Məhkəmə qərarları › İş №1(101)-1030/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1030/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1030/2020 06.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X10 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxslərin hüquqi varisləri X11 və X5 (mülki iddiaçı) Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2ın Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, döngə 1, ev 5-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixində, saat 06:20 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ verən AB N2 349580 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı, HH 992 YY Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospektinin Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən hissəsində, Koroğlu metrostansiyasına doğru hərəkət etdiyi zaman Milli Olimpiya stadionunun yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması ilə bağlı tələbləri pozmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməməklə, SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı X3 məxsus olan və həmin yolda yolların dezinfeksiyası işlərini həyata keçirən Şahid idarə etdiyi “Ford Cargo 1826” markalı, ** JU *** dövlət nömrə nişanlı avtomobilinin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan idarə etdiyi “Mercedes Benz” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs4 baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş beyin maddəsinin yumşaq qişalarına və onurğa beyninin boyun şöbəsinə qansızma, alın sümüyünün açıq xətti, burun sümüyünün yerini dəyişən açıq qəlpəli, İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, üst çənədə ön kəsici dişlərin travmatik sınması, sağ ağciyərin əzilmiş-cırılmış yaralan, sağ tərəfli İİ-İİİ-İV-V- Vİ qabırğaların yerini dəyişən qapalı sınıqları, başın, sifətin, gövdənin və aşağı ətrafların əzilmiş yarası, hematoması, qançır və sıyrıqları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq ölməsinə, digər sərnişin Zərərçəkmiş şəxs5 Əhməd oğlunun baş-beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişasına və mədəciklərinə qansızma, alın-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, burun, hər iki almacıq, hər iki əng və çənə sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol tərəfli hemotoraks (sol döş boşluğuna qanın yığılması), sol ağciyərin əzilmişcırılmış yaraları, sol tərəfli 1İİ-İV-V qabırğaların yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasınm cırılması, alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və döş qəfəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq ölməsinə, sərnişin Zərərçəkmiş şəxs1 alt çənənin sağ tərəfli oynaq çıxıntısının yerdəyişən sınığı və sol qaşüstü nahiyənin əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa az ağır zərər, digər sərnişin Zərərçəkmiş şəxs2 pnevmosefaliya (sağ alın payında sərbəst hava qabarcıqları) və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın sümüyünün yerdəyişməyən və burun sümüyünün yerdəyişən, qəlpəli sınıqları, alın və burun nahiyələrinin əzilmiş yaraları, sol mil sümüyünün açıq, yerdəyişən sınığı və sol dirsək sümüyü başının açıq çıxığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa ağır zərərvurulmasına səbəb olmuş, həmçinin SOCAR-ın Nəqliyyat idarəsinin 2 saylı X1 mülkiyyətində olan “Ford Cargo 1826 yük” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtomobilə 3090 (üç min doxsan) manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Gürcüstan Respublikasından “Mercedes Benz” markalı, HH 992 YY nömrə nişanlı avtomobili aldıqdan sonra taksi kimi fəaliyyət göstərməyə başlamışdır. Əsasən səhər saatlarında Binə qəsəbəsinin mərkəzindən müştəriləri Q.Qarayev metrostansiyasının yanına apararaq taksi kimi işləyirdi. xx xxxx 2020-ci il tarixində, saat 06 radələrində Binə qəsəbəsindən 4 nəfər müştəri götürdü. Müştərilərdən biri qadın, üçü isə kişi idi. Onları götürdükdən sonra Q.Qarayev metrostansiyasına doğru hərəkət etməyə başladı. H.Əliyev prospektində yerləşən “Olimpiya” Stadionunun qarısına çatmağıma az qalmış solu ilə hərəkət edən X18 avtomobili onu ötdü, daha sonra qarşısına keçdi, oradan isə sağında yerləşən digər zolağa keçərək hərəkətini davam etdirdi. X18 avtomobilinin manevri ilə qəza vəziyyəti yarandı, az qalsın onun maşınını da sürtəcəkdi. Həmin gün hava çox dumanlı idi və yolun işıqları yanmırdı. O qarşıya baxanda birdən dezinfeksiya maşınının olduğunu gördü, ancaq əyləci basa bilmədi və onunla arasında olan məsafə 1 metrdəndə az olduğundan saxlaya bilmədi. Gəldiyi surətlə dezinfeksiya maşınının arxasına çırpıldı. Bundan sonra baş verənlər yadında deyil. Hadisə baş verməmişdən qabaq yolun hərəkət hissəsinin sol tərəfindən ikinci zolaqla hərəkət edirdi. 1-ci zolaqla isə X18 avtomobilini hərəkət edirdi. X18 avtomobili onu ötdü əvvəlcə 2-ci, sonra isə 3-cü zolağa keçdi. Buna görə də qəza vəziyyəti yarandı. Həmin yolda maksimal surət 100 km/saatdır və o hadisəsi baş verdiyi zaman 80 km/saat surətlə hərəkət edirdi. O, həmin yol nəqliyyat hadisəsini öz diqqətsizliyindən və ehtiyatsızlığından törətmiş, əməlinə görə peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsəi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs5 onun həyat yoldaşıdır. xx xxxx 2019-cu il tarixində, saat 10:10 radələrində evdə olduğu zaman mobil telefonuma zəng gəldi. Telefona cavab verdiyi zaman tanımadığı şəxs onunla salamlaşdı və Zərərçəkmiş şəxs5 nəyim olduğunu soruşdu. O zəng edən şəxsə Zərərçəkmiş şəxs5 həyat yoldaşı olduğunu dedi. Bundan sonra zəng edən şəxs həyat yoldaşınmn yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirildiyini bildirdi. O həyat yoldaşının vəziyyətinin hansı səviyyədə olduğunu soruşanda, zəng edən şəxs onun vəziyyətinin ağır olduğunu bildirdi. O dərhal 3 saylı şəhər Kliniki Xəstəxanasına getdi və xəstəxanaya çatdıqdan sonra həyat yoldaşının baş vermiş hadisə nəticəsində öldüyünü öyrəndi. Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs4 onun atasıdır. xx xxxx 2019-cu il tarixində, saat 10:10 radələrində evdə olduğu vaxt mobil telefonuna zəng gəldi. Telefona cavab verdi və bir nəfər onunla salamlaşıb Zərərçəkmiş şəxs4 nəyi olduğunu soruşdu. O həmin şəxsə Zərərçəkmiş şəxs4 atası olduğunu dedi. Bundan sonra zəng edən şəxs atasının yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və 3 saylı Şəhər Kliniki Xəstəxanasında olduğunu bildirdi. O atanın vəziyyətinin hansı səviyyədə olduğunu soruşduqda, həmin şəxs ona vəziyyətinin ağır olduğunu dedi. O 3 saylı şəhər Kliniki Xəstəxanasına getdi və xəstəxanada atasının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü öyrəndi. Hazırda o təqsirləndirilən şəxsi bağışlamış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı X2 işləyir. Şahid da Departamentdə sürücü kimi fəaliyyət göstərir. xx xxxx 2020-ci il tarixindən “Covid-19” pandemiyasının Azərbaycan Respublikasından qarşısının alınması ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən dezinfeksiya işlərinin görülməsi üçün Şahid ona təhkim edilmiş “Ford Cargo 1826 yük” markalı, ** JU *** dövlət nömrə nişanlı avtomaşınla birlikdə Bakı şəhər İcra Hakimiyyətinə ezam edilmişdi. Ezamiyyət müddəti xx xxxx 2020-ci il tarixədək müəyyən olunmuşdu və Şahid yol vərəqəsi verilmişdi. Həmin yol vərəqəsi ilə xəttə çıxma vaxtı saat 05:00, xətdən qayıtma vaxtı isə saat 24:00 kimi müəyyən olunmuşdu. İş qrafikinə görə Elşad hər gün saat 05:00-dan Buzovna qəsəbəsindən başlayaraq Hökümət Evinə qədər yollrı dezinfeksiya edib. Həmin yollar 6 zolaqdan ibarət olduğu üçün hər gün yolların dezinfeksiyasına 6 maşın ayrılırdı. xx xxxx 2020-ci il tarixində, saat 08:00 radələrində Elşad Departamentlə əlaqə saxlayaraq yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirdi. Elşada hadisənin necə olduğunu soruşduqda, Elşad bildirdi ki, xx xxxx 2020-ci il tarixində, saat 05:00-da Buzovna qəsəbəsindən başlayaraq yolları dizinfeksiya etməyə başlayıb. Yolun soldan ikinci zolağının dezinfeksiyası ona həvalə edilib. Yolları dezinfeksiya edə-edə Respublika Olimpiya Kompleksinin qarşısına çatıb. Yük maşınını dediyinə görə saatda 10, maksimum 20 kilometrlə idarə edirmiş. Birdən yük maşınının arxa hissəsinə zərbə ilə nəyinsə dəydiyini hiss edib. Zərbənin təsirindən yük maşını 16 metr irəli gedərək dayanıb. O cəld avtomobildən düşüb və “Mercedes Benz” markalı, HH 992 YY Gürcüstan Respublikasının dövlət nömrə nişanlı avtomobilin özünün idarə etdiyi yük maşınına çırpıldığını görüb. Həmin avtomobilə cəld yaxınlaşıb və sürücü ilə birlikdə maşında 5 nəfərin olduğunu görüb. Maşındakı insanların xəsarət aldığını gördüyü üçün X15 zəng edib. O hadisə yerinə gedəndə maşınları oradan götürmüşdülər, ancaq nümayəndələri orada olub və maşının şəkilləri çəkilib. Təlimata əsasən departamentə məxsus maşının surəti 10 maksimum 20 km/saat ola bilər, ondan ortıq yox, maşın saz vəziyyətdə idi və bütün detalları hər gün ətraflı yoxlanılırdı. Baş vermiş hadisə nəticəsində Departamentə məxsus “Ford Cargo 1826 yük” markalı, ** JU *** dövlət nömrə nişanlı avtomaşına 3090 manat maddi ziyan dəyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixində, saat təxmini səhər 06 radələrində evdən çıxıb işə gedirdi. Binə qəsəbəsinin mərkəzindən Koroğlu metrosuna, oradan isə həmişəki kimi Nərimanov rayonu, Baksol yolu deyilən əraziyə gedəcəkdi. Qəsəbənin mərkəzindən Koroğlu metrosuna gedən, gediş haqqı 1 manat olan taksi axtarırdı. Hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşdi. Ondan başqa taksidə 3 nəfər kişi əyləşmişdi. Maşın qəsəbədən Koroğlu metrosuna tərəf hərəkət etməyə başladı. Koroğlu metrosuna çatmağına az qalmışdı ki, Olimpiya Stadionunun yaxınlığında sürücünün başı qarşıda əyləşən şəxslə söhbət etməyə qarışmışdı. Qəfildən sürücünün qışqırıq səsi gəldi daha sonra nə baş verdiyini xatırlamır. Avtomobilin sürəti çox deyildi, hava dumanlı olsa da dərman maşınını gördü.Qolundan, gözündən və burnundan xəsarət almışdı, təqsirləndirilən şəxs əməliyyat xərclərini ödəyib. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını nəzərə alıb, onun iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini və xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini Zərərçəkmiş şəxs1 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o uzun müddətdir ki, 40 nömrəli marşrut avtobusunda işləyir. Bu səbəbdən hər gün səhər saatlarında evdən çıxaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən qaraja getmiş və oradan idarə edəcəyi avtobusu götürərək marşrut xəttinə çıxmışdır. xx xxxx 2020–ci il, saat 05:45 radələrində evdən çıxaraq işə getmişdir. Binə qəsəbəsinin mərkəzindən Koroğlu metrosuna, oradan isə Binəqədi rayonuna getməyi planlaşdırmışdır. Bu səbəbdən Binə qəsəbəsinin mərkəzindən Koroğlu metrosuna gedən, gediş haqqı 1 manat olan taksi axtarmışdır. Bu zaman Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı HH 992 YY nömrə nişanlı taksiyə əyləşmişdir. Avtomobildə ondan başqa 3 nəfər sərnişində olmuş, həmin sərnişinlərdən biri qadın, ondan başqa ikisi isə kişi olmuşdur. Onlar Binə qəsəbəsindən çıxaraq Koroğlu metrosuna doğru hərəkət etməyə başlamışlar. Koroğlu metrosuna çatmaqlarına az qalmış, Olimpiya Stadionunun yaxınlığında sürücünün başı qarşıda əyləşən şəxslə söhbət etməyə qarışmışdır. Qəfildən sürücünün qışqırıq səsi gəlmiş və o, qarşıya baxmaq istədiyi zaman zərbə ilə harasa dəydiyini hiss etmişdir. Zərbənin təsirindən sifət nahiyyəsinə sürücünün oturacağının arxasına çırpılmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları, eyni zamanda oradan keçən avtomobillər saxlayaraq onlara köməyə gəlmişlər. Onlar X18 avtomobilləri çağıraraq 3 saylı Şəhər Klinikis Xəstəxanasına aparmışlar, yol-nəqliyyat hadisəsi olmamışdan əvvəl sürücün avtomobili təqribən 90 km/saat surətlə idarə edirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o təqribən 10 ildir ki, SOCAR-ın 2 saylı X2 sürücü işləyir, əsas işi təhkim edilmiş olan “Ford Cargo 1826 yük” markalı, ** JU *** dövlət nömrə nişanlı maşın ilə SOCAR-ın çənlərinə su vurmaqdan ibarət olub. xx xxxx 2020-ci il tarixindən “Covid-19” pandemiyası ilə əlaqədar dezinfeksiya işlərinin görülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ezam edildi və ona yol vərəqəsi verildi. Həmin yol vərəqəsi ilə xəttə çıxma vaxtı saat 05:00, xətdən qayıtma vaxtı isə saat 24:00 kimi müəyyən edilmişdi. Hər gün saat 05:00-dan Buzovna qəsəbəsindən başlayaraq Hökümət Evinə qədər yolları dezinfeksiya edirdi. xx xxxx 2020-ci il tarixində, saat 05:00-da Buzovna qəsəbəsindən başlayaraq yolları dezinfeksiya etməyə başladı. Yolun soldan ikinci zolağının dezinfeksiyası ona həvalə olunmuşdu. Dezinfeksiya edə-edə Respublika Olimpiya Kompleksinin qarşısına çatdı. Yük maşınını saatda 10 kilometrlə idarə edirdi. İdarə etdiyi maşının arxa hissəsində yanıb-sönən işıq var idi və iş gördüyü zaman maşının hər iki yanıb-sönmə işıqlarını, duman işıqlarını yandırmışdı. Birdən maşınının arxa hissəsindən zərbə ilə nəyinsə dəydiyini hiss etdi. Zərbənin təsirindən maşın təqribə 15-20 metr irəli gedib dayandı. Tez maşından düşdü və “Mercedes Benz” markalı, HH 992 YY Gürcüstan Respublikasının dövlət nömrə nişanlı maşının onun idarə etdiyi maşına çırpıldığını gördü. Cəld həmin maşına yaxınlaşdı. Maşında 5 nəfər var idi və onlar xəsarət almışdı. Tez X15 zəng edib məlumat verdi. Bundan bir neçə dəqiqə sonra yol-patrul xidməti əməkdaşları və X18 gəldi. Həkimlər xəsarət alan şəxslərdən birinin öldüyünü dedilər və onu çıxararaq kənara qoydular, digər xəstələri isə X18 maşınlarına qoyaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına apardılar. Bundan sonra o, yol-patrul xidməti əməkdaşlarına hadisəni danışdı. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 66 nömrəli rəyinə əsasən mərhum Zərərçəkmiş şəxs4 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Baş beyin maddəsinin yumşaq qişalarına və onurğa beyninin boyun şöbəsinə qansızma. Alın sümüyünün açıq xətti, burun sümüyünün yerini dəyişən açıq qəlpəli, 1-11 boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları. Üst çənədə ön kəsici dişlərin travmatik sınması. Sağ ağciyərin əzilmiş-cırılmış yaraları. Sağ tərəfli 11-1İ1-İV-V-Vİ qabırğaların yerini dəyişən qapalı sınıqları. Başın, sifətin, gövdənin və aşağı ətrafların əzilmiş yarası, hematoması, qançır və sıyrıqları. Xəsarətlər həyati olub Zərərçəkmiş şəxs4 ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AGİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir.Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir.Mərhum Zərərçəkmiş şəxs4 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenoliazın, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 67 nömrəli rəyinə əsasən, mərhum Zərərçəkmiş şəxs5 Əhməd oğlunun meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin əzilməsi. Baş beyinin yumşaq qişasına və mədəciklərinə qansızma. Ahn-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı. Burun, hər iki almacıq, hər iki əng və çənə sümüklərinini yerini dəyişən qapalı sınıqları. Sol tərəfli motoraks (sol döş boşluğuna qanın yığılması).Sol ağciyərin əzilmiş-cırılmış yaralan. Sol tərəfli İİİ-İV-V qabırğaların yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması. Alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və döş qəfəsinin qançırı. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs5 Əhməd oğlunun ölümünə səbəb alın-təpə sümüyünün kəllə əsasına xətti sınığı ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs5 Əhməd ögluhu iTYrıeyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenoliazin, pırazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 578 nömrəli rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs1 alt çənənin sağtərəfli oynaq çıxıntısının yerdəyişən sınığı və sol qaşüstü nahiyənin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bdmli. dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 591 nömrəli rəyinə əsasən, vətəndaş Zərərçəkmiş şəxs2 qızında pnevmosefaliya (sağ alm payında sərbəst hava qabarcıqları) və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayət olunan alın sümüv iinün yerdəyişməyən və burun sümüyünün yerdəyişən, qəlpəli sınıqları, alın və burun nahiyələrinin əzilmiş yaralan: sol mil sümüyünün açıq, yerdəyişən sınığı və sol dirsək sümüyü başının açıq çıxığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aiddir. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2020-ci il tarixli 8/905 nömrəli rəyində qeyd edilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə Mercedes Benz-E220CDİ markalı HH992YY dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə Ford Cargo 1826 markalı 90JU256 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 945 nömrəli rəyində qeyd edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənədlərə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Təqsirləndirilən şəxs sağ ayağın hər iki topuğunun və açıq sümüyünün yerdəyişmiş sınıqları; başın alm- təpə, alın, sağ qaş, sağ çənə nahiyələrinin əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az agir zərər vurmaya aiddir. Cinayət işində olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2486 nömrəli rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə X13 2 saylı X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli zərər aktına əsasən, 2011-ci il buraxılışlı “Ford Cargo 1826 yük” markalı, **-JU- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təxminən 3090,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 2690,00 manat, təmir-bərpa işlərinin qiyməti - 400,00 manat. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət X14 Qeydiyyat-imtahan İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə AB 349580 nömrəli, “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növü təyini məsələsini müzakirə edərək, hesab edir ki, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə əlaqədar cəza növünün seçilməsini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X9 ona qarşı şikayətinin və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilr. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) X6 ərinin ölümü ilə əlaqədar çəkdiyi xərc 5000 (beş min) manat tutularaq X5 xeyrinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tətbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququndan 2 (iki) il müddətinə məhrum edilməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, çəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. X7 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 5000 (beş min) manat tutularaq X5 xeyrinə ödənilsin. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən mülki iddia verilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən ona mülki mühakimə icraatı qaydasında müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 150 (yüz əlli) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar