Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1029/2020 24.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə 08 ay 28 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, Cəlilabad rayonu, Göytəpə qəsəbəsi, Privolnoye kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş- 93 ünvanında kirayədə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu 4-cü qapı küçəsində həmyerlisi Zərərçəkmiş şəxs onunla telefonla danışarkən ünvanına mənəvi dəyərlərini təhqir edəcək nalayiq ifadələr deməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla sonuncunun sol budunun yuxarı və arxa hissəsindən 6 dəfə vuraraq, sol budun yuxarı 1/3nin arxa-bayır səthində bir ədəd, sol sağrının aşağı bayır kvadratında bir ədəd, sol sağrının yuxarı iç kvadratında bir ədəd, sol budun yuxarı 1/3-nin ön və yan səthlərində iki ədəd kəsilmiş-deşilmiş yaralarla nəticələnən hər biri yüngül zərər vurmaya aid olan və sol budun yuxarı 1/3-nin arxa-bayır səthində bir ədəd daxilə nüfuz edən sidik kisəsini zədələyən deşilmiş-kəsilmiş yara ilə nəticələnən ağır zərər vurmaya aid xəsarət yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 və Zərərçəkmiş şəxs uzun illərdir tanımaqla, onun həmyerlisi və eyni zamanda Cəlilabad rayonu, Göytəpə qəsəbə sakinləri olmuşlar. Onlarla aralarında yaxın münasibət olmasa da, salam-sağolu olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Onun özü rəsmən heç bir yerdə işləməsə də, Emin adlı tanışının icarəyə götürərək işlətdiyi obyektlərdə Eminə köməklik etmişdir. xx.xx.2020ci il tarixdə, təxminən saat 21 radələrində Eminin icarəyə götürərək işlətdiyi Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən çayxanada ofisiant işləyən Sadiq çayxanada olan ***-***-**-** saylı mobil nömrədən onun ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq Yusifin Rəsul və digər həmyerliləri Əhmədin oğlu Rəsul adlı şəxslə kafeyə gəldiyini və ondan Yusifə borclu olduğu 50 manatı verməsini tələb etdiyini, hazırda pulunun olmadığı üçün Yusifə borcunu qaytara bilmədiyini, bu səbəbdən Yusifin onunla mübahisə etdiyini bildirmişdir. Yusif bir neçə gün öncə də Sadiqdən 50 manat borcunu alınması məqsədilə çayxanaya bir nəfər şəxs göndərmişdir və o, həmin şəxsə Sadiqin ilk məvacibini alan günü 50 manatı qaytaracağına zəmanət duracağına söz versə də, Yusif Sadiqin məvacib almasını gözləmədən bu dəfə çayxanaya özü gəlmişdir. O, Sadiqə telefonu Yusifə verməsini və Yusiflə danışmaq istədiyini bildirdiyi üçün Sadiq telefonu Yusifə ötürmüşdür. O, telefonda yenə də Yusifə Sadiqin məvacibini alan kimi onun 50 manat borcunu qaytaracağını bildirərkən Yusif borcu dərhal istədiyini bildirmiş və bu səbəbdən həmin vaxt aralarında sözlə mübahisə olmuşdur. Telefondakı mübahisə zamanı Yusif ona ana, bacı, var-yox söyüşü söyərək telefonu söndürmüşdür. O, bir neçə dəfə həmin nömrəni yığsa da, telefonu açan olmadığından, olduğu Nərimanov rayonu ərazisindən çıxıb həmin çayxanaya getmişdir. Təxminən 15-20 dəqiqə sonra çayxanaya çatdıqda Yusifin artıq oradan çıxıb getdiyini bilmiş, həmçinin Sadiq ona Yusifin özünün ona zəng edəcəyini və onunla görüşüb telefondakı mübahisəni aydınlaşdıracağını demişdir. Bundan təxminən 40-45 dəqiqə sonra çayxanada olarkən Əhmədin oğlu Rəsul çayxanaya gəlib, onunla görüşüb Yusifin az öncə götürdüyü çayxananın “Samsung J2 Prime” markalı mobil telefonu ona qaytarmış və az əvvəl Yusifin telefonla onunla danışa-danışa bayıra çıxanda telefon yadından çıxıb Yusifdə qalmasını, qaytarmaq üçün ona verdiyini demişdir. O, Əhmədin oğlu Rəsulu masa arxasında əyləşdirərək Rəsulun Yusifə qoşularaq pozulmasını istəmədiyindən sonuncuya öyüd nəsihət verib Yusifin narkotik vasitə istifadəçisi olduğunu, düz yolda olmadığını deməklə Yusifə qoşulmamağını bildirmişdir. O Rəsulla söhbətə başladıqdan təxminən 20-25 dəqiqə sonra onun digər bir həmyerlisi olan, 17-18 yaşlarında Əli adlı şəxs də çayxanaya gələrək Rəsulu aparmaq istədiyini bildirmiş, Əli ilə söhbət zamanı ona sonuncunun da Yusiflə oturub-durduğu məlum olduğundan, o, Əlini də danlayaraq az öncə Rəsula bildirdiyi iradları Əliyə də bildirmiş, bir qədər söhbətdən sonra Rəsulla Əli onunla sağollaşıb oradan çıxıb getmişlər. Bir qədər sonra Sadiqin mobil telefonuna gələn zəngə sonuncu cavab verərkən zəng vuranın Yusif olduğu məlum olmuş və o, Sadiqin telefonunu götürüb Yusiflə danışmağa başlamışdır. Yusif telefonda aralarında baş verən söhbətə aydınlıq gətirilməsi üçün Biləcəridə görüşməyi təklif etmiş, o da etiraz etməyib, idarə etdiyi “Kia Cerato” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləcəri qəsəbəsinə yola düşmüş və xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Biləcəri qəsəbəsində DSK yolu deyilən bir yerdə əsas yolun kənarında dayanaraq ara məhəlləyə daxil olub gözləmişdir. Təxminən 15 dəqiqə sonra “Azsamand” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil o, dayandığı yerə gəlib yolun kənarında saxlamışdır. Bundan sonra o, tək “Azsamand” markalı avtomobilin yanma getmiş və həmin vaxt Yusif arxa qapını açaraq avtomobildən yerə düşmüşdür. Yusif avtomobildən düşən kimi o, Yusifə əsəblə “şərəfsiz sən mənə ana bacı var yox söyürsən? üzümə deyə bilərsən?” sözlərini deyib Yusifi baş nahiyəsindən itələyib vurmuşdur. Yusif zərbədən avtomobilin arxa açıq qapısından içəri girmişdir. O da Yusifin arxasınca avtomobilin içərisinə girmək istəyərkən Yusifin əlində artıq bıçaq olmuşdur. O, dərhal Yusifin əlindən tutmuş və əlini buraraq bıçağı Yusifin əlindən alıb elə avtomobilin içərisində Yusifin qurşaqdan aşağı yan və arxa hissəsinə bıçaqla zərbələr vurmuşdur. Həmin vaxt arxadan ona yaxınlaşan Şahid1 onu dartıb, nalayiq ifadələr işlədərək ona qarşı söyüş söymüş, o, Şahid1 istiqamətində dönərkən Rəsul onun ayağından yapışmışdır. Həmin vaxt Şahid1 avtomobilin sükan arxasına əyləşmək istəyərkən o, Rəsulun da qurşaqdan aşağı yan və arxa hissəsinə bıçaqla 2 dəfə zərbə vurmuşdur. Şahid1 avtomobilin salonuna yaralı vəziyyətdə oturduqdan sonra o, kənara çəkilmiş, heç bir səs-küy olmadan Rəsul avtomobili idarə etməklə oradan uzaqlaşıb getmişlər. Beləcə mübahisə yekunlaşdığından o da idarə etdiyi avtomobillə oradan çıxıb getmişdir. Bildirir ki, mübahisəyə səbəb Yusifin telefonda ona ana-bacı var yox söyüşü söyməsi olmuşdur. Yusiflə mübahisə zamanı Şahid1 da ona nalayiq ifadələr işlətmiş və onu dartaraq təhqir etmişdir. O buna görə avtomobilə oturmaq istəyərkən Şahid1 da arxa yan sağrı tərəfindən iki dəfə bıçaqla vurmuşdur. Mübahisə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK yolu yaxınlığında ara məhəllədə sözlə mübahisə ilə birlikdə 1-2 dəqiqə davam etmişdir, onların mübahisəsini kənardan heç kim görməmişdir. Mübahisə zamanı Yusifə ona telefonda söydüyü var yox söyüşünü üzünə söyə biləcəyini soruşmuşdur. Yusif də dillənmədən ona əl atmaq istəyən zaman o, Yusifin başından tutub maşının içərisinə itələmişdir. Elə maşının içərisinə doğru Yusifi itələdikdən sonra Yusifin bıçaq çıxardığını görüb sonuncunun əlindən bıçağı alaraq, elə həmin bıçaqla onun arxa yan hissəsindən təxminən 6 dəfə bıçaqla vurmuşdur. Bildirir ki, o hadisə yerinə gedərkən özü ilə heç bir bıçaq və ya ona bənzər alət götürməmişdir. Yusifi arxasından bıçaqlamaqda məqsədi Yusifə ağır xəsarət yetirmək olmayıb. Sadəcə olaraq Yusif onun üçün böyük mənəvi dəyər daşıyan ailəsini və ailə üzvlərini söydüyünə görə Yusifi digər yerindən bıçaq vursa ağır nəticələnəcəyini düşündüyü üçün arxasından bıçaqlamışdır. Həmin vaxt Yusif və Şahid1 onu vura bilməmiş və o, heç bir xəsarət almamışdır. Son olaraq göstərdi ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Əməlindən peşman olmaqla, cinayəti məhz Zərərçəkmiş şəxs onun özünü və ailə üzvlərini təhqir etməsi səbəbindən törətmişdir. Göstərdiyi halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün hadisənin baş vermə yeri, ardıcıllığı və işin digər faktiki hallarına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 və Təqsirləndirilən şəxs onun həmyerliləri olmaqla, aralarında yaxın münasibət olmasa da bir yeli kimi səmimi münasibətləri olmuşdur. Şahid1 “Khazar” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə onun xahişi ilə yol pulu olaraq 100 manat müqabilində digər həmyerlisi Rəsul Ağazadə ilə birlikdə Cəlilabad rayonuna getmiş və orada qohumları ilə görüşdükdən sonra, üçü birlikdə Bakı şəhərinə qayıdaraq 20 yanvar metrostansiyasının yaxınlığına getmişlər. O, orada Şahid1 razılaşdıqları 100 manat puldan 50 manatını vermiş və qalan pulu da səhər verəcəyini deyərək, həmin hissədə Şahid1 borclu qalmışdır. Bundan sonra Şahid1 olan borcunu ödəmək barədə düşündüyü zaman, təxminən 2020-ci ilin yanvar ayında həmyerlisi olan Sadiq adlı şəxsə borc olaraq 50 manat pul verdiyini xatırlayıb, sonuncuya zəng vuraraq verdiyi 50 manat pulu Şahid1 olan borcunu vermək üçün istəmişdir. Sadiq də ona 5-10 dəqiqəyə xəbər edəcəyini, gəlib pulu götürməyini bildirdiyi üçün, o da Sadiqə işlədiyi çay evinə gələcəyini bildirmişdir. Bundan sonra o, tanışı Rəsul Ağazadə ilə birlikdə saat təxminən 21-22 radələrində “M.Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən tanışı Sadiqin işlədiyi çay evinə getmişdir. Həmin vaxt o, çay evinə daxil olaraq Sadiqlə görüşüb sonuncudan borclu olduğu 50 manat pulu verməsini tələb etmişdir. Sadiq isə telefonla danışaraq telefonu ona uzadaraq danışmağını istədiyi üçün o da mobil telefonu Sadiqdən alaraq cavab verdikdə telefonda danışan şəxsin Rafael olduğunu bilmişdir. Telefonda Rafael ona Sadiqin pulu olmadığını, pulunu alan kimi borcunu verəcəyini bildirən zaman onların arasında sözlə mübahisə baş vermiş, mübahisə zamanı Rafael onunla acı danışdığına görə o da cavab olaraq Rafaeli söymüş və Rafaelə çay evinin qarşısında gözlədiyini bildirmişdir. Həmin vaxt Rəsul Ağazadə onu çay evindən çölə çıxartmış, əsəbi keçsin deyə piyada 20 Yanvar metro stansiyasına tərəf gedərkən Sadiqin ona danışmaq üçün verdiyi markasını xatırlamadığı mobil telefonun onda qaldığını görüb həmin telefonu Sadiqə qaytarması üçün Rəsul Ağazadəyə vermişdir. Bundan sonra o, tanışı Şahid1 zəng vuraraq “Koroğlu” metrostansiyasının yanına getmək lazım olduğunu bildirdiyi üçün, Şahid1 geri qayıdaraq “20 Yanvar” metrostansiyasının yaxınlığından onu götürmüş və onlar birlikdə “Koroğlu” metro stansiyası istiqamətində yola düşmüşlər. Onlar “Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən parka çatan zaman, orada tanışı ilə görüşərək onlara getməli olduğundan Şahid1 avtomobili saxlayaraq gözləməsini xahiş etmişdir. Lakin, dostuna zəng çatmadığına görə görüşə bilməmiş və həmin vaxt Rəsul Ağazadə ona zəng vuraraq mobil telefonu Sadiqə verdiyini bildirmişdir. Bu zaman Rəsulun səsindən narahat olduğunu hiss edib nə olduğunu soruşmuş, Rəsul da ona Rafaelin çay evinə gəldiyini və onun harada olduğunu soruşduğunu bildirmişdir. Bundan sonra o, telefonla Rafaelə zəng edib sonuncunun Biləcəri qəsəbəsi tərəfə getdiyi öyrəndiyi üçün, Rafaelə özünün də həmin istiqamətə gələcəyini bildirmişdir. Bundan sonra o, Şahid1 avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə getmiş, qəsəbədə DSK yolundan ara məhəlləyə dönərək bir təhər Rafaelin dediyi ünvana gedib çatmışlar. Şahid1 avtomobili ara yol kimi məhəlləyə girəndən sonra kənara verib saxlamışdır. O, avtomobilin qapısını açıb yerə düşmək istəyən zaman Rafael onun üzərinə hücum edərək avtomobilin salonunda bir dəfə əl zərbəsi ilə vuraraq ona,- “telefonda dediyin söyüşləri mənim üzümə deyə bilərsənmi?” sözlərini demişdir. Həmin vaxt o, zərbənin təsirindən arxa oturacağın üzərinə uzanan zaman avtomobildən çöldə olan arxa sol ayağından ağrılar hiss etməyə başlamış və avtomobilin arxa oturacağının mərkəz hissəsinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt Rafael bir neçə dəfə bıçaqla onun arxa yan hissəsinə zərbələr də vurmuşdur. Aldığı zərbələrin təsirindən onun ayağından və yanından qan axmağa başlamışdır. Həmin vaxt avtomobilin qabaq hissəsində səs-küy olduğunu eşitsə də, nə baş verdiyini bilməmişdir. Şahid1 da Rafaelə yaxınlaşıb Rafaeli dartaraq ondan uzaqlaşdırıb söyüş söymüşdür. Bundan sonra o, Şahid1 avtomobili idarə edən zaman “səni xəstəxanaya çatdıracam” sözlərini dediyini eşitmiş, özünə gəldiyi zaman isə artıq 1 saylı X1 görmüşdür. Xəstəxanada olan zaman Təqsirləndirilən şəxs Şahid1 da hadisə zamanı bıçaqla vurulduğunu elə Rəsuldan öyrənmişdir. Bildirir ki, mübahisə zamanı gecə saat 01 radələri olmaqla hava soyuq olduğundan ətrafda ümumiyyətlə heç kim olmamış, Rafael küçədə tək olmuşdur. Mübahisə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK yolunun yanı ara məhəllədə sözlə mübahisə ilə birlikdə 2-3 dəqiqə ərzində baş vermişdir. Təqsirləndirilən şəxs ilə mübahisələrinə səbəb telefonda danışarkən Sadiqin ona olan borcunun gecikməsini Rafaelə bildirməsi, sonuncunun onunla acı danışdığına görə onun özünün Rafaelə qarşı söyüş söyməsi olmuşdur. Onun söyüş söyməsindən sonra Rafael də onun ünvanına nalayiq ifadələr işlədərək onunla görüşmək istədiyini demişdir. Həmin münaqişə zamanı Təqsirləndirilən şəxs onun sol ayağından və sol yanından bıçaqla vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı onun üzərində heç bir bıçaq və ya digər kəsici-deşici alət olmamışdır. Rafael onu vurduğu bıçaq elə Rafaelin özündə olmuşdur. Çünki o, avtomobildən düşən kimi dərhal Rafael onun üzərinə hücum etmiş və onu vurduqdan sonra o, avtomobilin salonuna yıxılmış, həmi vaxtda artıq Rafael ona bıçaqla vuraraq xəsarət yetirmişdir. Onun nə bıçaq çıxartmaq üçün imkanı olmamış, nə də avtomobilin salonunda yıxılı vəziyyətdə olduğu zaman Rafael onun əlindən hər hansı əşya almamışdır. Rafael onu vurub xəsarət yetirəndən sonra avtomobilin sürücü sükanı hissəsində səs-küy olduğunu eşitsə də, nə baş verdiyini görə bilməmişdir. Rafael onu bıçaqla vurduğuna görə o, ağrıdan artıq özündən getmək üzrə olmuş və nə baş verdiyini anlaya bilməmişdir. Hadisə vaxtı Rafael Rəsulun da arxasından bıçaqla iki dəfə vuraraq xəsarət yetirmiş, lakin o, həmin anı görə bilməmiş, bu barədə sonradan öyrənmişdir. Ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyini, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, təxminən 3 il olar ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışdır. 6-7 ay olmuşdur ki, “Azsamand” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs onun həmyerlisidir və o, Yusifi uzun illərdir ki, tanımışdır. Onların arasında yaxın münasibət olmasa da, onların arasında səmimi münasibət olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 15-16 radələrində idarə etdiyi “Azsamand” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında dayanıb sifariş gözləyən zaman təsadüfən tanışı Yusiflə rastlaşmışdır. Onlar görüşüb hal-əhval tutduqdan sonra Yusif istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini götürmüş və taksi lazım olduğu halda ona müraciət edəcəyini bildirmişdir. Bir qədər söhbət etdikdən sonra onlar ayrılmışlar. xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Yusif hazırda xatırlamadığı mobil nömrədən istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəmə zəng vuraraq onu lazım olarsa Cəlilabad rayonuna apara bilib-bilməyəcəyini soruşmuşdur. O da Yusifə etiraz etməyərək haçan istəyərsə onu Cəlilabad rayonuna aparıb-gətirə biləciyini bildirmişdir. Həmçinin Yusif ondan lazım olarsa rayona gecə çıxa biləcəyini soruşan zaman o, Yusifə çıxa biləcəyini, məcburiyyət qarşısında gecə rayonda qalacağına görə Yusifdən 100 manat pul alacağını bildirmişdir. Yusif də onunla razılaşmış və gedəsi olarsa ona xəbər edəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Yusif zəng vuraraq ona axşamüstü Cəlilabad rayonuna çıxacaqlarını bildirmişdir. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 18-19 radələrində Yusiflə zəngləşərək Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin vaxt Yusifin yanında həmkəndliləri yetkinlik yaşına çatmayan Rəsul adlı şəxs də olmuş və Rəsul da Cəlilabad rayonuna getmişdir. Bundan sonra onlar birlikdə Yusifin Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan anasının evinə getmişlər. Orada o, avtomobildə Yusifi gözləmiş və Yusif təxminən 1 saat anasının evində olduqdan sonra çıxıb gəlmiş və onlar birlikdə Cəlilabad rayonuna yola düşmüşlər. xx.xx.2020-ci il tarixdə saat 04-05 radələrində onlar Cəlilabad rayonu Göytəpə qəsəbəsinə çatmışlar. Cəlilabad rayonu Göytəpə dairəsi adlanan yerdə Rəsul avtomobildən düşüb getdikdən sonra o, Yusifi yaşadığı evə düşürüb öz evinə getmişdir. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 17-19 radələrində Yusif zəng vuraraq Bakı şəhərinə çıxmaq lazım olduğunu bildirdiyinə görə o, idarə etdiyi “Azsamand” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilk öncə Yusifi yaşadığı evdən götürmüşdür. Həmin vaxt Yusif çiynində olan bel çantasını avtomobilin arxa yük yerinə qoyaraq avtomobilə əyləşmişdir. Yusif əl çantasını özü ilə avtomobilin salonuna qoymuşdur. Bundan sonra onlar Göytəpə dairəsi adlanan yerdən Rəsul da götürmüşlər və Rəsul əlində olan sellofan paketi özü ilə götürərək avtomobilin arxa oturacağını üzərinə qoymuşdur. Bundan sonra onlar birlikdə Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar və Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığına çatan zaman Yusif avtomobildən düşərək orada yerləşən bankomatların birindən sayını bilmədiyi qədər pul çıxartdıqdan sonra saat təxminən 22 radələrində onlar Yusifin istəyi ilə “M.Əcəmi” metro stansiyası yaxınlığında yerləşən adını bilmədiyi kafeyə getmişlər. Yusif həmin kafeyə keçərkən o, Rəsulla maşında gözləmişlər. Rəsul avtomobilin yanında siqaret çəkərkən ona Yusifin içəridə mübahisə etdiyini eşitdiyini dediyi üçün o, Rəsulla birlikdə kafeyə keçmiş və orada digər həmyerliləri Sadiq adlı şəxsin də olduğunu görmüşdür. Həmin vaxt Yusif kiminləsə telefonla danışaraq mübahisə etmişdir. O, Yusifi sakitləşdirərək kafedən çıxarıb avtomobilinə oturtmuşdur. Yusif ona “20 Yanvar” metro stansiyası tərəfə sürməyi bildirmişdir. Yol boyu Yusif Sadiqin ünvanına giley edərək Sadiqə yaxşılıq edib borca pul verdiyini, lakin pulunu ala bilməməsi ilə bağlı deyinmişdir. O, idarə etdiyi avtomobillə “20 Yanvar” metro stansiyasına çatdıqdan sonra Yusiflə Rəsul maşından düşmüş və Yusif ona xidmət haqqı kimi sabah pulunu verəcəyini bildirmiş və onlar sağollaşmışlar. O, Yusiflə rəsulun yanından bir qədər aralanmışdır ki, Yusif ona zəng vuraraq geri qayıtmağını bildirmişdir. O, geri qayıtmış və Yusifi orda artıq tək görmüşdür. Rəsul Yusifin yanında olmamışdır. Yusif avtomobilinə minərək “Koroğlu” metrostansiyasının yanma getmələrini bildirdiyi üçün onlar həmin istiqamətdə yola düşmüşlər. Onlar “Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən parka çatan zaman Yusif avtomobili saxlayaraq gözləməyini bildirmişdir. O da avtomobili saxlamış və təxminən 20 dəqiqə gözlədikdən sonra Yusif ona avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə sürməyini bildirdiyinə görə o, avtomobili idarə edərək birlikdə Biləcəri qəsəbəsinə getmişlər. Onlar yolda olarkən Yusif kiminləsə telefonda danışsa da, o, yorğun olduğu üçün Yusifin danışığının məzmununa fikir verməmişdir. Onlar Biləcəri qəsəbəsində DSK yolu deyilən yolla gedərkən Yusif yol kənarında dayanmış bir nəfər 25-30 yaşlı üzü tüklü şəxsin yanında saxlamağını bildirmişdir. O, avtomobili həmin adını bilmədiyi şəxsin yanında saxlayarkən həmin şəxs də avtomobildə qabaq sərnişin yerində əyləşmişdir. Həmin vaxt Yusif arxa sol oturacaqdan əyləşmişdir. Onlar bir qədər hərəkət etdikdən sonra Yusif avtomobildən düşərək dükanların birindən siqaret aldıqdan sonra yenidən avtomobilə əyləşmiş və ona avtomobili bir qədər irəlidə olan ara küçəyə döndərməyini bildirmişdir. O, idarə etdiyi avtomobillə irəlidəki ara küçə istiqamətində hərəkət etmiş və ara küçəyə dönməmiş bir qədər öncə avtomobilə əyləşmiş şəxs asfalt yolun kənarında düşmüş, o isə avtomobilini asfalt yola bitişik ara küçəyə vermişdir. Həmin yerdə Yusif avtomobili saxlamağını demişdir. O, avtomobili yolun kənarında saxlayan kimi Yusifin qapısı açılmış və elə həmin an “sən məni söyürdün telefonda?” sözlərini deyən Rafael olduğunu bildiyi şəxs Yusifi sinəsindən yumruqla maşına itələmişdir. Rafaeli o, bir neçə ildir tanımışdır. Rafael ilə bir yerdə trenajorda məşq etmişdir. Rafael onun həmkəndlisidir. Yusif də Rafaeli söymüşdür. Həmin vaxt Rafael əlində olan formasını xatırlamadığı bıçaqla Yusifi arxa yan hissələrindən təxminən 06 dəfə bıçaqlamışdır. O da həmin vaxt Rafaelə müdaxilə edərək “sən kimsən” sözlərini deyərək Rafaeli özündən asılı olmadan sərt reaksiya ilə söyüş söymüşdür. Rafael Yusifdən əl çəkərək ona tərəf yaxınlaşmışdır. O, artıq maşından düşmüşdür. Rafael onu da maşının salonuna itələmişdir. Həmin vaxt o, arxa yan hissəmdə istilik və ağrı hiss etmişdir. Avtomobilə əyləşəndə başa düşmüşdür ki, Rafael onu da arxa yan hissəsindən bıçaqlamışdır. Buna görə də o, tez idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmış və yolu yaxşı tanımadığına görə yoldan keçən dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes-Benz” markalı taksi kimi fəaliyyət göstərən taksi sürücüsündən xahiş etmişdir ki, yolu yaxşı tanımadığı üçün onlara xəstəxananın yolunu göstərsin. Bundan sonra həmin taksi sürücüsü qabaqda gedərək onlara “Məlikov” adına xəstəxananın yolunu göstərmiş və onlar xəstəxanaya getmişlər. Orada onlara ilkin yardım göstərildikdən sonra onları 1 saylı X10 aparmışlar. O, Yusifi dediyi ünvana, yəni DSK yolu tərəfə aparan zaman Yusif telefonda Rafael adlı şəxslə söyüşlə danışaraq sözlə mübahisə etmişdir. Yusif Rafaelə borcu olan Sadiq adlı şəxslə sərt danışaraq pulunu dayanmadan tələb etdiyinə görə Rafael Yusiflə danışıb bir qədər səbirli olmasını demiş, Yusif isə Rafaeli telefonda acılamış və Rafaelə ana-bacı söyüşü söydüyünə görə Rafael Yusiflə görüşmək üçün Yusifi DSK yolu, Biləcəri tərəfə çağırmışdır. Çünki, o, maşını ara küçədə qaranlıq gecə vaxtında ətrafda heç kimin olmadığı yerdə saxlayan zaman Rafael Yusifin əyləşdiyi arxa sol tərəfin qapısını açıb Yusifi maşından düşməsinə macal vermədən Yusifi salona oturacağa itələyib “sən idin mənə telefonda ana söyüşü edən?” deyərək Yusifi arxa tərəfindən bıçaqlamışdır. Mübahisə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Binəqədi rayonu DSK yolunda ara məhəllədə ümumilikdə 2-3 dəqiqə davam etmişdir. O, mübahisədən öncə Rafaeli tanımamışdır. Yusifin telefonda Rafael ilə danışmasına qulaq şahidi olmağından bilmişdir ki, Rafael də onların həmkəndlisidir. Rafael də Cəlilabadlıdır. Rafael ilə heç bir ədavəti və ziddiyyəti olmamışdır. O, hadisə yerinə çataraq avtomobili saxlayan kimi qaranlıqda bir nəfər idman cüssəli cavan oğlan avtomobilin arxa sol qapısını açmışdır. Həmin oğlanın adının Rafael olduğunu başa düşmüşdür. Çünki belə yol boyu Yusif telefonda söyüşlə danışaraq gəlirəm çatıram deyə həmin oğlanla telefonla danışmışdır. Rafael Yusifi maşından düşməyə imkan verməmiş və normal uca olmayan səslə “əəə sən idin mənə ana bacı söyüşü söyən? şərəfsiz” deyib Yusifi arxasından təxminən 6 dəfə bıçaqlamışdır. O da maşından düşüb Rafaelə yaxınlaşmışdır ki, dərəbəylik deyil sən kimsən və özündən asılı olmadan sərt reaksiya verib Rafaeli nalayiq ifadə ilə söymüşdür. Həmin vaxt Rafael ona yaxınlaşanda o, tez avtomobilin sükan arxasına əyləşmək istəyəndə arxa yan sağrı hissələrində istilik hiss etmişdir. Başa düşmüşdür ki, Rafael onu da arxasından bıçaqlamışdır. Həmin vaxt o, görmüşdür ki, Rafaelin əsəbləri bir az soyuyub, tez avtomobili idarə edib oradan uzaqlaşmışdır. Ətrafda heç kim olmamışdır. Hadisə DSK yolunda ara məhəllədə gecə saata 01 radələrində baş vermiş, həmin vaxt orada heç kim yox olmamışdır. O, yaralandığı və Yusifin də yaralı olduğunu gördüyü üçün dərhal avtomobili xəstəxanaya sürmüş və məhəllədən çıxdıqda avtomobilin qabaq sol tərəfinə daş hasara sürtmüşdür. Hadisədən bir müddət sonra isə avtomobilin sürtülmüş hissəsini özü təmir etmiş və avtomobilin sürtüldüyü hissə kiçik olduğundan onu 35 manata təmir etdirmişdir. Həmin vaxt daş hasara heç bir zərər dəyməmişdir. (cild 01, iş vər. 13-17, 85-94) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu ünvanında şəxsi münasibətlər zəminində heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, o cümlədən üzərində olan bıçağı silah qismində istifadə etməklə Şahid1 və Zərərçəkmiş şəxs vuraraq onlara “hər iki yan tərəfindən” kəsilmiş-deşilmiş yaralarından ibarət xəsarətlər yetirməklə xuliqanlıq etməsinə dair toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********** saylı cinayət işi başlanmışdır. (cild 01, iş vər. 01). Binəqədi RPİ-nin 4-cü PŞ-nin məsul növbətçisinin həmin şöbənin rəisinə olan xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, məsul növbətçi məruzə edərək bildirmişdir ki, həmin gün saat 05.57 radələrində DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur ki, vətəndaş X4 məlumat vermişdir ki, Binəqədi rayon ərazisində, TTY həkimi olduğunu, 2 nəfər şəxsin bıçaqlanması və 6 saylı xəstəxanaya gəldiklərini, xəstələrin reanimasiyada olduqları barədə məlumat vermişdir. (cild 01, iş vər. 05) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu 4-cü Qapı küçəsində fərdi yaşayış evlərinin ara məhəlləsidir. Həmin məhəllə bir qədər dar olsa da avtomobillərin hərəkət etməsi üçün yol vardır. Hadisə yerinə baxış zamanı iş üzrə maddi maddi sübut əhəmiyyəti kəsb edən əşyalar və ya bioloji nümunələr, yəni bıçaq, küt-iti alət və ya qan izləri aşkar edilməmişdir. Qeyd edilən küçədə özəl və ya dövlət tərəfindən quraşdırılmış kameraları aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri “Samsung” markalı fotoaparatla çəkilmiş və protokola əlavə edilmişdir. Hadisə yerindən başqa heç bir əhəmiyyət kəsb edəcək dəlil müəyyən edilməmişdir. (cild 01, iş vər. 18-19). “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulası haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru, Eldar Abdullayev tərəfindən həmin tarixdə, saat 20:30 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə şübhə yarandığından Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər 31- 32) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-101/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir.(cild 01, iş vər. 65-69) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnamə arayışından və Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş vər: 107, 192-193) Məhkəmə-tibbi ekspertizasının 282 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, vətəndaş Şahid1 bədənində aşkar olunmuş xəsarətlər - sağ və sol sağrı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin bıçağın tiyəsinin təsirindən onun tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2020-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Şahid1 bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə bıçaqla vurula zərbələr nəticəsində əmələ gələ bilərdilər. (cild 01, iş vər 121-122) Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 312 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sol budun yuxarı 1/3-nin arxa-bayır səthində bir ədəd daxilə nüfuz edən və sidik kisəsini zədələyib onun boşluğuna keçən, sol budun yuxarı 1/3nin arxa-bayır səthində bir ədəd, sol sağrının aşağı bayır kvadrantında bir ədəd, sol sağrının yuxarı-iç kvadrantında bir ədəd, sol budun yuxarı 1/3-nin ön və yan səthlərində iki ədəd deşilmiş-kəsilmiş yaralar (cəmi altı ədəd) aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin bıçağın tiyəsinin təsirindən onun tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2020-ci il tarixdə əmələ gəlmişlər. Dərəcələrinə görə sol budun yuxarı 1/3-nin arxa-bayır səthində bir ədəd daxilə nüfuz edən sidik kisəsini zədələyən deşilmişkəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər beş ədəd deşilmiş- kəsilmiş yaralar isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə bıçaqla vurulan zərbələr nəticəsində əmələ gələ bilərdilər.(cild 01, iş vər 124-126) Şahid2 səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2020-ci il tarixli notarial təsdiq olunmuş ərizəsindən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. (cild 01, iş vər 131) Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 169/2020 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa sol yuxarı səthində beş ədəd; idman şalvarın ön sağ yuxarı səthində iki ədəd, arxa sol yuxarı səthində beş ədəd; tumanın ön sol yuxarı səthində üç ədəd, arxa sol səthində üç ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, bir cüt corab və bir cüt idman ayaqqabısı üzərində əhəmiyyət kəsb edəm hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və tuman üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin (sol budun yuxarı 1/3-nin arxa-bayır bir ədəd, sol yuxarı 1/3-nin arxa-bayır səthində bir ədəd, sol sağrının aşağı bayır kvadratın bir ədəd, sol sağrının, sağrının yuxarı-iç kvadratında bir ədəd, sol budun yuxarı 1/3-nin ön səthlərində iki ədəd) ərində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraları ilə (xəsarətlərlə) yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər.(cild 01, iş vər 137-139) “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. (cild 01, iş vər 146-147) Məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 274/2020 MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu, ABO sistemi üzrə O alfa beta (1). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, trusik, idman şalvarı, bir cüt corab, bir cüt idman ayaqqabısı üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrində yalnız H antigeni alındı. H antigeni O alfa beta (1) qrupun əsasını təşkil etdiyi üçün, bu qan ləkələri O alfa beta (1) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər.(cild 01, iş vər 156-160) Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 719 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild 01, iş vər. 165-167) Zərərçəkmiş şəxs Binəqədi RPİ-nin müstəntiqinə ünvanlanmış və müvafiq qaydada daxilolma ştampı ilə qeydiyyata alınmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK yolu 4-cü qapı küçəsi fərdi yaşayış evlərinin məhəlləsində onunla mübahisə etmiş, ona bıçaqla xəsarət yetirmiş Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur.( cild 01, iş vər. 215) Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göytəpə şəhərində yaşadığı müddətdə onun barəsində Göytəpə şəhər İƏD-si üzrə nümayəndəliyinə şikayət xarakterli məlumat daxil olmamışdır.(cild 01, iş vər 216) xx.xx.2008-ci il tarixli, AZ-İ 289911 nömrəli “Ölüm Haqqında Şəhadətnamənin” surətindən görünür ki, Rahmanov Xanoğlan barat oğlu xx.xx.2008-ci il tarixdə qara ciyər çatışmamazlığı, qara ciyər xərçəngi diaqnozlarından ölmüşdür. (cild 01, iş vər. 217) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs Şahid1 yüngül dərəcəli bədən xəsarətləri ilə əlaqədar Şahid1 Təqsirləndirilən şəxs ilə barışdığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221, 228.4 və 29,120-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd alt geyimi, 01 ədəd idman şalvarı, 01 cüt corab, 01 cüt idman ayaqqabısının maddi sübut kimi tanınması və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc otağına təhvil verilməsi, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid2 zərərçəkmiş şəxs qismində iştirakının ləğv edilməsi və iş üzrə onun ifadəsinin şahid ifadəsi kimi nəzərə alınması qərara alınmışdır. (cild 01, iş vər. 218-230) İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tam olaraq ödənmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 06/2019-30-1 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məhkum olunduğu 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası üzrə xx.xx.2019-cu il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata düşmüş, onun tərəfindən təyin olunmuş cəzasından 02 (iki) ay 03 (üç) gününü çəkmiş, cəzasının 06 (altı) ay 25 (iyirmi beş) gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının həkim komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası SHXÇDÇ-nin Cəlilabad rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı, xx.xx.2020-ci il tarixdə, sağ budun presaral nahiyəyə dəlib-keçən sağ oturaq sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan kor güllə yaralanması diaqnozlu” hərbi travma ilə poliklinikaya daxil olmuş və ona müvafiq cərrahi işləmə ilə tibbi yardım göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi dinləyərək, iş üzrə şahidin ifadəsini elan etməklə tədqiq edərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün məhkəmə iclasında verdiyi hadisələrin baş vermə yeri, ardıcıllığı və işin digər faktiki hallarına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahid ifadələri, iş üzrə ibtidai istintaq zamanı məhkəmə ekspertiza rəyləri ilə müəyyən edilmiş hallar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun törətmiş olduğu cinayət əməli, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək, dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, atası 2008-ci ildə vəfat etməklə, qardaşı X2 Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan xx.xx.2020xx.xx.2020-ci il tarixlərini əhatə edən “Vətən müharibəsi”ndə iştirak etməklə hərbi travma almasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Belə ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayəti törətdiyi zaman müvafiq olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyinə baxmayaraq, sonuncu müvafiq hökmlə həm böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunduğundan və eləcə də hökmlə azadlıqdan məhrumetmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, göstərilən məhkumluq Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmasa da, sonuncunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyi halda yenidən cinayət törətməsini, bununla da barəsində daha öncə təyin edilmiş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın cinayət qanunvericiliyinə əsasən təqsirləndirilən şəxsə münasibətdə cəzanın məqsədlərinə nail olmaq üçün kifayət etməməsinin müəyyən edilməsini Təqsirləndirilən şəxs cəza təyini zamanı cəzanın həddi müəyyən edilərkən nəzərə alınmalı olması qənaətinə gəlir. Məhkəmə eyni zamanda hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsi,- 06(altı) ay 25 (iyirmi beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 03(üç) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəza ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut,- Binəqədi RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd alt geyimi, 01 ədəd idman şalvarı, 01 ədəd cüt corab, 01 ədəd idman ayaqqabısı dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi,- 06 (altı) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar,- Binəqədi RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd alt geyimi, 01 ədəd idman şalvarı, 01 ədəd cüt corab, 01 ədəd idman ayaqqabısı dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1029/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1029/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver