Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1028/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Səbinə Adil qızı (sədrlik edən), Məcidov X20 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Qafarova- Məmmədova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx.xx.2002-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonu, Hülövlü ərazi dairəsi, Mürsəliqışlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abbasov X9, o, əziyyət çəkdiyi "Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip" psixi xəstəliyinin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmadan, 08 may 2023-cü il tarixdə bacısı qızı X2 doğum günü ilə əlaqədar təşkil olunmuş məclisdə spirtli içki qəbul edərək orta dərəcəli sərxoşluq halında kirayədə yaşadığı ünvan 2 ünvanına gəldikdən sonra, həmin tarixdə saat 21:50 radələrində sözügedən məclisi video-qeydə alan tanışları Şahid2 xidmət haqqını tələb ediyi zaman, anası Qanuni nümayəndə1 ilə qeyri-rəsmi nikah münasibətlərində yaşamış Zərərçəkmiş şəxs Şahid2lə, o cümlədən onlara irad bildirən Qanuni nümayəndə1 ilə qeyri-etik ifadələrlə danışmasına əsəbiləşərək hər ikisinə gedib başqa yerdə mübahisə etmələri barədə xəbərdarlıq etdikdə, Zərərçəkmiş şəxs onun üzünə qarşı anası və bacısı barədə küçə söyüşləri məzmunlu təhqiredici ifadələr işlətdiyi üçün evin mətbəxindəki dolabdan bir ədəd soyuq silah hesab olunmayan dəstəyinə qara rəngdə lent dolanmış məişət təyinatlı mətbəx bıçağını götürüb, Zərərçəkmiş şəxs söyüşlü ifadələr işlətməyi dayandırmağı tələb etməsinə baxmayaraq, sonuncunun onun tələbinə əməl etməməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində mübahisə edərək sol əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutmaqla evin həyətyanı sahəsində olan beton dirəyə sıxıb sonuncuya orada olan həyat yoldaşı Qanuni nümayəndə1 gözü qarşısında və doğma oğlu azyaşlı Şahid3 hadisənin şahidi olmasına baxmayaraq, o cümlədən Qanuni nümayəndə1 mane olmağa çalışmasına məhəl qoymadan psixi əzab və işgəncə verib müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək sağ əlində tutduğu bıçaqla Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə itələyib yerə yıxmış, daha sonra Zərərçəkmiş şəxs yenidən söyüşlü ifadələr işlədərək onun üzərinə gəldikdə ürək nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsini (perikərdi) və ürəyin sol mədəciyini zədələyən bir ədəd yaradan ibarət olmaqla kəskin qanitirmə ilə nəticələnərək bilavasitə ölümə səbəb olan, eləcə də yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik deşilmişkəsilmiş yara, bundan başqa qarın nahiyəsinin sol yarısının ön səthinin qançırlı səthi kəsilmiş yarası, boyun nahiyəsinin sağ yarısının qançırı və sol yarısının qançırlı sıyrığı, sağ mil-bilək oynağı nahiyəsinin sıyrığı yaralarından ibarət olmaqla hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən etmədiyindən anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş materiallarını məhkəməyə göndərmişdir. Təqsirləndirilən şəxs barəsində məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət hadisəsinin törədilməsi, həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi və sonuncunun qeyd olunan cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, məhkəmə tərəfindən prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmamışdan əvvəl təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2002-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, 2006-cı ildə Xaçmaz rayonunda yerləşən 9 saylı tam orta məktəbin birinci sinifinə daxil olmuş, iki il sinifdə qalıb yenə də birinci sinifi oxumuşdur Belə ki, təxminən 8 yaşında Quba rayonunda olduğu zaman yıxılaraq başı daşa dəydiyi üçün travma almış, bundan sonra onda psixi problemlər yaranmağa, gözündə torlanma əmələ gəlməyə başlamış, xəstəliyi ilə əlaqədar hərbi xidmətdə də olmamışdır. Quba rayon ruhi əsəb dispanserində qeydiyyatdadır, bir neçə gün stasionar müalicə almışdır. Təxminən 2010cu ildə anası Qanuni nümayəndə1 atası Quba rayon sakini Qanuni nümayəndə2 boşanmışdır. Atası Nəbi və anası Ruhiyyənin birgə nikahlarından ondan başqa bacısı Mustafayeva Səbinə də olmuşdur. Anasıyla atası boşandıqdan sonra anası, bacısı və o, birlikdə Bakı şəhərinə köçmüşlər. Təxminən 2016-cı ildə anası Zərərçəkmiş şəxs ilə ərarvad kimi yaşamağa başlamışdır. Onların birgə münasibətindən 2013-cü təvəllüdlü Şahid3 doğulmuşdur. Anası, Kamran, Rahib və o, ünvan 3 ünvanında birlikdə kirayədə yaşamışlar. Əvvəllər Rahiblə münasibətləri yaxşı olmuş, Rahib spirtli içki aludəçisi olduğu üçün tez-tez evdə dava-dalaş salmış, onu və anasını nalayiq söyüşlərlə təhqir etmişdir. Bu səbəbdən Rahiblə münasibəti yaxşı olmamışdır. Təxminən 5 ay əvvəl Xətai rayonu, NZS qəsəbəsində yaşadıqları zaman Rahib anasını təhqir etdiyi üçün ondan Xətai rayon polis idarəsinin 37-ci PB-ə şikayət etmişdir. Təqsirləndirilən şəxs hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 08 may 2023-cü il tarixdə bacısı qızı Nilay Mustafayevanın doğum günü olmuş, ailə üzvləri ilə birgə onun doğum gününü Nəsimi metrosunun yaxınlığında yerləşən “Ocaq Qəbələ” restoranında qeyd etmişlər. Həmin məclisdə anasının iş yoldaşları, xalası Elmira, bacısı Şəbinə, o, Kamran və Rahib də iştirak etmişdir. Məclisi video-çəkilişlə qeydə alması üçün NZS-də yaşadıqları vaxtlarda qonşuları olmuş kamera çəkən kimi fəaliyyət göstərən Şahid2 dəvət etmişlər. Ad günü məclisi təxminən saat 16:00 radələrində başlayıb 21:00 radələrində qurtarmışdır. Məclisdə Natiq, Rahib və o, spirtli içki qəbul etmişlər, lakin narkotik maddə istifadə etməmişdir. Natiq tamamilə sərxoş vəziyyətdə olmuşdur. Məclis qurtaranda Natiq Rahibdən zəhmət haqqı kimi təxminən 70 manat pul istəmiş, Rahib Natiqə gözləməsini, evə dəyib pulu verəcəyini bildirmiş, anası Natiqə indi üzərində 25 manat pul olduğunu, qalan 45 manat pulu isə sabah verəcəyini bildirdikdə Natiq ona acıqlanmışdır. Anası əvvəlcə Natiqi taksi ilə yola salmaq istəsə də, Rahib razılaşmayaraq, kameranın içərisində məclisin video- görüntüləri olduğunu, içkili olduğu üçün kameraya nəsə edəcəyindən narahat olduğunu bildirmişdir. Rahibin təklifi ilə razılaşıb Natiq yerdə qalan pulu almaq üçün onlarla birgə evlərinə gəlmişdir. O, Kamran, Natiq, anası və Rahib piyada evə getmişlər. Təxminən saat 21:30 radələrində onlar evin həyətinə daxil olmuşlar. O, anası və Kamran evin içərisinə keçmişlər. X15 evin həyətində mətbəx kimi istifadə etdikləri hissədə dayanıb söhbət etmişlər. Anası çölə çıxıb mətbəxdə qabları yuyarkən Natiqlə Rahibin mübahisə etdiklərini görüb onlara asta danışmaları barədə xəbərdarlıq etmişdir. İçəridən eşitmişdir ki, Natiq Rahibə “pulumu ver, mən evə getmək istəyirəm” demiş, Rahib isə “sən bizim dostumuz kimi məclisin videosunu çəkmisən, pulunu verməyəcəm” demişdir. Natiq iki uşağının olduğunu, onun da pula ehtiyacı olduğunu bildirmiş, bundan sonra Rahib Natiqə nalayiq söyüşlər söyməyə başlamışdır. O, anasının onları sakitləşdirmək istədiyini eşitmiş, lakin Rahib anasını da söyməyə başlamışdır. Rahib anasını söydüyünə görə çölə çıxmış və ona Natiqin pulunu verib yola salmasını bildirmiş, Rahib isə ona “sən qarışma, get .... içəri” dedikdə o, həm Rahibi, həm Natiqi itələyərək onları çölə çıxartmağa çalışmış və gedib başqa yerdə söhbət etməklərini bildirmişdir. Bu zaman Rahib üzünə qarşı anasını və bacısını söyməyə başlamışdır. Rahib anasını və bacısını söydüyü üçün onunla yaxalaşmağa başlamış, Rahib söyüş söyməkdə davam etdiyi üçün mətbəxdə olan şkafdan bıçaq götürüb Rahibin üzərinə getmiş, ona təkrar gedib başqa yerdə mübahisə etməsini bildirmişdir. Lakin Rahib heç yerə getməmiş və o, əsəblərini cilovlaya bilməyib həmin bıçaqla qollarına xəsarət yetirməyə başlamışdır. Lakin Rahib yenə də onunla təhqiramiz sözlərlə danışıb “qələtini elə yaxşı eləyib söyürəm” demişdir. Qollarına xəsarət yetirdikdən sonra Rahib hələ də söyüş söydüyü üçün yenə də onu itələmişdir. Həmçinin həmin vaxt Natiq də əsəbi şəkildə “qurtarın, ....m gedim” dedikdə anasının yanında söyüşlə danışdığı üçün sağ yumruğu ilə Natiqin sağ qoluna yumruq zərbəsi vurmuş, anası isə onları sakitləşdirməyə çalışmışdır. Bundan sonra bıçağı sağ əlində tutaraq Rahibin üzərinə getmiş və Rahibi evin həyətindəki beton dayağa sıxaraq onu qorxutmaq üçün dayanmadan söyüş söydüyünə görə özündən çıxmış və buna görə də söyüş söyməyi dayandırması üçün ölüb-ölə bilməyəcəyini hesablaya bilmədən sol əli ilə boğaz nahiyəsindən tutub sağ əlindəki bıçaqla bir neçə dəfə onun bədən nahiyəsinə doğru zərbə atmışdır, lakin həmin zərbələr deyəsən ona dəyməmişdir. Əgər dəyibsə də, adi qaydada bədənini cızmış ola bilər. Daha sonra geri çəkilsə də, Rahib yenə də söyüş söyə-söyə üzərinə doğru gəlmiş, onu arxaya doğru itələmiş və bir qədər geriyə gedib yıxılmışdır. Bundan sonra geri qayıdıb Natiq hələ də ünvansız formada “... belə işə” deyə söyüş söydüyü üçün əsəblərini cilovlaya bilməyib onu yerə yıxıb yumruq və təpik zərbəsi vurmuşdur. Lakin konkret olaraq bədənin hansı nahiyələrinə və necə vurduğunu dəqiq xatırlamır. Həmin vaxt Rahib yenə də üzərinə gəlmiş və o, Rahibə çoxsaylı xəbərdarlıq etməyinə baxmayaraq söyüş söydüyü üçün artıq bezərək Rahibi öldürmək məqsədilə onun ürək nahiyəsinə doğru bıçaq zərbəsi atmışdır. Həmin bıçağın ona dəyməsini zənn edir. Rahib bundan sonra iki-üç addım irəliləyib yerə yıxılmışdır. Hadisə vaxtı o, özündən çıxmış və ona elə gəlir ki, bıçağı bağ sahəsinə doğru atmışdır. Ola bilsin anası o, huşunu itirdikdən sonra yenidən özünə və ya Rahibə hər hansı xəsarət yetirməsin deyə bıçağı götürüb həmin şkafın üzərinə qoymuşdur. Rahib yıxıldıqdan sonra qorxudan o da huşunu itirib yerə yıxılmış, qısa müddət sonra anası onu ayıltmış, ayağa qalxıb Rahibin yanına keçmiş və ona yardım göstərmək istəmişdir. Həmin vaxt “kömək edin Rahibdən qan axır” deyə qışqırmış, bu zaman Kamran köynək gətirib vermiş və həmin köynəyi Rahibin yarasının üzərinə doğru sıxmışdır ki, qanı axmasın. Anasına demişdir ki, təcili yardıma xəbər versin, anası da TTTYS-nın 103 xidmətinə zəng edib məlumat vermiş, bundan sonra isə Rahibi götürüb evin içərisindəki, evə daxil olan kimi sağdakı yatağın üzərinə uzatmışdır. O, Rahibi evin içərisinə apardıqda o, hələ də yaşamış, lakin xırıldamışdır. Bu zaman ona “ölməmişəm qorxma” demiş və qısa müddət ərzində keçinmişdir. Rahibi evə gətirdikdən sonra Natiq heç nə demədən evdən çıxıb getmiş, bir müddət sonra hadisə yerinə həkim briqdası gəlib Rahibi müayinə edib ölməsini bildirmişlər. Zərərçəkmiş şəxs vurduğu bıçaq mətbəx bıçağı olmaqla, uzunluğu təxminən 20-25 sm olmuş, dəstəyi qara rəngli lentle bağlanmışdır, tiyəsi metaldan olmuşdur. Həmin bıçaqdan gündəlik məişət işlərində istifadə edilmişdir. Rahib ondan aman diləməmiş, əksinə vurmağa cəhd etdikcə ona qarşı nalayiq söyüşlər söymüşdür. Onların arasında sözlü mübahisə təxminən 1- 2 dəqiqə, bıçaqdan istifadə edərək Rahibi vurmağa cəhd etməyi və vurmağı təxminən 3-4 dəqiqə davam etmişdir. Özü “***-***-**- **” saylı mobil nömrədən, Rahib isə “***-***-**-**” saylı mobil nömrədən istifadə etmişdir. Hadisə vaxtı əynində ağ rəngli uzunqol köynək, qara rəngli mayka, göy rəngli cins şalvar, qara rəngli alt tumanı olmuş, Rahibin əynində hansı paltarların olmasını dəqiq xatırlamır. Natiq də söyüşlü ifadələrdən istifadə etdiyi üçün onu yumruq və təpik zərbələri ilə vurmuş, ona qarşı bıçaqla və ya sair formada hədə-qorxu gəlməmiş, Natiqi öldürmək və ya yaralamaq niyyəti olmamışdır. Nə Natiq, nə də Rahib onu vurmamış və ya vurmaqla hədələməmişlər. Hadisə vaxtı Kamran evin içərisində olmuş və hadisə baş verib qurtardıqdan sonra o, kömək istədiyi üçün cırıb atdığı köynəyini gətirib ona vermişdir. Həmin vaxt Kamran ondan nə olduğunu soruşduqda Rahibin içkili olduğu üçün bilmədən özünü bıçaqla kəsdiyini demiş, bıçaqla vurduğunu bildirməmişdir. Teztez Rahiblə mübahisə etdikləri üçün Rahiblə olan mübahisələri ərəfəsində Kamran ümumiyyətlə çölə çıxmamış və onun sözünə inanmışdır. 08 may 2023-cü il tarixdə Rahiblə Natiq təqribən 20 dəqiqə söhbət etdikdən sonra o, bayıra çıxıb Rahiblə mübahisə etməyə başlamış və təxminən saat 21:50 radələrində ona bıçaqla xəsarət yetirmişdir. Bir neçə dəfə narkotik vasitə istifadə etmiş, lakin bununla bağlı hər hansı hüquq mühafizə orqanında araşdırma aparılmamışdır. Həmçinin artıq narkotik vasitə və ya psixatrop maddə istifadə etmir. İstifadə etdiyi narkotik vasitə və psixatrop maddələri fərqli-fərqli şəxslərdən, müxtəlif vaxtlarda almış, həmin şəxslərin heç birini tanımır və onda həmin şəxslərə aid əlaqə vasitələri yoxdur, o cümlədən xarici görkəmlərini də xatırlamır. Qəsdən adamöldürmə cinayətini törətməzdən əvvəl törətdiyi oğurluq cinayəti ilə əlaqədar Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, o, mərhum Zərərçəkmiş şəxs qardaşıdır. Hadisə günü Elgünün anası ona zəng edib qardaşının öz-özünü vurduğunu demişdir. Belə ki, Elgünün anası Ruhiyyənin onun qardaşı ilə qeyri-rəsmi münasibəti olmuş, o, Ruhiyyəni də oradan tanıyır. Ruhiyyə ilə onun qardaşı təxminən 10 ilə yaxın birlikdə yaşamışlar. Qardaşı Ruhiyyə ilə birlikdə yaşamağa başladığı müddətdən sonra onun qardaşı ilə əlaqəsi kəsilmiş, münasibətləri soyuq olmuşdur. Onların evləri bir-birinə yaxın ərazidə olmuş, buna baxmayaraq sıx əlaqələri olmadığı üçün o, Elgünün xəstə olmasını bilməmişdir. O, qardaşının evinə gedib-gəlməsə də, arada bir bayırda görüşmüşlər, qardaşı onun evinə gəlib-getmişdir. Qardaşının bir məhkumluğu olmuş, o, içki içən şəxs olmuşdur. Onların ailəsi Ruhiyyəni qəbul etməmiş, buna görə də münasibətləri soyumuşdur. Qardaşı on il Ruhiyyəyə və onun oğluna baxmış, lakin Ruhiyyənin oğlu qardaşını öldürmüşdür. O, hadisə yerinə gələn zaman Elgünü evdə görə bilməmiş, polislər onu artıq tutub aparmışlar. Məhkəmə iclasında könüllü olaraq şahid qismində ifadə vermiş Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə nəvəsi üçün ad günü keçirtmək qərarına gəlmiş, restoranda keçirilən ad günü mərasimində heç bir problem yaşanmamış, məclis dağıldıqdan sonra evə gəlmişlər. Məclisdə kamera çəkən şəxslə həyat yoldaşının arasında mübahisə yaranmış, kamera çəkən Natiq evə getdiyini demiş, Rahib isə onun içkili olduğunu deyərək getməsinə mane olmuşdur. Bu zaman o gəlmiş, oğlu Elgün isə içəridə əlində telefonla oturmuş, o, Rahibə yaxınlaşıb Natiqin getməsinə mane olmamasını demiş, pulunu verib yola salmasını demişdir. Rahib isə onu itələmiş, sürüyərək getməsini demişdir. Bu zaman Elgün içəridən çıxmış, o, Elgünə onluq bir iş olmadığını demiş, baş verənlərin oğluna pis təsir etdiyini görmüşdür. Elgün yenidən içəri keçmiş, yoldaşı stolu qabağa çəkib Natiqlə nalayiq sözlə danışmağa başlamış, o, Rahibə belə davranmamasını deyib, ona mane olmağa çalışdıqda Rahib yenidən onu itələmiş, söyüş söyməyə davam etmişdir. Bu zaman Elgün içəridən çıxmış, bu zaman Rahib əvvəlcə kamera çəkən Natiqi itələmiş, Natiq yıxılmış, daha sonra Elgünə hücum çəkmişdir. Rahib bıçağı götürmüş, bu zaman Elgün həyətə qaçmışdır. Rahib Elgünə bıçaqla hücum çəkmiş, Elgün isə onu itələmişdir. Daha sonra Elgün Rahibə hücum etmiş və onlar dalaşmışlar. Onlar dalaşan zaman o, ortaya girmiş, vurmaması üçün Elgünün əlini tutmuş, Elgün əlində bıçaq həyətin ortasında dayanmış, o, qorxduğu üçün gözlərini yummuş, Elgünün sakitləşdiyini zənn edib, tez gedib bıçağı onun əlindən almaq istəmişdir. Bir az irəli gəldikdən sonra kiminsə yerə yıxıldığını görmüş, daha sonra görmüşdür ki, Elgün Rahibi vurmuşdur. O, bıçağı Elgünün əlindən dartmış, Elgün isə “Ana, onu vurdum?” deyib özündən getmişdir. Elgünün ürəyi gedəndə onun üzünə su tökmüş, daha sonra isə Rahibin yanına qaçmışdır. Bundan sonra Elgün özünə gələrək onlara yaxınlaşmış, Rahibi qucağına götürüb bir az ayıltmış, sonra isə balaca qardaşını çağırmışdır. X16 xətri üçün gözlərini açmasına yalvarmış, daha sonra ona qışqıraraq təcili tibbi yardım çağırmasını demişdir. Bu zaman o, Rahibi götürüb yatağın üzərinə uzatmışdır. Elgün daha sonra ağlamağa başlamış və deyəsən Rahibin öldüyünü demişdir. O da tez xalasını çağırmasını demiş, təcili tibbi yardıma zəng etmiş, təcili tibbi yardım gələndən sonra mərhum keçinmişdir. Şahid Qanuni nümayəndə1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu 4-5 yaşlarında 2-ci mərtəbədən yıxılaraq xəsarət almış, bununla bağlı travması olmuşdur. Daha sonra uşaq yaşlarında yıxılaraq yenidən başından xəsarət almış, həmin vaxtdan sonra oğlunda müəyyən problemlər olduğunu, öz-özünə əsəbiləşdiyini, gecələr yatmadığını müəyyən etmişdir. Atası Elgünü həkimə aparmış, həkim müəyyən dərmanlar yazmışdır. Hərbi xidmət zamanı Elgünü hərbi xidmətdən kənarlaşdırmışlar. Elgünü ruhi-əsəb dispanserdə 3 gün saxlayıb, onun psixi cəhətdən sağlam olmadığını bildirmişlər. Elgün Bakı şəhərində müalicə almamış, lakin onu xəstəxanaya yatırmağı düşünmüşlər. Elgün indiyə qədər heç kimə vurmamış, yalnız özünə xəsarət yetirmiş, əlini-qolunu doğramışdır. Hadisənin şahidləri o, balaca oğlu Kamran və kamera çəkən Natiq olmuşdur. Balaca oğlu Kamran Rahibin övladıdır. Rahib vurulan zaman Kamran içəridə olmuş, yalnız atası yıxılanda çölə çıxmış, çünki Kamran telefonla oynamış, davadan xəbəri olmamış, bayıra səsə çıxmışdır. Elgün 3 il 1-ci sinifdə qalmış, müəllimə Elgünün qavrama qabiliyyətinin olmadığını, dərsi dərk etmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisə günü axşam saatlarında qonşular ona zəng edərək evdən səs-küy gəldiyini, evdə nə isə hadisə baş verdiyini demişdir. Belə ki, Elgün və ailəsinin yaşadığı ev ona məxsus olmuş, müvəqqəti olaraq onlara yaşamağa vermişdir. O, Elgünün anası Ruhiyyəni tanımış, Ruhiyyə MİKS-də işləmişdir. Qayınatası rəhmətə gedəndən sonra ev boş qalmış, o da aşağı mərtəbəni onlara qalmağa vermişdir. Qonşular xəbər verdikdən sonra o, evə gəlmiş, evdə vəziyyətin qarışdığını, gördüm həyətdə polis əməkdaşlarının olduğunu görmüşdür. Şahid4 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, gələndə artıq hadisə baş vermişdir. O, Ruhiyyə xanımı normal xarakterli, işinə gedib gələn bir insan kimi tanımış, lakin Elgünü tanımamışdır. O, 3-4 dəfə həyətə gəlib-gedən müddətdə Elgün evdə olmuş, onun işləmədiyini bildirmişlər. Onun Elgünlə heç vaxt ünsiyyəti olmamış, Elgünün hərəkətlərində heç bir qeyri-adilik müşahidə etməmişdir. O, Elgünü daim evdə yatan görmüş, yalnız bir dəfə həyətdə görmüşdür. Onunla başqa bir ünsiyyəti olmamışdır. O, mərhum Rahibi də 2 dəfə görmüş, belə ki, Rahibi həyətdə görən zaman onun kim olduğunu, həyətdə nə etdiyini soruşmuş, Rahib də Ruhiyyə xanımın həyat yoldaşı olduğunu demişdir. O, Rahibə evdə yaşaması üçün Ruhiyyə xanıma, oğlu, qızı və nəvəsinə icazə verdiyini, onu tanımadığını, Ruhiyyə xanımın ona həyat yoldaşının olmadığını demiş və həmin şəxsi həyətdən çıxarmışdır. Həmin gündən bir həftə sonra yenidən Rahibi həyətdə görmüş və yenə də aralarında mübahisə olmuşdur. Bundan başqa Rahiblə ünsiyyəti olmamışdır. Məhkəmə iclasında qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, may ayının 1-8 arasında mərhum Zərərçəkmiş şəxs ona zəng edərək ayın 8-i məclisləri olacağını demiş və həmin məclisi videoya çəkməsini xahiş etmişdir. O, Rahibin təklifi ilə razılaşmış, Rahib xərcinin nə qədər olacağını soruşmuş, o da konkret bir məbləğ bildirməmiş, “5-10 manat verərsən” demişdir. Ayın 8-i onlar məclisdə yığılmış, yeyib-içib, deyib-gülmüşlər. Daha sonra Ruhiyyə xanım onlarla birlikdə evə gəlməsini, pulunu evdə verməsini təklif etmişdir. O da qayıtmağa yol pulunun olmadığını deyib Ruhiyyə xanımın təklifi ilə razılaşmışdır. Həm o, həm mərhum Rahib, həm də Elgün içkili olmuşdur. Evdə onların arasında mübahisə yaranmış, onların hər biri içkili olduğu üçün nalayiq ifadələr işlətmiş, həyətdə aralarında dava düşmüdür. Elgün də mübahisəyə qoşulmuş, ona da bir az zərər yetirmiş, Rahiblə yaxalaşmışdır. Daha sonra o, mərhumun yerə yıxıldığını görmüş, lakin onun ölüb-ölməməsindən xəbəri olmamışdır. O, evə girib kameranı axtarıb tapmış, kameranı götürüb çıxmışdır. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, vurulma anını görməmiş, çünki həmin vaxt özündə olmamışdır. O, mərhumu yerə uzanmış vəziyyətdə görmüş, yıxılıb başının dəydiyini düşünmüşdür. O, hadisə yerində qan görməmişdir. Aralarındakı söz-söhbət Rahibin onun pulunu vermək istəməməsi ilə bağlı yaranmış, daha sonra Rahib nalayiq ifadələr işlətmiş, mübahisə daha da böyümüşdür. O, Rahibə videoçəkilişin pulunu istəmədiyini demiş, lakin materialın pulunu tələb etmişdir. Daha sonra Elgün digər otaqdan gəlib Rahibi və onu itələmiş, evdən çıxmalarını və söyüş söyməmələrini demişdir. O, kamerasını axtarmış, lakin tapa bilməmiş, daha sonra çölə çıxmış, çöldə söz-söhbət başlamışdır. Bu zaman Ruhiyyə xanım da içəridə olmuş, sonradan çölə çıxmışdır. Mübahisə vaxtı Elgün onu itələyib getməsini demiş, o da otaqda kamerasını axtarmış, daha sonra stolun altına baxanda kameranı görmüş, daha sonra baxanda isə Rahibin yerə uzandığını görmüşdür. O, Elgünün bıçaqla gəlməsini görməmiş, Elgün içəri otağa daxil olub sonra çıxmış, o da otağa kameranı götürməyə girmişdir. O, Elgünün bıçağı götürməyini görməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, anası Qanuni nümayəndə1 və mərhum atası Zərərçəkmiş şəxs birgə münasibətlərindən doğulmuşdur. Təqsirləndirilən şəxs anasının əvvəlki evliliyindən olmuş qardaşıdır. Elgünün bir qədər psixi problemləri olmuş, mərhum atası hər gün spirtli içki içmiş, tez-tez anası və Elgünlə mübahisə edib onları nalayiq söyüşlərlə təhqir etmişdir. Bu səbəblə Elgün onunla mübahisə etmişdir. Şahid hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 08 may 2023-cü il tarixdə bacısı qızı Nilay Mustafayevanın doğum gününü məclisində qohumları və başqa tanışlar da iştirak etmiş, məclisi tanışları Şahid2 qeydə almış, məclis ərəfəsində Natiq, Rahib və Elgün hər üçü spirtli içki qəbul etmişlər. Məclis qurtardıqdan sonra Natiq atasından xidmət haqqını istəmiş, anası ona pulun bir hissəsini vermiş, lakin Natiq pulun hamısını istədiyi üçün atası onu evlərinə dəvət etmiş, pulu orada verəcəyini bildirmiş, Natiq də onunla razılaşıb onlarla birgə evlərinə gəlmişdir. Təxminən saat 21:30 radələrində evə çatdıqda o, anası və Elgün evin içərisinə keçmişlər. Natiqlə atası isə evin həyətində mətbəx kimi istifadə etdikləri hissədə dayanıb söhbət etməyə başlamışlar. Daha sonra anası da çölə çıxmış, o isə atasının telefonu ilə oyun oynamışdır. Başı oyuna qarışsa da atası ilə Natiqin mübahisə etdiklərini eşitmişdir. Atası anasına qarşı da söyüş söymüş, bu zaman Elgün çölə çıxmış, lakin o, çölə çıxmamışdır. Həmçinin atası ilə Elgün tez-tez mübahisə etdikləri üçün artıq onların mübahisələri onun üçün adi hala çevirilmişdir. Hərdən atasının Elgünə anasının barəsində söyüşlü ifadələr işlətdiyini eşitmişdir. Elgün ancaq atasına gedib başqa yerdə söhbət etməsini demiş, atası isə dayanmadan söyüş söymüşdür. Həmçinin bir neçə dəfə Natiqin də söyüşlü ifadələr işlətdiyini eşitmişdir. Onların arasındakı mübahisənin konkret olaraq nə ilə bağlı olduğunu başa düşə bilməmişdir. Bir neçə dəqiqə mübahisə davam etdikdən sonra Elgün qışqırıb kömək istəmiş, bu zaman o, çölə çıxmış və atasının yerdə uzandığını, Elgünün isə onun yanında çöməlib dayandığını görmüşdür. Elgün ondan ona əski gətirməyini istəmiş, o da evin həyətində olan köynək parçasını götürüb gətirib vermişdir. Həmin vaxt Elgündən atasına nə olduğunu soruşmuş, Elgün isə atasının içkili olduğu üçün bilmədən özünü bıçaqla kəsdiyini, lakin ciddi bir şey olmadığını demişdir. Elgün heç bir problem olmadığını dediyi üçün yenidən telefonda oyun oynamaq üçün evə keçmişdir. Daha sonra Elgün atasını qucağında evə gətirib yatağın üzərinə qoymuş, həmin vaxt atası Elgünə “qorxma yaxşıyam” demişdir. O, atasının içkili olduğu üçün halının pis olduğunu düşünmüşdür. Onun bədənində və paltarında da qan olduğu görünməmişdir. Həmin vaxt Natiq də Elgündən atasının yaxşı olub-olmamasını soruşub və atasının Elgünlə danışdığını görüb evdən öz video-kamerasını götürüb çıxıb getmişdir. Anası da təcili yardıma zəng edib məlumat vermişdir. Bir qədər sonra həkimlər evə gəlmişlər. Onlar atasını müayinə edib vəfat etdiyini bildirmişlər. Atasının vəfat etdiyini eşidib anasından nə olduğunu soruşduqda qorxmasın deyə hər şeyin yaxşı olduğunu bildirmiş, lakin atasını Elgünün vurmasını ona deməmişdir. Evlərinə polis əməkdaşları gəldikdən sonra onların anası və Elgünlə söhbətindən başa düşmüşdür ki, Elgün atasını bıçaqla vurmuşdur. Atasının Elgünə yalvardığını da eşitməmiş, sadəcə olaraq atasının Elgünlə söyüşlə danışdığını eşitmişdir. (İ cild, i/v: 174-177) Məhkəmə kollegiyası iş üzrə dindirilmiş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 08 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Küçə ilə hərəkət etdikdə yolun sağ və sol tərəfində yaşayış binaları və iaşə obyektləri vardır. Yolda insanların və avtomobillərin passiv hərəkət etdiyi müşahidə olunur. Hadisə baş verən yaşayış evinin həyətyanı sahəsinin ətrafı 250 sm hündürlüyündə hasarla əhatə olunmuşdur. Yaşayış evi və hasar ağ rəngli boya ilə rənglənmişdir. Evin həyətyanı sahəsinin girişi evdən sağda yerləşən, boz rəngli metal materialdandır. Giriş qapısından sağda divarda “7 B” yazılmış lövhə vardır. Qapı açıq vəziyyətdədir. Evin həyətyanı sahəsinə daxil olduqda giriş qapısından evin həyətyanı sahəsinə doğru üzüaşağı sağ və sol tərəfində çiçək kolları olan pilləkənlər düşür. Evin həyətyanı sahəsində çoxlu sayda müxtəlif diametrli ağaclar, o cümlədən otluq sahə vardır. Pilləkənlərlə aşağı düşdükdə üzbəüzdə hamam, ayaqyolu və göy rəngə boyanmış tikili vardır. Həmin tikilidən solda hasarın yuxarı hissəsində evin həyətyanı sahəsinə doğru istiqamətlənmiş işlək vəziyyətdə olan video- müşahidə kamerası quraşdırılmışdır. Qeyd olunan yaşayış evinin aşağı mərtəbəsinin qarşısında polis əməkdaşları və mülki geyimli şəxslər vardır. Həmin mərtəbədə yerləşən otağın qarşı tərəfində tavandan döşəməyə doğru uzanan göy rəngli sallofan çadır asılmışdır. Həyətyanı sahədə sözügedən otağın divarının qurtaracağından sol tərəfdə olan beton dayaqla otağın divarının qurtaracağının arasında döşəmədə, beton dayaqdan 13 sm məsafədə qanabənzər ləkə vardır. Həmin ləkədən bir ədəd tampon nümunə müvafiq qaydada qablaşdırılaraq götürüldü. Sallofan çadırla otağın arasında olan hissədə mətbəx əşyaları vardır. Mətbəx kimi istifadə olunan həmin hissədə sol tərəfdə divara bitişik, qab yumaq üçün nəzərdə tutulmuş su çanağı, şkaf, soyuducu və qab-qacaq vardır. Su çanağından sağda olan şkafın sol yuxarı siyirtməsini açdıqda müxtəlif formalı mətbəx bıçaqları, qaşıqlar və çəngəllər olduğu görünür. Mətbəx kimi nəzərdə tutulmuş hissəyə daxil olduqda sağ tərəfdə stollar, stullar və elektrikli soba vardır. Mətbəx kimi nəzərdə tutulmuş hissədə əşyalar ümumi olaraq səliqəsiz düzülmüşdür. Mətbəx kimi nəzərdə tutulmuş hissədən evin aşağı mərtəbəsində yerləşən otağa keçid vardır. Otağın giriş qapısı ağ rəngli taxta materialdandır və taybatay açıqdır. Otağın giriş qapısının qarşında içəri tərəfdən tül pərdə asılmışdır. Otağa daxil olduqda otağın giriş qapısının yerləşdiyi divarı şərti olaraq “1”, giriş qapısından sol tərəfdəki divarı şərti olaraq “2”, giriş qapısı ilə üzbəüz divarı şərti olaraq “3”, giriş qapısından sağdakı divarı şərti olaraq “4” rəqəmi ilə işarələyirik. Giriş qapısından “3” nömrəli divara doğru, “2” nömrəli divara bitişik ardıcıl olaraq bir ədəd divan və bir ədəd çarpayı vardır. Çarpayının üzərində iki ədəd “Samsung” markalı mobil telefon vardır. Həmin mobil telefonlar istintaq üçün əhəmiyyət kəsb edə biləcəyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Döşəməyə üzəri naxışlı xalçalar sərilmişdir. Otaqda həmçinin stol, stul və başqa əşyalar, o cümlədən “4” nömrəli divara bitişik bir çarpayı da vardır. “1” nömrəli divara bitişik çarpayının üzərində bir nəfər kişi cinsli meyit olduğu görünür. Hadisə yerinə baxışda iştirak edən Qanuni nümayəndə1 həmin meyitin qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs meyiti olduğunu və oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evin həyətyanı sahəsində bıçaqla vurduğunu, həmin bıçağı haraya atdıqlarını xatırlamadığını bildirdi. Meyit çarpayının üzərində arxası üstə uzanmış vəziyyətdədir. Çarpayının üstündə ağ rəngli yorğan və döşək, o cümlədən qızılı rəngli yastıq vardır. Meyitin başı “4” nömrəli divar, ayaqları isə “2” nömrəli divara doğru uzanmışdır. Sol qolu bədənə paralel formada dirsəkdən açılmış, sağ qolu isə dirsəkdən bükülərək sağ əli göbək nahiyyəsinin üzərində dayanmış vəziyyətdədir. Meyitin əynində qara rəngli uzunqol gödəkcə, parıltılı göy rəngli uzunqol kofta, ağ rəngdə mayka, belində kəmər olan qara rəngli şalvar, tünd göy rəngli alt tumanı, qara rəngli corab və palıdı rəngli ayaqqabı vardır. Mayka və kofta yuxarı doğru çəkilmişdir və meyitin sinə nahiyəsi açıqdır. Ürək nahiyəsində bir ədəd xəsarət izi, boğaz nahiyəsində, sağ bilək nahiyəsində və sol böyrək nahiyəsində sıyırqlar vardır. Mayka və koftada qanabənzər ləkələr müşahidə olunur. Meyitin bədən səthində gözlə görünən digər hər hansı xəsarət və ya xəsarət izi müşahidə olunmur. Çarpayıdan solda döşəmədə zədələnmiş və üzərində qanabənzər ləkələr olan bir ədəd ağ rəngli köynək vardır. Həmin köynək müvafiq qaydada qablaşdırılaraq götürüldü. Bundan sonra evin içərisinə və həyətyanı sahəyə baxış keçirilsə də, cinayətin aləti olan bıçaq aşkar olunmadı. Hadisə baş verən yeri müşahidə edən video-müşahidə kameralarının “Multistar” markalı yaddaş aparatı istintaq üçün əhəmiyyət kəsb edəcəyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Bundan sonra Zərərçəkmiş şəxs meyiti müayinə olunması üçün MTE və PA birliyinin Binəqədi rayon şöbəsinə göndərildi. (cild İ, i/v: 4-20) - Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Hadisə yerinə əlavə baxış keçirilən zaman evin həyətyanı sahəsində mətbəx kimi nəzərdə tutulmuş hissədən çöldə olan stolun üzərinə qoyulmuş qırmızı rəngli ləyənin solundakı əşyaları qaldırdıqda orada bir ədəd bıçaq aşkar olundu. Həmin bıçağın dəstəyinə qara rəngdə lent dolanmışdır. Bıçağın tiyəsində qanabənzər ləkələr vardır. Hadisə yerinə baxışda iştirak edən Qanuni nümayəndə1 hadisə baş verən zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər ikisinin yıxıldığını görüb özünü itirdiyini və həyəcandan bıçağı hara qoyduğunu xatırlaya bilmədiyini, hazırda Elgün huşunu itirib yıxıldıqdan sonra dərhal onun yanına gəlib ayılması üçün üzünə su vurduğunu və həmin vaxt bıçağın Elgünün yanında olduğunu gördüyünü, refleks olaraq həmin bıçağı aşkar olunduğu yerə qoyduğunu xatırladığını, bıçağı oraya qoymaqda məqsədinin Elgünün özünə gəldikdən sonra yenidən özünə və ya başqasına xəsarət yetirməyinin qarşısını almaq olduğunu bildirdi. Aşkar olunmuş bıçaq istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü. (cild İ, i/v: 108-113) - “MULTİSTAR” markalı yaddaş blokunda olan video-görüntülərə baxış keçirilməsi haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, yaddaş blokunun vaxt rejimi xx.xx.2023-cü il saat 04:30-u göstərsə də, real vaxt rejimində xx.xx.2023-cü il saat 01:00-dır. Yaddaş blokunda olan xx.xx.2023-cü il saat 01:17-dən saat 01:27-yə qədər olan “A03 2023-05-09” adlı fayl açıldıqda hadisəni özündə əks etdirən video-görüntülər olduğu görünür. Video- görüntü 09 dəqiqə 25 saniyəlikdir. Video-görüntü açıldıqda monitorun sağ yuxarı küncündə vaxt və tarix əks olunur, sol aşağı küncündə isə “CAM03” yazısı vardır. Video-görüntüdə səs yoxdur. Video-görüntüdən görünür ki, video-görüntünün öz üzərində əks olunmuş vaxt rejimi ilə saat 01:19-da Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid2 evin həyətyanı sahəsində mübahisə etməyə başlayırlar. Saat 01:20:07-də Təqsirləndirilən şəxs aqressiv hərəkətlərlə Zərərçəkmiş şəxs və Natiq Mlrzəyevi itələyir. Saat 01:20:18-də Təqsirləndirilən şəxs bıçaqla öz qollarına xəsarət yetirməyə başlayır, əynindəki ağ rəngli uzunqol köynəyi cırıb çıxararaq qollarına xəsarət yetirməyə davam edir. Həmin vaxtlarda Qanuni nümayəndə1 ona mane olmağa çalışdığı, o cümlədən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə doğru gəldiyi görünür. Saat 01:21:13-də Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində göy rəngli arakəsmə ilə ayrılmış mətbəx kimi istifadə olunan hissəyə keçir və geri qayıdıb Şahid2 yumruqla zərbələr endirir. Saat 01:21:25-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gedərək itələyib sol əliylə onu boğazından tutub divara sıxışdıraraq sağ əlində tutduğu bıçaqla onun sol böyrünə ardıcıl zərbələr endirir. Bu zaman Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs tutub saxlayaraq ona mane olur və Zərərçəkmiş şəxs zərbələrdən yayınır. Daha sonra Zərərçəkmiş şəxs ondan uzaqlaşan Təqsirləndirilən şəxs üzərinə gedir. Təqsirləndirilən şəxs isə saat 01:21:58-də onun boğazından tutub arxaya doğru itləyərək evin həyətyanı sahəsində olan beton dirəyin yanında yerə yıxır. Daha sonra geri qayıdıb mətbəx kimi nəzərdə tutulmuş hissənin girişinin yanında Şahid2 yerə yıxaraq ona təpik və yumruq zərbələri endirir. Bu zaman Zərərçəkmiş şəxs qalxıb yenidən Təqsirləndirilən şəxs üzərinə getdikdə saat 01:22:12də Elgün Abbsasov əlində tutduğu bıçağı Zərərçəkmiş şəxs ürək nahiyəsinə vurur. Zərərçəkmiş şəxs bıçaq dəydikdən sonra saat 01:22:14-də yerə yıxılır. Ardınca Təqsirləndirilən şəxs huşunu itirərək yerə yıxılır. Şahid2 isə evin içərisinə daxil olur. Daha sonra X11 Abbasovun yanına gələrək onun üzünə su vurub ayıldır. Saat 01:24-də Təqsirləndirilən şəxs və Qanuni nümayəndə1 Zərərçəkmiş şəxs yanına gəlirlər. Zərərçəkmiş şəxs hələ hərəkət etdiyi görünür. Hər ikisi Zərərçəkmiş şəxs dikəldərək oturaq vəziyyətdə saxlayırlar. Daha sonra Qanuni nümayəndə1 evin içərisinə doğru gedir, Şahid2 isə evin həyətyanı sahəsinə çıxaraq gəzişir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs yanında dayanaraq ona kömək etməyə çalışır. Saat 01:24:14-də Şahid3 həyətyanı sahəyə çıxaraq Təqsirləndirilən şəxs əynindən çıxarıb atdığı yerdəki ağ rəngli köynəyi Təqsirləndirilən şəxs gətirib verir və dayanmadan yenidən evin içərisinə qayıdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin ağ köynəyi qanı dayandırmaq üçün Zərərçəkmiş şəxs yarasının üzərinə qoyduğu görünür. Saat 01:24:40-da Şahid2 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxınlaşıb evin içərisinə gedir. Saat 01:25:31-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaldırıb evin içərisinə doğru aparır. Saat 21:26:20-də Şahid2 çiynindən asdığı video-kameranı götürüb evin həyətyanı sahəsindən çıxıb gedir. (cild İ, i/v: 29-37) - Video-görüntülərə əlavə baxış keçirilməsi haqqında 09 may 2023-cü il tarixli protokolundan görünür ki, “A03 2023-05-09” adlı faylda olan video-görüntüdən görünür ki, Təqsirləndirilən şəxs huşunu itirib yerə yıxıldıqdan sonra video-görüntünün öz üzərində əks olunmuş vaxt rejimi ilə saat 01:22:24-də Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs yanına gələrək onun sağ tərəfində sağ əli bərabərində olan bıçağı götürərək orada olan şkafın üzərinə qoyur və dərhal aşağı əyilib Təqsirləndirilən şəxs üzünə su vurub onu ayıldır. (cild İ, i/v: 120-121) - Diskə baxış keçirilməsi haqqında 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Nilay Mustafayevanın ad günü məclisinə aid video görüntülərdə məclis ərəfəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-biriləri ilə, o cümlədən məclisdə iştirak edən digər şəxslərlə mehriban olduqları, hər hansı mübahisə yaratmadıqları görünür. (cild İ, i/v: 193-195) - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə könüllü olaraq təqdim etdiyi paltarlara baxış keçirilməsi haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd qara rəngli mayka pambıq materialdan olmaqla qolsuzdur; 01 ədəd şalvar göy rəngli cins materialdan olmaqla iki yan, iki arxa cibi vardır, şalvar öndən zəncirbənd və düymə ilə bağlanılır, belində kəmər keçirtmək üçün yerlər vardır, bel etiketində “ARNİM JEANS” sözləri yazılmışdır; 01 ədəd alt tumanı qara rəngli parça materialdan olmaqla beli rezinlidir, belindəki rezinin üzərində “US.SPORT” sözləri yazılmışdır, paltarların üzərində gözlə görünən hər hansı əhəmiyyətli zədə aşkar olunmamışdır. (cild İ, i/v: 74- 76, 94) - Zərərçəkmiş şəxs meyitinin üzərində olmuş paltarlara baxış keçirilməsi haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd mayka qolsuz olmaqla ağ rəngli pambıq materialdandır, maykanın üzərində qanabənzər ləkələr, maykanın geyinildikdə ürək nahiyyəsinə mütənasib olan hissəsində deşilmiş-kəsilmiş zədə vardır, maykanın üzərində başqa hər hansı gözlə görünən əhəmiyyətli zədə yoxdur; 01 ədəd alt tumanı qara rəngli parça materialdandır, üzərində gözlə görünən hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkə yoxdur; 01 ədəd uzunqol kofta parıltılı göy rəngdə olmaqla parça materialdandır, iç etiketində “NİHAT MEN” sözləri yazılmışdır, koftanın üzərində qanabənzər ləkələr vardır, koftanın geyinildikdə ürək nahiyyəsinə mütənasib olan hissəsində deşilmiş- kəsilmiş zədə vardır, koftanın üzərində başqa hər hansı gözlə görünən əhəmiyyətli zədə yoxdur; 01 ədəd şalvar qara rəngli cins materialdan olmaqla belində qara rəngdə kəmər vardır, iki yan və iki arxa cibi vardır, şalvarın üzərində qanabəzər ləkələr müşahidə olunur, üzərində gözlə görünən hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkə yoxdur; 01 ədəd gödəkçə qara rəngdə olmaqla uzun qolludur, iç etiketində "DOLCE&GABANA” sözləri yazılmışdır, gödəkçənin iç tərəfində qanabənzər ləkələr müşahidə olunur, üzərində gözlə görünən hər hansı əhəmiyyətli zədə yoxdur; 01 cüt corab qara rəngdə olmaqla parça materialdandır, üzərində gözlə görünən qanabənzər ləkə və hər hansı əhəmiyyətli zədə yoxdur. (cild İ, i/v: 95-101) - Hadisə yerinə əlavə baxış zamanı götürülmüş bıçağa baxış keçirilməsi haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, bıçaq qatlanmayan olmaqla, tiyə və dəstək hissəsindən ibarətdir. Bıçağın dəstəyinə qara rəngdə lent dolanmışdır. Tiyə gümüşü rəngli meterialdandır. Tiyənin üzərində qanabənzər ləkələr vardır. Bıçağın ümumi uzunluğu 225 mm-dir. Bıçağın tiyəsi 120 mm, dəstəyi isə 105 mm uzunluqdadır. Bıçağın üzərində istifadə nəticəsində yaranmaya xarakterik cızıqlar vardır. Bıçağın üzərində gözlə görünən hər hansı əhəmiyyətli zədə yoxdur. (cild İ, i/v: 114-115) - Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung A12” markalı mobil telefona baxış keçirilməsi haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, telefon qara rənglidir, parolsuzdur, telefonun üzərinə çəhrayı rəngli qoruyucu vardır, telefonun əməliyyat sisteminin dili Türk dilindədir, iki simkartlı idarəetmə funksiyasına malikdir, üzərində “Bakcell” mobil operatoruna məxsus olan “***-***-**-**” saylı işlək vəziyyətdə simkart mövcuddur. Telefonda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (cild İ, i/v: 165-166) - X4 istifadəsində olan “Samsung A04” markalı mobil telefona baxış keçirilməsi haqqında 11 may 2023-cü il tarixli protokoldan görünür ki, telefon qara rənglidir, parolsuzdur, telefonun üzərinə qara rəngli qoruyucu vardır, telefonun əməliyyat sisteminin dili Azərbaycan dilindədir, bir simkartlı idarəetmə funksiyasına malikdir, üzərində “Azerfon” mobil operatoruna məxsus olan “***-***-**-**” saylı işlək vəziyyətdə simkart mövcuddur. Telefonda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (cild İ, i/v: 167-168) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 8439 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmayıblar. (cild İİ, i/v: 23) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-ci il tarixli, xx/xx-6439 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. (cild İİ, i/v: 24) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyi publik hüquqi şəxsinin “Quba rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-56/2-798/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur, həmçinin stasionar və ambulator dispanser müalicədə olmamışdır. (cild İ, i/v 227) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 daxil olmuş xx.xx.2023-cü il tarixli 823 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon SHXÇÜDX-nin 265 saylı, xx.xx.2020-ci il tarixli göndərişinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər Quba rayon PNRM-da stasionar müayinədə olmuşdur. Diaqnoz: “şəxsiyyət pozuntusu özünü kəsmələrlə” F60.0. (cild İ, i/v: 228-239) -“X5” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarxli xx/xx-9551 saylı məktubdan görünür ki, xx.xx.2002-ci il təvəllüldü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sərxoşluğun bütün növlərinin təyini məqsədilə aparılmış tibbi müayinəsindən keçmiş, 2/13900 saylı protokol tərtib edilmişdir. Müayinənin nəticəsi “orta sərxoşluq dərəcəsi” müəyyən edilmişdir. (cild İİ, i/v: 121) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 104 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsini (perikardı) və ürəyin sol mədəciyini zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının dərinliyi 9,0 sm, istiqaməti öndən-arxaya, soldan-sağa və azacıq yuxarıdanaşağıya doğrudur. - qarın nahiyəsinin sol yarısının ön səthinin qançırlı səthi kəsilmiş yarası. - boyun nahiyəsinin sağ yarısının qançırı və sol yarısının qançırlı sıyrığı. - sağ mil-bilək oynağı nahiyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər həyatidirlər və Zərərçəkmiş şəxs ölümündən az əvvəl əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthinin 1 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcəsi təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən, qarın nahiyəsinin sol yarısının ön səthinin qançırlı səthi kəsilmiş yarası iti uca və iti kənara malik əşyanın təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər.
2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürək kisəsinin və ürəyin sol mədəciyin yaralanması ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinə yetirilən bıçaq xəsarəti ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə, saat 01:00-da meyitin müayinəsi başlamışdır) 2-4 saat əvvəl baş vermişdir.
3. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasının ölçüsünə və yara kanalının dərinliyinə əsasən demək olar ki, deşici-kəsici alətin tiyəsinin eni 1,7 sm-dən, uzunluğu isə 9 sm-dən az olmamışdır. Beləliklə, Zərərçəkmiş şəxs meyitində aşkar olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasının ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsi istisna olunmur.
4. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası və qarın nahiyəsinin sol yarısının ön səthinin qançırlı səthi kəsilmiş yarası bıçağın tiyəsinin təsirindən, digər xəsarətlər isə insan bədəninin hissələrinin (əl, əl barmaqlarının dırnaqları və s.) təsirindən əmələ gələ bilərdilər.
5. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda-0,3 %o-dir. Etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Qanda narkotik maddələr aşkar edilməmişdir. (cild İ, i/v: 213- 222) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 831 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol said nahiyəsinin səthi kəsilmiş yaraları kəsici əşyanın (alətin) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin kəsici təsirindən əmələ gələ bilərdilər. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və əlçatan nahiyələrdə yerləşmələrini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilmələri üçün xarakterikdir. (cild İ, i/v: 223-226) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 931 saylı rəyindən görünür ki, Şahid2 bədən səthində aşkar olunmuş xəsarətlər - sağ bazu nahiyəsinin dərialtı hematoması, döş qəfəsinin sol yarısının ön səthinin, sol said nahiyəsinin, sağ ayağın bayır topuğunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 həftə əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müəddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vət. Şahid2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədənin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. (cild İ, i/v: 244-247) - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1729/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (cild İİ, i/v: 56-59) - Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 323/2023-MTBŞ saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Oalfabeta/İ/. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-B/lll/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 01 ədəd pambıq tampon, hadisə yerindən götürülmüş köynək, Zərərçəkmiş şəxs məxsus alt mayka, kofta, şalvar, Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus trusik, alt mayka, Zərərçəkmiş şəxs məxsus gödəkcə, trusik və 01 cüt corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. (cild İİ, i/v: 60-66) - Kompleks məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının xx.xx.2023cü il tarixli, 235/2023-MTKŞ saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçə, köynək, şalvar, tuman və corab üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus mayka, şalvar və tuman üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild İİ, i/v: 67-74) - Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4968 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİ, i/v: 118-120) - Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1696 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. (cild İİ, i/v: 75-77) - Kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 111 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda “Emosional davamsız şəxsiyyət pozuntusu, implusiv tip” müəyyən edilir. Həmin psixi patologiya Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən öncə yaranmışdır və cinayət əməlini törədərkən dekompensasiya (pisləşmə) vəziyyətində olmuşdur. Emosional davamsız şəxsiyyət pozuntusu nəticələri nəzərə almadan müəyyən impulsiv hərəkətlərə meylliliklə səciyyələnən, əsasən emosional kontrolun çatışmazlığı, əhvali-ruhiyyənin qeyri-stabilliyi, ətrafdakılarla tez-tez konfliktlərinin olması kimi əlamətlərlə ifadə olunan psixi patologiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» müəyyən edilir. Təqsirləndirilən şəxs düçar olduğu həmin psixi patologiya hazırda da dekompensasiya vəziyyətində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onlan idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən implusiv tip emosional davamsız şəxsiyyət pozuntusu hazırda dekompensasiya vəziyyətində olduğundan o, hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı qavramasının həcminin normaya uyğun olduğu, yaddasaxlama və yadasalma funksiyalarında çətinlik müəyyən edilmədiyi, emosional və assosiativ yaddaşının aktiv olduğu müəyyən edilir. Diqqətində dayanıqsızlıq, təfəkkürünün tənqidiliyi və proqnozlaşdırma qabiliyyətininin nisbətən zəiflədiyi müəyyən olunur. Təqsirləndirilən şəxs emosional oyanıqlıq, implusivlik, tez özündən çıxmaq, konfliktə meyillilik, inadkarlıq, aqressivlik, neqativ amillərə qarşı dözümsüzlük, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlər malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Qərarın təsviri hissəsində qeyd olunmuş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında impulsivlik, qəzəblilik, emosional reaksiyalara meyillilik əmələ gəlmişdir. Həmin halın yaranması, psixiatrik müayinə zamanı onda aşkar olunan «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» psixi xəstəliyi fonunda situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilməmişdir. (cild İİ, i/v: 122-129) - Təkrar kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 137 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Emosional davamsız şəxsiyyət pozuntusu, implusiv tip” müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən psixi patologiya onda təqsirləndirildiyi cinayət əməlini törətməzdən öncə yaranmış, cinayət əməlini törədərkən dekompensasiya (pisləşmə) vəziyyətində olmuşdur. Emosional davamsız şəxsiyyət pozuntusu nəticələri nəzərə almadan müəyyən impulsiv hərəkətlərə meylliliklə səciyyələnən, əsasən emosional kontrolun çatışmazlığı, əhvali-ruhiyyənin qeyri-stabilliyi, ətrafdakılarla tez-tez konfliktlərinin olması kimi əlamətlərlə ifadə olunan psixi patologiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın ittiham olunduğu cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» psixi xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi həmin psixi patologiya hazırda da dekompensasiya vəziyyətində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin fatiki xarakterini və İctimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etdiyinə görə onun hal-hazırki psixi vəzityyəti daimi müşahidə tələb edir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən implusiv tip emosional davamsız şəxsiyyət pozuntusu hazırda dekompensasiya vəziyyətində olduğundan o, hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan emosional oyanıqlıq, implusivlik, tez özündən çıxmaq, konfliktə və mübahisəyə meyillilik, inadkarlıq, hövsələsizlik, neqativ amillərə qarşı dözümsüzlük, emosional reaksiyalara meyillilik və sair kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs diqqətində dayanıqsızlıq, təfəkkürünün tənqidiliyi və proqnozlaşdırma qabiliyyətininin nisbətən zəiflədiyi müəyyən olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional sferasında impulsivlik, qəzəb, aqresiya və sair kimi hallar yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu fonunda situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. ( cild İİ, i/v: 179-187); Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndiliyindən xx.xx.2023-ci il tarixli, 5-10-2/2-105/2023 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs barəsində xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatsız olaraq yaşamışdır. Təqsirləndirilən şəxs ailə tərkibi anası - 1977-cı il təvəllüdlü Qanuni nümayəndə1, bacısı - 2001-ci il təvəllüdlü X6, qardaşı - 2013-cü il təvəllüdlü Şahid3 və anasının qeyri-rəsmi həyat yoldaşı - 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs (mərhum) ibarətdir (cild İ, i/v: 261-263). - Cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Abbasov X8 rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. (cild İİ, i/v: 26) - Cinayət işinə əlavə olunmuş Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-375/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ona təyin edilmiş cəzanın əvvəlinin 08 iyun 2023-cü il tarixdən hesablanması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır. (cild İİ, i/v: 27-50) - Cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində atalığı Zərərçəkmiş şəxs içkili vəziyyətdə evə gələrək mübahisə yaratması və onun əsəbindən şüşə parçası ilə özünə xəsarət yetirməsi barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cild İİ, i/v: 113- 114) - Binəqədi rayon polis idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 46/2-30172 saylı məktubdan görünür ki, Binəqədi RPİ-nin kollektivi müvafiq qaydada təlimatlandırılmış, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs hansı tarixlərdə və kimlərdən narkotik vasitə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (cild İİ, i/v: 116) - Cinayət işinə əlavə olunmuş ərizədən görünür ki, Şahid2 hadisə baş verdiyi tarixdə, yəni 08 may 2023-cü il tarixdə söyüşlü ifadələr işlətdiyi üçün Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ona xəsarət yetirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət və tələbi olmadığı üçün onun barəsində cinayət işi başlanılmamasını xahiş etmişdir. (cild İ, i/v: 186) - Cinayət işinə əlavə olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs, o cümlədən sonuncunun qanuni nümayəndəsi Qanuni nümayəndə2 hadisə baş verdiyi tarixdə, yəni 08 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ona xəsarət yetirməsi ilə bağlı Şahid2lə barışdıqlarını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törtəməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsi ilə bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsinə etiraz etməmişlər. (cild İİ, i/v: 92, 214) Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetmiş hesab edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və iş üzrə keçirilmiş ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikası CM-nin 21.2 və 95.0.3-cü maddələrinə uyğun olaraq barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə xx.xx.2023-cü il tarixli 4968 saylı rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngdə mayka, 01 ədəd tünd göy rəngli alt tumanı, 01 ədəd parıltılı göy rəngli uzunqol kofta, belində kəmər olan 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli uzunqol gödəkçə, 01 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli mayka, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli alt tumanı, hadisə yerindən götürülmüş 01 ədəd ağ rəngli uzunqol köynək, 01 ədəd tampon nümunə, 01 ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “Samsung” markalı mobil telefon mərhuma aid hissədə onun hüquqi varisinə, Təqsirləndirilən şəxs adi hissədə isə onun qanuni nümayəndəsinə təhvil verilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 477-ci maddəsinin və Azərbaycan Respublikası CM-nin 21.1, 21.2, 93.1-1, 93.1.-1.1, 95.0 və 95.0.3-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdirilməsi həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar- Bakı şəhəri Binəqədi rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngdə mayka, 01 ədəd tünd göy rəngli alt tumanı, 01 ədəd parıltılı göy rəngli uzunqol kofta, belində kəmər olan 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli uzunqol gödəkçə, 01 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli mayka, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli alt tumanı, hadisə yerindən götürülmüş 01 ədəd ağ rəngli uzunqol köynək, 01 ədəd tampon nümunə, 01 ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “Samsung” markalı mobil telefon mərhuma aid hissədə onun hüquqi varisinə, Təqsirləndirilən şəxs adi hissədə isə onun qanuni nümayəndəsinə təhvil verilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov