Məhkəmə qərarları › İş №1(101)-1029/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1029/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1029/2025 09.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Əsgərova-X2 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi – Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Cəlilabad rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Qarakazımlı kəndində qeydiyyatda olan barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X8 22 saylı fərdi evdə olarkən onunla eyni fərdi evin digər otağında kirayədə yaşayan Zərərçəkmiş şəxs ona qarşı olan davranışlarından və münasibətindən xoşu gəlmədiyini bəhanə edib heç bir əsaslı səbəb olmadan həmin evin dəhlizində xuliqanlıq niyyəti ilə mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun kürək nahiyyəsindən bir dəfə vurub ona sağ tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin İV döş fəqərəsi istiqamətindən döş boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət edilən, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, baş vermiş hadisəni xatırlamır. Zərərçəkmiş şəxsi tanıyır, onun otaq yoldaşıdır, onunla mübahisəsi olmamışdır. Hadisə baş verən zaman özündə olmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxsla hadisə baş verməmişdən əvvəl 5-6 ay olarmış ki, otaq yoldaşı olmuşlar, münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxsla aralarında mübahisə olduğu olmuşdur. Zərərçəkmiş şəxs onun arxasınca danışıb-danışmadığını xatırlamır. O, içki aludəçisi deyil. Hadisə baş verən gün içki içib-içmədiyini xatırlamır. Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs nə səbəbə bıçaqla vurduğunu xatırlamır. Zərərçəkmiş şəxsla aralarında mübahisənin nə üstə düşdüyünü xatırlamır. Hadisə vaxtı o özündə olmamışdır. Uşaq vaxtı onu ailə üzvləri həkimə aparırmışlar. O, əvvəllər Cəliləbad rayonunda yaşamış, Bakıya işləmək üçün gəlmişdir. O, dönərxanada işləyirmiş. İş yerində kimləsə mübahisəsi olmamışdır. İstintaq vaxtı onu ekspertizaya aparmışlar. Zərərçəkmiş şəxsla onun arasında son vaxtlarda mübahisə düşürmüş. O, atası ilə birlikdə Bakıda yaşayır. Qaldıqları evdə atası və ondan başqa şəxslər də olmuşdur. Zərərçəkmiş şəxsla bir otaqda qalırmışlar. Eyni evdə qaldıqları digər şəxslərin adını xatırlamır. Atası ondan əvvəl də həmin evdə yaşamışdır. Atası ilə Zərərçəkmiş şəxs arasında münasibət yaxşı olmuşdur. Zərərçəkmiş şəxsla hansı səbəbə görə mübahisə etdiklərini xatırlamır. Zərərçəkmiş şəxs hansı şəraitdə bıçaqla vurduğunu xatırlamır. O Zərərçəkmiş şəxs bıçaqla vuran zaman ətrafda qonşular, evin sahibi və atası da orada olmuşdur. Ev sahibinin adı səhv etmirsə Babadır. O, Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxsla hansı səbəbə görə mübahisə etdiklərini xatırlamır. O uşaq vaxtı psixoloji müalicə almışdır. Hadisə baş verməzdən əvvəl Zərərçəkmiş şəxsla aralarında bir neçə dəfə mübahisə olmuşdur. O hərbi xidmətdə olmuş və tam xidmət etmişdir. Evdə birlikdə qaldıqları digər şəxslərlə aralarında mübahisə olmamışdır. Əvvəllər o psixoloji müalicə almışdır. İbtidai istintaq zamanı ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, qeyd olunan ünvanda atası Sabit və Zərərçəkmiş şəxs ilə birlikdə müvəqqəti kirayədə yaşayır. Kirayədə yaşadığı ev 3 otaqdan ibarətdir və ümumilikdə həmin evdə 7-8 nəfər şəxs kirayədə yaşayır, evin hər otağında təxminən 3 nəfər yaşayır. Lakin həmin otaqlarda yaşayan şəxslər evdə olan 1 hamam və ayaq yolundan istifadə edir. Qeyd olunan evdə 1 ay kirayədə yaşamaq üçün 1 nəfər şəxs 70 manat pul ödəyir. Buna görə o və atası ev sahibinə həmin evdə kirayədə yaşamaq üçün iki nəfərə 140 manat kirayə pulu ödəyirlər. Onlarla eyni otaqda kirayədə yaşayan Elvin isə öz pulunu ödəyir. Son vaxtlar hiss etmişdir ki, Elvinin ona qarşı münasibəti xoş deyil və sonuncu onu gördükdə dilinin altında onun ünvanına söyüş söyür. Bir neçə dəfə onunla söhbət edərək xoş olmayan münasibətinin səbəbini öryənmək istədikdə Elvin bir səbəb gətirməyərək onunla mübahisə edib dava etməyə çalışmış və mübahisə zamanı onu öldürəcəyi ilə hədələmişdir. Sonuncu ilə eyni otaqda qaldığı üçün onunla davadan uzaqlaşmağa çalışaraq Elvinin ona nəsə edəcəyindən qorxduğu üçün ehtiyatını gözləmişdir. Lakin Elvinin atası Sabitlə münasibətləri yaxşı olmuş və onların arasında hər hansı narahatçılıq olmamışdır. 30 sentyabr 2024-cü il tarixdə atası Sabit və Elvin tezdən evdən çıxıb işə getmiş, o evdə qalmışdır. Həmin gün saat təxminən 20 radələrində Elvin işdən evə qayıtmış,sonuncu evə qayıtdıqdan sonra diqqət yetirmişdir ki, Elvin yenə də dilinin altında onun ünvanına söyüşlər söymüş, o, bir müddət səbirli olub çalışmışdır ki, onunla mübahisə etməsin. Bir az keçmiş atası Sabitdə işdən evə gəlmiş, həmin gün saat təxminən 22 radələrində o, Elvin və atası evin ümumi istifadə olunan mətbəx otağında olmuşlar. Mətbəx otağında olarkən diqqət yetirmişdir ki, Elvin yenə də dodağının altında onun ünvanına söyüşlər söyür və onun bu hərəkəti onu bərk əsəbləşdirmiş. Elvinin həmin gün onu öldürəcəyini düşündüyü üçün qərara gəlmişdir ki, onu qabaqlayıb bıçaqla vurub xəsarət yetirərək yaralasın və sonuncu onu öldürə bilməsin. Buna görə mətbəx otağından bıçaq götürüb üzərində saxlamış ki, imkan yaranan kimi Elvini bıçaqda vurub ona xəsarət yetirsin. Bir az keçmiş Elvin mətbəx otağından çıxıb yaşadığı otağa doğru getmişdir. Həmin vaxt onu bıçaqla vurmaq niyyəti ilə arxası ilə çıxmış, atası Sabit mətbəx otağında qalmışdır. Elvin evin dəhlizi ilə yaşadığı otağa doğru gedərkən dəhlizdə arxadan ona yaxınlaşıb üzərində olan bıçaqla Elvinin kürək nahiyyəsindən vurmuş və sonuncu xəsarət aldığı üçün qışqırıb yerə çökmüşdür. Həmin vaxt Elvinin qışqırıq səsinə atası Sabit, ev sahibi Babaş və qonşu otaqlarda yaşayan şəxslər gəlib onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşlar. O, sonuncuların suallarına heç bir cavab verməmişdir. Bundan sonra orada olan şəxslər zəng vurub hadisə barədə polisə məlumat vermiş və bununla yanaşı Elvinə tibbi yardım göstərilməsi üçün xəstəxanaya zəng vurmuşlar. Bir az keçmiş hadisə yerinə gəlmiş TTY maşını bıçaqla vurub xəsarət yetirdiyi Elvini tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerinə baxış keçirib sonra onu Nərimanov rayon 17-ci Polis Şöbəsinə gətirmiş və orada hadisə ilə bağlı verilən suallara hadisəni olduğu kimi danışmışdır. Elvini 30 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X8 22 saylı evin dəhlizində mətbəxdən götürdüyü bıçaqla kürək nahiyyəsindən vurub xəsarət yetirmişdir. O, Elvinin həmin gün onu öldürəcəyini düşündüyü üçün qarşısını alıb onu yaralamaq məqsədilə mətbəxdən götürdüyü bıçaqla onu vurub xəsarət yetirmişdir. Onun Elvini bıçaqla dəhlizdə vurmasını kimsə görməmiş, lakin sonradan olduğu yerə mətbəxdə olan atası Sabit və adını dəqiq bilmədiyi qonşuları gələrək hadisə barədə bilmişlər. Elvinin hansı səbəbdən dilinin altında onun ünvanına söyüşlər söyməsini və onu öldürmək barədə deməsinin səbəbini bilmir. (cild 1, iş vərəqə 150-153) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisələr ibtidai istintaqda verdiyi ifadəsində qeyd etdiyi kimi olmuşdur. Zərərçəkmiş şəxs ona söyüş söyəndə onun atası eşitməmişdir. O əvvəllər narkotik vasitə istifadə etməmişdir. Hadisədən əvvəlki günlərdə Zərərçəkmiş şəxsla aralarında mübahisə olmuşdur. Aralarında hansı səbəbdən mübahisə yarandığını xatırlamır. O, Elvinlə aralarında mübahisə olduğu üçün hadisə günü sonuncunu bıçaqlamışdır. Ailələrində evlənmək istəyi ilə bağlı problem olmamışdır. Atasına nəyə görə əl qaldırdığını xatırlamır, həmin vaxt o özündə olmamışdır. O, zərərçəkmiş şəxslə barışmaq məqsədilə telefonda danışmışdır. Hazırda danışılanlar ona aydındır. O əvvəlki iclaslarda depressiyada olduğu üçün ona çox şey aydın olmamışdır. O hazırda cinayət törətdiyi üçün - bıçaqlanma ilə bağlı həbsdə olduğunu bilir. Zərərçəkmiş şəxslə barışmaq üçün danışıqlar gedir. Onun ziyanı ödəmək fikri var. Onun qulağına səslər gəlirmiş. Həmin səslər ona vurmağını demişdir. O paranormal yuxular görürmüş. O paranormal sözünün nə demək olduğunu başa düşür. Onda yaddaş pozuntusu da var. Qulağına müxtəlif səslər gəlir. Hadisəni törədən zaman huşsuz olmuş və xatırlamır. Ona hadisəni törətməyi beynindəki səslər demişdir. O ekspertiza zamanı səslər eşitdiyini, onu səslərin idarə etdiyini deməmişdir. İndi ona səslər gəlmir. Məhkəmədə ifadə verən zaman onda beyin quruması olmuşdur. O, hadisəni özü istəmədən törətmişdir. O bıçağı səslərin təsiri altında özü ilə götürmüşdür. Heç vaxt psixoloq və psixiatra müraciət etməmişdir. O mətbəx bıçağı ilə döş boşluğundan bir zərbə vurmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə kirayə qaldıqları evin mətbəx otağında baş vermişdir. Mətbəxdə Təqsirləndirilən şəxs, atası və o olmuşdur. O yemək bişirib otağına gedirmiş, əli həmin vaxt dolu olmuşdur. Onun bir əlində qazan, bir əlində isə boşqab olmuşdur. O mətbəxdən çıxanda Təqsirləndirilən şəxs onun arxasından gəlib bıçaqla kürəyinə zərbə vurmuşdur. Hadisədən əvvəl Təqsirləndirilən şəxsla heç bir mübahisələri olmamışdır. Təqsirləndirilən şəxs dönərxanada işləmiş və evə gec saatlarda gəlirmiş. Onlar bir-birini görmürmüşlər, bu səbəbdən mübahisə də edə bilməzlər. Hadisədən əvvəl 3-4 gün olarmış ki, Təqsirləndirilən şəxs işə getmirmiş. Təqsirləndirilən şəxs maaşının az olduğunu deyirmiş. Təqsirləndirilən şəxs işə getmədiyi müddətdə gərgin olmuşdur. Belə ki, o Sadiqin ona tərs-tərs baxdığını görürmüş. Sadiq onu bıçaqla vurmazdan əvvəl heç bir mübahisələri olmamışdır. Sadiq onu bıçaqladıqdan sonra o yerə yıxılmışdır. Sadiq ikinci dəfə üstünə gəlmək istəyirmiş, lakin sonradan digər otaqlardan da adamlar gəlmiş və atası Təqsirləndirilən şəxs otaqdan çölə çıxarmışdır. O, 6 aydır ki, aldığı zədəyə görə heç bir fiziki iş görə bilmir. Bu səbəbdən işləmədiyinə görə ailəsini dolandıra bilmir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsla 2 ay, atası ilə isə bir il olarmış ki, birlikdə yaşayırmış. O evlidir və uşaqları var. Ailəsi rayonda yaşayır. Bakıda münasibətdə olduğu başqa bir qadın yoxdur. Hadisə baş verməzdən əvvəl aralarında heç bir söyüş və təhqir olmamışdır. Hadisədən bir neçə gün əvvəl Sadiqin ona tərs-tərs baxdığını görmüşdür. Bu barədə o Sadiqin atasına və ev yiyəsinə məlumat vermişdir. Sadiqin atası ailə daxili problemləri olduğunu ona bildirmişdir. Bundan sonra o digər otaqda qalmışdır ki, aralarında mübahisə yaranmasın. O, Təqsirləndirilən şəxs heç bir vaxt onu öldürəcəyini deməmiş və ona tərs-tərs baxmamışdır. O tikintidə işləyən zaman gündəlik 45-50 manat qazanırmış, limit qoyulur, limiti doldurduqda əlavə 20 manat da verilirmiş. Ümumiyyətlə gündəlik ortalama 70 manat pul qazanırmış. Xəstəxanada olan zaman təqsirləndirilən şəxsin ailə üzvləri bir dəfə 1000 manat pul vermişlər. Hadisə baş verməzdən əvvəl ayın 29-u Sadiq ona onu öldürəcəyini və otaqdan çıxmasını demişdir. O da həmin gün başqa otaqda yatmışdır. Atasından Sadiqin xəstə olması barədə heç bir şey eşitməmişdir. Barışıqla bağlı ona heç bir müraciət etməmişlər. Hadisə baş verməzdən əvvəl heç bir vaxt aralarında mübahisələri omamışdır. Kirayə qaldıqları evdə 3 otaq olmuş, hər otaqda 3-4 nəfər yaşayırmış. Digər şəxslərlə Sadiqin mübahisəsi olduğunun şahidi olmamışdır. O Sadiqlə bir otaqda qalırmış. Halhazırda təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur, ondan şikayətçidir və tələbi var. Təqsirləndirilən şəxs ona vurduğu ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Ağsu rayonu, Cəlayır kəndində yaşayır. Bir müddətdir işləmək məqsədilə tək Bakı şəhərinə gəlmiş və müxtəlif tikinti işləri aparılan yerlərdə fəhlə kimi işləyərək Bakı şəhəri, Nərimanov rayonu, X8 ev 22- də kirayədə yaşayır. Qeyd olunan ünvanda həyətdə bir neçə evlər vardır, hər evin içərisində otaqlar, hamam, ayaq yolu və mətbəxi vardır. Evin hər otağında 3 nəfər qalmaqla ümumi mətbəxdən və hamamdan istifadə edir. O, təxminən 1 il müddətində həmin evin otağında Şahid1 ilə birlikdə qalmış və onunla daimi yaxşı münasibətləri olmuşdur. Evin digər otaqlarında isə başqa şəxslər qalır, o, hər ay qeyd olunan ünvanda kirayədə yaşadığı üçün ev sahibi İsrail adlı şəxsə 70 manat pul ödəyir. Təxminən 2 ay müddətində otaq yoldaşı Sabitin oğlu Sadiq işləmək üçün Bakı şəhərinə gəlmiş və Sadiq həmin müddətdə onunla eyni otaqda qalmışdır. Sadiqlə aralarında normal münasibəti olmuş, hər hansı səbəblə bağlı narazılıq və ya mübahisə olmamışdır. Sadiq Bakı şəhərinə gəldikdən sonra hardasa işə düzəlmiş və hər gün işə gedib gəlmişdir. 2024cü ilin sentyabr ayının axırları bir neçə gün Sadiq işə getməyib kirayədə yaşadığı otaqda qalmış və o işdən qayıtdıqda onun pis əhvalda olduğunu görmüşdür. O, Sadiqdən nə üçün pis əhvalda olduğunu və işə getməyib evdə qaldığını soruşduqda ona bildirmişdir ki, işlədiyi yerdə maaş az verildiyindən işdən çıxmışdır və maaşı qane edən yeni iş yeri axtarır. Həmçinin son günlər diqqət yetirmişdir ki, axşamlar evdə olduğu müddətdə Sadiq sözlərini səbəbsiz ona zilləyib baxır və baxışları ilə onun hərəkətlərini izləyir. xx.xx.2024-cü il tarixdə axşam evə gəldikdən sonra Sadiqin eyni qaydada ona baxıb hərəkətlərini izlədiyi üçün ona təhlükəli nəsə edəyəcəyindən ehtiyat etdiyi üçün gecəni evin başqa otağında yatmışdır. 30 sentyabr 2024-cü il tarixdə axşam işdən çıxıb evə gəldikdən sonra saat təxminən 22 radələrində evin mətbəx otağında axşam yeməyi üçün pomidor və yumurta bişirmiş, həmin vaxt otaq yoldaşları Sabit və oğlu Sadiq mətbəxdə olmuşlar. Yemək bişirən zaman həyətə çıxmaq lazım olduğu üçün mətbəxdə olan Sadiqdən xahiş etmiş ki, həyətə çıxıb qayıdana kimi yeməyə diqqət yetirsin. Sadiq ona demişdir ki, heç bir problem yoxdur və sonra yemək bişirilən qaba yaxınlaşıb nəzarət etməyə başlamışdır. O, iki dəqiqə müddətinə həyətə çıxıb sonra mətbəxə qayıtmış və Sadiqə təşəkkürünü bildirmişdir. Mətbəxdə olan zaman yenə diqqət yetirmişdir ki, Sadiq dayanmadan ancaq ona baxıb hərəkətlərini izləyir. O, yeməyi bişirib boşqaba çəkdikdən sonra əlində boşqab yemək üçün otağa getmək məqsədilə mətbəxdən çıxıb qaldığı otağa doğru getmişdir. Dəhlizdə hərəkət edərkən görmüşdür ki, Sadiq onun arxasınca qaçaraq gəlib ona yaxınlaşıb kürəyindən vurmuşdur. Həmin vaxt kürəyindən bərk ağrı hiss etmiş və yerə çökmüş, əlindəki içərisində yemək olan boşqab yerə düşüb döşəməyə dağılmışdır. O, Sadiqin nə üçün və nə ilə onun kürəyindən vurduğunu bilməmiş və sonra diqqət yetirmişdir ki, sonuncu yenidən onu vurmaq üçün üstünə gəlir. O, ətrafda olanları köməyə çağırmış və ilk olaraq onun kömək səsinə mətbəxdə olan Sadiqin atası Sabit gəlib əvvəl oğlu Sadiqin qarşısına keçib onu evin həyətinə çıxarmışdır. Həmin vaxt evin otaqlarında kirayədə yaşayan xalası oğlu Elmir və adlarını bilmədiyi şəxslər dəhlizə gəlib ona yaxınlaşmışlar. Həmçinin Sadiqin atası Sabit də geri qayıdıb ona yaxınlaşıb bildirmişdir ki, onun oğlu Sadiq onu kürəyindən mətbəxdən götürdüyü bıçaqla vurmuş və bıçaq onun kürəyində içəri doğru daxil olaraq qalmışdır. Sabit ona dedikdən sonra ona məlum olmuşdur ki, onun oğlu Sadiq onun kürəyindən bıçaqla vurub xəsarət yetirmişdir. Ehtiyat etdikləri üçün kimsə vurulmuş bıçağı onun kürək nahiyyəsindən çıxarmamış və sonra xəsarət aldığı üçün TTY xəstəxanasına məlumat verilmişdir. Bundan başqa hadisə ilə bağlı polis məlumat vermiş və bir az keçmiş əvvəl hadisə yerinə polis əməkdaşları gəlmiş, sonra TTY maşını gəlmişdir. Hadisə yerinə gəlmiş polislər hadisə yerinə baxış keçirib sonra hadisə ilə bağlı sorğu-sual etdikdən sonra TTY işçiləri onu Sabunçu rayon xəstəxanasına aparmışlar. Xəstəxanaya gəldikdən sonra həkimlər aldığı xəsarət ağır olduğu üçün onu əməliyyat etmişlər və Sadiqin onun kürəyinə vurduğu bıçağı çıxarmışlar. Göstərmişdir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində kirayədə yaşadığı evin dəhlizində arxadan ona yaxınlaşıb bıçaqla kürək nahiyyəsindən vurub xəsarət yetirmişdir. Sadiqin hansı səbəbdən onu bıçaqla vurub xəsarət yetirməsini bilmir, çünki həmin vaxt və ya ondan əvvəlki günlərdə onun Sadiqlə aralarında hansısa səbəblə əlaqədar olaraq narazılığı və ya mübahisələri olmamışdır. Hadisə baş verənə kimi axşamlar evdə olduğu vaxtda Sadiq gözlərini ona zilləyib baxaraq dayanmadan onu izləmiş və onun bu hərəkətindən ehtiyat etməyə başlamışdır. Amma Sadiqin onu bıçaqla vurub xəsarət yetirməsini düşünməmişdir. (cild 1, iş vərəqə 48-51) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, hadisə baş verməzdən bir həftə əvvəldən oğlunun psixoloji problemi yaranmışdır. Oğlu evdə paltarsız gəzirmiş. Sadiq onu boğurmuş və öldürmək istəyirmiş. Sadiq evdə bıçaq axtarırmış, amma o bıçağı gizlətmişdir. O və Sadiq mətbəxdə oturmuşlar. Sadiq telefonda dini ayələrə qulaq asırmış. Sadiq yüksək səslə qulaq asdığı üçün Sadiqə telefonun səsini almasını deyirmiş, lakin Sadiq buna qulaq asmaqla rahatlıq tapdığını deyirmiş. Daha sonra Zərərçəkmiş şəxs işdən gəlmişdir. Elvin özünə yemək hazırlaması üçün o bıçağın yerini Elvinə demişdir. Sonra Zərərçəkmiş şəxs mətbəxdə özünə yemək bişirən zaman Sadiq necə olubsa bıçağı götürüb cibinə qoymuşdur. O Sadiqdən 2-3 metrlik məsafədə olmuşdur. Sadiqin cibində bıçaq olduğunu bilməmişdir. Sonra isə oğlu Zərərçəkmiş şəxs bıçaqlamışdır. Sadiq Elvini sağ tərəfdən çiynindən vurmuşdur. Şahid1 məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, oğlu əvvəllər kiməsə bıçaqla zərbə vurmamışdır. Oğlu onun boğazına əlini atıb boğandan sonra, düşünmüşdür ki, bıçağı tapsa, onu öldürər. Buna görə bıçağı gizlətmişdir. Sadiq ona kiməsə nəsə eləyəcəyi barədə heç bir şey deməmişdir. Oğlunun ona nəyə görə bu cür davranmasının səbəbini bilmir. Zərərçəkmiş şəxsla oğlu arasında heç bir mübahisə olmamışdır. Zərərçəkmiş şəxs xəstəxanaya ətrafdakı qonşular aparmış, həmin vaxt onun da vəziyyəti yaxşı olmamış, hadisədən sonra özündən getmişdir. Onun oğlunun heç bir pis vərdişi yoxdur. O özü də içki istifadə edən deyil. Oğlunun evlənmək istəməsi ilə bağlı ailələrində heç bir problem olmamışdır. Hadisə baş verən zaman o da mətbəxdə olmuşdur. Hadisə vaxtı oğlu və Zərərçəkmiş şəxs arasında mübahisə olmamış, o heç bir söyüş və təhqir eşitməmişdir. Hadisədən 1-2 gün əvvəl Zərərçəkmiş şəxs ona oğlunun tərs-tərs baxdığını demiş, o isə Elvinə bildirmişdir ki, oğlu Sadiqə əhəmiyyət verməsin. O Zərərçəkmiş şəxs ailələrində problem olduğunu deməmişdir. Həmin vaxtda ailələrində heç bir problem olmamışdır. O, oğlunu psixi problemi üçün həkim yanına aparmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Qarakazımlı kəndində yaşayır. Bir müddətdir işləmək məqsədilə tək Bakı şəhərinə gəlmiş və müxtəlif tikinti işləri aparılan yerlərdə fəhlə kimi işləyərək Bakı şəhəri, Nərimanov rayonu, X8 ev 22-də kirayədə yaşamışdır. Qeyd olunan ünvanda həyətdə bir neçə evlər vardır, hər evin içərisində isə otaqlar, hamam, ayaq yolu və mətbəxi vardır. Evin hər otağında 3 nəfər qalmaqla ümumi mətbəxdən və hamamdan istifadə edir. Təxminən 1 il müddətində həmin evin otaqlarının birində Zərərçəkmiş şəxs ilə birlikdə qalmış və onunla daimi yaxşı münasibətləri olmuşdur. Evin digər otaqlarında isə başqa şəxslər qalır. O, hər ay qeyd olunan ünvanda kirayədə yaşadığı üçün ev sahibi İsrail adlı şəxsə 70 manat pul ödəyir, imkan olmayanda ödəməmiş və İsrail buna narazılıq etməmişdir. Təqsirləndirilən şəxs ilin avqust ayının əvvəlləri dəqiq xatırlamadığı tarixdə onu Bakı şəhərinə gətirmiş və həmin müddətdə onlarla eyni otaqda qalmışdır. Sadiq kirayədə yaşadığı müddətdə bir otaqda qaldığı Elvin və evdə qalan digər şəxslərlə yaxşı münasibətdə olmuş, evdə olan kimləsə hər hansı səbəblə bağlı narazılıq və ya mübahisəsi olmamışdır. Sadiq Bakı şəhərinə gəldikdən sonra hardasa işə düzəlmiş və hər gün işə gedib gəlmişdir. 2024-cü ilin sentyabr ayının axırları bir neçə gün Sadiq işə getməyib kirayədə yaşadığı otaqda qalmışdır. O, Sadiqdən nə üçün işə getməyib evdə qaldığını soruşduqda bildirmişdir ki, işlədiyi yerdə maaş az verildiyindən işdən çıxmış və maaşı qane edən yeni iş yeri axtarır. Son günlər oğlu Sadiq özünü şübhəli aparmış, onun davranışında və özünü aparmağında gərginlik yaranmışdır. Belə ki, bir otaqda qaldığı Elvin işdən evə gəldikdən sonra oğlu Sadiq gözlərini səbəbsiz ona zilləyib baxmış və baxışları ilə Elvinin hərəkətlərini izləmişdir. Sonuncunun bu hərəkəti başa düşülməz və xoş olmadığı üçün Elvin ondan ehtiyat etməyə başlamış və ona bu barədə demişdir. Oğlu Sadiq əvvəllər hərəkətləri ilə kiməsə hər hansı problem yaratmadığı üçün Elvinə demişdir ki, diqqətli olsun. Həmin müddətdə oğlu Sadiq ona qarşıda danışığında və hərəkətlərində özünü qeyri adi aparmış, lakin oğlu Sadiqin özünü qeyd olunan qaydada aparmasının səbəbini dəqiq edə bilməmişdir. 30 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində axşam işdən qayıtdıqdan sonra o, oğlu Sadiq və bir otaqda qaldığı Elvin kirayədə yaşadığı evin mətbəx otağında olmuşlar. Həmin vaxt Elvin axşam yeməyi üçün pomidor və yumurta bişirmiş, Elvin yeməyi bişirib boşqaba çəkdikdən sonra əlində boşqab yemək üçün otağa getmək məqsədilə mətbəxdən dəhlizə çıxmış, həmin vaxt oğlu Sadiq ona göz vurub demişdir ki, «gedək içəri» və dərhal bu sözləri dedikdən sonra oğlu Sadiq mətbəxdən çıxıb Elvinin arxası ilə getmişdir. Həmin vaxt mətbəxdə olmuş və aralıdan görmüşdür ki, oğlu Sadiq evin dəhlizində Elvinə arxadan yaxınlaşıb heç bir söz demədən cibindən bıçaq çıxardıb Elvinin kürəyindən vurmuş və Elvin yerə oturub xırıldamışdır. O, dərhal onlara yaxınlaşmış və həmin vaxt Elvinin xırıltı səsinə evin digər otaqlarında olan şəxslərdə dəhlizə gəlmişlər. X11 yanında dayanıb ona baxmış və diqqət yetirmişdir ki, Sadiqin vurduğu bıçaq Elvinin kürəyindədir, lakin ehtiyyat etdiyi üçün kimsə bıçağı Elvinin kürəyindən çıxarmamışdır. Həmin vaxt oğlu Sadiqi küçəyə çıxarmış, ev sahibi İsrail hadisə barədə bilib gəldikdən sonra ona hadisəni olduğu kimi danışmış və bundan sonra İsrail istifadəsində olan nömrə ilə TTY xəstəxanasına və DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bir az keçmiş əvvəl hadisə yerinə polis əməkdaşları gəlmiş, sonra TTY maşını gəlmişdir. Hadisə yerinə gəlmiş polislər hadisə yerinə baxış keçirib sonra hadisə ilə bağlı sorğu-sual etdikdən sonra TTY işçiləri Elvini tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Oğlu Sadiqi isə hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə törətdiyinə görə özləri ilə polis şöbəsinə aparmışlar. Göstərmişdir ki, Zərərçəkmiş şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində kirayədə yaşadığı evin dəhlizində oğlu Sadiq arxadan ona yaxınlaşıb cibindən çıxardığı bıçaqla kürək nahiyyəsindən vurub xəsarət yetirmiş, hadisəni mətbəxdə olarkən aralıdan görmüş, oğlu Sadiqin mətbəxdən bıçaq götürməsini görməmiş, yoxsa hadisənin baş verməsinin qarşısını almaq üçün bir tədbir görərdi. Sadiqin hansı səbəbdən Elvini bıçaqla vurub xəsarət yetirməsini bilmir, çünki həmin vaxt və ya ondan əvvəlki günlərdə oğlu Sadiqlə bir otaqda qaldığı Elvinin aralarında hansısa səbəblə əlaqədar olaraq narazılıqları və ya mübahisələri olmamışdır. Hadisə baş verənə kimi bir neçə gün müddətində oğlu Sadiqin davranışında, danışığında və hərəkətlərində gərginlik olduğunu görmüş, lakin oğlu Sadiqin bir otaqda qaldığı Elvini bıçaqla vuracağını düşünməmişdir. (cild 1, iş vərəqə 94-96) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, hadisə vaxtı o evdə olmuşdur. Qardaşı ilə işdən gəlib yemək yeyib otaqlarına getmişlər. Bu vaxt digər otaqda səs-küy eşitmişlər. Səs olan otağa gedən zaman Elvinin bıçaqlandığını görmüşlər. Şahid3 məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla hadisədən 1-2 ay əvvəldən bir evdə yaşayırmışlar. Sadiq onlarla yaşadığı dövrdə Zərərçəkmiş şəxs da həmin evdə yaşamışdır. Eyni evdə yaşadıqları dövrdə Sadiq və Elvin arasında mübahisə olduğunu görməmişdir. Elvinin bıçaqlanma anını görməmişdir. Hadisənin baş vermə anını görməmişdir. Sadiqlə əvvəllər heç bir problemi olmamışdır. Hadisə baş verməzdən bir neçə gün əvvəl Sadiqin hərəkətlərində qeyri-adi hallar görmüş, məsələn, paltarlarını dalbadal dəfələrlə yuyub daha sonra aparıb ipə sərirmiş, sonra təkrar yığıb yuyurmuş. Hadisədən bir neçə gün əvvəl Sadiqlə aralarında sadəcə “salam”-“sağ ol” olmuşdur. Zərərçəkmiş şəxs onun xalası oğludur. O əvvəllər Sadiq və Elvin arasında heç bir mübahisənin şahidi olmamışdır. Hadisədən bir gün əvvəl Elvin demişdir ki, Sadiq ona qəribə şəkildə baxır və həmin gün Elvin onların otağında yatmışdır. Elvin və Sadiq arasında münasibətlər yaxşı olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Ağsu rayonu, Kəndoba kəndində yaşayır. Bir müddətdir işləmək məqsədilə qardaşı Elmarla birlikdə Bakı şəhərinə gəlmiş və müxtəlif tikinti işləri aparılan yerlərdə fəhlə kimi işləyərək Bakı şəhəri, Nərimanov rayonu. X8 ev 22-də kirayədə yaşamışdır. Qeyd olunan ünvanda həyətdə bir neçə evlər vardır, hər evin içərisində otaqlar, hamam, ayaq yolu və mətbəxi vardır. Evin hər otağında 3 nəfər qalmaqla ümumi mətbəxdən və hamamdan istifadə edilir. O, təxminən 1 il müddətində həmin evin otaqlarının birində qardaşı Elmar və tanışı Rəmşidlə bir qalmış, hər ikisi ilə yaxşı münasibətdədir. Bununla yanaşı Ağsu şəhərində evdə qonşu otaqda kirayədə yaşayaraq Sumqayıt şəhərində aparılan tikinti işlərində fəhlə kimi işləmiş və Cəlilabad rayonundan olan Şahid1 ilə birlikdə kirayədə yaşamışlar. Hər biri həmin evdə kirayədə yaşadığına görə ev sahibi İsrail adlı şəxsə hər ay 70 manat pul vermişlər. Elvin otaq yoldaşı Sabitlə birlikdə kirayədə yaşadıqları müddətdə yaxşı münasibətdə olmuşlar, aralarında heç bir narazılıq və ya mübahisə olmamışdır.Təxminən 2024-cü ilin avqust ayının əvvəlləri dəqiq xatırlamadığı tarixdə Sabitin oğlu Sadiq adlı şəxs Bakı şəhərinə gələrək atası Sabit və xalası oğlu Elvinlə birlikdə otaqda kirayədə yaşamışdır. Sadiq kirayədə yaşadığı müddətdə xalası oğlu Elvin və evin digər otaqlarında yaşayan şəxslərlə yaxşı münasibət yaratmış, evdə olan şəxslərdən kimləsə narazılığı və ya mübahisəsi olmamışdır. Bakı şəhərinə gəldikdən sonra Sadiq hardasa işə düzəlmiş və hər gün işə gedib gəlmişdir. 2024-cü ilin sentyabr ayının axırları bir neçə gün Sadiq işə getməyib kirayədə yaşadığı otaqda qalmışdır. Sadiqdən nə üçün işə getməyib evdə qaldığını soruşduqda sonuncu demişdir ki, işlədiyi yerdə maaş az verildiyindən işdən çıxmış və maaşı qane edən yeni iş yeri axtarır. Son bir neçə gün Sadiq özünü şübhəli aparmış, belə ki, bir paltarı gün ərzində bir neçə dəfə təkrar yuyub sərgiyə asmış, onun davranışında və özünü aparmağında gərginlik yaranmışdır. Həmçinin xalası oğlu Elvin onlara demişdir ki, işdən evə gəldikdən sonra Sadiq gözlərini səbəbsiz ona zilləyib baxır və baxışları ilə Elvinin hərəkətlərini izləyir. Onun bu hərəkəti başa düşülməz və xoş olmadığı üçün xalası oğlu Elvin ondan ehtiyyat etməyə başlamış və atası Sabitə bu barədə demişdir. Atası Sabit isə cavabında demişdir ki, heç bir narahatçılıq yoxdur, onun oğlu Sadiq işdən çıxdığına görə özünü gərgin aparır. 30 sentyabr 2024-cü il tarixdə işdən saat təxminən 17 radələrində çıxıb kirayədə yaşadığı evə gəlmiş, həmin gün qardaşı Elmar evdə qaldığı otaqda olmuş, onlarla birlikdə otaqda qalan tanışı Rəmşid evdə olmamış, yaşadığı Ağsu rayonuna getmişdir. Həmin gün saat təxminən 22 radələrində otaqdan çıxıb ayaq yoluna gedərkən görmüşdür ki, xalası oğlu Elvin evin mətbəx otağında özünə yemək üçün pomidor yumurta bişirir. Həmin vaxt onunla eyni otaqda qalan Sabit və oğlu Sadiq mətbəxdə Elvinin yanında olmuşlar. O, ayaq yolunda olarkən xalası oğlu Elvinin dəhlizdə qışqırıq səsini eşidib dərhal ayaq yolundan dəhlizə çıxmışdır. Dəhlizə çıxdıqda görmüşdür ki, Elvin yerə oturub və onun kürəyində içəri daxil olmuş bıçaq vardır. Həmin vaxt Sadiq və onun atası Sabit Elvinin yanında ayaq üstə dayanmış, o, Elvindən nə baş verdiyini soruşduqda, orada olan Sabit ona demişdir ki, Elvini onun oğlu Sadiq dəhlizdə arxadan yaxınlaşıb üstündə olan bıçaqla kürəyindən vurmuşdur və Sadiqin vurduğu bıçaq Elvinin kürəyində qalmışdır. Həmçinin xalası oğlu Elvin də bildirmişdir ki, yeməyi bişirib boşqaba çəkdikdən sonra mətbəxdən çıxıb qaldığı otağa gedərkən Sadiq ona arxadan yaxınlaşıb kürəyindən vurmuşdur. Lakin Sabit dedikdən sonra, Elvin bildi ki, Sadiq onu kürəyindən bıçaqla vurub. Həmin vaxt səs-küyə evin içərisində olan qardaşı Elmar da dəhlizə gəlmiş, onlar ehtiyyat etdikləri üçün Elvinin kürəyində olan bıçağı yerindən çıxarmamışlar. Bundan sonra evdən çıxıb yaxınlıqda yaşayan ev sahibi İsrailin yaşadığı evinə getmiş və İsrailə baş vermiş hadisə barədə bildirmiş, sonuncu yaşadığı evdən çıxıb onunla birlikdə kirayə verdiyi onların yaşadığı evə gəlmiş və dəhlizdə xalası oğlu Elvinin vəziyyətini görmüşdür. Həmin vaxt ətrafda yaşayan tanımadığı qonşular hadisə barədə bilib yaşadığı evə gəlmişlər. İsrail hadisə ilə maraqlandıqda Sabit ona hadisəni olduğu kimi danışmış və bundan sonra İsrail istifadəsində olan nömrə ilə TTY xəstəxanasına və DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Həmin vaxt Sabit oğlu Sadiqi evdən küçəyə çıxarmışdır. Bir az keçmiş əvvəl hadisə yerinə polis əməkdaşları gəlmiş, sonra TTY maşını gəlmişdir. Hadisə yerinə gəlmiş polislər hadisə yerinə baxış keçirib sonra hadisə ilə bağlı sorğu-sual etdikdən sonra TTY işçiləri Elvini tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Sadiqi isə hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə törətdiyinə görə özləri ilə polis şöbəsinə aparmışlar. Göstərmişdir ki, Zərərçəkmiş şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində kirayədə yaşadığı evin dəhlizində onunla eyni otaqda kirayədə yaşayan Sadiq adlı şəxs arxadan ona yaxınlaşıb üstündə olan bıçaqla kürək nahiyyəsindən vurub xəsarət yetirmişdir. Həmin vaxt evin qışqırıq səsini eşib dəhlizə çıxdıqdan sonra Elvinin yerə oturduğunu və kürəyində içəri daxil olmuş vəziyyətdə bıçaq olduğunu görmüş, hadisə barədə ona əvvəl Sabit sonra Elvinin özü danışmışdır. Sadiqin hansı səbəbdən xalası oğlu Elvini bıçaqla vurub xəsarət yetirməsini bilmir, çünki həmin vaxt və ya ondan əvvəlki günlərdə Elvinin xalası oğlu Sadiqlə aralarında hansısa səbəblə əlaqədar olaraq narazılıqları və ya mübahisələri olmamış, nəsə olsa bu barədə bilərdi. (cild 1, iş vərəqə 101-103) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X8 ev 25ada yaşayır, rəsmi olaraq hec bir verdə işləmir. X8 22 saylı ev ona məxsusdur, dolanışıq məqsədi ilə həmin evin həyətində 2 ev tikmiş və həmin evlərdən birini bir neçə nəfər şəxsə kirayə vermişdir. Belə ki, kirayə verdiyi evin içərisində 3 yaşayış otaqları, hamam, ayaq yolu və mətbəx vardır. Həmin evin hər otağında 3 nəfər kirayədə qalmaqla evin ümumi mətbəxindən və hamamından istifadə edirlər. Yaşadığı ev yaxınlıqda olduğu üçün hər gün qeyd olunan ünvanda olan kirayə verdiyi evə və içərisindəki otaqlarda kirayədə yaşayan şəxslərə baş çəkir, kirayədə yaşayan şəxslər bir ay müddətində yaşayış üçün ona 60 manat kirayə pulu verirlər. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Elvin təxminən 1 il müddətində kirayə verdiyi evin otaqlarından birində Şahid1 ilə birlikdə kirayədə yaşayır, onların hər ikisi ilə yaxşı münasibəti vardır. Kirayədə yaşadıqları müddətdə Elvin və ya Sabit öz aralarında mehriban dolanmışlar, 1 il müddətində onların arasında hər hansı narazılıq olmamışdır. 2024-cü ilin avqust ayının əvvəlləri dəqiq xatırlamadığı tarixdə Sabitin oğlu Sadiq işləmək üçün Bakı şəhərinə gəlmiş və Sadiq həmin müddətdə atası Sabit və Elvinlə eyni otaqda qalmışdır. Sadiq kirayədə yaşadığı müddətdə onunla otaqda kirayədə yaşayan atası Sabit, Elvin və ya digər otaqlarda kirayədə yaşayan şəxslərdən kimləsə mübahisə etməsi, dalaşmasını və ya hər hansı narazılıq yaratması olmamış, özünü tərbiyəli aparmışdır. 30 sentyabr 2024-cü il tarixdə saat təxminən 22 radələrində yaşadığı evdə olarkən kirayə verdiyi evin otaqlarından birində yaşayan Elmir adlı şəxs yaşadığı evə gəlmiş və ona bildirmişdir ki, bir az əvvəl Sadiq bıçaqla evin dəhlizində Elvinin kürək nahiyyəsindən vurmuşdur. O, dərhal evdən çıxıb yaxınlıqda olan kirayə verdiyi evə gəlmiş və içəri daxil olduqda görmüşdür ki, Elvin yerdə oturaqlı vəziyyətdədir və onun kürək nahiyyəsində içəri daxil olmuş bıçaq vardır. Həmin vaxt evdə olan Sabit oğlu Sadiqi evdən küçəyə çıxarmışdır. Həmin vaxt Sabitdən nə baş verdiyini soruşmuş, sonuncu ona demişdir ki, bir az əvvəl Elvin öz yeməyi üçün evin mətbəx otağında yumurta və pomidor bişirərkən o, və oğlu Sadiq evin mətbəx otağında olmuşlar. Elvin yeməyi hazırlayıb boşqaba çəkdikdən sonra yemək üçün mətbəxdən çıxıb kirayədə qaldıqları otağa gedərkən oğlu Sadiq ona məlum olmayan səbəbdən Elvinin arxası ilə gedib dəhlizdə Elvinə arxadan yaxınlaşaraq mətbəxdən götürdüyü bıçaqla kürək nahiyyəsinə vurmuş və zərbə endirdiyi bıçaq Elvinin kürək nahiyyəsində qalmışdır. O, bunu bildikdən sonra dərhal istifadəsində olan 070 *** ** ** nar mobil nömrə ilə əvvəl TTY xəstəxanasına sonra isə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Məlumat verdikdən sonra əvvəl hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirib, hadisə yerində olan şəxsləri hadisə ilə bağlı sorğu etdikdən sonra hadisəni törətmiş Sadiqi özləri ilə aparmışlar. Sonra hadisə yerinə TTY maşını gəlmiş və tibb işçiləri xəsarət almış Elvini tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Sonradan hadisənin baş vermə səbəbini dəqiq etmək üçün Sabit və Elvinlə söhbət etsə də məlum olmuşdur ki, onların hadisəyə kimi aralarında heç bir narazılıq və ya mübahisə olmamışdır. Buna görə Sadiqin qeyd olunan tarixdə, yəni 30 sentyabr 2024-cü il tarixdə axşam vaxtlarında kirayədə qaldığı evin dəhlizində bıçaqla hansı səbəbdən Elvini kürək nahiyyəsində vurub ona xəsarət yetirməsinin səbəbini dəqiq edə bilməmişdir. Hadisə barədə ona ilk olaraq Elmir yaşadığı evə gələrək bildirmiş və hadisə baş vermiş evə gəldikdən sonra hadisənin necə baş verdiyni ona Sabit danışmışdır. (cild 1, iş vərəqə 97- 98) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, bir müddətdir işləmək məqsədilə qardaşı Elmirlə birlikdə Bakı şəhərinə gəlmiş və müxtəlif tikinti işləri aparılan yerlərdə fəhlə kimi işləyərək Bakı şəhəri, Nərimanov rayonu, X8 ev 22-də kirayədə yaşamışdır. Qeyd olunan ünvanda həyətdə bir neçə evlər vardır. Hər evin içərisində otaqlar, hamam, ayaq yolu və mətbəxi vardır. Evin hər otağında 3 nəfər qalmaqla ümumi mətbəxdən və hamamdan istifadə edilir. O, təxminən 1 il müddətində həmin evin otaqlarının birində qardaşı Elmir və tanışı Rəmşidlə bir qalmış hər ikisi ilə yaxşı münasibətdədir. Bununla yanaşı Ağsu şəhərində yaşayan xalası oğlu Zərərçəkmiş şəxs da təxminən 1 il müddətində qeyd olunan evdə qonşu otaqda kirayədə yaşayaraq Sumqayıt şəhərində aparılan tikinti işlərində fəhlə kimi işləmiş və Cəlilabad rayonundan olan Şahid1 ilə birlikdə kirayədə yaşam işdir. Hər biri həmin evdə kirayədə yaşadığına görə ev sahibi İsrail adlı şəxsə hər ay 70 manat pul verirlər. Elvin otaq yoldaşı Sabitlə birlikdə kirayədə yaşadıqları müddətdə yaxşı münasibətdə olmuş, aralarında heç bir narazılıq və ya mübahisə olmamışdır.Təxminən 2024-cü ilin avqust ayının əvvəlləri dəqiq xatırlamadığı tarixdə Sabitin oğlu Sadiq adlı şəxs Bakı şəhərinə gələrək atası Sabit və xalası oğlu Elvinlə birlikdə otaqda kirayədə yaşamışdır. Sadiq kirayədə yaşadığı müddətdə xalası oğlu Elvin və evin digər otaqlarında yaşayan şəxslərlə onunla, qardaşı Elmirlə və digərləri ilə yaxşı münasibət yaratmış, evdə olan şəxslərdən kimləsə narazılığı və ya mübahisəsi olmamışdır. Bakı şəhərinə gəldikdən sonra Sadiq hardasa işə düzəlmiş və hər gün işə gedib gəlmişdir. 2024-cü ilin sentyabr ayının axırları bir neçə gün Sadiq işə getməyib kirayədə yaşadığı otaqda qalmış, Sadiqdən nə üçün işə getməyib evdə qaldığı ilə maraqlandıqda demişdir ki, işlədiyi yerdə maaş az verildiyindən işdən çıxmışdır və maaşı qane edən yeni iş yeri axtarır. Son bir neçə gün Sadiq özünü şübhəli aparmışdır. Belə ki, bir paltarı gün ərzində bir neçə dəfə təkrar yuyub sərgiyə asmış, sonuncunun davranışında və özünü aparmağında gərginlik yaranmış və bu hərəkətləri ilə diqqət cəlb etmişdir. Həmçinin xalası oğlu Elvin onlara demişdir ki, işdən evə gəldikdən sonra Sadiq gözlərini səbəbsiz ona zilləyib baxır və baxışları ilə Elvinin hərəkətlərini izləyir. Onun bu hərəkəti başa düşülməz və xoş olmadığı üçün xalası oğlu Elvin ondan ehtiyyat etməyə başlamış və atası Sabitə bu barədə demişdir. Atası Sabit isə cavabında demişdir ki, heç bir narahatçılıq yoxdur, onun oğlu Sadiq işdən çıxdığına görə özünü gərgin aparır. 30 sentyabr 2024-cü il tarixdə işdən saat təxminən 18 radələrində çıxıb kirayədə yaşadığı evə gəlmişdir. Həmin gün qardaşı Elmir evdə olmuş, onlarla birlikdə otaqda qalan tanışı Rəmşid evdə olmamış, şəxsi işləri ilə əlaqədar yaşadığı Ağsu rayonuna getmişdir. Həmin gün saat təxminən 22 radələrində otaqda olan zaman qardaşı Elmir otaqdan çıxıb ayaq yoluna getmişdir. O, otaqda olan zaman evin dəhlizində xalası oğlu Elvinin qışqırıq səsini eşidib dərhal otaqdan çıxıb dəhlizə gəldikdə görmüşdür ki, Elvin yerə oturub və onun kürəyində içəri daxil olmuş bıçaq olmuşdur. Həmin vaxt qardaşı Elmir, evdə yaşayan Sadiq və onun atası Sabit Elvinin yanında ayaq üstə dayanmışlar. O, nə baş verdiyi ilə maraqlandıqda onların danışıqlardan məlum olmuşdur ki, xalası oğlu Elvin evin mətbəx otağında özünə yemək bişirib boşqaba çəkib yemək üçün mətbəxdən çıxıb qaldığı otağa gedərkən həmin vaxt mətbəxdə olan Sadiq onun arxası ilə gəlib dəhlizdə arxadan yaxınlaşıb heç bir səbəb olmadan üstündəki bıçaqla kürəyindən vurub xəsarət yetirmişdir. Sadiqin vurduğu bıçaq Elvinin kürəyində qalsa da, ehtiyyat etdiyi üçün kimsə bıçağı yerindən çıxarmamışdır. Evinə getmiş və İsrailə baş vermiş hadisə barədə bildirmiş və onlar birlikdə kirayədə yaşadığı evə qayıtmışlar. Həmin vaxt ətrafda yaşayan qonşular hadisə barədə eşidib yaşadığı evə gəlmişdir. İsrail qardaşı Elmirlə birlikdə evə gəldikdən sonra dəhlizdə xalası oğlu Elvinin vəziyyətini görmüşdür. İsrail hadisə ilə maraqlandıqda Sabit ona hadisəni olduğu kimi danışmış və bundan sonra İsrail istifadəsində olan mobil nömrə ilə TTY xəstəxanasına və DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Həmin vaxt Sabit oğlu Sadiqi evdən küçəyə çıxarmış, bir az keçmiş əvvəl hadisə yerinə polis əməkdaşları gəlmiş, sonra TTY maşını gəlmişdir. Hadisə yerinə gəlmiş polislər hadisə yerinə baxış keçirib sonra hadisə ilə bağlı sorğu-sual etdikdən sonra TTY işçiləri Elvini tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Sadiqi isə hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə törətdiyinə görə özləri ilə polis şöbəsinə aparmışlar. Xalası oğlu Zərərçəkmiş şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində kirayədə yaşadığı evin dəhlizində onunla eyni otaqda kirayədə yaşayan Sadiq adlı şəxs arxadan ona yaxınlaşıb üstündə olan bıçaqla kürək nahiyyəsindən vurub xəsarət yetirmişdir. Həmin vaxt otaqda olmuş və buna görə hadisəni görə bilməmişdir. Xalası oğlu Elvinin dəhlizdə qışqırıq səsini eşib dəhlizə çıxdıqdan sonra Elvinin yerə oturduğunu və kürəyində içəri daxil olmuş vəziyyətdə bıçaq olduğunu görmüş, hadisənin necə baş verməsi barədə ona dəhlizdə olan Elvin, Sabit və qardaşı Elmirin danışığından məlum olmuşdur. Sadiqin hansı səbəbdən xalası oğlu Elvini bıçaqla vurub xəsarət yetirməsini bilmir, çünki həmin vaxt və ya ondan əvvəlki günlərdə Elvinin xalası oğlu Sadiqlə aralarında hansısa səbəblə əlaqədar olaraq narazılıqları və ya mübahisələri olmamış, nəsə olsa bu barədə bilməmişdir. (cild 1, iş vərəqə 104-105) Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) 30 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, 30 sentyabr 2024-cü il tarixdə, saat 21:11-də DİN-nin 102 xidmətinə Keşlə yük həyətində bıçaqlanması olması barədə məlumat verilmişdir. (cild 1, iş vərəqə 6) Hadisə yerinə baxış keçirilməsi barədə 30 sentyabr 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti adlanan ərzidə baş vermişdir. Hadisə yerinə baxış keçirilmiş və müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 1, iş vərəqə 7-9) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:50-də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 26-28) “TƏBİB” PHŞ X9 X10 verdiyi 01 oktyabr 2024-cü il tarixli, 18-1-17/2-3693 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs cərrahi profilli reanimasiya şöbəsinə xx.xx.2024cü il tarixdə, saat 22:30-da daxil olmuş, xx.xx.2024-cü il tarixdə Cərrahiyyə şöbəsinə köçürülmüşdür. Hal-hazırda stasionar müalicə alır. DİAQNOZ: Döş qəfəsinin arxa səthnin kəsilmiş-deşilmiş yarası sağ plevra boşluğuna nüfuz edən. Döş qəfəsinin arxa səthinin yad cismi sağtərəfli hemopnevmotoraks. (cild 1, iş vərəqə 39) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cld 1, iş vərəqə 43-47) Paltarların və əşyanın götürülməsi haqqında 02 oktyabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarları və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (cild 1, iş vərəqə 52, 56) Əməlin tövsif edilməsi haqqında 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 64) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirəndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 66-67) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1226/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 89-93) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 99-100) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6612 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 111-112) Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2870 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəalityyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimiai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. (cild 1, iş vərəqə 113-115) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1482 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin İV döş fəqərəsi istiqamətindən döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara deşicikəsici alətin, ola bilsin bıçağın bıçağın şiş ucunun təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 117-118) Məhkəmə-ballistik-trasoloji ekspertizasının 17 yanvar 2025-ci il tarixli 3-16- 16/2-3/08 və 3/09/2025 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş köynəyin səthində bir ədəd zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş köynəyin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Geyim əşyasının material xüsusiyyətindən asılı olaraq zədə bıçaqlarını müəyyən etmək mümkün olmadığından köynəyin səthində olan deşilmə-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş maykanın səthində trasoloji zədə yoxdur. (cild 1, iş vərəqə 119-123) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Republikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,120.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibin başlanılması rədd edilmiş, bir ədəd məişət təyinatlı mətbəx bıçağı, bir ədəd alt köynək, bir ədəd qısaqol köynək sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin madi sübutlar saxlancı ambarına təhvil verilməsi nəzərə alınmışdır. (cild 1, iş vərəqə 125-135) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 142-143) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-93/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və X5 haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 126.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı olan davranışlarından və münasibətindən xoşu gəlmədiyini bəhanə edib zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq niyyəti ilə, yəni öz şəxsiyyətini zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoyaraq üstünlüyünü nümayiş etdirmək məqsədi ilə heç bir əsaslı səbəb olmadan həmin evin dəhlizində mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə xuliqanlıq niyyəti ilə sonuncunun kürək nahiyyəsindən bir dəfə vurub ona sağ tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin İV döş fəqərəsi istiqamətindən döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həyat və sağlamlıq üçün təhlükəli olduğundan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən sonuncu Təqsirləndirilən şəxs üçün təhlükəli olmamışdır. Başqa sözlə, Elvin Təqsirləndirilən şəxs Əzizov üçün təhlükəli olmadığı halda Sadiq Elvinə heç bir əsaslı səbəb olmadan bıçaqla xəsarət yetirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən buna heç bir əsas olmamışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə X3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qərarı ilə əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 01 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd alt köynək və bir ədəd qısaqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, 01 (bir) ədəd məişət təyinatlı bıçaq məhv edilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurduğu zərərlə bağlı 9557,84 manat, mənəvi zərərlə bağlı 30000 manat, hüquqlarının müdafiəsi ilə bağlı Bakı şəhəri 33 saylı Vəkil Bürosuna ödədiyi 500 manat və 210 manat dövlət rüsumu olmaqla, ümumlikdə 40057,84 manat pulun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona yetirdiyi xəsarətlərin müayinə və müalicəsi ilə bağlı daha çox maddi vəsait xəclənsə də, yalnız rəsmi sənədlərlə 2557,84 manat hissəsini təsdiq edən sənədlər vardır. Həmçinin, o real gəlir hesab edilən orta hesabla 7.000 manat rəsmi qazancı olan aylıq əmək haqqı və ona əlavədən məhrum edilmişdir. Belə ki, o Sumqayıt şəhərində tikinti şirkətində fəhlə işləmiş, aylıq qazancının bir hissəsi qeyri-rəsmi olaraq əlbəəl, digər hissəsi isə rəsmi olaraq kart hesabına köçürülməklə verilmişdir. Orta hesabla onun aylıq qazancı 1.200-1.500 manat (əvəzçilik qaydasında, yaxud da istirahət və bayram günlərində işlədiyi nəzərə alınmaqla) təşkil etmişdir. Onun səhhəti və iş fəaliyyəti tam bərpa olunmamış və tibbi sənədlərlə onun müalicəsinin davam etdirilməsi məsləhət görülmüşdür. Beləliklə, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində ona bu günədək müayinə və müalicəsi, həmçinin məhrum olduğu real gəlir nəzərə alınmaqla ümumilikdə 9.557,84 manat miqdarında maddi ziyan vurulmuşdur. Lakin sağlamlığı tam bərpa olunmamış və onun müalicəsi bu gün də davam edir. Bundan başqa o, bu gün də rahat nəfəs ala bilmir, əvvəlki kimi sərbəst hərəkət edə bilmir, ağrılar və narahatlıqlar hiss edir və bu da ona fiziki və mənəvi iztirab verir. Özünün müalicəsi ilə bağlı işsiz qaldığından və ailəsinin dolanışığını təmin edə bilmədiyindən xeyli borcu yaranmışdır. Bu vəziyyət ona mənəvi əzab və iztirab verir. Həmçinin, yaşadığı yerdə onu tanıyan qohum və qonşuları hər dəfə hadisə barədə soruşarkən baş vermiş hadisəni xatırlamaqla, mənəvi sarsıntılar keçirməklə şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldığı hissini yaşayır. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Zərərçəkmiş şəxs - mülki iddiaçı məhkəmə baxışı zamanı mülki iddianı müdafiə edərək mülki iddianın təmin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs - mülki cavabdeh məhkəmə baxışı zamanı mülki iddiaya etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-nin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq məhkəmə iddianın rədd edilməsi, tam və ya qismən təmin edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar çıxara bilər. Məhkəmə mənəvi zərərin ödənilməsinə dair qərar qəbul edərkən, həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pelunumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarını rəhbər tutur. Həmin qərarın 1-ci bəndində göstərilir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmçinin həmin qərarın 2, 3, 6-8-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda CPM-in 189-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəf Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi qismən təmin olunmalıdır. Beləliklə, məhkəmə cinayət işi materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs 2000 (iki min) manat məbləğində mənəvi ziyan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10,70 (on manat yetmiş qəpik) məbləğində dövlət rüsumu, 25,30 (iyirmi beş manat otuz qəpik) məbləğində vəkilə ödənilmiş məbləğ olmaqla, cəmi 2036 (iki min otuz altı) manat məbləğində pul vəsaiti alınaraq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, qalan hissələrdə isə mülki iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd alt köynək və bir ədəd qısaqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın, 01 (bir) ədəd məişət təyinatlı bıçaq məhv edilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs 2000 (iki min) manat məbləğində mənəvi ziyan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10,70 (on manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu, 25,30 (iyirmi beş manat otuz qəpik) manat məbləğində vəkilə ödənilmiş məbləğ olmaqla, cəmi 2036 (iki min otuz altı) manat məbləğində pul vəsaiti alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin, qalan hissələrdə isə mülki iddia rədd edilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Leyla Əsgərova-Məmmədova Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar