Məhkəmə qərarları › İş №1(101)-1031/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1031/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1031/2024 09.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X7, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X9 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 09:55-də açıq məhkəmədə baxaraq, müəyyənetdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə uzun müddət əmlak məsələsi ilə bağlı mübahisəsinin olması, məclislərin birində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsinə görə sonuncu dəfə 10 iyul 2023-cü il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs təkidilə yaşadığı ünvan 2 ünvanının yaxınlığında üz-üzə gələrkən Zərərçəkmiş şəxs ona zərbələr endirərək yerə yıxması və barəsində nalayiq ifadələr işlətməsi səbəbindən bibisi oğlu Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bıçaq zərbələri vurmaqla ona ənsə nahiyəsinin 1 (bir), sol almacıq nahiyəsinin 1 (bir), sol əlin 1 (bir), sağ əlin 1 (bir) və sağ dirsək oynağı nahiyəsinin 1 (bir) ümumilikdə 5 (beş) ədəd deşilmiş-kəsilmiş yaraları, ümumilikdə isə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aid, ümumilikdə 6 (altı) ədəd deşilmiş-kəsilmiş bıçaq xəsarəti yetirmiş, lakin hadisə zamanı Zərərçəkmiş şəxs ona müqavimət göstərərək hadisə yerindən qaçması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini, yəni Zərərçəkmiş şəxs öldürməyi başa çatdıra bilməmiş, bununla da onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 09 iyul 2023-cü il tarixdə, saat 23:30 radələrində qohumu, yəni bibisi oğlu Zərərçəkmiş şəxs ona zəng edib kompleksin yanında gözlədiyini bildirərək, ondan həmin yerə gəlməsini tələb etmişdir. O, Zərərçəkmiş şəxs dediyi yerə getməmiş, daha sonra 10 iyul 2023-cü il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs zəng edərək onun yaşadığı məhəlləyə gəldiyini, onunla söhbəti olduğundan çölə çıxmasını istəmişdir. Çölə çıxdıqda evinin qarşısında 2 avtomobilin dayandığını görmüş, həmin avtomobillərdən hansının Zərərçəkmiş şəxs gəldiyi avtomobil olduğunu bilmədiyindən geri qayıdıb evdən mətbəx bıçağını belinə qoyaraq yenidən çölə çıxmışdır. Zərərçəkmiş şəxs gəldiyi avtomobilə yaxınlaşdıqda sonuncu ondan avtomobilə əyləşib “badam bağları” deyilən əraziyə getməsini təklif etmiş, o, razılaşmayaraq söhbəti həmin yerdə etmələrini bildirmişdir. Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra onun boğaz nahiyəsindən yumruqla vuraraq yerə yıxmış, Zərərçəkmiş şəxs altında döyüldüyündən, həmçinin sonuncu içkili olduğundan, o, üzərində gətirdiyi mətbəx bıçağını Zərərçəkmiş şəxs ayılması üçün 2 dəfə batırmışdır. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, Zərərçəkmiş şəxs bıçağı onun əlindən almaq istəsə də, imkan verməmişdir. Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmaq üçün başqa imkanları olsa da, bunu etməmiş, hadisə barədə polisi məlumatlandırmışdır. O, ciddi xəsarət dəymiş ola biləcəyi ehtimalını nəzərə alaraq təcili tibbi yardım çağırmış, qorxaraq onunla getməyəcəyini düşündüyündən Zərərçəkmiş şəxs gətirən taksinin sürücüsündən sonuncunu xəstəxanaya çatdırmasını xahiş etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisədən əvvəl Zərərçəkmiş şəxsla aralarında dava olmadığını, bir neçə şəxs zəng etdiyinə, evinin qarşısında 2 avtomobil olduğuna görə, gələn şəxslərin çox olduğunu ehtimal edib həmin şəxsləri qorxutmaq məqsədilə evindən bıçaq götürdüyünü, Zərərçəkmiş şəxs altında 5-6 dəqiqə olduğu müddətdə sonuncuya bıçaqla vurmadığını, üstündən çəkilməsi üçün bıçaqla sonuncunun belinə vurduğunu, xəsarət yetirmək niyyətinin olmadığını, Zərərçəkmiş şəxs başına dəyən bıçaq zərbəsinin yüngül olduğunu, həmin anda özündə olmadığını, əməlindən peşman olduğunu bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur, sonuncu ilə şəxsi münasibətləri pisdir, uzun illərdir ki, mübahisəli torpaq sahəsinə görə ədavət aparmışlar. 2023-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək hansısa məclisdə sonuncunun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmiş, o, bu zənglərə əhəmiyyət verməsə də, Zərərçəkmiş şəxs təkidlə onunla görüşmək istəmişdir. O isə aralarında hər-hansı dava-dalaşın baş verməməsi üçün Zərərçəkmiş şəxs çağırışından yayınmışdır. xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Zərərçəkmiş şəxs ardıcıl olaraq onunla görüşməsi üçün zənglər etsə də, o, əhəmiyyət verməmişdir. xx.xx.2023-cü il tarixdə, gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs zəng edərək onun yaşadığı məhəlləyə gəldiyini, söhbət etmək üçün çölə çıxmasını dedikdə, o, vaxtının olmadığını, vaxtı olanda görüşmək üçün zəng edəcəyini söyləmişdir. xx.xx.2023-cü il tarixdə, saat 02:30 radələrində Zərərçəkmiş şəxs zəng edib onu arvad, uşaq, ana və bacı söyüşləri ilə söymüş və kanal üstündə avtomobildə gözlədiyini bildirərək “tinə” çıxmasını demişdir. O, Zərərçəkmiş şəxs qapılarının qarşısına gəlməsini desə də, sonuncu israrla, kanalın üstünə gəlməsini tələb etmiş, çıxılmaz vəziyyətə düşdüyü üçün Zərərçəkmiş şəxs gözləməsini və gələcəyini demişdir. Zərərçəkmiş şəxs evinin tinində, yəni Bakı şəhəri, Sabunçu rayonu, X6 Karxanası istiqamətində dönərkən yolayrıcında, yəni evindən 50 metr aralıda onu gözləmiş, saat 02:30 radələrində o, küçəyə çıxmış və Orxanın Hümbətovun ona hücum edəcəyi təqdirdə müdafiə oluna bilmək üçün özü ilə mətbəx bıçağını da götürmüşdür. Xatırladığı qədərilə evinin tininə yaxınlaşanda Zərərçəkmiş şəxs “Toyota Prius” markalı taksidə onu gözlədiyini görmüşdür. Belə ki, Zərərçəkmiş şəxs avtomobildə qarşıda əyləşmiş, sürücü isə sükan arxasında olmuş, avtomobildə başqa heç kim olmamışdır. Avtomobilə tərəf yaxınlaşanda Zərərçəkmiş şəxs maşına oturmasını demiş, o isə sonuncuya avtomobildən düşməsini bildirmişdir. Zərərçəkmiş şəxs tərəfdən avtomobilə yaxınlaşarkən sonuncu avtomobildən düşmüşdür. Zərərçəkmiş şəxs ondan canlı, cavan və fiziki cəhətdən möhkəm olduğundan sonuncu avtomobildən düşən kimi onun boğaz nahiyəsindən yumruqla zərbələr endirərək onu yerə yıxmış və üzərinə çıxıb nalayiq ifadələr işlədərək zərbələrini davam etdirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs ağzından çıxan qoxudan alkoqollu içki qəbul etdiyini hiss etmiş, sonuncu isə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə davam etmişdir. Buna görə də, o, evdən götürdüyü bıçağı belindən çıxararaq Zərərçəkmiş şəxs başının beyin tərəfindən, yəni sol almacıq nahiyəsinə 1 dəfə və bir neçə dəfə əlavə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Zərərçəkmiş şəxs özünü itirməyərək üstünə gəlmiş və əlindəki bıçağın kəsən tərəfindən iki əli ilə tutaraq əlindən almaq istəmiş, lakin o, bıçağın sapını əlindən buraxmayaraq bıçağı özünə tərəf dartıb bıçağın kəsən hissəsini Orxanın əlindən çıxartmış, nəticədə bıçaq Orxanın əllərini kəsmişdir. Bu zaman Zərərçəkmiş şəxs onun üstündən duraraq bədəninin qan içərisində olduğunu görüb Zabrat-Maştağa yolu istiqamətində qaçmağa başlamış, o da Zərərçəkmiş şəxs nəsə olacağı təqdirdə həkimə aparması məqsədilə sonuncunun dalınca getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs marketin yanında dayandığını görüb vəziyyətinin yaxşı olduğunu düşündüyündən arxasınca getməmiş və geri qayıtmışdır. Geri qayıdarkən Zərərçəkmiş şəxs hadisə yerinə gətirən “Toyota Prius” markalı avtomobillə üz-üzə gəlmiş və sürücüyə baxarkən sürücü ona “Vallah, mənlik heçnə yoxdur, mən taksi sürücüsüyəm” demişdir. O, sürücüyə əhəmiyyət verməmiş və sürücü yanından ötüb keçmişdir. Onun Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi özünü müdafiə etmək olmuş, Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. 03 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla birgə ad günü məclisində iştirak etmişlər. 04 iyul 2023-cü il tarixdə Elvin adlı şəxs Təqsirləndirilən şəxs onun barəsində təhqiredici ifadələr işlətdiyini bildirdiyindən həmin tarixdən etibarən o, Təqsirləndirilən şəxs zənglər etsə də, sonuncu onun zənglərini açmamış, daha sonra Elvin adlı şəxs vasitəsilə Təqsirləndirilən şəxs zəngini açmasını tələb etmişdir. xx.xx.2023-cü il tarixdə toy məclisində iştirak etdikdən sonra yenidən Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq görüşmək istədiyini, bu məqsədlə “Olimpiya Kompleksi”-nin yanına gəlməsini istədiyini bildirmiş, sonuncu isə razılaşmayaraq ondan yaşadığı ünvana gəlməsini istəmişdir. xx.xx.2023-cü il tarixdə, saat 02:00 radələrində taksi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, sonuncu taksinin yanına gəldikdə o, maşına əyləşməsini və dediyi yerə getməyi təklif etdikdə razılaşmamışdır. Daha sonra o, avtomobildən düşmüş, düşən kimi Təqsirləndirilən şəxs vuraraq yerə yıxmışdır. Təqsirləndirilən şəxs üstündə olarkən sonuncu onu bıçaqla vurmuş, o, belindən bıçaqla vurulduğunu hiss etmiş, bıçağı Təqsirləndirilən şəxs əlindən almaq istədikdə əlləri kəsilmişdir. Ayağa qalxaraq ciddi heç nə olmadığını, polisə xəbər verməməsini, xəstəxanaya gedərək yıxıldığını deyəcəyini bildirsə də, Təqsirləndirilən şəxs polisə və təcili tibbi yardıma məlumat vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurub yerə yıxana qədər sonuncunun ona qarşı bıçaqdan istifadə etmədiyini, yerdə olarkən kürək nahiyəsindən bıçaqla vurulduğunu hiss etsə də, başına bıçaqla zərbələrin dəydiyini xəstəxanada bildiyini, hadisə vaxtı başına zərbə dəydiyini hiss etmədiyini, Təqsirləndirilən şəxs onu öldürmək imkanı olsa da, bunu etmədiyini, arxasınca qaçmadığını, əksinə onu xəstəxanaya çatdırmaq üçün cəhd etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını, sonuncu ilə barışdığını, ibtidai istintaq vaxtı verdiyi ifadədə olan imzaların ona məxsus olduğunu, lakin yazıb-oxuya bilmədiyindən orada nə yazıldığını bilmədiyini, müstəntiq tərəfindən həmin ifadənin ona oxunmadığını, məhkəmə iclasında verdiyi ifadənin doğru olduğunu, ona vurulmuş xəsarətlə bağlı çəkdiyi xərclərin Təqsirləndirilən şəxs atası tərəfindən ödənildiyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 330.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına bitişik yerləşən, ona məxsus torpaq sahəsinə Təqsirləndirilən şəxs atası İslamın iddia etməsi səbəbindən uzun illərdir ki, həmin şəxslərlə aralarında mübahisə yarandığından şəxsi münasibətləri pozulmuşdur. 2023-cü ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs qonşusu olan Elxanın oğlu Elvin toy məclisində olarkən Təqsirləndirilən şəxs onun barəsində nalayiq ifadələr işlətdiyini bildirmiş, o da sonuncuya zəng edərək barəsində söyüş işlətdiyinə görə görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan və söhbətdən yayınmış, o, dəfələrlə zəng vursa da, Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində o, Təqsirləndirilən şəxs zəng edərək görüşmək istədiyini demiş, lakin sonuncu görüşə vaxt təyin edib ona zəng edəcəyini bildirmişdir. Görüşmək istəməkdə məqsədi Təqsirləndirilən şəxsla dalaşmaq olmamış, danışaraq məsələyə aydınlıq gətirmək olmuşdur. 09 iyul 2023-cü il tarixdə, Ramana qəsəbəsi sakini Mirverdi adlı tanışlarının nəvəsinin Maştağa qəsəbəsində yerləşən “Görüş” şadlıq sarayındakı toy məclisində iş yoldaşları ilə birgə olmuşdur. Saat 22:00 radələrində toydan çıxdıqdan sonra Salman, Əsgər və digər iş yoldaşlarının bəziləri ilə Zabrat qəsəbəsində yerləşən “Tərxun” kafesinə gedərək orada bir neçə bakal pivə içmişlər. Kafedə olduqları müddətdə hər hansı mübahisə olmamış, saat 00:00 radələrində kafeni tərk etmiş və “Seyid” market istiqamətində getməyə başlamışlar. Fikirləri həmin marketin qarşısına çatdıqdan sonra hərənin öz evinə getməsi olmuş, yolda olarkən Təqsirləndirilən şəxsla görüşüb onun barəsində söyüş söyməsini dəqiqləşdirmək üçün zəng edib görüşə çağırmaq istəsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Buna görə də, o, həmin vaxt piyada gedərkən Salmandan mobil telefonunu götürüb Təqsirləndirilən şəxs zəng etsə də, sonuncu ona cavab vermədiyindən, telefonu geri qaytarmışdır. Bu zaman o və Salmandan başqa yanlarında iş yoldaşları Əsgərlə Emin də olmuşdur. Marketin qarşısına çatdıqdan sonra o, Təqsirləndirilən şəxs bir daha zəng etdikdə sonuncu telefona cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əsəbi olduğu üçün telefonda əsəbi halda danışmış və sonuncuya Maştağa qəsəbəsində yerləşən “Olimpiya kompleksi”-nin qarşısında görüşmələrini demişdir. Bu zaman Salman və digər iş yoldaşları ona içkili olduğu üçün Təqsirləndirilən şəxsla aralarında olan məsələni növbəti gün soyuq başla həll etməsini desələr də, o, əsəbi olduğu üçün deyilənlərə fikir verməyib marketin qarşısında dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota Prius” markalı taksiyə minmişdir. Həmin vaxt Salman, Əsgər və Emil də onu tək qoymamaq üçün birlikdə taksi əyləşmişlər. “Olimpiya kompleksi”-nin qarşısına çatdıqdan sonra o, Təqsirləndirilən şəxs zəng edərək orada gözlədiyini dedikdə, Təqsirləndirilən şəxs ona gələ bilmədiyi üçün yaşadığı Ramana qəsəbəsinə gəlməsini demiş, bundan sonra kompleksin qarşısında başqa bir dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota Prius” markalı avtomobilə əyləşib Ramana qəsəbəsi istiqamətində getmişlər. Yolda avtomobildə olarkən o, Təqsirləndirilən şəxs zəng edib bir-biri ilə əsəbi halda danışaraq nalayiq ifadələr işlətmişlər. Həmin vaxt iş yoldaşları onu sakitləşdirməyə çalışsalar da, o, çox əsəbi olmuşdur. Salman, Əsgər və Emil aralarında olan mübahisəyə qarışmamaq üçün Maştağa qəsəbəsində “Fuad” market deyilən yerdə taksini saxladaraq maşından düşmüşlər. Həmin vaxt bir daha onu sakitləşdirmək üçün müəyyən cəhdlər etsələr də, o, çox içkili olduğu üçün məhəl qoymayaraq gedib Təqsirləndirilən şəxsla söhbət edəcəyini demiş, taksi sürücüsünün söhbətini eşitməməsi üçün sonuncu ilə küçədə gəzişərək söhbət etməyi və bundan sonra başqa taksi ilə evinə getməyi qərarlaşdırmışdır. Saat 02:30 radələrində avtomobildən düşmədən, qarşıda oturaraq mobil telefonu ilə Təqsirləndirilən şəxs 2 dəfə zəng etmiş, lakin sonuncunun nömrəsinə zəng çatmamışdır. Bu zaman sürücü getmək istəmiş, o, sürücüyə gözləməsini və 1 dəfə də zəng edəcəyini, əgər yenə də götürməzsə, bir yerdə getmələrini demişdir. Təqsirləndirilən şəxs 3-cü dəfə zəng etdikdə sonuncu telefonu açmış, bu zaman o, əsəbi olduğu üçün Təqsirləndirilən şəxs arvad, uşaq, ana və bacı söyüşləri ilə söymüş, sonuncuya “tinə” çıxmasını və kanal üstündə avtomobildə gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona qapılarının qarşısına gəlməsini demiş, o isə tində gözlədiyini söyləmişdir. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşdıqda, o, sonuncuya avtomobilə oturmasını, Təqsirləndirilən şəxs isə ona avtomobildən yerə düşməsini demişdir. Təqsirləndirilən şəxs avtomobilə onun oturduğu qapı tərəfdən yaxınlaşarkən o, özü qapını açıb yerə düşən kimi Təqsirləndirilən şəxs sağ əlində tutduğu böyük həcmli bıçaqla başının beyin tərəfindən, yəni sol almacıq nahiyəsindən 1 zərbə vurmuşdur. Bu zaman dərhal beynindən qan açılmış, o, əllərini sifətinə tutub başını aşağı əyərək növbəti bıçaq zərbələrindən qorunmaq istəyərkən Təqsirləndirilən şəxs bıçaqla başının arxa tərəfindən, yəni ənsə nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs vurduqları ilə kifayətlənməyərək bıçaqla onu vurmaqda davam etməsi, bıçaq zərbələrini beynindən və başından vurması onda Rahibin niyyətinin öldürmək olduğu fikrini yaratmış, buna görə də, bıçağı Rahibin əlindən almaq qərarına gəlmişdir. Bıçaqla üstünə gəlməkdə davam edən Təqsirləndirilən şəxs əlində olan bıçağın kəsən tərəfindən iki əli ilə tutaraq bıçağı əlləri ilə sıxmış, bıçaq əlini kəssə belə, əlini bıçaqdan buraxmamış, bıçağı Təqsirləndirilən şəxs əlindən dartıb almaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs bıçağın sapını əlindən buraxmayaraq bıçağı özünə tərəf çəkdiyindən bıçaq əlini, ovucunu və barmağını kəsərək əlindən çıxmışdır. Təqsirləndirilən şəxs onu bıçaqla vurmaq istəyərkən sonuncunu özündən itələdikdə təsadüfən Təqsirləndirilən şəxs kürəyi üstə yerə yıxılmış və müvazinətini saxlaya bilməyib taqətsiz halda o da sonuncunun üstünə yıxılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onu bıçaqla vurmaqdan əl çəkməmiş, bıçaqla bədəninin müxtəlif nahiyələrinə vurmuş, lakin ona vurduğu bıçaqların çoxu boşa çıxmışdır. O, çətinliklə ayağa qalxıb rahat yerdə ölmək fikri ilə Təqsirləndirilən şəxs qaçmış, bundan sonra Gülçülük Sovxozunda üzü Zabrat- Maştağa yolu istiqamətinə qaçmağa başlamışdır. Lakin Təqsirləndirilən şəxs ondan əl çəkməmiş, ayağa qalxaraq əlində bıçaqla onun arxasınca qaçmağa başlamışdır. O, Təqsirləndirilən şəxs əlindəki bıçaqla onu öldürməyə gəldiyini görüb sürətini daha da artırmış, təxminən 150 metr qaçdıqdan sonra artıq halının qalmadığını, bədəninin, başının və sifətinin qan içərisində olduğunu görmüş, lakin Təqsirləndirilən şəxs onu qovmaqda davam etməsini, artıq qaça bilməyəcəyini görüb təxminən 50 metr də çətinliklə irəliləyərək taqətdən düşüb qaçdığı istiqamətdə yolun sol tərəfində olan qaranlıq dalana girmişdir. Həmin dalanda yerə çönbələrək, Təqsirləndirilən şəxs yanından ötəcəyi təqdirdə onu görməməsi üçün nəfəs belə almamağa çalışmışdır. Təxminən 2-3 dəqiqə sonra yoldan avtomobilin işığını görüb yola tərəf çıxmış, yoldan işığı gələn avtomobil yanından ötərkən dalandan avtomobilin qarşısına çıxmış və həmin avtomobilin onu hadisə yerinə gətirən taksi olduğunu görmüşdür. Sürücü onu görən kimi tanımış, mobil telefonunu ona uzatdıqda telefonunun avtomobildə qaldığını başa düşmüşdür. O, sürücüyə bıçaqla vurulduğunu bildirərək köməklik etməsini xahiş etmişdir. Daha sonra o, avtomobildə qarşıya oturmuş, sürücüyə bədəninin qan olduğunu və onu ölməyə qoymamasını demişdir. Sürücü də yüksək sürətlə avtomobilini X10 sürmüş, onu həmin mərkəzdə düşürərək oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisənin baş vermə vaxtından uzun müddət keçdiyindən dəqiq tarixi xatırlamır. 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs zəng etsə də, cavab vermədiyini, ondan Təqsirləndirilən şəxsla danışaraq Orxanın zənginə cavab verməsini deməsini istədiyindən o da Təqsirləndirilən şəxs zəng edərək Zərərçəkmiş şəxs zənginə cavab verməsini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin gün gecə saatlarında aralarında baş vermiş münaqişə zəminində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid5 hadisədən əvvəl “Görüş” şadlıq sarayında toy məclisində Təqsirləndirilən şəxsla birlikdə olduğunu, lakin Zərərçəkmiş şəxs orada olmadığını, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansısa ədavətin olmasından məlumatsız olduğunu, hadisə vaxtı orada olmadığını, işdə olduğunu, Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxs bıçaqladığını bildirdiyini, hadisədən əvvəl Təqsirləndirilən şəxsla sonuncunu barışdırmağa çalışdığını, aralarında olan mübahisəni bilmədiyini, Təqsirləndirilən şəxsla birlikdə toy məclisində olarkən aralarında mübahisə olduğunu, lakin barışdıqlarını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncunun ünvanına nalayiq ifadələr işlətməsi barədə heç nə demədiyini, Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs sonuncunu söydüyünü bildirdiyini, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, “Bolt” tətbiqində sürücü işləyir. Hadisənin dəqiq tarixini xatırlamır, gecə saat 00:00-dan sonra 4 nəfər şəxs avtomobili saxlayaraq 2 manat müqabilində deyilən yerə aparmasını xahiş etmişlər. Bir qədər yol qət etdikdən sonra, arxadakı 3 nəfər avtomobildən düşmüş, Zərərçəkmiş şəxs isə avtomobildə qalmışdır. Təxminən 700 metr irəlilədikdən sonra o, avtomobili saxlamış, sonuncu isə 2 manat pul vermiş, ancaq avtomobildən düşməmişdir. Zərərçəkmiş şəxs avtomobildə oturaraq kiməsə zəng etməyə başlamış, 2 dəfə zəng etməsinə baxmayaraq həmin şəxsə zəng çatmamışdır. 3-cü zəngdə telefona zəng çatmış, sonradan adının Rahib olduğunu bildiyi şəxs zəngə cavab vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qapısının qarşısına gəlməsini dedikdən təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs avtomobilə tərəf yaxınlaşıb sonuncuya düşməsini söyləmiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs avtomobilə oturmasını təklif etmişdir. Daha sonra aralarında mübahisə yarandığından, Zərərçəkmiş şəxs avtomobildən düşmüş və orada dalaşmışlar. O hərəkətləndikdən sonra avtomobilin oturacağında mobil telefon qaldığını görmüş, geriyə qayıdaraq Zərərçəkmiş şəxs vermək istədikdə, həmin şəxsləri orada görməmişdir. O, avtomobillə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs getdikləri istiqamətə hərəkət edərkən sonuncunun əlində bıçaq olmasını görmüş, Təqsirləndirilən şəxs ona da zərər vuracağını düşünüb “mən taksiyəm, mənlik heç nə yoxdur” demiş, Təqsirləndirilən şəxs da oradan uzaqlaşmışdır. O, bir qədər irəliyə getdikdə Zərərçəkmiş şəxs görmüş, telefonu götürməsini ona demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona vurulduğunu söyləyib xəstəxanaya aparılmasını xahiş etmiş, o da Zərərçəkmiş şəxs X10 aparılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Zərərçəkmiş şəxs bədəninin hansı nahiyəsindən bıçaqlandığını görmədiyini, Təqsirləndirilən şəxs əlindəki bıçaq ilə Zərərçəkmiş şəxs doğru qaçdığını, lakin tuta bimədiyini gördüyünü, təsadüfən müştəri kimi Oxan Hümbətovun onun avtomobilinə əyləşdiyini, zərbəni ilk öncə kimin vurduğunu dəqiq bilmədiyini, hər ikisinin də bir-birinə zərbə vurduğunu gördüyünü, Təqsirləndirilən şəxs təxminən Zərərçəkmiş şəxs arxası ilə 50-100 metr qaçdığını, lakin çata bilmədiyini, Təqsirləndirilən şəxsla qarşılaşanda sonuncunun ona heç nə demədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 09 iyul 2023-cü il tarixdə Maştağa qəsəbəsində yerləşən “Görüş” şadlıq sarayında toy məclisində iştirak etdikdən sonra aralarında Zərərçəkmiş şəxs da olduğu bir neçə şəxslə Zabrat qəsəbəsində yerləşən “Tərxun” kafesinə gedib bir neçə bakal pivə içmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs zəng gəlmiş, sonuncu mobil telefonla danışdıqdan sonra evə gedərkən söhbəti düşdüyünü, həmin yerə getməli olduğunu demişdir. Zərərçəkmiş şəxs yanında olan şəxslər gec olduğundan sonuncunu həmin yerə getməkdən yayındırmağa çalışmış, yolun yarısında aralarında mübahisə yaranan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Yolda olarkən Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir-birlərini söydüklərindən onlar avtomobildən düşmüşlər. Zərərçəkmiş şəxs isə həmin yerə getmiş, təxminən 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs bıçaqlandığını eşitmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 yanlarında olan Emin adlı şəxsə zəng gəldikdən sonra Zərərçəkmiş şəxs bıçaqlandığını bildiyini, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəldən tanıdığını, həmin şəxslərlə iş yoldaşı olduğunu, lakin dostluq münasibətlərində olmadığını, Maştağa qəsəbəsində yerləşən “Görüş” şadlıq sarayındakı toy məclisindən təxminən saat 23:00 radələrində çıxdıqlarını, Zabrat qəsəbəsində yerləşən “Tərxun” kafesində təxminən 1 saat oturduqlarını, hadisədən əvvəl Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasındakı mübahisənin nəyə görə baş verdiyini bilmədiyini, sonradan aralarındakı torpaqla bağlı məsələ üzrə mübahisələrinin yarandığını öyrəndiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyməsi barədə eşitmədiyini, “Tərxun” adlı kafedən çıxdıqdan sonra “Seyid” marketin yanına, daha sonra isə “İdman Kompleksi”nin yanına getdiklərini, Zərərçəkmiş şəxs “İdman Kompleksi”-nin yanından Təqsirləndirilən şəxs yaşadığı məhəllə istiqamətində getdiyini, Zərərçəkmiş şəxs yanında olan şəxslərin sonuncu ilə birgə getmədiyini, “Badam bağları” deyilən əraziyə getmək barədə heç nə eşitmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş verən mübahisənin şahidi olmamışdır. Axırıncı dəfə toydan dostları ilə birlikdə çıxdıqdan sonra kafeyə gedib bir neçə bakal pivə içmişlər. Daha sonra Zərərçəkmiş şəxs mobil telefonla danışmağa başlamış, lakin kənarda danışdığı üçün nə dediyini eşitməmişdir. Daha sonra kafeni tərk edib marketə çatmamış avtomobildən düşmüşlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhəlləsinə getdiyini, baş vermiş hadisənin şahidi olmadığını, hadisənin baş verdiyi gün Zərərçəkmiş şəxsla birlikdə toyda olduqlarını, sonuncunun toyda spirtli içki qəbul etdiyini, toydan sonra Zabrata gəldiklərini, Zabratda 2 saat oturduqlarını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng etdikdə sonuncunun mobil telefonu açmadığını, kafedən çıxdıqdan sonra məhəlləyə getdiklərini, ancaq Zərərçəkmiş şəxs “mən gedirəm Rahiblə görüşməyə” dediyini, uşaqların “gedək onların yanına dava olsa ayıraq” dediklərini, lakin bir-birlərinə qarşı nalayiq ifadələrdən istifadə etdiklərini gördüklərini, “Tərxun” adlı kafedən çıxdıqdan sonra “Seyid” market tərəfə getdiklərini, gecə təxminən 01:00-02:00 olduğunu, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bir dəfə “Olimpiya” stadionun yanına çağırdığını, lakin sonuncunun gəlmədiyini, sonradan isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs görməyə getdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, kafedə oturduqları zaman Zərərçəkmiş şəxs mobil telefonda Təqsirləndirilən şəxsla danışarkən bir-birlərinə qarşı nalayiq ifadələr işlətmişlər. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs qohum olduqlarından aralarındakı məsələyə qarışmamış, özlərinin həll edəcəklərini düşünmüşlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 Zərərçəkmiş şəxs və əmisi oğlu Şahid3 ilə “Tərxun” adlı kafedən çıxdıqdan sonra Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs mobil telefonda danışdığını, toyda iştirak etmədiyini, taksiyə minib evlərinə getdiklərini, taksidən Ramana yolunda düşdüyünü, düşdükdən sonra Zərərçəkmiş şəxs avtomobildə qaldığını, sonuncu ilə Rahib arasındakı mübahisənin səbəbinin nə olduğunu bilmədiyini, “Seyid” marketin qarşısında taksiyə əyləşdiklərini, taksi ilə kompleksin qarşısına gəldiklərini, Zərərçəkmiş şəxs Maştağa qəsəbəsinə nəyə görə getdiyini bilmədiyini bildirdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 03:15-də Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin 102 Xidmət Mərkəzinə Zərərçəkmiş şəxs adlı şəxsin onun həyətinə hücum etməsi səbəbindən həmin şəxsin başına 2 dəfə bıçaqla vurması barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 2) xx.xx.2023-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri asfalt örtüklü olmaqla düz, quru, hamardır, qazıntı və ya maneə aşkar olunmamışdır. Hadisə yerində olan su kanalı Gülçülük Sovxozu ilə Daş Karxanasını bir-birindən ayırır. Yol ayrıcında Daş Karxanası istiqamətində yolun sağ tərəfində 50x30 metr ölçüdəki ərazidə qan ləkələri vardır. Həmin istiqamətdə yolun sağ tərəfində, işiq dirəyinin dibinə yaxın yerdə tozun altından tiyəsinin ümumi uzunluğu 18,2 sm olan, üzərində qana və pasabənzər ləkələr olan dəstək hissəsi qara plastmas, ön hissəsi gümüşü rəngdə 01 ədəd bıçaq aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. (Cild 1, iş vərəqə 8-13) xx.xx.2023-cü il tarixli “İttiham elan edilməli olan şəxsin tutulması haqqında” qərar və “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 16; 31) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 42) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 56-57) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-546/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(008)-753/2023 nömrəli qərarına əsasən həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 75-76) Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli, 10174 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 81) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X11 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1617 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol kürək, sağ bazu və hər iki dirsək oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (Cild 1, iş vərəqə 91-92) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X11 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1616 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası, ənsə nahiyəsinin 1 (bir), sol almacıq nahiyəsinin 1 (bir), sol əlin 1 (bir), sağ əlin 1 (bir) və sağ dirsək oynağı nahiyəsinin 1 (bir), ümumilikdə 6 (altı) ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici kənara malik alət (əşya) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın (və ya ona bənzər bıçağın) təsirindən törənə bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya, ənsə nahiyəsinin 1 (bir), sol almacıq nahiyəsinin 1 (bir), sol əlin 1 (bir), sağ əlin 1 (bir) və sağ dirsək oynağı nahiyəsinin 1 (bir), ümumilikdə 5 (beş) ədəd deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurumaya aiddir. (Cild 1, iş vərəqə 93-96) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X11 xx.xx.2023-cü il tarixli, 325-2023/MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və vətəndaş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, hər hansı bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqə 98-103) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X11 xx.xx.2023-cü il tarixli, 448/2023-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən təsnifata görə - A beta (İİ)-dır. Ekspertizaya təqdim olunan 01 ədəd bıçağın, Zərərçəkmiş şəxs maykası və köynəyinin üzərində insan qanı ləkələri aşkar olundu. Mayka və köynək üzərində olan qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda A beta (İİ) qrupunu xarakterizə edən A antigeni və beta aqqlyutinini alındı. Beləliklə, bu qan A beta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bıçaq üzərində aşkar olunmuş zəif qan ləkələrində tədqiqat zamanı qrup antigenləri alınmadı. (Cild 1, iş vərəqə 105-108) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət xarakterli hər hansı məlumat yoxdur. (Cild 1, iş vərəqə 110; 269) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli, 2589 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və icitmai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 130-131) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan mayka və köynək, həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 132) xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç şikayəti, idda və tələbi yoxdur. (Cild 1, iş vərəqə 168) Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-18-5/2-5813/23 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (Cild 1, iş vərəqə 169) Az-İV 707818 nömrəli və AZ-İV 023286 nömrəli doğum haqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il və xx.xx.2022-ci il təvəllüdlü 2 azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqə 171-172) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yer və təfərrüatları barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 240-244) xx.xx.2023-cü il tarixli “Əşyanın tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə cinayət əməlini törətdiyi bıçağı tanımışdır. (Cild 1, iş vərəqə 245-246) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə ittiham elan olunması qərar alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, arayışlar, digər istintaq hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qiymətləndirilmiş, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan paltarlar və cinayəti törədərkən istifadə olunmuş 01 ədəd bıçaq Sabunçu rayon prokurorluğunda saxlanılmışdır. (Cild 1, iş vərəqə 311-321) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 327-328 Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət- Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqından tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında bxasın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında isə göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhdə görə ittiham elan edilmişdir. Məhkəmə yekun qərar-ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında”, xx.xx.2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” müvafiq plenum qərarına əsasən, məhkəmə araşdırması zamanı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs atası X5 və Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, bununla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan başqa, hazırki cinayət işi üzrə şahidlər, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrinə əsasən hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında mübahisəli vəziyyətin mövcud olması, bir-birilərini kobud və nalayiq şəkildə təhqir etmələri, həmin təhqirlərə görə Zərərçəkmiş şəxs təkidlə Təqsirləndirilən şəxsla görüşmək istəməsi müəyyən olunmuşdur. Bu, işin mübahisəsiz halıdır. Sözügedən plenum qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə cinayət işinin materiallarında olan ifadələri, ekspert rəylərini və digər sənədləri təhlil edərək qeyd edir ki, Təqsirləndirilən şəxs polis orqanına məlumat verərkən Zərərçəkmiş şəxs baş nahiyəsinə 2 dəfə bıçaqla vurması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində hadisə vaxtı Zərərçəkmiş şəxs avtomobildən düşən kimi evindən götürdüyü bıçaqla sonuncunun başının beyin tərəfindən, yəni sol almacıq nahiyəsindən 1 dəfə, Zərərçəkmiş şəxs baş nahiyəsini əlləri ilə tutaraq başını aşağı salarkən arxa tərəfindən, yəni ənsə nahiyəsindən təkrar 1 dəfə bıçaqla vurduğunu, Zərərçəkmiş şəxs özünü itirməyib üstünə gələrək əlindəki bıçağı kəsən tərəfindən əli ilə tutmaqla əlindən almaq istədikdə, lakin bıçağın sapını əlindən buraxmayaraq özünə tərəf dartaraq bıçağın kəsən hissəsində Zərərçəkmiş şəxs əlindən çıxartdığından bıçağın sonuncunun əllərini kəsdiyini, bundan sonra Zərərçəkmiş şəxs onu itələyib kürəyi üstə onu yerə yıxdığını, özünün də yerə yıxıldığını, yerdə Zərərçəkmiş şəxs tərəfindən döyüldüyünü görüb özünü müdafiə etmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr vurduğunu, Zərərçəkmiş şəxs ondan əl çəkənədək bıçaqla vurmaqda davam etdiyini söyləsə də, sonradan ifadəsini dəyişib ilk öncə Zərərçəkmiş şəxs avtomobildən düşdükdən dərhal sonra onun boğaz nahiyəsinə yumruqla zərbə vurub yerə yıxdığını və üzərinə çıxıb nalayiq ifadərək zərbələr endirdikdən, onu döyüb öldürəcəyini düşünüb evdən götürdüyü mətbəx bıçağını belindən çıxardıb Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir neçə dəfə vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində cinayət hadisəsinin baş vermə şəraiti, mexanizmi, xəsarətlərin lokalizasiyası barəsində Təqsirləndirilən şəxs ilkin olaraq, yəni şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə oxşar məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində də zorakılığa Zərərçəkmiş şəxs başlamasını söyləsə də, məhkəmə həmin ifadəni özünü müdafiə xarakterli, həqiqətə uyğun olmayan ifadə hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə, yəni həyat üçün təhlükəli olan orqanına 2 bıçaq zərbəsi vurması barədə könüllü şəkildə polis orqanına məlumat vermiş, ilkin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən cinayət hadisəsinin baş vermə şəraiti barədə geniş və ətraflı ifadələrində göstərmişdir. Məhkəmə bir halı qeyd edir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X3” X12 Sabunçu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 1616 nömrəli ekspert rəyinə əsasən kəsici alətlə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli orqanlarına, yəni ənsə nahiyəsinə 1 ədəd, sol almacıq nahiyəsinə 1 ədəd və döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna keçən hissəsinə 1 ədəd xəsarət yetirilmişdir. Digər xəsarətlərin yaranmasına səbəb isə Zərərçəkmiş şəxs özünü müdafiə edərək mətbəx bıçağının kəsici hissəsindən tutub bıçağı Təqsirləndirilən şəxs əlindən almaq istəməsi, yəni sonuncunun cinayətkar fəaliyyətinə son qoymaq niyyəti olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindəki bıçağı ala bilmədiyindən, hadisə yerindən uzaqlaşmağa çalışmış, Təqsirləndirilən şəxs isə əlində bıçaqla sonuncunu təxminən 50 metr qovalamışdır. Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs axtaran zaman taksi sürücüsü Şahid1 onu görmüşdür. Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasında əlindəki bıçaqla qaçdığını söyləmişdir. Habelə, cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs çağırdığına görə Təqsirləndirilən şəxs mətbəx bıçağını evdən özü ilə götürüb görüşməyə getmiş, yəni o, əvvəlcədən zərərçəkmiş şəxsə qarşı xəsarət yetirməyi qətiləşdirmişdir. Beləliklə, təqsirkar, yəni Təqsirləndirilən şəxs öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edib, onun nəticələrini qabaqcadan görməklə, bunları arzu edərək zərərçəkmiş şəxs Orxan Niyyətovu öldürmək məqsədilə sonuncunun həyat üçün əhəmiyyətli orqanlarına, yəni sol almacıq, ənsə və döş qəfəsinin sağ yarısının arxa səthinin sağ döş boşluğuna keçən hissəsinə ümumilikdə 3 ədəd xəsarət yetirmiş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəbdən, yəni zərərçəkmişin fəal müqaviməti nəticəsində baş verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs xəsarət yetirmək imkanı olsa da, bunu etmədiyini, sonuncunun ondan uzaqlaşması üçün bıçaqla belinə vurduğunu desə də, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs dedikləri öz təsdiqini tapmamış, əksinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə həyat üçün əhəmiyyətli orqanlarına bıçaqla xəsarət yetirməsi, sonuncunun özünü qorumaq üçün Təqsirləndirilən şəxs əlindəki bıçağı götürmək istəməsi, mümkün olmadığına görə hadisə yerindən uzaqlaşması, Təqsirləndirilən şəxs isə əlindəki bıçaqla Zərərçəkmiş şəxs arxasınca qaçması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri əsas götürməli, Təqsirləndirilən şəxs mövqeyini özünümüdafiə xarakterli ifadə kimi qəbul edir və qiymətləndirir. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, zərərçəkmiş şəxsin, şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən törədilmişdir. Bu cinayətin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmamış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, hər bir cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, polis orqanına könüllü şəkildə törətdiyi cinayət əməli barəsində məlumat verməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarına əsasən, başa çatmamış cinayətə görə Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə həmin məcəllənin 29,120.1-ci maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-546/2023 nömrəli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmiş və daha sonra həmin qətimkan tədbiri uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən bu günə kimi davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 10 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı cinayəti törədərkən istifadə etdiyi 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan 01 ədəd ağ rəngli köynək və 01 ədəd mayka məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 01 ədəd ağ rəngli köynək və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar