Məhkəmə qərarları › İş №1(101)-1032/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1032/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1032/2022 27.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1973-cü ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş, azərbaycanlı, ortatəhsilli, əvvəllər məhkum olunmayan, evli, işsiz, Bakı şəhəri Yasamal rayonu Z.Adıgözəlov küçəsi ev 83-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Rspublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X11, o qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixatrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Əli» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, metronun 20 Yanvar stansiyasının qarşsında əvvəlcədən təyin edilmiş yerdə, yəni orada olan dairənin yaxınlığında yol kənarında olan ağacın altına yerləşdirdiyi paketin içərisində külli miqdarda, təmiz çəkisi 59,786 qram olan, ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini və təmiz çəkisi 122,716 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini «Əli» adlı şəxsin ona «wotsap» vasitəsi ilə göndərdiyi Kapital banka aid **********310089 nömrəli plastik kartının hesabına 360 manat göndərməklə xx.xx.2022-ci il tarixdə həmin yerdən götürüb əldə edərək ünvan 1 ünvanına gətirib qonaq otağında saxlamış, xx.xx.2022-ci il tarixdə saat 24 radələrində «Əli» adlı şəxsin deyəcəyi naməlum şəxslərə satmaq niyyəti ilə istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 7.716 qram, metamfetaminin təmiz çəkisi 4.786 qram ayırıb əynində olan şalvarın sağ yan cibinə qoyaraq Özü ilə daşımış, xx.xx.2022-ci il tarixdə saat 00:40 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2ləşən Baş İdarənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 7.716 qram qəhvəyi rəngli tozşəkilli maddə olan narkotik vasitə hesab edilən küllü midarda heroin və bir ədəd bükümdə təmiz çəkisi 4.786 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə küllü midarda metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyataxtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 02:55 dəqiqədə yaşadığı ünvana baxış və axtarış keçirilərkən qonaq otağında olan stolun üzərində yerləşən bir ədəd qutunun içərisində bir ədəd bükümdə 115 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, bir ədə bükümdə 55 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X11 özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərində şəxsi istifadəsi üçün əldə etdiyi az miqdarda narkotik vasitə olub. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Polis əməkdaşlarından qorxduğu üçün elə bir ifadə vermişdir. Polis əməkdaşları onun yaşadığı mənzilin qapısını qıraraq içəri daxil olmuşlar. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Adgözəlov küçəsi ev 83-də ailə üzvlərilə birlikdə yaşamışdır, evlidir, evdə ondan başqa arvadı Rəna, qızı Cahan rəhmətlik oğlu Nicat olmuşdur. Məhkumluq həyatı yaşamamış, ilk dəfədir ki, bu hadisəni törətmişdir. 13 yanvar 2022-ci il tarixdə saat təxminən 00:40 radələrində yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-yə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə onu şübhəli şəxs qismində tutmuşlar, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmiş, bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş və ya olunmamış əşya var isə onları təqdim etmək təklif olunmuş, o bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümdə heroin və 1 (bir) bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərimə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd açar, özünə məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın arxa sol cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** mobil nömrə olan «Samsung Galaxy A 10» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçinin və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus şəxsiyyət vəsiqəsi və «Samsung Galaxy A 10» markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar isə özünə geri qaytarılmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı «Əli»adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, metronun 20 yanvar stansiyasının qarşısında olan dairənin yaxınlığında yerləşən ağacın kötük hissəsinin yanından həm öz şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 20 (iyirmi) manatdan, metamfetaminin qramını 30 (otuz) manatdan satışını həyata keçirdiyini, əvvəllər məhkum olunmadığını, narkotik vasitələrin aludəçisi olduğunu, həmçinin yaşadığı Bakı şəhəri Yasamal rayonu, Z.Adgözəlov küçəsi ev 83-də yerləşən mənzilində də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş və bu barədə ərizə vermiş, sonra yaşadığı mənzilə yollanmışlar. Mənzildə olarkən mənzilə baxış və götürmə aparılması haqqında qərarla tanış olmuş və ona yaşadığı mənzildə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra mənzilin giriş hissəsi ilə üz-üzə yerləşən qonaq otağına daxil olaraq orada yerləşən stolun üstündə olan 1 (bir) ədəd qutunun içərisində 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) bükümdə heroin və l(bir) bükümdə metamfetamini təqdim etmiş, sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçinin və təhqiqatçınm tərəfindən imzalanmış, sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmiş, o verilən suallara cavab olaraq üzərimdən aşkar olunmuş heroinin və metamfetaminin özümə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, metronun 20 yanvar stansiyasının qarşısında olan dairənin yaxınlığında yerləşən ağacın kötük hissəsinin yanından həm öz şəxsi istifadəm üçün, həm də satış məqsədi ilə əldə etdiyini, elektron tərəzini isə həmin narkotik maddələrin çəkisini müəyyən etmək məqsədi ilə saxladığını, həmin mənzildə hazırda tək yaşadığını, qeyd edilən ünvanda narkotik maddə saxlamağı barədə heç kimin məlumatı olmadığını, yaşadığı mənzildə qiymətli qızıl-zinət əşyalarının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavalar verdiyini, «Əli» adlı şəxsin anket məlumatlarım bilmədiyini, WhatsApp proqramı vasitəsi ilə mən «Əli» adlı şəxsin istifadəsində olan +**********32 saylı nömrəsi ilə danışdığını, «Əli» adlı şəxsin 39 yaşının olduğunu, «Əli» adlı şəxsin heroini 15 manata metamfetamini isə 11 manata satdığını, ondan iki dəfə narkotik vasitə aldığını, aldığı narkotik vasitənin pulunu Kapital bankın vasitəsi ilə küçədə quraşdırılan bankomatlardan ödədiyini, birinci dəfə narkotik vasitəni «Əli» adlı şəxsdən 2021-ci ilin dekabr ayında aldığını narkotoik vasitəni eyni yolla əldə etdiyini, ikinci dəfə isə 12,01.2022-ci il tarixdə 360 manat pulu «Əli» adlı şəxsin ona atdığı **********5310089 nömrəli Rəşad Məmmədov adlı şəxsin adma olan Kapital banka məxsus karta göndərəndən sonra əldə etdiyini bildirmiş,Rəşad Məmmədovu tanımadığını onun adma olan Kapital bankın **********5310089 nömrəli bank kartına mən Əlinin sözü ilə pul göndərdiiyini,Şahid5n, Şahid6n, Şahid7n, Şahid8n və Şahid8 narkotik vasitəni ondan alan şxslər kimi tanıdığını, narkotik vasitələri tərəzi ilə çəkərək şəxsi istehlak miqdarı çərçivəsində bir dəfə istifadə etmə üçün 0.12-0.13 qram olmaqla həmin şəxslərə satdığını, Nahidin taksi şoferi olduğunu narkotik vasitə olan heroin istəyən zaman pulu olmadığını dəyişmək üçün nəşə təklif etdiyini o isə razılaşmadığını, "xxxx" MMC-dən alınmış 07 fevral 2022-ci il tarixli, 2210 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə kompyutredə oxutmaqla baxdıqda xx/xx/2021 tarixdən 11:14 saatdan **********12 telefon nömrəsi ilə **********24 Nizami Hadıyevin istifadəsində olan telefonla smsləşmələr müəyyən edilir: «yig meni 5diyde ver catmadi bu, ay nizi yigda meni konturum yoxdu, nizi gelirem 5azn», «qaqaw oyagsan yavawca gelim budene Sdiyde ver mene. Yata bilmirem, pat cekmiwem gic olmuwam», «oyagsan bidene vzv at qacim gelim sakitce. Pul butovdi senol diri 5», «bidenede 5diy duzelt, gelib cixmisan. lOmanat verim borcuda bağla. 5de kola ver. Dobru ver, sen etaga dobri ver. Tek seynen iw goren adamam nizi», «durda gedib pul goturub gelmiwem bu soyigda. Dur ver 5butovdi senol» və s., bundan başqa xx/xx/2021 tarixdən 00:48:43 saatdan **********64 telefon nömrəsi ilə Nizami Hadıyevin istifadəsində olan **********24 telefonla smsləşmələr müəyyən edilir: «Nizi pati lazimdi amma pulunu sabah vere bilecem alinirsa gotur yox canin sag olsun», bundan başqa xx/xx/2021 tarixdən 22:34:39 saatdan **********10 telefon nömrəsi ilə Nizami Hadıyevin istifadəsində olan **********24 telefonla smsləşmələr müəyyən edilir: «Nizami Anvardi.Nizami sabaxa geder 5man.kola 5man daş vere bilarsan», bundan başqa xx/xx/2021 tarixdən 03:00:11 saatdan **********00 telefon nömrəsi ilə Nizami Hadıyevin istifadəsində olan **********24 telefonla smsləşmələr müəyyən edilir: «qablari isdiyen var.qalmisam malsiz.15 manata.mene 5 dik kola ver, man.var.15 ko.5 p.tele.cvb.verde.he yox de.olurem» kimi smslər yazan şəxslərin adlarını bilmədiyini, bəzilərinin adını belə düz demədiyini, o şəxslərə narkotik vasitə satdığını, kola yəni heroin, daş və patı isə metamfetamin kimi istifadə edilən narkotik vasitələr olduğunu, sms yazaraq narkotik vasitə istəyən şəxslərə şəxsi istehlak miqdarı qədər 0.1 qram ya da biraz az və ya az çox 0.12-0.13 qram narkotik vasitə heroin və ya metamfetamin verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in BNMİ-də XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində polis polkovnik-leytenantı rütbəsində işləyir. Bundan başqa o, göstərmişdir ki, X5 12 yanvar 2022-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanımış, onunla qohumluğu olmamış, arlarında əlaqə və ya münasibət, eləcə də ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin o, göstərmişdir ki, məlum mənbədən əldə edilmiş məlumat əsasında onunla bir yerdə işləyən Şahid2 ibarət tərkibdə əməliyyat qurupu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 13 yanvar 2022-ci il tarixdə saat təxminən 00:40 radələrində Yasamal rayonu Z.Adıgözəlov küçəsi ilə Nizami Hadıyev piyada hərəkət edən zaman yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-yə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə Nizamini şübhəli şəxs qismində tutduqdan sonra təhqiqatçı ona hüquq və vəzifələrini elan etmiş və buna dair bildiriş təqdim edilmiş, bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş və ya olunmamış əşya var isə onları təqdim etməyim təklif olunmuş, Nizami bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümdə heroin və 1 (bir) bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd açar, özünə məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın arxa sol cibindən 1 (bir) ədəd içərisində ***-***- **-** mobil nömrə olan «Samsung Galaxy A 10» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Nizamini, müdafiəçisinin, digər polis əməkdaşının və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Nizamiyə məxsus şəxsiyyət vəsiqəsi və «Samsung Galaxy A 10» markalı mobil telefon bu barədə Nizamiyə izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar isə özünə geri qaytarılmışdır. Nizami verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, metronun 20 yanvar stansiyasının qarşısında olan dairənin yaxınlığında yerləşən ağacın kötük hissəsinin yanından həm öz şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 20 (iyirmi) manatdan, metamfetaminin qramını 30 (otuz) manatdan satışını həyata keçirdiyini, əvvəllər məhkum olunmadığını, narkotik vasitələrin aludəçisi olduğunu, həmçinin yaşadığı Bakı şəhəri Yasamal rayonu, Z.Adıgözəlov küçəsi ev 83- də yerləşən mənzilində də narkotik maddə saxladığım, həmin narkotik maddələri təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş və bu barədə ərizə vermiş, sonra yaşadığı mənzilə yollanmışlar. Mənzildə olarkən mənzilə baxış və götürmə aparılması haqqında qərarla tanış olmuş və Nizamiyə yaşadığı mənzildə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra mənzilin giriş hissəsi ilə üz-üzə yerləşən qonaq otağına daxil olaraq orada yerləşən stolun üstündə olan 1 (bir) ədəd qutunun içərisində 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) bükümdə heroin və l(bir) bükümdə metamfetamini təqdim etmiş, sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Nizamini,müdafiəçisinin, digər polis əməkdaşını və təhqiqatçının tərəfindən imzalanmış, sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmiş, o verilən suallara cavab olaraq üzərimdən aşkar olunmuş heroinin və metamfetaminin özümə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, metronun 20 yanvar stansiyasının qarşısında olan dairənin yaxınlığında yerləşən ağacın kötük hissəsinin yanından həm öz şəxsi istifadəm üçün, həm də satış məqsədi ilə əldə etdiyini, elektron tərəzini isə həmin narkotik maddələrin çəkisini müəyyən etmək məqsədi ilə saxladığını, həmin mənzildə hazırda tək yaşadığını, qeyd edilən ünvanda narkotik maddə saxlamağı barədə heç kimin məlumatı olmadığını, yaşadığı mənzildə qiymətli qızıl-zinət əşyalarının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavalar verdiyini bildirmiş, qeyd olunan narkotik vasitəni konkret olaraq nə vaxt, haradan, yaxud kimdən və nə məqsədlə əldə etməsi və ya onun narkotik vasitə əldə etməsi barədə tərəflərindən zəruri əməliyyataxtarış tədbirləri davam etdirilmiş, müsbət nəticə əldə olunacağı təqdirdə dərhal istintaqa məlumat veriləcəkdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində iş üzrə Şahid1 ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid X14 ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid X7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri R.Axundov küçəsi 12 ünvanında qayinanası X3 evində 2020-ci ilin yay aylarından oğlu Nicat, qızı Cahanla bir yerdə yaşamış, 1992-ci il tarixdə ailə həyatı qurduğu ünvan 3 ünvanında tək yaşamış, onun və övladlarının Nizami ilə yaşamaqdan imtina etməsinə səbəb sonuncunun narkotik vasitə istifadə etməsi olmuşdur. Blə ki, evdən getməyinə səbəb Nizaminin 3 il olar ki, narkotik vasitə qəbul etməsidir. Nizami narkotik vasitə istifadə edir və tanımadığı yerlərdən alaraq narkotik vasitənin təsiri altında evə gəlib söz söhbətlər yaradır, o və övladları bu üzdən evdən getmişdir. 13 yanvar 2022-ci il tarixdə Nizami zəng etmiş ki, onu polis əməkdaşları tutublar. Səbəbin soruşanda isə evində və üzərində narkotik olduğundan onu saxladıqlarını demiş, o Nizaminin bu sözündən sonra yaxşı edib səni tutublar ki, bizim canımız qurtarıb deyə cavab vermişdir. O əri Nizami Hadıyevin yaşadığ evdə narkotik vasitə saxlayıb satması barədə məlumatsız olduğunu, lakin Nizaminin narkotik vasitə istifadəçisi olduğunu bildiyini demişdir. Şahid qismində dindirilmiş X13 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində iş üzrə şahid X7 ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Yasamal rayonu Zülfü Adıgözəlov 94-də ailə üzvüləri və iki azyaşlı övladı 2011-ci il təvəllüdlü Əli və 2012-ci il təvəlüdlü Zamirlə bir yerdə yaşayır, iki ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir, narkotik vasitə olan kakos və heroini tanımadığı şəxslərdən yaşadığı Sovetski kimi tanınan ərazidə almaqla yanaşı Nizami Hadıyevdən də şəxsi istifadə üçün 15 manata ya da 10 manata alır, X5 5 il olar ki, yaşadığı məhlədən tanıyır onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxlayır, ondan 3 dəfə narkotik vasitə olan heroini 10 manata alıb bir dəfəyə İstifadə etmiş, narkotik vasitə heç vaxt satmamış və ya kiməsə alıb verməmiş, Nizami Hadıyev narkotik vasitəni kimdən alması barədə məlumatsız olmuşdur. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, İmişli rayonu Neftçilər qəsəbəsi ev 2-də yaşamış, 1 ilə yaxın müddətdir ki, Bakı şəhərind Ramana kəndində yaşayır, iki ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir, taksi şirkəti olan Bolt firmasında sürücü işləyir, gündəlik 15- 20 manat xərclərini çıxandan sonra gəlir əldə edir, 2021-ci ilin dekabr ayının sonlarından Nizami Hadıyevi tanıyır, onunla istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin vatsapı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsi ilə danışmış, Nizamidən evinin yaxınlığında ya da Qış parkının yaxınlığında 3-4 gündən bir dəfə narkotik vasitə olan metamfetamini şəxsi istifadəm üçün 10 manat ödəməklə almış, Nizami narkotik vasitəni gətirib satan zaman o tək olmuş, Nizami onunla görüşə tək gəlmişdir. Nizami Hadıyevin istifadəsində olmuş Samsung Galaxy A10 markalı mobil telefonda 051-528-29- 40 saylı telefon nömrəsi vasitəsi ilə vvotsap danışıqları baxışına təqdim edilmiş, həmin 28 dekabr 2021-ci il tarixdə Nizaminin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə saat 01:50 salam, Siznən müşviqden gelen oğlan aləmi qatıb bir birinə pul almaq üçün taksi şirkətini aldadıb iki taksini aldadıb pul alıb gedib siznen görüşdü indi taksini mən qoymuram ki, şirkətə desin eger desə şirkət 102 ye verecek bütün sellər nömrələr çıxacaq ortaya qardaş bunu bir yoluna qoy mən sizin yanıza gelen maşınam, men bir qardaş kimi deyirəm sizə o redd olub qaçdı zeng vurma evdiyem burda yaz, qardaş men dedim sene borcu var ya yox bilmirem amma ne götürdüyün bilindi seher telefonda sesler var kola ve patı men sizə görə deyirəm svoski yazırsan. Bundan sonra bizim şirkətin taksi sürücüsünə bir nəfər sənin yanma gətirdiyim adam 35 manat alıb atıb qaçıb həmin sürücü şirkətə şikayət edir şirkət 102 məlumatı verəcək aləm bir birinə dəyəcək mən qalmışam ortada sən 50 manat ver mən verim həmin şəxsin aldatdığı sürücüyə, nömrəm sənə düşüb vəziyyət belədir, başqa şey fikirləşmə mən cındır deyiləm mənim qardaşım 15 il yatib, sən yaxşılıq etmisən bu adam isə qəhbəlik edib. Qardaş mən demirəm sen 50 öde. Şikayət etmesin deyə mən qoymadım çünki mənim telefonumla danışıb menim nömrəmi verəcək məndə söz verdim ki heçhara heçnə demə pulunu mən ödəyəcəm qardaş. Sene men dedim ki, kömək et mənə pulum yoxdur men o pulu bu gün verəcəm. Ses yazısında deyirsən ki, taksi şoferidi o biri uşaqda oğraşlıq elədi dedim yekə kişisən nə isə qurtardım o işi özüm imişlidənəm adım Nahiddi Boltda işləyirəm nə deyirsən mənə imkan elə Bibi heybət tərəfdəyəm görüşək 15 manat pulum var mən pis adam deyiləm həyatdıda heçkimim yoxdur qardaş kimi qəbul etsən görüşərdik. Qağa 3-4 dəq ordayam 20 yanvardan gəlmişəm. Salam necəsən vəziyyət zad. Dedim bəlkə o gün borcdu idim verdim sənə ot var idi barter edək imkan var ona pulum yoxdur amma o birisindən var mən sənə verim səndə mənə ver onu işlətməkdə olar görəssən.həmin yerdə görüşək. Salam qardaş oralığa gəlsəm borcu verim sənə 10 manatı. Qardaş sabahın xeyir mən iş başmdayamda şey olsa səs at nə lazım olduğun mən sənə deyim görüm burdasan. Dedim görüm Alisa xanım var idi dedim salam deyərdik hazlr gəlim görüşək kimi yazışma və səs yazılarının ona məxsus olduğunu, Nizamidən narkotik vasitə olan metamfetamini alaraq istifadə etdiyini, Nizamiyə barter üçün təklif etdiyi nəşənin onun avtomobilində hardansa düşüb qaldığını həmin nəşəni Nizamiyə metamfetaminlə dəyişmək üçün təklif etdiyini, heçkimdən narkotik vasitə almadığını və ya pay vermədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında anası və bacısı ilə birlikdə yaşayır, Nizami Hadıyevi 2021 -ci ilin mart ayından tanıyır, aradan bir düşəndə narkotik vasitə olan kakos alaraq alışqanda yandırmaqla tüstüsünü burnuna çəkir, hər dəfə Nizamidən narkotik vasitəni 15 manat ödəməklə ayda bir yada iki dəfə almışdır, 050 *** ** ** saylı telefon nömrəsi ona məxsusdur, həmin nömrəni 5 il olar ki, istifadə edir, onun adına olan telefon nömrələrindən 050 *** ** ** saylı telefon nömrəsindən Vvotsap vasitəsi ilə Nizaminin istifadəsində olan 051 *** ** ** saylı telefon nömrəsi ilə əlaqə saxlamış, yer təyin edib orda görüşmüş və pulunu ödəməklə kakos kimi tanınan narkotik vasitə heroin almış, sonuncu dəfə Nizami ilə 02 yanvar 2022-ci ildə görüşüb ondan şəxsi istifadəsi üçün narkotik vasitə heroin almış, heç kimə narkotik vasitə satmamış və ya pay verməmişdir. Şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Yasamal rayonu Abdulla Şaiq küçəsi 138-də anası və qardaşı Əfqanla bir yerdə yaşayır, 1 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir, narkotik vasitə olan kakos kimi tanınan heroini tanımadığı şəxslərdən yaşadığı Sovetski kimi tanınan ərazidə almaqla yanaşı Nizami Hadıyevdən də şəxsi istifadəsi üçün 20 manata ya da 15 manata almışdır, X5 6 il olar ki, yaşadığı məhlədən tanıyır onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsilə əlaqə saxlamış, ondan 8 dəfə narkotik vasitə olan heroini 15-20 manata alıb bir dəfə istifadə etmiş, narkotik vasitə heç vaxt satmamış və ya kiməsə alıb verməmiş, Nizami Hadıyevdən sonuncu dəfə heroin adlı narkotik vasitəni 2022-ci ilin yanvar ayının 3-də 15 manat ödəməklə almışdır. Cinayət işinin 32-34-cü vərəqlərində olan 13 yanvar 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması» haqqında protokoldan görünür ki, X2 əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə 08 qram çəkidə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin, 01 ədəd bükümdə 06 qram çəkidə ağ rəngli kiristal şəkilli psixotrop maddə olan metamfetamin və əynindəki şalvarın arxa sol cibindən 01 ədəd qara rəngli «Samsung Galaxs A 10» markalı içərisində ***-***-**-** nömrəsi olan mobil telefonu könüllü olaraq çıxarıb təqdim etmişdir. Cinayət işinin 37-38-ci vərəqlərində olan 13 yanvar 2022-ci il tarixli «mənzilə baxış və götürmə aparılması» haqqında protokoldan görünür ki, X2 yaşadığı ünvan 7 ünvanında yerləşən evinin giriş hissəsi ilə üz-üzə yerləşən qonaq otağına daxil olduqda stolun üzərində 01 ədəd qutunun içərisində 01 ədəd elektron tərəzi, 01 bükümdə 124 qram çəkidə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin, 01 ədəd bükümdə 58 qram çəkidə ağ rəngli kiristal şəkilli psixatrop maddə olan metamfetamini könüllü olaraq çıxarıb təqdim etmişdir. Cinayət işinin 44-49-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2022-ci il tarixli, 6/214 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «X2 baxış zamanı təqdim etdiyi...» sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 115 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 55 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «X2 təqdim etdiyi...» sözləri qeyd edilmiş bir ədəd zərfdə təmiz çəkisi 7,716 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 4,786 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 02 ədəd bükümdə olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş 02 ədəd bükümdə olan heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş bi ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin və metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların müddə nümunələri ilə müqayisəli tədqiqat aparılmadı. Heroinin ümumi təmiz çəkisi 122,716 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 122,616 qram, metamfetaminin ümumi təmiz çəkisi 59,786 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 59,686 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. Cinayət işinin 169-170-ci vərəqlərində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 mart 2022-ci il tarixli, 1436 №-li rəyindən görünür ki, müayinə zamanı X11 narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığı vardır, göstərilən müddətdə X11 narkomaniyanın abstinensiya və intoksikasiya vəziyyətində olmuşdur, müayinə zamanı X4 OPİOİDLƏRİN qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 172-173-cü vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertiza mərkəzinin 01 aprel 2022-ci il tarixli, 882 saylı rəyindən görünür ki, X4 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, X11 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Nizami Hadıyev törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, o hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, X11 Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onda hər hansı bir psixi xəstəlik qeyd olunmadığından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinin 59-60-cı vərəqlərində olan protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin Təhqiqat Qrupundan daxil olmuş 01 (bir) ədəd CD formatlı videogörüntü olan disk «Dell» markalı kompyuterin disk yuvasına daxil etməklə diskdə mövcud olan videoçəkilişə monitorda baxış keçirilmiş və diskə baxış zamanı Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qurupunun təhqiqatçısı polis kapitanı Nizami Omarov tərəfindən 13 yanvar 2022-ci il tarixdə saat 01:45-dən etibarən Şahid2 tərəfindən qeydə alınmış BNMİ-nin inzibati binasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 həmin idarənin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 İsimxan oğlunun və Bakı şəhəri «Yusif Allahverdiyev və Partniyorları» vəkil bürosunun vəkili X8 iştirakları ilə şübhəli şəxs X2 üzərində şəxsi axtarış aparıldığı və həmin vaxt Nizami Hadıyev əynindəki şalvarın sağ yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) bükümdə, ağ rəngli, kristall şəkilli, psıxotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd açar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın arxa sol cibindən 1 (bir) ədəd içərisində 051- ***-**-** mobil nömr olan «Samsung Galaxsn A 10» markalı mobil telefon aşkar olunaraq götürülür, daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmamış hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilir və heroinə bənzər kütlənin çəkisi qablaşdsrma ilə birlikdə 8 (səkkiz) qram, metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 6(altı) qram olur, sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, həmin zərfin üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanır, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və «Samsung Galaxsn A 10» markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülür, 1 (bir) ədəd açar isə şübhəli şəxsə geri qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütləlkəri İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi yaxınlığından həm öz şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 20 (iyirmi) manatdan, metamfetaminin qramını 30 (otuz) manatdan satışını həyata keçirdiyini, əvvəllər məhkum olunmadığını, narkotik vasitələrin aludəçisi olduğunu, həmçinin yaşadığı Bakı şəhəri, Yasamal rayonunda yerləşən mənzilində də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki təziqə məruz qalmadığını deyir. Cinayət işinin 61-62-ci vərəqində olan protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin Təhqiqat Qrupundan daxil olmuş 01 (bir) ədəd CD formatlı videogörüntü olan disk «Dell» markalı kompyuterin disk yuvasına daxil etməklə diskdə mövcud olan videoçəkilişə monitorda baxış keçirilmiş və diskə baxış zamanı Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qurupunun təhqiqatçısı polis kapitanı Nizami Omarov tərəfindən 13 yanvar 2022-ci il tarixdə saat 02:55-dən etibarən Şahid1 tərəfindən qeydə alınmış BNMİ-nin inzibati binasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 həmin idarənin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 İsimxan oğlunun və Bakı şəhəri «Yusif Allahverdiyev və Partniyorları» vəkil bürosunun vəkili X8 iştirakları ilə şübhəli şəxs X2 yaşadığı Yasamal rayonu Z.Adıgözəlov küçəsi ev 83 ünvanına baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs ünvan 10 ünvanında mənzilin giriş hissəsi ilə üz- üzə yerləşən qonaq otağına daxil olaraq orada yerləşən stolun üstündə olan 1 (bir) ədəd qutunun içərisində 1 (bir) ədəd elektron tərəzi, l(bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edir.Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilir və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 124 (yüz iyirmi dörd) qram, metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 58 (əlli səkkiz) qram olur, sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir,üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanır, sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilir və narkotik vasitən, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən və evindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütləlkəri İran İslam Respublikası vətəndaşı “Əİi”adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi yaxınlığından həm öz şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 20 (iyirmi) manatdan, metamfetaminin qramını 30 (otuz) manatdan satışını həyata keçirdiyini, elektron tərəzini isə həmin narkotik maddələrin çəkisini müəyyən etmək məqsədi ilə saxladığını, həmin mənzildə tək yaşadığını, qeyd edilən ünvanda narkotik maddə saxlaması barədə heç kimin məlumatı olmadığını, yaşadığı mənzildə qiymətli qızıl-zinət əşyalarının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, verilən şulları tam başa düşdüyünü, doğru və səmimi cavab verdiyini, hər hansı fiziki və psixi problemi olmadığını deyir. İş üzrə maddi subut olan CD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. CD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 88-89-c vərəqində olan protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X1 13 yanvar 2022-ci il tarixdə üzərində şəxsi axtarış vaxtı aşkar edilrərk götürülmüş «Samsung Galaxy A 10» markalı telefona baxış zamanı qeyd edilən telefona daxil olduqdan sonra həmin telefonun «Whatsapp» bölümünə daxil oldum və həmin bölümdə «Ddoktor Ali» adı ilə yazışma əks olundu, həmin yazışmada qarşı tərəflnd istifadə etdiyi nömrənin +**********32 saylı İran İslam Respublikasına aid olduğu müəyyən edildi. Həmin telefon danışığına daxil olduqda isə «Raşad Mammadov» adlı şəxsə məxsus «Kapital banka» aid **********310089 nömrəli plastik kartının olması müəyyən edildi. Bundan başqa 11 yanvar 2022-ci il tarixdə saat 19:77-ə aid səs yazısı «atdım baa qadaı alım kapital bank idi sən allah üzürlü say utanıram quran şahiddi Nizami qardaş canı eliyə bilsən onu bir 100 200 qoy üstünədə qadaı alım», həmin gün 21:27- ə aid səs yazısı «deyirəm qadaı alım set xarabdı şeyi atmışame sənə kartı qadaı alım onu vur tez çekin at mənə» həmin gün 22:39a aid səs yazısı «qardaş qadaı alım səni gözləyirəma qadaı alım» aşkar edildi. Bundan başqa ***-***-**-** saylı telefonla olan 12 və 13 yanvar 2022-ci il tarixli olan səs yazılarına qulaq asdıqda həmin nömrəni işlədən şəxs Şahid5 olduğu müəyyən edilir və səs yazısında «nizami gəlirəm 10 manatlıq kakos ver mənə, nə olanda qardaşımsan babat elə də Nizami mənəm Famildi» deyir. Bundan başqa ***-***-**-** saylı telefonla olan 28 dekabr 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixli olan səs yazılarma qulaq asdıqda həmin nömrəni işlədən şəxs Şahid6 olduğu müəyyən edilir və səs yazısında «salam qardaş bayramın mübarek olsun o güdə o taksi şoferidi o biri taksi şoferi yaxşı elemədi dedim yekə kşisən qurtardım o işi özüm İmişliliyəm adım Nahiddi Voltda işləyirəm taksiyəm nə deyirsən imkan elə 10-15 manat pulum var nə isə köməklik edə bilərsənmi pis adam deyiləm gəlib deşmüşəm İmişlidən Bakıya qardaş kimi qəbul etsən görüşərdik», «salam qardaş necəsən o gün görüşən oölanam taksi şoferi dedim bəlkə o gün 10 manat borcluydume verdim sənə dobru ot var idi barter edərdik bəlkə onnnan mən sənə verim sən də mənə ver razısansa oyannara yolun düşsə nə vaxt düşsə srazı zəng edim görüşək», «evdəyəm danışa bilmirəm eşidərlər böürdə başda ona görə sə atıram qardaşı salam oralara gəlsəm o günkü yerdə görüşək borcu verim sənə 10 manatı», «qabların yanında görüşdük həmin şeyi 10 manat», «şey olsa mənə səs at görüm burdasan görüşək, salam yeqüin yatmısan bu gün dəyəcəm sənə bide prosta alisa xanım var idie dedim ona salam deyərdik var onnan dedim görüşərdik pulum hazırdı». Bundan başqa ***-***-**-** saylı telefonla olan 02 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixli olan səs yazılarına qulaq asdıqda həmin nömrəni işlədən şəxs Şahid7 olduğu müəyyən edilir və səs yazısında «Nizami əmi axşamınız xeyir necəsən nə var nə yox» deyir. Cinayət işinin 131-ci vərəqində olan protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış 07 fevral 2022-ci il tarixli, 2210 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edildi: Üzərində markalanma göstəricisi olmayan, «Verbatİm 2249» qeydləri olan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 1 ədəd «***-***-**-**» adlı 2572 KB həcmində. 1 ədəd « ***-***-**-**_SMS» adlı 131KB həcmində.1 ədəd «abunəçilər» adlı 113 KB həcmində. 1 ədəd «antena 2021» adlı 1 260 KB həcmində 1 ədəd «antena 2022» adlı 79 KB həcmində 5 ədəd fayl olduğu müəyyən edildi. Diskə baxış keçirərkən qeyd edilən telefon zənglərinə və smslərə nəzər saldıqdaxx/xx/2021 tarixdən 11:14 saatdan **********12 telefon nömrəsi ilə **********24 Nizami Hadıyevin istifadəsində olan telefonla smsləşmələr müəyyən edilir: «yig meni 5diyde ver catmadi bu, ay nizi yigda meni konturum yoxdu, nizi gelirem 5azn», «qaqaw oyagsan yavawca gelim budene 5diyde ver mene. Yata bilmirem, pat cekmiwem gic olmuwam», «oyagsan bidene vzv at qacim gelim sakitce. Pul butovdi senol diri 5», «bidenede 5diy duzelt, gelib cixmisan. lOmanat verim borcuda bağla. 5de kola ver. Dobru ver, sen etaga dobri ver. Tek seynen iw gor en adamam nizi», «durda gedib pul goturub gelmiwem bu soyigda. Dur ver 5butovdi senol» və s. Bundan başqa xx/xx/2021 tarixdən 00:48:43 saatdan **********64 telefon nömrəsi ilə Nizami Hadıyevin istifadəsində olan **********24 telefonla smsləşmələr müəyyən edilir: «Nizi pati lazimdi amma pulunu sabah vere bilecem alinirsa gotur yox canin sag olsun» Bundan başqa xx/xx/2021 tarixdən 22:34:39 saatdan **********10 telefon nömrəsi ilə Nizami Hadıyevin istifadəsində olan **********24 telefonla smsləşmələr müəyyən edilir: «Nizami Anvardi.Nizami sabaxa geder 5man.kola 5man daş vere bilarsan» Bundan başqa xx/xx/2021 tarixdən 03:00:11 saatdan **********00 telefon nömrəsi ilə Nizami Hadıyevin istifadəsində olan **********24 telefonla smsləşmələr müəyyən edilir: «qablari isdiyen var.qalmisam malsiz. 15 manata.mene 5 dik kola ver, man.var.15 ko.5 p.tele.cvb.verde.he yox de.olurem» Diskə baxış keçirərkən qeyd edilən telefon zənglərinə və smslərə nəzər saldıqda istintq üçün əhmiyyət kəsb edə biləcək sms və zəngə rast gəlindi. Cinayət işində olan 166-cı vərəqində olan prokoldan görünür ki, istintaq zərurəti ilə əlaqədar ********* nömrəli Kapital Bank ASC-dən götürülmüş 07 aprel 2022-ci il tarixli 157000/2-1691 nömrəli məktubla daxil olmuş məlumatlara tərəfimdən «Dell» markalı kompyuterin vasitəsi ilə monitorda baxış keçirilmiş, X9 adma olan 676867******0089 nömrəli kartına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 2000 manata qədər olan məbləqlərdə Bakı şəhəri ərazisində yerləşən ödəniş terminalları vasitəsi ilə pullar köçürtüldüyü və həmin hesabdan daxil olan məbləqdə pulların çıxarıldığı, həmçinin X18 İR-nın vətəndaşı Əli adlı şəxsdən narkotik vasitəni əldə etmək üçün 676867******0089 nömrəli karta pullar göndərdiyi müəyyən edilmişdir. Cinayət işinin 175-189-cu vərəqlərində olan 13 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs X2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə barədə, eləcə də Nizami Hadıyevin yaşadığı mənzilə baxış keçirmə və götürülmə aparılması protokollarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-in BNMİ-nin Təhqiqat Qrupundan daxil olmuş 02 ədəd CD formatlı videogörüntü olan disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Samsung Galaxy A 10» markalı telefonun «wotsapında» sübut əhmiyyəti kəsb edə biləcək səs yazıları aşkar edildiyindən həmin telefon maddi sübut sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 11 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs X1 aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 122,616 qram olan heroin, ümumi təmiz çəkisi 59,686 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, saxlanılması üçün 18 aprel 2022-ci il tarixdə Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Kapital Bank ASC-dən götürülmüş 07 aprel 2022-ci il tarixli 157000/2-1691 nömrəli məktuba əlavə edilmiş plastik disk və məlumatlar maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 22-23 və 85-87-cu vərəqlərində olan protokol və qərardan görünür ki, X11 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq Cinayət işinin 131-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X11 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs X11 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 13 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən X6 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş 13 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs X1 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 122.616 qram heroin, tədqiqatdan sonra qalıq qalmış 59.686 qram metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 01 ədəd qara rəngli «Samsung galax A10» markalı mobil telefon X2 yaxın qohumlarına qaytarılmalı, 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 13 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X6 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş edilmiş 65 (altmış beş) manat X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş 13 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs X1 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 122.616 qram heroin, tədqiqatdan sonra qalıq qalmış 59.686 qram metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 01 ədəd qara rəngli «Samsung galax A10» markalı mobil telefon X2 yaxın qohumlarına qaytarılsın, 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti X6 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar