Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1031/2023 25.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Leyla Əsgərova-Məmmədova Səyavuş qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru - Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1955-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda da yaşamış , Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan , Azərbaycan Respublikası CM-nin 29, 120.2.4, 29, 120.2.5 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “qarışıq tipli şəxsiyyət pozuntusu’’ xəstəliyindən əziyyət çəkib anlaqlı vəziyyətdə olmaqla, qeydiyyatda olduğu və arvadı Zərərçəkmiş şəxs2, oğlu Zərərçəkmiş şəxs1 və sonuncunun arvadı Zərərçəkmiş şəxs3 ilə birgə yaşadığı ünvan 3 ünvanında yerləşən evi satmaq istəməsi ilə əlaqədar dəfələrlə həmin şəxslərdən evi tərk etmələrini tələb etməsinə, onlarla birgə yaşamaq istəməməsini bildirməsinə baxmayaraq, arvadı, oğlu və gəlininin evin satılmasına razı olmamaları, ondan bir neçə dəfə polis orqanlarına şikayət etmələri səbəbindən aralarında yaranıb davam edən münaqişə zəminində, 12 noyabr 2022-ci il tarixdə təkrarən evi tərk etmələrini bildirsə də, tələblərinə əməl olunmadığından, qeyd olunan fərdi yaşayış evini satmaq niyyətini reallaşdıra bilmək üçün tamah məqsədi ilə həmin şəxsləri öldürmək qərarına gəlmiş, bunun üçün 13 noyabr 2022ci il tarixdə, saat 10 radələrində qanuni əsaslarla əldə edib saxladığı özünə məxsus olan, zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, "MP-27EM" modelli, "182790249" nömrəli qoşalüləli yivsiz ov tüfəngini və içərisində həmin tüfəngə aid 22 ədəd patron olan sellofan torbanı həmin evin həyətində yerləşən hamam otağından götürüb evin giriş qapısına yaxınlaşmış, orada qapının yanında sellofan torbanı yerə qoyub içindən 2 ədəd patronu götürüb tüfəngin ayrıcı qolunu açaraq patronları ayrıcı qola yerləşdirməklə tüfəngi atəş üçün hazır vəziyyətə gətirmiş və evin giriş qapısım açaraq oradan evin qonaq otağında olan digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk edərək, azyaşlı nəvəsinin və oğlu Zərərçəkmiş şəxs1 otaqda olduğunu bilə-bilə, nəvəsinə və oğluna xüsusi əzab verdiyini dərk edərək onların gözü qarşısında ayaq üstə dayanmış gəlini Zərərçəkmiş şəxs3 qəsdən öldürmək məqsədi ilə onun istiqamətində atəş açmaq üçün tətiyi çəksə də, öz iradəsindən asılı olmayaraq texniki səbəbdən silahdan atəş açılmamış, həmin vaxt tüfəngin sazlığını yoxlamaq üçün lüləsini aşağı əyib tətiyi çəkdikdə döşəməyə atəş açıldığından silahın atəş üçün yararlı olduğuna əmin olub Zərərçəkmiş şəxs3 təkrar nişan alaraq onun istiqamətində yenidən atəş açsa da, hədəfdən yayınmış, bu vaxt Zərərçəkmiş şəxs3 azyaşlı uşağını götürüb evin digər otağına qaçıb gizlənmiş, o isə öz əməllərini davam etdirərək tüfəngin ayrıcı qolunu açaraq gilizləri çıxartmaqla evin giriş qapısının yanında yerdə qoyduğu sellofan torbadan yeni 2 ədəd patronu götürüb tüfəngin ayrıcı qoluna yerləşdirməklə tüfəngi atəş üçün hazır vəziyyətə gətirib oğlu Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə onu nişan alıb bir dəfə atəş açaraq sonuncuya xarici cinsiyyət üzvünün, xayalığın, uretranın və hər iki budun əzilmiş-cırılmış yaralan kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərərvurmaya aid odlu silah yaralanması xəsarətlərini yetirmiş, həmin vaxt arvadı Zərərçəkmiş şəxs2 onun evin giriş qapısının bayır tərəfində olmasından istifadə edərək qapını bağlamış, o isə öz əməllərini davam etdirərək tüfəngin lüləyi ilə qapının şüşəsini sındırıb Zərərçəkmiş şəxs1 də hadisəni gördüyünü bilə-bilə, sonuncuya xüsusi əzab verdiyini dərk edib, Zərərçəkmiş şəxs1 gözü qarşısında onun anası Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədi ilə nişan alıb bir dəfə atəş açaraq sonuncuya sağ bud sümüyünün açıq çox qəlpəli sınığı, sağ budun əzilmiş- cırılmış yaraları kimi ümumilikdə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərərvurmaya aid olan odlu silah yaralanması xəsarətlərini yetirmiş, öz niyyətini başa çatdırmaqdan ötrü evə daxil olduqda yaralı vəziyyətdə olan oğlu Zərərçəkmiş şəxs1 onunla əlbəyaxa olub yerə yıxaraq silahı əlindən almağa çalışmış, bu vaxt qonşu otaqda olan Zərərçəkmiş şəxs3 da köməyə çağırmış, sonuncu köməyə gəlib silahı onun əlindən alıb, küçəyə qaçıb qonşuları köməyə çağırdıqda, o da tüfəngi geri götürmək üçün Zərərçəkmiş şəxs3nm arxası ilə küçəyə çıxmış və orada Şahid1 və digər qonşuların hadisəyə müdaxiləsi, oğlu Zərərçəkmiş şəxs1 və gəlini Zərərçəkmiş şəxs3 aktiv müqaviməti, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatlarının xilas olunması səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərdən öz cinayətkar niyyətini başa çatdıra bilməyərək tamah məqsədi ilə xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla arvadı Zərərçəkmiş şəxs2, oğlu Zərərçəkmiş şəxs1 və sonuncunun arvadı Zərərçəkmiş şəxs3 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllini törətməkdə özünü təqsirli bilib ifadələrində göstərdi ki, o, 1986-cı ildə Zərərçəkmiş şəxs2 ilə evlənmiş, həmin evlilikdən 1988-ci İl təvəllüdlü Ağaəli adlı oğlu vardır. Oğlu Ağaəli təxminən on il qabaq Zərərçəkmiş şəxs3 ilə evlənmiş, birgə nikahlarından Nazilə adlı qızları vardır. Təxminən altı il əvvəl Nazilə ilə yola getmədiyinə görə onun boşanmışdır. Hazırda yaşadıqları ev onun atasının evidir, ev hələ də onun atasının adınadır. Həmin evin yaxınlığında ayrıca ev vardır. Həmin evdə o, əvvəllər qoyun saxlamışdır, orada yaşamaq üçün şərait yoxdur. Onun oğlu və oğlunun arvadı onunla mübahisələr edib onu dəfələrlə münaqişəyə cəlb etmişlər. O da bezib bir müddət yaşamaq üçün şəraiti olmayan həmin evdə yaşamışdır. Həmin evdə şərait dözülməz olduğundan arabir öz evinə gəlmişdir, lakin oğlu və gəlini ona öz evində qalmağa icazə verməmişlər. O da bu səbəbdən həmin şəraitsiz yerdə yatmışdır. O, oğluna və gəlininə evi satıb, həmin pula onların özlərinə, özünün isə özünə ev alıb yaşamağı təklif etmişdir, lakin onlar onunla razılaşmamışlar. Buna görə də ailəsi onunla həmin evə görə mübahisələri olmuşdur. O isə hamamda qaldığı üçün axşamlar hamamı qızdırmış, özünə evdə yemək bişirmişdir. Gəlini hamamın qızdırmasının və yemək bişirməsinin qarşısını almaq üçün axşamlar qazı sayğacdan söndürmüşdür. Bunun üçün də dəfələrlə gəlini ilə mübahisəsi olmuşdur.Oğlu da ona öz evində yaşamasına razılıq verməmişdir. Onun əşyalarını çölə atmışdır. Hadisədən qabaqkı gün axşam saatlarında yenidən onunla oğlu Ağaəli və gəlini ilə aralarında mülklə bağlı mübahisə olmuşdur. Həmin gecə o, yenə hamamda yatmışdır. 13 noyabr 2022-ci il tarixdə öz avtomobili ilə digər evə gedərək orada saxladığı özünə məxsus qoşalülə ov tüfəngini götürüb yaşadığı hamama qoymuşdur. Bundan sonra saat 10:00 radələrində evə gəlmişdir. Həmin vaxt oğlu, gəlini və nəvəsi qonaq otağında idilər. Arvadı Nazilə isə həmin vaxt öz otağında azyaşlı uşaqlara dərs keçirdi. O,yenidən oğlu və gəlininə evdən çıxmalarını, evi satacağını bildirmişdir, bundan sonra aralarında mübahisə yaranmışdır. Bundan sonra o, gəlini Günelin ayağından vurub şikəst etmək istəmişdir. Buna görə də yaşadığı hamam otağından ov tüfəngini və sellofan torbanın içərisində olan patronları götürüb, patronları sellofan torbanın içərisində evin həyətinə qoyub həyətdə silahı doldurub patronlar olan sellofan torbanı isə qapının yanında qoymuşdur. Gəlini Günelin hərəkətlərindən bezdiyi üçün gəlinini vurmaq üçün evin qapısını açdıqda Güneli masanın yanında dayandığını görüb, tüfəngin tətiyini sıxmışdır. Həmin an silahdan atəş açılmamışdır. O, silahı yoxlamaq üçün aşağı əyəndə atəş açıldı və döşəməni zədələdi. O, yenidən Güneli nişan alıb sonuncuya atəş açsa da, Güneli vura bilməmişdir. Bu vaxt azyaşlı nəvəsi də otaqda olmuş, bundan sonra Günel nəvəsini götürüb qaçmışdır. O,isə silahı yenidən doldurmuş, oğlu Ağaəli onun üzərinə tərəf qaçaraq taxta stulu ona tərəf atmışdır. Stul ona dəyməmişdir. O,isə Ağaəli tərəf atəş açaraq onu vurmuşdur. Ağaəli yaralandıqdan sonra evin içərisinə qaçdı. O da evə girmək istəyəndə Nazilə qapını bağladı. O, Naziləyə “yoldan çəkil” desə də o, çəkilməmişdir, o da qapının şüşəsini sındırıb qapıdan atəş açaraq Naziləni vurmuşdur. Bundan sonra yenidən qapının yanında silahı dolduraraq gəlinini vurmaq üçün evin içərisinə girmiş, Ağaəli yaralı vəziyyətdə onun üzərinə gəlib silahı əlindən almaq istərkən, hər ikisi yerə yıxılıb bir qədər yerdə süpürləşmişlər. Oğlu onun üzərinə çıxıb silahı onun əlindən almaq istəmiş, bu zaman gəlini də ora gəlib silahı onun əlindən alıb küçəyə çıxdı. Bundan sonra qonşular gəlib onu sakitləşdirib, Ağalini və Naziləni xəstəxanaya apardılar. Tutduğu əməldən peşmandır. O, bu işi səbəbsiz töbrətməmişdir. Ona öz ata evində yaşamağa imkan verməyib qoyun damında, həmamda yaşamağa məcbur ediblər. O, Güneli ayağından vurmaq istəyib, Ağaəlini, keçmiş arvadı Naziləni vurmaq niyyəti olmayıb, onlar ona gəlinini vurmağa maneə olduqları üçün onları vurmuşdur. Oğluna və arvadına atəş açdıqdan sonra yenidən silahla evin içərisinə daxil olmaqda da məqsədi gəlininə atəş açıb vura bilmədiyi üçün onu ayağından vurub şikəst etmək olmuşdur. Güneli vurmaq üçün atəş açdığı zaman azyaşlı nəvəsi həmin otaqda olmuşdur. O, barəsində hadisə ilə bağlı deyilənlərin hər birini qəbul edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixli ifadəsi yerində yoxlanılarkən ifadələrində göstərdiyi halları hadisə yerində təsvir edib təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, 2011-ci ildə Günellə evlənmiş, üç yaşında Nazilə adlı övladları vardır. Yeni Suraxanı qəsəbəsi, Ə.Dadaşov küçəsi, ev 14 ünvanında anası Nazilə, arvadı və qızı ilə birgə yaşayır, Həmin ev onun atası Eldarın atasından atasına miras qalmışdır. Atası Eldarın evin yaxınlığında ayrıca həyəti vardır, atası, adətən, həmin evdə qalsa da, tez-tez onların yaşadığı evə də gəlirdi. Onun atası ilə bir neçə ildir ki, münasibətləri yaxşı deyil. O, evlənəndən bəri atasının onun arvadından xoşu gəlməmişdir. Eldar, yəni atası, səbəbsiz yerə evdə sözsöhbət yaradaraq dava salırdı. Eldar özü taksi fəaliyyəti ilə məşğuldur. Eldar tez-tez yaşadığıqları evə gələrək onlardan evdən çıxmalarını tələb etmiş, həmin evi öz qardaşı Nizamiyə verəcəyini bildirmişdir. Babasından miras qalan həmin evin çıxarışı yox idi. O və ailəsi, həmçinin atası həmin evdə qeydiyyatda olmuşlar. Atasının davasının səbəbi onların evdən çıxmaması ilə əlaqədar olub.Bu səbəbdən də onlar arasında əvvəllər də dəfələrlə davaları olmuşdur. Eldar bir dəfə evə gəlib ona xəsarət yeddiyinə görə məhkəmə tərəfindən inzibati qaydada cərimələnmişdir. Atasının hərəkətlərinə görə onlar dəfələrlə polis orqanlarına müraciət etmişlər. Polis əməkdaşı gəlib bir neçə dəfə atasını polis bölməsinə aparıb sonradan sərbəst buraxmışdır. Hadisədən bir gün əvvəl Eldar yenidən evə gələrək onlardan evdən çıxmalarını tələb edərək evi satacağım dedi, söyüş söyüb dava saldı. Onlar da polis çağırmışlar. Polis əməkdaşları Eldarı polis bölməsinə aparıb, sonradan sərbəst buraxdılar. 13 noyabr 2022-ci il tarixdə saat 10:00 radələrində o, arvadı Günel və qızları ilə birgə evdə qonaq otağında olmuşdur. Anası Nazilə isə öz yataq otağında şagirdinə dərs keçirdi. Bu vaxt Eldar evə gəldi və onlardan evdən çıxmalarını tələb edib, evi satacağını deyərək onları söyməyə başladı. Onlar evdə kənar uşaqlar olduğunu desələr də, Elar buna əhəmiyyət vermədən sözlərinə davam edə-edə çölə çıxdı. Az müddət sonra o, silah səsinə bənzər səs eşidib səs gələn tərəfə baxdıqda Eldarın silahı arvadı Günelə tuşladığını, Eldarın açdığı ilk atəş Günelə dəymədiyini, Eldar evin girişində yenidən silahı arvadı Günelə tuşlayaraq atəş açsa da, yenə Güneli vura bilmədyini görmüşdür. Həmin vaxt Günel qonaq otağındakı masanın yanında ayaq üstə dayanmışdı, o isə qızı ilə birgə qonaq otağında divanın yanında olmuşdur. Eldar silahla atəş açdıqda o, evdəki kiçik taxta stulu götürərək Eldara mane olmaq üçün sonuncuya tərəf atıb onun üzərinə getmişdir. Eldar isə evin həyətinə çıxdı. Günel də uşağı götürüb yataq otağına tərəf qaçdı. O da atasının arxası ilə çıxmışdır. Atası evin həyətində qapının yanında atəş açaraq ona xəsarət yetirmişdir. O da qışqıraraq Günelə "məni vurdu” deyib oradan qaçaraq qonaq otağındakı yatağın üzərinə uzanmışdır. Anası Nazilə otağından çıxaraq atasının üstünə qışqırıb evin giriş qapısını bağladı. Eldar evin giriş qapısının şüşədən olan yuxarı hissəsini silahın lüləsi ilə sındıraraq anası Naziləni də vurdu və qapını açaraq içəri daxil oldu. O, Eldarın arvadı Günel olan otağa getmək istədiyini görüb özündə güc tapıb ayağa qalxıb silahi Eldarın əlindən almaq üçün atasının üzərinə getmişdir. Eldarın əlindəki silahdan tutub bir qədər çəkişmiş, daha sonra hər ikisi yerə yıxılmışlar. O, Günelə qışqıraraq gəlib silahı atasının əlindən almasını demişdir. Günel gələrək silahı atası Eldarın əlindən alıb qışqıra-qışqıra küçəyə tərəf qaçdı. Eldar da Günelin arxası ilə küçəyə tərəf getdi. Bundan sonra qonşular Eldarı tutub saxlayıb onu sakitləşdirdilər, onu və anasını isə xəstəxanaya apardılar. Atası yaşlı adamdır. O, atası ilə barışıb. Ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 da Zərərçəkmiş şəxs1 eyni məzmunlu ifadə verib Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi halları təsdiq edərək 12 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs evə gələrək yenidən evdən çıxmalarını tələb etdiyini, evi satacağını dediyini, qayınanası Zərərçəkmiş şəxs2 evdən çıxdıqları halda Eldarı Dadaşovu digər evdə yaşamağa razı salmağa çalışdığını, Eldar Dadaşevin hər iki evin özünə məxsus olduğunu, onların evində yaşamalarını istəmədiyini dediyini, maddi imkanları olmadığına görə kirayə evə köçə bilmədiklərini, hazırda X5 ilə barışdığını, ondan tələb və şikayətinin olmadığını göstərdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadələrində Zərərçəkmiş şəxs1 ifadələrin göstərdiyi halları təsdiq edərək Daşev Eldarın özünün onlarla yaşamaq istəmədiyini, dəfələrlə evə gəldikdə ona evdə yatmağı təklif etsə də, sonuncunun evdə yatmadığını, əsas davasının onları evdən çıxarmaq olduğunu, Dadaşev Eldarın dəfələrlə ona "sizi zəlil edəcəm", onları öldürəcəyini deməsini, Eldarın mülkə görə onu, oğlunu və gəlinini öldürmək istədiyini göstərmişdir. Şahid1 ifadələrində göstərdi ki, o, X4 və onun ailəsi ilə uzun müddətdir ki qonşuluqda yaşayır. Eldar on ilə yaxındır ki, ailəsi ilə birgə yaşamırdı. Eldarın qonşuluğunda yerləşən evində Eldarın arvadı Nazilə, oğlu Ağaəli, gəlini Günel və nəvəsi yaşayırlar.Eldar orada yaşamamasına baxmayaraq hər gün həmin evə gəlib-gedirdi. Eldar ailə üzvlərini yaşadıqları evdən çıxararaq evi satmaq istəyirdi. 13 noyabr 2022-ci il tarixdə o, evdə olan zaman qonşuluqdakı Eldarın evindən silah səsi eşidib evdən çıxmaq istərkən bir neçə atəş səsi də eşitmişdir. O, evdən küçəyə çıxdıqda Günelin əlində tüfənglə "Kömək edin, Ağaəlini vurdu’" deyə qışqıraraq küçəyə çıxdığını, həmin an Eldarın da Günelin əlindən tüfəngi almaq üçün arxası ilə çıxdığını görmüşdür. O, Eldarı saxlamış, daha sonra oğlu Əlirza və digər qonşular da gəlib Eldarı saxladılar. Bundan sonra o, Eldarın evinə girib Ağaəlinin yaralanıb oturduğunu görmüşdür. O və digər qonşular kömək edib Ağaəlini və Naziləni avtomobillə xəstəxanaya aparmışlar. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai isintaq zaman ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi halları təsdiq etmişdir . Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə uzun müddət qonşuluqda yaşamışdır. Təqsirləndirilən şəxs özü Günel gəlin köçdükdə sonra ailəsi ilə birlikdə yaşamırdı, ayrı evdə yaşayırdı, hadisə baş verən ünvanda Eldarın oğlu Ağaəli, arvadı Nazilə, gəlini Günel və azyaşlı nəvəsi yaşamışdır. Eldar hər gün həmin evə gəlibgedirdi. Eldarın ailəsi münaqişəli ailə olmuş, sonuncu ailə üzvlərinin həmin evdən çıxmaqlarını istəyirdi. Onun Eldarla və sonuncunun ailəsi ilə normal münasibəti olmuşdur. 13 noyabr 2022-ci il tarixdə saat 10:00 radələrində o, evdə olan zaman avtomobilini küçəyə çıxartmış, daha sonra darvazanı bağlamaq üçün avtomobildən düşdükdə Eldarın küçəyə çıxdığını görüb qorxmuş və ona "Eldar at silahı yerə, sən neynirsən ?" demiş. Eldar silahı ona tərəf doğrultmadan sadəcə olaraq sözlə "yaxın gəlmə, vuraram səni" dedi. O, qorxub tez yaşadığı evə daxil olaraq “102" xidmətinə zəng vuraraq qonşusunun silahla öz evinə daxil olduğunu bildirmişdir. Qorxduğu üçün bir neçə dəqiqə evdən çıxmamış, daha sonra səs-küyə küçəyə çıxdıqda qonşuların küçədə olduğunu. Eldarı saxladıqlarını görmüşdür. Bir qədər sonra Ağaəli qan içərisində evdən çıxdı. O, Güneldən nə baş verdiyini soruşduqda Günel ona Eldarın Ağaəlini və Naziləni vurduğunu bildirdi. Qonşular Naziləni evdən götürərək avtomobilə yerləşdirərək xəstəxanaya apardılar. O, həmçinin həyəcandan neçə ədəd silah səsi gəldiyini xatırlamır. O, küçəyə çıxdıqda artıq hadisə baş vermişdi. Hadisə vaxtı evdə Günel, Ağaəli, Nazilə və Günel və Ağaəlinin azyaşlı qızı Nazilə olmuşdur. Onlar Naziləni evdən çıxarmaq üçün evə girdikdə yataq otağından qorxmuş vəziyyətdə olan üç nəfər azyaşlı uşağın qaçaraq çıxdığını görmüşdür. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstrmişdir ki, o, 89 saylı məktəbin 7A sinfində təhsil alır, Naziləni anası tanıdığı üçün Nazilənin evinə riyaziyyat fənnindən hazırlığa getmişdir. Əvvəllər də Nazilənin ərinin evə gələrək səs- küy salma halları olmuş, o, həmin vaxt digər otaqda dərslə məşğul olduğundan Nazilənin ərinin üzünü görməmişdir. 13 noyabr 2022-ci il tarixdə səhər saat 10-da Nazilənin evinə hazırlığa getmiş, ondan başqa Məhəmməd və Fatimə də hazırlığa gəlmişdir. Nazilənin evində otaqda dərslə məşğul olan zaman otağın qapısı bağlı olmuş, bu zaman evin digər otağından səslər gəlməyə başlamış, Nazilənin əri olduğunu düşündüyü kişi qışqırmışdır. Anası Nazilə ilə eyni məktəbdə işlədiyinə görə Nazilənin ərinin tez-tez evlərinə gələrək dava salmasından məlumatı olmuşdur. Elə həmin kişi səs-küy salan vaxt Nazilə sonuncuya evdən çıxmasını demiş, onlara isə dərsləri ilə məşğul olmağı, səsə fikir verməməyi bildirmişdir. Bir qədər sonra səs gəlməmiş, yenə dərslə məşğul olmuşlar. Daha sonra birdən silah səsinə oxşar bərk səslər gəlmiş, bundan başqa digər otaqdan uşaq ağlamasının səsini eşitmişdir. Nazilə otaqdan çıxmış, bundan sonra yenidən silah səsi gəlmiş, onlar qorxduqları üçün otaqda qalmış, bir qədər sonra sakitlik olduqda Nazilənin gəlini Günel onlara otaqdan çıxa biləcəklərini bildirmiş, onlar otaqdan çıxdıqda yerdə qan izləri və şüşə qırıqları olduğunu görmüş, Nazilə yerdə olmuş, sonuncunun ayağından qan gəlmişdir. Nazilə onlara tez qaçaraq evdən getmələrini bildirmiş, qonşular gəlib Naziləni apardıqdan sonra o və digər uşaqla evdən çıxıb getmişdir. O, həmçinin atəş açan şəxsin üzünü otaqda olduqları üçün görmədiyini, həmin şəxsin onlara tərəf atəş açmadığını və onları görmədiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 və Şahid6 da ifadələrində Şahid4 göstərdiyi halları təsdiq etmişlər. Şahid7 ifadələrində göstərdi ki, X5 onun qardaşıdır. Eldarın yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Dadaşov küçəsi, ev 14 ünvanında yerləşən ev və həmin torpaq sahəsi onun atası Ağaəlidən miras qalmışdır. Atası öldükdən sonra həmin torpaq sahəsi Eldarla onun arasında bölünmüşdür. Eldar evləndikdən sonra ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Eldar Nazilə ilə evlənmiş, Nazilə ilə onun və arvadının əvvəldən münasibəti olmamışdır. Aralarında problem olmasa da, xarakter olaraq soyuq insanlar olduqları üçün münasibətləri də soyuq olmuşdur. Onun özü ailəsi ilə birlikdə 1990-cı ildən etibarən Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evdə yaşayır. Atasından miras qalan evdə isə oğlu Nadir Dadaşov öz ailəsi ilə birlikdə yaşamışdır. Əvvəldən onun Eldarın evinə gediş-gəlişi az olmuşdur. O, hətta Eldarın oğlu Ağaəlinin toyunda da iştirak etməmişdir, bu səbəbdən Eldarın ailəsi ilə münasibətləri barədə məlumatı olmamışdır. Eldarın oğlu Ağaəli evlənəndən bir müddət sonra Eldarın gəlini ilə münasibətlərinin pis olduğunu, gəlinin Göyçay rayonundan olması, Ağaəlinin rayondan evlənməsi səbəbindən Eldarın gəlinindən xoşu gəlmədiyini eşitmişdir. Eldar söyüş söyən insan idi. O, hadisədən bir neçə ay öncəyə qədər Eldarla ümumiyyətlə danışmamışdır, lakin qardaşı olduğu üçün onun tam olaraq əlaqələri də kəsməmişdir. Eldarın oğlu Ağaəli bir müddət öncə onun evinə gedərək atasının onlarla yola getmədiyini, arvadını söydüyünü, təhqir etdiyini dedi. O da Ağaəliyə atasi ilə bir təhər yola getmələrini məsləhət görüb məsələyə qarışmamışdır. O, qardaşının oğlu Eldarın və gəlininin evə qoymadığını eşitmişdir, lakin bu barədə Eldarın özü ona heç nə deməmişdir. Özü də bunun şahidi olmamışdır. X6 qəsəbəsi ərazisində dəmir yolu stansiyasının yaxınlığında ayrıca torpaq sahəsi və orada yarı tikili evi vardı. Eldar çox vaxt həmin tikilidə qalırdı. Eldarı sonuncu dəfə hadisədən üç ay qabaq görmüşdür. 13 noyabr 2022-ci il tarixdə o,Binə qəsəbəsində yerləşən evində olan zaman Eldarın ov tüfəngi ilə oğlunu və arvadını vurduğunu eşitmişdir. Eldarın ailəsi ilə heç vaxt mülk üstündə davası olmamışdır. Eldar oğlu Ağaəli və gəlini Günelin onu evə qoymaması səbəbindən onlardan evindən çıxmalarını tələb etmişdir. Bu səbəbdən aralarında dəfələrlə mübahisə olmuşdur. Bu da o, hadisədən sonra gedən söz söhbətdən eşidib bilmişdir. İfadələrinə başqə əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış 13 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2023-cü il tarixli 30 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində odlu silah yaralanması nəticəsində sağ bud sümüyünün açıq çox qəlpəli yerdəyişən sınığı, sağ budun əzilmiş-cırılmış yaralarının aşkar olunmuş, qeyd edilən xəsarətlər nisbətən yaxın məsafədən açılmış odlu silah-qırma yaralanması zamanı, ola bilsin bir atəş təsirindən törənməsi, törənmə müddətinin qərarda qeyd olunan 13 noyabr 2022-ci il tarixə uyğun gələ bilməsi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olması müəyyən olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2023-cü il tarixli 15 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində odlu silah yaralanması nəticəsində xarici cinsiyyət üzvünün, xayalığın uretranın və hər iki budun əzilmiş- cırılmış yaraları xəsarətləri aşkar edilmişdir . Qeyd edilən xəsarətlər nisbətən yaxın məsafədən açılmış odlu silah-qırma yaralanması zamanı, ola bilsin bir atəş təsirindən törənmişlər, törənmə müddəti qərarda qeyd olunan 13 noyabr 2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 atəş müxtəlif duruş vəziyyətlərində açıla bilərdi. Atəşin istiqaməti öndən arxaya bir qədər sağdan sola doğru olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 14 noyabr 2022-ci il tarixli 1311 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sağ əlin arxa səthinin və sağ mil-bilək oynağı nahiyəsinin sıyrıqları müəyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti 13 noyabr 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2022-ci il tarixli 1317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ almacıq nahiyəsinin qançırı müəyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti 13 noyabr 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmədə elan olunub araşdırılmış kompleks məhkəmə-ballistik və trasoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli 3/1679; 1680 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah 2018-ci ildə, Rusiya Federasiyasra İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 76 mm olan, kalibrli, "MP-27EM"' modelli, ********* No-li, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsizv odlu ov silahıdır, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən öz-özünə atəş açılmır. Təqdim edilmiş 18 (on səkkiz) ədəd patron - 04 ədədinə digər atəş komponentləri ilə birlikdə diametrləri 4,25 mm olan 01 nömrəli, 07 ədədinə diametrləri 3,75 mm olan 2 nömrəli. 02 ədədinə diametrləri 2,00 mm olan 9 nömrəli, 01 ədədinə diametrləri 2,75 mm olan 6 nömrəli, 02 ədədinə diametrləri 4,00 mm olan 1 nömrəli, 02 diametrləri 3.50 mm olan 3 nömrəli qırmalar doldurulmaqla. 15 ədədi eyni bir zavodda, 01 ədədi başqa zavodda. 01 ədədi digər bir zavodda, 01 ədədi isə başqa bir zavodda, hazırlanmış. 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluqlarımn uzunluqları 76 mm-dək olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, atəşə (istifadəyə) yararlıdırlar və təyinatlarına uyğun olaraq, həmin patronlardan istifadə olunmaqla yivsiz odlu ov tüfənglərində 20-30 dərəcə bucaq altında atəş açılarkən, müvafiq patronlara doldurulmuş 4,00 mm və 4.25 mm diametrli qırmalar təxminən 400 metr, 3,50 mm və 3,75 mm diametrli qırmalar təxminən 300 metr, 2,00 m m və 2.75 m m diametrli qırmalar 200 metr məsafəyə uçmaq və həmin məsafələr daxilində hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədələr yetirmək gücünə malik ola bilərlər. Həmin patronlar təyinatlarına və kalibrlərinə uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 12 kalibrli. "MP-27EM" modelli. ********* JMə-li ov tüfəngində də istifadə oluna bilərlər.Təqdim edilmiş və şərti olaraq ’T', “2”, "3” və “4” rəqəmləri ilə (nömrələnmiş) ədəd 4 (dörd) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 12 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər. Həmin gilizlərdən nömrəli ”1" və “4" nömrəli gilizlər təqdim edilmiş 12 kalibrli, "MP-27EM" modelli. ********* Nıı-li ov tüfənginin alt lüləsindən. "2" və “3“ nömrəli gilizlər isə həmin tüfəngin üst lüləsindən atılmışlar.Təqdim edilmiş 8 (səkkiz) ədəd metal predmetlər - zavod üsulu ilə hazırlanmış müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş atəş komponentlərinin atəşlə ayrılmış hissələridirlər - diametrləri təxminən 3 mm olan qırmalardırlar. Təyinatlarına uyğun olaraq, həmin qırmaların, təqdim olunmuş 4 (dörd) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patronlardan istifadə olunmaqla, təqdim edilmiş 12 kalibrli. "MP-27EM" modelli, ********* Nh-li ov tüfəngində də atəş açılması mümkündür, lakin qırmaların üzərində doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduğundan onların, təqdim edilmiş 4 (dörd) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 12 kalibrli, "MP-27EM” modelli, ********* N°- li ov tüfəngində, yaxud başqa bir gilizdən və ya silahdan atılıbadılmadıqlarmı müəyyən elmək mümkün deyildir. Təqdim edilmiş 2 (iki) ədəd tıxac formalı plastmas predmetlər - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən 12 kalbirli patronların doldurulması üçün nəzərdə tutulmuş atəş komponentlərinin arəşlə ayrılmış hissələridirlər - "konteyner” tipli poletilen tıxaclardırlar. Təyinatlarına və ölçülərinə uyğun olaraq, həmin tıxacların hər hansı birinin digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 4 ( dörd) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 12 kalibrli, "MP- 27EM modelli, ********* JNə-li qoşalüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacların üzərində atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların, təqdim edilmiş 4 (dörd) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 12 kalibrli. "MP-27EM” modelli, ********* Nə- li qoşalülə ov tüfəngindən, yaxud başqa hansısa konkret bir gilizdən və ya silahdan atılıb- atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd idman şalvarı, bir ədəd tuman üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləririn aşkar edilməsinə və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, geyim əşyalarının ön hissəsində olan zədə giriş zədəsi olmaqla hamarlüləli (yivsiz) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində öndən-arxaya doğru istiqamətdə. 2 metrə qədər məsafədən yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş ov tüfəngindən açılan atəş nəticəsində yarana bilər. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi Zərərçəkmiş şəxs1 ön hissəsinə doğru olmuşdur.Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qara rəngli şalvar, bir ədəd don üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin formasına, ölşüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməsinə və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, geyim əşyalarının ön hissəsində olan zədə giriş, arxa hissəsində olan zədə çıxış zədəsi olmaqla hamarlüləli (yivsiz) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində Öndən-arxaya doğru istiqamətdə. 2 metrə qədər məsafədən yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş ov tüfəngindən açılan atəş nəticəsində yarana bilər. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi Zərərçəkmiş şəxs2 sağ ayağının ön hissəsinə doğru olmuşdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd göy rəngli damalı köynək üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərinqırmaların təsirindən yaranmağa xarakterik zədələr yoxdur.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı, bir ədəd uzunqol köynək, bir cüt qara rəngli ayaqqabı üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr yoxdur. Tədqiqata təqdim edilmiş 12 kalibrli, "MP- 27EM" modelli, ********* Nb-li qoşalülə ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməsinə əsasən, həmin ov tüfənginin hər iki lüləsindən atəş (atəşlər) açılmışdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının 03 fevral 2023-cü il tarixli 750/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: A/İİ/./. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: Aİİ/. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: O/İ/. Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus şalvar, bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs1 məxsus köynək, şalvar, trusik, mələfə üzərindəki ləkələrdə və hadisə yerindən 05 ədəd plastmass çubuq ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və İİ antigenləri və əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/11/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 və eyni qruplu Təqsirləndirilən şəxs/əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa/ məxsus ola bilər. Ləkələrdə 0/1/ qruplu Zərərçəkmiş şəxs2 qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus şalvar və don üzərindəki ləkələrdə insan qam aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin alfa. beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O- alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən AM) sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının 10 fevral 2023-cü il tarixli 598/2022-MTKŞ nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ yaxalığında aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus idman şalvarın ön səthinin orta yuxarı nahiyəsində və tumanın orta nahiyəsində aşkar edilmiş parça defektli geniş sahələr odlu silah zədələridir, mərmilərin (qırmaların) kompakt təsir etdiyi yaxm məsafədən açılmış atəş nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın bütün səthi boyu, köynəyin səthi boyu və tumanın səthi boyu qan ləkələri vardır. Bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarhq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş zərərçəkmış şəxs Zərərçəkmiş şəxs2 məxsus donun ön səthinin sağ nahiyəsində; retuzun ön səthinin sağ yuxarı nahiyəsində və arxa səthinin sağ nahiyəsində aşkar edilmiş parça defektli sahələr odlu silah zədələridir, mərmilərin (qırmaların) kompakt təsir etdiyi yaxın məsafədən açılmış atəş nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 qızma məxsus retuzun bütün səthi boyu və donun bütün səthi boyu qan ləkələri vardır. Bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarhq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sol qolunun ön sətində və idman şalvarın ön səthinin orta yuxarı nahiyəsində aşkar edilmiş cırılma zədələri, köynək və idman şalvarın müvafiq nahiyyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarının sol ayağının ön qan ləkələri vardır. Bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarhq faktoru üzrə səthə hopmuşdur. Təqsirləndirilən şəxs məxsus ayaqqabmm sol tayının bütün səthi boyu və sağ tayının sol səthində qan ləkələri vardır. Bu ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş döşək üzlüyü üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş döşək üzlüyü üzərində bir neçə hissəsində qan ləkələri vardır. Bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarhq faktoru üzrə səthə hopmuşdur. Məhkəmədə elan olunub araşdırılmış Kompleks ambulator məhkəmə psixiatriya və məhkəmə-psixoloji ekspertizasnın 17 dekabr 2022-ci il tarixli 3360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində qərarda qoyulmuş sualların ambulator şəraitdə cavablandırılması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsinin zəruri olduğunu göstərilmişdir. Məhkəmədə elan olunub araşdırılmış kompleks stasionar məhkəmə psixiatriya və məhkəmə-psixoloji ekspertizasnın 27 yanvar 2023-cü il tarixli 09 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi qarışıq tipli şəxsiyyət pozuntusu spesifik simptomlar mənzərəsi olmayan, lakin şəxsiyyətin narahatlıq yaradan dəyişiklikləri ilə səciyyələnən psixi patologiyadır. Şəxsiyyət pozuntusunun bir neçə tipinə məxsus əlamətlərin eyni insanda birləşmiş halda, mozaik şəkildə təzahür etməsi səbəbindən bu patologiya «qarışıq» adlandırılmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qanşıq tipli şəxsiyyət pozuntusu qeyd olunur. Bununla belə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı EA.Dadaşovda aşkarlanan qarışıq tipli şəxsiyyət pozuntusu cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onlan tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqhlığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Onun ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da qarışıq tipli şəxsiyyət pozuntusu qeyd olunur. Təqsirləndirilən şəxs hal-hazırda da qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəksə də, həmin psixi pozuntunun hal- hazırda müəyyən edilən əlamətləri onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs şübhəlilik, kobudluq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, laqeydlik, davranışında özünü idaretmənin çatışmazlığı kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional halında hirslilik, əsəbilik yaranmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış Anıbulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 10 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış hadisə yerindən götürülmüş (bir ədəd zərfin içərisində) 05 ədəd qanabənzər nümunə, üzərində qana bənzər ləkələrin olduğu ağ rəngli döşək üzü, dörd ədəd giliz, səkkiz ədəd metal predmet, iki ədəd tıxac, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 müalicə aldığı xəstəxanadan götürülmüş, hadisə vaxtı əynində olan 01 ədəd don, bir ədəd retuz, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 müalicə aldığı xəstəxanadan götürülmüş, hadisə vaxtı əynində olan 01 ədəd köynək, 01 ədəd idman şalvarı və 01 ədəd tuman, təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş 01 ədəd köynək. 01 ədəd idman şalvarı, 01 cüt ayaqqabı maddi sübüt kimi tanınb saxlanılması üçün Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında, hadisə yerinə baxış zamanı götürülümüş on altı ədəd patron, Təqsirləndirilən şəxs cinayəti törətməkdə istifadə etdiyi, polis əməkdaşları tərəfindən istintaqa təqdim edilmiş cinayət aləti olan 01 ədəd tüfəng və üzərində olan iki ədəd patron isə Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində oğlu Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 vurmaq istəmədiyi, Zərərçəkmiş şəxs3 ayağında vuraraq şikəst etmək istədiyini, oğlu Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs2 gəlinini vurmağa mane olduqları üçün onları da vurduğu barəsindəki iddialarını şübhələrlə müşahidə olunduğu qənəatinə gəlir. Məhkəmədə bu şübhələri onun xeyrinə qiymətləndirmək üçün sübut müəyyən olunmadı. Çünki işin faktiki halları onun bu iddasını təsdiq etmədi. O, hadisədən qabaq bütün zərərçəkmiş şəxslərlə eyni dərəcədə münaqişədə olub, onlardan evdən çıxmalarını tələb etmişdir. Bu səbədən də məhkəmə onun bu ifadələrini işin faktiki hallarına uyğun olmayan özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə, yuxarıda sadalanan sübutları təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin onun tərəfindən törətməsi öz təsdiqini tapdı. Buna görə də məhkəmə, Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5 və 29, 120.2.7-ci maddələri ilə tövsü olunmasın əsalı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Buna görə də məhkəmə, onun təqsirli bilənməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən və anlaqlı vəziyyətdə törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Azərbaycan Vəkillər kollegiyasının üzvü 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs 20 (iyirmi) saat hüquqi yadırm göstərilməsi müəyyən olundu. Bunun üçün ona 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmə həmin məbləği dövlət büdcəsi hesabına ödənilməsini əsəaslı sayır. Çünki onun həmin məbləği ödəmək üçün maddi imkanının olmadığı müəyyən olundu. İş üzrə məhkəmə ballistik ekspertizasının keçirilməsi 267 (iki yüz altmış yeddi) manat xərcələnməsi müəyyən olundu. Məhkəmə həmin məbələğin dövlət büdcəsi hesabına ödənilib, təqsirləndirilən şəxs X2 tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Çünki onun bu ödəmədən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş hadisə yerindən götürülmüş (bir ədəd zərfin içərisində) 05 ədəd qanabənzər nümunə, üzərində qana bənzər ləkələrin olduğu ağ rəngli döşək üzünün, dörd ədəd gilizin, səkkiz ədəd metal predmetin, iki ədəd tıxacın, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 müalicə aldığı xəstəxanadan götürülmüş, hadisə vaxtı əynində olan 01 ədəd donun, bir ədəd retuzun, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 müalicə aldığı xəstəxanadan götürülmüş, hadisə vaxtı əynində olan 01 ədəd köynəyin, 01 ədəd idman şalvarın və 01 ədəd tumanın, təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş 01 ədəd köynəyin, 01 ədəd idman şalvarının, 01 cüt ayaqqabının istehlak dəyərələrini ittirdikləri üçün məhv olunmasını, hadisə yerinə baxış zamanı götürülüb saxlanlıması üçün isə Suraxanı RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş on altı ədəd patronu, Təqsirləndirilən şəxs cinayəti törətməkdə istifadə etdiyi, 01 ədəd tüfəng və üzərində olan iki ədəd patron cinayət predmeti kimi müsadirə olunsun və realizə olunub aldə olunan pul vəsaitini dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin maddi təminat və təchizat şöbəsinə təhvil verilməsini əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs törətdiyi əməlin baş vermə səbəbləri araşdırıldıqda onun bu əməli ailədə fasiləsiz davam edən ailə məişət zəminində yaranmış münaqişələr nəticəsinində törədilməsi, bu gərginliyin yaranmasına səbəb Təqsirləndirilən şəxs məxsus mülkiyyətə münasibətdə sərəncam verməkdə iradə azadlığının həyata keçirilməsinə zərərçəkmiş şəxslərin yaratdığı manelər, təqsirləndirilən şəxsin həmin mülkiyyət hüqunda sərbəst istifadə edə bilməməsi, özünə məxsus evdə yaşaya bilməməsi, başqa yarım tikilidə və ya hamamda yaşaması, habelə onun hamamda yaşayarkən hamama verilən qazın kəsilməsi və sairə təhrikedici hərəkətələrin nətiəcsində törətməsi müəyyən olundu. Bu səbəbdən də məhkəmə, bu halı cəza təyin edən zamanı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini etiraf edib törətdiyi əməldən peşman olduğunu bildirib, ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsini də onun islah olunmağa meyilli olması kimi qiymətləndirib həmin halı da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan şikayət və tələblərinin olmadığını göstərdilər. Məhkəmədə elan edilib araşdırılmış cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlini törədərkən qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi müəyyən olundu. Məhkəmə həmin halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi hadisənin odlu silahdan istifadə etməklə törədilməsi müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, xüsusilə ağır cinayətə görə məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən təyin ediləcək cəzanı müddətini müəyyən edərəkən yuxarıda göstərilən cəzasının yüngülləşdirən hallarla bərabər, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətin baş verməsinin səbəblərini, bu əməllərin törədilməsindən qabaq zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə münasibətdə davranışlarını, Təqsirləndirilən şəxs hadisə zamanı və hazırda törədərkən anlaqlılığı istisna etməyən qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsini, onun hazırda altmış səkkiz yaşında olmasını onun şəxsiyyətini xarakterizə edən müsətəsna hallar kimi nəzərə alıb, cinayət cəzasının məqsədini, humanizm prinsiplərini əsas götürərək Təqsirləndirilən şəxs barsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunub ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddən də aşağı azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslı sayır. Məhkəmə, göstərilənlərlə bərabər, Təqsirləndirilən şəxs bu qaydada cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini, cinayətin törədilmə üsülunu nəzərə alıb ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını müstəsna dərəcədə aşağı həddə verilməsini qeyri-mümkün sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 13 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 15 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 13 noyabr 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4, 29, 120.2.5 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb Suraxanı rayon prokurorluğunun maddi sübutlaırn saxlanılması yerində saxlanılan 05 ədəd qanabənzər nümunə, üzərində qana bənzər ləkələrin olduğu ağ rəngli döşək üzü, dörd ədəd giliz, səkkiz ədəd metal predmet, iki ədəd tıxac, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 müalicə aldığı xəstəxanadan götürülmüş, hadisə vaxtı əynində olan 01 ədəd don, 01 ədəd retuz, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 müalicə aldığı xəstəxanadan götürülmüş, hadisə vaxtı əynində olan 01 ədəd köynək, 01 ədəd idman şalvarı və 01 ədəd tuman, təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş 01 ədəd köynək, 01 ədəd idman şalvarı, 01 cüt ayaqqabı istehlak dəyərəlrini itidiyi üçün məhv edilsinlər, hadisə yerinə baxış zamanı götürülüb saxlanlıması üçün isə Suraxanı RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş on altı ədəd patron, Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi 01 ədəd tüfəng və üzərində olan iki ədəd patron cinayətin predmeti kimi müsadirə olunsun və realizə olunub əldə olunan pul vəsaitini dövlət büdcsinə ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin maddi təminat və təchizat şöbəsinə verilsin. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 267 (iki yüz altmış yeddi) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi ) manat Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqi yardım və tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun, materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 267 (iki yüz altmış yeddi) manat ondan tutulub dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla-Əsgərova Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1031/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1031/2023
25.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver