Məhkəmə qərarları › İş №1(101)-1029/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1029/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1029/2021 19.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 29, 120.2.7 və 29, 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 20 dekabt 2020-ci il tarixdə saat 23 radələrində əri Qanuni nümayəndə1 Oqtay oğlu və azyaşlı uşaqları ilə birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli binanın 4-cü mərtəbəsindəki 3 otaqdan ibarət mənzildə olarkən şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu kimi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olduğundan onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan oğlanlarını, əvvəlcə 06 mart 2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2, sonra isə xx xxxxxx 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 öldürmək məqsədi ilə qısa zaman ardıcıllığı ilə mənzilin qapısı küçəyə açılan eyvanından qəsdən hündürlükdən aşağı, daş pilitələrlə üzlənmiş bərk yerə atmış, nəticədə Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi ilə müşayiət olunmuş ənsə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, alın nahiyyəsinin, bel nahiyyəsinin, aşağı ətrafların, sol dirsək nahiyyəsinin qançırları, daxili üzvlərinin kontuziyası və sol bazu sümüyünün distal hissəsinin qapalı sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə baş beyin silkələnməsi ilə müşayiət olunmuş təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sol ayağın İ barmağının əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri alaraq hadisə yerinə gələn şəxslər tərəfindən vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatları xilas edildiyindən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, daha sonra hərəkətlərini davam etdirərək özünü də eyni səbəbdən həmin eyvandan, yəni hündürlükdən aşağı daş pilitələrlə üzlənmiş bərk yerə atmaqla ağır dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, həmin hadisəni tam xatırlamır. Elə bil yuxu görmüşdür. Ona elə gəlmişdir ki, uşaq yıxılır və o, uşağı tutur. Nə olduğunu xatırlamır. O, özü də yıxılmışdır. Hadisənin necə baş verməsini tam xatırlamır. 3 övladları var. Maliyə iqtisad kollecini bitirmişdir. Əri də orada oxumuş, qrup yoldaşı olmuşdur. İnsanları yadından çıxarır. Yoldaşının evində yaşamışdır. 4-cü mərtəbədə qalmışlar. Əri deyəsən işləməmişdir. Hər şeyi yaddan çıxarır. Hadisə yuxu kimi yadına gəlir. Ailə münasibətləri yaxşı olmuşdur. Ev işlərini özü görmüşdür. Elan olunmuş cinayət işinin 1-ci cild 138-140-cı vərəqələrində olan ifadəsinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan etdikləri sözləri o, demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməli olan şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. Qızı Nigar 2020-ci ilin noyabr ayından baş gicəllənmələrindən, halsızlıqdan şikayət etməyə başlamışdır. Davamlı yatmaq istədiyini demişdir. 2020-ci ilin noyabr-dekabr ayında qızı Nigarla Səbail rayonunda xatırlamadığı poliklinikaya nevropatoloqun yanına getmişdir. Müalicəvi-sakitləşdirici dərmanlar yazılsa da, Nigar müalicə etməkdən imtina etmişdir. Hadisədən bir neçə gün öncə Nigarın halsızlıqdan şikayətləri artmış və tez-tez yuxuya getdiyini demişdir. 18-19 dekabr tarixlərində kürəkəni Cavid işə getməmiş, ev işlərində Nigara kömək etmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Nigarla danışaraq onlara gəlməsini, tibb bacısı çağıraraq qan azlığı və immunitetini qaldırmaq üçün iynə vurulmalı olduğunu desə də, Nigar gəlməmişdir. Həmin gün saat 24 radələrində Rahilə ilə mobil telefon vasitəsi ilə danışanda bacısı Rahilə Nigarla danışdığını, Nigarın yaxşı olduğunu, səsini eşitdiyini demişdir. Həmin vaxt Nigarın əri Cavid zəng edib Nigar düşdü, tez olun Nigar ölür deyərək ağlamağa başlamışdır. Lakin uşaqlarla bağlı heç bir şey deməmişdir. Xəstəxanada olarkən Hüseyn və Oqtayın da düşdüyünü öyrənmişdir. 22 dekabr 2020-ci il tarixdə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsində Nigarla görüşdükdə Nigar özündə deyilmiş, uşaqlarının harada olduğunu soruşmuş, lakin hadisə barədə and içərək heç nə xatırlamadığını demişdir. Nigar heç vaxt ərinin narkotik çəkməsi barədə heç nə deməmişdir. Qızı ilə ərinin münasibətləri həmişə yaxşı olmuşdur. Son vaxtlar Nigarda halsızlıq, başgicəllənmə halları olmuşdur. Əvvəllər qızında hər hansı bir psixi pozuntu hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə1 Oqtay oğlu ifadəsində göstərmişdir ki, X12 onun həyat yoldaşıdır. 2018-ci ildən “Dinamo” oteldə baş aşpaz köməkçisi işləyir. Təqsirləndirilən şəxs ilə birlikdə oxuduqları X3 tanış olub 2014-cü ildə ailə qurmuşlar. Birgə nikahdan 3 övladları var. Uşaqlarının üçü də keysəriyyə əməliyyatı ilə doğulmuşlar. Həmin vaxtlar Nigarda qan azlığı ilə baş gicəllənmələr, həmçinin, qanında hemoqlobinin səviyyəsi az olmuşdur. Qan azlığı ilə əlaqədar həmişə Nigara evdə çuğundur və digər qan artıran meyvə tərəvəzlərin şirəsini çəkib vermişdir. Nigar hər hansı başqa tibbi, psixi və ya psixoloji problemi ilə bağlı hər hansı xəstəxanada qeydiyyatda olmamışdır. Nigarın hamı ilə münasibətləri yaxşı olmuşdur. Ailədaxili söz-söhbətləri olsa da, ciddi narazılıq və ya münaqişələri olmamışdır. Nigarla heç vaxt amansız rəftar etməmiş, Nigara fiziki təzyiq göstərilməmişdir. Nigarın demək olar ki, rəfiqəsi olmamış, ən yaxın dostu o, olmuşdur. Evlilik müddətində maddi baxımdan sıxıntıları demək olar ki, olmamışdır. Nigar övladlarını bir ana kimi tənbeh etsə də, onlara qarşı hər hansı ciddi döymə, işgəncə və qeyri mənfi halları olmamışdır. Nigarı tanıdığı müddətdə özünə xəsarət yetirməsi, özünü öldürmək istəməsi, uşaqlara və ya ona qarşı nə isə pis hərəkət etmək istəməsi halı olmamışdır. Nigarla birlikdə uzun müddətdir ibadətlə məşğul olmuşlar. Heç vaxt spirtli içki və ya narkotik, psixotrop maddə istifadə etməmişdir. Təxminən 14.12.2020-ci il tarixdən işində yaranmış fasilə ilə əlaqədar bütün günü demək olar ki, evdə olmuşdur. 3 uşağa baxmaq çox ağır olduğundan ev işlərində Nigara köməklik etmişdir. Hadisə baş verən gündən 3-4 gün qabağadək Nigarda baş gicəllənmələr çoxalmış, həmin tarixdə səhər saatlarında yuxudan oyanaraq həmişəki qaydada ev işləri ilə məşğul olmuş, səhər saatlarında Nigara çuğundur şirəsi vermişdir. Həmin gün bütün günü evdə olmuşlar. Saat təxminən 22-23 radələrində o, yataq otağında uzanıb telefonda onlayn qaydada oyun oynamış, Nigarla uşaqlar isə qonaq otağında olmuş, uşaqlar bir-birləri ilə oynayırmışlar. Nigarın konkret nə işlə məşğul olmasını bilməmişdir. Bir müddət sonra Nigarın bacısı Rəhilə ilə ev telefonunda danışdığını eşitmişdir. Nigar bacısına hər şeyin yaxşı olduğunu bildirmişdir. Son 3-4 gün ərzində baş gicəllənməyə görə ailəsi tez-tez Nigarla maraqlanırmışlar. Saat təxminən 23-24 radələrində böyük oğlu Mehdi ağlaya-ağlaya “Nigar, Nigar” dedikdə dərhal qonaq otağına qaçmışdır. Qonaq otağından eyvana olan giriş qapısı açıq olmuş, Mehdi əli ilə eyvanı göstərərək “yıxıldı” demişdir. O, otağa girəndə uşaqlar otaqda deyilmiş. Eyvandan aşağı, binanın həyətinə baxdıqda həyətdə kiminsə uzandığını görmüş, dərhal qaça-qaça həyətə düşmüşdür. Arvadı Nigarı, uşaqları Hüseynlə Oqtayı yerdə uzanılı və hərəkətsiz vəziyyətdə görmüşdür. Qardaşı Ziyada zəng vuraraq ətrafdakıların köməyi ilə onları xəstəxanaya aparmışlar. Yolda olarkən Nigar xırıldayaraq “necə oldu bilmədim, məni tək buraxma, qorxuram” kimi sözlər deməyə başlamışdır. Hadisənin necə baş verdiyini görməmişdir. Hər iki övladının eyvandan ehtiyatsızlıqdan yıxılması mümkün deyil, hesab edir ki, Nigar övladlarını yerə atarkən ağlı başında olmamışdır. Hadisə günü arvadı ilə aralarında hər hansı bir narazılıq, söz söhbət olmamışdır. Həmin gün də Nigar çox halsız olmuş, yatdığı yerdən durmaq da istəməmiş, o, Nigara meyvə şirəsi də çəkib vermiş, həmin gün yeməyi də o, bişirmişdir. O, heç vaxt spirtli içki içməmiş, narkotik vasitədən istifadə etməmişdir. O, sonra bilmişdir ki, Nigar xəstəxanada ayılanda bacısına demişdir ki, bacısıda da narkotik çəkir, Cavid də narkotik çəkir, onlar pislərdəndir və s. sözlərlə sayıqlayırmış. Onun təqsirlənirilən şəxs X7 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Bacısı 2014-cü ildə Qanuni nümayəndə1la evlənmişdir. Bacısı ilə Cavid arasında ailə münasibətləri daim mehriban olmuşdur. Bacısı fiziki və psixi təsirlərə məruz qalmamışdır. Nigar evlənənədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində sıravi işçi olmuşdur. Nigar uzun müddət qan azlığından əziyyət çəkmiş, Nigarda halsızlıq, baş gicəllənməsi olmuşdur. 19 dekabr 2020ci il tarixdə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Nigarla yazışdıqda Nigar halının olmadığını, qanının düşdüyünü, yatmaq istədiyini demiş və sağollaşmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Nigarın ev telefonuna zəng etmiş, Nigardan nə iş gördüyünü soruşmüş, Nigar ona «heç nə» cavabını vermişdir. Necə olduğunu soruşduqda isə “hə-hə yaxşı-yaxşı sağol” deyərək tələsik sağollaşaraq onun nə isə deməyinə imkan verməyib dəstəyi asmışdır. Həmin vaxt uşaqlardan heç birinin səsini eşitməmişdir. Nigarla sağollaşdıqdan 6-7 dəqiqə sonra əri Cavid zəng edib qışqırıb-ağlayaraq Nigarın balkondan düşdüyünü demişdir. Daha sonra Oqtay və Hüseynin də eyvandan yıxıldığını öyrənmişdir. Nigargilin evində eyvan yalnız qonaq otağındadır, eyvanın daş məhəccərinin hündürlüyü Oqtay və Hüseynin boyundan hündürdür. Adətən Hüseyn eyvana icazəsiz çıxaraq orada oynamışdır. Hadisədən sonrakı gün bacısı Nigarın müalicə olunduğu Respublika Kliniki Xəstəxanasına getdikdə Nigar gözlərini geniş açaraq “sən də pislərdənsən, düz yola gəl, sən də narkotik çəkirsən” demiş, əli əsə-əsə əlini başına aparmış və gözlərini yummuşdur. Nigarın özündə olmadığını görərək heç bir şey deməmişdir. Baş vermiş hadisə barədə suallar verməmişdir. Anası Qanuni nümayəndə2 da Nigarın yanında olarkən sayıqladığını demişdir. Ertəsi gün Nigarın yanına getdikdə Nigar təkrarən “sən də pislərdənsən, düz yola gəl, Cavid də narkotk çəkir, sən də narkotik çəkirsən, mən düzlərdənəm, düz yola gəlin” kimi ifadələri təkrar etmişdir. Həmin vaxt reanimasiyada ikisi olmuşlar. Nigarla amansız rəftar edən, Nigarın şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan, hədə-qorxu gələn olmamışdır. Nigar əvvəllər hər hansı əsəb və ya psixoloji xəstəlikdən əziyyət çəkməmiş, ailələrində elə bir şəxs də olmamışdır. Son vaxtlar bacısında halsızlıq, baş ağrıları, yaddaşsızlıq olmuşdur. Yəni, uşağın birini yedizdirmiş, digər uşağı yedizdirmək əvəzinə təkrar yenə də həmin uşağı yedizdirməyə çalışmışdır. Yadından çıxmışdır ki, həmin uşağı yedizdirmişdir. O, reanimasiyada bacısının yanında olanda bacısının sayıqladığını görmüşdür. Ailədə əri ilə həmişə normal münasibətləri olmuşdur. Bacısında belə halları son vaxtlar hiss etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qızıdır. X22 Cəfərovla oxuduğu Azərbaycan Maliyyə- İqtisad kollecində tanış olmuş, onlar sinif yoldaşı olmuşlar. 4-5 il bir-birlərini sevib sonra 2014-cü il tarixdə evlənib, hadisə olan ünvanda birgə yaşamışlar. Onların 2015-ci il təvəllüdlü Mehdi, 2016-cı il təvəllüdlü Hüseyn və 2019-cu il təvəllüdlü Oqtay adlı 3 övladları var. Qızının əri Cavidlə ailə münasibətləri daim mehriban olmuş, ailə daxili ciddi münaqişələri heç vaxt olmamışdır. Cavid həmişə ailəsinə və Nigara qarşı diqqətli olmuş, qeydlərinə qalmış, fiziki və psixi təsirlər etməmişdir. Nigarın bütün günü işi ev işlərini görmək, uşaqlara baxmaqdan ibarət olmuşdur. Nigarın rəfiqələri olmamış, Nigarın ən yaxın olduğu insan onun böyük qızıdır. Nigarın 3 övladı da keysəriyyə əməliyyatı ilə doğulmuş, doğuşlardan sonra Nigarda qan azlığı və halsızlıq yaranmışdır. Nigar hər 3 uşağına qarşı daim diqqətcil, nəzakətli olmuş, ana kimi məzəmmət etsə də, heç vaxt uşaqları döyməmişdir. Nigar uşaqlarını onların və ya digər qohumların evində gecələməyə adətən qoymamışdır. Həmişə uşaqlarının özü ilə olmalarını istəmişdir. Çünki, övladlarının səhhətində bəzi problemlər olduğundan uşaqları daha da diqqətdə saxlamışdır. Cavid də ailədə həmişə Nigara kömək etmişdir. Cavid spirtli içki və ya narkotik, psixotrop maddə qəbul etməmişdir. Hadisədən bir neçə gün əvvəl Nigarın halsızlıqdan şikayətləri artmış və tez-tez yuxuya getdiyini demişdir. Nigarın halsızlığı, yuxululuğu ilə bağlı anası Fazilə Nigara immunitetini gücləndirmək üçün sistemlər köçürülməli olduğunu desə də, Nigar əhəmiyyət verməyərək həmin sistemlərin köçürülməsinə razılıq verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 24 radələrində arvadı Fazilə Cavidin zəng edib Nigarın yıxıldığı barədə məlumat verdiyini demişdir. 22 dekabr 2020-ci il tarixdə Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsində Nigarın yanına getmiş, lakin həmin vaxt Nigar özündə olmamış, hadisə barədə heç nə xatırlamamışdır. Qızının ailəsində əri ilə heç vaxt dava dalaşları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Cavidin həyat yoldaşıdır. Nigarla Cavidin münasibətləri həmişə mehriban olmuşdur. Nigarın digər qohumlarla, qayınanası və qayınatası ilə də münasibətləri yaxşı olmuşdur. 15 noyabr 2020-ci il tarixdə qardaşı Qanuni nümayəndə1 ad günü məclisinə getmişdir. Həmin vaxt Nigar çox halsız olmuşdur. Soruşduqda qan azlığından şikayət etmişdir. Hadisə olan günü, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 24 radələrində qardaşı Cavid ona zəng edərək ona Nigar və uşaqların yıxıldığını demişdir. O, hadisə yerinə getdikdə Hüseyn, Oqtay və Nigarın üzü üstə yerdə olduqlarını görmüşdür. Bundan sonra avtomobillə uşaqları və Nigarı xəstəxanaya aparmışlar. Caviddən hadisənin necə baş verdiyini soruşduqda Cavid yataq otağında uzandığını, “Pubg” oynadığını, Mehdinin otağa gələrək «Nigar-Nigar» deyə qışqırdığını, qonaq otağına keçdikdə eyvanın qapısının açıq olduğunu, eyvandan aşağı baxdıqda Nigarın və uşaqların yerdə olduğunu gördüyünü, sonrasının yadında olmadığını demişdir. Mehdidən hadisənin necə olduğunu soruşduqda isə Mehdi bildirmişdir ki, Oqtay itdi, Hüseyn itdi, Nigar itdi, Cavid qışqırdı kimi sözlər deməyə başlamışdır. Xəstəxanadan sonra Cavidgilin evlərinə getmiş, içəri keçdikdə yataq otağının pəncərəsinin bağlı olduğunu, qonaq otağında isə eyvana çıxan qapının açıq olduğunu görmüşdür. Eyvanda sağ tərəfdə paltar asılqanları olmuş, orta və ya sol tərəfdə kiçik stul olmuşdur. Ailədə qardaşı ilə Nigarın münasibətləri yaxşı olmuşdur. Hadisə gününə qədər Nigarda hər hansı bir psixi pozuntunun olmasını hiss etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, K.Dairəvi küçəsi ev 22-də yerləşən binaların, həmçinin Qanuni nümayəndə1 və ailəsinin yaşadığı ev 22 mənzil 81 ünvanının komendantıdır. X11 3 uşaqları ilə həmin mənzildə 6 ildən çoxdur ki yaşayırlar. Həmin mənzil Cavidin anası Tahirə xanımın adına olmaqla həmin mənzil binanın ümumi 4-cü, yaşayışın isə 3-cü mərtəbəsində yerləşir. Onlarla eyni mərtəbədə başqa 4 mənzil var, lakin onlardan ikisində yaşayış ümumiyyətlə yoxdur. Cavidgilin məzilinin düz aşağısında yerləşən mənzildə də yaşayış yoxdur. Cavid və ailəsi həmişə bir-birləri ilə mehriban olmuşlar, hər hansı səs-küylərinin,davalarının şahidi olmamışdır. Cavid və Nigar bir-birləri ilə çox mehriban olmuşlar, marketə belə bir-birlərinin qoluna girərək getmişlər. Binanın həyətində bir yerdə uzun-uzadı oturaraq söhbət edib, özləri ilə gətidikləri çərəzlərdən yediklərini görmüşdür. Binanın komendantı olduğu müddətdə nə özləri arasında, nə də qonşular arasında münaqişələrinin şahidi olmamışdır. Cavidin sadəcə siqaret çəkdiyini bilmiş, digər hər hansı bir pis vərdişinin şahidi olmamışdır. Cavid iş günlərində axşam saat 20 radələrinədək evinə qayıtmışdır. Təqsirləndirilən şəxs xasiyyətcə sakit və utancaq bir qadın olmuş, namaz qılmış, hicab geymişdir. Nigarın da kiminləsə münaqişəsinin şahidi olmamış, qeyri-adi bir hal müşahidə etməmişdir. Hadisə olan gün, yəni, xx.xx.2020-ci il tarixdə bina ərazisində olmuşdur. Cavid və Nigar Cəfərovlar uşaqları ilə evdə olmuşlar. Həmin gün onların qonaqları olmamış, onları görməmiş, saat 19-21 radələrində isə evə getmişdir. Həmin gün saat 24 radələrində hadisənin baş verdiyini öyrənmiş və hadisə yerinə yaxınlaşdıqda Təqsirləndirilən şəxs və uşaqların xəstəxanaya aparıldığını öyrənmişdir. Qonşulardan hadisə barədə soruşduqda heç bir şey görmədiklərini, bilmədiklərini demişlər. Nigarda hər hansı bir psixi pozuntunun olmasını hiss etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid1 ifadəsində göstərmişdir ki, o, qonaq otağında uzanmışdır. Qardaşları Hüseyn və Oktay da onunla uzanmışlar. Sonra onlar gizlicə oynamaq üçün eyvana çıxmışlar. Sonra o, «pat» səsi eşidib anasının mətbəxdən eyvana qaçdığını görmüşdür. O, qardaşlarının pəncərədən düşdüklərini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Respublika Kliniki Xəstəxanasında həkim anestizioloq-reanimotoloq işləyir. xx xxxxxx 2020-ci il tarixdə 21:00-dan 21 dekabr saat 09:00-a kimi Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsində həkim reanimotoloq kimi növbədə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 24 radələrində reanimasiya şöbəsinə yüksəklikdən düşərək müxtəlif bədən xəsarətləri almış Təqsirləndirilən şəxs daxil olmuşdur. Təqsirləndirilən şəxs xəstəxanaya huşsuz vəziyyətdə gətirilmişdir. 2-3 günə yavaş-yavaş özünə gəlib sualları cavablandırmışdır. Daxil olduğu gün heç bir suala cavab verə bilməmişdir. Danışanda hadisəni xatırlamadığını demişdir. Bir müddət sonra reanimasiya şöbəsinə Yasamal rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs xəstəxanaya daxil olduğu vaxt və sonrakı müşahidələrdə psixoloji problemləri olduğu aydın görünmüşdür. Təqsirləndirilən şəxs özünün hər hansı narkotik vasitə qəbul etməsi və təsiri altında olması barədə heç bir şey deməmişdir. Xəstəxanada olduğu müddətdə aidiyyəti olmayan sözlər danışmış, qeyri-adekvat hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs evə buraxılmasını tələb etmiş, nə üçün burada saxlanıldığını soruşaraq hadisəni xatırlamamışdır. Təqsirləndirilən şəxs xəstəxanaya gələndə nə hadisə baş verməsini əvvəl bilməmişlər, sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəl 2 azyaşlı uşaqlarını 4cü mərtəbədən atmış, sonra isə özü düşmüşdür. Təqsirləndirilən şəxs nevropotoloq da baxmışdır. Səhv etmirsə Almazxan həkim də Nigarı müayinə etmişdir. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Yasamal rayonu K.Dairəvi küçəsi ev 22 mənzil 81 ünvanında ana və uşaqların intihar etməsi barədə məlumat daxil olmuş, hadisə yerinə getdikdə orada tanımadığı kimsə şifahi formada qadının uşaqlarını, sonra özünü mənzilin pəncərəsindən atdığını və qadının Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə aparıldığını demişdir. Bundan sonra rayon prokurorluğunun əməkdaşları ilə xəstəxanaya getmiş, növbətçi həkim Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs hadisənin necə baş verməsi barədə soruşduqda Təqsirləndirilən şəxs ərinin ona qarşı fiziki və psixi təsirlər göstərdiyini, bu səbəbdən həyatdan bezdiyini və azyaşlı uşaqları ilə birlikdə ölmək istədiyini, o səbəbdən ilk öncə iki uşağını, daha sonra isə özünü yaşadıqları mənzildən atdığını demişdir. Bununla bağlı rayon prokurorluğunun əməkdaşı tərəfindən tərtib olunmuş protokol tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin vaxt huşu, psixoloji vəziyyəti özündə olmamış, Təqsirləndirilən şəxs özünün hər hansı narkotik vasitə qəbul etməsi və təsiri altında olması barədə heç bir şey deməmişdir. Daha sonradan əri Qanuni nümayəndə1 hadisə barədə soruşduqda Cavid arvadı Nigarın uşaqları Hüseyn və Oqtayı atdığını, Mehdinin qaçaraq ona bu barədə xəbər verdiyini demişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan Yasamal rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X13 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 24 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən hündür mərtəbəli binanın 4-cü mərtəbəsindəki məənzildən azyaşlı oğlanlarını, əvvəlcə 27.12.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, sonra 06.03.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2, daha sonra isə özünü qısa zaman ardıcıllığı ilə aşağı atması barədə Yasamal RPİ-nin 29-cu PŞ-dən rayon prokurorluğuna məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 5-17-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanının yataq otağının və eyvanının küçəyə baxan hissəsinin daş pillələrlə üzlənmiş döşəməsinin üzəridir. Döşəmədə qanabənzər ləkələr vardır. Hadisə baş verən mənzilin yataq otağının məhəccəri 85 sm hündürlükdədir və ətrafda hər hansı əşya, stol yoxdur. Qonaq otağından çıxışı olan eyvanın məhəccərinin hündürlüyü isə 95 sm olmaqla eyvanda 30 sm hündürlükdə kiçik bir stol vardır. Zərərçəkmiş şəxs2 70 sm, Zərərçəkmiş şəxs1 boyu isə 100 sm-dir. Eyvanda olan kiçik stola çıxdıqda da məhəccər azyaşlıların qurşaq hissəsindən yuxarıda qərarlaşır. Həmçinin, eyvanın altındakı 2-ci mərtəbənin kondisioner motoruna toxunmadan hadisə yerinə yıxılmaq qeyri-mümkündür. Lakin, kondisioner motorunun üzərində, rezinində isə hər hansı iz və ya qırılma aşkar edilməmişdir. Beləliklə müəyyən edilmişdir ki, Hüseyn və Zərərçəkmiş şəxs2lar mənzilin eyvanından yalnız atılaraq hadisə baş verən yerə düşə bilərdilər, onların özlərinin ehtiyatsızlıqdan yıxılmaları qeyri-mümkündür. Baxış zamanı mənzilin mətbəxində yerləşən əcza dolabında müxtəlif adda və növdə maye dərman vasitələri, bir neçə həb formasında dərman preparatları qablaşdırılaraq götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefon götürülmüş, mənzildə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Baxışda iştirak etmiş Qanuni nümayəndə1 bildirmişdir ki, saat 23 radələrində qapı ilə üzbəüz yataq otağında uzanarkən böyük oğlu Mehdi qonaq otağından gəlib onu çağırmış və qonaq otağından eyvana çıxdıqda Təqsirləndirilən şəxs yerdə olduğunu görmüş, aşağı düşdükdə övladları Hüseyn və Oqtayın yerdə olduqlarını görmüşdür. Baxış zamanı hadisənin qeydə alındığı binanın təhlükəsizlik kamerasından videoçıxarış müvafiq qaydada götürülmüşdür. Baxış zamanı “İphone” markalı telefonla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında” 21 dekabr 2020-ci il tarixli, 1239 nömrəli aktdan görünür ki, Qanuni nümayəndə1 müayinə zamanı narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 21-ci vərəqəsində olan 21 dekabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi mənzildən götürülmüş və Təqsirləndirilən şəxs məxsus “Samsung SMA715F/DS” markalı mobil telefona baxış keçirilərkən mobil telefonda ***-***-**-** saylı «Azərfon» şəbəkəsinə məxsus bir ədəd simkart olduğu, hadisə günü və hadisədən əvvəlki günlərdə hər hansı zəng qeydə alınmamış, lakin Təqsirləndirilən şəxs anası və bacısı ilə hadisədən əvvəlki günlər “whatsapp” sosial şəbəkəsi üzərindən danışmışdır. Multimedia (şəkil, video, səs yazı) saxlancında övladlarının, ərinin və dini temalı şəkillər, videolar vardır. Mobil telefonda Təqsirləndirilən şəxs qarşı amansız rəftar edilməsi, şərəf və ləyaqətin alçaldılması, hədəqorxu gəlinməsi kimi mövzularda hər hansı mətin, qeyd və ya ismarıc yoxdur. Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan 21 dekabr 2020-ci il tarixli DVD diskdə qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində baş vermiş hadisənin görüntülərini özündə əks etdirən DVD diskə Qanuni nümayəndə1 iştirakı ilə baxış keçirilmişdir. Video-görüntü ünvan 1 ünvanının Kənar Dairəvi yol istiqamətində daş pilitələrlə üzlənmiş hissəsini qeydə alınmışdır. Video görüntünün 3-cü saniyəsində Təqsirləndirilən şəxs və ailəsinin yaşadığı mənzilin yataq otağının pəncərəsi və qonaq otağının eyvanı yerləşən hissəsinin aşağısına, daş pilitələrin üzərinə bir nəfər düşmüş, 11-ci saniyədə daha bir nəfər və 14-cü saniyədə isə daha bir nəfər şəxsin düşdüyü aydın görünür. Hər üç şəxs eyni yerdən 11 saniyə ərzində düşmüşdür. Baxışda iştirak edən Qanuni nümayəndə1 yerə düşən şəxslərdən ilk iki şəxsin övladları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və 3-cü şəxsin isə arvadı Təqsirləndirilən şəxs olduğunu təsdiqləmiş, birinci 2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 düşdüyünü demişdir. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçisi, polis leytenantı Kamran Cavadovun xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:04 radələrində 112 xidmətindən Musayeva bir qadın ilə övladının özünü 4-cü mərtəbədən atdıqları barədə məlumat vermişdir. Saat 23:50də RKX-dan tibb bacısı Süleymanova bildirmişdir ki, hadisə nəticəsində 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qapalı kəllə-beyin travması, alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası xəsarəti almışdır. Saat 00:05-də 3 saylı ŞKX-dan tibb bacısı Səlimova bildirmişdir ki, hadisə nəticəsində 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması xəsarəti almışdır. Saat 01:05-də Neyrocərrahiyədən tibb bacısı Muradova bildirmişdir ki, 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 baş, döş qəfəsi və qarının küt travması xəsarəti almışdır. Cinayət işinin 1-ci cild 171-173-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasının 27 yanvar 2021-ci il tarixli, 1053 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- ağır dərəcəli zədə şoku ilə müşayiət olunmuş baş beyin silkələnməsi, başın alın nahiyyəsinin əzilmiş yarası, hər iki dirsək oynağı nahiyyəsinin sıyrıqları, sağ ayağın İ barmağının sınığı və sol daban sümüyünün qəlpəli sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində törənmələri mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddirlər. Xəsarətlər ümumilikdə şokla müşayiət olunduğundan onların ayrı-ayrılıqda dərəcəsi təyin edilmədi. Cinayət işinin 1-ci cild 175-176-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26 yanvar 2021-ci il tarixli, 165 nömrəli ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində istintaqın ekspertlər qarşısında qoyduğu suallara ambulator şəraitdə cavab verilməsinin çətin olmasını, yoxlanılan şəxsin psixi vəziyyətinin baş vermiş hadisə önü düzgün qiymətləndirmək məqsədilə uzunmüddətli müşahidə və müayinə tələb etdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs stasionar məhkəmə psixiatrik ekspertizasına göndərilməsi zəruridir. Cinayət işinin 1-ci cild 188-189-cu vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 4(004)-54/2021 saylı qərarından görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin stasionar şöbəsinə (stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə) yerləşdirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 210-cu vərəqəsində olan 22 fevral 2021-ci il tarixli telefon danışıqlarına dair çıxarışlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Qanuni nümayəndə1 istifadəsində olmuş ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zəng və sms mətnlərini özündə əks etdirən, “xxxx” MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə bütün «sms»-lər avtomatlaşdırılmış sistem mesajı olmaqla sonuncu sms 14.12.2020-ci il tarixlidir. Qanuni nümayəndə1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə müxtəlif nömrələrlə qısa müddətli danışıqlar qeydə alınmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 216-218-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin sağlamlığa zərər vurmanın təyini ilə bağlı 17 fevral 2021-ci il tarixli, 106 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunmuş ənsə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, alın nahiyyəsinin, bel nahiyyəsinin, aşağı ətrafların, sol dirsək nahiyyəsinin qançırları, daxili üzvlərinin kontuziyası və sol bazu sümüyünün distal hissəsinin qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində törənmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Müayinə olunanın boyu 75 sm-dir. Cinayət işinin 1-ci cild 221-223-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin sağlamlığa zərər vurmanın təyini ilə bağlı 15 fevral 2021-ci il tarixli, 99 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunmuş təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sol diz nahiyəsinin və döş qəfəsinin yumşaq toxumalarının əzilməsi və sol ayağın İ barmağının əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində törənmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqdim olunmuş tibbi sənəddə göstərilmiş “Baş beyin əzilməsi? Koma?” diaqnozu kliniki və obyektiv əlamətlərlə təsdiqlənmədiyindən xəsarət kimi qiymətləndirmək mümküm deyildir. Zərərçəkmişin boyu 102 sm-dir. Cinayət işinin 2-ci cild 19-cu vərəqəsində olan zərərçəkmiş şəxslərin nümayəndəsi Qanuni nümayəndə1 02 mart 2020-ci il tarixli ərizəsindən görünür ki, Qanuni nümayəndə1 cinayət işi üzrə zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi olaraq Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 2-ci cild 59-61-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 publik hüquqi şəxsinin 12 mart 2021-ci il tarixli, 645/K nömrəli maddi sübutların ekspertizasının rəyindən görünür ki, təqdim edilən 12 adda, müxtəlif qablaşdırılmada olan dərman preparatları içərisində olan maddələrin hansı tərkibə və hansı təyinat üçün istifadə edilməsi, həmçinin, həmin dərmanlarda hər hansı zəhərli tərkibin olması sualını cavablandırmaq kimyaçı-ekspertin səlahiyyətində deyildir. Təqdim edilən dərman nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin, tiryək qrupu), fenotiazin, pirazalon, 1 benzodiazepin törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin 1-ci cild 63-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 25 dekabr 2020-ci il tarixli, 8994 nömrəli məktubdan görünür ki, Qanuni nümayəndə1 və Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 96-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli kliniki psixiatriya xəstəxanasından daxil olmuş 29 dekabr 2020-ci il tarixli, 1/1555 nömrəli məktubdan görünür ki, Qanuni nümayəndə1 və Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyiblər. Cinayət işinin 1-ci cild 97-ci vərəqəsində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olmuş 21 yanvar 2021-ci il tarixli, 71/2021 nömrəli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs tərəfindən və ya onun barəsində döyülüb təhqir olunma, şəxsiyyətinin alçaldılması və ya hər hansı bir münaqişə, həmçinin mülki iddia qaydasında və başqa yazılı və ya şifahi müraciət daxil olmamışdır. Cinayət işinin 1-ci cild 98-ci vərəqəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 25 dekabr 2020-ci il tarixli, 3913 nömrəli məktubdan görünür ki, Qanuni nümayəndə1 və Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdurlar. Cinayət işinin 1-ci cild 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 25 dekabr 2020-ci il tarixli, 8994 nömrəli məktubdan görünür ki, Qanuni nümayəndə1 və Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 127-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 14 yanvar 2021-ci il tarixli, 19/51-375 nömrəli məktubdan görünür ki, Qanuni nümayəndə1 və Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə qeydiyyatda olmayıblar. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyləri və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.7 və 29, 120.2.9-cu maddələri ilə tövsüf olunmuş, onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi müəyyən edilir. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı ekspert rəylərini də nəzərə alır. Cinayət işinin 1-ci cild 225-232-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 22 fevral 2021-ci il tarixli, 18 saylı rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “Şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışındakı kodu F23.0) keçirmişdir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə bir neçə ay öncə baş ağrıları, halsızlıq, daim yuxulu olmaq, əsəbilik ilə əlaqədar olaraq nevropatoloqa müraciət etməsi, ona nevropatoloq tərəfindən dərman preparatları təyin olunması, pozuntunun qəflətən başlaması və tez inkişaf etməsi, sayıqlamanı xatırladan müxtəlif fikirlərin olması, məhkəmətibbi ekspertizasının rəyində <<Qeyri-müəyyən mənşəli amnestik sindrom. İntihar cəhdi. Hazırda psixofarmakoloji terapiyaya ehtiyacı yoxdur, psixiatrın nəzarəti tövsiyə olunur>> kimi ilkin və <<Müştərək travma Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi... Qeyri-müəyyən mənşəli psixotik hal>> şəklində son klinik diaqnozun qoyulması) sübut edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs qapalı kəllə-beyin travması aldıqdan və baş beynində silkələnmə olduqdan bir müddət sonra onda baş ağrısı və baş gicəllənməsi şiddətlənmiş, halsızlıq, tez yorulma və başqa astenizasiya əlamətləri dərinləşmiş, əlavə olaraq amnestik pozulmalar yaranmış, stresə və emosional yüklənməyə qarşı tolerantlığı (dözümlülüyü) azalmışdır. Bütün bunlar Təqsirləndirilən şəxs hal-hazırda POSTKONTUZİON SİNDROM (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışında kodu F07.2) şəklində travmadansonrakı beyin sindromu olduğunu göstərir. Hal-hazırki psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində başağrısı, başgicəllənmə, yorğunluq, yaddaşın zəifləməsi kimi şikayətlər bildirməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, müayinə gedişində təfəkkürünün ləng tempdə olması, amnestik-koqnitiv funksiyalarından yaddaş və diqqətində müəyyən qədər pozuntu nəzərə çarpması, anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırmaqda çətinlik çəkməsi, emosiyalarını saxlamağı bacarmaması, əhvali-ruhiyyəsinin dəyişkən olması, hal-hazırki psixi vəziyyətinə və yaranmış situasiyaya üsrşı tənqidi münasibətinin tam həcmdə olmaması təsəvvürü yaratması, göndərildiyi ekspertizanın gedişinə və nəticəsinin necə olacağına aşkar şəkildə maraq göstərməməsi, özünün gələcək aqibətinə laqeydliklə yanaşması və.s) və ekspertiza müddətində aparılmış instrumental-funksional müayinələrin nəticələri (elektroensefaloqrafik müayinə zamanı baş beyinin qeyri-spesifik strukturlarının yüngül disfunksiyası və fotostimulyasiya testindən sonra sağ yarımkürənin alın, mərkəz, ön gicgah nahiyələrində epileptiform dalğalar qeydə alınması, baş beyinin kompüter tomoqrafiyası müayinəsi zamanı sol tərəfdə alın nahiyəsinin dərialtı yumşaq toxumasında posttravmatik fibroz nəzərə çarpması, sol alın smüyündə keçirilmiş sınıqdan sonrakı görüntü izlənilməsi) bunu sübut edir. Eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs intellektual imkanlarının normaya uyğun olması müəyyən edilsə də, ifrak proseslərində - yaddaş funksiyalarının zəifləməsi, təfəkkürünün bir qədər torpid olması, ləngliyi, az produktivliyi, diqqətinin dağınıq olması, yayınmalarla mümkünləşməsi müəyyən edilir. Həmçinin, onda maraq dairəsinin məhdud olması, şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında stress amillərinə qarşı həssaslıq, tez yorulmaq, süstlük, dəyişkən əhval-ruhiyyənin olması aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən “Şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışındakı kodu F 23.0) keçirmişdir. Şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu xəstəliklərin beynəlxalq təsnifatında kəskin və tranzitor (keçici) psixoik pozuntular qrupuna aiddir. Həmin psixi pozuntu anlaqsızlığın tibbi kriterlərindən biri kimi çıxış edən psixi fəaliyyətin müvəqqəti pozulması qisminə aiddir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “Şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu” kimi psixi pozuntu keçirdiyinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən aldığı qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi nəticəsində onda “Poskontuzion sindrom” şəklində patologiya yaranmışdır. Postkontuzion sindrom kəllə-beyin tarvmasından, xüsusən baş beyin silkələnməsindən sonra inkişaf edən və bir sıra əlamətlərlə özünü göstərən bir serebral sindromdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hazırkı vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Təqsirləndirilən şəxs psixiatrik müayinə zamanı müəyyən edilmiş psixi pozuntuya xarakterik olan laqeydlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, hərəkət və davranışını iradi olaraq tənzimləməsinin çatışmazlığı kimi fərdi-psixi xüsusiyyətlərin olduğu aşkar edilir. Qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyəti, “şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu” ilə şərtləşdiyindən, belə qənaətə gəlinir ki, o cinayət əməlini törədərkən psixi-emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmamışdır. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs emosional vəziyyətində implusivlik yaranmış, həmin halın yaranması psixiatrik müayinə zamanı onda müəyyən edilən psixi xəstəlik (şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu) ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 2-ci cild 22-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 29 mart 2021-ci il tarixli, 36 saylı təkrar komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən “Şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışındakı kodu F23.0) keçirmişdir. Belə ki, şəxsin subyektiv müayinəsi zamanı onda yaxın qohumlara qarşı şübhələrin aşkarlanması, zəhərlənəcəyini düşünməsi, ziyan görmə təhlükəsi yaşaması, özünün və uşaqlarının sağlamlığı ilə əlaqədar əsassız olaraq çox narahat olması bunu sbüut edir. Qeyd olunan pozuntular həmin dövrdəki davranşını şərtləndirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs POSTKONTUZİON SİNDROM (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.2) şəklində psixi pozuntu qeyd olunur. Bunu tibbi sənədlər (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ******* nömrəli xəstəlik tarixinin kserosurətinə əsasən Təqsirləndirilən şəxs 10.12.2020-dən 15.01.2021-dək həmin tibb müəssisəsində müayinədə olması və ona Müştərək travma. Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Sağ ayağın birinci barmağının əsasə falanqasının distal ucunun oynaqdaxili yerdəyişmiş açıq sınığı. Sol daban sümüyünün çoxəlpəli yerdəyişmiş qapalı sınığı. Alın nahiyəsinin əzilib-cırılmış yarası. Qeyri-müəyyən mənşəli psixotik hal>> diaqnozu qoyulması, 13 fevral 2021-ci ildə aparılan elektroensefaloqrafik müayinəsi zamanı baş beyinin qeyri-spesifik strukturlarının yüngül disfunksiyası və fotostimulyasiya testindən sonra sağ yarımkürənin alın, mərkəz, ön gicgah nahiyələrində epileptiform dalğalar qeydə alınması, baş beyinin kompüter tomoqrafiyası müayinəsi zamanı sol tərəfdə alın nahiyəsinin dərialtı yumşaq toxumasında posttravmatik fibroz nəzərə çarpması, sol alın sümüyündə keçirilmiş sınıqdan sonrakı görüntü izlənilməsi) və halhazırki psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində başağrısı, başgicəllənmə, yorğunluq, yaddaşın zəifləməsi kimi şikayətlər bildirməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, müayinə gedişində təfəkkürünün ləng tempdə olması, amnestik-koqnitiv fundksiyalarından yaddaş və diqqətində müəyyən qədər pozuntu nəzərə çarpması, anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırmaqda çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, hal-hazırki psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətinin tam həcmdə olmaması təsəvvürü yaratması, göndərildiyi ekspertizanın gedişinə və nəticəsinin necə olacağına aşkar şəkildə maraq göstərməməsi, özünün gələcək aqibətinə laqeydliklə yanaşması və.s) sübut edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs qapalı kəllə-beyin travması aldıqdan və baş beynində silkələnmə olduqdan bir müddət sonra ond baş ağrısı və baş gicəllənməsi şiddətlənmiş, halsızlıq, tez yorulma və başqa astenizasiya əlamətəri dərinləşmiş, əlavə olaraq amnestik pozulmalar yaranmış, xarici qıcıqlara və emosional yüklənməyə qarşı tolerantlığı (dözümlülüyü) azalmışdır. Eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs əqli intellektual imkanlarının normaya uyğun olması müəyyən edilsə də, idrak proseslərində yaddasaxlama və yadasalma proseslərinin nisbətən zəifləməsi, təfəkkürünün bir qədər torpid olması, ləngliyi, az produktivliyi, diqqətində dağınıqlıq, gec mərkəzləşməsi və tez yayınması aşkar olunur. Həmçinin, maraq dairəsinin məhdud olması, şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında stress amillərinə qarşı həssaslıq, tez yorulmaq, süstlük, dəyişkən əhvali-ruhiyyəlilik müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən “Şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışındakı kodu F23.0) keçirmişdir. Həmin pozuntu xəstəliklərin beynəlxalq təsnifatında kəskin və tranzitor (keçici) psixotik pozuntular qrupuna aiddir. “Şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu” anlaqsızlığın tibbi kriterlərindən biri kimi çıxış edən psixi fəaliyyətin müvəqqəti pozulması qisminə aiddir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “Şizofreniya simptomları olmayan kəskin polimorf psixotik pozuntu” kimi bir psixi pozuntu keçirdiyinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən aldığı qapalı kəlləbeyin travması və baş-beyin silkələnməsi nəticəsində onda “Poskontuzion sindrom” formasında psixi pozuntu yaranmışdır. “Poskontuzion sindrom” kəllə-beyin travmasından, xüsusən baş beyin silkələnməsindən sonra inkişaf edən və bir sıra əlamətlərlə özünü göstərən bir serebral sindromdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hazırkı vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Hazırki müayinə gedişində Təqsirləndirilən şəxs müəyyən edilmiş psixi pozuntuya xarakterik olan laqeydlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, hərəkət və davranışını iradi olaraq tənzimləməsinin çatışmazlığı kimi fərdi-psixi xüsusiyyətlərin olduğu aşkar edilir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı psixiemosional vəziyyətində gərginlik, həyəcan, qorxu kimi hallar yaranmışdır. Qeyd edilən hallar adekvat və norma çərçivəsində olmadığından, həmin emosional halların psixiatrik ekspertiza zamanı müəyyən edilmiş, psixi vəziyyətində yaranmış patoloji dəyişikliklərlə əlaqədar olması qənaətinə gəlmək mümkündür. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 2-ci cild 36-41-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2021-ci il tarixli, 4(004)-164/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cinayət işinin 2-ci cild 29-31-ci vərəqələrində olan Bakı şəhər Yasamal Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 qəbul etdiyi 01 aprel 2021-ci il tarixli anlaqsız vəziyyətdə cinayət törtəmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmış və həmin iş üzrə məhkəməyədək icraat ibtidai istintaq şəklində aparılmışdır. Beləliklə də, məhkəmədə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini həqiqətən də törətmiş, lakin, bunu edərkən anlaqsız vəziyyətdə olmuş və hazırda da anlaqsızdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən, ona tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə və Azərbaycan Respublikası CPM-nin 477.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Cinayət işinin 2-ci cild 63-cü vərəqəsində olan 5 saylı MKİS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuş, barəsində hər hansı şikayət olmamışdır. Cinayət işinin 2-ci cild 64-cü vərəqəsində olan Səbail Rayon MKTB-nin 5 saylı MKİSdən daxil olmuş 15 mart 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə atası Şahid3, anası X8, bacısı X10, ailə üzvü X9 daxildirlər. Cinayət işinin 2-ci cild 65-ci vərəqəsində olan Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş 05 aprel 2021-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əri və ailə üzvləri ilə münasibətləri mehriban olmuş, qonşular tərəfindən müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs və əri tərəfindən və ya onlar barəsində PŞ-ə hər hansı müraciət daxil olmamışdır. Cinayət işinin 2-ci cild 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 159-163-cü vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 4(004)-47/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə ödənilməlidir: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3-cü maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468, 470, 472-474 və 477-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx xxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli,üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5amış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.7 və 29, 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbiri tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar