Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1030/2021 13.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Valeh” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Valeh” adlı şəxs və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi narkotik vasitəni onların qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyini qabaqcadan vəd verib şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Valeh” adlı şəxs və qeyrilərininin müəyyən edilməmiş vaxtda və şəraitdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Musabəyov” parkına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladıqları külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 2 000 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs “Valeh” adlı şəxsin göstərişi ilə 29 yanvar 2021-ci il tarixdə saat 19:45 radələrində qoyulduğu yerdən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19.45-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilib saat 21.45-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman külli miqdarda, təmiz çəkisi 2000 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin iç hissəsində sağ tərəfdə olan bir ədəd bağlamanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan “Nissan Mikra” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, 2020-ci ilin yay aylarında onun maşınından sərnişin kimi istifadə etmiş Elçin adlı şəxsi tanıyır. 2020-ci ilin təqribən avqust ayında Elçin onunla birlikdə maşınla yol gedərkən ondan telefonunu istəmiş, Elçin iranlı şəxslə danışmışdır. Telefon danışıqlarından sonra Elçin ona demişdir , danışdığı iranlı ona narkotik göndərdiyini, həmin vasitəni isə o götürməlidir. Onlar birlikdə xatırlamadığı ünvana getmiş və orada Elçin iranlının dediyi narkotik vasitəni götürüb gəlib onun maşınına əyləşmişdir. Sonra o Elçini Alatavada düşürüb yola salmışdır. Elçin onun telefonunu özünə qaytarmış və ona həmin şəxsin ona zəng edəcəyi təqdirdə telefona cavab verməməsini demişdir. Bu hadisədən sonra o, telefonundan Elçinin və iranlının nömrələrini silmişdir. Tutulmamışdan bir neçə gün öncə ona “Whatsapp” vasitəsilə xarici mobil operatora məxsus nömrədən zəng gəlmişdir. O həmin zəngə cavab verdikdə həmin şəxsin İran İslam Respublikası vətəndaşı olan “Valeh” adlı şəxs olduğunu bilmişdir. Valeh ondan Elçinin harada olduğunu soruşmuş, o isə Elçinin yerini bilmədiyini demişdir. Bir neçə saat keçdikdən sonra Valeh ona yenidən “Whatsapp” vasitəsilə zəng edərək ona iş təklif etmək istədiyini demişdir. İş ondan ibarət olacaqdı ki, o, Valehin göstərişi ilə narkotik vasitəni Valehin dediyi yerdən götürüb başqa yerə qoymalı və bunun müqabilində Valeh ona pul verməli idi. O Valehlə razılaşmış və 29 yanvar 2021-ci il tarixdə Valeh “Whatsapp” vasitəsilə ona zəng edərək narkotik vasitəni Sumqayıt şəhərində “Musabəyov” parkında daşın altına qoydurduğunu və həmin narkotik vasitənin qoyulduğu yerin fotoşəklini ona “Whatsapp” vasitəsilə göndərməklə həmin vasitəni oradan götürməklə özünün müəyyənləşdirəcəyi yerə qoymasını xahiş etmiş, bunun müqabilində ona 1000 manat pul verəcəyini bildirmişdir. O da gedib həmin yerdən narkotik vasitəni götürüb gödəkçəsinin iç hissəsinə qoymuş, həmin gün saat 19:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Musabəyov parkında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları xidməti vəsiqələrini təqdim edərək ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib və üzərində keçiriləcək prosessual hərəkətlərdə iştirak etməsi üçün Baş İdarəyə dəvət etmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, o, özü könüllü olaraq əynində olan gödəkçənin iç hissəsində narkotik vasitə heroin olduğunu demiş və əynində olan qara rəngli gödəkçənin iç hissəsində bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış sellofan bağlamanı təqdim edərək həmin bağlamanın içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin o, həmin narkotik vasitə heroini İİR vətəndaşı Valeh adlı şəxsdən aldığını, həmin şəxslə “Elçin” adlı şəxs vasitəsilə tanış olduğunu, Valehin “Whatsapp” vasitəsilə onunla əlaqə yaradıb “Musabəyov” parkına narkotik vasitə qoydurduğunu, onun həmin narkotik vasitəni Sumqayıt şəhərində özünün müəyyən edəcəyi yerə qoyması müqabilində ona 1000 manat pul verəcəyini deməsini bildirmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmuş və o, sərbəst olaraq həmin protokolu imzalamışdır. Bildirmək istəyir ki, istər saxlanılan, istərsə də şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamışdır. O özünü narkotik vasitələrinin qaçaqmalçılığında təqsirli bilmir, sadəcə iranlının dediyi yerdən əşyaları götürmüş, özündə saxlamış və tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, 29 yanvar 2021-ci il tarixdə İdarəyə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması barədə ona məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 29 yanvar 2021-ci il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları - əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsinə yollanmışlar. Həmin günü saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Musabəyov parkında Təqsirləndirilən şəxs görüb onu saxlamışlar. Özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını dedikdən sonra o, Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirib üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişdir. Baş İdarədə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan gödəkçənin iç hissəsində narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkçəsinin qabaq hissəsini açıb gödəkçəsinin iç hissəsində sağ tərəfdə saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış sellofan bağlamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bağlama açıldıqda içində narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən narkotik vasitə elektron tərəziyə qoyularaq çəkildikdə maddənin təxminən 2 kq-a yaxın olması müəyyən edilmişdir. Həmin Hadisədən çox müddət keçdiyi və çox saylı əməliyyat tədbirlərində iştirak etdiyi üçün Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə mənbəsi barədə dediklərini xatırlamır, lakin ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq edir. Əlavə etmək istəyir ki, şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmüş və Təqsirləndirilən şəxs, həmçinin digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı sonuncu saxlanılan və idarəyə gətirilib təhqiqatçıya təqdim edilənədək heç bir fiziki zor və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, 29 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əsasında yaradılmış əməliyyat qrupuna o da daxil olmuş, qrupun rəhbəri Şahid1 göstərişi əsasında Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması üçün o, qrupun rəhbəri Şahid1 və əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsinə yollanmışlar. Həmin günü saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Musabəyov parkında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirib Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirib üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Baş İdarədə digər tədbirlər təhqiqatçı tərəfindən keçirilmişdir. Belə ki, təhqiqatçı Təqsirləndirilən şəxs üçün vəkil dəvət edərək videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxışda o və əməliyyat qrupunun digər üzvləri iştirak etmişdir. Təhqiqatçının təklifinə uyğun olaraq Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan gödəkçənin iç hissəsində narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkçəsinin qabaq hissəsini açıb gödəkçəsinin iç hissəsində sağ tərəfdə saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış sellofan bağlamanı təqdim etmiş, həmin bağlama açıldıqda içində narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunmüş və Təqsirləndirilən şəxs, həmçinin digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Protokolda göstərilən xüsusatları, yəni narkotik vasitənin 2 kq olmasını xatırlayır və təsdiq edir. Təqsirləndirilən şəxs qarşı sonuncu saxlanılan və idarəyə gətirilib təhqiqatçıya təqdim edilənədək heç bir fiziki zor və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 digər şahidlər Şahid1 və Şahid2 ifadələrində olan xüsusatları təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri zamanı tanımış, Bakı şəhəri, Yasamal rayonu, Musabəyov parkında onu saxladıqlarını, idarədə təhqiqatçının Təqsirləndirilən şəxs üzərinə keçirdiyi baxışda iştirak etdiyini, sonuncunun könüllü olaraq gödəkçəsinin cibindən bağlama çıxarıb təqdim etdiyini, bağlamanın içərisində heroinə bənzər maddənin aşkar ediliyini, həmin maddənin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə 2 kq-a yaxın müəyyən edildiyini bildirmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs qarşı sonuncu saxlanılan və idarəyə gətirilib təhqiqatçıya təqdim edilənədək heç bir fiziki zor və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdə təqsirliliyi qismən özünün, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq olunmuş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilinin həmin idarənin rəisinə ünvanlanan 29.01.2021-ci il tarixli raportundan müəyyən olunur ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayn Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 29 yanvar 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 yanvar 2021-ci il tarixdə saat 19.45 radələrində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin iç hissəsində narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkçəsinin qabaq hissəsini açıb gödəkçəsinin iç hissəsində sağ tərəfdə saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış sellofan bağlamanı, gödəkçəsinin sol iç cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, salvarının sol yan cibində olan 7 manat pulu və şalvarının sol arxa cibində olan bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış sellofan bağlamanın içində narkotik vasitə heroin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bağlama iştirakçıların şahidliyi ilə açıldıqda içində narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini İİR vətəndaşı Valeh adlı şəxsdən aldığını, həmin şəxslə “Elçin” adlı şəxs vasitəsilə tanış olduğunu, Valehin “Whatsapp” vasitəsilə Cəfərlə əlaqə yaradıb “Musabəyov” parkına narkotik vasitə qoydurduğunu, Cəfərin həmin narkotik vasitəni Sumqayıt şəhərində özünün müəyyən edəcəyi yerə qoyması müqabilində ona 1000 manat pul verəcəyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 29.01.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs oğlu tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30.01.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü törədilmiş cinayət əməlində təqsirli bildiyini, narkotik vasitənin ona məxsus olduğunu və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 30 yanvar 2021-ci il tarixli, 6/417 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 1(bir) ədəd bağlamada təmiz çəkisi 2000 qram (2kq) açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi 2000 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq 1999,8 qram Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 mart 2021-ci il tarixli, 884 saylı rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Şifahi sorğu zamanı narkotik vasitələr qəbul etməsini inkar etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Respublika Psixatriya Xəstəxanası X4 1249 saylı, 17.02.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixatriya Xəstəxanasında müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 05.04.2021-ci il tarixli qərardan müəyyən olunur ki, təhqiqatdan sonra qalıq olan 1999,8 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd CD cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tətləbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi onun və şahidlərin ifadələri, baxış, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Ali Məhkəməsi Plenumunun 02 iyun 201-cı il tarixli 10№-li Qərarın 13-cü bəndinə əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçitilməsi ilə yanaşı narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-CM-nin 206-cı maddəsi və həmin məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutulan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi də tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitəni götürəcəyi üçün İran İslam Respublikası vətəndaşı “Valeh” adlı şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaydada narkotik vasitə heroini Azərbaycan ərazisinə keçirmişdir. Həmin narkotik vasitənin Azərbaycan respublikasına keçirilməsinə şərait yaradan amillərdən biri də Təqsirləndirilən şəxs həmin narkotik vasitəni daşıyacağı barədə Valehə söz verməsi olmuşdur. Bununla Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsinə qabaqcadan vəd etməklə köməklik etmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəlləri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 29.01.2021-ci ildən hesablamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan mməhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir. Belə olan halda ilk dəfə ağır cinayət törətmiş Təqsirləndirilən şəxs ona təyin olunan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 1999,8 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd CD cinayət işi materiallarında saxlnılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Təqsirləndirilən şəxs üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 32.5, 206.3.2-ci maddəsilə 05 (beş) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 1999,8 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd CD cinayət işi materiallarında saxlanılsın. Narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Cöstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 4 saylıVəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1030/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1030/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver