Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1031/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, 05 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin təxminən yanvar ayının əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti dəqiq müəyyənləşdirilməmiş «Yusif» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə naməlum mənbədən və naməlum vaxtda əldə etdiyi bir ədəd ağ rəngli polietilen bağlamada olmaqla ümumilikdə təmiz çəkisi 25.150 qram (25 kq 150 qr) təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı təhvil alıb özü ilə ünvan 2 ünvana daşıyaraq orada yerləşən sökülmüş evin divarının küncündə gizlətməklə saxlamışdır. Bundan sonra o, təkrarən 05 yanvar 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti müəyyənləşdirilməmiş İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı olan «Seyid» adlı şəxslə ünvan 3 ünvanda yerləşən istirahət parkında cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə naməlum mənbədən və naməlum vaxtda əldə edərək özlərinə məlum olan qaydada Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 9 ünvanında yerləşən istirahət parkında olan məişət tullantılarının atıldığı qutuya yerləşdirdiyi bir ədəd sellofan torbanın içərisində olan bükümdə, külli miqdarda, təmiz çəkisi 1530,8 qram (1kq 530,8qr) təşkil edən qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini götürüb əldə etməklə saxlayaraq daşımış, 05 yanvar 2022-ci il tarixdə saat 22:00 dəqiqədə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin (bundan sonra: RPİ-nin, NMB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılıb üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı sellofan torbada 01 ədəd bükümdə olan, təmiz çəkisi 1530,8 qram (1kq 530,8qr) təşkil edən qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilərək ondan götürülmüşdür. Bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 06 yanvar 2022-ci il tarixdə, saat 00:45 dəqiqədə Yasamal rayonu, M.Müşfiq küçəsi 81 saylı ünvanda yerləşən sökülmüş evin divarlarına baxış keçirilərkən Təqsirləndirilən şəxs divarın küncündə gizlətdiyi 01 ədəd ağ rəngli politelin bağlamada təmiz çəkisi 25150 qram (25 kq 150 qr) təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi təkrarən satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Narkobiznesin rəisi güləşçi olmaqla idmançıdır. O, Yasamal rayonu ərazisində bütün idmançılara narkotik, 161 nömrəli məktəbdə, X12 Texnikomunda 10 manatdan metamfetamin satdırmışdır. O, özü heç siqaret də çəkməmişdir. O, mal satanın kimliyini öyrənmiş, Fərid adlı oğlan olduğunu bilmişdir. O, 2021-ci il dekabr ayının 15-də Fəridə başa salmışdır ki, narkomanlara mal satırsa satsın, lakin məktəb uşaqlarına verməsin. Lakin buna baxmayaraq o, yenə də həmin prosesləri davam etdiridi. 2022-ci ilin yanvar ayının 4-də dostları ilə birlikdə Fəridin yanına getmiş və ona iki sillə vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onun Ramiz adlı həbsdə olan dostu olmuş, o, iranlı Seyid adlı şəxslə onun WhatsApp proqramı üzrə olan nömrəsi ilə əlaqə saxlamış, lakin WhatsApp silinmişdi. Təzədən ona WhatsApp-la İran nömrəsindən “Salam, mən Seyidəm, sizin dostunuz mənə zəng edib danışmışdı, məndə narkotik maddələr var, istəsəniz sizə verə bilərəm” məzmunda səsli mesaj göndərmişdir. İranlının deməsinə görə onda bir qramı 10 manata nəşə, yəni marixuana vardır. 5 yanvar 2022-ci il tarixdə sms yazıb, Azərbaycanla İran arasında sanksiya tətbiq olunduğunu, bankdan banka pul getmədiyini bildirmiş, deməsinə görə Bakıda onun bir nəfər tələbə dostu var, ona 100 manat pul verməlidir, lakin tapa bilmir. Həmin vaxt iranlı 100 manat pul qarşılığında ona 20 qram nəşə vəd vermiş, 100 manat pulu tələbəyə çatdırmağı xahiş etmişdir. Razılaşdıqdan sonra iranlı Yasamalda N.Nərimanovun heykəlinin yanında yerləşən parkda narkotiki qoyduğu yerin şəklini ona göndərmişdir. O, 5 yanvar 2022-ci il tarixdə, saat təxminən 20:00 radələrində həmin narkotiki götürməyə getmiş, orada içərisində narkotik vasitə olmasını güman etdiyi sellofan paketi tapıb götürmüş, lakin içinin boş olduğunu görmüşdür. Sellofan paketi çevirib təəccüblü formada baxarkən polis əməkdaşları onu tutmuş və Yasamal Rayon Polis İdarəsinə aparmışlar. Həmin vaxt o, tək olmamış, onlar 4 nəfər olmuş, sonradan digərləri buraxılmışlar. Polis İdarəsində onun qarşısına narkotik qoyulmuş və həmin narkotiki boynuna götürməsi ondan tələb olunmuşdur. O, imtina etdikdə döyülmüş, Nicat şampan butulkası və “Möcüzə” bitki yağı gətirərək ona qarşı əxlaqsız hərəkətlər ediləcəyi ilə onu hədələmişdir. Ona görə də o, məcbur olub polisin təklifi ilə razılaşmış və narkotiki boynuna götürəcəyinə söz vermiş və çəkilişdə də narkotikin ona aid olduğunu bildirmişdir. Bundan sonra o, sökük bir evə aparılmış. Orada bir sellofan paket götürülmüş və guya 25 kq. nəşə olduğu bildirilmişdir. Həmin vaxt guya 25 kq. nəşəni onun ölmüş qonşusu Yusif adlı şəxsin adına yazacaqmışlar. Onun həqiqətən Yusif adlı qonşusu olmuş və o, hələ həbsxanadan buraxılmazdan əvvəl ölmüşdür. Yusifin öldüyünü öyrəndikdən sonra isə ona qarşı irəli sürülən ittihamda Yusifin şəxsiyyətinin istintaqa məlum olmadığı qeyd olunmuşdur. İttihamda isə marixuananın qonşusu Yusifdən alıb əldə etdiyi qeyd edilmişdir. Çkiliş zamanı da marixuananı boynuna götürmüş, ona məxsus olduğunu bildirmişdir. Bundan sonra onu müvəqqəti saxlama yerinə salmışlar. Artıq bundan sonra onu döyə bilməyəcəklərini fikirləşib, hər şeydən imtina etmiş, bundan sonra heç bir sənədə gətirdilər imza etməmişdir. Daha sonra ona 3000 manat pul, 50 qram heroin gətirilmiş, sənədlərə imza etməsi tapşırılmış, narkoman olduğu üçün onun sözlərinə inanan olmayacağını bildirmişlər. Lakin o, nə pulu, nə də narkotiki qəbul etmiş, yenə də heç bir sənədə imza etməmiş, Yasamal rayon Prokuroruna və Ombudsman aparatına şikayətlər etmiş, obyektiv həqiqəti onlara danışmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, Seyid adlı iranlı ilə danışsa da, ona 4500 manat pul göndərməmiş, həmin pulun müqabilində ondan narkotik vasitə almamışdır. İşdə bunu təsdiq edə biləcək hər hansı sübut yoxdur. O, heç kimə narkotik satmamış, bu məqsədlə kimlərləsə danışmamış və yazışmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini qeyd edib göstərmişdir ki, ailəsi ilə birlıikdə yaşayır və heç bir yerdə işləmir. Tutulmazdan əvvəl təxminən iki ay müddətində əsəblərini sakitləşdirmək üçün 6 dəfə narkotik vasitə hesab edilən heroindən istifadə etmişdir. 05 yanvar 2022-ci il tarixdə axşam saatlarında sosial şəbəkədən tanış olduğu, lakin anket məlumatını bilmədiyi, İran vətəndaşı olduğunu öyrənib bildiyi Seyid adlı şəxslə WhatsApp proqramı vasitəsilə yazışma aparmış və onun mobil telefonla təqdim etdiyi bank kartına köçürmə yolu ilə ona 4500 manat pulu ödəmişdir. Bundan sonra Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən Nərimanov parkında olan zibil qabının içərisindən içərisində narkotik vasitə hesab edilən heroin olan qara rəgli sellofan bağlamanı götürüb N.Nərimanovun heykəlinin qarşısına gedən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal RPİ-yə aparmışlar. Polis İdarəsinin xidməti otaqlarının birində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, əlində saxladığı bir ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim edib, həmin sellofan torbanın içərisindəki maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, həmin gün anket məlumatlarını bilmədiyi Seyid adlı İran vətəndaşı ilə WhatsApp proqramı vasitəsilə yazışma apararaq ona məxsus bank kartına köçürmə yolu ilə 4500 manat pulu ödədiyini, sonra isə həmin narkotik vasitəni Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən «Nərimanov parkı»nda olan zibil qabının içərisindən götürdüyünü bildirmişdir. Bundan sonra ondan aşkar edilmiş bir ədəd qara rəngli selefon büklüdə olan maddə, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə videolentə alınmışdır. Bundan sonra polis əməkdaşları ondan götürülənlərdən başqa narkotik vasitə və ya qadağan olunmuş sair əşya və ya premetdən saxlayıb-saxlamaması barədə soruşduqda, o, da polis ənməkdaşlarına bir neçə vaxt əvvəl tanışı Yusifdən saxlamaq üçün götürdüyü narkotik vasitə hesab edilən marixuananı ünvan 7 ünvanda yerləşən yarım tikili evdə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin ünvana gedərək Yusif adlı şəxsdən götürərək saxladığı, içərisində narkotik vasitə hesab edilən marixuana olan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt protokol tərtib edilmiş, narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək qabşaldırılmış və bütün proseslər telefon vasitəsi ilə videolentə alınmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin yekununda göstərdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini özünün istifadə etməsi məqsədilə Seyid adlı İran vətəndaşının bank kartına 4500 manat pul ödəməklə, əldə edib saxlamış, qurudulmuş marixuananı isə bir neçə gün əvvəl qonşusu Yusif adlı şəxsdən saxlamaq üçün götürmüşdür. Onun əldə etdiyi narkotik vasitələri kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. Saxlanılarkən və RPİ-yə aparılarkən, eyni zamanda RPİ-də olarkən ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. O, Seyid adlı şəxslə yalnız telefon vasitəsi ilə danışmış, Yusif adlı şəxs isə onun qonşusu olmuşdur. Lakin nə Seyidin, nə də ki, Yusif adlı şəxsin anket məlumatlarını bilməmişdir. Seyid adlı şəxsdən narkotik vasitəni və 100 manat pulu götürərkən onun yanında tanışları Orxan, Hacı və adını bilmədiyi taksi sürücüsü olmuş, o, götürdüyü narkotik vasitəni Orxan və Hacı ilə birlikdə istifadfə etmək istəmişdir. Polis əməkdaşları onların dördünü də saxlayıb RPİ-yə aparmış, lakin orada Orxanı, Hacını və taksi sürücüsünü buraxıb onu saxlamışlar (iş vərəqə: səh. 86-88; 113-114; 263-265). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Yasanal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 05 yanvar 2022-ci il tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayon ərazisində dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması məqsədilə onun müraciəti əsasında İdarə rəhbərliyi tərəfindən onun özündən və Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 Qaradşxan oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. əsasən o, Təqsirləndirilən şəxs anket məlumatları dəqiqləşdirilmiş, onun ünvan 8 ünvanda qeydiyyatda olmaqla həmin yaşaması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs həmin gün, saat 22 radələrində ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılmışdır. Həmin vaxt Namiq Hənəovun yanında heç kəs olmamış, o, sonuncunu tək görmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən əlində bir ədəd qara rəngli sellofan paket olmuşdur. Yasamal RPİ-də İdarənin təhqiqatçısı, polis baş leytenantı Ariz Qədiməliyevin xidməti otağında sonuncunun rəhbərliyi ilə videoçəkilişdən istifadə edilməklə vəkili X3 və onların iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan paketi könüllü olaraq masanın üzərinə qoyaraq həmin bükülünün içərisindəkinin narkotik vasitə hesab edilən heroin olduğunu, təqdim etdiyi narkotik vasitəni elə həmin gün, yəni 05 yanvar 2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu Seyid adlı İran vətəndaşına 4500 manata pul ödədiyini və aşkar edilmiş həmin narkotoik vasitəni N.Nərimanov parkında heykəlin yanından götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qabalşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs özü imza etmişlər. Şahid1 ifadəsinin davamında göstərdi ki, şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində, M.Müşfiq küçəsində yerləşən yarıtikilidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana gizlətdiyini bildirmişdir. Bundan sonra o, Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı, Şahid2, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və sonuncunun vəkili X5 ilə birlikdə Yasamal rayonu, M.Müşfiq küçəsi 81 saylı ünvanda yerləşən yarıtikili binaya getmiş və orada Təqsirləndirilən şəxs otağın birindən ağ rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin sellofanın içərisindəkinin qurudulmuş marixuana narkotik vasitəsi olduğunu və həmin narkotiki o, «Yusif» adlı tanışından saxlamaq üçün aldığını və saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş sellofan torba prosessual tələblərə uyğun olaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Baxış keçirilən zaman bütün proses mobil telefon vasitəsi ilə videolentə alınmış və protokola əlavə olunmuşdur. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olsa da, ondan narkotik vasitə və ya psixotrop maddələri alan şəxslərin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən digər polis əməkdaşı, Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ifadəsində məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmə zamanı hər iki şahid sərbəst ifadələrində göstərdikləri ittihamedici xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə:125-128, 129-132). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə, saat 22:00 radələrində baxılan iş üzrə Təqsirləndirilən şəxs ünvan 5 ünvanın yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs kimi Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs sağ əlindəki qara rəngli sellofan paketi və bir ədəd ağ rəngli, «X11 Pro» markalı mobil telefonu könüllü olaraq masanın üzərinə qoymuş, həmin qara rəngli sellofan büküm Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ariz Qədiməliyev tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 05 yanvar 2022-ci il tarixdə, axşam saatlarında sosial şəbəkədən tanış olduğu Seyid adlı İran İslam Respublikasının vətəndaşı şəxsdən 4500 manata aldığını və həmin heroini N.Nərimanovun heykəlinin yaxınlığında yerləşən parkdan götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitəyə şübhəli maddə olan bir ədəd sellofan paket qablaşdırılaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesi texniki vasitə kimi “İPHONE” markalı mobil telefondan istifadə olunmaqla videolentə alınmış və elektron maqnit məlumat daşıyıcısı olan 1 ədəd “CD” markalı diskə köçürülərək protokola əlavə edilmişdir (iş vərəqə: 32-33). Məhkəmə baxışı zamanı tədqiq olunan Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi haqqında» 06 yanvar 2022-ci il tarixli protikoldan görünür ki, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Yasamal rayonu, M.Müşfiq küçəsi 81 saylı ünvanda söküntü vəziyyətində olan, bir mərtəbəli, dörd otaqlı, qapı və pəncərələri olmayan, yaşayış üçün əlverişsiz olan tikiliyə baxış keçirilmiş, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs gizlətdiyi yaşıl rəngli bitki mənşəli marixuananın söküntünün həyətinə daxil olduqda sağdan birinci otaqda olduğunu bildirmişdir. Protokoldan görünür ki, həmin otağa daxil olduqda sağ tərəfdə bir ədəd istifadəyə yararsız divan vardır, otağın girişi ilə üzbəüz divarın qarşısında içi dolu olan, ağ rəngli sellofan paketə baxış keçirilərkən içərisindən yaşıl rəngli spesifik iyə malik, bitki mənşəli maddə aşkar olundu. Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş bitki mənşəli kütləni tanışı Yusif adlı şəxsdən saxlamaq üçün aldığını bildirmişdir. Tədqiq olunan protokoldan görünür ki, baxış aparılarkən texniki vasitə kimi “İPHONE” markalı mobil telefondan istifadə edilərək videoçəkiliş aparılmış, baxış zamanı iştirakçılar tərəfindən heç bir irad, təklif irəli sürülməmiş, bu barədə protokol tərtib edilərək düzgünlüyü iştirakçəlar tərəfindən imzalanmışdır (iş vərəqə: 37-38). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin, həmçinin ünvan 2 ünvanda baxış keçirilməsi prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə yerləşdirilmiş iki ədəd ayrı-ayrı fayllara baxış keçirilməsi haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan protokolun məzmunu İ fayl üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli və İİ fayl üzrə ünvan 2 ünvanda baxış keçirilməsi haqqında 06 yanvar 2022-ci il tarixli protokolun məzmunu ilə eynidir, ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: 69-70). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması və ünvan 2 ünvanda baxış keçirilməsi prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə 2 ədəd faylda yerləşdirilmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli və ünvan 2 ünvana baxış keçirilməsi haqqında 06 yanvar 2022-ci il tarixli protokolların məzmununa uyğundur və hər hansı prosesual pozuntuya yol verilməmişdir (cinayət işinin materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 6/44 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs S.” yazısı və imzalar olan qara rəngli polietilen bükümdəki qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz çəkisi 1530,8 qram (1kq 530,8qr) təşkil edir. Tədqiq olunan rəyin məzmunundan görünür ki, heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 45-50). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməbioloji ekspertizasının 06 yanvar 2022-ci il tarixli, 7/09 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs S. ...” yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, təmiz çəkisi – 25.150 qram (25 kq.150 qram) təşkil edir(iş vərəqə: 51-54). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi və məhkəmə-bioloji rəylərindən görünür ki, aparılan ekspertiza tədqiqatları zamanı 1530,8 qram heroin narkotik vasitəsindən 0,2 qram tədqiqata sərf edilmiş, 1530,6 qram qalıq qalmış, həmçinin 25.150 qram qurudulmuş marixuana narkotik vasitəsindən 0,2 qram tədqiqata sərf edilmiş, 25149,8 qram qalıq qalmışdır (iş vərəqə: 45-50, 51-54). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 06 aprel 2022-ci il tarixli, 1620 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 218-219). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı telefonun «WhatsApp» proqram bölməsinə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: +**********93 nömrəli abonent tərəfindən 29.12.2021-ci il tarixdə 2 buraxılmış videozəng 30.12.2021-ci il tarixdə 2 buraxılmış videozəng 01.01.2022-ci il tarixdə 1 buraxılmış videozəng 05.01.2022-ci il tarixdə 3 buraxılmış videozəng +**********93 nömrəli abonent tərəfindən 05.01.2022-ci il tarixdə, saat 19:36-da «Nermanov heykelinin arxa terefinde park var parka girende pilekenan gedirsen biraz qabaqa qarsida zibil qabi varonun içindedi gotursun getsin. Pilakatin duz arxasindan qalxsin parka» +**********93 nömrəli abonent tərəfindən 3 ədəd deyilən yerin fotoşəkili göndərilir. Təqsirləndirilən şəxs: saat 19:37 «11 saniyyə səs yazısı» +**********93 nömrəli abonent tərəfindən saat 19:38 «3 saniyyə səs yazısı» +**********93 nömrəli abonent tərəfindən saat 19:42 «He zibil qabnin icinde skkoclludu» Təqsirləndirilən şəxs: saat 19:42 «ok brat» +**********93 nömrəli abonent tərəfindən saat 19:43 «8 saniyyə səs yazısı» Təqsirləndirilən şəxs: saat 19:43 «14 saniyyə səs yazısı» +**********93 nömrəli abonent tərəfindən saat 20:02 «5 saniyyə səs yazısı» Təqsirləndirilən şəxs: saat 20:07 «4 saniyyə səs yazısı» +**********93 nömrəli abonent tərəfindən saat 20:24 «Nooldu garadaw, sana gorban» Təqsirləndirilən şəxs: saat 20:25 «Yoldayam catanda zəng vuracam sumareye» +**********93 nömrəli abonent tərəfindən saat 20:38 «plastik kartın şəkili göndərilir» saat 20:52 «Gardawim» Təqsirləndirilən şəxs: Saat 21: 07«Beli seyid» +**********93 nömrəli abonent tərəfindən saat 21:15 «6 saniyyə səs yazısı» Təqsirləndirilən şəxs: saat 21:19 «14 saniyyə səs yazısı» +**********93 nömrəli abonent tərəfindən saat 21:22 «6 saniyyə səs yazısı» Təqsirləndirilən şəxs: saat 21:32 «Telesme zenq vuracam sebirli olda seyid cetuve qurban saxa sola baxıb qoturecem yeri tapdim» +**********93 nömrəli abonent tərəfindən saat 21:33 «4 saniyyə səs yazısı» Təqsirləndirilən şəxs: saat 21:41 «5 saniyyə səs yazısı» +**********93 nömrəli abonent tərəfindən saat 21:47 «3 saniyyə səs yazısı» +**********93 nömrəli abonent tərəfindən saat 23:18 buraxılmış zəng +**********93 nömrəli abonent tərəfindən 06.01.2022-ci il saat 01:18 buraxılmış zəng saat 01:23 «18 saniyyə səs yazısı» sözləri yazılmışdır. «WhatsApp» proqramında olan səs yazıları CD-R diskə köçürülərək və şəkillər çıxarılaraq cinayət işinə əlavə edilmişdir. Həmçinin «WhatsApp» proqramında +**********93 telefon nömrəsinin, Təqsirləndirilən şəxs isə 055 477 13 00 telefon nömrəsinin olması müəyyən edilmişdir. Bundan başqa «WhatsApp» proqramında başqa abonentlərin yazışmasına və səs yazılarına baxış keçirilmiş, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: səh. 115-116). İşdə olan vuə məhkəmsə baxışı zamanı tədqiq olunan CD-R formatlı diskə baxış keçirilməsi haqqında 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, müəyyən edilmiş həmin yazılar mobil telefonla «WhatsApp» proqramı vasitəsi ilə aparılan danışıq zamanı qeydə alınmışdır. Həmin danışıq 05 yanvar 2022-ci il tarixdə +**********93 nömrəli abonentlə Təqsirləndirilən şəxs arasında aparılmışdır. SD-R diskə baxış zamanı müəyyən olunan danışıqlar: (+**********93 nömrəli abonent - qoy səs atdım qardaşa soruşum deyim get ora qadoyu alım sənin, Təqsirləndirilən şəxs - seyid zibil qabının içindədi soruş nəyə büküb onu kağızın reklamı nədi bilək tez bazar axtarmıyaq zibil qutusunun içindədi yoxsa hardadı, +**********93 nömrəli abonent - qardaş neynədin qadanalım tapmadım götürəndə mənə cavab ver, Təqsirləndirilən şəxs - Allah eləsin salamatçılıq olsun götürən kimi sənə deyəcəm narahat olma seyid, baş üstə, baş üstə seyid sən mənim qardaşımsan o nə deməkdir bu gün özüdə səninlə işim olacaq axşam xanım səninlə danışmaq istəyir söhbət elə onunla gör nə deyir, nə demir, razılaşa bilsəz, +**********93 nömrəli abonent - qardaşım plakatın arxasında zibil vedrəsi var ordadı da qardaş bir baxginan ordadı, qardaşım sənə qurbanolum bunu götürdün mənə xəbər elə camaat gözləyir, qardaşım qadanalım camaat məni gözləyir bunun hə yoxunu mənə de nooldu neynədin, Təqsirləndirilən şəxs - seyid axtarıram tapan kimi sənə zəng edib deyəcəm narahat olma yekə parkdı burda gəzmək lazımdır gəzim görüm hansı zibil verəsidi əlli dənə burda zibil vedrəsi var, hə seyid götürdüm seyid məndədi götürmüşəm, +**********93 nömrəli abonent - sənin qadanalım onu vurdur çekini at mənə, hə neynək sən elə fikirləşirsən aparıb o malı yeyəcəksən onu görə bilməzsən özün bilirsən (nəlayiq ifadə işlədir) üç kiloya yaxın maldı. Həmin CD-R disk cinayət işinə əlavə edilmişdir. Tədqiq olunan protokoldan daha sonra müəyyən edilir ki, «WhatsApp» proqramı vasitəsi ilə +**********93 nömrəli abonent Təqsirləndirilən şəxs mobil nömrəsinə N.ünvan 10 ünvanda yerləşən parkın içərisində yerləşən zibil qutusunun (xüsusi ox işarəsi ilə işarələnmiş) və **********301494 saylı plastik kart nömrəsini göndərmişdir (iş vərəqə: səh. 209-212). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 11 aprel 2022-ci il tarixli, 884 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs tədqiqat mərhələsində hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 220-222). İbtidai istintaq orqanının 08 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesində aşkar edilib götürülmüş 1530,8 qram (1kq. 530,8qr.) heroin narkotik vasitəsi və ünvan 2 ünvana baxış keçirilməsi prosesində aşkar edilib götürülmüş 25150 qram (25 kq. 150 qr.) qurudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1530,6 qram heroin narkotik vasitəsi və 25149,8 qram qurudulmuş marixuana narkotik vasitəsi saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmişdir (iş vərəqə: səh. 133-135). Bundan başqa, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun «WhatsApp» proqramı vasitəsi ilə aparılan səs yazıları köçürülmüş SD-R disk iş üzrə maddi sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmiş, həmçinin Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefon maddi sübut növü kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanılnması anbarına təhvil verilmişdir(iş vərəqə: səh. 213-215, 223-239). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitələrin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 223-239). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş «heroin» narkotik vasitəsinin təmiz çəkisi 1530,8 qram, qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisi 25.150 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 1530,8 qram və qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisinin 25.150 qram olmaqla həm külli miqdar təşkil etməsi və həm də qanunla müəyyən olunan külli miqdar hədlərindən qat-qat yüksək olması, götürülmüş narkotik vasitələrin müxtəlif növlərdə olması və təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat orqanının əldə etdiyi məlumatlar, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirimlən şəxsin qeyriləri ilə mobil əlaqələri və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm qurudulmuş marixuana narkotik vasitəsini, həm də heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana və heroin narkotik vasitələrini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ziddiyyətli ifadələrini, törətdiyi əməlini inkar etməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin 03 mart 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 06 il müddətinə azadlıqdan məhrum edilmiş, 13 sentyabr 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs Həsənov X6 rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 1(004)-519/2015 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayəti törətməyə görə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrum edilmiş, Qaradağ rayon Məhkəməsinin 21 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya tətbiq edilməsi” haqqında 20 may 2016-cı il tarixli qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 ay azadılmış və 01 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra, təqsirləndirilən şəxs Həsənov X7 rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 1(002)-123/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayəti törətməyə görə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə 02 ay 02 gün elə həmin tarixdə vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş və cəza müddəti bitdiyi üçün o, 08 fevral 2020-ci il tarixdə Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Həsənov X7 rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli,1(002)-205/2020 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayəti törətməyə görə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 18 fevral 2020-ci il tarixdən hesablanmışdır (iş vərəqə: 158-178). Məhkəməyə Bakı şəhər Probasiya İdarəsindən təqdim olunan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edilmişdir ki, Qaradağ rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmünə əsasən 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Həsənov X7 rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarına əsasən 03 ay 27 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş və cəza müddəti bitdiyi üçün o, 08 fevral 2020-ci il tarixdə Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs haqqında olan demoqrafik məlumatlarla və tədqiq olunan məhkəmə hökmləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin 03 mart 2009-cu il tarixli, Yasamal rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, Qaradağ rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli hökmləri üzrə olan məhkumluqları məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.3.4-cü maddələrində tələb olunan prosessual müddətlər keçdiyindən, ödənilmiş, lakin onun Qaradağ rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu baxılan cinayət işi üzrə törədilmiş yeni cinayətə münasibətdə ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən yeni cinayət hadisəssinin törədilmə tarixindən də göründüyü kimi, sonuncunun törətdiyi yeni cinayət onun Qaradağ rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarına əsasən eyni məhkəmənin 16 mart 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 03 ay 27 gün vaxtından əvvəl şərti azad edildiyi və cəza çəkdiyi 22 oktyabr 2021-ci il tarixdən 08 fevral 2020-ci il tarixədək olan müddətə – 05 yanvar 2022-ci il tarixə təsadüf etmişdir. Yəni qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayət törətməyə görə olan məhkumluğu ödənilmədən o, yeni, baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ağır cinayət hadisəsini törətmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, həmin Məcəllənin 15.4-cü maddəsinin tələblərinə görə isə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və həmin hökm üzrə olan məhkumluğunun ödənilməməsinə baxmayaraq, qəsdən yeni ağır cinayət (CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri) törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyini nəzərə alıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaradır və cəza təyin edilərkən bu, nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə həmin maddənin sanksiyasında üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş sayılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, onun əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, residivə görə və hökmlərin məcmusu üzrə cəza təyin etmənin prinsipləri rəhbər tutulmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 76.6 və 76.6.3-cü maddəsinin tələblərinə görə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd olunanla əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin olunan 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, həmin müddət, yəni 3 (üç) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2022-ci il tarixli, 1620 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əməlinin cinayətlərin residivini yaratmasını və məhkum olunduğu əmələ görə azadlıqdan məhrum etmə növündə cəza çəkməsini nəzərə alır və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 05 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 07 yanvar 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 05 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 25149,8 qram qurudulmuş marixuana və 1530,6 qram heroin narkotik vasitələri məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin, həmçinin ünvan 2 ünvanda baxış keçirilməsi prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı disk, «WhatsApp» proqramında müəyyən olunmuş səs yazılarının köçürüldüyü bir ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı bir ədəd mobil telefon sahibi Təqsirləndirilən şəxs özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 192,82 (bir yüz doxsan iki manat 82 qəpik) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin olunan 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 27 (iyirmi yeddi) günü yeni hökmlə təyin olunan 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 10 (on) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 25149,8 qram qurudulmuş marixuana və 1530,6 qram heroin narkotik vasitələri məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin ünvan 2 ünvanda baxış keçirilməsi proseslərinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı disk, «WhatsApp» proqramında müəyyən olunmuş səs yazılarının köçürüldüyü bir ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı bir ədəd mobil telefon sahibi Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 192,82 (bir yüz doxsan iki manat 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1031/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1031/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver