. O da əsəbiləşmişdir. O bu vaxt tualetin qapısının ağzında olan daşla Aysənin başının arxasına vurmuş, lakin zərbə çox yüngül olmuşdur. Həmin zərbə elə ağır olmamışdır. Bu vaxt Aysən ağlamağa başlamış və ondan vurmamığını istəmişdir. O da Aysənə onu əsəbiləşdirməməyini və əslində onun Aysəni vurmaq niyyətinin olmadığını bildirmişdir. O, Aysənlə bu məzmunda bir neçə dəqiqə söhbət etmiş, daha sonra isə Aysən telefonunu özü ilə aparmış və onu da arxasınca dəvət etmişdir. Aysən tualetdə cinsi orqanının yerləşdiyi nahiyələrini yumuş və sonra tualetdən çıxmışdır. Bu zaman onlar elə tualetin qapısının ağzında sevişməyə başlamışlar. O, Aysənin əynində olan bönövşəyi rəngli futbolkanı çıxarmış, daha sonra Aysən qara rəngli lifçiyini çıxartmışdır. Sonra onlar yataq otağına keçmişlər və Aysən orada öz boz rəngli şalvarını, krem rəngli tumanını çıxarmışdır. O da öz paltarlarını çıxarmışdır. Beləliklə, onlar ikisinin könüllü istəyi ilə cinsi əlaqədə olmuşlar. O, cinsi əlaqə zamanı Aysənin də bundan həzz aldığını, istəyərək onunla cinsi əlaqədə olduğunu görmüşdür. Təxminən 20 dəqiqə ərzində onlar cinsi əlaqədə olmuşlar. O, boşalmazdan qabaq prezervativdən istifadə etmiş və cinsi əlaqə bitdikdən sonra Aysən evə getmək istədiyini bildirmişdir. O da da tezliklə söhbət etdikdən sonra gedəcəklərini demişdir. Daha sonra onlar əyinlərini geyinmişlər. Bundan sonra Aysən yenidən ağlamağa başlamış və Aysən daşla vurmağına görə ona irad tutmuşdur. Həmin vaxt Aysən çox ağlamışdır. Bu da onu qıcıqlandırmış və buna görə də o, Aysənə ağlamamağını, əks halda sonuncunun ağzını skoçla bağlayacağını bildirmişdir. Bir müddət sonra Aysən yenə ağlayaraq onu əsəbiləşdirmişdir. Bir müddətdən sonra o, Aysənə su gətirmək üçün yataq otağından çıxdıqda Aysən daşı götürərək qışqırıb bağırmağa başlamışdır. Aysən ondan buradan getməyi tələb etmişdir. O da bu zaman açarı götürüb Aysənə təqdim edərək “götür açarı get, amma mən səni aparmayacam” demişdir. Həmin vaxt o, artıq əsəbiləşmişdir. Aysən isə yenə də durmadan deyinmiş və onu əsəbiləşdirməyə davam etmişdir. O Aysənə “5-10 dəqiqə sakit ol, söhbətimizi edək, sonra gedək” demişdir. Bu vaxt Aysən ona “istiyirsən ağzımı skoçla bağla” demişdir. O da ehtiyac olmadığını dedikdə, Aysən yenidən tərəddüd etməyə başlamışdır. Nəticədə o, Aysənin baş hissəsini skoçla bağlamışdır. Aysən də elə həmin an skoçu sökmüşdür. O, Aysənə xoş gəlmək üçün “bax niyə belə edirsən, əvvəllər etdiyimiz şeylərdən hazırlamışam” demişdir. Bu vaxt o, Aysənə zajimi göstərmiş və zarafat mənasında həmin zajimi Aysənin əlinə bağlamışdır. Aysən isə həmin zajimin bir ucundan tutub dartdıqda, zajim sıxılmışdır. Bu isə onu anidən sanki yuxudan oyatmışdır. Bundan sonra o, dərhal Aysənin qoluna bağladığı zajimin digər ucunu açmışdır. Lakin Aysənin əli zajimdə qalmışdır. O, Aysənin qolundakı zajimi bıçaqla kəsmək istəsə də, kəsə bilməmişdir. Bundan sonra o, Aysəni həkimə aparmış (Pirallahı qəsəbəsində yerləşən xəstəxanaya). Orada Aysənə tibbi yardım göstərildikdən sonra polis əməkdaşları ora gəlmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etməməsi, eləcə də Zərərçəkmiş şəxs zor tətbiq etməklə zorlamaması, başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüş, habelə qanunsuz əməllərinə haqq qazandırmaq istəmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla ilk dəfə 2021-ci ildə yaxın rəfiqəsinin vasitəsi ilə tanış olmuşdur. Bir müddət sonra o, Təqsirləndirilən şəxsla sevgili kimi yaşamağa başlamışdır. Həmin ərəfədə o, Fövqəladə Hallar Nazirliyinin xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərmişdir. Lakin o, iş yerində sərəncama alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin xəstəxanasında tibb bacısı kimi fəaliyyəti sona çatmışdır. Bu zaman o, Təqsirləndirilən şəxsla bir evdə yaşamağa qərar vermişdir. Çünki o, gəncəli olduğu üçün Bakıda yaşaya biləcəyi bir yer olmamışdır. Onlar birlikdə yaşamaq üçün ev axtarmağa başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs dostu ev alqı-satqısı ilə məşğul olduğu üçün onlara “Pasyolka Kirov” adlanan ərazidə münasib qiymətə 4 (dörd) otaqlı ev tapmışdır. Həmçinin onlarla eyni mənzildə onun dayısı qızı və onun rəfiqəsi də yaşamışlar. Onlar birlikdə yaşadıqları müddət ərzində onunla Nurlan arasında heç bir problem olmamışdır. Bir gün Təqsirləndirilən şəxs onu öz ailəsilə tanış etməyə aparmışdır. O, Nurlanın ailəsi tərəfindən xoş qarşılanacağını düşünsə də, bunun tam əksi baş vermişdir. Nurlanın ailəsi Nurlanın onunla bir yerdə yaşamasına razı olmamışdır. Nurlanın onunla vaxt keçirdiyini, eləcə də Nurlanın yaşının az olduğu üçün onunla evlənə bilməyəcəyini ona demişlər. O, bu sözlərdən sonra ailəsinin yanına, yəni Gəncə şəhərinə getmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs ona mane olaraq birlikdə yaşayacaqlarını bildirmişdir. Buna baxmayaraq, Nurlanın ailəsi səbəbindən onların münasibətləri pozulmağa başlamışdır. Təxminən sentyabr ayında onun qızı məktəbə başlayacağı üçün o, Gəncə şəhərinə qayıtmışdır. Bu müddət ərzində o, Təqsirləndirilən şəxs ilə ünsiyyət qurmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə Gəncə şəhərinə onun yanına gəlmişdir. Daha sonra o da Bakı şəhərinə Təqsirləndirilən şəxs yanına gəlmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ilə onun münasibəti yenidən düzəlməyə başlamışdır. Onlar yenidən “Pasyolka Kirov” adlanan ərazidə, lakin başqa evdə yaşamağa başlamışlar. Birlikdə yaşadıqları zaman onunla Təqsirləndirilən şəxs arasında böyük bir anlaşılmazlıq olmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə onun işlətdiyi mobil telefonuna daxil olmaq istəmişdir. Çünki Nurlan onun xəyanət edəcəyini, Nurlanla birlikdə olduğu halda başqa biri ilə münasibət yaşayacağından şübhələnmişdir. Ona görə də onlar yenidən ayrılmışlar. Təqsirləndirilən şəxs onun qardaşının əlaqə nömrəsini taparaq əlaqə saxlayıb nələrsə barədə danışmışdır. Lakin qardaşı ilə Nurlan arasında olan danışıqdan onun xəbəri olmamışdır. Lakin onun ailəsi Təqsirləndirilən şəxs ilə onun arasında olan münasibətdən xəbər tutduqdan sonra o, ailəsinin təkidi ilə məcbur qalıb Təqsirləndirilən şəxs ilə evlənmək qərarına gəlmişdir. Lakin sonradan onların münasibətləri getdikcə pozulduğu üçün onlar ortaq qərar əsasında ayrılmışlar. Təxminən 3 (üç) ay müddətində ümumiyyətlə onların bir-biri ilə ünsiyyəti olmamışdır. Sonra Təqsirləndirilən şəxs avtomobil ilə onun yaşadığı ünvana gəlmişdir. O, mənzildən çıxaraq Nurlanla qısa müddət ərzində ünsiyyət qurmuşdur. Bundan sonra mütəmadi şəkildə olmasa da, onlar bir-biri ilə əlaqə saxlamışlar. Hətta bir neçə dəfə Təqsirləndirilən şəxs onun qızını məktəbdən də götürmüşdür. Buna baxmayaraq, onun Təqsirləndirilən şəxs ilə yenidən barışmaq fikri olmamışdır. Təqsirləndirilən şəxs onun barışmaq istəmədiyini bildiyi üçün ona zəng edərək sürpriz edəcəyini bildirmişdir. Bir gün, hansı ki, tarixi tam xatırlamır Təqsirləndirilən şəxs onun yaşadığı mənzilə gələrək ona avtomobil hədiyyə edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ona hədiyyə etdiyi “Ford Fusion” markalı avtomobili qəbul etmişdir. Lakin o, Təqsirləndirilən şəxs hədiyyə etdiyi avtomobilə görə də barışmayacağını bildirmişdir. Onun sürücülük vəsiqəsi olmasa da o, bir neçə gün yaşadağı ərazidə avtomobil idarə etməyi öyrənmək məqsədilə həmin avtomobili idarə etmişdir. Qısa müddət ərzində avtomobildə nasazlıq baş verdiyi üçün Təqsirləndirilən şəxs avtomobili ustaya aparmışdır. Nurlan ona avtomobili digər “Chevrolet Malibu” markalı avtomobillə dəyişdirmək istədiyini bildirmişdir. O da heç bir problem olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona yeni bir sürpriz etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı mənzilin qarşısına gəlmişdir. O da üzərində olan ev paltarı ilə Nurlanın yanına getmiş və Nurlanın idarə etdiyi avtomobilə əyləşmişdir. Nurlan avtomobili “Pirallahı” qəsəbəsi istiqamətinə sürməyə başlamışdır. O, əvvəlcə düşünmüşdür ki, onlar əvvəllər birlikdə getdikləri restorana ya da Nurlanın ailəsinin yaşadığı evə gedirlər. Nurlan ona tamamilə başqa bir yerə apardığını və sürpriz edəcəyini bildirmişdir. Onlar yol ilə gedərkən o, düşündüyü yerlərdən keçdiklərini görmüşdür. Daha sonra onlar ayrı-ayrı evlərin çox olduğu bir otelə çatmışlar. Avtomobili səhv etmirsə 3-cü evin yanında dayanmış və Nurlan mobil telefon vasitəsilə onun tanımadığı birinə zəng edərək sənədləri gətirməsini demişdir. Sonra o, avtomobildən düşmüşdür. Bundan sonra Nurlan ona evə daxil olmağını bildirmişdir. O, sürprizin ona avtomobil hədiyyə ediləcəyini düşünmüşdür. O, evin qarşısında heç bir avtomobil görmədiyi üçün əsəbiləşmişdir. Çünki o, əgər Nurlan ona avtomobil hədiyyə etməyəcəkdisə, Nurlanın onu həmin evə aparmaqda məqsədinin başqa bir şey olduğunu düşünmüşdür. Onlar həmin evə daxil olduqdan sonra o, evin içərisinin toz-torpaq və dağınıq vəziyyətdə olduğunu görmüşdür. Hər ikisi evə daxil olduqdan sonra Nurlan evin qapısını kilidləmişdir. O, nəyə görə qapını kilidlədiyini Nurlandan soruşduqda, Nurlan ona heç kimin onları narahat etməməsi üçün qapını kilidlədiyini bildirmişdir. O, Nurlana ayaqyoluna girmək istədiyini dedikdə, Nurlan ona “mobil telefonunu mənə ver, daha sonra ayaqyoluna get” deyə bildirmişdir. O, ayaqyoluna mobil telefonu vasitəsilə yaxınlarına olduğu ünvanı bildirmək üçün girmək istəmişdir. Lakin Nurlan da onunla bərabər ayaqyoluna girdiyi üçün o, heç bir yaxınına məlumat verə bilməmişdir. Daha sonra onlar salonda əyləşərək söhbət etməyə başlamışlar. Aralarında anlaşılmazlıq olduğu üçün o, səsinin tonunu yüksəltmişdir. O, evdən çıxmaq istəyən zaman Nurlan onu qucaqlayaraq qapının yanında olan daşla baş nahiyəsindən zərbə endirmişdir. O, tam huşumu itirməsə də, biraz halı dəyişmişdir. O, həmin zərbədən yerə yıxılmışdır. Nurlan onu yerdən götürərək yataq otağına aparmışdır. Nurlan onu yatağın üzərinə atan zaman artıq o, özünə gəlmişdir. O, ətrafdakıların eşidəcəyi səviyyədə qışqırmağa başlamışdır. Nurlan ona qışqırmamağını bildirsə də, o, Nurlanın sözünə məhəl qoymamışdır. Bu zaman Nurlan yatağın yanında olan dolabın içərisindən skoç götürərək onun qışqırmaması üçün onun ağzını bağlamışdır. Nurlan onun üst geyimini çıxartmağa başlamışdır. O, Nurlana mane olmağa çalışsa da, heç bir nəticə verməmişdir. Bundan sonra o, heç bir cəhdin baş tutmayacağını anlamışdır. Ona görə də o, özü alt paltarlarını çıxartmışdır. Sonra onlar həmin yerdə birlikdə cinsi əlaqədə olmuşlar. İşləri bitdikdən sonra o, Nurlandan əyinini geyinməyi üçün paltarlarını istəmişdir. Bu zaman qapı döyülərək həmin evin sahibi hansısa sənədləri gətirmişdir. O, bundan istifadə edərək mobil telefonunu götürərək öz anasına yazmışdır ki, dayısı qızına ona kömək etməsi üçün məlumat versin. Sonra o, mobil telefon ilə rəfiqəsinə zəng etmiş və mobil telefonu açıq şəkildə yanına qoymuşdur ki, baş verən bütün hadisəyə rəfiqəsi şahid olsun. O, yenidən qışqırmağa başlamışdır. Bu zaman onun ürəyi bulandığı üçün o, ağzındakı skoçu çıxararaq qusmuşdur. Sonra o, Nurlanın onun baş nahiyəsindən vurduğu daşı götürərək Nurlana qapını açmasını və getmək istədiyini, əks halda həmin daşla Nurlanı vuracağını bildirmişdir. Nurlan isə ona sakitləşməyini, əynini geyindikdən sonra çıxıb gedəcəklərini bildirmişdir. Bu zaman Nurlan qəfil onun əlində olan daşı götürərək onu qucaqlayıb üzü üstə yatağa uzatmışdır. Həmin anda da o, Nurlan ilə yenidən cinsi əlaqədə olmuşdur. Nurlan onun qolunu yatağın solunda kəndirə bağlı jilka ilə bağlamaq istəmişdir. Lakin kəndir qırıldığı üçün jilka onun qolunda qalmışdır. O da buna əsəbiləşib Nurlana “əclaf” demişdir. Nurlan onun bu ifadəsindən əsəbiləşib yenidən daşı əlinə götürmüş, lakin sonra ona heç bir zərbə endirməmişdir. O, Nurlanın sakitləşməyəcəyini görüb Nurlanla keçmişdə yaşadıqları xoş günlərdən bəhs etməyə başlamışdır. Sonra o, Nurlan ilə birlikdə ağlamağa başlamışdır. Sonra o, Nurlanı ayaqyoluna apararaq əl-üzünü yumuşdur. Onlar onun qolunda olan jilkanı açmağa çalışsalar da, bu mümkün olmamışdır. Onun qolunu jilka sıxdığı üçün qolu şişməyə başlamışdır. Daha sonra Nurlan onu təcili tibbi yardıma aparmışdır. Nurlan həkimə sadəcə oyun oynadıqlarını bildirmişdir. Nurlan bir neçə dəqiqəlik kənara çəkilən zaman o, yaranan fürsətdən istifadə edərək tibb xidməti əməkdaşlarına təcili polisə xəbər vermələrini bildirmişdir. Nurlan yenidən onun yanına qayıdanda tibb xidməti əməkdaşları Nurlana polis çağırdıqlarını bildirmişlər. Bu zaman Nurlan oranı tərk edərək getmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxslə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, əvvəllər rəsmi şəkildə Elvin Əmrahovla evli olmuş, lakin aralarında problemlər olduğundan boşanmışlar. X8 birgə nikahından 2015-ci il təvəllüdlü Aylin Əmrahova adlı qız övladı anadan olmuşdur. O, Elvindən 2019-cu ildə rəsmi qaydada boşanmışdır. O, Təqsirləndirilən şəxslə 2021-ci ilin mart ayında tanış olmuşdur. Daha sonra o, Nurlanla yaxın münasibət qurmuş və hətta Nurlan, Elfanə və Leyla ilə birlikdə kirayə evə köçərək orada yaşamağa başlamışlar. Bu dövrdə Nurlan özünü onlara çox yaxşı tanıtmış, yəni Nurlan özünü ona bir ər kimi hiss etdirmişdir. Buna görə də Elfanə və Leyla Nurlanın onlarla qalmasına razılıq vermişlər. 2021-ci ilin sentyabr ayına kimi onların münasibətləri normal davam etmiş, lakin bundan sonra aralarına problemlər yaranmağa başlamışdır. Həmin vaxta qədər Nurlan onu vaideynləri ilə tanış etmiş, lakin Nurlanın valideynləri onun Nurlanla münasibətinə pis baxmışlar. Nurlanın valideynləri Nurlanın onunla sadəcə vaxt keçirtdiyini bildirmişlər. Lakin o, Nurlanla münasibətini pozmamışdır. Amma buna baxmayaraq, onların münasibətləri korlanmağa başlamışdır. 2021-ci ilin sentyabr ayında o, həm Nurlandan biraz aralanmaq, həm də qızını məktəbə düzəltmək üçün Gəncə şəhərinə qayıtmışdır. Həmin vaxt onun ümumiyyətlə Bakı şəhərinə qayıtmaq fikri olmamışdır. Ona görə də o, Gəncə şəhərində işə düzəlmişdir. Lakin Nurlan ondan əl çəkməmiş və onunla barışmaq üçün yalvarmağa başlamışdır. O da Nurlanın yalvarışlarına dözməyib Nurlanla barışdığını, lakin Bakı şəhərinə qayıtmayacağını bildirmişdir. 2021-ci ilin dekabr ayınadək o, bir neçə dəfə Bakı şəhərinə gəlmiş, Nurlan da Gəncə şəhərinə getmişdir. Sonra Nurlan həmin dövrdə dəfələrlə ona evlənmək təklif etmişdir. O isə buna razı olmamışdır. 2021-ci ilin dekabr ayının xatırlamadığı günündə Nurlan haradansa onun qardaşının nömrəsini tapmış və onun qardaşı danışaraq aralarında olan hər şeyi qardaşına bildirmişdir. Nurlan onun qardaşına onun barəsində ciddi fikirləşdiyini və onunla evlənmək istədiyini bildirmişdir. Bununla da onun ailə üzvləri onun həyatında bir nəfərin olduğunu öyrənmişlər. Buna görə də o, Nurlanın evlilik təklifi ilə razılaşmalı olmuşdur. Elə 2021-ci ilin dekabr ayında Nurlanın ailəsi Gəncə şəhərinə gəlmiş və həmin vaxt elçilik olmuşdur. Həmçinin Gəncə şəhərində yerləşən “İmperial” şadlıq sarayında onların ailələri arasında yığıncaq da keçirilmişdir. Bundan bir neçə gün sonra o, Bakı şəhərinə gəlmiş və Nurlanla birlikdə yaşamaq üçün ev axtarmağa başlamışdır. Elmlər Akademiyasının yaxınlığında onlar 3 otaqlı bina evi tapmışlar və həmin evi kirayələmişlər. Onlar həmin evə köçdükdən bir neçə gün sonra o, qızını da yanına gətirmişdir. Bundan sonra onlar ailə kimi birlikdə yaşamağa başlamışlar. Həmin vaxt hər şey qaydasında olmuşdur. Nurlanın həm onunla, həm də onun qızı Aylin ilə münasibəti normal olmuşdur. Daha sonra o, Nurlandan hamilə olduğunu öyrənmişdir. Lakin o, həmin uşağı aldırmışdır. Belə ki, həmin dövrdə Nurlan biopsiya olunmuş, habelə xəstəliyinin ciddiliyi müəyyənləşmiş, kimyaterapiya və digər müalicələr almağa başlamışdır. Bir müddət sonra ev sahibinin təkidi ilə onlar yaşadığı evdən çıxmaq məcburiyyətində qalmışlar. Nurlan da onlara ev axtararaq tapmış və yenidən birlikdə yaşamağa başlamışlar. Lakin həmin ərəfədə Nurlanın anası ilə onun arasında olan münasibətlər pozulmağa başlamışdır. Belə ki, Nurlanın anası onun iş yerinin sosial şəbəkə ünvanlarına onun barəsində pis sözlər yazaraq onu təhqir etmişdir. Nurlanın anası, həmçinin ona təhqiramiz sözlər demişdir. Buna görə də Nurlanla onun münasibətləri pozulmuşdur. Sonuncu dəfə Nurlanla onun arasında yaranan mübahisəyə görə Nurlan onu döymüş və bu hadisə onun qızı, Elfanə və Leylanın gözləri qarşısında olmuşdur. Qızı Aylin onu Nurlanın əlindən çətinliklə almış və sonuncunu evdən çıxartmışdır. Bundan sonra onun Nurlanla arası çox pis olmuş, eləcə də Nurlan onu hədələməyə və şantaj etməyə başlamışdır. Belə ki, Nurlan münasibətlərinin ilkin vaxtlarında içkili vəziyyətdə onu apardığı otel otağında lüt vəziyyətdə çəkdirdiyi şəkillərini onun qardaşına göndərərək onu və otaq yoldaşlarının Bakı şəhərini tərk etməsini tələb etmişdir. Hətta Nurlan onun pul qarşılığında müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu belə demişdir. Bu cür üsullarla Nurlan onu qohumlarının yanında biabır etmişdir. Buna görə də o, Nurlandan tamam soyumuş və görmək istəməmişdir. Bir müddət keçdikdən sonra isə Nurlanın ağlı başına gəlmiş və yenə də ona yalvarmağa başlamışdır. Bu hadisələr 2022-ci ilin yay aylarında baş vermişdir. Lakin Nurlanın anası onun iş yerinə yazmağa davam etmişdir. Bu səbəbdən də o, iş yerindən çıxmağa məcbur olmuşdur. Bir müddət sonra o, işi taparaq işləməyə başlamış və bir gün Nurlan onun yaşadığı binanın qarşısında onun qabağını kəsib səhv etdiyini, peşman olduğunu və onunla barışmaq istədiyini bildirmişdir. O isə Nurlanla razılaşmamışdır. Həmin ərəfədə Nurlan müxtəlif sosial şəbəkə hesablarından ona yazmış, o isə Nurlana cavab verməyərək Nurlanın hesablarını bloka atmışdır. Bir müddət sonra o, Nurlanın hesablarını bloka atmaqdan bezdiyi üçün Nurlanı bloka atmamış, Nurlan isə gündəlik vərdiş kimi ona yazmışdır. O da gah cavab vermiş, gah da cavab verməmişdir. Bu vaxt artıq 2022-ci ilin sentyabr ayı olmuş və o, qızını Gəncə şəhərindən gətirərək Bakı şəhərində olan məktəblərdən birinə yerləşdirmişdir. Məktəblər başlamamışdan qabaq onun Nurlanla münasibəti nisbətən yumşalmış və məktəblər başlanan vaxt Nurlan ona qızının ilk məktəb günündə yanında olmaq istədiyini, qıraqdan qızının atasız kimi görünməyini istəmədiyini bildirmişdir. O da bununla razılaşmış və xx.xx.2022-ci il tarixdə Nurlan onun yaşadığı evə gəlmişdir. Sonra Nurlan, o və Elfanə qızı Aylini məktəbə aparmışlar, dərs başladıqdan sonra isə üçü birlikdə yemək yeməyə getmişlər. Bundan sonra bir müddət onların münasibətləri belə davam etmiş, lakin onlar yalnız telefonla danışmışlar və yazışmışlar. Həmin müddət ərzində onlar görüşməmişlər. Təqribən xx.xx.2022-ci il tarixdə Nurlan ona sürprizinin olduğunu və bundan sonra barışacaqlarını bildirmişdir. Sonra Nurlan həmin gün onlara gəlmiş və onu həyətə çağırmışdır. Həmin vaxt Nurlan özü ilə gətirdiyi alov rəngli “Ford Fusion” markalı avtomobili təqdim edərək maşını ona hədiyyə etdiyini bildirmişdir. Bundan sonra Nurlan bir neçə gün ona həmin avtomobillə maşın sürməyi öyrətməyə başlamışdır. Bir neçə gündən sonra həmin avtomobil xarab olmuş və Nurlan da avtomobili servisə aparmışdır. Bundan sonra onlar adi qaydada danışmağa və ünsiyyət saxlamağa davam etmişlər. Lakin onunla Nurlan arasında hər hansı fiziki yaxınlıq olmamış, hətta o, Nurlana əlini belə tutmağa icazə verməmişdir. Nurlan dəfələrlə ondan yaxın olmağı, konkret olaraq cinsi əlaqədə olmağı təklif etmiş, eləcə də gecələr yanında olmağı, qucaqlamaq istədiyini bildirmişdir. Kakin o, Nurlana konkret olaraq Nurlanı istəmədiyini demişdir. Dəfələrlə Nurlan onu öpmək istəyəndə o, sərt formada reaksiya vermiş, o cümlədən Nurlanı itələmişdir. Onun bu barədə olan fikrini Nurlan da açıq-aşkar bilmişdir. O, Nurlana bu barədə demişdir. xx.xx.2022-ci il tarixdə Nurlan ona zəng edərək növbəti gün ona sürprizinin olacağını yazmış, eyni zamanda həmin gündən bir gün əvvəl Nurlan ona “Chevrolet Malibu” markalı avtomobilin şəklini ataraq həmin maşını əvvəlki maşın ilə barter edəcəyini bildirmişdir. Buna görə də o, Nurlanın sürprizinin həmin “Chevrolet Malibu” markalı avtomobili ona vermək olduğunu başa düşmüşdür. xx.xx.2022-ci il tarixdə, saat 18:30-da Nurlan onun yaşadığı binanın qarşısına gəlmiş və o da evdən çıxaraq Nurlanın yanına gedərək avtomobilə əyləşmişdir. Nurlan Pirallahıya tərəf hərəkət etdikdə, o, Nurlandan hara getdiklərini soruşmuş, eləcə də Nurlana “əgər ananın yanına aparırsansa, mən onunla barışası deyiləm” deyə bildirmişdir. Nurlan da anasıgilin yanına getmədiklərini, əksinə sürprizin olduğu yerə getdikərini, hətta orada fişəng hazırladığını bildirmişdir. Nurlan yolboyu demək olar ki, telefonla danışmış, hətta bir nəfər ona zəng edərək “sən gəlirsən?” deyə soruşduqda, Nurlan gəldiyini bildirmişdir. Onlar Pirallahı qəsəbəsinə daxil olduqdan və körpünü keçdikdən bir müddət sonra yoldan sağa dönməklə çıxmışlar. Hava həmin vaxt artıq qaranlıq olmuş və o, gəldikləri yerdə bir neçə villa tipli binalar görmüşdür. Nurlan səhv etmirsə soldan üçüncü binanın kənarında saxlayıb motoru söndürmüşdür. Bu zaman Nurlan telefonu qulağına tutaraq kiməsə “sənədi gətir” deyə bildirmişdir. O, həmin vaxt bilməmişdir ki, Nurlan həqiqətən kiməsə zəng etmiş, yoxsa yox. O, Nurlandan “nə sənədi?” deyə soruşduqda, Nurlan ona “istəmirdin ki, maşın sənin adına olsun” deyə cavab vermiş və ondan avtomobildən düşməyini istəmişdir. O da Nurlana “əgər mənimlə cinsi əlaqədə olmaq istəyirsənsə, bunun üçün otaqda nəsə hazırlatmısansa, bəri başdan deyirəm ki, səninlə olmayacam, mən bura maşını gəlib götürüb getməyə gəlmişəm” deyə bildirmişdir. Nurlan da ona narahat olmamagını, heç bir şey hazırlatmadığını demişdir. O, nəsə hazırlamaq deyərkən yatağın, otağın güllərlə bəzədilməsi və bununla bağlı sair məsələləri nəzərdə tutmuşdur. O, Nurlana qəti şəkildə cinsi əlaqədə olmayacağını bildirmiş, Nurlan da onunla razılaşmışdır. Daha sonra Nurlan kotecin qapısını açmış və onu içəri buraxmışdır. O, içəri daxil olduqda, orada heç bir hazırlıq görülmədiyini görmüş və ona görə də içəri daxil olmuşdur. Nurlan da dərhal onun arxası ilə içəri daxil olmuş və qapını içəridən açarla bağlamışdır. O, Nurlandan hansı səbəbdən qapını bağladığını soruşduqda Nurlan “burada çox adam olur, içəri heç kim girməsin deyə qapını bağladım” deyə bildirmişdir. O da “sən lüt deyilsən, mən lüt deyiləm, kimsə girsə nolacaq” deyə bildirdikdə, Nurlan narahat olduğunu bildirmişdir. O, həmin vaxt artıq Nurlanın onula cinsi əlaqədə olmaq niyyətini başa düşərək Nurlandan qapını açmasını tələb etmişdir. Nurlan “niyə belə edirsən?” deyərək oturub söhbət etmək istədiyini və sürprizini verəcəyini bildirmişdir. Lakin o, bununla razılaşmayıb telefonla tanışlarından kiməsə məlumat vermək məqsədilə ayaqyolun getmək istəmişdir. Nurlan isə onun telefonla birlikdə tualetə getməyini istəməmiş və əlini onun cibinə ataraq ona məxsus telefonu götürmək istəmişdir. O isə Nurlanın onun telefonunu götürməyinə imkan verməmişdir. Nurlan onunla birlikdə tualetə girmək istədikdə, o, tualetdən çıxaraq Nurlandan qapını açmağını tələb etmişdir. Nurlan isə qapını açmaqdan imtina etmişdir. O da bundan əsəbiləşərək qışqıra-qışqıra Nurlandan qapını açmağını tələb etmişdir. Bu zaman Nurlan elə tualetin qapısının qarşısında onu qucaqlayıb özünə sıxmış və bu an o, başının ənsə nahiyəsinə nəyinsə dəydiyini hiss etmişdir. Bu vaxt o, başında olan ağrıdan yerə yıxılmışdır. O, Nurlanın hazırda xatırlamadığı əlində daş olduğunu görmüş və Nurlanın onu həmin daşla vurduğunu fikirləşmişdir. O, yerə yıxıldıqdan sonra Nurlan onu sürüyüb kotecin yataq otağına aparmışdır. Həmin vaxt o, artıq zərbənin təsirindən yarı huşsuz vəziyyətdə olmuşdur. Nurlan onu yataq otağına aparıb yerdən qaldırıb otaqda olan iki nəfərlik yatağa atmışdır. Həmin otaqda həmin yataqdan əlavə 1 ədəd bir nəfərlik yataq olmuş, lakin hər iki yataq dağınıq vəziyyətdə olmuşdur. Nurlan onu yatağa atdıqdan sonra o, həm ağrı, həm də qorxunun şokundan oyanmışdır. Nurlan isə yataqda onu öpməyə başlamış və həmin vaxt onun ayağı döşəmədə, bədəni isə yatağın üzərində olmuşdur. O, qışqıraraq Nurlanı itələmiş, eləcə də qışqırmış və Nurlana dayanmağını, bunu etməməyini demişdir. Nurlan isə əlindəki daşı təknəfərlik yatağın üzərinə qoymuşdur. Bu ərəfədə o, qışqırdıqca, Nurlana etiraz etdikcə Nurlan onu vurmuş və qışqırmamagını bildirmiş, həmçinin Nurlan otaqda olan paltar dolabının yanında olan tumbuçkalardan birindən qalın skoçu götürmüş və skoçu açaraq onun başını, ağzını bağlamışdır. Lakin o, Nurlana müqavimət göstərdiyi üçün Nurlan skoçu səliqəli bağlaya bilməmiş, nəticədə necə gəldi bağlamışdır. Lakin Nurlan skoçla onun ağzını bağladığından o, danışa bilməmişdir. Həmin vaxt onun əynində qırmızımtıl rəngli qısa qol idman üst geyimi, boz rəngli idman şalvarı, Nurlanın əynində isə qara rəngli kofta, qara rəngli cins, boz rəngli mayka, rəngini görmədiyi və fikir vermədiyi tursik olmuşdur. Nurlan onun üst geyimini, qara rəngli büstqalteri özü çıxartmış, daha sonra Nurlan onun şalvarını dartışdıraraq çıxartmağa çalışmışdır. Həmin vaxt o, artıq qorxduğundan və şokda olduğundan əynində olan şalvarı və şalvarın altında olan krem rəngli şortiki özü çıxartmışdır. Həmin vaxt artıq onun əynində alt paltarı olmamış və artıq ikisidə lüt vəziyyətdə olmuşlar. Həmin vaxt onun ağzı skoçla bağlı olduğundan o, qışqırsa da ondan səs çıxmamışdır. Həmçinin o, lüt vəziyyətdə olsa da iki ayağını bir-birinə sıxmış, eləcə də Nurlanı da əlləri ilə özündən itələmişdir. Nurlan isə onun üstündə olmuşdur. O, Nurlanın altında olmuşdır. Nurlan onun ayaqlarını aralamış və öz ayaqlarını onun ayaqları arasında yerləşdirmişdir. Həmin vaxt Nurlan özünün artıq bərkimiş cinsiyyət orqanını onun cinsiyyət orqanına salmağa bir neçə dəfə cəhd etsə də, cinsiyyət orqanını içəri sala bilməmişdir. Lakin sonuncu cəhddə Nurlan öz cinsiyyət orqanını onun cinsiyyət orqanına sala bilmişdir. Həmin vaxt o, ağlamış və qışqırmışdır. O, Nurlana müqavimət göstərməyə çalışsa da, Nurlan ondan cüssəcə çox böyük olduğundan onun müqaviməti Nurlana təsir etməmişdir. Nurlan təxminən 5 dəqiqə ərzində onunla eyni vəziyyətdə zorla cinsi əlaqədə olmuş və həmin vaxt artıq Nurlan onun müqavimətini sındırmışdır. Nurlan boşalmamış öz cinsiyyət orqanını onun cinsi orqanından çıxarıb prezervativ taxmış və yenidən cinsiyyət orqanını içəri salaraq cinsi əlaqədə olmağa davam etmiş və nəticədə boşalmışdır. Daha sonra Nurlan onun üstündən durub prezervativi çıxarmış və dolabın kənarına tullamışdır. O isə yerindən duraraq ağzında olan skoçu boğazına çəkmiş və qusmağa başlamışdır. Nurlan da ona bura qaytarmamağı, tualetə getməyini demişdir. O isə tualetə getməmiş və soyuq olduğunu bildirib Nurlandan paltarlarını istəmişdir. Nurlan da tələsməməyini və birazdan gedəcəklərini bildirmişdir. Lakin o, elə Nurlanın onu zorladığı yatağın üzərində olan şortik və şalvarını geyinmiş və Nurlandan birnəfərlik yatağın üzərində olan büstqalter və idman üst geyimini istəmişdir. Nurlan isə onun israrlarına görə yalnız idman üst geyimini ona vermiş və oda geyinmişdir. Nurlan hələ də lüt olmuşdur. Bu ərəfədə kotecin qapısı döyülmüş və Nurlan da təntiyərək lüt vəziyyətdə qapıya qaçmışdır. Həmin vaxt o, ilk olaraq ağlına gələn şeyi etmiş, yəni anasına kömək etməsi üçün mesaj yazmışdır. Bir müddət keçdikdən sonra Nurlan ondan “ver telefonunu, görüm 90-95 gün ərzində neynəmisən?” deyə bildirmişdir. O isə telefonunu Nurlana verməmişdir. Bu vaxt Nurlan əvvəl onu vurduğu daşı əlinə götürüb üstünə gəlmiş və həmin daşla onu vurmağa çalışmışdır. Lakin o, əli ilə başını tutduğundan zərbə onun əlinə dəymişdir. Əlavə olaraq yatağın bir kənarında olan divara bağlı olan plafona kəndir bağlanmış və həmin kəndirin bir ucuna isə plastik materialdan olan bağlayıcı bağlanmış, eyni şey yatağın hər iki ayaq tərəfində də olmuşdur. Nurlan onun sağ əlini yatağın baş tərəfindən olan plafona bağlanmış kəndirin ucuna bağlanmış plastik bağlayıcıya bağlamışdır. Bu zaman o, qışqıraraq bağlı əlini dartdıqda kəndir qırılmış, bağlayıcı isə onun əlində qalmışdır. Nurlan isə əsəbiləşərək onu vuraraq qışqırmamağını bildirmişdir. Bir anlıq həmin daş onun əlinə keçmiş və o, yatağın üzərində ayaqüstə dayanmışdır. Nurlan isə qonaq otağına qaçmış və o, qışqıraraq Nurlandan onu buraxmağını, əks təqdirdə daşla Nurlanı vuracağını bildirmişdir. Həmçinin o, Nurlandan qapını açmağını istəmişdir. Nurlan da ona paltarlarını verməyini və bu vəziyyətdə çölə çıxmasının ayıb olduğunu bildirmişdir. O da Nurlana inanıb geriyə çevrilmiş və Nurlanın paltarlarını götürmək istədikdə, Nurlan onun üzərinə hücum edib onu yatağa yıxmış və üstünə çıxaraq onu vurmuşdur. Nurlan həmin vaxt onun əlindən daşı almışdır. Bundan sonra o, görmüşdür ki, Nurlanla zorla danışmaq olmur, çünki Nurlan bildiyini edir. Buna görə də o, Nurlanın qılığına girməyə başlamış və Nurlana xoş günlərindən, eləcə də Nurlanın səhvlərindən danışmağa başlamışdır. Belə səhv etməsəydi Nurlanı bağışlaya biləcəyini demiş və belə-belə Nurlanın aqressivliyini azaltmışdır. Nurlan isə onun belə danışmağından çox pis olmuş və səhvini başa düşərək ağlamağa başlamışdır. Sonra yavaş-yavaş Nurlan özünə gəlmiş və onun vəziyyətini görmüş, həmin vaxt o, özünü çox pis hiss etmişdir. Nurlan da bıçaqla onun qolunda olan bağlayıcını kəsmək istəsə də, kəsə bilməmişdir. Sonra Nurlan onu Pirallahı qəsəbəsində olan təcili tibbi yarım stansiyasına aparmış və orada həkimlər ona baxış keçirmişlər. Həkimlər ondan qolundakı zajimin səbəbini sopruşduqda, Nurlan yalandan oynadıqlarını bildirmişdir. Nurlan həkimdə olduqları müddətdə ona qayğı göstərmiş, öpmüş, sığallamış və həkimlərdən ona tibbi yardım göstərilməsini tələb etmişdir. Nurlan bir anlıq onun yanından aralaşdıqdan sonra o, həkimə polis çağırmağını bildirmişdir. Bir müddətdən sonra isə Nurlan oradan çıxıb getmiş və təxminən yarım saatdan sonra yenidən ora qayıtmışdır. Həmin vaxt polis əməkdaşları Nurlanı Polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsı hadisə günü tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs axşam saatlarında onun işlədiyi Pirallahı rayonu 18 saylı TTY-a adını xatırlamadığı bir xanımla gəlmişdir. Təqsirləndirilən şəxs yanında olan xanımın halının pis olduğunu bildirmiş və onlardan həmin xanıma kömək etmələrini xahiş etmişdir. Onlar həmin xanıma köməklik göstərmişlər, yəni tibbi yardım göstərmişlər. Həmin xanım həkimdən Təqsirləndirilən şəxsla birlikdə getməyə icazə verməməsini xahiş etmişdir. Həkim nəyə görə xanımdan Təqsirləndirilən şəxsla birlikdə getməyə icazə verməməsinin səbəbini soruşduqda, həmin xanım Pirallahı rayonunda yaşamadığını, eləcə də Təqsirləndirilən şəxs həmin xanımı bura gətirdiyini və döydüyünü bildirmişdir. Şahid X5nın məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında iş üzrə əhəmiyyət kəsb edən hallarla bağlı əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şşahid X5nın məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2007-ci ildən Pirallahı rayonu 18 saylı TTY-də tibb bacısı işləyir. xx.xx.2022ci il tarixdə o, növbədə olmuş və axşam saat 22:00-23:00 radələrində əvvəllər tanımadığı, bir qız və bir oğlan onun işlədiyi yerə yaxınlaşmışdır. Həmin qız və oğlan yaxınlaşan zaman qız özünün pis olduğunu, başı ağrıdığını, ürəyi bulandığını bildirmişdir. Eləcə də qız yaxınlaşan zaman bir əlində qara rəngdə “zajim” olmuşdur. Zajim o qədər sıx bağlanmışdır ki, zajimi açmaq mümkün olmamışdır. Həmin qız zajimin açılması üçün ondan kömək istəmişdir. O da çətinliklə olsa da həmin qızının əlində olan zajimi açmış, həmin xanım 25-30 yaşlarında olmuşdur. Sonradan ona məlum olmuşdur ki, xanımın adı Aysəndir. O, Aysənlə biraz söhbət etmiş və həmin vaxt Aysənlə gələn oğlanın Aysənin başına daşla zərbə endirdiyini Aysən ona bildirmişdir. Həmin vaxt o, onunla növbədə olan həkim Şahid5lə birlikdə Aysənin başına baxmış və Aysənin başında şişkinlik olduğunu görmüşlər. Onlar dərhal Aysənin başına buz qoymuşlar və ilkin tibbi yardım göstərməyə başlamışlar. Bu prosedur baş verən zaman Aysənlə gələn oğlan həyəcanlı şəkildə çöldə durmuş, sonra biraz keçdikdən sonra həmin oğlan onlara yaxınlaşaraq bir yerə gedib 15- 20 dəqiqəyə gələcəyini bildirmişdir. Onlar da razılaşmışlar. Həmin oğlan getdikdən sonra Aysən dayanmadan qışqırmağa və ağlamağa başlamışdır. Həmin xanım demişdir ki, “102ə yığıram, polis kömək etsin, həmin oğlan qayıtsa yenə işgəncə verəcək”. Sonra həmin qız 102 xidmətinə yığaraq hadisə barədə məlumat vermişdir. Oğlan 15 dəqiqə sonra qayıtdıqdan sonra Aysən tualetə girib qapını bağlamışdır. Polislər gəldikdən sonra o, Aysənə “polislər gəldi, çıx tualetdən” demişdir. Bundan sonra Aysən çıxmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisənin baş verməsindən uzun müddət keçdiyi üçün o, cinayət hadisəsinin baş vermə tarixini xatırlamır. Lakin həmin gün o, gecə növbəsində xidmətdə olduğunu xatırlayır. Axşam saatlarında Təqsirləndirilən şəxs cavan bir xanımla onların yanına gəlmişdir. Həmin xanımın hansı qolunda olduğunu xatırlamasa da, bir qolunda zajim olmuşdur. Onlar xanıma yaxınlaşan zaman həmin xanımın həyəcanlı olduğunu görmüşlər. Onlar həmin xanımı sakitləşdirməyə və köməklik göstərməyə çalışmışlar. Bu vaxt Nurlan çox sakit və səbrli davranmışdır. Onlar xanıma lazım olan bütün köməkliyi, yəni tibbi yardımı göstərmişlər. X10 Yardım binasının çölünə çıxan zaman həmin xanım həyəcanlı şəkildə ondan həmin xanımın Nurlanla getməsinə icazə verməməyini xahiş etmişdir. O da nə üçün belə bir xahiş etdiyini həmin xanımdan soruşduqda, həmin xanım Nurlanın həmin xanımı döydüyünü, əgər yenidən Nurlanla getsə Nurlanın onu yenidən həmin xanımı döyəcəyini bildirmişdir. Onlar xanımın başının arxa hissəsini müayinə edən zaman həmin xanımın başında kiçik şiş olduğunu görmüşlər. Lakin həmin şişkinlik ciddi dərəcədə olmamışdır. Bu zaman xanım həyəcanlı şəkildə ağlamağa başlamışdır. O, həmin xanıma Nurlanın döyəcəyindən qorxursa, polisə zəng etməsini bildirmişdir. Bundan sonra xanım polisə zəng edərək Nurlanın həmin xanımı döyməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla bir qəsəbədə yaşayır. Ümumiyyətlə Nurlan dəfələrlə öz tanışları ilə birlikdə onun işlətdiyi istirahət mərkəzinə gələrək vaxt keçirmişdir. O da Nurlanı uzun müddət tanıdığı üçün Nurlana etibar edərək əvvəlcədən Nurlan üçün hazırladıqlrı kotecin açarını qapının üzərində saxlayıb bu barədə Nurlana məlumat vermişdir. Nurlan ona hadisədən əvvəl zəng edərək kotec kirayəyə götürmək istədiyini bildirmişdir. O da Nurlana koteclərdən birini gündəlik kirayəyə vermişdir. Daha sonra o, öz ailəsi ilə birlikdə bağ evinə getmiş və orada olan zaman istirahət mərkəzinin əməkdaşları ona zəng edərək polis əməkdaşlarının orada olduqlarını və onun ora gəlməyini bildirmişlər. O, ümumiyyətlə Nurlanı hadisə günü və hadisədən sonra görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 2022-ci ildə internet səhifəsində avtomobil satışı ilə bağlı elan yerləşdirmişdir. Təqsirləndirilən şəxs da internet səhifəsində onun yerləşdirmiş olduğu avtomobil satışı ilə bağlı elanı görüb onunla əlaqə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onunla görüşmüş və onun təqdim etdiyi avtomobilə baxaraq həmin avtomobili bəyənmişdir. Bundan sonra Nurlan həmin avtomobili ondan almışdır. Onun Təqsirləndirilən şəxs satmış olduğu avtomobilin markası “Ford Fusion” olmuşdur. O, avtomobili Təqsirləndirilən şəxs etibarnamə əsasında satmış, yəni Təqsirləndirilən şəxs etibarnamə vermişdir. Onun Təqsirləndirilən şəxs avtomobili neçəyə satdığı dəqiq olaraq yadında deyil, lakin qiymət təxminən 13.500-13.700 manat olmuşdur. Təqsirləndirilən şəxs ona pulu tam həcmdə və nağd şəkildə ödəmişdir. Sonradan onun Təqsirləndirilən şəxs satmış olduğu avtomobilin ona geri qaytarılması halı kimi hal baş verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Pirallahı rayonunda bir otel-restoranda işləyir. Təqsirləndirilən şəxs onun işlədiyi restoranda işləyən Şahid1 adlı əməkdaşla əlaqə saxlayaraq kotec istəmişdir. Şahid1 də Təqsirləndirilən şəxs kotecin günlük ödənişini etdikdən sonra kotecin açarını verə biləcəyini bildirmişdir. Daha sonra Şahid1 ona göstəriş vermişdir ki, Təqsirləndirilən şəxs günlük kirayəyə götürdüyü koteci təmizləsin. O da əvvəlcə Təqsirləndirilən şəxs günlük kirayəyə veriləcək koteci yoxlamış, sonra isə koteci təmizləmiş və həmin kotecin açarını qapının üzərində saxlayaraq oradan ayrılmışdır. Daha sonra o, əməkdaşlar üçün ayrılmış otağa qayıtmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs avtomobil ilə onların koteclərinin olduğu əraziyə gəlmişdir. Lakin o, Təqsirləndirilən şəxs kiminlə gəldiyini görməmişdir. Şahid1 onunla əlaqə saxlayaraq müştərinin gəlib-gəlmədiyini soruşmuşdur. O da Şahid1 müştərinin gəldiyini, daha doğrusu həmin müştərinin ayrılmış kotecə getdiyini bildirmişdir. Şahid1 də ona müştərilərə kotec təhvil verilən zaman həmin müştərilər ilə onların arasında bağlanan təhvil-təslim aktını imzalatmaq üçün həmin müştəriyə təqdim edilməsini bildirmişdir O da Şahid1 göstərişinə əsasən Təqsirləndirilən şəxs kotecin ödənişini almaq və təhvil-təslim aktını imzalatdırmaq üçün Nurlanın olduğu kotecə getmişdir. Nurlan qapını üzərində yataq örtüyü ilə açmışdır. O, təhvil-təslim aktını imzalaması üçün Nurlana vermişdir. Bu vaxt o, içəridə qonaq otağından yataq otağına kiminsə keçdiyini görmüşdür. Lakin o, kimin otaqdan otağa keçməsini görməmişdir. Sonra Nurlan təhvil-təslim aktını imzalayıb ona vermişdir. O da həmin aktı Nurlandan götürüb əməkdaşlar üçün ayrılmış otağa getmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs avtomobil ilə kotecdən ayrıldığını görmüşdür. Lakin o, Nurlanın maşınını arxadan görmüşdür. Həmin vaxt o, maşında kimin olub-olmamasını görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, həmin gün Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Pirallahı rayonunda nişanlısı Təqsirləndirilən şəxs ona təcavüz etməsi, habelə başına daşla vurub öldürmək istəməsi haqqında məlumat vermiş, eyni zamanda həmin vaxt təcili tibbi yardım stansiyasında olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, həmin gün Pirallahı rayonunda fəaliyyət göstərən təcili tibbi yardım stansiyasının həkimi Şəbiyev məlumat vermişdir ki, Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin əzilməsi diaqnozu ilə onun işlədiyi təcili tibbi yardım stasniyasına müraciət etmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 11-15) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş və cinayət hadisəsinin baş verdiyi yer – Pirallahı rayonunda fəaliyyət göstərən “F Marin” otelində olan koteclərin biridir. Həmin vaxt kotecin yataq otağından 1 ədəd skoç və əl-qolu bağlamaq üçün zajim qırıntısı aşkar edilərək götürülmüş, bundan başqa, yataq dəsti (ədyal) götürülmüşdür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 100 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 113- 114) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan (cild 1, iş vərəqə 49-50) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 1, iş vərəqə 67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 856 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən (cild 2, iş vərəqə 4-6) görünür ki, Zərərçəkmiş şəxs sağ qoltuqaltı nahiyəsinin, sağ döşün orta hissəsinin sıyrıqları, boynun sol yan səthinin, sol saidin, aşağı 1/3-nin ön səthinin qançırları müəyyən edilmişdir. Bu xəsarətlər küt yaranma mexanizmə malik olub, müxtəlif şəraitdə əmələ gələ bilərdilər, müddəti müayinədən 1-5 gün əvvələ uyğun gəlirlər, sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcələri təyin edilmir. A.N. Həsənovada arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. xx.xx.2022-ci il tarixli götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 102-109) görünür ki, cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs əynində olmuş geyim əşyaları, yəni qara rəngli cins şalvar, qara rəngli kəmər, qara rəngli poluver maddi sübut kimi götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 31 nömrəli tibbi arayışdan (cild 1, iş vərəqə 123) görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 00:05-də Zərərçəkmiş şəxs adına təcili tibbi yardım stansiyasına çağırış olmuş və Zərərçəkmiş şəxs ənsə nahiyəsinin əzilməsi diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixli götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 126-134) görünür ki, cinayət hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyaları, yəni bənövşəyi rəngli kofta, krem rəngli alt paltarı, boz rəngli idman şalvarı maddi sübut kimi götürülmüşdür. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə 139-140) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələri ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-44/2022 saylı qərarından (cild 1, iş vərəqə 175-177) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, eləcə də o, məhkəmə iclas zalında həbs edilmiş və həbs etmənin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 4(103)-733/2022 saylı qərarından (cild 1, iş vərəqə 221-226) görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və xx.xx.2022-ci il tarixli Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-44/2022 saylı qərarı ləğv edilməklə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, eləcə də o, məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 2962 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası barədə rəyindən (cild 2, iş vərəqə 27-28) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək və ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəməpsixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 7-11) görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunan müxtəlif zajimlərin arasından qara rəngdə (kəsik vəziyyətdə) olan zajimdən hadisə zamanı istifadə etdiyini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 T524/2022 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 2, iş vərəqə 85-87) görünür ki, Zərərçəkmiş şəxs ənsə nahiyəsində solda hematoma, sağ qoltuqaltı nahiyəsinin altı, sağ döşün orta hissəsinin sıyrıqlar, boynun sol yan səthinin, sol saidin aşağı 1/3-nin ön səthinin qançırları olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2022-ci il tarixli Milli Onkologiya Mərkəzinin 4/1036-1082 saylı tibbi arayışından (cild 2, iş vərəqə 56) görünür ki, xəstə Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2022-ci il tarixində körpücüküstü nahiyədə limfa düyününün böyüməsi şikayəti ilə Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. (L0 151706) Xəstəyə Milli Onkologiya Mərkəzində həkim-mütəxəssislər tərəfindən baxılmış, Limfoma xəstəliyinə şübhə olduğu üçün sağ körpücüküstü nahiyədə olan patoloji limfa düyününün eksision biopsiyası məsləhət görülsə də, xəstə imtina etdiyindən USM altında tru-cut biopsiya olunmuşdur. Alınmış material xəstənin qohumları tərəfindən patohistoloji müayinənin aparılması üçün laboratoriyaya verilməmişdir. Xəstə təkrar olaraq xx.xx.2022-ci il tarixində Milli Onkologiya Mərkəzinə müraciət etmiş, anamnezindən məlum olmuşdur ki, xəstə xx.xx.2022-ci il tarixində ATU-nun Onkoloji Klinikasına müraciət etmiş, boynunda olan patoloji limfa düyünündə biopsiya götürülmüş, Bakı Siti Hospitala patoloji müayinə üçün göndərilmişdir. Patohistoloji rəy; 1540/22 Hoçkin limfoması, Nodulyar skleroz variant, "Hoçkin limfoması İİ B mərhələ" diaqnozu qoyulmuş, ATU-nun Onkoloji Klinikasında 7 kurs PKT aparılmışdır. Xəstə şüa terapiyasının aparılması üçün Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Xəstəyə Milli Onkologiya Mərkəzində şüa terapevti tərəfindən baxılmış, xx.xx.2022-ci il tarixində şüa terapiyasının aparılması üçün şöbəyə yerləşdirilmiş, xx.xx.2022-xx.xx.2022ci il tarixləri ərzində şüa terapiyası aparılmışdır. xx.xx.2022-ci il tarixində xəstə stasionar rejimi pozduğuna görə evə yazılmışdır. Xəstə təkrar olaraq xx.xx.2022-ci il tarixində şüa terapiyasının davamı üçün Milli Onkologiya Mərkəzinə müraciət etmiş, şöbəyə yerləşdirilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində şüa terapiyasının davamı aparılmışdır. Xəstə xx.xx.2022-ci il tarixində sahə onkoloqunun nəzarəti altında olmaqla evə yazılmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 899 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 2, iş vərəqə 92- 93) görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 141 nömrəli kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyindən (cild 2, iş vərəqə 77-82) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «PARANOİD ŞİZOFRENİYA» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, anamnestik məlumatlar (İrsiyyətinin ruhi-əsəb xəstəlikləri ilə ağırlaşması, 2 nömrəli X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Şizofreniya paranoid fomna, fasiləsiz gedişli, psixi qüsur halı. F20.01» diaqnozu ilə müalicədə olması, psixi xəstəliyi səbəbi ilə hərbi xidmət keçməməsi, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli sonuncu müayinə haqqında portalda olan məlumatında yanaşı xəstəliklər olaraq «F20 Şizofreniya, Şizofreniya paranoid forma» diaqnozunun qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində daxili həyəcanlarını bölüşməməsi, ünsiyyətə meyilli olmaması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində suallara formal yanaşması, həkimlərlə göz təması qurmaması, təfəkkürünün autik xarakter daşıması və s.) sübut edir. Bununla belə yoxlanılan şəxs Təqsirləndirilən şəxs şöbədə müayinədə olduğu dövr ərzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, tibbi personala, həmçinin hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı aqressiv münasibət göstərməməsi və digər müsbət cəhətlərinin qeydə alınması, müayinə gedişində zahiri görünüşünə görə səliqəli olması, verilən sualları yubanmadan və mahiyyətinə uyğun şəkildə cavablandırması, öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanıldığının müəyyən edilməsi, hazırkı müayinə zamanı kəskin məhsuldar psixopatoloji aşkar olunmaması, yaddaş və diqqətində kobud pozuntu aşkar edilməməsi, emosiyalarında sabitlik müşahidə edilməsi, keçirilən ekspertizanın məqsədini düzgün başa düşməsi, törətmiş olduğu cinayət əməlinə və yaranmış vəziyyətə tənqidi münasibət bəsləməsi cinayət əməlini törətdiyi dövrdə və hal-hazırda onda dayanıqlı remissiya vəziyyəti olduğunu göstərir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Şizofreniya və ya digər birincili psixotik pozuntular» rubrikasında 6A20 kodu altında «Şizofreniya» olaraq qeyd edilir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosseslərinin tədqiqi zamanı qavrama prosesində lənglik, təfəkküründə ilişkənlik, bir prosesdən digərinə keçirilməsində çevik olmamaq, autistik əlamətlər müəyyən edilsə də, tənqidi münasibətinin saxlanıldığı, proqnozlaşdırma qabiliyyətini normaya uyğun çıxış etdiyi, yaddaş proseslərinin aktiv olduğu aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs halhazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Sualın birinci hissəsinə cavab olaraq bildiririk ki, «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün sualın həmin hissəsinə cavab vermək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs tibbi sənədlərə görə paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı paranoid şizofreniya xəstəliyinə xas bəzi əlamətlər aşkar olunur. Lakin Təqsirləndirilən şəxs anamnezindən məlum olan həmin psixi pozuntu gedişində hal- hazırda dayanıqlı remissiya vəziyyətində olduğundan onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs təfəkküründə konkretlik, bir prosesdən digərinə keçirilməsində çevik olmamaq, autistik əlamətlər müəyyən edilsə də, tənqidi münasibətinin saxlanıldığı, proqnozlaşdırma qabiliyyətini normaya uyğun çıxış etməsi, yaddaş proseslərinin aktiv olduğu, tənqidi münasibətinin tam həcmdə olması aşkar olunur. Kobudluq, inadkarlıq, eqosentrizm, başqlarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən emosional vəziyyətində hirslilik yaranmış, həmin emosional halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda Zərərçəkmiş şəxs onun istəklərinə tabe olmaması ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyətində) halında olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən keçirdiyi emosional halı fərdi-psixi xüsusiyyətləri fonunda Zərərçəkmiş şəxs onun istəklərinə tabe olmaması ilə şərtləşə bilərdi. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3/1549 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 104-105) görünür ki, təqdim edilmiş üzərində “hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin, alt tumanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində “hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində olan zədə, alt tumanın səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılma-cırılma zədələridir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda qeyd edilən zədələrin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün deyil. Tədqiqata təqdim edilmiş digər geyim əşyaları, mənəfə üzərində trasoloji zədə, o cümlədən qarşılıqlı mübahisəyə xarakterik iz və zədələr yoxdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6/6308 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 97-100) görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən poliverin üzərindən aşkar edilmiş tünd çəhrayı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman şalvarının üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında hadisə yerinə baxış zaman götürülmüş mələfənin (yataq dəsti) tərkib liflərindən yoxdur. Hadisə yerinə baxış zamanı götürülmüş mələfənin (yataq dəsti) üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 120-134) görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yerdə, yəni “F Marin” otelində hansı kotecdə və kotecin hansı hissəsində törətmiş olduğu cinayət əməllərini əyani şəkildə göstərməklə törətmiş olduğu cinayət əməllərinin mexanizmi və üsulları barədə ətraflı şəkildə ifadə vermişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-3/2023 saylı qərarından (cild 2, iş vərəqə 152-154) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X9 1461 nömrəli tibbi arayışından (cild 2, iş vərəqə 158) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə xroniki xəstəliyə düçar olması ilə əlaqədar kəskin vəziyyətdə xəstəxanaya daxil olmuş, psixi vəziyyəti ilə əlaqədar ona müalicə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixli tibbi arayışdan (cild 3, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçmiş və ona müalicə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 2, iş vərəqə 165-186) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 187-188) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 24) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-10/2023 saylı qərarından (cild 2, iş vərəqə 220-222) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Pirallahı rayon prokurorluğu vasitəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizədən (cild 3, iş vərəqə 54) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Xasiyyənamədən (cild 1, iş vərəqə 200) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Azərbaycan Tibbi Unversitetinin Onkoloji Klinikasının 150 nömrəli tibbi arayışından (cild 3, iş vərəqə 75) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Tibbi Unversitetinin Onkoloji Klinikasının qeydiyyatındadır, onun barəsində aparılmış tibbi müayinələrin nəticəsinə əsasən ona “Hockin limforması. Hər iki tərəf boyun, sağ körpücüküstü və divararalığı limfa düyünlərinin zədələnməsi ilə, İİB mərhələ” diaqnozu qoyulmuşdur. Diaqnoza uyğun olaraq ona xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə 8 kurs ABVD sxemi ilə polikimyəvi terapiya aparılmışdır. Xəstə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Milli Onkologiya Mərkəzində şüa terapiya almışdır. Xəstə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müayinədə olmuş, residiv və metastaz aşkar olunmamışdır. Xəstəyə dinamiki müşahidənin davam etdirilməsi məsləhət görülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Tibbi Universitetinin Onkoloji Klinikasının 150 nömrəli tibbi arayışından (cild 3, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Tibbi Unversitetinin Onkoloji Klinikasının qeydiyyatındadır, onun barəsində aparılmış tibbi müayinələrin nəticəsinə əsasən ona “Hockin limforması. Hər iki tərəf boyun, sağ körpücüküstü və divararalığı limfa düyünlərinin zədələnməsi ilə, İİB mərhələ” diaqnozu qoyulmuşdur. Diaqnoza uyğun olaraq ona xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə 8 kurs ABVD sxemi ilə polikimyəvi terapiya aparılmışdır. Xəstə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Milli Onkologiya Mərkəzində şüa terapiya almışdır. Xəstə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müayinədə olmuş, residiv və metastaz aşkar olunmamışdır. Xəstəyə dinamiki müşahidənin davam etdirilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları və irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərini tanımışlar, eləcə də bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində olmaqla birgə təsərrüfat aparmışlar. Göstərilən hallar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunmuşdur. Ona görə də qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında bir müddət normal münasibətlər olsa da, sonradan onların münasibətləri korlanmışdır. Tərəflər bunun səbəbini müxtəlif şəkildə izah etmişlər. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə münasibətinin korlanmasının səbəbi kimi - onun onkoloji xəstəliyə tutulması səbəbindən zəifləməsi, saçlarının tökülməsi və bu qəbildən olan sair hallarla əlaqədar Zərərçəkmiş şəxs ondan soyumasını, habelə bunun nəticəsində Zərərçəkmiş şəxs başqa şəxslə/şəxslərlə münasibət qurmasını göstərmişdir. Zərərçəkmiş şəxs isə münasibətlərinin soyumasının səbəbi kimi - el adəti ilə toy mərasimi keçirildikdən sonra Təqsirləndirilən şəxs valideynlərinin Təqsirləndirilən şəxs onunla birgə yaşamasına razı olmadıqlarını, bununla bağlı Təqsirləndirilən şəxs valideynlərinin Nurlanın onunla vaxt keçirdiyini, onların arasında normal ailə münasibətlərinin olmayacağını bildirmələrini göstərmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında bir müddət normal olmuş münasibətlərin pisləşməsinin səbəbini müəyyən etmək mümkün olmamışdır. Lakin cinayət hadisəsi baş verənədək onların arasında qeyri-rəsmi ər-arvad münasibətlərinin olmaması, eləcə də onların ayrı ünvanlarda yaşaması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dəfələrlə barışmağa cəhd göstərməsi, lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmaması və onların birlikdə təsərrüfat aparmamaları cinayət işinin mübahisəsiz hallarıdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmaq üçün ondan asılı olan bütün mümkün imkanlardan istifadə etməyə cəhd etmiş, habelə barışmaq üçün ona avtomobil hədiyyə edəcəyini də vəd etmişdir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər kifayət qədər korlandıqdan sonra, lakin cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs "Ford Fusion" markalı avtomobili Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvana gətirərək sonuncuya hədiyyə etdiyini bildirmiş, habelə Zərərçəkmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı (sürücülük vəsiqəsi olmadığı) halda həmin avtomobili idarə etməyi öyrətmişdir. Lakin sonradan həmin avtomobildə nasazlıq yarandığından Nurlan həmin avtomobili Aysəndən geri almış, sonradan isə qaytarmamışdır. Bu məsələdən sonra Nurlanla Aysənin münasibəti daha da pisləşmişdir. Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs ilə barışmağa cəhd etsə, eləcə də sonuncuya cinsi əlaqədə olmağı təklif etsə də, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göstərilən təklifi ilə razılaşmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla barışmadığını görüb nəyin bahasına olursa olsun sonuncu ilə barışmaq, habelə cinsi əlaqədə olmaq istəmiş və bu məqsədlə Zərərçəkmiş şəxs sürprizinin olduğunu bildirərək görüşməyi təklif etmişdir. İlk baxışdan qeyd edilən hallar baş vermiş cinayət hadisəsinə təsir edən hallar kimi görünməsə də, göstərilən halların mahiyyəti və həmin hallar əsasında törədilmiş hərəkətlər həqiqətən də cinayət əməllərinin törədilməsinə səbəb olmuş halları təşkil edir. Belə ki, cinayət hadisəsi baş verənədək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə yenidən qeyri-rəsmi ər-arvad münasibətində olmaq istəməmiş, buna baxmayaraq, Təqsirləndirilən şəxs tərəfindən hədiyyə kimi təklif edilən avtomobildən də vaz keçmək istəməmişdir. Təqsirləndirilən şəxs də bunu bildiyindən və Zərərçəkmiş şəxs nisbətdə onda yaranmış cinsi ehtirasını təmin etmək məqsədi ilə sonuncuya başqa avtomobil hədiyyə edəcəyini bildirmişdir. Məhz buna görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs sürprizinin olduğunu və buna görə də görüşmək istədiyini bildirdikdə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hədiyyə kimi avtomobil almaq, Təqsirləndirilən şəxs isə avtomobil hədiyyə etmək adı ilə Zərərçəkmiş şəxs ilə görüşərək onu zorlamaq istəmişdir. Bunun əsasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs ilə görüşmüş və özünün idarə etdiyi avtomobillə Aysənlə birlikdə Pirallahı qəsəbəsinə getmişdir. Pirallahı qəsəbəsinə çatmaq üçün kifayət qədər uzun yolun qət edilməsinə zərurət olmasına və Zərərçəkmiş şəxs göstərilən uzun yol ərzində Təqsirləndirilən şəxs etiraz etmək üçün vaxta və imkana sahib olmasına baxmayaraq, Zərərçəkmiş şəxs yol boyu ərzində Təqsirləndirilən şəxs Pirallahı qəsəbəsinə onunla birlikdə getməsinə faktiki olaraq etiraz etməmişdir. Lakin bunun kifayət qədər ağlabatan səbəbi var. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə Pirallahı qəsəbəsində yaşadığından və Zərərçəkmiş şəxs bunu bildiyindən, yəni bir neçə dəfə Nurlanla birlikdə sonuncunun valideynlərinin yaşadığı ünvana getdiyindən Zərərçəkmiş şəxs getdikləri yolu tanımış, eləcə də güman etmişdir ki, Təqsirləndirilən şəxs ona avtomobili məhz Pirallahı qəsəbəsində hədiyyə edəcək. Lakin Təqsirləndirilən şəxs əvvəlcədən tanışı vasitəsi ilə razılaşdırılmış şəkildə Pirallahı qəsəbəsində fəaliyyət göstərən “F Marin” otelində 1 (bir) günlük kirayəyə kotec götürdüyündən Zərərçəkmiş şəxs məhz həmin oteldəki kotecə aparmaq məqsədi ilə Aysənlə görüşdükdən sonra idarə etdiyi avtomobili həmin ünvana sürmüşdür. Onlar otelin ərazisində olan koteclərə çatandan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəlcədən kirayəyə götürdüyü kotecin birinin içinə dəvət edərək sonuncuya hazırladığı sürprizin kotecin içində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə birlikdə kotecə daxil olduqdan dərhal sonra Təqsirləndirilən şəxs kotecin qapısını açarla bağlamış və açarı özündə saxlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs artıq Təqsirləndirilən şəxs ona hədiyyə etmək niyyətində olmadığını, əksinə onunla cinsi əlaqədə olmaq üçün həmin kotecə gətirdiyini başa düşmüşdür. Zərərçəkmiş şəxs həmin vaxt Təqsirləndirilən şəxs etirazını bildirərək qışqırmış və sonuncudan qapını açmasını, bununla da koteci tərk etməsini tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etirazına məhəl qoymamış və kotecin qapısını açmamaqla faktiki olaraq Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etdikdən sonra Zərərçəkmiş şəxs Nurlanın onunla cinsi əlaqədə olmaq niyyətini başa düşərək Nurlandan qapını açmasını dəfələrlə tələb etmişdir. Təqsirləndirilən şəxs isə qanunsuz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs haqlı tələbini yerinə yetirməmiş və sonuncunu azadlığa buraxmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə telefonla tanışlarına məlumat vermək məqsədilə ayaqyoluna getmək istəmiş, Nurlan isə Aysənin telefonla tualetə getməsinin qarşısını almışdır. Aysən dəfələrlə Nurlandan kotecin qapısını açmasını tələb etsə də, Nurlan Aysənin tələbinə məhəl qoymamışdır. Nəticədə Aysən qışqırmağa başlamış, həmin vaxt Nurlan Aysənə yaxınlaşaraq onu qucaqlayıb özünə sıxmış və qəflətən əvvəlcədən kotecdə yerləşdirdiyi daşla Aysənin baş nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən Aysən yerə yıxılmış və həmin vaxt Aysən Nurlanın əlində daş olduğunu görmüşdür. Aysən yerə yıxıldıqdan sonra Nurlan onu kotecin yataq otağına aparmışdır. Həmin vaxt Aysən zərbənin təsirindən özündə olmamışdır. Nurlan Aysəni yataq otağına apardıqdan sonra otaqda olan yatağa atmışdır. Həmin vaxt Aysən bir qədər özünə gəlmiş və Nurlanı itələməklə, qışqırmaqla və ağlamaqla müqavimət göstərmişdir. Nurlan isə ona zorakılıq etməklə, eləcə də qışqırmamasını tələb etməklə Aysənin müqavimətini qırmağa yönəlmiş hərəkətlərini davam etmişdir. Nurlan Aysənin müqavimət göstərməsini görüb əvvəlcədən həmin kotecə yerləşdirdiyi skoç vasitəsi ilə Aysənin müqavimətini tamamilə qırmaq üçün sonuncunun başını və ağzını bağlamışdır. Lakin Aysən müqavimət göstərdiyindən Nurlan onun ağzını və başını skoçla tam şəkildə bağlamağa müvəffəq olmamışdır. Buna baxmayaraq, Nurlan Aysənin ağzını skoçla bağladığından sonuncu danışa və qışqıra bilməmişdir. Bununla da Nurlan Aysənin müqavimətini tam şəkildə qırmış və daha sonra Aysənin əynində olan geyim əşyalarını dartışdırmaqla çıxartmağa cəhd göstərmişdir. Aysən Nurlanın aqressiv hərəkətlərini görüb sonuncunu bir qədər sakitləşdirmək üçün özü əynində olan geyim əşyalarını əynindən çıxartmışdır ki, heç olmasa Nurlan bir qədər sakitləşsin. Lakin Təqsirləndirilən şəxs əksinə olaraq yaranmış şəraitdən sui-istifadə edərək özü də soyunmuş və Aysənə zor tətbiq etməklə sonuncunu zorlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq etməklə zorladığı vaxt Aysən Nurlana müxtəlif üsullarla müqavimət göstərmiş, lakin Nurlan Aysəndən fiziki cəhətdən güclü olduğundan Aysənin müqaviməti Nurlana təsir etməmişdir. Nurlan Aysəni zorladıqdan sonra, yəni cinayət əməlini başa çatdırdıqdan sonra Aysən Nurlandan əl çəkməsini tələb etmiş, Nurlan isə Aysənə tələsməməyi bildirmişdir. Həmin vaxt koteci qapısı döyülmüş və onların olduğu kotecə həmin kotecin yerləşdiyi otelin işçisi gələrək imzalanmaq üçün sənəd gətirmişdir. Təqsirləndirilən şəxs qapıya çıxdıqda, Zərərçəkmiş şəxs geyinmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs ona yaxınlaşaraq cinsi ehtirasını təmin etmək istəmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlinə qara rəngli zajim taxmış, Aysən isə müqavimət göstərdiyinə görə zajim onun əlini sıxmışdır. Bütün bunların nəticəsində Aysən skoçu ağzından çıxararaq Təqsirləndirilən şəxs onu azad etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindəki zajimi aça bilmədiyindən sonuncunu Pirallahı qəsəbəsində fəaliyyət göstərən təcili tibbi yardım stansiyasına aparmışdır. Orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəvaziş göstərsə də, tibb işçiləri Aysənin əlində olan zajimi açdıqdan dərhal sonra Aysən tibb işçilərinə Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə şikayət etmiş, yəni onu döydüyünü, işgəncə verdiyini, başına daşla vurduğunu bildirməklə Təqsirləndirilən şəxs onu aparmasının qarşısını almalarını xahiş etmiş, habelə DİN-in 102 xidmətinə zəng etməklə Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etmədiyini, eləcə də zor tətbiq etməklə sonuncunu zorlamadığını iddia etsə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar ağlabatan və inandırıcı deyil, ona görə də onun iddia etdiyi hallar həqiqəti əks etdirə bilməz. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin tövsifi ilə bağlı hissədə məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət törətmək məqsədi ilə hazırlıq görməsi, yəni cinayət hadisəsi baş verməmişdən əvvəl “F Marin” otelinə gedərək kotec sifariş verməsi, onun üçün kotecin ayrılması, onun kotecə daş parçası, skoç, əl-qolu bağlamaq üçün zajim aparıb orada əvvəlcədən yerləşdirməsi, daha sonra Zərərçəkmiş şəxs sürpriz adı ilə həmin kotecə apararaq kotecin qapısını açarla bağlayıb açarı özündə saxlaması, bununla da Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum etməsi, bundan sonra orada müqavimətini qırmaq məqsədi ilə Aysənin başına daşla və əli ilə zərbə endirməsi, zərbədən sonra Aysənə zor tətbiq etməklə zorlaması, zorladıqdan sonra əllərini zajimlə bağlayaraq zor tətbiq etmə ilə zorlamaq istəməsi, bütün göstərilən hərəkətlər törədildiyi vaxt Zərərçəkmiş şəxs qışqırması, ağlaması, qanunsuz hərəkətlərə son qoyulması ilə bağlı çağırış etməsi, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs çağırışlarına, qışqırığına, ağlamağına və yalvarışına baxmayaraq cinəyatkar hərəkətlərini davam etdirməsi, Zərərçəkmiş şəxs vəziyyəti nəzərə alınmaqla Pirallahı qəsəbəsində fəaliyyət göstərən təcili tibbi yaradım stansiyasının həkimlərinə Təqsirləndirilən şəxs qanunsuz və zorakı hərəkətləri barədə şikayət etməsi, bu məqsədlə tibbi personaldan kömək istəməsi, Təqsirləndirilən şəxs ona orada nəvaziş göstərməsinə baxmayaraq, Nurlanla getmək istəməməsi, habelə orada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun baş nahiyəsinə daşla vurmasını bildirməsi, həkim və tibbi bacısı tərəfindən həqiqətən də Zərərçəkmiş şəxs başında şişkinliyin müəyyən edilməsi, eləcə də Aysənin elə oradan DİN-in 102 xidmətinə zəng etməsi məcmu halda ona dəlalət edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Pirallahı qəsəbəsində yerləşən “F Marin” otelinin ərazisində olan koteclərin birində qanunsuz azadlıqdan məhrum etmiş və bundan sonra Zərərçəkmiş şəxs zor tətbiq etməklə zorlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu vaxt aralarında güc tətbiq etməklə cinsi əlaqədə olmalarını bildirsə də, eləcə də Zərərçəkmiş şəxs qeyd edilən hissədə Təqsirləndirilən şəxs dediklərini məhkəmədə təsdiq etsə də, məhkəmə hesab edir ki, cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs məhz daşla və əli ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurması, zərbənin nəticəsi kimi Zərərçəkmiş şəxs baş ənsə nahiyəsində şişkinliyin qeydə alınması, baş nahiyəsinin cinsi əlaqə zamanı elə də ciddi rol oynamaması (cinsi ehtirası təmin etmək baxımından) ona dəlalət edir ki, həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəlcə qanunsuz azadlıqdan məhrum etmiş, bundan sonra isə zor tətbiq etməklə zorlayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən həm də ona istinad etmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan ənsə nahiyəsinin sol hissəsində hematoma, sağ qoltuqaltı nahiyəsinin altına, sağ döşün orta hissəsinə sıyrıqlar, boynun sol yan səthinə və sol saidin aşağı 1/3-nin ön səthinin qançırları kimi xəsarətləri aşkar edilmişdir. Zərərçəkmiş şəxs üzərində göstərilən xəsarətlərin xarakteri, lokalizasiyası və müxtəlif yerlərdə olması, habelə həmin xəsarətlərin ekspertiza rəyi ilə xx.xx.2022-ci il tarixə təsadüf etməsi bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs zor tətbiq etməklə zorlamışdır. Beləliklə, yuxarıda göstərilən nəticəni həm məcmu, həm də ayrı-ayrılıqda yoxlayıb və hüquqi qiymət verib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Onun hər bir əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 145.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət hüququ nəzəriyyəsinə görə zorlama cinayətinin obyekti qadının cinsi azadlığı çıxış edir. Zorlama cinayətinin obyektiv tərəfi zərərçəkmiş şəxsə (onun iradəsinə zidd və ya iradəsi əleyhinə) və ya başqa şəxslərə qarşı fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmada ifadə olunur. Fiziki zor tətbiq etməklə zorlama dedikdə, qadının, onun yaxın qohumlarının, habelə zorlama cinayətinin törədilməsinə mane olan bilən hər hansı kənar şəxsin əlqolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olma başa düşülür. Zorlamada fiziki zor tətbiq etmə zərərçəkmişin müqavimətini qırmağa yönəldilir. Həmçinin zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan başa çatmış sayılır. Başqa sözlə, cinayətin başa çatması üüçün fizioloji mənada cinsi əlaqənin başa çatıb-çatmamasının əməlin tövsifində heç bir əhəmiyyəti yoxdur. Belə ki, cinsi əlaqə anlayışı cinayət-hüquqi anlayış deyil, fizioloji aktdır. Fiziki zor cinsi əlaqəyə nail olmaq üçün vasitə rolunu oynayır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, uzun müddət ərzində onkoloji xəstəlikdən əziyyət çəkməsini, onkoloji xəstəliyi ilə əlaqədar kimyaterapiya və şüaterapiya almaqla bir neçə dəfə müalicə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs uzun müddət onkoloji xəstəlikdən əziyyət çəksə və dəfələrlə həmin xəstəliklə əlaqədar müalicə olunsa da, ona təqsirli bilindiyi maddələr ilə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin birinin ağır cinayət kateqoriyasına aid olmasını, habelə törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əsas tutmuşdur. Eyni zamanda sivil cəmiyyətdə və hüquqi dövlətdə cinsi azadlıq əleyhinə törədilən ağır cinayətə görə azadlıqdan məhrum etməyə nisbətdə daha yüngül cəzanın təyin edilməsi cinsi azadlıq əleyhinə yeni cinayətlərin törədilməsinə şərait yarada bilər. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr ilə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməli, həmin maddələr ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək qəti cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunacaq qəti cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs uzun müddət ərzində onkoloji xəstəlikdən əziyyət çəkdiyindən və hazırkı dövrdə müalicə almasına zərurət olduğundan onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bu hissədə belə nəticəyə gələrkən onun xəstəliyinin ağırlığını və daimi əsaslarla müalicə almalı olduğunu nəzərə almışdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində çıxarılacaq məhkəmə hökmünü apellyasiya qaydasında mübahisələndirmək hüququndan istifadə edərsə, həmin dövr ərzində müalicəsini davam etdirmək imkanına malik olmalıdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Pirallahı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan və qara rəngli (kəsik vəziyyətdə) zajim, skoç, Təqsirləndirilən şəxs məxsus qara rəngli poliver, qara rəngli şalvar, Zərərçəkmiş şəxs məxsus boz rəngli idman şalvarı, bənövşəyi rəngli köynək və alt tumanı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 153 (yüz əlli üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 145.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Pirallahı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan və qara rəngli (kəsik vəziyyətdə) zajim, skoç, Təqsirləndirilən şəxs məxsus qara rəngli poliver, qara rəngli şalvar, Zərərçəkmiş şəxs məxsus boz rəngli idman şalvarı, bənövşəyi rəngli köynək və alt tumanı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 153 (yüz əlli üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar