Məhkəmə qərarları › İş №1(101)-103/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-103/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-103/2025 30.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Əliyeva (Rəfiyeva) Aynur Zakir qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10, zərərçəkmiş şəxslərin nümayəndəsi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, "Leqal" Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 11 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, 04 avqust 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, ********* nömrəli cinayət işi üzrə 09 fevral 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2023-cü il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X10 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 4 (dörd) ay müddətinə ipoteka krediti ilə güzəştli şərtlərlə 1 (bir) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, 14 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti 14 ünvanında yerləşən «Gənclik Mall» ticarət mərkəzinin qarşısında 5000 (beş min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün onunla 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 36 ünvanında yerləşən 38 saylı Notariat Ofisində kredit müqaviləsi bağlamış və beləliklə, Zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X10 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 4 (dörd) ay müddətində ipoteka krediti ilə güzəştli şərtlərlə 2 (iki) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti 14 ünvanında yerləşən «Gənclik Mall» ticarət mərkəzinin qarşısında əvvəlcə 15500 (on beş min beş yüz) manat pulunu, 26 sentyabr 2021-ci il tarixdə isə ünvan 6 ünvanında 6500 (altı min beş yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün onunla 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 36 ünvanında yerləşən 38 saylı Notariat Ofisində kredit müqaviləsi bağlamış və beləliklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 22000 (iyirmi iki min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 və onun bacısı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X10 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onlar üçün 4 (dörd) ay müddətində daxili kreditlə güzəştli şərtlərlə 3 (üç) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün 16 oktyabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən 26 saylı Notariat Ofisində Zərərçəkmiş şəxs3 ilə kredit müqaviləsi bağlamaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 35000 (otuz beş min) manat, Zərərçəkmiş şəxs4 isə 20000 (iyirmi min) manat olmaqla, ümümilikdə 55000 (əlli beş min) manat pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb ələ keçirərək zərərçəkmiş şəxslərə 55000 (əlli beş min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X10 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 4 (dörd) ay müddətində daxili kreditlə güzəştli şərtlərlə 2 (iki) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs5 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün 20 noyabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən 26 saylı Notariat Ofisində onunla kredit müqaviləsi bağlamaqla 9000 (doqquz min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 9000 (doqquz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakınıələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X10 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 4 (dörd) ay müddətində daxili kreditlə güzəştli şərtlərlə 2 (iki) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs6 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün 23 noyabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən 26 saylı Notariat Ofisində onunla kredit müqaviləsi bağlamaqla 17000 (on yeddi min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 17000 (on yeddi min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X10 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 4 (dörd) ay müddətində daxili kreditlə güzəştli şərtlərlə 2 (iki) otaqlı sosial mənzil təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs7 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün 25 yanvar 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən 26 saylı Notariat Ofisində onunla kredit müqaviləsi bağlamaqla 12000 (on iki min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 12000 (on iki min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X10 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün daxili kreditlə güzəştli şərtlərlə 3 (üç) otaqlı sosial mənzil təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 07 iyun 2022-ci il tarixdə saat 15 radələrində ünvan 8 ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin qarşısında əvvəlcə 5000 (beş min) manat pulunu, həmin gün saat 15:46-da isə ünvan 9 ünvanında yerləşən 3 saylı notariat ofisində Zərərçəkmiş şəxs8 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün onunla kredit müqaviləsi bağlamaqla 10000 (on min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 ümumilikdə 15000 (on beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Azərbaycan Respublikası Mənzil X10 tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün 6 (altı) ay müddətində daxili kreditlə güzəştli şərtlərlə 3 (üç) otaqlı sosial mənzil təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs9 həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün 18 may 2022-ci il tarixdə saat 11:34də ünvan 10 ünvanında yerləşən 32 saylı Notariat Ofisində onunla kredit müqaviləsi bağlamaqla əvvəlcə 10000 (on min) manat pulunu, 19 noyabr 2022-ci il tarixdə saat 19:18də isə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Binəqədi rayonu, M.Ələkbərov küçəsində yerləşən «Spar market» mağazasındakı «Milliön» ödəmə terminalı vasitəsilə onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan rəfiqəsi Şahid məxsus 4098 5844 6826 6232 nömrəli «Leobank» bank kartına köçürdüyü 372 (üç yüz yetmiş iki) manat pulu həmin bank kartından istifadə edərək çıxarıb nağdlaşdırmaqla ələ keçirib Zərərçəkmiş şəxs9 ümumilikdə 10372 (on min üç yüz yetmiş iki) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək onun üçün ipoteka krediti ilə güzəştli şərtlərlə 1 (bir) otaqlı mənzil təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissəhissə olmaqla əvvəlcə 30 avqust 2021-ci il tarixdə saat 15 radələrində ünvan 11 ünvanında yerləşən 50 saylı Notariat Ofisində Zərərçəkmiş şəxs10 həmin həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün onunla kredit müqaviləsi bağlamaqla 7000 (yeddi min) manat pulunu, 10 noyabr 2022-ci il tarixdə saat 22:03-də Zərərçəkmiş şəxs10 ünvan 12 ünvanında yerləşən «Bizim market» mağazasındakı «eManat» ödəmə terminalı vasitəsilə onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan rəfiqəsi Şahid məxsus 4098 5844 6826 6232 nömrəli «Leobank» bank kartına köçürdüyü 293 (iki yüz doxsan üç) manat pulu məlum olmayan ünvanda həmin kartdan istifadə edərək çıxarıb nağdlaşdırmaqla, 14 dekabr 2022-ci il tarixdə saat 16:59-da isə Zərərçəkmiş şəxs10 ünvan 12 ünvanında yerləşən «Bizim market» mağazasındakı «eManat» ödəmə terminalı vasitəsilə Şahid məxsus 4098 5844 6826 6232 nömrəli «Leobank» bank kartına köçürdüyü və Şahid həmin gün saat 17:43-dən 17:45-dək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 41 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan onun bilavasitə iştirakı ilə çıxarıb nağdlaşdırdığı 1650 (bir min altı yüz əlli) manat pulu qeyd olunan ünvanda sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilikdə 8943 (səkkiz min doqquz yüz qırx üç) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və istintaq zamanı ifadə verdiyini, ona görə də məhkəmədə sərbəst ifadə verməkdən imtina etdiyini bildirdi. Bununla bağlı məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs1 həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, ünvan 1-də qeydiyyatda olmaqla həbs olunanadək ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Orta təhsillidir, heç bir yerdə işləmir. Çörək pulu qazanmaq üçün 2021-ci ilin sonlarında təxminən 2-3 (iki-üç) ay müddətində Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən gözəllik salonunda qeyri-rəsmi olaraq saç ustası işləmişdir. 2022-ci ilin may ayında həmin gözəllik salonunda işləyən rəfiqəsi Şahid ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti 140 ünvanında yerləşən gözəllik salonunda otaq icarəyə götürüb təxminən bir ay, yəni 2022-ci ilin iyun ayının sonlarına kimi saç ustası işləmişdir. Əvvəllər dələduzluq cinayəti törətdiyinə görə Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2018ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinə görə, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1ə Zakir qızı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs9 ilə 2022-ci ilin may ayında Gülnarə adlı tanışının evində tanış olmuşdur. Zərərçəkmiş şəxs8 da 2022-ci ilin may ayından etibarən tanıyır. Həmin şəxslərlə qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs2 isə 2021-ci ilin əvvəllərindən Zülfiyyə adlı nənəsinin vasitəsilə tanımışdır. Arzunun nənəsi aktrisa olduğu üçün məclislərin birində onunla tanış olmuş və tanışlıq zamanı ona MİDA-da, yəni Mənzil X6 tanışının olduğunu, güzəştli şərtlərlə qohum və tanışlara mənzil təşkil edə biləcəyindən danışmışdır. Bu söhbətdən bir həftə sonra Zülfiyyənin nəvəsi Təqsirləndirilən şəxs2 ona zəng edib özü barədə məlumat verərək daşınmaz əmlakın alqı-satqısı və icarəsi ilə məşğul olduğunu bildirmişdir. Arzuya müştəri olduğu halda sosial evlərdən güzəştli şərtlərlə ev təşkil edə biləcəyindən danışmışdır. Aralarında bu cür tanışlıq yaranandan sonra 2021-ci ilin avqust ayında Arzu ona zəng edərək Aynur adlı qrup yoldaşının və həmyerlisinin 1 (bir) otaqlı ev almaq istədiyini bildirmişdir. Aynur üçün MİDA tərəfindən inşa olunmuş Yasamal yaşayış kompleksindən mənzil təşkil edə biləcəyini demişdir. Bir neçə gün sonra Arzu və onun təqdim etdiyi Aynur adlı qızla görüşmüşlər. Aynurun necə mənzil istədiyini soruşduqda, sonuncu Naxçıvanda işlədiyini və yaşadığını, gələcəkdə hər ehtimala qarşı Bakı şəhərinə köçə biləcəyini nəzərə alıb Bakı şəhərindən 1 (bir) otaqlı mənzil almaq istədiyini söyləmişdir. Aynura onun adını sosial evlərdə növbəyə yazdırmaq, elektron hesab açmaq, imtiyazlı şəxslər sırasına əlavə etmək üçün əlindən gələni edəcəyini və Yasamal yaşayış kompleksindən 35000 manat qiyməti olan 1 (bir) otaqlı mənzili ilkin 5000 manat ödənişlə ona təşkil edəcəyini, həmçinin uzun müddətə qrafik təşkil edib pulun ödənilməsinə asan şərait yaradacağını demişdir. Aynur onun dediklərinə inanıb 1 (bir) otaqlı ev almaq üçün 5000 manat ilkin ödəniş etməyə razılıq vermiş və 14 avqust 2021-ci il tarixdə atası Zakirlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, «Gənclik» metrostansiyası yaxınlığında yerləşən notariat ofisinin qarşısında görüşərək içəri daxil olub orada müqavilə bağladıqdan sonra kassa mədaxil-məxaric qəbzi əsasında ona 5000 manat pul vermişdir. Aynurdan aldığı 5000 manat puldan 500 manatını Təqsirləndirilən şəxs2 verdiyini qeyd edərək Aynurun atası Zakiri ilk dəfə orada gördüyünü bildirmişdir. Həmçinin ayrılarkən Aynura demişdir ki, 15 iş günü ərzində onun telefonuna növbəyə yazılıb təsdiqlənməsi barədə MİDA-dan mesaj daxil olacaqdır. Təxminən bir ay sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək rəfiqəsi Aynurun atası Zakirin də özü üçün Yasamal yaşayış kompleksindən 2 (iki) otaqlı mənzil almaq istədiyini demiş və Aynurla atası Zakiri onunla görüşdürmüşdür. Aynurun atası Zakirə 2 (iki) otaqlı evi onun üçün 65000 manata təşkil edə biləcəyini, bunun üçün əvvəlcədən həmin məbləğin 30%-ni ödəmək lazım olduğunu söyləmişdir. Zakirə də eyni qaydada danışmışdır ki, pulu ödəyən kimi adını növbəyə yazdıracaqdır və telefonuna növbəyə alınmasına dair mesaj daxil olacaqdır. Zərərçəkmiş şəxs2 2 (iki) otaqlı mənzil üçün əvvəlcədən 22000 manat ödəniş etməyə razılıq vermiş və 21 sentyabr 2021-ci il tarixdə «Azadlıq» metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən Zərərçəkmiş şəxs2 oraya gəlmiş və 11 saylı notariat ofisinə gedərək 15500 manat dəyərində borc müqaviləsi bağlamış və pulu götürmüşdür. Daha sonra qalan 6500 manat pulu Zərərçəkmiş şəxs2 26 sentyabr 2021-ci il tarixdə «20 Yanvar» metrostansiyası yaxınlığında yerlşən "xxxx" ASC-nin inzibati binasının qarşısında ona nəğd şəkildə vermişdir. Zərərçəkmiş şəxs2 aldığı 22000 manat pulun 11500 manatını Təqsirləndirilən şəxs2 vermişdir. 2021-ci ilin sentyabr ayının sonlarında Arzu ona zəng edib anasının tələbə yoldaşı olmuş ailəvi tanışlarının əlində satdıqları paylı mülkiyyət olan evin satışından əldə olunmuş 65000 manat pul olduğunu və 3 (üç) otaqlı ev axtardıqlarını demişdir. Həmçinin onlara ilkin ödəniş kimi 65000 manat deməsini və həmin puldan 10000 manatını özünə götürəcəyini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ilə telefonla danışaraq Arzunun ona qabaqcadan dediyi şərtləri demiş və görüşmək üçün vaxt təyin edəcəyini bildirmişdir. Daha sonra Arzu ona zəng vuraraq Jalə və Lalə bacılarının ikisi birlikdə 55000 manat pul gətirəcəklərini bildirmişdir. 15 noyabr 2021-ci il tarixdə Arzuya zəng edib demişdir ki, Jalə ilə 16 noyabr 2021-ci il tarixdə saat 12 radələrində ünvan 15 ünvanında yerləşən 26 nömrəli notariat ofisinə gəlsinlər və orada borc müqaviləsi bağlayıb 55000 manat pulu götürəcəkdir. Arzu Jalə və Zərərçəkmiş şəxs4 adlı bacılarla birlikdə növbəti gün notariat ofisinin qarşısına gəlmişlər. Jaləyə və bacısı Laləyə bir daha demişdir ki, hər birinə Yasamal yaşayış kompleksindən güzəştli şərtlərlə 3 (üç) otaqlı, 70000-76000 manat dəyəri olan mənzil təşkil edə bilər. Jalə və Lalə ata mülkünü satıb üç bacı öz aralarında bölüşdürdüklərini, böyük bacı Jaləyə 35000 manat, ortancıl bacı Zərərçəkmiş şəxs4 20000 manat, kiçik bacı Nurlanaya 9000 manat pul düşdüyünü bildirmişlər. Nurlana orada olmasa da, Lalə ilə Jalə əllərindəki 35000 və 20000 manatı ilkin ödəniş üçün ona verəcəklərini, yerdə qalan məbləğləri isə kredit müqaviləsi əsasında aylıq ödəyə biləcəklərini demişlər. Onlara təklif etmişdir ki, iki dəfə rüsum ödəməmək üçün hər birinin adına müqavilə bağlamasınlar, yalnız bir müqavilə bağlayıb bir dəfə rüsum ödəsinlər ki, artıq xərcə düşməsinlər. Onların bu təklifi ilə razılaşıb 55000 manata görə böyük bacı Jalənin adına bir müqavilə bağlamağa razı olmuşdur. Bundan sonra notariat ofisinə daxil olub Jalə ilə kredit müqaviləsi bağlamışlar və toplam olaraq 55000 manat pulu o, borc adı ilə Jalədən götürmüşdür. Jalənin əri Natiq də həmin vaxt orada olmuşdur. Pulu aldıqdan sonra Lalə və Jaləyə həmişəki kimi eyni qaydada, yəni 15 gün ərzində telefonlarına MİDA-dan mesaj daxil olacağını, növbəyə alınmalarına dair məlumat veriləcəyini demiş və üzərində 55000 manat pul olduğu üçün həmin ərəfələrdə taksi sürücüsü işləyən Zaur Hüseynovu zəng edib çağırmışdır. Zaur idarə etdiyi avtomobillə onu Arzu ilə birlikdə Azadlıq prospektində yerləşən «Turan» kafesinə aparıb düşürərək çıxıb getmişdir. Orada otaqların birində təklikdə pulu sayıb 55000 manat puldan 9000 manatını Arzuya vermişdir. Bir müddət sonra Arzu ona zəng edərək Jalənin bacısı Nurlananın əlində 9000 manat olduğunu və onun da sosial evlərdən güzəştli mənzil almaq istədiyini demişdir. Nurlananın 9000 manat pulunun olduğunu biləndən sonra həmin məbləğdə ilkin ödəniş etmək lazım olduğunu Arzuya demişdir. 20 noyabr 2021-ci il tarixdə 26 saylı notariat kontorunda Arzu, Nurlana, Nurlananın yoldaşı ilə görüşüb Zərərçəkmiş şəxs5 ilə kredit müqaviləsi bağlayaraq 9000 manat pulu ondan almış və yenə «Turan» kafesində Arzu ilə görüşüb ona 4000 manat pul vermişdir. Üç gün sonra Arzu ona zəng edib Nurlana və Jalənin Zərərçəkmiş şəxs6 adlı rəfiqələrinin əlində 17000 manat pul olduğunu və ona da Yasamal yaşayış kompleksindən güzəştli ev təşkil etməsini istəmişdir. Arzu bu barədə Zərərçəkmiş şəxs6 ilə danışdığını bildirmişdir. 23 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 adlı müəllimə ilə 26 saylı notariat ofisində görüşüb kredit müqaviləsi bağlayaraq ondan 17000 manat pul götürmüş və Zərərçəkmiş şəxs6 gedəndən sonra «Turan» kafesinə gedib orada Arzuya 6000 manat pul vermişdir. 25 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs7 da eyni üsulla 12000 manat pul almışdır. Zərərçəkmiş şəxs7 onunla Arzu tanış edərək qonşu olduqlarını bildirmişdir. Əfsanənin əlində 12000 manat pul olduğunu Arzu ona məlumat verdiyi üçün Əfsanə ilə görüşəndə ilkin ödəniş adı ilə guya 12000 manat lazım olduğunu demişdir. Əfsanəyə kredit şərtləri ilə Yasamal rayon ərazisində inşa olunan «MİDA» sosial evlərindən 65000 manata 2 (iki) otaqlı mənzil təşkil edəcəyinə söz vermişdir. 25 yanvar 2022-ci il tarixdə Əfsanə və Arzu ilə ünvan 15 ünvanında yerləşən 26 nömrəli notariat ofisində görüşdükdən sonra Əfsanə ilə kredit müqaviləsi bağlayıb ondan 12000 manat pulu götürmüş və 15 gün ərzində telefonuna mənzil növbəsinə alınmasına dair SMS məlumat daxil olacağını, həmçinin 3-4 (üç-dörd) ay ərzində evini təhvil alacağını vəd etmişdir. Bundan sonra Arzu ilə Binəqədi rayonu, Azadlıq prospektində yerləşən «Turan» kafesinə gedərək orada Arzuya 12000 manat puldan 4000 manat pul vermişdir. Zərərçəkmiş şəxs8 qadın gözəllik salonunda birlikdə işlədiyi rəfiqəsi Şahid tanışı X7 vasitəsilə tanımışdır. 2022-ci ilin may ayında Nərimanov rayonu, X22 prospektində yerləşən gözəllik salonunda işləyən zaman arabir rəfiqəsi Şahid yanına gəlib-gedən X11 ilə tanış olmuşdur. Coşqun bir neçə dəfə söhbət əsnasında daxili kreditlə sosial mənzil almaq istədiyini söylədiyi üçün Ceyhuna əvvəllər bu işlə məşğul olduğunu deyib onun üçün güzəşli şərtlərlə Bakı şəhərindən sosial mənzil təşkil edə biləcəyini bildirmişdir. 2022ci ilin may ayında Coşqun Əliyev Zərərçəkmiş şəxs8 ilə onu tanış etmişdir. Coşqunun iştirakı ilə 2022-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs8 ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 45 nömrəli orta məktəbin yaxınlığında çay evində görüşmüşlər. Tanışlıqdan sonra Zərərçəkmiş şəxs8 MİDA Yasamal yaşayış kompleksindən ipoteka krediti ilə sosial mənzil almaq istədiyini bildirmişdir. Anarı dinləyib qeyri-rəsmi olaraq sosial mənzillərin inşası ilə məşğul olan Azərbaycan Respublikası Mənzil X6 işlədiyini bildirib 10000 (on min) manat ilkin ödəniş edəcəyi təqdirdə 2022-ci ilin sentyabr ayına kimi onun üçün MİDA Yasamal yaşayış kompleksindən daxili kreditlə 3 (üç) otaqlı mənzil təşkil edə biləcəyini demişdir. Anar bu barədə fikirləşəcəyini demiş və sağollaşıb ayrılmışlar. Təxminən bir həftə sonra Anar ona zəng vuraraq MİDA Yasamal yaşayış kompleksindən daxili kreditlə 3 (üç) otaqlı mənzil almaq üçün ona ilkin ödəniş qismində 10000 (on min) manat verə biləcəyini demişdir. Həmin vaxt Anarın tərəddüd etdiyini görüb narahat olmamasını və həmin məbləği ondan notarial qaydada kredit müqaviləsi bağlamaqla alacağını bildirmişdir. Anar razılaşmış və bu məqsədlə 07 iyun 2022-ci il tarixdə Anarla Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nəriman Nərimanov adına istirahət parkında görüşüb Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 3 saylı notariat ofisinə getmişlər. Orada Anarla kredit müqaviləsi bağlamışlar və Anar ona 10000 (on min) manat pul vermişdir. Pulu aldıqdan sonra Anara bir daha 2022-ci ilin sentyabr ayına kimi mənzil məsələsini həll edəcəyini vəd etmişdir. Bundan sonra sağollaşıb ayrılmışlar. Elə həmin ərəfələrdə Anardan aldığı 10000 (on min) manatı öz şəxsi ehtiyaclarına sərf edib xərcləmişdir. Zərərçəkmiş şəxs9 ilə 2022-ci ilin may ayında Gülnarə adlı tanışının evində tanış olmuşdur. Tanışlıq zamanı Ofelya söhbət əsnasında ona səhhətindən gileylənib yaşadığı mənzilin köhnə və rütubətli olması səbəbindən yeni mənzil almaq istədiyini, lakin bunun üçün kifayət qədər pulunun olmadığını demişdir. Bunu eşidib fürsətdən istifadə edərək Ofelyaya MİDA tərəfindən Yasamal rayonu ərazisində inşa olunmuş Yasamal yaşayış kompleksindən onun üçün daxili kreditlə ən geci 6 (altı) ay müddətində 3 (üç) otaqlı güzəştli şərtlərlə sosial mənzil təşkil edə biləcəyini söyləmişdir. Ofelya cavabında ona cəmi 10000 (on min) manat məbləğində pulunun olduğunu və dövlət tərəfindən inşa olunmuş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaq istədiyini demişdir. Ofelyanı inandırmaq üçün 10000 (on min) manat pulu ondan notarial qaydada müqavilə bağlayaraq alacağını demiş və əlaqə saxlamaq üçün öz mobil telefon nömrəsini ona söyləmişdir. Ofelya razılığını bildirmiş və bir neçə gün sonra görüşüb müqavilə bağlamaq üçün notariat kontoruna getməyi qərara almışlar. 18 may 2022-ci il tarixdə Ofelya ilə Nəsimi rayonunda yerləşən 32 saylı notariat ofisində görüşmüşlər. Orada Ofelya ilə kredit müqaviləsi bağlamışlar və Ofelya ona 10000 (on min) manat pul vermişdir. Ofelyaya ən geci 6 (altı) ay müdətində mənzilin ona təhvil veriləcəyini vəd etmişdir. 2022-ci ilin noyabr ayının ortalarında 300-400 (üç yüz–dörd yüz) manat pula ehtiyacı olduğu üçün «Whatsapp» vasitəsilə Ofelyaya mesaj yazaraq yalandan mənzilə görə 372 (üç yüz yetmiş iki) manat məbləğində dövlət rüsumunun tələb olunduğunu bildirib mənzilin təhvil verilməsi üçün həmin məbləği ona göndərməsini istəmiş və bu məqsədlə rəfiqəsi Şahid razılığı ilə ona məxsus «Leobank» bank kartının fotoşəkilini çəkib Ofelyaya göndərmişdir. Ofelya ona inanaraq 19 noyabr 2022-ci il tarixdə axşam həmin kartın balansına 372 (üç yüz yetmiş iki) manat pul köçürmüşdür. Bir gün sonra Binəqədi rayonunda yerləşən hazırda dəqiq ünvanını xatırlamadığı bankomatlardan birində həmin pulu kartın balansından çıxarıb götürmüşdür. Ofelyadan aldığı ümumilikdə 10372 (on min üç yüz yetmiş iki) manat məbləğində pulu həmin ərəfələrdə öz ehtiyaclarına sərf edib xərcləmişdir. Sonradan Ofelya ona bir neçə dəfə zəng etsə də, nə deyəcəyini bilməyib onun telefon zənglərinə cavab verməmişdir. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs10 və əri X5 ipoteka ilə güzəştli şərtlərlə mənzil almaq üçün onunla görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs10 və əri X4 12000 manat ilkin ödəniş edəcəkləri halda, ipoteka ilə mənzil sahibi ola biləcəklərini demişdir. Zərərçəkmiş şəxs10 və əri X5 cəmi 7000 manat pullarının olduğunu bildirdikdə həmin vəsaiti notarial qaydada müqavilə bağlayaraq qəbul edəcəyini, mənzillər satışa çıxarıldıqdan sonra onlara bir otaqlı mənzil veriləcəyini və bunun müqabilində hər ay ödəniş edəcəklərini özündən uydurub demişdir. Zərərçəkmiş şəxs10 və əri X5 ona inanıb razılaşmışlar. 30 avqust 2021-ci ildə Nizami rayonu, Əlif Hacıyev küçəsi, 23 ünvanında yerləşən 50 saylı notariat ofisində Günül Mirzəyeva onunla kredit müqaviləsi bağlayaraq əri Ağaddin Mirzəyevin yanında ona 7000 manat pul vermişdir. Pulu aldıqdan sonra mənzillər satışa çıxarılan zaman bu barədə onlara məlumat verəcəyini demişdir. Sonradan Zərərçəkmiş şəxs10 və əri X5 hər dəfə zəng edib mənzillə maraqlandıqda müxtəlif bəhanələr uyduraraq vaxtı uzatmışdır. 2022-ci ilin sonlarında Zərərçəkmiş şəxs10 və əri X5 ilə telefon danışığı zamanı işin həll olunmaq üzrə olduğunu, lakin 293 manat dövlət rüsumu verməli olduqlarını bildirmişdir. Öz bank hesabı olmadığı üçün ona borclu olan şəxsin pul göndərməli olduğunu uyduraraq rəfiqəsi Şahid «Leobank»a aid bank kartını almışdır. Zərərçəkmiş şəxs10 293 manat pulu həmin karta köçürməsini istəmişdir. Zərərçəkmiş şəxs10 ona inanaraq 10 noyabr 2022-ci il tarixdə həmin kartın hesabına 293 manat pul köçürmüşdür. Həmin vəsaiti nağdlaşdırıb əldə etdikdən sonra bank kartını Şahid özünə qaytarmışdır. Sonuncu dəfə pula ehtiyacı olduğuna görə 14 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 işin həlli üçün 1650 manat pulu həmin karta köçürməsini istəmişdir. Zərərçəkmiş şəxs10 ona inanaraq elə həmin gün rəfiqəsi Şahid qeyd olunan kartına 1650 manat pul köçürmüşdür. Şahid həmin vəsaiti kartdan çıxarıb ona verməsini xahiş etmişdir. Şahid həmin vəsaitin ona kim tərəfindən göndərildiyini bilmədən 14 dekabr 2022-ci il tarixdə saat 17:40 radələrində Nərimanov rayonu, Atatürk prospekti, 41 ünvanında yerləşən "xxxx" ASC-yə aid bankomatdan həmin 1650 manat pulu çıxarıb ona vermişdir. Həmin pulu Şahid götürən zaman pulun ona borclu olan şəxs tərəfindən göndərildiyini bildirmişdir. Bundan sonra bir müddət Zərərçəkmiş şəxs10 bir qədər gözləməli olduğunu bildirmiş, lakin 2023-cü ilin fevral ayında həbs olunduğundan Zərərçəkmiş şəxs10 ilə əlaqəsi kəsilmişdir. Əməllərindən peşmandır (cild 1, iş vərəqi 246- 250). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 pulların şirkətə yatırıldığını, pulları borc müqaviləsi ilə aldığını, onu da İlqar Hüseynov adlı şəxsə verməli olduğunu, lakin İlqara pul vermədiyini, İlqar pulları götürmədiyinə görə o, pulları piramida oyununa yatırdığını, İlqarın ona dediyi sözləri zərərçəkmiş şəxslərə çatdırdığını, yəni qarşı tərəfin verdiyi məlumatları zərərçəkmiş şəxslərə çatdırdığını, Arzunun ona makler olduğunu dediyini, aldığı pullardan Arzuya da verdiyini, lakin Arzuya nə qədər pul verdiyini xatırlamadığını, müştərilər gətirdiyinə görə Arzuya pul verdiyini, onun MİDA-da işləmədiyini Arzunun bildiyini, Arzuya MİDA-da tanış adam olduğunu, işləri onun düzəldəcəyini bildirdiyini, Arzunun verdiyi məlumatlar əsasında notariusun qarşısında görüşdüklərini, Arzu nənəsi Zülfiyyənin vasitəsi ilə onu tapdığını, o, Arzuya MİDA-da işlədiyini demədiyini, Jalənin verdiyi 55.000 manatdan Arzuya 10.000 manat pul verdiyini, Arzu işin nəticəsi barədə ondan maraqlandığını, o, sonda mükafat veriləcəyi barədə Arzuya vəd vermədiyini, Arzunun bəzi aylar iki müştəri gətirdiyini, Arzu ilə gördüyü işin təxminən 6 ay davam etdiyini, bu işdən əvvəl İlqarın iki ev təşkil etdiyini, onun bu işdə qazancının olmadığını, 26 saylı notariat kontorunda, bir də «Gənclik» metrostansiyasından «Ayna Sultanova» heykəli istiqamətdə olan notarusda müqavilə bağlanıldığını məhkəməyə bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində, həmçinin proses iştirakçılarının suallarına cavab olaraq göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, həmin dövrdə həm təhsil almış, həm də işləyib ailəsinə köməklik etmişdir. Xəyalə barədə zərərçəkmiş şəxslər ondan məlumat almışlar. O, Jaləni Xəyalə ilə görüşdürmək üçün getsə də, notariat ofisinin içinə girməmişdir. Aynur xanım ona zəng edərək Xəyalə ilə notariusda olduğunu, onun da dərsdən çıxıb ora getməsini, Xəyalə ilə müqavilə imzalayacağını bildirmişdir. Xəyalə ona alacaqları hər bir mənzilin qiymətini demişdir. Evlərin qiymətini ona Xəyalə demiş, o da, müştərilərə çatdırmışdır. Xəyalə hər dəfə işin bir həftəyə düzələcəyi barədə söz vermişdir. Xəyalə ona pul verməmişdir. Xəyalə hamı evinə köçəndən sonra ona da MİDA-dan ev almağa kömək edəcəyini bildirmişdir. Xəyalə ilə tanış olana qədər qeyri-rəsmi ev alğı-satqısı ilə məşğul olmuşdur. O, dəfələrlə Xəyalədən işlərin alınmamasının səbəbini soruşmuşdur. Həmçinin hər dəfə Xəyalədən eşitdiklərini zərərçəkmiş şəxslərə bildirmişdir. Xəyaləyə inandığı üçün işlərin belə yekunlaşa biləcəyini dərk etməmiş və əməlindən çox peşmandır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs2 həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, 2021-ci ilin ikinci yarısından ev alqı-satqısı agentliyində çalışmağa başlamış, Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon, Cavadxan küçəsində yerləşən ev alqı-satqısı agentliyində kirayə işlərinə baxmışdır. 2021-ci ilin sentyabr ayında anası Elnarənin uzun illərdən bəri tanıdığı yaxın rəfiqəsi Jalə və onun bacıları Lalə və Nurlana onlara gəlib-gedərkən ata evini satıb öz aralarında bölmək niyyətlərinin olduğu barədə danışaraq, sonuncunun sosial ev növbəsinə yazılmaq istədiyini, lakin lazımi kriteriyalara uyğun gəlmədiyindən buna müvəffəq olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs3 ondan xahiş etmişdir ki, Yasamal rayonundakı və ətraf yerlərdəki yeni tikililərdə mənzillərin qiymətini öyrənsin. Jalə onunla, o, evdə olmadıqda isə mərhum atası ilə yaxın ərazilərdə yerləşən evlərin qiymətləri ilə maraqlanmışdır. Lakin qiymətlərlə maraqlandıqdan sonra həmin ərazidəki evlərin qiymətlərinin Jaləgilin əllərində olan vəsaitə uyğun olmadığı məlum olmuşdur. Həmin ərəfələrdə anası Elnarənin xəstəliyi ilə bağlı onlara kömək üçün gəlib-gedən, nənə adlandırdığı qohumları Zülfiyyə İsmayılova sosial evlərin verilməsində işləyən Xəyalə adlı qadının barəsində danışmışdır. Anası Elnarə də öz növbəsində Xəyalənin Jalənin ev almasına kömək göstərə biləcəyini deyərək ondan xahiş etmişdir ki, Xəyalə adlı qadının nömrəsini Zülfiyyə İsmayılovadan əldə edib onunla danışaraq Jalənin ev almasına köməklik göstərsin. Odur ki, nənə adlandırdığı X1 nömrəsini alıb Jaləyə vermişdir ki, özü Xəyalə ilə danışsın. Onların danışıb-danışmamasını bilməsə də, sonradan Jalə ondan xahiş etmişdir ki, özü də Xəyalə ilə danışıb onun fikrini öyrənsin. Bu səbəbdən Xəyaləyə zəng etmiş və onunla şifahi olaraq tanış olmuşlar. Adını Xəyalə kimi təqdim edən həmin qadın demişdir ki, sosial evlərin verilməsində qeyri-rəsmi işləyir, ancaq təhsilini başa vurub diplomunu aldıqdan sonra həmin idarədə rəsmi işə düzələcəkdir. Öz növbəsində Xəyaləyə ev alqı-satqısında makler işlədiyini, yaxın tanış və qohumlarının sosial ev almaq istədiyini deyərək şərtləri ondan öyrənmək istəmişdir. Xəyalə sosial ev almaq istəyənlər barədə qeydlər apardığını, 15 gün ərzində həmin şəxslərə SMS məlumat daxil olduğunu və ödənişə uyğun şərtlərlə 4 faizlə müddətli kreditlə sərfəli qiymətə müştərinin istədiyi ölçüdə ev verildiyini bildirmişdir. Bu barədə zəng edib Jaləyə demiş və Jalə Xəyalənin mobil nömrəsini ondan alıb təkrar sonuncu ilə danışmışdır. Xəyalə ona evlərin məhdud olduğunu dediyindən Jalədən əgər ev almaq istəyirsə tələsməsini xahiş etmişdir. Bu məqsədlə Jalə ata mülkünü satıb özünə düşən payı əldə etmiş və ortancıl bacısı Zərərçəkmiş şəxs4 ilə birlikdə ona verilən 55000 manat pulla ona deməsinə görə Xəyalədən hər biri 3 otaqlı mənzil istəmişlər. Xəyalə özü də Jaləyə ona dediyi qayda və şərtləri izah etmiş və bundan sonra notariat kontorunda görüşmək qərarına gəlmişlər. 16 oktyabr 2022-ci il tarixdə Xəyalənin təklifi ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 26 nömrəli notariat kontoruna getmişlər. Getməzdən əvvəl Xəyalə ilə telefon əlaqəsi saxlayıb deyilən ünvanın qarşısında görüşmüşlər. Jalə bacısı Zərərçəkmiş şəxs4, Nurlana və Jalənin Natiq adlı əri ilə birlikdə notariat kontoruna gəlmişlər. Xəyalə isə sonradan onun sevgilisi kimi tanıdığı Zaur adlı şəxsin ** LG *** dövlət qeydiyyat nişanlı “Honda” markalı ağ rəngli avtomobili ilə gəlmişdir. Jalə, Lalə və Nurlana Xəyalə ilə söhbət etmişlər və Xəyalə onun yanında əvvəl dediyi şərtləri onlara danışıb bir daha demişdir ki, qeyri-rəsmi olaraq ödənişi notariat kontoru vasitəsilə borc müqaviləsi formasında qəbul edəcəkdir, sonradan isə ofisdə növbədənkənar qeydiyyatlar aparıb onların istədiyi 3 otaqlı evi onlar üçün təşkil edəcəkdir. Bu söhbətdən X20 məxsus 35000 manat, bacısı Laləyə məxsus 20000 manat üçün ayrı-ayrılıqda müqavilə bağlamamaq və artıq rüsum ödəməmək məqsədi ilə onlardan biri ilə ümumilikdə 55000 manat üçün müqavilə bağlamağı təklif etmişdir. Jalə və Lalə razı olandan sonra Xəyalə Jalə ilə birlikdə notariat kontoruna daxil olub onunla öz aralarında kredit müqaviləsi bağlamışlar və Jalə Xəyaləyə 55000 manat pul vermişdir. Jalə və Xəyalə həmin vəsaiti borc adı ilə sənədləşdirmişlər və 4 ay müddətinə vəsaitin qaytarılacağı şərti ilə hərəsi bir nüsxə kredit müqaviləsi əldə edib notariat kontorundan çıxmışlar. X20 demişdir ki, 15 gün müddətinə onun telefonuna SMS məlumatı daxil olacaqdır və sənədləşmənin mərhələsi barədə ona məlumat veriləcəkdir. Bundan sonra ayrılmışlar və Xəyalə ona söz vermişdir ki, işin yekununda, müştəri evinə qovuşandan sonra ona da həmin sosial evlərdən ev almasına kömək edəcəkdir. 15 gündən sonra Jalə ona zəng vuraraq telefonuna mesaj daxil olmadığını demişdir. Bu barədə Xəyaləyə zəng vurduqda, Xəyalə sosial evlərdə yoxlamalar aparıldığını, müəyyən saxtakarlıq aşkar edildiyini və həbs olunanlar olduğuna görə SMS məlumatların verilməyəcəyini, 27 dekabr 2021-ci il tarixdə birbaşa evlərin paylanılacağını bildirmişdir. Bu barədə Jalə və Laləyə bildirmiş, onlar özləri də Xəyalə ilə danışıb bu məsələni öyrənmişlər. Müəyyən vaxt sonra Jalənin bacısı Nurlana da ona zəng edib sosial ev istəməsini və əlində 9000 manat pulu olduğunu demişdir. Bu barədə Xəyalə ilə danışaraq Jalənin Nurlana adlı bacısının ev üçün ona zəng edəcəyini bildirmişdir. Danışıqlardan sonra 20 noyabr 2021-ci il tarixdə 26 saylı notariat kontorunda görüşmüşlər və Nurlana Xəyalə ilə borc müqaviləsi bağlayaraq 9000 manat pulu ona vermişdir. 3 gün sonra, yəni 23 noyabr 2023-cü il tarixdə Xəyalə Zərərçəkmiş şəxs6 adlı başqa bir qadınla eyni yerdə müqavilə bağlayıb ondan 17000 manat pul almışdır. Hər dəfə Xəyalə müştərilərin evlərinə sahib olmalarından sonra ona vəd vermişdir ki, onun da sosial evlərdən güzəştli ev almasına yardımçı olacaqdır və o da, öz növbəsində başqaları kimi ona ödəniş edəcəkdir. 27 dekabr 2021-ci il tarixdə həmin şəxslər ona zəng vurub Xəyalənin telefona cavab vermədiklərini demişlər. Bununla əlaqədar Xəyaləyə zəng edərək qadınlarla danışıb onlara cavab verməsini və işlərin nəticələrini bildirməsini xahiş etmişdir. Xəyalə bu dəfə də işlərin müəyyən səbəbdən uzandığını və yaxın vaxtlarda evlərin veriləcəyinə söz vermişdir. Buna baxmayaraq, o, təkidlə Xəyaləni həmin şəxslərlə görüşdürmüşdür. Xəyalə hər dəfə onlara gözləməyi məsləhət bilmişdir. Sonuncu dəfə 16 iyun 2022-ci il tarixdə bir yerə toplaşmışlar və hər kəs Xəyalədən daha ev deyil, öz pulunu istəmişdir. Xəyalə yaxın müddət ərzində ev məsələsi alınmayacağı təqdirdə pulları qaytaracağına söz verib getmiş, lakin sonradan onu tapa bilməmişlər. Xəyalə vəd etdiyi mənzillərlə bağlı ona pul verməmiş, yalnız öz pulu ilə ödəniş etmək şərti ilə adını siyahıya salıb ona güzəştli mənzil təşkil edəcəyini vəd etmişdir. Sonradan məlum olmuşdur ki, Xəyalə ”MİDA” deyilən bir idarə və təşkilatda işləməmişdir. 2021-ci ilin yay aylarında Xəyalə ilə Aynur adlı qrup yoldaşını tanış etmişdir. Lakin onların görüşündə iştirak etsə də, aralarında pul alış-verişi olduğunun şahidi olmamışdır. Aynurun atası Zakirlə də bir dəfə Xəyalənin iştirakı ilə görüşmüş, lakin Zakirin Xəyaləyə hansı məbləğdə pul verməsinin şahidi olmamışdır. 2022-ci ilin yanvar ayında qonşuluqda kirayədə yaşayan Zərərçəkmiş şəxs7 ona kirayədə yaşamaqda çətinlik çəkdiyini, kredit şərtləri ilə sosial evlərdən mənzil sahibi olmaq istədiyini və əlində 12000 manat pulu olduğunu bildirmişdir. Xəyalənin bu işlərlə məşğul olduğunu bildiyindən ona bu barədə demiş və onları tanış etmişdir. Əfsanə ilə Xəyalə görüşüb öz aralarında danışdıqdan sonra X13 rayon ərazisində inşa edilən sosial evlərdən güzəştli şərtlərlə mənzil təşkil edəcəyinə söz vermişdir. Xəyalə bu məqsədlə Əfsanədə olan 12000 manat pulu ilkin ödəniş adı ilə 2022-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 26 saylı notariat ofisində kredit müqaviləsi bağlamaqla Əfsanədən almışdır. Həmin gün Əfsanənin yaxın tanışı kimi onunla notariat kontoruna getsə də, Xəyalə Əfsanədən aldığı 12000 manat puldan ona hər hansı məbləğdə pul verməmişdir. Ümumiyyətlə, bu işlərdə makler olaraq mənzil almaq istəyən tanışları ilə Xəyaləni tanış etmiş, lakin heç bir maraq güdməmişdir. Xəyalə bu işlərin heç birində ona hər hansı məbləğdə pul verməmişdir (cild 1, iş vərəqi 222-224). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 həmin ifadənin doğru olduğunu, Xəyalənin onun adının da siyahıya salınacağını, həmin siyahıya yalnız müəllimlərin, həkimlərin və hərbçilərin adlarının salındığını dedyini, Xəyalədən adının siyahıya necə salacağını soruşmadığını, Jalə xanımla notariusa getdiyini, lakin içəri girmədiyini və pulu alıb Xəyaləyə vermədiyini, Jalə və Lalənin onların evinin içinin adamları olduğunu, yəni onların yaxın münasibətlərinin olduğunu, Xəyalənin SMS göndərilməsində problem yarandığını dediyini, həmin vaxt o, ikinci kurs tələbəsi olduğunu və 19 yaşı olduğunu, zərərçəkmiş şəxslərin heç birinin pulundan Xəyalənin ona pul vermədiyini, kənar şəxsləri Xəyalə ilə tanış etmədiyini, Əfsanəni Xəyalə ilə onun tanış etmədiyini, onun Jalə, Lalə və Zakiri Xəyalə ilə tanış etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs Əliyeva (Rəfiyeva) Aynur Zakir qızı ifadəsində göstərdi ki, atası Zərərçəkmiş şəxs2 Bakı şəhərində sürücü işləmiş, həmçinin qardaşı da Bakı şəhərində yaşadığından tez-tez Naxçıvan şəhərindən Bakıya gəlibgetmişdir. Buna görə də Bakı şəhərində evi olmasını istəmişdir. 2021-ci ilin avqust ayında saç ustası kimi tanıdığı Elnarə adlı qadına Bakı şəhərində sosial evlərdən mənzil almaq istədiyini bildirmiş, Elnarə qızı Arzunun evlərin alqı-satqısı agentliyində işlədiyini və bu sahədə tanışlarının olduğunu demişdir. Sonra Arzu ilə görüşmüş, sonuncu ona Xəyalə adlı tanışının olduğunu, Xəyalənin sosial evlərin verildiyi hansısa idarədə işlədiyini və onun üçün mənzil təşkil edə biləcəyini demişdir. O da, bu barədə atası Zakirlə danışmış və 2021-ci ilin avqust ayının ortalarında Arzunun vasitəsilə Xəyalə adlı qadınla «Gənclik Mall» ticarət mərkəzinin yaxınlığında görüşmüşlər. Atasının və Arzunun yanında Xəyalə ona güzəştli mənzillərin verilməsi idarəsində işlədiyini və tanış adamlara kömək etdiyini bildirmişdir. Xəyaləyə Bakı şəhərindən 1 otaqlı ev almaq istədiyini demiş, sonuncu da, heç bir problem olmadığını, 1 otaqlı mənzilin 35000 manat, 2 otaqlı mənzillərin 55000 manat, 3 otaqlı mənzillərin isə 75000 manata olduğunu, tanış adamlar üçün mənzilin müqabilində əvvəlcədən az bir məbləğ ödəyib qalan vəsaiti isə uzun illər ərzində ödəməyə şərait yaratdığını bildirmişdir. Xəyalə onun üçün təşkil edəcəyi 35000 manatlıq 1 otaqlı ev üçün 5000 manat pulu qabaqcadan vermək lazım olduğunu, bundan sonra onun adının siyahıya yazılacağını demişdir. Xəyalənin vədlərinə inanıb özünə məxsus 5000 manat pulu atasının və Arzunun iştirakı ilə Xəyaləyə vermişdir. Zərərçəkmiş şəxsin ifadəsinə görə, həmin vaxt Xəyalə onun atasından harada və nə işlə məşğul olduğunu soruşaraq, ona da bu fürsətdən istifadə etməyi təklif etmişdir. Atası da Xəyaləyə dediyi qaydada sərfəli şərtlərlə özünə mənzil almaq qərarına gəlmişdir. Xəyalə atasına 65000 manata 2 otaqlı mənzil təklif edərək bu məbləğin 30 faizinin qabaqcadan ödəyəcəyi təqdirdə məbləğin qalan hissəsinin müqavilə ilə uzun müddətə ödənməsi üçün cədvəl yazdırıb köməklik edəcəyini vəd etmişdir. X21 ilə razılaşıb təxminən 21 sentyabr 2021-ci il tarixdə Nərimanov rayonu, «Gənclik Mall» ticarət mərkəzinin qarşısında Arzunun və onun iştirakı ilə Xəyaləyə ilkin olaraq 15500 manat pul vermişdir. Xəyalə pulu aldıqdan sonra onun və atasının mobil telefonlarına sosial evlər idarəsindən mesaj daxil olacağını və bundan sonra 15 iş günü ərzində mənzillərin veriləcəyini bildirmişdir. Xəyalə 15500 manat pulu aldıqdan sonra atası Zakirdən adının siyahıya yazılması və mesaj göndərilməsi üçün yerdə qalan 6500 manatı 5 günə düzəldib çatdırmasını istəmişdir. Atası Zakir bu məqsədlə “Bank of Baku” bankından 6500 manat kredit götürüb 26 sentyabr 2021-ci il tarixdə Binəqədi rayonu, S.S.Axundov küçəsi, 24 ünvanında, «Azadlıq» metrostansiyasının yaxınlığında Arzu və onun iştirakı ilə Xəyaləyə vermişdir. Xəyalə ondan 5000 manat, atası Zakirdən isə 22000 manat pulu aldıqdan sonra 15 gün gözləmələrini bildirmişdir. Lakin bir ay keçməsinə baxmayaraq, heç bir mesaj daxil olmamışdır. Xəyalədən mənzilləri onlara göstərməyi tələb etdikdə, Xəyalə görüşdən qaçmağa və müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bu kimi bəhanələrlə xeyli vaxt keçdikdən sonra Xəyalədən verdikləri pulu tələb etməyə başlamışlar. Xəyalə ona və atasına təklif etmişdir ki, əgər ona inanmırlarsa, öz adından notarial qaydada aldığı pulun məbləğini borc müqaviləsi formasında təsdiq edə bilər və həmin pullara onun cavabdeh olduğuna inanıb arxayın ola bilərlər. Xəyalənin təklifi ilə razılaşıb onunla 05 oktyabr 2021ci il tarixdə Nərimanov rayonunda yerləşən 38 saylı notariat kontorunda 5 ay müddətinə kredit müqaviləsi bağlamışlar. Xəyalə atası Zakirlə də eyni qaydada bir həftə sonra müqavilə bağlayıb onu da gözləməyə vadar etmişdir. Sonradan anlamışlar ki, bütün bunlar yalandır, Xəyalənin düşündüyü oyundur. Ona zənglər edib pullarını tələb etsələr də, Xəyalə qaçıb gizlənməyə başlamışdır. Sonradan məlum olmuşdur ki, Xəyalə daha bir neçə şəxsi də bu formada aldatmışdır. Xəyaləni onlarla tanış edən Arzu bütün görüşlərdə iştirak etsə də, onlardan hər hansı məbləğdə pul almamış, yalnız bu iş baş tutduğu halda, makler pulu alacağını desə də, iş baş tutmadığından ona hər hansı məbləğdə pul verməmişlər. Zərərçəkmiş şəxs Aynur Əliyeva (Rəfiyeva) 18 dekabr 2024-cü il tarixli məhkəmə iclasında yazılı ərizə verərək ona vurulmuş 5.000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ramana qəsəbəsində yaşayır və Bakı şəhərində sürücü işləyir. Qızı Zərərçəkmiş şəxs1 Naxçıvanda işləsə də, məzuniyyət vaxtlarında, bayramlarda Bakı şəhərinə onun yanına gəlib-gedir. Əvvəllər oğlu və qızı ilə birlikdə Yasamal rayonunda kirayədə yaşamışlar. Qızı Aynur qonşuluqda yaşayan Elnarə adlı saç ustası ilə tanış olmuş və onun evinə gedib-gəlmişdir. 2021-ci ilin avqust ayında Aynur ona demişdir ki, Elnarənin Arzu adlı qızının Xəyalə adlı rəfiqəsi var, həmin qadın sosial evlərin verilməsinə köməklik edə bilər. O da, uzun müddət kirayədə yaşadığından həmin şəxslə ətraflı maraqlanmağı tapşırmışdır. 2021-ci il avqust ayının ortalarında Arzunun vasitəsilə Xəyalə adlı qadınla «Gənclik Mall» ticarət mərkəzinin yaxınlığında görüşmüşlər. Xəyalə güzəştli mənzillərin verilməsi idarəsində işlədiyini və tanış adamlara ev düzəldilməsinə kömək etdiyini bildirmişdir. Xəyalə 1 otaqlı mənzili 35000 manat, 2 otaqlı mənzillərin 55000 manat, 3 otaqlı mənzillərin isə 75000 manata olduğunu, əvvəlcədən məbləğin az bir hissəsini ödəyib, qalan pulları isə uzun illər ərzində ödəməyə şərait yaratdığını demişdir. Xəyalə Aynura təşkil edəcəyi 35000 manatlıq 1 otaqlı mənzil üçün 5000 manat pulun qabaqcadan verilməsini və bundan sonra onun adının siyahıya yazılmasının mümkün olmasını bildirmişdir. Aynur Xəyaləni tanımasa da, Arzu və onun anası Elnarəni tanıdığından və Xəyalənin inamlı vədlər verməsinə inanıb özünə aid 5000 manat pulu onun və Arzunun iştirakı ilə Xəyaləyə vermişdir. Həmin vaxt Xəyalə ondan harada və nə işlə məşğul olduğunu soruşmuş, bu fürsəti əldən buraxmamağı məsləhət görmüşdür. Xəyalə ona 2 otaqlı ev təklif edib qiymətinin 65000 manat təşkil etdiyini, həmin məbləğin 30 faizinin qabaqcadan ödəməsini demişdir. Xəyalənin dediklərinə inanıb özü üçün 2 otaqlı mənzil almaq qərarına gəlmişdir. 21 sentyabr 2021-ci il tarixdə «Gənclik Mall» ticarət mərkəzinin qarşısında Arzunun və qızı Aynurun iştirakı ilə Xəyaləyə bu məqsədlə ilkin olaraq 15500 manat pul vermişdir. Xəyalə 15 iş günü ərzində mənzillərin veriləcəyini, adını siyahıya yazdıra bilməsi üçün və mesaj göndərilməsindən ötrü pulun 30 faizindən qalan 6500 manatlıq hissəsini də 5 günə çatdırmasını istəmişdir. O da, məcbur olub bankdan 6500 mant kredit götürüb 26 sentyabr 2021-ci il tarixdə «Azadlıq» metrostansiyasının yaxınlığında Arzu və qızı Aynurun iştirakı ilə Xəyaləyə vermişdir. Xəyalə Aynurdan 5000 manat və ondan 22000 manat pul aldıqdan sonra 15 gün gözləməyi bildirmişdir. Lakin bir ay keçməsinə baxmayaraq, telefonlarına mənzil barədə heç bir mesaj daxil olmamışdır. Bununla əlaqədar Xəyalədən mənzilləri göstərməyi tələb etdikdə Xəyalə görüşdən qaçmağa və müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bu kimi bəhanələrlə xeyli vaxt keçdikdən sonra Xəyalədən pullarını qaytarmağı tələb etmişlər. Xəyalə onları inandırmaq üçün notarial qaydada borc müqaviləsi bağlamağı təklif etmiş, 05 oktyabr 2021-ci il tarixdə 38 saylı notariat kontoruna gedib Xəyalə ilə 5 ay müddətinə kredit müqaviləsi bağlamışdır. Xəyalə onunla da eyni qaydada bir həftə sonra kredit müqaviləsi bağlayıb onun gözləməsini demişdir. Sonradan bütün bunların yalan olduğunu başa düşmüş, Xəyaləyə zənglər edib pullarını tələb etsələr də, o, qaçıb gizlənməyə başlamışdır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3ifadəsində bildirdi ki, valideynləri yaşadıqları evi satıb övladları arasında pay bölgüsü etmək istəmişlər. Bu məqsədlə yeni inşa olunmuş evlərdən mənzil axtarmışlar və ailəvi dost olduqları Elnarə adlı qrup yoldaşının ev alqı-satqısı ilə məşqul olan qızı Təqsirləndirilən şəxs2 fikrini bildirmişlər. Arzuya ata mülkünü satıb əlində olan pulla 3 otaqlı mənzil almaq istədiyini bildirmiş, 35.000 manata bunun mümkün olub-olmaması ilə maraqlanmışdır. Arzu ona «MİDA»da Xəyalə adlı tanışı olduğunu və Xəyalənin ona istədiyi mənzili təşkil edə biləcəyini bildirmişdir. O da, bundan sonra 35000 manatı götürüb Təqsirləndirilən şəxs2 zəng etmişdir. Arzunun evinə gedib-gələrkən ona ata evinin satışından sonra əldə olunacaq pulun 35000 manatının ona, 20000 manatının ortancıl bacısı Zərərçəkmiş şəxs4, 9000 manatının isə kiçik bacısı Zərərçəkmiş şəxs5 çatacağını bildirmiş, bir neçə dəfə onunla ortancıl bacısı Zərərçəkmiş şəxs3 da Arzunun evinə getmiş və əlindəki 20000 manatla özünə güzəştli şərtlərlə ev almaq istəyini Arzuya demişdir. Arzu onlara Xəyalə ilə danışıb görüşəcəklərini bildirmiş, 16 oktyabr 2021-ci il tarixdə Rəsulzadə qəsəbəsində 26 saylı notariat kontorunun qarşısında görüşmüşlər. Həmin görüşə gələndə o, 35000 manat, bacısı Zərərçəkmiş şəxs4 isə 20000 manatı özləri ilə götürmüşlər. Notariat kontorunun qarşısında Arzu, Təqsirləndirilən şəxs1 və sonuncunun sevgilisi olduğunu bildiyi Zaur adlı şəxslə görüşmüşlər. Söhbət zamanı Xəyalə onu və bacısı Laləni əmin etmişdir ki, pulu ona verdikdən sonra 15 gün müddətində mobil telefonlarına məlumat daxil olacaqdır, həmin tikintini aparan şəxs onun atasının tanışıdır və atası dünyasını dəyişəndə dostuna onun işlərinə kömək etməyi tapşırmışdır. Xəyalə həmçinin 4 faizlə ən ucuz qiymətə yerdə qalan pulu 14 ilə bölüb qrafik təşkil edəcəyini, 70000 manata ona və eyni qiymətə bacısı Laləyə Yasamal rayonu, «Qanlı göl» adlanan ərazisində tikintisi aparılan evlərdən 3 otaqlı 88 kvadratmetrdən ibarət mənzil təşkil edəcəyini bildirmişdir. Xəyalə təklif etmişdir ki, ayrıayrılıqda rüsum verməmək və müqavilə bağlamamaq üçün bacısı Lalə ilə onun birlikdə verəcəyi 55000 manata görə bir kredit müqaviləsi bağlasınlar. Həmin gün notariat kontorunda 4 ay müddətinə Xəyaləyə 55000 manat məbləğində borc verməyi barədə kredit müqaviləsi bağlamışlar. O, 55000 manat pulu sayıb Xəyaləyə vermişdir. Xəyalə notariat kontorunu tərk etdikdən sonra 15 gün ərzində telefonuna mesaj gələcəyini demişdir. Lakin bu müddət ərzində hər hansı mesaj gəlmədiyinə görə məcbur olub Arzuya zəng etmişdir. 2021-ci ilin noyabr ayının ortalarında Arzu ona zəng edərək Xəyalə ilə danışdığını, onlara SMS göndərilməsinə lüzum olmadığını və 27 dekabr 2021-ci il tarixdə birbaşa mənzillərin onlara veriləcəyini, bu məqsədlə “MİDA”ya dəvət olunacaqlarını bildirmişdir. 20 noyabr 2021-ci il tarixdə bacısı Nurlana ona zəng edərək 26 saylı notariat kontorunda Xəyalə və Arzu ilə görüşməyə getdiyini bildirmiş, günortadan sonra Nurlana təkrar zəng edib mənzil əldə etmək üçün Xəyaləyə 9000 manat verdiyini, sonuncunun ona 56000 manat dəyərində 2 otaqlı sosial mənzil təşkil edəcəyini və ona da xx.xx.2021-ci il tarixdə mənzilin təhvil veriləcəyini demişdir. Həmin ərəfədə Nurlananın deməsinə görə həmçinin ona məlum olmuşdur ki, tanışları Zərərçəkmiş şəxs6 da sosial evlərdən güzəştli şərtlərlə 2 otaqlı mənzil almaq üçün Xəyaləyə 26 saylı notariat kontorunda 17000 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə Xəyaləyə zəng vurub mənzillə maraqlandıqda Xəyalə ”MİDA” evləri ilə bağlı bir neçə nəfərin həbs olunduğuna görə mənzillərin verilməsində problemlər yarandığını demişdir. Xəyalə müxtəlif bəhanələrlə onları aldadıb 2022-ci ilin sentyabr ayınadək vəd etdiyi mənzillərin təhvil veriləcəyini bildirsə də, bu iş alınmamış, buna görə onlar bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişlər. Zərərçəkmiş şəxs3 15 may 2024-cü il tarixli məhkəmə iclasında yazılı ərizə verərək ona vurulmuş 35.000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ata mülkünün satışından əldə olunan 92000 manatdan bacısı Jaləyə 35000 manat, ona 20000 manata, kiçik bacısı Zərərçəkmiş şəxs5 isə 9000 manat pul çatmışdır. Əllərində nağd pul olduğunu və güzəştli şərtlərlə mənzil axtardıqlarını bilən Təqsirləndirilən şəxs2 bu məqsədlə «MİDA»da işləyən tanışı Xəyalə ilə danışıb görüşmələri üçün konkret ünvan və vaxt deyəcəyini bildirmişdir. 16 oktyabr 2021-ci il tarixdə onlar 26 saylı notariat kontorunun qarşısında görüşmüşlər. Həmin vaxt Jalə 35000 manatı, o isə, 20000 manatı özləri ilə götürmüşlər. Orada Xəyalə onu və bacısı Jaləni 15 gün müddətində mobil telefonlarına məlumat daxil olacağını, ilkin ödəniş etməklə və sonra 4 faizlə ən ucuz qiymətə yerdə qalan pulu 14 ilə bölüb qrafik təşkil edəcəyini, 70000 manata ona və eyni qiymətə bacısı Jaləyə Yasamal rayonu, «Qanlı göl» adlanan ərazidə tikintisi aparılan evlərdən 3 otaqlı mənzil təşkil edəcəyini bildirmişdir. Xəyalə təklif etmişdir ki, ayrı-ayrılıqda rüsum verməmək və müqavilə bağlamamaq üçün bacısı Lalə ilə onun birlikdə verəcəyi 55000 manata görə bir kredit müqaviləsi bağlasınlar. Həmin gün notariat kontorunda 4 ay müddətinə Jalənin Xəyaləyə 55000 manat məbləğində borc verməsi barədə kredit müqaviləsi bağlanmışdır. O, özündə olan 20000 manatı bacısı Jaləyə vermiş, Jalə də həmin pulu özündə olan 35000 manatın üzərinə əlavə edib ümumilikdə 55000 manatı sayaraq Təqsirləndirilən şəxs1 vermişdir. Bacısı Nurlana da özündə olan 9000 manata uyğun sosial mənzil almaq fikrinin olduğunu bildirsə də, hələlik onların mənzil məsələsinin nəticəsini gözləmək qərarına gəlmişdir. Xəyalə onlara 15 gün ərzində telefonlarına mesaj gələcəyini desə də, bu müddət ərzində hər hansı mesaj daxil olmamışdır. 2021-ci ilin noyabr ayının ortalarında Arzu onlara zəng edərək Xəyalə ilə danışdığını, onlara SMS göndərilməyəcəyini və 27 dekabr 2021-ci il tarixdə birbaşa mənzillərin verilməsi üçün “MİDA”ya dəvət olunacaqlarını bildirmişdir. 20 noyabr 2021-ci il tarixdə bacısı Nurlana ona və digər bacısı Jaləyə zəng edərək 26 saylı notariat kontorunda Xəyalə və Arzu ilə görüşməyə getdiyini bildirmiş, onlara təkrar zəng edib Xəyaləyə 9000 manat verdiyini, sonuncunun ona 56000 manat dəyərində 2 otaqlı sosial mənzil təşkil edəcəyini və onu da 27 dekabr 2021-ci il tarixdə mənzilin təhvil veriləcəyini demişdir. Həmin ərəfədə Nurlananın deməsinə görə həmçinin ona məlum olmuşdur ki, tanışları Zərərçəkmiş şəxs6 da sosial evlərdən güzəştli şərtlərlə 2 otaqlı mənzil almaq üçün Xəyaləyə 26 saylı notariat kontorunda 17000 manat pul vermişdir. 27 dekabr 2021-ci il tarixdə Xəyaləyə zəng vurub mənzillə maraqlandıqda, Xəyalə «MİDA» evləri ilə bağlı bir neçə nəfərin həbs olunduğuna görə problemlər yarandığını demişdir. Xəyalə müxtəlif bəhanələrlə onları aldadıb 2022-ci ilin sentyabr ayınadək vəd vetdiyi mənzillərin təhvil veriləcəyini bildirsə də, bu baş verməmiş, ona görə bu barədə şikayət etmişlər. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, ata mülkünün satışından əldə olunan 92000 manatdan bacısı Jaləyə 35000 manat, digər bacısı Laləyə 20000 manat, ona isə 9000 manat pul çatmışdır. Makler kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 bacısı Jaləyə zəng edərək bu məqsədlə «MİDA»da işləyən tanışı Xəyalə ilə danışıb görüşmələri üçün onları 26 saylı notariat kontorunun qarşısına çağırmışdır. Bununla əlaqədar 16 oktyabr 2021-ci ildə bacıları Jalə və Lalə ilə birlikdə onlar 26 saylı notariat kontoruna getmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 onu və bacılarını inandırmışdır ki, pulu ona verdikdən sonra 15 gün müddətində onların mobil telefonlarına məlumat daxil olacaqdır. Xəyalə 70000 manata onun bacısı Jaləyə və digər bacısı Laləyə Yasamal rayonu, «Qanlı göl» adlanan ərazidə tikintisi aparılan evlərdən 3 otaqlı mənzil təşkil edəcəyinə söz vermiş, Jalə və Laləyə onlarda olan 55000 manatı əlavə rüsum verməmək və müqavilə bağlamamaq üçün bir kredit müqaviləsi bağlamağı təklif etmişdir. Bacıları razılaşmış və həmin gün notariat kontorunda 4 ay müddətinə Jalənin Xəyaləyə 55000 manat məbləğində borc verməsi barədə kredit müqaviləsi bağlanmışdır. Bundan sonra 55000 manatı Jalə notariat kontorunun kassasına vermiş və pulu Xəyalə sayıb götürmüşdür. 2021-ci ilin noyabr ayının ortalarında Arzu onlara zəng edərək Xəyalə ilə danışdığını, onlara SMS göndərilməsinə lüzum olmadığını və 27 dekabr 2021-ci il tarixdə birbaşa mənzillərin verilməsi üçün “MİDA”ya dəvət olunacaqlarını bildirmişdir. Bacısı Jalə bu barədə zəng edərək ona məlumat verdikdən sonra o da, əlində olan 9000 manat pula sosial evlərdən ilkin ödəniş etməklə mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə Arzu və Xəyalənin dəvəti ilə 20 noyabr 2021-ci il tarixdə 26 saylı notariat kontoruna getmişdir. Orada Xəyalə onunla kredit müqaviləsi bağlayaraq 9000 manatı ondan alıb götürmüş və ilkin ödənişi 9000 olmaqla ona 2 otaqlı sərfəli qiymətə mənzil təşkil edəcəyinə söz vermişdir. Həmin ərəfədə tanışı Zərərçəkmiş şəxs6 onunla sosial evlər barədə maraqlandıqda Arzunun mobil nömrəsini ona göndərmişdir. Sonradan eşitmişdir ki, Xəyalə Zərərçəkmiş şəxs6 da 2 otaqlı mənzil təşkil edəcəyini vəd edib 23 noyabr 2021-ci il tarixdə onun 17000 manat pulunu almışdır. xx.xx.2021-ci il tarixdə Xəyaləyə zəng vurub mənzillə maraqlandıqda Xəyalə «MİDA» evləri ilə bağlı bir neçə nəfərin həbs olunduğuna görə mənzillərin verilməsində problemlər yarandığını demiş, müxtəlif bəhanələrlə onları aldadıb 2022-ci ilin sentyabr ayınadək vəd vetdiyi mənzillərin təhvil veriləcəyini bildirsə də, sözlərinə əməl etməmişdir. Sonradan onlar şikayət etmişlər. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində bildirdi ki, 2021-ci ilin noyabr ayında sosial evlərdə güzəştli şərtlərlə mənzil verilməsi və hansı şərtlər əsasında həmin siyahıya düşə biləcəyi barədə maraqlanarkən tanışı Zərərçəkmiş şəxs5 onun bacısı Zərərçəkmiş şəxs3 bir nəfər qadının vasitəsilə sərfəli şərtlərlə 3 otaqlı mənzil əldə etməsi barədə razılaşdığını eşitmişdir. Nurlana və bacısı Jalə ilə görüşüb bu barədə ətraflı maraqlandıqda məlum olmuşdur ki, sonuncu Sosial Müdafiə fondunda qeyri-rəsmi çalışan Xəyalə adlı qadınla 55000 manat məbləğində borc müqaviləsi bağlamaqla ona pul vermiş, Xəyalə isə Jalə üçün “MİDA” evlərindən 70000 manat dəyərində 88 kvadratmetrik mənzil təşkil edərək qalan məbləğin 14 il müddətində ödəniləcəyinə dair ona köməklik göstərmişdir. Xəyaləni onlarla tanış edənin ev-alqı satqısı agentliyində işləyən Arzu adlı xanım olduğunu öyrənib onun mobil nömrəsini alaraq əlaqə saxlamışdır. Arzu Xəyalənin “MİDA”da olan məhdud sayda mənzilləri yaxın tanışlarına güzəştli şərtlərlə təşkil edə biləcəyini demişdir. Mənzil almaq üçün əri Yusif Səfərovla məsləhətləşib müxtəlif banklardan ümumilikdə 17000 manat kredit götürərək 23 noyabr 2021-ci il tarixdə Arzu ilə 26 nömrəli notariat kontoruna getmişlər. Orada Xəyalə ilə görüşüb kredit müqaviləsi bağlayaraq ona 17000 manat pul vermişdir. Müqavilə təsdiq edildikdən sonra Xəyalə pulu götürmüş və birlikdə çölə çıxmışdır. Xəyalə onu əmin etmişdir ki, 15 gün müddətində mobil telefonuna məlumat daxil olacaqdır. 27 dekabr 2021-ci il tarixdə Xəyaləyə zəng vurub mənzillə maraqlandıqda, sonuncu «MİDA» evləri ilə bağlı bir neçə nəfərin həbs olunduğuna görə mənzillərin verilməsində problemlər yarandığını, lakin buna baxmayaraq, mənzillərin mütləq təhvil veriləcəyini bildirmişdir. Xəyalə müxtəlif bəhanələrlə onu aldadıb 2022-ci ilin sentyabr ayınadək mənzil təşkil edəcəyini vəd etsə də, sonradan da sözünə əməl etməmiş və o, buna görə şikayət etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin may ayında müəllim yoldaşı X7 vasitəsilə tanımışdır. X14 Sosial Müdafiə Fondunda və «MİDA»da sosial mənzillərin verilməsi ofisində yaxın tanışlarının olduğunu, müəllimlərə güzəştli şərtlərlə mənzil təşkil etdiyini bildirdiyi üçün Xəyalənin mobil nömrəsini ondan alıb zəng edərək deyilənlərlə maraqlanmışdır. Söhbət əsnasında Xəyaləyə yaşının 35-i keçdiyini, iş təcrübəsinin 15 ildən artıq olmadığını və ona sosial mənzil verilməsinin mümkün olmadığını deməsinə baxmayaraq, Xəyalə onu aztəminatlı ailə kimi qeydiyata alaraq ona 25000 manat müqabilində 3 otaqlı mənzilin verilməsini təşkil edəcəyinə söz vermişdir. Xəyalə həmçinin mənzilin təmirli vəziyyətdə olacağını və ona mətbəx mebelini hədiyyə edəcəyini bildirmişdir. İki gün sonra Bakı şəhərində olarkən Xəyalə onu Nərimanov rayonundakı 45 saylı tam orta məktəbin yaxınlığına dəvət etmiş və Xəyalə ilə həmin məktəbin yaxınlığındakı “Günaydın” kafesində görüşüb söhbət etmişlər. Xəyalə 15000 manat ilkin ödəniş edəcəyi təqdirdə 2 otaqlı, 25000 manat ilkin ödəniş edildiyi halda 100 kvadratmetrə yaxın 3 otaqlı təmirli mənzil təşkil edə biləcəyini bildirmişdir. 25000 manat ilkin ödəniş etməyə imkanı olmadığını vsə valideynləri ilə birlikdə yaşadığına görə 2 otaqlı mənzil istəmədiyini deyib sağollaşəb ayrılmaq istədikdə, Xəyalə onu aztəminatlı ailələr sırasına yazdırıb 3 otaqlı mənzil əldə etməsinə nail olacağını demiş, ona 15000 manat ilkin ödəniş müqabilində 3 otaqlı mənzil təşkil edəcəyinə söz vermiş, həmçinin avqust ayında püşkatma ilə seçimdə iştirak edəcəyini vəd etmişdir. Ayrıldıqdan 3 gün sonra Xəyalə ona zəng vuraraq onun üçün yalvardığını və nağd 2 geniş otaqlı mənzilə razılıq ala bildiyini, ilkin ödənişin 10000 manat olacağını, 20 il ərzində isə ayda 380 manat ödəməklə 75000 manat dəyərində mənzilin sahibi olacağını bildirmişdir. Bu barədə fikirləşib qəti cavab deyəcəyini söyləmiş və Coşqun müəlimlə məsləhətləşdikdən sonra razılıq vermişdir. Xəyalə 25000 manatı 15000 manata endirdiyinə görə ona 5000 manat hörmət etməli olduğunu, 10000 manatı isə ilkin ödəniş kimi ödəməli olduğunu demişdir. Xəyalə ilə razılaşaraq 07 iyun 2022-ci il tarixdə Ağa Nemətulla küçəsində yerləşən Vergilər Departamentinin qarşısında Coşqun müəllimin idarə etdiyi “Mersedes” markalı avtomobilinin salonunda 5000 manat pulu Xəyaləyə vermişdir. Oradan birbaşa Nərimanov rayonundakı 3 saylı notariat ofisinə getmişlər və orada 4 aylıq kredit müqaviləsi bağlıb 10000 manat pulu Xəyaləyə vermişdir. Xəyalə həmin vaxt narahat olmaması üçün onunla borc müqaviləsi bağladığını bildirmişdir. Xəyalə həmçinin 15 günə telefonuna mesaj gələcəyini və avqust ayında püşkatmada iştirak edə bilməsi üçün müvafiq kodu yadında saxlamasını söyləmişdir. 15 gündən sonra ona mesaj daxil olmadığı üçün Xəyaləyə zəng etmiş, lakin ona zəng çatmamış və 2022-ci ilin oktyabr ayına kimi onunla danışıb görüşə bilməmişdir. Bundan sonra Xəyalədən pulunu qaytarmasını tələb etsə də, Xəyalə onun zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs9 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 ilə 2022-ci ilin may ayının əvvəllərində yaşadığı evin qonşuluğunda yerləşən mətbəx əşyaları mağazasında təsadüfən tanış olmuşdur. Həmin vaxt söhbət əsnasında Xəyaləyə səhhətindən gileylənib yaşadığı mənzilin rütubətli olması səbəbindən mütəmadi olaraq ayaq ağrılarından əziyyət çəkdiyini bildirmişdir. Xəyalə Mənzil X10 tərəfindən Yasamal rayonu ərazisində aztəminatlı ailələr üçün inşa olunmuş Yasamal yaşayış kompleksinin satış ofisinin əməkdaşı olduğunu bildirib 15000 (on beş min) manat verəcəyi təqdirdə onun üçün həmin kompleksdən daxili kreditlə maksimum 6 ay müddətinə 3 otaqlı güzəştli şərtlərlə sosial mənzil təşkil edə biləcəyini söyləmişdir. Xəyalə artıq bir neçə nəfər üçün güzəştli şərtlərlə daxili kreditlə mənzil təşkil etdiyini demişdir. Xəyaləyə cəmi 10000 manat məbləğində pulu olduğunu və ayaqları ağrıdığına görə təxminən bir ildir ki, dövlət tərəfindən inşa olunmuş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaq istədiyini bildirib ona köməklik göstərməsini xahiş etmişdir. Xəyalə narahat olmamasını söyləyib 10000 manat pulu notarial qaydada müqavilə bağlayaraq götürəcəyini bildirmişdir. Xəyaləyə inanıb onun dürüst bir insan olduğunu düşünərək razılaşmışdır. Bir neçə gün sonra görüşüb müqavilə bağlamaq üçün notariat kontoruna getməyi qərara almışlar. Əlaqə saxlamaq üçün Xəyalə özünün ***-***-**-** mobil telefon nömrəsini ona söyləmişdir. Həmin ərəfədə Xəyalə ilə telefonla bir neçə dəfə zəngləşib danışmışlar. Hər dəfə Xəyalə mənzillərin məhdud sayda olduğunu bildirib onu tələsdirmişdir. 18 may 2022-ci il tarixdə səhər saat 11 radələrində Xəyalə növbəti dəfə ona zəng edərək mənzilə görə 10000 manat pulu təcili olaraq çatdırmasını istəmişdir. Etiraz etməyib razılaşmış və Xəyalə bu məqsədlə onu 32 saylı notariat kontoruna dəvət etmişdir. Evdən 10000 manat pulu götürüb həmin ünvana getmiş, orada Xəyalə ilə kredit müqaviləsi bağlamışlar və 10000 manat pulu Xəyaləyə vermişdir. Xəyalə pulu aldıqdan sonra 6 (altı) ay müddətində mənzilin ona təhvil veriləcəyini vəd etmişdir. Xəyaləyə inanıb minnətdarlıq edərək gözləməyi qərara almış, lakin 2022-ci ilin noyabr ayına kimi Xəyalə müxtəlif bəhanələrlə onu aldatmışdır. 18 noyabr 2022-ci il tarixdə Xəyalə «WhatSapp» vasitəsilə ona mesaj yazaraq mənzilə görə 372 manat dövlət rüsumu tələb olunduğunu bildirib həmin pulu istəmiş və bu məqsədlə bacısı kimi təqdim etdiyi Şahid Əli qızının adına olan bank kartına göndərməyi tapşırmışdır. O da, yenə Xəyaləyə inanıb razılaşmış, 19 noyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olan «Sparmarket» mağazasına gedib orada olan «Milliön» ödəmə terminalı vasitəsilə Xəyalənin «WhatSapp» vasitəsilə ona göndərdiyi «Leobank» kartına 372 manat pul köçürmüşdür. Bundan sonra Xəyalə ilə zəngləşib bu barədə ona məlumat vermiş və Xəyalə pulu kartdan çıxardığını bildirib bir neçə gün sonra mənzilin ona təhvil veriləcəyini vəd etmişdir. Həmin gündən etibarən dəfələrlə Xəyalə ilə əlaqə saxlayıb mənzilə nə vaxt köçəcəyini soruşmuş, Xəyalə isə müxtəlif bəhanələr söyləyib onu aldatmışdır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ona və ərinə ipoteka ilə mənzil ala biləcəklərini bildirib, bunun üçün ilkin ödəniş kimi 12000 manat pul verməli olduqlarını demişdir. Onlar ilkin olaraq 7000 manat pul verə biləcəklərini dedikdə, Xəyalə razılaşaraq həmin məbləğin notarial qaydada kredit müqaviləsi formasında ona verilməli olduğunu və 4-5 ay ərzində mənzillər satışa çıxarıldıqdan sonra onlara bir otaqlı mənzil veriləcəyini vəd etmişdir. Xəyaləyə inanaraq 30 avqust 2021-ci il tarixdə ünvan 17 ünvanında yerləşən 50 saylı notariat ofisinə getmiş və orada notarial qaydada kredit müqaviləsi bağlamaqla Xəyaləyə 7000 manat pul vermişdir. Xəyalə beş ay müddətində məsələnin həll olunacağını vəd etmiş, qalan məbləği mənzildə yaşadıqları müddət ərzində aybaay ödəyə biləcəklərini bildirmişdir. Xəyaləyə inanıb həmin müddəti gözləsələr də, hər hansı yenilik olmadığını görüb narahat olmuşlar. Bu səbəbdən Xəyalə ilə dəfələrlə əlaqə saxlamışlar, lakin Xəyalə hər dəfə müxttəlif bəhanələr uydurub onları gözlətmişdir. 2022-ci ilin noyabr ayında Xəyalə mənzili təhvil almaq üçün 293 manat dövlət rüsumu verməli olduqlarını demiş, o da, Xəyaləyə inanıb yaşadığı ünvanın yaxınlığında yerləşən “Bizim market” mağazasındakı “eManat” ödəmə terminalıl vasitəsi ilə Xəyalənin bildirdiyi Şahid adına olan “Leobank” kartına 293 manat köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 məsələnin həll olunmaq üzrə olduğunu deyib, 14 dekabr 2022-ci il tarixdə bu məqsədlə yenidən 1650 manat məbləğində pulu həmin bank kartına göndərməsini istəmişdir. Xəyaləyə inanıb elə həmin gün yenə “Bizim market” mağazasındakı “eManat” ödəmə terminalı vasitəsilə Şahid bank kartına 1650 manat pul köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələrlə onu aldatmışdır. Bir müddət sonra isə Xəyalə ilə ümumiyyətlə əlaqə saxlaya bilməmişdir. 2023-cü ilin aprel ayında Xəyalənin barəsində polisə şikayət etdikdə onun həbs olunduğunu öyrənmişlər. Xəyalə ona ümumilikdə 8943 manat məbləğində maddi ziyan vurmuşdur. İş üzrə Zərərçəkmiş şəxs7 18 dekabr 2024-cü il tarixdə "WhatsApp" tətbiqi vasitəsilə məhkəməyə ünvanladığı müraciətində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Polşa Respublikasında təhsil aldığı üçün məhkəmə iclasında iştirakının mümkün olmadığını, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş 12.000 manat ziyanın tam və ya 50%-nin ödənilməsini tələb etdiyini, Bakı şəhərinə geri dönərsə, məhkəməyə gələcəyini bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında Zərərçəkmiş şəxs7 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Zərərçəkmiş şəxs7 həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində Yasamal rayonu ərazisində kirayədə yaşadığı üçün güzəştli şərtlərlə verilən sosial evlərlə maraqlanıb özünə mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə qonşuluqda yaşayan və ev alqı-satqısı agentliyində işlədiyini deyən Təqsirləndirilən şəxs2 ilə tanış olaraq onunla bu barədə maraqlandıqda, Təqsirləndirilən şəxs2 ondan nə qədər pulunun olduğunu soruşmuşdur. 12000 manat pulu olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda çalışan tanışı Təqsirləndirilən şəxs1 bu işlərlə məşğul olduğunu və Xəyalənin Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən «MİDA Yasamal» yaşayış kompleksində məhdud sayda olan mənzillərdən onun üçün güzəştli şərtlərlə mənzil təşkil edə biləcəyini deyib onları tanış etmşidir. Arzu onu 2022-ci ilin yanvar ayının ikinci yarısında Təqsirləndirilən şəxs1 ilə görüşdürmüşdür. Görüş zamanı Xəyalə onunla notarial qaydada borc müqaviləsi bağlayıb pulu ondan qəbul edəcəyini bildirmiş və pulu özünün bildiyi qaydada «MİDA»da rəsmiləşdirib onun adına 67 kv.m. sahəsi olan 2 otaqdan ibarət mənzili sənədləşdirəcəyini vəd etmişdir. Xəyalə həmçinin mənzilə görə bütün məsuliyyətin onun üzərinə düşdüyünü, verəcəyi 12000 manat pulu ilkin ödəniş kimi notarial qaydada borc müqaviləsi bağlayıb götürəcəyini, 7 gün ərzində onun telefonuna mənzilə görə qeydiyyata alınması barədə mesaj daxil olacağını, adını mənzil növbəsində olanların siyahısına yazdıracağını, 2 otaqlı mənzili 4 faiz daxili kreditlə adına cədvəl açdırıb uzun müddətli ödəniş etməsinə şərait yaradacağını bildirmişdir. 25 yanvar 2022-ci il tarixdə ünvan 19 ünvanda yerləşən 26 saylı notariat ofisində Təqsirləndirilən şəxs1 ilə 4 ay müddətinə kredit müqaviləsi bağlayaraq ona 12000 manat pul vermişdir. Xəyalə bir həftə ərzində mənzil məsələsi ilə ciddi məşğul olacağını və 15 günə nəticə əldə olunacağını vəd etsə də, 15 gündən sonra 3 ay müddətində mənzilin hazır olacağını bildirmişdir. 3 ayın tamamında isə Xəyalə mənzillərin satışa çıxarılmasının yubandığını söyləyib səbrli olmasını tövsiyə etmişdir. 15 iyun 2022-ci il tarixdə Xəyalə onunla və pulunu aldığı digər bir neçə qadınla Bİnəqədi rayon ərazisində yerləşən «Turan» kafesində görüşüb 2022-ci ilin oktyabr ayınadək mənzillərin təhvil veriləcəyini bildirsə də, sonradan aldanıldığını başa düşmüşdür. Sonradan ona məlum olmuşdur ki, Xəyalə ondan başqa digər bir neçə qadını da eyni üsulla aldadıb müxtəlif məbləğlərdə pullarını almışdır. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin ortalarından etibarən Binəqədi rayonu ərazisində yerləşən qadın salonunda işlədiyi vaxtdan tanıyır. Xəyalə həmin salonda dırnaq ustası işləmişdir. Bir müddət sonra o, həmin yerdə işləməsə də, Xəyalə ilə əlaqə saxlamışdır. 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs1 ona borcu olan şəxsdən pul götürməli olduğunu, lakin özündə bank kartı olmadığını deyib, öz bank kartını ona verməsini istəmişdir. Xəyaləyə inanaraq özünə məxsus “Leobank”-a aid bank kartını ona vermişdir. 10 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun kartından istifadə etmiş və növbəti gün həmin kartı özünə qaytarmışdır. Xəyalə kartdan hansı formada istifadə etdiyini dəqiq deməsə də, sonradan öyrənmişdir ki, Xəyalə onun bank kartına öz tanışı tərəfindən göndərilmiş 293 manat pulu çıxarmışdır. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs1 yenidən bank kartına ehtiyacı olduğunu deyib, ondan kartı istəmişdir. Özünə lazım olduğu üçün kartı Xəyaləyə verməmiş, lakin Xəyalə ona borcu olan şəxsin 1650 manat pul göndərməli olduğunu deyib həmin pulun onun kartına göndərilməsinə icazə verməsini və kartdan pulu çıxarıb ona çatdırmasını xahiş etmişdir. O, razılaşmış, 14 dekabr 2022-ci il tarixdə onun bank hesabına Təqsirləndirilən şəxs1 tanıdığı şəxs tərəfindən göndərilmiş 1650 manat pulu Xəyalənin iştirakı ilə həmin gün işlədiyi yerin yaxınlığında yerləşən bankomatdan çıxarıb tam formada ona vermişdir. Sonradan Təqsirləndirilən şəxs1 cinayətkar fəaliyyəti haqqında məlumat əldə edərək onun bank hesabına göndərilmiş 293 manat və 1650 manat məbləğində pul vəsaitlərinin Xəyalənin aldatdığı şəxs tərəfindən göndərildiyini öyrənmişdir. Məhkəmə kollegiyasıiş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 fevral 2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərbəst ifadələrində göstərdiklərini bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 225-231). Cinayət işində olan xx.xx.2023-cü il tarixli protokola əsasən, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs9 ifadəsi yerində yoxlanılmış, Ofelya Məmmədova cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir (cild3, iş vərəqi 219-222). İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokola əsasən, Şahid ifadəsi yerində yoxlanılmış, Şahid sərbəst ifadəsində göstərdiyi halları hadisə yerində əyani şəkildə təsdiq etmişdir (cild 4, iş vərəqi 154-157). Cinayət işinə əlavə olunmuş AZ-İİ seriyalı 332649 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs Arzu Əliyevanın atası X8 16 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Cinayət işinə əlavə olunmuş tələbə biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 2019-2023-cü illərdə «Odlar yurdu» universitetinin tələbəsi olmuşdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur (cild1, iş vərəqi 168-169). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlinə görə məhkumluğu ödənilmişdir və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən verdiyi apellyasiya şikayətini geri götürdüyündən, həmin apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild2, iş vərəqi 132). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, sərbəst ifadə verməkdən imtina etmiş, sualları cavablandırarkən zərərçəkmiş şəxslərdən aldığı pulların şirkətə yatırıldığını, pulları borc müqaviləsi ilə aldığını, onu da İlqar Hüseynov adlı şəxsə verməli olduğunu, lakin İlqara pul vermədiyini, İlqar pulları götürmədiyinə görə o, pulları piramida oyununa yatırdığını, aldığı pullardan Arzuya da verdiyini, lakin Arzuya nə qədər pul verdiyini xatırlamadığını, Jalənin verdiyi 55.000 manatdan Arzuya 10.000 manat pul verdiyini, onun bu işdə qazancı olmadığını bildirib, öz müdafiəsi üçün dəlilər gətirdi. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, həmin dövrdə həm təhsil aldığını, həm də işləyib ailəsinə köməklik etdiyini, zərərçəkmiş şəxslərin Xəyalə barədə ondan məlumat aldıqlarını, Jaləni Xəyalə ilə görüşdürmək üçün getsə də, özünün notariat ofisinin içinə girmədiyini, Xəyalənin ona alacaqları hər bir mənzilin qiymətini dediyini, evlərin qiymətini ona Xəyalənin dediyini, onun da bunu müştərilərə çatdırdığını, Xəyalənin hər dəfə işin bir həftəyə düzələcəyi barədə söz verdiyini, Xəyalənin ona pul vermədiyini, lakin zərərçəkmiş şəxslərin hamısının evlərinə köçəndən sonra ona da MİDA-dan ev almağa kömək edəcəyini bildirdiyini, Xəyalə ilə tanış olana qədər özünün qeyri-rəsmi qaydada ev alğı-satqısı ilə məşğul olduğunu, dəfələrlə Xəyalədən işlərin alınmamasının səbəbini soruşduğunu və hər dəfə Xəyalədən eşitdiklərini zərərçəkmiş şəxslərə çatdırdığını bildirib, öz müdafiəsi üçün dəlilər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs1 iş üzrə özünü qismən təqsirli bilib, müdafiəsi üçün müxtəlif dəlillər gətirsə də, həmçinin Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyib hazırkı iş üzrə məhkəmə baxışı zamanı öz təqsirini etiraf etməsə də, hər iki təqsirləndirilən şəxsin yeddi nəfər zərərçəkmiş şəxsə qarşı altı epizod üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Təqsirləndirilən şəxs1 isə bundan başqa daha üç zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayətlərini törətmələri iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmədə tədqiq edilmiş üzləşdirmə və digər istintaq hərəkətləri protokolları ilə, həmçinin işdə olan və məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmədə gətirdikləri dəlilləri onların məsuliyyətini yüngülləşdirmək və ya məsuliyyətdən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir. Müdafiə tərəfinin təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə tövsif edilməsi, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilməsi üçün əsas olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ümumilikdə 55.000 manat pulunu ələ keçirməsinin vahid niyyət kimi qiymətləndirilməsi ilə razılaşmaması barədə mövqeyi ilə əlaqədar məhkəmə qeyd etmək istəyir ki, məhkəmədə tədqiq olunmuş sübutlara əsasən, həmin epizod üzrə cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs1 üçün zərərçəkmiş bacılardan hansına nə qədər maddi ziyan vurmasının əhəmiyyəti olmamış, onun vahid niyyəti həmin vaxt onlarda olan 55.000 manatı ələ keçirməkdən ibarət olmuş və öz hərəkətləri ilə qeyd olunan cinayətkar niyyətinə nail olmuşdur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, adları çəkilən şəxslərlə bağlı cinayət epizodu üzrə təqsirləndirilən şəxslərin əməlləri düzgün tövsif edilmişdir, bu səbəbdən onların əməllərinin Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını, cinayət əməlini törətdiyi dövrdə yetkinlik yaşına yenicə çatmasını və atasının vaxtsız vəfat etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs əvvəlcə həmin hökmü mübahisələndirsə də, apellyasiya şikayətinə ilkin məhkəmə baxışı zamanı o, həmin şikayətindən imtina etmişdir. Təqsirləndirilən şəxs1 Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən verdiyi apellyasiya şikayətini geri götürdüyündən, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə həmin apellyasiya şikayətinin baxılmasına xitam verilmiş və hazırda həmin hökm qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı hökmlə təyin olunacaq cəza ilə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin olunmuş və çəkilməmiş qalan 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanın başlanğıcı 09 fevral 2023-cü il tarixdən hesablanmalı, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin olunması və həmin cəzanın çəkilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında altı epizod üzrə dələduzluq cinayətlərinin törədilməsində iştirakının təsdiq olunması nəticəsinə gəlsə də, onun bu cinayət əməllərinin törədilməsində rolunu fərdiləşdirməyi və əməllərini Təqsirləndirilən şəxs1 ilə müqayisəli formada qiymətləndirməyi zəruri hesab edir. Belə ki, həmin cinayət əməlləri baş verməyə başladığı dövrdə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına yenicə çatmış, altı epizodun törədildiyi 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayınadək olan dövrdə onun cəmi 19 yaşı olmuşdur. İfadələrində də bildirdiyinə görə, o, həmin vaxt həm «Odlar yurdu» universitetində təhsil almış, həm də ailə maddi sıxıntılar çəkdiyindən özü qeyri-rəsmi olaraq makler kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs1 ilə tanışlığı da bu fəaliyyəti ilə bağlı olmuş, Təqsirləndirilən şəxs1 «MİDA» kimi tanınan Mənzil X10 tərəfindən Yasamal rayonu ərazisində inşa edilən binalarda tikilən mənzillərdən müraciət edən şəxslərə onların verəcəkləri pul müqabilində «təşkil etmək» imkanına malik olduğunu Təqsirləndirilən şəxs2 bildirmiş, sonuncu da, bu təkliflə razılaşaraq «müştəri» qismində yeddi nəfər zərərçəkmiş şəxsi Təqsirləndirilən şəxs1 ilə əlaqələndirmişdir. Həmin şəxslərdən üçü Təqsirləndirilən şəxs2 və ailəsinin yaxından tanıdığı bacılar – Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, ikisi Təqsirləndirilən şəxs2 ilə qonşuluqda kirayədə yaşayan qadınlar – Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 Rövşan qızı, digər iki nəfər isə Təqsirləndirilən şəxs2 tələbə yoldaşı Əliyeva (Rəfiyeva) Aynur Zakir qızı və sonuncunun atası Zərərçəkmiş şəxs2 olmuşlar. Adları çəkilən zərərçəkmiş şəxslərin də bu və ya digər formada bir-birləri ilə əlaqəsi olmuş, onlar öz aralarında olan söhbətlərində Təqsirləndirilən şəxs2 tanıdığı Təqsirləndirilən şəxs1 adlı bir qadının «MİDA» tərəfindən Yasamal rayonu ərazisində inşa edilən binalardan müraciət edən şəxslərə onların verəcəkləri pul müqabilində mənzil «təşkil etmək» imkanına malik olduğunu öyrənmişlər. Həmin şəxslərin hər biri ayrı-ayrılıqda öz istəklərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, mənzilin «təşkil olunması» şərtlərini bilavasitə Təqsirləndirilən şəxs1 özü ilə danışıb razılaşdırmış, sonuncu, zərərçəkmiş şəxslərin razılığı ilə onların hər birindən ittihamda qeyd olunan məbləğdə pulları dələduzluq yolu ilə özü alıb ələ keçirmiş, bundan sonra törətdiyi əmələ hüquqi don geyindirmək məqsədilə müxtəlif notariat ofislərində borc müqavilələri bağlamışdır. İstintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 gətirdiyi «müştərilərə» görə Təqsirləndirilən şəxs2 müəyyən məbləğdə pullar verdiyini bildirsə də, məhkəmədə sərbəst ifadə verməkdən imtina etmiş, istintaqdakı ifadələri elan olunduqdan sonra verilən sualları cavablandırarkən aldığı pullardan Arzuya da verdiyini, lakin Arzuya nə qədər pul verdiyini xatırlamadığını, Jalənin verdiyi 55.000 manatdan Arzuya 10.000 manat pul verdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərdən dələduzluq yolu ilə ələ keçirdiyi pullardan ona verməsi barədə istintaqda verdiyi ifadəsini, həm də bununla bağlı məhkəmədə səsləndirdiyi fikirləri Təqsirləndirilən şəxs2 bütün icraat zamanı qətiyyətlə inkar etmiş, cinayətin törədilməsində hansı məqsədlə iştirak etməsi barədə mövqeyini bildirərkən, Təqsirləndirilən şəxs1 onun özü üçün də gələcəkdə «MİDA» da tikilən binalardan mənzil «təşkil edəcəyinə» söz verdiyini qeyd etmişdir. Məhkəmə həmçinin vurğulamağı lazım bilir ki, Təqsirləndirilən şəxs2 da ittiham olunduğu cinayət epizodları üzrə dindirilmiş zərərçəkmiş şəxslərin heç biri nə istintaq zamanı, nə də məhkəmə baxışında verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 gördüyü işin müqabilində onlardan hər hansı məbləğdə pul istəmədiyini və almadığını bildirmiş, Təqsirləndirilən şəxs1 onlardan aldığı pullardan Təqsirləndirilən şəxs2 verməsinin şahidi olmadıqlarını qeyd etmişlər. Məhkəmə eyni zamanda qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri altı epizod cinayət əməlindən başqa, hazırkı iş üzrə daha üç nəfər zərərçəkmiş şəxsə qarşı oxşar xarakterli üç cinayət epizodu üzrə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi ilə bağlı ittiham verilmiş və həmin ittihamlar da məhkəmədə öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qanuni qüvvəyə minmiş qeyd olunan hökmün məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs1 həmin iş üzrə zərərçəkmiş şəxs X2 «MİDA» kimi tanınan Mənzil X10 tərəfindən Yasamal rayonu ərazisində inşa edilən binalarda mənzil təşkil etmək adı ilə hazırkı işdə bəlli olan üsullardan istifadə etməklə hissə-hissə olmaqla xeyli miqdarda, yəni 13785 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Göstərilənləri vurğulayan məhkəmə kollegiyası hesab edir ki, yetkinlik yaşına yenicə çatan Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törədərkən özü əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs1 bir növ “qurbanı”na çevrilmiş, həyat təcrübəsizliyi və sadəlöhvlüyü ucbatından əməllərinin nə ilə nəticələnə biləcəyinin fərqinə varmadan cinayətin iştirakçısı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq cinayətlərinin törədilməsinə görə təqsirli bilinsələr də, cəza təyin olunarkən və həmin cəzaların çəkilməsi zamanı onların cinayətlərin törədilməsində iştirakçılığına və hər birinin roluna fərdi yanaşılmalı, cinayət törətmiş şəxslər haqqında ədalətli cəzalar və ya digər cinayət-hüquqi xarakterli tədbirlər təyin edilməli, həmin cəzalar cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin hər birinin şəxsiyyətinə uyğun olmalıdır. Göstərilənləri qiymətləndirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddinə yaxın həddə, Təqsirləndirilən şəxs2 isə maddənin sanksiyasının aşağı həddində cəzalar təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 şəxsiyyətini, təqsirli bilindiyi cinayət əməllərinin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, atasını vaxtsız itirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla əməlindən peşman olmasını, həmçinin iş üzrə digər halları nəzərə nəzərə alaraq onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs2 üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddialar qaldırmış, Zərərçəkmiş şəxs6 ümumilikdə 17.362 manat, Zərərçəkmiş şəxs3 isə 55.605 manat məbləğində pul vəsaitinin onlara qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, mülki iddia qaldırılarkən iddia ərizəsinin forma və məzmununa dair mülki-prosessual qanunvericiliyinin müddəalarına əməl olunsa da, iddianın konkret olaraq hansı təqsirləndirilən şəxsə qarşı hansı həcmdə ziyanın ziyanın ödənilməsi tələbi qoyulmamış, həmçinin Zərərçəkmiş şəxs3 qaldırdığı mülki iddia ilə əlaqədar həmin cinayət epizodu üzrə onunla yanaşı bacısı Zərərçəkmiş şəxs4 da zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu isə, verilmiş mülki iddialar üzrə hazırkı cinayət işi çərçivəsində obyektiv qərar qəbul edilməsini mümkünsüz edir. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiaları baxılmamış saxlanılmalı, onlara, həmçinin maddi ziyanları ödənilməmiş qalan digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində şərti məhkum etmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiaları baxılmamış saxlanılsın. Adları çəkilən zərərçəkmiş şəxslərə, həmçinin maddi ziyanları ödənilməmiş digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması, xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar