Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1030/2024 25.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, taxsi fəaliyyəti ilə məşğul olmuş, Zərdab rayonu, Zərdab şəhəri, Azərbaycan küçəsi, ev 4, mənzil 10-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq qurudulmuş marixuananı və külli miqdarda metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 22 avqust 2023-cü il tarixdə, saat 13:20-də yuxarıda göstərilən ünvanın yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə həmin gün saat 15:27-dən etibarən orada üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli şalvarın sol arxa cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 8,05 qram və 12,17 qram, 10 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,34 qram, 0,42 qram, 0,27 qram, 0,37 qram, 0,36 qram, 0,29 qram, 0,32 qram, 0,37 qram, 0,36 qram olmaqla, ümumilikdə təmiz çəkisi 23,77 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 7,065 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Ağ şəhərdə olarkən BMCMİ-nin əməkdaşları onu Füzuli ilə birlikdə tutub həmin İdarəyə gətirmişlər. Onun avtomaşınına axtarış zamanı avtomaşından 20 qram marixuana tapmışlar, daha sonra dördüncü mərtəbəyə qaldırıb 7 qram metamfetamini qabağına qoymuşlar və ondan çıxdığını bildirmişlər. Onu BMCMİ-də bir gün saxlamışlar. O, suallara cavab olaraq bildirmişdir ki, onun ancaq avtomaşınından narkotik vasitə çıxmışdır. Avtomaşınından çıxan 20 qram marixuana olmuşdur. Marixuananı tutulduğu gün şəxsi istifadəsi üçün İranlı şəxsdən kartına pul göndərməklə 20 qramını 180 manata, qramını 9 manatdan almışdır. Həmin şəxs əslən İranlı olsa Azərbaycan Respublikasında yaşayır. Həmin şəxsi o, görməmiş, amma Əhmədlidə yaşadığını bilir, ləqəbi İranlıdır. 20 qram marixuana olmuş, 7 qram metamfetamini onun qabağına qoymuşlar. Müstəntiq qeyd etmişdir ki, 7 qram metamfetamini İranlı şəxs alıb göndərmiş, lakin bu düzgün deyil, onun whatsap yazışmasında elə bir şey yoxdur. O, ona görə üzərinə götürmüşdür ki, ona üzərinə götürməyəcəyi təqdirdə evindən 1 kq narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Onu təhdid etdikləri üçün o, razılaşmış, videoçəkilişdə də məcbur olub demişdir. Bakı İstintaq Təcridxanasında müstəntiq ondan ifadə alanda o, 7 qramın onun olmadığını yazmışdır. Bu cinayət işinin materiallarında mövcuddur. Müstəntiq Bakı İstintaq Təcridxanasına 2-3 aydan sonra gəlmişdir. Bu müddət ərzində heç kim onun yanına gəlməmişdir. Barəsində həbs qətimkan tədbiri seçiləndə məhkəmə iclasında hakimə 7 qramın onun olmadığını bildirməmişdir. Onu BMCMİ-nin əməkdaşları məhkəməyə apardığından məcbur eyni şeyi demişdir. O, narkotik vasitəni satmaq məqsədi ilə almamışdır. Onun əvvəlki vəkili ona imza çəkməyini, məhkəmədə sübut edəcəyini bildirmiş, o da imza çəkmişdir. xx.xx.2023-cü il tarixdə o, Füzuli ilə Ağ Şəhərdə olmuşdur. Füzuli ona zəng edib bildirmişdir ki, Ağ şəhərdə bir nəfər var, gedib həmin şəxslə görüşsünlər. Füzulinin onun avtomaşınında narkotik vasitə olmağından xəbəri olmamışdır. Onlar Ağ şəhərdə olanda BMCMİ-nin əməkdaşları Füzulini və onu tutmuşlar. Avtomaşına axtarış zamanı avtomaşınından 20 qram marixuana tapmışlar. Daha sonra onun avtomaşınını idarə edərək Füzulini və onu başqa-başqa avtomaşınlarda BMCMİ-nə gətirmişlər. Avtomaşını yenidən axtarıb heç nə tapmamışlar. Onun üzərini də axtaranda heç nə çıxmamışdır. Nakotik vasitənin hamısını 7 qram “patı” ilə birlikdə bir sellofana qoymuşlar. Onun arxa sol cibindən çıxdığını qeyd etsələr də, lakin onun sol cibində heç nə olmamışdır. Onun üzərində heç nə olmamış, ancaq avtomaşında olmuşdur. Əgər üzərinə götürməsə gedib evindən kilolarla narkotik vasitə çıxaracaqlarını bildirmişlər. O da Cinayət Məcəlləsinin maddələrini bilmədiyimə görə məcbur olub üzərinə götürmüşdür. O, heç kimə narkotik vasitə satmamışdır. Ona ancaq marixuana məxsusdur, 7 qram metamfetamin ona məxsus deyil. Ona qarşı psixoloji təzyiqlər olmuşdur. O, anası və bacısı olan evə polislərin gəlməsinə razı olmamışdır. Avtomaşından marixuana çıxdıqdan sonra onları otağa gətirmişlər. Metamfetamini marixuananın içərisinə qoyub cibinə qoymuşlar və videoçəkiliş olmuşdur. İdarəyə gəldikdən sonra yanında olan şəxs Fizulinin gözü qarşısında dərhal avtomobilə baxış keçirmişlər. Avtomobilindən 20 qram narkotik vasitə marixuana aşkar edib götürmüşlər. Sonra onu otağa aparmışlar və orada üzərinə baxış keçirilən zaman 7 qram narkotik vasitə metamfetamini də stolun üstünə qoyub qəbul etməsə evinən külli miqdarda narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Maşına baxışda vəkil iştirak etməmişdir. Avtomaşında olan marixuana 2 bükümdə olmaqla 8 qram bir paketdə, 12 qram bir paketdə olmuşdur. O, həmin narkotik vasitələri özü bölməmiş, o cür almışdır. Maşından götürüb otağa aparmışlar. Orada 7 qram narkotik vasitə metamfetaminlə birlikdə sarı sellafon paketə qoyub həmin sellafonu arxa sol cibinə qoymuşlar. O, metamfetamin kimi bilinən narkotik vasitənin adının “patı” olduğunu bilir. Adının metamfetamin olduğunu iş materiallarından öyrənmişdir. Avtomobilə baxış keçirilən zaman Şahid6 orada olmuşdur. Sonuncu dəfə aldığı narkotik maddəni Şahid5 və ya başqa şəxsə verməmişdir. 10 manata aldığı narkotik maddəni 10 manata da Şahid5 vermiş, yəni, pul qazanmaq niyyəti ilə bunu etməmiş, həmin narkotik maddəni bir yerdə istifadə etmək üçün etmişdir. Mobil telefonunda cinayət işi üzrə əhəmiyyət kəsb edən SMS mətnlərdə Seyidlə narkotik vasitə barəsində danışdıqlarının doğruluğunu təsdiq edir. Seyidlə arasinda narkotik vasitə ilə bağlı mobil telefonunda olan səsli ismarıc və SMS mətnlər olsa da, həmin narkotik vasitəni nə əldə edə bilmiş, nə də ki Seyidə verə bilmişdir. Şahid2 tanımır. Şahid2 tərəfindən ona qarşı hər hansı fiziki təzyiq olmamışdır. Amil adlı şəxsdən “4 dənə gətir”, “Birdənədə sən dünənkini ver”, “60m verəcək 50m sənin 10m mənim ok?”, “Qaqa tez gətir” kimi mesajlar ona ünvanlanmış, amma həmin mesajlar barəsində heç nə deyə bilməz. “60m verəcək 50m sənin 10m mənim ok?” kimi mesajlarda 60m ifadəsində nədən söhbət getdiyinin bilmir. Seyid adlı şəxslə danışıq zamanı “qaqa”, “100 hazır elə sən”, “axşam”, “görüm neynirəm” kimi mesajlarda məqsədi İran İslam Respublikasının vətəndaşından 10 qramlıq narkotik vasitə marixuana alıb və həmin narkotik vasitənin 60 manatlığını Seyidə, 30 manatlığını isə özünə götürmək olmuşdur. Süleyman məhlə adlı şəxslə danışıq zamanı Süleymana ünvanladığı “tema qəşəng temadı”, “deyim biləsən” kimi yazdığı mesajlarda tema sözünün nə demək olduğunu bilmir. Yaşadığı evdən narkotik vasitə çıxardacaqları ilə hədələdikləri üçün polis əməkdaşlarının dedikləri kimi ibtidai istintaqda ifadə vermişdir. O, məhkəmədən barəsində ədalət qərar verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif işlərdə işləmiş və son dövrlərdə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, istifadəsində olan “Mercedes” markalı **-MV-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 3 il olar ki, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər istifadə etdiyi maddələri Bakı şəhərində tanımadığı şəxslərdən almış, son dövrlərdə isə “İnstagram” sosial şəbəkəsində bir iranlı ilə tanış olmuş və narkotik vasitələri ondan almışdır. İranlının adını bilmir, amma, ona “baba” deyə müraciət etmişdir. Yaxınlarının bundan məlumatı olmaması üçün telefonunda onun adını “Eyyub malyar” kimi qeyd etmişdir. İranlıdan narkotik vasitələri onlayn qaydada almış, belə ki, iranlının dediyi hesaba və ya karta pul göndərmiş və iranlı ona narkotik vasitələri qoyduğu yeri demiş, bundan sonra o həmin maddələri gedib oradan götürmüşdür. Son dövrlərdə iranlının göndərdiyi maddələr çox olduğundan onların satışı ilə də məşğul olmuşdur. Belə ki, həmin maddələri bükümlərdə qablaşdırıb bir bükümünü 10 manata satmışdır. Sonuncu dəfə 21 avqust 2023-cü il tarixdə iranlı ilə əlaqə saxlamış və ondan narkotik vasitə istəmişdir. Bunun üçün onun dediyi kart hesabına 180 manat pul göndərmişdir. 22 avqust 2023-cü il tarixdə iranlı onula əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddələrin artıq Bakıda olmasını bildirmişdir. İranlının göndərdiyi konuma gedərək Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində həmin maddələri tapmış və götürmüşdür. Götürdüyü bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana və bir büküm də metamfetamin olmuşdur. İranlı demişdir ki, həmin maddəni test üçün göndərib, əgər istəyən olsa əlavə olaraq da göndərə bilər. O iranlının göndərdiyi maddələri cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin günü dostu Şahid3 ilə Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində olduğu zaman 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları idarə etdiyi **- MV-*** qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd sarı rəngli sellofan torbanı, şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarını, 02 ədəd plastik bank kartını, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və 01 ədəd şəxsiyyət vəsiqəsini, təkrar olaraq şalvarının sağ yan cibindən 1 manat 90 qəpik pul vəsaitini çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sarı rəngli sellofan torbaya baxış zamanı içərisindən 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin, 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 10 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş maddə və kütlələr polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş 05 ədəd plastik karta baxış zamanı içərisində 01 ədəd üstündə **********286446 rəqəmləri qeyd olunmuş “Yelobank” bank kartı, 01 ədəd üstündə **********466688 rəqəmləri qeyd olunmuş “Leobank” bank kartı, 01 ədəd özünə məxsus olan sürücülük vəsiqəsi, 01 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Üstündən aşkar edilmiş “Redmi” markalı mobil telefon, 01 ədəd “Leobank” kartı, 01 ədəd “Yelobank” kartı, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda üstündən aşkar edilmiş 01 ədəd avtomobil açarı, 1 manat 90 qəpik pul özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş kütlə və maddələri 22 avqust 2023-cü il tarixdə anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından ümumilikdə 180 manata aldığını, həmin maddə və kütlələri satış və şəxsi istifadə məqsədi ilə əldə etdiyini, əvvəllər də narkotk vasitələrdən istifadə etdiyini və bəzi şəxslərə satdığını, eləcə də Şahid3 ilə uzun müddətdir ki dost olduğunu, lakin onun üstündə olan narkotik vasitə və psixotrop maddələrdən Şahid3 məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı idarə etdiyi “Mercedes” markalı, **- MV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. X9 Əhmədovun üstünə baxış keçirilmişdir. Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “Redmi” markalı mobil telefon Şahid3 geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid3 onunla arasında dostluq münasibətinin olduğunu və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi avtomobildən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş maddələri satış məqsədi ilə əldə etdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, narkotik vasitə aldığı iranlı şəxsin anket məlumatlarını bilmədiyini, İrana gedərək oradan narkotik vasitə gətirmədiyini, əvvəllər istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində tanımadığı şəxslərdən aldığını, bu işi gördüyündən heç kimin, eləcə də ailə üzvlərinin xəbəri olmadığını, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini, tanışı Şahid3 bu cinayətdən məlumatı olmadığını və onun narkotik vasitə istifadə etmədiyini, üzərinə şəxsi axtarışın video çəkilişlə təhqiqatçı tərəfindən aparıldığını, ondan başqa heç kimin onun üzərinə şəxsi axtarış keçirmədiyini, nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də avtomobilə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumat əsasında rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, olmuş, qrupun tərkibi 4 nəfərdən ibarət olmuşdur. Muradın yeri Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər deyilən ərazidə müəyyən olunmuşdur. Qeyd olunan əraziyə getmişlər və həmin ərazidə onlar sonuncuya yaxınlaşmışlar. Orada sonuncunun anket məlumatlarını dəqiqləşdirmişlər. Muradın yanında bir nəfər Fizuli adında şəxs olmuşdur. Onlar özlərini təqdim etmişlər və sonuncuları baş idarəyə dəvət etmişlər. Orada təhqiqatçı vəkilin iştirakı ilə Muradın üzərinə videoçəkiliş vasitəsilə baxış keçirmiş və üzərində qanunsuz əşya varsa təqdim etməsini bildirmişdir. Şəxs üzərində olan sarı rəngli sellofan paketi təqdim etmiş və içərisində bir bükümdə metamfetamin, 2 sellofon bükümdə marixuana və 10 ədəd xırda kağız bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitələr tərəflərindən xüsusi qabda qablaşdırılaraq götürülmüşdür. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Muradı saxladıqları zaman sonuncu tək olmamış, yanında Fizuli adlı şəxs olmuşdur. Onlara Təqsirləndirilən şəxs barəsində məlumat daxil olduğu üçün onlar sonuncunu saxlamışlar. Həmin şəxslər küçədə avtomobilin yanında dayanmışlar. Digər əməkdaşlar Fizulini aparmışlar. O, Muradın avtomobilini idarə etmişdir. Murad onun idarə etdiyi avtomobildə olmuşdur. Baş əməliyyat müvəkkili Şahid4 də onlarla birlikdə maşında olmuşdur. Həmin vaxt onlar maşına baxış keçirməmişlər. Bölməyə gəldikdən sonra maşının açarını özünə təqdim etmişlər. Baxış keçirilən zaman açar Təqsirləndirilən şəxs üzərində olmuşdur. Maşına baxış sonuncunun özünün iştirakı ilə keçirilmişdir. Şəxsdən aşkar etdikləri narkotik vasitələri həm satdığını, həm də istifadə etdiyini bildirmişdir. Avtomobilə baxış zamanı üzərindən qeyri-qanuni heç bir əşya aşkar olunmamışdır. Üzərinə baxışda şəxsi saxladıqları zaman yanında olan Fizuli adlı şəxsdə iştirak etmişdir. Fizuli Muradda olan narkotik vasitələr haqqında məlumatı olmadığını bildirmişdir. Şəxsə qarşı heç bir fiziki və psixoloji təsir olmamışdır. Onlar Təqsirləndirilən şəxs İdarəyə apardıqları zaman heç bir etirazı olmamışdır. İstintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs İdarəyə apardıqları zaman sonuncunun avtomobilini o, idarə etmişdir. İdarəyə gəldikdən sonra şəxsin avtomobilinə baxış keçirilməmişdir. Avtomobilə baxış zamanı 20 qram marixuana aşkarlanmağını təqsirləndirilən şəxs yalan deyir. Onlar şəxsi İdarəyə gətirəndə avtomobilə dərhal baxış keçirməmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 22 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat daxil olduqdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində idarə etdiyi avtomobillə olması müəyyən olunmuş və onlar həmin ünvana getmişlər. Ünvanda Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu avtomobilin yanında bir nəfər şəxslə dayanmışdır. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və İdarəyə dəvət etmişlər. Orada şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən metamfetamin və qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, aşkar edilən narkotik vasitə şəxsin avtomobilindən deyil, üzərindən aşkar olunmuşdur. Şəxsi saxladıqları zaman yanında bir nəfər olmuşdur. Şəxs İdarəyə öz avtomobili ilə aparılmışdır. Avtomobildə kimlərin olduğu dəqiq yadında deyil. Şəxsin üzərinə baxışa və aşkar ounan narkotik vasitəyə heç bir etirazı olmamışdır. Fizuli adlı şəxsin üzərinə də baxış keçirilmiş, üzərində heç bir narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs İdarəyə aparılan zaman sonuncunun şəxsi avtomobili kim tərəfindən idarə olunmağı dəqiq yadında qalmamışdır. İdarədə avtomobilə baxış keçirilən zaman o da orada olmuşdur. X6 və Şahid2 iştirak etmişlər. Baxış keçirilən zaman orada kimlərin iştirak etdiyini dəqiq xatırlamır. Baxış zamanı avtomobildən metamfetamin və marixuana aşkar olunmuş, neçə bükümdə olmağını xatırlamır. Avtomobilə baxış keçirilən zaman müdafiəçi də orada olmuşdur. Avtomobilə keçirilən baxışı dəqiq xatırlamır. Onlar şəxsə yaxınlaşanda sonuncu idarə etdiyi avtomobilin yanında olmuşdur. Şəxsin öz maşını ilə İdarəyə gətirilən zaman avtomobilin kim tərəfindən idarə olunmağını xatırlamır. Şəxsin avtomobilinə İdarədə baxış keçirilməyi tam yadında qalmamışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, avtomobildə keçirilən baxışı tam xatırlamır. Tərəflərindən təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təsir olmamışdır. Belə bir hal ilə rastlaşmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs haqqında məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılaraq o da həmin qrupa daxil edilmişdir. BMCMİ-nin xidməti avtomobili ilə daxil olan məlumatda qeyd olunan yerə, Xətai rayonu, Ağ şəhər yaşayış sahəsi 4C ünvanına getmişlər. Təqsirləndirilən şəxs və Şahid3 orada olmuşlar. Şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və sonuncular da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs və Şahid3 BMCMİ-ə dəvət etmişlər. Təqsirləndirilən şəxs öz avtomobili ilə və Şahid3 isə polisin xidməti avtomobili ilə BMCMİ-nin inzibati binasına gətirmişlər. BMCMİ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və 1 ədəd sarı sellofan, telefon və şəxsi avadanlıqlar aşkarlanmışdır. Şahid3 xahiş edib sonuncunun da üzərinə baxış keçirmişlər. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş və hər hansı qanunsuz predmet aşkarlanmamışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləyir. Təqsirləndirilən şəxs avtomobili ilə BMCMİ-yə gələrkən polis əməkdaşı Tərlan avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs BMCMİ-yə gətirilərkən avtomobilində iki nəfər polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs BMCMİ-yə gətirib təhqiqatçının otağına aparmışlar və vəkillə təmin oldunduqdan sonra üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobili həyətdə olarkən baxış keçirilməmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq olmamışdır. Xətai rayon, Ağ şəhər yaşayış sahəsi 4C ünvanında olarkən Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Murad ilə birlikdə sonuncunun avtomaşınında olmuşlar. Murad onu məhlədən götürmüş, onu Ağ şəhərə aparmışdır. Ağ şəhərdə onu düşürtdükdən sonra o, düşüb biraz qabağa getmiş, 5 dəqiqə sonra arxaya baxmış və avtomaşının orada olmadığını görmüşdür. O, avtomaşını saxladığı yerə getmiş və avtomaşının orada olmadığını görmüşdür. Muradın onu qoyub getməyəcəyini fikirləşmişdir. Murada zəng etmiş, lakin sonuncu ona cavab verməmişdir. Daha sonra bir nəfər şəxs ona yaxınlaşıb BMCMİ-nin əməkdaşı olduğunu Muradın avtomaşınından narkotik vasitə çıxdığını bildirmiş və onu avtomaşına aparmışdır. Daha sonra BMCMİ-yə getmişlər. İdarədə onlardan ifadələrini almışlar və imza çəkdirmişlər. O, orada metamfetamin görməmişdir. Marixuananı avtomaşından çıxardanda görmüş, amma metamfetamin orada olmamışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadə etməmişdir. Onun narkotik vasitə ilə heç bir adiyyati olmamışdır. Avtomaşına baxış videoçəkilişlə olmamış, videoçəkiliş İdarədə olmuşdur. Videoçəkilişdə ikisi də olmuşdur. Avtomaşından çıxan marixuananı görmüşdür. Muradın üzərinə şəxsi axtarış zamanı bir otaqda olmuşlar, videoçəkliş zamanı cibindən narkotik maddəni çıxartmışdır. Onlar bir yerdə olmuşlar, onları idarədə ayırmışlar, bundan sonra bir-birilərini görməmişlər. Onları tutduqdan sonra İdarədə bir otağa salmışlar, hər biri otağın bir küncündə durmuşlar. İdarənin həyətində avtomaşını yoxlamışlar və avtomaşından marixuana götürmüşlər. Onları avtomaşına baxışdan sonra bir yerdə bir otağa salmışlar. Üzərinə baxış zamanı videoçəkiliş olmuş, Murad üzərindəkiləri təqdim etdikdə o, orada olmuşdur. Avtomaşına baxışdan təxminən 1 saat sonra sonuncunun üzərinə şəxsi axtarış olmuşdur. Murad videoçəkiliş zamanı cibindən marixuana və metamfetamin çıxartmışdır. Muradın cibinə metamfetamin və marixuananı qoyduqlarını görməmişdir. O, avtomaşından çıxan marixuananı görmüş, avtomaşından metamfetamin çıxmamışdır. Kiminsə Muradın üzərinə nəsə qoyduğunu görməmiş və ya ona nəyisə üzərinə götürməsini dediyini eşitməmişdir. Avtomobilə baxış zamanı onlardan başqa təxminən 4-5 nəfər polis əməkdaşları olmuşdur. Avtomobilə baxış zamanı vəkil olmamışdır. O, avtomobildən çıxan 1 ədəd bükümü görmüş, həmin büküm sellofana bükülmüşdür. Həmin bükümü içəri gətirdikdən sonra masanın üzərinə qoymuşlar. Avtomaşından götürülən bükümdən əlavə üzərinə şəxsi axtarış zamanı o, metamfetamini görmüşdür. Muradla o, uzun müddətdir dostdurlar. Muradın narkotik vasitə istifadə etdiyini bilir, sonuncunun narkotik vasitə satması ilə bağlı heç bir məlumatı yoxdur. O, Muradın üzərindən çıxan narkotik maddənin ağ rəngdə olduğu üçün metamfetamin olduğunu düşünmüşdür. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, İdarədə onlara necə demişlərsə onlar təkrar etmişlər və o, ifadəsinə imza çəkmişdir. Onluq heç nə olmadığını, imza çəkməyini bildirdiklərindən o da oxumadan imza çəkmişdir. Onun hazırki məhkəmədə verdiyi ifadə düzgündür. Avtomaşından çıxan büküm şəffaf sellofanda olmuşdur. Həmin bükümün hansı rəngdə olduğunu görmüşdür. Üzərinə şəxsi axtarış zamanı o, ağ rəngli narkotik vasitə görmüş, lakin avtomaşına baxış zamanı o, ağ rəngdə heç nə görməmişdir. Avtomaşından çıxan sellofanın içərisindəki büküm yaşıl rəngdə olmuşdur. O, qızla görüşəcəkdi, Murada onu Ağ şəhərə aparmasını xahiş etmişdir. O, Murada 5 dəqiqəyə qayıdacağını bildirmişdir. O, geri qayıtdıqda avtomaşının orada olmadığını görüb daha sonra üzü dənizə tərəf getmişdir və 1 nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. O, bundan sonra Muradı İdarədə görmüşdür. Polis əməkdaşları ona heç bir təzyiq etməmişlər. O, ibtidai istintaq zamanı danışdıqlarının Muradın ziyanına olduğunu bilirdi. Polis əməkdaşları nə demişlərsə Murad və o, təkrar etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının sonlarında ona zəng gəlmiş və BMCMİ-yə dəvət edilmişdir. Orada polis əməkdaşı Təqsirləndirilən şəxs tanımağı barədə soruşmuşlar və o da tanıdığını bildirmişdir. Polis əməkdaşının Təqsirləndirilən şəxs narkotik maddənin satışın həyata keçirməsi ilə bağlı sualına, Təqsirləndirilən şəxs belə bir əməl törətməyindən xəbəri olmadığını bildirmişdir. Polis əməkdaşı ondan narkotik maddə istifadə etməyi barədə soruşmuş və cavabında əvvəllər istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünün istifadəsi üçün narkotik maddə alarkən onun üçün də almağını istəmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özünün istifadəsi üçün həftədə bir-iki dəfə alarkən onun üçün də almağını istəmişdir. Təqsirləndirilən şəxs onun üçün aldığı narkotik maddə üçün sonuncuya 10-15 manat pul verirdi. Təqsirləndirilən şəxs onun üçün aldığı narkotik maddə bir dəfə istifadəyə görə idi və bir siqaret tutumu qədər olardı. Təqsirləndirilən şəxs aldığı narkotik maddə marixuana idi və kağıza bükülmüş halda gətirirdi. Təqsirləndirilən şəxs narkotik maddəni aldığı şəxsdən o, hər hansı narkotik maddə almamış, sadəcə Təqsirləndirilən şəxs özünün istifadəsi üçün narkotik maddə alanda onun üçün də almasını istəmişdir. Hər hansı başqa şəxsdən narkotik maddə almamışdır. Təqsirləndirilən şəxs ilə narkotik maddənin alışı ilə bağlı danışıqları telefonda olmuş və bunu da polis əməkdaşları müəyyən etmişlər. İbtidai istintaqdakı ifadəsinin bəzi hissələri istisna olmaqla doğrudur. İbtidai istintaq dövründə verdiyi ifadədə qeyd olunan Təqsirləndirilən şəxs narkotik maddəni satmağı və onun da həmin maddəni almağı yalnış qeyd olunmuşdur. İbtidai istintaq dövründə verdiyi ifadəni imzalamağına səbəb təzyiq altında olmağıdır. Belə ki, ifadəsi alınarkən masaya tapança və baseball taxtası qoymuşlar. BMCMİ-də ifadəsi alındıqdan sonra təzyiq altında ifadəsi imzalamağı barədə müvafiq qurumlara müraciət etməmiş, çünki, məhkəməyə gəlib doğruları deyəcəyini bilmişdir. BMCMİ-də polis əməkdaşları onu ailəsi ilə, işi ilə hədələmişlər. İbtidai istintaq dövründə verdiyi ifadənin düzgün yazılmayan hissələri ilə bağlı hər hansı qeyd yazmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadədə narazı olduğu hissə Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumatının olmağıdır. Həmin ifadəni imzalamağına səbəb polis əməkdaşlarının onu hədələməkləridir, lakin, indi hədələyə bilməzlər. 2023-cü ilin iyun ayının sonlarında ona zəng edərək BMCMİ-yə dəvət edən əməkdaşın adı Rəvan olmuşdur. Rəvan adlı əməkdaş telefonda nə üçün dəvət olunmağını bildirməmişdir. BMCMİ-nin inzibati binasına gedib 4cü mərtəbədə Rəvan adlı əməkdaşın otağına daxil olmuşdur. Rəvan adlı polis əməkdaşı Təqsirləndirilən şəxs haqqında soruşmuş və qonşusu olduğunu bildirmişdir. Həmin polis əməkdaşı özünün narkotik maddədən istifadə etməyi barədə soruşmuş və cavabında etmədiyini bildirmişdir. Narkotik maddədən istifadə etmədiyini bildirdikdə polis əməkdaşı Təqsirləndirilən şəxs ünvanladığı səs yazısını ona dinlətmişlər. Belə olduğu halda, Təqsirləndirilən şəxs narkotik maddə alarkən onun üçün də almağını istədiyini bildirmişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşğul olması barədə soruşanda cavabında 30 ildi Təqsirləndirilən şəxs tanıdığını və sonuncunun belə bir əməl törətməyindən xəbəri olmadığını bildirmişdir və Təqsirləndirilən şəxs sadəcə narkotik maddə istifadə edən biri kimi tanımışdır. Polis əməkdaşı Təqsirləndirilən şəxs müdafiə etməməyi, belə olduqda sonuncu ilə birlikdə o da məsuliyyət daşıyacağını bildirmişdir. Bundan sonra o da ifadəni imzalamışdır. Polis əməkdaşı növbəti həftənin birinci günü gəlməyini bildirmiş və o, dediyi gün getmişdir, beləliklə BMCMİ-yə cəmi iki dəfə getmişdir. BMCMİ-yə ikinci dəfə gedəndə polis əməkdaşları ilə razılaşmamış və buna görə onu BMCMİ-nin İstintaq Şöbəsinə göndərmişlər. Razılaşmamağına səbəb ilk dəfə BMCMİ-yə gedəndə polis əməkdaşının ondan 10 min manat istəməyi və onun həmin məbləği ikinci dəfə ora gedəndə aparmamağı olmuşdur. Sonuncu dəfə 1-2 ay əvvəl narkotik maddədən istifadə etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasına səbəb olan sonuncu narkotik maddənin alışından xəbəri olmamışdır. Polis əməkdaşı onu işi ilə hədələyərək işində müdirin və iş yoldaşlarının narkotik maddə istifadə etməyi haqqında məlumat verəcəyini, ailə fərdlərinə məlumat verəcəyini və Təqsirləndirilən şəxs ilə hədələyərək sonuncunun narkotik maddənin satışın həyata keçirməyi barədə ifadə verməyini tələb etmiş, lakin, bu hədələrin heç biri işə yaramamışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 10 manata narkotik maddəni alırdı, o da 10 manat verib həmin narkotik maddəni sonuncudan alırdı. Təqsirləndirilən şəxs ilə mesajlama da 100 manat olan 1 qutu narkotik maddədir. Təqsirləndirilən şəxs iki ədəd 30 manatlıq onun üçün, bir ədəd 30 manatlığı da özü üçün götürməyini bildirmişdir. Məhkəmədə biraz əvvəl 10 manat bildirdiyi qiymətlə 30 manatın arasında çox da fərq yoxdur. Həmin mesajlaşmada qeyd olunan narkotik maddələrin bölünməsi həyata keçirilməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq Baş İdarənin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid6, Şahid2 və o, daxil edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 13-14 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı **- MV-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər yaşayış sahəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 13:20-də ünvan 2 ünvanın yaxınlığında “Mercedes” markalı **-MV-*** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında bir nəfər də olmuşdur. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxslərin də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid3 olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş, onu avtomobili ilə birlikdə DİN-in BMCMİ-yə dəvət etmişlər. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs yanında olan Şahid3 da BMCMİ-yə dəvət olunmuşdur. Hər iki şəxs etiraz etmədən onlarla birlikdə BMCMİ-yə gəlmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq, vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində metamfetamin və marixuana olduğunu bildirib, əynində olan cins şalvarının ciblərindən 01 ədəd sarı rəngli sellofan torbanı, 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd avtomobil açarını və 02 ədəd plastik bank kartını, 01 ədəd özünə məxsus olan sürücülük vəsiqəsini, 01 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və 1 manat 90 qəpik pul vəsaitini çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sarı rəngli sellofan torbaya baxış zamanı içərisindən 01 ədəd şəffaf sellofan bükümdə olan metamfetaminə oxşar maddə, 02 ədəd şəffaf sellofan bükümdə və 10 ədəd kağız bükümdə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş maddə və kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya, predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş “Redmi” markalı mobil telefon, 02 ədəd bank kartı, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd avtomobil açarı, 1 manat 90 qəpik pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş kütlə və maddələri 22 avqust 2023-cü il tarixdə anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından ümumilikdə 180 manata aldığını, həmin maddə, kütlələri satış və şəxsi istifadə məqsədi ilə əldə etdiyini, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini və bəzi şəxslərə satdığını, eləcə də Şahid3 ilə uzun müddətdir ki dost olduğunu, lakin üstündə olan maddə və kütlələrdən məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Mercedes” markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. X9 Əhmədovun üstünə baxış keçirilmişdir. Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan cins şalvarının cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “Redmi” markalı mobil telefon Şahid3 geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid3 Təqsirləndirilən şəxs dostu olduğunu, onun üzərindən aşkar edilmiş maddə və kütlələrdən məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-MV- *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış və Baş İdarənin həyətində həmin avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Mercedes” markalı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiyini və onlara heç bir xəsarət yetirmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid6, Şahid2, Şahid1 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişlər. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur və onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 22 avqust 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi **-MV-*** qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilin yanında olduqları zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları **-MV-*** qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində metamfetamin və marixuana olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd sarı rəngli sellofan torbanı, şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarını və 02 ədəd plastik bank kartını, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və 01 ədəd şəxsiyyət vəsiqəsini, təkrar olaraq şalvarının sağ yan cibindən 1 manat 90 qəpik pul vəsaitini çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sarı rəngli sellofan torbaya baxış zamanı içərisindən 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin, 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana və 10 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş maddə və kütlələr polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş, 05 ədəd plastik karta baxış zamanı içərisində 01 ədəd üstündə **********286446 rəqəmləri qeyd olunmuş “Yelobank” bank kartı, 01 ədəd üstündə **********466688 rəqəmləri qeyd olunmuş “Leobank” bank kartı, 01 ədəd Təqsirləndirilən şəxs məxsus olan sürücülük vəsiqəsi, 01 ədəd Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmiş, üstündən aşkar edilmiş “Redmi” markalı mobil telefon, 01 ədəd “Leobank” kartı, 01 ədəd “Yelobank” kartı, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd avtomobil açarı, 1 manat 90 qəpik pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş kütlə və maddələri 22 avqust 2023-cü il tarixdə anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından ümumilikdə 180 manata aldığını, həmin maddə və kütlələri satış və şəxsi istifadə məqsədi ilə əldə etdiyini, əvvəllər də narkotk vasitələrdən istifadə etdiyini və bəzi şəxslərə satdığını, eləcə də onunla uzun müddətdir ki dost olduğunu, üstündə olan maddə və kütlələrdən Şahid3 məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Mercedes” markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra onun üstünə baxış keçirilmişdir. Ona üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “Redmi” markalı mobil telefon ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs dostu olduğunu, onun üzərindən aşkar edilmiş maddə və kütlələrdən məlumatının olmadığını bildirmişdir. Daha sonra bu barərə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından onun məlumatının olmadığını, məlumatı olsaydı bu barədə polisə məlumat verəcəyini, narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur və onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur. Təxminən 5 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatlı olmuşdur. Muradın narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs olunmasından tanışları vasitəsilə xəbər tutmuşdur. Əvvəllər dəfələrlə Muraddan narkotik vasitə olan marixuana almışdır. Murad narkotik vasitələri alıb gətirmiş, bunun müqabilində Murada 5-10 manat məbləğində pul vermişdir. Sonuncu dəfə ifadə verdiyi tarixdən təxminən 1 ay əvvəl Muraddan narkotik vasitə olan marixuana almışdır. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasından məlumatlı olduğunu, bir neçə dəfə Muraddan narkotik vasitə olan marixuana aldığını, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 10 ildir ki, ***-***-**-** mobil nömrəsi istifadə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması faktına görə CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Murad” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə BMCMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 5-6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:41-də CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:20-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 19) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində metamfetamin və marixuana olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd sarı rəngli sellofan torbanı, şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarını və 05 ədəd plastik kartı, təkrar olaraq şalvarının sağ yan cibindən 1 manat 90 qəpik pul vəsaitini çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sarı rəngli sellofan torbaya baxış zamanı içərisindən 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə, 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və 10 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş, 05 ədəd plastik karta baxış zamanı içərisində 01 ədəd üstündə **********286446 rəqəmləri qeyd olunmuş “Yelobank” bank kartı, 01 ədəd üstündə **********466688 rəqəmləri qeyd olunmuş “Leobank” bank kartı, 01 ədəd Təqsirləndirilən şəxs məxsus olan sürücülük vəsiqəsi, 01 ədəd Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş kütlə və maddələri xx.xx.2023-cü il tarixdə anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından ümumilikdə 180 manata aldığını, həmin maddə və kütlələri satış və şəxsi istifadə məqsədi ilə əldə etdiyini, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini və bəzi şəxslərə satdığını, eləcə də Şahid3 ilə uzun müddətdir ki dost olduğunu, lakin üstündə olan maddə və kütlələrdən məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Mercedes” markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. X9 Əhmədovun üstünə baxış keçirilmiş, Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş “Redmi” markalı mobil telefon Şahid3 geri qaytarılmış, şifahi sorğu zamanı Şahid3 Təqsirləndirilən şəxs dostu olduğunu, onun üzərindən aşkar edilmiş maddə və kütlələrdən məlumatının olmadığını bildirmişdir. (l cild i.v. 27-30) xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-MV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. (l cild i.v. 33-35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/1195 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş maddə və kütlələr” yazılar və imzalar olan sarı rəngli kağız paketdə 2 ədəd ağız hissələri rezinlə bağlanmış sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 8,05 qram; 12,17 qram, ümumi çəkisi – 20,22 qram, 2 ədəd ağız hissəsi bağlanan polietilen paketlərdə: 1-ci polietilen paketdə 4 ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,45 qram; 0,34 qram; 0,42 qram; 0,27 qram, ümumi çəkisi – 1,48 qram, 2-ci polietilen paketdə 6 ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,37 qram; 0,36 qram; 0,29 qram; 0,32 qram; 0,37 qram; 0,36 qram; ümumi çəkisi-2,07 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 2 ədəd sellofan bükülülərdə və 10 ədəd qəhvəyi rəngli kağız bükümlərdə olan marixuanaların ümumi çəkisi – 23,77 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. (İ cild i.v. 52-56) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4497 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilmiş maddə və kütlələr şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,065 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (İ cild i.v. 57-61) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 77-78) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 104-109) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(005)- 1261/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 13:20dən hesablanmışdır. (İ cild i.v. 121-125) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 23,53 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 6,965 qram psixotrop maddə metamfetamin və “Redmi Note 11S” markalı mobil telefon maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İ cild i.v. 129-130, İ cild i.v. 122-123) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(005)- 1428/2023 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(011)- 614/2023 saylı qərarlarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edlmişdir. (İ cild i.v. 144,173) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild i.v. 148) xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Amil” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 17 avqust 2023-cü il tarixdə saat 18:31-də Təqsirləndirilən şəxs yazılı ismarıclar göndərərək bildirmişdir ki, “4 dene getir”, “Birdenede sen dunenkini ver”, “60m verecek 50m senin 10m menim ok?”, “Qaq atez getir”. Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, “30 deq ordayam”. “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Seyid” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 10 avqust 2023-cü il tarixdə saat 15:15-də səsli ismarıc göndərərək bildirmişdir ki, “Həci, gör nə deyirəm sənə? Sən gör o tərəflərdə bir şey edə bilsən atdırmaq məsələsini. Gör, mən dünən dedim sənə, oğlan deyirdi 100 manat verəcək. O nəsə xəbər çıxmadı. Hə dedi, ama axıra kimi demədi hə’sini. Gör, edə bilsən, keçən dəfəki kimi. Gör, etmək olar mənə? Elə bil üçdə biri də mənə, otuz manatlıq. Bölüşdürüb həll edərdik də onu”. Təqsirləndirilən şəxs cavab olaraq “qaqa”, “100 hazir ele sen”, “axsam”, “gorum nenirem”. “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində Təqsirləndirilən şəxs ilə ***-***-**-** mobil nömrəsinin istifadəçisi arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 25 iyul 2023-cü il tarixdə saat 17:30-da ismarıc göndərərək bildirmişdir ki, “Goture bildin qaqa”. Təqsirləndirilən şəxs cavab olaraq “he qaqa goturdum.amma nzsde deyilem”. Həmin mobil nömrənin istifadəçisi cavab olaraq “Murad sen cani nzsdasansa mene 1-2 dene das qret elede nolarki” məzmununda yazılı ismarıc göndərmiş, Təqsirləndirilən şəxs cavabında “vallah”, “patı tuxta”, “cixdi” məzmunlu yazılı ismarıclar göndərmişdir. Bundan başqa “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Suleyman mehle” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmalar müəyyən edilmişdir. Belə ki, həmin nömrənin istifadəçisi 01 dekabr 2022-ci il tarixdə saat 22:17-də yazılı ismarıclar göndərərək bildirmişdir ki, “Salam qaqa suleymandi”, “Emaneti gotrmek isteyirdime”, “Mehledeswn?”. Təqsirləndirilən şəxs cavabında “he qaqa”, “sen hardasna” məzmunlu yazılı ismarıclar göndərmişdir. Həmin nömrənin istifadəçisi cavab olaraq bildirmişdir ki, “Men evdeyem qaqa”, “Hara gelim”. Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, “tema gesey temadi”, “deyim bilesen”. Əlavə olaraq Təqsirləndirilən şəxs ilə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** mobil nömrələrinin istifadəçiləri arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmalar müəyyən edilmişdir. (İ cild i.v. 166-170) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X8 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5418 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild i.v.109-110) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 337/MEŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. (İİ cild i.v. 114-117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 3179/K saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Alkaloidlər (həmçinin tiryək qrupu), barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (İİ cild i.v. 118-121) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (İİ cild i.v. 158- 159) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.3cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, ona polis əməkdaşları tərəfindən psixi təzyiq göstərilməsi, avtomaşınından yalnız 20 qram marixuana aşkar olunması, metamfetaminin ona aid olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri, mobil telefona baxış keçirilməsi haqqında protokol və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri, həmçinin işin faktiki halları (müxtəlif bükümlərdə, müxtəlif çeşidlərdə olan narkotik vasitə və psixotrop maddələri üzərində daşıması) iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Şahid3 və Şahid5 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə Şahid3 təqsirləndirilən şəxslə yaxın münasibətdə olması, birlikdə tutulması, Şahid5 təqsirləndirilən şəxsdən narkotik vasitə alması sonuncuların Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadə verməsini daha inandırıcı edir. Məhkəmə Şahid3 və Şahid5 ibtidai istintaq zamanı verdikəri ifadələri daha inandırıcı hesab edərək həmin ifadələri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:41-də CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:20-də tutulmuş hesab edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 186 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 23,53 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 6,965 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 23,53 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 6,965 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1030/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1030/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver