Məhkəmə qərarları › İş №1(101)-1031/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1031/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1031/2025 09.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, X4 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümükünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına ibtidai istintaqı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İş üzrə məhkəmənin hazırlıq iclasında Müdafiəçi yazılı vəsatət təqdim edərək həmin cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs orta məktəbdə rus dilində təhsil aldığını, lakin ibtidai istinaq zamanı tərçüməci ilə təmin olunmadığını bildirmişdir. Bununla da təqsirləndirilən şəxs barəsində qəbul olunmuş qərarlarla bağlı müfəssəl anlayışa malik olmamış, onun ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulmuşdur. Qeyd edilən hallar isə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud formada pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs anasının milliyyətcə rus, atasının isə rusdilli olduğunu, evlərində daima rus dilində danışdıqlarını, özünün orta məktəbin rus bölməsində təhsil aldığını, 9-cu sinfi bitirən kimi Rusiya Federasiyasına gedib 16 il ərzində orada yaşadığını, Azərbaycan dilində yalnız məişət sözlərini anlaya və danışa bildiyini, lakin daha akademik səviyyədə anlaya və danışa bilmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin təhsili ilə bağlı verdiyi məlumatı yoxlamaq məqsədilə onun təhsil aldığı M.Mehdiyev adına Bakı şəhəri 280 saylı tam orta məktəbə sorğu göndərmiş və həmin məktəbin 11 mart 2025-ci il tarixli cavab məktubundan görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs 1998/1999-cu tədris ilində həmin məktəbin rus bölməsi üzrə 9-cu sinifini bitirmiş və B № 249097 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamə almışdır. Şəhadətnamədən görünür ki, onun ana dili rus dilidir, Azərbaycan dili fənnindən isə 3 qiyməti almışdır. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 25 sentyabr 2024cü il tarixli protokoldan, şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişdən, şübhəli şəxsin dindirilməsi haqqında 25 sentyabr 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 sentyabr 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişdən və digər mühim əhəmiyyət kəsb edən prosessual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs tərçüməci ilə təmin edilməmişdir. Cinayət işi üzrə ittiham aktı 22 yanvar 2025-ci il tarixdə tərtib edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 22 yanvar 2025-ci il tarixdə təsdiq edilmiş, lakin onun rus dilinə tərçüməsi iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, belə hallar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına bilavasitə gətirib çıxarmışdır. Yuxarıda bütün qeyd olunanlar onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqı aparılarkən cinayət-prosessual qanunvericiliyin kobud pozuntularına yol verilmişdir. Göstərilən pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.11 və 90.7.12 maddələrinə görə şübhəli şəxsin ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.11 və 91.5.12 maddələrinə görə təqsirləndirilən şəxsin ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 244.3-cü maddəsinə görə zəruri hallarda axtarış və ya götürmənin aparılmasında tərcüməçi və mütəxəssis iştirak edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 292.4-cü maddəsinə görə cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göründüyü kimi, hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.2 və 303.3.7-ci maddələrinin tələbləri pozulmuşdur, hansı ki, göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və belə olan halda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin ifadə etdiyi mənada cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və qeyd edilən qanun pozuntuları əlavə araşdırma zamanı aradan qaldırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 80-ci maddəsinin tələbinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasına dair yekun qərar qəbul olunanadək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, X3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ayadək, yəni 2025-ci ilin may ayının 9-na kimi uzadılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90, 91, 244, 292, 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Müdafiəçi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ayadək, yəni 09 may 2025-ci il tarixədək uzadılsın. Qərarın təsdiq edilmiş surətinin 3 gün müddətində tərəflərə verilməsi və ya göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Telman Hüseynov X5 Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar