Məhkəmə qərarları › İş №1(101)-1029/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1029/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1029/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 3 aprel 2024-cü il tarixdə, saat 12:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə əldə edilib Qaradağ rayonu, Xocasən-Lökbatan avtomobil yolunun Heybət stansiyasının qarşısında gizli yerdə qoyulmuş külli miqdarda, yəni 1295 qram çəkidə narkotik vasitə tiryəki və 1480 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 700 manat müqabilində satış məqsədilə digər ünvana aparmaq üçün qoyulduğu gizli yer barədə qeyrisindən dəqiq məlumat aldıqdan sonra, 2 iyul 2023-cü il tarixdə, saat 22 radələrində qoyulduğu yerdən qanunsuz əldə edib daşıyaraq saxlamış, 2 iyul 2023-cü il tarixdə, saat 22:20-də Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Heybət stansiyasının yaxınlığında saxlanılaraq həmin polis şöbəsinə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki polietilen paketdə qablaşdırılmış iki ədəd ayrı-ayrı bağlamalarda təmiz çəkisi 1295 qram olan tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik iyə malik maddə - kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və təmiz çəkisi 1480 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, iranlı şəxslə danışıb narkotik vasitə götürmək üçün sonuncunun dediyi ünvana getmiş, lakin narkotik vasitəni götürə bilmədən polislər tərəfindən tutulub Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə (bundan sonra mətndə - Qaradağ RPİ-nin 10-cu PB) aparılmış, barəsində məhkəmədə qətimkan tədbiri seçildikdən sonra İstintaq Təcridxanasına göndərilmişdir.

3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, narkotik vasitədən istifadə etmiş, lakin “Cavid baba” adlı iranlı şəxsdən əvvəllər hər hansı narkotik vasitə almamış, onu ümumiyyətlə şəxsən tanımamışdır. Belə ki, sonuncu özü ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq narkotik vasitə göndərəcəyini, habelə göndərəcəyi narkotik vasitəni onun dediyi ünvana aparıb qoyması qarşılığında ona 700 manat pul verəcəyini bildirmişdir. O, əvvəlcə iranlı şəxsin təklifi ilə razılaşmasa da, bir ay danışıqdan sonra həmin təkliflə razılaşmış, sonuncunun dediyi ünvana, yəni “Meyvəli” bazarı ərazisinə gedib narkotik vasitəni götürmək istəmiş, lakin yolda peşman olub geri qayıdarkən polislər tərəfindən tutulmuşdur. Narkotik vasitəni götürmək üçün evdən çıxıb təxminən yarım saat yol getmiş, bu zaman arvadı Şahid3 da onunla birlikdə olmuş, lakin arvadının onun narkotik vasitə götürəcəyindən xəbəri olmamış, sonuncu qısqandığı üçün onunla birlikdə həmin əraziyə getmişdir. Orada motosikleti yük avtomobillərinin yanında saxlayıb düşdükdən sonra polislər tərəfindən tutulmuşdur. Polislər şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni motosikletin təkərinin içərisindən çıxarmışlar. Mobil telefonuna göndərilmiş mesajda ona 500 qram marixuana göndəriləcəyi yazılmış, polislər ona təzyiq göstərdikləri üçün 3 kiloqram narkotik vasitənin ona məxsus olmasını boynuna almışdır. O, adını bilmədiyi 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılarkən üzərində narkotik vasitə olmamış, tutulub əlləri bağlanıldıqdan sonra polis əməkdaşları iranlının ona dediyi yerdən narkotik vasitəni götürmüşlər. Sonda Təqsirləndirilən şəxs 500 qram marixuana götürmək üçün getdiyini, yalnız həmin məsələdə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, narkomaniyadan müalicə olunmaq istədiyini bildirərək əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə ona yüngül cəza təyin edilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o, həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində kirayədə yaşayır. Lənkaran şəhərində qeydiyyatdadır. Şahid3 ilə faktiki nikah münasibətindədir. Xəyalə ilə bir azyaşlı uşağı vardır. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuş, məhkəmə tərəfindən ona cərimə cəzası təyin olunmuşdur. Psixi cəhətdən sağlamdır. 2023-cü ilin may-iyun aylarından sosial şəbəkədə İran İslam Respublikasının vətəndaş ilə tanış olmuşdur. Onunla vatsap ani mesajlaşma proqramında mobil telefon vasitəsilə danışıb mesajlaşmış, sonuncu özünü ona “Cavid Baba” kimi təqdim etmişdir. Bir qədər ümumi tanışlıqdan sonra Cavid ona birgə işləməyi təklif etmişdir. O, həmin işin nədən ibarət olduğunu deyəndə Cavid Bakı şəhərində onun dediyi və ona istiqamət verdiyi ərazilərdən narkotik maddələrin daşınması ilə məşğul olacağın, bunun müqabilində ona müəyyən miqdarda pul vəsaiti verəcəyini bildirmişdir. O, əvvəlcə Cavidin həmin təklifi ilə razılaşmamışdır. Lakin sonradan pul qazanmaq üçün bu işi görməyə razılıq vermişdir. 2 iyul 2023-cü il tarixdə Cavid onunla özünə məxsus +**********31 nömrəsi ilə ona məxsus ***-***-**-** nömrəsi ilə vatsapla əlaqə yaradaraq Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə getməyi bildirmişdir. Yer olaraq Xocəsən-Lökbatan yolunun sağ tərəfindəki Heybət stansiyasına getməyini və onunla əlaqə yaradacağını demişdir. Cavid onun qeyd etdiyi Heybət stansiyasında bir ədəd polietilen torbanın içərisində iki ədəd ayrıayrı bağlamalarda narkotik vasitə olacağını və həmin narkotik vasitəni oradan götürüb ona sonradan deyəcəyi ünvana və ya şəxsə çatdırmalı olduğunu izah etmişdir. Həmçinin ona bu işin müqabilində 700 manat verəcəyini bidirmişdir. O da həmin vaxt özünə məxsus motosikletlə həyat yoldaşı Şahid3 ilə kirayədə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsindən çıxıb Qaradağ rayonu istiqamətində hərəkətə başlamışlar. Lakin həyat yoldaşı Xəyalə onun narkotik vasitə götürməyə getməyini, habelə Lökbatana hansı məqsədlə getməsini bilməmişdir. Xəyalə onlar Lökbatan-Xocəsən yolundakı Heybət stansiyasına çatanda ona məlum olmuşdur ki, onun mobil telefonla danışdığı Cavid adlı şəxs həmin yerə narkotik vasitə qoymuşdur. Yolda Cavidlə danışarkən onun mobil telefonunun enerjisi bitdiyinə görə həyat yoldaşı Xəyaləyə Cavidlə əlaqə saxlamasını demişdir. Onların mobil telefonlarının elektron ünvanı olan “Gmail” kodu eyni olduğuna görə avtomatik olaraq Cavidin telefon nömrəsi Xəyalənin istifadəsində olan mobil telefonun şəbəkəsində qeydə alınmışdır. Cavid Xəyalənin telefonuna ona çatacaq bağlamaları qoyduğu yerin fotoşəklini vatsap vasitəsilə işarə edib göndərmişdir. Həmin ünvanı Cavid onun da telefonuna göndərmişdir. O, motosikletdən düşüb Cavidin dediyi yerə yaxınlaşıb onun dediyi və vatsapla şəklini çəkib göndərdiyi yerdən sellofan torbanı götürəndə mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Polislər ona və həyat yodaşı Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat olmasını demişlər və Şahid3 ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra ayrı-ayrı otaqlarda onların üzərinə şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Təhqiqatçı tərəfindən vəkilin iştirakı hüquq və vəzifələri ona izah edilmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanunla dövriyyəsi qadağan olunan əşya, maddə və ya predmet olduğu halda təqdim etməyi təklif etmişlər. O da əlindəki polietilen torbanı masanın üzərinə qoymuşdur. Həmin torbada olan iki ədəd bağlamanı təqdim etmişdir. Ondan həmin bağlamadakıların nə olduğunu soruşanda o, nə olmasını bilmədiyini demişdir. Həmin bağlamanı vatsap vasitəsilə danışdığı İran vətəndaşının sifarişi ilə götürməyə getmişdir. Ona həmin Cavid adlı şəxs 700 manat verməli imiş, çünki onlar Cavidlə əvvəldən danışmışlar. Həmin sellofanı Cavidin ona deyəcəyi yerə və ya bir nəfər adama verməli olmuşdur. Həyat yoldaşı Xəyalə onlar evdən çıxanda nəyə görə Lökbatana getdiklərini dəqiq bilməmişdir. Onlar ünvana çatanda o, Cavidlə danışarkən və Cavid Xəyalənin mobil telefonuna bağlamaları qoyduğu ünvanın fotoşəklini göndərəndə Xəyalə həmin bağlamaların narkotik olmasını bilmişdir. Narkotik vasitə tiryək və qurudulmuş marixuanadan heç kimə satmamış və verməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 37; 91-92; 235-236;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Hafis oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitə saxlayaraq daşımaları, alqı-satqısı ilə məşğul olmaları barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla əlaqədar bölmə rəisinə məruzə olunmuş, əməliyyataxtarış qrupunun yaradılması barədə müvafiq əmr imzalanmışdır. Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupuna o və bölmənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil edilmişdir. Onlar Şahid2la 2 iyul 2023-cü il tarixdə, saat 22:20 radələrində barəsində məlumat daxil olmuş Şahid3 və Təqsirləndirilən şəxs olduqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunda yerləşən Heybət stansiyasına getmişlər. Onlara özlərini təqdim edərək üzərlərində narkotik vasitə olması barədə polis bölməsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar bölməyə getməli olduqlarını izah etmişlər. Hər iki şəxs buna etiraz etməyərək onlarla birlikdə 10-cu polis bölməsinə gəlmişlər. Bölməyə gətirilən Təqsirləndirilən şəxs və Şahid3 prosessual qanunvericiliyin müvafiq maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Onların hüquqlarının müdafiə olunması üçün təhqiqatçı tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı videoçəkilişlə əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. O da video çəkilişin və üzərinə şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Bölmənin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki sellofan torbanı çıxararaq təqdim etmişdir. Onun təqdim etdiyi sellofana baxdıqda içərisində iki ədəd ayrıayrı polietilen bağlamalar aşkar olunmuş, bağlamalardan birini açdıqda palçığa bənzər tünd-qəhvəyi rəngli narkotik vasitə tiryəkə, digərində isə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələrin hər ikisi spesifik iyə malik olmuşlar. Təqsirləndirilən şəxs həmin iki ədəd polietilen bağlamada olan maddələri Cavid adlı İran vətəndaşının sifarişi ilə telefonla danışdıqdan sonra vatsapla ona göndərdiyi məkandan götürüb həmin iranlının dediyi ünvana çatdırmalı olduğunu və bunun müqabilində iranlı ilə aralarında olan razılığa görə 700 manat pul alacağını bildirmişdir. Həmin gün eyni zamanda polis bölməsində xidməti otaqda Şahid3 da üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şahid3 qadın cinsli olması nəzərə alınaraq şəxsi axtarış təhqiqatçının iştirakı ilə 10-cu PBnin xadiməsi X12 tərəfindən aparılmışdır. Şəxsi axtarış axtarış zamanı Şahid3 üzərindən qanunsuz hər hansı maddə aşkar edilməmişdir. Ona faktiki ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan polietilen bağlamalar təqdim olunduqda Şahid3 bildirmişdir ki, həmin polietilen bağlamada narkotik vasitə olmasını bilir, lakin hansı növə aid olmasından məlumatı yoxdur. Şahid3 bildirmişdir ki, əri Təvəkkül mobil telefonla danışdığı İran vətəndaşının sifarişi ilə həmin bağlamaları 700 manat pul müqabilində Heybət stansiyasından götürüb başqa bir yerə aparmaq üçün Lökbatana gəlmişdir.

8. Şahid1 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı müqavimət göstərməmiş, habelə üzərindən aşkar olunmuş narkotik vasitələrə hər hansı etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməmişdir. Əməliyyat qrupunun rəhbəri özü olmuş, əməliyyat məlumatında Şahid3 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair məlumatlar daxil olmuşdur. Belə ki, məlumatda motosikletlə hər iki şəxsin mütəmadi olaraq Qaradağ rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair etimad doğuran məlumatlar göstərilmişdi.

9. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid2 həmin ifadəsində Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (Cild 1, i.v.185-186).

10. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid3 məhkəməyə 1 fevral 2024 və 14 mart 2024-cü il tarixlərdə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsini təsdiq etdiyini, azyaşlı uşaqlarının səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Tərəflərin vəsatəti əsasında Şahid3 ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadələrdə göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə üç ildir ər-arvad münasibətlərində yaşayır. Təvəkkülün narkotik vasitə qəbul etməsini bilmişdir. Lakin Təvəkkül mütəmadi olaraq narkotik vasitə qəbul etməmişdir. O özü də ara-sıra narkotik vasitə qəbul etmişdir. Daha çox səhhətində olan nevroloji problemlərə görə dərman həbləri qəbul etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təvəkküllə yaşadığı üç il ərzində onun narkotik vasitə satmasını görməmiş və eşitməmişdir. Onlar maddi cəhətdən çətinlik çəkmişlər. Azyaşlı uşaqları olduğundan anası həmişə ona kömək olmuşdur. Təvəkkül bəzən taksi işləmiş, bəzən isə özəl şirkətlərdə su daşımaqla məşğul olmuşdur. 2 iyul 2023-cü il tarixdə, axşam saatlarında evdə olarkən Təvəkkülün vatsap nömrəsinə zəng gəlmişdir. Təvəkkül zəng gələndən sonra gedib bir qədər kənarda danışmışdır. O da şübhələndiyinə görə ondan kiminlə danışmasını soruşmuşdur. Təvəkkül işi olduğunu və bir nəfərlə görüşəcəyini bildirmişdir. O da Təvəkkülə onunla gedəcəyini demişdir. Beləliklə, o, Təvəkküllə onun idarə etdiyi motosikletlə Sabunçu rayonunda Maştağa qəsəbəsindən çıxıb şəhər istiqamətində hərəkətə başlamışlar. Təvəkkül şəhərin mərkəzindən çıxıb Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Yolda o, bir nəfər şəxslə vatsapla telefonla danışmışdır. Ümumi söhbətdən belə başa düşmüşdür ki, Təvəkkül həmin şəxsdən haraya gəlməsini və gedəcəyi ünvanı soruşur. Lakin tam olaraq mövzunun nə olduğunu bilməmişdir. Yolda olarkən Təvəkkülün mobil telefonunda enerji bitdiyinə və motosiklet sürdüyünə görə Təvəkkül ona özünün mobil telefonu ilə “kontakt”da olan Cavid adlı şəxsə səs göndərib gəlib çatdıqlarını ona deməsini bildirmişdir. Təvəkküllə onun mobil telefonlarının “gmail” kodu eyni olduğuna görə onun kontaktında olan nömrələrin siyahısı avtomatik olaraq onun mobil telefonunda da qeydə alınır və görünür. Lökbatan qəsəbəsi ərazisində Heybət stansiyasının yaxınlığına çatdıqda onun ***-***-**-** nömrəli vatsapına “Cavid Baba” adı ilə kontaktda qeyd olunmuş şəxsdən iki ədəd bağlamanın olduğu məkan işarəsi göndərilmişdir. Həmçinin kişi cinsinə mənsub olan şəxs vatsap vasitəsilə səs göndərib “ərin telefonu niyə götürmür, pul qazanmaq istəmirsinizmi” dedikdə, başa düşmüşdür ki, həmin bağlamadakılar narkotik vasitədir. Buna görə də qorxub Təvəkkülə demişdir ki, geri qayıdaq. O isə cavabında bildirmişdir ki, “Çıxmışıq artıq çatırıq narahat olma.” “Cavid Baba” adlı şəxsin vatsap vasitəsilə göndərdiyi məkanda, yəni Lökbatan-Xocəsən yolunun sağ tərəfindəki Heybət stansiyasının yanında Təvəkkül motosikleti saxlayıb düşmüşdür. “Cavid” adlı şəxsin göndərdiyi bağlamaları götürməyə gedəndə tam əmin olmuşdur ki, həmin bağlamalar narkotik vasitədir. Bu zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar. Təvəkkülü və onu 10-cu PB-yə dəvət etmişlər. Onlar ona və həyat yodaşı Təvəkkülə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaqları barədə məlumat olmasını demişlər. 10-cu PB-yə gələndən sonra polis bölməsində ayrı- ayrı otaqlarda onların üzərlərinə şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Təhqiqatçı tərəfindən vəkilin iştirakı hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində qanunla dövriyyəsi qadağan olunan əşya, maddə və ya predmet olduğu halda təqdim etməsini təklif etmişlər. O da üzərində hər hansı qanunsuz maddə, əşya olmadığını bildirmişdir. Ona Lökbatan qəsəbəsinə nə məqsədlə gəlməyi barədə suallar verilmiş və əri Təvəkküldən aşkar edilərək götürülmüş iki ədəd polietilen bağlama təqdim olunmuşdur. Ondan həmin bağlamaların içərisində nə olması soruşulmuşdur, O, video çəkiliş zamanı bildirmişdir ki, həmin bağlamadakıların narkotik vasitə olmasını sonradan bilmişdir. 2 iyul 2023-cü il tarixdə faktiki ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs ilə Maştağa qəsəbəsindən Lökbatana gələrkən ərinin narkotik vasitə götürməyə gəlməsini bilməmişdir. Təvəkkül ona telefonunda kontakda olan “Cavid Baba” adlı şəxsin göndərdiyi məkana baxmağını dedikdə, öyrənmişdir ki, həmin yerdə olan bağlamaları götürüb “Cavid”in deyəcəyi başqa yerə aparması üçün əri Təvəkkülə Cavid tərəfindən 700 manat veriləcəkmiş. Lakin onun bunlardan əvvəlcədən məlumatı olmamışdır. O, Cavid adlı şəxsi tanımır. Onlar 02 iyul 2023-cü ildə Maştağa qəsəbəsindən Lökbatana gələndə Təvəkkül ona “Cavid Baba” adlı şəxsdən mesaj gələcəyini demişdir. Həmin vaxt bilmişdir ki, “Cavid” adlı şəxs əri Təvəkkülün tanışıdır. Yolda olarkən “Cavid” adlı şəxslə əri Təvəkkül telefonda danışanda şübhələnmişdir ki, “Cavid”in göndərdiyi məkanda narkotik vasitə ola bilər. Buna görə də Təvəkkülə qayıtmağı demişdir. Həm də “Cavid” adlı şəxs onun vatsapına səs göndərərkən və Heybət stansiyasına çatdıqda polis əməkdaşları onlara yaxınlaşanda bilmişdir ki, Təvəkkülün götürdüyü polietilen bağlamalardakı narkotik vasitədir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı psixoloji təzyiq və zor tətbiq etmə halları olmamışdır (Cild 1, i.v.59;111-112).

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 3 iyul 2023-cü il tarixli qərardan görünür ki, 2 iyul 2023-cü il tarixdə, saat 22:20-də Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heybət stansiyasının qarşısında saxlanılaraq 22:40-da 10-cu PB-yə gətirilməsi və bölmədə həmin şəxslərin üzərinə şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əlindəki bağlamanın içərisindən bir ədəd polietilen bağlamada təmiz çəkisi 1295 qram olan narkotik vasitə tiryək və bir ədəd polietilen bağlamada təmiz çəkisi 1480 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi faktına görə Bakı şəhəri, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 tərəfindən 3 iyul 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;)

13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 2 iyul 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Hafis oğlu tərəfindən Lənkəran rayonu, Səttərxan küçəsi, ev 128-də qeydiyyatda olmaqla ünvan 2 yaxınlığında kirayədə yaşayan Təqsirləndirilən şəxs və ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaxınlığında kirayədə yaşayan Şahid3 narkotik vasitə istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs və Şahid3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Qaradağ RPİ-nin 10-cu PB-nin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev tərəfindən təsdiq edilərək Şahid1 Hafis oğlunun rəhbərliyi ilə həmin bölmənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid3 2 iyul 2023-cü il tarixdə, saat 22:20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət stansiyasının qarşısında saxlanılaraq saar 22:40-da 10-cu PB-yə gətirilmişlər (Cild 1, i.v. 5-11).

14. Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli qərarından görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Hafis oğlu tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev tərəfindən təsdiq edilmiş 2 iyul 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyinin yoxlanılmasından qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əməliyyat-axtarış tədbirləri keçirilməməsi əsası ilə imtina edilməklə geri qaytarılmışdır (Cild 1, 126-135).

15. “Şübhəli şəxsin tutulması haqqında” 2 iyul 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru X13 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 Saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin tarixdə, saat 22:55-dən saat 23:10-dək protokol tərtib olunmuşdur(Cild 1, i.v. 25-27).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 2 iyul 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru X13 tərəfindən həmin bölmənin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili Şahid1 Hafis oğlunun iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, 2 iyul 2023-cü il tarixdə, saat 22:20də Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və Şahid3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heybət stansiyasının qarşısında saxlanılaraq 22:40-da 10-cu PB-yə gətirilmişdir. PB-də həmin şəxslərin xx xxxxxx 1998-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4əbin yaxınlığında kirayə yaşayan Təqsirləndirilən şəxs, digərinin isə 5 mart 1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ünvan 5 ünvanında qeydiyyatda olan, ünvan 4əbin yaxınlığında kirayə yaşayan Şahid3 olduğu müəyyən edilmişdir. Qaradağ RPİ-nin 10-cu PB-nin 14 nömrəli xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi hüquqları izah edilmişdir. Şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmiş və bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoyması təklif olunmuş, Təqsirləndirilən şəxs əlindəki içərisində 2 (iki) ədəd sellofana bükülmüş, spesifik iyə malik tünd qəhvəyi rəngli (bir ədəd bağlamadakı palçığa bənzər, digər sellofanda isə ota bənzər) maddə olan bağlamanı masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, əynindəki qara rəngli üzərində ağ cızıqları olan şalvarının sağ yan cibindən 1 (bir) qutu, ağzı açılmış, bir hissəsi istifadə olan “Pall Mall” markalı siqaret “paçkası” aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin torbanı İran vətəndaşının telefon vasitəsilə ona məkan yerini bildirdiyini, Heybət Stansiyasının qarşısından həmin torbanı götürüb 700 manat müqabilində həmin İran vətəndaşının göstərişi ilə başqa şəxsə çatdıracağını, lakin torbanı götürüb getmək istədikdə polis əməkdaşlarının onu saxlayaraq PB-yə gətirdiklərini bildirmişdir. Bundan başqa axtarış zamanı üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd içərisində narkotik vasitəyə oxşar maddə olan bağlamalar məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün torbaya qoyularaq skoçla qablaşdırılıb 222 saylı möhürlə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs götürülmüş siqaret qutusu özünə qaytarılmışdır. İstintaq hərəkəti zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılması və videoyazının məlumat daşıyıcısına köçürüldüyü halda protokala əlavə ediləcəyi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 23:20-dən saat 23:40-dək protokol tərtib edilmişdir. Protokol ucadan və aydın səslə oxunmuş, iştirakçılar tərəfindən irad, əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 34-36).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 3 iyul 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X5 iştirakı ilə Şahid3 elan edilmiş müvafiq qərar əsasında həmin gün, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru X13 tərəfindən həmin bölmənin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Hafis oğlu və həmin bölmənin xadiməsi X4 iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PBnin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Şahid3 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, şəxsi axtarış zamanı Şahid3 könüllü olaraq üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoyması təklif olunmuş, lakin Şahid3 üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid3 üzərinə şəxsi axtarış aparılmış, heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sorğu zamanı Şahid3 qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd bağlamanın içərisində olan maddənin narkotik maddə olduğunu bildiyini, lakin hansı növünə aid olduğunu bilmədiyini, İran İslam Respublikası vətəndaşının telefon vasitəsilə Təqsirləndirilən şəxs 700 manat pul müqabilində deyəcəyi yerdən götürüb göstərəcəyi yerə aparıb təhvil verməyi deməsini, bağlamaları götürüb aparmaq istəyərkən polis əməkdaşlarının onları saxlayaraq PB-yə gətirdiklərini bildirmişdir. İstintaq hərəkəti zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılması və videoyazının məlumat daşıyıcısına köçürüldüyü halda protokala əlavə ediləcəyi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 00:30-dan saat 00:40-dək protokol tərtib edilmişdir. Protokol ucadan və aydın səslə oxunmuş, iştirakçılar tərəfindən irad, əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 56-58).

18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 2 iyul 2023-cü və 3 iyul 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti müvafiq olaraq 14 dəqiqə 14 saniyə və 4 dəqiqə 29 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntüyə müstəntiq Ü.İ.Abdullayev tərəfindən müvafiq olaraq müdafiəçi E.Əsgərov və Təqsirləndirilən şəxs, habelə müdafiəçi Ş.Şıxıyev və təqsirləndirilən şəxs Şahid3 iştirakı ilə baxış keçirilməsinə dair 5 iyul 2023-cü il tarixli protokollarla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs və Şahid3 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 156; 168)

19. “Məhkəmə-kimyəvi” (materilların) ekspertizasının 3 iyul 2023-cü il tarixli, 6/3590 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd bağlama; Təqsirləndirilən şəxs-imza, İştirakçılar: 3 – imza, Təhqiqatçı: Cəmşid Əliyev- imza” yazı əlavəsi qeyd edilmiş 1 ədəd polietilen bağlamada 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 1295 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyasına (Siyahı İ) daxildir. Tiryəkin təmiz çəkisi - 1295 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq çəkisi – 1294,8 qram. Aparılmış tədqiqatın dəyərinin 92 (doxsan iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 65-69).

20. “Məhkəmə-bioloji” ekspertizasının 3 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/952 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs ....götürülmüş...” yazıları və imzalar olan polietilen bağlamadakı bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1480 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 1480 qram, tədqiqata sərf olundu – 0,2 qram, qalıq çəkisi – 1479,8 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 70-73).

21. “Doğum haqqında” AZ-İV813933 saylı şəhadətnamə, Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin arayışından və AA4907117 seriyalı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X14 25 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunda anadan olmuş, anası Şahid3, atası X6r (Cild 1, i.v. 82-84).

22. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 4 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (Cild 1, i.v. 85- 86).

23. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 4 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Şahid3 verilmiş ittihamın məzmunundan görünür ki, ona Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ittiham elan edilmişdir(Cild 1, i.v. 95-96).

24. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 1(002)- 143/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2 iyul 2023cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək əməlindən peşman olduğunu bildirmiş və barəsində həbs qətimkan tədbiri seçilməməsini xahiş etmişdir (Cild 1, i.v. 115-117).

25. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 1(002)- 144/2023 saylı qərarından görünür ki, Şahid3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Şahid3 öz izahatında göstərmişdir ki, birinci evliliyindən iki, 11 yanvar 2009-cu il təvəllüdlü X21 və 25 oktyabr 2018-ci il təvəllüdlü X16, ikinci evliliyindən isə bir azyaşlı uşağı – 25 oktyabr 2022ci il təvəllüdlü X10 var. Hal-hazırda üç aylıq hamilədir. Törədilmiş cinayət işindən məlumatı olmamışdır. Belə ki, dörd ildir ki, qeyri-rəsmi birlikdə yaşadığı həyat yoldaşı Təqsirləndirilən şəxs ona gələn zəng ilə evdən çıxaraq bir iş üçün getdiyini ona bildirmiş, o da birlikdə getmək istədiyini demişdir. O, yolda ikən nə baş verdiyini başa düşmüş, lakin gec olmuşdur. Özü narkotik vasitə istifadə etmir və satmaq niyyəti də olmamışdır. Faktiki yaşadığı ərinin və özünün tutulacağı təqdirdə himayəsində olan övladlarına baxacaq kimsəsi yoxdur. Bundan başqa uzun müddətdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə Maştağa qəsəbəsində, “Daş karxanası” deyilən ərazidə fərdi yaşayış evində yaşayır. Odur ki, təqdimat və vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.”(Cild 1, i.v. 118-122).

26. “Təqdim edilmiş sənədlərin götürülməsi, baxış keçirilməsi haqqında” 5 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, müstəntiq Ü.İ.Abdullayev tərəfindən Şahid3 istintaqa təqdim etdiyi ona məxsus “Samsung A10” və əri Təqsirləndirilən şəxs məxsus “Samsung-A10S” markalı mobil telefonlar götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs Şahid3 təqdim etdiyi ***-***-**-** nömrəli “Samsung A10” markalı mobil telefona baxış zamanı telefonun vatsap səhifəsində “Cavid Baba” kimi qeyd olunmuş +**********31 nömrəsindən Şahid3 telefonuna xüsusi işarələnmiş məkana dair fotoşəkillər göndərilməsi təsdiq olunmuşdur. Şahid3 həmin fotoşəkilləri 2 iyul 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs ilə vatsap vasitəsilə danışıb əlaqə saxlayan “Cavid Baba” adlı şəxs göndərdiyini bildirmişdir. Həmin fotoşəkillərdəki məkan Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun sağ tərəfindəki Heybət stansiyasının yaxınlığıdır. Təqsirləndirilən şəxs Şahid3 Təqsirləndirilən şəxs fotoşəkildə göstərilən yerdən iki ədəd bağlamanı götürərkən polis əməkdaşlarının onlara yaxınlaşıb 10-cu PŞ-yə dəvət etdiklərini bildirmişdir. Bölmədə iki ədəd polietilen bağlamada olan kütlələrin narkotik vasitə olması müəyyən edilmişdir. İstintaq hərəkəti zamanı təqsirləndirilən şəxs Şahid3 təqdim etdiyi “Samsung A10” və “Samsung-A10S” markalı mobil telefonlardakı istintaq üçün əhəmiyyət kəsb edən məlumatların çıxarılıb və səs yazılarının diskə köçürülərək protokola əlavə edilməsi qeyd olunmuşdur. İstintaq hərəkəti keçirilən zaman iştirakçılar tərəfindən hər hansı qeyd, düzəliş və şikayət daxil olmamışdır. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar – Şahid3 və sonuncunun müdafiəçisi Ş.B.Şıxıyev tərəfindən heç bir əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq olunmuşdur (Cild 1, i.v. 158-162).

27. “Mobil telefona baxış keçirilməsi haqqında” 5 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, müstəntiq Ü.İ.Abdullayev tərəfindən Təqsirləndirilən şəxs məxsus “Samsung-A10S” markalı telefona baxış keçirilmişdir. İş üzrə Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli “Samsung-A10S” markalı mobil telefona baxış zamanı telefonun vatsap səhifəsində “Cavid Baba" kimi qeyd olunmuş +**********31 nömrəsindən Təqsirləndirilən şəxs mobil telefonuna 1 və 2 iyul 2023-cü il tarixlərdə vatsap vasitəsilə mesajlar göndərilməsi və qarşılıqlı zənglər edilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin mesajları ona İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin göndərdiyini bildirmişdir. “Cavid Baba” adlı şəxslə vatsapla danışdıqdan sonra onun dediyi Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun sağ tərəfindəki Heybət stansiyasından iki ədəd içərisində narkotik vasitə olan olan bağlamanı götürüb başqa bir ünvana aparmalı olmuşdur. 2 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə dəvət edilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs “Samsung-A10S" markalı mobil telefonunda olan istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar və səs yazıları çıxarılıb protokola əlavə edilmişdir. İstintaq hərəkəti zamanı iştirakçılar – Təqsirləndirilən şəxs və müdafiəçisi E.A.Əsgərov tərəfindən hər hansı qeyd, düzəliş və şikayət daxil olmamış, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq olunmuşdur (Cild 1, i.v. 163- 167).

28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 4 avqust 2023-cü il tarixli cavabından, müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 6 iyul 2017-ci il tarixli, 1(101)-210/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş, 29 avqust 2019-cu ildə təyin edilmiş cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır (Cild 1, i.v. 175-183).

29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş 26 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx xxxxxx 1998-ci il təvəllüdlü ünvan 6 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicə almamışdır (Cild 1, i.v.188).

30. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 19 avqust 2023-cü il tarixli, 5332 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cild 1, i.v. 191-192).

31. Qaradağ RPİ-nin 10-cu PB-nin rəisi, polis polkovnik-leytenantı Ramil Salayevin 23 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs X1 narkotik vasitəni əldə etdiyi şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir(Cild 1, i.v. 206).

32. “Ambulator məhkəmə-psixiatrik” ekspertizasının 9 oktyabr 2023-cü il tarixli 2827 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs təsvir olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür (Cild 1, i.v. 207-209).

33. “Sübutların qiymətləndirilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş videogörüntülərin qeydə alındığı və səs yazılarının olduğu iki ədəd DVD disk sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1480 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilmiş 0,2 qramı çıxılmaqla qalıq 1479,8 qram olan hissəsi, eləcə də təmiz çəkisi 1295 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin tədqiqata sərf edilmiş 0,2 qramı çıxılmaqla qalıq 1294,8 qram olan hissəsi maddi sübut kimi tanınaraq saxlanması üçün maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi üzrə götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmaqla maddi sübutların saxlanma otağına verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə elan ediləcək ittihamdan Şahid3 ilə əlbirlik xüsusatının çıxarılması qərara alınmışdır. ********* nömrəli cinayət işinin materiallarından narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə Şahid3 və İran İslam Respublikasının vətəndaşı “Cavid Baba” adlı şəxsin barəsində müstəqil cinayət işi ayrılması qərara alınmışdır (Cild 1, i.v. 214-222;240).

34. “Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin əldə etdiyi mənbənin müəyyən olunması üçün ********* nömrəli cinayət işinin materiallarından Şahid3 və İran İslam Respublikasının vətəndaşı “Cavid Baba” adlı şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v. 224-225).

35. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmaqla mahiyyəti izah edilmişdir (Cİld 1, i.v. 228-229).

36. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ü.İ.Abdullayev tərəfindən 28 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 2 noyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.241-251).

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 6639/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 5 iyul 2023-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13 və 14-cü bəndlərində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs dəri səthində xəsarət izinin aşkar olunmamış, müayinə zamanı şikayəti olmadığını bildirmişdir (Cild 2).

38. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Qaradağ rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X7 tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülərək fiziki və psixi təzyiqlərə, habelə pis rəftara məruz qalması barədə müraciəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında 201C-23 saylı material üzrə araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra döyülməsi və ya ona işgəncə verilməklə xəsarətlər yetirilməsi öz təsdiqini tapmadığından 201C-23 saylı materialda hər hansı cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir(Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

39. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

40. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

42. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

43. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

44. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

45. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

46. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Həmin siyahının 19-cu bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə tiryəkin (o cümlədən ekstrasiya edilən) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 50 qram müəyyən edilmişdir.

47. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 1295 qram, yəni külli miqdarda narkotik vasitə tiryəkin miqdarının şəxsi istehlak miqdarından təxminən 2590 dəfə, külli miqdarından isə təxminən 26 dəfə artıq olması, habelə ümumilikdə 1480 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsi istehlak miqdarından 296 dəfə, külli miqdarından isə təxminən 3 dəfə artıq olması, qeyriləri ilə qabaqcadan əlbir olaraq özünün qazanc əldə etmək məqsədilə ona bildirilmiş yerdən narkotik vasitələri götürməyə getməsi ilə bağlı etirafedici ifadələri, habelə onun və faktiki ər-arvad münasibətində olduğu Şahid3 mobil telefonlarından aşkar edilmiş vatsap yazışmaları, danışıqları və foto şəkillər onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

48. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

49. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

51. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığından 3 kiloqram narkotik vasitəni boynuna götürməsi, habelə 500 qram narkotik vasitə qurudulmuş marixuana götürmək üçün həmin əraziyə getməsi, lakin peşman olub narkotik vasitəni götürmədən geri qayıtmaq istəməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

52. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

53. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 16, 18, 24 və 37-38-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

54. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

55. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

56. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

57. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

58. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

59. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

61. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

62. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

63. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

64. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

65. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

66. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, habelə həmin Məcəllənin 59.2-ci maddəsinin tələbinə əsasən özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirərək narkomaniyadan müalicə almaq istəməsini qeyd etməsini, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

67. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

68. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

69. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

70. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

71. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

72. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

73. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 2 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 2 iyul 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 1 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 22 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 26; 115-117; 256-258;Cild 2).

74. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 2 iyul 2023-cü il tarixdən hesablanmalıdır.

75. Məhkəmə hökmün 24-cü bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

76. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

77. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Qaradağ RPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1294,8 qram olan narkotik vasitə tiryək və tədqiqatlardan sonra qalıq çəkisi 1479,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 (bir) ədəd “Samsung A10S” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntünün və mobil telefona baxış zamanı danışıqların köçürüldüyü 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

78. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

79. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 170 (bir yüz yetmiş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

80. İş üzrə mülki iddia verilməmişdir.

81. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

82. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

83. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 2 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1294,8 qram olan narkotik vasitə tiryək və tədqiqatlardan sonra qalıq çəkisi 1479,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və 1 (bir) ədəd “Samsung A10S” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 2 (iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 170 (bir yüz yetmiş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar